Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Nakam eşq, yeşikdə daşınan cənazə, erməni məkrinə qurban gedən əkinçi oğlu... – Şəhid ziyalı


Солоу

Recommended Posts

“Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda elmi, sənəti, düşüncəsi ilə mübarizə aparıb, bu yolda fəda olanlar haqqındadır.

Lent.az -ın “Şəhid ziyalılarımız” layihəsində budəfəki qəhrəmanımız Azərbaycan jurnalisti, pedaqoqu, maarifçisi, ilk təbiətşünas alimi, qaranlıqlara ziya saçmaq üçün şam kimi yanan Həsən bəy Zərdabidir.

***

 

"Sizdən xahiş edirəm, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar (azərbaycanlılar – R.Q.) arasında savad yayan cəmiyyətə verin.

Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı…"

Onun haqqında yazı yalnız bu vəsiyyəti ilə başlamalıdır - düşündüm. Araşdırdım, qarşıma o qədər ibrətamiz məsəlləri çıxdı ki, adamın həyat yolu bütün daşı-kəsəyi, cığırı ilə ibrətdir. İnsan övladı bu qədərmi özündən çox xalqını, onun aqibətini düşünər, varını-yoxunu, həyatını xalqının savadlanması üçün xərcləyər ki, ölkəsi, xalqı dünya xalqları arasında sıralansın. Kimsə onu istismar edib, əzməsin.

Babası Rəhim bəy ona bağışladığı qılıncın üstündə bu sözləri nəqqaşa yazdırmışdı: “Tanrıdan sənə ağlının və dilinin qılıncdan iti olmasını diləyirəm”.

Dilək bu qədərmi yerinə yetər, eşidilər...

Zərdabda Rəhim bəyin əkin sahələri vardı, seçilən bəylərdəndi, əyanını istismar edən yox, ona gün ağlayan adam idi. Səlim bəy onun oğlu idi, dövlət işində çalışırdı. Atasının da təsərrüfatında əməyi və payı vardı.

Səlim bəy qarabağlı Abış bəyin oğlu Hidayət bəylə dostluq edirdi. Ağcabədinin gül bülbülü, bülbül gülü çağıran vaxtlarında Hidayət bəy onu Qarabağa dəvət edərdi, ova çıxardılar. Qarabağlıların həyatı Səlim bəyin çox xoşuna gələrdi. Çox işlək adamlardı, amma həm də evlərində kitab hörmətli yerdə olardı. Oxuyardılar, təhsilə və əməyə bir yerdə yiyələnərdilər. Qadınları da oxuyardı, dil öyrənər, savad sahibi olardılar. Üzüaçıq və cəsarətli gəzərdilər.

Bir dəfə Ağcabədidə qonaq olarkən Səlim bəy Hidayət bəyin evinin kandarında bir qızla rastlaşır. Onların gəldiyini görüb, qoşa hörüklü, uca boylu zərif qız salamlaşıb qapıdan çıxmağa tələsərkən hörükləri qapıda qalır. Bir göz qırpımında qapını acıb hörükləri azad edən Səlim bəy o gündən özü o hörüklərin əsiri olur. Bu münvalla, Səlim bəylə Mənzər xanım evlənməklə Abış bəylə Rəhim bəyi qohum edirlər.

Həsən belə sevgiylə qurulmuş bu ailədə dünyaya gəlib. Kərpicdən tikilmiş aynabəndli evdə, atası Səlim, anası Mənzər, böyük qardaşı Səfərəli, Mehralı, bacısı Şirin, babası Rəhim bəyin arzu və istəklərinin müşayiəti ilə, 1837-ci il iyunun 28-də bir oğlan dünyaya gəlir. Atası onu qucağına alıb, qulağına “Həsən” pıçıldayır – adın Həsəndir - əkinçi Həsən - deyir. Torpaq sahələri olan ata oğlunun o torpaqlara sahib çıxacağını, onu əkib-becərəcəyini düşündüyü üçün belə deyir: “Bir də deyir ki, xeyirxahlıq, yaxşılıq toxum kimidir. Nəzərdə tutulan vaxtda olmasa da, nə zamansa, haradasa bar verəcək! Xeyirxahlıq əkəcəksən”.

Həsən ilk təhsilini, istəməsə də, mədrəsədə almalı olur - dövrün tələbi belə idi. Atasına “mən molla olmayacam” - deyə əvvəlcədən bildirən Həsən ərəb və fars dillərini öyrənəndən sonra 1852-ci ildə atası onu Şamaxıda açılan rus dilində dünyəvi məktəbə yazdırır. Şamaxıda təhsil aldığı illərdə məktəbdə tərbiyəsi və savadı ilə seçilən uşaq idi. Babası Rəhim onun qeyri-adi uşaq olduğunu, digərlərindən fərqləndiyini duymuşdu. Özünün bütün torpaqlarını nəvələri arasında Həsənə vəsiyyət etmişdi. Vəsiyyət demiş, Rəhim baba Həsənin məktəbə daxil olması münasibəti ilə keçirilən şənlikdə dünyasını dəyişir. Özü sakitcə məclisdən aralanıb otağına keçir, xanımı arxasınca gedib görür ki, kişi özündə deyil. Çox az müddət sonra Rəhim kişi dünyadan köç edir. Həsənin həmin gecə qızdırması qalxır. Onun uşaqlıqdan belə bir mərəzi varmış – elə ki, sarsıldı, həyəcanlandı, qızdırması 40-ı döyərmiş.

Atası Səlim bəy dünyadan köçəndə də Həsən qızdırmada yanırdı. Atasını da Şamaxıda təhsil aldığı illərdə itirib. Qarabağa ova gedən Səlim bəy ordan başağrısı ilə qayıdır. Həkim beyninə qan sızdığını deyir, səhəri insult olur və tezliklə dünyadan köçür.

Şamaxıda ibtidai sinifləri uğurla bitirən Həsəni qardaşı Mehralı Tiflisə təhsil arxasınca buraxmaq istəmirmiş. Hələ sağkən babası, nənəsi Həsəni Tiflisdə oxudacaqlarını demişdilər. Nənəsinin qardaşı Fərəc bəy Ağayev Tiflisdə təhsil alıb, orda yaşayırdı. Nənəsi Həsənə “gedib orda oxuyub, qayıdarsan, daha Fərəc kimi rusla evlənib rus olmazsan” - demişdi. İndi Mehralı qorxurdu ki, evin kiçik uşağı qürbət eldə nəzarətsiz qalar.

Səlim bəyin dünyəvi məktəbə etdiyi xeyriyyəçiliyin əvəzini vermək üçün Qafqaz Təhsil Komissiyasının müdiri baron Nikolay Həsənin yaxşı qiymətlərinin müqabilində onu Tiflis gimnaziyasında dövlət hesabına təhsilini davam etdirməyə göndərir.

Tiflis Gimnaziyasının ilk dərs günü onu məktəbə Fərəc bəy özü gətirir. Həsənlə iki günlük ünsiyyət, söhbət onda bu gəncin böyük gələcəyinə inam yaratmışdı. Hətta Həsənə söz vermişdi ki, onu Tiflisin azərbaycanlı ziyalılarının toplantılarına aparacaq. Onlarla tanış edəcək: “Sən oxu, amma nənən demiş, mənim kimi “urus Fərəc” olma, azərbaycanlı qızla evlənərsən, bu çox vacib məsələdir və Azərbaycanda işləyərsən”.

Həsən onun bu sözləri haqqında uzun düşünsə də, məsləhətin mətləbinə sonra çatacaqdı.

Onları gimnaziyanın giriş qapısında direktor özü qarşılayıb, “cənab, general, xoş gəlmisiniz” - dedi. Həsən artıq çiyinlərinə qoyulan məsuliyyətin fərqində idi.

Şənbə günü, söz verdiyi kimi, dayısı onu ziyalı məclisinə apardı. Mirzə Fətəli Axundovun evində toplaşmışdılar. Mirzə Fətəli Axundov Qafqaz canişininin baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi işləyirdi o vaxt, polkovnik rütbəsində. Həsən lap yaxınlarda onun “Puşkinin ölümünə Şərq poeması”nı oxuduğunu dedi. Bu ilk tanışlıq sonradan dostluğa çevrilir. Həsən bu məclislərdə Şamaxı məktəbini himayə edən İsmayıl bəy Qutqaşınlı, Tiflis Gimnaziyasında şərq dillərindən dərs deyən Mirzə Hüseyn Qayıbovu və çox azərbaycanlı aydınları tanıyır, birgə fəaliyyət göstərirlər. Həsən hərdən Fərəc dayının adı gələndə nənəsinin gizlin ağladığını xatırlayıb, “kaş, o zamanlardan nənəm də Fərəc dayını yaxşı tanıyaydı, biz də, zamanı çox itirmişik” - düşünürdü.

1861-ci ildə Tiflis Gimnaziyasını medalla bitirdiyindən onu Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət bölümünə dövlət təqaüdü ilə oxumağa göndərirlər. O vaxt Tiflisdən ora qəbul olunan gənclər arasında Həsən yeganə müsəlman idi.

Moskva onu yağışla, çiskinlə qarşıladı. İsti Zərdabdan, Fərəc dayının himayəsində olduğu Tiflisdən sonra Moskvada bu soyuq hava onu müstəqil, keşməkeşli həyatın dolaylarına hazırlayırdı elə bil.

Moskva Universitetinin mühiti Həsənin dünyagörüşünə birbaşa təsir göstərirdi. Bir tərəfdən oxuduğu Darvin və onun təkamül nəzəriyyəsi, bir tərəfdən çarizmlə mübarizəyə qalxan Rusiya gəncliyi. Əslində, heç birinin tərəfində deyildi, hər iki istiqamətdə Həsən bəyin öz düşüncələri vardı. Darvin nəzəriyyəsi barədə dəqiq bir fikrə gəlməsi haqda mənbələrdə bir məlumat olmasa da, inqilab barədə fikrinin birmənalı olduğunu bilirik – o, inqilab adamı deyildi, Zərdabi bütün müşkülləri elmlə həll etməyin tərəfdarı idi. Ona görə də onu harda axtarsan, universitetin kitabxanasında tapardın. Bir dəfə universitetin direktoru Sergey Solovyov ona baxıb, – bu qafqazlılar oxumurlar, oxuyanda isə yaman oxuyan olurlar - demişdi. Həsən direktora etiraz edib – mən Azərbaycandanam - deyir, siz ordan kimi tanıyırsınız?

Məlum olur ki, direktorun azərbaycandan iki dostu var - İsmayıl Qutqaşınlı və general Nikolay Nikolayeviç. İkincisi Fərəc bəydir. Rusiyada Fərəc bəyə Nikolay Nikolayeviç deyildiyini dayısı ona danışmışdı.

Zərdabini universitetdə təkcə yaxşı oxuduğu üçün tanımırdılar. O, yeri düşdükcə şərq ailələrinin adət-ənənələrindən “mühazirə” deyirdi. Hərtərəfli qabiliyyətinə görə fakültə dekanı professor Aleksandr Yuriyeviç Davıdov onu “filosof natiq” adlandırırdı.

Qızlar çox sevirdilər Həsəni, təkcə özlərinin dediyi kimi, gözlərinin cazibəsinə görə yox, həm də dürüstlüyünə görə.

Təhsil illərində petraşevskiçi şair Aleksey Pleşeyin dərnəyində rus poeziyası, fəlsəfəsi və fransiz utopik sosialistləri barədə biliklər almaqla yanaşı, Vera Solovyova adlı gənc şairə ilə də tanış olmuşdu. Vera bütün rus qızları kimi sarışın deyildi, şabalıdı saçları və çox cazibədar gözləri vardı. Onlar tanış olanda Vera artıq Həsən Məlikovu tanıyırdı, universitetə imtahansız qəbul olunduğunu və əla oxuduğunu bilirdi. Vera ilə ilk görüşdən sonra Həsən Kuropatkina küçəsindəki kirayə qaldığı evə gedərkən yol boyu ancaq onu düşünürdü. Bu qız qarşıma hardan çıxdı - deyə hisslərinə qarşı gedirdi.

Son vaxtlar yaddaşsız olmuşdu, gah açarını auditoriyada unudur, gah pencəyini evdə. Bütün gün özü-özünə “Həsən, sən yalnız təhsil almaq üçün Moskvadasan” - deyə pıçıldayırdı. Həyəcandan uşaqlıqda olduğu kimi qızdırması qalxırdı.

Bir də gözünü açdı ki, xəstəxanadadır. Tiflisdən oxumağa birlikdə gəldikləri dostu Mixaellə Vera onu xəstəxanaya gətiriblər. Bir gün də özünü universitetin direktorunun evində tapdı, Veragildə. Direktor onunla qızının münasibətlərindən danışıb, şad olduğunu deyirdi. Həsənin yadına Fərəc bəylə son söhbəti düşdü: “Sən Moskvada sevgi məsələlərində ehtiyatlı olmalısan. Bəzən səni özlərinə bağlamaq üçün hər şeydən istifadə edəcəklər”.

Həsənsə Solovyovla görüşlərində ona Azərbaycan ədəbiyyatından, Axundovdan, Tusinin “Əxlaqi-nasiri”ndən söhbət açırdı. Hətta Şah İsmayıl Xətaidən danışmışdılar. Həsən Məlikov rus tarixçisinə Xətainin fars hökmdarı deyil, Səfəvilər dövlətinin hökmdarı olduğunu sübuta yetimişdi - o dövlətin təkibində azərbaycanlılar və farslar vardı. Solovyov onunla söhbətlərində artıq millətçi tələbə kimi deyil, tarixçi kimi danışmağa başlamışdı.

Bir il sonra Tiflisə qayıdanda Fərəc bəy ona Moskvadakı dostlarından aldığı məlumatlara görə təşəkkür edir: “Səni onlara tapşırmamışdım ki, arxayınlaşmayasan, amma sağ ol ki, sən başımı uca etdin”.

Söz verdiyi kimi, Moskvaya qayıdanda Həsən direktora xeyli Azərbaycan ədəbiyyatı aparır, rus dilinə tərcümə olunmayanları özü tərcümə edir onun üçün. Maarifçiliyinin əsası belə qoyulur, görünür.

Tətildə Zərdaba qayıdan Həsən kənddə tacirliklə məşğul olan yaxınlarını ermənilərin və gürcülərin aldatdığının şahidi olur. Dil bildiyindən hüquqi məsələlərdə onlara yardım edib, haqlarını geri qaytardır. Amma fikir Həsəni götürür, bu sədaqətli, müdrik insanlar savadsızlıqdan illərlə qazandıqları mal-mülkü erməni, gürcü, rus alır əllərindən. Bunlara hökmən təhsil lazımdır, bacarıq gərək təhsillə bərabər olsun.

Universiteti bitirəndə Həsən Məlikova universitetdə qalmağı təklif edirlər, imtina edir, Azərbaycana qayıdacağını deyir. Moskva, tələbəlik həyatından ayrılmaq ağır olsa da Həsən qərarlı idi. Ən ağırı əslində Vera ilə ayrılmaq oldu. Vicdan, sevgi, ağıl, borc hissi bir-birinə qarışmışdı. Bircə rahatlığı onda idi ki, Veranı aldatmamışdı, onun sevgisindən sui-istifadə etməmişdi. Ona bir dəst gümüş kəmərli milli paltar hədiyyə edib, alnından öpüb, “ağlama, bizim sevgimiz ayrılıqların vüsal dastanı kimi tarixə yazılacaq” – deyib, ayrılır.

1865-ci ildə Həsən Məlikov Tiflisə qayıdıb “Mərz palatası”nda işə başlayır.

Onun bu sahədə fəaliyyəti sayəsində Borçalı mahalında yaşayan həmyerlilərinin hüquqları bərpa olundu, əllərindən alınan torpaqları özlərinə qaytarıldı. Ən əsası, təhsilə, məktəbə yön aldılar ki, savadsızlıqdan haqsız durumlara düşməsinlər. Bunları yazıram və ağlımdan keçir ki, bu gün Həsən bəy Zərdabilərə nə qədər ehtiyac var.

Dostlarına məktubunda Həsən bəy yazır: “Mən bu qısa dövrdə ikinci iş yerim olan Bakı Qəza İdarəsində çalışıram. Soruşa bilərsən, təbiətşünas hara, pasport-masa rəisi hara? Harada işləməyimdən asılı olmayaraq, insanlara kömək etməkdən, onlara haqlarını, hüquqlarını anlatmaqdan zövq alıram. Mən millətimin savadsızlığını, cəmiyyətimizin maarifsizliyini şəxsi faciəm hesab edirəm. Şəxsi həyatımı millət taleyindən ayrı təsəvvür etmirəm”.

Qısa müddətdə bir neçə iş yeri dəyişdi, rayondan şəhərə, şəhərdən ucqar kəndlərə yollandı.

İş yerlərində müdirlərlə sinə-sinəyə gəldi:

“- Həsən bəy, sən bəy nəslindən çıxmısan, məni – öz rəisini, o boyda qubernatoru cındırından cin ürkən, dizi yamaqlı adamların ayağına necə verirsən, bunu bəyliyinizə necə yaraşdıra bilərsən?

Həsən bəy:

– Cənab rəis, bəylik dediyiniz rütbə deyil, həm böyüklükdür, həm mərdlikdir, həm də ağsaqqallıqdır. Mən gözümü açandan bəyliyi belə görmüşəm. Burada ayıb hesab ediləsi heç nə yoxdur. Bu idarə insanların ümid yeridir. İnsanların son ümidini kəsənlərin günahı heç zaman bağışlanmayacaq”.

“Əkinçi”yə qədər belə keçdi Həsən bəy Zərdabinin həyatı.

28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi olur. 4 oktyabr 1868-ci il tarixində işinə son verildikdən sonra bir müddət müstəqil məhkəmə vəkilliyi edib. 18 noyabr 1869-cu ildə Bakıda məktəbdə təbiət elmləri üzrə müəllim kimi işə düzəlib. Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyamın müəllimləri arasında ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi. Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmağı qarşısına məqsəd qoyur. Müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda "Cəmiyyət-xeyriyyə" də yaradıb. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq, rəsmi dəftərə "Cəmiyyət-xeyriyyə"yə üzv yazdırmaqla məşğul olmuşdu.

Həmin dövrlərdə Realnı Gimnaziyada dərs dediyi qızlardan biri - Taclıbəyim Həsən bəyə aşiq olur. 17 yaşlı qız öz hisslərini etiraf edəcək qədər cəsarət sahibi idi. Gözəl rübailər yazıb Zərdabinin yaşadığı mənzilin pəncərəsindən içəri atırdı. Həsən bəy qızın bu hisslərindən agah olmamış deyildi. Gənc qızın cəsarəti, saflığı və sevgisi onu heyran edirdi, amma qıza hər hansı bir ümid verməmək üçün tam soyuq aparırdı özünü. Bir gün qədr gecəsi Taclıbəyim göz yaşları içində onun yaşadığı ünvana gəlir. Onu sevdiyini, qarşılıqsız sevgisinin nisgilini, talesizliyini danışır. Həsən bəy qızı ovundurub, yola salır. Anladır ki, sən hələ çox gənc və gözəlsən, gələcəyin qarşıdadır. Əllərinə bulaşmış qızın göz yaşlarına baxıb özünü əli qana batmış qatil kimi hiss etsə də düzgün addım atdığına əmin idi.

Yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadınlara ehtiyac yarandığından, Həsən bəy Zərdabi 1872-ci ildən "Qafqaz" qəzetində Tiflis "Müqəddəs Nina" Qadın gimnaziyasını bitirən qızların müəllim kimi peşəsini davam etdirməklərini təbliğ edir. Dərdə baxın, məktəbi bitiriblər, müəllim işləmələri üçün də təbliğata ehtiyac olur. Zərdabi bir gün "Qafqaz" qəzetindəki xəbərdən öyrənir ki, Tiflisdə Müqəddəs Nina adlı qız məktəbini bitirənlərin arasında bir türk qızı var. Nalçik şəhərində anadan olub, Balkar türklərindən olan qızın adı Hənifədir, Hənifə xanım Abayeva.

Zərdabi Tiflisə yollanıb, qızı tapır, tanış olur, ona müsəlman qızlarının təhsili ilə bağlı arzularından bəhs edir. Məlum olur ki, Hənifə də onunla həmfikirdir, arzular, dünyagörüşləri üst-üstə düşür.

Adam evlənəndə də millətini düşünüb, özünü deyil. Əl-ələ verib xalqın savadlanması üçün çalışaq deyə-qıza evlilik təklifi edir. Birlikdə Bakıya gəlirlər. Bakıda maarifçilik üçün çox işlər görür, millətin savadlanması yolunda çalışırlar. Bu işdə onlara Hacı Zeynalabdin Tağıyevin də maddi və mənəvi köməyi barədə çox faktlar var. Hacı Zeynalabdin Tağıyev qız məktəbi açmaq üçün Çar III Aleksandra müraciət etmişdi, ancaq bu istək də geri çevrilmişdi. Çarın ölümündən sonra Hacı Zeynalabdin Tağıyev çarın həyat yoldaşı Aleksandra Fyodorovnaya çox dəyərli hədiyyələr göndərərək, məktəb açmaq üçün icazə istəyir, əgər icazə alınarsa məktəbə onun adının veriləcəyini bildirir. Beləcə, icazə alınır və məktəbin nizamnaməsi Zərdabi tərəfindən yazılır. Nizamnamədən sonra yaradılan idarə heyətinin rəhbərliyinə Tağıyev, rəhbər müavinliyinə Tağıyevin istəyi ilə Zərdabi gətirilir. 1901-ci ilin sentyabrında hər şey hazır olduğu halda yetəri qədər şagird olmadığı üçün məktəb açılmır. Zərdabi özü və dostları Bakı ətrafına gedərək, birbaşa xalqdan qızlarını oxutmalarını istəyir. Nəticədə 1901-ci ilin 7 oktyabrında 58 qız şagird ilə məktəb fəaliyyətə başlayır.

Azərbaycan belə ziyalılarının sayəsində inkişaf edirdi. Tam inkişaf müstəqil mətbuatdan keçir. Bunu anlayan Zərdabi milli mətbuatın özülünü qoymağa qərar verir. Uzun, məşəqqətli yoldan, özünün varından keçib, dəfələrlə türkcə qəzet nəşr etdirmək üçün müraciətləri havada qaldıqdan sonra, nəhayət, Bakı valisi Staroselskinin senzura məsələsini öz öhdəsinə götürməsindən sonra qəzet çıxarmaq üçün icazə alınır.

Həsən bəy İstanbuldan şrift gətizdirib, 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə nail olur. Əkinçi Həsən Azərbaycanda həm də milli mətbuatın əsasını qoyan adamdır.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Nə məşəqqətlə, onu yaşayan bilər, tarix yalnız quru qeydlər edir.

"Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunurdu.

"Əkinçi" qəzetində Zərdabi və onunla birlikdə çalışan maarifpərvər, demokratik naşirlər şərqin geriliyini azadlığın olmamasında görürdülər. Onlar öz ideyalarını bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. Xalqın öz dilində yazılan bu qəzetdə onların ürəyincə fikirlərin səslənməsi Azərbaycanı əsarət altında saxlayan imperiyanı narahat edirdi. Haqlı idilər, “Əkinçi” xalqın gözünü aça bilərdi. Təqiblər, təsirlər, həbslər...

1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmalı oldu. Az müddətdə çox iş görüb, məqsədə çataraq.

Həsən bəy Zərdabi həm də Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M. F. Axundovun "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyaları tamaşaya qoyulub.

Bir dəmirçi uşağını məktəbə verməyə razı salan Həsən bəy onu gimnaziyaya düzəldir. Lakin uşağa dəftər-qələm almaqda çətinlik çəkən həmin dəmirçi Həsən bəyə şikayət edir. O, dəmirçiyə məsləhət verir ki, çəkic-zindanını, palaz-paltarını sat, amma oğlunu oxut. Həsən bəy uzun ayrılıqdan sonra Bakıya dönəndə həmin dəmirçinin oğlu ali təhsilli məhşur həkim olmuşdu. Fərhad Ağazadə 1925-ci ildə H.Zərdabi haqda yazdığı xatirələrində həmin həkimin ahıl yaşlarında olduğunu yazırdı.

Bir gün Qubadan Seyidov soyadlı bir oğlan uşağı "Kaspi" redaksiyasına Həsən bəyin yanına gəlib, oxumaqda ona yardımçı olmasını xahiş edir. Uşaqla söhbət edən Həsən bəy zarafatla onu "Azərbaycanın Lomonosovu" adlandırır və evinə gətirir. 10 ildən artıq Həsən bəyin evində yaşayan və məktəbdə təhsil alan həmin uşaq sonralar ali təhsilli tanınmış hüquqşünas olur. ( Qızı Qəribsoltanın xatirələrindən)

Bütün bu işlərdə Hənifə xanımın əli Həsən bəyin əlləri ilə bərabər olub. Qızların təhsilə cəlb edilməsində, ictimai işlərdə fəallığında Hənifə xanımın da xidmətləri var.

Zərdabda yaşadıqları dövrdə - 1880-ci ildən başlayaraq, öz mənzillərində pulsuz məktəb açdılar. Hənifə xanım Bakıdakı məşhur "Nicat" cəmiyyətinin qadın bölməsinin yaradıcılarından biri, Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşüb. 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib. 1909-cu ildən 1919-cu ilədək - düz 10 il Bakı şəhər Dövlət Birinci Rus-Tatar Qız Məktəbində müdir vəzifəsində çalışıb. 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə çalışıb.

Ailədə böyüyən uşaqlar haqqında da yazacağıq. Hələlik onu deyim ki, Həsən bəy Zərdabi iflic olanda “Kaspi” qəzetində işləyirdi. Qəzetin işini dərhal kürəkəni Əlimərdan bəy Topçubaşovun nəzarətinə həvalə etmişdi. 1907-ci ilin martında Əlimərdan bəy Sankt-Peterburqa yollanmazdan əvvəl ustadı və qayınatasına baş çəkməyə gəlir. Zərdabi həmin vaxt vəsiyyətnaməsini ona oxuyur:

“Mən, Bakı şəhərində yaşayan Göyçay qəzasının Zərdab kəndində torpaq sahibi, saray müşaviri Həsən bəy Məlikov 1907-ci il sentyabrın 20-də, sağlam düşüncə və möhkəm yaddaşla, öləcəyim ehtimalı ilə bu vəsiyyətnaməni tərtib etdim.

Mənim öz əməyimlə qazandığım daşınar və daşınmaz əmlakı öz uşaqlarımdan, qanuni vərəsələrimdən, qohum-əqrəbamdan başqa arvadım Hənifə xanım Məlikovaya vəsiyyət edirəm. O, əməyimlə qazandığım, yuxarıda sadaladığım əmlaka ölümümdən sonra öz əmlakı kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək ixtiyarına malikdir.

Adını çəkdiyim arvadım, uşaqlarımı - Səffət və qızım Qəribsoltanı yaxşı saxlamağa və tərbiyə etməyə, habelə ehsan vermək və dəfn üçün xərc çəkmək əvəzinə öz mülahizəsinə görə xalq maarifinin ehtiyacları üçün ianə verməyə borcludur”.

Tez-tez ona baş çəkən Əli bəy Hüseyzadə də Zərdabinin vəziyyətindən hali idi, onun yanında olmağa çalışırdı.

Ustadın iflic olmasının səbəbini isə qızı Qəribsoltan öz xatirələrində yazır: “Ömrünün son illərində Şəhər Dumasında deputat oldu, həyatında gərginliklər daha da çoxaldı. Ona qarşı narazılıq su kəmərinin çəkilməsi ilə bağlıydı. Eşitmişdik ki, şəhərdə su qıtlığı mövcuddur, suyu iri çənlərdə gətirirlər. Su kəməri çəkmək lazım idi. Atam elə hesab edirdi ki, bu məqsəd üçün təmiz dağ suyundan istifadə etmək lazımdır. Lakin onun bu təklifi Dumada erməni Ambarsum Məlikov və onun tərəfdarlarının müqavimətinə rast gəldi. Bu adam istəyirdi ki, şəhərə su onun malikanəsi olan Zuğulba çeşməsindən çəkilsin. Bu, təbii ki, ona xeyli gəlir gətirəcəkdi. Atam bundan bərk hiddətlənmişdi. Bir dəfə dostları ilə söhbət edərkən demişdi ki, bu dələduz şəhərə özü ilə bərabər qızdırma gətirən su çəkdirmək istəyir. Buna yol vermək olmaz!

Atamın müqavimətindən narahat olan Ambarsum onun üzərinə o vaxt üçün çox böyük pul sayılan bir neçə min rubl rüşvət göndərmişdi. O gün axşam mən evimizdə buna oxşar fırtınanı heç zaman görməmişdim. Həmişə özünü təmkinli və nəzakətli aparan atam bu dəfə qarşısıalınmaz vulkana dönmüşdü:

“O məni satın almaq istəyir”, - deyərək dəli kimi fəryad çəkirdi.

Amma hiyləgər Ambarsum qara yollarla öz məqsədinə çatanda atam o dərəcədə sarsıldı ki, deyərdin uzun illərin xəstəsidir. Baş verənlərdən hey şikayətlənərək anama deyirdi:

- Mən öz uğursuzluğum və məğlubiyyətim üçün ona görə belə sarsılıram ki, hər bir məğlubiyyətim mənafeyini qoruduğum zavallı adamların arasında baş verən saysız-hesabsız qurbanları artırır.

Sonradan məlum oldu ki, Şəhər Dumasında əsl dramatik hadisə baş verib. Erməninin mənfur hərəkətindən sarsılaraq tamam başdan çıxan atam onu yaramaz adlandırıb.

O da yalandan hay-küy salaraq atamı duelə çağırıb. Həsən bəyi o zaman heyrət bürüyüb:

- Nə?! Sizinlə duel?! Siz sadəcə axmaqsınız.

Atam bu sözləri onun üzünə çırparaq iclas zalını tərk etmişdi.

Evə gələndə yatağa uzandı. Onda eyni sözləri tez-tez təkrarlayırdı. “Mən bacarmadım. Başa düşürsən? Adamı dəhşətə gətirən odur ki, bütün bir xalqın sağlamlıq məsələsi həll olunurkən o dələduz utanmadan alicənablıq məzhəkəsi oynadı və ləyaqətsizliklə üstün gəldi”. Bu ağır mübarizədən atamın səhhəti günbəgün pisləşirdi”.

1907-ci ilin iyunun 28-də səhər saatlarına Həsən bəyin əlləri Hənifə xanım ovcunun içində dünyadan köç etdi. Uşaqları Hənifə xanımın hönkürtüsünə yuxudan oyandılar.

O qədər sevgi içində o dünyaya yollanırdı ki, kimsə onun vəsiyyətinə əməl etmək iqtidarında deyildi. Zərdabinin dəfn mərasimi qədər möhtəşəm dəfn o günə qədər Bakıda olmamışdı. Tabutu üstünə onun qızıl çərçivəli gümüş qovluqda portreti qoyulmuşdu. “Əkinçi”nin qızıl çərçivəyə salınmış birinci nömrəsi də həmçinin.

Azərbaycanın çox işıqlı insanının nuru son şöləsini saçırdı. Yalnız ailə deyil, Azərbaycan ağlayırdı. Ailə demiş, orda dörd qız övladı, iki oğul böyüyüb. Böyük qızları Pəri xanım Məlikova (Topçubaşova) 1873-cü ildə Bakıda anadan olub. Pəri xanım müəllimə idi. Azərbaycanın ilk parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovla 1893-cü ildə Tiflis şəhərində ailə qurub. Onların 5 övladı olub. Onlardan dördü - oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşov, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak ediblər. Pəri xanım Fransada mühacirətdə yaşayıb və 1947-ci ildə orda da dünyasını dəyişib. Paris yaxınlığında Sen-Klu məzarlığında, həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub. Ailənin beşinci övladı haqqında heç bir məlumat yoxdur. Bəlkə də... bəlkələr çox.

Zərdabinin ikinci qızı Fatimə xanım Məlikovadır. Bir yaşına çatmamış vəfat edən üçüncü qızı və sonbeşik qızları Qərib Soltan xanım Məlikovadır. İki oğul övladları Midhəd bəy Məlikov və Səffət bəy Məlikovdur.

1879-cu ildə Göyçay bölgəsinin Zərdab kəndində anadan olmuş, Almaniyada ali mühəndislik təhsili almış böyük oğlu Məlikov Midhəd Gəncə Şəhər Kommunal Təsərrüfatı İdarəsinin torpaq-plan bölməsinin torpaq işçisi olub.

Mingəçevir Su Elektrik Stansiyasının ideyasını Həsən bəy Zərdabi vermişdi. Atasının yolunu davam etdirən oğul Midhəd bəy Məlikov Lənkəranda öz hesabına, Xanbulançay üzərində su elektrik stansiyası qurmaq niyyətində idi. Elə ordan qolları qandallı Bakıya gətirilib. Ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə güllələnib, 1990-cı ildə bəraət verilib.

Zərdabinin ikinci oğlu Səffət bəy Məlikov Zərdab kəndində anadan olub. O, Bakı Real Gimnaziyasını bitirdikdən sonra xaricdə Ali Mühəndislik İnstitutunda oxuyub. Arxiv sənədlərindən bəlli olur ki, Səffət bəy Həsən bəy oğlu Məlikzadə həqiqətən 1915-ci ilin aprel ayından 1917-ci ilin əvvəllərinədək Bakı şəhər İdarəsi tərəfindən ayrılmış azad təqaüdlə Riqa Politexnik İnstitutunda təhsil alıb. Rusiyada hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra o, Riqadan Bakıya qayıdıb.

1918-ci ildə Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun sədri olduğu Paris Sülh konfransına gedən Azərbaycan nümayəndə heyətinin tərkibinə katib kimi daxil edilib. İstanbulda konsulluqda çalışıb. Məlumat bu qədərdi.

Həsən bəyin qızı Qəribsoltan xanım 1896-cı il iyunun 11-də Zərdab kəndində doğulub, təhsilini Tiflisdə rus qız gimnaziyasında alıb. 1910-cu ildən pedaqoji fəaliyyətlə məşğul olub. 1915-ci ildən 1918-ci ilədək Bakıdakı Rus-Tatar (Rus-Azərbaycan) qız məktəbində dərs deyib.

Qəribsoltan xanım ailə qurmayıb. O, görkəmli bəstəkar Rauf Hacıyevə dayəlik edib, təhsili ilə məşğul olub. Qəribsoltan xanım uzun müddət Bakıda kimsəsiz uşaqların oxuduğu internat məktəbdə dərs deyib. 1956-cı ilə qədər müəllim olduğu bəllidir. 1948-ci ildə "Azərbaycanın Əməkdar Müəllimi" adına layiq görülüb.

Bunlar hamısı ailəni gözləyən sonrakı tale idi. Hələiksə onlar hamısı atalarını son mənzilə yola salırdılar.

Kimlər yox idi vida mərasimində. Hacı Zeynalabdin, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Nəcəf bəy Vəzirov.

“Nicat” cəmiyyəti adından cəmiyyətin rəhbəri Məmmədəmin Rəsulzadə danışdı. O qeyd etdi ki, camaatı ayıltmaq, onun dərrakəsini inkişaf etdirmək üçün nə lazımdır? Maarif, maarif, maarif! Ancaq maariflə, elmlə, biliklə camaat özünün kim olduğunu və nə edə biləcəyini qana bilər. “İştə, bu yolda təziyəsinə yığışdığımız bu mərhum işləyib ömrünü keçirmişdi. İştə bu qoca ədib də haman cəmaətin hər dərdinə dərman olan irfan toxumlarını səpmişdir. Allah rəhmət etsin!”

Əli bəy Hüseynzadənin çıxışı: “Mərhum Həsən bəyin gördüyü işlər barəsində, millət yolunda çəkdiyi zəhmətlər xüsusunda məlumat verildi. Mən bunu demək istiyorum, keçmişdə aləmi-islam bir qaranlıq içində qaldığı zaman bu adam əlinə məşəl alıb qaranlığı işıqlandırmağa çalışıyordu, o məşəl nə idi? Əvvəlinci mətbu kəlam idi. Həsən bəy əvvəlinci şəxsdir ki, Qafqaz, bəlkə, Rusiya, demək olar ki, bütün dünyada müsəlmanlar içində əvvəlinci türk müsəlman qəzetəsi nəşr etmişdir. Biz Qafqaz türklərinin öhdəsində bu adamın artıq haqqı vardır. Çünki bu şəxs bizim üçün dil yaratmışdır. Ədəbiyyata qapı açmışdır. Həsən bəyin belə xidmətləri olmuşdur. Milli mahnılar məcmuəsi belə hazırlamışdır ki, o yol ilə cəmaətimiz arasında ehsasi-milliyəni oyatsın və təbi-şairlə, iğaz etsin. Xülasə, Həsən bəyin xidmətı çoxdur. Bu barədə danışıldı. İndi keçəlim bu zatın gördükləri xidmətlər əvəzində, bizim göstərdiyimiz mükafata. İştə nə görüyoruz? Burada şairi-əzəm Firdovsinin vəfatında edilən hərəkəti müşahidə ediyoruz. O böyük şair, o ədibi-ziqiymət sağlığında çoxlu məşəqqətlər çəkdi, fəlakətlə ruzigar apardı. Axır zamanlar isə onun həmərəsi olan Sultan Mahmud onun qədrini, hörmətini düşündü. Bir karvan cəvahirat cəmləyib ona yadigar və bəxşiş göndərməli oldu. Cəvahirat karvanı Tus şəhərinin məşriq qapısından daxil olanda, Firdovsi əleyhirrəhmənin cənazəsi şəhərin məğrib qapısından çıxıyordu. İştə Həsən bəy də meydani-mühib həyatın məğrib qapısından çıxır. Əcaba, məşriqdən gələn nədir? Bu məşriqdən gələn cəvahirat karvanı deyildir, ziyayi-mədəniyyətdir gəlir. İştə Həsən bəyin qəlbpərvərdəsi olan mədəniyyət ziyası bizim həyatımıza budur daxil oluyor!”

***

Zərdabinin dəfn olunduğu Bibiheybət məzarlığı sonradan yol çəkmək adı ilə uçurulduğundan qızı Qəribsoltan onun məzarını öz əlləri ilə qazıb atasının sümüklərini çıxarır. 1937-ci ildə Bakıda kiçik qızı Qəribsoltandan başqa kimsəsi yox idi. Bir neçə yerə müraciət edir, fikir verən olmur. Qız atasının sümükləri dolu yeşiyi evə gətirib çarpayısının altında saxlayır. Bir müddət sonra Qəribsoltan yenə fəhlə tutaraq, təkbaşına atasının nəşinin qalıqlarını elə yeşik qarışıq anası Hənifə xanımın məzarının ayaq hissəsində basdırır. Hənifə xanımın məzarı isə Bakının adi məzarlıqlarının birində idi.

İllər sonra üç nəfər alim əsəbləri pozulmuş Qəribsoltandan atasının məzarının yerini öyrənmək istəyir. Qız qışqırıb onları qovur ki, atamın sümüklərini rahat qoyun. Ailəyə yaxın olan Rauf adlı birinin köməyi ilə (bəlkə də Rauf Hacıyevin – R.Q.) məzarın təxmini yerini öyrənirlər.

1957-ci ildə Bakı kənarında qəbiristanlıqlardan birində professor Abbas Zamanov bir qrup tələbəsi ilə məzarın axtarışına gedir. Tuşudulan yerdə məzar tapılmır. Qayıtmaq istəyəndə tələbələrdən birinin ayağı Hənifə xanımın məzarının ayağında nəyəsə ilişir. Qazıb bir yeşik görürlər. Yeşiyin içində sümükləri görən heyət bunun Həsən Bəy Zərdabini olduğunu anlayıb onu göz yaşları ilə çıxarıb, Fəxri Xiyabana gətirib dəfn edirlər, sonradan üstündə büstü də qoyulur.

Deyilənlərə görə, 1929-cu ildə Bakıda vəfat etmiş Hənifə xanımın da məzarını həyat yoldaşı məzarına - Fəxri Xiyabana köçürüblər. Ancaq hələ də bunu təsdiqləyəcək nə bir adam tapılır, nə də sənəd...

 

Məmbə

 

1595341738590_dP80pSTK.jpeg1595341745618_pYsyycZk.jpeg1595341750261_JPwdbjR8.jpeg1595341810364_2U6nUgn0.jpeg
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 27 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 144 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       

      Media.az
        • Sad
        • Confused
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...