Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Həyat sevgisi


Jessa

Recommended Posts

Hər bir insanın həyatında uğurlar və uğursuzluqlar olur.  Bəzən uğursuzluqlar insanı sındırır,  ümidsiz edir,  özünə inamı yox dərəcəsinə endirir.  İnamın digər adı həyat sevgisidir.  Həyat sevgisi yaşamaq və yaratmaq sevdasıdır, qarşına  məqsədlər qoyaraq nailiyyətlər əldə etmək üçün əsas mühərrikdir. 

Həyat eşqinizi necə qoruyursuz?  Həyat sevgisini artıran və azaldan amillər hansılardır? Məncə ilk amil insanın yaşıdır.  Gənc ikən insanın ümidi və inamı güclü olur,  vaxt keçdikcə isə azalır.  Xüsusilə həyatın hər sahəsində yaşa görə diskriminasiya olan Azərbaycan kimi ölkədə.  

Deyilənə görə əgər ətrafımızda həyat sevgisini məhv edən insanlar varsa onlardan mütləq aralanmalıyıq.  Bəs əgər həmin insanlar valideynlərimiz,  həyat yoldaşımız və ya digər yaxınlarımız olarsa? 

 

 

Edited by Jessa
  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Düşünürəm ki, hər bir insanın həyatında mənfi təsirini göstərən insanlar olub.

Həyata sevgimizi, enerjimizi hətta dodağımızın gülüşünü yox edə bilən insanlar ətrafımızda var.

Amma bəzən nə qədər çətinliyə düşürsən düş həyat sevgisi insana hər çətinliyin öhdəsindən gəlməyə güc verir. Heç bir şey asanlıqla olmur həyatda.

Həyat imtahanlarla, hər cürə insanla hər gün bizi sınayır.Bizi dostlarımızla, doğmalarımızla,əzizlərimizlə belə sınağa çəkir.

Bununla baş etmək üçün, ümüd 2-ci plana,ilk olaraq cəsarət tələb edir uğurlu həyat yaşamaq istəyi.

İnsanın cəsarəti onun qələbəsidir.

Lazımsız ( bizə acı verən,bədbəxt edən,ümüdlərimizi heç edən) insanlardan ayrı yaşamaq, uzaq durmağı öyrənməliyik.Hətta sizin söylədiyiniz kimi əgər valideynlər, həyat yoldaşı və digər yaxınlarınız olsa belə.

Bizim güvəndiyiimiz dağlara qar yağsa belə, çarəsiz qalıb, həyata küsməyi tərkizməliyik.

Bizi sevənlərlə, bizə ümüd, cəsarət verə bilən insanlarla addımlayaq.

İnsanın həyatı fəsillərə bənzər.

Bəzən soyuq, bəzən xoş olur.

Bizə aid olan həyatımızı başqalarını məmnun etmək üçün xərcləməyək.

Ən çox həyat sevgimizi azaldan amillərdən biri vampir insanın həyatımızda olmağıdı.

Mən vampir insan deyirəm bizi tükədən, yox edən, incidən insanlara)

Hər kəs bu həyatda ürəyinin çörəyini yeyir. Hər birimizə təmiz qəlbli,gözəl təbiəti, ruhu olan insanların ətrafımızda olmağını arzu edirəm.

Casarətimiz bizi xöşbəxtliyə aparsın.

 

 

 

  • Like 4
  • Upvote 1
Link to comment
Share on other sites

10 часов назад, Jessa сказал:

 

Deyilənə görə əgər ətrafımızda həyat sevgisini məhv edən insanlar varsa onlardan mütləq aralanmalıyıq.  Bəs əgər həmin insanlar valideynlərimiz,  həyat yoldaşımız və ya digər yaxınlarımız olarsa? 

 

 

Birmənalı cavab vermək çətindir...

Həyat sevgisini məhv eləmək üçün çox qəddar biri olmaq lazımdır. Çünki bunu bacarmaq insanı çökdürmək deməkdir.

Ümumiyyətlə nədir bu həyat eşqi ?  Həyat eşqi məsələn sizin üçün inam anlamındadırsa, şəxsən mənim üçün məhəbbət mənasındadır. İçimdəki həmin eşqi məndən heç kim ala bilməz. Özüm özümü məhrum edə bilərəm bəlkə də... Allah göstərməsin, sevdiyimi ölüm alarsa əgər, qırılaram, sınaram, amma düşünürəm, yəqin ki diz üstündən qalxa bilərəm. 

 

 

Edited by NOIR
  • Like 1
Link to comment
Share on other sites

10 часов назад, Jessa сказал:

Həyat eşqinizi necə qoruyursuz?  Həyat sevgisini artıran və azaldan amillər hansılardır? Məncə ilk amil insanın yaşıdır.  Gənc ikən insanın ümidi və inamı güclü olur,  vaxt keçdikcə isə azalır.  Xüsusilə həyatın hər sahəsində yaşa görə diskriminasiya olan Azərbaycan kimi ölkədə. 

Siz öz rəyinizi də yazın bu barədə, olarmı ? :smile:

Bilmək maraqlı olardı ) 

  • Like 1
Link to comment
Share on other sites

2 часа назад, Bamiya сказал:

Lazımsız ( bizə acı verən,bədbəxt edən,ümüdlərimizi heç edən) insanlardan ayrı yaşamaq, uzaq durmağı öyrənməliyik.Hətta sizin söylədiyiniz kimi əgər valideynlər, həyat yoldaşı və digər yaxınlarınız olsa belə.

Bəs əgər övladdırsa ...? Valideyn məsuliyyətini nə ilə əvəzləmək olardı bu halda ? 

2 часа назад, Bamiya сказал:

Bizə aid olan həyatımızı başqalarını məmnun etmək üçün xərcləməyək.

Buradan bir qədər ətraflı, mümkünsə )

Link to comment
Share on other sites

49 минут назад, NOIR сказал:

Birmənalı cavab vermək çətindir...

Həyat sevgisini məhv eləmək üçün çox qəddar biri olmaq lazımdır. Çünki bunu bacarmaq insanı çökdürmək deməkdir.

Ümumiyyətlə nədir bu həyat eşqi ?  Həyat eşqi məsələn sizin üçün inam anlamındadırsa, şəxsən mənim üçün məhəbbət mənasındadır. İçimdəki həmin eşqi məndən heç kim ala bilməz. Özüm özümü məhrum edə bilərəm bəlkə də... Allah göstərməsin, sevdiyimi ölüm alarsa əgər, qırılaram, sınaram, amma düşünürəm, yəqin ki diz üstündən qalxa bilərəm. 

 

 

Mənimçün inam və ümid həyata olan məhəbbətin əsas mənbəyidir. İnsan  həyatdan müsbət emosiyalar alacağına inanmasa həyatı sevməz, həyat üçün mübarizə aparmaz.  Həyat sevgisi məqsədlərə çatmaq,  çətinliklərlə mübarizə aparmaq üçün insana iradə və güc verir.  İnsanın özünə və həyata inamı olmasa sevgisi də olmaz.  Sevgisiz isə zəif və aciz olar,  düşdüyü sıxıntılarda özünü çıxılmaz hiss edər, daimi stressdə yaşayar.  

Həyat sevgisini məhv edən insanlar insanın inamını qıranlar, ümidini yox edənlərdir,  bədbin fikirləri ilə insanı həvəsdən salanlardırlar. 

 

Link to comment
Share on other sites

1 час назад, NOIR сказал:

Siz öz rəyinizi də yazın bu barədə, olarmı ? :smile:

Bilmək maraqlı olardı ) 

Heç nəyə və heç kimə baxmayaraq inanmaq və ümid etmək.  İnamı hətta düşüncədən,  faktlardan üstün tutmaq. Bu da əslində riskdir.  Buna getmək üçün də cəsarət lazımdır.  Cəsarət haqqında Bamiya qeyd etmişdi.  

Edited by Jessa
Link to comment
Share on other sites

Buradan bir qədər ətraflı, mümkünsə )
Dünyada nə çox məsuliyyətli valideyn varsa, bir o qədər də məsuliyyətsiz övlad.
Nə çox valideyn sevgisini, əməyini yerə vuran övlad var. Övladdan yarımayanlar nə etsinlər?! Heç suala cavab verə bilməyəcəm(

Başqaları dedikdə, yəni qonşu, qohum və s

Bizim millətin "gözəl" bir xüsusiyyəti var-Qohum-əqrəbə nə deyər, nə düşünər)
  • Like 2
Link to comment
Share on other sites

İnsanın en yaxın dostu özüdür.

Şexsen men özümü heyatın bütün çetinliklerine hazırlayıram.Bir çox çetinliyi de yaşamışam,lakin qırılmamışam.

Ne qeder ki,varam,sağlamam heç bir çetinlik meni meğlub ede bilmez.

Bezen çox çetin zamanda bir insan tapmıram ki,söhbet edim.Bezen özüm bilerekden susuram.

Son zamanlarda sesimin eşidildiyinden şübhe edirem.

Bu şübhe meni sessizleşdirir.

Lakin,men yene de özümü ele alıram.

 

Bir şeyi deqiq bilirem,men zeyif ola bilmerem.Çünki menim gücüm başqa bir heyata güc,inam,sevgi,ümid,rahatlıq verir.

O heyat ise mene mesum bir sevgi..heyat sevgisi.

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

В 14.02.2019 в 02:39, Jessa сказал:

Mənimçün inam və ümid həyata olan məhəbbətin əsas mənbəyidir. İnsan  həyatdan müsbət emosiyalar alacağına inanmasa həyatı sevməz, həyat üçün mübarizə aparmaz.  Həyat sevgisi məqsədlərə çatmaq,  çətinliklərlə mübarizə aparmaq üçün insana iradə və güc verir.  İnsanın özünə və həyata inamı olmasa sevgisi də olmaz.  Sevgisiz isə zəif və aciz olar,  düşdüyü sıxıntılarda özünü çıxılmaz hiss edər, daimi stressdə yaşayar.  

Həyat sevgisini məhv edən insanlar insanın inamını qıranlar, ümidini yox edənlərdir,  bədbin fikirləri ilə insanı həvəsdən salanlardırlar. 

 

forumda çox nadır hallarda qarşılaşdığım məntiqi ardıcıllığı oxudum, oxudum... və bir anlıq düşündüm, xatırlamağa çalışdım ki, mənim Jessa adlı klonum var idi görəsən ? :biggrin: zarafat edirəm, Jessa ) xoş gəlmisiz Azəri bölməsinə. 

 

razıyam. təsdiq edirəm. bəyəndim )

 

P.S. (həə, mən artıq bölməni rahat tərk edə bilərəm))

Edited by NOIR
  • Haha 1
Link to comment
Share on other sites

32 минуты назад, NOIR сказал:

forumda çox nadır hallarda qarşılaşdığım məntiqi ardıcıllığı oxudum, oxudum... və bir anlıq düşündüm, xatırlamağa çalışdım ki, mənim Jessa adlı klonum var idi görəsən ? :biggrin: zarafat edirəm, Jessa ) xoş gəlmisiz Azəri bölməsinə. 

 

razıyam. təsdiq edirəm. bəyəndim )

 

P.S. (həə, mən artıq bölməni rahat tərk edə bilərəm))

 

Xoş sözlərə və mövzuya göstərdiyiniz marağa görə təşəkkür ) Siz mənim inamımı artırdız,  yəni ki həyat sevgimi ) 

Əslində bu mövzu məni uzun müddət narahat edən və düşündürən mövzu olub.  Son illər həyata olan münasibətimin dəyişməsindən narazı olmuşam və dəyişikliklərin səbəbini axtarmışam.  Həyat sevgisinin azalmasının nəticə olduğu qənaətinə gələrək,  səbəbləri axtarmışam.  Səbəbləri tapdıqdan sonra onların üzərində işləməyə çalışıram.  

Hər kəsə də arzu edirəm ki,  heç vaxt inamsız,  ümidsiz olmasınlar.  

 

 

 

Edited by Jessa
  • Upvote 1
Link to comment
Share on other sites

  • 4 weeks later...

Maraqlı temadı.Məndə bu temada bir başqa cür yanaşma edim.

Demək şüurluluq səviyyən artıb həyatı tam dərk edirsən.Dolğun həyat eşqinə sahib olmaq üçün sağlam cəmiyyətdə yaşamalısan ki, özünüdə xoşbəxt hiss edəsən.Əgər cəmiyyət sağlam deyilsə xoşbəxt həyat uğrunda qarşına qoyduğun məqsədlərə çata bilmək üçün mövcud maneələri aşa bilməyəcəksən.Inkişaf edə bilmək üçün xəstə cəmiyyətin oyunlarından istifadə etsən bu o deməkdir ki, artıq sənin mənəviyyatın 50 faiz çirklənib.Özlərini tamamilə qəflətə düşməyə qoymayanlar yerdə qalan mənəviyyatın  50 faizini bir təhər qorumağa çalışır ki, insanlıq tam ölməsin. Belə insanlar özlərini xoşbəxt hiss edən anlarda  qəlblərinin dərinliyində anlıyırlarki bu əsl xoşbəxtlik deyil,  sünilik var bu xoşbəxtlikdə.Buda onların həyat eşqini sarsıdır.

 

  • Like 1
  • Thanks 1
  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 639 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Haha
        • Like
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...