Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

O olmasın bu olsun?

Konfutsi
 Share

Recommended Posts

1 час назад, Slay сказал:

Qanunvericilikdə nə yazılmasına baxmayaraq təcrübədə onu göstərirki uşaq əksər hallarda ananın yanında qalır.Təcrübədə  niyə belə alınır bunun səbəbləri çoxdur.Müsal üçün birini deyim.Tutaqki siz hakimsiniz.Görürsü-

nüzki ana maddi cəhətdən imkansızdır ata isə imkanlı.Hər ikisidə uşağı çox istiyir.Uşağı hansına verərsiniz? Yəqinki Anaya.Belə hallarda Atada uşağı çox istədiyi üçün boşansalarda övladına maddi və mənəvi rəhbərliyini edəcək.Ana isə övladını itirməyəcək.Ümumi nəticədə uşağın xeyrinə  olacaq.Psixoloji travma nisbətən zəif olacaq.

) yaxşı ki hakim deyiləm...

əslində, belə praktika təxminən bir əsrlik dövrü əhatə edir və sosial təbəqələşmə, gender bərabərsizliyi kimi faktorlarla şərtlənmir.

mövzunun məzmunu ilə bilavasitə əlaqəsi olduğu üçün həmin sualı qoymuşdum...elə də vacib əhəmiyyət kəsb etmir

offtop olmasın deyə, mövzu ilə əlaqədar nə deyə bilərdiz ?

Link to comment
Share on other sites

5 минут назад, Konfutsi сказал:

Hakimler ushagi ata ve ya anaya vermek meselesinde mence maddi veziyyet yox ilk novbede ananin ruhen ona  daha cox bagliligini esas goturerek gerar verirler..

Bəli buda səbəblərdən biridir və ən əsasıdır.Baxır situasiyaya.

Link to comment
Share on other sites

6 часов назад, NOIR сказал:

) yaxşı ki hakim deyiləm...

əslində, belə praktika təxminən bir əsrlik dövrü əhatə edir və sosial təbəqələşmə, gender bərabərsizliyi kimi faktorlarla şərtlənmir.

mövzunun məzmunu ilə bilavasitə əlaqəsi olduğu üçün həmin sualı qoymuşdum...elə də vacib əhəmiyyət kəsb etmir

offtop olmasın deyə, mövzu ilə əlaqədar nə deyə bilərdiz ?

Əgər yuxarıdakı məsələni nəzərdə tutursunuzsa gəlinin qaçmağını bəyin qonşu qızı ilə toy eləməsini...Nə deyim mən ənənəvi düşüncənin adamı kimi əlbətdəki belə hallara pis baxıram.Seriallar bu millətin başını xarab eliyib.Şəxsiyyətin inkişafı hansı istiqamətə üz tutub gedir anlamaq olmur.

Link to comment
Share on other sites

15 hours ago, Slay said:

Hec bir serialin-zadin tesiri yoxdur.Sadece bizim ganimizdaki,beynimizdeki Meshedi Ibad dushuncesinden hec cur azad ola bilmirik..

  • Like 1
Link to comment
Share on other sites

В 02.09.2018 в 19:35, Slay сказал:

Əgər yuxarıdakı məsələni nəzərdə tutursunuzsa gəlinin qaçmağını bəyin qonşu qızı ilə toy eləməsini...Nə deyim mən ənənəvi düşüncənin adamı kimi əlbətdəki belə hallara pis baxıram.Seriallar bu millətin başını xarab eliyib.Şəxsiyyətin inkişafı hansı istiqamətə üz tutub gedir anlamaq olmur.

lap tutaq ki, ənənəvi düşünmürük, qeyri-standart düşünürük... tutaq ki , evlilik məsələsi deyil bu, nə bilim gəzintidir, biznesdir, ya şoppinqdir... gənc qız az tanıdığı kişi ilə naməlum istiqamətə baş alıb gedir. şəhər də deyil, bu kənd yeridi. az məskunlaşmış geniş ərazidi... bəlkə kişi manyakdı ? yaxud lap elə adi insandı, qızın üzərində heç bir haqqı olmayan bir insandı... belə mövqeli insana necə etibar etmək olar ? 

bu hər şeydən öncə təhlükəsizlik məsələsidi, mən dəli-risqə pis baxıram. 

Edited by NOIR
Link to comment
Share on other sites

1 час назад, NOIR сказал:

Düzü bu məsələyə göz uzucu nəzər yetirmişdim.Konfutsinin və xüsusəndə sizin sərt reaksiyanızdan anladım ki, yazdığım fikrin mətləbə dəxlisi yox imiş.Məsələ ilə indi diqqətlə maraqlandım.Haqlısınız. Nə deyim.

Link to comment
Share on other sites

14 minutes ago, Kenul2012 said:

Belke de bu gencler sevib evlenenlerden 10 qat daha xoşbext olacaqlar..
Biz yazıqları aĝ yuyub,qara seririk)

He de..yegin sonra da Bakiya mikrorayon tikmeye gedecekler...

Link to comment
Share on other sites

8 часов назад, Kenul2012 сказал:

Belke de bu gencler sevib evlenenlerden 10 qat daha xoşbext olacaqlar..
Biz yazıqları aĝ yuyub,qara seririk)

) məsuliyyətsizliyin barını bəxtəvər görmədim...

  • Like 1
Link to comment
Share on other sites

Zaten heyatda biz özümüz de o olmayınca bunu seçirik.O olmadısa o demek deyil ki,her şey bitdi.Bulardan da seçim edib,lazımı neticeye gelmek olar.Lakin,"o"ndan sonra "bu"na bir xeyli düşünüb qerar vermek lazımdır.

Link to comment
Share on other sites

19 часов назад, Slay сказал:

Düzü bu məsələyə göz uzucu nəzər yetirmişdim.Konfutsinin və xüsusəndə sizin sərt reaksiyanızdan anladım ki, yazdığım fikrin mətləbə dəxlisi yox imiş.Məsələ ilə indi diqqətlə maraqlandım.Haqlısınız. Nə deyim.

Şəxsən sizin yazdığınıza qarşı sərt deyiləm, sadəcə əhvalımı biruzə verdim... Çünki bu mövzu insanda xoş ovqat yaratmır. Mən çox zaman qadını qınayıram. Gənc qız özünü bu qədər ucuz tutmamalıydı axı. Toya iki gün qalmış əl-əyağı xınalı qızın küçədə kakoy-to evli kişi ilə sözü-söhbəti olur və nəticədə qoşulub gedirlər. Qız ismətini, ailənin adını atır hansısa naməlumun ayağı altına.

Vallah belə süjet heç bir serialda yoxdu )

Link to comment
Share on other sites

7 минут назад, NOIR сказал:

Tamamilə haqlısınız.

Hər bir normal insanda belə hadisələr ikrah hissi doğurur. Sizin qeyd etdiyiniz ailə,ismət kimi dəyərlər baxımından bu hadisəni düşünəndə adamın halı dəyişir..Ona görə mən qeyd etdim ki, bunun kökündə axmaqlığdan baçqa bir şey dayanmır.Belə hərəkətlər yalnız axmaqlardan çıxar.Belə axmaqların yetişməsində valideyinlərində böyük günahı var.

Link to comment
Share on other sites

40 minutes ago, NOIR said:

Şəxsən sizin yazdığınıza qarşı sərt deyiləm, sadəcə əhvalımı biruzə verdim... Çünki bu mövzu insanda xoş ovqat yaratmır. Mən çox zaman qadını qınayıram. Gənc qız özünü bu qədər ucuz tutmamalıydı axı. Toya iki gün qalmış əl-əyağı xınalı qızın küçədə kakoy-to evli kişi ilə sözü-söhbəti olur və nəticədə qoşulub gedirlər. Qız ismətini, ailənin adını atır hansısa naməlumun ayağı altına.

Vallah belə süjet heç bir serialda yoxdu )

Siz yuxarida geyd etdiyiniz kimi,bu insan mesuliyyetsizliyinin en pik nogtesidir...Insan gerek ne geder mesuliyyetsiz olsun ki,bu cur agilsiz addim atsin..Hegigeten buna bashga ad vermekde adam cetinlik cekir..

  • Upvote 1
Link to comment
Share on other sites

qız qaçırma el adətidir, keçmiş dövrlərdə ancaq mərd kişilər qız qaçırırdılar. hər gədənin belə hünəri yox idi. el içində, bu əsl iddia idi, etiraz idi, hünər idi. kişi ölənəcən bu qadınının arxasında dururdu, xətir-hörmətini saxlayırdı. qızın valideyninə minnətcil olurdu, boyun əyib, barışıq diləyirdi. heç kim bu gəlinə tənə edə bilməzdi, çünki o məsumdu.

indi isə, bu adəti eybəcərləşdiriblər, məsuliyyətsizlik simvoludur az qala... azad sevgini əsas götürüb bu kimi davranışa haqq qazandırırlar. hər iki tərəfdən ailə üzvləri sözləşir, bir-birini hədələyir, təhqir edir. qalmaqal düşür. zaman olur hətta ər, bu əlaqəni halal arvadının başına qaxır, hörmətsizlik edir.

Link to comment
Share on other sites

1 час назад, Konfutsi сказал:

Siz yuxarida geyd etdiyiniz kimi,bu insan mesuliyyetsizliyinin en pik nogtesidir...Insan gerek ne geder mesuliyyetsiz olsun ki,bu cur agilsiz addim atsin..Hegigeten buna bashga ad vermekde adam cetinlik cekir..

əlbəttə ki bu giclikdi, məsuliyyətsizlikdi...

hər gədə-güdə qız "qaçırır", əgər belə demək mümkünsə. çünki qız özü buna şərait yaradır. eləsi var acığa, hikkəsindən, ya tərsliyindən qız qaçırır. bu vəhşilikdir, murdarlıqdı. çoxu qaçırır, evlənir amma arxa durmur, bəzisi əylənir və atır. 

mən ona heyfsilənirəm ki, bakirəlik qalsın bir yana, qızlar məsumluğa dəyər vermirlər. necə də ucuz tuturlar məsumluğu, nə tez aldanırlar, ehtiyat etmirlər, tez təslim olurlar. avam, axmaq, key və kütdülər qızlar ! ana və valideyn demə onlardan da betərmiş... bax bunlar məni məyus edir 

Link to comment
Share on other sites

3 minutes ago, NOIR said:

Belke de muasir zamanda butun bunlari bezileri gerilik kimi gebul edirler,cunki indi insanlar dogrudan tamam bashga deyerlere ustunluk verirler..Bilmirem belke de menim yeni gaydalardan xeberim yoxdur,(olke xaricinde yashamama gore) bu cur hadiseler bezileri ucun siradan bir olaydir,amma insanlig yeni bu geder ucuzlashib?B.Vahabzadenin ne vaxtsa  dedikleri deyesen oz tesdigini tapir:

Gorxuram ki,bir gun gele,

insan gala,insanlig ole......

  • Upvote 1
Link to comment
Share on other sites

8 минут назад, Konfutsi сказал:

düşüncədə müasirik, amma belə məsələdə köhnəfikirliyik yəni ? anormalıq ? ))

mən də xalqımın qızıyam... çox istəyirəm ki, bir kimsə gəlib bu kimi dəyərlərdəki həmin üstünlüyü göstərsin, izah etsin... bəlkə onda inanım, mənə bir az təsəlli olsun )

insanlıq ölür, saflıq ölür

13 минуты назад, Konfutsi сказал:

olke xaricinde yashamama gore

bəlkə mən də köçdüm...

Link to comment
Share on other sites

Mən belə düşünürəm.

Yaşamaq üçün həyat şərtləri çox çətinləşib.Dərin düşünüb dəyərlərin mahiyyətini dərk edib ləyaqətlə yaşamaq çoxlarına sərf eləmir.Çünki bu əziyyətli yoldur.Kantın(filosof) əxlaq barəsində sözü yadıma düşdü.Əxlaqlı yaşamaq sənə çətin olacaq.Çünki sən hər şeydə düzgünlük axtaracaqsan addım başı isə yalanla,riyakarlıqla rastlaşacaqsan.Həyatın əzab əziyyətli keçəcək yeganə təsəllin isə o olacaq ki,əsl insan adına layiqsən şərəfli ömür yaşayırsan.

Buna görədə çoxları dərin düşüncəni bir kənara atıb hər şeyi səthi düşünərək yüngül həyat tərzinə üstünlük verirlər.

Belə həyatın əsas dəyəri isə bu olur.Şəxsi istehlak həzzi. Eksiztensial deviz isə budur.Həzz alıramsa deməli varam. 

Dərin düşünməkdə vicdan əzabı var qəhrəmanlıq duyğusu var.Belə hislər isə  heç kimə sərf eləmir. Problemlərin üzərinə əksəriyyət o nöqtəyəcən gedirki bundan o tərəfə mənim şəxsi həyat keyfiyyətim korlana bilər.Bundan o tərəfə mənlik deyil.

Keçmişdə isə o dediyimiz mərd kişilər dəyərləri qanları ilə yazıblar.Biz isə bu dəyərləri yaşatmağı bacarmırıq.Elə bilirik müasir oluruq.Nəticədə isə tərbiyəsiz oluruq.

Bilirəm çoxları deyəcəkki bu nə müəllimlik eliyir burda.Belə şeyləri hamı çox eşidib.Köhnəlmiş fikirlər,çeynənmiş sözlərdir. Hər halda mən ürəyimi boşaltdım. Müassir olaq amma mahiyyətimizi unutmayaq.

Yəni mərd insanların yolunu-Əməksevər,ağıllı və şərəfli ömür yolunu.

  • Like 2
Link to comment
Share on other sites

  • 2 months later...

bax sonra da deyirlər ki, kişi-qadın arasındakı şəxsi münasibətlər hər bir ailənin daxili işidir. şəxsi iş olur bağlı qapı arxasında.... bu artıq cinayət işidir

" O olmasın, bu olsun"

İddialara görə, ər həyat yoldaşını başqa bir kişi ilə tutub.

Daha sonra qadının başını keçəl edərək onu telefonunun kamerasına çəkib. Şəkilləri sosial şəbəkədə paylaşıb, arvadı və ona xəyanət etdiyi kişinin ünvanına qeyri-etik ifadələr səsləndirib.

https://oxu.az/society/286908

Link to comment
Share on other sites

В 02.12.2018 в 13:43, NOIR сказал:

 Nə o olsun,nə bu olsun.:nett:

  Olduqca gənc bir xanım və ana.. bir ailə dramı.. Və qəzəb anında verdiyi cəzanı bir qəhrəmanlıq nümunəsi kimi çəkib, intiqam aləti olaraq  içtimailəşdirən həyat yoldaşı.. Qazancı nə oldu görəsən?!  Övladı üçün, cəmiyyət üçün, insanlıq üçün. Bəs bu görüntüləri üzü görülməklə yayımlayan xəbər portalları nə qazandı? - əlbəttə ki növbəti ucuz reytinq. Nəticə nə oldu?!..Günahı sübuta yetirilmədən "ədalətli" cəzanı cəmiyyət bəri başdan özü verdi, sorğusuz-sualsız, hakimsiz,qərarsız, həm də öz üsulları ilə, məhvə sürüklədikləri insanın sonrakı taleyinin necə ola biləcəyini düşünmədən və bir qadın həyatını puç edərək..

  • Like 3
Link to comment
Share on other sites

В 04.12.2018 в 19:16, ceylin сказал:

Nə o olsun,nə bu olsun.:nett:

Olduqca gənc bir xanım və ana.. bir ailə dramı.. Və qəzəb anında verdiyi cəzanı bir qəhrəmanlıq nümunəsi kimi çəkib, intiqam aləti olaraq  içtimailəşdirən həyat yoldaşı.

) taylı tayını tapmasa, günü ah-vayla keçər ...

В 04.12.2018 в 19:16, ceylin сказал:

Günahı sübuta yetirilmədən "ədalətli" cəzanı cəmiyyət bəri başdan özü verdi, sorğusuz-sualsız, hakimsiz,qərarsız, həm də öz üsulları ilə, məhvə sürüklədikləri insanın sonrakı taleyinin necə ola biləcəyini düşünmədən və bir qadın həyatını puç edərək..

nifrət eləməyi, düşmənçilik eləməyi də "bacarmaq" lazımdır... lap qadın namərddirsə, kişi mərd olardı.

məncə, elə ikisi də bir-birinə tay imiş

Link to comment
Share on other sites

В 08.12.2018 в 19:56, NOIR сказал:

) taylı tayını tapmasa, günü ah-vayla keçər ...

Ona görədir ki,bu 9 milyonluq əhali arasında axtarıb bir-birini tapıblar.

В 08.12.2018 в 19:56, NOIR сказал:

nifrət eləməyi, düşmənçilik eləməyi də "bacarmaq" lazımdır... lap qadın namərddirsə, kişi mərd olardı.

məncə, elə ikisi də bir-birinə tay imiş

Nəticəni bu vəziyyətə gətirib çıxarmaqdansa vaxtında münasibətləri nöqtələmək lazım idi.Bəzən ailəni qorumaq üçün sonuna qədər mübarizə aparılır, xüsusən də uşaq  naminə,amma bəzən də qarşısı alınmaycaq bu kimi ağır nəticələr də olur. Düşünürəm ki, ciddi ailə probləmləri ilə (təkcə xəyanət deyil) qarşı-qarşıya qalan cütlüklərdən birini haqlı çıxaracaq şəkildə doğruluğunu irəli sürmək yanlış olardı, səhv hər iki tərəfdə mütləq ki var, nə qədər də günahları bütünlüklə qarşı tərəfin üzərinə yükləməyə çalışsalar belə.

Edited by ceylin
Link to comment
Share on other sites

10 часов назад, ceylin сказал:

Nəticəni bu vəziyyətə gətirib çıxarmaqdansa vaxtında münasibətləri nöqtələmək lazım idi.Bəzən ailəni qorumaq üçün sonuna qədər mübarizə aparılır, xüsusən də uşaq  naminə,amma bəzən də qarşısı alınmaycaq bu kimi ağır nəticələr də olur.

uşağa görə, uşaq naminə ailəni saxlayıb, qoruyan görməmişəm, açığı. yəni belə bir hal müşahidə etməmişəm. amma pula görə, material asılılıq ucbatından dözən, qonşuluq münasibətində yaşayışı qəbul edən çox qadınlar və ailələr görmüşəm. 

10 часов назад, ceylin сказал:

Düşünürəm ki, ciddi ailə probləmləri ilə (təkcə xəyanət deyil) qarşı-qarşıya qalan cütlüklərdən birini haqlı çıxaracaq şəkildə doğruluğunu irəli sürmək yanlış olardı, səhv hər iki tərəfdə mütləq ki var, nə qədər də günahları bütünlüklə qarşı tərəfin üzərinə yükləməyə çalışsalar belə.

əlbəttə dil nifrətlə danışanda, xain ürəkdə kin olanda hər şey çirkaba bulaşmış olur. axmaqlığı ucbatından yalan , böhtan danışan da olur.

belə də ki, eliçi hər kəs sözünün göyçəyini danışar - atalar sözü )

Link to comment
Share on other sites

  • 2 years later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • Our picks

    • Что Мы Читаем. 6
        • Like
      • 96 replies
    • Всем привИТ! 
       
      Пора начинать новый сезон.
       Вопрос:
       
      С недавних пор некотрые VIP клиенты одного автосалона   стали  получать  небольшой подарок с надписью на коробочке Станешь ли ты меня водить? Или Будешь ли ты меня водить?
      Назовите точно то, что лежит в коробке.
      • 228 replies
    • Доброго вечера уважаемые  форумчане.

      Голосование в конкурсе "3 Овоща и Ко" открыто! За последние конкурсы еще не было столько (30!) конкурсных работ. Это значит, выбирать будет ох, как трудно ) Удачи всем участникам! У каждого из вас достойные победы работы. 
      Голосование продлится до 17 сентября включительно. 18 сентября объявляются победители. 
       
        На этой теме можно выбирать и обсуждать )
       
       Конкурсные работы можно посмотреть тут :
       
        • Upvote
        • Thanks
        • Like
      • 936 replies
    • Конкурсные работы "3 Овоща и Ко".
      Здравствуйте. Тут я буду выкладывать только конкурсные работы. Всем участникам желаю удачи! 
       
      Обсуждения по ссылке. 
       
        • Milli
        • Upvote
        • Thanks
        • Like
      • 30 replies
    • Конкурс "3 Овоща И Ко"
      Добрый день, уважаемые форумчане!
       Давно у нас не было конкурсов. Прощаясь с летом, хотелось бы напоследок провести очередной вкусный конкурс, на этот раз под названием "3 Овоща и ко".) Вы готовы?)) 
      Обязательным условием конкурса будет присутствие в блюде 3-х основных овощей: баклажана, помидора и перца
       
      Почему "и Ко"?) Потому что также участникам можно будет использовать еще 2 овоща по желанию. Например, картофель и лук. Но не более 😏
      Зелень по вкусу.
      Принимать участие могут все желающие . По постам нет никаких ограничений.
       
      Условия конкурса :
       
      1. Фотографии участники выкладывают сами самостоятельно(ссылка на тему будет приложена) .
      2.Обязательная надпись от руки "Disput.az"
      3.Можно просить голосовать за свою работу
      4.Рецепт с указанием всех овощей(в посте вместе с фотографиями блюда) .
      5. Принимается не больше 4 фотографий(за одну работу) . 
      6. Один участник может выставить неограниченное количество работ. 
       
      Начала конкурса с 27 по 6 сентября (включительно) . Голосование будет открыто с 7 по 17 сентября(включительно) . Победителей объявим  18 сентября.
       
      Призы:
      1 место- 300 AZN наличными
      2 место -200 AZN наличными
      3 место- купон на 100 azn от клиники Парамед
      Спец приз от администрации - купон на 100 azn  от клиники Парамед
      Спонсор конкурса клиника Paramed https://www.paramed.az/
       
        • Upvote
        • Like
      • 519 replies
    • Частенько приходилось видеть девушек с большими мясными родинками, бородавками или папилломами на лице.
      Интересно, что многие у кого они есть, спокойно живут с ними, хотя известно, что папилломки приводят к ослаблению иммунитета и в дальнейшем могут привести к онкологии.
       
      Вопрос: Почему да? Неужели кому то приятно ходить с такой шишкой на лбу, на веке, на губе или другом месте? Хотя современная медицина быстро и безболезненно может их удалить...
       
      Я уже не говорю, как неприятно целоваться с такой мадам, непонятно то ли губы целуешь, то ли папиллому ))
        • Upvote
        • Haha
        • Like
      • 120 replies
    • Анализ показателей абитуриентов на вступительных экзаменах в вузы обещает снижение проходных баллов по некоторым специальностям.
      БАКУ, 18 авг — Sputnik. Второй год подряд прогнозируется сохранение низких вступительных баллов при приеме в высшие учебные заведения Азербайджана. Анализ результатов вступительных экзаменов 2020 года показывает, что эта планка будет находиться в районе 300-350 баллов. Однако при наборе студентов на престижные факультеты планка не опустится ниже 550 баллов по всем группам специальностей.
      godu.html
        • Milli
        • Upvote
        • Haha
        • Like
      • 189 replies
    • Post in Deputat Aqil Abbas: “Toyları kim edirsə, Allah onlara insaf versin.
      İnsanlar düşünür ki, yenidən karantin qaydaları sərtləşdiriləcək, toy etmək, yeyib- içmək məhdudlaşdırılacaq. Məhərrəmlik ayı olsa da, insanlar toylar keçirir, yeni ailələr qururlar.
       
      İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay deyib ki, Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq.
      https://www.facebook.com/243326602360009/posts/6794035510622386/
        • Milli
        • Facepalm
        • Haha
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...