Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İlqar Kamil


Recommended Posts

Divin Cırtdanı yeməsi haqda

 

Allah ömür verə, müdriklik yaşına çatasan, övladlarını qarşına qoyub belə nəsihətlər də verəsən onlara; məsələn, soyuq bir qış gecəsi, çırta-çırtla yanan odun sobasının böyründə, çiyninizdə damalı yun ədyal oturub bir kitablıq susduqdan sonra deyəsən ki, şəxsiyyətini hər şeydən üstdə tut, oğlum, yoxsa dostlar da düşmənlərə qoşulub tapdayacaqlar onu; bilirsən, igid balam, insanlar ayaq altda olan şeyi əzib-tapdamağı xoşlayır, bu, onların uşaqlıq əyləncəsidir, heç kimi qınama, mənliyin namusundur, qeyrətindir, bayrağındır sənin, onu başının üstündə gəzdir - əlçatmazlarda! Bəs qollar insana neyçün verilib...! O, başını qaldırıb köks ötürə, sən də xımır-xımır davam eləyəsən: bəzən sən zorla saxlayırsan deyə getmək istəyir gedənlər, ata qurban, rahat burax, görəcəksən ki, heç yerə gedən deyillərmiş... Qayıdan səndən yaxşısını tapa bilmədiyi üçün qayıtmışdır, və az su çirki təmizləmir, daha da bulaşdırır, odur, su olmaq kifayət eləmir, gərək həm də kifayət qədər su olasan! Yəni kim olursan ol, kifayət qədər ol... - deyib bir çimdik götürəsən uşağın üzündən. Hə, əzizim, qismət ola, belə-belə maraqlı söhbətlər edəsən uşaqlarınla, hələliksə, qəribədir, onlar məni öyrədir, inanmazsız, amma indi mən onlara düz-əməlli nağıl da danışa bilmirəm - dərhal dillənirlər, müdaxilə edirlər, redaktə edirlər: ata, qoy Cırtdangil bu dəfə it hürən tərəfə getsin... ağzım nədir razılaşmayam? Amma bir şey var ki, bu yazıq Cırtdanı hara aparırıqsa orda da divlə qarşılaşır, yəni cırtdanı döndərdiyimiz istiqamətlərə qabaqcadan div də yollayırıq, neynəyək, divsiz də nağıl olar? Məsələn, fikir versəniz, iş ölüb-öldürməyə gələndə, son anda həmişə Tom Jerrini xilas edir. Niyə? Çünki Jerrisiz (oxu: oyunsuz, davasız, dalaşsız) həyat darıxdırıcıdır, yəni əslində, Jerri Tomun mənasıdır, həzzidir, yaşam həvəsidir; Jerri olmasa Tom da yoxdur... bu pəncərədən boylananda az qalırsan çətinliklərə təşəkkür edəsən, deyəsən, ay əziz dərdlərim, nə yaxşı ki, varsınız, yoxsa mən nə çəkərdim? Düzü, bir dəfə uşaqların israrıyla cırtdanı yuxuya verib divə yem elədiyim də olub, yoxsa qızım etiraz edirdi: "atacan, sən bizi aldadırsan, nağıl qəti inandırıcı deyil, cırtdan o boyda divə qalib gələ bilməz, axı". Sonra bir gün sevinə-sevinə gəlib özü nöqtəsini qoydu söhbətin: "ata, baax, artıq mən də yalan danışa bilirəm: səni çox istəyirəm, amma deyirəm, zəhləm gedir". Ehh, əzizim, Allah bir az ömür verə, müdriklik yaşına çatasan, balalarını qarşına muncuq kimi düzüb onlara şeir oxuyasan: Bir ağacam, əlil ağac kənarında durmuşam; sən olmasan yıxılacam ay ömrümün əsası! Bəxtim qara, günüm qara əlim qara, üzüm qara... neynirəm mən bunları? Mən bir qara istəyirəm: Gözlərinin qarası!

Edited by monashka12
Link to comment
Share on other sites

Bütün bunlar nə üçündür?

 

Dənizin kənarında dayanıb uzaqlara baxdığımı görəndə çətir kimi açılmışdı başımın üstündə: "nə axtarırsan, oğul?" Dinməmişdim... İnsan nə edəcəyini, nə üçün edəcəyini bilmədiyi üçün bilmir, əzizim, ayılır yuxudan, məsələn: nə etsin, neyləsin bu gün? Hara getsin, nəylə məşğul olsun? Girinc-avara qalır və bu sərgərdanlıq əməlicə əldən salır onu, yorur, incidir. Tutalım, bir müxalifətçi yaxşı bilir nə edəcəyini, çünki onun konkret hədəfi var. Misal üçün, atasının qatilini tapmış bir qisasçı da darıxmır, sıxılmır heç vaxt, nədən ki, onun da məlum bir planı var - intiqam! Lakin sən, mən, o... ilahi, niyə belə darıxırıq, hələ səhərin mavi gözü açılmamış? Dedim axı, insan nə edəcəyini nə üçün edəcəyini bilmədiyi üçün bilmir. Bir hədəfi olmalı insanın, mütləq bir hədəfi olmalı, yox, illah ki, çatmaq üçün deyil, eləcə xəyallara dalmaq, eləcə arzulamaq üçün. Bəzi hədəfləri arzulamaq belə yetir, əzizim, eşq qatır monoton gündəliyimizə, ən rutin işlərimizi belə mənalandırır. Yadımdadır, bir ateist alim müsəlmanların "hər şey zühur üçün" şüarlarını yüksək qiymətləndirdiyini demişdi mənə bir dəfə, bu şüarları olmasa onların bu qədər xidmətlərini, zəhmətlərini, əzab-əziyyətlərini anlamaqda çətinlik çəkər, absurd sayardım, - deyə əlavə eləmişdi: halbuki bütün etdikləri və edəcəklərini mənalandıran, onları bir sapa düzən yaxşıca düşünülmüş böyük bir hədəf (oxu: səbəb) var qarşılarında: "hər şey zühur üçün!" İnsan var olmaqla heç bitməyən və əbədi bir yolçuluğa başlamışdır. Bu yolun sonu yoxdur, yoxdur; kimsə düşünürsə ki, qiyamət günü Rəbbiə qovuşacaq, yanılır. Bu yolda çatmaq yox, yaxınlaşmaq var ancaq, istəmək var, arzulamaq var ancaq. İnsan bütün ömrü Onu arzulamaqla məşğul. Hüzur axtararkən də Onu axtarırıq biz, xoşbəxtlik də elə, sevgi də. Zil-qaranlıq otaqda əl havasiyla kibrit axtaranların halıdır bizimki, şair demiş, kibritəcən neçə əşyaya toxunur əlimiz, neçə şeyi kibrit sanıb götürürük? Çatmaq yasaqdı bu işdə, arzulamaq olar, ancaq. "Kimyagər"dəki ömür boyu həcc arzusuyla yaşamış o müsəlmanın yarı yoldan qayıtması da başa düşüləndir. Qorxub, adam həyatdakı ən böyük arzusuna çatıb nəhəng bir boşluğa düşəcəyindən qorxub, öz əlləriylə ən böyük, ən məsum, ən təmiz arzusunun qatili olmaq istəməyib deyə qayıdıb, məsələ bu... O isə, indicə dənizin kənarında uzaqlara baxdığımı görəndə yenə çətir kimi açılacaq başımın üstündə: "nə axtarırsan, oğul?" Gözümü üfüqlərdən ayırıb həqiqəti axtardığımı bildirəcəm, qımışacaq: "o nədir ki elə, nə boydadı, nə rəngdədi?" Çiyinlərimi çəkəcəm həmişəki kimi. Növbəti cümləsini su kimi çiləyəcək üstümə: "Tanımadığın şeyi tapa bilməzsən, oğlum!"

Link to comment
Share on other sites

Yolların oxşarlığı haqda - mövlud yazısı!

 

Səhər-səhər dostum başından çəkdirdiyi MRT-nin şəklini göndərib xahiş edir ki, onu burda yaxşı bir həkimə göstərim. Deyirəm, bəs ordakılar nə dedi? Dil-boğaza qoymadan izah edir: abi, təsəvvür elə, göndərdik, Türkiyə bir söz dedi, Gürcüstan bir söz, Bakı isə tamam başqa nağıl danışdı!... Sonra da əsəbiləşir xəfifcə: "abi, dəhşətə gəlirəm e, eyni beyin, eyni MRT, eyni şəkil, di gəl ki, hər həkim baxıb bir şey oxuyur, bu necə ola bilər, axı?" Qımışıram: qardaşım, bəs belədir də, bəs müsəlmanın başına gələn bəlalar da oxunuş bəlası deyil - nədir? Eyni mətndi, eyni ayələrdi, eyni Qurandı, lakin hərə bir cür şərh edir... Sonra da bu mübarək səhərin, bu mübarək vaxtı kövrək bir arzu gəlib dolur ürəyimə: kaş Quranımızı bu günün qəhrəmanı o təbib, o Mövla şərh edəydi bizə, kaş bu imkanı tanıyaydılar ona, samanlıq seyran olmazdımı? İmam Əlini bilib-tanıyandan həmişə ağlımda onunla bağlı bir sual dolaşıb: görəsən, həzrət quyuya nəsə danışarkən, quyuya nə danışarmış - dərdmi, sirrmi, hikmətmi, nə? Çox şey bilmək heç kimə çox danışmaq bəraəti vermir axı, əzizim, çox danışmaq az qala və təəssüf ki, bütün hallarda yorucudur; bir yandan da səni anlaya biləcək müxatəbin olmaması bəlası... nə biləsən, bəlkə Mövla da quyuya dərd deyil, məhz bildiyi saysız-hesabsız həqiqətləri danışarmış. Bir neçə kitab oxumuşam imam Əli haqqında, lakin Malik Əştərin bu arzusu qədər tanıdan olmayıb onu mənə: ya Əli, kaş imkanım olaydı, səni elə bir zamana aparaydım ki, insanlar səni başa düşəydilər... varmı elə bir zaman, olubmu, gəlibmi, keçibmi... və görəsən, bu gün yaşasaydı İmam, yenə də quyuyamı danışardı ürəyindəkiləri...? Ehh, əzizim, sabah dostumun MRT şəkillərini götürüb şəhərin ən yaxşı mütəxəssislərindən birinə göstərəcəm, və çox yəqin, o da tamam başqa bir "rəvayət" danışacaq mənə, mən baxacam mat-mat, dostumsa başını itirəcək, necə ki, müsəlman dünyası itirib başını. Mövludun mübarək, ya Əli, kaş məhz sən oxuyaydın Quranımızı bizə, kaş məhz sən şərh edəydin, sən açaydın onun sirlərini... bizə, bizə, bizə, quyulara deyil. Yoxsa ki, şair çox dəqiq deyib, Mövlam, yollar çox oxşar yolardı, bələdçisiz azır insan.

Link to comment
Share on other sites

  • 3 months later...

Məzlumun günahı haqqında
(Viktimologiya)
Deyir, dünyamız ona görə gülüstanə (oxu: Cənnətə. oxu: Eldoradoya) dönmədi ki, suları tikanların dibinə tökdülər. Razıyam, lakin məncə, dünyamız həm də ona görə gülüstanə dönmədi ki, alaq adına ancaq konkret bir tikanın dibini qazıdılar; məsələn, bir hadisə baş verdi, yığışıb elliklə ancaq və yalnız və yalnız zalımı qınadılar, bir nəfər də çıxıb şir ürəyi yemədi, demədi ki, əzizim, bu haqq-hesabda məzlumun da, məzlumun da payı var.
Dünən guya bu gedişatı pozmaq istədim, cürətimi çamadanıma yığıb yazdım ki, dünyamızı yaşanmaz yer edən - zəif, zədəli, yaralı, kompleksli və narahat adamlardı. Dəral səsləri ucaldı dostların: "bəs zalımlar, bəs məzlumu məzlum eləyən zalımlardı axı, onlardan yazın". Razılaşmadım: məzlumu məzlum edən təkcə zalım deyil, həm də məzlumun özüdür! Başqa sözlə desək, zalımı zalım edən həm də məzlumdur!
Əvvəllər əsasən kriminologiyada istifadə olunan, yalnız son illər müstəqil ünvana çevrilən yeni bir elm var - Viktimologiya! (Mən bizim dilə onu "Qurbanşünaslıq" kimi tərcümə etmişəm). Viktimologiyanın ən ana mövzusu budur: "məzlum necə olur ki, məzlum olur?" Viktimologiya elmi haqlı olaraq iddia edir ki, ortada hər hansı bir konflikt (oxu: zülm) varsa o cinayətdə ya əllinin əlliyə, ya altmışın qırxa, ya yetmişin otuza... hər iki tərəfin payı var. Viktimilogiya, "illərdir təkcə zalımın üstünə düşmüsüzünüz deyə dünyada zülm hələ də davam edir", deyə hayqırır. Və sair və ilaxır.
Hamıya qoşulub məzlumun başını sığallamaq, ona qahmar çıxmaq çox da çətin iş deyil indi, inanın, çətin olan - onun yaxasından tutub silkələmək və deməkdir ki, əzizim, dəyərlim, canım qardaşım, bilirəm, haqqın əlindən alınıb, məyussan, yaralısan, lakin gəl qəbul elə ki, bu naqolay işdə sənin də payın var! Çətindir, ona görə ki, zalımına gücü çatmayan bu əziz məzlum bir göz qırpımında üstünə kükrəyib səni parçalamağa hazırdı, (Freydin "yerdəyişmə"si) yetər ki, komfort zonasını pozmayasan, sən də başına sığal çəkib, fil qulağında yatırdasan onu, hamı kimi.
Qulağınıza bir şey pıçıldayım? "Məzlum olmaq bəzilərinə sərf eləyir".
Özümə dəstək üçün demirəm, gerçəkdən, hərdən düşünürəm, mərhum Şəriəti də "sizi narahat etməyə gəldim" deyəndə əsasən belə məzlumları nəzərdə tuturdu. Lakin yazıdakı iddianı daha dərindən başa düşmək üçün, təklif edirəm, Sinelnikovun məşhur "qurban və zalım" modelini oxuyun, bir də Quran oxuyun, bir də Nəhcül-bəlağə. İki həftədir mən də, mən də oxuyuram.

Link to comment
Share on other sites

  • 7 months later...

Xeyli əvvəl yazmışdım ki, bir çox problemlərin kökündə məsələləri bənzətmək, oxşatmaq, qatmaq, qarışdırmaq durur. Odur ki, elə ta o vaxtdan dilimin əzbəri olub bu söz, hər hansı bir mübahisənin şəbi-yəlda kimi uzanmağa başladığını ki gördüm, tez basıram stop düyməsinə: qardaşım, dayan, bir dəyqə dayan! Lütfən anlayışları qarışdırmayaq! 
Məsələn, illərdir atalarımız "qozbeli qəbir düzəldər" deyib durur, bəs sizcə necə, gerçəkdən, düzəldər? Məncə, anlayışları qarışdırmayaq, düzəltmək başqadır, sındırmaq başqa - qəbir qozbeli olsa olsa sındırar, düzəltmək daha zərif, daha estetik bir məharətdir. 
Sındırmağa nə var ki, tutub möhkəm sıxdın, xıncım-xıncım oldu, amma düzəltmək... düzəltmək səbir istəyir, təmkin istəyir, ən əsası, sevgi istəyir. Meyar belədir: düzəldirsə sevir, sındırırsa nifrət edir. Şair demiş, əzizinin həyatından tikanı elə təmizləyəcəksən ki, gül toplayırsan sanacaq.

Link to comment
Share on other sites

İlahi, əlimdən tut, zorla çək məni öz yoluna, deyir sanki. And olsun, məni öz mərifətimin ixtiyarına qoysan, gözləsən ki, guya özüm idrak edib gələcəm... yox, təkliyin haqqı, gələn deyiləm! Özümü tanıyıram axı! 
Mən öz əziz anasını incidən nankoram ey; mən mələk kimi qızın sərçə qəlbini qıran hozuyam ey; ətrafındakı haqsızlıqları görməzdən gələn, yalnız öz qarnını, öz güzəranını, öz xoşbəxtliyini düşünən adamdan nə mərifət?! Mənim ixtiyarıma qoysan batdım, qurban olum. Odur ki, Sən özün zorla çək məni özünə sarı, istəsən üstümə qəzəblən də, incit də, amma məni öz ixtiyarıma buraxma!
Bəs Allah nə deyir cavabında: yox, əziz bəndəm, yolun qaydası budur, bizdə zor yoxdur, məcburiyyət yoxdur, ancaq özün gəlməlisən! Yəni qəbir qozbeli düzəltmir, sındırır, Allaha isə sənin düzəlmiş halın lazımdır, sınmış deyil.
İbadətlər məhz bunun üçündür - bizi hissə-hissə, asta-asta, incə-incə (oxu: sındırmadan) düzəltmək üçün. 

Link to comment
Share on other sites

  • 2 years later...

Terapiya (1)

SMR

 

Əvvəlcə ou deyim ki, dostum demiş, insanın başına nə gəlirsə, aşağı-yuxarı, başının içindən gəlir, lakin bəzən belə də olur, psixoloqla pasiyent arasında qızğın mübahisə düşür, əlahəzrət psixoloq peşə kodekslərini unudub adi insana çevrilir və qollarını çırmayıb başlayır pasiyentiylə Tanrı, din, və sair metafizik mövzular haqda sosial şəbəkə istifadəçiləri kimi didişməyə: "deməli sən qərar vermisən ki, Tanrı var". Yox e, nə qərar, - pasiyent etiraz edir, - Tanrı mənim qərarımdan asılı olmayaraq var. Psixoloq başını bulayır: xeyr, əzizim, bu sadəcə sənin qərarındır və belə qərar verməyən minlərlə insan var bu dünyada. Pasiyent: O var axı! Psixoloq: sən belə qərar vermisənsə, çox gözəl. Pasiyent: siz nə danışırsız, Tanrı faktdı! Psixoloq: Əsla! Tanrı qərardı!!!

 

Beləcə qırışırlar bir xeyli, əvvəl təəccüblənirsən, lakin sonra anlayırsan ki, psixoloq sadəcə məşhur "provakativ psixologiya" texnikasından istifadə edib, yəni oun dərdi Tanrının varlığını isbat-inkar etmək deyil, bu vasitəylə, özünə hörmət etməyən, özünə güvənməyən, özünü dəyərsiz sayan pasiyentinin diqqətini onun qərarına çəkməkdir: sən necə dəyərsizsən ki, hər şey sənin qərarından asılıdır, hətta Tanrının varlığı-yoxluğu belə. 

 

Hörmət etdiyim psixoloqlardan birinin video-konsultasiyasında şahid olmuşdum bu mənzərəyə, müəllim demək istəyirdi ki, yaxşı və pis insan yoxdur, güclü insan var, zəif insan var; və əslində, güclü-zəif insan da yoxdur, güclü ya zəif olmağa QƏRAR verən insan var!

 

Konqnitiv-davranış terapiyanın ana bəhslərindən birindən danışacam sizə, Situasiya, Məna, Reaksiya üçlüyündən. Təsəvvür edin, kafedə əyləşmisiz, yanınızdan keçən bir nəfər, görürsüz ki, diqqətlə baxdı sizə, bu, situasiyadır (S), gün ərzində biz neçə-neçə bu kimi situasiya-hadisələrlə rastlaşırıq. Sonra nə baş verir? Mənalandırma (M) mərhələsi. Misal üçün, kimsə bu situasiyanı belə mənalandıra bilər: "baxacaq da, yaraşıqlı oğlanam, yəqin xoşuna gəlmişəm!" Mənalanırma (M) mərhələsi belə olarsa reaksiya (R) nə olacaq? Məmnunluq, xoşluq və həzz. Lakin bir digər adam eyni situasiyanı belə mənalandıra bilər: yəqin mənə nəsə zərər vurmaq istəyir, bəlkə cüzdanımı çalmaq üçün plan qurur? Bəs bu növ mənalandırmada reaksiya (R) necə olacaq? Təbii ki, stress, qorxu, narahatlıq. 

 

Koqnitiv-davranış terapiyada deyilir ki, mühüm situasiya (S) deyil, mühüm sənin onu necə mənalandırmağındı - yaxşı (doğru, adekkvat) mənalandırsan gözəl, pis mənalandırsan narahat reaksiya alınacaq. Bir sözlə, reaksiyalar hadisələrdən deyil, mənalardan asılıdır. 

 

Bəs müdrik kimdir? 

 

Bu konsepsiyaya əsasən, müdrik ən pis situasiyanı ən gözəl formada mənalandırıb ən qəşəng reaksiya verən insandır. "Ustad, filankəs sizə nifrət edir". Gülümsünür: "Çox gözəl, nifrət də bir meyldir, demək bizə laqeyd deyil".

 

Yəni, əzizim, hər şey insanın öz qərarından asılıdır: SƏN qərar verirsən ki, bu hadisəni elə deyil, belə mənalandırasan, sən qərar verirsən ki, güclü, zəif, ağıllı, ya dəli olasan, gerisi təfərrüat! Bu efemer həqiqəti anlamayan adam həmişə güclü görünən dostumu bir az bədbin görən kimi ona güclü olmaq haqda bir kitablıq tövsiyə-nəsihət danışmışdı, dostum da cavabında qımışıb demişdi ki, əzizim, mən bunların hamısın əzbər bilirəm, sadəcə bu gecə zəif olmağa qərar vermişəm. Yeri vardı, adam bu məqamda heyrətlənib dostumun dediyi həqiqəti təsdiqləsin: ay dili-qafil, gerçəkdən də insanın başına nə gəlirsə, başının içindən gəlirmiş.

Link to comment
Share on other sites

Terapiya (2)

Olduğun kimi görünməyin ətaləti haqqında

Rumi harda səhv edirdi

İllər əvvəl düz gözümün qabağında baş vermişdi bu hadisə, qadına şiddət mövzusunda olduqca məntiqli və arqumental çıxış edən mühazirəçi alimin sözünü daşla, qalaqla kəsmişdi bir dinləyici xanım: bəs siz, müəllim, siz guya xanımınızı döymürsüz? Əvvəl tutulmuşdu natiq, lakin bir xeyli çək-çevirdən sonra özünü ələ alıb düzünü deməyə qərar vermişdi: 

"Arada olur..."

Nə...?! Elə bil, arı yuvasına çomaq soxmuşdun, zal dəymişdi bir-birinə, necə yəni arada olur? Siz zarafat edirsiz? Bəs bayaqdan oxuduğunuz odlu-alovlu mühazirə? Bəs filan, bəs besməkan...?! Ayıb olsun sizə! 

Bütün “daşları” yerbəyer elədikdən sonra vəziyyəti izah etməkçün icazə almışdı natiq: bəli, ayıb olsun mənə, demişdi, amma mən tam ciddiyəm, məsələ belədir ki, mənim şüurumda inqilab olub, qadına şiddətin yolverilməz olduğunu iliyiməcən dərk eləmişəm, lakin əməldə hələ buna tam nail ola bilməmişəm, axı, mənim atalarımda, böyüklərimdə, ətrafımdakı kişilərdə, hamısında, illərlə olub bu qeyri-insani hal, mən necə birdənbirə dəyişə bilərəm? Mən, inanın, utanıram özümdən, bu adətimdən qurtulmaq istəyirəm, amma sizə yalan danışmaq istəmədim, hələ tam nail ola bilməmişəm... 

- Bəs yaxşı, müəllim, sizi saxtakarlığa vadar edən nədir?

- Bu, saxtakarlıq deyil, özünə kütlə qarşısında verilən sözdür, qarşıya qoyulan öhdəlikdir: dəyişimi sürətləndirmək cəhdidir.

Şəxsiyyət nədir və necə formalaşır? 

Bu haqda 10-larla, bəlkə də yüzdən çox teoriya var, hamısı da birbirindən dərin, birbirindən maraqlı. Şəxsiyyət haqda əsaslı danışa bilməkçün ən azı Freydin libidosunu, Yunqun arxetipini, Adlerin natamamalıq kompleksini, Corc Kellinin konstruktunu dərindən bilmək lazımdır. Məsələn, amerikalı psixoloq Leon Festinger deyirdi ki, insanın iki məni var: real mən, başqalarına təqdim edilən (oxu: ictimai) mən və şəxsiyyət “real mən” “ictimai mən”ə uyğunlaşa-uyğunlaşa formalaşır; belə ki, insan, tutalım, özünü cəmiyyətə (oxu: sosial şəbəkələrdə) təmkinli adam kimi təqdim edir, əslində isə, o, əsəbidir, səbirsizdir, sonra nə baş verir? İki fərqli şəxsiyyəti uzun müddət yaşatmaq çətin gəldiyindən, üstəlik, bu halın adamda daxili diskomfort yaratdığından o, get-gedə “real mən”ini “təqdim etdiyi mən”lə eyniləşdirməyə çalışır və beləcə tədricən bu əsəbi adam sakit, səbirli adama çevrilir.

Başqa sözlə desək, təsəvvür edin, alpinist dağa dırmanır, əvvəl ucunda rıçaq olan kəndiri yuxarı atır, rıçaqı hansısa qayaya ilişdirir, sonra özünü dartıb ora çıxarır. Festinger deyirdi ki, biz şəxsiyyətimizi beləcə, özümüzü yuxarı darta-darta formalaşdırırıq, yəni bizim idealımız bir başqası deyil, elə özümüzük – başqalarına təqdim etdiyimiz özümüz. Yəni təqdim etmə olmasa təkmilləşmə də olmayacaq.

Odur ki, şəxsən mənimçün birinin özünü necə təqdim etməsi elə onun real məni qədər maraqlıdır, nədən ki, bilirəm, nəhayətdə biri digərinə gətirib çıxaracaq. Məsələn, realdan tanıdığım kitabdan uzaq insanlar var, amma eyni adamlar sosial şəbəkələrdə özlərini kitabsevər kimi təqdim edirlər, bu hal məndə qıcıq yaradırmı? Xeyr. Nədən ki, məsələnin verəcəyi nəticəni bilirəm, bilirəm ki, biz onlara inamımızla dəstək olsaq, goreşənliyimizlə maneçilik törətməsək, yaşadıqları daxili diskomfort onları get-gedə kitab oxuyan edəcək. 

Qırx yaşın astanasında gəlib çatdığım həqiqət budur ki, adam özünü tapmır, yaradır, və o bunu təqdim edə-edə, hətta təblig edə-edə bacarır. Yəni bir yol da budur. Yəni bizə alim kimi təqdim olunanların böyük əksəriyyəti əslində xeyli sonra gerçəkdən alim olur. 

Odur ki, sosial şəbəkədəki "saxta" təqdimatlar bizi narahat etməməlidir, əksinə, mənə görə, millət olaraq gələcək vəziyyətimizi məhz o təqdimatların reallaşmasında axtarmaq lazımdır. Sırf olduğun kimi görünmək özünü ətalətdə saxlamaq, dəyişməmək, düzəlməmək deməkdir, (zatən milyonlarla insan əsrlərdi bunu etmirmi?) Yəni məncə, Rumi "ya elə, ya belə" deyərək səhv edirdi, xilas yalnız göründüyün kimi olmağa çalışmaqdadır.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Haha
      • 27 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 144 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Haha
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Upvote
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Thanks
        • Like
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Milli
        • Facepalm
        • Like
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       

      Media.az
        • Upvote
        • Like
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...