Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İnternetdə saxta profillə təhqir yazanlar cəzalanacaq


Recommended Posts

Azərbaycanda internet informasiya məkanında dövlət başçısının - Prezidentin şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyəti yaradacaq.
 
Milli Məclisdə baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövlətinin başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı təklifi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunub.
 Layihəyə əsasən, bu maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir. Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmədir.
 
Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir. Maddədə deyilir: “323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. 
 
Həmçinin Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması təklifi müzakirə olunub. Baş prokuror Zakir Qaralov tərəfindən Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi təklif edilib. 
 
Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 Yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Müvafiq olaraq Cinayət Prosessual Məcəlləsinə də uyğunlaşdırma düzəlişlər təklif edilir.
 
Deputat Fazil Mustafa deyib ki, dəyişiklik layihəsi çox aktual, son dərəcə vacibdir. O bildirib ki, bir sıra insanlar xaricdə oturaraq və ya gizli olaraq bu işi həyata keçirirlər: “Başqa ölkələr tərəfindən yönləndirilən saytlar var ki, onlarla bağlı da araşdırma aparmaq lazımdır. Ola bilər ki, böhtan atmırlar, amma ölkənin imicinə ziyan vururlar”.
 
Deputat Elmira Axundova qeyd edib ki, bu dəyişiklik ölkənin birinci xanımına və onun ailə üzvlərinə də şamil olunmalıdır: “Mənəviyyatdan uzaq olan şəxlər ölkə rəhbərini ünvanına təhqirlər, nalayiq sölər yazmaqdan çəkinmirlər. Bu halın vüsət almasına səbəb prezidentin humanistliyidir. Bu dəyişikliklə heç bir mətbu orqana məhdudiyyət qoymuruq. Bəzi şəxslər, hətta ölkənin birinci xanımı, prezidentin ailə üzvləri barəsində çox mənəviyyatsız yazılar yazırlar. Bununla bağlı hüquqi tədbirlər görülməlidir. Dəyişiklik layihəsi prezidentin ailə üzvlərinə də şamil edilməlidir”.
 
Deputat həmçinin vurğulayıb ki, bütün dünyada olduğu kimi, Azərbacyanda da məişət zorakılığı baş verir: “Statistikaya görə qadınlara öz ərləri tərəfindən zorakılıq halları artır. Belə insanlar cəzaya layiqdirlər, onlar ömürlük azadlıqdan məhrum edilməlidirlər. Buna görə də Cinayət Məcəlləsini bir sıra maddələrinə yenidən baxılmalıdır. Xüsusilə, ağır cinayət törədənlər, həyat yoldaşının başını kəsən, azyaşlıları zorlayanlarla bağlı ölüm hökmünün tətbiq olunmasının vaxtıdır”.
 
Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, ölüm hökmünün bərpa olunmasına ehtiyac yoxdur.
 
Millət vəkili Məlahət İbrahimqızı isə 20 Yanvarla bağlı vikipediada çox yanlış məlumatların yer alıdığını deyərək, bunun qarşısının alınması təklifi ilə çıxış edib.
 
Millət vəkili eyni zamanda, Azərbaycanın tanınmış dövlət, ictimai-siyasi xadimləri barədə xoşagəlməz yazılar yazanların  da cəzalandırlmasını təklif edib. Çıxış edən digər deputatlar da internetdə təhqirin yayılmasının yolverilməz olduğunu bildiriblər. 
 
Hər iki layihə səsə qoyularaq qəbul olunub.

 

 

bizimyol.info

Link to post
Share on other sites

"Qeyd" hissədəki açıqlamaya əsasən, hamımız saxta profil istifadəçisiyik. Və əgər "yerli sakinlərdən" yəni forumda qeydiyyatdan keçmiş userlərdən kimsə ünvanımıza təhqir yazarsa da, onu identifikasiya etmək, həmin şəxsə çıxıb, məsuliyyətə cəlb etmək imkanına malik deyilik. Əminəm ki, təhqirə vərdiş etmiş həmin userlər həmişəki qaydada davam edəcək, çəkinmədən təhqir edəcəklər. 

 

323.1 maddəsinə dəyişikliklər labüd idi. Dövlət və hökümət rəmzləri mühafizə olunmalıdır, qorunmalıdır. Başqa bir hal məni düşündürür. (ilk postda da qeyd olunur ) bəs ölkə ərazisində yerləşməyən, kənar dövlərlərin ərazisində olan userləri aşkar etsələr, onlara necə çıxacaqlar. Yəqin xatırlayarsız, aprel ayında ermənilərə məxsus profillər forumu bərbad vəziyyətə salmışdı. Ölkənin nüfuzuna zərbə vuran, xalqın ədalət, ləyaqət hissini qıcıqlandıran nə qədər sözlər yazıldı və oxundu...  Onlara cəza çatdı ?

 

Başqa məqam da var.

Link to post
Share on other sites

Müşahidə etmisizsə, sosial şəbəkələr cəmiyyətdəki əhvalı, bir növ transformasiya edir. Özü də, mümkündür ki, hər iki istiqamətə.... Fərdin daxilindəki etiraz və narazılığı söz, fikir formasında realizə etməsi, təhlükəsizlik baxımından daha məqbuldur, nəinki bu etirazın küçə-meydanlara axması...Rusiyada KİV vasitələrindən yumoristlər, publisistlər daima bəzi ictimai xadimləri, deputatları, məmurları ifşa edir, gülüş obyektinə çevirir.... əhali ilə birgə gülürlər nöqsanlara. Heç kim də ölmür, nə gülməkdən nə də ağlamaqdan

 

 

Link to post
Share on other sites
3 часа назад, NOIR сказал:

Müşahidə etmisizsə, sosial şəbəkələr cəmiyyətdəki əhvalı, bir növ transformasiya edir. Özü də, mümkündür ki, hər iki istiqamətə.... Fərdin daxilindəki etiraz və narazılığı söz, fikir formasında realizə etməsi, təhlükəsizlik baxımından daha məqbuldur, nəinki bu etirazın küçə-meydanlara axması...Rusiyada KİV vasitələrindən yumoristlər, publisistlər daima bəzi ictimai xadimləri, deputatları, məmurları ifşa edir, gülüş obyektinə çevirir.... əhali ilə birgə gülürlər nöqsanlara. Heç kim də ölmür, nə gülməkdən nə də ağlamaqdan

 

 

 

 

Bizimkilərin ünvanına bir söz deyilsə xəncərlərinin  qaşı düşər .

 

Erməni profilləri  əbədi ban olundu.

Link to post
Share on other sites
9 часов назад, Kenul2012 сказал:

Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

bunu necə başa düşək ? zərurət olarsa, 1000 manat ödəyib təhqir etmək olar yoxsa...1500 manat ödəyib böhtan almaq olar (?)

 

 

Link to post
Share on other sites
  • 1 year later...
  • 3 years later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • Продается / Сдаётся Дача-Бутик на Новый Год, Новруз и начиная с Апреля по Октябрь. Tel / What’s up:0517774810. Цена 350 AZN за день - сдается минимум на неделю. Цена продажи 280000м. Цена сдачи на лето 7000м за месяц.
      https://bina.az/items/1503108

      Сдается/продаётся великолепная и уютная дача для прекрасного времяпровождения семьи круглый год. Участок 6 сот, дом 150м2, единая Купчая на дом и участок. При строительстве использовались дорогие материалы с учетом того, что дача строилась для себя, а не для продажи. Дача находиться среди правительственных дач с интеллигентными соседями на территории Маяка - Шувеланы.

      20ти летние пальмы, 4 комнаты, высокие потолки, отличный проект, просторные комнаты, витражные окна, качественный ремонт

      При строительстве использовались дорогие материалы с учетом того, что дача строилась для себя, а не для продажи. Дача находиться среди правительственных дач с интеллигентными соседями на территории Маяка - Шувеланы. 20ти летние пальмы, 4 комнаты, высокие потолки, отличный проект, просторные комнаты, витражные окна, качественный ремонт, обои "Замбаити", немецкий ламинат, итальянский кафель и метлаг "Керамо М.", цветной домофон, дорогие белые внутренние двери из дуба со шпоном, большая кухня, 1 с/у во дворе, ворота с дистанц. управлением.

        • Confused
      • 29 replies
    • Merdekanda, Makaron fabrikin arxasinda, esas yola yaxin bag evi satiram. 3 sot, 120 kv.m, 4 otaq, hündür tavan. 1 genish zal, 3 yataq otagi, 1 s/q. Ishiq, su, qaz fasilesiz. Yaxinligda market, aptek ve s. var. Evin ve torpagin kupçasi var.
      055 616 62 62
      • 4 replies
    • Продается дача, квадратура 197м2 - 2 этажа; на первом этаже - холл, комната, кухня, санузел; на втором этаже - 3 спальни + санузел. Дворик 7 сот; гаража нет, бассейн BestWay -10 тонн. Всю мебель/технику оставляю. Вода постоянная, телефон есть. Купчая есть.
       
      Деревья: хан чинар, эвкалипт, мушмула, магнолии, фейхоа, абрикос, инжир, вишня, черешня, яблоня, груша, гойчай нар, виноград, ива, розы, камелия, магнолии, елки
       
       

       
       

       

       



       

       

       
        • Upvote
        • Like
      • 5 replies
    • На территорию Бакинского олимпийского стадиона нельзя будет попасть с большими сумками, а добраться можно будет посредством скоростных маршрутов.
        • Downvote
        • Upvote
      • 36 replies
    • Украина показала форму на Евро: с контуром границы и нашивкой «Слава Украине». Кажется, нарушили правила УЕФА
        • Downvote
        • Upvote
      • 267 replies
    • Интересный пост прошел в ленте. Взято с Фейсбука сразу пишу, не моё😉

        • Facepalm
        • Upvote
        • Haha
        • Thanks
        • Like
      • 70 replies
    • Прошу извинения у Админа, может не в ту тему написал.
      Но здесь многие Бакинские дачники, а Хартут растёт на Апшероне.
      Всем бакинским дачникам привет.
      Хороших урожаев.
      Куплю хартут, большое количество. Желательно в зоне Бильгя, Ляиш, Нардаран, Албалылыг, Маштага.
      Самовывоз.
      Телефон 012 455 64 10 и 050 644 15 60.и ватсапп.
      Цена договорная.
        • Like
      • 6 replies
    • 7 человек набрали,нужно еще три игрока, играем в футбол в 22 00 ,кто хочет милости просим,белый город новый бульвар,за детской площадкой...
      • 0 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.



×
×
  • Create New...