Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azerbaycan xalqı xoşbəxtdi, yoxsa bədbəxt? Səbəbləri, həll yolları, və s.

CaSPiaNReBeLLioN

Recommended Posts

İnkişaf edən dünyada heyif ki, hər şey yaxşıya doğru düzələcəyini umsaq da hər zaman bu ozünü doğrultmur. Sakinləri olduğumuz Azərbaycanımızın bu inkişafda qət etdiyi və ya ayaq uydurduğa və ya, tam əksinə gerilədiyi sahələr, insanların həyat standardları, problemlər...

Şərhlərimizi bildirək vaxt tapdıqca, sizlərə zəhmət.

Buyurun, uğurlar!

  • Upvote 2
Link to comment
Share on other sites

necə də urəklə yazmısız : "Sakinləri olduğumuz Azərbaycanımızın...." ))

miqyaslı müqayisədə, kiçik olduğumuz səbəbindən, xoşbəxliyimiz də, bədbəxtçiliyimiz də çox kiçikdir, əhəmiyyətsiz görünür. lap tutaq ki, bədbəxtik, kənardan bir kimsə dayaq durub, təmənnasız yardım edəcəkdi yoxsa ? ya da ki, çox xoşbəxt və arxayınıq, kənardan bizlərin bu halına sevinən çoxmu olacaq ?

indiki dövrdə xoşbəxt-bədbəxt aktual deyil, müqayisədə ölçüləndir. stabillik əhəmiyyətlidir.

bir məsəl var, yanan ocağın istisinə gələn çox olar. hələ ki, odlar diyarında ocaq yanır, odun istisinə qızınmaq üçün hamı yığışacaq : pis- yaxşı, bədbəxt - xoşbəxt, insan - heyvan......neyləsin ki, odun qisməti belədir ))

  • Upvote 3
Link to comment
Share on other sites

Indi Azerbaycanda sohbetleshmek istediyimiz 10 neferden 9-u ilk olarag problemlerden danishmaga bashlayir.Inkishaf,tereggi hagginda hec kes danishmag bele istemir ve ya elde olunmush az-cox real inkishaf hec kese maragli da deyil.Insanlar ancag ve ancag problemlere yuklenibler..Hami mazoxistcesine,hetta deyerdim mueyyen bir sevgi ile problemlerini xirdaliglarina kimi nece danishirsa sanki guclu orgazm yashayirlar bu an..Yuxarida geyd olundugu kimi belke de migyasli bir mugayisede bu cox kicik gorunur,amma olke kimi,10 milyonlug bir xalg ucun bunu kicik saymag olmaz....Problemler ve onun fesadlari butun dovrlerde cemiyyet ucun aktual olsa da bu gunumuzdeki geder hec vaxt olmayib...Pozitivlik tamam insanlardan yan gacir....ya insanlar yaxina buraxmirlar onu,hec cur anlamag olmur..

  • Upvote 3
Link to comment
Share on other sites

          İlk olaraq problemlər haqqında.Onlar əbədi və əzəlidir.)dövrünün tələblərindən asılı olaraq həmişə olub və olacaq,onlarla mübarizə aparmaq, həllini axtarmağa yönəlmiş zaman,əmək və enerji sərfiyyatı bir baxıma həyatın axarını təmin edir,monotonluqdan xilas edir,onlarsız ne həyat?!..)

Çox maraqlıdır,əsasən müşahidə etdiyim vəziyyət : insanlarda adətən keçmişə həsrət,gələcəyə ümid olduğu halda , “indi” həmişə şikayət mövzusudur,hamı hər zaman zəmanədən şikayətlənir,hətta klassik əsərlərin də bununla bağlı gözəl nümunələri var. Nədənsə sanki yalnız mənfiyə köklənmək kimi bir ruh halı hakimdir insanlarda- hansı ki depresiyyanı hərəkətə gətirmək üçün sitimul verici amildir,bütün bunların fonunda yaxşı da o qədər cılızlaşır ki,sonunda belə mühit daxilində görünməz olur və əldə olanın qiyməti isə mütləq itirməklə üzləşməli olduğumuz hallarda anlaşılır.Bir sözlə belə nəticəyə gəlmək olar ki mahiyyət etibarı ilə insan təbiəti doyumsuzdur,heç vaxt yetinməyi bilmir.

Xalqın xoşbəxtlik və bədbəxtliyi məsələsinə gəldikdə isə,həyat standartları baxımından mövqeyimiz bəllidir,baxıb şükr edəcəklərimizdən , baxıb qibtə etdiklərimiz daha coxdur və təzad da genişlənir getdikcə.Amma məncə xoşbəxt və bədbəxtliyin miqyası millət,xalq olaraq ölçüyə sığdırmaqla müqayisəli şəkildə böyüdüb və kiçiltmək mümkün deyil,bu fərd olaraq məhz insanın özünə bağlı bir vəziyyətdir, öz əlində və öz seçimi ola bilər,daha doğrusu olmalıdır.Lakin təbii sərvətlər ölkəsiyik,göz dikənimiz də o qədər çoxdur ki ,saymağa natural ədədlər belə çatmaz,həm də iradəmizin yetərli olmadığı vəziyyətlərin yaratdığı ağır nəticələri də hesaba almaq lazımdır..Amma yenə də ölkə əksəriyyətinin firavan güzəranı olmadığı acı da olsa , həqiqətdir.

Edited by ceylin
  • Upvote 6
Link to comment
Share on other sites

3 часа назад, ceylin сказал:

        İlk olaraq problemlər haqqında.Onlar əbədi və əzəlidir.)dövrünün tələblərindən asılı olaraq həmişə olub və olacaq,onlarla mübarizə aparmaq, həllini axtarmağa yönəlmiş zaman,əmək və enerji sərfiyyatı bir baxıma həyatın axarını təmin edir,monotonluqdan xilas edir,onlarsız ne həyat?!..)

razıyam, Ceylin, razıyam. amma yaxın tarixə nəzər salaq... 20-ci əsrə

Azərbaycan 100 il ərzində 3 müharibədən keçib. inqilab da olub, çevriliş də, repressiya da... yəni mübarizə edib, sonra da fəsadların həllini çözüb. nə siyasi rejim dəyişib, nə iqtisadi islahatlar baş tutub, nə tərəqqi olub. əgər müsbətə doğru nəsə olubsa da yenə, imperiyanın diqtəsi və razılığı  ilə baş tutub. müasir nəaliyyətlərimiz də ki, resurslar hesabına təşəkkül tapıb..... onu demək istəyirəm ki, 1 əsr ərzində hadisələr ardıcıllığı sanki, ritmik, mexaniki icra maşınının məhsulu olaraq yaranıb.......heyif , çox heyif gedən canlardan. repressiya illərindəki qurbanlar, Vətən müharibəsində, Qarabağ cəbhəsində şəhidlər verərək - ümumilikdə, nəticədə az şey dəyişdi.

(vaxt olduqca bu mövzuya qatılmaq istərəm ))

  • Upvote 4
Link to comment
Share on other sites

5 часов назад, ceylin сказал:

Çox maraqlıdır,əsasən müşahidə etdiyim vəziyyət : insanlarda adətən keçmişə həsrət,gələcəyə ümid olduğu halda , “indi” həmişə şikayət mövzusudur,hamı hər zaman zəmanədən şikayətlənir,hətta klassik əsərlərin də bununla bağlı gözəl nümunələri var. Nədənsə sanki yalnız mənfiyə köklənmək kimi bir ruh halı hakimdir insanlarda- hansı ki depresiyyanı hərəkətə gətirmək üçün sitimul verici amildir,bütün bunların fonunda yaxşı da o qədər cılızlaşır ki,sonunda belə mühit daxilində görünməz olur və əldə olanın qiyməti isə mütləq itirməklə üzləşməli olduğumuz hallarda anlaşılır.Bir sözlə belə nəticəyə gəlmək olar ki mahiyyət etibarı ilə insan təbiəti doyumsuzdur,heç vaxt yetinməyi bilmir.

bir qrup insanlar haqqına şikayətlənir. rayonlarda əhali kasıb yaşıyır. aztəminatlı ailələr, kimsəsiz qocalar var ki, qonşudan gələn paya göz dikiblər.elə ailələr var ki, aylarca ət yemirlər. xəmir, yumurta, şor-qatıqla uşaqların qarnını doyururlar. yazıqlar, Allah ümidinə sığınıblar, hər paya şükür edirlər. şikayətlənirlər, bəli. bəs kimə desinlər dərdini, kimə gileylənsinlər.... danışırlar ki, bir qədər rahatlaşsınlar. mən elə insanları qınamıram.

elə insanlar var ki, şikayətə vərdiş edib, daha dəqiq desəm deyinməyə vərdiş ediblər. özlərini həmişə kənar ilə müqayisə edirlər. bəzən hətta paxıllıq edirlər. onda varsa, məndə niyə yoxdu, ya niyə olmasın ? bu kimi fikirlərlə həm özlərini üzürlər, həm də yaxınlarını bezikdirirlər. bir sözlə bekarçlıqdan deyinirlər ))

bir də var xüsusi qrup şükürsüz insanlar ki, göz qaytarmaq xatirinə şikayətlənirlər )) hər ehtimala qarşı...

  • Upvote 3
Link to comment
Share on other sites

5 часов назад, ceylin сказал:

Lakin təbii sərvətlər ölkəsiyik,göz dikənimiz də o qədər çoxdur ki ,saymağa natural ədədlər belə çatmaz,həm də iradəmizin yetərli olmadığı vəziyyətlərin yaratdığı ağır nəticələri də hesaba almaq lazımdır..Amma yenə də ölkə əksəriyyətinin firavan güzəranı olmadığı acı da olsa , həqiqətdir.

sizi inandırım, Ceylin, kapitalist maraqları istisna olmaqla heç kəsə həmin təbii sərvətlər maraqlı deyil. əhaliyə natural ədədlər və hesablar kifayət edir. Xəzərin balıq və kürü ehtiyatları, turizm biznesi monopoliyası məsələn, sadə vətəndaşa bu kimi dəyərləri dadmağa onsuz da imkan vermir. sadə vətəndaş öz gündəlik tələbatını ödəmək üçün sadəcə, İŞLƏMƏK istəyir, vəssalam. o istəyir ki, işlə təmin olunsun. heç kəs minnətli çörək - müavinət yemək istəməz. xalqımız əməksevər xalqdır. onun şərəfli əmək kimi niyyəti var. insan şərəflə işləyib, ləyaqətlə yaşamaq istəyir. Əhalinin kütləvi məşğulluğunu əgər təmin edə bilsələr, yaxın gələcəkdə əlavə heç bir problem yaranmaz.

  • Upvote 3
Link to comment
Share on other sites

43 minutes ago, NOIR said:

bir qrup insanlar haqqına şikayətlənir. rayonlarda əhali kasıb yaşıyır. aztəminatlı ailələr, kimsəsiz qocalar var ki, qonşudan gələn paya göz dikiblər.elə ailələr var ki, aylarca ət yemirlər. xəmir, yumurta, şor-qatıqla uşaqların qarnını doyururlar. yazıqlar, Allah ümidinə sığınıblar, hər paya şükür edirlər. şikayətlənirlər, bəli. bəs kimə desinlər dərdini, kimə gileylənsinlər.... danışırlar ki, bir qədər rahatlaşsınlar. mən elə insanları qınamıram.

elə insanlar var ki, şikayətə vərdiş edib, daha dəqiq desəm deyinməyə vərdiş ediblər. özlərini həmişə kənar ilə müqayisə edirlər. bəzən hətta paxıllıq edirlər. onda varsa, məndə niyə yoxdu, ya niyə olmasın ? bu kimi fikirlərlə həm özlərini üzürlər, həm də yaxınlarını bezikdirirlər. bir sözlə bekarçlıqdan deyinirlər ))

bir də var xüsusi qrup şükürsüz insanlar ki, göz qaytarmaq xatirinə şikayətlənirlər )) hər ehtimala qarşı...

Tebii ki,insanlar mueyyen problemlerle uz-uze galdigda,elaci her yerden kesildikde deyinmekle,shikayetlenmekle ozlerine teskinlik verirler..Yaxshi bes insanlara adi dolanishigi bele probleme ceviren hansi sebeblerdir?Yuxarida siz muharibeleri,ingilablari ve s.sebeb kimi misal getirdiniz..Almaniya tekce 20 esrde iki dunya muharibesinin fesadlarini aradan galdirarag ehalisinin rifahini nece yukseklere galdira bildi?Ishlemek,zehmet cekmekde almanlar bize numune cetin ki  ola bilsinler..Bizimkilerin ish sheraitini onlarla nece mugayise etmek olar?Men adi bir misal getirdim..Yaxshi nedir butun bu problemleri insanlarimiza yashadan sebebler?

  • Upvote 4
Link to comment
Share on other sites

3 часа назад, NOIR сказал:

razıyam, Ceylin, razıyam. amma yaxın tarixə nəzər salaq... 20-ci əsrə

Azərbaycan 100 il ərzində 3 müharibədən keçib. inqilab da olub, çevriliş də, repressiya da... yəni mübarizə edib, sonra da fəsadların həllini çözüb. nə siyasi rejim dəyişib, nə iqtisadi islahatlar baş tutub, nə tərəqqi olub. əgər müsbətə doğru nəsə olubsa da yenə, imperiyanın diqtəsi və razılığı  ilə baş tutub. müasir nəaliyyətlərimiz də ki, resurslar hesabına təşəkkül tapıb..... onu demək istəyirəm ki, 1 əsr ərzində hadisələr ardıcıllığı sanki, ritmik, mexaniki icra maşınının məhsulu olaraq yaranıb.......heyif , çox heyif gedən canlardan. repressiya illərindəki qurbanlar, Vətən müharibəsində, Qarabağ cəbhəsində şəhidlər verərək - ümumilikdə, nəticədə az şey dəyişdi.

(vaxt olduqca bu mövzuya qatılmaq istərəm ))

O problemləri məcaz olaraq yazmışdım,yəni ki həyatın özü mübarizədir və problermləri də qaçınılmazdır.)

Tarixdə elə dövr olub  ki,”yaşamaq üçün öldür” labüdlüyü hökm sürürdü,əsrlər keçdi,amma göründüyü kimi o era heç də daş dövründə qalmadı,indiki içində olduğumuz varlığı ilə yoxluğu anlaşılmayan müharibələr və itkilərin kökündə nə durur?Bədii sual(ritorik) olsa da,təxmin edim:utanmasalar deyəcəklər ki planetimizin qayğısına qalırlar.:angry: Bələ qlobal problemlər qarşısında Afrikada 1 stəkan suyun dərdini çəkən Efiopiya,Somali sakini də, işıq enerjisi və qazını,hətta gündəlik zəruri tələbalarını belə ödəmə imkanı məhdud olan Azərbaycan sakini eyni dərəcədə acizdirlər.

İnkişafda tərəqqi ilə tənəzzül ortaqdır deyirlər,amma mən də sizinlə razıyam ,bəli,heyf çox heyf ki qazandıqlarımız itirdiklərimizlə müqayisədə çox cuzi olub:(

(Mən də imkan tapdıqca daha sonra yazacağam.)

  • Upvote 3
Link to comment
Share on other sites

1 час назад, Konfutsi сказал:

Almaniya tekce 20 esrde iki dunya muharibesinin fesadlarini aradan galdirarag ehalisinin rifahini nece yukseklere galdira bildi?Ishlemek,zehmet cekmekde almanlar bize numune cetin ki  ola bilsinler..Bizimkilerin ish sheraitini onlarla nece mugayise etmek olar?Men adi bir misal getirdim..Yaxshi nedir butun bu problemleri insanlarimiza yashadan sebebler?

Almaniya iddialı idi, bu cəhətdən Azərbaycandan fərqlidir, yaxşı mənada. həmçinin, Almaniyanı bölüşdürən dövlətlərin planında bu ölkəni məhv etmək niyyəti yox idi. o zaman ABŞ Almaniyaya böyük yatırımlar etdi. düzdür, almanlar özləri də nəticədə ölkələrinə sahib çıxdırlar : antiinhisar qanunlar, azad rəqabət, islahatlar. inzibati sistem, idarəçilik onlarda yüksək səviyyədədir. biz (yəni çalışdığım şirkət) Alman şirkətləri ilə əməkdaşlıq edirik. dəqiq və dürüst biznes partnyorlardır. onlarda biznes leqaldır. dövlət və qanunvericilik isə biznes üçün təminatdır.

  • Upvote 1
Link to comment
Share on other sites

1 час назад, Konfutsi сказал:

Yaxshi bes insanlara adi dolanishigi bele probleme ceviren hansi sebeblerdir?

qısaca, ruh düşkünlüyü, inamsızlıq, çarəsizlik. bədbin millətik, açığı.

1 час назад, Konfutsi сказал:

Bizimkilerin ish sheraitini onlarla nece mugayise etmek olar?Men adi bir misal getirdim..Yaxshi nedir butun bu problemleri insanlarimiza yashadan sebebler?

investisiya , yatırımlar üçün heç bir şərait yoxdur. daha dəqiq deyək, əngəllər var. Vergi məcəlləsi, maliyyə-kredit siyasəti, gömrük rüsumu şərtləri biznes üçün əlverişsizdir, bərbad və dolaşıqdır, manipulyasiyaya yol açır. inzibati sistem konkret olaraq "şərik" çıxır, sıxışdırır. istehlaçkının "cibinə girir"

İndi də, siz deyin, hörmətli Konfutsi )

  • Upvote 2
Link to comment
Share on other sites

42 минуты назад, ceylin сказал:

Tarixdə elə dövr olub  ki,”yaşamaq üçün öldür” labüdlüyü hökm sürürdü,əsrlər keçdi,amma göründüyü kimi o era heç də daş dövründə qalmadı,indiki içində olduğumuz varlığı ilə yoxluğu anlaşılmayan müharibələr və itkilərin kökündə nə durur?

haqlısız. mən də bu məqamı həmişə vurğulayıram. müharibələr bəşər tarixində daima olub... amma biz, yeni nəsil insanlar öncəkilərdən daha yaxşı, mükəmməl, mənəviyyatlı olmalı idik axı. niyə olmadıq ? çünki mənəvi inkişaf texniki tərəqqinin səviyyəsi ilə ayaqlaşa bilmədi. müharibələrin kökündə həmişə olduğu kimi imperiya maraqları, hərislik, acgözlük, ambisiyalar durur. 

Afrika ən zəngin materikdir. yerli əhalisini məhv edib, resurslara sahib çıxmaq istəyən qüvvələri nə siz, nə mən dəf edə bilmərik. bu çox acıdır. Somali ilə müqayisədə, Azərbaycanın mövqeyi yaxşıdır, bunu təsəlli üçün dedim (istehza etmirəm)

özünüzü darıxdırmayın, Ceylin. nə zaman rahat imkan olar, yazarsız.

  • Upvote 3
Link to comment
Share on other sites

16 часов назад, NOIR сказал:

bir qrup insanlar haqqına şikayətlənir. rayonlarda əhali kasıb yaşıyır. aztəminatlı ailələr, kimsəsiz qocalar var ki, qonşudan gələn paya göz dikiblər.elə ailələr var ki, aylarca ət yemirlər. xəmir, yumurta, şor-qatıqla uşaqların qarnını doyururlar. yazıqlar, Allah ümidinə sığınıblar, hər paya şükür edirlər. şikayətlənirlər, bəli. bəs kimə desinlər dərdini, kimə gileylənsinlər.... danışırlar ki, bir qədər rahatlaşsınlar. mən elə insanları qınamıram.

elə insanlar var ki, şikayətə vərdiş edib, daha dəqiq desəm deyinməyə vərdiş ediblər. özlərini həmişə kənar ilə müqayisə edirlər. bəzən hətta paxıllıq edirlər. onda varsa, məndə niyə yoxdu, ya niyə olmasın ? bu kimi fikirlərlə həm özlərini üzürlər, həm də yaxınlarını bezikdirirlər. bir sözlə bekarçlıqdan deyinirlər ))

bir də var xüsusi qrup şükürsüz insanlar ki, göz qaytarmaq xatirinə şikayətlənirlər )) hər ehtimala qarşı...

Maraqlı qruplaşdırma aparmısınız.))

Birinci qrupda nəzərdə tutulanlar haqlı gileylərdir,əlbəttə ki,qınanılası heç bir tərəfi yoxdur,acınacaqlı reallığımızdır ki,şikayətin faydalı nəticəsi də olmur.

Bir də yaşlı nəsl nümayəndələri ilə gənc nəslin şikayətləri var,bir-birini başa düşmək istəməyən,bir-birilərinin fikirlərini qəbul etməyə qəti şəkildə istəkli olmayan,gizli yarışda olduqları təbəqələrin "mübarizəsi")),bilmirəm müşahidə edibsiniz,yoxsa yox,dəfələrlə şahidi olmuşam,iş kollektivində də çox biruzə verir bu hal.Bəzən şahid olduğum müzakirələrdə kimə haqq qazandıracağmı belə müəyyən edə bilməmişəm,bəlkə də elə yaş kateqoriyasındayam ki,hər iki tərəfi başa düşməyə can atıram.)

  • Upvote 2
Link to comment
Share on other sites

4 часа назад, ceylin сказал:

Bütün dövrlər üçün aktual mövzudur... Ceylin, öz aramızdı, amma bir də qocalacayıq haaa )

Əlbəttə bizim kollektiv istisna deyil. Çıxış yolunu deyim : biz belə edirik, həmin qütbləri hər hansı bir proyrktə yönəldirik. Ümimi nəticə üçün birlikdə işləməyə məcbur olurlar )) axı arada maliyyə maraqları var. Bir-birinə kömək etməli, məsləhətli işləməli olurlar. Birlikdə yola çıxırlar, müştəriyə baş çəkirlər, prezentasiya mərhələsi olur filan.... müddətin sonuna barışırlar. bax belə ))

  • Upvote 2
Link to comment
Share on other sites

В 07.03.2017 в 18:31, NOIR сказал:

Sizi bilmirəm ,mən artıq qocalmışam.:tongue:)) Ona görə də empathy bacarığımı max. şəkildə tərbiyə etmək baxımından hazırlıqlara artıq çoxdan başlamışam.)

Nəsllərin rəqabəti həmişə olub,düzdür.Sizin kollektivin bu kimi xırda narazılıqları aradan qaldırılmasında çıxış yolu olaraq seçdiyi istifadə üsulları da maraqlıdır.Bununla müsbət nəticəyə nail olmaq mümkün olursa,demək ki,ortaq maraqların birləşdirə bilmədiyi tərəflər yoxdur)

Link to comment
Share on other sites

В 06.03.2017 в 20:53, NOIR сказал:

sizi inandırım, Ceylin, kapitalist maraqları istisna olmaqla heç kəsə həmin təbii sərvətlər maraqlı deyil. əhaliyə natural ədədlər və hesablar kifayət edir. Xəzərin balıq və kürü ehtiyatları, turizm biznesi monopoliyası məsələn, sadə vətəndaşa bu kimi dəyərləri dadmağa onsuz da imkan vermir. sadə vətəndaş öz gündəlik tələbatını ödəmək üçün sadəcə, İŞLƏMƏK istəyir, vəssalam. o istəyir ki, işlə təmin olunsun. heç kəs minnətli çörək - müavinət yemək istəməz. xalqımız əməksevər xalqdır. onun şərəfli əmək kimi niyyəti var. insan şərəflə işləyib, ləyaqətlə yaşamaq istəyir. Əhalinin kütləvi məşğulluğunu əgər təmin edə bilsələr, yaxın gələcəkdə əlavə heç bir problem yaranmaz.

   Əməksevər xalq üçün total məşgüllüqla təmin olunmaq hazırki vəziyyət - ciddi işsizlik şəraiti və sosial-iqtisadi problemlər- üçün ən optimal çıxış kimi görünür,bu da öz növbəsində hal-hazırda cəmiyyətdə aktual olan çatışmamazlıqları müəyyən dərəcədə azaltmaqda öz müsbət nəticəsini az-çox göstərədi... amma sizin də yuxarıda göstyərdiyiniz  kimi iqtisadiyyatın dirçəlişi üçün baryer yaradan bir çox bürokratik maneələr , inhisarçılığın müəyyən dairələrdə mövcudluğu bir yana, kök salması, şəxsi maraqların ümumi maraqları üstələməsı və s. kimi halların aradan qaldırılması yönündə ciddi addımlar atılmadığı müddətcə, heç bir üsulların,içində ilişib qaldığımız vəziyyəti yaxşılığa doğru aparacağı real, və hətta mümkün görünmür :(

Link to comment
Share on other sites

On 3/6/2017 at 11:12 PM, NOIR said:

qısaca, ruh düşkünlüyü, inamsızlıq, çarəsizlik. bədbin millətik, açığı.

investisiya , yatırımlar üçün heç bir şərait yoxdur. daha dəqiq deyək, əngəllər var. Vergi məcəlləsi, maliyyə-kredit siyasəti, gömrük rüsumu şərtləri biznes üçün əlverişsizdir, bərbad və dolaşıqdır, manipulyasiyaya yol açır. inzibati sistem konkret olaraq "şərik" çıxır, sıxışdırır. istehlaçkının "cibinə girir"

İndi də, siz deyin, hörmətli Konfutsi )

Kim yaratmalidir siz dediyiniz investisiya ve yatirim ucun sheraiti ve ya butun bunlara mane olan engelleri kim aradan galdirmalidir?Maraglidir ki,butun yuxarida sadaladiglariniz biabirciliglarin haradan gaynaglandiglarini hami cox gozel bilir,ve yene de bu suallari her addimda eshitmek olur..Bir var problemi gorursen,ve sebebini axtarirsan,bir de ki,var problemi de gorursen,onu yaradan sebebleri de,amma yene de her addimda bu problemi gabardirsan.Bax bunu hec cur anlamag olmur.

Link to comment
Share on other sites

В ‎15‎.‎03‎.‎2017 в 14:41, Konfutsi сказал:

elə isə, belə bir mövzuda müzakirə etməyə dəyməz. çünki boş  və mənasızdır )

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bir Xalq olaraq xoşbəxtik yoxsa bədbəxt?

Bu asılıdır bizim ruh halımızdan. Ruh halımız nə vəziyyətdədirsə biz elə oyuq. Dünya səviyyəsində elə uğurlara imza atmalıyıq ki, qəlbimiz fəxarət hissi ilə dolsun.Dünya bizdən danışsın bizdə qürrələnək. Telman İsmayılovdan danışan kimi yox haa...(Azərbaycanlı biznesmen dikiy denqilərin şotuna kayfuyet)Axırdada torbasını tikdilər.

Futbolda milli yığmamız avropa çempionu olsun. Gəc Rejisorumuzun kiçik büdcə ilə çəkdiyi film 7 oskar mükafatı qazansın.Dünyada ilin filmi seçilsin. Alimlərimiz elmi ixtiralarına görə nobel mükafatı alsın. Şoubiznes əhli pulu xaricdən qazansın daxildəki toy bazarından  yox.Yazıçılarımızın kitabları dünyada ilk onluğa düşsün.və.s...və.s...(fikir verməyin xəyalpərəstəm)

Belə uğurlar nə qədər çox olsa Ruh halımızı yüksəltdiyi üçün yediyimiz şor çörək bal dadar.Xalqın xoşbəxtliyi bu deyilmi?
 
Link to comment
Share on other sites

  • 2 months later...
В 3/18/2017 в 21:18, NOIR сказал:

elə isə, belə bir mövzuda müzakirə etməyə dəyməz. çünki boş  və mənasızdır )

Forumda maraqlı mövzular o qədər də çox deyil ki, bir müxalif sözə görə mövzunu tərk edəsiniz )))

Məhz  Sizin kimi  iştirakçılar mövzuları  maraqlı edir, özlüyünə qalsa bu mövzunun sualı ritorikdir,  heç dəqiq bir cavab da tələb etmir, amma Siz və  Konfutsi  Ceylinlə birləşib onu maraqlı edə bildiniz.

Hər kəsin özünə məxsus yanaşması və fərqli subyektiv fikri ola bilər və bu əladır !

Fikri bəyənənlər 👍 , rədd edənlərsə 👎 işarəsi  ilə  münasibətini  bildirəcək, bu yolla  çoxluğun rəyi ortaya qoyulacaq )))

В 3/4/2017 в 23:23, CaSPiaNReBeLLioN сказал:

Sakinləri olduğumuz Azərbaycanımızın bu inkişafda qət etdiyi və ya ayaq uydurduğa və ya, tam əksinə gerilədiyi sahələr, insanların həyat standardları, problemlər...

Sakini  olduğumuz  vətənə sahib oluruqmu ?

Qurduğumuz  gələcəyin binasında mənim də gətirdiyim bir kərpic varmı ?  -  Bu suallar bizə yad olduğundan nəyə laiqiksə ona da sahibik.

Bir vətəndaş kimi dövlətimizin quruculuğunda iştirak etmək istəmirik, qəbul etmək istəmirik ki övladlarımızın gələcəyini qurmaq, çörək pulu qazanmaq üçün çalışdığız işdən sonra, asudə vaxtlarımızda hamı üçün vacib olan ictimayi (haqqı pulla ödənilməyən) işdir.

Adətən "onsuz da öz bildiklərini edəcəklər" deyib keçirik.

Kim edəcək? - Laqeyidliyimizlə harınlıqlarına göz yumduğumuz məmurlar ?

Onlara nə düşüb ki isti ocaqlarına su calasınlar ? 

  • Upvote 1
Link to comment
Share on other sites

В 3/5/2017 в 09:22, NOIR сказал:

bir məsəl var, yanan ocağın istisinə gələn çox olar. hələ ki, odlar diyarında ocaq yanır, odun istisinə qızınmaq üçün hamı yığışacaq : pis- yaxşı, bədbəxt - xoşbəxt, insan - heyvan......neyləsin ki, odun qisməti belədir ))

Nə yazıq ki istisinə qızınanların hər biri ocağa əlavə odun daşımağın qayğısına şərik olmaq istəmir 

Link to comment
Share on other sites

В 3/6/2017 в 22:39, ceylin сказал:

indiki içində olduğumuz varlığı ilə yoxluğu anlaşılmayan müharibələr və itkilərin kökündə nə durur?

İqlimimiz gözəl, millətin sayına görə münbit torpaqlarımız yetərli, az-çox su təchizatımız ilahidən - bircə qüsurumuz kütləvi savadsızlığımızdır !

Ən pisi də budur ki əksəriyyətimiz bu halımızdan məmnunuq 😅

Fitnələr kim, faş olur, bilməm nə halətdən törər,

Əql bavər eyləməz kim, adəmiyyətdən törər,

Müslimiyyətdən və yaxud erməniyyətdən törər,

Şübhə yoxdur, cəhldən, yainki qəflətdən törər,

Bu müsibətlər bütün büğzü ədavətdən törər,

Bu ədavət mütləqa hali-zəlalətdən törər;

Yüz ildən çoxdur ki rəhmətlik Sabir deyyib, biz hələ də eşitmirik 🤑 görəsən gözümüzü tutan kimdir ya nədir ?

( İmperialistlər, ruslar və allahın lənətlədiyi şeytan. Yoxsa biz qafil deyilik, həm də fərasətliyik)

Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi, məncə, dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligimiz, nə də bir dövlət ü mal,
İtə atsan da yeməz, hiss eləməz laşə bizi.

  • Upvote 1
Link to comment
Share on other sites

В 17.06.2017 в 02:52, фрилансер сказал:

İqlimimiz gözəl, millətin sayına görə münbit torpaqlarımız yetərli, az-çox su təchizatımız ilahidən - bircə qüsurumuz kütləvi savadsızlığımızdır !

Ən pisi də budur ki əksəriyyətimiz bu halımızdan məmnunuq 1f605.png

Fitnələr kim, faş olur, bilməm nə halətdən törər,

Əql bavər eyləməz kim, adəmiyyətdən törər,

Müslimiyyətdən və yaxud erməniyyətdən törər,

Şübhə yoxdur, cəhldən, yainki qəflətdən törər,

Bu müsibətlər bütün büğzü ədavətdən törər,

Bu ədavət mütləqa hali-zəlalətdən törər;

Yüz ildən çoxdur ki rəhmətlik Sabir deyyib, biz hələ də eşitmirik 1f911.png görəsən gözümüzü tutan kimdir ya nədir ?

( İmperialistlər, ruslar və allahın lənətlədiyi şeytan. Yoxsa biz qafil deyilik, həm də fərasətliyik)

Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi, məncə, dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligimiz, nə də bir dövlət ü mal,
İtə atsan da yeməz, hiss eləməz laşə bizi.

        Xalqının kəramətinə bələd olan rəhmətlik Sabir vaxtilə necə ifadə edibsə, bütün dövrlər üçün öz aktullığını itirməyib,belə də görünür ki heç itirməyəcək də.İnsan - geniş mənada insanlar,daha geniş götürdükdə xalq - öz layiq olduğu həyatı yaşayır,və ya layiq olduğu həyata məhkumdur.Bəzi limitləri zehinlərdə aşmaq  dünyaya baxışında,düşüncə tərzində təkamül gərəkdirir,ən bəsit maneəsi də savadsızılıq,cəhalətdir..bəli.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 years later...

Hami mazoxistcesine,hetta deyerdim mueyyen bir sevgi ile problemlerini xirdaliglarina kimi nece danishirsa sanki guclu orgazm yashayirlar buan..Yuxarida geyd olundugu kimi belke de migyasli bir mugayisede bu cox kicik gorunur,amma olke kimi,10 milyonlug bir xalg ucun bunu kicik sa   Tutuapp 9Apps ShowBox

Edited by zim22
Link to comment
Share on other sites

  • 3 weeks later...

Kimin imkani var olkeye tupurub qacsin, eksini dusunenler basina is gelmeyenler, basi bela gormeyenlerdi. Hansisa qurumlarla bir balaca problemin oldu bax gorersen Azerbaycan yasamali olkedi ya yox . 

Link to comment
Share on other sites

  • 6 months later...
  • 2 weeks later...

LIB kurslarında ingilis dili dərsi 3 aylıq ödəniş etmişəm. Çox təəssüf gedə bilmirəm. normalda 24 dərsin qiyməti 300 manatdır. Amma mən ödənişi noyabrda etdiyim üçün 260 manatdır. Əhmədli filialı. İki level bitirmişəm. Sadəcə olaraq indi gedə bilmirəm. Kim istəyirsə müraciət edə bilər. Kursa müraciət etsəniz 300 azn olacaq. Mən isə 260 azn-ə 3 aylıq ödəmə istəyirəm və bunu kiçik-kiçik hissələrə bölüb verə bilərsiniz. 055 7483088

Link to comment
Share on other sites

  • 1 month later...

Həm xoşbəxtik həm bədbəxt.

Xoşbətik çünki bizim böyük həmə bütün dünyaya dərs verə biləcək qədər böyük mədəniyyətimiz var. Bədbəxtik çünki neft ölkəsində dilənçi şəkildə yaşayırıq.

  • Like 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
      • 7 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
      • 43 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Like
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Upvote
        • Like
      • 21 replies
    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
        • Haha
      • 11 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Upvote
        • Like
      • 32 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...