Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Kəramət Böyükçöl


Recommended Posts

Çox istedadlı gənc yazıçıdır. Son zamanlar məhşurluğu da artıb. Kitablarını özü şəxsən küçədə satır. Hələ heç bir kitabını oxumamışam. Qısa yazılarından başqa. Onun yazılarıyla bağlı oxuyanlar təəsüratlarını bu mövzuda paylaşsalar minnətdar olaram. Mən isə burda onun yazılarından bəzi hissələri paylaşacam. Tanımayanlarda oxuyub tanış ola bilər. 

 

 

Link to comment
Share on other sites

Tələbə vaxtı İradə adlı bir qızı necə sevdiyimi bütün universitet bilirdi. Təəssüf ki, sevgim yenə daşa dəydi, universiteti qurtaran kimi sevgimiz də qurtardı, qız çıxıb başqasına ərə getdi. Ayrılandan sonra yaddaşımın İradə ilə bağlı hissəsi mənə olmazın əzablar verirdi. Elə sevgilər var, unutmaq üçün mütləq içməlisən, elə sevgilər də var, çayla yola verirsən gedir. Nədənsə, bu sevgi çayla keçib getmədi. Nə qədər sevmişdimsə, ayrılanda o qədər zülm çəkdim. Xoşbəxt günlərin hamısı burnumdan gəldi. Xatirələr, macəralarımız yadıma düşdükcə havalanırdım, elə bil ürəyimi qulağımın içindən çəkib çıxarırdılar. 
Axırda dost-tanış, qohum-əqrəba atama dedi ki, oğlun gözünün qabağında məhv olub gedir, görmürsənmi, əsəbləri pozulub, onu bir psixoloq yanına apar, məsləhət versin, kömək eləsin. Çarəsiz ata məni psixoloq yanına apardı. Psixoloq atamı tanıyırdı, şair olduğunu bilirdi deyə istəmirdi valideyn onun primitivliyinin şahidi olsun. Ona görə də atama dedi ki, siz qapının arxasında gözləyin, bu uşaqla özüm tək danışım.
Psixoloq düz bir saat dərdimi dinlədi. Bir də gördüm ki, gözləri doldu, kövrəldi. Sən demə, onun da gəncliyində dəli kimi sevdiyi qız yadına düşüb. Atamı içəri çağırdı. Dedi ki, oğlun gül kimi uşaqdır, ağlı, məntiqi də yerindədir. Düşüncəli, təfəkkürlü oğlandır. Bircə problemi var: iradəsizdir. Əlli manatımızı alıb əlini yüngülcə kürəyimə vurdu, qayıtdı ki, bala, iradəli ol, bir az güclü olmaq lazımdır. Həyat güclülərindir. 
Psixoloqun yanından çıxandan sonra atamı qabağıma qoyub düz iki saat danladım. Dedim, a kişi, guya mən iradəsiz olduğumu bilmirdim? Bəs bu boyda həngamə nədən ötrüdür? Elə problem ondadır ki, iradə yoxdur da, ərə gedib. İradə olsaydı, mən bu günlərə düşərdimmi? Məni niyə bura gətirirdin, 50 manatı adını psixoloq qoyan o adama niyə verirdin? Arağın, pivənin pulunu niyə belə gic-gic şeylərə xərcləyirsən? 

 

K.Böyükçöl

Link to comment
Share on other sites

Qohumumuz Nizaməddin alkaşlıq üzrə qara kəmər ustasıdır. İki metr boyunda kök bir kişidir. Oğlu yoxdur, üç qızı var. Üçü də dünya gözəlidir. Qızlara baxanda üçü ilə də evlənmək istəyirsən. Rayonda nə qədər xırda vəzifə varsa, Nizaməddin hamısında işləyib. Vəzifəsi xırda olsa da, pulu həmişə yaxşı olub. Ömür boyu yeyib-içib, çapıb-talamaqla məşğul olub. Məclislərdə heç kim onun sözünü kəsməyib, danışdığı ən mənasız lətifələrə də camaat şaqqanaq çəkib gülüb. Kefqomun biridir. Burnunun qabağında bir topa tük var, bilmirsən, bığdır, yoxsa o da qaşdır. 
Nizaməddinin cavan vaxtlarında da, evlənəndən sonra da, qocalanda da yan-yörəsində əlinin altından keçirtmədiyi qız-qadın qalmayıb. Qonşularında tanıdığım bir ailə yaşayır, evdə üç qadın var: ana, qız və gəlin. Nizaməddin üçünün də dadına baxıb. Öz arvadını və qızlarını isə evdən çölə çıxmağa qoymayıb. Qızlarının üçünə də ən yaxşı universitetlərin diplomunu alıb verib. Üçü də ərdədir, üçü də xoşbəxtdir, üçünün də ev-eşiyi var, üçünün də balaları sapsağlamdır.
Qohumumuz olsa da, onu ayda-ildə bir dəfə görürəm, ya yox. Yaxınlarda təsadadüfən qarşılaşdıq. Toyda bir stolda oturmuşduq. Rumkanı götürüb dedim, Nizaməddin dayı, qaldır vuraq. Kişidə elə bil şeytan tükü var. Məni heç orasına da almırdı. Mən isə gedib onun yanında oturdum. Sağlığına içmək istəyəndə də kobud bir formada qayıdasan ki, yox, mən həcdən təzə gəlmişəm. Toyda hamı Nizaməddinin başına fırlanırdı. Həci, ordan oturma, burdan otur. Həci, qadan alım, pencəyi kürəyinə at, birdən soyuq dəyər. Həci, yeməyi soyuq yemə, qızdırıb gətirsinlər. Toyda kim çıxış eləyirdisə, birinci Nizaməddinin şərəfinə söz deyirdi. Bütün musiqilər də onun şəninə səslənirdi.
Qonşumuz Mehdi yadıma düşdü. Bədbəxtin balası bir tikə çörəyi ömür boyu əzab-əziyyətlə, zulumla qazandı. Şirniyyat sexində işləyirdi. İki uşağını it zülmü ilə böyütdü. Amma heç birinin toyunu görmədi. Özü də namaz qılırdı, Quran oxuyurdu. Ağzı dualı bir kişi idi. Bütün günü evində imam ehsanı verirdi. Arvadı, uşaqları da namaz qılırdı, oruc tuturdu. Bir gün işdən evə gələndə, qapının düz ağzındaca Mehdinin ürəyi tutdu, ağzı üstə gölməçənin içinə yıxılıb öldü. Bir ildən sonar qızı ərə getdi. Çox keçmədi ki, boşadılar. Yanında da əlil bir uşaq. Mehdinin oğlu əsgərlikdə soyuqladı, böyrəkləri çürüdü. İndi yerdə yatır, yəqin ki, sağalmayacaq. Arvadı isə qonum-qonşunun evində qulluqçuluq eləyir. Amma yenə də ailəlikcə namaz qılırlar, oruc tuturlar, yenə də evlərindən imam süfrəsi əksik olmur. 
Toyda içdiyim araq şüşələrinin sayını itirmişdim. Hirsimdən rumkanı doldurur, vurur, doldurur, vururdum. Fikirləşirdim ki, ay Allah, bu necə dünyadır yaratmısan ki, Nizaməddin kimi bir bəndən oğraşlıq eləyəndə də alınır, oğraşlıqdan əl çəkib həccə gedəndə də? Necə olur ki, ömrünün 70 ilini kayfla yaşayan, rüşvət alan, məmur olduğu vaxtlarda yanına xahişə gələn qadının dadına baxmadan yola salmayan bir adam bütün rayon camaatının sevimlisi olur? Hamı deyir, Nizaməddin əla kişidir, yeyib-içən adamdır. Və necə olur ki, Nizaməddin Quranı oxumaya-oxumaya, ümumiyyətlə, ömründə bir kitab arası açmaya-açmaya haram yollarla qazandığı pulların milyonda bir hissəsi ilə həcc ziyarətinə gedib-gələndə də camaat onun başına and içir? Ay Allah, bəs Mehdini niyə bədbəxt elədin? Onun günahı nə idi? Hər gün namaz qılırdı, vaxtı-vaxtında oruc tuturdu, səhv edirdi? Bəs onun arzularını niyə ürəyində qoydun? Onun qız nəvəsini niyə əlil yaratdın? Onun oğlunun böyrəyini niyə xəstə elədin? Onun arvadına niyə xoşbəxt bir gün nəsib eləmədin? Ay Allah, sən Nizaməddinin adamısan, yoxsa Mehdinin? Bunu de, birdəfəlik işimizi bilək. Daha səndən ədalət ummayaq!

 

K.Böyükçöl

Link to comment
Share on other sites

Milli Məclisdə elə deputatlar var ki, cəmiyyət onların adını bilmir. Amma mülklərinin sayı-hesabı yoxdur, var-dövlətlərini bir aya hesablayıb qurtara bilməzsən. Şirkətlər, apteklər, bazarlar, saxta dərman istehsalından tutmuş əxlaqsızlıq yuvasına qədər hər şeydən pul qazanırlar. O deputatlar heç vaxt nə mətbuata müsahibə verir, nə efirlərə çıxır, nə də nömrəsinə zəng çatır. Hamısı öz kefində, damağındadır. Nə danışa bilirlər, nə də danışmaq istəyirlər. Camaatın qabağına çıxıb danışmağı ümumiyyətlə, özlərinə sığışdırmırlar. Belə deputatlar ən çox ya yuxarıya möhkəm tellərlə bağlı adamlar olur, ya da yuxarı ilə qohumluq əlaqəsi olanlardır. Biri də var Milli Məclisin Elman Nəsirov kimi yetim deputatları. Əminliklə deyirəm, bəlkə də Milli Məclisdə ən sadə adam Elman Nəsirovdur. Orta məktəbdə kənddən gələn şagirdi şəhər uşaqları gözümçıxdıya saldığı kimi onu da bu hökumət çumo eləyib. Nəsə bir şey olan kimi deyirlər, Elman, get danış! Hətta get danış sözünü elə deyirlər, üzün çevirən kimi arxadan ona gülürlər. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Mən əminəm ki, Elman Nəsirov yekə adamlarla təsadüfən eyni məclisə düşəndə onunla məzələnirlər. Məsələn, rişğəndlə deyirlər ki, pofessor, necəsən? O da irişə-irişə qayıdır ki, şükür Allahın birliyinə, yaxşıyam, siz necəsiniz? Yaxud, bəlkə də kefli məclislərdə kürəyinə yüngülvari şapalaq vurub deyirlər ki, professor, yamansan haaa! O da əzilib büzülə-büzülə gülür. Əminəm ki, Milli Məclisin özündə də deputat yoldaşları onu ələ salaraq deyir ki, Elman, erməni səngərdə əyilə-əyilə sözün nətər demişdin? Ha, ha, ha! Təzə bir sözü gündəm olanda yenə ələ salıb deyirlər ki, nədi yenə camaat səndən danışır. Bu da nəsə izah eləyəndə sözün yarımçıq kəsib yo, yo, yaxşı idi, halaldır deyə-deyə maşına oturub gedirlər. Əminəm ki, Elman Milli Məclisin iclaslarına gedəndə kənardan onu görən deputat yoldaşları gülə-gülə bir-birinə deyir ki, yenə əyilə-əyilə gəlir. Yaxına gələndə də mırta soruşurlar ki, Elman, hardaydın? O da deyir, Xəzər TV-dən gəlirəm. Təzədən soruşurlar ki, nə danışdın, yenə bombaladın? Vəziyyət elə həddə çatır ki, Elman müəllim onunla məzələndiklərin bilib özü də gülür. Çünki başqa əlacı yoxdur. Sosial şəbəkələrdə camaat onu söysə də, maaşla dolandığına, heç bir biznesi, obyektləri olmadığına və üzündə hüzürdə aşı çörəklə yeyən yazıq adam ifadəsi olduğu üçün Milli Məclisdə, ümumiyyətlə, hökumətin içində o xalqın adamı hesab olunur. Bütün bunların səbəbkarı da təbii ki, özüdür. Bilir ki, hökumətə belə adamlar da lazımdır və bütün ciddi yerlər tutulub deyə o, bir təlxək yerini boş görən kimi özünü dürtüb ora. Onun bu çıxışları hökumətin xoşuna gəlməsə ikici dəfə heç vaxt danışmaz. Uşaq deyil ki... Amma adamın başının üstə Allah var, Elman Nəsirovu efirlərə elə mövzularda danışdırırlar ki, o mövzuda Elman yox, kim danışsa gülüş, lağ hədəfinə çevrilər. Torpaq 30 ildir işğaldadır, erməniləri, Paşinyanı da hər cür söyüb qurtarıblar və indi də Elman müəllimi göndəriblər ki, get danış. İndi bu yazıq nə desin? Söz qurtarıb. Bu da özünü dünya ədəbiyyatının, mədəniyyətinin bilicisi kimi göstərərək, Puşkinə istinad edir, camaat yenə gülür, yenə söyür. Milli Məclisin o qıllı deputatları gəlib danışsa, onlar da söyüləcək. Elman hələ ağıllısıdır. O birisilərin böyük əksəriyyəti ümumiyyətlə, Şuşanın nə vaxt işğal olunduğunu bilmir. Şuşa hələ məşhurdur. Kəlbəcəri vopşe bilmirlər. Ona görə də, əslində, mənim Elman Nəsirova səmimi qəlbdən yazığım gəlir. Bu cür adamlar mənim üçün heç vaxt nifrət hədəfi ola bilməz, ona daha çox tip kimi baxıram. O, hökumətdən də yarımamış adamdır. Əminəm ki, yüksək ranqlı məmurlar heç onun telefonun açmır. Çaşıb açanda da iki kəlmə ilə yola verib adboy düyməsin basırlar. Əsl yetimdir. O mənada ki, onun troll dəstəsi yoxdur, adam üstünə göndərməyə lotuları yoxdur. Müəyyən bir savadı da var. Sadəcə, hökumətdə savadlı adamlardan bu cür istifadə olunur. Bir az da bəxti gətirmiş zəmanə adamıdır. Bəxti gətirmiş o mənada ki, çarəsiz, əlacsız Azərbaycan insanının deputat variantıdır. Və tənqidlərə, hətta təhqirlərə də xeyli dözümlüdür. Məndə bir hiss var ki, o, evdə, ailədə, dost-tanış, qohum-əqrəba arasında çox yaxşı adamdır, ölkədə isə necə deyərlər, böyük siyasi oyunların kiçik peşkasıdır. Hərdən adam onu qucaqlayıb ağlamaq istəyir. 

 

K.Böyükçöl

Link to comment
Share on other sites

  • 2 years later...
O gün siyasətə təzə qoşulmaq istəyən bir gənc Elmlərə məndən məsləhət almağa gəlib. Deyir, sən yazıçı olsan da görürəm ki, ölkəni yaxşı tanıyırsan. Siyasətdən də başın çıxır. Ona görə səndən məsləhət istədim. Necə eləyim? Çayxana səs-küy idi deyə başqa rahat bir yer təklif elədi. Maşınına oturduq. Maşını arxaya vermək istəyəndə ağacların arasından bir qoca kişi çıxıb buna dedi ki, ver, ver, ver... Bu da güzgüyə baxmadan maşını arxaya verəndə birdən lyuka düşdü. Dedim, qardaş, ilk məsləhətim budur ki, arxanı hər ver, ver deyənə etibar eləmə. 🙁
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 639 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...