Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Varlıq və Yoxluq.

Recommended Posts

11 час назад, Slay сказал:

Ənəlhəqq  bu deyəsən Nəsiminin deyimidir. Düzü məndə bu cür terminlərdə savadsızam. Sizin bu məlumatınızdan sonra Nəsimi filminə başladım yenidən baxmağa. Amma bilmirəm təkcə bu film kifayət eliyər Nəsimini anlamağa?

Sizə bir şəxsi sual versəm olar ? Dinə inancınız var ?   

 Ənə - mən, əl Həqq isə - Həqq, mütləq Həqiqət. Tanrıya məxsus aspektlərindən biri belə adlanır. “Nəsimi” filminə bir dəfə baxmaqla mən filmin özünü anlaya bilməmişəm nəinki Nəsimini. Bir neçə ildən sonra yenidən baxanda demək olar ki, tamamiylə yeni bir sənə görmüşəm, yeni mətləblər aydın olmağa başlayıb o filmdə. Yiz illərlədir ki, elm adamları Onun dediklərini araşdırmaqla məşğuldurlar amma hələ bir təpəfə çıxarmayıblar. İlk postumda dediyim üfüq məsəli kimi.  

 Din barədə həzrəti Mevlananın söylədiyi “ Din o qayıqdır ki, bizi o biri sahilə, doğulduğumuz yerə qaytaracaq” (mən belə təcrümə edə bilmişəm)  fikiri ilə razıyam.

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

9 часов назад, ya Hu! сказал:

Filmə yenidən baxdım.

Məncə Nəsiminin dünya görüşü panteizmə uyğundur. Filmdə göstərilir ki, hirufilər axirəti inkar eliyirlər.(Cənnətdə cəhənnəmdə bu dünyadadı deyirlər.) Amma bununla belə onların gözəl əxlaqı fikirləridə var.Misal üçün ustad Nəimidən soruşurlar ən böyük günah nədir ? cavab verir nadanlıq. və ya Nəiminin başqa fikri.Əql ehtirasa hakim olmalıdır ehtiras əqlə yox. və s.

Eləcədə Nəsiminin topal Teymurla olan dialoqu çox maraqlı və hikmətlidir.

Mənim şəxsim fikrim belədir. Həqiqi olan varlıq Allahdır. Insan və dünya qeyri real yəni törəmə varlıqdır.(yaradılmış)

Edited by Slay
Link to comment
Share on other sites

3 часа назад, Slay сказал:

Bəli, əxlaq insaniyyətliyi müəyyən edən ən mühüm keyfiyyətlərdən biridir. Sufilər, eləcə də bütün ruhani yola düşüb özünütərbiyyə ilə məşğul olanlar gözəl əxlaq sahibi olurlar. Əslində heç pis adam yoxdu dünyada, sadəcə bəzilərinin əxlaqı pisdir ki, o da daimi deyil. Pis əxlaq xəstəlik kimi birgün keçib gedir. Demək olar ki, elə pis əxlaq özü də bir növ xəstəlikdir, mental xəstəlik. Əgər xəstəlik dərman atmaqla keçirsə pis əxlaq ancaq özünütərbiyyə yolu ilə yaxşılaşır. Soyuqdəymənin əlaməti qızdırma olduğu kimi pis əxlaq da pis həyat tərzinin əlamətidir. Məsələn biri yalançıdırsa o birdəfə qorxudan, bir dəfə nəfsin saxlaya bilmədiyindən və sair İnsanlığa xas olmayan hisslərin onun iradəsindən güclü olması səbəbindən yalan danışıbsa yalançılıq onda adətə çevrilib, onun həyat tərzinə dönüb və artıq onda pis bir əxlaq formalaşdırıb. Odur ki, insan gərək özündə “pis əxlaq” xəstəliyinin əlamətlərini anladığı an vaxt itirmədən “özünütərbiyyə” dərmanın qəbul etməyə başlaya. Bir sözlə insan gərək o filmdə deyildiyi kimi əqlin etirasına hakim edə bilə.

  • Upvote 1
Link to comment
Share on other sites

15 часов назад, ya Hu! сказал:

Pis həyat tərzi insanda pis əxlaq formalaşdırır. Sonra bu pis əxlaq vərdişə çevrilir. Bu fikirlərinizlə razıyam.

Məndə davam eliyim. Bilirik ki, vərdişlər bizim köməkçimizdir. Hərəkətlər vərdiş halına keçəndən sonra avtomatlaşır. Artıq hər dəfə həmin hərəkətləri icra etmək zamanı hər dəfə diqqətimizi  tamamamilə onlara fokuslamağa və məşğul etməyə ehtiyac qalmır. Hərəkətlər vərdiş olaraq avtomatik icra olunur. Əxlaqda isə vəziyyət dahada mürəkkəbdir. Çünki əxlaq formalaşdıqdan sonra xasiyyətə çevrilir.(xasiyyət isə şüuraltında möhkəmlənmiş vərdişlər toplusudur) Xasiyyət isə qərar vermə prosesində  çox vaxt ağıl  və iradədəndə güclü dominantlıq edir.

Demək insan həyatda xeyir tapmaq və xoşbəxt yaşamaq  üçün öz əxlaqını  ümumbəşəri birgəyaşayış normalarına uyğun formalaşdırmalıdır.Sizinlə razıyam ki, özünü tərbiyyəni qarşısına məqsəd qoyan çox çətində olsa pis əxlanı düzəldə bilər. Bu prosesdə xasiyyət dəyişilir.Neçə illərnən formalaşmış vərdişlər dağılır, yeni struktur qurulur.  Bu şəxsiyyətin mənəvi transformasiyasıdır.  Dində tövbə etmək məhz budur.Çoxları elə bilir günahlarıvı etiraf edib tövbə deyirsən qurtardı getdi. Tövbə etmək dəyişilmək deməkdir. Nəfslə cihad yəni müasir psixoloji dildə desək şüuraltını pisliklərdən təmizləyib saf vərdişlərlə möhkəmlətməkdir.

hələlik bu qədər.

  • Like 1
Link to comment
Share on other sites

51 минуту назад, Slay сказал:

Əlbəttə bütün fikirləri davam etmək yaxşıdı, lazımdır da. Bu binöv birgə özünüanaliz, özünütəhqiq üsuludur. Ümumiyyətlə forumda kimi isə öyrətmək ya kimdən isə öyrənmək məqsədi yanlışdır, bura sadəcə səmimi söhbət, düşüncələrlə paylaşmaq üçün yaradılmış bir məkan kimi baxıram. Sağ olsunlar zəhməti çəkib bunu yaradıblar. Dərin minnətdarlıq!!! Mayın beşinə kimi burdayam sonrasın bilmirəm. Mənim dağlarım darıxdılar yəqin ki mənimçün.😊

Edited by ya Hu!
Link to comment
Share on other sites

  • 1 month later...
12 часа назад, Fakhraddin Sultanov сказал:

Varlıq və yoxluq zaman və məkana görə nisbidir.
Bir məkan və zamana görə var olan, digər zaman və məkanda yoxdur.

Əbədi varlıq Odur!

Amma müassir elm başqa cür deyir.

 Zaman və məkan hələ üstəlik enerji  binq bənq nəticəsində spontan olaraq yaranıb. Binq bənqdən əvvəl heçlik idi.Nə zaman var idi nə məkan nədəki enerji. 

Link to comment
Share on other sites

6 часов назад, Gülekek сказал:

Inkar inkar qanuna görə biz həqiqətə gəlirik!

Onda yoxluq yoxluqa görə biz varlıqa gəlirik!)

Dialektikanın qanunları varlıq aləminə aiddir. Varlıq varlığa çevrilməmişdən əvvəl sinqulyar halda idi.Bu yoxluq vəya heçlik vəziyyətidir. Varlığın sinqulyar haldan çıxıb varlıq olması üçün təkan verici qüvvə lazımdır. Bu qüvvə isə əbədi bir varlıq olmalıdır. Metafizika bu qüvvəyə Allah(ali şüur) deyir. Elm isə buna super qüvvə deyir.(fizikadan bildiyimiz 4 universal qüvvənin birgəliyi) Elm super qüvvənin spontan olaraq işə düşdüyünü deyir. Metafizika (vəya din) isə işə salmanın mahiyyətində məqsədin  olduğunu deyir. 

Link to comment
Share on other sites

В 30.05.2020 в 01:27, Slay сказал:

Amma müassir elm başqa cür deyir.

Əminəm ki, bu müasir elm ən uzağı 1 əsrdən sonra bu müasir elmi tam inkar edən daha bir müasir elmlə əvəz olunacaq.
Odur ki, mən ən azı 15 əsr yaşı olan, daha dəqiq desək, əbədi elmin tərəfdarıyam.

Link to comment
Share on other sites

1 час назад, Fakhraddin Sultanov сказал:

Əminəm ki, bu müasir elm ən uzağı 1 əsrdən sonra bu müasir elmi tam inkar edən daha bir müasir elmlə əvəz olunacaq.
Odur ki, mən ən azı 15 əsr yaşı olan, daha dəqiq desək, əbədi elmin tərəfdarıyam.

Yuxarıdakı postda "Əbədi varlıq odur" deyəndə siz nəyi nəzərdə tutmuşdu-

nuz? Cümlələri elə qurmusunuz ki, mən düşündüm ki, zaman və məkanın əbədi olduğunu deyirsiniz.Əgər belədirsə hətta 15 əsr yaşı olan əbədi elmə görədə zaman və məkan yoxdan yaradılıb.Yəni zaman və məkan əbədi varlıq deyil.Əbədi olan Allahdır.

Əgər sizdə Allahı nəzərdə tutmuşdunuzsa onda mən düz anlamamışam.

O ki, qaldı müasir elmə bəli başqa variant yoxdur. Zaman və məkan daxilində inkişafın metodu belədir.Təzə köhnənin çatışmayan cəhətlərini inkar eliyib yenilənir.Ta ki, öz qüsurları meydana çıxana qədər qüvvədə qalır.

  • Like 1
Link to comment
Share on other sites

1 час назад, Slay сказал:

Ümumiyyətlə, bədii - fəlsəfi baxımından yanaşsaq, və insanlar üzərində müşahidə aparsaq, görərik ki, elə insanlar var ki, onları görə bilsək də, daha çox həmin insanları "yoxluğa" aid etmək olar.. Bunun əksinə də rast gəlirik.
Əli ibn Əbu Talib(ə): "Məqsədsiz insan (varlıq) - kölgə (yoxluq) kimidir".

Link to comment
Share on other sites

20 часов назад, Fakhraddin Sultanov сказал:

Ümumiyyətlə, bədii - fəlsəfi baxımından yanaşsaq, və insanlar üzərində müşahidə aparsaq, görərik ki, elə insanlar var ki, onları görə bilsək də, daha çox həmin insanları "yoxluğa" aid etmək olar.. Bunun əksinə də rast gəlirik.
Əli ibn Əbu Talib(ə): "Məqsədsiz insan (varlıq) - kölgə (yoxluq) kimidir".

Bədii-fəlsəfi  prizmadan yanaşsaq əgər mən belə düşünürəm. Həyatın ümumi dramasında  hamı üçün əsas məna ümumi mənafe naminə mübarizədə ləyaqətli personaj olmaqdır. Bu yolda şərəf və ləyaqətlə addımlayanlar öz mənalı varlığını təsdiqləyir. Özlərini saf hislərdən məhrum edib şəxsi mənafe üçün yaşayanlar isə sizin misaldakı kimi yox kimi bir şeydilər.

  • Like 1
Link to comment
Share on other sites

1 час назад, Slay сказал:

hamı üçün əsas məna ümumi mənafe naminə mübarizədə ləyaqətli personaj olmaqdır.

Bütün sualların açarı yəqin ki, elə "ümumi mənafe"nin nədən ibarət olmasını öyrənməyimizdədir...

- "ümumi mənafe" - iqtisadi, mənəvi və ya dünyəvi dəyərlərdən hansı punktları özündə cəmləyir?

-"ümumi mənafe" hansı punktları ilə "şəxsi mənafe"dən fərqlənir?

-"ümumi mənafe" hansı punktları ilə "şəxsi mənafe" ilə eynidir?

Bu sualları daha dəqiq cavablandırmaq üçün, düşünürəm, əvvəlcə ümumi mənafe naminə mübarizədə ləyaqətli personaj olmuş insanları sadalamaq, sonra isə onların mübarizəsində ümumi olan məqsədləri, təkanverici qüvvələrini nəzərdən keçirmək gərəkdir.
Ya bəlkə də, biraz düşünsək, özümüz də "ümumi mənafe"nin nədə olduğunu tapa bilərik..

Amma, razılaşaq ki, heç birimiz dərhal, əzbərdən bunu söyləyə bilmərik...heyif..

Edited by Fakhraddin Sultanov
  • Like 1
Link to comment
Share on other sites

2 часа назад, Fakhraddin Sultanov сказал:

Ümumi mənafenin bədii-fəlsəfi prizmadan izahı    ləyaqətli  vicdanlı olmaq ,qəhrəman olmaq və.s..Razıyam ki, bu ümumi abstraksiyadır.

Əgər məsələyə konkret yanaşıb ümumi mənafeni ciddi təhlil mövzusu ediriksə vəziyyət qəlizləşir.Üstəlik əgər cəmiyyət anormaldırsa tək başına ümumi mənafe naminə atılan addımlar sənin özünü səfeh vəziyyətə salacaq.

  • Thanks 1
Link to comment
Share on other sites

В 07.06.2020 в 03:35, Slay сказал:

Üstəlik əgər cəmiyyət anormaldırsa tək başına ümumi mənafe naminə atılan addımlar sənin özünü səfeh vəziyyətə salacaq.

Ümumiyyətlə, cəmiyyət hər yerdə, bütün dövrlərdə, əsasən, 3 təbəqədən ibarət olub: ümumi kütlə, dəlilər və dahilər. Dəlilər də, dahilər də ümumi kütlədən çox fərqli olduqları üçün, bəzən onları bir-biri ilə səhv salıblar.
Ümumi mənafe naminə dahilərin atdığı addımlar hər zaman kütlə tərəfindən ilk olaraq, səfeh, axmaq addım kimi qiymətləndirilib.
Yəni, bu məqamda daha bir dahi alim Eynşteynin "nisbilik nəzəriyyəsi" işə düşür: ...hər bir yenilik ilk etapda kütlə tərəfindən inkar edilir, ikinci etapda şübhə və mübahisə doğurur, üçüncü etapda isə yekdilliklə qəbul edilir.

Demək istəyirəm ki, balıq tutmaq istəyən, ayağını soyuq suya salmalıdır. Yəni, ümumi mənafə naminə mübarizə apararaq, ləyaqətli və şərafətli işlər görmək istəyən şəxs, nə qədər ümumi kütlə üçün absurd görünsə də, "səfeh" və "axmaq" damğası ilə bir müddət yaşayacağını göz altına almağı bacarmalıdır!...İlk qəhrəmanlıq da məhz buradan başlayır...

  • Upvote 1
Link to comment
Share on other sites

İxtisarla "varlıq" və "yoxluq" barədə də fikirlərimi bildirmək istəyərdim..
Varlığa və yoxluğa hər nə tərif versək də, necə təsəvvür etsək də, bilməliyik ki,

- varlıq, yoxluğa nisbətən dəfələrlə, bəlkə də milyon dəfələrlə azdır. Necə ki, eyni hadisə haqqında yüzlərlə, minlərlə müxtəlif şərh söylənilər, amma, həqiqət birdir;

- varlıq - geniş, yoxluq isə dardır. Bir varlığı bütün cahan tanıyar, yoxluq isə özü-özünü tanımaz;

- varlıq - güclü, yoxluq isə zəifdir. Varlıq yoxluğu varlıq edə bilər, yoxluq isə varlığı yoxluq edə bilməz.

Link to comment
Share on other sites

13 часа назад, Fakhraddin Sultanov сказал:

Razıyam   fikirlərinizlə.Bir şeyidə əlavə edim. 
Sizin çəkdiyiniz misalda kütlə normal kütlədir. Yəni reaksiya normaldır.Birinci inanmırlar inkar edirlər,ikinci mərhələdə şübhəyə düşürlər, üçüncü mərhələdə isə həqiqəti  aşkarlayırlar. 
Biridə var kütlə ehkamçı şüur tipinə sahibdir.Heç bir yeniliyi heç bir həqiqəti qəbul etmək istəmir. Məhz belə   kütləni silkələyib qəflət yuxusundan  ayıltmaq  üçün qəhrəmanlar lazımdır.  Adi sadə həqiqətləri tupoylara anlatmaq üçün heyif o canlarından keçən qəhrəmanlara. Anormallıq deyəndə bunu nəzərdə tuturdum. Situasiya anormaldırsa qəhrəmanlıq eləməyinə dəyər yoxsa yox ?(Düzdü ruhən qəhrəman doğulanlar məqamı çatanda nəticəni fikirləşmirlər spontan olaraq edirlər.)Bu sual özü türklər demişkən tartışılası felsefi mövzudur.

Link to comment
Share on other sites

13 часа назад, Fakhraddin Sultanov сказал:

İxtisarla "varlıq" və "yoxluq" barədə də fikirlərimi bildirmək istəyərdim..
Varlığa və yoxluğa hər nə tərif versək də, necə təsəvvür etsək də, bilməliyik ki,

- varlıq, yoxluğa nisbətən dəfələrlə, bəlkə də milyon dəfələrlə azdır. Necə ki, eyni hadisə haqqında yüzlərlə, minlərlə müxtəlif şərh söylənilər, amma, həqiqət birdir;

- varlıq - geniş, yoxluq isə dardır. Bir varlığı bütün cahan tanıyar, yoxluq isə özü-özünü tanımaz;

- varlıq - güclü, yoxluq isə zəifdir. Varlıq yoxluğu varlıq edə bilər, yoxluq isə varlığı yoxluq edə bilməz.

Bu fikirləriniz bir qədər mücərəddir. Tam anlamaq üçün suallar yaranır.Amma düşünürəm ki, yormağa ehtiyac yoxdur sizi. Çünki Varlıq və Yoxluq özü ən ümumi mücərrəd kateqoriyadır.Yəni oxuyub tutan tutacaq fikirlərinizi. Mənə isə elə gəldi ki, bu barədə fikirləriniz daha çox mənəvi müstəvidədir.

  • Like 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

Tolstoy   sayağı etiraf.....Elm bizim bütün suallarımıza cavab verə bilmir. Elm elə suallar üzərində düşünüb cavablar tapır ki, o suallara dəqiq cavablar vermək mümkündür. Bu cavablar vasitəsilə biz dünyanın,materiyanın necə işləməsini anlayıb həyatda öz yaşayışımızı asanlaşdırır, azadlıq səviyyəmizi genişləndiririk.
Amma bizim  suallarımız o qədər dərin və çoxdur ki, düşüncəmizi təkcə elmin sual və cavabları ilə məhdudlaşdırsaq  dünya görüşümüz,mənəviyyatımız,bilmək tələbatımız və s.  natamam qalır.Bu natamamlıq daxili aləmimizi, ruhumuzu doyurmur.
Demək elmdən kənar sualları həll etmək istəyəndə  qarşımıza iki variant çıxır.Ya bu suallara cavab tapmaq üçün öz düşüşüncəmizə güvənməliyik yada ki, bu suallarla məşğul olan ciddi bir mənbə tapmalıyıq. Öz düşüncəmizlə gəldiyimiz nəticənin verdiyi rahatlıq uzun sürmür. Başa düşürük ki, bizi daima öz cazibəsində saxlayan  sarsılmaz bir ideya lazımdır. 
Çıxış yolunu  ikinci variant olan ciddi mənbəni tapmaqda görürük. Axtarışlarımız bizi mövcud olan ciddi  mənbənin özünündə iki hissədən ibarət olduğunu bildirir. Bunlardan biri ümumi fəlsəfə o biri isə dindir.
Fəlsəfə ilə tanışlıqdan  başa düşürük ki,  fəlsəfənin mahiyyəti aqnostizimdir. Yəni fəlsəfə sualları təhlil edə-edə gətirib səni bilmirəm və henəyə əminliyim yoxdur halına salır.  Amma fəlsəfə sənə bunun müqabilində  çox qiymətli bir qabiliyyət  bəxş edir. Əvvəllər heç vaxt qadir olmadığın məhsuldar düşünmək qabiliyyəti. 
Sarsılmaz ideyanın axtarışı bizi gətirib çıxardır dinlə tanışlığa. Əslində biz əvvəllərdə dinlə tanış idik.Amma bu tanışlığın çox hissəsi dinin bayağı dərki idi. Yetkin şüura sahibləndikdən sonra dinin əsas kontekstindən anlıyırıq ki,  yəni Allaha və axirətə inandıqdan sonra həyatın mənasına  varlığımızın mənasına dair olan suallara verilən cavablar artıq bizi öz cazibəsindən buraxmır.  Imanın mənası budur. Allah imanımızı kamil etsin.Amin  inşallah !

Link to comment
Share on other sites

  • 3 weeks later...

Enerji.
Fizika elmındən bildiyimiz kimi "enerji " sistemin iş görmək qabiliyyəti kimi xarakterizə olunur. Enerji yox olmur və heç nədən yaranmır. Enerji bir şəkildən başqa şəkilə düşür. iş görülən zaman enerji ötürülməsi baş verir......Və s.
Enerjini izah edən qanunlarla sosial münasibətləri,davranışları izah edən qanunlar eyniyyət təşkil edir. 
Misal üçün dar dəhlizi keçərkən əks tərfdən gələn adam rahat keçməsi  üçün qəsdən  çiyni ilə səni itələyir.O andan etibarən sən onunla sistem təşkil edirsən. Nə qədər ki, aranızda ədalətsizlik yaranmamışdı  aranızda sistem mövcud deyildi. Amma indi isə sən rəqibə nəzərən  enerji ilə yüklənmisən.Yəni potensial enerjiyə sahibsən. Bu sistem daxilində  yaranmış  enerji boşalmasının iki variantı var.
Birinci variantda ona əhəmiyyət verməyib bağışlayırsan. Sənin enerjin onu bağışlamağa xərclənir. Yəni bu enerji beynində psixoloji əməliyyatlara sərf olunur. Misal üçün ürəyində hirslənirsən sonra nəticəyə gəlirsən  əşi o eşşəkdi onsuzda ona baş qoşmağına dəyməz. Əgər azca vicdanı varsa mənin cavab verməməyimi anlayıb səhvindın utanacaq.
Ikinci variantda yaranmış enerjini onun özünə boşaldırsan. Ə xiyar çaşmısan  yoluvu adam kimi keçə bilmirsən ? Artıq sən onu enerji ilə yüklədin. Sitemdə artan silsilə ilə enerji yerdəyişməsi baş verir. Xiyar özünsən ə tutub səni cıraram. Enerji yenidən qayıtdı sənə.Yumruqlar işə düşür.Birin sən birin o , psixoloji enerji fiziki enerji formasına keçir. Sonda enerji tükənir yorulub sakitləşirsiniz.(hələ bu xoşbəxt sonluqdur)Sistemin işi sona çatdı. 
 Bilirik ki, yer üzərində olan hər bir şeyə qravitasiya qüvvəsi ilə təsir edir. Bunun nəticəsində hər bir şey  yer səthinin üzərində dayanır. Yer səthini şərti olaraq sıfır qəbul edək. Sıfır xətti  enerjinin tarazlıq halıdır.Cisim yuxarı qalxdıqda tarazlıq pozulur cisim yerə nəzərən enerji  ilə yüklənir.
Sosial sahədə də belədir. Əxlaq vəya hüquqi qaydalar psixoloji enerjinin  sıfır yəni tarazlıq vəziyyətidir. Öz enerjinizi əxlaqi və hüquqi tarazlığı pozmağa xərcləməyin.Bu əxlaqi olaraq günahdır hüquqi olaraq isə bumeranq effektidir.Yəni enerji cəza olaraq özünüzə tətbiq olunacaq.
Öz enerjinizi müsbət planda xərcləyin. Yaradıcılıq,inkişaf və yaxşılığa xərcləyin.

Link to comment
Share on other sites

  • 1 month later...

AZƏRBAYCANLI  ƏXLAQI      КОДЕКС АЗЕРБАЙДЖАНЦА

AZƏRBAYCANLI ƏXLAQI

VƏTƏN MƏNƏ OQUL DESƏ NƏ DƏRDİM ...

HƏR AMAL, HƏR RƏFTAR, HƏR SÖZ VƏTƏN NAMİNƏ !

§  şərəf və layəqət ali (üstün) xüsisiyyətdi;

§  TƏRƏQQİYƏ DÜŞÜN, RİFAHA DANIŞ, İNKİŞAFA ÇALIŞ !

§  Əqidə–Düşünçə–Fikir–Söz–Rəftar–Vərdış–İradə–Tale

§  Mütərəqqi təhsil, Yaradıcı çalışma, Uqurlu nəticə !

§  öz xalqımızın müdrüklüyünü, adətlərini qorumaq,  özgələrinin ənənələrinə anlamlı yanaşmaq;

§  yaşadıqın ölkənin qanunlarından faydalanmaq ,   beynəlxalq hüquq prinsiplərinə əsaslanmaq;

§  valideyn, böyüklər, ögrətmənlərə sayqı  və ailəyə, kiçiklərə, ehtiyaclılara qayqı;

§  Ziyalılara, mütəxəssislərə, müdrüklərə hörmət;

§  rəftar əqidəsi: yaxşılıqa – yaxşılıq, pisliyə – zərbə.   Aldatma! Aldanma! Güc hüzurda, mühakiməlıkdədi;

§  müftə gözləməyin bədəli - ələbaxanlıq, sözyeyənlikdi;

§  qadınlara, yaşlılara əl qaldırmaq olmaz;

§  ancaq TƏKbəTƏK dalaşmaq (idmanla güc, fənd öyrən)    bir nəfərin üstünə cüt getmək – kişilikdən deyil;

§  insanları yalnız əməllərinə gorə qiymət vermək, boş/xoş danışıqlarına deyil. Hər pislik yalandan başlar;

§  təhqirsiz, söyüşsüz fərqli fikirləri qəbul etmək,  tənqidi olsa da. Səsini yüksəltmə, SÖZünü yüksəlt !;

§  söyüşlə danışan – təhqirə layiqdi. Höçətləşmədə etinasızlq – Ziyalılıqdı. Dəlil ! Təmkin ! Əzmlik !

§  yoxlanmamış, qeyri-mötəbər və Azərbaycana ziyan vura biləsi məlumatları yaymamaq;

§  soydaşın – Qardaşındı. BİRLİK HARDA, DİRLİK ORDA!;

§  üzə tərifləmə!, arxada danışma!; Sözündən qaçma!;

§  sarsaqladan içkilərdən, tüstülərdən, həblərdən  və ədəbsiz oyun, əyləncələrdən uzaq durmaq;

HƏR AMAL, HƏR RƏFTAR, HƏR SÖZ VƏTƏN NAMİNƏ !

КОДЕКС АЗЕРБАЙДЖАНЦА

ВЫСШАЯ НАГРАДА - БЫТЬ ДОСТОЙНЫМ СЫНОМ РОДИНЫ

ВСЁ ВО БЛАГО АЗЕРБАЙДЖАНА !

§  достоинство превыше всего из личных качеств;

§  ПРОГРЕССИВНО ДУМАЙ, ГОВОРИ МАЛО, ТВОРИ ДОБРО !

§  Идеология-Рассуждения-Поступки-Характер-Судьба

§  Прогрессивное образование, Креативное занятие !

§  бережно хранить традиции своего народа,  терпимо относится к чужим обычаям;

§  применять, соблюдать законы страну проживания   и международные принципы права;

§  чтить родителей, старших, наставников    и заботиться о семье, младших, нуждающихся;

§  уважение мудрых, просвещённых, экспертов;

§  поступки по принципу: добру добром, злу отпор.  Сила в спокойствие и рассудительности;

§  всё ценное достаётся дорого. нахлебник – униженный;

§  не поднимать руку на женщин и на пожилых;

§  выяснять отношения только ОДИН на ОДИН. Несколько человек на одного – не по-мужски;

§  ценить людей не по сказанному, не по лести, а только по поступкам, деяниям. Все плохое начинается со лжи;

§  услышать чужие мнения, в том числе критики,  если оно не содержит оскорбления и унижения;

§  кто матерится – заслуживает оскорбление. Компетентность ! Сдержанность ! Уверенность !

§  не распространять недостоверную,  непроверенную информацию;

§  соотечественник – Брат. ЕДИНСТВО – МОЩЬ !;

§  не хвалить в лицо! и не говорить за спиной!;

§  избегать одурманивающих напитков, препаратов, недостойных игр и развлечений;

ВСЁ ВО БЛАГО АЗЕРБАЙДЖАНА !

Link to comment
Share on other sites

Düşünən insan öyrənir. Öyrənən insan bilir. Bilən insan  savadlı olur. Savadlı insan ağıllı olur. Ağıllı insan azad olur.Azad insan yaradıcı olur. Yaradıcı insan dahi olur.
Yaradıcı insanlar fərqli olduğundan onları ətrafı çox anlaya bilmir. Anlaya bilmədiyindən onlara aralarında ala-qarğa yanaşması ilə yanaşıb daima dimdikləyib ətini didir.Bizim cəmiyyət eyniyyəti sevir.Özü kimi olmayanı qəbul etmir.Mental düşüncə ilə böyüdülən insan bu münasibətə çox dözə bilmir.Iki seçimi olur.Ya hamı kimi olmaq,ya intihar.
Ona görə bizim cəmiyyət daha dahi yetişdirmir.
Link to comment
Share on other sites

4 часа назад, Kenul2012 сказал:

Könül xanım son 10 ildə bizim cəmiyyətdə intiharı seçən dahi kimdir ?

Bu barədə konkret misalınız var yoxsa ümumiyyətlə yazmısınız ? Əgər ümumiyyətlə deyirsinizsə məncə intihar seçimi dahiliyə xas keyfiyyət deyil. Əlbətdə yəqin ki, istisnalar olada bilər.Doğrusunu Allah bilir.

Dialektika təlimində deyilir ki, sistemin köhnə keyfiyyətdən yeni keyfiyyətə keçməsi sıçrayış adlanır. Sıçrayışın müddəti isə fərqlidir. Bu bir anda ola bilər, bir neçə il bir neçə əsrdə ola bilər və.s. Dahilər cəmiyyəti yeni keyfiyyətə aparanlardır. Bizim cəmiyyət nadürüstlük baxımından o qədər ətalətlidir ki, yeni keyfiyyətə keçmək üçün uzun illər lazımdır. 

Dahi insanlarımız var. Nadürüstlüyümüz bizə imkan vermir ki, onları tanıyaq və etibar edək.

Link to comment
Share on other sites

В 14.09.2020 в 01:33, Slay сказал:

Daha dahi yetişdirmir torpaq

Link to comment
Share on other sites

  • 2 weeks later...
On 1/8/2019 at 1:00 AM, Slay said:

Varlıq zaman və məkan fasilələrindən ibarətdir.Zaman bir istiqamətlidir.Keçmişdən indiyə indidən gələcəyə doğru axır. Varlıq aləmində zamanın müəyyən fasiləsində siz mövcudluq qazanırsınız.Yəni var olursunuz,yada təşkil olunursunuz.Yəni var olduğunuzu bilirsiniz.Yəni şüurunuz məkan biçimində olan bədəninizi elə məkanda sağa sola irəli geri hərəkət etdirir.Şüurunuz özünün var olduğunu bilən qüvvədir.Bu varlıq aləmində müəyyən zaman keçdikdən sonra siz öləcəksniz.Yəni şüurunuz  mövcudluğunu itirəcək.Siz varlıq aləmində yox olacaqsınız.Yəni sizin özünü bilən şüurunuz varlıq aləmində  mütləq olaraq yoxdur.Həmçinin sizin şüurunuz varlıq aləmində mövcudluq qazanmamışdan əvvəldə mütləq olaraq yox idi. 

Varlıq aləmində xəbərsizlik halı yəni bilməməzlik yoxluq demək deyil.Yəni tutaq ki, uşaq hələ dəniz haqqında heçnə bilmir hələki heç vaxtda görməyib.Bu o demək deyil ki, dəniz varlıq aləmində yəni zaman və məkanda mövcud deyil.Dəniz sadəcə olaraq uşağın şüurunda mövcud deyil.Uşaq üçün dəniz yoxdur. 

Bu çəkdiyim misal varlığın içində olan nisbi yoxluqdur.

Söhbət gedir şüurun mütləq yox olmasından. Sanki varlıq və yoxluq bir biri ilə heç vaxt kəsişməyən sonsuz mütləq aləmdir . Şüur isə keçid edə bilir.Varlığa keçəndə mütləq varlıq qazanır.Amma çox qala bilmir.Yoxluğa keçəndə mütləq yoxluq qazanır.Yəni yoxdur.Özünü bilmir.

Mövzu coxdan yazılıb amma fikirlərimi bildirmək istəyərdim. Mənim fikrimcə dünyada zaman yoxdur, zaman insanın uydurduğu ölçü vahididir. Necə ki, uydurulmuş rəqəmlər hesablama və.s kimi. Zaman anlayışı bir növ insanların yaratdığı süni təxəyyüldən irəli gələn başlanğıc və son anlayışınından irəli gəlir. Reallıqda isə onlar da yoxdur. Mütləq yoxluğu kim isə təsəvvür edə bilərmi ? əlbəttə ki, yox. Bu halda obyektiv gerçəklik nədir ? bizim gözümüzlə görüb şüurumuzla dərk etdiklərimiz ? bu bizim gerçəklikdir amma tam olaraq subyektivdir. Obyektiv gerçəklik olduğu kimi mövcuddur ancaq bizim təsəvvürümüzdəki kimi deyil. 

Mən daha cox varlıq yoxluq kimi yox, bu fərziyyəni ancaq mövcudluq sözü ilə ifadə edərdim. 

Link to comment
Share on other sites

21 час назад, plotophyte сказал:

Sizin fikirlərinizi Kantın metodu ilə açmaq olar. Obyektiv gerçəklik noumen subyektiv gerçəklik isə fenomendir. 

Noumen aləmində işimiz yoxdur.Çünki onu dərk edə bilmərik. Fenomen aləmində isə hər şeyi izah edə bilərik.Zamanıda məkanıda mütləq yoxluğuda və s.

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 3 months later...

Vicdan.

Misal üzərində anlatmağa çalışacam.

Tutaq ki, pula möhkəm ehtiyacın var.Elə bir şərait yaranıb ki, oğurluq edə bilərsən və bunun   səndən bilmə ehtimallarıda sıfırdır. Yəni hüqiqi cəhətdən məsuliyyətdən kənarda qalacaqsan . Nəfsin sənə deyir ki, oğurla vivdanın isə deyir ki, olmaz. Ağlın və iradən bu iki dilemma arasında tam azaddır. Çünki hər iki vatiantın nə ilə nəticələnəcəyini əvvəlcədən bilirsən. Birinci variantda pula sahiblənsəndə  vicdan əzabı ikinci varianda isə  pula sahiblənməsəndə təmiz vicdanla yaşamağa davam edirsən. Sözsüz ki, vicdana dəyər verənlər belə dilemalar qarşısında çoxda tərəddüd eləmirlər. Vicdanı korlanmış insanlarda isə seçim qarşısında daima nəfs dominantlıq edir.

Məni bir məsələ ilk günah məsləsi düşündürür.Hər bir insanda vicdan aprioridir. Bunu açıqlayım .Tutaq ki, nəfs dominantlıq edib ağıla öz qərarını seçdirdi.Ağıl bunu iradəyə ötürür.Iradə bunu icra etməmişdən qabaq baş verəcək nəticəni təsəvvürdə canlandırır.Təsəvvürdə canlanan təssürat sənə vicdan əzabı duydurur. Bu mənfi duyğu təfəkkürüvə siqnal ötürür ki qərarı düzgün seç. Yəni səhv bir iş tutmaq istəyəndə vicdan sənə əvvəlcədən xəbərdar edir. Vicdan  apriori olduğu halda insanlar niyə ilk günahı eliyir ?(ilk günahdan sonra vicdanın korlanma ehtimalı islah olunma ehtimalından daha çoxdur məncə) Şərtlər hətta əllinin əlliyə olduğu halda  vicdansızlığı seçməkdə dominantlıq eliyən əlavə element nədir ? Maraqdırmı ?  Insan psixikası başdan ayağa məammadır )) 

Allah günahlardan qorusun bizləri. Amin !

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 3 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Facepalm
      • 6 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Facepalm
      • 35 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 24 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Upvote
      • 18 replies
    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
        • Upvote
        • Like
      • 11 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Sad
      • 32 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...