Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

🇦🇿 Светлая память героям 🇦🇿


Recommended Posts

Müharibənin başlanmasını və ilk Şəhid xəbərini onun adıyla eşitdik. Şəhid polkovnik-leytenant Mehman Şirvanov
24 fevral-bu gün ikinci Qarabağ müharibəsinin ilk günündə Şəhidlik zirvəsinə ucalan,Lənkəranın Ürgə kənd sakini,polkovnik-leytenant Mehman Şirvanovun doğum günüdür.Məkanın cənnət olsun cənab polkovnik!

Allah rəhmət eləsin.

 

154818095_3835164743186537_1031479523565792719_n.thumb.jpg.2133a43707a0a4923401929fee1e2a49.jpg

  • Like 1
  • Sad 1
  • Milli 7
Link to comment
Share on other sites

Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, "Vətən Müharibəsi Qəhrəmanı" Mehrab Niftəliyev... Döyüşlər zamanı ağır yaralansa da iki həftə sonra yenidən cəbhəyə qayıdıb. O, Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Əslən Qubalıdır və 3 övladı var. Ölümündən sonra Mehrab Niftəliyevə döyüşlərdə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı verilib, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Quba şəhərində küçələrdən birinə də Mehrab Niftəliyevin adı verilib.
Məkanın cənnət olsun, Şəhidimiz!

 

154018168_3826579470711731_4554637442162053232_n.thumb.jpg.2a31f66177431332d2a4db7b9cee2f55.jpg

  • Like 1
  • Sad 1
  • Milli 6
Link to comment
Share on other sites

Muxtar Qasımlı 23 fevral 1993-cü ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olmuşdur. 2009-cu ildə məktəbi bitirmişdir. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə Bakalavr təhsili almışdır. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafaflara layiq görülüb. 27 oktyabr 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülmüşdür.Oktyabrın 2-də Füzuli döyüşlərində qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub
Azərbaycan Respublikasının Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Muxtar Əli oğlu Qasımlı "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Muxtar Əli oğlu Qasımlı "Füzulinin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

 

Allah rəhmət eləsin.

 

153550345_3826531790716499_4284569679949973513_n.thumb.jpg.71e9359a529f70a55e25ff7dbc3239d5.jpg

  • Like 1
  • Sad 1
  • Milli 6
Link to comment
Share on other sites

Tank tağım komandiri olan Azad öz həyatını təhlükəyə ataraq düşmənin 5 tankını öz mövqelərimizə gətirib çıxarmış və dəfələrlə öz döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxara bilmişdi. Müharibənin yeni başladığı dövrdə o, komandirlik etdiyi tankı ilə minaya düşür. Özü ayağından yaralanır, tankı idarə edən mexanikin daha ağır xəsarətlər aldığını gördükdə isə onu yaralı halda 25 km meşə ərazisində belində daşıyaraq 2 gündən sonra öz döyüş postlarına gətirib çıxara bilmişdi. Bundan sonra Azadı Beyləqanda hospitala müalicə üçün göndərirlər. O burada müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır. 27 oktyabr 2020-ci ildə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Şəhidimiz İkinci Fəxri Xiyabanda dəfn olunub/

Allah rəhmət eləsin.

153543695_3825268377509507_246869525832299381_n.thumb.jpg.163880976ab6c61207ffdddcb2081456.jpg

  • Like 1
  • Milli 7
Link to comment
Share on other sites

Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızdan biri də əsgər İsa Məmmədovdur. O, oktyabrın əvvəllərindən cəbhənin Murovdağ istiqamətində gedən döyüşlər zamanı itkin düşmüşdü. 25 yaşlı şəhidimizin nəşi dekabrın 27-də tapılaraq doğulduğu Binə qəsəbəsində dəfn olunmuşdur.
Allah rəhmət eləsin.

 

150795254_3808969592472719_1423940359073867183_n.thumb.jpg.150a51e26ac0ff48380e68a86f2c7086.jpg

  • Like 1
  • Milli 6
Link to comment
Share on other sites

Xüsusi Təyinatlı Qüvvələrin leytenantı, 23 yaşlı Şəhidimiz İslamov Bəxtiyar Saleh oğlu🇦🇿
Vətən müharibəsi zamanı Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəman kimi vuruşub və oktyabrın 12-də Xocavənd döyüşləri zamanı, Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur. Ölümündən sonra "Vətən uğrunda", "Cəsur Döyüşçü" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!

149131350_3800223466680665_1276648885096157956_n.thumb.jpg.3bfc7d001fcfcc6a6047714de0f80acc.jpg

  • Like 1
  • Sad 1
  • Milli 6
Link to comment
Share on other sites

Vətən Müharibəsinin həkim qəhrəmanı, “Vətən uğrunda” medallı şəhidimiz Tariyel Salmanov ... O, qəhrəman həkim kimi, ön xətdə vuruşan yaralıları bölgədən çıxarılmasına kömək edib, çox sayda əsgərimizə ilkin tibbi yardım göstərib. Oktyabrın 8-də yenidən ön xətdə, yaralı əsgərləri xilas etməyə gedən Tariyel minamyot qəlpəsindən Şəhid olub. Qeyd edək ki, şəhidimizin üç yaşlı Ləman adlı qız övladı yadigar qalıb. Ruhu qarşısında baş əyirik!

Allah rəhmət eləsin!

149240967_3798653096837702_566157793393715999_n.thumb.jpg.5c25c75ae0247590d612155057a3472f.jpg

  • Like 2
  • Sad 1
  • Milli 5
Link to comment
Share on other sites

Radioəlaqə ilə erməni qoşunlarını geri çəkilməyə əmr edən əfsanəvi qəhrəmanımız Camal İsmayılov .
“Vətən Müharibəsi Qəhrəmanı”, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri şəhid Camal İsmayılovun qəhrəmanlığı haqqında oxuduqda, onun bir əfsanə olduğunun şahidi olursan. Filmlərdəki qəhrəmanların edə bilmədiyini Camal 44 günlük savaşda həyata keçirdib. 3 dildə sərbəst danışmağı bacaran Camal 44 günlük savaşda erməni radioəlaqələrinə qoşularaq erməni generallarına əmr verib. Erməni qoşunlarını Camal radioəlaqə ilə geri çəkilməyə əmr edib. Ermənilər qurulan tələyə düşərək öz qoşunlarını geri çəkib. Camal İsmayılov onlara erməni əsgərini süngü bıçaqla əlbəyaxa döyüşdə məhv edib. Qəhrəmanımıza ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. O, Füzulinin, Cəbrayılın, Zəngilanın, Ərgünəş yüksəkliyinin, Hadrut qəsəbəsinin azad olunmasında, həmçinin Laçın dəhlizi istiqamətində hakim yüksəkliyin alınmasında qəhrəmancasına vuruşub, düşmənə sarsıdıcı zərbələr endirib. 36 yaşlı hərbçimiz ömrünün 18 ilini Vətənə şərəflə xidmətə həsr edib.

Ruhu qarşısında baş əyirik!

851674882_146155918_3777084345661244_1182410576387719343_n(1).thumb.jpg.44c70dfabd3aa97a37f0a9435fd2da85.jpg

  • Like 1
  • Sad 1
  • Milli 6
Link to comment
Share on other sites

4 ay sonra şəhid xəbəri gəldi.
Ramil Taqət oğlu Babayev kəşfiyyatçı idi və Murov istiqamətində itkin düşmüşdü. Şəhidimiz Kürdəmirdə torpağa tapşırılıb. 2 yaşlı qızı və 10 gün əvvəl doğulmuş oğlu Vətənə əmanət qaldı.
Nur içində yat.

144482972_3768888699814142_6412383307146945590_n.thumb.jpg.a3395d40307552cc6fb4afb8374b2ac1.jpg

  • Like 1
  • Sad 1
  • Milli 5
Link to comment
Share on other sites

Azərbaycan Ordusunun Kəlbəcərdə xidmətdə olan əsgəri Sıracov Fətulla Qasım oğlu səhhətində yaranan problemə görə vəfat edib.Fətulla Sıracov daha əvvəl Ali Baş Komandanın sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olnub.
Allah rəhmət eləsin!

144395334_3766793983356947_9122303894047821057_n.thumb.jpg.95fd1405f5beb83f1cf4579b1123fc95.jpg

  • Like 1
  • Sad 1
  • Milli 5
Link to comment
Share on other sites

23 yaşlı Şəhidimiz - Abdulla İsrafilov. Uzun müddət Rusiyada yaşamasına baxmayaraq, öz ana dilini üstün tutan, hərbi xidmətini Azərbaycanda başa vuran, öz silahdaşlarını canı bahasına qoruyan, çoxlu sayda erməni əsgərini leş edən, Suqovuşanda şəhadətə yüksələn, dostcanlı, qayğıkeş, mərd igidimiz - Abdulla!

Ruhu şad olsun!

139691858_3732034366832909_4705851832989252798_n.thumb.jpg.3407606bd93056e84153422035993253.jpg

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

Vətən Müharibəsində itkin düşən Orxanın şəhid olduğu xəbəri gəldi. O, bu gün torpağa tapşırıldı. Orxan sonuncu dəfə oktyabrın 4-də anası ilə danışmışdı. Daha ondan xəbər yox idi. İtkin kimi axtarılırdı. Anası Sevda oğlu üçün ağlaya-ağlaya dekabrda dünyasını dəyişdi.
Anasının ölümündən bir ay sonra şəhid xəbəri gəldi Orxanın.

Allah rəhmət eləsin!

139675186_3726465680723111_6442615925568302834_n.thumb.jpg.d2a7feee3cc2f3d46a54d91f663c7073.jpg

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

25 yaşlı Şəhidimiz Əsgərzadə Xəyal İsrafil oğlu. 2013-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2015-ci ildə hərbi xidməti başa vurub. 2018-ci ildə o, xidmətini Müddətdən Artıq Həqiqi Xidmət Hərbi Qulluqçusu kimi davam etdirib. Vətən müharibəsinə silahdaşları ilə birlikdə qatılan Xəyal, döyüşlər başladığı gündən Vətən müharibəsinin Suqovuşan-Ağdərə cəbhəsində vuruşub. 10 oktyabr 2020-ci il tarixində isə Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib. Döyüş yoldaşları deyir ki, Xəyalın son sözü “Atama deyin ki, oğlun kişi kimi döyüşdü, kişi kimi Şəhid oldu” kəlimələri oldu..
Əsgərzadə Xəyal ərazi bütövlüyümüz uğrunda başlanan döyüşlərdə igidlik və cəsarət göstərdiyi üçün ölümdən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Ruhu şad olsun!

138964483_3722905894412423_4812475048809621852_n.thumb.jpg.f18cc9b185b6f9242628e48d2a0069fb.jpg

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib. Söhbət 2002-ci il təvvəllüdlü Məmmədov İkram Ehtiram oğlundan gedir. 18 yaşlı əsgərimizin Füzuli istiqamətində şəhidlik zirvəsinə ucaldığı bəlli olub. Ailəsi onunla sonuncu dəfə 3 ay əvvəl danışmışdı. Şəhidimiz doğulduğu Xaçmazın Çiləgir kəndində torpağa tapşırılacaq. Qeyd edək ki, İkram Məmmədov hərbi xidmətə 2020-ci ilin iyul ayında çağırılmışdı. O, Qazaxda “N” saylı hərbi hissənin əsgəri idi.

Allah rəhmət eləsin!

138313114_3718305404872472_1623374930149858637_n.thumb.jpg.43d19a3179b55d1ffb2db4bbad2b88b4.jpg

 

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

Əliyev Saleh Namiq oğlu 15 oktyabrda Füzuli uğrunda gedən döyüşdə şəhid olub. Döyüş yoldaşının sözlərinə görə Saleh bir neçə yaralı yoldaşını döyüş bölgəsindən çıxarda bilib... Polad Həşimov şəhid olandan sonra könüllü orduya yazılıb. 2016-cı il Aprel döyüşləri zamanı da həm özü, həm qardaşı könüllü yazılmışdılar.. Saleh həm “Xocavəndin azad olunmasına görə”, həm də “Vətən uğrunda" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

138474850_3716934848342861_348576242838376276_n.thumb.jpg.110b19d8f0f4c9f0048d8f893f4e5285.jpg

  • Like 1
  • Milli 4
Link to comment
Share on other sites

 ŞƏHİD MÜBARİZ Telman oğlu İBRAHİMOV. O, müddətdən artıq hərbi qulluqda tankist idi.
Müharibədə könüllü olaraq iştirak edirdi. Əsgər yoldaşlarının dediyinə görə, döyüşərdə " Mübariz İbrahimov ölmədi sağdır" deyərək verilən əmrləri qəhrəmanlıqla yerinə yetirirmiş. Mübariz İbrahimovun qələbəyə 9 saat qalmış, 9 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən döyüşlərdə tankı vurulur - tankdan çıxa bilmir və qəhrəmancasına şəhidlik zirvəsinə ucalır...
Şəhid Mübariz İbrahimov 11 noyabr tarixində Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!

137551066_3710351302334549_1117128224578412349_n.thumb.jpg.f91bf28c206bdcdd973cd12ff6995259.jpg

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

Abşeron rayon icra hakimiyyətinin işçisi, evin tək övladı olan Ramil Ağayev döyüş başlayan kimi vətənin müdafiəsinə yollanıb. Füzuli uğrunda gedən döyüşlərdə Ramil dostlarını xilas edərkən şəhidlik zirvəsinə ucalıb. Bir övladı yadigar qalıb.

Ruhu şad olsun!

137197959_3709772259059120_3854379222086751919_n.thumb.jpg.83c112fdeffc342f83c1aa789a44aef9.jpg

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə Oruc Vəliyev qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, 17 dekabr tarixində onun Şəhid xəbəri verilib. Döyüş yoldaşı atasına danışıb ki, Orucla birgə döyüşdə idik. Dedi, mən şəhadət namazı qılacam. Namazını qıldı. Yarım saat sonra şəhid oldu. Atası deyir cənazəsinə baxdım. Şəhadətindən 2 ay sonra cənazəsi tapılsa da, heç rəngi dəyişməmişdi. Sanki elə indicə şəhid olub. Başında kaskası pas tutmuşdu. Amma bədəni olduğu kimi qalmışdı. Şəhidimiz Gəncə şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Ruhun şad olsun.

 

137596349_3707783392591340_803574742074378704_n.thumb.jpg.bddea089b9c1cabf7c8df2ab484d5d8d.jpg

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

19 yaşlı Şəhidimiz, topçu Cavidan Ağayev. 2 oktyabrda Ağdam istiqamtində gedən döyüşlərdə şəhid olub. Şəhid olmamışdan bir gün qabaq əsgər yoldaşına deyib ki "Qardaşım, qəlbimdə nəsə sevinc hissi var, elə bil, nəsə xoş hadisə olacaq". Şəhidimiz son saniyələrində səmaya baxıb gülümsəyirmiş.

Allah rəhmət eləsin!

136468671_3706853626017650_4131700921579849914_n.thumb.jpg.a0f6e4d44630af67b7f2e6b127838ea8.jpg

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

Oğuz rayonu Baş Daşagil kəndindən olan Fəzullayev Beyrək! Döyüş zamanı 2 güllə yarası alır, amma buna baxmayaraq yarım saat onu vuran düşmənlə döyüşür. Son nəfəsinə kimi döyüşür, düşmənin üzərinə gedir və silahında olan bütün patronları yük avtomobilində olan erməni hərbçilərin üzərinə boşaldır. 30-dan çox ermənini məhv edir.
Qəhrəmancasına şəhid olub.

136069200_3702050329831313_4329559783176828881_n.thumb.jpg.d8e669f2245b4b187a95c37e7886264b.jpg

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

Polkovnik Leytenant Bəhruz Abışov Qəbələ şəhərİ Nohurqışlaq qəsəbəsindəndir. (Yaşma XTQ) Əsgər yoldaşlari ona, Şuşa Generalı, Şuşa Fatehi deyirdiler. Yaralanır, Hospitala aparirlar, amma dayanmır, icazə verməsələr də çıxır ordan.. Komandiri də, həkimlər də icazə verməməsinə baxmayaraq döyüşlərə yenidən qatılır. Ən ağır döyüşlərdə istirak edir və xüsusilə Şuşa uğrunda döyüşlərdə böyük qəhrəmanlıq şücaəti göstərir. Lakin Şuşaya girəndən az sonra şəhid olur. Türkiyədə və bir çox yerlərdə ən ağır döyüş təlimləri keçmiş, mərd, tam professional bir XTQ əsgəri Bəhruzun həyatını itirməsi əsgər yoldaşlarının ağlına belə gəlmirdi.
Allah rəhmət eləsin.

135468170_3693871157315897_8482340419483688095_n.thumb.jpg.2eaf90a8e1add43276da9faa966712ee.jpg

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

Məktəbi bitirdikdən sonra 640 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. Burada ödənişsiz təhsil aldıqdan sonra xaricdə magistratura oxumaq üçün imtahan verib. Mümkün 100 baldan 95 bal toplayaraq ölkə üzrə 5-ci yerə çıxıb. Sonra isə ona əldə etdiyi nəticəyə uyğun bir neçə universitet təklif edilib. Anar Bahadurov Almaniyanın Köln şəhərində hüquq üzrə magistratura təhsili almaq qərarına gəlib. Lakin seçimini etdikdən sonra təhsilini donduraraq hərbi xidmətə yollanıb. Tərtər rayonunda yerləşən hərbi hissədə cəbhə zonasında xidmət keçib.

Allah rəhmət eləsin!

1489382607_132237136_3663620990340914_9205553601652370863_n(1).thumb.jpg.1612ce6b7f563a94971274d1009ab169.jpg

  • Like 1
  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin 20 yaşlı hərbçisi Yalçın Elçin oğlu Rəhimov “İgidliyə görə” və “Vətən Uğrunda” medalları ilə təltif edilib. (ölümündən sonra) Şuşada son nəfəsinədək əlbəyaxa vuruşan xüsusi təyinatlı şəhidimiz Yalçın Rəhimov 44 günlük Vətən müharibəsində Qarabağın azadlığı, ərazi bütövlüyümüz uğrunda göstərdiyi igidliyi ilə öz adını Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazdırdı.
Ruhu qarşısında baş əyirik!

 

132721758_3662758837093796_6898410108985043583_n.thumb.jpg.be8d12e527046bd4b7e86bcba381b0d9.jpg

  • Like 1
  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

Vətən müharibəsi şəhidimiz gizir ELŞƏN PİRİYEV.
Piriyev Elşən Səfalət oğlu, 24.09.1989-cu il Ağstafa rayonunun Kolxəlfəli kəndində anadan olub. Orta təhsilini Kolxəlfəli kənd tam orta məktəbində alıb. Ailəli idi. Bir qız, bir oğlan övladı var. Azərbaycan Silahlı Qüvvələrinin gizir rütbəsini şərəflə daşıyan Elşən Piriyev Füzuli istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Şəhidimiz 02 noyabr 2020-ci ildə doğma kəndində izdihamla torpağa tapşırılıb.
O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir və ruhları qarşısında baş əyirik!

 

132026297_3656213217748358_4096824413976323026_n.thumb.jpg.8c8a60cbb69087df00220ca90b742ca0.jpg

  • Like 1
  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

Şəhidimiz Ağaəmi Heybətov!
Ali təhsilini 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Turizm və otelçilik" fakültəsində alıb. Subay idi.
Vətən müharibəsinə könüllü qatılmışdı. Aprel döyüşlərində də ön cəbhədə idi.
27 yaşlı Ağaəmi oktyabrın 16-da şəhid olub. Xəzər rayonunun Buzovna qəsəbəsində dəfn olunub.
Allah rəhmət eləsin igid qardaşımıza!

131888562_3647085391994474_163474319624900421_n.thumb.jpg.2da75d27041b2d00e71149fd04f5a111.jpg

  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

Azərbaycan Silahlı Qüvvəllərinin zabiti Vəliyev Vüsal İslam oğlunun şəhid olduğu müəyyənləşib.
Yaxınlarının zabitlə əlaqəsi oktyabrın 2-də kəsilmişdi.
Nişanlı olan mayor Vəliyevin qarşıdakı aylarda toyu planlaşdırılırdı.
Şəhid zabitin atası isə oğlunun itkin düşməsi xəbərinə dözməyib oktyabrın 13-də, övladı üçün ev tikmək məqsədilə aldığı torpaq sahəsində olarkən qəfil dünyasını dəyişib.

Allah rəhmət eləsin.

131633467_3642014262501587_8554456174738890563_n.thumb.jpg.063286e928aa7b75424f669a26bf7cdf.jpg

  • Like 1
  • Sad 1
  • Milli 4
Link to comment
Share on other sites

Qərbi Kaspi Universitetinin bu ilki məzunu Pərvin Təhməzov. Müharibə başlayan gündən döyüşlərə getdi. 2 ay idi ki, ondan xəbər gəlmirdi. Bu gün şəhidlik zirvəsinə ucaldığı xəbəri gəldi.
 Ruhu şad olsun!

130274541_3623851537651193_4058150688358645957_n.thumb.jpg.6cddf8e3e866b40daf1c4ed238c28c34.jpg

  • Like 1
  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

Ömrünü ön cəbhədə keçirən polkovnik-leytenant Faiq Qasımov Aprel döyüşlərində iştirak edib, Lələtəpə uğrunda döyüşüb. Düşmənin çox sayda yüksək rütbəli hərbçilərini məhv etdiyinə görə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Cəsur zabitimiz Sentyabrın 27-i qəhramancasına şəhid olub. 2-ci Fəxri Xiyabanda dəfn olunub. Faiq Qasımov birinci Qarabağ müharibəsində böyük şücaət göstərmiş Həsən Qorxmaz kimi tanınan şəhid Həsənqulu Qasımovun.

Allah rəhmət eləsin!

130143399_3621571507879196_6267928730702823314_n.thumb.jpg.16cfe340ee12c56d4b9adbfabab60d64.jpg

  • Like 1
  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

Şəhid Məmmədov Ramal Məhəmməd oğlu 01.01.2000-ci ildə Gəncə şəhərində anadan olub. Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. O, Füzuli rayonunun geri qaytarılması uğrunda gedən döyüşlərdə şəhid olub. 01.10.2020 tarixində Qaradağ rayonunda dəfn edilib.
Allah rəhmət eləsin.

130143613_3621552854547728_8541452351560463434_n.thumb.jpg.835410e3612958190c46ce1f2a762d3b.jpg

  • Like 1
  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

50 gün idi axtarılırdı, bu gün şəhid olaraq qayıtdı.
Ülvi Hacıyev - UNEC-in bakalavr və magistr məzunu. Dövlət Gömrük Komitəsində çalışırdı.
Ruhu şad olsun!:rroza::rroza:

130048089_3620351361334544_1183161401215090447_n.thumb.jpg.c71c84bb3cb1c4cd1e587861833b2255.jpg

  • Like 1
  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

Şəhid Xudayar Yusifzadənin qardaşı Məhəmməd Yusifzadə:

“Məktəbdə “Əlifba” bayramında ağlayırdı ki, mənə hərbi forma geyindirin. İdmana, hərbiyə meyilli idi. Babam və nənəm Ağdam rayonundandır. Onlara həmişə deyirdi ki, gedib Ağdamı azad edəcəyəm, sizi də ora aparacağam. Bizə onun telefonunu verdilər. Döyüş vaxtı da bunu deyirdi, video çəkmişdi. Onun dostları bizə söyləyir ki, “Xudayar olmasaydı, biz irəliləməzdik. Axşam döyüşdən gəlirdik, biri yanımızda yaralanırdı, digəri şəhid olurdu. Belə həyəcan, stresdə dincəlməyə gəlirdik. Xudayar bizim əhval-ruhiyyəmizi necə açırdısa, səhər döyüşə tam hazır olurduq. Döyüş zamanı elə zarafatlar edirdi ki, bir-birimizə baxıb ancaq gülürdük”. Xudayar döyüş yoldaşlarının əhval-ruhiyyəsini həmişə yüksək tuturdu. “Vətən yaxşıdır” mahnısını da şəhid olmamışdan 2 gün qabaq döyüşdən qayıdarkən oxumuşdu”

Nur içində yat.:rroza::rroza:

129246768_3610650872304593_7408908915971654269_n.thumb.jpg.3875ebdf72ea714edafd6d0f89fd7f49.jpg

Edited by Mия
  • Like 1
  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

Mayıllı Mahmud Əflatun oğlu Yardımlının Avaş kəndindəndir! 2 aya yaxın idi əsgər qardaşımızdan xəbər yox idi, bu gün Şəhidlik məqamına ucalması xəbəri gəldi.
Ruhu şad,məkanı cənnət olsun igid qardaşımızın!

128690829_3604831482886532_5400809913111239715_n.thumb.jpg.098beb57f5269fb2d65cf2f10eab691c.jpg

  • Like 1
  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

Lənkəran Dövlət Universitetinin prorektoru Kamran Kazımovun oğlu baş leytenant Vüsal Kazımov şəhid oldu.
Lənkəranın Yuxarı Nüvədi kənd sakini sakini olan Vüsal sonuncu dəfə oktyabrın 26-da evlə danışıbmış. Ailəsinə verilən məlumata görə, son dəfə Daşaltı və Şuşa əməliyyatlarında iştirak edib. Bu gün şəhid olduğu açıqlanıb. Məlumata görə, şəhidin nəşi tapılıb.
Allah rəhmət eləsin!

127222240_3602109959825351_2863367153681685949_n.thumb.jpg.f4b9d1adb5407da7dbc53f00408aa0e8.jpg

  • Like 1
  • Sad 1
  • Milli 3
Link to comment
Share on other sites

  • Assembler changed the title to 🇦🇿 Светлая память героям 🇦🇿

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Like
      • 7 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Sad
        • Like
      • 9 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Like
      • 103 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Like
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
        • Like
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...