Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Seks nə vaxt vəzifəyə çevrilir?


Zaman.

Recommended Posts

Seks nə vaxt vəzifəyə çevrilir?

df6b9a.jpgSevgi nədir? Əslində sevgi yalnızca baş-başa qalmaq istəyi deyil. Birlikdə olmaq istəyidir. Hər şeyi paylaşmaq istəyidir. Əgər cütlük ikilikdə darıxırsa deməli ilişgidə problem var.

Sevgililərin ən böyük səhvi danışmamaqdır. Kimisə anlamaq üçün onunla danışmaq lazımdır. Susaraq anlaşmaq fikri yanlışdır. Və yalnız o zaman keçərlidir ki, susmaq lazımdır. İnsanlar çox vaxt tərsinə edirlər. Danışmaq lazım olanda susurlar. Ortada anlaşılmazlıq varsa onu danışaraq, açıqca hər şeyi söyləyərək çözmək olar. Örtülü bazar dostluğu pozar.

Cütlüyün ilişgisi əsgərlik arxadaşlarından, iş yoldaşlarından seçilmirsə münasibət dostluğa çevrilir. Sevgililər yalnız dost ola bilməz. Ola bilsəydi anlayışların adları başqa-başqa olmazdı. Birinə dost, birinə sevgili deməzdik. Bütün ilişgilərdə dostluq olmalıdır fikrinin motivi başqadır. Çünki bunun əksini də demək olar. Bütün ilişgilərdə sevgililik olmalıdır. Dostunu sevməlisən. Absurd səslənir. Dostu sevmirsənsə necə dost ola bilərsən?
Sevgiliylə dost olmaq doğaldır. Dost deyilsənsə necə sevgilisən?! 
  • Upvote 1
  • Downvote 1
Link to comment
Share on other sites

Öyrəşmək
Birgəlikdə öyrəşmək amili də var. İnsanlar uzunmüddətli birgəlikdə bir-birinə öyrəşir. Bu da sonradan ilişginin sevgi olub-olmamasını ayırd etməkdə zorluq yaradır. Bu gerçəkdir. İlişgilərdə 3 şeyi bir-birindən ayırd eləmək çətindir. Öyrənmək, ehtiras, sevgi. Əslində hər üçündə sevgi var. Yəni hər üçü də sevgidir. Dediyimiz kimi sevgisiz ilişki olmur. Sadəcə “yalnız bu birləşdirir” məsələsi sual və problem doğura bilər.

İnsanları yalnız bir şey birləşdirməli deyil. Birgəlik üçün bu çox azdır. Hər şey də birləşdirə bilməz. Bu da çox çoxdur. Çox şey birləşdirirsə bu gözəldir. Türk alimi prof. Mehmet Z.Sungurun dediyi kimi, ailə “mən” –i unutmadan “biz” ola bilməkdir. Əgər ailə — birgəlik yalnız “biz” üzərində qurulubsa insanlar cinslərini unudur, ilişki sevgililik donundan çıxır. Şəxs, xarakter, dəyərlər dəyişir. Buddanın fikrincə, pis alışqanlıqlar insanın dəyərlərini, dəyərlər xarakterini, xarakter münasibətlərini korlaya bilər. Birgəlikdə özünü unutmaq, məni unutmaq pis alışqanlıqdır.

  • Upvote 1
  • Downvote 1
Link to comment
Share on other sites


Ehtiras
Kişilərimiz arasında aparılan sorğuda qadının seksuallığı demək olar ki, səslənmir. Və ya çox az vurğulanır. “Qadınlarda dəyər verdiyiniz nədir” sualının cavabı təxminən belə sıralanır. 
1. Ağıl 
2. Əxlaq 
3. Şirindillik-pozitivlik
4. Sadiqlik
5. Alicənablıq 
6. Gözəllik-çəkicilik.

Bizim ortamda qadın partnyor kimi seçilmir. Kişilər evlilikdən öncə qadının seksual dəyərlərini bilmədikləri üçün “qadın necə olmalıdır” sualına qadınlıq üstünlüklərindən baxaraq deyil, adamlıq üstünlüklərindən baxaraq cavab verirlər. Avropa və Rusiyada kişiləri qadının qadınlığı daha çox maraqlandırır. Bu, ilişgilərin möhkəmliyi üçün önəmli sayılır. Onların fikrincə qadın zərif, mehriban, seksual və zəif olmalıdır. Ağıl xüsusi olaraq vurğulanmır. Çünki bu dəyərləri olan qadın Avropa kişisi üçün artıq ağıllıdır. Digər tərəfdən onlar qadınları ağıllı hesab edirlər. 

  • Upvote 1
  • Downvote 1
Link to comment
Share on other sites

Qadınlara psixoloqların bir neçə məsləhəti:
1. Narkoman və alkoqoliklərdən uzaq olun. Nəinki ailə qurmaq, telefon nömrənizi belə verməyin. 
2. Xəsis kişilərdən qaçın. 
3. Öz keçmiş ilişgilərindən sizə həvəslə danışan kişiləri seçməyin. 
4. Yaxınları — dostu, valideynləri və s. ilə kobud davranan kişiləri uzaq tutun. 

İçkiyə qurşanmış yaşlı bir qadın tanıyırdım. Cavanlığında çox şirin və çəkici olan bu qadın qocalığında da kutsal gözəlliyini itirməmişdi. İçkili halın arxasında gizlənən bir gözəllik idi bu.

Əməlli-başlı araq düşkünü olmuşdu. Durum ağır idi. Küçədə yıxılırdı, yorğan döşəyə qusurdu.

İçki sinir sistemini sıradan çıxarır. Adam dəlilik edir. Ağıl kontroldan çıxır. Adamın daxili problemləri varsa daha pis olur. Danışığını, hərəkətini bilmir. Adamların xətrinə dəyir.

Bir dəfə söhbət etdik. Məlum oldu ki, əri cavanlıqda yaman içən olub. Psixoloqların fikrincə narkomanların və alkoqoliklərin eşləri gec ya tez özlərinə oxşayırlar. Belə adamlar maqnit kimi onları öz pis vərdişlərinə çəkir, ortamın ağır aurası partnyorun bütün enerjisini sorub çıxarır. Nəticədə adam gücsüzləşir. Və tabe olur. Gec olmadan canınızı qurtarın.

Bir neçə ildən sonra həmin qadınla rastlaşdıq. İçmədiyini və tərgitdiyini dedi. Qadınlar bu konuda kişilərdən daha güclüdürlər. Ona görə dünyada kişi narkomanlar və alkoqoliklər qadınlardan qat-qat çoxdur.

Yaradıcı adamların içində içkiyə, narkotikə qurşananlar daha çox olur. Bunun yeganə səbəbi yaradıcı adamların daxilən zəif olmasındadır. 

Belə bir inanc var. Əgər kişi 25 yaşında hələ qadın tanımırsa bu uzun sürəcək, 30 yaşında evlənməyibsə evlənməyəcək, əgər 40 yaşında pulu yoxdursa deməli heç vaxt olmayacaq. 

Qadınlar təcrübəli erkəklə evlənmək istəyirlər. Kişilərsə əksinə.

Qadınlar özünə güvənən erkəkləri sevirlər. Çox maraqlıdır ki, məşhur seriallar gedərkən statistik göstəricilərə görə qadınlar filmin müsbət kişi obrazını daha çox sevir, nəinki yaraşıqlı cavanı. Deməli əslində qadınlar üçün kişinin gözəlliyi o qədər də önəmli deyil. Onlar boş yerə “kişi meymundan bir az yaraşıqlı olmalıdır” demirlər.

Gözəl bir qadının yanında çirkin bir kişi görsək düşünərik: –Fərasətlidir. Bəli! Qadınlar fərasətli kişiləri sevir. Bir önəmli məsələdə qadınlar heç dəyişməzlər.

  • Upvote 1
  • Downvote 1
Link to comment
Share on other sites

Kişiyə güvənmək
İstər maço olsun, istər layt. Güvən yarada bilməyən erkəyi qadınlar sevmir.
Bizim cəmiyyətdə hər şey bir az fərqlidir əslində. Burda qadın kişini öz kurallarına və zövqünə uyğun seçmir. Vaxt çatır və o, sadəcə ailə qurmaq xətrinə ailə qurur. Sonrası artıq şans məsələsidir. Kişilərdə də durum eynidir. Onlar da qadını seçib, götür-qoy edib evlənmirlər. Evlənmək xətrinə evlənirlər. Bizim ailələrdə kişi xəyanətinə sakit münasibətin əsas səbəbi də budur. Ortada əsas faktor yoxdur. Sevgi! Sevdiyin adamın xəyanəti ağır gəlir.

Sevgisiz ailə iş yerinə çevrilir. Sevgililik olmur. Sevgililik olmayan halda seks sadəcə bir görəvdir. Seks qadın kişi arasında olduqca önəmli və ciddi bağdır. Ər-arvad bir yataqda görəv başındadırsa ailə sevgidən başqa hər səbəb üzündən qurulub demək. Belə ailələrdə kişilərin kənar macəralarına qadınlar susurlar, göz yumurlar. Çünki ər anlayışı onlar üçün sevdiyi kişi-sevgili anlayışından tam fərqli bir şeydir. Ər öncə uşaqların atasıdır. Ana- atanın kürəkənidir. Bacı-qardaşın yeznəsidir. Ailə başçısıdır. Bütün bunlar ərin başqa qadının sevgilisi olmasına əsas yarardır. Çünki ər sevgili də olmaq istəyir.

Arvadlarını mətbəx kombaynı, qabyuyan maşın, uşaqların anası hesab edən kişilərin qadınları da sevgili olmaq ehtiyacı duyur. Sadəcə dünyanın bütün ölkələrində qadının xəyanəti daha yolverilməz sayıldığı üçün ərinin sevgilisi olmayan qadın çox vaxt özünə kənarda sevgili axtarmır. Və bu onun özünə diqqətsiz münasibəti ilə nəticələnir. Baxımsızlaşır, qadın olduğunu unudur və tədricən tamamilə formadan çıxıb mexaniki arvada çevrilir. Çox vaxt da belə qadınların sinir sistemi sıradan çıxır; aqressivləşirlər.

Avropa ailəsində xəyanət dəhşətli qarşılanır. Çünki ailə sevgi üzərində qurulur. Ailə qurana qədər onlar bir-birinin keçmiş ilişgilərini axtarıb aramırlar. Burunlarını sevgililərinin keçmişinə soxmurlar. Onlar üçün önəmli olan ailənin gələcəyidir. “Mənə qədər” o qədər də önəmli deyil. “Məndən sonra” isə çox önəmlidir. Bizim kişi evlənməmişdən qadının özünü deyil, bütün nəsil nəcabətini sorğulayacaq. Onun kimliyindən çox, öncələr kiminlə görüşdüyünü, kimi sevdiyini sorğulayacaq. Qızın ailəsi oğlanın genetik kodunu axtaracaq. Ulu babasının həyatını araşdıracaq. Evlilikdən sonra isə kişinin xəyanəti və çeşid-çeşid qadınlar barədə susulacaq.

Kişi ilə qadının anlaşmamasının əsas səbəbi onların bir-biri ilə səmimi olmaqdan qorxmasıdır. Məsələn, kişi bəyəndiyi qadını tutaq ki, restorana dəvət edir. Qadın tez razılıq verməyə utanır, yüngülxasiyyət görünməkdən qorxur. Kişi isə düşünür: “Yəqin məndən xoşlanmır”. Əslində belə deyil. Qadınlara səmimi olmaları üçün şərait yaradın. Axı siz lidersiz.

Bir gənc qadın masa bəzəyib, süstlənib ərinin işdən gəlməsini gözləyir. Ona sürpriz etmək istəyir. Kişinin də həmin gün tərslikdən işi uzanır. Qadın gecə yarısına kimi gözləyib əsəbiləşir və masanı dağıdıb yatır. Qadınlarınıza gec gələcəyiniz zaman xəbər edin. Arabir onlara zəng vurub hal-əhval tutun. Və bunu kontrol üçün deyil, ilgi üçün edin. Qadınların ən böyük çatışmazlığı küsməkdir. Küsməkdənsə kişini arayıb “sevgilim, bu gün evə erkən gəl” demək olar. Durumu öyrənmək olar. Yox, qadın belə deyil. Kişinin onu kosmosdan duymasını istəyir. Qadınların yüzillik davası kişinin onu intuitiv anlamasını istəməsidir. Onlar bircə şeyi unudurlar. Kişilərdə intuisiya çox da inkişaf etməyib. Onlar ağıllarını işlədən, praqmatik varlıqlardır. İntuisiya qadının istedadıdır. Və kişinin səni göydə anlamasını istəmək absurddur. Ona fikrini dolayısı yolla deyil, birbaşa deməlisən. Bu hər şeyi qolaylaşdırar.

İnternetdə kişilərin kuralları haqda oxumuşdum. Özləri tərtib ediblər. Bir bəndində belə yazılıb: “Necə ki, siz bizim kafedə saatlarla pivə içib, maç seyr etməyimizi anlamırsız, eləcə də biz sizin xeyli çanta almanızı anlamırıq”.

Kişilər çox nadir hallarda öz qadınlarında sevmədiklərini üzə vururlar. Ancaq qadın kişisinin çatışmayan cəhətini gündə yüz dəfə təkrar etməkdən bezməz. Əgər kişi qüsurunuzu üzünüzə vurmursa bu qüsursuz olmanız anlamına gəlmir.

Statistik göstəricilərə görə qadınlar pulu olmayan erkəyə üstünlük vermirlər. Ən xırda səbəbə görə. Qadın üçün kişi məqsədyönlü, güclü, uğur qazanmağa meylli bir varlıqdır. Bu cür kişininsə mütləq qazancı olur. Əgər kişinin qazancı yoxdursa, deməli işgüzar deyil, məqsədyönlü deyil. Deməli zəifdir, tənbəldir. Qadınların zəif və tənbəl kişilərdən zəhlələri gedir. Onlar güclü, işgüzar kişiyə çox şeyi bağışlayırlar. Yanlış anlaşılmasın. Pulu olduğu üçün deyil, pul qazana bildiyi üçün.

Məşhur “kişilərə ağıllı qadın lazım deyil” fikri də yanlış qarşılanır. Kişilər ağıllarını gözə soxan qadınları sevmirlər. Kişi naturaca liderdir. Bu təbiətin ona verdiyi üstünlükdür. İlk qəbilələrdə mağarada oturan qadın olub, ova gedən kişi. Qadının fiziki gücü ona ova getməyə imkan verməyib sadəcə. Bu liderliyi kişidən almaq lazım deyil.

  • Upvote 1
  • Downvote 1
Link to comment
Share on other sites

Liderliyi əlindən alınan kişi özünü aşağılanmış hiss edir. Ona ironiya ilə baxacaqsan, üzündə sarkazm olacaq, dodaqaltı güləcəksən və tamam. Kişi özünü pis hiss edəcək. Özünü yaxşı hiss etdiyi yerə gedəcək. Özünüzü kişidən ağıllı göstərməyə çalışmayın. Bunu bacaran qadın elə ağıllı qadındır.

Kişinin əlindən qadını qorumaq instinktini, əgər bu instinkt onda təbiətən varsa, almaq günahdır. Bu onun ən həssas yeridir. Kişilər qadınlarını qorumaqdan sadəcə ləzzət alırlar. Əgər o sizə elementar “açıq-saçıq geyinmə, tək başına ora-bura getmə” deyirsə, bu qətiyyən onun sizə güvənmədiyi anlamına gəlmir. Bu onun sizə cavabdeh olma instinktinin formalarından biridir. Kişilər hətta qadının namusunu da öz boyunlarına götürməyə hazırdılar. Götürürlər də. Qadın onlar üçün dəyərdir. Qadınlarla kişilərin dəyər anlayışı fərqlidir. Kişilər öz dəyərlərinə daha məsuliyyətli yanaşırlar. Onların kurallarını kimsə poza bilməz. Bu üzdən sadəcə imkan verin sizi qorusun. O zatən başqa bir şey istəmir…

“Kişilərə qadından çox şey lazım deyil, qadınlarsa hər şey vermək istəyirlər.” — V.P. Şeynov. 

Aysel Əlizadə

  • Upvote 1
  • Downvote 1
Link to comment
Share on other sites

В 20.08.2018 в 01:02, Zaman. сказал:

Liderliyi əlindən alınan kişi özünü aşağılanmış hiss edir. Ona ironiya ilə baxacaqsan, üzündə sarkazm olacaq, dodaqaltı güləcəksən və tamam. Kişi özünü pis hiss edəcək. Özünü yaxşı hiss etdiyi yerə gedəcək. Özünüzü kişidən ağıllı göstərməyə çalışmayın. Bunu bacaran qadın elə ağıllı qadındır.

boş şeylərdir...

ağıllı olmaq nə vaxtdan qəbahət sayılır (?) sadəcə, müasir qadın öz ürərində işləməyi öyrənib. həvəslidir, daha çox çalışır, çox öyrənir, işləyir, qazanır, qurur. belə qadınların nə sarkazm  nə ironiyaya vaxtı yoxdu. ailəsini, övladı sevən, işini sevən, valideyini sevən qadın, nədi ürəyində bir kişi (ər) sevgisi bəsləyə bilmədi yəni..? (inandırıcı deyil bu) və bu müddət ərzində əgər kişi oturub olanları "seyr edib, özünü piss hiss eliyəcəksə", özü bilsin. liderliyi kişinin əlindən heç kim ala bilməz, əgər özü könüllü təhvil verməsə... sadəcə, kişi gərək simasız  (безликий) qalmasın... bax bu, artıq problemdi, belə kişi hər hansı qadının yanında olsa belə özünə yer tapa bilməyəcək.

  • Upvote 2
Link to comment
Share on other sites

5 минут назад, NOIR сказал:

liderliyi kişinin əlindən heç kim ala bilməz

muasir qadınların böyük əksəriyyəti bunu qəbul etmir......

Feminizm və emansıpasiya özünü göstərir.

 

 

  • Downvote 1
Link to comment
Share on other sites

17 минут назад, Zaman. сказал:

muasir qadınların böyük əksəriyyəti bunu qəbul etmir......

))))

istəsələr də belə istəməsələr də, sivilizasiyanın qurucusu kişidi. mühüm qələbələr, böyük şəhərlər kişilərərin çiynində ucalıb. əhəmiyyətli ixtiralar, elm kişi ağlının məhsuludur. bütün iri biznesləri kişilər fırladır. arzuladığı qadını da çox vaxt ya pulla alırlar, ya zorla götürürlər. 

... kim ala bilər ki bu liderliyi onlaradan ? )) özlərini könüllü təslim eləməsələr, heç nə ala bilməzsən onlardan... bircə qadın məhəbbətinə ehtiyacı olanda, aciz ola bilirlər 

 

Edited by NOIR
  • Upvote 3
Link to comment
Share on other sites

14 минуты назад, NOIR сказал:

))))

istəsələr də belə istəməsələr də, sivilizasiyanın qurucusu kişidi. mühüm qələbələr, böyük şəhərlər kişilərərin çiynində ucalıb. əhəmiyyətli ixtiralar, elm kişi ağlının məhsuludur. bütün iri biznesləri kişilər fırladır. arzuladığı qadını da çox vaxt ya pulla alırlar, ya zorla götürürlər. 

)))))))

Görürəm ki Siz patriarxat tərəfdarısınız.

düzmü anladım? :smile:

  • Downvote 1
Link to comment
Share on other sites

26 минут назад, NOIR сказал:

))))

istəsələr də belə istəməsələr də, sivilizasiyanın qurucusu kişidi. mühüm qələbələr, böyük şəhərlər kişilərərin çiynində ucalıb. əhəmiyyətli ixtiralar, elm kişi ağlının məhsuludur. bütün iri biznesləri kişilər fırladır. arzuladığı qadını da çox vaxt ya pulla alırlar, ya zorla götürürlər. 

... kim ala bilər ki bu liderliyi onlaradan ? )) özlərini könüllü təslim eləməsələr, heç nə ala bilməzsən onlardan... bircə qadın məhəbbətinə ehtiyacı olanda, aciz ola bilirlər 

 

Kişilərin nail olduqları bütün böyük işlərin arxasında gözə görünməyən qadın dayanır, o qadınlarsız onlar heç nə bacarmazlar )

  • Upvote 1
Link to comment
Share on other sites

7 часов назад, Zaman. сказал:

)))))))

Görürəm ki Siz patriarxat tərəfdarısınız.

düzmü anladım? :smile:

reallıq budu )

qadın, patriarxal cəmiyyətdə matriarxat tərəfdarı olursa əgər, bunu obrazlı ifadə etsək : daş səddi keçməli olacaq...var gücü ilə qaçaraq daş divara çırpılıb, əziləcək. ya da ki, qadın kiçik bir ilan olmalıdır ki )) divardakı oyuğa soxulub, özünə yer düzəldib, dəlib keçsin.

 

  • Upvote 2
Link to comment
Share on other sites

8 часов назад, gapgara сказал:

Kişilərin nail olduqları bütün böyük işlərin arxasında gözə görünməyən qadın dayanır, o qadınlarsız onlar heç nə bacarmazlar )

belə bir deyim var : hər uğurlu kişinin arxasında ağıllı qadın durur. bu ana da ola bilər, bacı ola bilər, ya həyat yoldaşı ola bilər, sevgili ola bilər, ya sədəcə qadın dostu, tərəfdaşı... fərq etməz. amma siz düz vurğuladız, çox zaman elə "gözəgörünməz" də qalır qadın ) çünki hər kişi uğurunun sirrini ictimailəşdirib, açıqlamır

Edited by NOIR
  • Upvote 2
Link to comment
Share on other sites

  • 4 weeks later...
  • 10 months later...
  • 5 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 53 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Milli
        • Haha
        • Like
      • 110 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Upvote
        • Red Heart
        • Like
      • 713 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...