Jump to content
  1. Форумы

    1. 232.9k
      posts
    2. 8.2m
      posts
    3. 1.1m
      posts
    4. Рестораны Баку

      Здесь можно обмениваться мнениями о ресторанах, кафе, барах и клубах Баку

      26.1k
      posts
    5. 1.1m
      posts
    6. 130.3k
      posts
    7. 552.7k
      posts
    8. 217k
      posts
    9. 176.2k
      posts
    10. 311.7k
      posts
    11. 855.3k
      posts
    12. 499.7k
      posts
    13. 2.8m
      posts
    14. 1m
      posts
    15. 191.1k
      posts
    16. 136.7k
      posts
    17. 409.7k
      posts
    18. 144.8k
      posts
    19. 904.3k
      posts
    20. Частные объявления   (2,240,886 visits to this link)

    21. 357.1k
      posts
    22. 518.6k
      posts
    23. 976.6k
      posts
    24. 119.1k
      posts
    25. 724.6k
      posts
  2. Частные объявления

    1. 215.3k
      posts
    2. 349.1k
      posts
    3. 509.5k
      posts
    4. 313.1k
      posts
    5. 973.1k
      posts
    6. 573.4k
      posts
    7. 532.3k
      posts
    8. 243k
      posts
    9. 12.9k
      posts
    10. 92.9k
      posts
    11. 2.1m
      posts
    12. 8.8k
      posts
    13. 1.8k
      posts
  3. Мафия (игра)

    1. 275.7k
      posts
    2. 1k
      posts
    3. 3k
      posts
    4. 1.5k
      posts
    5. 1.9k
      posts
    6. 2.3k
      posts


  • Posts

    • Abbasbəyli Həmid Cavanşir oğlu 17 noyabr 1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. 4 xarici dil biliyinə malik idi. İdmana xüsusi marağı olan Abbasbəyli Həmid dəfələrlə bir sıra medallarla təltif olunub. Baş leytenant Abbasbəyli ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri vəzifəsində xidmət edib və Aprel döyüşlərinin iştirakçısı olub. Ardınca Xüsusi Təyinatlı Qüvvələr tərkibində baş leytenant rütbəsiylə xidmətini davam etdirib. Bu dövrdə Türkiyə və Çində xüsusi təlimlərdə iştirak edib və həmin təlimləri birinciliklə başa vurub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında təntənəli hərbi paradda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində çıxış edib. 2020-ci ilin iyun ayının 24-də Moskva şəhərində Qırmızı meydanda keçirilən Böyük Vətən müharibəsində Qələbənin 75-ci illiyinə həsr edilmiş irimiqyaslı paradda 75 hərbçi ilə Azərbaycan Ordusunu təmsil edib və "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" medalı ilə təltif edilib. Həmid Abbasbəyli ilk gündən Vətən müharibəsində iştirak edib. Döyüşlər zamanı minaya düşərək ayağından yaralansa da, ilkin tibbi yardımdan sonra döyüşə davam edib. Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərinin, Hadrut qəsəbəsinin, Ərgünəş və Laçın dəhlizinə nəzarət edən yüksəkliklərin işğaldan azad olunmasında fəal iştirak edib. Abbasbəyli Həmid oktyabrın 19-dan 20-nə keçən gecə Laçın döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidin nəşi 24 oktyabr tarixində əvvəlcə Xətai rayonuna gətirilib, sonra isə İkinci Fəxri Xiyabanda yaylım atəşinin ardınca Xətai Rayonu icra hakimiyyətinin, Xüsusi Təyinatlı Qüvvələrin və Müdafiə Nazirliyinin nümayəndələrinin iştirakı ilə torpağa tapşırılıb. Şəhidin anası deyir: "Tabutunu evə gətirəndə mən oğlumu təbrik etdim. Dedim, oğul, Şəhid adın mübarək. Arzuna çatdın!" Həmid Abbasbəyli şəhadətindən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
    • Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Beyrək Seyfullah oğlu Fezullayev 30 aprel 1997-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndi, Malıx yaşayış sahəsində anadan olub.  Beyrək Fezullayev 2015-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikası HHM-in N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılıb. 2016-cı ilin oktyabr ayında xidmətini başa vurub. Daha sonra Mingəçevir şəhərində N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. 2018-ci ildə SAT kurslarına daxil olub. 6 aylıq ağır təlimlərdən sonra kursu uğurla başa vurub sertifikat əldə edib. 2020-ci ildə sənədlərini Xüsusi Təyinatlı Qüvvələrə təqdim edib. 6 aylıq ağır kurslardan sonra buranı da uğurla başa vurub və "qırmızı beret" sertifikatını qazanıb. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Beyrək Fezullayev 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə savaşıb. Sadəcə süngü-bıçaq ilə onlarla düşmənin canlı qüvvəsini sıradan çıxarıb. Beyrək və silah yoldaşları 2020-ci ilin oktyabr ayında Füzulinin kəndlərindən birində gecə saat 2-3 radələrində düşmənlə təxminən 10 metr məsafədə üz-üzə döyüşdə olublar. 22 XTQ döyüşçüsü 49 ermənini məhv edib. 2 şəhid 5 yaralı olub. O, 2 şəhiddən biri Beyrək idi. 3 metr məsafədən 4-5 güllə dəyib Beyrəyə. Ona atəş açan ermənini şəxsən özü öldürüb. Yaralı vəziyyətdə 1 saata yaxın döyüşməyə davam edib. Təəssüf ki, daha artıq dözə bilməyib və şəhid olub. Şəhid olmamışdan 2 gün əvvəl tək başına NSV pulemyotu ilə düşmənin içində 3 nəfər şəxsi heyəti olan BMP texnikasını içindəki şəxsi heyətlə birgə partladıb. Yanında döyüşən yoldaşları deyir ki, ümumi 30-a yaxın erməni məhv edib, süngü-bıçaq ilə bir neçə ermənini öldürüb. 4 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən gərgin döyüşlərdə şəhid olan Beyrək Fezullayev 5 oktyabr 2020-ci ildə Oğuz rayonu Baş Daşağıl kənd qəbiristanlığında dəfn edilib. Beyrək Fezullayev şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
    • В общем то, я от вас адекватных постов никогда не видела. И этот не исключение. Имейте смелость больше мне не отвечать. 
    • Gizir Elfaq Azad oğlu Nağıyev 26 dekabr 1996-cı ildə Gədəbəyin Parakənd kəndində doğulub. 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini N saylı hərbi hissədə başa vurub, geri qayıdıb. 2016-cı il Aprel döyüşləridən sonra sosial şəbəkədə "Kaş mənim də cənazəmin üstündə atam deyə "Vətən sağ olsun..!" cümləsini paylaşır. Elfaqın Vətənə, bayrağa sonsuz sevgisi var idi. Elə bu səbəbdən idi ki, ona təklif olunan işləri geri çevirərək, yenidən orduya qayıtmağa qərar verir. 2019-cu ildə istəyinə nail olur. Gizirlik kurslarını uğurla keçərək, N saylı hərbi hissədə xidmətə başlayır. Vətən müharibəsi başlayanda Elfaq 3 ay idi nişanlanmışdı. Amma arzusunda olduğu döyüşlərə ilk can atanlardan olur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd uğrunda gedən döyüşlərdə yaxından iştirak edir. Hadrut uğrunda gedən döyüşlərdə xüsusi fərqlənir və ora bayrağımızı ilk sancanlardan olur. Düşmənin xeyli sayda canlı qüvvəsini tək başına məhv etdiyi üçün onu döyüş yoldaşları "Qorxmaz Gizir" deyə çağırırdılar. Elfaq 21 oktyabrda Xocavənd uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Oktyabrın 23-də doğulduğu kənddə dəfn olunur. Atası tabutunun üstündə "Vətən sağ olsun!" deyir. Elfaq arzusuna çatır... Elfaq Nağıyev şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olmasına görə" və "Xocavəndin azad olmasına görə" medalları ilə təltif olunub.
    • Стартовал очередной, 26 тур. Сыграно два матча КЕШЛЯ – СУМГАИТ - 0:1 (0:0)Садыхов, 78 с пен. (0:1) САБАИЛ – НЕФТЧИ - 0:4 (0:1)Станкович, 13 (0:1), Лаваль, 62 (0:2), Хонда, 72 (0:3), Алескеров, 74 с пен. (79) У флагмана в последних турах много побед с крупным счетом. Но справедливости ради, игра нефтяников не дотягивает до чемпионской, не хватает солидности что ли. В еврокубках с такой игрой будет непросто.
    • Kiçik Çavuş (MAXE) Azər Mahal oğlu Hüseynov 1 avqust 1983-cü ildə Gədəbəyin Yenikənd kəndində anadan olub.  2001-2003-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Azər 2016-cı ildə yenidən ordu sıralarına qayıdır. Müddətdən artıq hərbi xidmətə başlayır. Kiçik çavuş rütbəsi alır. Vətən müharibəsi başlayanda Azər də silahına sarılır. Qələbə gününə qədər silahını yerə qoymur. Xüsusən Şuşada ağır döyüşlərdə böyük fəallıq göstərir. Düşmənin çox sayda canlı qüvvəsini məhv edir. Azər qələbə xəbərini ailəsi ilə bölüşür. O, müharibədən qalib əsgər kimi çıxdı. Amma qisməti şəhidlik imiş... Belə ki, Xocavənddə qalan son düşmən terrorçularına qarşı antiterror əməliyyatı keçirilir. Dekabrın 11-dən 12-nə keçən gecə Hadrutda döyüş zamanı Azər düşmən snayperi tərəfindən ürəyindən vurulur. Vətəni üçün, torpağı üçün qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Qəhrəman şəhidimiz 13 dekabrda doğulduğu kənddə dəfn edilib. Ondan  Fidan və Aynişan adında iki qızı, Səyyad adında bir oğlu Vətənə əmanət qaldı. Azər Hüseynov şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azadlığına görə" medalları ilə təltif olunub.
    • Əli İbrahim oğlu Qasımov 20 may 2001-ci ildə Tovuzun Hacıalı kəndində dünyaya göz açıb. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yollanır. N saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət edir. Vətən müharibəsi başlayanda Əli könüllü olaraq döyüşə yollanır. Füzuli, Cəbrayıl, Ağdərə istiqamətlərində döyüşlərdə iştirak edir. Kəşfiyyatçı kimi düşmənə ağır zərbələr vuran Əli 23 oktyabrda Ağdərə istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olur. O, doğulduğu kənddə torpağa tapşırılıb. Əli Qasımov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
    • Курточка на весну Бенеттон размер 9-12 месяцев ,надела один раз новая продам за 15 манат 
    • Маленькая надежда теплится... АФФА стоит рискнуть https://www.azerisport.com/football/20210509000253645.html
    • Seyhun Rafiq oğlu İbrahimzadə 28 yanvar 1997-ci ildə Şəmkirin Tatarlı kəndində doğulub.  2015-ci ildə həqiqi hərbi xidmətə yollanır. Xidmətini Naxçıvan MR-da N saylı hərbi hissədə davam etdirir. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra Bakıda avtomobil təmirçisi kimi çalışır. Seyhun Vətənə, bayrağa çox bağlı biri olub. 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Polad Həşimovun şəhid olmağı ona çox təsir etmişdi. Həmin gün gedib könüllü olaraq orduya yazılmışdı. Vətən müharibəsi başlayanda könüllü döyüşlərə yollanır. Bir müddət müxtəlif ərazilərdə təlim keçdikdən sonra Füzuli istiqamətində döyüşlərə qatılır. Füzuli şəhərinin və bir neçə kəndin azad olunmasında yaxından iştirak edir. 26 oktyabr tarixində düşmən tərəfindən açılan atəş nəticəsində qəhrəmancasına şəhid olur. Nişanlı olan şəhidimiz 27 oktyabrda doğulduğu Tatarlı kəndində torpağa tapşırılıb. Seyhun İbrahimzadə şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqləndiyinə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
    • Kiçik Çavuş (MAXE) Mətləb Nizami oğlu Zamanov 29 yanvar 1985-ci ildə Şəmkirin Morul kəndində doğulub. Mətləb 2014-cü ildə N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayır. Kiçik çavuş rütbəsi alır.  2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılır. Füzuli, Hadrut, Zəngilan, Daşkəsən-Kəlbəcər istiqamətlərində döyüşlərdə yaxından iştirak edir. Döyüş meydanından onlarla yaralı döyüşçümüzü təhlükəsiz yerə çıxardır. Düşmənin çox sayda canlı qüvvəsini məhv edir. 26 oktyabr 2020-ci il Mətləbin son döyüş günü olur. Füzuli uğrunda gedən ağır döyüşlər zamanı düşmən tərəfindən atılan mərmi nəticəsində qəhrəmancasına şəhidlik məqamına yüksəlir və yaşadığı Morul kəndində uğruna canından keçdiyi torpağa tapşırılır. Mətləb Zamanov şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Ondan  Pəri, İzzət və Nemət adında üç övladı Vətənə əmanət qaldı.
    • Да, и это очень плохо. Могли бы снизить вступительный взнос или финансовые гарантии, не знаю точно, как это называется. Мало того, что в целом в республике диктатура, так и в отдельно взятом, самом популярном виде спорта тоже царят недемократические  нравы. Если вмешается гос-во, то УЕФА вкупе с ФИФА поднимут вой, что нельзя вмешиваться в футбольные дела. Не вмешиваются — царит произвол и беспредел. Самый наглядный пример последних 10 лет — недопуск победителей 1 лиги в высшую лигу. Замкнутый круг.
    • Xüsusi Təyinatlı Qüvvələrin zabiti, "Yaşma" taborunun qərargah rəisinin müavini, kəşfiyyatçı, kapitan Elçin Mübariz oğlu İsmayılov 30 may 1989-cu ildə Ucarda ailənin ilk övladı olaraq dünyaya gəlib. Vətən müharibəsi başlayanda Elçin ilk olaraq Murovdağ zirvəsinin fəthində fəal iştirak edir. Daha sonra Cəbrayıl rayonunun işğaldan azad olunması üçün vuruşur. Cəbrayıl şəhəri azad ediləndən sonra Elçin ilk bayraq sancan oğullarımızdan olur. Erməni ordusunun 23 zabitini tək başına, ümumilikdə isə 200-dən çox erməni hərbçisini və çox sayda döyüş texnikasını məhv edir. Erməni polkovnikinin qulağına "Sənə Poladın qanını gətirdim!" deyərək məhv edir. Elçin Murovdağ, Cəbrayıl, Kəlbəcər və Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edərək qəhrəmanlıq göstərib. Qəhrəmanımız məhz toy gününə təsadüf edən tarixdə - 7 oktyabrda Füzuli istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını, idarə etdiyi qrupu xilas edib, snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Elçin İsmayılov Ucar rayon Şəhidlər Xiyabanında dəfn edilib. Şəhadətindən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub. Ailəli olan şəhidimizin Ömər və Mübariz adında iki övladı Vətənə əmanət qaldı.
  • Popular Contributors

×
×
  • Create New...