Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qəzəl


}{anasaka sensei

Recommended Posts

Ta ki, sən oldun əsiri zülfi-yarın, ey könül,
Qarə oldu yar əlindən ruzigarın, ey könül.

 

Yüz cəfa gördün, vəli, bir gəz şikayət etmədin,
Hansı lütfündən xəcilsən nazlı yarın, ey könül.

 

Nə ümid ilə, genə dilbər sənə vermiş firib
Kim, fərəhnak olmusan, yoxdur qərarın, ey könül.

 

Yoxsa əğyar ilə görmüşsən genə məhparəni?
Bənzəməz hərgünkünə bu ahü zarın, ey könül.

 

Gər o ahugöz düşə aləmdə bir gün damüvə,
San qəzali-çərx olur yerdə şikarın, ey könül.

 

Aldı əqlü huşüvi şövqi-dəhanı dilbərin,
Getdi əldən yox yerə məcmu varın, ey könül.

 

Xublər zülfinə qoymazdım səni bənd olmağa,
Məndə olsaydı əgər kim, ixtiyarın, ey könül.

 

Ol pəridən çək dedim əl, pəndimi guş etmədin,
Nalədir Seyyid kimi indi mədarın, ey könül.


                                                   Seyid Əzim Şirvani

Edited by }{anasaka sensei
  • Upvote 5
Link to comment
Share on other sites

Zülm eyləmək eşq əhlinə, cana, nə üçündür ?

Aşiq ki, verir canını - cananə üçündür.

 

Sevməz o qara zülfünü heç kimsə mənimtək,

Zəncirə həvəs eşqdə dinavə üçündür.

 

Xəlq olmamısan aşiqi incitməyə, zalim !

Bax, gör, bu gözəllik sənə, aya, nə üçündür ?

 

Hər aşiqin öz sevdiyi məşuqəsi vardır,

Gül bülbül üçün, şəm isə pərvanə üçündür.

 

Zahid buraxıb məscidi, meyxanəyə gəlməz,

Bayquş yaranandan bəri viranə üçündür.

 

Vahid, məni sərdəftəri- eşq içrə yazıblar,

Məcnun sözü dillərdə bir əfsanə üçündür.

 

Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İskəndərov)

  • Upvote 5
Link to comment
Share on other sites

Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq,
Yox olubdur varımız, dərdə giriftar olmuşuq.

 

Nəbzimizdən çəkməz əl, ey mah, bir saət təbib,
Həsrəti-çeşminlə ol gündən ki, bimar olmuşuq.

 

Var idik ol ləhzə kim, yox idi ərzü asiman,
Ey dəhanın sədqəsi, yoxdan məgər var olmuşuq?

 

Çəkdilər bazarə ol gün kim, əmanət gövhərin,
Canü dildən əl çəkib bizlər xəridar olmuşuq.

 

Bizdə istehqaq yox, bu nə kərəmdir bilmirəm,
Xilqəti-icadə biz hardan səzavar olmuşuq?

 

Yoxdur, ey arami-can, sənsiz vücudə bir əsər,
Fel özün, fail özün, biz nə günəhkar olmuşuq?

 

İçmişik xümxaneyi-əhbəbtü camından şərab,
Seyyida, sərməst ikən aləmdə huşyar olmuşuq.

 

                                                   Seyid Əzim Şirvani
 

  • Upvote 4
Link to comment
Share on other sites

Hanı o mah ilə mən işrət etdigim gecələr,
Tülui-sübhə kimi söhbət etdigim gecələr.

 

Gedəndə yar, durub naz ilə kənarından
Alıb ələ ətəgin, minnət etdigim gecələr.

 

Düşəndə xatirimə göglərə çıxar ahım,
O mahparə ilə xəlvət etdigim gecələr.

 

Ayaq yalın, baş açıq, zəmzəmi-sirişk töküb,
Təvafi-kuyi üçün niyyət etdigim gecələr.

 

Gəlib nihani dəri-yarə, üz qoyub xakə,
Qübarın öpməgə ol cürət etdigim gecələr.

 

Düşərmi bir də ələ, ey xudayi-həyyü əhəd,
O sərvqamət ilə ülfət etdigim gecələr.

 

Deyəndə yar mənə dərd, mən deyərdim can,
Məzaqə təlx sözün şərbət etdigim gecələr.

 

Mükərrər eyləyib ol acı sözlərin, Seyyid,
Özüm-özümə dönüb ləzzət etdigim gecələr.
 

                                                   Seyid Əzim Şirvani

  • Upvote 2
Link to comment
Share on other sites

  • 2 weeks later...

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor.

 

Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma,
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

 

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

 

Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən,
Xəbərsiz məstlər bidadını hüşyar olandan sor.

 

Qəmindən şəm’ tək yandım, səbadən sorma əhvalım,
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.

 

Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım,
Xərabat əhlinin halini bir xummar olandan sor.

 

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,
Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.
                                                            Məhəmməd Füzuli

Edited by }{anasaka sensei
  • Upvote 3
Link to comment
Share on other sites

  • 1 month later...

Zəhi, zatın nihanü ol nihandan masiva peyda,

Bihari-sün’ünə əmvac peyda, qə’r napeyda.

 

Büləndü pəsti-aləm şahidi-feyzi-vücudundur,

Degil bihudə olmaq yox ikən ərzü səma peyda.

 

Kəmali-qüdrətin izhari-hikmət qılmağa etmiş

Qübari-tirədən ayineyi-gitinüma peyda.

 

Dəmadəm əks alır mir’ati-aləm qəhrü lütfündən,

Onunçün gəh küdurət zahir eylər, gəh səfa peyda.

 

Gəhi toprağə eylər hikmətin min məhliqa pünhan,

Gəhi sün’ün qılır topraqdən min məhliqa peyda.

 

Cahan əhlinə ta əsrari-elmin qalmaya məxfi,

Qılıbdır hikmətin küffar içində ənbiya peyda.

 

Nişani-şəfqətindir kim, olur izhari-həmdinçün,

Füzuli tirə təb’indən kəlami-canfəza peyda!

 

Məhəmməd Füzuli

Edited by фрилансер
  • Upvote 1
Link to comment
Share on other sites

Əgər zatun nihandur, heç nihan etməz əyan peyda,

Əyandur, bəs olubdur ol əyandan asiman peyda.

 

Əyansan, qabiliyyət yoxdu bu ayinə göstərsün,

Bu zatun göstərür, olmış bu əbruyi-kəman peyda.

 

Səni Məcnuni-rüsva görməseydi Leyli hüsnində,

Dəmadəm ney kimi eylərdi heç ahü fəğan peyda?

 

Bir şuxun vermisən eşqin mənə, bu fitnəsindəndür,

Şəbi-hicran gözümdən eyləmiş dəryayi-qan peyda.

 

Qılanda şanə zülfin ney kimi könlüm fəğan eylər,

Məbada olmasun sərfitneyi-axirzəman peyda.

 

Gəhi zünnar olur zülfün, gəhi zənciri-divanə,

Gəhi Zöhhak duşində olub əf`i ilan peyda.

 

Kəsad etmiş cəmali-Yusifi bazari-hüsn içrə,

O gün ki oldı, Saqib, ol büti-namehriban peyda.

 

Haşım bəy Saqib

Edited by фрилансер
  • Upvote 3
Link to comment
Share on other sites

  • 2 weeks later...

Minlərcə gözəl olsa da hər millət içində,
Olmaz sənə bənzər, gözəlim, xilqət içində.

 

Hicrində nələr çəkdiyimi, vəslinə yetsəm,
Bir-bir sənə ərz eyləyərəm söhbət içində.

 

Ol zülfi-pərişanə o gündən ki, əsirəm,
Məcnun deyilir adıma cəmiyyət içində.

 

Kuyində səfa çəkməyə yol vermə rəqibə,
Yoxdur yeri xain adamın cənnət içində.

 

Biganə sözün açma mənə, qüssədən ölləm,
Bimarə içirtmə zəhəri şərbət içində.

 

Min cazibə vardır, gözəlim, məst gözündə,
İnsan sənə baxdıqca qalır heyrət içində.

 

Vahid, məni hərdəm ki, görüb dindirir ol şux,
Könlüm açılır, ruhum uçur ləzzət içində.
                                                     Əliağa Vahid

 

 

  • Upvote 3
Link to comment
Share on other sites

Nədən ol büti-pərivəş dolanıb  bu yanə gəlməz,

Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?

 

Nə qılım, edim nə çarə o nigari-nazəninə,

Doyanıb cahan sözündən, özü bir əyanə gəlməz.

 

Başına dönüm, dolanım, o boyun bəlasın alım,

Niyə türki-çeşmi-məstin oxu bu nişanə gəlməz?

 

Döşənibdir  əbrü  zülfün nə xub al yanağın üzrə,

Niyə bəs o qarğı saçın uzanıb dabanə gəlməz?

 

Ləbi-lə’li-ruh’bəxşin gələ gər tərəhhüm üstə,

Dirilir bu xəstə, billah, demə kim, bu canə gəlməz.

 

Demə çox gözəldi Leyla, nəçidir uzun Züleyxa,

Belə dilbəri dilara  dəxi bu cahanə gəlməz.

 

Mən onun qadasın allam, mən onun fədası ollam,

O nədir ki, yoxdu sanı, o bu sözdü, sanə gəlməz.

 

Desə gündə əlli min yol bu sözü əgər zəbanım,

Genə der ki, bir də söylə, yorulub əmanə gəlməz.

 

Məni çox da mən’ qılma bu fəğanü hay-hu’dən,

Od içində bəs üzərrik nə qılar, fəğanə gəlməz?

 

Çağırın Hüseyn Balanı, oxusun bir xoş kəlamı,

Ələ bir də dəxi, billah, belə xoş zəmanə gəlməz.

 

Sənə dərdi-hicri yeksər edərəm hekayət, amma,

Qələm əldə sız-sızıldar ki, bu söz bəyanə gəlməz.

 

Hanı bəs, görən nə oldu, məni dərdü qəm tükətdi,

Niyə gəlmədi, yubandı, nə edib bəhanə, gəlməz?

 

Basar it hayana getdi, hanı fışqırıq sədası,

Nə gəlibdi Xançobanə ki, bu qış Muğanə gəlməz?

 

Bu sözü bəyənməsin qoy o rəqibi-nəhsü məş’um,

Belə lə’lü dürri-məknun, elə çal qabanə gəlməz.

 

Gücinən deyil, əzizim, bu şəhabi-eşqdir, eşq

Ki, o bərqi-nəxli-iymən hər odun yığanə gəlməz.

 

Qələmi-şikəstə qədlə sözü rəşki-dürri-nab etmə,

Ələ dəxi bir də, billah, belə xoş fəsanə gəlməz.

 

Keçər ərşi-kibriyadən təfi-bərqi-ahi-aşiq,

Alışar, yanar və lakin gözə bir zəbanə gəlməz.

 

Səri-kuyi-yarə getmiş genə qan üçün Nəbati,

O bəlalı aşiq indi batıb al qanə, gəlməz

 

 

Seyid Əbülqasim Nəbati

Edited by фрилансер
  • Upvote 4
Link to comment
Share on other sites

Dustlər, mən görən ol dilbəri-ziba kim idi?

Dağıdan gül üzünə zülfi-mütərra kim idi?

 

Mən ki, bihuş düşüb, görcək özümdən getdim,

Siz ki, huşyardız, ol afəti-dünya kim idi?

 

könül qoydu, can məndə, səbrü, qərar,

Etdi qarət məni, ol şahidi-yəğma kim idi?

 

Ol üzü cənnəti mən bilməsəm adəm degiləm,

Ləbi Kövsər, üzü gül, qaməti Tuba kim idi?

 

Dustlər, dün gecə kim, məsti-meyi-vəhdət idik,

O bizə saqi olan yari-dilara kim idi?

 

Doldu ənvari-məhəbbətlə genə sinə bu gün,

Göstərən vadiyi-Sinadə təcəlla kim idi?

 

Bu bəhcət, səfadır, sürurü, bəha,

Sizi tari, o nigari-fərəhəfza kim idi?

 

Kimdi bu məclisi-ürfanı bu şurə gətirən,

Dövri-sağərlə verən badeyi-səhba kim idi?

 

Gəldi göftarə ləbi, aləmi ehya elədi,

Bu necə ruh idi, aya bu Məsiha kim idi?

 

Çeşmi-Qibti bilir xilqəti-Harun sirrin,

bilir dəhrdə Firon ki, Musa kim idi?

 

Olmasan badiyeyi-eşqdə Məcnun əgər,

Bilməsən hiç ki, sən, həzrəti-Leyla kim idi?

 

Nəfsi-vahiddən əgər mətləbə olsan vaqif,

Bilisən onda ki sən, Adəmü Həvva kim idi.

 

Həq zühurunda hələ yolda qalıb iki gözüm,

Bəs o həq məzhəri ayineyi-ülya kim idi?

 

Qürrətül-eynüvə ömründə degilsən vaqif,

Görə bilməz ki, cəmali-həqə bina kim idi.

 

Bu səri-çeşmə əzəldən bulanıb, ey qafil,

Gör kimə tabe olursan, sizə mövla kim idi?

 

Neçə gün aləmi-nasutə gəlib oldu müqim,

Heyf ki, bilmədilər Seyyidi-rüsva kim idi?

                                 Seyid Əzim Şirvani

 

 

Edited by }{anasaka sensei
  • Upvote 4
Link to comment
Share on other sites

Ol gedǝn yarımmıdır, ya ixtiyarımdır gedir,

Bilmǝzǝm canımmıdır, ya suvlu yarımdır gedir.

 

Tǝndǝ canım qalmadı, anunla olmuşdur rǝvan,

Ol mǝnim ruhi-rǝvanım, ya nigarımdır gedir.

 

Canım andan ayrı tǝndǝ, bir dǝm ǝylǝnmǝz mǝnim,

Ğǝm mǝni eylǝr hǝlak, ol qǝmküsarımdır gedir.

 

Qalmadı heç karü bari bu Xǝtai xǝstǝnin,

Anın ilǝ karü barım hǝrçi varımdır gedir.

 

Şah İsmayıl Xətai

 

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

Camalın istədim görüm, dedin ki olmaz – olmasın,

Nolardı səndə, dilbəra, bu olmaz-olmaz  olmasın.

 

Fərağın əldən aldı bəs, nedim ki ixtiyarımı,

Xəyalın eyləyincə, bil, itirmişəm vüqarımı,

Görəydim o  gül hüsnünü, verəydim hərnə varımı,

Dedim, dedin – olarmı heç,  gözəllərdə naz olmasın ?

Nolardı səndə, dilbəra, bu olmaz-olmaz  olmasın.

 

Çəməndə bərgi güldəki tərindir inci jalələr,

Odur ki könlümün quşu edər çox ahu- nalələr,

Tərəhhüm eylə qaşların sinəmdə açdı lalələr,

Dedim, dedin ki, aşiqim gərək sərəfraz olmasın,

Nolardı səndə, dilbəra, bu olmaz-olmaz  olmasın.

 

Bahari fəslisən özün, çəmən- çiçək bəhanədir,

Bütün sevənlərin sözü, ümidi gül dəhanədir,

Üzündü  lalə-gül mənə, cahanda gül daha nədir,

Dedim, dedin – sevən gərək bu qədri sözbaz olmasın,

Nolardı səndə, dilbəra, bu olmaz-olmaz  olmasın.

 

Yanıqlı könlümün, gözəl, ləbindən ehtiyacı var,

Bu dərdi naəlac üçün - bilibdi ki  əlacı var,

Sızıdyaynllar  içrə bir, nəvayə gəlmiş Hacı var,

Dedim, dedin ki, Hacıya deyin - bədavaz olmasın,

Nolardı səndə, dilbəra, bu olmaz-olmaz  olmasın.

 

HACIBABA HÜSEYNOV ( allah rəhmət eləsin)

  • Upvote 2
Link to comment
Share on other sites

  • 3 years later...

[email protected] <--Xahiş edirəm, bu qəzəlin müəllifini bilirsinizsə yazın. Qəzəllərə bələd deyiləm.Şahnaz muğamında rast gəlmişəm. Qulaqdan eşitdiklərimi yazıram.

 

Ey görüb ağ saçların tən eyləyən divanə bəs

Bəs demirlər dəhrü dərd, hər aşiqin dövranı var

Hicri cananı görüb səbr etməyib çox ağladım

Ağladım bi can imiş, hicrində öz dərmanı var

Qeyrilər vardan keçir, mənsə canımdan yar üçün

Neyləyim, hər bir kəsin aləmdə öz imkanı var

Ləbləri cananın öpdüm, bilmədim təqsirimi

Bundan ötrü, sən demə, yarın ölüm pərvanı var

Ləbləri cananın öpdüm, bilmədim təqsirimi

Ağladım bi can imiş, hicrində öz dərmanı var

Bu qəzəl bir qətrədir , təbü rəvanından sənin 

Yaz ki el bilsin , bu gündən mayilin dövranı var

Ay aman , Yar aman aman , ay can 

 

Link to comment
Share on other sites

Bu qəzəlin dəqiq sözlərini haadan tapa bilərəm? Bütün google u axtarmışam. Müəllifi deyilənə görə Dadaş Vasifdi amma heç bir məlumat yoxdur.Bəlkə köhnə kitablarda rast gələsiniz

 

Bir vətən mülkünə bax , gör nə gülüstanın var

Nərgizin yasəmənin, sünbüli reyhanın var.

Ay vətən eşqilə yaşar indi bütün insanlar

Verməyə can kimi mənim də ona qurbanım var

Məni şəm yandıra bilməz oda pərvanə kimi

Yurdum odlar yurdu, çün azərbaycanım var

Qədəmim düşmənə əgər qoysa vətən torpağın

Onu dəf etməyə aciz deyilik hümmətimiz var

Vasifaya öz varlığını sərf elə öz xəlqin üçün 

Xəlq edib xəlqi desin hatəmi-dövranım var

 Kamilə Nəbiyeva Şur təsnifində ifa etmişdi  ordan izləyə bilərsiniz.https://youtu.be/O8NCeypjfQ0

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 0 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Thanks
        • Like
      • 66 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
      • 666 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 25 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...