Jump to content

Recommended Posts

Nizami Paşayev deyir ki, aradan uzun illərin keçməsinə baxmayaraq, əgər evləri dağıdılmayıbsa, bu gün Zərgər kəndinə gedib onu rahatlıqla tapa bilər.

 "İndi qəriblikdir məni ağladan, O yanan evləri könlüm istəyir", - oxuyaraq göz yaşlarını saxlaya bilmir. 20 il əvvəl 13 yaşlı Nizaminin ifası nəinki bütün İmişlini, hətta Azərbaycan muğamının əcnəbi tədqiqatçısı Cefri Verboku da heyran qoymuşdu.

 

C.Verbok Nizaminin ifasını bəyənir və onun haqqında film çəkməyə qərar verir. Yenidən Azərbaycana gələrək onu axtarmağa başlayır.

"İlk video İmişli rayonunun Bayramtəpə qəsəbəsində, bizim məskunlaşdığımız qaçqın düşərgəsində çəkilib. O zaman mənim 14 yaşım var idi", - deyə Sputnik Azərbaycan-ın qonağı olan Nizami Paşayev bildirir.

Nizami Paşayev əslən Füzuli rayonunun Zərgər kəndindəndir. Rayonlarından köçkün düşdüyü günü bu gün kimi xatırlayır. Deyir, hamı bacardığı qədər əşyasını götürüb, çıxmağa çalışırdı. Bu zaman onların da ailəsi rayondan çıxır.

425540328.jpg
"Füzulidə yaşayanda özümü ən xoşbəxt uşaq hesab edə bilərdim. Böyük problemlərimiz yox idi. Müharibə başlayandan sonra çətinliklərimiz başladı. Evimizin arxasındakı təpədə "ocaq" adlandırılan bir yer var idi. Erməni atmağa başlayanda ailəliklə ora yığılır, atəşin səngiməsini gözləyərdik. O zaman düşünürdüm ki, düşmənlə qarşı-qarşıya qalmaq qorxuludur, çətindir. Amma əsl çətinliklərimiz Füzulidən çıxandan sonra başladı", - Nizami danışır.

Onun sözlərinə görə, İmişlidə qaçqın şəhərciyində çox çətinliklər yaşayıb.

İmkansızlıq, soyuq evlər, işsizlik.

Həmin dövrdə ailədə təkcə Nizaminin anası işləyir, ailəni saxlamağa çalışırdı.

Həyat onlar üçün heç də düşünüldüyü qədər asan olmayıb: "Beş nəfər bir otaqda qalırdıq. Evlər dəmirdən olduğu üçün çox soyuq olurdu. Kimin imkanı çatırdısa, özünə palçıqdan ev tikirdi …".

Nizami 2005-ci ilə qədər ailəsi ilə İmişlidə yaşayır. Sonra isə Bakıya gələrək, müxtəlif işlərdə işləməyə başlayır.

Cefri Verbok 2008-ci ildə Azərbaycana gələndə Nizamini asanlıqla tapa bilmir. Çünki onun əlində Nizaminin 14 yaşı olanda çəkilən fotosundan başqa heç bir məlumat yox idi. Bir neçə rayonu gəzəndən sonra nəhayət, Nizaminin ailəsini tapa bilir.

Cefri Verbok Nizaminin ifa etdiyi muğam haqqında film çəkməyə başlayır. Filmin çəkilişi 2015-ci ildə tamamlanır:

"Cefri haqqımda iki film çəkib. Biri uşaq olanda ifa etdiyim muğam, ikincisi isə 2008-2015-ci ildə çəkilən filmdir. İkinci filmin təqdimatı 2017-ci ildə Nizami kinoteatrında oldu. Həmin ərəfədə Avropa Azərbaycan Cəmiyyətinin rəhbəri Tale Heydərovun çox dəstəyini gördüm".

Hazırda Cefri Verbok Nizami haqqında üçüncü filmi çəkməyi düşünür. Buna görə də Bakıya gələndə onunla ilə görüşür, söhbətləşir.

 

Nizami hesab edir ki, filmin üçüncü hissəsi yəqin Füzulidə çəkilər.

Sənətə marağı böyük olsa da, yaşadığı sıxıntılar, maddi problemlər ona sənətinin arxasınca getməyə mane olur. O, təhsil ala bilmir və taleyin yönləndirdiyi istiqamətə üz tutur, hərbçi olur:

"Mən yenidən təhsil almaq istəyirəm. Məsələn, Mənsum İbrahimovun tələbəsi olmağı çox arzulayıram. İstərdim o, mənimlə məşğul olsun. Dost-tanışın toyuna dəvət alıram. Amma axı mənim arzum xanəndə olmaq idi. Buna can atıram".

Qəhrəmanımızın dünyaya göz açdığı Zərgər kəndi artıq düşmən işğalından azad edilib. İndi onun bir arzusu var. Zərgərdə muğam ifa etmək. Deyir ki, aradan uzun illər keçməsinə baxmayaraq, evləri dağıdılmayıbsa, bu gün Zərgər kəndinə gedib asanlıqla onu tapa bilər.

  • Milli 1
Link to post
Share on other sites
  • 425534329.jpg
  • 425534139.jpg
  • 425534054.jpg
  • 425534167.jpg
  • 425534195.jpg
  • 425534082.jpg
  • 425534110.jpg
  • 425534230.jpg
  • 425534259.jpg
  • 425534026.jpg
  • 425533993.jpg
  • 425533965.jpg
  • 425534290.jpg
  • 425534363.jpg
Ağdamda Cümə məscidi.

Dağıdılmış Ağdamda möcüzə nəticəsində məhv olmayan məscid təkcə memarlıq abidəsi, iki müharibə görmüş məbəd deyil, eləcə də işğaldan azad edilmiş şəhərin rəmzidir.

 

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasındakı üçtərəfli razılaşma əsasında erməni işğalından azad edilmiş Ağdam rayonunun ərazisində salamat qalmış tikinti tapmaq çətindir. “Ruhlar şəhəri”nə çevrilmiş Ağdamın fonunda yeganə nəzərə çarpan tikili tam dağıdılmamış Cümə məscididir.

Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Qarabağın təkrarolunmaz üslubunda tikilib. Oxşar məscidlər Bərdə, Şuşa, Füzuli və Horadizdə də inşa edilib.

 

Məscid iki müharibə görüb, dəhşətlərin şahidi olub – 1992-ci ildə Xocalı soyqırımı qurbanlarının nəşlərini Ağdama çatdıraraq bu məscidə gətiriblər. İndi isə, 27 illik işğaldan sonra, məscidin ərazisini təmizləyib sahmana salıblar, Azərbaycan bayrağı cancıblar, burada yenidən azan oxunaraq namaz qılınıb.

Sputnik-in fotomüxbiri Ağdam xarabalıqları arasında ucalan Cümə məscidinin unikal şəkillərini çəkə bilib. Həmin şəkilləri təqdim edirik.

Link to post
Share on other sites

image.jpeg.914b21937c2486b78c0e534cb3f48710.jpeg

Erməni redaktordan çağırış: Qarabağa geri dönməyin

Ermənistanın “Hetq.am” saytının baş redaktoru Edik Baqdasaryan İrəvana gələn Qarabağ ermənilərinə müraciət edərək, Qarabağa geri dönməməyə çağırıb.

 

Axar.az xəbər verir ki, Baqdasaryan bu sözlərini öz Feysbuk səhifəsində paylaşıb. O, Qarabağda hər şeyin dəhşətli olduğunu və hələ də ermənilərin yaşayış ərazilərinin müəyyən edilmədiyini bildirib:

“Kimin evi yoxdursa, Qarabağa geri dönməməlidir. Hadrut şəhərindən, Hadrut rayonunun kəndlərindən, Əsgəran rayonunun kəndlərindən, Şuşadan, Daşaltıdan olan ailələr var. Hər şeydən öncə onların məsələləri həll edilməlidir.

 

Əksər kəndlərdə qaz, işıq yoxdur. Ermənistandan belə soyuqda ailələri göndərməyin. Avtobusları verməklə məsələ həll edilmir”.

Link to post
Share on other sites

“Fransanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi əvvəldən bəllidir. Əslində Fransa bu məsələdə başqa mövqe nümayiş etdirsəydi, yəni, Azərbaycanın haqq işini müdafiə etsəydi biz təəccüblənərdik. Fransa da özünü demokratik dövlət adlandıran digər ölkələr kimi seçki əsiridir. Fransada kifayət qədər erməni və erməni əsilli seçicilər var, odur ki, ölkənin builki siyasi hakimiyyətinin taleyində onların səsinin də önəmli rolu var”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Anar İsgəndərov deyib.

 

Anar İsgəndərov bildirib ki, Fransa, əslində, Qarabağın tarixi Azərbaycan torpağı olması barədə kifayət qədər məlumatlıdır. Amma çox təəssüf ki, Fransa Azərbaycana qarşı həddindən artıq ədalətsizlik edir və bu ədalətsizliyi sübut etmək üçün heç bir müstəntiq istintaqına ehtiyac yoxdur. Fransa ATƏT-in üç həmsədr ölkəsindən biridir, buna görə də mandatına uyğun olaraq ədalətli mövqe nümayiş etdirməlidir. Lakin birmənalı olaraq Ermənistan dövlətinə olan dərin məhəbbət onun gözlərini kor edib. Bu ölkə Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətini görmür, ya da görmək istəmir. Fransa Ermənistanın qəddarlığına, qaniçənliyinə, faşist təxəyyülünə göz yumur. Bu ölkənin hakim dairələrinin beynində yalnız bir düşüncə var - nəyin bahasına olursa olsun, haqq-nahaq Ermənistanın maraqlarını müdafiə etsin. Bu, ədalətsizlikdir və yolverilməzdir. Fransa Senatının noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşması da bu ədalətsizliyin, ermənipərəst mövqenin göstəricisidir.

 

Fransa Senatı erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul etdi. Fransada belə ziyanlı təşəbbüslərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar.

Link to post
Share on other sites

Dəyişin, yoxsa ancaq əsgər doğacağıq...

refiqe.jpg

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin arasında imzalanan Bəyanatın 6-cı bəndinə müvafiq olaraq 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu boşaldılmalıdır. Erməni əhalisi artıq çıxmağa başlayıb. Gedərkən pəncərələrini, qapılarını, hətta unitazlarını söküb apardıqlarını gördüyümdə heç təəccüblənmədim. Nə də ərazini tərk edərkən evlərinə od vurmaları, meşələri yandırmaqları məni o qədər də təəccübləndirmədi.

 

Bütün bunlar erməni xislətinin kiçik təzahürləridir. Ən dəhşətli görüntü isə Kəlbəcər məktəblərindəndir. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarını tərk edən erməni məktəblilər özlərindən sonra “biz havanı zəhərləyəcəyik ki, bütün azərbaycanlı uşaqlar ölsün”, “biz sizə yaşamağa imkan verməyəcəyik” kimi aqressiv ismarışlar qoyur. Təsəvvür edirsinizmi?

 

Orta məktəb şagirdinə belə dəhşətli yazıları yazmağa məcbur edən necə bir təfəkkürdür? Bu erməni təfəkkürü nə qədər zəhərli, nə qədər təhlükəli, nə qədər qorxuludur... Bizim övladlarımız bu uşaqlarlamı böyüyəcək? Bizim balalarımız bu uşaqlarlamı oynayacaq?

Kəlbəcərdəki yaşayış yerlərini tərk edən erməni əhalisi əcnəbi jurnalistlərə verdikləri açıqlamalarda “öz ana yurdlarından” didərgin salındıqlarını deyirlər. Kəlbəcər hardan erməninin ana yurdu, vətəni oldu? Erməni Kəlbəcər görmüşdü? Ya Şuşada olmuşdu? Bu əraziyə ermənilərin yerləşdirilməsi yalnız ötən əsrin 90-cı illərindəki müsibətlərindən sonra reallaşdı – o da Kəlbəcərdəki qızıl yataqlarımızı və sərvətlərimizi talamaq məqsədilə.

Kəlbəcər nə vaxtdan məktəb divarlarında bizim övladlarımıza lənətlər yağdıran o azyaşlılar üçün vətən oldu?

 

O uşaqların hamısı eyni nağıllarla, uydurmalarla böyüyüb. Hamısı türkə, azərbaycanlıya nifrət aşılayan dərsliklərlə, kitablarla tərbiyə alırlar. Ermənistan dövlət səviyyəsində bütün qonşularının torpaqlarına ərazi iddiası var. Erməni körpələr “Dənizdən dənizə böyük Ermənistan” xülyası ilə yaşayır. Erməni şagirdləri Gürcüstana, Türkiyəyə, Azərbaycana, hətta Rusiyaya torpaq iddiaları ruhunda böyüyür. Bu xəstə təfəkkür bizim birlikdə yaşamağımıza imkan verəcəkmi?

Bilmirəm və açığı, qorxuram. Bu zəhərli təfəkkürə sahib uşaqların böyüyüb bizim balalarımızı incidəcəyindən qorxuram...

 

Hər zaman hörmətlə, mehribanlıqla, nəvazişlə davranıb əzizlədiyimiz qonşularımız bir gün onlara qucaq açan azərbaycanlıları qətlə yetirmədimi? Evimizin içindəki kirvələrimiz övladlarımızı qanına bələmədimi? Yetişdirilən yeni nəslin təfəkkürü bu zəhərdən tamamilə təmizlənməzsə, qələmlə məktəb divarlarında lənət dolu mesajlar yazan uşaqlar əlisilahlı əsgər olaraq övladlarımızın üzərinə qayıdacaq.

 

Bütövlükdə Ermənistanda tədris, tərbiyə dəyişməlidir, türkə nifrət aşılayan qondarma əfsanələri, qonşu ölkələrin ərazisinə iddia edən uydurma tarixləri dərsliklərdən çıxarılmalıdır, “böyük ermənistan” ideologiyasından əl çəkməlidirlər, “qisas və nifrət” aşılayan kilsələri nəhaət, bu xalqı məhvə apardığının fərqində olmalıdır.

 

Əks halda bu gün Kəlbəcərdə məktəb divarlarına o nifrəti yazan uşaqların sabah əlisilahlı qayıdışına hazır olmalıyıq.

Bizim övladlarımız bu qayıdışa hazır olmalıdır...

Nə vaxtsa bu sözləri deyəcəyim ağlıma gəlməzdi, amma hazırda sülhsevər övlad yetişdirmək ən böyük səhvimiz ola bilər.

 

Biz əsgər dünyaya gətirəcəyik, əsgər yetişdirməliyik – keçmişini gözəl bilən, bu gününün tədbirini alan və sabahındakı təhlükələrə hazır olan əsgər!

Link to post
Share on other sites

SON DƏQİQƏ! Türkiyə Və Ruslar Arasında Qarabağda Şok..(24.11.2020) Cəbhədən Təcili Xəbər!

 

Link to post
Share on other sites

Putin və Makronun qəfil və şübhəli birliyinin... - QARABAĞ GİZLİNLƏRİ, son xeberler bugun 2020


Rusiya və Fransa prezidentlərinin Qarabağla bağlı açıqlamaları hələ də müzakirə mövzusudur. Təkcə Azərbaycanda və Ermənistanda deyil, region ölkələrində və bütün dünyanın siyasi mərkəzlərində bu bəyanatlar incələnir və ATƏT-in Minsk Qrupunun üç həmsədrindən ikisinin sanki qəfil belə bir bəyanatla çıxış etməsinin gerçək, pərdəarxası motivlərinin çözülməsinə cəhdlər olunur.

 

Əvvəlcə, bəyanatların məzmununa nəzər salaq. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünən Rusiya telekanalına verdiyi müsahibədə deyib: "Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ vəətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir".

Eyni gündə Fransa Respublikasının Prezidenti Emmanuel Makron da eyni fikri təkrar edib.

Fransanın Qarabağa müdaxilə etməməsinin səbəbini soruşan erməninin sualına Prezident Makron belə cavab verib: "Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ və ona bitişik 7 rayon BMT tərəfindən tanınan Azərbaycan ərazisidir. Suveren bir dövlətin tələbi olmadan müdaxilə edilə bilməz".

Vladimir Putinn Dağlıq Qarabağın statusu ilə bağlı suala Gürcüstanın Abxaziya və Osetiya bölgələrini Rusiyanın müstəqil beynəlxalq hüquqi subyekt kimi tanıması, Krımı ilhaq etməsi nümunələri kontekstində cavab verib.

Müsahibədə dəfələrlə: "Dağlıq Qarabağın müstəqilliyini hətta Ermənistan özü də tanımayıb" deyə xüsusi vurğulayıb. Bu da müəyyən şübhələrə yol açıb. Sanki ortada bir əsaslı müstəqillik bəyanı var, ancaq onu tanıyan yoxdur.

Link to post
Share on other sites

Şuşaya hücumumuzu heç kim gözləmirdi. Düşmən düşünürdü ki, ordumuz cənubdan Laçına gedəcək. Amma hər şey əksinə oldu. Şuşa qələbəsinin yeganə bir sirri var. Bu gün bir bax kanalında Şuşa qələbəsinin altında yatan həmin sirdən xəbərdar olacaqsınız. Diqqətiniz bizdə olsun!
Videoya keçməzdən əvvəl aşağıda yerləşən bəyən düyməsinə basaraq bizə dəstək ola bilərsiniz
Ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirir:
Döyüşlərin ilk həftəsinin sonunda xəritələr üzərindən də gördük ki, Ordumuz iki istiqamətdən əks-hücum edir - şimal istiqaməti, Murov dağı tərəfdən və cənub, İran sərhəd boyu. Hətta peyk vasitəsi ilə yayılan xəritələri izləyən bir çox insan ordumuzun şimaldan hücumunun dayandırıldığını, məhz buna görə cənubdan irəlilədiyini düşünməyə başladı.


Polkovnik deyir:
Əlbəttə, PUA-nın müasir silah növü olaraq əhəmiyyəti danılmazdır. Lakin mən deməzdim ki, PUA-lar bütün məsələləri həll etdi. Birincisi, PUA-nın döyüş imkanları birbaşa hava şəraitindən asılıdır. Yəni hava şəraiti aydın olmalıdır ki, PUA-lar verilən tapşırığın öhdəsindən yüksək dəqiqliklə gələ bilsin. Diqqət etsəniz, aktiv döyüşlərin getdiyi ərazilər başdan-başa dağlıq və meşəlik ərazilər idi. Digər tərəfdən, fəslin də payız fəsli olması heç də hər zaman PUA-nı istifadə etmək imkanı yaratmırdı. Yəni qələbəni PUA deyil, Ordumuz qazanıb. Bu qələbənin qazanılmasında isə əlindəki döyüş texnikalarından istifadə edib.


Müharibədə həlledici rolu ilk növbədə mütəşəkkil komandanlıq oynayır. Baxın, bizim Şuşaya hücumumuzu heç kim gözləmirdi. Düşmən düşünürdü ki, cənubdan biz Laçına, daha sonra isə Şuşaya gedəcəyik. Ancaq bütün gözləntilərə zidd olaraq biz Şuşaya getdik. Şuşa uğrunda gedən döyüş isə hər mənada tarixə düşəcək.
Şuşa döyüşlərində həlledici rolu nə ən yeni silahlar, nə PUA-lar, nə də başqa kənar təsirlər oynadı. Şuşa qələbəsinin tək sirri bizim hərbçilərin peşəkarlığı idi. Şuşada küçə döyüşləri getdi. Orada Azərbaycan əsgəri əlbəyaxa döyüşərək düşmən üzərində qələbə qazandı. Bu da artıq Azərbaycan Ordusunun yalnız texnika yox, əzminə, ruhuna, peşəkarlığına, igidliyinə görə çox güclü olduğunu göstərdi.


- Bəzi şəxslər ümumiyyətlə müharibəni istisna edirdi...
- Əslində, Vətən müharibəsi adlandırdığımız və Müzəffər Ordumuzun qələbəsi ilə bitən müharibənin məhz bu vaxt başlaması müəyyən şəkildə həm bizim üçün, həm də düşmən üçün gözlənilməz oldu. Digər tərəfdən, biz bilirdik ki, qarşımızdakı düşmən 30 ildir müdafiə mövqeyindədir və bu 30 il ərzində necə və nə tipdə müdafiə qurğuları qurublar. Bir çox analitiklər məhz bu səbəbdən müharibəyə başlayacağımız halda 20 minə qədər itkimizin olacağını proqnozlaşdırırdı.
Düşmən gözlədiyimizdən də yaxşı silahlanmışdı. Düzdür, onların silahı 30-40 il əvvəl istehsal olunmuş silahlar olsa da, bu, düşmənin heç də zəif olduğunu göstərmir.

 

Azərbaycan Ordusu isə 21-ci əsrin 4-cü, 5-ci nəsil silahları ilə silahlanıb. Əlbəttə, yeni silahlar qədər bu gün Azərbaycan Ordusunun intellektual cəhətdən inkişaf etmiş bilikli kadrları var. Bunlar hamısı bir yerdə Azərbaycanı artıq yeni 21-ci əsrin tələblərinə cavab verən taktikaya keçməsinə şərait yaratdı.

Link to post
Share on other sites

W1siZiIsIjIwMjAvMTEvMjQvMTMvMjEvMzgvY2My

“Bu, nə Naqasakidir, nə 1945-ci ilin Berlini, Qarabağdır, 2020-ci il”

Bakı Media Mərkəzi işğaldan azad olunan ərazilərimizlə bağlı videoçarx yayımlayıb.

Bu barədə video mərkəzin “Twitter” hesabında paylaşılıb.

“Qarabağda işğal zamanı hər şey dağıdılıb, zərər çəkib və yerlə-yeksan edilib. Erməni vandalizminin əhatəsi, erməni müharibə cinayətləri istənilən təsəvvürdən də kənardır. Azərbaycan bu ərazilərdə yenidənqurma işlərinin aparılacağını bəyan edib. Çünki Qarabağ Azərbaycandır!”

Everything were destroyed, damaged and razed to ground in Karabakh during the occupation. Magnitude of Armenia's vandalism, #ArmenianWarCrimes is beyond any imagination. Azerbaijan declares that all-out reconstruction work will be conducted. Because #KarabakhisAzerbaijan🇦🇿pic.twitter.com/33WAJ7AGUj

— Baku Media Center (@BakuMediaCenter) November 24, 2020
Link to post
Share on other sites

W1siZiIsIjIwMjAvMTEvMjQvMTMvMDEvNDcvYjEx

Çavuşoğlu: “Hüquqlarını qorumaq üçün Azərbaycanın yanında olacağıq”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu nazirlikdə çıxışı zamanı Qarabağ məsələsinə toxunub.

 

“Haber Global” məlumat verir ki, o, bir daha Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb:

“PKK üzvlərinin Qarabağda yerləşdirildiyini və mülki insanları hədəf aldıqlarını göstərdik. Minsk Qrupunun ətalətinə qarşı Azərbaycanın hüquqlarını müdafiə etdik.

Azərbaycanın haqlılığı və ərazi bütövlüyü qeydə alınıb. Torpaqlarını geri alır. İşğal olunmuş torpaqlardan çıxmaq məcburiyyətində qalanlar geri qayıda biləcəklər. Naxçıvanla əlaqə yaradılacaq. Bu hüquqları qorumaq üçün meydanda olacağıq”.

Link to post
Share on other sites

Beyaz TV ekranlarında yayınlanan Her Açıdan programına konuk olan Kaan Sarıaydın,  Karabağ zaferinin önemini tek tek açıkladı!

 

Link to post
Share on other sites

“Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir”

“Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir”

 

“Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı. Biz Ağdamı onsuz da alacaqdıq”.

 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti  

 işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri zamanı çıxışında deyib. 

Dövlət başçısı bildirib ki, amma itkilər olacaqdı, özü də böyük sayda:

"Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi.

 

Mən bir daha qeyd etmək istəyirəm ki, ağdamlılar bu günü uzun illər ərzində - 30 ilə yaxın idi gözləyirdilər. Eyni zamanda, İkinci Qarabağ müharibəsi zamanı da gözləyirdilər. Mən bilirəm və hiss edirəm ki, bizim şəhərlərimiz, rayonlarımız, kəndlərimiz işğaldan azad olunduqca ağdamlılar da fikirləşirdilər ki, nə vaxt onların kəndləri, Ağdam şəhəri azad olunacaq. Cəbrayıl azad olundu, Füzuli azad olundu, Hadrut azad olundu, Zəngilan, Qubadlı, Suqovuşan, Şuşa azad olundu və yəqin ki, ağdamlılar fikirləşirdilər ki, nə üçün Ağdam azad olunmur? İndi mən bunu deyə bilərəm.

 

Amma mən istəyirdim, bunu hansısa formada ağdamlılara çatdırım, amma onlar da başa düşürlər ki, müharibə dövründə bunu edə bilməzdim. Burada beş müdafiə xətti var. Düşmən bizi buradan gözləyirdi. Biz imkan verə bilməzdik ki, düşmənin gözlədiyi yerdən hücuma keçək. Biz bu istiqamətdə kifayət qədər böyük hərbi birləşmə saxlamışdıq ki, düşmənin hərbi qüvvələri də burada qalsın, başqa yerə getməsin. Füzulini, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı azad edəndən sonra təbii ki, biz artıq Ağdam şəhərinə istiqamət götürmüşdük və əmr verilmişdi ki, növbəti istiqamət Ağdamdır. Düşmən də bilir və artıq etiraf edir ki, əgər onlar torpaqlarımızın azad edilməsi ilə bağlı mənim şərtlərimi qəbul etməsəydilər, burada məhv olacaqdılar. Çünki biz Ağdama gəlirdik".

Link to post
Share on other sites
150-dən çox erməni əsgər və zabitini məhv edən Şəhriyar Quliyev kimdir? – VİDEO

Təkbaşına düşmənin 150-dən çox canlı qüvvəsini və bir neçə texnikasını məhv edən xüsusi təyinatlı qüvvələrin hərbçisi Şəhriyar Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhadət zirvəsinə yüksəlib. İndi onu sevindirən əsas məqam isə şəhidin qanının yerdə qalmamasıdır.

 

Şəhriyar hələ 2 yaşında valideynlərinin qucağında doğma Ağdamdan çıxmışdı. Vətən müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirərək torpaqların geri qaytarılmasında əvəzsiz rol oynadı. Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyev savaşın ilk günlərindən seçildi. Düşmənin çoxsaylı hərbçisini və texnikasını məhv etməklə.

Şəhriyar Füzuli, Cəbrayıl, Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Şuşa uğrunda gedən döyüşlərdə isə yaralı hərbçi yoldaşlarını döyüş meydanından çıxararkən özü də şəhid olub. İndi onun ailəsini sevindirən yeganə məqam torpaqlarımızin düşmən tapdağından azad edilməsi və bütün şəhidlərimizin qisasının alınmasıdır.

 

İndi igid şəhidimizdən bu xalqa əmanət ailəsi və atalarının dünyadan köçməsindən xəbərsiz olan 2 oğul övladı qalıb.Bir də Şəhriyarın canı və qanı bahasına yazdiğı qəhrəmanliq dastanı.

Link to post
Share on other sites

fexreddin-agayev-qazi.jpg
“Topun biri olduğumuz səngərin tən ortasına düşdü. Bir anlıq biz elə hiss etdik ki, şəhid olduq.Tez sürünə-sürünə səngərdən çıxıb, dağın ətəyinə düşdük. Baxdım ki, tabor komandirinin sol qulağından qan gəlir. Mən özüm də heç bir səs eşitmirdim. Bir az oradan uzaqlaşdıq. Tabor komandiri mənə dedi ki, Fəxrəddin gəl, bir-birimizə vəsiyyət edək. Hansı birimiz şəhid olsaq, digərimiz onun ailəsindən muğayat olsun” .


Yeniavaz.com İctimai Televiziyaya istinadla xəbər verir ki, bu sözləri Füzulidən Qubadlıya kimi düşmənin ilk müdafiə səddini yaran qəhrəman Fəxrəddin Ağayev deyib. 44 günlük müharibədə əməliyyat imkanları konsepsiyası taborunun qərargah rəisi kimi döyüşlərdə iştirak edən Fəxrəddin Ağayev sağ ayağından qəlpə yarası alıb.

 

 
Link to post
Share on other sites

Ən tez zamanda Dağlıq Qarabağa əsgər göndərəcəyik, bütün işlər tamamlanıb - Hulusi Akar

Ən tez zamanda Dağlıq Qarabağa əsgər göndərəcəyik, bütün işlər tamamlanıb - Hulusi Akar

Ən tez zamanda Dağlıq Qarabağa əsgər göndərəcəyik.

Bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

H.Akar bildirib ki, quru qoşunların Azərbaycana göndərilməsi üçün bütün işlər tamamlanıb.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Azərbaycana türk əsgərinin göndərilməsi ilə bağlı qərarı təsdiq edib

 
Link to post
Share on other sites

Prezident: "Bu gün Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var"

Prezident: Bu gün Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var

Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Mən Dağlıq Qarabağın tarixi ilə, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə öz sözlərimi demişəm. Tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmışam. Bizim məqsədyönlü və yorulmaz səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var.

 

"Report" xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının iclasında danışan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı deyib:

“Ancaq münaqişənin ilk illərində bu, belə deyildi. Münaqişənin ilk illərində dünya erməniliyi Azərbaycanı işğalçı kimi, təcavüzkar kimi təqdim edirdi. Əfsuslar ki, o vaxt Azərbaycan rəhbərliyində olmuş şəxslər bu təbliğata qarşı öz sözünü deyə bilmədilər. Azərbaycan elə bir ağır vəziyyətdə idi ki, torpaqlarımız əldən gedirdi, amma dünyada elə bilirdilər ki, Azərbaycan təcavüzkardır.

 

2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Bu gün - 2020-ci ildə, artıq bir daha qeyd etmək istəyirəm ki, bir neçə yaşayış məntəqəmiz işğalçılardan azad edildi, bir neçə strateji yüksəkliklər Azərbaycanın nəzarətinə keçdi. Güclü Azərbaycan Ordusu güclü siyasi iradəyə əsaslanır”.

 
Link to post
Share on other sites
"Onların yer aldığı filmlər Azərbaycanda qadağan olunsun" -  Nərgiz Cəlilova
 

Əməkdar artist Nərgiz Cəlilova ermənilərə dəstək olan fransız aktyorlarla bağlı paylaşım edib.

 

Axşam.az xəbər verir ki, aparıcı "Onların iştirakı ilə olan filmlər Azərbaycanda qadağan olunsun! Ermənilərin yalan və iftiralarını dəstəkləyən fransız aktyorlar... Qarabağ həqiqətlərindən bixəbər olanlar" deyə, paylaşımında qeyd edib.

Qeyd edək ki, içərisində məşhur aktyorların da yer aldığı 150-yə yaxın məşhur fransız ermənilərə dəstək üçün imza toplayıblar. Onlar arasında Alen Delon, Pyer Rişar, Jan Reno, Fanni Ardan, Jyulet Binoş, Klod Leluş və başqaları yer alıblar.

211107_v9ogv9mtei.png

 
Link to post
Share on other sites
“Oğlum olsa, şəhid komandirim Səidin adını qoyacam”
“Oğlum olsa, şəhid komandirim Səidin adını qoyacam” -  Fotolar
 

Bugünkü qəhrəmanımız Vətən müharibəsinin odundan alovundan keçmiş qazi Nuri Cavid Vidadi oğludur.

 

Axşam.az “Bizimyol”a istinadən xəbər verir ki, Cavid 1999-cu il fevralın 15-də Masallı rayonunun İsgəndərli kəndində dünyaya göz açıb.

ardı burada

Link to post
Share on other sites
Türkiyə faktoru hər şeyi dəyişdi... – Rusiyalı politoloq
 
image.jpeg.0285b8a686989ec2ce356ca6c70ab7c0.jpeg
 
Məşhur rusiyalı jurnalist, politoloq, Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin sədri, “Rusiya Qlobal Siyasətdə” jurnallının baş redaktoru Fedor Lukyanov Qarabağda Azərbaycanın qələbəsi ilə yekunlaşan müharibənin davamı olan siyasi proseslər barədə Media.Az saytının suallarını cavablandırıb.

– ATƏT-in Minsk Qrupu daha çox ölüdür? Son günlərdə ATƏT-in Minsk Qrupunun aktivləşdirilməsinin vacibliyi, bəzi funksiyaların ona verilməsi barədə yenidən müzakirələr başlayıb…

– Minsk Qrupu mövcud olmağa davam edəcək, axı heç kim ATƏT-i ləğv etməyib. İstənilən beynəlxalq institusional qurumu yaratmaq daha asandır, nəyin ki, onun fəaliyyətinə xitam vermək. Beynəlxalq səviyyədə bürokratik ətalət milli səviyyədə olan ətalətdən daha güclüdür. Bundan əlavə, nəzərə alınmalıdır ki, ABŞ və Fransa Minsk Qrupunun həmsədr ölkələridir və onlar öz rollarını müəyyənləşdirmək istəyirlər.

İndi vəziyyət (Qarabağ münaqişəsi ətrafında – red) Qərb dövlətlərinin iştirakı olmadan dəyişib, buna görə də hər hansı bir vasitə ilə də olsa bu prosesdə qalmaq, bəlkə də öz rollarını geri qaytarmaq istəyirlər. Minsk Qrupu formatı onlara belə bir fürsət verir. Bu struktur həqiqətənmi hər hansı bir funksiyanı yerinə yetirəcək və ya proseslərə təsir edəcək? Mən əmin deyiləm. İndi vəziyyət başqa bir mərhələyə keçib. Əsas rolu münaqişə zonasında gücə sahib olanlar, yəni Rusiya və Türkiyə və təbii ki, iştirakçı olaraq Azərbaycanla Ermənistan oynayır. Məhz bu ölkələr prosesin dinamikasını müəyyənləşdirirlər. Qalanları isə bir növ köməkçi funksiyalarla məşğul olmağı təmin edə bilər, ancaq nəyisə müəyyənləşdirə bilməz.

– Azərbaycandakı və bir çox başqa ölkələrdəki mütəxəssislər Minsk Qrupunun özünü nüfuzdan saldığını düşünürlər. Tərəflərdən biri olan Fransanın Ermənistanın tərəfini açıq şəkildə tutan davranışlarına diqqət yetirmək kifayətdir. Seçkilərə görə Qarabağ ABŞ-ın marağında deyildi, baxmayaraq ki, orada da “erməni faktoru”nu istifadə etməyə çalışdılar. Sizin sözlərinizə görə də ATƏT-in Minsk qrupu konkret nəyisə həll edə bilmir.

– Dediyim kimi, indi artıq başqa mərhələdir. Hadisələrin gedişini birbaşa təsir etmək imkanı olanlar müəyyən edir. Bunlar isə sadaladığım dörd ölkədir.

Əlbəttə ki, ABŞ-ı tamamilə hadisələrdən kənarda saxlamaq mümkün olmayacaq. Bu ölkə fərqli istiqamətlərdə müxtəlif böyük imkanlara malikdir. Yeni rəhbərliyin (Co Bayden – red.) dövründə ABŞ-ın regional münaqişələrə marağı bir qədər yüksək olacaq. Vaşinqton müvafiq olaraq müəyyən aktivlik göstərəcək. Ölkələr iki kateqoriyaya bölünür. Birinci kateqoriyaya aid olanlar hadisələrin gedişatını birbaşa müəyyən edir, ikinci kateqoriyadan olanlar isə onlara mümkün qədər təsir etməyə çalışır.

-Ayrı bir mövzu Türkiyədir. Ankara faktoru bölgədə nə qədər ciddidir?

-Siz bunu daha yaxşı bilirsiniz (gülür). Əslində türk faktoru hər şeyi dəyişdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti qətidir. Ankaranın yalnız Cənubi Qafqazda deyil, bütün sərhədləri boyunca apardığı roldan çox şey asılıdır.

–Azərbaycanla Ermənistan arasında imzalanmış böyük siyasi sazişin perspektivləri barədə nə düşünürsünüz? Bakı, bu başa düşüləndir, əlləri qan içində olan rejimin nümayəndələri ilə danışmağa hazır deyil..

– Mən indi heç bir perspektiv görmürəm. Məsələ güc yolu ilə bir tərəfin digər tərəfə üzərində üstünlüyü ilə həll edildi. Ermənistanda nə vaxt və necə bitəcəyi bilinməyən kəskin bir siyasi böhran var. İrəvandakı hökumət özünü qoruyub saxlaya və ya dəyişə bilər. Xarici oyunçular öz maraqlarını təmin etdilər, ancaq bu maraqlar da dəyişə bilər.
Edited by Zaman.
Link to post
Share on other sites

Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır

Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır (FOTO)
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi icra olunur.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, dövlət başçısının sərəncam və tapşırığına əsasən Şuşanın, ümumilikdə Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu 101.5 km, yolun ümumi eni isə 37.7 m təşkil edəcək:

"Yeni avtomobil yolunun əsas hissəsinin eni 21.5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bundan başqa layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub.

Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır - FOTO

Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək".

Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır - FOTOLAR |  "Nuhçıxan" İnformasiya Agentliyi

Məlumatda qeyd edilir ki, hazırda “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür: "Belə ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması, həmçinin yeni yol yatağının inşası işləri aparılır.

Şuşaya avtomobil yolunun tikintisi davam edir - FOTOLAR

Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. Yeni avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün layihə bir neçə hissəyə bölünəcək. Bununla əlaqədar olaraq tikinti işlərinə çətin relyefə malik olan ərazilərdə avtomobil yollarının inşası ilə bağlı təcrübəyə malik yerli və xarici şirkətlərin cəlb olunması prosesi həyata keçirilir".

  • Like 1
Link to post
Share on other sites

ZƏNGƏZUR AZƏRBAYCANA BU CÜR VERILƏCƏK - ŞARMAZANOV

Zəngəzur Azərbaycana bu cür veriləcək - ŞarmazanovErmənistanın kapitulyasiyası erməni xalqının son 100 ildəki tarixinin ən biabırçı səhifəsidir.

Bunu Ermənistanın Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Eduard Şarmazanov deyib.

“44 günlük müharibə boyunca hökumət xalqı aldatdı. O, 100%-lik saxta informasiya verdi. İrəvan atəş açmayan silahlar, raketi olmayan təyyarələr aldı. Nikol Paşinyan isə onun qarşısında selfi etdi.

 Əliyev Paşinyanın gözündəki qorxunu tutdu. Paşinyan indi Əliyevə heç nə deyə bilmir. Onun bunun üçün cəsarəti yoxdur. Beynəlxalq məhkəmələrdə artıq Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyard dollardan bəhs edilir. Nikol yenə danışıqlara gedib, deyəcək ki, bizdə 50 milyard olmadığına görə Zəngəzuru sizə veririk”, – deyə o bildirib.

  • Like 1
Link to post
Share on other sites
775763_ipq0yn7pxf.jpg

Ermənistanın hərbi polisi Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edənləri onlara verilmiş silahları təhvil verməyə çağırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Erməni tərəfinin açıqlamasında bildirilib ki, sözügedən şəxslər silahları könüllü təhvil verəcəkləri halda cinayət məsuliyyətinə cəlb olunmayacaqlar.

 

Ermənistan hərbi polisinin sözügedən açıqlaması bu ölkədə tüğyan edən acınacaqlı vəziyyəti və özbaşınalığı bir daha nümayiş etdirib. Belə ki, ordumuzun sarsıdıcı zərbələri nəticəsində pərən-pərən düşən erməni ordusu mərkəzləşmiş idarəetmədən tamamilə məhrum olub.

Belə olan halda isə əsgərlərin silahla təmin olunması məsələsində özbaşınalıq yaranıb. Açıqlamadan bəlli olur ki, erməni tərəfi yalnız səfərbərliyiə cəlb olunan əsgərlərin deyil, eyni zamanda yoldan ötən hər kəsin əlinə silah verərək cəbhəyə göndərməyə çalışıb.

 

Dünya praktikasında səfərbərlik zamanı hərbçilərə verilən silahların dəqiq qeydiyyatı aparılır. Ermənistan tərəfinin bu gün hərbçilərdən silahları könüllü təhvil verilməsini tələb etməsi isə bu ölkədə döyüş əməliyyatları zamanı yaranmış təşvişi, məğlubiyyət qorxusunu, həmçinin bunun nəticəsində hətta qeydiyyat işlərinin belə aparılmadığını göstərir.

 

Bundan əlavə, Qarabağda döyüşməyə gələn ermənilərin kriminal məqsədlərlə də silahları gizlətməsi istisna edilmir. Hələ cəbhədə gərgin döyüşlərin getdiyi vaxtda belə ermənilərin döyüş bölgəsindən Ermənistana çox sayda silahları gizli yollarla daşıması faktı yerli mətbuatda işıqlandırılmışdı.

  • Like 1
Link to post
Share on other sites

W1siZiIsIjIwMjAvMTEvMjUvMDEvMDYvMTcvOTU4

Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

  • Like 1
Link to post
Share on other sites
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq?

Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması məsələsinə aydınlıq gətirilib.

Day.Az  Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın "Le Point" jurnalına müsahibəsində bildirib ki, BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 Noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq.

 

O qeyd edib ki, bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur:

"Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün.

 

Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər".

Link to post
Share on other sites

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi...

   

ermeni-kelbecer1.jpg

Dünən Kəlbəcərdən çıxmağa məcbur qalan erməni zabitləri azərbaycanlılar və Rusiya sülhməramlıları üçün bu rayonda saxladıqları tələlərlə bağlı maraqlı məlumatları paylaşıblar.

Axar.az xəbər verir ki, bu barədə erməni istifadəçilər sosial şəbəkələrdə yazırlar.

 

"Ən çox müdafiə sədləri Kəlbəcərdə cəmlənmişdi. Biz orada dörd müdafiə xətti və bir çox minalı tələlər hazırlamışdıq, üstəgəl Ermənistanla daimi əlaqə saxlamaq imkanımız var idi. Azərbaycan Ordusu bəlkə bu rayonu da güc yolu ilə nəzarətə götürə bilərdi, amma onlar çox vaxt, canlı qüvvə və texnika itirərdilər", - deyə erməni zabitlərin məlumatında bildirilir.

Qeyddə vurğulanır ki, Bakı İrəvanı bütün maddələr üzrə məğlub edib və indi ermənilər bütün bu ərazilərdən çıxmağa məcburdurlar.

Link to post
Share on other sites

Ordumuz Kəlbəcərdə - İşğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimiz

 

 

Link to post
Share on other sites

W1siZiIsIjIwMjAvMTEvMjYvMDkvMjkvNTAvMDc3

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu necə olacaq?

İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir olunacaq və tikiləcək.

Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Ağdam istiqamətində heç bir yol-tikinti işi aparılmır, yalnız Ağdama aparan yolun bir hissəsi təmir edilib.

 

O əlavə edib ki, indi işğaldan azad edilmiş bəzi rayonlarda yol infrastrukturunun bərpası üzrə layihələr hazırlanır:

“Bu gün Azərbaycan Prezidentinin tapşırığına əsasən, agentliyimiz Suqovuşana, Suqovuşandan Talış kəndinədək yolun, eləcə də Füzuli-Şuşa yolunun tikintisi ilə məşğuldur”.

Mətbuat xidmətinin rəhbəri azad edilmiş ərazilərə aparan R19, R29, R33 respublika əhəmiyyətli yolları xüsusi qeyd edib:

“Gəncədən Kəlbəcər və Laçına R19 yolu çəkiləcək. R29 yolu Bərdədən Tərtərə, Tərtərdən Kəlbəcərə aparacaq. Daha bir yol, R33 Ağcabədidən başlayır və Hindarx-Ağdam marşrutu ilə davam edir”.

A.Nəcəfli bildirib ki, Hacıqabul-Bəhramtəpə-Horadiz-Mincivan-Ermənistan sərhədi yolunun tikintisi nəzərdə tutulur. Hazırda agentlik Horadiz-Mincivan-Ermənistan sərhədi hissəsi ilə bağlı plan hazırlayır və bu plan digər dövlət strukturları ilə razılaşdırılmalıdır.

O əlavə edib ki, bu yol vasitəsilə Cəbrayıl, Qubadlı və Laçın rayonlarına da getmək mümkün olacaq.

 

 

Link to post
Share on other sites

Erməni əsgər: Azərbaycan əsgərləri terminator kimi..

 
 
ermeni-esger4343.jpg


Azərbaycan əsgərləri ilə döyüş zamanı elə təəssürat yaranırdı ki, sanki dəniz dalğaları ilə mübarizə aparırıq.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu erməni əsgərləri Rusiya mətbuatına müsahibəsində deyiblər.

Erməni əsgərlərdən biri azərbaycanlı döyüşçülərin yaylım atəşindən də qorxmadıqlarını bildirib:

"Mən topçu kimi xidmət göstərirdim. Vəzifəm hədəfə olan məsafəni, koordinatları təyin etmək idi. Elə təəssürat yaranırdı ki, sanki dəniz dalğası ilə döyüşürük. 400 nəfərdən ibarət kolonu görüb atəş açırdıq. Amma onların ardınca iki dəfə çox qüvvə gəlirdi. Əsgərin çiyninə güllə dəyir, o isə bunu hiss etmir. Terminator kimi üzərinə gəlməkdə davam edir. Əlbəttə, bu cür qüvvəyə qarşı tab gətirmək mümkün deyil".

Link to post
Share on other sites

Əgər Ordumuz Xankəndiyə girsəydi... - Zülfüqarov

Bunun üçün Ermənistan ilk növbədə hərbi qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır. Bu mütləq şərt olmalıdır. Eyni zamanda, rəsmi şəkildə ərazi iddialarından imtina etməli, bizə dəyən ziyanı ödəməlidir.tofiq_zulfuqarov212.jpg

Axar.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistanla Azərbaycan və Türkiyə arasında sərhədlərin açılması şərtləri barədə Musavat.com-a danışarkən deyib.

Politoloq bildirib ki, əslində İrəvanın etməli olduğu çox işlər var:

“Sülh sazişinin imzalanması şərtdir. Bu saziş çərçivəsində dediyim məsələlər öz həllini tapmalıdır. Ermənilərlə yanaşı dinc şəkildə necə yaşaya bilərik, sualına gəlincə, unutmayaq ki, ən azından iki erməni var, biri Ermənistan ermənisi, biri də ərazimizdə yaşayan erməni. Doğrudur, Azərbaycanda hər iki erməniyə münasibət eynidir. Bunun da əsasları çoxdur. Təəssüflər olsun ki, münaqişənin əvvəlində ermənilər belə bir üslub təqlid ediblər ki, erməni olan yerdə azərbaycanlı yaşamamalıdır.

 

Biz də buna cavab olaraq, haqlı şəkildə bunu təqlid etməli idik. Amma hesab edirəm ki, biz daha düzgün yol seçdik. Çünki hərbi cəhətdən bizdən qat-qat zəif olan Ermənistan əminəm ki, bizə qarşı təxribatlar törədəcəkdi. Xankəndidə döyüşlər başlayandan sonra dünyada II soyqırım təbliğat kampaniyasına start veriləcəkdi. Ondan qabaq beynəlxalq ictimaiyyətin rəyi bizim tərəfdə idi. Bundan sonra ermənilər öz məqsədlərinə qismən çata bilərdilər. Bu baxımdan real təhlükə idi. Təbii ki, bunlar baş verdikdə biz çətinlik qarşısında qalacaqdıq. Çünki erməni əsgərlərindən başqa kim deyə bilər ki, digər ölkələrin əsgərlərini qarşımızda görməyəcəkdik? İtkilərimiz daha da çox ola bilərdi. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, biz beynəlxalq qanunlara uyğun davranış sərgiləməyə davam etməli idik. Bu ilk növbədə, bizim xeyrimizədir. Emosiyalar başa düşüləndir. Onların vəhşilikləri heç zaman yadımızdan çıxmayacaq. Etdikləri cinayətlər, vəhşiliklər qarşısında qisas almağımız bəlkə də düzgün olardı. Amma ortada real təhlükələr mövcud idi. Problemlərimizi artırmamaq üçün hesab edirəm ki, biz düzgün addım atdıq”.

 

Sabiq nazir Azərbaycan və Türkiyənin Ermənistanda sərhədləri açmaq məsələsində eyni mövqedən çıxış edib-etməyəcəyi sualına belə cavab verib:

“Təbii ki, belə bir qərar vermək Türkiyə dövlətinin səlahiyyətindədir. Bizim əməkdaşlıq səviyyəsi nəzərə alaraq, hesab edirəm ki, bu məsələdə də birgə fikir mübadiləsi aparılacaq. Əminəm ki, bizim əlaqələrimizə xas olan əməkdaşlıq əhval-ruhiyyəsi atmosferində bu qərar qəbul ediləcək”.

Link to post
Share on other sites

Anar İsgəndərov bildirib ki, Fransa, əslində, Qarabağın tarixi Azərbaycan torpağı olması barədə kifayət qədər məlumatlıdır. Amma çox təəssüf ki, Fransa Azərbaycana qarşı həddindən artıq ədalətsizlik edir və bu ədalətsizliyi sübut etmək üçün heç bir müstəntiq istintaqına ehtiyac yoxdur. Fransa ATƏT-in üç həmsədr ölkəsindən biridir, buna görə də mandatına uyğun olaraq ədalətli mövqe nümayiş etdirməlidir. Lakin birmənalı olaraq Ermənistan dövlətinə olan dərin məhəbbət onun gözlərini kor edib. Bu ölkə Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətini görmür, ya da görmək istəmir. Fransa Ermənistanın qəddarlığına, qaniçənliyinə, faşist təxəyyülünə göz yumur. Bu ölkənin hakim dairələrinin beynində yalnız bir düşüncə var - nəyin bahasına olursa olsun, haqq-nahaq Ermənistanın maraqlarını müdafiə etsin. Bu, ədalətsizlikdir və yolverilməzdir. Fransa Senatının noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşması da bu ədalətsizliyin, ermənipərəst mövqenin göstəricisidir.

  • Confused 1
Link to post
Share on other sites

Şuşa döyüşlərindən şok - Azərbaycan əsgəri üzbəüz döyüşdə dişləri ilə parçalayırdı

 

Erməni döyüşçü Şuşa döyüşləri ilə bağlı sensassion açıqlama verib.

BiG.AZ xəbər verir ki, döyüşlərdən sonra sağ qalan azsaylı əsgərlərdən biri mətbuata danışıb. O, bildirib ki, Azərbaycan əsgərləri əlbəyaxa döyüşlərdə erməni əsgərlərini dişləri ilə parçalayaraq öldürürmüş. Əsgər Azərbaycan xüsusi təyinatlılarının güclü olmasından dəhşətə gəldiklərini etiraf edib.(Sonxeber.az)

Link to post
Share on other sites

Anar İsgəndərov bildirib ki, Fransa, əslində, Qarabağın tarixi Azərbaycan torpağı olması barədə kifayət qədər məlumatlıdır. Amma çox təəssüf ki, Fransa Azərbaycana qarşı həddindən artıq ədalətsizlik edir və bu ədalətsizliyi sübut etmək üçün heç bir müstəntiq istintaqına ehtiyac yoxdur. Fransa ATƏT-in üç həmsədr ölkəsindən biridir, buna görə də mandatına uyğun olaraq ədalətli mövqe nümayiş etdirməlidir. Lakin birmənalı olaraq Ermənistan dövlətinə olan dərin məhəbbət onun gözlərini kor edib. Bu ölkə Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətini görmür, ya da görmək istəmir. Fransa Ermənistanın qəddarlığına, qaniçənliyinə, faşist təxəyyülünə göz yumur. Bu ölkənin hakim dairələrinin beynində yalnız bir düşüncə var - nəyin bahasına olursa olsun, haqq-nahaq Ermənistanın maraqlarını müdafiə etsin. Bu, ədalətsizlikdir və yolverilməzdir. Fransa Senatının noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşması KODI

Spoiler
Spoiler

 

 

] NOX da bu ədalətsizliyin, ermənipərəst mövqenin göstəricisidir.

  • Confused 1
Link to post
Share on other sites
Azad edilən ərazilərə insanların nə vaxt qayıdacağı ilə bağlı  AÇIQLAMA

“İşğaldan azad edilən ərazilərin və yaşayış məntəqələrin təmizlənməsi 3-5 ilə tam olaraq, bu işlərin tam başa çatdırılması isə 10 il müddətinə nəzərdə tutulur”.

Mediabaku.az “Report”a istinadən xəbər verir ki, bunu ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib.

 

“10 il dedikdə tam insanların əraziyə qayıtması deyil, bütün mina problemlərindən azad olunma, ucqar dağlıq ərazilərdə, əkin otlaq sahələrində bunların hamısının təmizlənməsi 10 il müddətində nəzərdə tutulur. Lakin insanların qayıdışı isə daha tez müddətdə nəzərdə tutulur”- deyə, o bildirib.

Link to post
Share on other sites

Mixaylov: Pulunuz yoxdur? - Zəngəzuru verin!

“Dağlıq Qarabağ münaqişəsi” anlayışı artıq işlədilməməlidir. Qarabağ Azərbaycandır və nida!

yevgeni_mixaylov.jpg

Əlbəttə, gərginlik hələ uzun müddət davam edəcək, çünki Ermənistan ictimaiyyəti məğlubiyyət acısını yaşayacaq. Onlar qisas almaq istəyəcək ki, bu da prinsipcə indiki mərhələdə mümkün deyil.

 

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, Ermənistan dövlətin saxlanılması haqda düşünməlidir. Amma bir ay keçməmiş ölkənin yeni XİN başçısı münaqişə ritorikasını gücləndirməyə başlayıb.

Ermənistan tərəfinin Azərbaycan ərazilərinə vurduğu zərbələrdən danışan ekspert vurğulayıb ki, talan edilmiş abidələr, qəbirlər və dağıdılmış şəhərlər beynəlxalq hüquq normaları üzrə işğalçı ölkəyə qarşı irəli sürülmüş iddiaya daxil edilməlidir:

 

“Fikrimcə, Azərbaycana dəyən ziyanın dəyəri daha əvvəl səsləndirilən rəqəmlərdən qat-qat çoxdur. Qeyd edim ki, İrəvanın pulu yoxdur. Əgər ona borc verilsə, bu, bir neçə nəslin əsarəti olacaq. Digər tərəfdən, xatırladaq ki, İkinci Qarabağ müharibəsinin başlanğıcında dünyanın hər yerindən erməni iş adamları təklif edirdilər ki, Azərbaycandan ermənilər üçün Qarabağ torpağını satın alsınlar. Buna əsaslanaraq İrəvana Zəngəzuru və Bakı üçün vacib olan digər strateji obyektləri verməyi təklif etmək olar ki, bu da işğal dövrünün fəlakətli borclarının silinməsi ilə nəticələnər”.

Link to post
Share on other sites

Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir

 

 

Link to post
Share on other sites

"Ermənilərə dedik SİLAHLARI YERE QOYUN, GƏLİN ƏLBƏYAXA DÖYÜŞƏK" - Qarabağda könüllü döyüşən hərbçi

 

  • Milli 1
Link to post
Share on other sites

Var mı Dünyada Böyle Disiplinli Ordu!Kim Durabilir Karşısında?Allah Hamınızı Qorusun.Can Kurban

 

Link to post
Share on other sites

Rasim milliyyətcə tatardır. Bakıda doğulub, böyüyüb. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xüsusi Təyinatlı Qüvvələrinin giziridir: “Bakıda anadan olmuşam. Səbail rayonunda 162 saylı orta məktəbi bitirişəm. Məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişəm. Milli Qvardiyanın Xüsusi Təyinatlı bölməsində xidmət etmişəm. Hərbi xidmətdən sonra 3 il ara vermişəm. 2011-ci ildən Daxili Qoşunlarda xidmətə başlamışam”.

 

Rasim Yaxin Daxili Qoşunların Ali Hərbi Məktəbinin məzunudur: “Cənab Ali baş Komandanın əmri ilə döyüşlərə başlamışıq. İlk döyüş yolumuz Kəlbəcərdən başlayıb. Sonra Cəbrayıl istiqamətində davam etmişik, daha sonra Füzuli istiqamətində uğurlu əməliyyatlar keçirmişik. Ən son tapşırığımız Şuşa idi”.

Gizirimiz Şuşa istiqamətində bir neçə yüksəkliyin düşməndən azad olunması istiqamətində uğurlu döyüş əməliyyatına qatılıb: “Ayın 7-si hücuma keçdik. Yüksəkliyi əldə etdik. Ayın 7-si gecə ermənilər minomyotlardan atəş açmağa başladı. Bir dənə o yadımdadır ki, qulağımda möhkəm səs əmələ gəldi, hər yeri qırmızı görməyə başladım”.

 

Şuşa uğrunda gedən döyüşlərdə Rasim də ağır yaralanıb: “Mən nəfəs ala bilmirdim. Bir az sonra ayıldım. Sol qolumda istilik hiss elədim. Bir az sonra isə sol biləyimin olmadığını hiss elədim. Yadımdakı döyüş yoldaşım İsmayıl Qəsəbov Qazax rayonun Çaylı kəndindən idi. Şəhid olmuşdu, onu oyatmaq üçün silkələyəndə gördüm ki, biləyim yoxdur. O, çox qəhrəman döyüşçü idi. Onun cavab vermədiyini görəndə sanitar axtarmağa başladım. İlkin yardım göstərildi, səhərə yaxın bütün yaralı hərbçiləri Şuşada bir evə yığdılar. Ayın 8-i axşam bizi qaynar nöqtədən çıxardılar”. 

 

Daha sonra gizir Yaxin digər yaralı yoldaşları ilə birgə Bakıya - Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Hospitalına gətirilir və burada 3 dəfə əməliyyat olunur: “Qəlpə gözümü dağıtmışdı, çənəmi 3 yerdən dağıtmışdı. Və sağ qolumu aparmışdı. Bu əməliyyatlardan sonra az da olsa, özümə gəlmişəm. Gözüm görmür. Mən fəxr edirəm ki, azərbaycanlıyam, ordumuzda xidmət etmişəm. “Hər şey Vətən üçün” deyib yola çıxmışıq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı qardaşlarımıza şəfa versin! Milliyyətim tatardır. Mən Azərbaycanın suyu, çörəyi ilə böyümüşəm, elə övladlarım da həmçinin. Bundan sonra da Azərbaycanın müdafiəsinə hazıram”.

 

“Müharibə tarixində mənim də adım var və bu, mənim arzum idi” deyir Rasim. Sentyabrın 27-dən bu günədək övladları ilə görüşmədiyini deyir: “İki qız övladım var, 6 və 3 yaşlarında. Sağ-salamat çıxım, görüşəcəm”. 

Vətənin qəhrəmanlıq tarixinə adını yazmış gizirimizə bundan sonra sevdikləri ilə birgə məsud yaşaması diləyi ilə!

Link to post
Share on other sites

"Ermənilər GERİ ÇƏKİLDİ, YENİ POSTLAR QURULUB, erməni postları görünür"- Hərbçilərimiz Kəlbəcərdə

 

Link to post
Share on other sites

160 NƏFƏR ERMƏNİ ƏSİRLƏRİ BU ŞƏKİLDƏ TUTULDU VƏ GƏTİRİLİR. ÖN CƏBHƏDƏN YENİ XƏBƏRLƏR

 

Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • как и следовало ожидать, китайская зараза обьеденила людей. в какую точку мира не посмотри, везде говорят о пандемии, которая изменила нашу жизнь. 
      смерть близких, само- и принудительная изоляция, локдауны, ношение масок в общественных местах, финансовые потери, ограничение возможности путешествовать, ходить в театры, кино и на спортивные мероприятия. кстати, японцы, категорически не хотят принимать россиян на свою олимпиаду пока они польностью не вакцинируются и вернут курилы японии.
       
      чтобы быстрее вернуться к более-менее нормальной жизни, чтобы оградить близких из групп риска по возрасту и состоянию здоровья, стоит вакцинироваться. но среди нас есть и трУсы!
      в этой связи, у меня появилась гениальная идея - давайте делиться личным опытом вакцинации! или опытом близких людей, состояние которых после введения вакцины вы имеете возможность наблюдать. 
       
      сегодня азербайджанский народ живет в разных странах, и, соответственно,  имеем разные вакцины в доступе, в зависимости от страны проживания. 
      в штатах и в западной европе колят клиентов вакцинами компании "moderna" или "pfizer". стоит напомнить, что именно компания "pfizer" осуществила давнюю мечту "ненасытных" мужчин и женщин, - изобрела идеальный медицинский препарат под названием viagra.

      но самая большая азербайджанская диаспора проживает не на западе, а в россии. на руси колят народ вакциной "спутник v".
      какая из вакцин лучше, я не берусь утверждать.
      следовательно, наш общий опыт будет шире и разнообразнее, если мы станем делится на этой теме. заодно поможем боякам, вселим в них уверенность. 
       
      p.s. 
      конспирологи, пожалуйста,  не пишите ерунду. не засоряйте эфир! передача основана исключительно на фактах и событиях, которые произошли с вами или с вашими родственниками и знакомыми.
      заранее всех благодарю и желаю крепкого здоровья!
      с уважением, @seva189
        • Thanks
        • Like
      • 145 replies
    • Добрый день друзья ! 
       
      6 Февраля этого года делаем мини ХАШ собирун диспутчан.
       
      Место AEF pub& restaurant. (Падамдар).Время 8 утра. Цена сета 7 азн ( 1 порция хаша, соления, сухари и т.д)
       
      Для юзеров ФМХЕ. Не обязательно кушать именно хаш. Можно заказать помидор юмурта и т.д
       
      Собирун будет проводится по назначенным условиям режима карантина.
       
      Список. Поехали.
       
        • Upvote
        • Like
      • 168 replies
    • Прошедшим вакцинацию от COVID-19 лицам будут выдаваться паспорта – данный факт нашел отражение в «Стратегии вакцинации против COVID-19 в Азербайджанской Республике на 2021-2022 годы», утвержденной распоряжением Кабинета министров. Более подробно с данной стратегией можно ознакомиться по следующей ссылке.
      В соответствии с документом, выдача паспортов вакцинированным - одно из 4 обязательных технических условий, необходимых для проведения вакцинации.
      Поздравляю...
        • Facepalm
        • Sad
      • 284 replies
    • Доброго дня друзья. Разговорился со знакомым, который установил около 20 вендинг машин по территории города. Рассказал мне много тонкостей и интересных инсайд данных о реальных цифрах и прибыли. Занимается он этим в городе Даллас. 
       Так вот я вспомнил, что лет 10 назад открывал тут тему о вендинг машинах. 
       
        Мнение знатоков сошлось на том, что монополии съедят и выплюнут косточки =))
       
       Как теперь с этим дела обстоят? Что изменилось с тех пор? Что мешает обычному гражданину потратить 3-4 тысячи, получить соответствующие разрешения и начать свой вендинг бизнес? 
       Кто ратотает по этому направлениют? Кому интересно вложиться в подобное? Что думаете? 
       
       
        • Like
      • 57 replies
    • 🇦🇿 Военная Тема: Путин, Алиев И Пашинян Приняли Заявление О Карабахе
      Алиев назвал эффективным выполнение соглашения по Нагорному Карабаху
       
      Соглашение России, Армении и Азербайджана выполняется эффективно, серьезных поводов для беспокойства не было, заявил в понедельник, 11 января, азербайджанский лидер Ильхам Алиев.
      «Совместное заявление от 9 ноября выполняется успешно. Большая часть пунктов этого заявления выполнена. Российская миротворческая миссия эффективно выполняет свою работу и за два месяца, за исключением небольших инцидентов, не было серьёзных поводов для беспокойства», — сказал он.
      По словам президента, Нагорно-Карабахский конфликт остался в прошлом.
      Алиев также отметил прошедшую встречу лидеров трех стран, добавив, что в подписанном заявлении содержался пункт о разблокировке транспортных коммуникациях в регионе.
      «Это та сфера, которая может придать большой динамизм развитию региона, а также укрепить безопасность. Потому что открытие транспортных коммуникаций отвечает интересам народов Азербайджана, Армении, России, наших соседей. Уверен, что соседние страны также активно включатся в создание транспортных коридоров и создание разветвленной сети транспортных артерий в нашем регионе», — заявил азербайджанский лидер.
      9 ноября Алиев, президент России Владимир Путин и премьер-министр Армении Никол Пашинян подписали соглашение о прекращении боевых действий в Нагорном Карабахе с 10 ноября. Документ в том числе предусматривает введение в регион российских миротворцев, обмен пленными между сторонами конфликта, передачу Арменией Азербайджану ряда районов региона и возвращение беженцев в Карабах.
      https://iz.ru/1110097/2021-01-11/aliev-nazval-effektivnym-vypolnenie-soglasheniia-po-nagornomu-karabakhu
        • Milli
        • Like
      • 1,515 replies
    • Третья станция ЗАО «Бакинского метрополитена» фиолетовой линии «8 ноября» готовится к вводу в эксплуатацию.
      Об этом в четверг Trend сообщили в пресс-службе ЗАО «Бакинский метрополитен».
      По данным пресс-службы ЗАО, на станции уже завершены основные строительные и ведутся окончательные мелкие работы.
      Кроме того, в ЗАО отметили, что станция состоит из трех уровней и построена с использованием современных методов и технологий строительства метро. На площади размером 13,365 тысячи квадратных метров положено мраморно-гранитное покрытие.
      «Она имеет четыре входа-выхода. Наряду с лестницами, легкий и безопасный вход и выход пассажиров на станцию обеспечат 17 эскалаторов. Помимо этого, станция оборудована тремя лифтами для пассажиров с ограниченными физическими возможностями. В рамках проекта «Доступное метро», который считается одним из важнейших социальных шагов в истории метро, места для инвалидов были установлены и на поездах метро старого поколения с марта 2019 года», - отметили в пресс-службе.
      Помимо этого, одной из главных особенностей станции являются камеры съездов, которые обеспечивают движение поездов в обратном направлении, переходя с одного пути на другой. Это позволит увеличить интенсивность движения поездов, сократив его интервалы.
      Среди революционных новшеств, реализованных здесь - элементы покрытия. Впервые на постсоветском пространстве началась установка современной системы Vollert-Rheda в бакинском метро. Распределительное устройство, контактные рельсы применяются впервые в истории метро Азербайджана в соответствии с технологическими требованиями совершенно новой эпохи. Использование современных технологий обеспечит эффективную, экономичную и качественную работу метро.
       
                 
      Media.az
      • 52 replies
    • В Азербайджане Утверждены Новые Цены На 400 Лекарств
      Тарифный совет Азербайджана утвердил новые цены на 400 наименований лекарств.
      Как говорится в сообщении Тарифного совета, все лекарства недавно прошли регистрацию, то есть текущие цены на те лекарства, что уже продаются в аптеках, не изменились.
      Полный список цен на лекарства доступен по ссылке.
      https://moscow-baku.ru/news/zdorove/v_azerbaydzhane_utverzhdeny_novye_tseny_na_400_lekarstv/?utm_source=yxnews&utm_medium=mobile
        • Thanks
      • 27 replies
    • Только вышла новость об изменениях в цене на бензин
      по сабжу можно прочитать что к чему
      https://report.az/daxili-siyaset/tarif-surasi-bezi-mehsullarin-qiymetinin-deyismesi-ile-bagli-qerar-qebul-edib/
       
      На заседании Тарифного розничная цена бензина АИ-92 была установлена на уровне 1 манат за литр, а розничная цена дизельного топлива - 80 копеек за литр.
      Отметим, что ранее стоимость бензина АИ-92 составляла 90 копеек за литр, а розничная цена дизельного топлива - 60 копеек за литр.
        • Milli
        • Haha
        • Thanks
        • Like
      • 297 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

  • Today's Birthdays

    1. _Farida_ (30 years old),
    2. Alexandr64 (29 years old),
    3. Ayan Memmedova (49 years old),
    4. Azzurri Squadra (39 years old),
    5. bansai (47 years old)


×
×
  • Create New...