Jump to content

HPTRUEVISION

Members
  • Posts

    3,961
  • Joined

  • Last visited

Profile Information

  • Gender
    Male
  • From
    Baku city

Recent Profile Visitors

5,957 profile views

HPTRUEVISION's Achievements

Grand Master

Grand Master (14/14)

  • Week One Done
  • One Month Later
  • One Year In
  • Reacting Well
  • Conversation Starter

Recent Badges

62

Reputation

  1. Kürdlərə münasibətdə Türkiyənin siyasətində radikal dəyişikliyin səbəbi nədir? İraqın şimalında yaşayan kürdlər Ərdoğan üçün çoxmu vacibdir? Keçmişdə təsəvvür edilməyən gələcək mümkün görünür: Türkiyə müstəqil kürd dövlətinin yaradılmasının mümkünlüyünü istisna etmir. Almaniyanın DW nəşri Ankaranın siyasət kursundakı dəyişikliklərdən bəhs edən yazı dərc edib. Siyasi leksikonda dəyişiklik Nəşr xatırladır ki, iyulun sonlarında Iraqın şimalından gələn kürd siyasilər Ankarada dövlət nümayəndələrinə layiq ehtiramla qarşılandı. Eyni zamanda Türkiyə parlamenti Ankaranın kürd separatçılarının lideri Abdulla Öcalanla danışıqları üçün hüquqi əsas yaradacaq qanun layihəsini müzakirə edir. Bu, Türkiyənin kürdlərə münasibətdə siyasətinin necə radikal dəyişməsinə iki misaldır. Türkiyənin aparıcı siyasətçilərindən ilk dəfə “kürd problemi” barədə 2005-ci ildə hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğan danışıb. Buna qədər rəsmi siyasi leksikonda belə anlayış sadəcə yox idi: 1980-ci illərin əvvəlində Öcalanın başçılığı altında Kürd Fəhlə Partiyasının silahlı üsyana başlamasından sonra Türkiyədə yalnız “terrorizm problemi” mövcud olub. Ərdoğana kürdlərin səsi lazımdır Artıq il yarımdır Ərdoğanın rəhbərliyi altında Türkiyə hökuməti ömürlük həbsə məhkum edilmiş Öcalanla danışıqlar aparır. Yəni Türkiyə ilə müstəqillik uğrunda mübarizə aparan kürdlər arasında 1984-cü ildən bəri 40 mindən artıq adamın ölümünə səbəb olan münaqişənin həlli ilə bağlı danışıqlar aparılır. Ərdoğan üçün təkcə tarixə düşmək şansı deyil - qan axıdılmasının dayandırılması baş nazirə seçkidə həm türklərin, həm də kürdlərin əlavə səsini gətirəcək. Təsadüfi deyil ki, Türkiyədə kürdlərin vəziyyətinə dair qanun layihəsinin baxılması avqustda keçiriləcək prezident seçkiləri ilə təxminən eyni vaxta təyin edilib. Ərdoğanın isə prezidentliyə namizədliyi irəli sürülüb. Ancaq Ərdoğan ehtiyatlı davranacaq ki, türk millətçilərinə ittihamlar üçün əsas verməsin. Baş nazir mətbuatda və təhsildə kürd dilinin istifadə edilməsinə razılıq verməklə hətta millətçilər tərəfindən “vətəni satmaqda” günahlandırıla bilər. Digər tərəfdən, kürdlər üçün sülh prosesi onsuz da çox ləng gedir. Iraq kürdləri Türkiyə üçün getdikcə daha əhəmiyyətli olur Ancaq son vaxtlar Türkiyə hakimiyyyəti təkcə yerli kürdlərə deyil, eyni zamanda Iraqın şimalında yaşayan kürdlərə də münasibətini dəyişib. Iraq Kürdüstanı Ankaranın vacib tərəfdaşına, türk məhsullarının əhəmiyyətli idxalçısına çevrilib. 2013-cü ildə Iraq Türkiyədən 11,9 mlrd dollarlıq məhsul alıb, bunu da böyük hissəsi kürd muxtar vilayəti üçün nəzərdə tutulub. Türkiyədən bundan çox - 13,5 mlrd dollarlıq ancaq Almaniya məhsul idxal edir. Bundan əlavə, Ankara kürd muxtariyyətindən stabil neft tədarükünə və daha sonra onun dünya bazarına tranzitindən gəlirlər əldə etməyə ümid edir. 2014-cü ilin may ayında Bağdadın qadağasına baxmayaraq Iraqın şimalından kəmərlə ilk milyon barrel xam neft Türkiyəyə gəlib və neft tankerlərə vurularaq yekun istehlakçıya çatdırılıb. “Keçmişdə - dəhşət, bu gün - reallıq” Iraqın şimalında nə vaxtsa kürd dövlətinin yaradıla biləcəyi fikri artıq Türkiyəni qorxutmur. Keçmişdə Kürdüstan Türkiyə üçün əsl dəhşət kimi görünürdü, bu gün isə bu faktiki olaraq reallıqdı. Ərdoğanın rəhbərlik etdiyi Türkiyənin hakim partiyası olan AKP-nin mətbuat xidmətinin rəhbəri Şiimali Iraq media şirkəti olan Rudaw-a müsahibəsində Şimali Iraqın öz müqəddəratını təyin etmək hüququnu tanıdığını bildirib. Bu, hakim partiyanın və hökumətin qeyri-rəsmi nəzər nöqtəsidir. Formal olaraq Ankara sünni, şiə və kürdlər arasında münaqişəyə baxmayaraq əvvəlki kimi Iraqın ərazi bütövlüyünün qorunmasının tərəfdarı kimi çıxış edir. Ancaq qonşu ölkədə əhalinin ayrı-ayrı qruplarının bir yerdə yaşamaq istəmədiyini necə nümayiş etdirməsindən asılı olaraq Türkiyənin mövqeyi dəyişir. DW nəşrinin iddiasına görə, artıq yaxın zamanda Iraqda “sərhədlərin dəyişdirilməsi” baş verəcək. Istanbulun Baxçaşəhər universitetinin politoloqu Şahin Alpay isə hesab edir ki, Iraqın şimalında yaşayan kürdlər Ərdoğan üçün çox vacibdir. “Kürdüstan Ankara ilə Kürd Fəhlə Partiyasının rəhbəri Öcalan arasında sülh danışıqlarına əhəmiyyətli dəstək verir”, - deyə Alpay qeyd edir. O xatırladıb ki, kürdlərin partiyasının mənzil-qərargahı Iraqın şimalında dağlarda yerləşir. Istanbuldan olan politoloq tərəflərin bir-birinə ehtiyacının olmasına əmindir: kürdlər gözəl anlayır ki, Türkiyənin razılığı olmadan müstəqil kürd dövlətinin yaradılması ancaq arzu olaraq qalacaq.
×
×
  • Create New...