Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

Şağan

 

Şağan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbədir. Şağan Abşeronun şimal-şərqində Xəzər sahillərində, 0-5 metr hündürlükdə yerləşir. Abşeronun ən qədim kəndlərindən biridir. Coğrafi cəhətdən Şağan şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi (Təmənnis torpaqları) ilə həmsərhəddir. Qəsəbənin sahəsi təqribən 1500 km²-dir. 1933-cü ildə Şağan kəndi Mərdəkan kənd sovetinin tərkibinə daxil edildi. 1945-ci ildə ayrılsada, 1948-ci ildə yenidən birləş¬dirildi. 1990-cı ildə Şağan yenidən ayrılaraq, qəsəbə statusu aldı. [1]

\Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biri də Şağandır. Arxeoloji qazıntıların nəticələrindən məlum olmuşdur ki, hələ e.ə.3000 il əvvəl bu ərazidə əhali məskunlaşmışdır. Yaşayış məskəninin Banağan adlanan sahəsində tunc dövrünə aid müxtəlif qayaüstü təsvirlər, o cümlədən astral dünyabaxışını özündə ehtiva edən Günəş, Ay, yerin cəhətləri, kainat simvolları, təsərrüfat və məişət əşyalarının təsvirlərinin qeydə alınması bu həqiqəti təsdiqləməkdədir. XI-XII əsrlərdə kəndin həm əhalisi, həm də ərazisi xeyli genişlənmişdir. Coğrafi məfhum kimi Şağan toponiminin bir neçə izah variantından ən çox həqiqətə uyğun gələni adın məhz etnotoponim olaraq Çağan oğuz eli ilə bağlılığıdır. Ümumiyyətlə, Şağanı yer, məkan, coğrafi məfhum və ya toponim kimi bir çox alimlər tədqiq etmişlər. T.Q. Səlimov «Şağan» adlı monoqrafiyasında bu haqda araşdırmalarını təqdim etmişdir [41]. Xalq etimologiyasına görə, burada Şahxan (Şahqan) adlı bir nəfər öz nəsli ilə məskunlaşmış və onun adının təhrif olunmuş şəkli kəndə verilmişdir. Azərbaycan toponimiya elminin ən görkəmli nümayəndələrindən olan Q. Qeybullayev Şağan toponimini Şəkinin «sak» tayfaları ilə əlaqələndirir və Şağan sözünü «Sakan» adlı tayfanın adının təhrif olunmuş forması kimi izah edir.[1]

Əhalisi

Bu kəndin əhali sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə kənd əhalisi çox olmuşdur. Şağanda evlərin sayı 1849-cu ildə 78, 1886-cı ildə 93 və 1921-ci ildə 121 idi. Əhali sayı 1842-ci ildə 285 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 26-cı olsada, sonrakı illərdə zəif sürətlə artmış, 1904-ci ildə 600, 1926-ci ildə 845 və 1939-cu ildə 1034 nəfər olmuşdur. Əhali sayı 1999-cu ildə 3,2 min, 2009-cu ildə 3,3 min və 2016-ci ildə 3,5 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 10 min nəfərə yaxındır. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı 5 mindən çoxdur. Laçın qəsəbəsində məskunlaşan köçkünlərin sayı 3 mindən artıqdır. Şağanın Qızılqum sayılan bağ yerlərinin böyük hissəsi daimi yaşayış yerlərinə çevrilmişdir. Burada 1 məktəbdə 756 şagird təhsil, 1 uşaq bağçasında 60 uşaq tərbiyə alır (2011). Məktəb qəsəbənin köhnə hissəsində yerləşdiyi üçün yeni salınan məskəndə məktəb və uşaq bağçalarına böyük ehtiyac vardır. Şağanda müasir ticarət mərkəzi fəaliyyət göstərir və gələcəkdə bu qəsəbə mühüm dənizkənarı iqlim kurortu ola bilər.[1]

  • Upvote 2
Link to post
Share on other sites
  • 4 weeks later...

Dəniz qoxulu Şağan hekayəti...

 

Qədim türklərin yaşayış məskəni

Картинки по запросу "şağan qəsəbəsi"

Abşeron yarımadası Azərbaycanın simvollaşmış məkanlarından biridir. Xəzər dənizinin qərb sahilində yerləşən yarımadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Fərziyyələrə görə, “duzlu su” mənasını verən bu ad əvvəllər Xəzər dənizini işarə etmək üçün işlənmişdir. Coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20 000 il bundan əvvəl məskunlaşmışdır.

 

Yarımadada qədim insan məskənlərini nişan verən  tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı-hesabı yoxdur. Ərazidə həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir - Dübəndi, Türkan, Xaşaxuna, Şağan, Mərdəkan, Şüvəlan qəsəbələri, Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.III-I minilliklər).

Deyilənlərdən məlum olur ki, bütövlükdə Abşeron yarımadası hələ qədim vaxtlardan insanların dinc yaşaması üçün onları cəlb etmişdir. Lakin bu yarımadanın geostrateji mövqeyi müxtəlif işğalçıları da buraya cəlb edirdi.

Uzaq tarixdən xəbər verən Şağan qəsəbəsi də Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biridir. Burada aparılan arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, hələ e.ə. 3000 il əvvəl  ərazidə əhali məskunlaşmışdır. 

Link to post
Share on other sites

Tarixi yaşadan tarixi dəlillər

 

Bu qədim məkanda tarixi baxımdan bir sıra dəyərli memarlıq abidələr var. Bunlardan XII əsrin sonu XIII əsrin əvvəllərində inşa edilən 24 metr hündürlükdə dördbürclü (hazırda qalanın bir bürcü salamatdır) qalanı, tarixi 1320-1321-ci illərə aid olan qubala-türbəni (alban abidəsi), 1658-ci ildə inşa olunan piri, 1889-cu ildə tikilən məscidi, tarixi 1894-1895-ci illərə təsadüf edilən mədrəsəni, 1895-ci ildə Hacı Atababanın tikdirdiyi hamamı, kənd qəbiristanlığında olan dördsütunlu türbəni (1907), sayı 40 olan sərdabələri qeyd etmək olar.

Şağanın milli koloritlərini özündə əks etdirən əsas elementlərdən biri  daş divarlardır. Mənbələrin yazdığına görə, Şağan qədimdən sakit bir məskən olub. Maraqlısı odur ki, bu kiçik  az əhalisi olan kənddə düz 6 qəbiristanlıq salınıb. Buradakı sonuncu qəbiristanlıq bir neçə il öncə salınıb. Ancaq məzarlıqların çox olması heç  ölüm hallarının artması ilə əlaqədar deyil. Bunun səbəbi onunla izah olunur ki, əhali məzarlıq seçimində düzgün ərazi müəyyənləşdirə bilməyiblər. Təqribən hər məzarlıqda 400-500 mərhum uyuyur. Sadəcə qəbiristanlıq əraziləri əlverişsiz məkanlarda yaradılıb. Ərazi kiçik olduğundan, torpaq qıtlığı yaranıb. Kəndlilər yeni bir ərazi ayırmaq məcburiyyətində qalıblar. Bir müddət sonra yenə eyni aqibət təkrarlanıb. Beləliklə, Şağanda 6 qəbiristanlıq salınıb. Bundan əlavə, məzarlıqların çoxluğunun bir səbəbi də həmin ərazilərdə bölgələrdən gələn sakinlərin ev tikməsidır.

Kənddəki Qubala və Sərdəbala türbələrinin maraqlı tarixçəsi var.  Sakinlərin sözlərinə görə, əslində, sözügedən türbələrdə uyuyan mərhumları qədimdə müvəqqəti bura qoyublarmış. Bu ərazidən karvanlar keçirmiş. Həmin ölən adamları burada məzara üzü qibləyə deyil, əksinə, xəzri-gilavar küləyinin istiqamətində dəfn ediblər ki, yaxınları nə vaxtsa gəlib aparacaq. Deyilənə görə, həmin məzarlarda yatanlar Kərbəla, Nəcəf və başqa Şərq ölkələrinə gedən karvan yolçuları olub. Hazırda həmin türbələr baxımsız qalıb...

Şağandakı XIII əsrə aid dördbucaqlı Qala çox məşhur abidə olub. XII-XIII əsrlərə aid edilən və müdafiə məqsədi ilə inşa olunan Şağan qalası Abşerondakı bir çox qalalar kimi  daşdan tikilib.Ancaq indi Qalanın yalnız dağıntıları qalıb. Qalanın bir hissəsi uçurulub  daşlardan hasar tikilməsi üçün istifadə olunub.

 

Müasir Şağanın mənzərəsi

Картинки по запросу "şağan qəsəbəsi"

Bu qədim kəndin əhalisi ulu babalarından qalan məşğuliyyətləri günümüzdə də davam etdirir. Hazırda bu sənət sahələrinin bir çoxu böyük xərc tələb etdiyi və bahalaşdığı üçün insanlar onlardan uzaqlaşmaq məcburiyyətində qalırlar.  Günümüzdə Şağanlıların ənənəvi məşğuliyyəti, demək olar ki, əkinçilik, bostançılıq, bağçılıq, maldarlıq və sənətkarlıqdan ibarətdir. Kəndlilər mal-qara üçün əvvəllər boş ərazilərin kifayət qədər olduğunu deyirlər. Amma evlərin və müxtəlif iaşə obyektlərinin tikilməsi mal-qara üçün ərazi qıtlığı yaradıb. Ancaq Şağan əhalisi yenə də bostançılıq və maldarlıqdan gələn qazancla dolanır. Sakinlər işsizlik və güzəran problemindən qurtulmaq üçün təsərrüfat fəaliyyətinin yeganə çıxış yolu olduğunu hesab söyləyir. Son illər bu işlər əhaliyə  xeyli çətinliklər bahasına başa gəlsə də, insanlar gündəlik ehtiyaclarını qarşılamaq üçün qədim baba yurdunda həyat mübarizəsini davam etdirməkdən başqa çıxış yolu da görmür.

Abşeron yaşayış məntəqələri içərisində istər ərazisinə, istərsə də əhalisinin sayına görə kiçik qəsəbələrdən olmasına baxmayaraq, buradan respublikamızın ictimai, siyasi, mədəni həyatında kifayət qədər əhəmiyyətli rol oynayan bir çox şəxsiyyətlər çıxmışdır. Bu şəxsiyyətlər sırasında ölkənin dünənki və bugünkü həyatında xüsusi rol oynamış çox sayda tanınmış insanlar var. Şağanlılar həmkəndliləri Rusiya Dövlət Dumasının sabiq üzvü Məmmədyusif Cəfərov, keçmiş Müsavat hökumətinin parlament üzvü Heybətqulu Məmmədbəyli, akademik, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru Hacıbəy Sultanov, SSRİ xalq artisti Qəmər Almaszadə, şair Bəbir Məmmədzadə, bəstəkar Adil Gəray, əməkdar incəsənət xadimi Rəşid Məmmədbəylinin adını fəxrlə çəkirlər.

Link to post
Share on other sites

Hökməli Kəndi

 

Əlinin hökmü ilə tikilən Hökməli.
26726_src.jpg
“Bakı kəndləri” layihəsi çərçivəsində bu dəfə yolumuzu Hökməlidən saldım. Bu kəndin yolu mənə tanış idi. Çünki Hökməli ilə qonşuluqda yerləşən Qobu kəndində olmuşdum. Bakının digər kəndlərindən fərqli olaraq Hökməliyə gedərkən çala-çuxur yollar görmədik. Çünki kəndə yeni magistral yol çəkilib. Hökməlidə bələdçimlə kəndin necə deyərlər, bu başından vurub, o başından çıxdıq...

 

Qədim abidələri

Abşeron yarımadasının qərb hissəsi digər hissələrinə nisbətən daha yüksəkdir. Bu yüksəklikdə Bakının ən qədim kəndlərindən olan Hökməli yerləşir. 400 ha ərazisi və 5 min nəfər əhalisi olan Hökməli kəndinin yaranma tarixi İslamdan əvvəlki dövrlərə təsadüf edir. "Hökməli" toponiminin hərfi mənada açıqlaması belədir: "hökm" əmr deməkdir, "əli" isə şəxs adıdır, yəni "Əlinin hökmü ilə tikilən kənd". Hökməlidə vaxtı ilə 500-ə yaxın ev olub. İndi isə kənd 2-3 dəfə böyüyüb.
Bakı kəndlərinə xarakterik olan dini abidələr Hökməlidə də çoxdu. XX əsrin əvvəllərində Hökməlidə elm və irfan sahibi Seyid İmran yaşayıb. Hazırda onun türbəsi kənd əhalisinin ziyarət yerinə çevrilib. Bu ziyarətgah kənd əhalisi arasında “Miran” adı ilə tanınır. Ziyarətgahda çalışan Gövhər nənə deyir ki, gün ərzində ilanlar 3 dəfə bu ziyarətgahın ətrafında dolaşır: “Amma heç kəsə dəyib-toxunmur. Bu həmin yerin müqəddəsliyinin göstəricisidir”.


Kənd sakinləri bir neçə il öncə pirin uçub-dağıldığını əsas gətirərərk, onun bərpası üçün dəfələrlə bələdiyyə və icra nümayəndəliyinə müraciət ediblər, amma buna əhəmiyyət verilməyib. Ancaq kəndlilərə əl tutan da tapılıb. Xeyriyyəçi Kərbalayi Rasim ziyarətgahı bərpa etdirib.

  • Upvote 1
Link to post
Share on other sites

Kənddə XVIII-XIX əsrlərə aid iki məscid var. Bu məscidlərdən birinə-El məscidinə baş çəkdik. Bu qədim məscidin təmirə ehtiyacı var.
Hökməlidə XVII-XVIII əsrlərə aid qədim su kəhrizi var. Keçmişdə kənd əhalisi bu dərin su quyusundan istifadə edərmiş. Deyilənlərə görə, bu quyu qədim alban üslubunda tikilib. Ancaq hazırda bu quyudan istifadə olunmur. Kənd sakinləri bu su quyusunun uçub-dağılmasından şikayətlənirlər.
Kənddə çox qədimlərə aid uçuq-sökük vəziyyətdə olan bir hamam da var.

 

Hökməli “Topxana”sı

Hökməlidə “Topxana” deyilən bir yer var. Bu yer hasarlanıb və bir abidə kimi qoronor. Ona görə abidə kimi saxlanılır ki, həmin yerdə vaxtilə hökməlilərin həm qanı tökülüb, həm də sağ qalanları olub. 1918-ci ildə ermənilərin hücumuna bu kəndin sakinləri də tuş gəlib. Ancaq sakinlərin köməyinə türklər vaxtında yetişib. Türklər həmin bu “Topxana” deyilən yerdə “qoca top” yerləşdiriblər ki, azğınlaşmış erməniləri məhv etsinlər. Bundan xəbər tutan ermənilər də kənddən qaçıblar.
Ağsaqqalları deyir ki, “qoca top”un “Topxana”da basdırıldlğına dair məlumatlar var. Bilinmir ki, sonralar türklər həmin topu oradan çıxarıblar, ya yox...

Həbsxananın yeri qəbiristanlıq olub

Kənddə qədimi bir qəbiristanlıq var. Bu qəbiristanlıqda şair Biqələmin, kimyaçı alim Mövsümbəy Xanlarovun və digər məşhurların məzarı yerləşir. Hökməli ağsaqqallarının sözlərinə görə, orta əsrlərdə qəbiristanlığın yerində həbsxana mövcud olub. Bu həbsxanadan Şirvan xanlığı istifadə edirmiş. İllər ötdükcə həbsxana dağıdılıb və yerində qəbiristanlıq salınıb.

Картинки по запросу "hökməli kəndi"

Məşhurlar...

Hökməlidə əhali tərəfindən bu gün də sevilən və hörmətlə yad edilən bir sıra insanlar yaşayıb. Belə insanlara misal olaraq XIX əsrin sonlarında kənd sakinlərinin müalicəsi ilə məşğul olmuş təbib Kərbəlayi Abbası göstərmək olar. O, təbii otlardan istifadə edərək müxtəlif xəstəliklər üçün dərmanlar hazırlayıb sakinləri xəstliklərdən sağaldırmış.
Məşhur kimya elmləri doktoru Mövsümbəy Xanlarov da Hökməlidəndir. Onun kimya sahəsində böyük xidmətləri olub.

Hökməli kəndinin digər bir unudulmayan şəxsiyyəti şair Məhəmməd Soltanəhmədoğludur. Onun atası Soltanəhməd Bakı kəndlərində tanınan məşhur pəhləvan imiş. Qardaşı Məlik Soltanəhmədoğlu da atası kimi pəhləvan olub, Bakı kəndlərindəki güləş müsabiqələrində iştirak edib. Ata-balanın pəhləvanlığı haqqında kənd əhalisi arasında yaşadılan xatirələri çoxdur.
Şair Məhəmməd Soltanəhmədoğlu atası vı qardaşı kimi güclü olmasına baxmayaraq, kiçik yaşlarından şeirə həvəs göstərib. O, təhsil ala bilmədiyi üçün öz şeirlərini kəndin savadlı mollası sayılan axund Fərruxa yazdırırmış. Bu səbəbdən də özünə "Biqələm" təxəllüsü seçib.


Biqələm Hökməli sakini Qızbacı ilə ailə qurub. Üç övladları dünyaya gəlib. Hal-hazırda ancaq Siyazən rayonunda yaşayan qızı Gəlinxanım həyatdadır. O, atası vəfat etdiyi vaxt çox kiçik yaşlarında olduğu üçün Biqələm haqqında dərin xatirələrə sahib deyil. Biqələmin vəfat etmiş oğlu Sərdar və qızı Balacaxanımın ailə üzvləri Hökməlidə yaşamadığından onlar haqqında heç bir məlumat toplaya bilmədik. Biqələm təqribən 1930-1935-ci illər arasında vəfat edib və Hökməli kənd məzarlığında dəfn olunub.
Biqələmin şeirlərinin toplanıb, nəşr edilməsinə kənd sakini, xeyriyyəçi Kərbalayi Ramiz kömək göstərib.

Link to post
Share on other sites

Məşhur qaçaq Qubad da Hökməlidən çıxıb

Bakı zonasında məşhur olan qaçaq Qubad da Hökməlidə doğulub, vurub-yıxıb. Onun həddindən artıq sərrast atıcı olduğu söylənilir. 1918-ci ildə ermənilərin Şamaxı yaxınlığında əhaliyə divan tutduğunu eşidən Qubad dostu ilə birlikdə ora gedərək böyük bir erməni dəstəsi ilə döyüşə girir. Və çoxlu sayda erməni öldürür. Deyilənə görə, həmin vaxt qaçaq Qubadın 100-dən çox gülləsi olub. Heç biri də boşa çıxmayıb. Düşmən əlinə keçməmək üçün ən sonuncu gülləni özünə vurub. Ermənilər burada böyük bir azərbaycanlı dəstəsilə atışdıqlarını zənn etsələr də, sonradan 2 nəfərlə döyüşdüklərini görüb, dəhşətə gəliblər. Hökməlilər qaçaq Qubadın meyidini taparkən onun papağını başının altına qoyub, özünü güllələdiyinin şahidi olublar.
Qafqaz İslam Ordusunun komandanı general Nuru paşa Azərbaycana gələrkən öncə qaçaq Qubadın məzarını ziyarət edib, sonra Bakıya daxil olub.

 

Kəndin fərqli adət-ənənələri

Abşeron kəndləri milli adət-ənənələrə və dini dəyərlərə həmişə böyük ehtiramla yanaşıblar və bu gün də belədir. Bu sırada Hökməlinin adı, heç şübhəsiz ki, ilk sıralardadır. Bu kənddə ağsaqqallar qadınların şalvar geyinməyinə heç də yaxşı baxmırlar.
Məscidlərdə qadınlar və kişilər namazı ayrı-ayrılıqda qılır. Elə xeyir-şər məclislərində də ayrıca otururlar. Toy adətlərinə gəlincə, kənd ağsaqqallarının deməsinə görə, toyun vaxtını müəyyənlşdirmək üçün nəslin ağsaqqalları toplaşır, vaxtı müəyyən edir və xeyir-dua verilir. Maraqlı bir cəhət isə bəyin gəlini gətirmək üçün yola düşərkən vağzal sədası altında qalanan tonqal ətrafında oynamasıdır. Əslində bu, keçmiş adətlərdən biridir ki, hələ də Hökməli kəndində saxlanılır. Kəndin yaşlı sakinləri bunun zərdüştlükdən qalma-od sevərliyin təzahürü olduğunu söyləyirlər.
Hökməlidə şadlıq evi yoxdur. Ona görə də toylar “palatka”da keçirilir. Oğlan və qız toyu ayrı-ayrılıqda olur. Sakinlərin sözlərinə görə, qız toyunda heç zaman kişi iştirak edə bilməz. Əgər qız toyunda kişi iştirak edərsə, əsil mərəkə qopar.

Картинки по запросу "hökməli kəndi"

Əhalinin məşğuliyyəti

Kəndin ərazisi genişləndikcə, bir neçə yeni yaşayım massivi yaranıb, “At yalı”, “Nübar” kimi. Kənd sakinlərinin sözlərinə görə, bu ərazilərdə əvvəllər əkinçilik və maldarlıqla məşğul olurmuşlar. Ancaq sonralar həmin ərazilər gəlmələrə satılıb. İndi orada yaşayış evləri tikilib. Əhali indi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Kənd torpaqlarının gəlmə insanlara satılması əkin-biçin yerlərini də xeyli azaldıb. Kəndədə örüş yerlərinin azalması insanların mal-qara saxlamasına da xeyli çətinliklər yaradıb. Sakinlərin böyük əksəriyyəti də bundan şikayətləndi.

Link to post
Share on other sites

İşsizlik və narkomaniya

image.jpeg.7eaf638362dd0a2950bfeb0673c9f9d7.jpeg

Kəndin əsas problemlərindən danışan sakinlər işsizlikdən şikayətləndilər.
İldırım dayı deyir ki, Hökməlidə iş yeri yoxdur: “Mən məcburam fəhləlik üçün şəhərə gedəm. Fəhlənin aldığı pul da heç yol puluna çatmır. Dolanışıq çox çətindir. İş yeri açılsa, heç olmazsa çörək pulu qazanardıq”.
Hökməli Güzdəkdəki daş karxanalarının yolunun üstündə yerləşir. Ona görə də vaxtilə hökməlilər əsasən daş alveri ilə məşğul olublar. Ancaq indi daş alan da yoxdur. Daş alveri ilə məşğul olan sürücülər də elə bundan şikayət etdilər.
Cavanlar arasında narkomaniyanın yayılması isə kənd sakinlərinə bir tərəfdən dərd gətirib.
Kəndin ağsaqqalı Ramiz dayının sözlərinə görə, bunun səbəbi cavanların işsiz olmasıdır: “Kəndin hansı küçəsinin tininə baxırsan narkomanlar toplaşıb. Narkomaniya baş alıb gedir. Heç kəs də maraqlanmır. Bələdiyyə öz hayında, icra başçısı da öz hayındadır. Torpaq satmaqdan başqa bir işləri yoxdur”.
Kəndin ağbirçəkləri də gənclərin narkotikaya qurşandıqlarından ürəkağrısı ilə danışdılar.

 

Xalça sexi

Hökməlidə vur-tut bir xalça sexi fəaliyyət göstərir. Orada da çox az sayda qadın işləyir. Çünki hökməlililər qadının, qızın işləməsinə o qədər də yaxşı baxmırlar. Hökməli kişisinin məntiqinə görə, evin dolanışığının məsuliyyəti yalnız kişilərin üzərinə düşür.
Xalça sexinin müdiri Asif müəllim işçilərin azlığından şikayət etdi. Sexdə qızların toxuduqları rəngarəng xalçalara baxıb, oradan çıxdım.

 

“Sudan korluq çəkirik”

Bakının digər kəndlərinə nisbətən Hökməlidə işıq, qaz və rabitə problemi qismən öz həllini tapıb. Ancaq sakinlər sudan çox korluq çəkdiklərini deyirlər. Rəsmiyyə xala su yon olmaması səbəbindən ağaclarının quruduğunu deyir: “Məcburuq suyu nasosla vuraq. Baxmayaraq ki, şollar suyu düz kəndimizin yanından keçir. Amma biz su üzünə həsrətik”.
Kəndin su sarıdan qıtlıq çəkməsi burada yaşıllığın az olmasına gətirib çıxarıb.

Bələdiyyə sədrindən narazı və razılar

Sakinlər problemlərini sadaladıqca kimisi bələdiyyəni suçlayır, kimisi sə onun lehinə çıxırdı. Sakinlərin əksəriyyəti bələdiyyə sədri Mirnemət Mirhadıyevin icra nümayəndəsi Yavər Hüseynovla birgə torpaqları sənədsiz olaraq gəlmələrə satmalarından şikayətləndilər. Bəziləri isə kəndə su çəkdirməmələrindən gileyləndilər.
Ancaq razı olanlar da tapıldı. Razılar bələdiyyə sədrinin kasıb insanların qaz və işıq pullarını ödədiyini və onlara əl tutduğunu dedilər.

Link to post
Share on other sites

background

 

Tarixi

Abşeron rayonu 1963-cü il yanvar ayının 4-də yaradılmışdır.
Rayonun yaradılmasında əsas məqsəd Bakı və Sumqayıt şəhərlərinin əhalisini kənd təsərrüfatı məhsulları ilə təmin etməkdən ibarət olmuşdur.
Abşeron rayonu 15 inzibati ərazi dairəsindən: 1 şəhər, 8 qəsəbə və 6 kənddən ibarətdir.

Xırdalan şəhəri əhalisinin sayına görə rayonun ən böyük yaşayış məntəqəsi olmaqla həm də rayonun inzibati mərkəzidir. Xırdalan 2006-cı ilin oktyabr ayınadək qəsəbə adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2006-cı ilin oktyabr ayından Xırdalana şəhər statusu verilmişdir. Ərazisi 1696 hektar olmaqla, əhalisi 105212 nəfərdir.

 

Saray qəsəbəsi də rayonun qədim və böyük yaşayış məntəqələrindən biridir. Ərazisi 3398 hektar, əhalisi 18992 nəfərdir.Sənədlərdə adı ilk dəfə 1774-cü ildən çəkiliir. Lakin tarixi mənbələrdə kəndin mənşəcə 13-cü əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş saray tayfasının ərazidə məskunlaşması nəticəsində yaranması ehtimal olunur.

Mehdiabad Abşeronun yeni salınmış, lakin böyük qəsəbələrindən biridir. Mehdiabad qəsəbəsinin salınması sırf iqtisadi amillərlə bağlı olub. Abşeron yarımadasında kənd təsərrüfatını, xüsusilə üzümçülüyü inkişaf etdirmək məqsədilə bu ərazidə 1956-cı ildə sovxoz yaradılıb. 1958-ci ildə ilk yaşayış evləri tikilib istifadəyə verilib.Qəsəbədə əsasən Azərbaycanın müxtəlif bölgələrindən olan, xüsusilə 1949-1950-ci illərdə Ermənistandan departasiya edilmiş insanlar məskunlaşıb. Ərazisi 1957 hektar, əhalisi isə 11624 nəfərdir.

Link to post
Share on other sites

Qobu qəsəbəsinin tarixinin təxminən 700 il olduğu ehtimal olunur. Bu yaşayış məskəninin adı «çökəklik» mənasında işlənir. Qobulular əsasən maldarlıqla məşğul olurlar. Qəsəbənin ərazisi 4700 hektar, əhalisi isə 9615 nəfərdir.

Ceyranbatan qəsəbəsi də Abşeron rayonunun yeni salınmış yaşayış məntəqələrindən biridir. Əhalisi 7640 nəfər, ərazisi isə 3168 hektardır.
Bakı şəhərinin 25 kilometrliyində yerləşir. Ceyranbatan 1950-ci ildə inşaatçılar qəsəbəsi kimi yaradılmışdır. Rəvayətlərə görə qəsəbənin salındığı ərazi əvvəllər bataqlıq olduğu üçün oradan ceyranlar keçə bilməyərək batmışlar. 1959-cu ildə salınmış və suyunu Samur-Abşeron kanalından alan Ceyranbatan su anbarı təbii çökəklikdə yerləşir.

Hökməli qəsəbəsi bir sıra tarixi mənbələrdə Abşeronun orta əsrlərdə salınmış yaşayış məntəqələrindən hesab olunur. Lakin digər tarixi mənbələrdə Hökməli hələ atəşpərəstlik dövründə yaşayış yeri kimi mövcud lmuşdur. Tarixi mənbələrdə Hökməlinin adı «Gökan» kimi qeyd olunur. Lakin miladi tarixi ilə 665-661-ci illərdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olunduqdan sonra Hökməli kimi adlanmağa başlayır. Yəni, «Əlinin hökmü ilə islamı qəbul edən yer». Qəsəbə dəniz səviyyəsindən 300 metr yüksəklikdə yerləşir. Əhalisi 8979 nəfər, ərazisi isə 1750 hektardır.

Güzdək qəsəbəsi də Abşeronun qədim yaşayış məntəqələrindən biridir. Bakının 22 kilometrliyində yerləşir. Əhalisi 2610 nəfər, ərazisi isə 3285 hektardır. Güzdəyin tarixi təxminən 800 il hesablanır. Qəsəbədə 500 yaşı olan daş tapılıb. Bəzi mənbələrə görə «Güzdək» «türk məskəni», digər mənbələrə görə isə «Payız otlağı», «payız binəsi», «kölgəli yer» deməkdir. Eyni zamanda «Güzdək» quzu saxlanılan yer mənasını da daşıyır.
Aşağı Güzdək Abşeronda salınmış yeni yaşayış məskənlərindəndir. Ərazisi 1461 hektar, əhalisi isə 3917 nəfərdir. Qəsəbə Güzdək dəmiryolu stansiyası adı altında 1952-ci ildə hərbiçilər tərəfindən yaradılmışdır.

Link to post
Share on other sites

Digah Abşeronun orta əsr kəndlərindəndir. Bu sözün mənşəyi ətrafında iki mülahizə mövcuddur. Birinci «digah yüksək suvarılmayan yer», ikinci isə «iki təpə arasında yer, məkan, kənd» mənası verir. Ərazisi 417 hektar, əhalisi isə 4656 nəfərdir.

Abşeron bağlarının yaranma tarixi mənbələrə görə 5 min il əvvələ gedib çıxır. Bu ərazidə yerləşən bağlar arasında Novxanı bağları ən qədimi sayılır. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Novxanı kəndi XVII əsrin ortalarında dəniz suyunun artması (bəzi mənbələrdə güclü zəlzələ) nəticəsində batmışdır. Əhali indi Aşağıbaş adlanan yerdə məskunlaşmışdır. Yeni tikilmiş evlərə farsca «nov xanı», yəni «təzə evlər» adlandırılmışdır ki, bu da sonradan Novxanı kimi səslənmişdir.

Masazır Abşeronun qədim kəndlərinin siyahısındadır. Məşhur Masazır duz gölünün sahilində yerləşir. Ərazisi 1634 hektar, əhalisi isə 12198 nəfərdir. Masazır kəndinin tarixi çox az öyrənilib.

 

Məmmədli kəndi Abşeronun nisbətən cavan kəndlərindən sayılsa da, onun yerləşdiyi ərazi haqqında çox qədim mənbələrdə məlumat verilir. Bizim eradan əvvəl yaranmış tarixin atası adlandırılan Heredot Azərbaycana səyahət edərkən «Yanardağ»da olmuş, onun yaxınlığında yaşayış məskəninin olduğunu qeyd etmişdir. Yerli əhalinin dediyinə görə 1112-ci ildə monqol işğalı zamanı cənub bölgələrinə gedərək orada Məhəmmədi, Qasımxanlı, Şahsevənli, Qaradağlı adlı kəndlər salmışlar. Kəndin ərazisi 1174 hektar, əhalisi isə 6195 nəfərdir.

Fatmayı Abşeronun qədim kəndlərindən olsa da tarixi az öyrənilib. Əhalisi 3302 nəfər olmaqla, ərazisi 1043 hektardır. Fatmayı kəndinin adı ilə bağlı iki mülahizə vardır. Birinci fikirə görə kənd yelçəkər ərazidə yerləşdiyi üçün «mehi fəth edən yer» anlamına uyğun «Fatmayı» adlanır. İkinci mülahizəyə görə isə kəndin adı «Fatimi» sözündən, yəni Fatimənin nəslindən olanlar adlanıb.

Görədil Abşeronun orta əsrə aid kəndlərindən olsa da, tarixi az öyrənilmişdir. Görədil kəndinin mənası Gör-Ədil, yəni dağ aşrımı üstündə yer, məkan deməkdir. Kəndin əhalisi 1759 nəfər, sahəsi isə 420 hektardır.

Pirəkəşkül vaxtilə Abşeronun qədim kəndlərindən olub. Kənd uzun müddət Çaylı adını daşıyıb. Əhali əsasən qoyunçuluqla məşğul olub. Lakin 1950-ci illərdən əhali Sumqayıt şəhərinə və Saray qəsəbəsinə köçüb. 1988-ci ildə azərbaycanlılar Ermənistandan deportasiya olunduqdan sonra Nazirlər Kabinetinin 30 avqust 1989-cu il tarixli 361 saylı qərarı ilə Qobustan qoyunçuluq sovxozunun ərazisində 300 ailəyə həyətyanı torpaq sahəsi ayrılıb. Kəndin ərazisi 5200 hektar, əhalisi isə 3085 nəfərdir.

Link to post
Share on other sites

BALAXANI
Bakının ən qədim 

kəndlərindən biridir. 

Bakının şimal-şərqində, Ab-

şeron yarımadasının ortasın-

da yerləşir. Balaxanının şi-

mal hissəsi "Rzaqulu kəndi", 

cənub hissəsi əhali tərəfindən 

"Canhüseyn məhəlləsi" adla-

nır. 1989-cu ildən başlayaraq, 

qəsəbənin qərb hissəsində 

Yeni Balaxanı adlanan ya-

şayış massivi formalaşma-

ğa başlamışdır.

Картинки по запросу "BALAXANI"

Kəndin adı-

nın mənası Qılman İlkinin 

"Bakı və bakılılar" kitabında 

qeyd olunub: "bala" – yu-

xarı, hündür, "xana" – ev 

deməkdir. Balaxana qədim 

zamanlarda karvansaraların 

giriş qapısı üstündə olan ki-

çik otağa deyərdilər. Bun-

lar yarım mərtəbə şəklində 

olardı. Hazırda belə otaqlar 

Bakının 40 kilometrliyində, 

1439-1440-cı illərdə tikil-

miş Səngəçal karvansarası-

nın və Suraxanıdakı 1713-cü 

ildə inşa edilmiş Atəşgahın 

qapısı üstündə var. XIX əsrin 

70-ci illərindən başlayaraq, 

Balaxanı Bakının əsas neft  çı-

xarma mərkəzlərindən birinə 

çevrilməyə başlamışdır. 1869-

cu ildə Balaxanıda ilk dəfə 

olaraq mexaniki vurma üsullu 

quyu qazılır. Quyudan neft  

çox sürətlə çıxmış və üç gün 

ərzində həmin quyu ətrafı 

neft  gölünə döndərmişdir. 

1873-1878-ci illərdə Balaxa-

nıda 47 belə güclü neft  quyu-

su qazılıb.

Link to post
Share on other sites

şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər,  Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyon-çular, rus kapitalistləri mədənlər salıblar. Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft  istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xari-ci neft  şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi. Balaxanıda ilk neft  quyusunun şərəfinə abidə qoyulub. Lakin hazırda bu abidədən iz qalmayıb. Balaxanıda aşağıdakı memarlıq abidələrinin qalıqları vardır.

Картинки по запросу ""Hacı Nəcəfqulu", "Hacı Həsən", "Bala Rza", "Şirəli", "Nurbala" hamamları"

Abidələr. 1385-ci ildə usta Arif tərəfindən inşa edil-miş Hacı Şəlalə abidəsi .Bu abidə kvadrat şəkilli tağ-tavanlı kiçik otaqdan və onun qarşısındakı dərin piştağdan ibarətdir;  1427-ci ildə tikilmiş Şarirağa türbəsi memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur . Xalq ara-sında İmarət adlandırılan bu bina ehtimala görə mehmanxana olmuşdur. Abidə günbəzlə salon-dan və fasaddakı çıxıntılı promoldan ibarətdir. Hər iki bina Abşeron binaları üçün xarakterik olan yo-nulmuş daşdan tikilmişdir; 1636-cı ildə tikilmiş Şah Səfi karvansarayı. Karvansaray İpək Yolunun üstündə olduğundan o zamankı bütün tacirlərin yolu buradan düşüb; XVII əsrdə tikilmiş ovdan; Kəndin cənubundakı "Boq-boqi" adlanan yerin yaxınlığında vaxtilə Suraxanı atəşgahına bənzər abidə olub. Kəndin cənub hissəsindəki köhnə qəbiristanlıqda "Pirə Moulo" piri, kəndin ortasın-dakı böyük tut ağacının yanında olan "Sənqıran" piri olub. Kənddə bir neçə hamam camaata xidmət edib: "Xan qızı", "Hacı Nəcəfqulu", "Hacı Həsən",  "Bala Rza", "Şirəli", "Nurbala" hamamları və s.

Картинки по запросу ""Hacı Nəcəfqulu", "Hacı Həsən", "Bala Rza", "Şirəli", "Nurbala" hamamları"

  • Thanks 1
Link to post
Share on other sites

BİLƏCƏRİ

image.jpeg.b5a1a5333c27eab006232e7cc8338c23.jpeg

 

Biləcəri qəsəbəsi Bakının qədim   kəndlərindəndir. 1936-cı ildə qəsəbə statusu  almışdır. Tarixi mənbələrin məlumatına əsaslanan tədqiqatçılara görə, yaşayış məntəqəsinin etnoto-ponim olub, türkdilli xəzərlərin bələncər tayfasının adını əks etdirir. Bələncərlərin Azərbaycana  miqrasiyası Sasani şahı I Xosrov Ənuşirəvanın  (531-579) Azərbaycana köçürdüyü xəzərlərlə və 

VIII əsrin əvvəllərində ərəb əmiri Cərrah ibn Abdullahın Xəzər ölkəsinə hücum edərək onun üç  paytaxt şəhərindən Arana xeyli əhali köçürməsi ilə əlaqələndirilir.

image.jpeg.6ed7ea619d8feb3862fd256181f88035.jpeg

Yaşayış məntəqəsinin coğrafi mövqeyinə əsaslanan digər tədqiqatçılar  isə bu toponimi qədim türk dillərindəki belen (aşırım, alçaq dağ) və cərcəri (sıldırım, yarğan) komponentlərinin birləşməsi kimi "Aşırımlı  yarğan"mənasında izah edirlər. Başqa bir etimolo-giyaya görə "Biləcəri" sözü "hərbi şəhər" deməkdir. 

 

Картинки по запросу "BİLƏCƏRİ"

Link to post
Share on other sites

BİLGƏH

image.jpeg.ac1b5927e335dc27f88061c96178a51a.jpeg

Bilgəh vaxtilə Bakının qədim kəndlərindən  biri olub. Bilgəh sözünün mənası "Piləgah"  sözü ilə bağlanır, mənası "ipək hazırlanan yer,  ipək yeri" anlamına gəlir. Görünür, vaxtilə burada çox əski zamanlarda barama becərirmişlər.  Bilgəhdəki qayaüstü təsvirlər hələ orta əsrlərdə  burada şəhər mədəniyyətinin inkişafından xəbər verir. Bilgəhdən keçən Avropa səyyahları da xatirələrində bu kəndin adını çəkirlər. Orta əsrlərə aid abidələrin bu günə qədər qalan qalıqları da 

bu qədim yaşayış məskəninin şərəfl i keçmişindən xəbər verir.

image.jpeg.f81a5cca2ceaa9e561e997bdd54e8846.jpeg

Əhalisinin sayı təqribən 11 mindən çoxdur. Tarixi abidələrlə zəngin olan Bilgəhdə vaxtilə xalçaçılıq, ipəkçilik, toxuculuq inkişaf etmişdir. Əncir, üzüm, nar və püstə bağları həmçinin 

geniş zəfəran plantasiyaları ilə zəngin olmuşdur. Bilgəh tarixən həm də liman şəhəri kimi fəaliyyət göstərmişdir.

Link to post
Share on other sites

BİNƏQƏDİ

Картинки по запросу "BİNƏQƏDİ"

Binəqədi Bakının ən qədim və böyük  kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında  bu kəndin binədən qədim olduğu sübuta yetmişdir. Hələ ötən əsrin 40-cı illərində Binəqədi 

Картинки по запросу "BİNƏQƏDİ"

yaxınlığında qədim kərgədanın elm aləminə  məlum olmayan skeleti tapılmışdır. Tarixçi-alim  R.İmaməliyev yazırdı ki, əldə edilən nadir tapıntılar əsasında Azərbaycan tarixşünaslığı və arxeologiyası dünyada ilk dəfə olaraq IV dövr faunasını müəyyənləşdirə bilmişlər. Elm aləmində nəsli  kəsilmiş heyvan qalıqlarının çoxluğuna və növ  müxtəlifl iyinə görə Amerika Birləşmiş Ştatlarından  sonra ikinci yerdə Azərbaycan dayanır. "Binəqədi  faunası" dünya təbiətşünasları arasında çox məşhur  bir terminə çevrilib.

Link to post
Share on other sites

BİNƏ

Картинки по запросу "BİNƏ"
Şəhər tipli qəsəbədir. Mərdəkan qəsəbəsinə  gedən yolun sağında yerləşir. Məskunlaşma  baxımından Abşeronun ən cavan yaşayış  məntəqəsidir. Burada XVII əsrin ortalarından  etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi vahidliyinə daxil olan Binənin ərazisi 3150 kv. km-dir. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, 

əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül,  pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. 

Картинки по запросу "BİNƏ"

Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814-1815 və 1878 - 1879- cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən  Mövsüm Səlimov məscidini qeyd etmək olar.

Link to post
Share on other sites

BÜL BÜLƏ

Картинки по запросу "bülbülə qəsəbəsi"

Abşeronun qədim yaşayış məntəqələrindəndir. Bülbülədə orta əsrlərə dair bir sıra abidələr, o cümlədən 1624-cü ildə 

tikilmiş Şeyx Nəcməddin məscidi var. Bülbülə kəndində bir sıra tarixi abidələr olmuşdur. Bunların arasında  "İmamzadə"xüsusi yer tutur. Bülbülə  "İmamzadə"sində beşinci İmam Mühəmməd Baqirin övladı Mühəmməd Sadiq, onun xanımı, həmçinin nökəri də dəfn olunmuşdur. Onların Bülbülə torpağında dəfn olunması bu torpağın müqəddəsliyini bir daha təsdiq etmiş, onların  dəfn olunduğu yer bu günə qədər ziyarətgaha  çevrilmişdir. Kərbalayı Ağabalabəy Bakıxanov 

Azərbaycanın böyük mütəfəkkir şairi və alimi  Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur.  Kərbalayı Ağabalabəyin adı ilə bağlı olan Kərbalayı  Ağabalabəy məscidi 1850-1860-cı illərdə tikilmişdir. Qəriblər məscidi Bülbülənin yuxarı hissəsində 

Lahıclar məhəlləsində yerləşir. Məscid 1915-ci ildə  Seyid Baxış Seyid Nurbaxış oğlunun rəhbərliyi ilə  suraxanılı usta Məşədi Dadaş tərəfindən tikilmişdir. Salam təpəsi Bülbülə ilə Bakıxanov qəsəbəsi sərhədində yerləşən  həmşəhərli qəbiristanlığı adı ilə tanınan ərazinin ən hündür sahəsində  yerləşir. İrandan Bakıya işləməyə  gələnlər dünyalarını dəyişdikləri zaman bu ərazidə dəfn olunurdular,  buna görə də bu yer xalq arasında  həmşəhərli qəbiristanlığı kimi tanınırdı.

Картинки по запросу "bülbülə qəsəbəsi"

Deyilənlərə görə, Bülbülə  kəndinin günçıxan tərəfindən  olan kəndlərdən zəvvarlar Məkkə,  Kərbala və Məşhəd şəhərlərinə  ziyarətə gedərkən bu təpədə  ayaq saxlayar, Bülbülədə olan  "İmamzadə"yə salam verərdilər. Çovuş ziyarətnamə oxuyub qurtardıqdan sonra isə xudahafizləşərdilər.  Ziyarətdən qayıdan zaman da onlar bu təpədə ayaq saxlayar, Bülbülə  "İmamzadə"si ilə salamlaşardılar. Ziyarətə gedən  zəvvarları yola salanlar onları bu təpədən ötürüb evlərinə dönərdilər. Beləliklə, xalq arasında  bu təpənin adı Salam təpəsi adlanırdı. Bülbülədə  4 hamam var idi:

1. Əlican və Vəlican hamamı

2.  Hacı İsgəndər hamamı

3. Razaq hamamı

4. Almas hamamı.

 

Link to post
Share on other sites

Əlican və Vəlican hamamı 1902-ci ildə Məşədi Vəlican tərəfindən tikilmiş, hamamın dörd günbəzindən hal-hazırda ikisi qalmışdır. Bülbülə yaşayış mərkəzi özü də qədim oğuz  məskənidir. "Bülbülə" sözünün mənşəyi haqqında  aşağıdakı rəvayətlər mövcuddur:

1. Bülbülə şorunun ətrafında şirin sulu bulaqlardan birini "pül-pül" adlandırmışlar.

2. Başqa bir rəvayətdə isə deyilir ki, eramızdan əvvəl təxminən 335-325 illər  arasında Makedoniyalı İsgəndər Zülqərneyn öz  qoşunu ilə Bülbülə torpaqlarından keçən zaman  palçıq, bataqlıq olan yerlərdə əziyyət çəkmiş və bu  yerlərə "buli-buli" demişlər.

3. Başqa bir rəvayətə görə isə "Bülbülə" sözü burada olan bülbüllərin  çox olması ilə əlaqələndirilir.

Картинки по запросу "bülbülə qəsəbəsi"

Bütün bu yazılardan  Bülbülə kəndinin dəqiq yaşını müəyyən etmək olmasa da, məlum olur ki, bu kənd qədim tarixə malik olmuş və müqəddəs yer kimi tanınmışdır. Bu  fikir hal-hazırda kənddə yaşayan əhalinin müxtəlif  yerlərdən gəlməsini də təsdiq edir. Kənd əhalisinin əsas məşğuliyyəti xalçaçılıq, misgərlik, daşyonan,  dabbaqlıq, maldarlıq, əkinçilik, bağbanlıq, qalayçılıq və s. olmuşdur

Edited by Behruz Veliyev
Link to post
Share on other sites


ZİRƏ

Картинки по запросу "ZİRƏ kəndi"

“Zirə" toponimi fars mənşəlidir, "çökəklikdə  olan yer" deməkdir. Xəzər Dənizindəki adalardan biri narın qumla örtülmüş Qum adasıdır.  Keçmişdə ona "Qum zirə" deyirdilər. "Zirə" ada  deməkdir. Bakı ətrafındakı Zirə kəndinin adı da  bu sözdən götürülmüşdür. Bu gün bir çoxlarının  "Nargin" və "Vulf " adlandırdıqları adalara əvvəllər  "Daş zirə" və "Böyük zirə" deyirdilər. Mənası aydındır: daşlı ada və böyük ada. Daş zirə qayaaltı  adadır, Böyük zirə isə Bakı arxipelaqında ən böyük adalardan biri hesab olunur. Bəs bu adalar nə üçün "Vulf " və "Nargin" adlanır?

Картинки по запросу "ZİRƏ kəndi"

Rus dənizçiləri  Abşeron yarımadasına yaxınlaşanda digər adalar  arasında Daş zirəni və Böyük zirəni də görürlər. Lakin bu adalar xəritələrdə göstərilməmişdi. Onların  Baltik dənizindəki Vulf və Nargin adalarına oxşarlığını görən dənizçilər xəritədə yeni qeydlər edirlər.  O vaxtdan bəri Baltik və Xəzər dənizlərində eyni  adlı adalar mövcuddur. Zirənin Tunc dövrünə aidliyi sübut edilmişdir. Qəsəbədə müxtəlif əsrlərə  aid qəbiristanlıq, məscid və s. abidələr var. Maraqlıdır ki, Zirə təkcə Abşeronda deyil, bütün  Azərbaycanda qarpızı ilə məşhurdur. Tarixi çox qədimdir. Daş kitabələr, qədim qəbirlər buna əyani  sübutdur. 1859-1864-cü ilə olan məlumata əsasən  Bakı quberniyasının Bakı qəzasının Zirə kəndində  166 evdə 426 nəfəri kişilər, 398 nəfəri qadınlar  olmaqla 824 nəfər şiə Azərbaycan tatarı yaşayırdı. Azərbaycan Respublikasının Dövlət Statistika  Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi  məlumatına əsasən Zirə qəsəbəsinin 11.5 min  nəfər əhalisi vardır. Bir çox tanınmış şəxsiyyətlər, o cümlədən Mirzə Bala Məmmədzadə bu qəsəbənin  sakini olub.

Link to post
Share on other sites

Milli düşüncəmizin carçısı

image.jpeg.68f555ec1d1203d2dfc58264ccab92af.jpeg

Ötən əsrin əvvəlində xalqımızın istiqlal uğrunda mübarizəsində ön sıralarda olan, bu yolda fədakarlıq edən ziyalılarımızdan biri də tanınmış jurnalist, şair və yazıçı Mirzə Bala Məmmədzadə olub. O, düşdüyü mübarizə yolunda sonadək əzmini itirməyib, doğma yurduna həsrət qalsa da, vətəndən uzaqlarda milli düşüncə naminə yazıb-yaradıb.

 

Mirzə Bala Məmmədzadə 1898-ci il avqustun 13-də Bakının Zirə kəndində balıqçı ailəsində dünyaya göz açıb. Ailəsi sonradan şəhərin Çəmbərəkənd adlanan məhəlləsində məskunlaşır. 1907-1911-ci illərdə rus-tatar məktəbində oxuyur, sonra görkəmli maarifçi Həbib bəy Mahmudbəyovun açdığı məktəbdə təhsilini davam etdirir. Burada ərəb və fars dillərini mükəmməl öyrənir. İti zəkası, aydın nitqi və gözəl davranışı ilə tay-tuşlarından seçilir, erkən çağlardan bədii yaradıcılığa meyl edir. Müntəzəm olaraq mətbuatda publisistik yazıları və şeirləri dərc olunur.

 

ardı burada

Link to post
Share on other sites

ƏMİRCAN

image.jpeg.5aced73086e93b75953ac4d1e2edab19.jpeg

Əmircan Bakının qədim kəndlərindən  sayılır. A.Bakıxanov "Gülüstani-İrəm"  əsərində öz doğma kəndinin adını "Əmir Hacan" 

yazmışdır. Tədqiqatçılar bu fikrə istinad edərək  Məkkə ziyarətinə gedən zəvvarlara başçı təyin  edilənə "Əmir Hac" deyilişini kəndin adına şamil  ediblər. "Əmir Hac" ərəb sözü olub, tərcüməsi  "Hacılar əmiri" deməkdir. Əmir sözünün lüğəti  mənası "böyük, başçı, bəy" deməkdir. Doğrudur,  yerli əhali kəndi Xilə adlandırır. Xilə kəndinin ərəb  xilafəti zamanı sahibi, böyük mülkədar Əmir  Nizaməddin XIV əsrdə Bakı mahalında çox  məşhur və hörmətli şəxs olub. Vaxtilə Əmircan  xalçaları dünyada məşhur olubdur. Üləmaların,  ruhanilərin, məşhur söz-sənət ustalarının ana  yurdu sayılan Əmircan öz abidələri, məscid və  minarələri ilə də tanınır. Kəndin qədim adı Xilə  olub, sonradan isə dəyişdirilib Əmircan qoyulub.  Rəvayətlərə görə, çox qədim zamanlarda burada  Hillə qəbiləsi yaşayıb (bəzi mənbələrdə onlara Xilə  tayfaları deyilir), kəndin əvvəlki adı da buradan  götürülərək Xilə adlandırılıb.

Картинки по запросу "ƏMİRCAN"

Ehtimal ki, Abşerondakı Xilə kəndi İraqdakı Hillənin adı ilə adlandırılıb. Belə ki, burada məhz həmin yerdən gəlmiş və  sonradan türklərlə qaynayıb qarışmış ərəblər  məskən salıb. Lakin ərəblər də bu yerin ilk sakinləri  deyildilər. Abşerondakı Xilənin qədim əhalisi  haqqında burada skiflərin yaşadıqlarını təsdiq edən  arxeoloji tapıntılar xəbər verir. Kənddə qədim  məscid, ovdan və hamamlar, mavzoley, atəşgah var.  Nizaməddin məscidi (Moltan piri) XIV əsrə  aiddir. Məscid dəfələrlə müxtəlif dövrlərdə bərpa  edilib. Məscidin qapısının üstündə ərəbcə yazılıb:  "Bu məscidi Əmir Nizaməddin – "Əmir həc"  böyük mülkədar Fəxrəddin Qutluqşah oğlu  tikdirib". XVII-XVIII əsrlərdə kənddə bir neçə  məscid tikilib. Bunlardan Binyətdilər məscidini  göstərmək olar. Bu məscid 1904-cü ildə Binyətin  özü tərəfindən şəxsi vəsaiti hesabına tikilib və  məscid onların nəslinin adı ilə adlandırılıb. Bu  məscidlər mədəniyyət abidəsi kimi qorunur. 

 

Link to post
Share on other sites

1908-ci ildə milyonçu Murtuza Muxtarovun  vəsaiti hesabına kənddə başqa bir məscid inşa  olunub. Əmircanda digər Bakı milyonçusu Şəmsi  Əsədullayev də məscid tikdirib, amma həmin  məscid sonralar dağıdılıb. Kənddə XIV əsrə aid  "Göyçək pir"i və "Əmir-həc mavzoleyi" də tarixi  abidə kimi mühafizə olunur. Əmircanın qədim  tikililərindən danışarkən ovdanlardan da söz  açmaq lazımdır. Ovdan yağış, suxur və kəhriz  sularını toplamaq üçün qədimlərdə tikilən su  təchizatı qurğusudur. Xilə yolu üstündə bir neçə 

ovdan olub. Bakıxanov dağı üstündə hal-hazırda dörd su ovdanı var.

image.jpeg.0fbf7a44a93654e18d5951787bd55865.jpeg

Əmircanın şərq hissəsində  qədimdə içində kəhrizlər olan ovdanlar olub. Kəndin yuxarı hissəsində, 232 saylı məktəbin  yaxınlığında qədim bir ovdan qalmaqdadır. Bu  ovdana "Bakirə qız ovdanı" deyirlər. Rəvayətə görə,  qız nişanlı olan zaman adaxlısı ölür. Qız adaxlısının  xatirəsini əbədiləşdirmək üçün birinci dəfə  görüşdükləri və ona su verdiyi yerdə ovdan  tikdirib. Kənddə bir neçə bulaq var. Bu bulaqların  bəziləri şirin və kəmşirin, bəziləri isə şorsuludur.  Bulaqların müalicəvi əhəmiyyəti də var.  Əmircanda "Qızlar hamamı" və "Məşədi Xəlil  hamamı" vaxtilə sakinlərə xidmət edib. XVII əsrdə  indiki Bakıxanov küçəsində kükürdlü isti su  çıxırmış. Burada "Qızlar hamamı" tikilib. İndi də  hamamın xarabalıqları qalmaqdadır. Su isə  tibbi-müalicəvi yer kimi 1962-ci ildən fəaliyyət 

göstərir. Əmircanın Suraxanı küçəsindəki  həyətlərdə çoxlu şirin su quyuları qalır. XIX-XX  əsrin əvvəllərində salınmış neft  mədənlərinə və  sənaye obyektlərinə, Sabunçu, Ramana, Suraxanıya Əmircandan arabalarla şirin su daşınırmış.  Kəndin ərazisindən iki qədim yol keçir. Dərxilə  karvan və araba yolu qədim tarixin izi olaraq bu  gün də qalmaqdadır. Keçmişdə insanlar bu yolu  Abşeron yarımadasının ortasından salıblar.

 

Bu yol  Pirallahıdan Bakıya qədər XIX əsrə kimi yeganə  yol olub. Əmircan kəndinin hər məhəlləsində  bəqərə dəyirmanı olub. XIX əsrin ikinci yarısında  kənddə buxar maşını ilə işləyən dəyirman varmış.  1896-cı ildə isə mühərrikli dəyirman işə salınıb.  Əmircan kəndinin ərazisi olan Bakıxanov dağının  altında bir mağara var. Buraya 200-dən çox adam  sığırmış. Rəvayətə görə, rus işğalçı qulduru vaxtilə  Bakıya soxulanda öz quldurları ilə bir müddət  həmin mağarada gizlənib. Sonradan bu yer uzun  illər onun adı ilə bağlı olub. 1932-ci ildə kəndin  mərkəzində qədim bir qəbristanlıq sökülüb.  Söküntü zamanı qəbiristanlığın yeddi mərtəbədən  ibarət olduğu aşkarlanıb. Qəbirstanlığın dörd üst  mərtəbəsində islamaqədər dövrdə basdırılan  insanların qalıqları aşkarlanıb. Alt qatlarda isə  atəşpərəstlik və ondan əvvəlki dövrdə basdırılan  insanların qalıqları olub. Lap alt qatlarda bir  qəbirdə iki skelet aşkarlanıb. Qədim Əmircanda  atəşpərəstlik mövcud olub, oda sitayiş edilib. Yerli  sakinlərin danışdıqları rəvayətə görə Makedoniyalı  İsgəndərin Azərbaycana yürüşü zamanı Əmircan  ərazisindəki Atəşgah dağıdılıb. İrandan qovulmuş  atəşpərəstlər 636-cı ildə Atəşgahı bərpa ediblər. 7 il  sonra ərəb xilafəti zamanı məbəd yenidən dağıdılıb. Sonralar yenə də atəşpərəst hind tacirləri  Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olublar. 

 

Link to post
Share on other sites

Əmircanda neft  quyuları qazılarkən çox dərin  qatlarda nəsli kəsilmiş heyvan sümükləri tapılıb.  Burada mağara şiri, mağara ayısı, kərgədan,  canavar, tülkü, at, öküz, dəvə və maral  sümüklərindən ibarət bütöv bir qəbiristanlıq aşkar  edilib. Bu qədər böyük sümük yığını qədimdə  burada ehtimal ki, göl olduğunu və müxtəlif  heyvanların su içmək üçün buraya gəldiyini  göstərir. Əmircanda Şor adlanan böyük göl var. Bu  göl Bülbülədən Əmircanın bütün hissəsi ilə Zığ  dağının ətəyinə qədər uzanır. Şor ərazisində ağ və  göy gilabi çıxırmış. Bu sabunu əvəz edirdi. Şəhər  əhalisi ağ və göy gilabidan sabun yerinə paltar,  palaz, xalça yumaq üçün istifadə edirmiş. 1935-ci  ildən sonra Şorda suyun səviyyəsi qalxıb və bura  böyük gölə çevrilib. XX əsrin əvvəllərinə qədər bu  göldən məişətdə istifadə edilən duz yığırmışlar.  Hər ilin iyul ayı duz yığımı mövsümü imiş. Abşeronun bir çox kəndlərindən duzu toplamaq üçün  buraya gələrmişlər. Sonradan həmin duzu gəmilərə  yükləyib Rusiya, Həştərxan, Türkmənistan, İran və  başqa ölkələrə göndərirmişlər. XX əsrin 20-ci  illərindən sonra duzun keyfiyyəti pisləşib, ondan  daha istifadə etməyiblər.

Картинки по запросу "ƏMİRCAN"

Əmircanda əhali həmişə  təsərrüfatla məşğul olub. Həyətlərdə təsərrüfat  işləri görülərkən, quyular qazılan zaman çoxlu  qədim məişət əşyaları, sümüklər, küplər, zinət  əşyaları, pullar, silahlar hətt a heykəllər də tapılıb.  Vaxtilə Əmircanda böyük taxıl sahələri mövcud  olub. Kəndin varlı nəsillərindən olan Hacı  Hacıbaba, Hacı Bəbir, Hacı Yusifin geniş əkin  yerləri olub. Kənddə suvarma sistemi olmadığı  üçün dəmyə taxıl əkilirmiş. Əmircan əhalisi həm  də bağçılıq və bostançılıqla məşğul olub. Kəndin  Şor tərəfi deyilən hissəsində böyük bağlar varmış.  Burada əncir, üzüm, nar, püstə, heyva, ərik və s.  meyvə ağacları olub. Bostançılıqda qarpız, yemiş  və digər tərəvəz bitkiləri yetişdirilib. Bu kənddə ən  qiymətli bitkilərdən olan zəfəran da yetişdirilib.  Sonralar tədricən əhalinin bu məşğuliyyət sahələri  tənəzzülə uğrayıb. 1843-cü ildən başlayaraq  Əmircanın əkin yerlərində neft  mədənləri salmağa  başlayıblar. Ancaq hazırda qismən də olsa, kənddə  təsərrüfatla məşğul olanlar var. Deyilənə görə,  kəndin varlı adamları Hacı Hacıbaba və Hacı  Bəbirin dəvələrinin sayı minə yaxın imiş. Onların  böyük taxıl zəmiləri var imiş. Dəvə karvanları ilə  bu taxılı Kərbəla, Nəcəf və Məkkəyə aparırmışlar.  Əmircanda bir neçə xalça karxanası və dabbaqxanalar var.

 

Link to post
Share on other sites

Картинки по запросу "ƏMİRCAN"

 

Burada toxucular, papaqçılar, dulusçular,  dərzilər fəaliyyət göstərib. Əmircan xalçaları "Xilə  Buta" və "Xilə əfşan" dünyanın hər yerində  məşhurdur və dünyanın bir çox muzeylərində  saxlanılır (Məsələn, Moskva Dövlət Tarix  Muzeyində). Əmircan öz qutablari ilə də çox  məşhurdur (Xilə qutabı). XIX əsrin axırı XX əsrin  əvvəllərində kənddə 2 bazar olub. Onlardan biri  Əmircanın mərkəzində "Meydan yeri" idi. Bu,  gündəlik bazar idi. Bu bazarda ərzaq malları,  göyərti, yerli bağların meyvəsi, yerli sənətkarların  hazırladıqları məhsullar bir-biri ilə dəyişdirilirmiş.  İkinci bazar Əmircan yolu üstündə indiki Suraxanı  küçəsində yerləşən "Həft ə bazar" idi. Bu bazarda  həft ədə bir gün böyük alver olurmuş. İndi də bu  bazar Bakının yeddi kəndini birləşdirən bazar  olaraq qalır. XIX əsrin sonları XX əsrin  əvvəllərində Abşeronda Əmircan "xozeyinlər"  kəndi kimi məşhur olub. Neft çıxarmada  işləyənlərin də çoxu əmircanlılar olub. Bu ərazi  daim ağ neft i ilə tanınıb.

Картинки по запросу "ƏMİRCAN"

O dövrdə yerli sahibkar  Cavad ağa Əmircanın yuxarı hissəsində ağ neft   zavodu tikdirib. Beləliklə, kənd əhalisinin  həyatında dəyişikliklər əmələ gəlib. Neft  quyuları  qazılır, yollar çəkilir, müxtəlif texniki avadanlıqlar  emalatxanaları meydana gəlir, buxarxanalar,  yaşayış evləri, kazarmalar tikilməyə başlayırdı. Bu,  həmin dövr idi ki, Hacı Zeynalabdin Tağıyev,  Şəmsi Əsədullayev, Musa Nağıyev, Murtuza  Muxtarov kimi varlı adamlar meydana gəlmişdi.  Neft çıxarma sahəsində dərinlik nasoslarının  tətbiqi əmircanlı ustalara XIX əsrin 80-ci illərindən  məlumdur. Həmin dövrdə Abşeronun bütün  kəndlərində Əmircanın qocaman neft  ustaları  böyük şöhrət qazanmışdılar (Hacı Heybətqulu,  Cəbrayıl Əyyuboğlu, Əlimədət Muradəlioğlu,  Həmzəli Fətəlioğlu). 1866-cı ildə sahibkar  Mirzəyev Atəşgah yanında qüvvətli ağ neft  zavodu  tikdirib. Bu zavodda hər birinin 100 pud tutumu  olan qazanlar quraşdırılıb. Neft  sənayesinin inkişafı  ilə əlaqədar kəndin kənarında Hümbət adlı  sahibkarın mədən avadanlığı, alətlər və onları təmir  edən emalatxanası olub. Həmin emalatxana  1920-ci ilə qədər işləyib, inqilabdan sonra fabrik- zavod məktəbinə çevrilib. Hazırda orada geofizika  zavodu fəaliyyət göstərir.

image.jpeg.92ad97c9f274e6fc53c7221724d77cca.jpeg

Link to post
Share on other sites
  • 2 weeks later...

ƏHMƏDLİ

Картинки по запросу "Əhmədli qəsəbəsi (Kənd Əhmədli"

Əhmədli qəsəbəsi (Kənd Əhmədli,  Əhmədli kəndi də adlandırılır) qədim  Bakıətrafı 40 kənddən biridir. Qədim Əhmədli  kəndinin tarixi 3 mərhələyə ayrılır. Birinci  mərhələ, 11-ci yüzilliyin ortalarında Şirvanşahlar  dövlətinin Səlcuq İmperiyasının təsirinə düşdüyü dövrdən başlayır. Səlcuq sultanı Toğrul bəyin  (1040-1063) hakimiyyəti zamanı Azərbaycan  ərazisində məskunlaşmağa başlayan səlcuq tayfalarından bəziləri məhsuldar torpaqlar axtararaq  Abşeron yarımadasına, eləcə də indiki Əhmədli 

kəndi ərazisinə gəlib çıxırlar. Onlar burada yaşa- yış məskənləri salmış, mədrəsə, məscid, hamam və  bir çox əhəmiyyətli obyektlər inşa etmişlər. Həmin  məscid və hamam 20-ci əsrə qədər müxtəlif dağıntılara məruz qalsa da, dəfələrlə təmir və bərpa  edilmiş və günümüzdə də fəaliyyətlərini davam  etdirirlər. Bu dövrdə kəndin necə adlanması bəlli  deyil. Kəndin tarixinin ikinci mərhələsi, 16-cı əsrin  əvvəllərində Azərbaycanda Səfəvi hakimiyyətinin  yayılması dövründən başlayır.

Картинки по запросу "Əhmədli qəsəbəsi (Kənd Əhmədli"

Məşhur səfəvi tayfalarından olan şahsevənlərdən Mahmud və Əhməd  adlı iki varlı maldar qardaş öz tayfalarıyla birgə qış  otlaqları tapmaq məqsədilə bu yerlərə gəlmiş və  həmişəlik burada məskunlaşmışlar. Tezliklə kənd  əhalisi arasında böyük hörmət və üstünlük qazanan Şahsevənlər kəndi tayfa başçısı böyük qardaş Əhmədin şərəfinə "Əhmədli" adlandırırlar. Bununla razılaşmayan Mahmud böyük qardaşına qarşı  çıxır və öz tayfasını ayıraraq kəndin digər hissəsinə  köçürür. Mahmudun tayfasının yaşamağa başladığı ərazi isə "Mahmudlu" adlanmağa başlayır. Lakin  çox cəkmədən bu iki hissə yenidən birləşir və kənd  ağsaqqalları kəndin böyük qardaş Əhmədin adını  daşımasına qərar verirlər. Həmin vaxtdan bu günə  qədər Əhmədli kəndinin adı dəyişmədən qalmaqdadır. Əhmədli tarixindəki üçüncü mərhələ isə   Azərbaycanda Sovet hakimiyyəti illərinə təsadüf  edir. Əhmədli kəndi 1936 – cı ildən şəhər tipli  qəsəbə statusunu alır.

Link to post
Share on other sites


KÜRDƏXANI

image.jpeg.4d91cb1aa2f15ea791d83e389b4738c3.jpeg

Kürdəxanıda yaşayışın iki min ildən bəri  mövcud olduğu ehtimal edilir. Bunu yer  üstü aşkarlanan məişət səciyyəli müxtəlif gil-saxsı 

qab nümunələri, mis, tunc, dəmir materiallarından istehsal olunan təsərrüfat alətləri aşınmaya məruz qalmasına baxmayaraq, bu və ya digər  dərəcədə formasını qoruyub saxlayan soyuq silah  nümunələri, habelə orta əsrlər dövrünü əhatə edən  və köhnə qəbiristanlıqdan tapılan, düzəldilmə tarixi 900 il əvvələ gedib çıxan qəbirüstü sinədaşı,  inşaat dövrü XV əsrin 40-cı illərinə təsadüf olunan xanəgah – zaviyə, təqribən bu zamanda tikilən m məscid binası, bəzi ehtimallara görə XVII əsrin yadigarı olan hamam və sair də təsdiq etməkdədir.  "Kürdəxanı" sözünün bir neçə izah variantı da  mövcuddur. Bir ehtimala görə, coğrafi

məfhum "kord//korda//kordə" sözündən və "xanı" topomorfantından yaranmışdır və "bıçaq düzəldilən yer" mənasını verir. İkinci gümana görə, guya  vaxtilə yaşayış məskənini üç tərəfi su olubmuş  və cəzirə, yarımada şəklində imiş. Məhz coğrafi məkana görə bu yer "Kürdəxanı" adlanmışdır.  Kürdəxanıda bir çox tarixi abidələr buranın qədim  yaşayış məskəni olmasını sübut edir. Qəsəbənin 

mərkəzi küçələrinin birində Hacı Zeynal hamamı  vardır. Hamam XVII əsrin əvvəllərində tikilmişdir və o zamandan fəaliyyət göstərmişdir. Daha birhamam isə Cəfərqulu hamamıdır. Onun əsası XII əsrdə Bakı şahlarının biri tərəfindən qoyulmuşdur. Kürdəxanının təzə qəbiristanlığında yerləşən məscidin tikintisinin isə Qız Qalasının tikintisi ilə  eyni dövrə təsadüf etdiyi bildirilir. Kürdəxanıda   mövcud qalalardan tikintisi nisbətən yaxın  dövrlərə təsadüf edəni Yamin qalasıdır. Əfsanəyə  görə, Yamin adlı bir gənc şəxs günlərin bir günü  ruhi xəstəliyə tutulur. Kənd camaatının ona verdiyi sədəqəyə gedib daş alır və qala tikməyə başlayır.

Link to post
Share on other sites

Məqsədi o idi ki, öldükdən sonra bu dünyada  ondan bir iz qalsın. Tikilən qalaya onun adı qoyulur. Kəndin Dadaş Vasif küçəsində Bakı xanının mülkü olub. Lakin həmin mülk indi baxımsız  vəziyyətdədir. Qəsəbədə müasir tipli poliklinika, m internet kafe,ç H.Ağaverdiyev adına 113 saylı orta  məktəb, 366 saylı uşaq bağçası, 33 saylı poliklinika, mədəniyyət evi, muzey, 2 kitabxana, rabitə 

şöbəsi, klub, notariat və VVAQ idarəsi, su idarəsi,  işıq idarəsi, 2000 abonentlik ATS fəaliyyət göstərir.Kürdəxanının bir çox tarixi adət-ənənələri vardır ki, onlar indi də qorunub saxlanılmaqdadır. Məsələn, qəsəbənin əsas məhəllələrində bir ağsaqqal oturardı. Hörmət əlaməti olaraq buradan  uşaqlar keçməzdi. Bu adət indi də var. Qəsəbədə  xınayaxdı mərasimindən sonra paltarkəsdi adlı bir  qonaqlıq olardı. Burada kişilər, heç kiçik yaşlı oğlan uşaqları da iştirak etməzdi. Mərasimdə gəlinin  geyiminin uc hissəsi kəsilərdi və toy olana qədər  qayınanada qalardı. Təəssüfl ər olsun ki, bu adət  indi yoxdur və ya az hallarda gerçəkləşir. Toyun sabahısı bəy evində ziyafət olardı. Kişilərə həyətdə,  qadınlara və uşaqlara evdə yemək verərdilər.

Картинки по запросу "KÜRDƏXANI"

Bəzi  bölgələrdə buna üçgünlük, toysabahı və s. deyərlər.  Kürdəxanı inzibati cəhətdən Sabunçu rayonuna daxildir. Bakının şimal hissəsində yerləşir.  Ərazisi 27.3 kv.km-dir.Pirşağı, Maştağa, Nardaran,  Bilgəh,Məhəmmədi, Zabrat, Savxoz kəndləri ilə  sərhəddir. İqlimi isti-mülayimdir. Hava kütlələri  xəzri (şimal) və gilavar (cənub) tərəfdən gəlir. Kənd  dənizin sahilində olduğu üçün, əsasən, ən çox soyuq hava kütlələri burada fəaliyyət göstərir. Normal temperatur 10-20 dərəcədir. Bakının, Abşeron yarımadasının ən böyük yüksəkliyi məhz Kürdəxanıda  yerləşir. Kürdəxanıda palçıq vulkanları mövcuddur.  Təbiətinə görə də Kürdəxanı digər yerlərdən seçilir.  Kürdəxanı ətrafında tülkü, canavar, çaqqal, ayı, bayquş və s. heyvan və quş növlərinə rast gəlinir.

Link to post
Share on other sites

 

GORADİLКартинки по запросу "Goradil kəndi"

Goradil kəndi Novxanı və Fatmayı bağlarının yaxınlığında yerləşir. Bakı şəhərindən  25 kilometr aralıda yerləşən Göradil kəndi  Azərbaycanın ən qədim yaşayış məntəqələrindən  biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III  əsrə aid olduğu bildirilir. Göradil kəndi Abşeron  yarımadasının ən dilbər güşələrindəndir. Əsl adı  Horadil olub bəzi tədqiqatçılara görə, toponim tat  dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə)  sözlərindən olub, "qala təpəsi" mənasındadır.  Həmin yaşayış məntəqəsinin vaxtı ilə Biləcəri və  Masazırdan köçüb gəlmiş ailələr tərəfindən yaylaq  yeri üçün salındığı bildirilir. Bir müşahidəyə görə,  Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb.  Digər müşahidəyə görə, "goran" sözü monqol-türk  dillərindən olub, "düşərgə", "qoşun", "müharibə"  edən tərəf deməkdir. Qədimdə bu kənd yuxarı və aşağı məhəllədən ibarət olub. Yuxarı məhəllə  Əhmədlilər, aşağı məhəllə Səhərbəylilər, kəndin  orta hissəsi isə Şanazarlı adlanırdı. Bu kəndin  əhalisi əkinçilik, xalçaçılıq, maldarlıq, balıqçılıqla məşğul olub. Görədil kəndi özünün qədim tarixi-memarlıq abidələri ilə də zəngindir. Ərazidəki  ən qədim qəbiristanlıq, Əbdülrəhman Məscidi  (1320) və "Qardaşlıq abidəsi" müasir dövrümüzə 

qədər qorunub saxlanılmışdır. Amma Qədim obadan (su quyusu), "Ağa Murad" hamamı, "Cannat" Pir ocağı və bir tarixi bilinməyən Kərbəlayi  Həşim Məscidi Sovet hakimiyyəti illərində dağıdılıb. Xəzər dənizi sahilində yerləşən bu kənd bəzən gücü 12 bala çatan xəzri küləkləri ilə üzləşməli olur. Sahil zonasında şahə qalxan dəniz dalğalarının dağıdıcı təsiri və küləyin yaratdığı eol prosesləri  ekoloji gərginlik yaradan hallardandır. Xüsusilə  Xəzər dənizinin səviyyəsinin bəzi vaxtlarda qalxması Abşeron yarımadasında ciddi ekoloji problem yaranmasına səbəb olur. Yəni 1977- ci ilin ortalarından 1996 cı ilin sonuna qədər Xəzər  dənizinin səviyyəsi iki metr yarımdan artıq qalxaraq çimərlikəri basıb, həmçinin dik yamaclarda isə  abraziya prosesi baş verib. Bununla yanaşı hərdən  Xəzər dənizi səviyyəsinin aşağı düşməsi nəticəsində  neçə kilometrlərlə akkumulyativ düzənlikər dəniz  suyundan azad olub. Amma onun yerində şor- laşmış qumlar, qum təpəcikəri, düyünlər yaranıb.  İstər sahil zonasında və istərsə də onun mərkəzində  olan balıqqulaqlarının və qumların daşınması, sahilə yaxın evlərin salınması onun təbiətini  şikəst edib. Bir sözlə, yarmadanın gözəlliyinin  itirməsinə və relyefinin təbii mənzərəsinin pozulmasına gətirib çıxarıb. Samur-Dəvəçi kanalının  Abşeron yarımadasına qədər çəkilməsi buranın  şirin su ilə təmin olunmasına və kanal boyu tor- paqların suvarılmasına əlverişli şərait yaratmışdır.  1954- cü ildə Göradildə kanal suyu istifadəyə verilmişdi. Əkinçilik üçün isə bu sudan istifadə edilir.  Bəzən bu suya bağlardan çirkab suları da axıdılır.  Bu yolla kanalın suyu ciddi infeksiya mənbəyinə  çevrilir.

Link to post
Share on other sites

Özünəməxsus adət-ənənələrə, mənəvi və  əxlaqi dəyərlərə malik olan Goradil kəndində sosial-iqtisadi problemlərdə mövcuddur. 420 hektar  ərazisi olan bu kəndin əhalisi 760 nəfərdir. Onun 

da 190 nəfərinə yaxını qaçqın və köçkünlər təşkil  edirlər. Lakin 2000-ci illərin əvvəlindən başlaya- raq Goradil kəndinə məxsus torpaqlarda sürətlə  yeni bağ evləri tikilməyə başlanmışdır ki, bu da  öz növbəsində ərazidə olan demoqrafik vəziyyəti  dəyişmişdir.Belə ki,xüsusən yay aylarında böyük  əksəriyyəti Bakı şəhərindən olmaqla mövsümü olaraq insanların gəlişi müşahidə olunur.Bir çox hallarda isə ərazidə daimi yaşayış məqsədilə evlərin  tikintisi ərazidə olan daimi əhalinin artmasına  səbəb olur.Başqa sözlə desək, Goradil ərazisinin  Bakı şəhərinə yaxın yerləşməsi, ekoloji durumun  nisbətən yaxşı olması və digər səbəblərdən ərazi  sürətlə suburbanizasiya(insanların şəhərlərdən  şəhərətrafı yerlərə axını)prosesinə məruz qalır. Goradil kəndində Quşçuluq ferması, Su idarəsi, Ayaqqabı fabriki fəaliyyət göstərir.

Картинки по запросу "Goradil kəndi"

Kənddə Dəmir yolu  xətti, poçt, telefon rabitə xətt i istifadəyə verilib. Bu- nunla yanaşı məktəb, mədəniyyət evi də əhalinin  istifadəsindədir. Regional ərazidə "Sərhədçi" sanatoriyası yerləşir. Yollara asfalt çəkilmişdir. Kənddə  müasir tələblərə cavab verən tibb, səhiyyə ocağı, aptek hələ də yoxdur. Kəndin sosial-iqtisadi inkişafını yaxşılaşdırmaq və əhalini işlə təmin etmək üçün  Kənd Bələdiyyəsi tərəfindən proqram işlənilir. Ən  başlıcası son zamanlar regionların sosial-iqtisadi  inkişafı Dövlət Proqramı ilə yanaşı Bakı kəndləri  və ətraf qəsəbələrin inkişaf proqramı da hazırlanmışdır. Bu proqrama Goradil kəndi də daxil olmaqla Bakı kəndləri və qəsəbələrinin yeni inkişafı mərhələsinin başlanğıcı olacağına əminlik  yaradır. Elə bu baxımdan Abşeron kəndlərinin  sosial vəziyyətinin yaxşılaşdırılması və kənd  təsərrüfatının inkişafı proqramı Goradil kəndinin  əhalisinin də həyat səviyyəsinin yüksəldilməsində  mühüm rol oynayacaq.

Link to post
Share on other sites

"Novxanı” və "Siyan” yer-yurd adlarının mənşəyi haqqında

Картинки по запросу "Novxanı kəndi"

Bir çox yazılarda Novxanı kəndinin adının "nov” və "xanə” tərkiblı fars sözlərindən əmələ gəlməsi ilə əsaslandırırlar. Bu sözlərin azəri türkcəsinə tərcüməsi "yeni bina”, "yeni məkan”, "yeni yer” mənasını verir. Bu da zəlzələdən və Xəzər dənizinin su səviyyəsinin artması ilə əlaqədər dağılmış Siyan kəndinin təzə əraziyə köçməsi və siyanlıların təzə kəndlərinə verdikləri adla izah edilir. Lakin məsələnin bu cür qoyuluşu bəzi suallar ortaya gətirir:

Kəndin adının kökü fars mənşəlıdırsə niyə ərazisində Ağdaş, Sarıqaya, Qurddərəsi, Keçəldağ, Qızıllı, Yuxarı Maralan və s. yer adları türk dilindədir? Yeri gəlmışkən qeyd etmək istərdim ki, fars dilində bu sözlərin birgə oxunuşu tamam başqa məna daşıyir.

Картинки по запросу "Novxanı kəndi"

Novxanılılar və yaxud da siyanlılar türkdilli olduğu halda, niyə kəndə fars dilində ad veriblər?

Bu ad qədim İran höküməti tərəfindən verilibsə, niyə Abşeronun diqər əksər kəndlərinin adları fars mənşəli deyil?

Niyə İranın özündə "xanə” ilə bitən yaşayış məkanının adına təsadüf etmirik?

Siyan kəndi dağıntıya məruz qalanadək yaşayış üçün əlverişlı olan (su, göl, yol amilləri nəzərdə tutulur) Novxanı kəndinin ərazisində heç kim yaşamayıb?  

Bu cür suallara bu gün cavab tapmaq çətindir. Gənc nəslimiz bəlkə də bu məsələyə tam aydınlıq gətirə bilər.

Novxanı və Siyan toponimlərinin mənşəyi ilə bağlı əldə etdiyimiz bütün ehtimalları önəmli sayaraq nəzərinizə çatdırırıq.

 

Link to post
Share on other sites

EM-Pİ-EY informasiya agentliyinin baş redaktoru Pənah Rüstəmzadənin dediklərindən: "Yadımdadır, bir neçə il əvvəl Rusiyanın ORT kanalında tarixi hadisələrə həsr olunmuş verılış göstərilirdi. Verilişdə müasir Çin Xalq Respublikısının ərazisində olan Siyan adlı yaşayış məntəqəsindən bəhs olunur, həmin yer də göstərilirdi. Düşündüm ki, bu, Siyan tayfasının əcdadı ola bilər. Həmin verilişdə qədim türk etnoslarından  söhbət gedirdi. Məntiqlə düşünəndə türk etnoslarının Uzaq Şərqdən, daha doğrusu, Çindən Asiya ərazilərilə Xəzər dənizi istiqamətində miqrasiyası istisna olunmur. Verilişdə qədim İpək Yolunun  tarixi haqqında müxtəlif fikirlər söylənilirdi.

Bereketli-Siyanin_qaliqlari.jpg

Dilçilik baxımından onu da qeyd etmək lazımdır ki, indiki  uyğurların məskunlaşdığı ərazi Sintsyan adlanır. Siyan adı asimilyasiyaya uğrayıb müasir Siçyan şəklinə düşə bilər. Əlbəttə, bu elmi məsələnin daha ətraflı araşdırılması tarixçilərin, dilçilərin, etnoqrafların və başqa peşə sahiblərinin işidir. Biz isə  yalnız öz subyektiv mülahizələrimizi bildirmək istədik.”

image.jpeg.0afe3f804007b64f5378b0ac28824e7b.jpeg

Xalq yazıçısı Mövlud Süleymanlının da fikirləri maraq doğurur. Onun xalqımızın ulu keçmişi, etnoqrafiyası, türklərin yaşadıqları ərazinin toponimiyası ilə  bağlı araşdırmaları "Sir xalqı haqqında sirlər” yazısında bildirilir ki, "Bakı kəndlərindən olan Novxanının adı yaxın keçmişəcən Si-yan (Si-lər) olub və mənim fikrimcə, bu gün etimoloji araşdırması üzərində baş sındırdığımız Səbayıl adı Si və Bayıl - iki tayfanın birləşmə-sidir. Bu gün Si yer adına quzeyli-güneyli Azərbaycanımızda tez-tez rast olunur: Sisyan, Siyəzən, Sisi kənd, Cici kənd və sairə”.

Link to post
Share on other sites

Linqvistik cəhətdən "nov” sözü təkcə fars dilindən yox, həm də rus, latın və ingilis dillərindən də təxmini olaraq eyni cür səslənərək "yeni” mənasını verir. Rus dilində "новый” sözündəki "ый” şəkilçisini nəzərə almasaq bu sözün latın dilindəki "нео” və ingilis dilindəki "new” sözü ilə necə uyğun gəldiyinin şahidi olarıq. Əslində fars dilində "yeni” sözü "nоv” şəklində yox, "nоu” şəklində ifadə olunur ki, bu da ingilis və latın dillərindəki sözlərə daha çox uyğun gəlir. Əgər sərbəst təfəkkürə yol verərək məntiqlə düşünsək, bu yad dillərdəki "yeni” mənasını verən sözlərin bu dərəcədə uyğunluğunu yəqin ki, dini-tarixi baxımdan Nuh peyğəmbərin adıyla izah etmək olar. Həm də nəzərə alınmalıdır ki, xristian aləmində Nuh peyğəmbərin adı Noy kimi tələffüz olunur. Deməli, əslində "Novxanı” toponimi "yeni ev” mənasını verməklə bərabər həm də "Nuhxanə”, yəni Nuhun evi mənasına da gəlir. Əslində Nuh dövründə dünyanı su basdıqdan sonra hər şey yenidən başlandığı üçün "Noy” sözü həm də "yeni” mənasını almağa başlayır. "Yeni ev” mənasında Novxanı isə Siyan kəndindən sonrakı yeni ev yox, tufandan sonrakı "yeni ev” kimi başa düşülməlidir.

Картинки по запросу "Novxanı kəndi"

Siyan kəndi haqqında məlumat üçün isə biz yenə də Kalankutuklunun "Albaniya tarixi”nə müraciət edək. Həmin kitabın 18-ci səhifəsində qeyd olunur: "Bundan sonra Yelisey Qüdsün birinci batriki Ağamızın (İsanın) qardaşı, müqəddəs Yakovun tövsiyəsi ilə müqəddəs Ruh naminə Şərqə təyin edilir. Yelisey öz sərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılıb İrana gedir və orada ermənilərin gözündən qaçaraq Məskut elinə keçir. Öz təbliğini o, Çolada başlayır və müxtəlif yerlərdə şagird toplayaraq onlara Xilaskarı (İsanı) andırmağa çalışırdı”. Tarixdə qeyd olunan Məskut müasir Vəlvələçayla Yalama ara-sında yerləşirdi. Çola isə müasir Dərbənd yaxınlığında yerləşən bir əyalət olmuşdur. Müqəddəs Yelisey İrandan Məskuta və Ço-laya getməsi üçün mütləq Abşeronun qərbindən keçməli və burada öz doğma vətəni Qüdsdən bir nişanə olaraq Sihyan yaşayış məskənini qoymalı idi. Sihyan isə həmin "Tarix”də qeyd olunduğu kimi Qüdsdə bir məhəllənin adıdır. Əlbəttə, İsanın təbliğatçısının Nuhun xanəsini ziyarət edərək onun yaxınlığında yaşayış məskəni salması təəccüblü olmazdı. Beləliklə zaman baxımından Novxanı Siyandan daha qədimdir. Sihyan sözündəki "h” hərifinin düşərək "Siyan” forması alması isə tamamılə mümkündür.

Картинки по запросу "Novxanı kəndi"

Sual oluna bilər ki, bu qədər qədimlik isnad olunan kəndin tarixi abidələri niyə çox az, həm də zamanca daha cavandır? Bunun səbəbi elə kəndin qədimliyidir. Cəmi üç əsr yarım yaşı olan Şah Sultan Hüseyn məscidi tarixi abidə kimi dövlət tərə-findən qoruna-qoruna artıq demək olar ki, yer üzündən silinibsə, gör onda heç kimin qorumadığı abidələr - ovdanlar, məscidlər, məzarlıqlar və digər tikililərin aqibəti necə olar. Vaxtilə Siyan kəndinin ərazisində neft buruqları salınan zaman orada qədim yaşayış məskənləri, maddi-mədəniyyət nümunələri və s. aşkar-lanmışdı. Bu torpaq öz qoynunda çox sualın cavabını gizləmişdir. Yəqin ki, bu ərazidə geniş arxeoloji tədqiqatlara başlamağın vaxtı çatmışdır.

Link to post
Share on other sites

Orta əsirlərdə fars dili dövlət dili olduğundan, qeydiyyata alınan bütün yer adları fars dilində olmalı, və ya uyğunlaşdırılmalı idi. Digər ehtimallara əsasən, Siyan sözü də fars sözüdür -otuz mənasını verir. Görünür kənddəki evlərin sayı ilə bağlıdır.

Lakin kənd ərazisində yer adları türk dılındədir. Sarıqaya, Qurddərəsi, Ağdaş, Aşağıbaş, Keçəldağ, Aladaş, Daşlı, Əhəngyanan, Nohurüstü, Donbalanlıq, Yuxarı Maralan, Aşağı Maralan, Qızıllı kimi toponimlər yerli əhalinin türkdıllı və türkmənşəli olduğunu sübut edir.

 

1813-cü il əhalinin qeydəalınma siyahısına nəzər yetirsək (bax əlavə 1), Daşdəmir, Aslan, Tanrıverdi, Əliverdi, Atamoğlan, Bəybala, Xocabəy, İmamqulu, Dəmir, Atakişi, Kiçikbəy, Ulubəy kimi adların mövcudluğu əhalinin türk olduğunu təsdiq edir.

Mənim və Novxanı kəndinin bəzi ziyalılarının fikrincə Siyan sözü "az-as” tayfa adının,”an” şəkilçisi ilə birləşməsinin təhrif olunmuş forması olub, azların, yəni azərilərin yeri deməkdir. Ümumiyyətlə Bakı camaatının özünəməxsus ləhcəsi sözlərin təhrif olunmasına şərait yaradır. Beləliklə Asian-Siyan olduğu üzə çıxır. Novxanıya yaxın olan Masazır, Corat, Saray kimi kəndlərin adında "az-as” sözünün olması da diqqəti çəkir. Azərbaycan, Xəzər, Qafqaz və s. toponimlərə öz adını vermiş as-az-oğuz tayfalarının adı Siyandan da yan keçməmışdır.

Картинки по запросу "Novxanı kəndi"

Lakin bir məqam ortaya çıxmış olur: "xana” sözü yer adlarına qoşulub toponim yarada bilməz. Dəlləkxana, meyxana, əczaxana, zorxana, yeməkxana kimi sözlərdən də açıq görünür ki, bunlar kiçik bir subyektə aiddir. ”Xana” sözüylə yaranmış şəhər və kənd adları demək olar ki, yoxdur. Bizim fikrimizcə Novxanı, NUH-AN sözünün təhrif olunmuş formasıdır. Novxanılılar arasında Nuh adına həmişə rast gəlinib. Müasir dövrümüzdə də bunun şahidi oluruq - Nuhbala, Nuhoğlan kimi kişi adları indi də mövcuddur. Nuhlar, Nuhun yeri mənasını verən "Nuhan” ərəb, fars, rus idarəçiliyi dövrlərində şəklini dəyişmiş, bugünkü şəklini almışdır. Nuh kəlməsinin Nuh peyğəmbərə və yaxud ərazinin ilk sakinlərinə məxsus olmasını söyləmək indi çox çətindir. Amma novxanılıların mövhumatçı və dindar əhali olduğunu nəzərə alsaq, birinci varianta üstünlük vermək olar.

 

Oxucular haqlı olaraq Kürdəxanı, Balaxanı, Suraxanı kənd adlarını mısal gətirıb, bu adlarda da "xana” sözünün olduğunu göstərə bılərlər. Bizim fikrimizcə, bu halda da yuxarıda göstərilən adlar "an” şəkilçisi ilə bitməlidir. Novxanı variantında olduğu kimi burda da müxtəlıf səbəblərdən adlar təhrifə uğramışdır. Bu adlar da öz araşdırıcısını gözləyir.

İndi daha bir faktın üstünə gələk. Novxanı camaatından haralı olduğunu xəbər alanda cavab həmişə bir olur:”nouxanlı”. Heç kim ”novxanılı” olduğunu söyləmir. Ata-babalarımız da eyni səpkidə danışıblar. Abşeronun digər kəndlərinin camaatı da bizə həmişə "nouxanlı” deyə müraciət edib. Bu sətirlərin müəllifinin də novxanılı olduğunu nəzərə alsanız, niyyətimin ancaq həqiqət və xoş olduğuna inanarsıniz. Beləlıklə kəndimizin tarixi adı Novxana deyil, Nuhandır.  

Link to post
Share on other sites

 3000 il əvvəl Çinin paytaxtı (məşhur terrokot döyüşçu heykəlləri şəhəri) SİYAN şəhəri olarkən , Türklər hücum edib paytaxtı işxal edirlər. O vaxt turk xaqanının türk xanımından NOXANYAH adlı bir oğlu varmış.Siyanı tutduqdan sonra xaqan çin imperatorunun qızı ilə də evlənir və ÇİÇİ adlı bir oğlu da 
dünyaya gəlir.Bir müddətdən sonra xaqan dünyasını dəyişir və NOXANYAH təzə xaqan seçilir.
     NOXANYAH ölkədə çinlilərin türklərdən qat-qat çox olduğunu görüb,buradan getməyi qərara alır və Çiçiyə də bunu təklif edir, o isə anasının çinli olduğuna görə heç bir təhlükə görmədiyini deyib Çində qalır.Gedərkən NOXANYAH xanədanın 40 bəyindən 20 sini Çiçi ilə qoyub tapşırır ki, ancaq bunlara bel bağlasın. NOXANYAH Çindən uzaqlaşıb qərbə tərəf gedir,özü ilə xeyli qızıl apardığına görə yolda əvvəl monqollarla , sonra isə hunlarla döyüşməli olur, sayları azalır. Az adamla gəlib Abşerona çatır və daşdan bir neçə ev tikdirir. Bu vaxt onlar daş tikilini ancaq SİYAN kimi təsəvvür etiklərinə görə kəndin adı Siyan olur, amma soruşduqda ki, kimlərdənsən -cavab verirlərmiş ki, NOXANYAH uşaqlarındanam. Beləliklə də kəndin adı Noxanı (V hərfi Buzovna sözündəki kimi artıqdır) qalır. Sonradan çinlilər qiyam edib , kiçik qardaş Çiçini qovanda tütk bəyləri onu qoruyub ölkədən çıxarırlar.

Картинки по запросу "Novxanı kəndi"
     Maraqlıdır ki bu gün Quba rayonunda yeganə xalça toxuyan ÇİÇİ kəndi var və indi bu kəndin əhalisinin çox hissəsi bura 150 il əvvəl İrandan köçürülmüş (fars mənşəli) tatlar olsa da məşhur xalçaların üzərindəki ornamentlərin xalis türk ornamentləri olduğu sübut edilir. 

Link to post
Share on other sites

1918-ci ilin soyqırımı

1918-Mashta-a_doyushchileri.jpg

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçir-diyi soyqırımdan 92 il ötüb. Bakıda hakimiyyəti ələ keçirmiş daşnak-bolşevik qru-punun başçısı S.Şaumyanın rəhbərliyi ilə əvvəlcədən hazırlanmış plana əsasən, 1918-ci ilin martında BXKS-nın silahlı er-məni-daşnak birləş-mələri Bakını və onun ətraf ərazilərini azərbaycanlılardan təmizləmək məqsədilə soyqırımı həyata keçirdi. Həmin soyqırımının nəticəsində martın 31-dən aprelin 2-dək təkcə Bakı şəhərində 12 min nəfərdən çox dinc və silahsız azərbaycanlı ermənilər tərəfindən qətlə yetirildi. Abşeronun bəzi kəndləri,

Bakının azərbaycanlılar yaşayan məhəllələri daşnak ermənilər tərəfindən dəhşətli talana məruz qaldı.

1918-Baki-mart.jpg

Erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər və sürgü ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib istədiklərinə nail olmaq üçün hər bir vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadınının meyiti tapılmışdı. Çoxlu gənc qadın diri-diri divara mıxlanmışdılar. Müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmişlər. Şəhərin möhtəşəm məscidi "Təzəpir” aramsız top atəşinə tutulub, Bakının memarlıq incilərindən olan "İsmailiyyə”ni yandırıblar.

Link to post
Share on other sites

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Daşnaklar Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 mart tarixinin - azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. 1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.

1918-Baki_azad_olundu.jpg

Kütləvi qırğınlar Bakı kəndlərinin əhalısıni də gözləyirdi. Lakin 1905-ci ildə olduğu kimi,  kəndlər birləşir, kəndlılər silahlanır, özünümüdafiə dəstələri yaradılır, onlara nufuz sahibləri – qoçular rəhbərlik edirlər. Ağsaqqallar, din xadimləri kəndləri birliyə dəvət edir və buna nail olurlar. Adətən bir-birilə düşmənçilik aparan qoçular təhlükə soyumyanacan düşmənçiliyi kənara qoyurlar. Bu azdır, qoçular dünənki düşmənlərınə - bugünki komandirlərinə könüllü surətdə tabe olurlar. Qafqaz İslam Ordusu Bakı ətrafına iyul ayında gəlib.

Link to post
Share on other sites

Təqribən 4 ay ərzində azğın düşmənlə mübarizəni hərbi təlim görməmiş könüllülərdən ibarət özünümüdafiə dəstələri aparıblar. Novxanılılar da düşmən zərbəsinə sinə gəriblər. Yaddaşda qalan igidlərin adlarını çəkirik:            

    Kərbəlayi Hüseyn Murad oğlu,

    Əliağa Murad oğlu,

    Ağabəy Xocabəy oğlu,

    Hilal Xocabəy oğlu,

    Hacıbala Xocabəy oğlu,

    Molla Məşədi Nağı oğlu,

    Hacı Nağı Məşədi Nağı oğlu,

    Hacı Abduləli Məşədi Nağı oğlu,

    Kərbəlayi Həsən,

    Kərbəlayi Həşim Dəniyar oğlu,

    Kərbəlayi Məmmədhüseyn Dəniyar oğlu,                          

    Aslan Dəniyar oğlu,

    Nicat Məhəmmədtağı oğlu,

    Əliağa Məhəmmədtağı oğlu

    Camal Ağasəməd oğlu,

    Bilal Hacısüleyman oğlu,

    Səttar Hacısüleyman oğlu,

    Kərbəlayı Hüseyn Hacı Atakişi oğlu

    Meşədi Pərvaz Əlihüseyn oğlu

Novxanı yaxınlığında gedən döyüşlərin ümumi mənzərəsi haqqında, çox təəssüf ki, ətraflı məlumatları əldə edə bilməmişik. Topladığımız məlumat əsasən yaşlı nəslin yaddaşında qalan, baba və nənələrinin vaxti ilə nəql etdiyi hadisələrə əsaslanır. Bir neçə xatirəni diqqətinizə çatdırırıq. 

Link to post
Share on other sites

Şahzadə Hacı qızı: Bizim "Qara dərə”də 2 min qoyun tutan qışlağımız var idi. Bir gün eşitdik ki, türk əsgərləri Mürsəl Paşanın başçılığı ilə gəlib Biləcəri qayasında qərargah qurmuşlar. Onda ermənilər çox qudurğanlıq edirdilər. Həyat yoldaşım Gülü kişi tapşırdı ki, təndirlərə çörək yapılsın. Mən də bu göstərişi yerinə yetirib qonşu qadınları, qohumları köməyə çağırdım. 2-3 gündən bir 150, bəzən təndir çox yananda 170 çörəyin xəmirini yoğurub gecədən səhərə kimi bişirirdik. 10-15 qoyun kəsib, evimizdən də (qoyunçu adam idik) pendir, qatıq, süd, bağdan irsal, doşab, əncir qurusu, üzüm-əncir və s. yığardıq dördçarxlı faytonumuzla aparardıq.

1918-shaxzade.jpg

Bir neçə ay belə davam etdi. Gülü kişi deyərdi ki, onlar bizim namusumuzu, evimizi, var- dövlətimizi qorumağa gəliblər, biz də onlardan heç nə əsirgəməməliyik, bu bizim borcumuzdur.

 

Xoşsurət (Qoç) Qubadov: Babam, tanınmış qoçu, hökməlılı Qubad haqqında kənddə çox söz-söhbət eşitmişəm. O cümlədən onun 1918-ci ildə ermənilərlə savaşı haqqında. O, Bakı kəndlərindən toplanmış igidlərə komandirlik edib. Müxtəlif kənd dəstələrinin arasında novxanılıların da adları çəkilərdi. Bu dəstəyə Məmmədhüseyn Dəniyar oğlu başçılıq edib. Babamın rəhbərliyi ilə Xırdalan - Biləcəri - Xocahəsən - Binəqədi – Fatmayı istiqamətində səngərlər qazılıb, cəbhə xətti qorunub.

Minayə Şahbala qızı: Babam Qurban kişi 110 yaşında rəhmətə gedib.

1918-Minaye_Shaxbala.jpg

Bu əhvalatları o, mənə danışıb. Bağ vaxtı idi. Biz bağa köçmüşdük, bütün kənd camaatı kimi. Kəndin də  gözətçisi var idi. Bir gün o, əsgərlərin kəndə gəldiyini xəbər verdi. Gəldim gördüm bizim evə də giriblər. Evimiz 2 mərtəbəli idi. Altında heyvanat saxlamaq üçün yerimiz vardı. Ot, saman, arpa tədarük etmişdik.

 

Həyətə girəndə gördüm qapının qıfılı sındırılıb. Burada çoxlu əsgər, əyinlərində hərbi paltar, əllərində silah, atları da bizim heyvanlar üçün tədarük etdiyimiz arpa-samanla yemləyiblər. İstədim evimə girim, məni içəri buraxmadılar. Dillərini yaxşı başa düşməsəm də, bildim ki, hansısa paşanın qərargahıdır. Məni birtəhər başa saldılar ki, biz sizi  ermənilərdən qorumaq üçün gəlmişik. Arpa-samanın pulunu vermək istəyirdilər, almadım, dedim ayıbdır. Bizim evdən başqa bir neçə evi də açıb 10-15 nəfəri yerləşdirmişdilər. Bağa getdim, onlar üçün üzüm-əncir, motal pendiri gətirdim.

1918-Mursel_Pasha.jpg

Məni içəri buraxmadılar, özümə də tapşırdılar ki, bağdan tez-tez kəndə gəlməyim, bu qorxuludur. Həlak olan çox idi. Evimizin dalında dəfn eləmişdilər. Üstünə sandıq qoyub adlarını, doğum, ölüm tarixlərini yazmışdılar. Mənə demişdilər ki, bizim ev Nuru Paşanın qərargahıdır. Sonralar bildim ki, sən demə, Nuru Paşa (cəbhənin şimal istiqamətinə Mürsəl Paşa başçılıq edib, guman edirik onun gərargahı idi – red.) böyük sərkərdə olubmuş.

Link to post
Share on other sites


 

Rübabə Həşim qızı (nənəm): 7-8 yaşım vardı. Bakıda novxanılılar məhəlləsində əmilərimlə qonşu idik. Qırğınlar başlayanda arvad-uşaqları göndərdilər Novxanıya. Atam Həşim Dəniyar oğlu, əmilərim Məmməd-hüseyn və Aslan şəhərdə qaldılar. Onlar digər qonşularla birgə məhəlləni ermənilərdən qoruyurdular. Sonra bildık ki, sən demə Novxanı vətəgəsində qadın və uşaqlar üçün qayıqlar hazırlanıb. Ermənilər kəndə qəlib çıxsaydılar, kişilərimiz bizi dənizə çıxarıb batıracaqdılar.

1918-Rubaba_Hashim.jpg

Yayda bağa köçdük. Küçədə oynayırdıq. Bir də gördük ki, atlı hərbçilər gəlir. Başladıq qaçmağa. Atlılar bizi səslədilər. Dedilər ki, qorxmayaq, bizi qorumağa qəliblər. Atam da,  əmilərim də hələ türklər gəlməmiş erməni və ruslarla döyüşüb-lər, atam hətta yaralanıb. Soraqları gah Bakıdan, gah Binəqədinin "Yanan dağ” deyilən yerindən, gah Hökməlidən gələrdi.  

Payızda Bakı azad olundu. Əmilərim Azərbay-can ordusuna qoşulub digər rayonlarda da ermənilərlə vuru-şublar. Onların sözlərinə görə, başımıza gələn müsibətlərin qisasını ordumuz layigincə alıb.

1918-Qafkaz_Islam_ordusu.jpg

Mircavad Babayev: Ana babam İçərişəhərə Novxanıdan köçüb. Məhəmmədtağı İsmayıl oğlunun 5 oğlu var idi. 1918-ci ilin savaşında dayılarımın beşi də özünümüdafiə dəstələrinin tərkibində İçərişəhəri erməni quldurların hüçumlarından qoruyub. İndiki "İçərişəhər” metro stansiyasının arxasında olan qalaqapısının müdafiəsi onlara tapşırılmışdı. Şücaət göstəriblər. Nəcəf dayım şəhid olub. Əliağa sonralar ADR ordusunun tərkibində ermənilərlə savaşda iştirak edib, zabit rütbəsinə layıq görülüb. Sonralar İrana köçməyə məcbur olub.

1918-Mircavad_Babayev.jpg

Link to post
Share on other sites


Kənd ağsaqqalları: Çoban Əliisgəndər Əsəd oğlu və Seyfəl Əmi "Maralan düzü” deyilən əkin sahəsində dəfn olunmuş 2 türk əsgərinin cənazələrini ümumi qəbiristanlıqda dəfn etmək qərarına gəlirlər. Kənd camaatı da onlara kömək edir. Aşağı qəbiristanlıq deyilən yerdə həmin  türk şəhidlərini dəfn edirlər. Onlar Novxanı kəndinin əhalisini erməni qəsbkarlarından qoruyarkən həlak olmuşdular. Qəbirlərin üstündə Şıxəlı Qurbanovun bu misraları həkk edilmişdi:

Eşidib fəryadın Azərbaycanın,

Tərəddüd etmədən dada yetişdim.

Xalqımın yolunda keçib canımdan,

Əbədi şöhrətə-şana yetişdim.

Kitab-meslehat.jpg

1949-50-ci illərdə, bağlar şəhərlilərə paylanarkən Balamirzə Hacımırzə oğlu bağ sahələrində dəfn olunan 2 türk əsgərinin cənazə-lərini kənd qəbiris-tanlığına köçürüb.

Bir neçə il əvvəl türkiyəli alimlərdən ibarət nümayəndə heyəti Novxanı kəndinə baş çəkmişdir. Onlar əllərindəki sənədi göstərərək bildirdilər ki, Binəqədi istiqamətində 2 türk əsgərinin qəbirləri olmalıdır. Yuxarıda söylədiyimiz əhvalat onlara danışıldı. Alimlər həmyerlilərinin qəbirlərini ziyarət etdilər. Məzarları abad görəndə kövrəldilər və novxanılılara minnətdarlıqlarını bildirdilər.

1918-turk_qabiri.jpg

Nağızadə Hacı  Behişt: Bu əhvalatı mənə Möhüb Əlıməmməd oğlu danışıb:

- 1918-ci ilin yay aylarında türk ordusunun bir dəstəsi artıq Novxanıda idi. Kənd camaatı bağlara köçmüşdü. 10-12 yaşım olardı. Atam saman və ağ nöyüt üçün məni kəndə yollamışdı. Həyətimizdə eşşəyi yükləyib tərpənmək istəyəndə 3 türk əsgəri içəri girdi. Dedilər ki, dəyirmandan səngərlərə döyüşçülər üçün yarma aparmaq lazımdır. Getdik dəyirmana, eşşəyi yüklədik və səngərlərə tərəf yollandıq. Yolda gördük ki, 2 əsgər 2 mülki şəxsi silah altında aparır. Mənimlə gedən əsgərlərin böyüyü (çavuş)  soruşdu ki, bunlar kimdir və onları hara aparırsınız? Dedilər ki, casusdurlar, ermənilərə patron daşıyıblar, gərargaha aparırıq. Çavuş bunların islam dinindən olub-olmaması ilə maraqlandı. Cavab aldı kı, İrandan gəlmə müsəlmanlardır. Bərk qəzəbləndi, onları yerindəcə öldürdü.

1918-Haci_Bexisht.jpg

Bir əhvalat haqqında da qocaların söhbəti yadımdadır. Novxanıdan İsrafil adlı gənc türk ordusuna yazılmışdı, sonradan səngəri atıb qaçmışdı. Türk əsgərləri onu elə kənddə də yaxaladılar, camaatın gözü qabağinda yerə yıxıb o ki var döydülər. Ağsaqqal Gülü kişi qarışmasaydı, bəlkə döyə-döyə öldürərdilər.  

Link to post
Share on other sites

Pirşağı

Картинки по запросу "pirşağı kəndinin tarixi"

Pirşağı qəsəbəsi — Bakının Sabunçu rayonunda kənd. Ərazisi 19 kv.km-dir. Qəsəbə rayonun Kürdəxanı qəsəbəsi və Abşeron rayonu ilə sərhəddə yerləşməklə ərazisinin böyük hissəsini Xəzər dənizi sahili təşkil edir. Qəsəbədə əhalinin ilk məskunkaşmasını XV əsrə aid edirlər ki. Hazırda Pirşağıda 4 məktəb, 2 uşaq bağçası, mədəniyyət evi, kitabxana, müasir tipli ambulatoriya, təcili yardım məntəqəsi, 2poçt və 2 ATS fəaliyyət göstərir.

Pirşağıda dini elmlərə maraq həmişə güclü olmuşdur. Təsadüfi deyil ki, 18-19-cu əsrlərdə Pirşağıda 12 nəfər Nəcəf axundu olmuşdur. Qafqaz müsəlmanlarının ilk şeyxi Axund Zeynalabdin (Axund Mollaağa adı ilə tanınmışdır) məhz Pirşağılı olmuşdur.

 

Sovet dövründə 20-ci illərin sonu 30-cu illərin əvvəllərində əhali arasında savadsızlığın ləğvi ilə məşğul olan müəllimlər olmuşdur. Əvvəlcə ayrı-ayrı şəxslərin evlərində yerləşən məktəb 1934-cü ildə yeni binaya köçmüşdür.

Tarixi:

Pirşağı Bakının ən qədim kəndlərindən sayılır. Kənd Xəzər denizinin sahilində yerləşir və öz çimərliyi ilə məşhurdur. Azərbaycan Sovet Ensiklopediyasında Pirşağı kəndinin XVII əsrdən formalaşdığı qeyd edilir. Lakin bu təxmini məlumatdır. Belə ki, kəndin quruluşu onu deməyə əsas verir ki, məskunlaşma bir neçə mərhələdə baş vermişdir. Daha qədim məskunlaşma Xəzər dənizinin sahillərinə yaxın yerlərdə olmuşdur. Xəzər dənizinin sahilində qədim tikililər indi də qalmaqdadır. Qədim hamamlar, ovdanlar, su quyuları göstərir ki, insanlar dənizə daha yaxın yerlərdə məskunlaşmışlar. Lakin təbii səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində ərazinin torpaq altında qalması, dənizin qabarma və çəkilməsi nəticəsində sonralar insanlar bir qədər geri çəkilmiş və müasir Pirşağının ərazisində məskunlaşmışlar.

image.jpeg.c9056bc9e68c758a919bd097d2b26d05.jpeg

Kənddə 4 qəbirstanlığın olması da bunu göstərir. Qəbirstanlığın biri dənizə yaxın mövqedə pirin ətrafinda salınmışdır ki, onun daha qədim olması güman edilir. İkinci qəbirstanlıq isə dənizdən xeyli aralı, kəndin cənubunda salınmışdır ki, onun daha sonralar salınması ehtimalı var. Yaşlı sakinlərin verdiyi məlumata görə Pirşağıda iki pir olmuşdur. Birinci qədim pir dənizə yaxın ərazidə yerləşmiş, lakin sonralar adamlar bu ərazidən köçdükdən sonra torpaq altında qalmışdır. Məlumdur ki, Pirşağı özünün güclü şimal küləklərilə məşhurdur. Yaşlı sakinlər qədim pir haqqında belə deyirlər: "Karvan yolunun iki yol ayrıcında böyük bir sahəni əhatə edən Şahi-pir deyilən pir vardı. Həmin pirin həyətində iri gövdəli qara tut ağacı olub. Yol ayrıcında olduğundan uşaqdan böyüyə hamı orada ayaq saxlayıb Piri ziyarət edərmişlər. Niyyət edənlər öz paltarlarından, baş yaylıqlarından ağac budaqlarına asarmışlar. Həmin pirin tarixindən dəqiq xəbər verən olmayıb.

Link to post
Share on other sites

Güclü tufanlar nəticəsində dənizkənarı yaşayış yerləri, o cümlədən Şahi-pir də torpaq altında qalıb". Hal hazırda bərpa edilmiş Pirşağı Tataz piri haqqında "Azərbaycanın epiqrafik abidələr korpusu" kitabında aşağıdakı məlumat qeyd edilir:"Piri-Şahi movzoleyindən yalnız bünövrə və Piri-Şahinin yanında dəfn edilmiş Şeyx Mühəmmədin qəbirüstü abidəsi qalmışdır.Piri-Şahinin qəbirüstü yazısı pozulmuşdur.Onun qəbirüstündən götürülmüş estampaj professor Paxomovun şəxsi arxivində saxlanılırdı.Yazıda aşağıdakılar qeyd olunmuşdu:"Bu Piri-Şahinin qəbridir." Şeyx Mühəmmədin qəbirüstü yazısında aşağıdakılar qeyd olunmuşdu: "Taleyin gərdişi kimsəyə sadiq olmadı,Qəddar tale istedadlı adamların da sonuna yetdi,Fələyin dərzisi nə köynək tiktisə sonda onu cırdı,Mən dünyaya doyunca baxmadım,Taleyin qəzəbindən çox bəlalar gördüm."Qəbirüstü yazıda tarix qalmamışdır.Abidəni XVII əsrə aid etmək olar.Təsadüfi deyil ki,alimlər kəndin tarixini XVII əsrlə əlaqələndirirlər.Lakin burası aydındır ki,pirin yaranması ilə kəndin məskunlaşması arasında müəyyən zaman fasiləsi olmuşdur. Pirşağı əhalisinin dənizə yaxın yerlərdə məskunlaşması, heç şübhəsiz,balıqçılıq təsərrüfatı ilə də əlaqədar olmuşdur. Həm də Pırşağıda içməli su bütün Abşeronda olduğu kimi çətin tapılırdı.

image.jpeg.b7aad45a58f35d1d81a0c1ac5e414a9a.jpeg

Təsadüfi deyil ki, Abşeron sözünün etimologiyası Abu-Şoran, yəni suyu şor olan yer mənası ilə əlaqələndirilir. Pirşağıda bir neçə şirin su quyusu olmuşdur ki, əhali bu quyulardan istifadə etmişdir. Şirin su quyuları əsasən dəniz sahilinə yaxın yerlərdə yerləşirdi. Yəqin elə bu səbəbdəndir ki, insanlar dəniz sahilinə yaxın yerlərdə məskunlaşmağa çalışmışlar. Başqa bir amil də belə məskunlaşmaya səbəb ola bilərdi, bu da tikinti üçün əsas material olan saraq daşların məhz dəniz qırağından çıxarılması idi. Qeyd olunan səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində dənizsahili ərazilərin torpaq altında qalması nəticəsində əhali müasir Pirşağı ərazilərinə yerləşmişdir.
Etimologiyası:
Pirşağı sözünün etimologiyası haqqında müxtəlif versiyalar mövcuddur:
1.Tarixçilərin fikrinə görə "Pirşağı" sözü Piri-Şahin sözündən əmələ gəlmişdir. Rəvayətə görə burada insanları öz möcüzəvi müalicə qabiliyyəti ilə sağalda bilən Şahin adında bir şəxs yaşamışdır. Həqiqətən də Pirşağı Tataz pirində qədim qəbir var ki, həmin şəxsin adı ilə bağlıdır. Pirşağı piri dəri xəstəliklərini müalicə edən ocaq kimi tanınmışdır.
2.Digər bir izahata görə Piri-şahı şahın piri mənasına gəlir. Rəvayətə görə bu piri Şah ziyarət etdiyi üçün el arasında Pirişahı deyilmişdir.
3.Başqa bir izahata görə günlərin bir günü Pirdən qundağda olan körpə uşaq tapılır. El arasında bu uşağa Pir-uşağı deyilir. Beləliklə də Pir-uşağı anlayışı yayılmağa başlayır. Lakin daha məntiqi izahata görə Pir ətrafında məskən salıb yaşayanlara Pir-uşaqları deyilmişdir ki, bu da sonralar kəndin adına şamil edilmişdir.
4.Daha bir izahata görə "Pirşağı" ərəb mənşəli sözdür. Sözün ikinci hissəsi uşaq anlayışı ilə deyil, Üşşaq anlayışı ilə bağlıdır. Üşşaq aşiqlər demək olduğu üçün sözün mənası – Pir aşiqləri mənasına gəlir.
Bu versiyalardan hansının daha dəqiq olduğunu söyləmək çətindir. Belə ki, dəqiq yazılı mənbə yoxdur. Deyilənlərin əksəriyyəti xalq etimologiyasına əsaslanır. Bununla yanaşı Pirşağı sözünün Pir anlayışı ilə əlaqədar olmasına heç şübhə yoxdur. Hətta müasir dövrdə də Pirşağı Tataz pirinə müalicə məqsədilə gələnlər var.
Coğrafiyası və iqlimi:
Pirşağı Abşeron yarımadasının şimalında Xəzər dənizinin sahilində yerləşir.Ərazisi tektonik qalxmalara aiddir. Çökmə süxurları geniş yayılmışdır.Qum tirələri,balıqqulağı çöküntülər,qumlar 4-cü dövrün son mərhələsində yaranmış çöküntülərdir.Xəzri adlanan şimal,şimal-qərb,şimal-şərq küləkləri,cənub və cənub şərqdən gələn Gilavar, sahil küləkləri gecə və gündüz brizləri xarakterikdir. Yay fəsli quraqlıq keçir, yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir.Yanvar ayının orta aylıq temperaturu 0-3 dərəcə arasında,iyul ayının orta temperaturu 25-27 dərəcə arasında olur.Sutkalıq amplitud 7-8 dərəcədən artıq olmur.Yarımsəhra landşafta malikdir.Boz,boz çəmən və müxtəlif şoran torpaqlar səciyyəvidir.
Əhalisi:
01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qeydiyyatda olan əhalinin sayı 7000 nəfərdir.
İqtisadiyyatı:
Pirşağının iqtisadiyyatı qədim dövrlərdən balıqçılıq, bağçılıq-bostançılıqla bağlı olmuşdur. Yerləşdiyi təbii şəraitə uyğun olaraq burada balıq vətəgələri təsərrüfatın əsasını təşkil etmişdir. Yaşlı adamların danışdıqlarına görə, 1941-1945-ci illərdə, vətən müharibəsi şəraitində əhalinin ərzaqla təminatında balıq vətəgələrinin böyük rolu olmuşdur. Bu vətəgələr müharibədən sonrakı dövrlərdə də fəaliyyət göstərmişdir.

Картинки по запросу "pirşağı kəndinin tarixi"
Bağçılıq təsərrüfatı Pirşağı iqtisadiyyatının ən qədim sahələrindən biridir. Suvarma sistemi olmayan bu ərazidə əsasən dəmyə bağ və bostanlar salınmışdır. İqlim və təbii şəraitinə uyğun olaraq burada əsasən üzüm, əncir, tut, iydə ağacları əkilmişdir. Pirşağı şanısı, ənciri dillərdə əzbər olmuşdur. Sovet dövründə bağ təsərrüfatı kolxoz və sovxozlarda cəmləşmişdi. Müasir dövrdə Abşeronun su ilə təchizatı yaxşılaşdığı üçün bağçılıq təsərrüfatında da köklü dəyişikliklər baş vermişdir. Belə ki, indi fərdi təsərrüfatlarda istənilən çeşiddə ağaclar və bitkilər yetişdirilir.
Pirşağının təbii şəraiti nəzərə alınaraq Sovet dövründə müxtəlif sağlamlıq ocaqları salınmışdı. Burada sanatoriyalar, pioner düşərgələri fəaliyyət göstərirdi. Bu müəssisələrdə əhalinin xeyli hissəsi çalışırdı ki, bu da iqtisadi vəziyyətə müsbət təsir edirdi.

Link to post
Share on other sites

“Bir kəndin məşhurları” - Bakının Pirşağı kəndinin tanınmışları

 

Modern.az saytı “Bir kəndin məşhurları” rubrikasında növbəti yazını təqdim edir. Adından da göründüyü kimi, bu rubrikada eyni kənddən (yaxud qəsəbədən) olan tanınmış ziyalılar, elm, mədəniyyət, ədəbiyyat, idman adamları, eləcə də ictimai-siyasi sferaya mənsub olan şəxsləri sizlərə təqdim edəcəyik. 

Bu dəfə “yolumuzu” Bakı kəndlərindən salmaq istədik. Professor, şair Vüqar Əhmədlə bərabər Bakının qədim kəndlərindən biri olan Pirşağı kəndi və oranın məşhurlarından bəhs edəcəyik.

Kəndin salınma tarixi orta əsrlərə gedib çıxır. Etimalogiyası barəsində müxtəlif fikirlər var. Amma ən geniş yayılanı “Pir Şahı” anlamıdır. Deyilənə görə, kəndin yaşı Tataz pirinin yaşı ilə ölçülür. Burada əsrlərdən bəridir Pir Şahinin və onun müridi  Şeyx Məhəmmədin məzarüstü abidəsi yerləşir. Tataz piri uzun müddət ziyarətgah olmaqla yanaşı, həm də müalicəvi məkan kimi fəaliyyət göstərib. Ekzema xəstəliyinə tutulan adamlar pirə gəlib, ətrafdan otu qırıb, yaxud torpaq götürüb dərilərinin zədələnən yerinə sürtüb, müalicə olunurmuşlar.

Vaxtilə burada fəaliyyət göstərən təsəvvüf alimi, təbib Pir Şahinin də məhz təbiətin bu sirlərinə yaxşı bələd olduğu üçün müalicəsi yaxşı nəticələr verib. Kəndbəkənd, şəhərbəşəhər müalicəyə gələnlər Pir Şahinin adını əbədiləşdirir, məkanı da onunla əlaqədar Pir Şahı (Pirşağı) adınılandırırlar.  

 

Pirşağıda yaşayan ilk tayfalar Şıxlılar olub. Kənddə daha sonra Məmmədsəfililər, Canahməmmədlilər, Əcəbsalam övladları, Bayramlılar, Nağıyevlər, Hüseyncanlılar və başqa tayfalar da məskunlaşıb. XIX əsrin sonlarında buranın molla və axundları İraq və Nəcəfi-Əşrəfdə oxuyub alimlik dərəcəsinə kimi yüksəlirlər. Axund Ağa Əlizadə, axund Hacı Zeynal Abidin, Hacı Əbu Salam, Hacı Məcid, Əli İsgəndər, axund Rəşid, Əhəd Məhəmməd Tağı oğlu, axund Sadıq və başqalarının bu siyahıda çəkmək olar. Qafqaz müsəlmanlarının ilk şeyxi axund Zeynalabdin də Pirşağı kəndindən olub.

Tarixi şəxsiyyətləri

Adını çəkdiyimiz əslən Pirşağıdan olan professor Vüqar Əhmədin bələdçiliyi ilə kəndin bir neçə tarixi şəxsiyyəti ilə tanış olaq. Əvvəlcə, təbii ki, Qafqazın ilk şeyxülislamı Hacı Axund Əlizadədən söhbət açmaq lazımdır. Bunun özü kiçik fakt deyil. Təsəvvür edin ki, o boyda Qafqazın ilk dini lideri kiçik Pirşağı kəndindən çıxıb. Təsadüfi deyil ki, bu axundun övladları və yaxın ətrafı da vətən üçün dəyərli xadimlər olublar. Yaxın ətrafından  Seyidəli Mirmöhsünzadəni göstərə bilərik.  Mir Mövsüm ağanın da qohumu olan bu şəxs dövrünün tanınmış din xadimi idi. Onu da qeyd edək ki, əsil adı Zeynalabidin olan axundun atası pirşağılı Ağacavad da tanınmış din və elm xadimi olub. Oğlunun Nəcəfdə oxumasının səbəbkarı da o idi. İndi isə keçid alaq Ağamehdi Əlizadəyə. Pirşağının nüfuzunu bir elm xadimi kimi artıran bu şəxs dövrün tanınmış ziyalı ailələrindən birinin qızı Əfşan xanımla evlənir. O, ilk dəfə Azərbaycanda əvvəlcə Diş Texnikumunu, sonra Diş İnstitutunu yaradır. Diş xəstəliklərinin ağrısının aradan qaldırılması və ağrısız müalicəsi üçün ilk addımlar məhz onun təşəbbüsü ilə atılıb. Nəslin ən parlaq nümayəndələrindən biri isə təbii ki, Ağamehdinin oğlu, hamımızın yaxşı tanıdığı akademik Akif Əlizadədir. Hazırda Pirşağını ən yüksək səviyyədə təmsil edən Akif Əlizadə geologiya sahəsində dünya çaplı ixtiralara imza atıb. Uzun müddət (həmçinin indi də ) Geologiya İnstitutunun direktoru və AMEA-nın vitse-prezidenti vəzifələrində çalışıb. 2013-cü ildən isə AMEA-nın prezidentidir.

 

Bəzi mənbələrdə akademiyanın ilk prezidenti Mirəsədulla Mirqasımovun da əslən Pirşağıdan olması qeyd edilir. O, şəhərdə anadan olsa da, fərqli mənbələrdə onun gah Pirşağı, gah da Xızıdan olduğu qeyd edilir.

Pirşağını yüksək səviyyədə təmsil edən daha bir akademik isə təqdimata ehtiyaca olmayan, Bakı neftinin krallarından biri Xoşbəxt Yusifzadədir. Azərbaycan neft sənayesinin inkişaf etməsində misilsiz xidmətlər göstərən qocaman akademik hazırda Dövlət Neft Şirkətinin I vitse-prezidentidir. Xəzər dənizində bir sıra neft yataqlarının kəşfi və onların səmərəli üsulla istehsalda istifadəsi pirşağılı alimin adıyla bağlıdır.

Daha bir akademikin adını unutmaq ən azından günah olardı. O, həm akademik, həm də general olub, rus generalları ilə kosmik gəmiyə minməmişdən qabaq ona “çest” verərdilər. Söhbət general-leytenanat,  SSRİ-də ən böyük kosmonavtika mütəxəssislərindən biri akademik Kərim Kərimovdan gedir. Əslən Pirşağıdan olan alim keçmiş SSRİ-nin ən böyük kosmik tədqiqatçılarından biri kimi ad-san qazanıb. İşi ilə əlaqədar Rusiyada yaşamalı olub və 2003-cü ildə 85 yaşında Moskvada vəfat edib.  

Pirşağıda yetişən bir tarixi qəhrəman da var, barəsində xeyli poemalar, hekayələr, şeirlər yazılıb. Bu, II Dünya Müharibəsində səmada faşistlərə qan udduran hərbi təyyarəçi Hüseynbala Əliyevdir.

 

Link to post
Share on other sites

Vüqar Əhməd Pirşağının tarixi şəxsiyyətləri ilə bağlı bunları qeyd edir:

“Sara Aşurbəylidən tutmuş bütün tarixçilər Pirşağının qədim türk eli-obası, əhalisinin xalis türk olması barədə yazıblar. Hətta professor Təvəkkül Şağanlı da  “Abşeron toponimləri” kitabında bu fikirləri təsdiq edir. Ötən əsrin əvvəllərində Pirşağıdan 12 nəfər dini alim çıxıb. Vasim Məmmədəliyevin dediyinə görə, “Quran”ı ilk dəfə dilimizə çevirən, təfsir edən alim də pirşağılıdır. Azərbaycan Demokratik Respublikasının dövründə şeyxülislam, ilk şeyxülislam Molla Ağa Əlizadə bu kənddən olub. 30-cu illərdə 2-ci dəfə şeyx seçilib. İndi bu kənddən iki akademik var: Xoşbəxt Yusifzadə və Akif Əlizadə. AMEA-nın keçmiş prezidentlərindən biri Rüstəm İsmayılov da pirşağılı olub. Dram teatrının ilk baş rejissoru və direktoru, repressiya qurbanı Bilal Əhməd də kəndimizdəndir”.

Vüqar Əhmədin sadaladıqları arasında Rüstəm İsmayılovun  adını görmək, doğrudan da maraqlıdır. O səbəbdən ki,  akademiyanın tarixi ərzində fəaliyyət göstərən 10 prezidentindən üçünün məhz bu kənddən olmasını özündə əks etdirir.

Картинки по запросу "pirşağı kəndinin tarixi"

Təkcə bu faktın özü Pirşağının nüfuzunun hansı səviyyədə olmasını göstərə bilər. Amma bu hələ hamısı deyil. Vüqar müəllim davam edir:

“XX əsrin tanınmış yazıçı və tərcüməçilərindən Mikayıl Rzaquluzadə və qəzəlxan, klassik ədəbiyyatın, əruzun bilicisi Həkim Qəni də bu torpaqda böyüyüb. Tarzən, xalq artisti Həbib Bayramov,  mərhum qavalçalan, dünya şöhrətli Əzizağa Nəcəfzadə, aktyor Müxlis Canızadə,  məşhur klarnet ifaçısı, mərhum Ələkbər Əsgərov, rəssamlar İbrahim İbrahimov, Lətif Məlikov, Elbəy Rzaqulyev Pirşağının yetişdirdiyi mədəniyyət xadimləridirlər. “Erovision” mahnı müsabiqəsinin  qalibi Eldar Qasımov, onun babası rejissor Balağa Qasımovu da bu siyahıya əlavə etmək olar”.

Vüqar Əhmədin adlarını çəkdiyi pirşağılıların siyahısında ən çox diqqəti çəkən isim Eldar Qasımov oldu. Amma siz gerisinə diqqət edin. İstər Eldar, istərsə onun ailəsi təbii ki, şəhərdə böyüyüb. Amma onun ailəsini babası Balağa Qasımov (uzun illər Musiqili Komediya Teatrının direktoru olub), nənəsi aktrisa, xalq artisti Firəngiz Şərifovanı (təqdimata o qədər də ehtiyac yoxdur) Pirşağı ilə sirli bir doğmalıq bağlayır. Böyük Abbas Mirzə Şərifzadənin qızı olan Firəngiz Şərifova dövrünün tanınmış teatr rejissoru Balağa Qasımovla Pirşağıda uzun müddət yaşayıb.

Əməkdar artist, bədii qiraətçi, eləcə də Mədəniyyət və İncəsənət Universitetində uzun müddət dərs deyən, özü xalq artisti ola bilməsə də, onlarla xalq artisti yetişdirən aktyor Müxlis Canızadə Pirşağının ilk kino qəhrəmanlarındandır.

Əslən Pirşağı ilə bağlı olan aktyorların cərgəsinə vaxtilə “uşaqların əmisi” kimi məşhurlaşan, vaxtsız vəfat edən və elə Pirşağı qəbiristanlığında da dəfn edilən Ələkbər Hüseynovu göstərmək olar. 

Elbəy Rzaquluzadənin haqqında bir-iki kəlmə də əlavə edək. Uzun müddət Rəssamlar İttifaqının katibi olan rəssam, Dövlət Mükafatı laureatı və “Şöhrət” ordeni ilə mükafatıandırılıb. Postsovet məkanının demək olar əksər böyük şəhərlərində sərgiləri keçirilib.

Картинки по запросу "pirşağı kəndinin tarixi"

“10 il Ali Sovetin Rəyasət Heyətinin sədri olan Səftər Cəfərov, professorlar Rafiq və İslam Yusifovlar, tarixçi alim Oqtay Məlikov, məsul şəxslərdən biri olan Zeynulla Şahverdiyev də o kənddəndir.

Yazının əvvəlində adı çəkilənlər arasında Rafiq Mirzəbala oğlu Yusiflinin adı üzərində dayanaq. Bu pirşağılı balası Azərbaycanda məhkəmə təbabəti üzrə ilk mütəxəssis olub və bu sahədə ilk elmlər doktoru adını alıb. Səftər Cəfərov isə Pirşağını dövlət xadimi səviyyəsində təmsil edib. Başqa bir dövlət xadimi isə uzun müddət Bakı Şəhər Soveti maliyyə şöbəsinin rəhbəri işləyən Zeynulla Şahverdiyev olub.  

Müsahibimizin Mirəsədulla Mirqasımovun adını Pirşağı ilə bərabər çəkdiyini nəzərə alaraq deyə bilərik ki, onun oğlu xalq artisti Oqtay Mirqasımov və nəvəsi əməkdar artist Ayan Mirqasımova da mədəniyyət sahəsində Pirşağı torpağını təmsil edə bilərlər. Hazırda Türkiyədə çalışan və ara-sıra vətənə də gələn aktrisa, əməkdar artist Məlahət Abbasova da çox yerdə Pirşağıdan olduğunu qeyd edir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, alim Firuz Hacızadə də bu şəxslərin həmkəndiləridir.

pir_g1508057.jpg

Sonda bu isimlərin yada salınmasında bizə yardımçı olan professor Vüqar Əhməd haqqında onu da deyək ki, onun ulu babası Kərbəlayi Mirmahmud vaxtilə pirşağılıların fəxr və kömək mənbəyi olub. Nüfuzlu həkim olan Mirmahmudun yanında müalicə olunmaq üçün Bakıdan Pirşağıya xeyli adamlar axışarmış. Adını çəkdiyimiz Bilal Əhmədin qardaşı nəvəsi olan şairin böyük qardaşları Əhməd Əhmədov və Mövlüd Əhmədov da Pirşağını layiqincə təmsil edir. Belə ki, Əhməd Əhmədov ixtiraçı alim, Mövlud Əhmədov isə şair dramaturqdur.

Pirşağının bir özəlliyi də təbii ki, Pirşağı bağları olub. Hacı Zeynalabdin Tağıyevdən, Musa Nağıyevdən tutmuş dövrün demək olar əksər tanınmış adamları bu bağlarda dincəliblər. Yəni ilin 3 ayı Pirşağıya məxsus olublar. Amma layihənin standartlarına uyğun gəlmədiyi və adlarını sadalamaqla bitirə bilmədiyimiz üçün qonaq pirşağılıların adlarını qeyd etmirik. Təksə onu demək kifayətdir ki, Bakı bağlarının himni sayılacaq böyük Müşfiqin “Yenə o bağ olaydı “şeiri Pirşağıda yazılıb.

Elmin NURİ

Link to post
Share on other sites

Corat qəsəbəsi: dünən və bu gün

 image.jpeg.ee1c66a7b06f187787f3881db7bb6fe7.jpeg

Məlum olduğu kimi, gələn ay Sumqayıt şəhərinin 60 yaşı tamam olacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 24-də yubileyin ölkəmizdə geniş qeyd edilməsi barədə sərəncam imzalayıb. Artıq Sumqayıtda yubileyə həsr olunan bir sıra maraqlı tədbirlər keçirilib, bizim qəzetimizdə də bu bu barədə silsilə yazılar dərc edilib. Bu dəfə Sumqayıtın Corat qəsəbəsindən söhbət açırıq. Tarixi mənbələr bu qəsəbənin qədim yaşayış məskənlərindən olduğunu göstərir. Səsi eramızın IV-VII əsrlərindən gələn Corat qocaman Xəzərin sahilində narın qızılqumları, böyük karvansaraları, barlı bağları, igid oğulları ilə tanınan bir ünvan olub. Abşeron yarımadasını şimaldan gələn quldur gəmilərinin basqınlarından qorumaq üçün XII əsrdə ucaldılmış müdafiə sədləri, qala və qəsrlər arasında Cürət qalasının da adı çəkilir. Başqa bir mənbədə Corat kəndinin monqolların coratlar tayfasının adı ilə eyni kökdən olduğu ehtimal edilir.

 Image_1132%20(19).JPG

XIII-XIV əsrlərin görkəmli dövlət xadimi, tarixçisi Fəzlullah Rəşidəddin “Camiyyyəti Təvarix” əsərində xatırlanan türk-monqol etnonimləri sırasında Corat qəbilə adını da çəkib ki, bu da Azərbaycan ərazisindəki Corat yer adında öz izini saxlayır. Əlavə edək ki, hazırda dünyada yüzdən çox “Corat” deyilən yer, qəsəbə, insan, hərəkat və s. bildirən ad var. Məsələn, Tailandda Corat qəsəbəsi mövcuddur. Həmkarım Qalib Qadir yenicə çapdan çıxmış “Corat: qloballaşan dünyanın daş yaddaşı” kitabında bu barədə çox maraqlı məlumatlar toplayıb. Yeri gəlmişkən, Xanım Əlabbas qızı da Sumqayıtın 60 illiyi ərəfəsində “Corat-tarixin bir parçası” adlı gözəl kitab çap etdirib.

 

Bakının tarixinə dair sənəd toplularından birində 1813-cü il aprelin 30-da qədim şəhərin 37 ətraf kəndindən xəzinəyə daxil olan gəlirlər və əhalinin sayı haqqında siyahıda 10-cu sırada Coratın adı çəkilir və göstərilir ki, bu kəndin 88 sakini dövlət xəzinəsinə 114 manat 40 qəpik vergi ödəyib. Kəndi seçilmiş kəndxuda idarə edirmiş.

Hələ XIX əsrdə gəmi ilə İrana, Rusiyaya mal daşıyan tacirlər arasında Coratdan da zirək adamlar olub. “Əkinçi” qəzeti 1877-ci ildə yazırdı ki, güclü tufan nəticəsində Bakıdan Rusiyaya 950 baş qoyun aparan coratlı tacirin gəmisi Xəzərdə batmışdır.

Coratlılar tarixən balıqçılıq, bağçılıq və bostançılıq, həmçinin heyvandarlıqla məşğul olublar. XIX əsrin 80-ci illərinə dair bir məlumatda göstərilir ki, Coratda 300, Qobuda 200, Maştağa və Sarayın hərəsində 100 baş iki və bir hörgüclü dəvə saxlanırdı. Dəmiryol nəqliyyatı işə düşəndən sonra Abşeronda dəvəçilik bir təsərrüfat sahəsi kimi sıradan çıxıb. Keyfiyyətli dəvə yunundan müxtəlif paltar və döşənəcək hazırlanmasında istifadə olunurdu. Dəvə ətindən əsasən qutab bişirilirdi. İndi də Corat mətbəxində dadlı dəvə qutabının öz yeri var.

 

Coratın köhnə bağ yerləri — “Çalour”, “Dəhnə”, “Hacıdərəsi”, “Astanbəy”, “Möməli yeri”, “Həbib bağı” yaşlı sakinlər tərəfindən xatırlanmaqdadır. Deyilənə görə, “Dadaş bağı” İosif Stalinin inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yer imiş. Coratlı Hacıbaba Daşdəmirov burada onun təhlükəsizliyini təmin edib. Coratlıların bostan yerləri əsasən indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz qırağında olub. “Təsdim”, “Qurd dərəsi”, “Dovşan yatağı”, “Sarıqaya” adlanan yerlər indi də el arasında olduğu kimi adlandırılır.

Link to post
Share on other sites

Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən olub və Böyük İpək yolunun üzərində yerləşib. El arasında bu yola Karvan yolu, El yolu da deyilib. Coratda yeddi karvansara fəaliyyət göstərib.

Sovet hakimiyyəti qurulandan sonra Coratda “Oktyabr” kolxozu yaradılıb. 1949-cu ildə Sumqayıt şəhərinin salınması ilə əlaqədar bu kolxoz ləğv edilərək əmlak və ərazisi Saray qəsəbəsindəki Voroşilov adına kolxoza təhvil verilib və Corat Sumqayıtın tərkibinə daxil edilib. Deyilənə görə, Eşmədə Coratın balıqçılıq kolxozu da olub.

Coratda çoxlu qədim abidələr vardı. Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları... Təəssüf ki, əksəriyyəti artıq yoxdur. Saray bağlarında, “Qurd dərəsi”, “Dovşan yatağı” adlanan yerlərdə, indiki 17-18-ci mikrorayonların ərazilərində qəsəbənin taxıl zəmiləri, üzüm və meyvə bağları olub.

Image_1132%20(2).JPG

Vaxtilə “Möməli yeri” adlanan ərazidə salınmış 6-cı mikrorayondakı dənizə baxan binamızın arxa eyvanından qonşuluqda qərar tutan Coratı seyr edirəm. Burada dənizdən gələn rütubəti azaltmaq, havanı bir növ qurutmaq məqsədilə minlərlə iydə ağacı əkilmişdi (təəssüf ki, həmin ağaclar kəsilərək yerində göydələnlər ucaldılmışdır). Yaxınlıqdakı şəhər Cümə məscidindən azan səsləri gəlir. Xəzərin şıltaq ləpələri sahilə çırpılaraq keçmiş vətəgə yerlərinə sığal çəkir. İndi buralarda çoxsaylı özəl çimərliklər yaradılıb. Adda-budda qayıqlar gözə dəyir. Okean səviyyəsindən 28 metr aşağıda yerləşən Coratın evləri bir vaxtlar dəfələrlə dəniz sularının altında qalıb. Yalnız Kaynazoy erasının IV dövründə dəniz sularından azad olub. Coratda ən qiymətli nemət balıq olub, siyənək balıqları əsas dolanacan mənbəyi sayılıb.

 

Aclıq dövrlərində balıqçılıq tələbatı qismən ödəyib. Müharibə illərində ucqar kəndlərdən olan, döyüşdə iştirak edə bilməyən kişilər, eləcə də qadınlar buradakı vətəgələrdə işləyib, balığın təmizlənməsi, duzlanması və çəlləklərə yığılmasında yerlilərə kömək ediblər. Bir mülahizəyə görə “Corat” sözünün yaranmasında balıqçılığın müəyyən təsiri olub: guya “tor at” ifadəsi sonralar “Corat” kimi formalaşıb. Dənizdəki gəmilər Cürət qalası üzərində yanan məşəldən mayak kimi istifadə edərək sahilə yan alırmış.

Image_1132%20(3).JPG

Corat qəbiristanlığındakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş “qardaş”larının yanına aparılaraq əcnəbi türistlərə nümayiş etdirilir.

Axşamlar uzaqdan baxanda Coratın sayrışan işıqları göz oxşayır. Coratlılar Xəzərin sahilində mirvaritək bərq vuran bu qədim qəsəbənin turizm marşurutuna daxil edilməsini arzulayır, onun abadlaşdırılaraq daha da gözəl görünməsinə çalışırlar. Corat sanki Sumqayıtın İçərişəhəridir.

 

 

Link to post
Share on other sites

Corat iki dəfə — 60-cı və 80-ci illərdə sökülmək və ləğv olunmaq təhlükəsi ilə üzləşib. Qədim qəsəbəni şəhərə qatmaq istəyən “novator” məmurlar burada yeni mikrorayon salmaq eşqinə düşüblər. Vətənpərvər ziyalılar hər dəfəsində etiraz səslərini ucaldaraq qətiyyət göstərib, buna yol verməyiblər. O vaxtlar Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi işləmiş Kamran Hüseynov, şəhər icraiyyə komitəsinin sədri olmuş Kamal Axundov bu qədim dənizkənarı qəsəbənin xəritədən silinməsinin qarşısını ala biliblər. Səksəninci illərdə isə qəsəbə sovetinin sədri İsgəndər Qasımovun müqaviməti sayəsində memarların bağışlanmaz səhvi reallaşmayıb...

O vaxt Yeni Corat tikilərək böyüyürdü. 1984-85-ci illərdə bu məsələ ilə əlaqədar köhnə üslubu saxlamaqla qəsəbənin yenidən qurulması üçün ümumittifaq müsabiqəsi elan edilmiş və estonların “Qızıla məhəbbət” layihəsi bəyənilmişdi. Lakin sonrakı hadisələr səbəbindən layihə həyata keçirilməmişdir.

Image_1132%20(33).JPG

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyevin dediyinə görə, bu yaşayış məntəqəsi illərcə diqqətdən kənarda qalıb. Yalnız indiki şəhər rəhbərliyinin, icra hakimiyyətinin başçısı Vaqif Əliyevin qayğısı sayəsində qəsəbədə geniş abadlıq-quruculuq işləri həyata keçirilməyə başlayıb. Son illərdə qəsəbənin X.Məhərrəmoğlu, M.Hüseynzadə, S.Əliyev, H.Salayev küçələri, 1-ci və 2-ci məhəllə, 2, 12, 16 və 18-ci keçid, 90-91-ci məhəllələrinə 30500 kvadratmetr asfalt örtük döşənib. Qəsəbə daxilində və yeni məhəllələrdə 88 min manatlıq kanalizasiya xətti çəkilib. Son iki ildə 7 saylı məktəbə, 2 saylı uşaq bağçasına, mədəniyyət evinə, kitabxanaya, idarə aparatına, mərkəzləşmiş mühasibatlığa 40 min manatlıq bərk inventar verilib, 12 min manatlıq əsas vəsait xərclənib. Məktəbin həyətində otüstü xokkey meydançası tikilərək istifadəyə verilib.

Yeri gəlmişkən, Corat məktəbinin hazırda 111 yaşı var. Məktəb kəndin nüfuzlu ziyalılarından olan Hacı Abdulxalıq tərəfindən yaradılıb. Bu təhsil ocağı indi müasir binada yerləşir. Məktəbin məzunları arasında tanınmış elm, təhsil, incəsənət və istehsalat adamları az olmayıb. Sosialist Əməyi Qəhrəmanları, Azərbaycanın ilk metallurq qadını Zəminə Həsənova və Məşədi Əliyev, pedaqoji sahədə çalışan Hafiz Mahmudov, alimlər Səttar Əliyev, Polad Seyidəmirov, Əlinəzər Əliyev, Nazim Yarəliyev, Şamil Həşimov, Tahir Həşimov, Aşura Həşimova, Dilbər Əliyeva, Rəfi Əliyev, Bikəs Ağayeva, hüquqşünaslar Tacəddin Gülmalı oğlu, Mürvət Vəliyev, hərbi həkim Əlislam Əliyev, təyyarəçi Rafiq Hüseynov və başqaları doğma qəsəbənin şan-şöhrət “tac”ına çevriliblər.

Картинки по запросу "Coratın köhnə bağ yerləri"

Qəsəbənin su, qaz, işıq təchizatı problemsizdir. Bu il də abadlıq işləri davam etdirilib. Hava xətləri dəyişdirilib, yeni dirəklər basdırılıb, köhnə su xətləri əvəz edilib, 350 metrdən çox kanalizasiya xətti təmizlənib. Evlərdə 3 minədək elektrik sayğacı quraşdırılıb, 2 transformator təmir edilib, yeni kabelləşdirmə işi başa çatdırılıb. Küçə işıqları sahəsində X.Məhərrəmoğlu küçəsi üzrə 31 plafon bağlanıb və 1200 metr yeni naqil çəkilib. Üç yeni qaztənzimləyici şkaf qoyulub, evlərdə yüzlərcə metr qaz xətti dəyişdirilib. Hazırda qəsəbədə 1822 ədəd yeni kart sistemli qaz sayğacı istismardadır. Qəsəbə bələdiyyəsi ilə birlikdə icra nümayəndəliyi vaxtaşırı iməciliklər təşkil edir, təmizlik işləri həyata keçirilir. İcra nümayəndəliyinin inzibati binasında və xiyabanda 50 min manatlıq əsaslı təmir işi yerinə yetirilib. Bayram günlərində ahıl, əlil və kimsəsizlərə, həmçinin veteranlara yardımlar göstərilir. Gənclərin iştirakı ilə keçirilən idman yarışları, mədəni-kütləvi tədbirlər daim icra nümayəndəliyinin diqqət mərkəzində olur.

 

 

Əli NƏCƏFXANLI

 

Link to post
Share on other sites

ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

 

img1217418.jpg

O üzdən bura gələndə üzərimizə düşən ən əsas vəzifə məhz kəndin tarixi haqda geniş məlumat toplamaq idi. Elə isə gəlin birlikdə tanış olaq. Növbəti səfərimizin ünvanı Fatmayı kəndidir.

 

Kəndin adı ilə bağlı üç versiya var

 

14525.jpgKənd Xəzər dənizindən 54 metr yüksəklikdə olan təpənin cənub yamacında yerləşir. Kənd sakinləri onun adı ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. Əhali arasında yayılan əsas variant bundan ibarətdir ki, kənd yelçəkən ərazidə yerləşib. Ona görə də kəndi “mehi fəth edən yer” mənasına uyğun olaraq “Fatmehi” adlandırıblar. Nəcəf kişi isə kəndin adının dini amillə əlaqədar olduğunu da qeyd edir. Deyir ki, kəndin adı “fatimi” sözündən gəlir, yəni Fatimənin nəslindən olanlar anlamını verir. Ancaq Nəcəf bəy bu mülahizədə də ikitirəliyin bu günə qədər mövcudluğunu izah edir: 14528.jpg“İlkin mülahizəyə görə, ”Fatmayı" sözü bir qadının adı ilə bağlıdır. Digər bir versiya isə kəndin adının Həzrəti Fatiməni xatırlatdığını deyir. Bunu daha çox şiə təriqətinin inanc adamları söyləyirlər".


Kəndin adı haqda versiyalar bununla yekunlaşmır. Başqa bir versiyaya görə, “Fatmayı” sözü Salyan hakiminin dul qalmış arvadının adından götürülüb. Tarixi qaynaqlara görə, bu adın kökləri uzaq XIII əsrə qədər gedib çıxır.
Fatmayı 4 kəndlə həmsərhəddir. Bunlar qonşu Məhəmmədi, Digah, Pirşağı və Goradil kəndləridir.

Link to post
Share on other sites

Kənddə tarixi abidələrin az qismi günümüzə gəlib çıxıb

14527.jpgFatmayını gəzdikcə qarşımıza hər tində tarixi abidələr çıxır. Əslində kəndin tarixi abidələrinin əksəriyyəti günümüzə gəlib çatmayıb. Olan-qalan bir qismi dövrümüzə qədər gəlib çıxıb. Onlar əsasən XVII-XIX əsrlərə aiddir. “Hacı Heybət” məscidi, hamam, türbə, “Salam” məscidi kimi tariximizi əks etdirən tikililər hələ də qalmaqdadır. Ən “gənc” məscid isə 1987-ci ildə xeyriyyəçi Hacı Hüseyn tərəfindən tikilən “İmam Hüseyn” məscididir.
Məscidin bir kənarında çıldaqlar özlərinə ofis açıb əhaliyə xidmət göstərirlər. Orada olarkən çıldağın qəbuluna düşmək üçün uzun növbə yaranmışdı.

Картинки по запросу "fatmayı kəndinin tarixi"
14529.jpgMaraqlısı odur ki, Bakı kəndlərinin heç birində qədim hamamların fəaliyyətdə olanı ilə rastlaşmamışıq. Bu kənddəki qədim hamam da baxımsızlıq ucbatından bərbad haldadır. Buna baxmayaraq hamamın girişindəki lövhədə onun Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğu yazılıb. Kəndlilər hesab edir ki, ötən illərə nisbətən Fatmayı xeyli dərəcədə inkişaf edib. Bunu digər kəndlərlə müqayisədə daha aydın şəkildə müşahidə etmək olar. Kəndə çəkilən Abşeron su kanalı Fatmayıya əsl həyat gətirib.

 

Qara, Əbülfəs və Abdulla Qarayevlər, Rafael Allahverdiyev...

14523.jpgAbşeron kəndləri Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Fatmayı da digər kəndlərdən geri qalmır. Fatmayı sakini Əsədqulu bəy onların adını bir-bir çəkməyə başlayır: “Bizim kənd nəhəng insanlar yetişdirib. Dahi bəstəkar Qara Qarayevin adını qeyd etmək kifayətdir. Siyasi xadim Dadaş Bünyadzadə, məşhur vitse-admiral Cəlil Cavadov bu kəndin övladlarıdır. Bundan əlavə, tanınmış alimlər Abdulla və Əbülfəs Qarayevlər, yazıçı Tağı Şahbazi (Simurq) kimi böyük adamlar burada anadan olub. 14522.jpgÜnlü din alimi Şeyx Ağahüseyn Mirzəhüseyn oğlu və bir çox elm, incəsənət xadimləri də bu kənddən çıxıb. Bakının sabiq meri, rəhmətlik Rafael Allahverdiyev də bizim kəndəndir. O, kənd qəbiristanlığında torpağa verilib. Bu yaxınlarda rəhmətə gedən xalq artisti Telman Adıgözəlov da bizim kəndin qəbiristanlığında dəfn olundu”.

Картинки по запросу "fatmayı kəndinin tarixi"
Kənd sakinləri deyir ki, dövlət tərəfindən aktyora biganə münasibət bəslənilsə də sakinlər onun qəbrini demək olar ki, hər gün ziyarət edirlər: “Torpağa veriləndən indiyə kimi kənd camaatı və digər rayonlarımızdan gələnlər sevimli aktyorun məzarını ziyarət edirlər. Onun ruhuna dualar oxuyurlar”.

Link to post
Share on other sites

Qəhrəman türk əsgərləri kəndi ermənilərdən necə xilas edib?

Картинки по запросу "fatmayı kəndinin tarixi"

14524.jpgKənd qəbiristanlığını da ziyarət edirik. Məzarlığın önündə bağ və bostan bitkiləri satan Qalib adlı kənd sakini bizə qəhrəman türk əsgərlərinin uyuduqları məzarlığı göstərib onların kəndi ermənilərdən necə xilas etmələrini nəql elədi: “Erməni-müsəlman davası olanda erməni ordusu dəniz tərəfdən kəndə hücum edib. Kənd sakinləri öz güclərinə müqavimət göstərməyə çalışsalar da düşmən kəndi top atəşinə tutub. O vaxt Azərbaycana yardıma gələn türk əsgərlərindən ibarət böyük bir batalyonu kəndimizə yönləndiriblər. Onlar burada mərdliklə döyüşüb. Türk əsgərləri canları bahasına kəndi erməni daşnaklarından təmizləyiblər. İndi onlar məzarlığın girişində uyuyur. Yaxınlarının məzarını ziyarət etməyə gələn hər bir kəndli öncə onların qəbirlərini ziyarət edib ruhlarına dua oxuyur”.
Fatmayını gəzərkən öyrənirik ki, bu kənd 6 böyük məhəllədən ibarətdir. Şah Hüseynlilər, Poladlılar, Kolanılılar, Gudeylər, Rəhmanlılar, Əlibeytlilər adlı məhəllələrin hər birinin özəl mənaları var. Kənd sakini Qabil kişi deyir ki, Şah Hüseynlilər cənubdan köçüb gəliblər. Poladlılar şimaldan, Gudeylilər qərbdən gələnlər, Rəhmanlı və Əlbeytlilər İçərişəhərdən, Kolanılılar isə Şamaxıdan köçüb gələnlərdir: “Mən dörd babamı tanıyıram. Biz İçərişəhərdən gələnlərik”.

 

Ecazkar hava burulğanı

Картинки по запросу "fatmayı kəndinin tarixi"

Fatmayı Bakı kəndləri içərisində öz qeyri-adi bağları ilə də məşhurdur. Düzdür, kənd bələdiyyəsi dənizə yaxın ərazilərdə satılmamış bir ovuc boş torpaq qoymayıb. Amma bu da ümumi gözəlliyə xələl gətirmir.
Bu kənd həm də ecazkar hava burulğanı ilə məşhurdur. “Təpə” deyilən əraziyə çıxıb bu möcüzəvi təbiət hadisəsinə şahid oluruq, qeyri-adi hava burulğanını hiss edirik. Bu ərazinin ən böyük özəlliyi ondan ibarətdir ki, isti havalarda burada daima sərin meh əsir. Elə ona görə də son illər buralarda ayaq qoymağa yer qalmayıb. Orada olarkən öyrəndik ki, burada torpağın sotu 6 min manatdan başlamaqla lap yuxarıya qədər gedib çıxır. Amma Fatmayı kimi gözəl kənddə mülk sahibi olmaq üçün bu pulu verməyə dəyər...

Link to post
Share on other sites
Beş məhəlləli kəndin beş əsas problemi...
 

Maştağa kəndi Bakının ən böyük yaşayış məntəqələrindən biri hesab olunur. 6 min hektara yaxın əraziyə malik bu kənd qədim tarixə malikdir. Bu qədim yurdun özünəməxsus adət-ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı mövcud olub, bu gün də onlardan bəziləri yaşadılır, nəsildən-nəsilə ötürülür.

Maştağanın tarixi

“Maştağa” toponiminin qədimdə bu yerlərdə yaşamış massaget tayfasının adından yaranmasına dair məlumatlar var. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanovun "Gülüstan-i İrəm" əsərində də bu fikir qeyd edilib. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI-V əsrlərdə mövcud olub. Tədqiqatçılar bildirirlər ki, Maştağa yadelli işğalçıların basqınına məruz qaldığından dəfələrlə dağıdılıb. Sabunçu rayonunun ərazisinə daxil edilən Maştağa həm də Bakının memarlıq mərkəzlərindən biri olub. Kənd görkəmli ruhanilərin, elm, mədəniyyət və sənət adamlarının vətənidir. Maştağa qədim abidələrilə də məhşurdur.
Maştağa haqqında daha geniş bilgini vaxtilə babası bu kəndin sonuncu kəndxudası olmuş ağsaqqal Bəxtiyar Babayevdən alırıq. Bəxtiyar kişi hesab edir ki, “Maştağa” adı “Basqak” adının dəyişdirilmiş formasıdır: “Deyilənə görə, qədimdə Maştağanın yerində Basqak adlı yayaş məskəni olub. Əhalinin tərkibini də əsasən basqak, sak və bak tayfaları təşkil edib. Basqak çox böyük yer olub. Burda 3850 əhali yaşayıb. Əsrlər keçdikcə “basqak” adı Maştağa formasına düşüb. Keçmişdə burada qala divarları və su sistemi olub. Mağtağa eramızdan əvvəl v-vı əsrlərdə üç dəfə zəlzələdə batıb və sonralar bərpa olunub”.

Картинки по запросу "Maştağa kəndinin tarıxi"
Bəxtiyar Babayevin sözlərinə görə, maştağalılar 1918-ci ilin mart hadisələri zamanı böyük şücaət göstəriblər. Ermənilər Bakıya, o cümlədən Maştağaya hücum edərkən ilk növbədə qoçularla qarşılaşıblar. “Maştağadan olan Qoçu Nəcəfqulu, Qoçu Əziz, Mir İbrahim Ağa, Məşədi Cəbrayıl, Baloğlan, Hacı Abasqulu və digər qoçular türklər gələnə qədər qırğınların qarşısının alınmasında iştirak ediblər”-deyə müsahibimiz bildirir. B.Babayev deyir ki, o vaxtlar yerli əhali birləşərək  “Maştağa dəstəsi” yaradıb. Qafqaz İslam Ordusu Maştağaya daxil olduqdan sonra türklərin və yerli əhalinin birləşdiyi qüvvə Maştağa Qarnizonu adını daşıyıb.
Maştağada məscid, hamam, qəbirüstü abidələr, ovdanların mövcudluğu bu yaşayış məskəninin tarixinin çox-çox qədimlərdən başladığını göstərir. Kənd ağsaqqalları deyirlər ki, Maştağa əhalisinin 99%-i azərbaycanlılardır. Əvvəlki illərə nisbətən Maştağanın etnik tərkibi indi bir az dəyişib.
Sakinlərin sözlərinə görə, sonralar Maştağaya gəlib məskunlaşanlar yerli adət-ənənələri görüb-götürüblər. “Maştağalılar öz mentalitetlərini həmişə qoruyub-saxlayırlar”. Bunu da kənd ağsaqqalları deyir.
Kənddə qədimi evlər çoxdur. Onların üzərində tikilmə tarixi yazılıb.

Link to post
Share on other sites

“Qaniçənlər” məhəlləsi

Kəndin ərazisində 5 məhəllə var. Bunlardan biri Xonxar məhəlləsidir. “Xonxar” sözünün mənası “qaniçənlər” deməkdi. Yalan, ya düz deyilənə görə, keçmişdə bu məhəllədən keçənlərdən qan çıxarmamış buraxmazmışlar. Bu məhəllənin adı da elə o vaxtdan Xonxar qalıb.
Xonxar məhəlləsinin girişində yeni Mədəniyyət və istirahət parkı salınıb. Burada bağban işləyən Valeh Əliyev deyir ki, parkın açılışı hələ olmayıb: “Bu parkı maştağalıların deputatı Eldar Quliyev saldırıb. Parkda işlər hələ davam etdirilir. Parkın açılışı oktyabrın 5-nə gözlənilir”.
Məhəllədə “Əzizin tini” deyilən yer də var. Deyilənə görə, bu yer Qoçu Əzizin qərargahı olub. Sonradan həmin qərargahı onun nəvəsi Əzizağaya veriblər. Əzizağa da kasıb olduğu üçün bu qərargahı bərpa edə bilməyib. Qərargahı ondan alıb, yerində muzey yaratmaq üçün söküblər. Ancaq indi həmin yer boş sahə kimi qalır.
Maştağada çox qədim tarixi olan hamamlar da var. Bunlardan biri Xonxar məhəlləsindəki Şamxar hamamıdı. Kəndin yaşlı sakini Kəbilağa kişi bildirir ki, Şamxar hamamının nə vaxt tikildiyi dəqiq bilinmir: “Bu hamamın 100-dən çox yaşı var. Onu Maştağa sakini Şamxar tikdirib, hamam da elə onun adını daşıyır”.

Картинки по запросу "Maştağa kəndinin tarıxi"
Xanxor məhəlləsindəki Xoca Aydəmir Məscidinin üzərində tarixi yazıdan bilinir ki, onu XIX əsrdə maştağalı Hacı Aydəmir tikdirib.
Xanxorda qədim tarixə malik Pirşeyin qəbirstanlığı da var. Deyilənlərə görə, Pirşeyin qəbristanlığının keçmiş adı “Pirşəhid” olub. Bu qəbristanlıqda üzərində əski əlifba ilə sözlər yazılmış qəbirüstü abidələr çoxdur. Bu da qəbristanlığın qədim tarixə malik olmasını bir daha sübut edir.
Kənd sakini Alxas Əlimərdanovun sözlərinə inansaq, bu qəbristanlıqdan elə qəbirüstü daşlar aparılıb ki, onlar hazırda Sankt-Peterburqdakı məşhur Ermitaj muzeyində saxlanılır.
Xanxor məhəlləsində Qədim Cümə Məscidi də var. Məscidin axundu Hacı Elşən onun 400 ilə yaxın yaşı olduğunu bildirir: “Məscidin nə vaxt və kim tərəfindən inşa olunduğu məlum deyil. Onun üstündə ancaq təmir edildiyi tarixlər göstərilib”.

Link to post
Share on other sites

Seyid Məhəlləsi

Maştağanın ikinci məhəlləsi Seyid adlanır. Deyilənə görə, bu məhəllə vaxtilə seyidlər burada yaşadığına görə belə adlanır. Burada ərəb qarışığı olan sakinlərin də yaşadığı bildirilir. Seyiddə yaşayan camaatın digər məhəllələrdəkilərdən fərqli xüsusiyyəti buranın qadın sakinlərinin örtülü libaslar geyməsi ilə bağlıdır. Maştağadakı qədim hamamlardan biri də bu məhəllədə yerləşir. Bu Qum hamamıdır. Hamam əvvəllər qumun altında olduğu üçün ona belə ad verilib.
Məhəllədəki Cümə məscidinin 130-140 ilə yaxın yaşı olduğu deyilir. Bu məscidi Axund Mirqəni ağa tikdirib. Seyid İbad ağa ocağının isə 150 ilə yaxın yaşı var. Burada bi ocaq da var-8 qapı. Eyirlər onu Pəri xanım adlı maştağalı tikdirib.
Hacı Seyid Məhəmməd adlı sakin deyir ki, ürəyində hər hansı niyyət tutub bu 8 qapının hər birindən keçən şəxsin diləyi çin olur.
Qədim tarixə malik qəbristanlıqdan biri də Seyid məhəlləsindədir. Seyidlər qəbirstanlığı adlanan bu qəbirstanlığın da tarixi məlum deyil. Burada da qədim qəbirüstü abidələr var.


Keçənnər  məhəlləsi
image.jpeg.8b71d248ac09073658862ee6515c7f2a.jpeg
Maştağanın üçüncü məhəlləsi Keçənnər adlanır. Onun belə adlandırılmasına səbəb buradan  gəlib-keçənin çox olması ilə bağlıdır.
Maştağa kəndinin əhalisi əsasən gülçülüklə məşğul olub. İlk dəfə kənddə istixananı  kənd sakini Heydər adlı şəxs tikdirib. Son illər kəndə təbii qazın fasilələrlə, həm də az verilməsi gülçülüyün tədricən tənəzzülə uğramasına səbəb olub. Kənd sakini İntiqam Seyidov deyir ki, Keçənnər məhəlləsinin camaatı keçmişdə daha çox gülçülüklə dolanırmışlar.


Tavaylığın quşbazları

Maştağanın Tavaylıq məhəlləsi qayalıq və təpəlikdə yerləşdiyi üçün belə adlanır. Bu məhəllədə Xanım Zəhra (Gövhər) məscidi var.
Quşbazlıq Maştağanın bəzi yerində populyar məşğuliyyət növü olub. Tavaylıq məhəlləsi bu sahədə xüsusilə fərqlənir. Məhəllə sakini 40 yaşlı quşbaz Rüstəm Mirzəyev 50-ə yaxın göyərçin saxladığını deyir: “Göyərçinin düşər-düşməzi yoxdur. Uşaqlıqdan məndə quş saxlamağa həvəs var. Göyərçin saxlamağın sirləri var. Hər kəs də bu sirri bilmir”.

Link to post
Share on other sites

Dərəqılınc məhəlləsində əsl İslam qaydaları

Dərəqılınc məhəlləsi Maştağanın düzənlik ərazisində yerləşir. Burada yaşayan sakinlər əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Maştağa kəndinin ağsaqalları deyirlər ki,  Dərəqılınc camaatı əsl İslam qayda-qanunları ilə yaşayırlar.
XIX əsr olmasına baxmayaraq Maştağa camaatı arasında köhnə düşüncələrlə yaşayanlar da var. 20 yaşlı gənc Həmid Quliyev deyir ki, onların ailəsində heç kim təhsil almayıb: “Ata-babalarımız necə olublarsa,  mən də elə olmalıyam. Biz oxumağa yaxşı baxmırıq”.
Maştağa kəndində qədim tarixə malik ovdanlar da var. Bu ovdanlar Şah Abbasın dövründə tikilib. Keçmişdə onların bir-birilə əlaqəsi olub. Sonradan kənddə əhali məskunlaşmasə genişləndiyindən bu ovdanların içinə su yığılıb. Ovdanlardan biri dəmiryolunun yaxınlığında, digəri Bilgəh yolunun üstündə, üçüncüsü Bağlar massivində yerləşir.

Maştağanın çətinlikləri

Картинки по запросу "Maştağa kəndinin tarıxi"
Maştağanın mərkəzindən keçən asfalt yola, yolboyuyeni üslubda tikilən, rəngbərəng dam örtükləri olan evlərə baxdıqca adamda xoş təəssürat yaranır. Düşünürsən ki, bu kəndin poblemi azdır, camaatı yəqin yaxşı yaşayır. Ancaq bu, yalnız kənardan görüntüdür. Sakinlərilə söhbət zamanı məlum olur ki, illərlə yığılıb qalan sosial məsələlər-işsizlik, yol, işıq, qaz, su, kanalizasiya problemləri beş məhəlləli Maştağanın əzəli çətinliklərinə çevrilib.
Maştağanın bəzi yerində həyat şəraiti heç də ürəkaçan deyil. Sakinlərin çoxu quyu suyundan istifadə edir. Bakının bir çox kəndləri kimi Maştağanın da böyük bir hissəsində kanalizasiya xətti yoxdur. Kəndin bəzi yerində ötən əsrin 50-60-ci illərində çəkilən xətlər isə çoxdan sıradan çıxıb.
Maştağanın elektrik xətləri də sonuncu dəfə ötən əsrin 70-ci illərinin sonunda bərpa edilib. Kəndin mərkəzində yollar asfalt olsa da, qıraq məhəllələrin küçələri bərbad vəziyyətdədir.
Kənd sakinləri deyirlər ki, buradakı 
293 saylı məktəb qışda qızdırılmadığından uşaqları dərsə göndərə bilmirlər. Son illər hökm sürən şəraitsizlikdən məktəbi qurtaran oğlanlar çörəkpulu dalınca xarici ölkəyə-Rusiyaya üz tuturlar. Kəndin ən işlək müəssisələri olan mərtəb və xəstəxanalarda yerli kadrların sayı çox azdır.

Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • Продается / Сдаётся Дача-Бутик на Новый Год, Новруз и начиная с Апреля по Октябрь. Tel / What’s up:0517774810. Цена 350 AZN за день - сдается минимум на неделю. Цена продажи 280000м. Цена сдачи на лето 7000м за месяц.
      https://bina.az/items/1503108

      Сдается/продаётся великолепная и уютная дача для прекрасного времяпровождения семьи круглый год. Участок 6 сот, дом 150м2, единая Купчая на дом и участок. При строительстве использовались дорогие материалы с учетом того, что дача строилась для себя, а не для продажи. Дача находиться среди правительственных дач с интеллигентными соседями на территории Маяка - Шувеланы.

      20ти летние пальмы, 4 комнаты, высокие потолки, отличный проект, просторные комнаты, витражные окна, качественный ремонт

      При строительстве использовались дорогие материалы с учетом того, что дача строилась для себя, а не для продажи. Дача находиться среди правительственных дач с интеллигентными соседями на территории Маяка - Шувеланы. 20ти летние пальмы, 4 комнаты, высокие потолки, отличный проект, просторные комнаты, витражные окна, качественный ремонт, обои "Замбаити", немецкий ламинат, итальянский кафель и метлаг "Керамо М.", цветной домофон, дорогие белые внутренние двери из дуба со шпоном, большая кухня, 1 с/у во дворе, ворота с дистанц. управлением.

      • 29 replies
    • Merdekanda, Makaron fabrikin arxasinda, esas yola yaxin bag evi satiram. 3 sot, 120 kv.m, 4 otaq, hündür tavan. 1 genish zal, 3 yataq otagi, 1 s/q. Ishiq, su, qaz fasilesiz. Yaxinligda market, aptek ve s. var. Evin ve torpagin kupçasi var.
      055 616 62 62
      • 4 replies
    • Продается дача, квадратура 197м2 - 2 этажа; на первом этаже - холл, комната, кухня, санузел; на втором этаже - 3 спальни + санузел. Дворик 7 сот; гаража нет, бассейн BestWay -10 тонн. Всю мебель/технику оставляю. Вода постоянная, телефон есть. Купчая есть.
       
      Деревья: хан чинар, эвкалипт, мушмула, магнолии, фейхоа, абрикос, инжир, вишня, черешня, яблоня, груша, гойчай нар, виноград, ива, розы, камелия, магнолии, елки
       
       

       
       

       

       



       

       

       
        • Confused
      • 5 replies
    • На территорию Бакинского олимпийского стадиона нельзя будет попасть с большими сумками, а добраться можно будет посредством скоростных маршрутов.
        • Haha
      • 36 replies
    • Украина показала форму на Евро: с контуром границы и нашивкой «Слава Украине». Кажется, нарушили правила УЕФА
        • Like
      • 267 replies
    • Интересный пост прошел в ленте. Взято с Фейсбука сразу пишу, не моё😉

        • Upvote
        • Like
      • 70 replies
    • Прошу извинения у Админа, может не в ту тему написал.
      Но здесь многие Бакинские дачники, а Хартут растёт на Апшероне.
      Всем бакинским дачникам привет.
      Хороших урожаев.
      Куплю хартут, большое количество. Желательно в зоне Бильгя, Ляиш, Нардаран, Албалылыг, Маштага.
      Самовывоз.
      Телефон 012 455 64 10 и 050 644 15 60.и ватсапп.
      Цена договорная.
        • Upvote
        • Thanks
        • Like
      • 6 replies
    • 7 человек набрали,нужно еще три игрока, играем в футбол в 22 00 ,кто хочет милости просим,белый город новый бульвар,за детской площадкой...
      • 0 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.



×
×
  • Create New...