Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ruslaşmış azeriler neden rus diline öz ana dilinden çox meyil edir ve ruslara yaltaqlanırlar?!


Recommended Posts

Bu neticeye gelmeye meni uzun müddet rus dilli forumu oxumaq getirdi... Her iki mevzudan birinde mental asimilyasiyaya uğramış ve ruslaşmış Daşdemir ve Tükezbanlar - öz dillerini, milliyetlerini, adet ve enenelirini aşağlamaqdan ötrü ölürler... Hetta birçoxları buna göre bir-birileri ile yarışa çıxıblar. Kenardan bu çox iyrenc ve utanç görünür tebii ki. Sizce bu manqurtlaşma ve menevi "Budulaylaşma" hardan öz köklerini götürür? Bu dehşetli ve biyabırçı veziyyetden çıxış yolunu nede görürsünüz? 

  • Like 1
Link to comment
Share on other sites

Çünki öz dillərini və milli mənsubiyyətini bəyənmirlər - loru dillə desək,qınlarını bəyənmirlər.Ümumiyyətlə,bizdə əksəriyyət iki barrikadaya bölünüb: rusları bütləşdirənlər və türkləri bütləşdirənlər.Az qalırlar sitayiş edələr hər gün.İnsanın az da olsa qüruru və özünə hörmət hissi olmalıdır.O da ki bizim millət üçün əlçatmaz bir keyfiyyətə çevirilib.Mənim özümdə də bu cür hallar qıcıq hissi yaradır,ancaq yola verməyə çalışıram.Nə etmək olar,acı həqiqət budur.Özləri calaq-culaq olmaqları bəs deyilmiş kimi,təzədən uşaqlarını da öz günlərinə salırlar.Mən də rus dilində aksentiz danışıram,amma əksər hallarda öz doğma dilimdə ünsiyyət qururam.Yalnız ehtiyac yaranan məqamlarda rus dilindən yararlanıram.Bəli,mənim rus dilindən xoşum gəlir,amma öz dilim - öz dilimdi.Bacarsam,hələ innən belə bir 4-5 dil də öyrənmək istərdim.Sadəcə,yanaşma və münasibət söhbəti var.

  • Upvote 1
Link to comment
Share on other sites

  • NOIR changed the title to Ruslaşmış azeriler neden rus diline öz ana dilinden çox meyil edir ve ruslara yaltaqlanırlar?!
1 минуту назад, Abraham Ginzbourg сказал:

Bunun bir çıxış yolunu görürsünüz?

Bilirsiniz,nə qədər ki bizim insanlar öz individuallıqlarını kəşf etməyəcəklər,bu çox çətin məsələdir.Azərbaycanda,uşaq gözünü açandan türk mədəniyyətini,rus mədəniyyətini izləyir.Özümüzə isə barmaq arası baxırıq, uşaqlarımıza da bu cür aşılayırıq.Ona görə də böyüyən nəsil də kompleksli olur və özündə tapmalı olduğu şeyləri kənarda axtarmağa başlayır.Halbuki dünyada neçə-neçə az sayılı xalqlar var ki, heç vaxt özlərindən keçməzlər.Proqress ayrı şeydir, fanatizm ayrı.Bizim millətin də həmin fanatizm qanına hopub.Özümüzdən başqa hər kəsi bəyənirik.Ən əsası da,özümüzü bəyənməməyə rəvac verən səbəbləri də elə özümüz yaradırıq.

Link to comment
Share on other sites

В 22.01.2019 в 21:53, Deymon Salvatore сказал:

Özümüzdən başqa hər kəsi bəyənirik.Ən əsası da,özümüzü bəyənməməyə rəvac verən səbəbləri də elə özümüz yaradırıq

burada, forumda öyrənib-bilmişəm ki, rusdillilər ana dilini kasıb, məhdud, primitiv hesab edirlər və bu səbəbdən işlətmirlər. 

Link to comment
Share on other sites

 Düşünürəm ki,əgər bir dildə özünü ifadə etməkdə çətinlik çəkirsənsə alternativ axtarmaq,tapdığın alternativi istifadə etmək qınaq səbəbi olmalı deyil.

 Bəzi gənclər "oğru" dünyasına elə çox şürah salır ki,ətrafında mövcud olan dünyanı tünd rənglərə çevirir.Sözün əsl mənasında nə elədiyini bilməyən,öz xəyal dünyasını var olmayanının üzərində ifrat dərəcədə inkşaf etmiş dilimizə də,mentalitetimizədə uyğun olmayan hərəkətlər,sözlərlə ifadə edirlər.

 İnternetdə mövcud onlayn forum,oyun və s. kimi yerlərdə özlərini ancaq söyüş və vulqar sözlərlə tanıdan soysuzlardan dolayı,başqa millətə mənsub olduğunu ifadə edən insanları çox görmüşəm.

Link to comment
Share on other sites

15 часов назад, NOIR сказал:

burada, forumda öyrənib-bilmişəm ki, rusdillilər ana dilini kasıb, məhdud, primitiv hesab edirlər və bu səbəbdən işlətmirlər. 

Mən də əvvəllər dilimizin kasıb,məhdud olduğunu düşünürdüm və bunun üçün mənim tutarlı səbəblərim də var idi.Mən uşaq vaxtından,ailəmlə birlikdə Rusiyaya köçüb getmişdim.Bir neçə il orada yaşamışam,uşaqlığımın çox hissəsi Orenburq vilayətində keçib.Azərbaycan dilini az-çox bilməyimin səbəbi, anamın daima bizimlə azərbaycanca,atamın isə rusca danışması idi.O üzdən də, loru/şifahi dildə ünsiyyət qurmağı bacarırdım (yazı və qrammatikadan xəbərim belə yox idi). Uzun sözün qısası - bunlar hamısı BƏHANƏDİR. Çünki bu tip insanlar özlərinə əziyyət verib,doğma dillərini öyrənmək istəmirlər.Axı bunun "prestiji" yoxdur.Kimə lazımdır azərbaycan dili,onunla kimin yanında qürrələnmək olar...Day fikirləşmir ki, bədbəxtin balası,birinci növbədə onun özünə lazımdır.Kökünü itirirsən..Bunun axırı isə çox pis qurtarır.Təsəvvürünüzə gətirin ki, mən Azərbaycana gələndə nə ilə və kimlərlə üzləşdim:dilini ala-yarımçıq bilən bir toplumla.Kənardan bunun necə görsəndiyini yalnız bitərəf və obyektiv şəkildə baxan insan deyə bilər.Və mən bunu gördüm...Təbii ki, zaman keçdi və bütün bunlara hürküdücü dərəcədə alışmağa başladım.Hətta deyərdim, cəmiyyətin tənəzzül yönümlü elementləri mənə də az ziyan vurmadı. Amma mənə, orta məktəbdə "Azərbaycan dili" fənnini normal şəkildə öyrənməyim belə yetdi.Necə yəni, həmin rus dillilər fransız dilinə, ispan dilinə vaxt ayırıb öyrənirlər, öz doğma dillərində olan boşluqları isə aradan qaldırmağa cəhd belə etmirlər.Bir şey olan kimi də,tez "mən rus sektorunda təhsil almışam" şablon cümləsini araya salırlar.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

16 часов назад, NOIR сказал:

burada, forumda öyrənib-bilmişəm ki, rusdillilər ana dilini kasıb, məhdud, primitiv hesab edirlər və bu səbəbdən işlətmirlər. 

Ən maraqlısı da budur ki, həmin insanların böyük əksəriyyəti məndən qat-qat savadlı və intellektlidirlər(Əslində mən özümü çox savadsız hesab edirəm).Bəyəm,mənim qədər ola bilmədilər.İndinin özündə belə,mən həm azərbaycan dili, həm rus dili biliklərimi təkmilləşdirməyə çalışıram.Təəssüf ki, dəhşət tənbələm və bu həmişə mənim bədbəxtçiliklərimdən biri olub.

  • Like 1
Link to comment
Share on other sites

7 часов назад, MilliM сказал:

 Düşünürəm ki,əgər bir dildə özünü ifadə etməkdə çətinlik çəkirsənsə alternativ axtarmaq,tapdığın alternativi istifadə etmək qınaq səbəbi olmalı deyil.

 Bəzi gənclər "oğru" dünyasına elə çox şürah salır ki,ətrafında mövcud olan dünyanı tünd rənglərə çevirir.Sözün əsl mənasında nə elədiyini bilməyən,öz xəyal dünyasını var olmayanının üzərində ifrat dərəcədə inkşaf etmiş dilimizə də,mentalitetimizədə uyğun olmayan hərəkətlər,sözlərlə ifadə edirlər.

 İnternetdə mövcud onlayn forum,oyun və s. kimi yerlərdə özlərini ancaq söyüş və vulqar sözlərlə tanıdan soysuzlardan dolayı,başqa millətə mənsub olduğunu ifadə edən insanları çox görmüşəm.

Oğru dünyasına meyillənməkləri də elə savadsızlıqdan,qısıdlı dünya görüşündən və dayazlıqdan irəli gəlir.Əslində onlar bir şəxsiyyət kimi formalaşmamış mənəvi əlillərdir.Eləsinə hansı dillə sözü başa salırsan, təhqir və ya təhdid kimi qəbul edir, aqressiya ilə cavab verir.Babuindir axı..

 

Qaldı ki özünün "başqa millətə mənsub olduğunu ifadə edən insanlara", onlar həmin babuinlərdən çox da uzağa getməyən və siyasəti olmayanlardır.Əksinə,sən özünü azərbaycanlı olaraq təqdim etməlisən. Qoy görsünlər ki, bu millətin içində ağlı başında insanlar da var.Niyə bizi hər yerdə qorxaqlar,vicdansızlar,tamahkarlar,alçaqlar,mədəniyyətsizlər,vecsizlər təmsil etməlidir?Yaxşı sualdır, elə deyilmi?Nə vaxta qədər kölgədə qalacaqlar və "antireklama" göz yumacaqlar...

Link to comment
Share on other sites

В 29.01.2019 в 16:45, Deymon Salvatore сказал:

Ən maraqlısı da budur ki, həmin insanların böyük əksəriyyəti məndən qat-qat savadlı və intellektlidirlər(Əslində mən özümü çox savadsız hesab edirəm).Bəyəm,mənim qədər ola bilmədilər.İndinin özündə belə,mən həm azərbaycan dili, həm rus dili biliklərimi təkmilləşdirməyə çalışıram.Təəssüf ki, dəhşət tənbələm və bu həmişə mənim bədbəxtçiliklərimdən biri olub.

 

razıyam. 

bilirsizmi, azəri bölməsində rus dili, rus bölməsində isə azərbaycan dili səviyyəli tədris olunsaydı əgər, müzakirə etdiyimiz qondarma problem mövcud olmazdı. 

mənim rus dili müəlliməm bizlərə tədris zamanı rus dilinə rəğbət aşılayıb. bu səbəbdən həmin dilin daşıyıcılarına qarşı heç bir gizli iradım, yaxud nəsə bir daxili naqislik, natamamlıq hissim yoxdur. bizim ailədə, hətta nəsildə bircə məndən başqa hər kəs rusdillidir. mən "gözmuncuğam" )) yalnız mən ana dilimdə təhsil almışam. lakin bununla əlaqədar komplekslərdən azadam )

əgər rus bölməsinin müəllimləri də azərbaycan dilini şagirdlərə rəğbət, məhəbbət, həvəslə  tədris etsəydilər, bu fənnə maraq oyada bilsəydilər, indi rusdilliərdə "çuşkalarla ünsiyyət" kompleksi olmazdı.

rusdillilərəmiz dərin komplekslidir əslində )

:rolleyes:

Edited by NOIR
Link to comment
Share on other sites

18 часов назад, Error_sp0113 сказал:

Dusunurem ki, eger insan dogurdanda Vetenin sevirse, o rus dilini mukemmel bilib oz dogma dilini unutmamalidir ....

sizə elə gəlmir ki, unutmamaq azdır...

kimə lazımdır "Vətənini sevən vətənpərvərin" öz xatirəsində bəslədiyi dilin qalıqları yaxud sükutu ?  

dilin yayılması və inkişafı üçün çalışmırsa əgər, ana dilini işlətmirsə, unudub ya unutmamağın daha nə mənası, həə ? )

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

3 часа назад, NOIR сказал:

sizə elə gəlmir ki, unutmamaq azdır...

kimə lazımdır "Vətənini sevən vətənpərvərin" öz xatirəsində bəslədiyi dilin qalıqları yaxud sükutu ?  

dilin yayılması və inkişafı üçün çalışmırsa əgər, ana dilini işlətmirsə, unudub ya unutmamağın daha nə mənası, həə ? )

Nuar xanim dilin unudmamasi ele onun teztez isletmesi demekdirde))))

Link to comment
Share on other sites

Problem ondadır ki, bir millət olaraq özümüzü sevmirik , hörmət etmirik. Əvvəllər rus dili idi dəb olan, indi də türk kanalları və serialları zəif beyinlərə öz təsirini göstərir. Son zamanlar daha çox türk sözləri işlədən insanlarla rastlaşıram. Siz özünüz də yazdığınız mətndə öz dilimiz olan kəlmələrin bəzilərini türk dilindəki analoqları ilə əvəz etmisiz. Bu gün sabah da ingiliscə danışanlar çoxalacaq. Bizim millət ta bineyi-qədimdən kimi gördü onun dilində danışmağa can atır. Nə ruslarda nə də türklərdə belə şey görmədim. İllərdi ölkəmizdə yaşayan hər iki millətin nümayəndələrindən tanıyıram agızlarından bir kəlmə bizim dildə söz çıxmayıb, çünki bizimkilər rus, türk görən kimi ağzını əyə-əyə gərək onun dilində danışır. Dil bilmək gözəl şeydir,  heç də çox dil bilməyin əleyhinə deyiləm. Amma rus bölməsini qurtarmışam mənə belə rahatdır deyib ana dilini bilməməkdə problem görməyən insanlara sadəcə yazığım gəlir. Ya da kı indiki 18-25 yaşlı gənclər aşkım, empati kimi sözlər işlədəndə ətim tökülür. Anlamırlar ki, zaman keçdikcə öz dilimzə olan sözləri unudacağıq. Necəki dayanacaqda saxla deyəndə bəzi şöferlər mal kimi gözünü döyüb baxır adamın üzünə...

  • Upvote 1
Link to comment
Share on other sites

Mövzuda ən maraqlısı odur ki, onu Abraham Ginsburg açıb.)))

 

Əslində bur mövzunu qabartdıqca ona diqqət artır. Yəni bu forumda rus dili və rusdillilər barədə bu qədər mövzu açmalması özü də bu məsələnin daim aktual qalmasına xidmət edir.

Link to comment
Share on other sites

  • 4 weeks later...
On 28 בינואר 2019 at 11:57 PM, NOIR said:

burada, forumda öyrənib-bilmişəm ki, rusdillilər ana dilini kasıb, məhdud, primitiv hesab edirlər və bu səbəbdən işlətmirlər. 

Bele düşünenler - ele özleri çox bedbext ve manqurtlaşmış, menevi yoxsul bir uğursuzlardır. Rehmetlik Siyavuş demişken: "Belelerine ne ad veresen?!".

Link to comment
Share on other sites

18 часов назад, Shimon Vekselberg. сказал:

Bele düşünenler - ele özleri çox bedbext ve manqurtlaşmış, menevi yoxsul bir uğursuzlardır. Rehmetlik Siyavuş demişken: "Belelerine ne ad veresen?!".

zaman hər şeyi öz yoluna qoyacaq )

ana dilinin inkişafı dövlət səviyyəsində təmin olunur. bildiyiniz kimi, bütün dövlət, hökumət strukturlarında sənədləşmə ana dilindədir. ordu, milli məclis, informasiya kanalları, məhkəmə və icraat sistemi, hüquq mühafizə, hətta beynəlxalq yazışmalarda da ana dilimizdən istifadə olunur. 

qalır bircə forumdaxili kiçik qeyri-formal qrup... 

 

Link to comment
Share on other sites

1 hour ago, NOIR said:

zaman hər şeyi öz yoluna qoyacaq )

ana dilinin inkişafı dövlət səviyyəsində təmin olunur. bildiyiniz kimi, bütün dövlət, hökumət strukturlarında sənədləşmə ana dilindədir. ordu, milli məclis, informasiya kanalları, məhkəmə və icraat sistemi, hüquq mühafizə, hətta beynəlxalq yazışmalarda da ana dilimizdən istifadə olunur. 

qalır bircə forumdaxili kiçik qeyri-formal qrup... 

 

Bununla tam olaraq razıyam! Ancaq neden dövlet qurumlarının saytları rus dilli versiyalarıda mövcüddur? Bunu anlaya bilmirem. 

Link to comment
Share on other sites

  • 2 years later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • Our picks

    • Что Мы Читаем. 6
        • Like
      • 98 replies
    • Всем привИТ! 
       
      Пора начинать новый сезон.
       Вопрос:
       
      С недавних пор некотрые VIP клиенты одного автосалона   стали  получать  небольшой подарок с надписью на коробочке Станешь ли ты меня водить? Или Будешь ли ты меня водить?
      Назовите точно то, что лежит в коробке.
        • Haha
        • Thanks
        • Like
      • 228 replies
    • Доброго вечера уважаемые  форумчане.

      Голосование в конкурсе "3 Овоща и Ко" открыто! За последние конкурсы еще не было столько (30!) конкурсных работ. Это значит, выбирать будет ох, как трудно ) Удачи всем участникам! У каждого из вас достойные победы работы. 
      Голосование продлится до 17 сентября включительно. 18 сентября объявляются победители. 
       
        На этой теме можно выбирать и обсуждать )
       
       Конкурсные работы можно посмотреть тут :
       
       
        • Upvote
        • Like
      • 936 replies
    • Конкурсные работы "3 Овоща и Ко".
      Здравствуйте. Тут я буду выкладывать только конкурсные работы. Всем участникам желаю удачи! 
       
       
      Обсуждения по ссылке. 
       
        • Upvote
        • Like
      • 30 replies
    • Конкурс "3 Овоща И Ко"
      Добрый день, уважаемые форумчане!
       Давно у нас не было конкурсов. Прощаясь с летом, хотелось бы напоследок провести очередной вкусный конкурс, на этот раз под названием "3 Овоща и ко".) Вы готовы?)) 
      Обязательным условием конкурса будет присутствие в блюде 3-х основных овощей: баклажана, помидора и перца
       
      Почему "и Ко"?) Потому что также участникам можно будет использовать еще 2 овоща по желанию. Например, картофель и лук. Но не более 😏
      Зелень по вкусу.
      Принимать участие могут все желающие . По постам нет никаких ограничений.
       
      Условия конкурса :
       
      1. Фотографии участники выкладывают сами самостоятельно(ссылка на тему будет приложена) .
      2.Обязательная надпись от руки "Disput.az"
      3.Можно просить голосовать за свою работу
      4.Рецепт с указанием всех овощей(в посте вместе с фотографиями блюда) .
      5. Принимается не больше 4 фотографий(за одну работу) . 
      6. Один участник может выставить неограниченное количество работ. 
       
      Начала конкурса с 27 по 6 сентября (включительно) . Голосование будет открыто с 7 по 17 сентября(включительно) . Победителей объявим  18 сентября.
       

       
      Призы:
      1 место- 300 AZN наличными
      2 место -200 AZN наличными
      3 место- купон на 100 azn от клиники Парамед
      Спец приз от администрации - купон на 100 azn  от клиники Парамед
      Спонсор конкурса клиника Paramed https://www.paramed.az/
       
        • Upvote
        • Like
      • 519 replies
    • Частенько приходилось видеть девушек с большими мясными родинками, бородавками или папилломами на лице.
      Интересно, что многие у кого они есть, спокойно живут с ними, хотя известно, что папилломки приводят к ослаблению иммунитета и в дальнейшем могут привести к онкологии.
       
      Вопрос: Почему да? Неужели кому то приятно ходить с такой шишкой на лбу, на веке, на губе или другом месте? Хотя современная медицина быстро и безболезненно может их удалить...
       

       

       

       
      Я уже не говорю, как неприятно целоваться с такой мадам, непонятно то ли губы целуешь, то ли папиллому ))
        • Facepalm
        • Downvote
        • Upvote
        • Confused
        • Haha
      • 120 replies
    • Анализ показателей абитуриентов на вступительных экзаменах в вузы обещает снижение проходных баллов по некоторым специальностям.
      БАКУ, 18 авг — Sputnik. Второй год подряд прогнозируется сохранение низких вступительных баллов при приеме в высшие учебные заведения Азербайджана. Анализ результатов вступительных экзаменов 2020 года показывает, что эта планка будет находиться в районе 300-350 баллов. Однако при наборе студентов на престижные факультеты планка не опустится ниже 550 баллов по всем группам специальностей.
      godu.html
        • Upvote
        • Haha
      • 189 replies
    • Post in Deputat Aqil Abbas: “Toyları kim edirsə, Allah onlara insaf versin.
      İnsanlar düşünür ki, yenidən karantin qaydaları sərtləşdiriləcək, toy etmək, yeyib- içmək məhdudlaşdırılacaq. Məhərrəmlik ayı olsa da, insanlar toylar keçirir, yeni ailələr qururlar.
       
      İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay deyib ki, Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq.
      https://www.facebook.com/243326602360009/posts/6794035510622386/
        • Milli
        • Facepalm
        • Haha
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.



×
×
  • Create New...