Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

Bağırovun rəzilliyi: 3 min hektar ermənilərə belə verildi

qazax-hasar4.jpg

Hazırda ən ciddi müzakirələrdən biri də Qazaxın Ermənistan ərazisində qalan kəndlərinin Azərbaycana qaytarılmasıdır.

Axar.az bu anklavların Ermənistanın “mühasirəsi”nə düşməsi və sonradan zəbt edilməsinin tarixi barədə Məhərrəm Göyüşoğlunun paylaşdığı faktları təqdim edir:

1983-də ermənilər Qazax rayonu ərazisindən torpaq qoparmaq sevdasına düşdülər. Bunun üçün bütün resurslarını işə saldılar. Həm Moskvada, həm də Bakıda bütün şəbəkə aktivləşdirildi. Böyük hissəsi Kəmərli kəndinin meşələri olmaqla, Əskipara dərəsinin, Cəfərlinin üstü, Sofulu və Bərxudarlı kəndlərini Qazaxa birləşdirən strateji yüksəkliklər ermənilərə peşkəş edildi. Ümumilikdə 3000 hektardan çox ərazi.

Kimlər gəldi:

Öncə Azərbaycan Kommunist Partiyasının katibi Şamil Rəsizadə Noyanberyan tərəfdən ermənilərlə birgə Kəmərli meşələrinə gəldi, burda yığışmış yerli əhaliyə ermənicə salam verdi. Gözünü sevdiyim, bizim eloğlu və əsasən elqızlarımız bunu və bərabərində gətirdiyi erməniləri paya ilə bir yaxşı döydülər. Əsir kimi gətirib Kəmərlinin mərkəzində sifətlərinə tüpürdülər.

Azerbaijan_Map_ADRandAR_En.thumb.jpg.4deb8ce409fec77b2265805ecd456d5c.jpg

Sonra sovet hökuməti başladı repressiyaya. Dönəmin kənd rəhbərlərini (rəhmətlik İsa Bəbirov və başqalarını) istintaqa cəlb etdilər. Rəsizadənin ağzını cıran qadını qolçomaq qızı çıxardılar. Sonra Mərkəzi Komitənin ikinci katibi, rus canişini Viktor Polyaniçko gəldi Qazaxa. Müxtəlif vədlər, filan. Olmadı.

Sonunda dönəmin Azərbaycan KP MK rəhbəri Kamran Bağırov gəldi. Təxminən belə bir çıxış etdi: Əziz həmvətənlər, mənə yazığınız gəlsin. Məni 8 saat Moskvada ayaq üstə saxladılar. Təzyiq edirlər. Elə bilin, mənə verirsiz, mən ölüm, mənə bağışlayın.

Sonra Bala Cəfərli kəndinin ərazisində erməni restoranında Dəmirçiyanla oturub imzalayıblar torpaqların verilməsini, yemək yeyiblər. Deyilənə görə, həmin görüşdə Dəmirçiyan Bağırovun bahalı saatını da oğurlayıb.

Nəticə: 1990-cı illərdə Qazaxın sərhəd kəndləri atəş altında qaldı. Bu gün işğalda olan kəndlərimiz anklava çevrildi, nəticədə işğal olundu.

 

  • Like 1
Link to post
Share on other sites

Əli Nağıyev Şuşada açılış etdi eli-acilis.jpg

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon idarəsinin (Rİ) yeni inzibati binasının təntənəli açılışı olub.

Axar.az DTX-nin saytına istinadən xəbər verir i, tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

Əvvəlcə binanın qarşısında 1993-cü ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalmış, hazırda DTX-də xidmət edən leytenant U.Bəylərov Dövlət bayrağını qaldırmışdır. Dövlət himni səsləndirilmişdir.

 

Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoymuşlar. Həmçinin Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxmışlar.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının hüquq mühafizə siyasətinin Dağlıq Qarabağ ərazisində uğurla həyata keçirilməsinin növbəti təcəssümü olaraq DTX Şuşa Rİ-nin müasir üslubda təmir edilmiş yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olmuşlar.

DTX-nin kollegiya üzvlərinin və Şuşa Rİ-nin rəhbərliyinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir, günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etmiş, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazmışdır.

 

Dövlət başçısı tərəfindən hüquq mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev, DTX Şuşa Rİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd etmişdir. DTX-nin rəisi əməkdaşların məsuliyyətli, eyni zamanda böyük etimad olaraq Şuşa şəhərində öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirmişdir. Xidməti müşavirədə DTX Şuşa Rİ-nin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulmuşdur.

General-polkovnik Əli Nağıyev Şuşa Rİ-nin əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etmiş və uğurlar arzulamışdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçular ilə görüşmüş, onlara DTX-nin bayram sovqatları təqdim edilmişdir. Sonra tədbir iştirakçıları Şuşa şəhərində qulluq keçən hərbçilər üçün DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramına tamaşa etmişlər.

  • Upvote 1
Link to post
Share on other sites

MN: Ordumuz Kəlbəcərə daxil oldu

Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu - RƏSMİ - modern.az

 

Horadizdən Ermənistanla sərhədə qədər yol çəkilir

Horadiz - Mincivan - Ermənistanla dövlət sərhədi avtomobil yolunun çəkilməsi istiqamətində işlərə başlanılıb.yol-temir_(4).jpg

Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin yolla bağlı layihələndirmə aparılır.

"Əvvəllər bu yolla Ermənistan ərazisinə keçmək və oradan Naxçıvana getmək mümkün idi. Lakin qonşu ölkənin təcavüzkar siyasəti nəticəsində Naxçıvanla quru yolumuz bağlandı. Torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistana qədər olan yolun yenidən tikilməsinə ehtiyac var. Yəqin ki, üçtərəfli bəyanatda yer almış, Naxçıvana dəhlizin açılması ilə bağlı bəndə uyğun olaraq gələcəkdə həmin yol Naxçıvan istiqamətində uzadıla bilər", - deyə o, qeyd edib.

A.Nəcəfli onu da qeyd edib ki, Horadiz - Mincivan - Ermənistanla dövlət sərhədi ayrılan Qubadlı-Laçın yolu da layihələndirilir.

 

Ordumuz Kəlbəcərə daxil oldu - Rəsmi

Edited by Zaman.
  • Upvote 1
Link to post
Share on other sites

Qarabağda Türkiyənin rolu... – Rusiyadan maraqlı baxış

Rusiya Strateji Araşdırmalar İnstitutunun analitiki, Cənubi Qafqaz üzrə mütəxəssis Konstantin Tasitsin Axar.az-a müsahibəsi:tasits.jpg

- Türkiyənin Cənubi Qafqazdakı rolunun güclənməsinə, eləcə də sülhməramlı missiyasında fəal iştirakına Rusiyanın münasibəti necədir?

- Rusiyalı mütəxəssislər arasında Türkiyənin Cənubi Qafqazdakı rolunun güclənməsinə birmənalı münasibət yoxdur. Bir tərəfdən Ankaranın 1990-cı illərin əvvəllərindən bəri bölgədə mövcud olduğuna dair anlayış var: xüsusilə də Azərbaycanla hərbi-siyasi, iqtisadi və humanitar sahələrdə sıx əlaqələrə malikdir. Amma müəyyən narahatlıqlar da yox deyil, çünki bu, bizim sərhədlərimizin yanında baş verir və Türkiyə NATO üzvüdür.

Bundan əlavə, Ankaranın prosesdə daha fəal iştirakı İrəvan üçün qəbuledilməzdir. Rusiya nöqteyi-nəzərindən də bu narahatlıqlar nəzərə alınmalıdır.

Türkiyənin hazırkı rəhbərliyi ilə Rusiya güzəştə getməyi və çətin məsələləri qarşılıqlı hörmət əsasında həll etməyi bacarır. Bunun sayəsində Türkiyənin Qarabağ nizamlanmasında iştirakının bütün tərəflərə uyğun bir formatı tapıldı.

- Qarabağdakı hərbi münaqişənin bitdiyini söyləmək mükündürmü?

- Çox güman ki, münaqişənin hərbi mərhələsi həqiqətən də bitib. Rus sülhməramlılarının mövcudluğu atəşkəsi təmin edəcək və genişmiqyaslı eskalasiyanın qarşısını alacaq. Münaqişə tərəfləri qarşılıqlı əlaqə qurarlarsa, 11-12 dekabr tarixlərində Hadrut bölgəsində meydana gələn qarşıdurmalar və hadisələrin sayı minimuma endiriləcək.

Bununla birlikdə bölgənin gələcəyi, dinc həyatın bərpası, qaçqınların qayıtması, qarşılıqlı barışıq və s. ilə əlaqədar çox sayda sual qalmaqdadır. Buna görə qorxuram ki, yekun həlli hələ tezliklə görməyəcəyik.

 

- Türkiyə ilə Rusiyanın Azərbaycanın Qarabağ bölgəsindəki təsir sahələrini bölüşdüyünü söyləmək mümkündürmü? Yoxsa bütün bunlar çox bulanıqdır?

- Mənə elə gəlir ki, bu, doğru deyil. 2020-ci ilin sentyabr-noyabr aylarındakı kritik vəziyyətdə də Rusiya beynəlxalq hüquq və əvvəlki razılaşmalar çərçivəsində hərəkət etməyə çalışdı. Ümumiyyətlə, rəsmi Moskvanın vasitəçiliyi ilə Bakı və İrəvanın imzaladığı atəşkəs bəyannaməsi Madrid prinsiplərinə uyğundur. Bəzi məqamlar yerinə yetirilib: Qarabağ ətrafındakı bölgələr Azərbaycana qaytarıldı, Ermənistanla Qarabağ arasında dəhliz açıldı, beynəlxalq təhlükəsizlik zəmanətləri yaradıldı.

ATƏT-in Minsk Qrupu yoxa çıxmayıb, qalan müqavilələrin həyata keçirilməsi və münaqişənin uzunmüddətli həllini təmin etmək üçün çalışmalarını davam etdirir.

Azerbaijan_Map_ADRandAR_En.thumb.jpg.4deb8ce409fec77b2265805ecd456d5c.jpg

 

  • Upvote 1
Link to post
Share on other sites

Azərbaycan Qarabağı inkişaf etdirəcək – Şahnazarov

Ermənilər və azərbaycanlılar qonşu olduqları üçün barışıq içində yaşamağa məcburdur.sahnazarov.jpg

Bu sözləri Axar.az-a açıqlamasında Rusiyada yaşayan erməni mənşəli rejissor Karen Şahnazarov bildirib.

O bildirib ki, nə ermənilər Marsa gedəcək, nə də azərbaycanlılar Yupiterə:

“Əslində bu iki xalqın ümumi cəhətləri çoxdur: onlar uzun müddət Rusiya İmperiyasının, daha sonra Sovet İttifaqı daxilində birgə yaşayıblar. Bu səbəbdən Ermənistanla Azərbaycan arasında sülhün mümkün olduğunu düşünürəm, amma bunun üçün səbir və böyük müdriklik lazımdır".

 

K.Şahnazarov qeyd edib ki, Azərbaycanın daxilində olan Qarabağın gələcəyini kifayət qədər firavan görür:

“Bunun üçün ilk növbədə qarşılıqlı inamsızlığı aradan qaldırmaq lazımdır. İnsanlar bir-birinə etibar etməlidir. Qarabağ erməniləri başa düşməlidirlər ki, onlara heç bir təhdid yoxdur. Bu 30 ildə Ermənistan və Azərbaycan arasındakı münasibətlər hər iki xalq üçün yorucu oldu. Aydındır ki, hazırda Ermənistandan qat-qat zəngin bir ölkə olaraq Azərbaycan Qarabağı inkişaf etdirə biləcək".

  • Upvote 1
Link to post
Share on other sites
http://avromedia.az/uploads/posts/2020-12/medium/1608739903_1608705766_1608699294_zengezur.jpg
Ermənistan noyabrın 10-da imzalanmış bəyanata uyğun olaraq, Azərbaycana təzminat ödəməlidir. Erməni mediasına açıqlama verən bəzi erməni siyasətçiləri Zəngəzur və Qafanın kəndlərini təzminat müqabilində verilməsini təklif edib.
Maraqlıdır ki, erməni siyasətçilərinin təklif etdiyi kimi Zəngəzur və Qafan Azərbaycana təzminat müqabilində verilə bilərmi?
Hurriyyet.org-a açıqlama verən politoloq Şahin Cəfərli, Ermənistanın buna razı olacağı təqdirdə Rusiya və İran dövlətlərinin buna qarşı çıxacaqlarını deyib. Çünki Zəngəzur və Qafan Azərbaycana verilərsə, Türkiyəylə quru yolu tam bərpa olacaq:
"Düzdür ki, Ermənistan ordusu darmadağın edilib və pis vəziyyətdədir.  Hazırda daxillərində vəziyyət qarışıqdır. Aciz və köməksiz vəziyyətdədirlər. Bütün bunlar o demək deyil ki, Azərbaycan Ermənistan ərazilərini ələ keçirə bilər. Ümumiyyətlə, Azərbaycanın belə bir siyasəti yoxdur. 

İrəvan da bizim tarixi ərazimizdir. Amma beynəlxalq qanunlara görə, Ermənistan ərazisi gedir. Yəni, Azərbaycanın Ermənistan ərazilərini ələ keçirtmək kimi dövlət siyasəti yoxdur. Bunu Azərbaycan prezidenti də çıxışlarında qeyd edib. Digər tərəfdən, Ermənistan əraziləri "müdafiə çətiri” altındadır. Bizim o əraziləri ələ keçirməyimiz mümkün deyil. Yəni, hərbi yolla mümkün deyil. Sülh yolu ilə o halda mümkün ola bilər ki, Ermənistan buna razılıq versin. Bu baxımdan, bu cür fikirlərə qapılmağa da ehtiyac yoxdur. 
Təzminat müqabilində bizə torpaq verməsi də istisnadır. Bunun özü də mübahisəli məsələdir.
 
Təzminatın hansı beynəlxalq orqanın müəyyən edəcəyi hələ məlum deyil. Görünür ki, maddi təzminatın alınması məsələsi də sual altındadır. Dediyim kimi, torpaq məsələsi istisnadır. Əgər, Ermənistan buna razı olsa belə, Rusiya və İran dövlətləri buna razılıq verməz. Ermənistan Zəngəzuru Azərbaycana verdiyi təqdirdə Türkiyəylə Azərbaycan arasında quru əlaqələri bərpa olacaq. Bu səbəbdən İran və Rusiya buna etirazını bildirəcək. Maddi təzminat ehtimalı prinsipcə mümkündür. Bu da çox çətin bir prosedurdur. Azərbaycanın hansı beynəlxalq məhkəmə instansiyasına müraciət edəcəyi hələ qeyri-dəqiqdir. Bu işə Avropa İnsan Haqları Məhkəməsi, ya da  HAAQA Beynəlxalq Məhkəməsinin baxmaq ehtimalı var. Müraciət etdiyimiz təqdirdə belə, sözügedən beynəlxalq məhkəmə orqanlarının yüksək miqdarda təzminat təyin edəcəkləri hələ sual altındadır…”
Azerbaijan_Map_ADRandAR_En.thumb.jpg.4deb8ce409fec77b2265805ecd456d5c.jpg
  • Milli 1
Link to post
Share on other sites

Rusiya sülhməramlılarının minadan təmizlədiyi Xocalı aeroportu yaxın zamanlarda açıla bilər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iddiara görə, aeroport dekabrın 25-də açılacaq.

Aeroportun texniki baxımdan açılışa tam hazır olduğu vurğulanıb. Aeroportun sülhməramlıların maddi-texniki təminatını ödəmək üçün istifadə olunması nəzərdə tutulur.

  • Thanks 1
Link to post
Share on other sites
1608718917_ordu.jpg

Könüllülərin tərxis olunması ilə bağlı rəsmi AÇIQLAMA

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların tərxis edilməsi ilə bağlı məlumat yayıb.

Anons.az xəbər verir ki, nazirliyin “Facebook”dakı rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir:

“Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış bəzi şəxslər, xüsusilə ailəli vətəndaşlarımız, sosial şəbəkələr vasitəsilə nə zaman ehtiyata buraxılaraq evlərinə geri dönəcəkləri ilə bağlı narahatlıq ifadə edirlər. Bu tərəfimizdən anlayışla qəbul olunur.

Bildiririk ki, Müdafiə Nazirliyi tərəfindən onların ehtiyata buraxılması ilə əlaqədar sənədlər hazırlanıb və müvafiq qaydada aidiyyəti qurumlara göndərilib. Yaxın vaxtlarda bu kateqoriyadan olan şəxslərin mərhələli şəkildə tərxis edilməsi gözlənilir”.

  • Thanks 1
Link to post
Share on other sites
Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ – Qarşısı alındı 

Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ - Qarşısı alındı

Ordumuz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusda Qarabağa gələn erməni hərbçilərin qarşısını kəsib.

KONKRET.az xəbər verir ki, bu barədə “Mediaport” erməni teleqram kanalı yazır.

Məlumata görə, Azərbaycan hərbçiləri erməni hərbçilərin Laçın dəhlizindən keçidinə icazə verməyib.

“10 noyabr kapitulyasiya aktında əsgərlərin hərəkəti ilə bağlı heç bir müddəa yoxdur. Qarabağ Azərbaycandır, buna görə də erməni hərbçilərin orada heç bir işi ola bilməz”, – Azərbaycan hərbçiləri ermənilərə belə deyib.

 

Kanal yazır ki, erməni hərbçilərin olduğu 3 avtobus Gorusdakı “Sünik” (Zəngəzur) restoranının yaxınlığında gözləyirlər.

Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı Rusiya sülhməramlılarına müraciət edib, lakin sülhməramlılar bu məsələdə səlahiyyətlərinin olmadığını deyiblər. Ermənistanın hərbi rəhbərliyi də 3 avtobus dolu əsgərlərə Sünikdə gözləmək tapşırığı verib./publika.az/

  • Thanks 1
Link to post
Share on other sites

Düşmən vandalizminin qurbanı olan “Ruhlar şəhəri”

 

Ermənistan silahlı birləşmələri torpaqlarımızı işğal etdikdən sonra oradkaı tarixi abidələri, yaşayış yerlərini, dövlət qurumlarının binalarını tamamilə dağıdıb.

Müzəffər Ordumuz 44 günlük Vətən Müharibəsindən sonra 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad edib. 

Düşmənin tamamilə viran qoyduğu Ağdam şəhəri əbəs yerə “Ruhlar şəhəri” adlandırılmayıb. 

Oxu.Az-ın əməkdaşı Ağdam şəhərindən geriyə qalanları lentə alıb. 

Həmin fotoları təqdim edirik:

 

W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzAvNGFh
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzAvM2Jh
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzAvNDIz
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzEvMWJl
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzEvYjZk
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzEvZTdm
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzEvYjJm
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzEvMmY5
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzEvNGFm
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzEvNTUz
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzEvMjQ4
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzIvMDdl
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzIvNzgw
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzIvMjY5
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzIvODVh
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzIvNWVh
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzIvZmQw
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzMvZGVi
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzMvYTQx
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzMvNTll
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzMvMWYy
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzMvOWMy
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzMvYTgy
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzQvMDQ0
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzQvYmU0
 
W1siZiIsIjIwMjAvMTIvMjMvMjEvMjUvMzQvM2Q1
  • Like 1
Link to post
Share on other sites

Erməni faşizmi yenə baş qaldıra bilər - Prezident

Biz öz istəyimizə nail olduq. Dekabrın 10-da Zəfər paradı keçirildi. Zəfər paradında biz düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikasını nümayiş etdirdik və öz hərbi potensialımızı nümayiş etdirdik. Biz bundan sonra da ordumuzu gücləndirəcəyik. İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaqdır

ilham-qubadlida.jpg

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən deyib.

"Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik", - dövlət başçısı bildirib.

  • Like 2
Link to post
Share on other sites

Rusiyadakı soydaşlarımız 1,6 milyonluq yardım göndərdi

Xaricdə yaşayan soydaşlarımız 44 günlük Vətən müharibəsində dövlətimizə, ordumuza, qəhrəmancasına həlak olan şəhidlərimizin ailə üzvlərinə və yaralı hərbi qulluqçularımıza dəstək aksiyalarını davam etdirirlər.

1384254528rusko-moskva-1.jpg

Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildirilib ki, digər ölkələrdə olduğu kimi, Rusiyada yaşayan soydaşlarımız da bu işdə xüsusi fəallıq göstərirlər. Soydaşlarımız Azərbaycan Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə, eləcə də birbaşa şəhid ailələri və qazilərə yardım ediblər. Yalnız 44 günlük Vətən müharibəsi dövründə Rusiyada yaşayan soydaşlarımız tərəfindən ölkəmizə 1,6 milyon manat (müxtəlif valyutalar üzrə: 1 milyon 470 min 779,74 AZN, 5492 ABŞ dolları, 5 milyon 46 min 764 rubl) məbləğində dəstək göstərilib.

 

Bundan başqa, soydaşlarımızın təşəbbüsü ilə yaralı və əlil qazilərimiz üçün Rusiyadan Azərbaycana 2 ədəd “Dermatom” cərrahi aparatı və onun əlavə ehtiyat hissələrindən ibarət dəst, 92 ədəd “İlizarov” aparatı göndərilib. Rusiyada yaşayan soydaşlarımız tərəfindən alınan 566 ədəd əlil arabası isə yaxın günlərdə Bakıya çatdırılacaq.

Qeyd edək ki, qəlbi hər zaman tarixi vətənləri ilə döyünən xaricdəki soydaşlarımız 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan diasporunun güclü fəaliyyətini, misilsiz birlik və yekdilliyini bütün dünyaya nümayiş etdirdilər. Sistemli və mütəşəkkil şəkildə fəaliyyət göstərən diasporumuz birmənalı olaraq Azərbaycan dövlətinin yanında olduğunu bir daha dünya ictimaiyyətinə bəyan etdi.

  • Like 2
Link to post
Share on other sites

Qafan yolu Ordumuzun nəzarətinə keçdi

Qafandan Aqarak kəndinə gedən avtomobil yolu tamamilə Azərbaycanın nəzarətinə keçib.qafan-aeroport.jpg

Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Qafan meri Gevork Parsyan deyib.

Onun sözlərinə görə, Qafan-Gorus, Qafan-Çakaten yolları varlığını davam etdirir, amma burada sərt təhlükəsizlik məsələləri var.

Parsyan Azərbaycan Ordusunun Sünikdəki yaşayış məntəqəsindən 100 metr, Qafan şəhərindən isə 1 kilometr məsafədə olduğunu deyib.

 

Mer, həmçinin strateji vacib yüksəkliklərin Azərbaycanın nəzarətinə keçdiyini, nəticədə Qafan şəhərinin hədəfə çevrildiyini söyləyib.

O, Qafandan Aqaraka artıq dolayısı yolla getmək lazım gəldiyini, amma bu yolun uzun, təmirsiz, qış vaxtı keçilməz olduğunu bildirib.

Mer Aqarak, Ujanis, Yeqvard kəndlərinin blokadaya düşdüyünü də iddia edib.

  • Upvote 1
Link to post
Share on other sites

Zəngəzuru referendumla qaytara bilərik? tofiq_zulfuqarov212.jpg

Son vaxtlar Azərbaycanın tarixi torpağı olan Zəngəzur mahalı ilə bağlı məsələlər tez-tez gündəmə gəlir. Bəzi şəxslər Azərbaycanın Zəngəzuru qaytarmaq üçün beynəlxalq miqyasda məsələ qaldırmalı olduğunu düşünür. Qeyd edilir ki, 19 fevral 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə Krımın Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilməsi SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazı ilə qarşılanmışdı. Təklif edilir ki, Rusiya SSRİ dövründə verilən qərarı ləğv etdiyi kimi, Azərbaycan da SSRİ-nin Azərbaycan SSR-in sərhədlərini dəyişdirməsi məsələsini qaldırmalı, bunun üçün referendum keçirməli və o qərarı ləğv etməlidir. Maraqlıdır, görəsən, bu, mümkündürmü?

 

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, Zəngəzur mövzusu tarixin süzgəcindən keçmiş bir məsələdir:

“Konkret tarixi keçmişə malikdir. Bu məsələnin hansısa başqa bir məsələ ilə eyniləşdirilməsini düzgün hesab etmirəm. Təbii ki, siyasi demokratiya, söz azadlığı olan yerlərdə bu və bu kimi müsbət təkliflərin səslənməsi də normaldır. O ki qaldı rəsmi mövqeyə, düşünürəm, Zəngəzur kimi məsələlər dövrün siyasi şəraitindən asılı olaraq səslənməlidir. Etiraf etmək lazımdır ki, qeyd etdiyimiz məsələ daha böyük hazırlıq tələb edir. Dövlət bunu rəsmi şəkildə bəyan edəcəksə, buna ciddi şəkildə hazırlaşmaq lazımdır.

Ancaq ümumilikdə təklifi müsbət qiymətləndirirəm. Siyasi partiyaların məsələni gündəmdə saxlaması zəruridir. Sonda onu da qeyd edim ki, mən Zəngəzur məsələsinin hansısa digər bir məsələ, yaxud situasiya ilə əlaqələndirilməsinin tərəfdarı deyiləm. Zəngəzurun tarixi keçmişi və əsasları var. Yəni indiki halda kiməsə baxıb, hərəkət etmək məntiqli yanaşma olmazdı”.

Azerbaijan_Map_ADRandAR_En.thumb.jpg.7b6ed7f437730346e0db6947a4d21db3.jpg

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev isə deyib ki, Azərbaycan öz sərhədlərinin SSRİ dövründə dəyişdirilməsi məsələsini xalq referendumuna çıxara bilər:

“Zəngəzur tarixi Azərbaycan torpağıdır, lakin təəssüf ki, bu gün beynəlxaq hüquq ilə Ermənistanın ərazi bütövlüyü kimi qəbul edilib. Azərbaycan bu gün SSRİ dövründə torpaqlarının xalqın iradəsi olmadan Ermənistana verilməsi məsələsini referenduma çıxara və tanımadığını elan edə bilər. Lakin bu, beynəlxalq aləmdə nə dərəcə qəbul ediləcək - demək çətindir.

Digər tərəfdən, mən Zəngəzur məsələsinin Krım məsələsinə bənzədilməsini düzgün hesab etmirəm. Çünki bəlkə Krımın Ukraynaya verilməsi haqqında qanun Rusiyada ləğv edildi. Lakin əsas məsələ daha sonra Rusiyanın Krımı ilhaq etməsidir. Bu isə beynəlxalq hüquq ilə qanunsuz idi. Digər tərəfdən, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Rusiyanın Krımın ilhaqını heç zaman düzgün hesab etməyib. Yəni bu gün xalq referendumu keçirib Zəngəzur və digər torpaqların vaxtilə qanunsuz şəkildə Ermənistana verildiyini və bu prosesi tanımadığımızı bildirə bilərik.

 

Bu gün Ermənistan mediası ölkə daxilində və xaricində geniş şəkildə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmaq istədiyini əsas gətirərək, Birgə Bəyanatın Naxçıvanla dəhliz məsələsini ləğv etməyə çalışır. Yəni belə bir vəziyyətdə biz Zəngəzurla bağlı istənilən iddiamızı kifayət qədər ehtiyatlı və tədbirli səsləndirməliyik”.

  • Upvote 1
Link to post
Share on other sites

Kəlbəcərdən Göyçəyə gedən gizli tunel Bu Tuneli ruslar qizil axtararkən qazılar.Tunelin çox təhlükəli olmasına baxmayaraq ayaqyalın buz kimi suda , ayağını çınqıl daş kəssədə yenedə 1 km -ə yaxın ərazini tərəddüdsüz qət etdiyini söyləyir

 

 

Link to post
Share on other sites

Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi

gorus-qafan-yolu.jpg

Ermənistanın Sünik vilayətinin Gorus rayonunda 12 bina və tikili Azərbaycanın nəzarətinə keçib.

Axar.az xəbər verir ki, bunu Gorus merinin müavini İrina Yolyan deyib.

Yolyanın sözlərinə görə, 12 tikilidən 3-ü yaşayış evidir:

“Sakinlər əmlaklarını çıxarıblar. Evlərlə yanaşı, yerli bağçılıq müəssisələrindən biri tərəfindən inşa edilmiş tikililər də Azərbaycana veriləcək. Azərbaycanlılar artıq bu ərazidədir. Məlumat var ki, onlar orada başqa nişan qoymaq istəyirlər”, - Yolyan bildirib.

 

Qeyd edək ki, ərazilərimiz işğal altında saxlanıldığı zaman ermənilər sərhədi qabağa çəkib və burda həm məskunlaşıb, həm də torpağımızı istismar ediblər. Hazırda Ordumuz sərhədlərimizi bərpa edir.

Gorusdakı Şurnux kəndindəki 12 binanın da Azərbaycan ərazisinə düşdüyü bildirilmiş və o binaları boşaltmaq üçün Ordumuz ermənilərə vaxt vermişdi.

Kənd icra nümayəndəsi Akop Akrşakyan isə sakinlərin evlərində ən azı 2-3 yanvara qədər qalacağını bildirib.

Link to post
Share on other sites

Şuşadan yeni qayıdan Alim Qasımov danışdı

Kult.az Xalq artisti Alim Qasımovun Teleqraf.com-a müsahibəsini təqdim edir:alim-qasimov.jpg

- Alim müəllim, 28 ildən sonra Şuşaya getdiniz…

- Mənə elə gəlir, hər bir Azərbaycan vətəndaşının arzusu idi ki, torpaqlarımız qayıtsın. Allaha şükür, torpaqlarımız qayıtdı. Arzum vardı ki, işğaldan azad edilən torpaqları ziyarət edim, oranı da ziyarət etdik. İnşallah, Qarabağımız tam bərpa olunsun, torpaqlarımızı həmişə ziyarət edək, oaralar ziyarətgahımız olsun. O Qarabağda canından keçən bütün şəhidlərimizin ruhu şad olsun, Allah o dünyalarını versin. Allah ordumuzu, əsgərlərimizi, qazilərimizi qorusun.

Dövlət başçımız İlham Əliyev çox çalışdı, bu işləri nizamladı. İnşallah, xalqımız xoş gün içində sağlam canla yaşasın.

- Şuşaya ayaq basarkən hansı hissləri keçirdiniz?

- Hiss etdim ki, əsgərlərimiz çox zülmlü bir yol gediblər. Gördük ki, bizdən əvvəl gedənlər hansı çətinlikləri çəkiblər... İnanın ki, ürəyimiz, qəlbimiz qan ağlayırdı. Biz rahat avtomobildə oturmuşduq, yol hərdən silkələyirdi. Amma o əsgərlər, zabitlər ki, piyada gediblər, silahla. Onu dillə izah etmək müşkül məsələdir. Nələr çəkiblər... Allah xalqımızı, ordumuzu qorusun.

- Şuşada hansı mahnını ifa etdiniz?

- Şuşaya şəhidlərimizi yad etməyə getmişdik. Bədahətən "Durnalar"ı zümzümə etdim. O dəmdə o mahnının sözləri yadıma düşdü.

- Şuşaya neçə günlük getmişdiniz?

- Bir günlük getmişdik, amma iki gün qaldıq. Orada bir komandir var idi, bizi çox səmimi qarşıladı. Bir daha demək istəyirəm ki, Şuşada olarkən əsgərlərimizin çətinliklərini, hansı zülmlər çəkdiyini hiss elədik.

- Gövhər ağa məscidini ziyarət etdinizmi?

- Bəli, Gövhər ağa məscidini ziyarət etdik, dualarımızı oxuduq. Hamımız bir yerdə günorta namazımızı qıldıq, şəhidlərimizin ruhuna dualar etdik.

- Şuşaya yenə gedəcəksinizmi?

- Doğma torpaqlarımıza getmək istəyənlər çoxdur. Dövlətimiz tərəfindən yol çəkilir. İnşallah, hamı gedəcək və öz arzusuna çatacaq.

Link to post
Share on other sites

Nazir BMT rəsmiləri ilə Qarabağın bərpasını müzakirə etdi

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai, BMT İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas və Dünya Bankının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin vəzifələrini icra edən Səidə Bağırlı ilə görüşüb.ceyun-bmt-ai-dunyabank.jpg

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə münaqişə sonrası bərpa, minalardan təmizlənmə işində Azərbaycana dəstəyin göstərilməsi məsələləri müzakirə edilib.

BMT, Aİ və Dünya Bankının nümayəndələri mövcud olan “Bərpa və Sülh quruculuğunun qiymətləndirilməsi” metodologiyasına uyğun olaraq Azərbaycan Respublikasının münaqişənin təsirinə məruz qalmış əraziləri, o cümlədən Dağlıq Qarabağda müvafiq qiymətləndirmənin aparılması, hesabatın hazırlanması və tövsiyələrinin Azərbaycan tərəfi ilə bölüşülməsinə hazır olduqlarını ifadə ediblər.

Tərəflər mövzu üzrə ətraflı fikir mübadiləsi aparıblar.

Link to post
Share on other sites

Akardan Qarabağ açıqlaması: 1 genaral, 35 zabit...

Qarabağdakı Birgə Monitorinq Mərkəzinin inşasının baş çatmasından sonra 1 genaral və 35 zabitimiz dərhal fəaliyyətə başlayacaq.

hulusi-akar.jpg

Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

Akar Birgə Monitorinq Mərkəzində xidmət edəcək şəxsi heyətin Azərbaycana getdiyini bildirib.

  • Upvote 1
Link to post
Share on other sites

Azad olunan ərazilərdə xəritələnmə işləri aparılır - ETSN

axar.az13998770911597001537065e0362b6139

İşğaldan azad olunan ərazilərdəki bütün obyektlər və infrastruktur ekoloji ekspertizadan keçirilməlidir. Bu, qanunvericiliyimizdə də nəzərdə tutulub.

Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Feysbuk səhifəsində yayımlanan “Ekspert saatı”nda nazirliyin Dövlət Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

 

Onun sözlərinə görə, nazirliyin qrupları bilavasitə ekoloji amillər, müəyyən sferalar üzərində tədqiqat, təhlil işləri aparır və monitorinqlər keçirirlər:

“Əvvəllər həmin ərazilərdə xeyli ekoloji qoruqlar, meşələr, çaylar var idi. Hazırda xəritəçəkmə müəssisəsi, bütün qurumlar, o cümlədən Ekspertiza Agentliyinin əməkdaşları tərəfindən müəyyən xəritələnmə işləri aparılır. Bu zaman vacib parametrlər nəzərə alınır ki, sonrakı ekoloji qiymətləndirmə rahat və müqayisəli olsun. Bu sahədə bir proqramımız var və işlərimiz davam edir”.

M.Qənbərov nazirlikdə işğaldan azad olunmuş ərazilər üzrə yeni qurumun təsis olunduğunu da diqqətə çatdırıb.

  • Upvote 1
Link to post
Share on other sites

Hadrutda şəhid olan əsgərimizin qisası belə alındı

Xəbər verdiyimiz kimi, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində 6 nəfərlik qanunsuz erməni silahlı qrupu Ordumuzun mövqelərinə hücum etmişdi.ermeni-esger.jpg

Axar.az xəbər verir ki, həmin xain hücum nəticəsində əsgər Elmir Rayil oğlu Qənbərov şəhid olmuş, əsgər Emin Süleyman oğlu Əliyev isə yaralanmışdı.

Ordumuzun həyata keçirdiyi əməliyyat nəticəsində erməni silahlılarının hamısı məhv edilərək şəhidimizin qisası alınmışdı. Həmin əməliyyatdan sonra əsgərlərimizin məhv etdiyi erməni hərbçilərinin meyitlərinin görüntüləri yayılıb.

Görüntüləri təqdim edirik:

3 Video

  • Upvote 1
  • Milli 1
Link to post
Share on other sites

Ordumuz əsir götürməməli, məhv etməlidir - Politoloqermeni-pkk.jpg

Azərbaycan Silahlı Qüvvələri Qarabağ meşələrindəki terrorçulara konkret reaksiya verməlidir - əsir götürməmək, məhv etmək! Bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Bizim tərəfimizdən nə qədər çox erməni terrorçusu məhv edilsə, Qarabağ erməniləri başa düşəcəklər ki, onların təhlükəsizliyinin əsas təminatçısı Rusiya sülhməramlı qüvvələri deyil, Azərbaycandır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

 

Onun sözlərinə görə, Rusiya sülhməramlıları hər hansı bir erməni silahlının məsuliyyət zonasına girməməsinə nəzarət etməlidir, çünki bu silahlar nə vaxtsa onların özlərinə qarşı istifadə ediləcək:

“Rus sülhməramlıları hələ ki, erməni cinayətkarları ilə pozlar verir, yerli əhalinin toylarında fotoqraflar işləyir və öz dövlət bayrağını tanınmamış qurumun əski parçasının yanında qoyurlar. Biz isə elə etməliyik ki, yerli ermənilər Azərbaycanın yurisdiksiyasını qəbul etməkdən başqa çıxış yolunun olmadığını anlasınlar”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • Upvote 1
Link to post
Share on other sites

Erməni həyasızlığı bitmir: Rus sərhədçiləri çağırdılar

Ermənilərin Sünik (Zəngəzur) mahalındakı Şurnux kəndində Azərbaycan ərazisini qəsb etmək həyasızlığı davam edir.

Axar.az xəbər verir ki, Sünik qubernatoru Melikset Poqosyan artıq əraziyə erməni hərbçi və sərhədçilərinin gəldiyini, eyni zamanda Rusiya Sərhəd Xidməti dəstəsinin də orada olduğunu bildirib.

O qeyd edib ki, rus sərhədçiləri sərhəddə, o cümlədən Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21-ci kilometrliyində dayanıblar:

“Rus sərhədçilər həm də Şurnux kəndindədir. Yerli əhalini provokasiyaya uymamağa və gərginlikdən qaçmağa çağırırıq. Ermənistan ordusu, sərhədçiləri və rus sərhədçiləri vəziyyətə nəzarət edir”.

 

Qeyd edək ki, torpaqlarımız işğal altında olarkən Şurnux kəndinin sakinləri sərhədi keçərək, Azərbaycan ərazilərini istismar ediblər, hətta torpaqlarımızda evlər, obyektlər də inşa ediblər. Hazırda isə onlar zəbt etdikləri ərazilərimizdən çıxmamaq üçün bütün həyasızlıqlara gedirlər.

Ermənistan sərhədlərini qoruyan rus sərhədçilərinin də sözügedən hissənin Azərbaycan ərazisi olduğunu bildirməsinə baxmayaraq, ermənilər hələ də inad edirlər.

Azərbaycan Ordusu isə sözegdən sahənin və 12 binanın boşaldılması üçün ermənilərə verdiyi vaxtı 5 yanvara qədər uzadıb. Kənddə isə Ordumuz artıq post qurub.

  • Upvote 1
Link to post
Share on other sites

Bakıdan erməni xalqına müraciət: Sizə təşəkkür edirəm!

pashinyan1.jpg
 

Çox arzulayardım ki, bu açıq müraciəti “Əziz erməni xalqı” sözləri ilə başlayım. Ancaq bu, həddən artıq bayağı və özünə xəyanət olar: siz mənim üçün heç vaxt – lap uşaqlıqdan əziz olmamısınız.

Niyəsi isə odur ki, hələ uşaqkən ermənilərin Şamaxıda necə qırğınlar törətməsi haqda böyüklərdən ara-sıra əhvalatlar eşidirdim. Qəribəsi o idi ki, heç kəs o qırğınların necə başladığı, niyə ermənilərin o qətliamları törətdiyi barədə heç vaxt danışmırdı, tarix kitablarımızda da yox idi və mən 1988-ci ilə qədər nə baş verdiyini, nələr olduğunu bilmirdim.

Hər şeyi unutmuşduq və yaxud unutdurulmuşdu, babalarımı necə öldürdüyünüzü, nənələrimizi necə diri-diri yandırdığınızı, işgəncə verdiyinizi belə danışmırdı böyüklər bizə, yalnız adda-budda hansısa sözlər qaçırdı ağızlarından, “ermənilər filan bəyi öldürüb var-dövlətini aparandan və evini yandırandan sonra bəyin qızı...” misalı ifadələr xatirimdədir və təəccüblənirdim; bəzi hallarda bunu nənəmin nəyisə səhv etməsi, nəyisə qarışdırması kimi qəbul edirdim.

 

Ermənistana çevrilən Qərbi Azərbaycandan kütləvi deportasiyaların da yaraları sağalmışdı, daha doğrusu, unutmuş, unutdurulmuşdu və dəhşət o idi ki, o deportasiyalarda, torpaqlarımıza sahiblənməyinizdə azərbaycanlılar erməniləri günahkar saymırdı və yaxud mənim yaddaşımda belə qalıb: ən pis halda Stalin qınanılırdı!

Tarixə baş vurmaq, sizin burda dövlətinizin heç vaxt olmadığını, Alban kilsələrinə sahibləndiyinizi və xristian albanları erməniləşdirdiyinizi – 1836-cı ildən sonra – xatırlatmaq istəmirəm, qətiyyən. Zatən sizinlə qarabağlı ermənilər arasında böyük nifaqın da səbəbi budur – qarabağlı ermənilərin böyük əksəriyyəti “hay” deyil və sizin qanınızı daşımır; bu faktları özünüz daha gözəl bilirsiniz.

Bəs, mən sizə niyə təşəkkür etmək istəyirəm?

80-ci illəri xatırlayıram: Bakıdakı gizli sexlərdə, “sovet sənayesindən” kənarda fəaliyyət göstərən şəbəkələr vardı – başında əsasən ermənilər dayanırdı. Siz faktiki olaraq Bakıda qeyri-rəsmi ən böyük sərvətin üstündə oturmuşdunuz.

 

Bakıda və ümumiyyətlə, Azərbaycanda ən yaxşı vəzifələrdə idiniz: nələr edirdiniz yox, nələr etmirdiniz sualı daha aktual idi! Siz var-dövlətimizi yeyib, milli mətbəximizi, musiqimizi, tariximizi mənimsəyirdiniz – gözümüzün içinə baxa-baxa. Heç kəs sizə etiraz etmirdi və yaxud etiraz etməyə ehtiyac görmürdü.

Bakının ən məşhur məhəllələrində böyük həyətlər – o vaxt villalar yox idi, şəxsi evlər vardı – sizin əlinizə keçmişdi. Bakıya rayonlardan oxumağa gələnlərə evləri siz kirayə verirdiniz. O dövrün tələbələri yaxşı xatırlayar ki, erməni ev sahibləri azərbaycanlı tələbələrə necə qan uddururdular, necə əziyyət verirdilər.

Siz ermənilər Bakının göbəyində ev sahibi, biz rayondan gələn yeniyetmə azərbaycanlılar qonaq idik.

Siz faktiki olaraq Bakını “beynəlmiləl şəhər”ə çevirib, bununla fəxr etməyə bizi məcbur edib, paytaxtımızı mənimsəmişdiniz – o Bakı ki, Nuru Paşa onu daşnakların əlindən zorla almış, 1918-ci ildə azad etmişdi. O tarixin özünü belə yaddaşlardan silmişdiniz, bakılıların qanını tökməyiniz unudulmuşdu, 1918-ci idə silahla, qətliamlarla işğal edə bilmədiyiniz Bakını hiylə ilə, fitnə ilə ələ keçirmişdiniz.

 

Dağlıq Qarabağmı?

Siz oranı çoxdan erməniləşdirmişdiniz. Bu yurdumuzda az qala bütün yazılar ermənicə idi, Azərbaycanın bu bölgəsində azərbaycanlılar sizin əlinizin altında işləyirdi: dil – ermənicə, düşüncə - ermənicə, tarixi adları isə – gözümüzün önündəcə ermiləşdirirdiniz! Tək Şuşa rayonu istisna olmaqla, keçmiş Dağlıq Qarabağda sözün bütün mənalarında at oynadırdınız – Bakıdakı kimi, amma daha fərqli, daha “ermənicə”. Xankəndidə hansısa azərbaycanlının vəzifə alması müşkil bir iş idi – öz yurdundan, gözəl Qarabağdan baş götürüb qaçmaqdan başqa azərbaycanlılar ayrı əlac tapa bilmirdilər.

Beləcə, addım-addım sayınızı artırırdınız Dağlıq Qarabağda!

Əvəzində Bakıdan hər il DQMV üçün külli miqdarda dotasiya alırdınız: tariximizi mənimləmiş, toponimlərimizi dəyişdirmiş, bizi öz yurdumuzdan sıxışdırmışdınız və sözün bütün mənalarında bir dəhşət yaşanırdı: heç kim sizin bu özbaşınalığınıza bir söz demirdi.

Tam əminəm, əgər Qarabağda qətliamlara və işğala başlamasaydınız, Azərbaycan müstəqil olduqdan sonra da siz ən yüksək vəzifələrdə olacaq, yenə bu ölkənin sərvətini mənimsəyəcək, talayacaq, istədiyinizi edəcəkdiniz. Zatən ən perspektivli azərbaycanlı kadrların xeyli hissəsini də “mənimsəmişdiniz” – onların arvadları ermənilər idi. Hətta belə kadrlardan indiyədək də qalan, vəzifə daşıyanlar var.

Əgər qətliamlara, işğala və düşmənçiliyə başlamasaydınız, Bakı-Ceyhan, Bakı-Ərzurum kəmərləri, Bakı-Qars dəmiryolu və s. nələr-nələr - hamısı Ermənistandan keçəcəkdi. Siz – iki türk yurdunun ortasında qara yara kimi Rusiyanın yaratdığı vassallıq - təkcə tam müstəqil yox, həm də böyük imtiyazlarla, Qafqazın ən varlı sakinləri olacaqdınız.

 

Bakını da, Qarabağı da əlinizdə saxlayacaqdınız - ən azı sərvətini, ən azı müəyyən vəzifələrini, ən azı Boka timsalında mədəniyyətinə nüfuzunu...

Hələ də anlaya bilmirəm ki, 1905, 1918 qırğınlarından, yaşlılara, qadınlara, uşaqlara verdiyiniz işgəncələrdən, torpaqlarımızda dövlət yaratmağınızdan və orda yaşayanları kütləvi şəkildə qovmağınızdan sonra Azərbaycan xalqı sizi necə kirvə tutmağa davam edir, sizi evinin içinə buraxır, sizə güvənirdi?!

Bu millətin yaddaşı silinmişdi az qala! Bu millət hər şeyi sanki bağışlamışdı!

Sizə dönə-dönə təşəkkür edirəm, sizə minnətdaram! Ki siz iç üzünüzü açdınız, unutduğumuz və ya zorla unutdurulan qətliamları təkrar bizə yaşatdınız, işğala başladınız və biz – yeni və müstəqil nəsil əsl tariximizi öyrəndik, əsl düşmənlərimizin kim olduğunu anladıq, yaddaşımızı bərpa etdik, milli hədəflərimizi müəyyən etdik!

Siz Qarabağı işğal edəndə biz ilk olaraq Bakının işğaldan azad olunmasına başladıq. Bakı çox qısa müddətdə bir türk, bir Azərbaycan şəhərinə çevrildi.

Nəhayət, bu xalq dərk etdi ki, bütün gəlirli sahələri ermənilər ələ keçiribmiş, bu məmləkətin sərvətini ermənilər talayırmış.

 

Nəhayət, bu millət ayıldı və gördü ki, bizim mədəniyyətimizi, tariximizi, musiqimizi, mətbəximizi onillərdir oğurlayıb öz adınıza yazırsınızmış, hətta Üzeyir bəyin yaradıcılığını, “Arşın mal alan”ı oğurlamısınız və buna qarşı mübarizə başladı. “Sarı gəlin” – sizin mədəni sahədə oğurluğunuzun Qarabağına çevrildi.

Xocalı soyqırımı törətməyə qadir olan bir millət kimi tarixə düşməklə yalnız siz fəxr edə bilərsiniz – keçmiş prezidentiniz Serj Sərkisyanın bu etirafı əslində erməni xalqının bütövlükdə qaniçən, faşist, insanlıq dəyərlərindən kənar, qana susamış vəhşi mahiyyətini ortaya qoydu.

Siz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı rayonları işğal etmək, 800 min insanı ordan qovmaqla bizə çox böyük yaxşılıq etdiniz. Bu xalqın tam 15 faizindən çoxu sizin vəhşiliyinizi öz canı ilə, itkiləri ilə yaşadı, qalanların hamısı hər şeyi öz gözü ilə gördü, bu iztirab, bu ağrı ilə tam 30 ilə yaxın yaşadı. Xocalı soyqırımının dəhşətlərini bütün dünya görməzdən gələ bilər, heç görməsin də, ən əsası, biz gördük və daha unutmayacağıq: 1905-də, 1918-də törətdiyiniz qətliamlar, soyqırımlar unudulmuşdu, ancaq 1988-in Spitak faciəsi zamanı azərbaycanlı uşaqları boruların içinə doldurub, ağzını qaynaqlamağınızı və 31 nəfərin boruda nalə çəkərək ölməsi kimi inanılmaz dəhşətləri artıq unuda bilmərik ki! Ağdabanı yaddan çıxara bilmərik ki!

 

Bunları daha bizə unutduran yoxdur, əksinə, bunları övladlarımıza danışırıq, yazırıq, tarixə həkk edirik!

Sizə bir də Paşinyana görə təşəkkür borcumuz var. Ona görə yox ki, indi yamanladığınız kimi Paşinyan “satqın”, “türk”, “xaindir”.

  • Upvote 1
Link to post
Share on other sites

Ona görə ki:

Ermənistanda xalqın küçələrə çıxaraq, Sərkisyan rejimindən, hərbi xuntadan xilas olması Azərbaycana böyük məyusluq vəd edirdi. Ən ciddi problem o idi ki, Nikol Paşinyanın Qarabağı sülhlə qaytaracağı haqda inam yaranmışdı və bu, Azərbaycanı tarixi faciə ilə üz-üzə qoya bilərdi.

Nikol Paşinyanı biz 2005-ci ildən tanıyırdıq: saxta erməni tarixinə tüpürməsi, uydurma qədimliyinizi lənətləməsi, Qarabağ münaqişəsini faktiki olaraq Ermənistanın ayağından asılan daş sayması və Qarabağın ölkənin müstəqilliyini məhv etdiyini deməsi ilə Paşinyan faktiki olaraq Azərbaycana heç vaxt düzəldə bilməyəcəyi tarixi faciə yaşada bilərdi. 2018-ci ildə Nikol Paşinyana Azərbaycandakı münasibət də təhlükəli vəziyyət almışdı, ona “demokrat lider” kimi yanaşma meyili vardı və pis o idi ki, bütün dünya buna köklənmişdi.

 

Nikol Paşinyan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətraf ərazilərini Azərbaycana qaytarmaqla qondarma quruma böyük status ala, üstəlik, Azərbaycan xalqına minnət qoya, bütün faciələri unutmağımıza, itkilərimizin üstündən xətt çəkməyimizə səbəb ola bilərdi.

Nikol Paşinyanın ilk gündən bu istiqamətdə fəaliyyət göstərəcəyi də hiss edilirdi: axı, o, 2005-ci ildən bu kursu götürmüşdü və daha rasional, daha proqressiv qərar verə, Ermənistanı “əbədi qalib” statusunda saxlaya, de-yure Azərbaycanda qalacaq Qarabağda de-fakto erməni hakimiyyətini əbədiləşdirə bilərdi!

Siz nə etdiniz?

Sevimli Paşinyanınızı getdikcə faşistləşdirdiniz, onu kütləvi psixozun əsirinə çevirdiniz: sizin daimi sevimliniz olmaq üçün, sizin iradənizi ifadə etmək üçün Nikol Paşinyan Ermənistana hava-su kimi vacib, məqbul yoldan imtina etdi, keçmiş DQMV-in ətrafındakı rayonları belə azad etmək fikrindən daşındı, hətta qoltuğuna necə qarpız verdinizsə, “yeni müharibə ilə yeni torpaqlar” iddiasına düşdü və işğalı əbədiləşdirməyə qərar verdi.

Siz Nikol Paşinyan və onun komandasını bu vəziyyətə gətirdiniz və Azərbaycanı ömürlük “baxın, torpağınızı geri qaytardıq” minnətindən xilas etdiniz.

Paşinyan sizin, erməni xalqının girovu oldu və şükürlər olsun Allaha ki, pis niyyətinizi, nifrət siyasətinizi, işğal planlarınızı və iliyinizə qədər yeridilən “böyük ermənistan” xülyasını həyata keçirməyə çalışdı. Əlbəttə, Azərbaycan dövləti qatil mahiyyətinizə və ən əsası, günahkar olduğunuz halda dünyaya özünüzü süddən çıxmış ağ qaşıq kimi tanıtmaq üslubunuza artıq hazır idi.

 

Paşinyanı işğal siyasətini davam etdirməyə məcbur etdiyinizə görə sizə təşəkkür edirəm!

Siz imkan verdiniz ki, biz öz torpaqlarımız uğrunda şərəflə döyüşüb, ərazilərimizi ləyaqətlə işğaldan azad edək!

Siz qoymadınız biz döyüşmədən torpaqlarımıza qayıdaq və hər zaman sizin hakimiyyətinizə minnətdar olaq!

Siz imkan vermədiniz ki, biz öz torpağımıza məğlub kimi qayıdaq!

Siz bizim qürursuz, başıaşağı, Xocalı soyqırımını həzm edən, “torpağı sülhlə qaytarılan” bir xalq kimi heç vaxt düzəlməyəcək bir kompleksə düşməyimizə imkan vermədiniz.

Siz yenidən Bakıya ayaq açmaq, yenidən sərvətlərimizi mənimsəmək, yenidən bu xalqın daxilinə virus kimi daxil olmaq şansından imtina etməklə, bizi xilas etdiniz.

Siz bizə şərait yaratdınız ki, sizə öz layiq olduğunuzu göstərək!

 

Siz öz pis niyyətinizlə Köçəryanı, Sərkisyanı, Paşinyanı yetirib ortaya çıxardınız!

Bizi ayıtdınız və biz axır ki, özümüzə layiq Liderimizi yetişdirdik: Əmin ola bilərsiniz, bundan sonrakı tarixdə bütün liderlərimiz İlham Əliyevə oxşamağa çalışacaq, o liderlərimiz İlham Əliyev olmağa məcburdur.

Bundan böyük yaxşılıq olmaz ki, bizə etdiniz!

İndi nələr edirsiniz?

İşğal vaxtı qabağa çəkdiyiniz sərhədləri bərpa etməyə imkan vermirsiniz; Qarabağ meşələrində gizlənib, terror hücumu törədirsiniz, Azərbaycana və azərbaycanlılara qarşı nifrətinizi hər an, hər nəfəsinizdə büruzə verirsiniz və bütün vasitələrlə düşmənçiliyi davam etdirirdiniz.

Sizin bu nifrətiniz sayəsində mən hər bir azərbaycanlını sevirəm, xalqımın başına dönürəm; sizin bizə qarşı sonsuz nifrətiniz bizi bir millət kimi ayaqda saxlayır, yatmağa qoymur, daim inkişafa təhrik edir;

Sizin düşmənçiliyiniz sayəsində biz bir-birimizi qoruyuruq, qədrimizi bilirik, azərbaycanlılar dostunu-düşmənini ayırır, Azərbaycan dövləti xarici partnyorlarından kimin səmimi, kimin fürsətcil, kimin qardaş, kimin saxtakar, düşmən olduğunu tam yəqinləşdirir.

 

Sizin düşmənçiliyiniz sayəsində biz hər santim torpağımızın qədrini bilirik – oysa 80-ci illərdə Kamran Bağırov 3 min hektar meşəni sizə peşkəş etmişdi, bu millətin heç xəbəri də olmamışdı.

Sizin pis niyyətiniz, bizim qanımızı içməyə hazır olmağınız sayəsində biz həmişə bir olacağıq, daha aramıza sıza bilməyəcksiniz, daha içimizə girib, torpağımızı və sərvətimizi talamağı bacarmayacaqsınız.

Sizə təşəkkür edirəm – sovetlər bizə “azərbaycanlı” deyib, kimliyimizi bizə unutduranda “türk” deyə adımızı hər zaman üzümüzə nifrətlə püskürdünüz və bizim sovet təbliğatı nəticəsində soyumuzu unutmağımıza imkan vermədiniz.

Həmişə belə olun – terror hücumu edin, bizə nifrət püskürün, torpağımızı işğal etməyə çalışın, hər addımda bizdən oğurlamaq istəyin.

 

Onda biz daha güclü olacağıq, daha bütöv olacağıq, daha çox birləşəcək, daha sıx və mehriban olacağıq; Onda bizim dövlətimiz daim Ordumuzu gücləndirəcək, daim iqtisadi baxımdan çiçəklənəcəyik; Onda biz xırda intiriqalardan, daxili çatışmazlıqlardan yana bir-birimizə saldırmayacaq, daxili xaosdan ən kritik iqtisadi-siyasi məqamlarda belə qaça biləcəyik!

Və ən gözəli: siz bu saldırıları, bu nifrəti daha da gücləndirməklə, Xankəndidə “israr” etməklə Ordumuzu nəinki Xankəndiyə, Ağdərəyə, Əsgərana istiqamətləndirirsiniz, həm də bütövlükdə bizi əski yurd yerlərimizə - Zəngəzura, Göyçəyə, Dərələyəzə, İrəvana yaxınlaşdırırsınız. Biz bizdən oğurladığınızı sizin sayənizdə hər an düşünməyə məcbur oluruq və təkcə sizin oğurladıqlarınızı deyil...

 

Sizdən xahişim:

Bizə nifrətinizi, bizdən oğurlamaq cəhdlərinizi, bu qədər rəzil olduğunuzu, normal düşüncə qabiliyyətində olmadığınızı, barbarlığınızı davam etdirin. Türkə nifrəti ideoloji prioritetiniz olaraq saxlayın - biz, 200 ilə yaxın bir zamandan sonra axır ki, bunun vaksinini tapdıq; erməni virusundan qorunmağın yolu Azərbaycan xalqının – bura türkündən udininə qədər, hamı daxildir – bir-birini sevməsidir, özümüzə güvəncimizdir, torpağımızın qədrini daha çox bilməyimiz, içimizə virusun yayılmasına imkan verməməyimiz, daha qüdrətli olmaq üçün daha çox çalışmağımız, daha çox təbliğat aparmağımız, daha milli, daha passionar olmağımızdır.

Sizin “mehriban qonşuluq” siyasətiniz bizimçün tələ olar və siz buna imkan verməyin, hətta bu siyasəti seçsəniz, bunun qeyri-səmimi, yalan, etdiklərinizi unutdurmağa yönələn riyakarlıq, torpaqlarımızı yenidən işğal etmək üçün uzunmüddətli hiylə olacağını artıq indidən bilirik.

 

Ona görə riyakarlığınızın heç bir mənası yoxdur: siz elə bu cür işğal təfəkkürünü davam etdirin – bacardıqca daha kinlə, daha böyük nifrətlə. Bu kin və nifrətin isə sizin ümumilikdə Qafqaza gəldiyiniz yerlərə aparıb çıxaracaq səviyyəyə çatmasında sizə mütləq şəkildə yardım edəcəyik.

Buna bizim ömrümüz çatmasa da, övladlarımızın ömrü çatacaq və tarixi ədalət tam bərpa olunacaq.

Təki siz təfriqə, ikiüzlü, yalan, qonşuları məhvetmə, illuziya, “böyük ermənistan” düşüncəsindən, saxta tarixdən, qondarma qədimliyinizdən yayınmayasınız; təki bütün bunları davam etdirəsiniz – ki davam etdirəcəyinizə də heç bir şübhəm yoxdur.

Bu düşüncənizin nəticəsini mütləq görəcəksiniz və onda bugününüzə şükür edəcəksiniz!

  • Upvote 1
Link to post
Share on other sites

Qarabağda həyat canlanacaq – Hulusi Kılıç

   

hulusi-kilic.jpg

Bu il Azərbaycan üçün çox fərqli bir il olacaq. Azərbaycan yola saldığımız 2020-ci ildə işğal altındakı torpaqlarını azad edərək böyük zəfər qazanıb.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azərtac-a müsahibəsində söyləyib.

Səfir əminliklə bildirib ki, işğaldan azad olunmuş Azərbaycan torpaqları sürətlə yenidən qurulacaq və orada qısa müddətdə həyat canlanacaq.

  • Upvote 1
Link to post
Share on other sites

Şurnuxda ermənilər 1 evi saxlamaq istədilər, alınmadı

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndinin 12 evin yerləşdiyi ərazisi Azərbaycana təhvil verilib.

lacin_sunik.jpg

Axar.az xəbər verir ki, bunu Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan "Sputnik Ermənistan"a açıqlamasında deyib.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində ötən gün 11 evin veriləcəyi, bir evin isə saxlanılacağı açıqlansa da, sonda o evin də sahibi köçmək qərarı verib. Ev sahibi deyib ki, evi Azərbaycan Ordusunun postunun düz yanındadır və orada yaşaya bilməz. Beləliklə, ermənilər dünənki inadlarından geri çəkiliblər.

 

Kənd nümayəndəsi Akop Arşakyan agentliyə bildirib ki, kəndlilər son əşyalarını toplayıb gedirlər və kəndin Azərbaycana aid hissəsinin girişində nəzarət nöqtəsi qurulub.

"Bu gün kəndlilərlə bir görüş keçirdik, orada erməni sərhədçiləri, bir neçə rus sülhməramlısı da var idi. Kəndlilərə açıq şəkildə qaytarılan əraziyə keçməməyi, hətta heyvanlarının da orada gəzməməsini təmin etməyi tapşırdılar", — Arşakyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Sünik vilayətinin Şurnux kəndində 12 binanın Azərbaycanın ərazisinə düşdüyü təsdiqlənmişdi. Yanvarın 2-də Azərbaycan Ordusu ərazidə post quraraq, ermənilərə həmin evləri boşaltmaları üçün yanvarın 5-nə kimi vaxt vermişdi.

  • Upvote 1
Link to post
Share on other sites

Zakir Həsənov azad edilmiş ərazilərə getdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər davam edir.zakir-hesenov.jpg

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrində olub və burada yaradılan şəraitlə maraqlanıb.

Müdafiə naziri bölmələrdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra şəxsi heyətin döyüş hazırlığı və qoşun xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Link to post
Share on other sites

Qubadlı rayonunun Muradxanlı kəndindən videogörüntülər

Qeyd edək ki, 1992-ci il noyabrın 1-də Muradxanlı kəndinə ermənilərin silahlı basqını nəticəsində 5 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələrini sarsıdıcı məğlubiyyətə uğradan rəşadətli Azərbaycan Ordusu noyabrın 2-də kəndi işğalçılardan azad edib.

Link to post
Share on other sites

Ermənistanla sərhədin bir addımlığında

 

"Report" müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır
Report AZ rəsmi kanalımızın videosunu izlədiniz.Kanalımıza abunə olmağı unutmayın.

  • Milli 1
Link to post
Share on other sites

Udinlər növbəti dəfə Kəlbəcərdəki Xudavəng monastırında olublar

 

 

  • Milli 1
Link to post
Share on other sites

Kəlbəcər rayonunun Daşbulaq kəndindən videogörüntülər

 

Link to post
Share on other sites

Kəlbəcər rayonunun Keşdək kəndindən videogörüntülər

 

Keşdək

Keşdək və ya Keştək — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Keşdək kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

A-Kalbacar.PNG
Keşdək Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XVIII əsrin sonlarında keçmiş Dərələyəz mahalından gəlmiş Türk ailələri salmışlar. Yerli əhali kəndin adını "kecid, kecid olan yer" kimi izah edir. Tədqiqatçılar isə oykonimi "elat düşərgəsi", "koc", "sıldırım eniŞ", "Hündürlüyüdur yer", "cox da böyük olmayan dik" mənaları ilə bağlayırlar


Yaylaqlar
Daşınbaşı yurd, Bağırxan yaylağı, Dəlihəsən yurdu, Dərəyurdu, Məsimqalası yurdu, Keçibeli yurdu, Əyriyurd, Şişqaya yurdu, Əlidaşları yurdu.

Bulaqlar
Kərbəlayı Hüseyn bulağı, Ağ bulaq, Yanıq bulaq, Sifanqayıran bulaq, Bol bulaq, Daş bulaq, Zəhravurulan bulaq, Tamaşalı bulağı, Qaraqaya bulağı, Novçalı bulaq, Məşədi Xələfdə Baş bulaq.

Link to post
Share on other sites

Şübhəsiz ki, Qarabağı Azərbaycanın özü inkişaf etdirməlidir. Rusiya hazırda yalnız sülhməramlı missiya çərçivəsində müharibənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

 

 

 

Link to post
Share on other sites

Rusiyaya dedik ki, Bakıdan icazə alınmalıdır - Çavuşoğlu

Rusiyaya dedik ki, siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermək sizin məsuliyyətinizdə deyil.mevlut-cavusoglu-670.jpg

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

"Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizinə icazə vermə roludur. Bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən dolayı Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır", - Çavuşoğlu qeyd edib.

Link to post
Share on other sites

Xankəndi ilə bağlı daha bir fakt üzə çıxdı

Xankəndi ilə bağlı ermənilərin inkar edə bilməyəcəyi daha bir fakt üzə çıxıb.xankendi1.jpg

Axar.az xəbər verir ki, bu barədə "Cispress" məlumat yayıb.

1919-cu ilə aid olan poçt zərfinin üzərinə yapışdırılmış markada "Marka Xankəndi" yazılıb.

Bildirək ki, Xankəndi adı 1923-cü ildə SSRİ tərəfindən dəyişdirilərək, "Stepanakert" adlandırılıb.

SSRİ-i dağıldıqdan sonra, 1991-ci ildə Azərbaycan müstəqillik qazanan zaman şəhərin tarixi adı bərpa edilib.

1456295158_unnamed(2).thumb.jpg.3dc5e9e704919251f987eed8be3c6313.jpg

Link to post
Share on other sites

Ermənistanla sərhəddə ilk: Bu dəfə Ordumuz...

08:30turk-azer-ordumuz.jpg

Türkiyə və Azərbaycan hərbçilərinin “Qış təlimi-2021” hərbi təlimlərinin əvvəlkilərdən fərqi odur ki, bu dəfə müharibədən qalib çıxmış Ordumuz qardaş ölkənin hərbçiləri ilə öz təcrübəsini bölüşəcək.

Bu sözləri Axar.az-a ehtiyatda olan polkovnik Şair Ramaldanov Əlahiddə Ümumqoşun Ordunun Türkiyənin Qars şəhərində keçiriləcək Qış təlimi-2021-də iştirak etməsi haqqında danışarkən deyib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq uğurla davam edir:

“İki ölkə arasında qarşılıqlı təcrübə və yardımlaşma mövcuddur. Türkiyə ilə Azərbaycan arasında keçiriləcək hərbi təlimlər əvvəlcədən planlaşdırılıb. Yəni təlim əvvəlcədən təyin edilən plan üzrə aparılır. Azərbaycan hərbçiləri 44 günlük müharibədən yeni çıxıb. Müharibə görmüş və qələbə qazanmış bir ordunun bölüşəcəyi çox şey var. Onu da deyim ki, 44 günlük müharibədən sonra bir çox ölkələr bu müharibəni və nəticələrini təhlil etməkdədir. Qardaş Türkiyə də bu ölkələr arasındadır. Bu mənada Qış təlimi-2021 iki ölkənin hərbçiləri üçün məhsuldar olacaq”.

 

Polkovnik qeyd edib ki, təlimlərin Ermənistan sərhədinə yaxın Qarsda keçirilməsi xüsusi bir məna kəsb etmir:

“Müharibədən sonra bu kimi hallar diqqətlə izlənilir və şişirdilən şərhlər verilir. Bunların çoxu reallığı əks etdirmir. Qış təlimi-2021 təlimlərinin Türkiyə-Ermənistan sərhədinə yaxın Qars şəhərində keçirilməsi nə təsadüfdür, nə də xüsusi bir mənası var. Yəni qeyd etdiyim kimi, təlimlərin planı, məkanı öncədən təyin edilir. Təlimlərin Qars şəhərində keçirilməsi məhz 44 günlük müharibədən öncə müəyyən edilib”.

 

Link to post
Share on other sites
W1siZiIsIjIwMjEvMDEvMjAvMTYvNDYvMzcvMmEw

Xüsusi təyinatlı Səxavət Salmanov: Əlilliyə baxmayaraq, yenə də cəbhəyə yollandı

İkinci Qarabağ müharibəsi bütün dünyaya Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək və torpaqlarını azad etmək istəyində nə qədər bir və həmrəy olduğunu nümayiş etdirdi. Hamı çoxdan gözlənilən qələbəyə öz töhfəsini verməyə çalışıb; bəziləri ön cəbhədə, bəziləri informasiya cəbhəsində, bəziləri də arxa cəbhədə.

Media.Az şanlı qələbəmizə töhfə verənlərdən biri - “Aprel döyüşləri”ndə yaralandığı üçün Vətən müharibəsində arxa cəbhədə xidmət edən 30 yaşlı xüsusi təyinatlımız Səxavət Salmanovdan yazıb.

Xüsusi təyinatlı kəşfiyyatçımız 2012-2015-ci illərdə düşmənə qarşı bir sıra əməliyyatlarda iştirak edib. 2016-cı ildə baş vermiş “Aprel döyüşləri”ndə isə ağır yaralanıb. Səxavət Salmanov “Qüsursuz xidmətə görə”, III dərəcəli “Hərbi xidmətdə fərqlənmə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan ordusunun 100 illiyi” medalları ilə təltif olunub.

 

“Aprel döyüşləri” zamanı ağır qəlpə yarası alan hərbçimiz irəli getməyə davam edib. Qəhrəman xüsusi təyinatlımız huşunu itirib və xəstəxanaya çatdırılıb.

Səxavət Salmanovun ağciyərindən böyük bir qəlpə çıxarılsa da, beş qəlpə hələ də bədənində qalmaqdadır. Bundan əlavə kəllə-beyin travması alan xüsusi təyinatlımızın başına 17 tikiş vurulub. 

Bundan sonra II qrup əlillik dərəcəsi verilən xüsusi təyinatlımızın içindəki vətən sevgisinə hətta bu məhdudiyyətlər də mane ola bilməyib.

 

Vətən müharibəsi başladıqdan sonra təkidlə cəbhəyə yollanmaq istəyən Səxavət Salmanovun sağlamlıq vəziyyəti nəzərə alınaraq bu istəyi təmin edilməyib. Lakin o dəfələrlə müraciət edib və nəhayət arxa cəbhədə olsa da, müzəffər Azərbaycan ordusunun uğurlarına öz töhfəsini verib.

W1siZiIsIjIwMjEvMDEvMjAvMTYvNTEvMDcvNDJh
 
W1siZiIsIjIwMjEvMDEvMjAvMTYvNTEvMDcvZmM5
 
W1siZiIsIjIwMjEvMDEvMjAvMTYvNTEvMDcvY2U3
 
W1siZiIsIjIwMjEvMDEvMjAvMTYvNTEvMDYvMTll
 
W1siZiIsIjIwMjEvMDEvMjAvMTYvNTEvMDYvNjhj
 
W1siZiIsIjIwMjEvMDEvMjAvMTYvNTEvMDYvZjJk
 
W1siZiIsIjIwMjEvMDEvMjAvMTYvNTEvMDYvNWY0
 
W1siZiIsIjIwMjEvMDEvMjAvMTYvNTAvNDgvZWU0
 
Link to post
Share on other sites

Kəlbəcər rayonunun Kəndyeri kəndindən videogörüntülər

 

 

A-Kalbacar.PNG

 

Kəndyeri (Kəlbəcər)

Kəndyeri — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.


Kəndyeri kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxaslı kəndindən köçmüş ailələr qədim kəndin xarabalıqlarının qalıqları olan və Kəndyeri adlanan ərazidə salmışlar. Həmin ərazinin adı da yeni kəndə verilmişdir.

Link to post
Share on other sites

Erməni zabitlərinin tamah saldığı Şelli kəndi- Nar bağları, istixanalar, əkin sahələri

Şelliyə getməmişdən əvvəl kəndin məşhur nar bağları haqda çox eşitmişdik. Yolboyu Şelliyə çatana qədər gözümüzün qarşısında xarabalığa çevrilmiş kənd canlanır. Düşünürük ki, ermənilər bu kəndi də viran qoyub. Evləri dağıdıb, ağacları məhv edib, daş üstündə daş qoymayıb.

Amma düşündüklərimizin tam əksi bir mənzərə ilə qarşılaşırıq. Bu kənddə sağlam evlər, bağlar görürük. Düzünü desək çox da təəccüblənirik. 

 

Əvvəlcə haqqında çox danışılan nar bağlarına üz tuturuq. Kənddə demək olar ki, bütün evlərin həyətində nar ağacları var. Şellinin müxtəlif yerlərində salınan ucsuz-bucaqsız nar bağları da göz oxşayır.

Ağacların üstündə bar var. Amma narların çoxunu şaxta vurub. Axtarıb sağlamlarını tapa, məşhur Şelli narının dadına baxa bilirik.

Ermənilər Şelli narının qədrini bilib və yaxşıca qazanc əldə ediblər. Əsasən də Ermənistanda şərabçılıqda Şelli narı bazarlarda yaxşı tanınıb.

Şellinin bol məhsullu nar bağları ermənilərin bu kəndə marağını xüsusi edib. Xeyli sayda erməni ailəsi burada məskunlaşıb, təsərrüfatla məşğul olub. Öyrənirik ki, burada əsasən erməni zabitlər təsərrüfata maraqlı olub. 

 

Bu kənddə yeni salınan bir neçə yeni nar bağlarını da görürük. Nar bağlarından əlavə heyvandarlıq da burada geniş yayılıb. Kənd ərazisində bir neçə böyük istixana, hektarlarla tütün və qarğıdalı sahələri də diqqətimizi çəkir.

Kənddə məskunlaşan ermənilər yeni binalar və evlər də inşa ediblər. Ağdam təhvil veriləndə isə mümkün olan qədər evlərdən və təsərrüfatlardan apara bildiklərini aparıblar. Qapı, pəncərə, daş örtükləri, elektrik dirəkləri, istixanalardakı avadanlıqlar və s. Bəzi evlər isə od vurularaq yandırılıb.

Şelli Ağdamın ən qısa zamanda canlanacaq, abadlaşacaq və sahiblərinə qovuşacaq kəndlərindən biri  olacaq.

  • Milli 2
Link to post
Share on other sites

Qərbi azərbaycanlılar Prezidentə müraciət etdi: Qayıdırıq!

Vətən müharibəsindəki qələbədən sonra Ali Baş Komandanın elan etdiyi Böyük Qayıdış planına maraq artmaqdadır. Artıq bir çox vətəndaşlarımız işğaldan azad edilən kəndlərə köçmək istədiklərini bildirirlər. 1988-ci ildə Qərbi Azərbaycanın (Ermənistan) Pənbək mahalının Qursalı kəndindən çıxarılan soydaşlarımız da bununla bağlı Azərbaycan Respublikası prezidentinə müraciət ediblər.

Məsələ ilə bağlı Axar.az-a danışan Qursalı kənd sakini və müraciətin təşəbbüskarlarından Ələddin Yusifov deyib ki, onlar Xocavənd rayonuna köçmək istəyirlər:

prezident-cebrayil-10.jpg

“Xocavəndin işğaldan azad edilən əksər əraziləri Qursalı kəndinə çox bənzəyir. Biz kənd camaatı olaraq əzəldən maldarlıqla məşğul olmuşuq. Bu mənada Xocavəndin işğaldan azad edilən kəndlərindən birinə köçərək, oranı Yeni Qursalı adlandırıb həm ölkə başçımızın Böyük Qayıdış planına dəstək vermək, həm də yenidən kənd əhalisini bir araya yığmaq istəyirik”.

 

Ələddin bəyin dediyinə görə, Qursalı kəndinin 425 sakini bununla bağlı Prezidentə müraciət ünvanlayıb:

“Bu gün bizim kimi bir çox Qərbi azərbaycanlı həm Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən kəndlərə, həm də ermənilərin daha sıx yaşadığı kəndlərə yaxın ərazilərə köçmək istəyirlər. 1988-ci ilə qədər biz ermənilərlə iç-içə yaşamışıq, onları yaxşı tanıyır, dillərini bilirik. Bu mənada dövlətimizə bu istiqamətdə faydalı ola biləcəyimizi düşünürəm. Ümid edirik ki, cənab Prezident bizim bu müraciətimizi nəzərə alacaq”.

Link to post
Share on other sites

Əhd etmişdim: torpaqlarımız azad olsun,  ayaq yalın kendimizə gedəcəm, bu da təsaduf etdi qarlı havaya

 

 

Link to post
Share on other sites

Azerbaycan Karabağ’ı İşgalden Adım Adım İşte Böyle Kurtardı! EVE DÖNÜŞ HABER GLOBAL’de!

 

Link to post
Share on other sites

"Kimsiniz axı siz? OTURUN YERİNİZDƏ, AXIRINIZ PİS OLACAQ"-İlham Əliyev bu qurumları SƏRT TƏNQİD ETDİ

 

Link to post
Share on other sites

XTQ-nin Füzuliyə hücum planı – Polkovnik detalları açıqladı

Düşmən bizim bu istiqamətdən gələcəyimizi gözləmirdi. Hərbçi dilində desəm, “gərək dəli olasan ki, bu istiqamətdən rəqibə hücum edəsən”. Lakin yaxşı komandir o komandirdir ki, düzgün anda risk edə bilsin. Mən də elə etdim.muharibe-foto3.jpg

Axar.az xəbər verir ki, bu sözləri Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun polkovniki Tehran Mənsimov deyib.

“Xocavənd rayonu istiqamətində tabeliyimdəki qrupları böldüm. Çünki Füzulinin yaşayış məntəqələrini ələ keçirmək üçün tapşırıq gəlmişdi. Düşmənin 2 km uzanan bir silsiləsi var idi. Həmin silsilə elə bir yerdə idi ki, həm sağ, həm də sol tərəfdəki hakim yüksəkliklər düşmənin nəzarətində idi.

Sağ tərəf çətin məntəqə idi, sol tərəf Divanalar yaşayış məntəqəsi idi. Bu izah etdiyim məntəqələri digər qonşu bölmələr almalı idi. Bütün bölmələr bir-biri ilə qarşılıqlı əlaqədə idi. Yəni tapşırıq birlikdə, qarşılıqlı koordinasiya ilə icra edilməli idi.

 

Döyüş öncəsi 5 qrup düzdüm. Hər qrupa Naxçıvan XTQ-dən bir komandan təyin etdim. Bir saat ərzində ərazidə kəşfiyyat apara bildim. Qrup komandirlərini 720.9 hakim yüksəkliyinə keçirdim. Hər bir qrup komandirinə tapşırıq verdim. Onu da dedim ki̇, döyüşlərdə sizinlə birlikdə mən də olacağam. Bu söz onlar üçün qarşıdan gələn döyüşü bambaşqa bir hala saldı. 90 nəfərlik qüvvə ilə səhər ala qaranlıqda hərəkətə keçdik.

Hərəkət etdiyimiz ərazi sıx meşəlik, dağlıq və düz ərazi idi. Ermənilər düz ərazidə hərəkəti yavaşlatmaq üçün yeri şumlamışdı.

 

Düşmən sağdan hücum gözləyərkən ordu komandanı iki dron göndərmişdi. Həm gecəni görmək üçün, həm də gündüzü. Dronlar vasitəsi ilə gedəcəyimiz istiqmətdə 58 erməni saymışdım. Hamısı da tam təsisatlı idi. Bu kadrların hamısını komandama da göstərdim ki, hədəf mütləq məhv edilməlidir, çünki başqa yolu yox idi. Mən birmənalı olaraq tabeliyimdəkilərə bildirdim ki, biz Naxçıvan Muxtar Respublikasından gələn XTQ-lər məruzə edə bilmərəm ki̇, tapşırıq alınmadı. Şükür ki, bunu demək mənə nəsib olmadı və tapşırığı uğurla yerinə yetirdik”, - polkovnik qeyd edib.

Link to post
Share on other sites

Ekspert: Bakı antiterror əməliyyatı keçirəcək? 
 

Nə qədər ki, Qarabağda erməni silahlı qrupları fəaliyyət göstərir, bu regionda təhlükəsizlik haqqında danışmağın mənası yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə deyib.

 

Onun sözlərinə görə, hər şeydən öncə bu terrorçular Qarabağda öz “mövqelərini” gücləndirməyin zəruriliyi barədə açıqlamalar verirlər:

“Aydındır ki, erməni cinayətkar birləşmələrin bu cür bəyanatları regiona konstruktivlik, sülh və əmin-amanlıq gətirməyəcək. Bu səbəbdən, bu hərbi qrupların ləğvi ilə bağlı bir razılığın əldə olunması lazımdır. Əgər ermənilərin öz aralarında daxili razılıq əldə olunmasa, onları 10 noyabr tarixində imzalanmış atəşkəs haqqında üçtərəfli bəyannaməyə əsaslanaraq güc yolu ilə məcbur etmək lazımdır. Ona görə də bu silahlı qruplaşmalar bölgədəki təhlükəsizliyə yeni təhdidlər yaradarsa, Qarabağda daha bir antiterror əməliyyatına ehtiyac duyulacağı istisna edilmir”.

 

 

Link to post
Share on other sites

Prezident Rəhman Hacıyevi sədr təyin etdi
ilham-serencam1.jpg
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rəhman Hacıyevin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

“Rəhman Tofiq oğlu Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilsin”.

_____________________________________33_.jpg

Link to post
Share on other sites

Paşinyan tapşırdı: Bu kənd Azərbaycana qaytarılır tiqranashen-kerki.jpg

Axar.az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın "Joxovurd" qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, Ermənistan baş naziri Nikol Paşinyanla qubernator Razmik Tevonyan və Ararat alayının komandiri arasında üçtərəfli görüş olub. Görüş zamanı Kərki kəndinin taleyi müzakirə olunub.

 

Məlumatda bildirilir ki, noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanatdan sonra ehtimal edilir ki, Azərbaycanın eksklavı olan ərazilərin, o cümlədən Kərki kəndinin qaytarılması gündəmə gəlib, Paşinyan isə sözügedən ərazinin boşadılması və təhvil verilməsini tapşırıb.

Qeyd edək ki, Kərki kəndi Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxil olan və Ermənistanda yerləşən eksklavıdır.

Link to post
Share on other sites
Radiolar Qarabağ və ətraf ərazilərdə yayımlanacaq<b style="color:red"></b>
 
 

 

 

 

 

 

Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.

 

MTRŞ-dan 525.az-a bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub.

İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” radiosu, “100.5 FM - Fərqli radio”, “Avto FM” radiosu, “Araz” radiosu, “Space” radiosu, “Radio Antenn”, “Media FM” radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.

İclasda həmçinin, Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.

Link to post
Share on other sites

Bu baş versə, bizimkilər onları elə mələdəcək ki... - General

Axar.az ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun Musavat.com-a müsahibəsini təqdim edir:

yashar_aydemirov21.jpg

- Cənab general, sizcə, niyə Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi zamanı bərabər sayı müşahidə etmirik, ermənilər daha çox əsir alır, daha az sayda azərbaycanlı əsiri qaytarır?

- Axı bizim onlarda o qədər də əsirlərimiz yoxdur. Bir də ki, qaytarılan erməni əsirləri dəqiq yoxlayırlar, görüm onların hansı cinayətləri olub, nə vəhşiliklər, soyğunçuluqlar törədiblər. Ona görə də araşdırmalar üçün müəyyən vaxt lazım olur. Yoxladıqdan sonra təhvil verilir.

- Amma Birinci Qarabağ müharibəsi zamanı 4 mindən çox əsir və girovumuz düşmən əlində qalıb. Rəsmi Bakı son zamanlar bu məsələni beynəlxalq səviyyədə yenidən gündəmə gətirib. Bəlkə 44 günlük müharibə zamanı götürülən əsirlərin qaytarılmasının qarşılığında həmin azərbaycanlılarla bağlı tələb ortaya qoyulsun?

- Doğrudur. Onları tələb etmək lazımdır. Təbii ki, onların çoxunu öldürüblər. Amma əsirlikdə saxlanılanlar, qul kimi işlədilənlər də var, mən buna şübhə etmirəm. Elə Füzulinin azad olunması zamanı bizimkilər bir nəfəri xilas etmişdi. Ermənilər həyasız insanlardır, faktları ört-basdır edirlər, özlərininkini tələb edirlər, bizimkiləri isə qaytarmaq istəmirlər.

- Deməli, siz 90-cı illərdə götürülmüş əsir və girovların arasında sağ qalanların olduğunu güman edirsiniz, eləmi?

- Yüz faiz ehtimal edirəm ki, onların arasında sağ qalanlar var.

- Məsələ bu şəkildə qoyula bilməzmi ki, məsələn, İrəvan bir əsir qaytarırsa, biz də bir əsiri qaytaraq?

- Sözsüz ki, burada siyasi məqamlar da var. Biz erməni kimi deyilik ki! Bizim insanpərvərliyimiz var. Həm də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir, yəqin onlarla da məsləhətləşmələr gedir. Ermənistanda da hərbi əsirlər mövzusu ilə bağlı mitinqlər, etirazlar davam edir. Ola bilər hansısa güzəştə getmək haqqında düşünürlər. Mən məsələnin siyasi tərəflərini bilmirəm.

- Sizdə məlumat varmı ki, son savaşda ermənilər bizimkilərdən neçə nəfəri əsir götürüblər?

- Yox, o məxfidir. Azərbaycan Müdafiə Nazirliyi açıqlamışdı ki, itkin düşən və şəxsiyyəti məlum olmayan bu qədər hərbçi var. Şəhid olanların bir hissəsinin şəxsiyyəti artıq müəyyən edilib.

Link to post
Share on other sites

- Adətən azərbaycanlı əsir və girovlar ağır vəziyyətdə, hətta damarlarına zərərli mayelər vurulmuş halda geri qaytarılır, ancaq Azərbaycandan Ermənistana təhvil verilənlər sağlam, gümrah şəkildə evinə dönür... Belə hallar birinci Qarabağ müharibəsi dövründə kifayət qədər olmuşdu. İndi də düşmənin əsir və girovlara münasibəti dəyişməyib, elə deyilmi?

- Haqlısınız. Onlarda insani münasibət nə vaxt olub? İşləri düşəndə isə onlar baş da əyirlər, hər şeyindən keçirlər, namusundan da, qeyrətindən də. Ancaq elə ki, bizimkilərdən kimsə tək, köməksiz vəziyyətdə əllərinə keçir, qeyri-insani münasibət göstərirlər. Əsir və girovların damarına dizel yanacağı yeridilməsini heç alman faşistləri də etmirdi.

- Azərbaycan dövləti bütün təzyiqlərə baxmayaraq, saxlanılan 62 erməni hərbçinin terrorçu olduğunu bəyan edib və onların istintaqı davam etdirilir. Onları “Hamının-hamıya” prinsipi ilə dəyişməyə çağıran erməni tərəfinə nə sözünüz var?

- Onlara sözüm budur ki, yavaş olun! Birincisi, o 62 nəfər diversiya qrupu idi, zəfər qazanılandan, döyüşlər dayanandan sonra Azərbaycan ərazisinə keçmişdilər. Sual olunur, onlar hansı yolla Qarabağa keçmişdilər? Niyə sülhməramlılar onları görmədi? Onları kim, hansı tapşırıqla göndərmişdi? Xüsusi təyinatlılar elə-beləmi gəlmişdilər? Hansı tapşırıqla gəlmişdilər, nəyə nail olmaq istəyirdilər? Bunlar cinayətkardır, hərbi əsir deyil, diversiya qrupudur və layiqli cəzalarını almalıdırlar.

- Son olaraq qaytarılan hərbi əsirlər həmin 62 nəfərlik siyahıya aid ola bilərmi?

- Yox, inanmıram. Ola bilər ki, kimsə çoban kimi həmin dəstə üzvlərinin dalınca gəlib, ya yol göstərib. Kiminsə cinayət məsuliyyəti az ola bilər. Amma mən inanmıram ki, həmin 62 nəfərdən kimsə buraxılsın. Çünki bu barədə ölkə Prezidenti də çıxışlarında bir neçə dəfə deyib. Onlar terrorçudur. Müstəqil dövlətin ərazisinə qanunsuz daxil olublar, terror aktları törədiblər.

- Cənab general, Ermənistan bundan sonra Qarabağa əsgər göndərməyəcəyini də bəyan edib...

- Kül onların başına. Onlar əvvəldən bunu etməməliydilər. İndi Qarabağdakıları, oradakı qalıqları da çıxarıb aparsınlar. Ermənilər bilirlər ki, onların hərbçilərinin burada qalması ilə ölmək ehtimalı birə yüzdür. Unutmasınlar ki, ikinci zərbə birinci zərbədən dəhşətli olacaq. Əgər onlar yenidən hər hansı təxribat fikrinə düşərlərsə... Onlarda şübhə də yoxdur ki, bizimkilər ikinci zərbəni endirə bilərlər. Addım-addım bütün meşələr, dağlar, dərələr hamısı təmizlənəcək.

- Ermənilər neçə aydır döyüş meydanında meyitlərini axtarırlar. Düzdür, Azərbaycan və Rusiya hərbçiləri də axtarış qruplarını müşayiət edir. Ancaq mümkündürmü ki, ermənilər meyit axtarmaq adı altında getdikləri əraziləri minalasınlar, bizə qarşı yeni qəsdlər təşkil etsinlər?

- Əgər bizimkilər icazə verirsə, onların hər addımı, hər bir fəaliyyəti nəzarət altındadır. Əgər onlar Xankəndindən hansısa istiqamətə gedirlərsə və deyirlərsə ki, meyitləri axtarırıq, deməli, bizimkilər də onların yanında olur, monitorinq qrupunun hər iki dövlətinin nümayəndələri də. Onlar heç bir artıq hərəkət edə bilməz, meşəyə girəndə də, meyitləri çıxarıb aparanda da yoxlanılır ki, meyit onlarındırmı, ya yox.

- Ermənilərin basdırdıqları minalar səbəbindən hərbi və qeyri-hərbi itkilərimiz də artır. Bu fəlakəti necə durdurmaq, minimuma endirmək olar?

- Müharibənin qurtardığı ilk gündən mən demişəm ki, ən təhlükəli, görünməz düşmən minalardır. Mina nə polkovniki, nə sıravini, nə bizimkini, nə düşməni tanımır. Kim tapdayırsa, partlayır. Bizdə də maraq var, gedim, baxım, görüm kəndimizdə nə var. Amma mina doludur. Ağdam, Füzuli istiqamətində, Kəlbəcərin dağlarında minalar dolu deyilmi? Füzuli, Cəbrayılın girəcəyi ön xəttən çox arxada idi, amma möhkəmləndirilmiş rayonlarda nə qədər minalar var idi. Yaxud Kəlbəcərdən, Laçından çıxan hansı erməni əsgər və zabiti özündəki, ya anbardakı minaları özləri ilə Ermənistana aparıb? Onların hamısını gözlənilməz yerlərdə basdırıblar. Son santimetrinədək oralar yoxlanılmasa, heç kimi sərbəst şəkildə ərazilərə buraxmaq olmaz. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən qəti şəkildə bildirilib.

- Necə bilirsiniz, minaların xəritəsi onlarda varmı və onları tələb edib, ala bilərikmi? Ümumiyyətlə, onlarda xəritə varmı, sizcə?

- Ən “bardak”, zəif ordunun durduğu müdafiə xəttində minalanmış sahələrin xəritələri olur. O məxfidir, hərbi hissələrdə saxlanılır. Mən yüz faiz bilirəm ki, onlar o xəritələri verməyiblər. Düzdür, orada özbaşınalıq da kifayət qədərdir, kim harada istəyib, orada mina basdırıb. Yaxud harada ağac kəsiblərsə, orada mina basdırıblar ki, bizimkilər gedib orada bərpa işi aparanda, ya nə isə tikəndə minaya düşsün. Amma biz onlardan minalanmış ərazilərin xəritələrinin hamısını tələb etməliyik. Onların nümayəndələri gəlməlidir, monitorinq qrupunun müşayiətilə deyilməlidir ki, xəritələr budur, yaxud minaları bir-bir göstərməlidirlər. Ancaq onlar həyasız şeylərdir. Onlar bu addımı atan alçaqdırlarmı?

- Politoloq Tevan Poqosyan həyasız bəyanat yayaraq iddia edib ki, Azərbaycanı güzəştlərə vadar etmək üçün 400-500 əsgəri əsir götürməliyik. Erməni tərəf belə bir təxribata cəsarət edə bilərmi?

- Heç ağlınıza da gətirməyin. Qələt edərlər belə addım atarlar. Heç bir dənə də bizdən əsir götürə bilməzlər. Əgər onlar bir hərbçimizi əsir götürməyə cəhd göstərərsə, bizimkilər onları elə mələdəcək ki, indiyə qədər baş verənlər toya getməli olacaq.

Link to post
Share on other sites

Düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkarlandı

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.silah-sursat-1.jpg

DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Rəzdərə kəndi ərazisində xidmətdə olarkən oradan düşmənə məxsus 1 ədəd PKM pulemyotu, 1 ədəd RPQ-7 qumbaraatanı və 9 ədəd mərmi, 2 ədəd 120 mm-lik və 8 ədəd 82 mm-lik minaatan mərmiləri, 800 ədəd güllə və 400 kiloqram partlayıcı maddə aşkar edərək götürüblər.

 

Bundan əlavə polis əməkdaşları rayon ərazisindən 2 ədəd PKM pulemyotu, 4 ədəd avtomat, həmçinin bu silahlara məxsus 2400 ədəd müxtəlif çaplı güllə, 1 ədəd RPQ-7 qumbaraatanı, 2 ədəd mərmi, və 4 ədəd F-1 əl qumbarası aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları da rayonun işğaldan azad edilmiş Güllücə kəndi ərazisində xidmətdə olarkən orada içərisində Ermənistan ordusuna məxsus 447 ədəd avtomat patronu və rabitə vasitələri aşkar edərək götürüblər.

silah-sursat-3.jpg

Link to post
Share on other sites

Xocalı aeroportu niyə də açılmasın?.. - Zülfüqarov

Xocalı aeroportunun yenidən açılması mümkündür, lakin o şərtlə ki, nəzarət Azəbaycanda olsun. Çünki Xocalı Azərbaycan ərazisidir və istər sülhməramlılar olsun, istərsə də başqası, rəsmi Bakının razılığı olmadan oradan heç bir uçuş gerçəkləşdirilə bilməz.tofiq_zulfuqarov212.jpg

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya sülhməramlılarının Xocalı aeroportunu açmaq istəməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Xocalı aeroportunun açılması düşünülənin əksinə elə də problemli bir şey deyil:

“Problem yarada biləcək tək məsələ aeroporta nəzarətin kim tərəfindən ediləcəyidir. Yəni bu gün istənilən yol, aeroport, dəmir yolu və s. nəqliyat vasitələri istismara verilə bilər. Bir halda ki, bunlara rəsmi Bakı nəzarət edəcək, niyə narahat olaq? İndiki halda Rusiya sülhməramlıları Xocalı aeroportunun yenidən açılmasını istəyirlərsə, burada pis bir şey yoxdur. Bu tələbi edən tərəf yəqin anlayır ki, nəzarət və idarə də rəsmi Bakının tabeliyində olmalıdır.

 

Bu gün regionda yeni modern Füzuli aeroportu tikilir. Bununla paralel Xocalı aeroportunun da istifadəyə verilməsi ölkəmizə fayda verə bilər. Onsuz da gec-tez ölkədə kiçik təyyarə istehsalı və istifadəsi olmalıdır.

Bir daha qeyd edirəm Xocalı aeroportunun nəzarəti Azərbaycanda olduğu müddətdə onun yenidən istifadəyə verilməsi problemli bir şey deyil”.

Link to post
Share on other sites

Nazirlik bu kilsənin görüntülərini yayımladıaleksandr_nevski-kilse.jpg

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində təqdim edir: "Aleksandr Nevski" pravoslav kilsəsinin videogörüntülərini yayımlayıb.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilmişdir. Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb.

1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilmişdir. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürüldü və kafedral anbar kimi istifadə edildi.

1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.

2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Link to post
Share on other sites

W1siZiIsIjIwMjEvMDIvMTYvMTcvMjUvMDIvNmM0

Gürcüstan və Türkiyə XİN başçıları Bakıya gəlir: Üçtərəfli görüş keçiriləcək

Fevralın 18-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, fevralın 19-da isə Gürcüstanın baş nazirinin müavini - Xarici İşlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Fevralın 19-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, Gürcüstanın baş nazirinin müavini - Xarici İşlər naziri David Zalkaliani və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

17:10

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, o, Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak edəcək.

D.Zalkaliani səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər də keçirəcək.

Qeyd edək ki, bu formatda xarici işlər nazirlərinin son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib. XİN başçıları növbəti görüşün Bakıda keçirilməsinə dair razılıq əldə ediblər.

16:06

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir.

“Report”un məlumatına görə, səfər fevralın 18-19 tarixlərində həyata keçiriləcək.

M.Çavuşoğlunun bir sıra rəsmi şəxslərlə görüşləri olacaq.

Link to post
Share on other sites

Türkiyə-Azərbaycan hərbi təlimlərinin mesajı: “Revanşist düşüncələrə qapılmayın”


Hələ fevralın 1-də Qarsda başlamış “Qış-2021” Türkiyə-Azərbaycan hərbi təlimləri fevralın 12-də başa çatıb. Müxtəlif mənbələrə görə, hərbi təlimlərdə 1268 hərbçi iştirak edirdi, 190 ədəd hərbi texnika, eləcə də müxtəlif növ və çaplı 218 hərbi vasitə (tanklar, artilleriya, helikopterlər və s.) cəlb olunmuşdu.

Vurğulamaq lazımdır ki, hərbi təlimlər hücum xarakterinə malik idi, hücumlar və hava hücumu əməliyyatları təşkil edilib. Türkiyə Müdafiə Nazirliyinin bəyanatına əsasən, hərbi təlim zamanı yeni silahlar da sınaqdan keçirilib.

image.jpeg.83569711101a96a1d86f006ad2f4469f.jpeg

Türkiyə-Azərbaycan hərbi təlimləri bunların elan olunma anından etibarən Ermənistanın ictimai və ekspert dairələrinin diqqət mərkəzində idi. Bu halı nəzərə alaraq bir neçə qeydi etmək arzuolunandır. “Qış-2021” hərbi təlimləri bəzi hərbi xüsusiyyətlərə sahib olsa da misilsiz idi. Bənzər hərbi təlimlərin təşkili son illərdə mütəmadi xarakter almışdı. Son bənzər hərbi təlimlər 2020-ci ilin iyul-avqust ayında Azərbaycan ərazisində baş tutmuşdu.

 

Qeyd edək ki, Türkiyə-Azərbaycan hərbi təlimlərinin ikinci Qarabağ müharibəsindən cəmi 3 ay sonra keçirilməsi diqqətəlatiqdir və bunların keçirilmə yerininin, zamanının seçilməsini çətin ki, təsadüf hesab etmək olar. Güman etmək olar ki, Bakı və Ankara Qarsdakı hərbi təlimləri təşkil etməklə Ermənistana və havadarlarına (10 noyabr bəyanatının müddəalarının həyata keçirilməsi və regional proseslər kontekstində) revanşist düşüncələrə qapılmamağı nümayiş etdirmək məqsədinə malik idi.

Tamamilə təsadüfi deyildi ki, Qars hərbi təlimlərinin başlamasına paralel olaraq Gümrüdəki rus hərbi bazası da qoşunları və texnikanı yerləşmə yerlərindən çıxararaq aktivləşdi.

Ümumiləşdirərək bildirək ki, Türkiyə-Azərbaycan hərbi təlimləri, Vətən müharibəsinin nəticələri, Cənubi Qafqazda Azərbaycanın güclənməsi və Türkiyənin aktivləşməsi ilə bağlı düşmən narahatlıqlarını daha da dərinləşdirib.

image.jpeg.d23e55a24c1edbde372721e7d01b5565.jpeg

Vətən müharibəsində Türkiyənin mənəvi dəstəyi, Azərbaycan Silahlı Qüvvələri tərəfindən rus istehsalı hərbi texnikalarının türk PUA-ları ilə məhv edilməsi və başqa məsələlərdə İrəvan və Moskvanın reaksiyasının nə qədər adekvat olduğu barədə ekspert dairələrində davam edən müzakirələr bütün bunları sübut edir.

Link to post
Share on other sites

Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək
lachin-yeni.jpg

Fevralın 9-da Ermənistanın Baş prokuroru Artur Davtyanın Qarabağın dağlıq hiissəsinə səfər etdiyinə dair məlumat yayılıb. Ermənistanın kütləvi informasiya vasitələri məlumat verib ki, o, Xankəndiyə gələrək separatçıların başçısı Araik Arutyunyanla görüşüb.

Ancaq rəsmi olaraq belə bir görüşün olduğu barədə hər hansı açıqlama verilmədi. Bəzi erməni media orqanları bunu Bakının xəbərdarlığı ilə bağladı...

Qeyd edək ki, hələ yanvarın əvvəlində Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Qarabağa səfərindən sonra Prezident İlham Əliyev bu ölkəyə xəbərdarlıq etmişdi. Dövlət başçısı bu cür səfərlərə son qoyulmasa, Azərbaycanın cavabının sərt olacağını bəyan etmişdi.

 

Azərbaycan Xarici İşlər Nazirliyi də onlarla razılaşdırılmayan bu səfərin 10 noyabr bəyanatına zidd olduğunu bildirib. Qurum vurğulayıb ki, öhdəlikləri rəsmi İrəvanın pozması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.

Axar.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "Turan" agentliyinə açıqlamasında hər şeyin öz vaxtı olduğunu bildirib:

"Yuxuda görmədiyimizi həyatda gördük. 44 gün ərzində Azərbaycan minlərlə kvadratkilometrlik ərazini təmizlədi, Şuşada bayrağını sancdı. Birdən-birə hər şeyi həll etmək mümkündürmü?"

Deputatın fikrincə, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək:

"10 noyabrda imzalanmış bəyanatda Ermənistanla Qarabağın arasında dəhlizin yaradılması əksini tapıb. Həmin dəhliz yəqin ki, bir müddətdən sonra Azərbaycanın nəzarəti altında olacaq. Biz Laçında gömrüyümüzü quracağıq, orada sərhədimiz olacaq və bu, tezliklə baş verəcək. Bu barədə hətta Rusiya mətbuatı yazır. Gürcüstandan, Rusiyadan Azərbaycana insanlar necə gəlirlərsə, onlar da belə gəlib-gedə bilər".

 

A.Abbas qeyd edib ki, bir müddət əvvəl Rusiya sülhməramlıları Ermənistandan Qarabağa gələn Fransadan olan jurnalistləri buraxmayıb: "Çünki Azərbaycan hökuməti bildirib ki, Azərbaycanın icazəsi olmadan heç kəs gələ bilməz".

Deputat əlavə edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını, qanunlarını qəbul edərlərsə, qalıb maneəsiz yaşaya bilərlər: "Bu qədər gözləmişik, indi istəyirik iki ayın içində bütün məsələlər həll olunsun. Biz artıq sərhədi qura-qura gedirik və hətta Ermənistanın yoluna nəzarət edirik. Sadəcə, tələsmək lazım deyil".

Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • Согласно соответствующему решению Коллегии Министерства образования, с 17 мая будет частично восстановлена очная форма обучения в общих и внешкольных образовательных учреждениях, расположенных на территории Абшеронского района и городов Баку, Сумгайыт, Гянджа, Шеки.
      В ведомстве отметили, что с указанной даты дети, занимающиеся в рамках дошкольной подготовки и ученики V-IX классов будут посещать школу два раза, а учащиеся I-IV классов - три раза в неделю.
        В школах Гянджи и Шеки, где возможно соблюдение дистанции в 1,5 метра между учащимися, очное обучение будет осуществляться четыре раза, для учеников I-IX классов - пять раз в неделю.
      В учебных заведениях, где невозможно соблюдать вышеуказанную дистанцию, уроки будут проходить два и три раза в неделю соответственно.
      Согласно решению коллегии, в спецшколах и школах-интернатах в Баку, Сумгайыте, Шеки, Гяндже и Абшероне уроки в очной форме будут проводиться пять раз в неделю.
      https://ru.oxu.az/society/492182
        • Upvote
        • Confused
        • Haha
      • 133 replies
    • В одной беседе недавно,я услышала спор о важности кябина. Я удивилась,что современная,образованная девушка доказывала,что загс не на столько важен как кябин (бумага,которая утверждает,что по религиозным правилам пара муж с женой). Девушку,которая вступила в брак без кябина (но по законам госуд-ва),чуть ли не обвинили,что её муж - ей и не совсем муж )) Это были не близкие мне люди,и времени не было спорить.Но меня этот разговор удивил,т к дискутировали с виду очень современные девушки. У всех ли тут заключен кябин между супругами? И готовы ли вы создать семью без кябина? Важно ли это,вообще сегодня?
        • Facepalm
        • Upvote
        • Haha
        • Like
      • 252 replies
    • На балансе мэрии Баку находится 108 зданий, непригодных для эксплуатации. В настоящее время в них ведется процесс переселения жильцов.
      Об этом сказал заведующий отделом Исполнительной власти столицы Ровшан Агаев, сообщает Trend.
      По его словам, в настоящее время на балансе ИВ города Баку находится 11 тыс. многоквартирных домов:
      «108 из этих зданий совершенно непригодны для проживания. Мы уже получили заключение об их непригодности и переселении людей. В данной связи мы обратились в Кабинет Министров страны. В настоящее время идет процесс переселения жильцов».
      Отметим, что несколько дней назад в поселке Бадамдар на голову 14-летнего подростка упала каменная плита, которая сорвалась со здания. Жизнь ребенка спасти не удалось, сегодня он скончался.
      Media.az
      • 72 replies
    • Джони  - первое место, Юсиф Эйвазов - второе. 
       
      Круто. 
      Победитель проекта «Маска» на российском канале НТВ стал певец Jony (Джахид Гусейнли).
       
      Jony скрывался под маской крокодила – певец заявил, что очень хотел оказаться в этом проекте и проявить себя по новому и рад, что у него это получилось.
       
      В свою очередь председатель жюри шоу Филипп Киркоров заявил, что передает ему эстафету на эстраде и очень рад победе Jony.
       
      Отметим, что второе место в проекте занял народный артист Азербайджана Юсиф Эйвазов.
        • Milli
        • Upvote
        • Like
      • 183 replies
    • Apple iphone 11 pro 4/256 gb, ideal veziyyetdedi, problemsiz telefondur, temirde olmayib, eziyi-ciziqi yoxdur, xanim isledib. Alinan gunden kaburadadi. Qutusu, adapter, usb kabel ustundedir.   1600 manat - 070 906-04-20
      • 2 replies
    • 1.6 мотор
      Дизель
      Механика
      В Баку неделю как.
      Пробег 159.000км
      14.200 азн... Реальному сделаю скидку
      Номер для связи
      0557188808(what's app)
       
      • 1 reply
    • Сдается в поселке Мардакян (в районе Dalga Beach)..дача на 50 сотках..двухэтажный дом 250 м2. На первом этаже находится кухня и большая гостиная   ..2 кондиционера. На втором этаже 3 спальни..большой холл..кухня и 2 санузла...2  кондиционера. Во дворе бассейн..фруктовые деревья..имеется место для отдыха на воздухе на первом этаже дома. 
      Цена 3000 манат в месяц.
      Номер для связи и whatsapp: 055-611-16-79 Лейла ханум.
       
        • Confused
      • 1 reply
    • В Лос-Анджелесе завершилась 93-я церемония вручения премии «Оскар». В этом году она прошла быстро и без особых сюрпризов. Меланхоличный роуд-муви «Земля кочевников» стал главным триумфатором церемонии и получил три статуэтки — за лучший фильм, режиссуру (Хлоя Чжао) и лучшую женскую роль (Фрэнсис МакДорманд).
       
      Китаянка Хлоя Чжао стала лишь второй женщиной в истории, получившей режиссерский «Оскар» (первой была создательница «Повелителя бури» Кэтрин Бигелоу). МакДорманд при этом получила награду не только как актриса, но и как продюсер (у нее уже есть премии Киноакадемии за роли в  «Трех билбордах на границе Эббинга, Миссури» и «Фарго»). Лучшим актером признали Энтони Хопкинса, сыгравшего пожилого мужчину с деменцией в «Отце».
       
       
      «Отец», «Иуда и черный мессия», «Манк», «Душа», «Звук металла», «Ма Рейни: Мать блюза» получили по два «Оскара» каждый. «Суд над чикагской семеркой», «Борат 2» и «Новости со всех концов света» остались без наград. Зрительские хиты «Довод» и «Еще по одной» победили в номинациях «Лучшие визуальные эффекты» и «Лучший иностранный фильм» соответственно.
      Из 36 номинаций Netflix победой обернулись лишь семь: «Манк» (работы оператора и художника-постановщика) , «Ма Рейни: Мать блюза» (грим и прически, костюмы), «Если что-то случится, я люблю вас» (лучшая анимационная короткометражка), «Два далеких незнакомца» (лучшая игровая короткометражка) и «Мой учитель-осьминог» (лучший документальный фильм).
       
      В этом году церемония проходила не только в театре «Долби», но и в здании железнодорожного вокзала Union Station. Для зарубежных гостей организовали локации в их странах. Подробнее об изменениях этого года мы рассказывали тут.
       
      Подробно о церемонии можно узнать из прямой текстовой трансляции КиноПоиска. Там мы собирали мемы, лучшие платья, речи героев и реакции соцсетей.
        • Like
      • 25 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...