Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Axirət yoxdursa, həyatın mənası nədir?

Recommended Posts

Əslində həyatda məna axtarmaq cox mənasız və faydasız işdir. Əsas sual odur ki, təbiətdə bu qədər coxsaylı canlıların əhatəsində heyvanların və digərlərinin nəyə görə insan kimi ali şüuru yoxdur. Necə olub ki, insan təbiəti üstələyib və yüksək şüurla görmədiklərini belə dərk edə bilir. Hansı səbəbdən canlıların hamısının təbiətin ekosistemində öz təbii yeri var insan isə sanki bu təbiətdə artıq ziyanverici elementdir. Ağlı olmadan heç hava temperaturuna belə davam gətirməz.  Bütün bunlarda səbəb axtarmaq lazımdır. Bu ona dəlalət edir ki, insan təbiətin bir hissəsi deyil, baxmayaraq ki, təbiətin qanunlarına tabedir və ona adaptasiya olunub.

Link to comment
Share on other sites

On 7/8/2017 at 12:55 PM, Hud said:

Həyatın mənası elə onun axirətindədir.

bu axirət cox müəmmalı məsələdir )  sonu olmayan nə var ki ? hətta günəşlərin və nəhəng kosmik materiyaların belə sonu var. Sonsuzluğu götürməyə insanın gücü çatmaz. Təsəvvür edin dinə əsaslansaq, bu qədər başı boş qarın qulu insan yığılıb cənnətə süd çayından kofe ilə içir, qurularla əylənir və hər gün bu verilənlərə görə tanrıya təşəkkür edir. Bunun sonu nədir ? Əyər insanın tək rolu həyatda ibadətdirsə o mənasız bir varlıqdır.. 

Link to comment
Share on other sites

17 hours ago, plotophyte said:

Əslində həyatda məna axtarmaq cox mənasız və faydasız işdir. Əsas sual odur ki, təbiətdə bu qədər coxsaylı canlıların əhatəsində heyvanların və digərlərinin nəyə görə insan kimi ali şüuru yoxdur. Necə olub ki, insan təbiəti üstələyib və yüksək şüurla görmədiklərini belə dərk edə bilir. Hansı səbəbdən canlıların hamısının təbiətin ekosistemində öz təbii yeri var insan isə sanki bu təbiətdə artıq ziyanverici elementdir. Ağlı olmadan heç hava temperaturuna belə davam gətirməz.  Bütün bunlarda səbəb axtarmaq lazımdır. Bu ona dəlalət edir ki, insan təbiətin bir hissəsi deyil, baxmayaraq ki, təbiətin qanunlarına tabedir və ona adaptasiya olunub.

... tutaq ki nəyə görə ali şüuru olmadığını tapdınız sonra nolsun? Amma nəyə görə insanın ali şüurlu varlıq olduğunu bilmək istəsəz mənalı və faydalı olar.

17 hours ago, plotophyte said:

bu axirət cox müəmmalı məsələdir )  sonu olmayan nə var ki ? hətta günəşlərin və nəhəng kosmik materiyaların belə sonu var. Sonsuzluğu götürməyə insanın gücü çatmaz. Təsəvvür edin dinə əsaslansaq, bu qədər başı boş qarın qulu insan yığılıb cənnətə süd çayından kofe ilə içir, qurularla əylənir və hər gün bu verilənlərə görə tanrıya təşəkkür edir. Bunun sonu nədir ? Əyər insanın tək rolu həyatda ibadətdirsə o mənasız bir varlıqdır.. 

Bunun sonu yoxdu. Əbədinin sonu olmur. Cənnət bizim anlamağımız üçün elə təsvir olunur. Ancaq yemək içməkdən qızdardan ibarət deyil. Orda çox aktiv həyat var. Bu aləmdən çox fərqlidi. Ümumiyyətlə güya insan hər şeyə cavab tapıb bircə qalıb ki, əbədi həyatı dərk eləsin.. Bəzi şeylər var ki, onları dərk etmək üçün bu səviyyəni keçməlisən. Yəni dünya deyilən bu etapı keçməlisən. İnsanlar başqa boyuta keçid dövründədi. İnsanın roluda təkcə ibadətdən ibarət deyil.

  • Upvote 1
Link to comment
Share on other sites

20 часов назад, plotophyte сказал:

Əslində həyatda məna axtarmaq cox mənasız və faydasız işdir. Əsas sual odur ki, təbiətdə bu qədər coxsaylı canlıların əhatəsində heyvanların və digərlərinin nəyə görə insan kimi ali şüuru yoxdur. Necə olub ki, insan təbiəti üstələyib və yüksək şüurla görmədiklərini belə dərk edə bilir. Hansı səbəbdən canlıların hamısının təbiətin ekosistemində öz təbii yeri var insan isə sanki bu təbiətdə artıq ziyanverici elementdir. Ağlı olmadan heç hava temperaturuna belə davam gətirməz.  Bütün bunlarda səbəb axtarmaq lazımdır. Bu ona dəlalət edir ki, insan təbiətin bir hissəsi deyil, baxmayaraq ki, təbiətin qanunlarına tabedir və ona adaptasiya olunub.

Plotophyte  görürsən özündə o nəticəni çıxartmısanki  insan şüuruna görə təbiətin bir hissəsi deyil.Şüurumuz dərk eliyirki bədənimiz bu təbiətdə çox acizdir.Günü gündən qocalıb zəifləyir və bir gündə digər canlılar kimi ölüb torpağa qarışacaq.Şüur nə qədər istəsədəki bu təbiətdə əbədi yaşasın mümkün deyil.Çünki bədən bu təbiətin qanunlarına tabedir.Şüurun möcüzəsi odur ki, müvəqqəti bədəndə əbədi yaşamağın mümkünlüyünü düşünə bilir.Ölüm ayağında can verən insan iradəsi ilə nə qədər özünü bu həyatda saxlamağa çalışsada bədənin ölmək qanununa qalib gələ bilmir.Ölümdən sonra isə şüurun bədənsiz mövcud olub olmadığını isə heç kim bilmir.Şüurun əsas möcüzəsidə odur ki inkişaf eliyə bilir.Bədən günü gündən qocalsada inkişaf etmək istəyən şüur inkişaf edərək günü-gündən şüurluluq səviyyəsini artırır.Inkişaf edərək elə şeyləri dərk eliyir və məəttəl qalır ki  bu necə ola bilər ki  mən digər canlılar heyvanlar kimi sonda ölmək aqibətinə tuş gələcəm.Mənim bu qüdrətli şüurum nə eləsədə bu aqibətdən yaxa qurtara bilməyəcək.Təbiət bu nə zarafatdı mənimlə eliyir?Mənə heyvan bədəninin içində şüur kimi bir qüdrət verir sonra isə ölüm qarşısında bu qüdrətimin acizliyini göstərir?

  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 months later...
6 hours ago, Metropolitik said:

axirə varsa həyatin mənasi nədir? bir sey ki bu dunya illuziyadan ibaretdirse onda burada yasananlarin da bir menasi olmur.netice olaraq burada herhansi bir meqsed ucun mubarize aparmagin da menasi qalmir...

Axirət varsa, həyatın mənasıda ora hazırlaşmaqdır. Orda da aktiv həyat var. Hələ axirətdən öncədə bir aləm var..

Link to comment
Share on other sites

Quote

Axirət varsa, həyatın mənasıda ora hazırlaşmaqdır. Orda da aktiv həyat var. Hələ axirətdən öncədə bir aləm var.

masallah Seytan kimi adamam. gelen kimi foruma yene birinci olaraq dindarlari tapdim.... :)

axiret varsa heyat oz deyerini itirir.ferqli mena qazanirsa da bu onu tam yasamagimiza mane olur.bu da bir nov qumardir.

Link to comment
Share on other sites

Plotophyte  görürsən özündə o nəticəni çıxartmısanki  insan şüuruna görə təbiətin bir hissəsi deyil.Şüurumuz dərk eliyirki bədənimiz bu təbiətdə çox acizdir.Təbiət bu nə zarafatdı mənimlə eliyir?Mənə heyvan bədəninin içində şüur kimi bir qüdrət verir sonra isə ölüm qarşısında bu qüdrətimin acizliyini göstərir?

Şüur tək bizdə yox özünü tanıyan heyvanlardada var. Bizdə olan şüurun ali formasıdır. hansı ki, tək insana aiddir. Mən razıyam ki, insanlar qısa sonlu həyatları ilə razı deyillər ən azından cavan vaxtı. Amma dinlər bizim sualımıza cavab vermir., açıqlama və dini iddialar primitiv və əsazsızdır.
Biz necə hər şeyin tanrı tərəfindən yaradılıb və idarə olunduğuna inana bilərik ki, təbiətdəki hadisələrin insanın doğulması embrionların və yumurtaların seçilməsində heç bir ahəngliyin olmamasını aşkar görürük. Hadisələrdə loqika və ardıcıllıq yoxdur, heç bir mükəmməllik heç nədə yoxdur. Güclülər zəifləri yiyir, insqnlar heyvanları yiyir. bu vəhşilikdə hansı ali izdən söhbət gedir.
  • Upvote 1
Link to comment
Share on other sites

  • 4 months later...
  • 2 months later...
On 2/27/2018 at 2:29 AM, plotophyte said:

bizim suallarımıza dindən başqa heçnə cavab verə bilmir. heç o mövzulara girədə bilmir cünki ancaq gördüyünə inanır. dini iddialar primitivdirsə, onda buyurun məntiqli və maraqlı açıqlama verin görək necə olacaq?

hadisələrdə mükəmməlik var ya yoxdu bu Allahın varlığının dəlili deyil onsuzda. logika və mükəmməlik görmək üçün bəsirət lazımdı. buda ateist zehniyyətin işi deyil. güclünün zəifi yeməsi və ya bütün bu vəhşiliklər dünya aləminə xas olan xüsusiyyətdir. burda belə olmalıydı oldu.

On 7/11/2018 at 3:44 PM, oxalnik said:

Axirət-maxirət yoxdu. imkan dairəsində kişi kimi yaşayıb, kişi kimi də ölmək lazımdır.

Axirəti, bu dünyada camahatı aldatmaq üçün icad ediblər.

kişi kimi yaşayib kişi kimi öləndə nolacaq ki? mövzunun əvvəlində yazdığımı oxumamısız deyəsən.

Link to comment
Share on other sites

43 минуты назад, aqilyunus сказал:

bizim suallarımıza dindən başqa heçnə cavab verə bilmir. heç o mövzulara girədə bilmir cünki ancaq gördüyünə inanır. dini iddialar primitivdirsə, onda buyurun məntiqli və maraqlı açıqlama verin görək necə olacaq?

hadisələrdə mükəmməlik var ya yoxdu bu Allahın varlığının dəlili deyil onsuzda. logika və mükəmməlik görmək üçün bəsirət lazımdı. buda ateist zehniyyətin işi deyil. güclünün zəifi yeməsi və ya bütün bu vəhşiliklər dünya aləminə xas olan xüsusiyyətdir. burda belə olmalıydı oldu.

kişi kimi yaşayib kişi kimi öləndə nolacaq ki? mövzunun əvvəlində yazdığımı oxumamısız deyəsən.

Din suallara cavab verir.Amma elm bu cavabları nə təsdiq nədəki inkar edə bilmir.Çünki elmdə bitkin bir biliyin qəbul olunması üçün mütləq eksperiment olmalıdır. Maddi aləmdə axirət aləmini necə eksperiment eliyə bilərsiniz?Bu inam məsələsidir.Yəni insan inanmağını başa düşməlidir.

Link to comment
Share on other sites

40 minutes ago, Slay said:

maddi aləmdə başqa aləmi eksperiment edən insanlar olub və bəlkə indidə var. bundan başqa peyğəmbərlərdə o aləmi eksperiment edib gəlmişdilər. ona görədə təkcə inam məsələsi deyil. ruh xəstə olanda xeyri yoxdu.

Link to comment
Share on other sites

2 минуты назад, aqilyunus сказал:

maddi aləmdə başqa aləmi eksperiment edən insanlar olub və bəlkə indidə var. bundan başqa peyğəmbərlərdə o aləmi eksperiment edib gəlmişdilər. ona görədə təkcə inam məsələsi deyil. ruh xəstə olanda xeyri yoxdu.

Elmdə eksperiment məsələsi sizin dediyiniz kimi subyektiv məsələ deyil. Elmdəki eksperiment  obyektiv eksperimentdir.Yəni istənilən vaxt hamı tərəfindən təkrarlana bilən eksperiment.Peyğəmbər maddi aləmdə ola-ola qeyb aləmi ilə əlaqədə olub.Bu onun subyektiv ekserimentidir.Buna inana bilərik.Sözüm yoxdu.Amma bunu elmi yolnan necə subut edə bilərik? 

Link to comment
Share on other sites

5 minutes ago, Slay said:

düz deyirsiz bunu təcrübi elmlə sübut eləmək olmur çünki buna Allah icazə vermir. onsuzda mən bunu iddia eləməmişəm. sadəcə bu mövzu insanların düşüncə səviyyəsini açıq-aydın bəlli edir.

Link to comment
Share on other sites

23 минуты назад, aqilyunus сказал:

düz deyirsiz bunu təcrübi elmlə sübut eləmək olmur çünki buna Allah icazə vermir. onsuzda mən bunu iddia eləməmişəm. sadəcə bu mövzu insanların düşüncə səviyyəsini açıq-aydın bəlli edir.

Indi necə bunun əsasən inam məsələsi olduğunu qəbul edirsinizmi?

Link to comment
Share on other sites

4 minutes ago, Slay said:

Indi necə bunun əsasən inam məsələsi olduğunu qəbul edirsinizmi?

yox qəbul eləmirəm :) qardaş mən sizə protiv nəsə yazmamışam sadəcə sırf inama əsaslanan məsələ deyil məncə. nə səbəb olur ki insan inanmır bax bu əsasdı. çünki inamı informasiya formalaşdırır. inam öz-özünə yaranmır.

Link to comment
Share on other sites

10 минут назад, aqilyunus сказал:

yox qəbul eləmirəm :) qardaş mən sizə protiv nəsə yazmamışam sadəcə sırf inama əsaslanan məsələ deyil məncə. nə səbəb olur ki insan inanmır bax bu əsasdı. çünki inamı informasiya formalaşdırır. inam öz-özünə yaranmır.

Inamdan başqa nəyə əsaslanır? Axı siz özünüzdə təsdiq etdinizki elmi-təcrübi yolla subut etmək mümkün deyil.Başqa hansısa metod , yol var?

Inancınıza hörmətlə yanaşıram.Məndə inanıram. 

Mənədə sizin kimi insan niyə inanmır sualı maraqlldır. Amma bu sualıma cavab tapmaq üçün düz düşünməyə çalışıram. 

Link to comment
Share on other sites

4 minutes ago, Slay said:

Inamdan başqa nəyə əsaslanır? Axı siz özünüzdə təsdiq etdinizki elmi-təcrübi yolla subut etmək mümkün deyil.Başqa hansısa metod , yol var?

Inancınıza hörmətlə yanaşıram.Məndə inanıram. 

Mənədə sizin kimi insan niyə inanmır sualı maraqlldır. Amma bu sualıma cavab tapmaq üçün düz düşünməyə çalışıram. 

təkcə təcrübi metodla əldə olunmuş şeyə elm deyilmir axı. bəli bu sizin qeyd etdiyiniz kimi obyektiv elm deyil amma bu mötəbər metoda əsaslanmış elmdi. elm, yəni məlumat toplusu. siz -inamdan başqa nəyə əsaslanır?- dərkən bu inamında nəyəsə əsaslandığını unutmamalısız. ümumiyyətlə biz axirətin varlığını sübut eləməyə çalışmırıq və mənim mövzumda bunun üçün deyil hər halda sizdə başa düşürsüz.

sizin xətrinizə bir əqli dəlil qeyd edirəm.

məsələn uşaq ana bətnində olanda ona bədən üzvləri nəyə lazımdı? heç ağzıyla nəfəsdə almır. ana bətnində uşaq başa düşə bilsəydi və Ona deyilsə ki sən burdan çıxacaqsan orda başqa bir dünya var falan filan bəlkədə inanmaz ki nə danışır bunnar. bir sözlə ana bətnindəki uşağın bədən üzvləri ona gedəcəyi yerdən xəbər verir və lazım olduğuna görə verilir. doğulandan sora insanda olan yaşamaq istəyidə bunu göstərir ki başqa bir aləmdə var. bu sizə bəs edir? buda bir elmi sübut.

Link to comment
Share on other sites

istər təcrübi yolla, istər müşahidə, istər xəyali - hər bir halda, əgər insan fiziki bədənə malik olmazsa, o dərk edə bilmir. insan bütün manipulyasiyaları bədəni vasitəsilə edir. bədən və onun vasitəsilə hərəkətə gətirilən bütün imkan və alətlər, yenə də maddi dünyanın təzahürüdür. bədən özünü təkmilləşdirmək üçün vasitədir. bədən xaricində insan öz davranışı bəlkə xəyal edə bilər, vəssalam bu səbəbə, bu maddi dünyaya çox bağlıyıq. axirəti yalnız xəyali olaraq təsərvvür edirik.

Link to comment
Share on other sites

1 час назад, NOIR сказал:

Əla.

Biz axirət aləmini xəyali olaraq təsəvvür edə bilirik. Bu axirət aləminin mövcudluğu haqqında informasiyanıda bizə dinlər verib.Bizdə ona görə o aləmi xəyal edirik.Amma bu aləmin doğurdanda mövcud olub olmadığını isə bilmirik.Buna yalnız inanırıq. Bu inamın kökü gedib vəhy məsələsinə çıxır.Elmi düşüncədə,elmi təcrübədə vəhy hadisəsi ilə bağlı fakt yoxdur. Buna görədə bir çox insanlar deyirki mən elmə inanıram dinə yox. 

Link to comment
Share on other sites

7 часов назад, Slay сказал:

insan elmə daha çox etibar edir, çünki onun təzahürü material dünyada hər bir şeydədir. insan onu bütün hiss üzvləri ilə qavraya bilir. bəşəriyyət elmin nəaliyyəti ilə təşəkkül tapıb. həmin nəaliyyət hər hansı fəsadlara yol açıbsa, bu bir ayrı söhbətin mövzusudu... insan özünü əməli fəaliyyəti ilə reallaşdırır axı... incəsənət də sırf təxəyyül məhsulu deyil, əlavə olaraq istedad və əməli fəaliyyət tələb edir. həmçinin də inam -  insanı yetkinləşdirən, aliləşdirən əməli forması, təzahürü, faydası, əhəmiyyəti olmayacaqsa, əvvəl-axır aktuallığını itirəcək. insan üçün qeyri-ciddi, mənasız və əhəmiyyətsiz bir anlayışa çevriləcək. 

bunun üçün də dinin mahiyyəti tapılmadır və sosium üçün əhəmiyyəti kəşf olunmalıdır )

Link to comment
Share on other sites

din məsələn, 10 əsr öncə təqdim edilən qaydada təqdim olunmamalıdır. insanların inam kateqoriyası da, psixi-emosional durumu bu dövrlər ərzində çox dəyişib. bilirsizmi, elm dinamikdi, müasirdi, iddialıdır. din isə mövqeyini itirir. reallıq budu

  • Upvote 1
Link to comment
Share on other sites

Dinin mahiyyəti bəllidir.Insanlara insanlığı öyrətmək.Insanlığında nə olduğunu hamı çox gözəl bilir.Burada onu uzun uzadı yazmağın mənası yoxdur.

Çox qəribə bir mənzərə yaranır.Elmə yaxınlaşan insanlar dindən uzaqlaşır ,dinə yaxınlaşan insanlar isə elmdən uzaqlaşır.Dünyada isə ədalətsizlik hökm sürməkdə davam edir.

Link to comment
Share on other sites

Allahın təqdim etdiyi həyat tərzi mövqeyini itirə bilməz. elm hər nə olur olsun əgər yanında təfəkkür yoxdursa, insanı xoşbəxt edə bilməz və reallıq budur ki edə bilmir. elm bütün istəklərimizi qarşılaya bilməz çünki buna gücü çatmır. insanın mənəvi rahatlığa ehtiyacı var. xoşbəxtliyin, keyfiyyətli yaşamağın yolu ancaq imandadır. mən bunu təcrübə eləmişəm. nə qədər inkişaf olsada insanda bir qəriblik var. bütün bu elmi inkişaf ali hədəfə çatmaq üçün olmalıdı yoxsa heç bir mənası yoxdu.

Link to comment
Share on other sites

В Mon Sep 17 2018 в 12:09, aqilyunus сказал:

Razıyam sizinlə.

  • Like 1
Link to comment
Share on other sites

51 minutes ago, Slay said:

Razıyam sizinlə.

burda bir nəfər olmadı ki, axirət olmasa, həyatın mənasız olduğunu etiraf eləsin... hələ bu sualın mənasız olduğunuda düşünənnər var. bu onu göstərir ki sağlam insanlar azdı.

Link to comment
Share on other sites

25 минут назад, aqilyunus сказал:

burda bir nəfər olmadı ki, axirət olmasa, həyatın mənasız olduğunu etiraf eləsin... hələ bu sualın mənasız olduğunuda düşünənnər var. bu onu göstərir ki sağlam insanlar azdı.

Diaqnoz qoymağa tələsməyin )

Müassir dövr çox ziddiyətlidir.Bu çox mürəkkəb məsələdir.

Link to comment
Share on other sites

21 минуту назад, aqilyunus сказал:

bu diaqnoz Qurandandı :)

Ədalətli alınması üçün mən öz adımdan belə deyərdim.

Insan inanmalıdır. Qurandada Allah bizdən inanmağı tələb edir.Deməli inam məsələsində inanclılar sağlam düşüncəlidir.( ki , inanırlar)

Inancsız insanların içindədə mütərəqqi elmi-fəlsəfi zəkaya sahib olan insanlar var.Buradanda belə çıxır ki, elm bilik məsələsindədə inancsızlar var ki, bəzi inanclılardan sağlam düşüncəlidirlər.(ki, daimi elmi inkişafdadırlar)

Təkcə inam arqumenti ilə insanların sağlam ya qeyri sağlam düşüncəli olmasına bir mənalı qiymət vermək düzgün alınmır.Dinin özündədə varki elmin özüdə bir ibadətdir. Əsl Azad elmi fəlsəfi düşüncə öz nüvəsində humanizm ideyalarını saxlayır.

Ümumiyyətlə ona görə deyirəmki bu çox mürəkkəb məsələdir.Bir mənalı qiymət vermək düzgün alınmır . 

Link to comment
Share on other sites

9 hours ago, Slay said:

tamamilə razıyam. əlbətdə təkcə inamına görə insanı qiymətləndirmək olmaz heç Quranda da insanlar inanclarına görə qiymətləndirilmir. bütün inananlar sağlam düşüncəli olsaydı nə dərdimiz varıydı. dinə inanan amma şəxsiyyətsiz adamlar doludu. mən demirəm ki, kim axirətə inanırsa ağıllıdı vəssalam. bu qətiyyən belə deyil. elmi-fəlsəfi zəkada olmaqda hələ ağıllı olmaq deyil. cild-cild kitablar oxuyur və belə nəticəyə gəlir ki, bütün dinlər bir-birinin təkrarıdı və ona görədə yalandı. "Ölüm olsun ona! Necə ölçdü-biçdi?! Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!" (mudəssir 19-20).

Link to comment
Share on other sites

Ümumiyyətlə inam , ağıllı olmaq , sağlam düşüncəli olmaq məsələsinə mən belə baxıram.

Insanın inancı onun şəxsi işidir . Hər kəsin axirətdə öz aqibəti var . Heç kim başqasının yerinə cavab verə bilməyəcək . Yəni ən əziz adamın belə yalnız özünə cavabdeh olacaq . Bu inamdır . Inanıb  inanmamağı insan özü seçir .Insanın etdiyi seçim yalnız onun özünə dəxli olur. Bizə bunun heç bir dəxlisi yoxdur . Bəs bizə dəxli olan nədir ? Insanın seçib sahib olduğu ideyanın sosiumda təzahürü . Hansı insanın həyatı daha keyfiyyətlidir ? Qeyd etdiyim kimi mütərəqqi elmi düşüncəyə sahib,əməksevər,ağıllı,ləyaqətli ömür yaşayan insanın. Axirətə inanıb inanmamağı Allahla onun öz arasında olan işdir .  Səhv etmirəmsə yalnz bu dünya üçün yaşayanara aid  11-surənin 17-ci ayəsi var . Təxminən məzmunu belədir . Biz bu dünyada onların əziyyətlərinin mükafatını elə bu dünyadada verərik.

Edited by Slay
Link to comment
Share on other sites

  • 4 weeks later...
On 9/17/2018 at 10:37 AM, NOIR said:

din məsələn, 10 əsr öncə təqdim edilən qaydada təqdim olunmamalıdır. insanların inam kateqoriyası da, psixi-emosional durumu bu dövrlər ərzində çox dəyişib. bilirsizmi, elm dinamikdi, müasirdi, iddialıdır. din isə mövqeyini itirir. reallıq budu

Razıyam sizinlə. Məhz bunu anlayaraq İsmaililər təriqəti dini qaydalarını müassirləşdiriblər. İran özü də yumşaltmaq məcburiyyətindədir. Əgər 10 il əvvəl niqab və qara çadra tələb olunurdusa, indi qızlar cins şalvarda və baş yaylığını başın arxa hissəsinə atırlar (əlbəttə hamsı deyil). Əgər molla rejimi eyni sərtliyi davam etsə anlayır ki böyük gənc ordusunun qarşısını ala bilməyəcək. 

  • Upvote 1
Link to comment
Share on other sites

  • 6 months later...
  • 2 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Milli
        • Facepalm
        • Haha
      • 10 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Upvote
        • Haha
      • 13 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Like
      • 109 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Haha
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       
        • Like
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...