Jump to content

gapgara

Members
  • Posts

    5,399
  • Joined

About gapgara

  • Birthday April 1

Profile Information

  • Gender
    Male
  • From
    gapgara

Recent Profile Visitors

9,083 profile views

gapgara's Achievements

Grand Master

Grand Master (14/14)

  • First Post
  • Collaborator
  • Posting Machine Rare
  • Conversation Starter
  • Week One Done

Recent Badges

1k

Reputation

  1. Paralimpiya Oyunlarında iştirak edən idmançılar iradələri, sahib olduqları güc və cəsarətlə hamını heyran qoyublar. “Qafqazinfo” “Reuters”in oyunlardan çəkdiyi diqqətçəkən məqamlardan görüntüləri təqdim edir. Qeyd edək ki, Paralimpiya Oyunlarında 170-dək ölkədən 4000-dən çox idmançı iştirak edib. Onlardan yalnız Azərbaycan da daxil olmaqla 82 ölkənin idmançıları mükafatçılar sırasına düşə bilib. Yarışlara Azərbaycan Milli Paralimpiya Komitəsi 6 idman növündə, 22 idmançı və 2 liderlə qatılıb. Onlardan 11-i ilk dəfə Paralimpiya Oyunlarında iştirak edib. Azərbaycan milli komandası uğurlu nəticə göstərərək 1 qızıl, 8 gümüş və 2 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 33-cü, Avropa ölkələri arasında 16-cı, müsəlman ölkələri sırasında 6-cı, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.
  2. Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması haqqında referendum qərarı başqa ölkələri də hərəkətə gətirir. 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gələn ingilislərdən sonra hollandlar və fransızlar da bu barədə düşünməyə başlayıblar. ANS PRESS-in məlumatına görə, Hollandiyanın təşkilatdan çıxması barədə təklif irəli sürən qatı sağçı lider Aİ referendumu çağırışı edib. İslamın düşməni, miqrant axınına qarşı olan şəxs kimi tanınan Geert Vilders İngiltərənin qərarından sonra açıqlamasında bu barədə danışıb. "Ölkəmizin, pulumuzun, sərhədlərimizin və miqrant siyasətimizin öz əlimizdə olmasını istəyirik", - deyə o bildirib. Bənzər çağırış Fransadan da gəlib. Qatı sağçı Milli Cəbhə (FN) partiyası ölkənin Aİ-dən çıxmasını tələb edib. FN sədrinin köməkçisi Florian Filippot "Twitter"dən yaydığı mesajında belə yazıb: "İnsanların azadlığı hər zaman qələbə çalır. İndi sıra bizdədir". 43 il Avropa İttifaqının tərkibində olmuş Böyük Britaniyada Aİ-dən çıxıb-çıxmamaq barədə referendum iyun ayının 23-də olub. Seçicilərin 52 faizə yaxını qurumdan çıxmağa səs verib. Yalnız 48 faiz ittifaqın tərkibində qalmağa üstünlük verib. Referendum fonunda funt-sterlinq valyuta bazarlarında kəskin şəkildə ucuzlaşıb.
  3. Nə yaman soyuqmuş torpağın üzü, Canında bir zərrə isti yoxuymuş. Qoynuna çəkdisə qurtardı, getdi, Od-ocaq kəsildi, tüstü yoxuymuş. Göz yaşı, dərd-nalə, ah-zar aparır, Bizi ölüm çəkir, məzar aparır. Hərəni bir cürə azar aparır, Allahın heç kəslə qəsdi yoxuymuş. İnsanın zülmünə, bəxtinə baxın, Dərd dalğa-dalğadı, qəm axın-axın. Yenə də insanın torpaqdan yaxın, Torpaqdan istəkli dostu yoxuymuş.
  4. “Haqqında heç bir məhkəmə qərarı olmayan 1915-ci il olaylarını soyqırım olaraq təqdim etmək, iftiradan o yana keçməməkdir” “Türkiyənin üzərində "soyqırım" ləkəsi və kölgəsi yoxdur”. APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Parlamentinin (AP)1915-ci il hadisələrini “soyqırım” adlandırmasına cavab olaraq bildirib. "Ermənistan başda olmaqla parlamentlərinin qapısını onlara açan millətlərə səslənirəm: mənim ölkəmdə vətəndaşı olan və olmayan 100 minə yaxın erməni var. Əcaba, onların ölkəsində nə qədər erməni var? Bizim erməni vətəndaşlarımıza qarşı bu günə qədər hər hansı ayrı-seçkiliyimiz oldumu? Biz ölkəmizə öz ölkəsindən qaçıb gələn erməniləri də deportasiya etmədik, halbuki edə bilərdik. Onları hələ də ölkəmizdə qonaq edirik. Belə bir davranış nümayiş etdirən ölkəyə bu cür qarşılıq verilməsini anlamaq mümkün deyil”. Ərdoğan AP-nin qərarı ilə bağlı deyib: “Necə qərar veririlərsə versinlər, bir qulağımızdan girib, o birindən çıxacaq. Türkiyənin belə bir ittihamı qəbul etməsi əsla mümkün deyil”. Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan isə qərara “twitter” sosial şəbəkəsi üzərindən münasibət bildirib: “AP bu qərarı ilə sözünün ağırlığını aradan qaldırır. AP-nin bir gücü, təsir imkanı varsa, tarixlə bağlı boş sözləri buraxıb, bu gün yaşanan real hadisələrlə bağlı mövqeyini ortaya qoysun”.
×
×
  • Create New...