Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

mövzuya necə giriş etmək lazımdır bilmirəm. çoxdandır fəal olaraq müzakirələrdə iştirak etmirəm.. (bu hisseden sonra  "ə ş ö ğ ü ç" istifadə edə bilməyəcəm.çünkü çox yavaş yazıram.üzrlü hesab etsin oxuyanlar)

 

Evvela onu deyim ki movzu basligina sirf felsefi termin olaraq yanassaq Ontologiya elmini yani Varliq elmini esas almaliyiq.burada da Aristotel Platon Sokratdan baslayib orta esrlere oradan da muasir felsefi fikirlere esaslanan tonlarla yazi yazi yazmaq olar.

amma yoxluq haqqinda eyni sozleri demek imkansizdir.

gelek oz fikirlerime. mence varliq zaman daxilinde zamandan tesirlenendir.mucerred fikirleri ve dini anlayislari buraya qatmiram.

 

kecen movzudaki imtahan meselesi ise mence insanin qeyri ixtiyari bir meqsed ucun yasadiginin subutundan basqa bir sey deyil.. amma Enstein demisken: heyatda ugurlu olmaq isteyirsinizse bu halda heyatinizi her hansi insan ve ya esya ucun deyil, meqsedler ucun yasayin.... (tebii ki ekser meqsedlerimiz ele insanlar ve esyalar uzerinde qurulub.axi hamimiz alim deyilik ki hansisa ulduzu kesfetmek ucun yasayaq) 

 

Link to post
Share on other sites

Varlıq və yoxluq ən ümumi mövzudur.

Bu mövzuda demək olarki hər şeydən danışmaq olar.Çünki danışdığımız şeylər varki, bizdə ondan danışırıq.Hətta uydurma şeylərdən danışsaqda belə bunlarda bir növ varlıqdır. Yəni təxəyyülün uydurduğu varlıq.Ən azından bunu ayırd edəcəyik ki, bunun gerçəkliknən əlaqəsi yoxdur.Insan təxəyyülünün məhsuludur.(uydurma varlıq)

Mən bu mövzuda çalışacam ki, realist olum.Real düşüncələr ilə varlıq və yoxluğun sərhədinə yaxınlaşım.

Forumda çox ola bilmirəm.Həftədə bir gün bol vaxt ayıra bilirəm. Forumda yazmaq oxumaq həvəsimdə elə həftədə bir gün olur. 

Heç hara tələsmirik.Mövzududa durub burda.Kimin nə vaxt həvəsi oldu girib yazsın,oxusun.

Link to post
Share on other sites
Quote

 

Varlıq və yoxluq ən ümumi mövzudur.

Bu mövzuda demək olarki hər şeydən danışmaq olar.

 

bu ela oldu. :)  men de movzu o qeder genisdir ki nece edim ki bir terefli muzakire edebilek deyirdim :) 

 

Quote

Hətta uydurma şeylərdən danışsaqda belə bunlarda bir növ varlıqdır. 

mehz ontologiyanin  da en boyuk problemi ele budur. real olmadigindan emin oldugumuz mucerred anlayislar varliq kateqoriyasina daxil deyil.bes nedir? meselenin sonda dini terefe yonelmesini hec amma hec istemirem.cunku bu forumda diger nickle de 9 ilden cox din felsefe muzakiresi etmisem neticesini de gormemisem. bu baximdan meselenin o terefe cekilmeyeceyini dusunurem.sizin de realist yanasmaginiz ela oldu.

Link to post
Share on other sites

varliq ve yoxluq haqqinda en qedim metn hind vedalarindadir

(rig veda)

 

 
"baslangicda ne varliq vardi ne de yoxluq.

ne hava vardi ne de ondan uzaqdaki goyler.

bir terpenis? harada? hansi ortuyun altinda? kimin himayesinde?

dipsiz sularin sonsuz derinliyi idi belke?


 
ne olum vardi o zaman ne de olumsuzluk

ne de gunduzu geceden ayiran bir isare.

amma bir o vardi.solgun olmadan nefes alirdi oz gucu ile.

basqa bir sey yox idi.

qaranliqlar icinde qaranliqlar dururdu.olculeri olmayan bir deniz kimi

mumkun olani hele de formalasdirmamis bir bosluq

ta ki istiliyin gucu tek olani yaradana qeder.
 

 

o zaman o tek olanda arzu istek terpenisleri varliga cevrildi.

ruhun ilk toxumudur arzu.

mudriklikle konullerinde arasdirma aparan mudrik insanlar kesf etdiler varligin yoxluqdaki baglantisini.

anlasilmayan bir cizgi varligi qeyri varliqdan kesib ayirdi.

ne vardi orada onun ustunde?

toxum verenler ve gucler orada idi.

altda serbest enerji ustde suretli hereket (rig veda)"

Link to post
Share on other sites

Realist mövqedən din məsələsinin izahı belədir(mənim fikrimcə)

 

O biri mövzuda qeyd etmişdim ki, həyat büs-bütün suallar məkanıdır. Bu o deməkdir ki, suallar varsa deməli biz çox şeyi bilmirik.Həyatı bilməyə,öyrənməyə çalışırıq.

Obrazlı desək həyat suallar okeanı, din isə bu okeanda cavablar adasıdır. Bu cavablar inam üzərində qurulub.Burada iman məsələsi var.

Insanlarda varki həyatı təkcə inanmaqla yaşamaq istəmir.Bilmək istəyir.

Bu mövzuda inanclıda inacsızda iştirak edə bilər.Bu mövzuda biz həyatı,ölümü,varlığı yoxluğu sırf elmi-fəlsəfi metodla araşdırırıq.

Yəni elmi-fəlsəfi müstəvidə kimin inanclı kimin inancsız olmasının bir-birimizə heç bir dəxli yoxdur.

Link to post
Share on other sites

elmi-felsefi mustevide deyerlendirsek bu halda hec bir mucerred anlayisi (allah cin seytan cennet cehennem melek ezrail ve.s) hec bir halda fakt ve fakta geden yol kimi istifade edebilmerik.

inanc bir nov bilmeyi istememekdir. 

varliq anlayisi niye variq suala cavabin tek yolu bu suali niye vermeyimizdedir.niye insan varligin mahiyyetini axtarir? bu yox olmaq qorxusundan ireli gelir? bunun qarsisini almaq ucundur? ebedi heyat hevesi eger insani varlig problemini hell etmeye yoneldirse bu halda mence heyatin menasi da yoxdur.tek mubarizemiz uzun yasamaqdir.

Link to post
Share on other sites
15 минут назад, Metropolitik сказал:

elmi-felsefi mustevide deyerlendirsek bu halda hec bir mucerred anlayisi (allah cin seytan cennet cehennem melek ezrail ve.s) hec bir halda fakt ve fakta geden yol kimi istifade edebilmerik.

inanc bir nov bilmeyi istememekdir. 

varliq anlayisi niye variq suala cavabin tek yolu bu suali niye vermeyimizdedir.niye insan varligin mahiyyetini axtarir? bu yox olmaq qorxusundan ireli gelir? bunun qarsisini almaq ucundur? ebedi heyat hevesi eger insani varlig problemini hell etmeye yoneldirse bu halda mence heyatin menasi da yoxdur.tek mubarizemiz uzun yasamaqdir.

Instinktiv səviyyədə reallıq bəli elədir. 

Amma  hər şüur instinktiv diyarda müvəqqəti mövcudluğuna inanmır.

  • Like 1
Link to post
Share on other sites
1 час назад, Metropolitik сказал:

Zehmet olmasa fikrinizi biraz açabilersiniz?

Ətrafı müşahidə edib görürük ki, hər şey təkrarlanır.Səhər açılır,axşam düşür.Fəsillər bir-birini əvəz edir.Canlılar doğulur ,yaşayır və ölür. Cansız maddi aləmdə daima hərəkətdədir.və s..Bu insan iradəsinin iştirak etmədiyi səviyyədir.Biz bu səviyyədən asılı vəziyyətdə mövcudatlarıq.Ikinci dünyanı sosial dünyanı yaratmışıq. Hər birimizdə fərd olaraq müvəqqəti mövcudatlarıq.Dərin düşüncələrə dalanda düşünürükki bu var olmağımızın və bu ümumi dərk etdiyimiz varlığın mənası nədir?Sizin dediyinizdən belə anladımki bu sualın özüdə mənasızdır. Onsuzda reallıq olduğu kimi qalır yerində.Müvəqqəti həyatımızı yaşayıb ölüb gedəciyik vəssəlam.Sadəcə yaşamaq lazımdır.Heç bir məna filan yoxdur.(dinlərdə deyilən)Bu modern düşüncədir. 

Mən belə düşünmürəm.Belə düşüncədə şüur instinktlərə tam təslim olur.Həyatı yalnız bu faktlarla dərk edir.

Amma şüurun özü büs bütün müəmmadır.Onun inamağı,intuisiyası,yaradıcı təxəyyülü metafizik qavrama qabiliyyəti var.

Düzdü inanmaqla maddi reallıq dəyişmir.Amma insanın bu reallığa münasibəti dəyişir.Onun üçün həyat mənalanır.

Yəni hər insan eyni düşünmür.Kim isə reallığı olduğu kimi qəbul edib yaşamağ istiyir.Və bundan heç darıxmırda qorxmurda. Kim isədə həyatın mənası nədir sualını düşünür və buna inandığı cavabı tapıb yaşamağı düzgün sayır.

Hərə öz düşüncəsində düzdür.

 

  • Upvote 1
Link to post
Share on other sites
Quote

Ətrafı müşahidə edib görürük ki, hər şey təkrarlanır.

men buna tekrarlanmaq yox tekamul deyerdim.cunku netice zaman kecdikce deyisir inkisaf edir.elbette qisa zamanda tekrar kimi gorunur.daha genis zamanda ise tekamul..

 

Quote

Sizin dediyinizdən belə anladımki bu sualın özüdə mənasızdır. Onsuzda reallıq olduğu kimi qalır yerində.Müvəqqəti həyatımızı yaşayıb ölüb gedəciyik vəssəlam.Sadəcə yaşamaq lazımdır.Heç bir məna filan yoxdur.(dinlərdə deyilən)Bu modern düşüncədir. 

xeyr bele demirem.dediyim odur ki eger biz bu varliq sualini yalnizca daha uzun yasamaq  ve ya ebedi yasamaq namine dusunurukse bu halda heyatin bir menasi yoxdur. amma ferqli bir sebeb ile bu suala cavab axtaririqsa bu halda tebii ki heyatin bir menasi olabiler.

 

 

Quote

Amma şüurun özü büs bütün müəmmadır.Onun inamağı,intuisiyası,yaradıcı təxəyyülü metafizik qavrama qabiliyyəti var.

suurun metafiziki qavrama qabiliyyeti var deyirikse bu halda metafizik nedir onu tam anlami ile ifade edebilmeliyik.boyuk ehtimalla metafizik ibtidai insan suurunun mehsuludur ve cox heyf ki bu gune qeder bizden el cekmeyib.gorunen odur ki dusunduyumuz qeder agilli guclu varliq deyilik.

Link to post
Share on other sites

Dünyanın metafizik mənalandırılmasında ciddi emi arqumentasiya bazası yoxdur.Bununla razıyam.Amma metafizik düşüncə   bir fakt olaraq qalır. Kim inanır kim inanmır özü bilər.

Müasır dövrün insanı metafizik düşüncələrini ifadə edərkən reallığı təhrif edirsə cahildir.Bunu zəiflik hesab etmək olar.

Sizin qeyd etdiyiniz ağıllı güclü insan barəsində açıqlama yazardınız zəhmət olmasa.

 

 

 

Link to post
Share on other sites
Quote

Sizin qeyd etdiyiniz ağıllı güclü insan barəsində açıqlama yazardınız zəhmət olmasa.

agilli guclu insan deyerken esasen ibtidai dusuncelerden siyrilmis insani nezerde tuturam.amma gorunen odur ki hele de ibtidai fikirleri mudafie edebilirik ve ya inana bilirik.bir mesheye dusen ildirim qarsisindaki acizliyinden onu fovqelade guc olaraq derk eden insanla gunumuzde insan arasinda zehni  oxsarliqlarin qalmasi qeribedir.bizim cemiyyetin ateist kelimesine anti-patiasi olmasi sebebinden guclu insan fikrini qeti sekilde inkar edirik.cunku qebul edebilmediyimiz bir realliq var ki guclu insan mehz fovqeltebii olanlara inanci olmayan insandir. ictimai problemlerde edalet movhumunun tecellisini goylerden gozleyen cemiyyetlere nezer yetirin.hamisinda ciddi edalet problemi var. diktatura rejimleri mehz inancli olkelerde ozunu daha aciq sekilde gosterir. " 3 gunluk dunyadir" fikri ile problemleri gozardi eden ve "allah cezasin verecek" dusuncesi ile hadiselere qarsi sessiz qalan cemiyyetler bu pas atmis dusunceleri ile diktaturani elleri ile yukseldirler ve sonra narazi qalib  ateist dediyi kafir dediyi olkeleri yaxsi olke kimi misal cekib ya o olkelere kocur ya da omur boyu o olkeler kimi olmaq arzusu ile yasayir. Butun bu saydigim problemleri aradan qaldirdiqda guclu insan meydana cixir...belke de bizim kimi olkelerin demokratik bir liderden cox Martin Luter kimi birine ehtiyacimiz var. her ne qeder meselenin siyasi ve dini  yone cekilmesini istemesem de sohbet ozu ora gedir.cunku butun problemlerin kokunde bu iki amilin vehdeti var.

 

 

Link to post
Share on other sites
6 часов назад, Metropolitik сказал:

agilli guclu insan deyerken esasen ibtidai dusuncelerden siyrilmis insani nezerde tuturam.amma gorunen odur ki hele de ibtidai fikirleri mudafie edebilirik ve ya inana bilirik.bir mesheye dusen ildirim qarsisindaki acizliyinden onu fovqelade guc olaraq derk eden insanla gunumuzde insan arasinda zehni  oxsarliqlarin qalmasi qeribedir.bizim cemiyyetin ateist kelimesine anti-patiasi olmasi sebebinden guclu insan fikrini qeti sekilde inkar edirik.cunku qebul edebilmediyimiz bir realliq var ki guclu insan mehz fovqeltebii olanlara inanci olmayan insandir. ictimai problemlerde edalet movhumunun tecellisini goylerden gozleyen cemiyyetlere nezer yetirin.hamisinda ciddi edalet problemi var. diktatura rejimleri mehz inancli olkelerde ozunu daha aciq sekilde gosterir. " 3 gunluk dunyadir" fikri ile problemleri gozardi eden ve "allah cezasin verecek" dusuncesi ile hadiselere qarsi sessiz qalan cemiyyetler bu pas atmis dusunceleri ile diktaturani elleri ile yukseldirler ve sonra narazi qalib  ateist dediyi kafir dediyi olkeleri yaxsi olke kimi misal cekib ya o olkelere kocur ya da omur boyu o olkeler kimi olmaq arzusu ile yasayir. Butun bu saydigim problemleri aradan qaldirdiqda guclu insan meydana cixir...belke de bizim kimi olkelerin demokratik bir liderden cox Martin Luter kimi birine ehtiyacimiz var. her ne qeder meselenin siyasi ve dini  yone cekilmesini istemesem de sohbet ozu ora gedir.cunku butun problemlerin kokunde bu iki amilin vehdeti var.

 

 

Inanc barəsində sizinlə həmfikir deyiləm.Amma tənqidlərinizdə haqlısınız.Nə deyim.Hər şey əlbətdəki müqayisədə bilinir.

Link to post
Share on other sites
Quote

 

Inanc barəsində sizinlə həmfikir deyiləm

Quote

 

 

 

 

 Varliq probleminin helli yolunda  inancin faydalarini saya bilersiniz?  Varligin mahiyyetinde inancin qacinilmaz gerceklik oldugunu dusunursuz? 

 

Bundan elave size bir sual vermek isterdim: sizce yoxlug varliqdan torenib ya varliq yoxluqdan? 

Edited by Metropolitik
Link to post
Share on other sites
10 часов назад, Metropolitik сказал:

 Varliq probleminin helli yolunda  inancin faydalarini saya bilersiniz?  Varligin mahiyyetinde inancin qacinilmaz gerceklik oldugunu dusunursuz? 

 

Bundan elave size bir sual vermek isterdim: sizce yoxlug varliqdan torenib ya varliq yoxluqdan? 

Bilmirəm nəyə inanıram.Amma bilirəmki nəyəsə inanıram.Biz robot deyilik ki, yalnız məntiqi düşüncədən ibarət olaq.Ruhumuz,inancımız var.

Problemləri həll edəndə əlbətdə məntiqi təfəkkürdən istifadə edirik.Inanc ümumi münasibətdir.

 

Varlıq və Yoxluq anlayışını şüur yaradır.

Mən nə vaxtsa öləcəm.Doğulmamışdan qabaqda heç yox idim.Deməli yoxluq nədir? Yəni heçnə yoxdur.Nə zaman nə məkan sonsuz yoxluq.Amma fakt varlıq var axı.Və bu varlıq sonsuz yoxluğun harasındadır?Belə çıxır ki, varlıq yoxluqdan yarandı.

Mən varam. Bir gün sonsuzluğa qovuşacam yox olacam.Belə çıxır ki, yoxluq varlıqdan yarandı.

toyuq yumurta məsələsi.

  • Upvote 1
Link to post
Share on other sites
Quote

Bilmirəm nəyə inanıram.Amma bilirəmki nəyəsə inanıram

bezen teist- agnostiklerle muzakire ederken bele cumleler isledirler.   neyese inaniram amma ne oldugunu bilmirem :) eger insan zehnini ela salacaq qeder besit bir inanc yoxdursa bu halda o inanca hormet etmek lazimdir.

 

Quote

Biz robot deyilik ki, yalnız məntiqi düşüncədən ibarət olaq.Ruhumuz,inancımız var.

inam insanin geninde var.lakin bu mutleq yaradici ve ondan toreyen argumentlere yonelmir.bir dosta aileye sevgiliye ve.s inam var insanda.amma bizi robotdan ayiran mucerred anlayislara inancimizin olmasi deyil.bu baximdan inancin mutleqliyini qebul edebilmirem.

 

Quote

 

Varlıq və Yoxluq anlayışını şüur yaradır.

Mən nə vaxtsa öləcəm.Doğulmamışdan qabaqda heç yox idim.Deməli yoxluq nədir? Yəni heçnə yoxdur.Nə zaman nə məkan sonsuz yoxluq.Amma fakt varlıq var axı.Və bu varlıq sonsuz yoxluğun harasındadır?Belə çıxır ki, varlıq yoxluqdan yarandı.

 

yazilarinizdan intellektual seviyyenizin guclu oldugunu gormek mumkundur.lakin varliq yoxluq sualina bele sethi cavab gozlemezdim yuksek intellekt sahibinden..

yoxluq yoxdursa varliq yoxluqdan nece yarandi? ya mutleq varliq var ya da mutleq yoxluq.  sizin fikrinize gore varliq suurumuzun derk etdiyidir.bu eynile Buddanin sozlerini xatirladir.ve ya yunan filosofunu ki men varam dunya var men yoxam dunya yoxdur.

amma burada Gotlib Fixtenin men konsepsiyasina da baxmaq mecburiyyetindeyik.bele ki yalniz men ve qeyri men yoxdur.bir de "sen" var. dusunen ikinci predmet.

  • Upvote 1
Link to post
Share on other sites

ve cox maraqlidir ki filosoflarin bir coxu bu problemin hellinde 3-cu bir ifadeden istifade etmeyi duzgun hesab edibler. bu da "HEÇLİK" ifadesidir. ne yoxluq ne varliq movcud idi.evvelde heclik var idi.hansi ki suuru da yoxlugu da varligi da yaradan odur.bu fikri destekleyenler mutleq yaradanin bu heclikden yaranan mutleq ideya oldugunu ireli sururler.dusunurem ki bu bizi meselenin helline goturmek evezine sadece yeni ve daha qarmasiq suallara aparir...

 

en beyendiyim fikirlerden biri ise Platona mexsusdur: o deyir ki mutleq yoxluq imkansizdir.sadece nisbi yoxluq var.

Edited by Metropolitik
Link to post
Share on other sites

Mən özümü elə  ələ sala bilmərəm ki, varlıq və yoxluq məsələsində mütləq olaraq nəsə bilirəm.

 

Demək siz materialistsiniz. Sizə suallarım var.  Mütləq yoxluq var ?Şüur nədir?

Platonun şüuru indi hardadır?  Zaman nədir?

 

 

Link to post
Share on other sites
Quote

 Mən özümü elə  ələ sala bilmərəm ki, varlıq və yoxluq məsələsində mütləq olaraq nəsə bilirəm.

mutleq cavabi bilecek heckim yoxdur.cunku butun fikirlerimiz nisbi anlayislar uzerinde qurulub.belke de elmin serhedleri bizleri her daim ele salir.beynimiz ise bu oyunu sanki 2d derk etdiyi ucun hergun ferqli elmi nezeriyyeler kesfedib bir evvelkini sanki hec yoxmus kimi utanmadan inkar edirik. xususile elmin zirvesi olan kvant mexanikasini qeyd ederdim...

 

Quote

Demək siz materialistsiniz

 eksini dusunebilmirem.sharlatan Hegelin yolundan daha uygundur bu.

 

Quote

 

Mütləq yoxluq var ?Şüur nədir?

Platonun şüuru indi hardadır?  Zaman nədir?

 

mutleq yoxluq deyerken siz ozunuz neyi nezerde tutursunuz? varligin mahiyyetini acabilmediyimiz ucun yoxlugun derki imkansiz gorunur...

zaman Imannuel Kant kimi dusunenlere gore  zaman eslinde yoxdur ve sadece insan zehninin heyati anlamaq ucun uydurmasidir..

mene gore ise zaman varolan amma besit sekilde qavradigimiz eslini derk edebilmediyimiz bir seydir.ne oldugunu tam anlamiram.elmi dilde izahi tam olaraq qane etmir

  • Like 1
Link to post
Share on other sites

Mən öz səthi bəsit fikirlərimi yazıram.

Əvvəla onu deyimki, kvant fizikasını qoyuram kənara.Çünki bir dəfə oxumağa cəhd etdim.Amma başa düşə bilmək üçün şüurumda heç cür abstraksiya apara bilmədim.Yəni heçnə başa düşmədim.Eynşteyinində zamanın nisbilik məsələsinidə qoyuram kənara.Çünki işıq surəti nə bilim nə  adamın fikri qarışır.

Ən yaxçısı bir fikirdə sinxronlaşa bilməmiz üçün fizikanın klassik mexanikasına görə yəni Nyutonun zaman məkan modelindən istifadə edərək abstraksiya aparaq. 

Varlıq zaman və məkan fasilələrindən ibarətdir.Zaman bir istiqamətlidir.Keçmişdən indiyə indidən gələcəyə doğru axır. Varlıq aləmində zamanın müəyyən fasiləsində siz mövcudluq qazanırsınız.Yəni var olursunuz,yada təşkil olunursunuz.Yəni var olduğunuzu bilirsiniz.Yəni şüurunuz məkan biçimində olan bədəninizi elə məkanda sağa sola irəli geri hərəkət etdirir.Şüurunuz özünün var olduğunu bilən qüvvədir.Bu varlıq aləmində müəyyən zaman keçdikdən sonra siz öləcəksniz.Yəni şüurunuz  mövcudluğunu itirəcək.Siz varlıq aləmində yox olacaqsınız.Yəni sizin özünü bilən şüurunuz varlıq aləmində  mütləq olaraq yoxdur.Həmçinin sizin şüurunuz varlıq aləmində mövcudluq qazanmamışdan əvvəldə mütləq olaraq yox idi. 

 

Varlıq aləmində xəbərsizlik halı yəni bilməməzlik yoxluq demək deyil.Yəni tutaq ki, uşaq hələ dəniz haqqında heçnə bilmir hələki heç vaxtda görməyib.Bu o demək deyil ki, dəniz varlıq aləmində yəni zaman və məkanda mövcud deyil.Dəniz sadəcə olaraq uşağın şüurunda mövcud deyil.Uşaq üçün dəniz yoxdur. 

Bu çəkdiyim misal varlığın içində olan nisbi yoxluqdur.

 

Söhbət gedir şüurun mütləq yox olmasından. Sanki varlıq və yoxluq bir biri ilə heç vaxt kəsişməyən sonsuz mütləq aləmdir . Şüur isə keçid edə bilir.Varlığa keçəndə mütləq varlıq qazanır.Amma çox qala bilmir.Yoxluğa keçəndə mütləq yoxluq qazanır.Yəni yoxdur.Özünü bilmir.

 

 

  • Like 1
Link to post
Share on other sites
Quote

Əvvəla onu deyimki, kvant fizikasını qoyuram kənara.Çünki bir dəfə oxumağa cəhd etdim.Amma başa düşə bilmək üçün şüurumda heç cür abstraksiya apara bilmədim.Yəni heçnə başa düşmədim.Eynşteyinində zamanın nisbilik məsələsinidə qoyuram kənara.Çünki işıq surəti nə bilim nə  adamın fikri qarışır.

diger yazilariniza mehz buradan cavab verecekdim.amma meger kenara qoyuruq onda klassik fizika ile davam edek.dusunurem ki bu daha asan muzakire seraiti yaradacaq.

 

Quote

Varlıq zaman və məkan fasilələrindən ibarətdir.Zaman bir istiqamətlidir.Keçmişdən indiyə indidən gələcəyə doğru axır.

goyde olan ox hereketsizdir.o halda ki, zaman tek tek -anlardan- ibaretdir argumentini qebul edek. :)  bununla raziyam.

zamanin bir istiqametli olmasini isiq sureti inkar edir.300min km saniye surete catan ve ya yaxinlasan bir insan ucun zaman yavas axir.daha sonra ise bu sureti asdigimizda zaman artiq geriye dogru hereket etmeye baslayir.bu nezeri olaraq qebul olunmus gerceklikdir.lakin praktikada mumkunluyunu subut edecek elmi seviyyemiz hele ki yoxdur.cunku ne insan bedeni ne de her hansi basqa maddi topluluq o surete catabilecek gucde deyil.bu baximdan da isiq dalgadir ya zerrecik fikri de hellini tapmayib.amma dediyim kimi argumentlere klassik fizikadan cavab verceyim ucun bu yazdigimi cavab deyil sadece elmin yanashmasi olaraq qebul edin..

 

Quote

Yəni var olursunuz,yada təşkil olunursunuz.Yəni var olduğunuzu bilirsiniz.Yəni şüurunuz məkan biçimində olan bədəninizi elə məkanda sağa sola irəli geri hərəkət etdirir.Şüurunuz özünün var olduğunu bilən qüvvədir.Bu varlıq aləmində müəyyən zaman keçdikdən sonra siz öləcəksniz.Yəni şüurunuz  mövcudluğunu itirəcək.Siz varlıq aləmində yox olacaqsınız.Yəni sizin özünü bilən şüurunuz varlıq aləmində  mütləq olaraq yoxdur.Həmçinin sizin şüurunuz varlıq aləmində mövcudluq qazanmamışdan əvvəldə mütləq olaraq yox idi. 

yani deyirsiniz ki varligimizi maddi alemi subut edebileceyimiz tek subutumuz suurumuzdur.onun derk etdiklerine guvenmekden basqa caremiz yoxdur.beynimizin etraf alemi oldugu kimi qebul etmediyini bilirik.daha besit formada derk etdiyimiz bir gerceklikdir. bunu visual baximdna deyirem.bu eynile guclu bir computer oyununun zeif bir computere yukleyerken o computerin oz parametlerine uygun oyunu canlandirmasi kimi qebul edebilersiniz.rengleri grafikalari oldugu kimi deyil qebul edebildiyi kimi gosterir.beynimiz de etraf alemi eynile qebul edir.belke de 4.dalga boyu var.lakin biz derk etmirik. Platonun magaradaki adam allegoriyasini xatirlatmaq isterdim.orada da dunyani musahide etmemis ve sadece kolgelerden qenaete gelmis insani misal cekir...belke de suurumuz bizi aldadir.movcud alemin bir simulyator olmadigini subut edebilecek herhansi bir argumentimiz yoxdur.belke de daha ustun bir computerin icindeki figurlariq..Matrix kimi dusunebilersiniz.

 

Quote

Söhbət gedir şüurun mütləq yox olmasından. Sanki varlıq və yoxluq bir biri ilə heç vaxt kəsişməyən sonsuz mütləq aləmdir . Şüur isə keçid edə bilir.Varlığa keçəndə mütləq varlıq qazanır.Amma çox qala bilmir.Yoxluğa keçəndə mütləq yoxluq qazanır.Yəni yoxdur.Özünü bilmir.

sizce varliq ve yoxlugun ustunde ondan asili olmayan oz iradesi olan mutleq ideya mumkundur?

  • Like 1
Link to post
Share on other sites

Axırıncı sualınıza fəlsəfi cavabım budur.Bilmirəm. Amma mənim fərziyyəm sizə maraqlıdırsa onda yenədə deyirəm nəyəsə inanıram.

 

Ümumiyyətlə bilirəm sözü məsuliyyətdi sözdü.Bilirəm dedinsə gərək bildiyini sübut edəsən.Ona görədə bəzi məsələlərdə fikirləri ifadə edəndə gərək diqqətli olasan.Dəqiq seçilmiş ifadə inanıram deməkdir.

Mən fövqəltəbii qüvvəyə inanıram.Hətta sizə qəribə görsənsədə dinə inamıda məntiqli sayıram.Amma bu barədə qətiyyən müzakirə aparmaq istəmirəm.Inancı olmayan insanlarada hörmətim var.Tolerantlığı gözlüyürəm.

  • Like 1
Link to post
Share on other sites

Zaman haqqında.

Müqəddəs Avqustin yazırdı:"Nə qədər ki,məndən zaman haqqında soruşmamışlar,mənə elə gəlir ki,onun haqqında hər şeyi bilirəm,amma məndən zaman haqqında danışmağı xahiş edən kimi məlum olur ki,mən onun haqqında heçnə bilmirəm"

Çox müdrik fikirdir.Əslində təkcə zaman yox çox şey haqqında bunu demək olar.

 

Zaman kəsilməzdir(diskret deyil) Həmdə geri dönməzdir.yalnız irəli axır.

Bizdə zaman hissi necə yaranır? 

Burada əsas yaddaşımız rol oynayır.Yaddaşımız olmasa zamanı qavramarıq.Bizim üçün həmişə indimiz olar. Keçmişi xatırlaya bildiyimiz üçün indiki anımızla müqayisə edib zamanın keçdiyini  hiss edirik.Indimizdə zamanla bir yerdə gələcəyə doğru irəliləyirik.Təcrübəmizə uyğun gələcək zamandada nə olacağını müəyyən qədər proqnozlaşdıra bilirik.

Hələlik bu qədər.

Edited by Slay
Link to post
Share on other sites

Varliq problemi eyni zamanda felsefenin temelidir.

Bele ki: Felsefe dunyanin derk edilmesinin xususi bir novu olub, varliq ve onun problemlerine baxişlar sistemidir. Buradan yola cixaraq movcudiyyetin mahiyyetini ve ya hecolmasa inikasini derk etsek bir nov absolyut insan formuna kece bilerik.

Link to post
Share on other sites

Materiya anlayışı Varlıq anlayışının konkretləşmiş formasıdır.

Materiyanın əsas xassəsi onun daima hərəkətdə olmasıdır.Materiya hərəkət edərək daima dəyişikliyə uğrayır.Materiya dəyişilə dəyişilə(vəya təkamül edərək) inkişaf edərək yüksək təşəkkül tapmış materiyanı yəni beyini yaradır.Şüur isə beyinin  xassəsi kimi təzahür edir. Məhz şüuru yaratdığına görə materiya inkişaf etdi fikrini söyləmək olar.

Maraqlıdır ki,şüursuz materiya şüur yaradır.

 

Link to post
Share on other sites
2 часа назад, Metropolitik сказал:

Şüur materiyanin ali formasıdır

Bəli müasir elmi-fəlsəfə hələki məhz belə düşünür. Bu düşüncədən hansı nəticələr çıxır?

Demək keçmişdə materiya hələ bəsit halda idi.Çünki şüuru hələ mövcud etməmişdi.Amma materiyanın şüuru mövcud etmək potensialı olub.Və məhz materiya bu potensialını gerçəkləşdirməyə doğru hərəkət edib(təkamül edib). 

Materiyanın bizim iradəmizin iştirak etmədiyi təkamül senarisi nəticə olaraq ali varlığı yaradırsa (yəni şüuru) bunu necə izah edək?

 

 

Edited by Slay
Link to post
Share on other sites

Bəli demək olarki, düz başa düşmüsünüz.

Bəs siz necə düşünürsünüz? Bir materialist kimi düşüncələriniz bir qədər ziddiyyətlidir.Mütləq yoxluq nədir sualını sizə verdim buna sizin hazır cavabınız yox idi.Mənim yuxarıda izah etdiyim mütləq yoxluq,nisbi yoxluq  fikirləri ilə razısınızmı?

Sonra siz fantastik bir sual verdiniz? Matrixsa versiyası yəni bizim kompyuter oyunçuları olmağımız.Bəs siz bu suala əsasən bizdən üstün olan varlıqların təbiətini nə hesab edirsiniz?

Link to post
Share on other sites

Bes o daha ustun suur nece var olub? Onu da ondan ustun şüur yaradib? Bu sonu gelmeyen mentiqle neyise izah etmek mumkundur? Sizin fikriniz eslinde problemi hell  etmir. Tam eksine yeni problemler yaradir. Bu dusunce ile suurun izahini verebilmirsiniz ve bir de materialist dusunceni beyenmirsiz. 😊

 

 

Link to post
Share on other sites
22 минуты назад, Metropolitik сказал:

Bes o daha ustun suur nece var olub? Onu da ondan ustun şüur yaradib? Bu sonu gelmeyen mentiqle neyise izah etmek mumkundur? Sizin fikriniz eslinde problemi hell  etmir. Tam eksine yeni problemler yaradir. Bu dusunce ile suurun izahini verebilmirsiniz ve bir de materialist dusunceni beyenmirsiz. 1f60a.png

 

 

Sizin fantastik versiyanızada eyni sualları vermək olardı.Onları bəs kim yaradıb?

Materialist olan bir insan mütləq yoxluq nədir sualına cavab verə bilmirsə görəsən ona hansı smaylik düşür?

 

Link to post
Share on other sites

Yoxluqla bagli sualinizdan evvel de dedim ki bu terz informasilar nisbidir.konkret cavab vermek imkansizdir.bele muemmali sualla zencirvari creator fikrinizi eyni tutmayin.bu qeder agressiv yazmaginiza da ehtiyac yoxdur.yaradani kim yaradib suali tebii ve anlasilandir.cunku allah argumenti movzunun hellinde pay sahibi deyil.inancli insan istediyine inana biler.lakin bu bizim suallara cavab tapmagimiza komek etmediyi ucun bu fikrin bize diqte edilmesine ve ya elmi bir fikir kimi muzakire olunmasina qarsi cixmaga haqqimiz var deye dusunurem..

Yoxluq meselesi ise tamam ferqlidir. Diger yandan men yoxlugun izahinda heclik ifadesini istifade edenlerin fikrine daha duzgun baxiram demisdim.

Muzakire sizi eseblesdirirse istediyiniz smile qoyabilersiz.lakin " sen bu suala cavab vere bilmedin" kimi argumentlere yer vermeyin. Biz hawking newton ya da tesla deyilik ki her suala  cavabimiz qarsi terefi qane etsin.burasi adi ustunde DISPUT forumdur.

  • Upvote 1
Link to post
Share on other sites

Bizim düşüncə formatımız fərqlidir.Üstəlikdə sizin xəyal gücünüz zəifdir.Ona görədə məni anlamırsınız.Yanlış nəticələr çıxarırsınız.Mən əsəbləşmirəm.Bunuda səhv anlamısınız .

Yoxluğun nə olduğunu anlamaq üçün Tesla olmaq lazım deyil.

Bir gün ölüb yox olacaqsınız.Bax gələcəkdə mütləq gerçəkləşəcək bu faktı dərindən düşünsəniz  Varlıq və Yoxluğun sərhədini dərk etməyə yaxınlaşmış olacaqsınız.Bax onda xəyal gücünüz artacaq. 

 

 

 

Link to post
Share on other sites

Olende yox oluruq? Bu hansi elmi nezeriyyeye esaslanir? Bizi var eden materiya ferqli formada tebietde oz davamliligini qorumaga davam edir.suurumuz da materiyadir.o da artiq ishlemese de onu var eden materiya yene tebiete qarisir ve material alemde varligin davam etdirir.ölmek yox olmaq deyil. Nece ki Su buxarlananda yox olmur sadece bir haldan basqa hala kecir elece de insan vucudu.torpaga qarisir curuyur ve.s lakin tebietde yox olmaq deye bir sey yoxdur.bu yasadigimiz kainatin temel prinsipidir..

 

Bilinmir ne vaxtdan herlenir bu tas

Ne zaman pozular bu gozel esas

Bele nazik fikri deridnen duyub

Agil olcusuyle derk etmek olmaz 

 

  Ömer Xeyyam.

Link to post
Share on other sites

Varliq problemine men sadece material olaraq baxiram.material alemde hecne yox olmur.yoxluq nedir onu men derk etmirem.yoxluq uzerinde qurulan butun argumentler nisbidir.mutleq yoxluq imkansizdir..şuurun varligi ve yoxlugu materiyanin forma deyisikliyinden basqa bir sey deyil. Suyun buxarlanmasini bir de bu baxisla analiz edin. Su buxarlanansa artiq gozumuzun onundeki su yox olmus olur.lakin bu nisbi yoxluqdur.o materiya olaraq oz varligini davam etdirir.

Link to post
Share on other sites

Yazdigim ve tekrarladigim izahi sanki hec oxumamisiz.men deyirem ki burada mesele materiyadan gedir.suurun yoxlugu mutleq yoxluq deyil.material yoxluq deyil.sadece materiyanin formasinin deyismesidir.. men olenden sonra gozlerimi var eden maddenin torpaga qarismasi ile zehnimi var eden materiyanin torpaga qarismasi arasinda material baximdan hec bir ferq yoxdur.

Mutleq yoxluq Yalniz material seviyyede mumkundur. Maddenin hal deyisdirmesi yoxluq deyil. 

Fizika kitabini acanda birinci cumle budur: MADDE yox olmur, bir haldan basqa hala kecir !

Siz bu maddenin hal deyisdirmesini basadusursuz amma mesele suura gelende her inancli kimi romantik davranirsiz.size gore suur material olmadigina gore insan ölumunu de mutleq yoxluq olaraq deyerlendirirsiz.

Link to post
Share on other sites

Neye gore mutleq yoxluq imkansizdir? Cunku mutleq yoxluq olsaydi bu halda onun mutleqiyyetinde  "Varliq" ortaya cixabilmezdi.

Materiya ezeli ve ebedidir.yani materiya yoxluqdan yaranmamisdir. Materiya mutleq olaraq yox olmursa demeli mutleq yoxluq imkansizdir. 

Edited by Metropolitik
Link to post
Share on other sites
10 часов назад, Metropolitik сказал:

Neye gore mutleq yoxluq imkansizdir? Cunku mutleq yoxluq olsaydi bu halda onun mutleqiyyetinde  "Varliq" ortaya cixabilmezdi.

Materiya ezeli ve ebedidir.yani materiya yoxluqdan yaranmamisdir. Materiya mutleq olaraq yox olmursa demeli mutleq yoxluq imkansizdir. 

Guya siz indi ziddiyyəti həll etdinzdə? 

Siz şüuru maddə hesab edirsiniz.Deyirsiniz ki, sizin hazırki, dərk etməniz bir formadır. Tutaq ki, olsun siz deyən. 

Siz ölən zaman materiya bu formanı dağıdacaq.Sizə sual verirəm  materiya ikinci dəfə bu formanı məhz sizi təşkil edəcəkmi? Əgər etməyəcəksə bu nisbi yoxluq deyil mütləq yoxluqdur.

 

 

Link to post
Share on other sites

 

1.Felsefede varliq problemini oxuyun. Siz movzunu sehv anlamisiz.

2. Şuur maddidir.eksini iddia etmek absurd yanashmadir.umid edirem şuur ruhdur demezsiniz :) 

3. Maddeler insani var etdiyi kimi torpaq da olabilir.bu maddenin sekil deyisdirmesidir. YOX OLMASI DEYIL..şuur eger heqiqeten metafizik bir sey olsaydi bu halda siz deyen dogru olardi.lamma elmin bize oyretdiyine esasen şuur tam materialdir.madde hem canli hem cansiz olabildiyine gore canlidan cansiza kecidi yoxluq deyil ! 

buarada yene cooox agresiv yazirsiz..

Link to post
Share on other sites

Sualdan niyə yayınlrsız.Heçnə oxumaq lazım deyil.Öz məntiqi təhlilinizə bəyəm güvənmirsiniz?

Sadə bir sualdı. Materiyada siz ikinci dəfə mövcud olacaqsınlz ya yox? Siz hal hazırda dərk edən substansiyasınız.Zamanın müəyyən anında mövcudsunuz.Amma bir gün yox olacaqsınız.Materiyanı başqa ları dərk edəcək .(onlarda müvəqqəti)Amma siz yoxsunuz.Materiya sizi ikinci dəfə mö vcud etmıyəcəkki yenə onu dərk edəsiniz. Və sizin bu müvəqqəti mövcudluğunuz  materiyada dəyişiklik edə bilir.Faktiki bir qüvvədir.Bu qüvvə məhz siz mütləq yox  olursunuz

Yəni siz öz unikallığınızı dərk etmirsiniz?

Sizin azadlığınlz var ya yox? Bu sualada cavab verin zəhmət olmasa.

And olsun Allaha əsəbləşmirəm ))

 

 

Link to post
Share on other sites

Materiya daima hərəkətdədir.Dinamik rejimdədir.Şüur materiada sanki statik bir hal kimi mövcudluq qazanır. 

Dünyada bizdən qabaq mövcud olmuş hal hazırda mövcud olan və bundan sonrada mövcud olacaq bütün almalar təkrar olunmazdır. Insan gözü bir birinə oxşayan iki almanı bir birindən fərqləndirə bilməsədə,mikroskopik səviyyədə onların mütləq fərqi var.

Amma məhz alma qəlibi,alma qanunu materiyanın statik halıdır.

Hər insanda bu materiyada bir dəfə mövcudluq qazanır.Materiyanın əbədi özünün isə müvəqqəti olduğunu dərk edir. Öz unikallığını anlayır.Özünü materiyadan fərqləndirə bilir.Azadlığının səviyyəsini müəyyən edə bilir.

 

 

 

Link to post
Share on other sites

Insani tebietden ayiran ve ilahi quvvenin mehsulu olaraq goren ve bunun alternativini imkansiz zenn eden istenilen fikir 17 ci esrde qaldi.siz suurun material oldugunu da inkar edirsiniz. Bu artiq qebulolunmaz muzakire uslubudur.men mentiqime guvenirem.oxuduqlarim ise elme esaslanir.hansisa dini motivlere deyil. Klassik fiziki nezeriyyelere esaslanmis romantik felsefe olaraq xatirlanan fikirleri diqte edirsiz.. antroposentrizm fikirleri qaldi kecmisde.😊

 

 

  • Upvote 1
Link to post
Share on other sites

Siz felsefenin varliq anlayisini insan şuuru seviyyesine endirirsiniz.budur anlasmadigimiz nuans. 

Buarada yazilarinizda mudafie etdiyiniz fikirler ateizmi de mudafie edir. 😊 

Edited by Metropolitik
Link to post
Share on other sites

Biraz evvel forumda kohne movzulara baxirdim ve ne gorsem yaxsidir?  Varliq Ve Yoxluq" movzusu. Beli bizden evvel de kuzakire olunubmu.qeribe olan ise budur ki orada da bir teref( simurg nicki) sizin kimi dusunur ve yazib diger teref (Noir xanim) ise eynen men yazdiqlarimi menden once yazib.  

Men yazdigimi menden  4 il evvel Noir eyni formada yazibmis.  Linke baxarsiz vaxtiniz olanda.  

 

Link to post
Share on other sites

 

 Aqilyunus, men  butun elmi delilleri inkar ederek mentiqi muzakire aparabilmirem .bu size qaliblik verirse sizi tebrik edirem :)  maddenin ozunu inkar edin.buna elm deyin. amma muzakireye davam etmek isteseniz hemin movzu hal hazirda forumdadir.oradan yazin.

Link to post
Share on other sites
19 hours ago, Metropolitik said:

Biraz evvel forumda kohne movzulara baxirdim ve ne gorsem yaxsidir?  Varliq Ve Yoxluq" movzusu. Beli bizden evvel de kuzakire olunubmu.qeribe olan ise budur ki orada da bir teref( simurg nicki) sizin kimi dusunur ve yazib diger teref (Noir xanim) ise eynen men yazdiqlarimi menden once yazib.  

Men yazdigimi menden  4 il evvel Noir eyni formada yazibmis.  Linke baxarsiz vaxtiniz olanda.  

 

Hətta mən də yazmışammış. Özü də onda yazdıqlarımı indi tam dərk edə bilmədim. Hansı düşüncə içində olmuşamsa )))

Fikrimi toplayıb yenə bir şeylər yazmaq istəyirəm, amma hələ ki alınmır.

Link to post
Share on other sites
Quote

 

Hətta mən də yazmışammış. Özü də onda yazdıqlarımı indi tam dərk edə bilmədim. Hansı düşüncə içində olmuşamsa )))

Fikrimi toplayıb yenə bir şeylər yazmaq istəyirəm, amma hələ ki alınmır.

 

men iser eyni fikirleri orada da burada da tekrarlanmisam.fikirlerim deyismeyib.biraz inkisaf etdirmisem :) 

Link to post
Share on other sites
16 hours ago, Metropolitik said:

 

 Aqilyunus, men  butun elmi delilleri inkar ederek mentiqi muzakire aparabilmirem .bu size qaliblik verirse sizi tebrik edirem :)  maddenin ozunu inkar edin.buna elm deyin. amma muzakireye davam etmek isteseniz hemin movzu hal hazirda forumdadir.oradan yazin.

 

məndə bütün məntiqi inkar edib istəyimə uyğun elmi dəlillərə inana bilmirəm :)

orda yazmaq istəmirəm o söhbətdə uje final mahnısı var :)

Edited by aqilyunus
  • Upvote 1
Link to post
Share on other sites
В Mon Jan 14 2019 в 00:44, Metropolitik сказал:

Insani tebietden ayiran ve ilahi quvvenin mehsulu olaraq goren ve bunun alternativini imkansiz zenn eden istenilen fikir 17 ci esrde qaldi.siz suurun material oldugunu da inkar edirsiniz. Bu artiq qebulolunmaz muzakire uslubudur.men mentiqime guvenirem.oxuduqlarim ise elme esaslanir.hansisa dini motivlere deyil. Klassik fiziki nezeriyyelere esaslanmis romantik felsefe olaraq xatirlanan fikirleri diqte edirsiz.. antroposentrizm fikirleri qaldi kecmisde.1f60a.png

 

 

Siz hətta klassik fizika səviyyəsində  belə abstraksiya apararaq zaman və məkanın nə olduğunu  şüurunuzda canlandıra bilmirsiniz. 

O ki, qaldl müasir fizika ola. Yaxşı ki, sonda sizi ayıltdım ki, mənim yazdıqlarım hətta materializmin xeyrinədir.Yoxsa çaş-baş qalmışdınız.

Enerji sərf eləməyinə dəyməz ki, bu müzakirəni davam edim.Elmdən dəm vurursunuz.Amma konkret sual verəndə məlum olurki, heçnə başa düşməmisiniz.

Bir söznən artıq heçdə təəcüblənmirəm.Valığı və Yoxluğu dərk eləmək , şüurunu maddədən fərqləndirə bilmək görünür hər adama nəsib olan şey deyil.

 

Link to post
Share on other sites

Cox kobud bir cavab vermisiz.cavab olaraq deyim ki suur materianin bir formasidir.bu elmdir.eksine aid milyon cumle qursaniz da ehemiyyeti yoxdur.siz varligin ozulunu inkar edib felsefeden danisirsiz. Ok siz mene cox sey izah etdiniz bu muzakirede.bravo.men sizin qeder savadli deyilem.amma bildiyim tek sey odur ki  şüur materialdir.siz varliq meselesine ilahi don geyindirmeye calisdiginiz ucun elmi inkar etmeye mecbursunuz.eks halda butun fikirleriniz kokunden sehv olacaq. 

Diger yandan size izah edebilmedim ki nisbi yoxluqla mutleq yoxlugu qarisdirirsiniz..

Edited by Metropolitik
  • Upvote 1
Link to post
Share on other sites
1 час назад, Metropolitik сказал:

Cox kobud bir cavab vermisiz.cavab olaraq deyim ki suur materianin bir formasidir.bu elmdir.eksine aid milyon cumle qursaniz da ehemiyyeti yoxdur.siz varligin ozulunu inkar edib felsefeden danisirsiz. Ok siz mene cox sey izah etdiniz bu muzakirede.bravo.men sizin qeder savadli deyilem.amma bildiyim tek sey odur ki  şüur materialdir.siz varliq meselesine ilahi don geyindirmeye calisdiginiz ucun elmi inkar etmeye mecbursunuz.eks halda butun fikirleriniz kokunden sehv olacaq. 

Diger yandan size izah edebilmedim ki nisbi yoxluqla mutleq yoxlugu qarisdirirsiniz..

Sizin probleminiz bilirsiniz nədədir.Özünüzü primitiv məntiq qaydalarından asılı etmsiniz. 

Mən hətta sırf ateist cəbhəsində durub  elmi arqumentlərlə sizi elə bir düşüncə dilemması qarşısında qoyaram ki, çaş-baş qalarsınız.Çünki siz hətta materializmidə tam dərindən qavramırsınız.Fəlsəfənidə orta səviyyədə.Sizdə sadəcə ordan burdan məlumatlar var.Amma mahiyyəti anlamırsınız.Fəlsəfə tarixində hər filosofun istər antik istər müasir, fəlsəfi konsepsiyasında cüzidə olsa həqiqət var.Bu həqiqətləri anlayıb ümumi nəticə çıxartmağı bacarmaq lazımdır.

Elmi burda heç kim danmır.Elm idrakın ən yetkin səviyyəsidir.Elm konkret elmlərə bölünüb.Bu elmər Fəlsəfənin güclü məlumat bazasıdır? Sizcə bəs fəlsəfə elm üçün nədir?

Sizə məsləhətim anlayışların əsl mahiyyətini öyrənin.Onları bir birindən dəqiq fərqləndirməyi bacarın.Sərhədləri dəqiq təyin edin.Abstrak düşüncə qabiliyyəti yaranan kimi valığı və yoxluğu ovcunuzun içində canlandıra biləcəksiniz.Zamanı və məkanı elə dərk edəcəksiniz ki, heyrət hissi sizi bürüyəcək.Bu romantika deyil həqiqətdir.

Mən bu müzakirələrdə vaxtımı çox sırf eliyə bilmərəm.Çünki real aləmdə daha vacib işlərim var.

 

  • Thanks 1
Link to post
Share on other sites

"Men bunu subut ederem onu ederem, ele sual qoyaram ki casib qalarsiz" -tipik idealist oz guveni.. bir de sizi sanki burada zorla tutan varmis kimi real heyatdaki isinizin vacibliyinden danisirsiz.burada herkesin real heyatda isleri var ve buradan daha vacibdir.men ozum 3 gunde 2 post yazabilmirem.amma bu vaxy mehdudlugunu opponentlere minnet kimi catirmagi dusunmemisdim.ozum telefondan yaziram.sabah genis sekilde filirlerimi komputer qarsisinda yazacam.onda bileceksiz ki suur daxili ve xarici prinsipleri de daxil olmaqla butovlukde materialdir. Men hec bir mentiqi qaydaya hebs olmamisam.sadece fantaziyalarin rlmin qarsisina kecmesine goz yumaraq muzakire aparmagi sevmirem.siz yeqin oyresmisiz suuru ideyalari ve mentiqi oz inanciniza uygun tehrif edib muzakire etmeye.men ise bu terz sonu gorunmeyen ve daxilinde sonsuz paradokslar var eden ifrat idealist felsefeye guzeste getmek niyyetinde deyilem.bu forumda 8 ildir yaziram. 8 ilde dinleri de felsefeni de en az 200 movzuda muzakir eetmisik.bu muzakirelerde de sayini da xatirlamadigim kitab oxumusam. Son gunlerde ise telefondan yazarken fikirlerimi o qeder qisaldiram ki bu mehdudiyyet de qarsi terefe heyf ki daha cox soz haqqi verir. Men done done dedim ki muzakireni mubahiseye cevirmeyin..

Gelib burada  ifrst idealizm (solipsizm) cebhesini mudafie edirsiz ve sanki yeni bir sey kesfetmis kimi.bu fikir coxdan ehemiyyetini itirib.arada bir mutleq idealizme de bas vurursuz o da ondan beter... biraz  Fizikalistler kimi dusunsez dunya dagilmaz. Men olabilsin felsefeden az anlayiram.amma sizin qeder derin biliye sahib olaraq felsefeni elme zidd formada mudafie etmek niyyetinde deyilem..

 

Tekrar edirem sabah suurla bagli movzu acacam.orada Berkli Yum kimi curumus fikirlerin adamlari basda olmaqla ekser idealist fikirleri ve bu fikirlerin şuura olan munasibetinin boslugunu detallari ile izah edecem. Ortada ruh yox allah yox, amma o qeder ozunuzden emin yazirsiz ki sanki gorunmeyen sey materiyadir gorunen ise allah ve toremeleri.. 

 

 

Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • Согласно соответствующему решению Коллегии Министерства образования, с 17 мая будет частично восстановлена очная форма обучения в общих и внешкольных образовательных учреждениях, расположенных на территории Абшеронского района и городов Баку, Сумгайыт, Гянджа, Шеки.
      В ведомстве отметили, что с указанной даты дети, занимающиеся в рамках дошкольной подготовки и ученики V-IX классов будут посещать школу два раза, а учащиеся I-IV классов - три раза в неделю.
        В школах Гянджи и Шеки, где возможно соблюдение дистанции в 1,5 метра между учащимися, очное обучение будет осуществляться четыре раза, для учеников I-IX классов - пять раз в неделю.
      В учебных заведениях, где невозможно соблюдать вышеуказанную дистанцию, уроки будут проходить два и три раза в неделю соответственно.
      Согласно решению коллегии, в спецшколах и школах-интернатах в Баку, Сумгайыте, Шеки, Гяндже и Абшероне уроки в очной форме будут проводиться пять раз в неделю.
      https://ru.oxu.az/society/492182
        • Upvote
        • Confused
        • Haha
      • 133 replies
    • В одной беседе недавно,я услышала спор о важности кябина. Я удивилась,что современная,образованная девушка доказывала,что загс не на столько важен как кябин (бумага,которая утверждает,что по религиозным правилам пара муж с женой). Девушку,которая вступила в брак без кябина (но по законам госуд-ва),чуть ли не обвинили,что её муж - ей и не совсем муж )) Это были не близкие мне люди,и времени не было спорить.Но меня этот разговор удивил,т к дискутировали с виду очень современные девушки. У всех ли тут заключен кябин между супругами? И готовы ли вы создать семью без кябина? Важно ли это,вообще сегодня?
        • Facepalm
        • Upvote
        • Haha
        • Like
      • 252 replies
    • На балансе мэрии Баку находится 108 зданий, непригодных для эксплуатации. В настоящее время в них ведется процесс переселения жильцов.
      Об этом сказал заведующий отделом Исполнительной власти столицы Ровшан Агаев, сообщает Trend.
      По его словам, в настоящее время на балансе ИВ города Баку находится 11 тыс. многоквартирных домов:
      «108 из этих зданий совершенно непригодны для проживания. Мы уже получили заключение об их непригодности и переселении людей. В данной связи мы обратились в Кабинет Министров страны. В настоящее время идет процесс переселения жильцов».
      Отметим, что несколько дней назад в поселке Бадамдар на голову 14-летнего подростка упала каменная плита, которая сорвалась со здания. Жизнь ребенка спасти не удалось, сегодня он скончался.
      Media.az
      • 72 replies
    • Джони  - первое место, Юсиф Эйвазов - второе. 
       
      Круто. 
      Победитель проекта «Маска» на российском канале НТВ стал певец Jony (Джахид Гусейнли).
       
      Jony скрывался под маской крокодила – певец заявил, что очень хотел оказаться в этом проекте и проявить себя по новому и рад, что у него это получилось.
       
      В свою очередь председатель жюри шоу Филипп Киркоров заявил, что передает ему эстафету на эстраде и очень рад победе Jony.
       
      Отметим, что второе место в проекте занял народный артист Азербайджана Юсиф Эйвазов.
        • Milli
        • Upvote
        • Like
      • 183 replies
    • Apple iphone 11 pro 4/256 gb, ideal veziyyetdedi, problemsiz telefondur, temirde olmayib, eziyi-ciziqi yoxdur, xanim isledib. Alinan gunden kaburadadi. Qutusu, adapter, usb kabel ustundedir.   1600 manat - 070 906-04-20
      • 2 replies
    • 1.6 мотор
      Дизель
      Механика
      В Баку неделю как.
      Пробег 159.000км
      14.200 азн... Реальному сделаю скидку
      Номер для связи
      0557188808(what's app)
       
      • 1 reply
    • Сдается в поселке Мардакян (в районе Dalga Beach)..дача на 50 сотках..двухэтажный дом 250 м2. На первом этаже находится кухня и большая гостиная   ..2 кондиционера. На втором этаже 3 спальни..большой холл..кухня и 2 санузла...2  кондиционера. Во дворе бассейн..фруктовые деревья..имеется место для отдыха на воздухе на первом этаже дома. 
      Цена 3000 манат в месяц.
      Номер для связи и whatsapp: 055-611-16-79 Лейла ханум.
       
        • Confused
      • 1 reply
    • В Лос-Анджелесе завершилась 93-я церемония вручения премии «Оскар». В этом году она прошла быстро и без особых сюрпризов. Меланхоличный роуд-муви «Земля кочевников» стал главным триумфатором церемонии и получил три статуэтки — за лучший фильм, режиссуру (Хлоя Чжао) и лучшую женскую роль (Фрэнсис МакДорманд).
       
      Китаянка Хлоя Чжао стала лишь второй женщиной в истории, получившей режиссерский «Оскар» (первой была создательница «Повелителя бури» Кэтрин Бигелоу). МакДорманд при этом получила награду не только как актриса, но и как продюсер (у нее уже есть премии Киноакадемии за роли в  «Трех билбордах на границе Эббинга, Миссури» и «Фарго»). Лучшим актером признали Энтони Хопкинса, сыгравшего пожилого мужчину с деменцией в «Отце».
       
       
      «Отец», «Иуда и черный мессия», «Манк», «Душа», «Звук металла», «Ма Рейни: Мать блюза» получили по два «Оскара» каждый. «Суд над чикагской семеркой», «Борат 2» и «Новости со всех концов света» остались без наград. Зрительские хиты «Довод» и «Еще по одной» победили в номинациях «Лучшие визуальные эффекты» и «Лучший иностранный фильм» соответственно.
      Из 36 номинаций Netflix победой обернулись лишь семь: «Манк» (работы оператора и художника-постановщика) , «Ма Рейни: Мать блюза» (грим и прически, костюмы), «Если что-то случится, я люблю вас» (лучшая анимационная короткометражка), «Два далеких незнакомца» (лучшая игровая короткометражка) и «Мой учитель-осьминог» (лучший документальный фильм).
       
      В этом году церемония проходила не только в театре «Долби», но и в здании железнодорожного вокзала Union Station. Для зарубежных гостей организовали локации в их странах. Подробнее об изменениях этого года мы рассказывали тут.
       
      Подробно о церемонии можно узнать из прямой текстовой трансляции КиноПоиска. Там мы собирали мемы, лучшие платья, речи героев и реакции соцсетей.
        • Like
      • 25 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...