Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Yaxın və orta şərq xəbərləri


Ahliman

Recommended Posts

Sabah Buşəhr Atom Elektrik Stansiyasının (AES) ikinci bölməsinin özülü - betontökmə işi həyata keçiriləcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu bu gün axşam Buşəhrdə jurnalistlərə açıqlamasında İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib.

Əli Əkbər Salehi: Sabah Buşəhr AES-in ikinci bölməsinin özülü töküləcək
O bildirib ki, betontökmə mərasimində atom Təşkiltaımın rəsmiləri və Rusiyalı Podratçı şirkətin nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Buşəhr AES-in ikinci bölməsinin qazma işləri 3 il öncə başlayıb. Ərazidən 2.5 milyon kubmetr torpaq çıxarılıb. Betonlamaq üçün qurğuya 2500 ton armatur istifadə olunub.

Link to comment
Share on other sites

İran nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 4-cü addımı atıb

İran nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 4-cü addımı atıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələrinin iştirakı ilə Fordo nüvə zavoduna 2 min kq UF6 qazı gətirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.

O qeyd edib ki, İran bu gündən nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 4-cü addımı ataraq Nətənz atom elektrik stansiyasından 2 min kq UF6 qazını Fordo nüvə zavoduna köçürüb. 

Xatırladaq ki, ötən gün H. Ruhani İranın nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 4-cü addımı atacağını bəyan edib.

Link to comment
Share on other sites

Suriya ordusu ölkənin şimal-şərqindəki neft yatağına nəzarəti ələ alıb
 

Suriya ordusu bir neçə il ərzində ilk dəfə respublikanın şimal-şərqindəki Rumeylan şəhərinin yaxınlığında yerləşən neft yatağını tutub.

 APA “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə yerli radioda məlumat yayımlanıb. 

Lakin əvvəllər bu sahəyə hansı qüvvələrin nəzarət etməsi barədə açıqlama verilməyib.

Suriya ordusu ölkənin şimal-şərqindəki neft yatağına nəzarəti ələ alıb
Qeyd edək ki, ötən günlərdə Pentaqon rəhbəri Mark Esper ABŞ-ın Suriyadakı neft yataqlarını qoruyacağını və onları ələ keçirməyə cəhd edən qüvvələrə güclə cavab verəcəklərini bildirmişdi. Onun sözlərinə görə, ABŞ əsgərləri nə Rusiya, nə də Suriya hərbçilərini neft yataqları olan bu əraziyə buraxmaq niyyətində deyil.

Bu arada Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Suriyanın şimal-şərqindəki neft yataqları olan ərazilərin Suriya hökuməti tərəfindən nəzarət altına alınmasının vacibliyini deyib. 

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov isə ABŞ hökumət qurumlarının hər ay Suriyadakı neft istehsalından 30 milyon dollardan çox pul qazandığını bildirib. 

Link to comment
Share on other sites

Türkiyədə məhkəmə “FETÖ işi” ilə bağlı 8 nəfərin barəsində ömürlük azadlıqdan məhrum etmə qərarı çıxarıb.  

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, onlar konstitusiya quruluşunu zorla dəyişdirməyə cəhddə təqsirli biliniblər. 

Qeyd edək ki, 2016-cı il iyulun 15-də Türkiyədə FETÖ terror təşkilatı hərbi çevrilişə cəhd edib. Nəticədə yüzlərlə insan ölüb və ya yaralanıb. Bu iş üzrə minlərlə şəxs həbs olunub. FETÖ terror təşkilatına üzvlərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər indiyədək davam edir. Türkiyədə "FETÖ işi" ilə bağlı 8 nəfər ömürlük azadlıqdan məhrum edilib

Link to comment
Share on other sites

Fransa Prezidenti Emmanuel Makron və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin Kommunikasiya və Media Mərkəzi məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında qarşılıqlı əlaqələri, o cümlədən regional və beynəlxalq məsələləri müzakirə ediblər. Makron və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi arasında telefon danışığı olub

Link to comment
Share on other sites

“Saudi Aramco” ilk dəfə səhmlərinin bir hissəsini satacağını açıqlayıb

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” bu gün ilk dəfə səhmlərinin bir hissəsini birjada yerləşdirəcəyini açıqlayıb.

APA-nın xəbərinə görə, “France-Presse” agentliyi “Saudi Aramco”nun səhmlərinin 5 faizini satacağı barədə məlumat yayıb.

Səhm satışının dekabrın ortalarında başlayacağı gözlənilir. Öncə “Saudi Aramco”nun səhmlərinin 2 faizini ölkə daxilində –“Tadawul Saudi” birjasında satışa çıxaracağı proqnozlaşdırılır. Növbəti ildə səhmlərin 3 faizi xarici birjada satılacaq. Həmin xarici birja hələlik müəyyənləşdirilməyib.  Ümumilikdə hazırda birja dəyəri 1,7 trilyon dollar proqnozlaşdırılan "Saudi Aramco”nun 5 faiz səhm satışından 100 milyard dollar əldə edəcəyi gözlənilir.

Link to comment
Share on other sites

İran yeni hərbi maşınını təqdim etdi - Foto Eastnews.org-un verdiyi xəbərə görə, İranın hərbi sənaye kompleksi istehsal etdiyi yeni hərbi yük avtomobilini təqdim edib.   Məlumata əsasən, bu gün İran ordusunun baş qərargah rəisi general, Məhəmməd Baqerinin iştirakı ilə “Kiyan 700” tipli tank daşıyan maşın piyada qoşunlarının istifadəsinə verilib.   Təqdimat mərasimində qeyd olunub ki, yeni maşın tam olaraq İran istehsalıdır. Bu maşın 17 min 700 kiloqram yükgötürmə qabiliyyətinə malikdir və biri 60 ton olmaqla iki tankı uzaq məsafəyə daşıya bilər. Mənbə: https://eastnews.org/news/41584

1573329218.jpg

Link to comment
Share on other sites

1573327367.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, Yunanıstanın paytaxtı Afinada irimiqyaslı antiterror əməliyyatı keçirilib.   Bu barədə RİA "Novosti" xəbər verib.   Qeyd edilir ki, əməliyyat zamanı 3 nəfər həbs edilib. Onlardan 2-i terror cinayətlərində ittiham olunur. Həbs edilənlərdən 3-cüsü qadındır, o, qanunsuz silah saxlamaqda təqsirli bilinir.   Əməliyyat zamanı habelə daha 15 nəfər saxlanılıb.   Polis axtarışlar zamanı 5 "Kalaşnikov" avtomatı, bir tapança-pulemyot, iki tapança, detonatorlar, CS gözyaşardıcı qazlı qumbaralar və s. sursat aşkarlayaraq müsadirə edib.   Yunanıstanın baş naziri Kiriakos Misotakis polisi müvəffəqiyyətli əməliyyat münasibətilə təbrik edib. Mənbə: https://eastnews.org/news/41582

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Sabah Buşəhr Atom Elektrik Stansiyasının (AES) ikinci bölməsinin özülü - betontökmə işi həyata keçiriləcək.   Bunu bu gün axşam Buşəhrdə jurnalistlərə açıqlamasında İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib.   O bildirib ki, betontökmə mərasimində atom Təşkiltaımın rəsmiləri və Rusiyalı Podratçı şirkətin nümayəndələri iştirak edəcək.   Qeyd edək ki, Buşəhr AES-in ikinci bölməsinin qazma işləri 3 il öncə başlayıb. Ərazidən 2.5 milyon kubmetr torpaq çıxarılıb. Betonlamaq üçün qurğuya 2500 ton armatur istifadə olunub. Mənbə: https://eastnews.org/news/41581

 

1573326708.jpg

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Sabah Buşəhr Atom Elektrik Stansiyasının (AES) ikinci bölməsinin özülü - betontökmə işi həyata keçiriləcək.   Bunu bu gün axşam Buşəhrdə jurnalistlərə açıqlamasında İranın Atom Enerji Təşkilatının sədri Əli Əkbər Salehi deyib.   O bildirib ki, betontökmə mərasimində atom Təşkiltaımın rəsmiləri və Rusiyalı Podratçı şirkətin nümayəndələri iştirak edəcək.   Qeyd edək ki, Buşəhr AES-in ikinci bölməsinin qazma işləri 3 il öncə başlayıb. Ərazidən 2.5 milyon kubmetr torpaq çıxarılıb. Betonlamaq üçün qurğuya 2500 ton armatur istifadə olunub. Mənbə: https://eastnews.org/news/41581

1573198570.jpg

Link to comment
Share on other sites

1573123308.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Xarici İşlər nazirliyi Təl-Əvivlə İran mövzusunda ziddiyyətlər olduğunu açıqlayıb. İsrailə səfəri zamanı Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, İsrailin Xarici İşlər Naziri ilə görüşdüyünü açıqlayıb.   O, Moskva və Təl-Əvivin bütün məsələlərdə razılığa gəlmədiyini bildirib:   "Təl-Əvivdə müxtəlif mövzularda, o cümlədən silahlara nəzarət, İranla bağlı danışıqlar apardıq. Lakin razılığa gələ bilmədik. İran məsələsinə diqqət yetirməliyik. Hərçənd iki tərəf arasında tam razılıq yoxdur. Əslində onlarla razılaşsaydıq təəccüblü olardı". Mənbə: https://eastnews.org/news/41504

 

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov İŞİD lideri Əbu Bəkir əl-Bağdadinin ABŞ məhsulu olduğunu, Moskvanın hələ də Bağdadinin ölümünü təsdiqləyə bilmədiyini qeyd edib. Bağdadinin indiyə qədər bir neçə dəfə ABŞ tərəfindən öldürüldüyünün iddia edildiyini xatırladan Sergey Lavrov, hər bir halda terrorçuları yox etməyin müsbət bir hərəkət olduğunu deyib. Lavrov Bağdadinin ABŞ İraqa qeyri-qanuni bir şəkildə təcavüz etdikdən sonra həbsdən çıxarılaraq İŞİD lideri edildiyini bildirib. O, buna görə də Amerikanın əgər xəbər doğrudursa, indi öz kuklasını yox etmiş olduğunu vurğulayıb. Rus nazir həmçinin "Ağ Dəbilqəlilər" adlı ABŞ-ın dəstəklədiyi terror şəbəkəsinin Suriyada yeni bir kimyəvi hücum təxribatı mövzusunda xəbərdarlıq edib. Mənbə: https://eastnews.org/news/41372

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Venesuela hökuməti El Salvadorun Venesuela diplomatlarını qovmaq qərarına cavab olaraq onlara aid ölkədə olan bütün diplomatları çıxarıb. Venesuela Xarici İşlər nazirliyi, El Salvador hökumətinin qərarına cavab olaraq bəyanat yayıb.   Bəyanatda El Salvadorun diplomatlarına Venesuelanı tərk etmələri üçün 48 saat vaxt verilib. Mənbə: https://eastnews.org/news/41367

1572858126.jpg

Link to comment
Share on other sites

1572688580.jpg

Eastnews.org-un verdiyi xəbərə görə, Hindistan Baş Naziri Narendra Modi və Almaniya Kansleri Angela Merkel arasında görüş baş tutub. Görüş Hindistanın paytaxtı Yeni Delhi şəhərində reallaşıb. Hər iki dövlətin hökumət başçıları görüş zamanı İran İslam Respublikası ilə əldə olunan nüvə razılaşmasını da müzakirə ediblər. Qeyd olunur ki, Angela Merkel və Narendra Modi nüvə razılaşmasına tam dəstək olduqlarını vurğulayıblar. Mənbə: https://eastnews.org/news/41338

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejimi dünyadakı diplomatik nümayəndəlikləri noyabrın 1-də Maliyyə Nazirliyi ilə qarşıdurma səbəbindən tətil etdikdən sonra işlərini bərpa edib.   Bu barədə İsrail rejiminin Moskvadakı səfirliyindən məlumat verilib.   Xatırladaq ki, bir müddət öncə İsrail rejimi Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin işçiləri İsrailin xaricdəki diplomatik nümayəndəlikləri tətil etməyə başlayıb. Münaqişəyə səbəb, Maliyyə Nazirliyinin qəbzlərlə dəstəklənməyən diplomatların nümayəndəlik xərcləri vergisini geri qaytarmaq qərarı olub. Oktaybrın 31-də məlum oldu ki, rejimin dünyadakı səfirlikləri məhkəmə qərarından sonra noyabrın 1-də işə başlayacaqlar. Məhkəmə qərarına  əsasən, tərəflər, yəni Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin işçiləri birliyi 25 gün ərzində həll yolu tapmalıdır. Mənbə: https://eastnews.org/news/41308

1572601113.jpg

Link to comment
Share on other sites

1572590964.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampı tənqid edənlərdən biri olan amerikalı məşhur rejissor Oliver Ston İran və Rusiyanın Suriyaya dinclik və təhlükəsizliyin geri gəlməsində ifa etdikləri rolu yüksək qiymətləndirib. Ston açıqlamasında Rusiya lideri Putini də Qərbi Asiya regionunda sülh və sabitliyin təmin edilmə faktoru kimi xarakterizə edib Amerikalı məşhur rejissor regionda Rusiya və İranın İŞİD-in ola biləcək xilafətinin bütünlüklə qarşısını aldıqlarını da vurğulayıb. Mənbə: https://eastnews.org/news/41294

Link to comment
Share on other sites

1572590281.jpg

Eastnews.org-un verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) məlumat yayımlayaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin argentinalı diplomat Rafael Mariano Qrossini yeni sədr seçməsini müsbət qarşıladıqlarını açıqlayıb. Məlumatda Brüsselin yeni sədrlə əməkdaşlıq edərək, İran ilə imzalanan nüvə razılaşmasını olduğu kimi qorumağa çalışmaq istədikləri qeyd edilib. Verilən məlumatda Aİ-nin nüvə razılaşmasının ciddi himayəçisi olaraq yeni sədrdən bu istiqamətdə dəstək gözlədikləri və razılaşmanın qorunması üçün tam əməkdaşlıq etməsini istədikləri vurğulanıb. Mənbə: https://eastnews.org/news/41290

 

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, "Twitter" öz platforması əsasında bütün siyasi reklamların yerləşdirilməsinə qadağa haqqında qərar qəbul edib.   "Facebook"a siyasi bəyanatlara görə təzyiqdən sonra "Twitter"in banisi Cek Dorsi, bu geniş istifadə olunan tətbiqdə siyasi reklam qadağan edib.   Qeyd edək ki, məhdudiyyətlər 22 noyabrdan tətbiq ediləcək. Mənbə: https://eastnews.org/news/41266

1572518647.jpg

Link to comment
Share on other sites

Putin Yaxın Şərqdəki kilsələrin başçıları ilə görüşəcək  Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Prezidenti Vladimir Putinin Macarıstana səfəri zamanı Yaxın Şərq xristian kiləsələri başçıları ilə görüşməyi planlaşdırdığı bildirilir. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov məlumat verib. “Macarıstanın Baş Naziri Viktor Orban tərəfindən təşkil edilən çox maraqlı, Yaxın Şərqdəki xristian kilsələrinin rəhbərləri ilə görüş olacaq. Bilirsiniz ki, ümumilikdə Rusiya Yaxın Şərqdəki xristian kilsələrini qorumaq üçün çox iş görür, Suriyada çox şey etdi, ona görə də görüş maraqlı olacaq”, - deyə Dimtriy Peskov bildirib. Mənbə: https://eastnews.org/news/41229

1572432390.jpg

Link to comment
Share on other sites

1572262260.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail Baş Naziri Təl-Əvivdə hava bazasına səfəri zamanı İran və ya ərəb ölkələri ilə baş verə biləcək müharibədə qalib gələcəklərini iddia edib. Bu barədə "Samanews" saytı məlumat yayıb. Məlumata görə, Binyamin Netanyahu qərargah rəisi Avi Koçavi və hərbi hava qüvvələri komandiri Amixam Norkin ilə birlikdə "Belmahim" hərbi hava bazasını ziyarət edib. Binyamin Netanyahu çıxışı zamanı bildirib ki, İsrailə qarşı müharibə olarsa, İsrail İran və ya ərəb ölkələri üzərində qalib gələcək: "Bu aviabazanın silahları və digər inkişaf etmiş silahlar müharibədəki qələbəni təmin edir". Qeyd edək ki, "Belmahim" işğal altındakı Fələstinin Rişon Lesion yaxınlığındakı hərbi hava limanı və kosmik agentlikdir. Mənbə: https://eastnews.org/news/41126

Link to comment
Share on other sites

1572423315.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, noyabr ayında Çilidə keçiriləcək OPEC toplantısı çərçivəsində Çin və ABŞ arasında ticarət sazişi imzalanacağı bildirilib. Bu barədə "South China Morning Post" qəzeti məlumat yayıb.   Məlumata görə, müqaviləni ABŞ Prezidenti Donald Trump və Çin Xalq Respublikası Si Cinpin imzalayacaq.   Razılaşmaya görə, Çin ABŞ-dan 40-50 milyard dollar arasında kənd təsərrüfatı məhsulları alacaq və Vaşinqton Çinə tətbiq olunan tarifləri dayandıracaq. Mənbə: https://eastnews.org/news/41217

Link to comment
Share on other sites

1571139427.jpg

Rusiya və Səudiyyə Ərəbistanı arasında 20 razılaşma imzalandı Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya dövlət başçısı Vladimir Putin 12 ildən sonra Səudiyyə Ərəbistanına səfər reallaşdırıb. Bildirilir ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd ibn Salmanla görüş həyata keçirib. Vurğulanır ki, görüşlər zamanı iki ölkə arasındakı münasibətlər, qarşılıqlı əlaqələr və əməkdaşlıqlar müzakirə olunub. Qeyd olunur ki, səfər zamanı hər iki ölkə arasında 20 razılaşma imzalanıb. Mənbə: https://eastnews.org/news/40795

Link to comment
Share on other sites

1569233417.jpg

Eastnews.org-un verdiyi xəbərə görə, İsraildə keçirilən erkən seçkidən sonra kilid mövqedə olan partiyalardan Birgə Ərəb Siyahısı Bloku Netanyahunun ən böyük rəqibi Qantz rəhbərliyindəki ittifaqa dəstəyini açıqlayıb.   İsraildə 17 sentyabrda təkrarlanan erkən seçkidən sonra heç bir partiyanın hökuməti quracaq əksəriyyəti əldə edə bilməməsi səbəbindən "siyasi dalan" yaşanır. Ölkədə "Koalisiya hökumətinə kim baş nazirlik edəcək?" mübahisəsi davam edir.   İsrail vətəndaşı olan fələstinliləri təmsil edən 4 partiyadan ibarət Birgə Ərəb Siyahısı Bloku bazar günü (22 sentyabr) Mavi-Ağ İttifaqı lideri sabiq Baş Qərargah rəisi Benni Qantza yeni hökuməti qurması üçün dəstək verib.   Seçki nəticələrinə görə Birgə Ərəb Siyahısı 120 yerlik İsrail parlamenti Knessetdə 13 deputat yeri qazanaraq parlamentin ən böyük 3-cü qrupu olmuşdu.   Siyahının dəstəyi ilə Qantzın liderlik etdiyi mərkəz sol bloku dəstəkləyən deputat sayı 57-yə qalxıb. Sağ qanada liderlik edən Baş nazir Netanyahunu isə hazırda dəstəkləyən 55 deputat var.   Ərəb ittifaqının Qantza dəstək verməsinin ardınca nəzərlər keçmiş müdafiə naziri Aviqdor Libermanın 8 deputatının seçildiyi partiyasına çevrilib. Liberman hələ ki, Qantz və ya Netanyahuya dəstək açıqlaması verməyib. Mənbə: https://eastnews.org/news/40226

 

Link to comment
Share on other sites

1568967248.jpg

Eastnews.org-un verdiyi xəbərə görə, BMT-nin uşaq fondu UNICEF dünyadakı uşaq ölümlərilə bağlı hesabat hazırlayıb.   Hesabatda vurğulanır ki, dünyada hər 11 saniyə ərzində 1 uşaq ölür.   "Münaqişə zonalarında bu ölümlər daha çox müşahidə olunur. Uşaqlar valideyn nəvazişindən çox uzaqda qalırlar", - deyə hesabatda diqqətə çatdırılır.   Qeyd olunur ki, müharibələr bu ölümlərin başlıca amilidir. Mənbə: https://eastnews.org/news/40154

Link to comment
Share on other sites

London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hazırladığı araşdırmaya əsasən, Yaxın Şərq bölgəsində nüfuz uğrunda mübarizə aparan İran öz rəqibi Səudiyyə Ərəbistanına qarşı strateji çəkişməni qazanmaqdadır.

İranın bölgə rəqibləri, əsasən Britaniyadan alınan Qərb silahlarına milyardlarla dollar vəsait sərf ediblər.

İslam İnqilabı Keşikçiləri Korpusu

Lakin sanksiyalara məruz qalan İran bu xərclərin yalnız bir hissəsilə, regionda öz strateji üstünlük mövqeyini uğurla təsbit edə bilib.

İran geniş nüfuz sahibidir və Suriya, Livan, İraq və Yəmən məsələsinə gəlincə, hətta həlledici təsirə malikdir.

ardı var

Link to comment
Share on other sites

Əbu Bəkr əl-Bağdadinin bacısı Rasmiya Awad-ın əri (solda), Rasmiya Awad (mərkəzdə), Awadın gəlini (sağda)

 

Özünü İslam Dövləti adlandıran hərbi qruplaşmanın keçmiş lideri Əbu Bəkr əl-Bağdadinin bacısı Suriyanın şimalında saxlanıb, Türkiyə rəsmiləri deyir.

Yerli və beynəlxalq medianın istinad etdiyi rəsmilər 65 yaşlı Rasmiya Awad adlı qadının bazar ertəsi Azaz şəhəri yaxınlığındakı basqında tutulduğunu söyləyib.

Türkiyə rəsmiləri bu həbsin İŞİD haqqında vacib məlumat toplanmasına yardım edəcəyini bildirib, media yazır.


Bağdadi ötən ay ABŞ ordusunun Suriyanın şimal-qərbində keçirdiyi əməliyyat zamanı özünü öldürüb.

Onun ölümü ABŞ prezidenti Donald Trump-ın qələbəsi kimi qarşılansa da, tənqidçilər İŞİD-in Suriyada və başqa yerlərdə hələ də təhlükə kimi qaldığını iddia edirlər.

Bir Türkiyə rəsmisi Reuters xəbər agentliyinə deyib ki, Bağdadinin böyük bacısının həbsi "İŞİD-in daxili işlərinə" aydınlıq gətirə biləcək.

Bağdadinin bacısı haqqında az şey məlumdur. BBC hələ ki, həbs olunan qadının şəxsiyyətini müstəqil mənbələrlə təsdiq edə bilməyib.

ardı var

Link to comment
Share on other sites

syrya.jpg

Son günlərin əsas mövzusu Suriyanın şimalı, Türkiyənin həyata keçirdiyi “Barış pınarı” əməliyyatı və onun nəticələridir. Hazırda Suriyanın şimal-şərqində ölkə ərazisinin təxminən 30 faizə qədərinə “Suriya Demokratik Qüvvələri” (SDQ) adlı hərbi-siyasi koalisiya nəzarət edir.

 

Lakin 2015-ci ilin dekabrında yaradılmış SDQ bir mənada formal bir qurumdur. Real olaraq qeyd olunan ərazidə əsas güc kürdlərin PYD siyasi təşkilatı və onun hərbi qanadı olan YPG-nin və həmçinin, onun digər hərbi qruplarına məxsusdur. 

Suriya kürdləri bir hərbi-siyasi qrup olaraq dünyada 2014-cü ildə İŞİD-in Suriyanın şimalında fəallaşması və Kobani müharibəsi zamanı tanındılar. Beş ay ərzində Kobanidə İŞİD-lə savaşan kürdlər ABŞ-ın liderlik etdiyi İŞİD əleyhinə koalisiyanın da dəstəyi ilə qalib gəlməyi bacardılar.

Link to comment
Share on other sites

Tezliklə nəzarət etdikləri əraziləri Afrin rayonunda İraq sərhədinə, cənuba doğru isə Deyr əz-Zora qədər genişləndirən kürdlər faktiki olaraq hazırda Suriyada hökumətdən sonra ən çox əraziyə nəzarət edən hərbi-siyasi gücə çevrildilər.

2017-ci ildə isə İŞİD-in Suriyadakı “paytaxtı” Raqqanı ABŞ qüvvələrinin dəstəyilə ələ keçirən kürdlər artıq bütün dünyanın hesablaşdığı hərbi-siyasi gücə çevrilmişdilər. 2015-ci ildə Suriyanın şimalında kürdlər nəzarət edən bölgədə digər etnik qrupların, o cümlədən, qismən türkmən, ərəb, süryani və ermənilərin də iştirak etdiyi “Suriya Demokratik Qüvvələri” adlı koalisiyanı yaratmaqla faktiki olaraq muxtariyyətə doğru bir addım daha yaxınlaşdılar. 

Ancaq 2019-cu ilin 9 oktyabrında başlayan “Barış pınarı” əməliyyatı böyük mənada kürd muxtariyyəti ideyasını laxlatdı. Türkiyə Suriya kürdlərinin SDQ adı altında olmasına baxmayaraq, əslində, PKK terror təşkilatının Suriya qolu adlandırır və Suriya ilə Türkiyə sərhədinə PYD/YPG-nin nəzarət etməsini özü üçün təhlükə elan etdi.

Link to comment
Share on other sites

PYD və PKK nə qədər yaxındır?

Suriya kürdlərinin əsas siyasi təşkilatı olan PYD, yəni tam adı Demokratik Birlik Partiyası (kürdcə adı: Partiya Yekitiya Demokrat - PYD) 2003-cü il oktyabrın 17-də yaradılıb. Maraqlıdır ki, PKK lideri Abdullah Öcalan 2002-ci il fevralın 16-da vəkilləri vasitəsilə yeni təşkilatların qurulması təlimatını göndərib.

Həmin ilin 1-4 aprel tarixlərində PKK-nın 8-ci qurultayı keçirilib və bu qurultayda təşkilatın İran, İraq və Suriya kimi ölkələrdə yan təşkilatları qurulub. PYD də məhz bu təlimatla yaradılmış qurum olub. Təbii ki, PYD-nin parlaq dövrü Suriyada xaos başladıqdan sonra, yəni 2011-ci ildən hesablanır.

 

Ancaq PYD-nin Suriyadakı kökləri 1980-ci illərə, “soyuq müharibə” illərində SSRİ və NATO-nun Yaxın Şərq “cəbhəsi” Suriya və Türkiyə sərhədləri olduğu zamanlara gedir. Həmin illərdə Öcalan PKK-nın bir sıra fəaliyyətlərini Suriya ərazisində həyata keçirib. 1998-ci ildə Adana anlaşması imzalanana qədər Suriya hakimiyyəti müəyyən formada PKK-ya dəstək verib.

Link to comment
Share on other sites

Ancaq sonradan bu dəstək dayanıb. 

2003-cü ildə qurulan PYD-nin 2010-cu ilə qədərki sədri Fuad Ömər olub. Ancaq bu illərdə Suriya hakimiyyəti ölkədəki bu cür etnik, dini və siyasi qrupları sərt cəzalandırırdı. Kürdlərin 2000-ci illərin əvvəllərindəki etirazlarından sonra hökumət sərt müdaxilə edib və nəticədə PYD liderləri, o cümlədən, təşkilata “ərəb baharı” prosesində rəhbərlik etmiş Saleh Müslim İraqa qaçıb. Həmin illərdə PYD Şimali İraqa PKK-nın əsas düşərgəsi olan Qəndil dağlarında yerləşib.

2004-cü ildə PYD daxilində parçalanma baş verib, ikinci təşkilat yaransa da, tezliklə ayrılan qrupun lideri Kamal Şahin 2005-ci ildə PKK tərəfindən qətlə yetirilir.

“Ərəb baharı” kürdlər üçün necə “şansa” çevrildi?

2011-ci ilin martın 15-də Suriyanın cənubunda başlayan etirazlar tezliklə bütün ölkəni bürüyən müharibəyə çevrilib. Maraqlıdır ki, Suriya kürdləri arasında islamçı qruplar olsa da, sonradan bu qruplar və onların liderləri sıradan çıxarılır və qısa müddətdə PYD Suriyanın şimalında kürdlərin əsas hərbi-siyasi təşkilatına çevrilir. 

Link to comment
Share on other sites

Bəzi iddialara görə, bu zamana qədər Suriyada kürdlərə qarşı həddən artıq sərt mövqe sərgiləyən, on minlərlə kürdü “gəlmə” adı ilə hətta şəxsiyyət sənədi verməyən Suriya hakimiyyəti inqilab prosesindən sonra kürdlərlə mülayim davranır.

Saleh Müslim və başqaları Suriyaya qayıdır və tezliklə PYD mərkəzi Qamışlı şəhəri olmaqla, Afrin, Ayn əl-Ərəb, Hasakekanton rayonlarını nəzarətə götürür. 2012-ci ildə isə kürdlər Kobani şəhərini nəzarətə alır və bu dövrdə hökumət qüvvələri ilə kürdlər arasında ciddi toqquşmalar olmur. 

Ehtimal olunur ki, Bəşər Əsəd hakimiyyəti kürdlərin şimalda güclənməsində maraqlı olub.

Çünki kürdlər, əsasən, sol meyilli təşkilat olaraq islamçı silahlı qruplarla kəskin rəqabət və ərazi toqquşmaları içərisində olub. Bu səbəbdən də Əsəd ölkədə hakimiyyəti ələ keçirməyə çalışan islamçı müxaliflərə qarşı şimalda kürdlərin alternativ qüvvə kimi çıxış etməsinə şərait yaradıb və bu səbəbdən də bir sıra məntəqələrdən.

O cümlədən, sərhəddən qüvvələrini geri çəkib. Bu taktika xeyli dərəcədə uğurlu olub, Suriya ordusunun çəkilməsindən sonra şimalda Azad Suriya Ordusu, eləcə də, ən-Nusra və digər islamçı qruplar və İŞİD arasında toqquşmalar başlayır.

Link to comment
Share on other sites

İŞİD digər qrupları əzərək 2014-cü ildə böyük əraziləri ələ keçirir və bu zaman şimal-şərqdə kürdlərlə qarşılaşır. 2014-cü ildə Kobani şəhəri uğurunda beş ay davam edən müharibədən sonra İŞİD Kobanini kürdlərdən ala bilmir və ilk dəfə məğlub olaraq geri çəkilməli olur. 

Kürdlər şimali Suriyada nəzarət etdikləri bölgələrə Rojova deyir. Bu bölgələrdə Konqre-Gel deyilən ali xalq qanunverici orqanıdır. Abdullah Öcalanın PKK üçün də tətbiq etdiyi həmsədrlik institutu, rəhbərliyin bir qadın və bir kişidən ibarət olması qaydası PYD-də də tətbiq olunur.

Suriyada kürd hərbi gücü – YPG və qalan qruplar

Əlbəttə ki, PYD-nin əsas gücü YPG, “Xalq Müdafiə Qüvvələri” (kürdcə YekineyenParastina Gel) adını almış silahlı qruplaşması 2012-ci ildə yaradılıb. YPG ilə yanaşı, bu qruplaşmanın 1/3-ni təşkil edən qadınlardan ibarət hərbi birləşmə - YPJ fəaliyyət göstərir. 

YPG-də döyüşçülər 3-5 nəfərlik “qrup”, iki qrupdan formalaşan taqım, üç taqımın birləşdiyi bölük və üç bölüyün birləşdiyi taborlardan ibarətdir. Ayrıca rayonlara görə komandanlıqlar briqadalara rəhbərlik edir. Ümumi olaraq YPG-nin əsas komandanlığı 55 üzvü olan Baş Hərbi Şuradır. Altı aydan bir toplanan Şura əsas qərarverici orqan hesab olunur. Eyni zamanda, əyalətlərin də özünün hərbi şuraları mövcuddur. 

Link to comment
Share on other sites

Qeyd etmək lazımdır ki, həm proseslərin yeni başladığı vaxt, həm də 2016-cı il sonrası Türkiyə Suriya kürdləri içərisində PYD xəttində olmayan kürdləri ayrıca təşkilatlandırmağa çalışsa da, bu plan baş tutmayıb, həmin qruplar və onların liderləri fiziki olaraq məhv edilib, yaxud da bu qruplar həddən artıq marginal olduqları üçün gözə çarpmayıb. 

Ümumilikdə Suriya əhalinin 8-10 faizə yaxınını kürdlər təşkil edir. Bu isə təxminən iki milyon civarında kürd deməkdir. Suriyanın əsasən şimal və şimal-şərq vilayətlərində yaşayan kürdlər regiondakı digər ölkələrdən, yəni Türkiyə, İran, İraqdan daha azdır. 

2015-ci ildə SDQ yaradıldıqdan sonra Suriyanın şimalında kürd muxtariyyəti yaradılması məsələsi gündəmə gəlsə də, Türkiyənin son əməliyyatı muxtariyyət yaradılması ehtimalını xeyli azaldır. Çünki paralel olaraq kürdlərin nəzarətinə keçən rayonların böyük hissəsi Suriya ordusunun nəzarətinə keçib.

Yalnız mərkəzə doğru Deyr əz-Zor vilayəti və ətraf ərazilər hələ də tamamailə kürdlərin nəzarətindədir. Halbuki bir il əvvəl əksər siyasi analitiklər Suriyada kürd muxtariyyətinin real olduğunu qeyd edirdi. Lakin muxtariyyət olmasa belə, Suriya kürdləri artıq hərbi-siyasi güc olaraq dünya tərəfindən tanınıb və qəbul olunur. Bu isə “ərəb baharı” sonrası bölgədə baş verən ən böyük siyasi dəyişikliklərdən biri hesab olunur.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Haha
        • Like
      • 46 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 38 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 146 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 11 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...