Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Bakının kəndləri


Recommended Posts

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Daşnaklar Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 mart tarixinin - azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. 1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb.

1918-Baki_azad_olundu.jpg

Kütləvi qırğınlar Bakı kəndlərinin əhalısıni də gözləyirdi. Lakin 1905-ci ildə olduğu kimi,  kəndlər birləşir, kəndlılər silahlanır, özünümüdafiə dəstələri yaradılır, onlara nufuz sahibləri – qoçular rəhbərlik edirlər. Ağsaqqallar, din xadimləri kəndləri birliyə dəvət edir və buna nail olurlar. Adətən bir-birilə düşmənçilik aparan qoçular təhlükə soyumyanacan düşmənçiliyi kənara qoyurlar. Bu azdır, qoçular dünənki düşmənlərınə - bugünki komandirlərinə könüllü surətdə tabe olurlar. Qafqaz İslam Ordusu Bakı ətrafına iyul ayında gəlib.

Link to comment
Share on other sites

Təqribən 4 ay ərzində azğın düşmənlə mübarizəni hərbi təlim görməmiş könüllülərdən ibarət özünümüdafiə dəstələri aparıblar. Novxanılılar da düşmən zərbəsinə sinə gəriblər. Yaddaşda qalan igidlərin adlarını çəkirik:            

    Kərbəlayi Hüseyn Murad oğlu,

    Əliağa Murad oğlu,

    Ağabəy Xocabəy oğlu,

    Hilal Xocabəy oğlu,

    Hacıbala Xocabəy oğlu,

    Molla Məşədi Nağı oğlu,

    Hacı Nağı Məşədi Nağı oğlu,

    Hacı Abduləli Məşədi Nağı oğlu,

    Kərbəlayi Həsən,

    Kərbəlayi Həşim Dəniyar oğlu,

    Kərbəlayi Məmmədhüseyn Dəniyar oğlu,                          

    Aslan Dəniyar oğlu,

    Nicat Məhəmmədtağı oğlu,

    Əliağa Məhəmmədtağı oğlu

    Camal Ağasəməd oğlu,

    Bilal Hacısüleyman oğlu,

    Səttar Hacısüleyman oğlu,

    Kərbəlayı Hüseyn Hacı Atakişi oğlu

    Meşədi Pərvaz Əlihüseyn oğlu

Novxanı yaxınlığında gedən döyüşlərin ümumi mənzərəsi haqqında, çox təəssüf ki, ətraflı məlumatları əldə edə bilməmişik. Topladığımız məlumat əsasən yaşlı nəslin yaddaşında qalan, baba və nənələrinin vaxti ilə nəql etdiyi hadisələrə əsaslanır. Bir neçə xatirəni diqqətinizə çatdırırıq. 

Link to comment
Share on other sites

Şahzadə Hacı qızı: Bizim "Qara dərə”də 2 min qoyun tutan qışlağımız var idi. Bir gün eşitdik ki, türk əsgərləri Mürsəl Paşanın başçılığı ilə gəlib Biləcəri qayasında qərargah qurmuşlar. Onda ermənilər çox qudurğanlıq edirdilər. Həyat yoldaşım Gülü kişi tapşırdı ki, təndirlərə çörək yapılsın. Mən də bu göstərişi yerinə yetirib qonşu qadınları, qohumları köməyə çağırdım. 2-3 gündən bir 150, bəzən təndir çox yananda 170 çörəyin xəmirini yoğurub gecədən səhərə kimi bişirirdik. 10-15 qoyun kəsib, evimizdən də (qoyunçu adam idik) pendir, qatıq, süd, bağdan irsal, doşab, əncir qurusu, üzüm-əncir və s. yığardıq dördçarxlı faytonumuzla aparardıq.

1918-shaxzade.jpg

Bir neçə ay belə davam etdi. Gülü kişi deyərdi ki, onlar bizim namusumuzu, evimizi, var- dövlətimizi qorumağa gəliblər, biz də onlardan heç nə əsirgəməməliyik, bu bizim borcumuzdur.

 

Xoşsurət (Qoç) Qubadov: Babam, tanınmış qoçu, hökməlılı Qubad haqqında kənddə çox söz-söhbət eşitmişəm. O cümlədən onun 1918-ci ildə ermənilərlə savaşı haqqında. O, Bakı kəndlərindən toplanmış igidlərə komandirlik edib. Müxtəlif kənd dəstələrinin arasında novxanılıların da adları çəkilərdi. Bu dəstəyə Məmmədhüseyn Dəniyar oğlu başçılıq edib. Babamın rəhbərliyi ilə Xırdalan - Biləcəri - Xocahəsən - Binəqədi – Fatmayı istiqamətində səngərlər qazılıb, cəbhə xətti qorunub.

Minayə Şahbala qızı: Babam Qurban kişi 110 yaşında rəhmətə gedib.

1918-Minaye_Shaxbala.jpg

Bu əhvalatları o, mənə danışıb. Bağ vaxtı idi. Biz bağa köçmüşdük, bütün kənd camaatı kimi. Kəndin də  gözətçisi var idi. Bir gün o, əsgərlərin kəndə gəldiyini xəbər verdi. Gəldim gördüm bizim evə də giriblər. Evimiz 2 mərtəbəli idi. Altında heyvanat saxlamaq üçün yerimiz vardı. Ot, saman, arpa tədarük etmişdik.

 

Həyətə girəndə gördüm qapının qıfılı sındırılıb. Burada çoxlu əsgər, əyinlərində hərbi paltar, əllərində silah, atları da bizim heyvanlar üçün tədarük etdiyimiz arpa-samanla yemləyiblər. İstədim evimə girim, məni içəri buraxmadılar. Dillərini yaxşı başa düşməsəm də, bildim ki, hansısa paşanın qərargahıdır. Məni birtəhər başa saldılar ki, biz sizi  ermənilərdən qorumaq üçün gəlmişik. Arpa-samanın pulunu vermək istəyirdilər, almadım, dedim ayıbdır. Bizim evdən başqa bir neçə evi də açıb 10-15 nəfəri yerləşdirmişdilər. Bağa getdim, onlar üçün üzüm-əncir, motal pendiri gətirdim.

1918-Mursel_Pasha.jpg

Məni içəri buraxmadılar, özümə də tapşırdılar ki, bağdan tez-tez kəndə gəlməyim, bu qorxuludur. Həlak olan çox idi. Evimizin dalında dəfn eləmişdilər. Üstünə sandıq qoyub adlarını, doğum, ölüm tarixlərini yazmışdılar. Mənə demişdilər ki, bizim ev Nuru Paşanın qərargahıdır. Sonralar bildim ki, sən demə, Nuru Paşa (cəbhənin şimal istiqamətinə Mürsəl Paşa başçılıq edib, guman edirik onun gərargahı idi – red.) böyük sərkərdə olubmuş.

Link to comment
Share on other sites


 

Rübabə Həşim qızı (nənəm): 7-8 yaşım vardı. Bakıda novxanılılar məhəlləsində əmilərimlə qonşu idik. Qırğınlar başlayanda arvad-uşaqları göndərdilər Novxanıya. Atam Həşim Dəniyar oğlu, əmilərim Məmməd-hüseyn və Aslan şəhərdə qaldılar. Onlar digər qonşularla birgə məhəlləni ermənilərdən qoruyurdular. Sonra bildık ki, sən demə Novxanı vətəgəsində qadın və uşaqlar üçün qayıqlar hazırlanıb. Ermənilər kəndə qəlib çıxsaydılar, kişilərimiz bizi dənizə çıxarıb batıracaqdılar.

1918-Rubaba_Hashim.jpg

Yayda bağa köçdük. Küçədə oynayırdıq. Bir də gördük ki, atlı hərbçilər gəlir. Başladıq qaçmağa. Atlılar bizi səslədilər. Dedilər ki, qorxmayaq, bizi qorumağa qəliblər. Atam da,  əmilərim də hələ türklər gəlməmiş erməni və ruslarla döyüşüb-lər, atam hətta yaralanıb. Soraqları gah Bakıdan, gah Binəqədinin "Yanan dağ” deyilən yerindən, gah Hökməlidən gələrdi.  

Payızda Bakı azad olundu. Əmilərim Azərbay-can ordusuna qoşulub digər rayonlarda da ermənilərlə vuru-şublar. Onların sözlərinə görə, başımıza gələn müsibətlərin qisasını ordumuz layigincə alıb.

1918-Qafkaz_Islam_ordusu.jpg

Mircavad Babayev: Ana babam İçərişəhərə Novxanıdan köçüb. Məhəmmədtağı İsmayıl oğlunun 5 oğlu var idi. 1918-ci ilin savaşında dayılarımın beşi də özünümüdafiə dəstələrinin tərkibində İçərişəhəri erməni quldurların hüçumlarından qoruyub. İndiki "İçərişəhər” metro stansiyasının arxasında olan qalaqapısının müdafiəsi onlara tapşırılmışdı. Şücaət göstəriblər. Nəcəf dayım şəhid olub. Əliağa sonralar ADR ordusunun tərkibində ermənilərlə savaşda iştirak edib, zabit rütbəsinə layıq görülüb. Sonralar İrana köçməyə məcbur olub.

1918-Mircavad_Babayev.jpg

Link to comment
Share on other sites


Kənd ağsaqqalları: Çoban Əliisgəndər Əsəd oğlu və Seyfəl Əmi "Maralan düzü” deyilən əkin sahəsində dəfn olunmuş 2 türk əsgərinin cənazələrini ümumi qəbiristanlıqda dəfn etmək qərarına gəlirlər. Kənd camaatı da onlara kömək edir. Aşağı qəbiristanlıq deyilən yerdə həmin  türk şəhidlərini dəfn edirlər. Onlar Novxanı kəndinin əhalisini erməni qəsbkarlarından qoruyarkən həlak olmuşdular. Qəbirlərin üstündə Şıxəlı Qurbanovun bu misraları həkk edilmişdi:

Eşidib fəryadın Azərbaycanın,

Tərəddüd etmədən dada yetişdim.

Xalqımın yolunda keçib canımdan,

Əbədi şöhrətə-şana yetişdim.

Kitab-meslehat.jpg

1949-50-ci illərdə, bağlar şəhərlilərə paylanarkən Balamirzə Hacımırzə oğlu bağ sahələrində dəfn olunan 2 türk əsgərinin cənazə-lərini kənd qəbiris-tanlığına köçürüb.

Bir neçə il əvvəl türkiyəli alimlərdən ibarət nümayəndə heyəti Novxanı kəndinə baş çəkmişdir. Onlar əllərindəki sənədi göstərərək bildirdilər ki, Binəqədi istiqamətində 2 türk əsgərinin qəbirləri olmalıdır. Yuxarıda söylədiyimiz əhvalat onlara danışıldı. Alimlər həmyerlilərinin qəbirlərini ziyarət etdilər. Məzarları abad görəndə kövrəldilər və novxanılılara minnətdarlıqlarını bildirdilər.

1918-turk_qabiri.jpg

Nağızadə Hacı  Behişt: Bu əhvalatı mənə Möhüb Əlıməmməd oğlu danışıb:

- 1918-ci ilin yay aylarında türk ordusunun bir dəstəsi artıq Novxanıda idi. Kənd camaatı bağlara köçmüşdü. 10-12 yaşım olardı. Atam saman və ağ nöyüt üçün məni kəndə yollamışdı. Həyətimizdə eşşəyi yükləyib tərpənmək istəyəndə 3 türk əsgəri içəri girdi. Dedilər ki, dəyirmandan səngərlərə döyüşçülər üçün yarma aparmaq lazımdır. Getdik dəyirmana, eşşəyi yüklədik və səngərlərə tərəf yollandıq. Yolda gördük ki, 2 əsgər 2 mülki şəxsi silah altında aparır. Mənimlə gedən əsgərlərin böyüyü (çavuş)  soruşdu ki, bunlar kimdir və onları hara aparırsınız? Dedilər ki, casusdurlar, ermənilərə patron daşıyıblar, gərargaha aparırıq. Çavuş bunların islam dinindən olub-olmaması ilə maraqlandı. Cavab aldı kı, İrandan gəlmə müsəlmanlardır. Bərk qəzəbləndi, onları yerindəcə öldürdü.

1918-Haci_Bexisht.jpg

Bir əhvalat haqqında da qocaların söhbəti yadımdadır. Novxanıdan İsrafil adlı gənc türk ordusuna yazılmışdı, sonradan səngəri atıb qaçmışdı. Türk əsgərləri onu elə kənddə də yaxaladılar, camaatın gözü qabağinda yerə yıxıb o ki var döydülər. Ağsaqqal Gülü kişi qarışmasaydı, bəlkə döyə-döyə öldürərdilər.  

Link to comment
Share on other sites

Pirşağı

Картинки по запросу "pirşağı kəndinin tarixi"

Pirşağı qəsəbəsi — Bakının Sabunçu rayonunda kənd. Ərazisi 19 kv.km-dir. Qəsəbə rayonun Kürdəxanı qəsəbəsi və Abşeron rayonu ilə sərhəddə yerləşməklə ərazisinin böyük hissəsini Xəzər dənizi sahili təşkil edir. Qəsəbədə əhalinin ilk məskunkaşmasını XV əsrə aid edirlər ki. Hazırda Pirşağıda 4 məktəb, 2 uşaq bağçası, mədəniyyət evi, kitabxana, müasir tipli ambulatoriya, təcili yardım məntəqəsi, 2poçt və 2 ATS fəaliyyət göstərir.

Pirşağıda dini elmlərə maraq həmişə güclü olmuşdur. Təsadüfi deyil ki, 18-19-cu əsrlərdə Pirşağıda 12 nəfər Nəcəf axundu olmuşdur. Qafqaz müsəlmanlarının ilk şeyxi Axund Zeynalabdin (Axund Mollaağa adı ilə tanınmışdır) məhz Pirşağılı olmuşdur.

 

Sovet dövründə 20-ci illərin sonu 30-cu illərin əvvəllərində əhali arasında savadsızlığın ləğvi ilə məşğul olan müəllimlər olmuşdur. Əvvəlcə ayrı-ayrı şəxslərin evlərində yerləşən məktəb 1934-cü ildə yeni binaya köçmüşdür.

Tarixi:

Pirşağı Bakının ən qədim kəndlərindən sayılır. Kənd Xəzər denizinin sahilində yerləşir və öz çimərliyi ilə məşhurdur. Azərbaycan Sovet Ensiklopediyasında Pirşağı kəndinin XVII əsrdən formalaşdığı qeyd edilir. Lakin bu təxmini məlumatdır. Belə ki, kəndin quruluşu onu deməyə əsas verir ki, məskunlaşma bir neçə mərhələdə baş vermişdir. Daha qədim məskunlaşma Xəzər dənizinin sahillərinə yaxın yerlərdə olmuşdur. Xəzər dənizinin sahilində qədim tikililər indi də qalmaqdadır. Qədim hamamlar, ovdanlar, su quyuları göstərir ki, insanlar dənizə daha yaxın yerlərdə məskunlaşmışlar. Lakin təbii səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində ərazinin torpaq altında qalması, dənizin qabarma və çəkilməsi nəticəsində sonralar insanlar bir qədər geri çəkilmiş və müasir Pirşağının ərazisində məskunlaşmışlar.

image.jpeg.c9056bc9e68c758a919bd097d2b26d05.jpeg

Kənddə 4 qəbirstanlığın olması da bunu göstərir. Qəbirstanlığın biri dənizə yaxın mövqedə pirin ətrafinda salınmışdır ki, onun daha qədim olması güman edilir. İkinci qəbirstanlıq isə dənizdən xeyli aralı, kəndin cənubunda salınmışdır ki, onun daha sonralar salınması ehtimalı var. Yaşlı sakinlərin verdiyi məlumata görə Pirşağıda iki pir olmuşdur. Birinci qədim pir dənizə yaxın ərazidə yerləşmiş, lakin sonralar adamlar bu ərazidən köçdükdən sonra torpaq altında qalmışdır. Məlumdur ki, Pirşağı özünün güclü şimal küləklərilə məşhurdur. Yaşlı sakinlər qədim pir haqqında belə deyirlər: "Karvan yolunun iki yol ayrıcında böyük bir sahəni əhatə edən Şahi-pir deyilən pir vardı. Həmin pirin həyətində iri gövdəli qara tut ağacı olub. Yol ayrıcında olduğundan uşaqdan böyüyə hamı orada ayaq saxlayıb Piri ziyarət edərmişlər. Niyyət edənlər öz paltarlarından, baş yaylıqlarından ağac budaqlarına asarmışlar. Həmin pirin tarixindən dəqiq xəbər verən olmayıb.

Link to comment
Share on other sites

Güclü tufanlar nəticəsində dənizkənarı yaşayış yerləri, o cümlədən Şahi-pir də torpaq altında qalıb". Hal hazırda bərpa edilmiş Pirşağı Tataz piri haqqında "Azərbaycanın epiqrafik abidələr korpusu" kitabında aşağıdakı məlumat qeyd edilir:"Piri-Şahi movzoleyindən yalnız bünövrə və Piri-Şahinin yanında dəfn edilmiş Şeyx Mühəmmədin qəbirüstü abidəsi qalmışdır.Piri-Şahinin qəbirüstü yazısı pozulmuşdur.Onun qəbirüstündən götürülmüş estampaj professor Paxomovun şəxsi arxivində saxlanılırdı.Yazıda aşağıdakılar qeyd olunmuşdu:"Bu Piri-Şahinin qəbridir." Şeyx Mühəmmədin qəbirüstü yazısında aşağıdakılar qeyd olunmuşdu: "Taleyin gərdişi kimsəyə sadiq olmadı,Qəddar tale istedadlı adamların da sonuna yetdi,Fələyin dərzisi nə köynək tiktisə sonda onu cırdı,Mən dünyaya doyunca baxmadım,Taleyin qəzəbindən çox bəlalar gördüm."Qəbirüstü yazıda tarix qalmamışdır.Abidəni XVII əsrə aid etmək olar.Təsadüfi deyil ki,alimlər kəndin tarixini XVII əsrlə əlaqələndirirlər.Lakin burası aydındır ki,pirin yaranması ilə kəndin məskunlaşması arasında müəyyən zaman fasiləsi olmuşdur. Pirşağı əhalisinin dənizə yaxın yerlərdə məskunlaşması, heç şübhəsiz,balıqçılıq təsərrüfatı ilə də əlaqədar olmuşdur. Həm də Pırşağıda içməli su bütün Abşeronda olduğu kimi çətin tapılırdı.

image.jpeg.b7aad45a58f35d1d81a0c1ac5e414a9a.jpeg

Təsadüfi deyil ki, Abşeron sözünün etimologiyası Abu-Şoran, yəni suyu şor olan yer mənası ilə əlaqələndirilir. Pirşağıda bir neçə şirin su quyusu olmuşdur ki, əhali bu quyulardan istifadə etmişdir. Şirin su quyuları əsasən dəniz sahilinə yaxın yerlərdə yerləşirdi. Yəqin elə bu səbəbdəndir ki, insanlar dəniz sahilinə yaxın yerlərdə məskunlaşmağa çalışmışlar. Başqa bir amil də belə məskunlaşmaya səbəb ola bilərdi, bu da tikinti üçün əsas material olan saraq daşların məhz dəniz qırağından çıxarılması idi. Qeyd olunan səbəblərdən, yəni güclü şimal küləkləri nəticəsində dənizsahili ərazilərin torpaq altında qalması nəticəsində əhali müasir Pirşağı ərazilərinə yerləşmişdir.
Etimologiyası:
Pirşağı sözünün etimologiyası haqqında müxtəlif versiyalar mövcuddur:
1.Tarixçilərin fikrinə görə "Pirşağı" sözü Piri-Şahin sözündən əmələ gəlmişdir. Rəvayətə görə burada insanları öz möcüzəvi müalicə qabiliyyəti ilə sağalda bilən Şahin adında bir şəxs yaşamışdır. Həqiqətən də Pirşağı Tataz pirində qədim qəbir var ki, həmin şəxsin adı ilə bağlıdır. Pirşağı piri dəri xəstəliklərini müalicə edən ocaq kimi tanınmışdır.
2.Digər bir izahata görə Piri-şahı şahın piri mənasına gəlir. Rəvayətə görə bu piri Şah ziyarət etdiyi üçün el arasında Pirişahı deyilmişdir.
3.Başqa bir izahata görə günlərin bir günü Pirdən qundağda olan körpə uşaq tapılır. El arasında bu uşağa Pir-uşağı deyilir. Beləliklə də Pir-uşağı anlayışı yayılmağa başlayır. Lakin daha məntiqi izahata görə Pir ətrafında məskən salıb yaşayanlara Pir-uşaqları deyilmişdir ki, bu da sonralar kəndin adına şamil edilmişdir.
4.Daha bir izahata görə "Pirşağı" ərəb mənşəli sözdür. Sözün ikinci hissəsi uşaq anlayışı ilə deyil, Üşşaq anlayışı ilə bağlıdır. Üşşaq aşiqlər demək olduğu üçün sözün mənası – Pir aşiqləri mənasına gəlir.
Bu versiyalardan hansının daha dəqiq olduğunu söyləmək çətindir. Belə ki, dəqiq yazılı mənbə yoxdur. Deyilənlərin əksəriyyəti xalq etimologiyasına əsaslanır. Bununla yanaşı Pirşağı sözünün Pir anlayışı ilə əlaqədar olmasına heç şübhə yoxdur. Hətta müasir dövrdə də Pirşağı Tataz pirinə müalicə məqsədilə gələnlər var.
Coğrafiyası və iqlimi:
Pirşağı Abşeron yarımadasının şimalında Xəzər dənizinin sahilində yerləşir.Ərazisi tektonik qalxmalara aiddir. Çökmə süxurları geniş yayılmışdır.Qum tirələri,balıqqulağı çöküntülər,qumlar 4-cü dövrün son mərhələsində yaranmış çöküntülərdir.Xəzri adlanan şimal,şimal-qərb,şimal-şərq küləkləri,cənub və cənub şərqdən gələn Gilavar, sahil küləkləri gecə və gündüz brizləri xarakterikdir. Yay fəsli quraqlıq keçir, yarımsəhra və quru çöl iqlimi üstünlük təşkil edir.Yanvar ayının orta aylıq temperaturu 0-3 dərəcə arasında,iyul ayının orta temperaturu 25-27 dərəcə arasında olur.Sutkalıq amplitud 7-8 dərəcədən artıq olmur.Yarımsəhra landşafta malikdir.Boz,boz çəmən və müxtəlif şoran torpaqlar səciyyəvidir.
Əhalisi:
01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qeydiyyatda olan əhalinin sayı 7000 nəfərdir.
İqtisadiyyatı:
Pirşağının iqtisadiyyatı qədim dövrlərdən balıqçılıq, bağçılıq-bostançılıqla bağlı olmuşdur. Yerləşdiyi təbii şəraitə uyğun olaraq burada balıq vətəgələri təsərrüfatın əsasını təşkil etmişdir. Yaşlı adamların danışdıqlarına görə, 1941-1945-ci illərdə, vətən müharibəsi şəraitində əhalinin ərzaqla təminatında balıq vətəgələrinin böyük rolu olmuşdur. Bu vətəgələr müharibədən sonrakı dövrlərdə də fəaliyyət göstərmişdir.

Картинки по запросу "pirşağı kəndinin tarixi"
Bağçılıq təsərrüfatı Pirşağı iqtisadiyyatının ən qədim sahələrindən biridir. Suvarma sistemi olmayan bu ərazidə əsasən dəmyə bağ və bostanlar salınmışdır. İqlim və təbii şəraitinə uyğun olaraq burada əsasən üzüm, əncir, tut, iydə ağacları əkilmişdir. Pirşağı şanısı, ənciri dillərdə əzbər olmuşdur. Sovet dövründə bağ təsərrüfatı kolxoz və sovxozlarda cəmləşmişdi. Müasir dövrdə Abşeronun su ilə təchizatı yaxşılaşdığı üçün bağçılıq təsərrüfatında da köklü dəyişikliklər baş vermişdir. Belə ki, indi fərdi təsərrüfatlarda istənilən çeşiddə ağaclar və bitkilər yetişdirilir.
Pirşağının təbii şəraiti nəzərə alınaraq Sovet dövründə müxtəlif sağlamlıq ocaqları salınmışdı. Burada sanatoriyalar, pioner düşərgələri fəaliyyət göstərirdi. Bu müəssisələrdə əhalinin xeyli hissəsi çalışırdı ki, bu da iqtisadi vəziyyətə müsbət təsir edirdi.

Link to comment
Share on other sites

“Bir kəndin məşhurları” - Bakının Pirşağı kəndinin tanınmışları

 

Modern.az saytı “Bir kəndin məşhurları” rubrikasında növbəti yazını təqdim edir. Adından da göründüyü kimi, bu rubrikada eyni kənddən (yaxud qəsəbədən) olan tanınmış ziyalılar, elm, mədəniyyət, ədəbiyyat, idman adamları, eləcə də ictimai-siyasi sferaya mənsub olan şəxsləri sizlərə təqdim edəcəyik. 

Bu dəfə “yolumuzu” Bakı kəndlərindən salmaq istədik. Professor, şair Vüqar Əhmədlə bərabər Bakının qədim kəndlərindən biri olan Pirşağı kəndi və oranın məşhurlarından bəhs edəcəyik.

Kəndin salınma tarixi orta əsrlərə gedib çıxır. Etimalogiyası barəsində müxtəlif fikirlər var. Amma ən geniş yayılanı “Pir Şahı” anlamıdır. Deyilənə görə, kəndin yaşı Tataz pirinin yaşı ilə ölçülür. Burada əsrlərdən bəridir Pir Şahinin və onun müridi  Şeyx Məhəmmədin məzarüstü abidəsi yerləşir. Tataz piri uzun müddət ziyarətgah olmaqla yanaşı, həm də müalicəvi məkan kimi fəaliyyət göstərib. Ekzema xəstəliyinə tutulan adamlar pirə gəlib, ətrafdan otu qırıb, yaxud torpaq götürüb dərilərinin zədələnən yerinə sürtüb, müalicə olunurmuşlar.

Vaxtilə burada fəaliyyət göstərən təsəvvüf alimi, təbib Pir Şahinin də məhz təbiətin bu sirlərinə yaxşı bələd olduğu üçün müalicəsi yaxşı nəticələr verib. Kəndbəkənd, şəhərbəşəhər müalicəyə gələnlər Pir Şahinin adını əbədiləşdirir, məkanı da onunla əlaqədar Pir Şahı (Pirşağı) adınılandırırlar.  

 

Pirşağıda yaşayan ilk tayfalar Şıxlılar olub. Kənddə daha sonra Məmmədsəfililər, Canahməmmədlilər, Əcəbsalam övladları, Bayramlılar, Nağıyevlər, Hüseyncanlılar və başqa tayfalar da məskunlaşıb. XIX əsrin sonlarında buranın molla və axundları İraq və Nəcəfi-Əşrəfdə oxuyub alimlik dərəcəsinə kimi yüksəlirlər. Axund Ağa Əlizadə, axund Hacı Zeynal Abidin, Hacı Əbu Salam, Hacı Məcid, Əli İsgəndər, axund Rəşid, Əhəd Məhəmməd Tağı oğlu, axund Sadıq və başqalarının bu siyahıda çəkmək olar. Qafqaz müsəlmanlarının ilk şeyxi axund Zeynalabdin də Pirşağı kəndindən olub.

Tarixi şəxsiyyətləri

Adını çəkdiyimiz əslən Pirşağıdan olan professor Vüqar Əhmədin bələdçiliyi ilə kəndin bir neçə tarixi şəxsiyyəti ilə tanış olaq. Əvvəlcə, təbii ki, Qafqazın ilk şeyxülislamı Hacı Axund Əlizadədən söhbət açmaq lazımdır. Bunun özü kiçik fakt deyil. Təsəvvür edin ki, o boyda Qafqazın ilk dini lideri kiçik Pirşağı kəndindən çıxıb. Təsadüfi deyil ki, bu axundun övladları və yaxın ətrafı da vətən üçün dəyərli xadimlər olublar. Yaxın ətrafından  Seyidəli Mirmöhsünzadəni göstərə bilərik.  Mir Mövsüm ağanın da qohumu olan bu şəxs dövrünün tanınmış din xadimi idi. Onu da qeyd edək ki, əsil adı Zeynalabidin olan axundun atası pirşağılı Ağacavad da tanınmış din və elm xadimi olub. Oğlunun Nəcəfdə oxumasının səbəbkarı da o idi. İndi isə keçid alaq Ağamehdi Əlizadəyə. Pirşağının nüfuzunu bir elm xadimi kimi artıran bu şəxs dövrün tanınmış ziyalı ailələrindən birinin qızı Əfşan xanımla evlənir. O, ilk dəfə Azərbaycanda əvvəlcə Diş Texnikumunu, sonra Diş İnstitutunu yaradır. Diş xəstəliklərinin ağrısının aradan qaldırılması və ağrısız müalicəsi üçün ilk addımlar məhz onun təşəbbüsü ilə atılıb. Nəslin ən parlaq nümayəndələrindən biri isə təbii ki, Ağamehdinin oğlu, hamımızın yaxşı tanıdığı akademik Akif Əlizadədir. Hazırda Pirşağını ən yüksək səviyyədə təmsil edən Akif Əlizadə geologiya sahəsində dünya çaplı ixtiralara imza atıb. Uzun müddət (həmçinin indi də ) Geologiya İnstitutunun direktoru və AMEA-nın vitse-prezidenti vəzifələrində çalışıb. 2013-cü ildən isə AMEA-nın prezidentidir.

 

Bəzi mənbələrdə akademiyanın ilk prezidenti Mirəsədulla Mirqasımovun da əslən Pirşağıdan olması qeyd edilir. O, şəhərdə anadan olsa da, fərqli mənbələrdə onun gah Pirşağı, gah da Xızıdan olduğu qeyd edilir.

Pirşağını yüksək səviyyədə təmsil edən daha bir akademik isə təqdimata ehtiyaca olmayan, Bakı neftinin krallarından biri Xoşbəxt Yusifzadədir. Azərbaycan neft sənayesinin inkişaf etməsində misilsiz xidmətlər göstərən qocaman akademik hazırda Dövlət Neft Şirkətinin I vitse-prezidentidir. Xəzər dənizində bir sıra neft yataqlarının kəşfi və onların səmərəli üsulla istehsalda istifadəsi pirşağılı alimin adıyla bağlıdır.

Daha bir akademikin adını unutmaq ən azından günah olardı. O, həm akademik, həm də general olub, rus generalları ilə kosmik gəmiyə minməmişdən qabaq ona “çest” verərdilər. Söhbət general-leytenanat,  SSRİ-də ən böyük kosmonavtika mütəxəssislərindən biri akademik Kərim Kərimovdan gedir. Əslən Pirşağıdan olan alim keçmiş SSRİ-nin ən böyük kosmik tədqiqatçılarından biri kimi ad-san qazanıb. İşi ilə əlaqədar Rusiyada yaşamalı olub və 2003-cü ildə 85 yaşında Moskvada vəfat edib.  

Pirşağıda yetişən bir tarixi qəhrəman da var, barəsində xeyli poemalar, hekayələr, şeirlər yazılıb. Bu, II Dünya Müharibəsində səmada faşistlərə qan udduran hərbi təyyarəçi Hüseynbala Əliyevdir.

 

Link to comment
Share on other sites

Vüqar Əhməd Pirşağının tarixi şəxsiyyətləri ilə bağlı bunları qeyd edir:

“Sara Aşurbəylidən tutmuş bütün tarixçilər Pirşağının qədim türk eli-obası, əhalisinin xalis türk olması barədə yazıblar. Hətta professor Təvəkkül Şağanlı da  “Abşeron toponimləri” kitabında bu fikirləri təsdiq edir. Ötən əsrin əvvəllərində Pirşağıdan 12 nəfər dini alim çıxıb. Vasim Məmmədəliyevin dediyinə görə, “Quran”ı ilk dəfə dilimizə çevirən, təfsir edən alim də pirşağılıdır. Azərbaycan Demokratik Respublikasının dövründə şeyxülislam, ilk şeyxülislam Molla Ağa Əlizadə bu kənddən olub. 30-cu illərdə 2-ci dəfə şeyx seçilib. İndi bu kənddən iki akademik var: Xoşbəxt Yusifzadə və Akif Əlizadə. AMEA-nın keçmiş prezidentlərindən biri Rüstəm İsmayılov da pirşağılı olub. Dram teatrının ilk baş rejissoru və direktoru, repressiya qurbanı Bilal Əhməd də kəndimizdəndir”.

Vüqar Əhmədin sadaladıqları arasında Rüstəm İsmayılovun  adını görmək, doğrudan da maraqlıdır. O səbəbdən ki,  akademiyanın tarixi ərzində fəaliyyət göstərən 10 prezidentindən üçünün məhz bu kənddən olmasını özündə əks etdirir.

Картинки по запросу "pirşağı kəndinin tarixi"

Təkcə bu faktın özü Pirşağının nüfuzunun hansı səviyyədə olmasını göstərə bilər. Amma bu hələ hamısı deyil. Vüqar müəllim davam edir:

“XX əsrin tanınmış yazıçı və tərcüməçilərindən Mikayıl Rzaquluzadə və qəzəlxan, klassik ədəbiyyatın, əruzun bilicisi Həkim Qəni də bu torpaqda böyüyüb. Tarzən, xalq artisti Həbib Bayramov,  mərhum qavalçalan, dünya şöhrətli Əzizağa Nəcəfzadə, aktyor Müxlis Canızadə,  məşhur klarnet ifaçısı, mərhum Ələkbər Əsgərov, rəssamlar İbrahim İbrahimov, Lətif Məlikov, Elbəy Rzaqulyev Pirşağının yetişdirdiyi mədəniyyət xadimləridirlər. “Erovision” mahnı müsabiqəsinin  qalibi Eldar Qasımov, onun babası rejissor Balağa Qasımovu da bu siyahıya əlavə etmək olar”.

Vüqar Əhmədin adlarını çəkdiyi pirşağılıların siyahısında ən çox diqqəti çəkən isim Eldar Qasımov oldu. Amma siz gerisinə diqqət edin. İstər Eldar, istərsə onun ailəsi təbii ki, şəhərdə böyüyüb. Amma onun ailəsini babası Balağa Qasımov (uzun illər Musiqili Komediya Teatrının direktoru olub), nənəsi aktrisa, xalq artisti Firəngiz Şərifovanı (təqdimata o qədər də ehtiyac yoxdur) Pirşağı ilə sirli bir doğmalıq bağlayır. Böyük Abbas Mirzə Şərifzadənin qızı olan Firəngiz Şərifova dövrünün tanınmış teatr rejissoru Balağa Qasımovla Pirşağıda uzun müddət yaşayıb.

Əməkdar artist, bədii qiraətçi, eləcə də Mədəniyyət və İncəsənət Universitetində uzun müddət dərs deyən, özü xalq artisti ola bilməsə də, onlarla xalq artisti yetişdirən aktyor Müxlis Canızadə Pirşağının ilk kino qəhrəmanlarındandır.

Əslən Pirşağı ilə bağlı olan aktyorların cərgəsinə vaxtilə “uşaqların əmisi” kimi məşhurlaşan, vaxtsız vəfat edən və elə Pirşağı qəbiristanlığında da dəfn edilən Ələkbər Hüseynovu göstərmək olar. 

Elbəy Rzaquluzadənin haqqında bir-iki kəlmə də əlavə edək. Uzun müddət Rəssamlar İttifaqının katibi olan rəssam, Dövlət Mükafatı laureatı və “Şöhrət” ordeni ilə mükafatıandırılıb. Postsovet məkanının demək olar əksər böyük şəhərlərində sərgiləri keçirilib.

Картинки по запросу "pirşağı kəndinin tarixi"

“10 il Ali Sovetin Rəyasət Heyətinin sədri olan Səftər Cəfərov, professorlar Rafiq və İslam Yusifovlar, tarixçi alim Oqtay Məlikov, məsul şəxslərdən biri olan Zeynulla Şahverdiyev də o kənddəndir.

Yazının əvvəlində adı çəkilənlər arasında Rafiq Mirzəbala oğlu Yusiflinin adı üzərində dayanaq. Bu pirşağılı balası Azərbaycanda məhkəmə təbabəti üzrə ilk mütəxəssis olub və bu sahədə ilk elmlər doktoru adını alıb. Səftər Cəfərov isə Pirşağını dövlət xadimi səviyyəsində təmsil edib. Başqa bir dövlət xadimi isə uzun müddət Bakı Şəhər Soveti maliyyə şöbəsinin rəhbəri işləyən Zeynulla Şahverdiyev olub.  

Müsahibimizin Mirəsədulla Mirqasımovun adını Pirşağı ilə bərabər çəkdiyini nəzərə alaraq deyə bilərik ki, onun oğlu xalq artisti Oqtay Mirqasımov və nəvəsi əməkdar artist Ayan Mirqasımova da mədəniyyət sahəsində Pirşağı torpağını təmsil edə bilərlər. Hazırda Türkiyədə çalışan və ara-sıra vətənə də gələn aktrisa, əməkdar artist Məlahət Abbasova da çox yerdə Pirşağıdan olduğunu qeyd edir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova, alim Firuz Hacızadə də bu şəxslərin həmkəndiləridir.

pir_g1508057.jpg

Sonda bu isimlərin yada salınmasında bizə yardımçı olan professor Vüqar Əhməd haqqında onu da deyək ki, onun ulu babası Kərbəlayi Mirmahmud vaxtilə pirşağılıların fəxr və kömək mənbəyi olub. Nüfuzlu həkim olan Mirmahmudun yanında müalicə olunmaq üçün Bakıdan Pirşağıya xeyli adamlar axışarmış. Adını çəkdiyimiz Bilal Əhmədin qardaşı nəvəsi olan şairin böyük qardaşları Əhməd Əhmədov və Mövlüd Əhmədov da Pirşağını layiqincə təmsil edir. Belə ki, Əhməd Əhmədov ixtiraçı alim, Mövlud Əhmədov isə şair dramaturqdur.

Pirşağının bir özəlliyi də təbii ki, Pirşağı bağları olub. Hacı Zeynalabdin Tağıyevdən, Musa Nağıyevdən tutmuş dövrün demək olar əksər tanınmış adamları bu bağlarda dincəliblər. Yəni ilin 3 ayı Pirşağıya məxsus olublar. Amma layihənin standartlarına uyğun gəlmədiyi və adlarını sadalamaqla bitirə bilmədiyimiz üçün qonaq pirşağılıların adlarını qeyd etmirik. Təksə onu demək kifayətdir ki, Bakı bağlarının himni sayılacaq böyük Müşfiqin “Yenə o bağ olaydı “şeiri Pirşağıda yazılıb.

Elmin NURİ

Link to comment
Share on other sites

Corat qəsəbəsi: dünən və bu gün

 image.jpeg.ee1c66a7b06f187787f3881db7bb6fe7.jpeg

Məlum olduğu kimi, gələn ay Sumqayıt şəhərinin 60 yaşı tamam olacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 24-də yubileyin ölkəmizdə geniş qeyd edilməsi barədə sərəncam imzalayıb. Artıq Sumqayıtda yubileyə həsr olunan bir sıra maraqlı tədbirlər keçirilib, bizim qəzetimizdə də bu bu barədə silsilə yazılar dərc edilib. Bu dəfə Sumqayıtın Corat qəsəbəsindən söhbət açırıq. Tarixi mənbələr bu qəsəbənin qədim yaşayış məskənlərindən olduğunu göstərir. Səsi eramızın IV-VII əsrlərindən gələn Corat qocaman Xəzərin sahilində narın qızılqumları, böyük karvansaraları, barlı bağları, igid oğulları ilə tanınan bir ünvan olub. Abşeron yarımadasını şimaldan gələn quldur gəmilərinin basqınlarından qorumaq üçün XII əsrdə ucaldılmış müdafiə sədləri, qala və qəsrlər arasında Cürət qalasının da adı çəkilir. Başqa bir mənbədə Corat kəndinin monqolların coratlar tayfasının adı ilə eyni kökdən olduğu ehtimal edilir.

 Image_1132%20(19).JPG

XIII-XIV əsrlərin görkəmli dövlət xadimi, tarixçisi Fəzlullah Rəşidəddin “Camiyyyəti Təvarix” əsərində xatırlanan türk-monqol etnonimləri sırasında Corat qəbilə adını da çəkib ki, bu da Azərbaycan ərazisindəki Corat yer adında öz izini saxlayır. Əlavə edək ki, hazırda dünyada yüzdən çox “Corat” deyilən yer, qəsəbə, insan, hərəkat və s. bildirən ad var. Məsələn, Tailandda Corat qəsəbəsi mövcuddur. Həmkarım Qalib Qadir yenicə çapdan çıxmış “Corat: qloballaşan dünyanın daş yaddaşı” kitabında bu barədə çox maraqlı məlumatlar toplayıb. Yeri gəlmişkən, Xanım Əlabbas qızı da Sumqayıtın 60 illiyi ərəfəsində “Corat-tarixin bir parçası” adlı gözəl kitab çap etdirib.

 

Bakının tarixinə dair sənəd toplularından birində 1813-cü il aprelin 30-da qədim şəhərin 37 ətraf kəndindən xəzinəyə daxil olan gəlirlər və əhalinin sayı haqqında siyahıda 10-cu sırada Coratın adı çəkilir və göstərilir ki, bu kəndin 88 sakini dövlət xəzinəsinə 114 manat 40 qəpik vergi ödəyib. Kəndi seçilmiş kəndxuda idarə edirmiş.

Hələ XIX əsrdə gəmi ilə İrana, Rusiyaya mal daşıyan tacirlər arasında Coratdan da zirək adamlar olub. “Əkinçi” qəzeti 1877-ci ildə yazırdı ki, güclü tufan nəticəsində Bakıdan Rusiyaya 950 baş qoyun aparan coratlı tacirin gəmisi Xəzərdə batmışdır.

Coratlılar tarixən balıqçılıq, bağçılıq və bostançılıq, həmçinin heyvandarlıqla məşğul olublar. XIX əsrin 80-ci illərinə dair bir məlumatda göstərilir ki, Coratda 300, Qobuda 200, Maştağa və Sarayın hərəsində 100 baş iki və bir hörgüclü dəvə saxlanırdı. Dəmiryol nəqliyyatı işə düşəndən sonra Abşeronda dəvəçilik bir təsərrüfat sahəsi kimi sıradan çıxıb. Keyfiyyətli dəvə yunundan müxtəlif paltar və döşənəcək hazırlanmasında istifadə olunurdu. Dəvə ətindən əsasən qutab bişirilirdi. İndi də Corat mətbəxində dadlı dəvə qutabının öz yeri var.

 

Coratın köhnə bağ yerləri — “Çalour”, “Dəhnə”, “Hacıdərəsi”, “Astanbəy”, “Möməli yeri”, “Həbib bağı” yaşlı sakinlər tərəfindən xatırlanmaqdadır. Deyilənə görə, “Dadaş bağı” İosif Stalinin inqilabi fəaliyyəti dövründə müvəqqəti daldalandığı yer imiş. Coratlı Hacıbaba Daşdəmirov burada onun təhlükəsizliyini təmin edib. Coratlıların bostan yerləri əsasən indiki Hacı Zeynalabdin qəsəbəsinin ərazisində, dəniz qırağında olub. “Təsdim”, “Qurd dərəsi”, “Dovşan yatağı”, “Sarıqaya” adlanan yerlər indi də el arasında olduğu kimi adlandırılır.

Link to comment
Share on other sites

Corat ərazi cəhətdən Abşeronun ən iri kəndlərindən olub və Böyük İpək yolunun üzərində yerləşib. El arasında bu yola Karvan yolu, El yolu da deyilib. Coratda yeddi karvansara fəaliyyət göstərib.

Sovet hakimiyyəti qurulandan sonra Coratda “Oktyabr” kolxozu yaradılıb. 1949-cu ildə Sumqayıt şəhərinin salınması ilə əlaqədar bu kolxoz ləğv edilərək əmlak və ərazisi Saray qəsəbəsindəki Voroşilov adına kolxoza təhvil verilib və Corat Sumqayıtın tərkibinə daxil edilib. Deyilənə görə, Eşmədə Coratın balıqçılıq kolxozu da olub.

Coratda çoxlu qədim abidələr vardı. Cümə, Gülxatun, Hacı Kiçikbəy, Hacı Hümbət məscidləri, pir və ocaqlar, qalalar, XIV əsrə aid hamam, ehsanlıq su quyuları... Təəssüf ki, əksəriyyəti artıq yoxdur. Saray bağlarında, “Qurd dərəsi”, “Dovşan yatağı” adlanan yerlərdə, indiki 17-18-ci mikrorayonların ərazilərində qəsəbənin taxıl zəmiləri, üzüm və meyvə bağları olub.

Image_1132%20(2).JPG

Vaxtilə “Möməli yeri” adlanan ərazidə salınmış 6-cı mikrorayondakı dənizə baxan binamızın arxa eyvanından qonşuluqda qərar tutan Coratı seyr edirəm. Burada dənizdən gələn rütubəti azaltmaq, havanı bir növ qurutmaq məqsədilə minlərlə iydə ağacı əkilmişdi (təəssüf ki, həmin ağaclar kəsilərək yerində göydələnlər ucaldılmışdır). Yaxınlıqdakı şəhər Cümə məscidindən azan səsləri gəlir. Xəzərin şıltaq ləpələri sahilə çırpılaraq keçmiş vətəgə yerlərinə sığal çəkir. İndi buralarda çoxsaylı özəl çimərliklər yaradılıb. Adda-budda qayıqlar gözə dəyir. Okean səviyyəsindən 28 metr aşağıda yerləşən Coratın evləri bir vaxtlar dəfələrlə dəniz sularının altında qalıb. Yalnız Kaynazoy erasının IV dövründə dəniz sularından azad olub. Coratda ən qiymətli nemət balıq olub, siyənək balıqları əsas dolanacan mənbəyi sayılıb.

 

Aclıq dövrlərində balıqçılıq tələbatı qismən ödəyib. Müharibə illərində ucqar kəndlərdən olan, döyüşdə iştirak edə bilməyən kişilər, eləcə də qadınlar buradakı vətəgələrdə işləyib, balığın təmizlənməsi, duzlanması və çəlləklərə yığılmasında yerlilərə kömək ediblər. Bir mülahizəyə görə “Corat” sözünün yaranmasında balıqçılığın müəyyən təsiri olub: guya “tor at” ifadəsi sonralar “Corat” kimi formalaşıb. Dənizdəki gəmilər Cürət qalası üzərində yanan məşəldən mayak kimi istifadə edərək sahilə yan alırmış.

Image_1132%20(3).JPG

Corat qəbiristanlığındakı sərdabələr, daş kitabələr, sənduqələr, pirlər, qəbirüstü yazılar uzaq keçmişdən soraq verir. Vaxtilə buradakı daş kitabələrdən biri Sankt-Peterburqdakı Ermitaj muzeyinə aparılıb. Başqa bir kitabə isə Bakıya, Qız qalasının yanındakı daş “qardaş”larının yanına aparılaraq əcnəbi türistlərə nümayiş etdirilir.

Axşamlar uzaqdan baxanda Coratın sayrışan işıqları göz oxşayır. Coratlılar Xəzərin sahilində mirvaritək bərq vuran bu qədim qəsəbənin turizm marşurutuna daxil edilməsini arzulayır, onun abadlaşdırılaraq daha da gözəl görünməsinə çalışırlar. Corat sanki Sumqayıtın İçərişəhəridir.

 

 

Link to comment
Share on other sites

Corat iki dəfə — 60-cı və 80-ci illərdə sökülmək və ləğv olunmaq təhlükəsi ilə üzləşib. Qədim qəsəbəni şəhərə qatmaq istəyən “novator” məmurlar burada yeni mikrorayon salmaq eşqinə düşüblər. Vətənpərvər ziyalılar hər dəfəsində etiraz səslərini ucaldaraq qətiyyət göstərib, buna yol verməyiblər. O vaxtlar Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi işləmiş Kamran Hüseynov, şəhər icraiyyə komitəsinin sədri olmuş Kamal Axundov bu qədim dənizkənarı qəsəbənin xəritədən silinməsinin qarşısını ala biliblər. Səksəninci illərdə isə qəsəbə sovetinin sədri İsgəndər Qasımovun müqaviməti sayəsində memarların bağışlanmaz səhvi reallaşmayıb...

O vaxt Yeni Corat tikilərək böyüyürdü. 1984-85-ci illərdə bu məsələ ilə əlaqədar köhnə üslubu saxlamaqla qəsəbənin yenidən qurulması üçün ümumittifaq müsabiqəsi elan edilmiş və estonların “Qızıla məhəbbət” layihəsi bəyənilmişdi. Lakin sonrakı hadisələr səbəbindən layihə həyata keçirilməmişdir.

Image_1132%20(33).JPG

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyevin dediyinə görə, bu yaşayış məntəqəsi illərcə diqqətdən kənarda qalıb. Yalnız indiki şəhər rəhbərliyinin, icra hakimiyyətinin başçısı Vaqif Əliyevin qayğısı sayəsində qəsəbədə geniş abadlıq-quruculuq işləri həyata keçirilməyə başlayıb. Son illərdə qəsəbənin X.Məhərrəmoğlu, M.Hüseynzadə, S.Əliyev, H.Salayev küçələri, 1-ci və 2-ci məhəllə, 2, 12, 16 və 18-ci keçid, 90-91-ci məhəllələrinə 30500 kvadratmetr asfalt örtük döşənib. Qəsəbə daxilində və yeni məhəllələrdə 88 min manatlıq kanalizasiya xətti çəkilib. Son iki ildə 7 saylı məktəbə, 2 saylı uşaq bağçasına, mədəniyyət evinə, kitabxanaya, idarə aparatına, mərkəzləşmiş mühasibatlığa 40 min manatlıq bərk inventar verilib, 12 min manatlıq əsas vəsait xərclənib. Məktəbin həyətində otüstü xokkey meydançası tikilərək istifadəyə verilib.

Yeri gəlmişkən, Corat məktəbinin hazırda 111 yaşı var. Məktəb kəndin nüfuzlu ziyalılarından olan Hacı Abdulxalıq tərəfindən yaradılıb. Bu təhsil ocağı indi müasir binada yerləşir. Məktəbin məzunları arasında tanınmış elm, təhsil, incəsənət və istehsalat adamları az olmayıb. Sosialist Əməyi Qəhrəmanları, Azərbaycanın ilk metallurq qadını Zəminə Həsənova və Məşədi Əliyev, pedaqoji sahədə çalışan Hafiz Mahmudov, alimlər Səttar Əliyev, Polad Seyidəmirov, Əlinəzər Əliyev, Nazim Yarəliyev, Şamil Həşimov, Tahir Həşimov, Aşura Həşimova, Dilbər Əliyeva, Rəfi Əliyev, Bikəs Ağayeva, hüquqşünaslar Tacəddin Gülmalı oğlu, Mürvət Vəliyev, hərbi həkim Əlislam Əliyev, təyyarəçi Rafiq Hüseynov və başqaları doğma qəsəbənin şan-şöhrət “tac”ına çevriliblər.

Картинки по запросу "Coratın köhnə bağ yerləri"

Qəsəbənin su, qaz, işıq təchizatı problemsizdir. Bu il də abadlıq işləri davam etdirilib. Hava xətləri dəyişdirilib, yeni dirəklər basdırılıb, köhnə su xətləri əvəz edilib, 350 metrdən çox kanalizasiya xətti təmizlənib. Evlərdə 3 minədək elektrik sayğacı quraşdırılıb, 2 transformator təmir edilib, yeni kabelləşdirmə işi başa çatdırılıb. Küçə işıqları sahəsində X.Məhərrəmoğlu küçəsi üzrə 31 plafon bağlanıb və 1200 metr yeni naqil çəkilib. Üç yeni qaztənzimləyici şkaf qoyulub, evlərdə yüzlərcə metr qaz xətti dəyişdirilib. Hazırda qəsəbədə 1822 ədəd yeni kart sistemli qaz sayğacı istismardadır. Qəsəbə bələdiyyəsi ilə birlikdə icra nümayəndəliyi vaxtaşırı iməciliklər təşkil edir, təmizlik işləri həyata keçirilir. İcra nümayəndəliyinin inzibati binasında və xiyabanda 50 min manatlıq əsaslı təmir işi yerinə yetirilib. Bayram günlərində ahıl, əlil və kimsəsizlərə, həmçinin veteranlara yardımlar göstərilir. Gənclərin iştirakı ilə keçirilən idman yarışları, mədəni-kütləvi tədbirlər daim icra nümayəndəliyinin diqqət mərkəzində olur.

 

 

Əli NƏCƏFXANLI

 

Link to comment
Share on other sites

ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

 

img1217418.jpg

O üzdən bura gələndə üzərimizə düşən ən əsas vəzifə məhz kəndin tarixi haqda geniş məlumat toplamaq idi. Elə isə gəlin birlikdə tanış olaq. Növbəti səfərimizin ünvanı Fatmayı kəndidir.

 

Kəndin adı ilə bağlı üç versiya var

 

14525.jpgKənd Xəzər dənizindən 54 metr yüksəklikdə olan təpənin cənub yamacında yerləşir. Kənd sakinləri onun adı ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. Əhali arasında yayılan əsas variant bundan ibarətdir ki, kənd yelçəkən ərazidə yerləşib. Ona görə də kəndi “mehi fəth edən yer” mənasına uyğun olaraq “Fatmehi” adlandırıblar. Nəcəf kişi isə kəndin adının dini amillə əlaqədar olduğunu da qeyd edir. Deyir ki, kəndin adı “fatimi” sözündən gəlir, yəni Fatimənin nəslindən olanlar anlamını verir. Ancaq Nəcəf bəy bu mülahizədə də ikitirəliyin bu günə qədər mövcudluğunu izah edir: 14528.jpg“İlkin mülahizəyə görə, ”Fatmayı" sözü bir qadının adı ilə bağlıdır. Digər bir versiya isə kəndin adının Həzrəti Fatiməni xatırlatdığını deyir. Bunu daha çox şiə təriqətinin inanc adamları söyləyirlər".


Kəndin adı haqda versiyalar bununla yekunlaşmır. Başqa bir versiyaya görə, “Fatmayı” sözü Salyan hakiminin dul qalmış arvadının adından götürülüb. Tarixi qaynaqlara görə, bu adın kökləri uzaq XIII əsrə qədər gedib çıxır.
Fatmayı 4 kəndlə həmsərhəddir. Bunlar qonşu Məhəmmədi, Digah, Pirşağı və Goradil kəndləridir.

Link to comment
Share on other sites

Kənddə tarixi abidələrin az qismi günümüzə gəlib çıxıb

14527.jpgFatmayını gəzdikcə qarşımıza hər tində tarixi abidələr çıxır. Əslində kəndin tarixi abidələrinin əksəriyyəti günümüzə gəlib çatmayıb. Olan-qalan bir qismi dövrümüzə qədər gəlib çıxıb. Onlar əsasən XVII-XIX əsrlərə aiddir. “Hacı Heybət” məscidi, hamam, türbə, “Salam” məscidi kimi tariximizi əks etdirən tikililər hələ də qalmaqdadır. Ən “gənc” məscid isə 1987-ci ildə xeyriyyəçi Hacı Hüseyn tərəfindən tikilən “İmam Hüseyn” məscididir.
Məscidin bir kənarında çıldaqlar özlərinə ofis açıb əhaliyə xidmət göstərirlər. Orada olarkən çıldağın qəbuluna düşmək üçün uzun növbə yaranmışdı.

Картинки по запросу "fatmayı kəndinin tarixi"
14529.jpgMaraqlısı odur ki, Bakı kəndlərinin heç birində qədim hamamların fəaliyyətdə olanı ilə rastlaşmamışıq. Bu kənddəki qədim hamam da baxımsızlıq ucbatından bərbad haldadır. Buna baxmayaraq hamamın girişindəki lövhədə onun Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğu yazılıb. Kəndlilər hesab edir ki, ötən illərə nisbətən Fatmayı xeyli dərəcədə inkişaf edib. Bunu digər kəndlərlə müqayisədə daha aydın şəkildə müşahidə etmək olar. Kəndə çəkilən Abşeron su kanalı Fatmayıya əsl həyat gətirib.

 

Qara, Əbülfəs və Abdulla Qarayevlər, Rafael Allahverdiyev...

14523.jpgAbşeron kəndləri Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Fatmayı da digər kəndlərdən geri qalmır. Fatmayı sakini Əsədqulu bəy onların adını bir-bir çəkməyə başlayır: “Bizim kənd nəhəng insanlar yetişdirib. Dahi bəstəkar Qara Qarayevin adını qeyd etmək kifayətdir. Siyasi xadim Dadaş Bünyadzadə, məşhur vitse-admiral Cəlil Cavadov bu kəndin övladlarıdır. Bundan əlavə, tanınmış alimlər Abdulla və Əbülfəs Qarayevlər, yazıçı Tağı Şahbazi (Simurq) kimi böyük adamlar burada anadan olub. 14522.jpgÜnlü din alimi Şeyx Ağahüseyn Mirzəhüseyn oğlu və bir çox elm, incəsənət xadimləri də bu kənddən çıxıb. Bakının sabiq meri, rəhmətlik Rafael Allahverdiyev də bizim kəndəndir. O, kənd qəbiristanlığında torpağa verilib. Bu yaxınlarda rəhmətə gedən xalq artisti Telman Adıgözəlov da bizim kəndin qəbiristanlığında dəfn olundu”.

Картинки по запросу "fatmayı kəndinin tarixi"
Kənd sakinləri deyir ki, dövlət tərəfindən aktyora biganə münasibət bəslənilsə də sakinlər onun qəbrini demək olar ki, hər gün ziyarət edirlər: “Torpağa veriləndən indiyə kimi kənd camaatı və digər rayonlarımızdan gələnlər sevimli aktyorun məzarını ziyarət edirlər. Onun ruhuna dualar oxuyurlar”.

Link to comment
Share on other sites

Qəhrəman türk əsgərləri kəndi ermənilərdən necə xilas edib?

Картинки по запросу "fatmayı kəndinin tarixi"

14524.jpgKənd qəbiristanlığını da ziyarət edirik. Məzarlığın önündə bağ və bostan bitkiləri satan Qalib adlı kənd sakini bizə qəhrəman türk əsgərlərinin uyuduqları məzarlığı göstərib onların kəndi ermənilərdən necə xilas etmələrini nəql elədi: “Erməni-müsəlman davası olanda erməni ordusu dəniz tərəfdən kəndə hücum edib. Kənd sakinləri öz güclərinə müqavimət göstərməyə çalışsalar da düşmən kəndi top atəşinə tutub. O vaxt Azərbaycana yardıma gələn türk əsgərlərindən ibarət böyük bir batalyonu kəndimizə yönləndiriblər. Onlar burada mərdliklə döyüşüb. Türk əsgərləri canları bahasına kəndi erməni daşnaklarından təmizləyiblər. İndi onlar məzarlığın girişində uyuyur. Yaxınlarının məzarını ziyarət etməyə gələn hər bir kəndli öncə onların qəbirlərini ziyarət edib ruhlarına dua oxuyur”.
Fatmayını gəzərkən öyrənirik ki, bu kənd 6 böyük məhəllədən ibarətdir. Şah Hüseynlilər, Poladlılar, Kolanılılar, Gudeylər, Rəhmanlılar, Əlibeytlilər adlı məhəllələrin hər birinin özəl mənaları var. Kənd sakini Qabil kişi deyir ki, Şah Hüseynlilər cənubdan köçüb gəliblər. Poladlılar şimaldan, Gudeylilər qərbdən gələnlər, Rəhmanlı və Əlbeytlilər İçərişəhərdən, Kolanılılar isə Şamaxıdan köçüb gələnlərdir: “Mən dörd babamı tanıyıram. Biz İçərişəhərdən gələnlərik”.

 

Ecazkar hava burulğanı

Картинки по запросу "fatmayı kəndinin tarixi"

Fatmayı Bakı kəndləri içərisində öz qeyri-adi bağları ilə də məşhurdur. Düzdür, kənd bələdiyyəsi dənizə yaxın ərazilərdə satılmamış bir ovuc boş torpaq qoymayıb. Amma bu da ümumi gözəlliyə xələl gətirmir.
Bu kənd həm də ecazkar hava burulğanı ilə məşhurdur. “Təpə” deyilən əraziyə çıxıb bu möcüzəvi təbiət hadisəsinə şahid oluruq, qeyri-adi hava burulğanını hiss edirik. Bu ərazinin ən böyük özəlliyi ondan ibarətdir ki, isti havalarda burada daima sərin meh əsir. Elə ona görə də son illər buralarda ayaq qoymağa yer qalmayıb. Orada olarkən öyrəndik ki, burada torpağın sotu 6 min manatdan başlamaqla lap yuxarıya qədər gedib çıxır. Amma Fatmayı kimi gözəl kənddə mülk sahibi olmaq üçün bu pulu verməyə dəyər...

Link to comment
Share on other sites

Beş məhəlləli kəndin beş əsas problemi...
 

Maştağa kəndi Bakının ən böyük yaşayış məntəqələrindən biri hesab olunur. 6 min hektara yaxın əraziyə malik bu kənd qədim tarixə malikdir. Bu qədim yurdun özünəməxsus adət-ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı mövcud olub, bu gün də onlardan bəziləri yaşadılır, nəsildən-nəsilə ötürülür.

Maştağanın tarixi

“Maştağa” toponiminin qədimdə bu yerlərdə yaşamış massaget tayfasının adından yaranmasına dair məlumatlar var. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanovun "Gülüstan-i İrəm" əsərində də bu fikir qeyd edilib. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI-V əsrlərdə mövcud olub. Tədqiqatçılar bildirirlər ki, Maştağa yadelli işğalçıların basqınına məruz qaldığından dəfələrlə dağıdılıb. Sabunçu rayonunun ərazisinə daxil edilən Maştağa həm də Bakının memarlıq mərkəzlərindən biri olub. Kənd görkəmli ruhanilərin, elm, mədəniyyət və sənət adamlarının vətənidir. Maştağa qədim abidələrilə də məhşurdur.
Maştağa haqqında daha geniş bilgini vaxtilə babası bu kəndin sonuncu kəndxudası olmuş ağsaqqal Bəxtiyar Babayevdən alırıq. Bəxtiyar kişi hesab edir ki, “Maştağa” adı “Basqak” adının dəyişdirilmiş formasıdır: “Deyilənə görə, qədimdə Maştağanın yerində Basqak adlı yayaş məskəni olub. Əhalinin tərkibini də əsasən basqak, sak və bak tayfaları təşkil edib. Basqak çox böyük yer olub. Burda 3850 əhali yaşayıb. Əsrlər keçdikcə “basqak” adı Maştağa formasına düşüb. Keçmişdə burada qala divarları və su sistemi olub. Mağtağa eramızdan əvvəl v-vı əsrlərdə üç dəfə zəlzələdə batıb və sonralar bərpa olunub”.

Картинки по запросу "Maştağa kəndinin tarıxi"
Bəxtiyar Babayevin sözlərinə görə, maştağalılar 1918-ci ilin mart hadisələri zamanı böyük şücaət göstəriblər. Ermənilər Bakıya, o cümlədən Maştağaya hücum edərkən ilk növbədə qoçularla qarşılaşıblar. “Maştağadan olan Qoçu Nəcəfqulu, Qoçu Əziz, Mir İbrahim Ağa, Məşədi Cəbrayıl, Baloğlan, Hacı Abasqulu və digər qoçular türklər gələnə qədər qırğınların qarşısının alınmasında iştirak ediblər”-deyə müsahibimiz bildirir. B.Babayev deyir ki, o vaxtlar yerli əhali birləşərək  “Maştağa dəstəsi” yaradıb. Qafqaz İslam Ordusu Maştağaya daxil olduqdan sonra türklərin və yerli əhalinin birləşdiyi qüvvə Maştağa Qarnizonu adını daşıyıb.
Maştağada məscid, hamam, qəbirüstü abidələr, ovdanların mövcudluğu bu yaşayış məskəninin tarixinin çox-çox qədimlərdən başladığını göstərir. Kənd ağsaqqalları deyirlər ki, Maştağa əhalisinin 99%-i azərbaycanlılardır. Əvvəlki illərə nisbətən Maştağanın etnik tərkibi indi bir az dəyişib.
Sakinlərin sözlərinə görə, sonralar Maştağaya gəlib məskunlaşanlar yerli adət-ənənələri görüb-götürüblər. “Maştağalılar öz mentalitetlərini həmişə qoruyub-saxlayırlar”. Bunu da kənd ağsaqqalları deyir.
Kənddə qədimi evlər çoxdur. Onların üzərində tikilmə tarixi yazılıb.

Link to comment
Share on other sites

“Qaniçənlər” məhəlləsi

Kəndin ərazisində 5 məhəllə var. Bunlardan biri Xonxar məhəlləsidir. “Xonxar” sözünün mənası “qaniçənlər” deməkdi. Yalan, ya düz deyilənə görə, keçmişdə bu məhəllədən keçənlərdən qan çıxarmamış buraxmazmışlar. Bu məhəllənin adı da elə o vaxtdan Xonxar qalıb.
Xonxar məhəlləsinin girişində yeni Mədəniyyət və istirahət parkı salınıb. Burada bağban işləyən Valeh Əliyev deyir ki, parkın açılışı hələ olmayıb: “Bu parkı maştağalıların deputatı Eldar Quliyev saldırıb. Parkda işlər hələ davam etdirilir. Parkın açılışı oktyabrın 5-nə gözlənilir”.
Məhəllədə “Əzizin tini” deyilən yer də var. Deyilənə görə, bu yer Qoçu Əzizin qərargahı olub. Sonradan həmin qərargahı onun nəvəsi Əzizağaya veriblər. Əzizağa da kasıb olduğu üçün bu qərargahı bərpa edə bilməyib. Qərargahı ondan alıb, yerində muzey yaratmaq üçün söküblər. Ancaq indi həmin yer boş sahə kimi qalır.
Maştağada çox qədim tarixi olan hamamlar da var. Bunlardan biri Xonxar məhəlləsindəki Şamxar hamamıdı. Kəndin yaşlı sakini Kəbilağa kişi bildirir ki, Şamxar hamamının nə vaxt tikildiyi dəqiq bilinmir: “Bu hamamın 100-dən çox yaşı var. Onu Maştağa sakini Şamxar tikdirib, hamam da elə onun adını daşıyır”.

Картинки по запросу "Maştağa kəndinin tarıxi"
Xanxor məhəlləsindəki Xoca Aydəmir Məscidinin üzərində tarixi yazıdan bilinir ki, onu XIX əsrdə maştağalı Hacı Aydəmir tikdirib.
Xanxorda qədim tarixə malik Pirşeyin qəbirstanlığı da var. Deyilənlərə görə, Pirşeyin qəbristanlığının keçmiş adı “Pirşəhid” olub. Bu qəbristanlıqda üzərində əski əlifba ilə sözlər yazılmış qəbirüstü abidələr çoxdur. Bu da qəbristanlığın qədim tarixə malik olmasını bir daha sübut edir.
Kənd sakini Alxas Əlimərdanovun sözlərinə inansaq, bu qəbristanlıqdan elə qəbirüstü daşlar aparılıb ki, onlar hazırda Sankt-Peterburqdakı məşhur Ermitaj muzeyində saxlanılır.
Xanxor məhəlləsində Qədim Cümə Məscidi də var. Məscidin axundu Hacı Elşən onun 400 ilə yaxın yaşı olduğunu bildirir: “Məscidin nə vaxt və kim tərəfindən inşa olunduğu məlum deyil. Onun üstündə ancaq təmir edildiyi tarixlər göstərilib”.

Link to comment
Share on other sites

Seyid Məhəlləsi

Maştağanın ikinci məhəlləsi Seyid adlanır. Deyilənə görə, bu məhəllə vaxtilə seyidlər burada yaşadığına görə belə adlanır. Burada ərəb qarışığı olan sakinlərin də yaşadığı bildirilir. Seyiddə yaşayan camaatın digər məhəllələrdəkilərdən fərqli xüsusiyyəti buranın qadın sakinlərinin örtülü libaslar geyməsi ilə bağlıdır. Maştağadakı qədim hamamlardan biri də bu məhəllədə yerləşir. Bu Qum hamamıdır. Hamam əvvəllər qumun altında olduğu üçün ona belə ad verilib.
Məhəllədəki Cümə məscidinin 130-140 ilə yaxın yaşı olduğu deyilir. Bu məscidi Axund Mirqəni ağa tikdirib. Seyid İbad ağa ocağının isə 150 ilə yaxın yaşı var. Burada bi ocaq da var-8 qapı. Eyirlər onu Pəri xanım adlı maştağalı tikdirib.
Hacı Seyid Məhəmməd adlı sakin deyir ki, ürəyində hər hansı niyyət tutub bu 8 qapının hər birindən keçən şəxsin diləyi çin olur.
Qədim tarixə malik qəbristanlıqdan biri də Seyid məhəlləsindədir. Seyidlər qəbirstanlığı adlanan bu qəbirstanlığın da tarixi məlum deyil. Burada da qədim qəbirüstü abidələr var.


Keçənnər  məhəlləsi
image.jpeg.8b71d248ac09073658862ee6515c7f2a.jpeg
Maştağanın üçüncü məhəlləsi Keçənnər adlanır. Onun belə adlandırılmasına səbəb buradan  gəlib-keçənin çox olması ilə bağlıdır.
Maştağa kəndinin əhalisi əsasən gülçülüklə məşğul olub. İlk dəfə kənddə istixananı  kənd sakini Heydər adlı şəxs tikdirib. Son illər kəndə təbii qazın fasilələrlə, həm də az verilməsi gülçülüyün tədricən tənəzzülə uğramasına səbəb olub. Kənd sakini İntiqam Seyidov deyir ki, Keçənnər məhəlləsinin camaatı keçmişdə daha çox gülçülüklə dolanırmışlar.


Tavaylığın quşbazları

Maştağanın Tavaylıq məhəlləsi qayalıq və təpəlikdə yerləşdiyi üçün belə adlanır. Bu məhəllədə Xanım Zəhra (Gövhər) məscidi var.
Quşbazlıq Maştağanın bəzi yerində populyar məşğuliyyət növü olub. Tavaylıq məhəlləsi bu sahədə xüsusilə fərqlənir. Məhəllə sakini 40 yaşlı quşbaz Rüstəm Mirzəyev 50-ə yaxın göyərçin saxladığını deyir: “Göyərçinin düşər-düşməzi yoxdur. Uşaqlıqdan məndə quş saxlamağa həvəs var. Göyərçin saxlamağın sirləri var. Hər kəs də bu sirri bilmir”.

Link to comment
Share on other sites

Dərəqılınc məhəlləsində əsl İslam qaydaları

Dərəqılınc məhəlləsi Maştağanın düzənlik ərazisində yerləşir. Burada yaşayan sakinlər əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Maştağa kəndinin ağsaqalları deyirlər ki,  Dərəqılınc camaatı əsl İslam qayda-qanunları ilə yaşayırlar.
XIX əsr olmasına baxmayaraq Maştağa camaatı arasında köhnə düşüncələrlə yaşayanlar da var. 20 yaşlı gənc Həmid Quliyev deyir ki, onların ailəsində heç kim təhsil almayıb: “Ata-babalarımız necə olublarsa,  mən də elə olmalıyam. Biz oxumağa yaxşı baxmırıq”.
Maştağa kəndində qədim tarixə malik ovdanlar da var. Bu ovdanlar Şah Abbasın dövründə tikilib. Keçmişdə onların bir-birilə əlaqəsi olub. Sonradan kənddə əhali məskunlaşmasə genişləndiyindən bu ovdanların içinə su yığılıb. Ovdanlardan biri dəmiryolunun yaxınlığında, digəri Bilgəh yolunun üstündə, üçüncüsü Bağlar massivində yerləşir.

Maştağanın çətinlikləri

Картинки по запросу "Maştağa kəndinin tarıxi"
Maştağanın mərkəzindən keçən asfalt yola, yolboyuyeni üslubda tikilən, rəngbərəng dam örtükləri olan evlərə baxdıqca adamda xoş təəssürat yaranır. Düşünürsən ki, bu kəndin poblemi azdır, camaatı yəqin yaxşı yaşayır. Ancaq bu, yalnız kənardan görüntüdür. Sakinlərilə söhbət zamanı məlum olur ki, illərlə yığılıb qalan sosial məsələlər-işsizlik, yol, işıq, qaz, su, kanalizasiya problemləri beş məhəlləli Maştağanın əzəli çətinliklərinə çevrilib.
Maştağanın bəzi yerində həyat şəraiti heç də ürəkaçan deyil. Sakinlərin çoxu quyu suyundan istifadə edir. Bakının bir çox kəndləri kimi Maştağanın da böyük bir hissəsində kanalizasiya xətti yoxdur. Kəndin bəzi yerində ötən əsrin 50-60-ci illərində çəkilən xətlər isə çoxdan sıradan çıxıb.
Maştağanın elektrik xətləri də sonuncu dəfə ötən əsrin 70-ci illərinin sonunda bərpa edilib. Kəndin mərkəzində yollar asfalt olsa da, qıraq məhəllələrin küçələri bərbad vəziyyətdədir.
Kənd sakinləri deyirlər ki, buradakı 
293 saylı məktəb qışda qızdırılmadığından uşaqları dərsə göndərə bilmirlər. Son illər hökm sürən şəraitsizlikdən məktəbi qurtaran oğlanlar çörəkpulu dalınca xarici ölkəyə-Rusiyaya üz tuturlar. Kəndin ən işlək müəssisələri olan mərtəb və xəstəxanalarda yerli kadrların sayı çox azdır.

Link to comment
Share on other sites

mastaqaaIMG_1494.jpg
Modern.az  
saytı “Bir kəndin məşhurları”  rubrikasında bu dəfə Bakının ən qədim və böyük kəndlərindən olan Maştağanın tanınmışlarından bəhs edəcək. 6 min hektardan çox ərazisi, 80 minə yaxın əhalisi olan Maştağanın adına bir çox tarixi mənbələrdə də rast gəlinir.

“Maştağa” sözü, bu kəndin özündən əvvəl yaranıb. Bakıxanovun  “Gülüstan-i İrəm” əsərində “Maştağa” toponiminin “massaget” sözündən yaranması fikrini irəli sürülüb. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI-V əsrlərdə mövcud olub. Bu toponimin digər mənasını da Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində "Məşədi ağa" kimi verib. Bakı xanı Mirzə Məhəmməd xan vaxtilə burada möhtəşəm bir qala tikdirib. Kəndin ətrafında aparılan qazıntılar zamanı mis sikkələr aşkar edilib. Kənd həm də ayrı-ayrı vaxtlarda Stepan Razin, həm də Stepan Şaumyan kimi quldurların basqınına məruz qalıb.

 

Kəndin tanınmışları

Şeyxülislam Axund Əbdüssəlam Axundzadə - Maştağanın yetirməsi olan şeyx 1895-ci ildən 1907-ci ildə qədər Qafqazın Şeyxülislamı olub.  Onun üç cildlik "Tarixi-müqəddəs-ənbiya", "Risaleyi-Zübtədül əhkam" və başqa əsərləri XIX əsrdə İslama aid  yazılan ilk əsərlərdən sayılır.

Məmməd Məmmədyarov-  1875-ci ildə Maştağada anadan olan dövlət xadimi ittifaq miqyasında ilk bolşeviklərdən sayılır.

Link to comment
Share on other sites

Muxtar Bisavad - Maştağanın ilk qələm ustalarından sayılan Muxtar Bisavad 1847-ci ildə anadan olub. Klassik ədəbiyyatı demək olar ki, əzbər bilməsinə baxmayaraq özünə Bisavad təxəllüsünü götürüb. Bakıdakı məşhur “Məcməüş-şüəra” ədəbi məclisinin aparıcı üzvü olub. 1938-ci ildə vəfat edib.

Abbasov Hacıağa – Azərbaycanın ilk xalq artisti adını alamqla incəsənət tariximizə düşüb. Akademik Milli Dram Teatrının aktyoru olmuş H.Abbasov həm də səhnənin ilk İsgəndəridir (Mirzə Cəlil, “Ölülər”).  1975-ci ildə 86 yaşında vəfat edib və II Fəxri Xiyabanda dəfn edilib.

 

Böyükağa Qasımzadə - 1916-cı ildə anadan olan ədib maraqlı bir taleyə sahibdir. O, həm maarifçilik, həm ədəbiyyat, həm də hərbi təyyarəçilik sahəsində nailiyyətlər qazanıb. II Dünya Müharibəsində zabit rütbəsinə yiyələnmiş Qasımzadə sonradan xüsusi təyinatla hərbi təyyarəçilik məktəbinə göndərilib.

İbrahim Quliyev - II Dünya Müharibəsində xüsusi qəhrəmanlıq göstərən digər maştağalı isə hərbi həkim İbrahim Quliyevdir.  Çox insanın həyata qayıtmasına yardımçı olan İ.Quliyev 1944-cü ildə özü yaralanıb, lakin sağ qalıb.

Hacı Mirzə Əbdülkərim – ilahiyyatçı alim, klassik Azərbaycan və Şərq ədəbiyyatının mahir bilicisi olmuş Mirzə Əbdülkərim Maştağada elm və şeirin inkişafında çox işlər görüb.
Amma onun şah əsəri oğlu Əhmədağa Əhmədovdur. Ə. Əhmədov 1922-ci ildə anadan olub və Azərbaycanın ilk fundamental islam tarixçilərindən sayılır.

Link to comment
Share on other sites

Seyidağa Axundzadə - Dövrünün ustad maarifçilərindən sayılan S.Axundzadənin atası məşhur milyonçu Hacı Zeynalabidin Tağıyevlə yaxşı dost olub. Bu səbəbdən Seyidağa ta uşaqlıqdan hacının himayəsində olan mətbəə və mətbuu orqanlara gedərək orada qəzet işiylə maraqlanıb. Bu sonradan onun maarifçi kimi yetişməsinə gətirib çıxarıb.

Mircavad Axundzadə - Maştağanın həmin Axundzadələr nəslindən olan  fotoqraf da incəsənət tarixinə düşüb. Belə ki, o  Azərbaycanın peşəkar və birinci fotoqrafı sayılır.

Abbasağa Quliyev – II Dünya Müharibəsində qəhrəmanlıq göstərmiş maştağalılar cərgəsindədir. Müharibədən sonra isə ictimai-inzibati işlərlə məşğul olub və Maştağa qəsəbəsi Xalq Deputatları Sovetinin sədri olub. Bir neçə dəfə ittifaq Dumasına da deputat seçilib.

 

Əbdüləli Pəhləvan – el arasında məşhur “altıayılıq pəhləvan” kimi tanınan Əbdüləli haqqında az qala köhnə Bakıda əfsanələr dolaşarmış. Amma bu ad ona altıaylığında dünyaya gəldiyi üçün verilib. Hüseynqulu Sarabski özünün “Köhnə Bakı”, Qılman İlkin isə “Bakı və Bakılılar” əsərində onun barəsində yazıb.

Məmmədsadıq Nuriyev - Təəssüflər olsun ki, bu ad Azərbaycan tamaşaçısına o qədər də tanış deyil. Amma onun yaratdığı cəmi bircə obraz –Davud (“Uşaqlığın son gecəsi”) onun kino tarixində qalmasına bəs edir. Əslən maştağalı aktyor çox təəssüflər olsun ki, o qədər də qədri bilinmədi. Amma onun şah əsəri sayılan oğlu – Yaşar Nuridir. Mərhum xalq artisti, əməkdar incəsənət xadimi Sovetski deyilən ərazidə böyüsə də əslən Maştağadandır və bunu öz intervyularında da qeyd edib. Azərbaycan kino və teatr tarixində ən çox yer rolları olan aktyorlardan biri – Yaşar Nuri haqqında çox da danışmağa ehtiyac yoxdur. Y.Nuri iki dəfə Dövlət Mükafatına layiq görülüb.

Məmməd Əlili –  bu maştağalı sənət adamının da qədri o qədər də çox bilinmədi. 40 yaxın filmlərə çəkilsə də əksəriyyəti epizodik rollar oldu. Məşhur şoumen Qorxmaz Əlilinin atasıdır. Maştağanın daha bir sənət təmsilçisi olan Q.Əlili həm də sənətşünaslıq elmləri namizədidir.

Link to comment
Share on other sites

Əlibaba Məmmədov – Xalq artisti, xanəndə Əlibaba Məmmədov Bakı muğam məktəbinin inkişafında əlindən gələni əsirgəməyib. Bir çox bəstələri dillər əzbəridir, tələbələri bu gün də ən tanınmış xanəndələr sırasındadır.

Salam Qədirzadə - yazıçı Salam Qədirzadəni yəqin ki, əksər oxucular tanıyır. Yaradıcılığı Azərbaycan nəsrində hadisə sayılmasa da orijinallığı ilə seçilir.

Ağasəlim Çıldaq – məşhur meyxanaçı Ağasəlim Çıldağı bu gün də yəqin ki, hamı tanıyır. Əliağa Vahidin tələbəsi olan A.Çıldaq sonradan özü xeyli tələbələr yetişdirdi.

Maştağanın digər tanınmış meyxana ustaları bunlardır: Kərim, Ağamirzə, Vüqar, Elçin, Məşədi Baba.

Qurd Cəbrayıl - “Arxadan vurulan zərbə” filmində bu obrazla artıq tanışıq. Qanuni oğrunun həyatda adı Cəbrayıl Baxşıyev olub.

Baladayı Hüseynov – Azərbaycanın tək-tük miniatürçü rəssamlarından biridir. Həm də xalçaçı rəssamdır. Hazırda fəaliyyət göstərir. 

Eldar Quliyev – Bu gün Maştağanı parlamentdə təmsil edən millət vəkili professor. O, həm də Kooperasiya Universitetinin rektoru və Azərittifaqın İdarə heyətinin sədridir.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Like
      • 30 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Like
      • 33 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Facepalm
        • Haha
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Facepalm
        • Downvote
        • Upvote
        • Haha
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Facepalm
        • Haha
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...