Jump to content

zista

Members
  • Posts

    956
  • Joined

  • Last visited

Posts posted by zista

  1. On 1/5/2022 at 9:47 AM, Guest said:

    qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir.  

    http://supremecourt.gov.az/post/view/795

    vikipediyaya baxdım

    Aliment — Vikipediya (wikipedia.org)

    Aliment (lat. alimentum - "yemək", "qidalanma") aralarında olan izdivac və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə qanuna uyğun olaraq verməli olduğu dolanacaq xərci mənasında işlədilir.

    yəni 8.2-də deyilir ki, qanuna uyğun aliment verməlisən dolanacaq xərc elə aliment deməkdir. yaşayış minimumu demək deyil

     

  2. On 1/5/2022 at 9:47 AM, Guest said:

    Aşağıda qeyd olunan Qərarın müddəaları tətbiq olunur.

     

    Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında

    Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun

    Q Ə R A R I

    8.2.       Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 

    http://supremecourt.gov.az/post/view/795

    və ondan da aşağıda yazılıb

    8.3.   Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.   

    8.4.     Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 

  3. On 1/2/2022 at 8:16 AM, Guest said:

    Qanunda aliment sözü birbaşa olmasa da, orada qeyd olunub ki

    2.0.3. əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında

     

    Məhkəmələr də aliment təyin edərkən uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu nəzərə alırlar. Belə ki, 2022-ci il üçün həmin məbləğ 193 AZN təşkil edir.

    cavab verdiyinizə görə çox sağ olun. ancaq yadıqlarınız bir-birinə qarşı ziddiyətlidir. misal üçün etiraf etdiniz ki,

    On 1/2/2022 at 8:11 AM, Guest said:

    Əlbəttə aliment hamı üçün eyni ola bilməz, ona görə də alimenti avtomatik olaraq yaşayış minimum uyğun olaraq hesablamaq düzgün deyil.

    bunu ali məhkəmə kollegiyasının yuxarıda qoyduğum qərarı da təsdiq edir.

     

    amma sonra alimenti yaşayış minimumu haqqında qanuna bağlamağa çalışdınız. bunu isə edə bilmədiniz qanunda əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasından gedir. 

    qanunun əvvəlində yazılıb

    Bu Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir.

    yəni bunun məhkəmə qərarlarına tətbiqi haqqında heç bir söz yoxdur.

    və ailə məcələsində də bu qanuna heç bir istinad edilmir. əksinə məcəllədə aydın yazılıb

    78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

    Göründüyü kimi məhkəmə sabit pul təyin edəndə 78.2-yə əsaslanmalıdır. yoxsa konstitusiyanın 129-cu maddə III hissəsi pozulur

    Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır

  4. və bu

    http://www.e-qanun.az/framework/5518

    M a d d ə 2 . Yaşayış minimumunun təyinatı

     

    2.0. Yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:

    2.0.1. aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində; [5]

    2.0.2. aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında; [6]

    2.0.3. əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;

    2.0.4. fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında;

    2.0.5. əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;

    2.0.6. dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.

  5. On 12/11/2021 at 6:52 PM, Guest said:

    Sizinlə razıyam, amma həmin Qərarın qetd etdiyim ilk cümləsində qeyd olunub ki

    uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi).

     

    Ona görə də qeyd etdim ki, ola bilər ki əmək haqqı nəzərə alınmasın. Bu biraz incə məsələdir və məhkəmə araçdıracaq. Birmənalı nəsə demək çətindir.

    salam , bəs bunlara nə deyə bilərsiniz?

    56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

    78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

    Uşaq hüquqları haqqında Konvensiya uşağın rifahında dövlətin və valideynlərin məsuliyyət daşıdığını göstərir. Belə ki, uşağın inkişafına və tərbiyəsinə görə birinci dərəcəli cavabdehlik daşıyan valideynlərə (maddə 5) bu vəzifələrin yerinə yetirilməsində (maddə 18) dəstək üçün müxtəlif tədbirlər həyata keçirmək dövlətin üzərinə
    düşür. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar, lakin əgər valideynlər uşağı təmin etməyə qadir deyillərsə, dövlət onlara kömək etməyə borcludur (maddə 27)
     
     

    Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış

    minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu il üçün yaşayış
    minimumunun ölkə üzrə uşaqlar üçün 160 manat məbləğində müəyyən edilməsi alimentin
    miqdarının mexaniki olaraq həmin məbləğə uyğun müəyyən edilməsi üçün əsas ola bilməz.
    Alimentin miqdarı ilk növbədə tərəflərin təqdim etdikləri sübutlar nəzərə alınmaqla, onların
    maddi, ailə vəziyyətləri, həmçinin diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların
    əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq
    müəyyən edilməlidir.

     

  6. On 12/20/2021 at 1:45 PM, Baku2018 said:

    этот минимум вроде 150 манат

    на двоих 300

     

    а вы откуда взяли что с вас 500 просят ?

    minimumlar dəyişib gələn ildən deyəsən 190 olmalıdır. mən maaşımın yarısını verməyə hazıram 210 manat. qoy ana da üstünü düzəltsin . məndən çox qazanır. ana olmaq o demək deyil ki, qazandığın puldan uşağa qəpik də xərcəməyəsən. belə anaları valideynlikdən çıxartmaq lazımdır. qoy uşaqlar atalar da qalsın. bir təhər dolanarıq. ərzaqı vosmoydan  almışam ucuz qiymətə . burdakılar belə şey başa düşmürlər varlı adamlardır nə bilirlər kasıb nələr çəkir. bunlar bəlkə heç evdə yemək yemirlər restoranda yeyirlər. bir az da kasıbları da fikirləşin. özlərini ana hesab edənlər isə qazandıqlarından qoy uşaqlarına da pul xərcləsinlər acgöz görməmiş olmasınlar

    • Like 1
    • Thanks 1
    • Facepalm 1
  7. On 12/18/2021 at 2:37 AM, sweetCherry said:

    Onun öz yaşayışı hüququ pozulur. 420 manat alan insan 500 manat aliment necə ödəsin? Ana-atasından 80 manat alıb verməlidir? Bəs özü nə yesin? Gedib ogurluq etməlidir? Elə hamı deyir 2-ci, 3-cü iş tapsın. Güya Bakıda yaşamırsınız, və bilmirsiz ki, ya camaat o 1 işi də zornan tapır, ya da müdir  elə iş saatı qoyur ki, ondan sonra işciyə bir yatmağa vaxt qalır.

    Allah razı olsun! Başa düşən insanlar var az da olsa

  8. On 12/17/2021 at 10:50 PM, VəтənDaş said:

    Oğlanlar evlənəcəklıər, çünki oğlanları da anaları böyüdür. Rus demişkən kruqovorot. 

     

    По соседству живет одна такая халашка. Когда то тагже загнобила бывшего мужа алиментами, а теперь ее сынка также гнобит такая же, как и его мать 🤷‍♂️

    Bu mövzuda tam məlumatlısınız! Heç kəs gərək sizinlə mübahisə etməsin

  9. On 12/17/2021 at 10:41 PM, VəтənDaş said:

    Короче вязиййят в Азербайджане такой. Озювю джыр не эдирсян эд, все равно права будет женщина ибо закон по умолчанию на ее стороне!

    Так что думайте перед тем как жениться и плодиться. 

    Qadınların bu cür pul hərisliyinə görə oğlanlar evlənməyəcəklər

    • Downvote 1
  10. On 12/17/2021 at 10:34 PM, Credit_Cars said:

    Во первых у вас два ребенка, значит ваша бошанма просто так не делалась.были важные критерии для такого поступка. Во вторых вы думаете что матери хватит даже ваших алиментов, чтобы она смогла поднять двух детей?или вы не живёте в Азербайджане?hansi huwudan danisirsiz?siz bilirsinizki ne geder gadin galib usagla kucede?qanuni evlenmeyibler, sonrada ata atib ve qadin ozu boyudub....zulmle eziyyetle!!!men heckimi mudafie etmirem.amma siz ve sizin yoldasiniz en azi xosbext olmusunuzda hacansa.неужели нельзя было без бошанма?bosanma bir qaydada yuz faiz olur.hansisa teref xeyanet edende, er arvadi doyende ve s.....yoxsa kimse incikliyi ile ve sozu ile bir teref bosanmaya verirse, bu agilsizliqdir. Iki ovladiniz var!!!sabahada heckim umid vere bilmez Allahdan basga. Kim ole, kim gala........

    Əlbəttə ağılsızlıqdır. Mən boşanmaq istəmirəm. Arvad isə 400 manat aliment görüb gözü başqa şey görmür. Uşaqları fikirləşmir dünya malını fikirləşir

    • Facepalm 1
  11. On 12/17/2021 at 10:16 PM, VəтənDaş said:

    Ona baxan var? Знакомый работает в центре медиации. Так там разведенки с мамашами такие театральные сцены устраивают ради лишнего маната. Думаю оленятам  прежде тем как жениться надо 1 день провести в этом центре чтобы осознать что их ждет впереди... 

    Eyni ilə mənim vəziyyətimdəki kimi.

    • Like 1
  12. On 12/17/2021 at 8:22 PM, Bamiya said:

    Ümumiyyətlə isə, ayrılma proseslərində ən çox usaqlar zərər görür(

    Uşaqların təhsili ilə mən və anam məşğul idi. Qızıma 3 xarici dil öyrəditdirdik. Oğluma 2 yaş yarımdan hərfləri keçirdim 4 yaşda oğlum kiçik sözləri oxuya bilirdi. Amma anasını ancaq pul maraqlandırıb boşanmanın əsas səbəbi budur - aliment 400 manata qədər pul

    • Like 2
    • Facepalm 1
  13. Salam. Öz vəziyyətimi qısa yazıram. uşaqların anası boşanmaya verib və 2 uşağa 500 manat aliment tələb edir özünün qazancının 500-600 manat arası olduğunu bildirir. təsəvvür edin yoldaşımın qazancını mən birinci dəfə iddia ərizəsində oxuyundan sonra bilmişəm. bu adam evə pul xərcləmirdi. mənim rəsmi əmək haqqım 500 manatdır vergiləri çıxanda 420 manat qalır. mənə deyirlər məhkəmə uşağın yaşayış minimumunu götürəcək və təxminən 400 manata yaxın aliment vergisi mənə qoyacaq.

    yaxşı bəs ailə məcəlləsində niyə yazılır ki

    75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

    belə çıxır ki, məcəllənin analara heç bir dəxli yoxdur. elə boşanmaların çoxusunun əsas səbəbi anaların aliment hərisliyidir. pul hərisliyinə görə valideynlik borclarını unudublar və bu işdə məhkəmə onlara tam köməklik edir.

    2-cisi niyə uşaqlar məhz anada qalmalıdır. qanuna görə guya hüquqlarımız bərabərdir. amma belə deyil . boşamamışdan qabaq analar uşaqları aparırlar ki, babat pul ala bilsinlər keçmiş ərlərindən

    qadınlara ki belə hüquqlar verilib və nəticədə bizim ölkədə hər 3 ailədən biri dağılıb və gələcəyinə boşanma faizi 50 faizə çatacaq və ötüb keçəcək (keçən ilin statistikasına görə şəhərlərdə boşanma 50 faiz olub). bunun qabağını mütləq almaq lazımdır. qadınlar əsgərliyə getmir müharibə görmür ağır işdə işləmirlər. çoxlarının  fikirləri ərə gedib doğub sonra boşanıb aliment almaqdır. belə vəziyyətdə oğlanlar əvvəl axır ayılacaqlar ya evlənməyəcəklər ya da uzaqbaşı 1 uşaq atası olacaqlar.

    • Like 3
    • Thanks 3
    • Facepalm 1
  14. On 12/10/2021 at 6:40 PM, Guest said:

    Salam, bu halda ola bilər ki, maaş arayışına baxan olmayacaq. Hal hazırda bir uşaq üçün minimum aliment 175 AZN təşkil edir, ona görə də 2 uşağa görə çox güman ki həmin məbləğ tutulacaq.

    Bununla bağlı Ali Məhkəmənin Qərarı var. Həmin Qərarda qeyd olunur

     

    Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.   

    çox sağ olun cavabınıza görə . Ancaq bu qərarda yazılıb ki,  valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, mən isə əmək müqaviləsi ilə maaş alıram başqa gəlirim yoxdu. bir də ki mən necə 70 manatla bundan sonra dolanım?

    bundan sonra hansı ağıllı başlı adam ailə qurmaq istəyər? çıxış yolu acından ölməməkdən ötrü ölkədən qaçmaqdır?

  15. On 12/10/2021 at 1:39 PM, Eldar Baku said:

    Sizin əmək müqaviləniz varsa, müntəzəm gəlir (maaş) alırsızsa, onda gəlirdən tutulur aliment, yox işləmirsizsə və yuxarıda göstərilən digər hallar sizə aiddirsə onda sabit pul məbləğində tutulacaq.

     

    Hər bir halda qanunvericilik qadının tərəfindədir...

    cavablarınıza görə çox sağ olun

    • Thanks 1
×
×
  • Create New...