Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Salam, Vətən!


Zaman.

Recommended Posts

Kəlbəcər rayonunun Kəndyeri kəndindən videogörüntülər

 

 

A-Kalbacar.PNG

 

Kəndyeri (Kəlbəcər)

Kəndyeri — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.


Kəndyeri kəndi Tərtər çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Laçın rayonunun Alxaslı kəndindən köçmüş ailələr qədim kəndin xarabalıqlarının qalıqları olan və Kəndyeri adlanan ərazidə salmışlar. Həmin ərazinin adı da yeni kəndə verilmişdir.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Erməni zabitlərinin tamah saldığı Şelli kəndi- Nar bağları, istixanalar, əkin sahələri

Şelliyə getməmişdən əvvəl kəndin məşhur nar bağları haqda çox eşitmişdik. Yolboyu Şelliyə çatana qədər gözümüzün qarşısında xarabalığa çevrilmiş kənd canlanır. Düşünürük ki, ermənilər bu kəndi də viran qoyub. Evləri dağıdıb, ağacları məhv edib, daş üstündə daş qoymayıb.

Amma düşündüklərimizin tam əksi bir mənzərə ilə qarşılaşırıq. Bu kənddə sağlam evlər, bağlar görürük. Düzünü desək çox da təəccüblənirik. 

 

Əvvəlcə haqqında çox danışılan nar bağlarına üz tuturuq. Kənddə demək olar ki, bütün evlərin həyətində nar ağacları var. Şellinin müxtəlif yerlərində salınan ucsuz-bucaqsız nar bağları da göz oxşayır.

Ağacların üstündə bar var. Amma narların çoxunu şaxta vurub. Axtarıb sağlamlarını tapa, məşhur Şelli narının dadına baxa bilirik.

Ermənilər Şelli narının qədrini bilib və yaxşıca qazanc əldə ediblər. Əsasən də Ermənistanda şərabçılıqda Şelli narı bazarlarda yaxşı tanınıb.

Şellinin bol məhsullu nar bağları ermənilərin bu kəndə marağını xüsusi edib. Xeyli sayda erməni ailəsi burada məskunlaşıb, təsərrüfatla məşğul olub. Öyrənirik ki, burada əsasən erməni zabitlər təsərrüfata maraqlı olub. 

 

Bu kənddə yeni salınan bir neçə yeni nar bağlarını da görürük. Nar bağlarından əlavə heyvandarlıq da burada geniş yayılıb. Kənd ərazisində bir neçə böyük istixana, hektarlarla tütün və qarğıdalı sahələri də diqqətimizi çəkir.

Kənddə məskunlaşan ermənilər yeni binalar və evlər də inşa ediblər. Ağdam təhvil veriləndə isə mümkün olan qədər evlərdən və təsərrüfatlardan apara bildiklərini aparıblar. Qapı, pəncərə, daş örtükləri, elektrik dirəkləri, istixanalardakı avadanlıqlar və s. Bəzi evlər isə od vurularaq yandırılıb.

Şelli Ağdamın ən qısa zamanda canlanacaq, abadlaşacaq və sahiblərinə qovuşacaq kəndlərindən biri  olacaq.

  • Like 2
  • Upvote 1
  • Milli 2
Link to comment
Share on other sites

Qərbi azərbaycanlılar Prezidentə müraciət etdi: Qayıdırıq!

Vətən müharibəsindəki qələbədən sonra Ali Baş Komandanın elan etdiyi Böyük Qayıdış planına maraq artmaqdadır. Artıq bir çox vətəndaşlarımız işğaldan azad edilən kəndlərə köçmək istədiklərini bildirirlər. 1988-ci ildə Qərbi Azərbaycanın (Ermənistan) Pənbək mahalının Qursalı kəndindən çıxarılan soydaşlarımız da bununla bağlı Azərbaycan Respublikası prezidentinə müraciət ediblər.

Məsələ ilə bağlı Axar.az-a danışan Qursalı kənd sakini və müraciətin təşəbbüskarlarından Ələddin Yusifov deyib ki, onlar Xocavənd rayonuna köçmək istəyirlər:

prezident-cebrayil-10.jpg

“Xocavəndin işğaldan azad edilən əksər əraziləri Qursalı kəndinə çox bənzəyir. Biz kənd camaatı olaraq əzəldən maldarlıqla məşğul olmuşuq. Bu mənada Xocavəndin işğaldan azad edilən kəndlərindən birinə köçərək, oranı Yeni Qursalı adlandırıb həm ölkə başçımızın Böyük Qayıdış planına dəstək vermək, həm də yenidən kənd əhalisini bir araya yığmaq istəyirik”.

 

Ələddin bəyin dediyinə görə, Qursalı kəndinin 425 sakini bununla bağlı Prezidentə müraciət ünvanlayıb:

“Bu gün bizim kimi bir çox Qərbi azərbaycanlı həm Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən kəndlərə, həm də ermənilərin daha sıx yaşadığı kəndlərə yaxın ərazilərə köçmək istəyirlər. 1988-ci ilə qədər biz ermənilərlə iç-içə yaşamışıq, onları yaxşı tanıyır, dillərini bilirik. Bu mənada dövlətimizə bu istiqamətdə faydalı ola biləcəyimizi düşünürəm. Ümid edirik ki, cənab Prezident bizim bu müraciətimizi nəzərə alacaq”.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

XTQ-nin Füzuliyə hücum planı – Polkovnik detalları açıqladı

Düşmən bizim bu istiqamətdən gələcəyimizi gözləmirdi. Hərbçi dilində desəm, “gərək dəli olasan ki, bu istiqamətdən rəqibə hücum edəsən”. Lakin yaxşı komandir o komandirdir ki, düzgün anda risk edə bilsin. Mən də elə etdim.muharibe-foto3.jpg

Axar.az xəbər verir ki, bu sözləri Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun polkovniki Tehran Mənsimov deyib.

“Xocavənd rayonu istiqamətində tabeliyimdəki qrupları böldüm. Çünki Füzulinin yaşayış məntəqələrini ələ keçirmək üçün tapşırıq gəlmişdi. Düşmənin 2 km uzanan bir silsiləsi var idi. Həmin silsilə elə bir yerdə idi ki, həm sağ, həm də sol tərəfdəki hakim yüksəkliklər düşmənin nəzarətində idi.

Sağ tərəf çətin məntəqə idi, sol tərəf Divanalar yaşayış məntəqəsi idi. Bu izah etdiyim məntəqələri digər qonşu bölmələr almalı idi. Bütün bölmələr bir-biri ilə qarşılıqlı əlaqədə idi. Yəni tapşırıq birlikdə, qarşılıqlı koordinasiya ilə icra edilməli idi.

 

Döyüş öncəsi 5 qrup düzdüm. Hər qrupa Naxçıvan XTQ-dən bir komandan təyin etdim. Bir saat ərzində ərazidə kəşfiyyat apara bildim. Qrup komandirlərini 720.9 hakim yüksəkliyinə keçirdim. Hər bir qrup komandirinə tapşırıq verdim. Onu da dedim ki̇, döyüşlərdə sizinlə birlikdə mən də olacağam. Bu söz onlar üçün qarşıdan gələn döyüşü bambaşqa bir hala saldı. 90 nəfərlik qüvvə ilə səhər ala qaranlıqda hərəkətə keçdik.

Hərəkət etdiyimiz ərazi sıx meşəlik, dağlıq və düz ərazi idi. Ermənilər düz ərazidə hərəkəti yavaşlatmaq üçün yeri şumlamışdı.

 

Düşmən sağdan hücum gözləyərkən ordu komandanı iki dron göndərmişdi. Həm gecəni görmək üçün, həm də gündüzü. Dronlar vasitəsi ilə gedəcəyimiz istiqmətdə 58 erməni saymışdım. Hamısı da tam təsisatlı idi. Bu kadrların hamısını komandama da göstərdim ki, hədəf mütləq məhv edilməlidir, çünki başqa yolu yox idi. Mən birmənalı olaraq tabeliyimdəkilərə bildirdim ki, biz Naxçıvan Muxtar Respublikasından gələn XTQ-lər məruzə edə bilmərəm ki̇, tapşırıq alınmadı. Şükür ki, bunu demək mənə nəsib olmadı və tapşırığı uğurla yerinə yetirdik”, - polkovnik qeyd edib.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Ekspert: Bakı antiterror əməliyyatı keçirəcək? 
 

Nə qədər ki, Qarabağda erməni silahlı qrupları fəaliyyət göstərir, bu regionda təhlükəsizlik haqqında danışmağın mənası yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə deyib.

 

Onun sözlərinə görə, hər şeydən öncə bu terrorçular Qarabağda öz “mövqelərini” gücləndirməyin zəruriliyi barədə açıqlamalar verirlər:

“Aydındır ki, erməni cinayətkar birləşmələrin bu cür bəyanatları regiona konstruktivlik, sülh və əmin-amanlıq gətirməyəcək. Bu səbəbdən, bu hərbi qrupların ləğvi ilə bağlı bir razılığın əldə olunması lazımdır. Əgər ermənilərin öz aralarında daxili razılıq əldə olunmasa, onları 10 noyabr tarixində imzalanmış atəşkəs haqqında üçtərəfli bəyannaməyə əsaslanaraq güc yolu ilə məcbur etmək lazımdır. Ona görə də bu silahlı qruplaşmalar bölgədəki təhlükəsizliyə yeni təhdidlər yaradarsa, Qarabağda daha bir antiterror əməliyyatına ehtiyac duyulacağı istisna edilmir”.

 

 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Prezident Rəhman Hacıyevi sədr təyin etdi
ilham-serencam1.jpg
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rəhman Hacıyevin Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

“Rəhman Tofiq oğlu Hacıyev Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri təyin edilsin”.

_____________________________________33_.jpg

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Paşinyan tapşırdı: Bu kənd Azərbaycana qaytarılır tiqranashen-kerki.jpg

Axar.az xəbər verir ki, belə bir iddia ilə Ermənistanın "Joxovurd" qəzeti çıxış edib.

Qəzetin yazdığına görə, Ermənistan baş naziri Nikol Paşinyanla qubernator Razmik Tevonyan və Ararat alayının komandiri arasında üçtərəfli görüş olub. Görüş zamanı Kərki kəndinin taleyi müzakirə olunub.

 

Məlumatda bildirilir ki, noyabrın 9-dan 10-na keçən gecə imzalanmış üçtərəfli bəyanatdan sonra ehtimal edilir ki, Azərbaycanın eksklavı olan ərazilərin, o cümlədən Kərki kəndinin qaytarılması gündəmə gəlib, Paşinyan isə sözügedən ərazinin boşadılması və təhvil verilməsini tapşırıb.

Qeyd edək ki, Kərki kəndi Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna daxil olan və Ermənistanda yerləşən eksklavıdır.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Radiolar Qarabağ və ətraf ərazilərdə yayımlanacaq<b style="color:red"></b>
 
 

 

 

 

 

 

Milli Televiziya və Radio Şurasının video formatda iclası keçirilib.

 

MTRŞ-dan 525.az-a bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub.

İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” radiosu, “100.5 FM - Fərqli radio”, “Avto FM” radiosu, “Araz” radiosu, “Space” radiosu, “Radio Antenn”, “Media FM” radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.

İclasda həmçinin, Dağlıq Qarabağ və ətraf ərazilərdə yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Bu baş versə, bizimkilər onları elə mələdəcək ki... - General

Axar.az ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun Musavat.com-a müsahibəsini təqdim edir:

yashar_aydemirov21.jpg

- Cənab general, sizcə, niyə Azərbaycanla Ermənistan arasında əsirlərin mübadiləsi zamanı bərabər sayı müşahidə etmirik, ermənilər daha çox əsir alır, daha az sayda azərbaycanlı əsiri qaytarır?

- Axı bizim onlarda o qədər də əsirlərimiz yoxdur. Bir də ki, qaytarılan erməni əsirləri dəqiq yoxlayırlar, görüm onların hansı cinayətləri olub, nə vəhşiliklər, soyğunçuluqlar törədiblər. Ona görə də araşdırmalar üçün müəyyən vaxt lazım olur. Yoxladıqdan sonra təhvil verilir.

- Amma Birinci Qarabağ müharibəsi zamanı 4 mindən çox əsir və girovumuz düşmən əlində qalıb. Rəsmi Bakı son zamanlar bu məsələni beynəlxalq səviyyədə yenidən gündəmə gətirib. Bəlkə 44 günlük müharibə zamanı götürülən əsirlərin qaytarılmasının qarşılığında həmin azərbaycanlılarla bağlı tələb ortaya qoyulsun?

- Doğrudur. Onları tələb etmək lazımdır. Təbii ki, onların çoxunu öldürüblər. Amma əsirlikdə saxlanılanlar, qul kimi işlədilənlər də var, mən buna şübhə etmirəm. Elə Füzulinin azad olunması zamanı bizimkilər bir nəfəri xilas etmişdi. Ermənilər həyasız insanlardır, faktları ört-basdır edirlər, özlərininkini tələb edirlər, bizimkiləri isə qaytarmaq istəmirlər.

- Deməli, siz 90-cı illərdə götürülmüş əsir və girovların arasında sağ qalanların olduğunu güman edirsiniz, eləmi?

- Yüz faiz ehtimal edirəm ki, onların arasında sağ qalanlar var.

- Məsələ bu şəkildə qoyula bilməzmi ki, məsələn, İrəvan bir əsir qaytarırsa, biz də bir əsiri qaytaraq?

- Sözsüz ki, burada siyasi məqamlar da var. Biz erməni kimi deyilik ki! Bizim insanpərvərliyimiz var. Həm də Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir, yəqin onlarla da məsləhətləşmələr gedir. Ermənistanda da hərbi əsirlər mövzusu ilə bağlı mitinqlər, etirazlar davam edir. Ola bilər hansısa güzəştə getmək haqqında düşünürlər. Mən məsələnin siyasi tərəflərini bilmirəm.

- Sizdə məlumat varmı ki, son savaşda ermənilər bizimkilərdən neçə nəfəri əsir götürüblər?

- Yox, o məxfidir. Azərbaycan Müdafiə Nazirliyi açıqlamışdı ki, itkin düşən və şəxsiyyəti məlum olmayan bu qədər hərbçi var. Şəhid olanların bir hissəsinin şəxsiyyəti artıq müəyyən edilib.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

- Adətən azərbaycanlı əsir və girovlar ağır vəziyyətdə, hətta damarlarına zərərli mayelər vurulmuş halda geri qaytarılır, ancaq Azərbaycandan Ermənistana təhvil verilənlər sağlam, gümrah şəkildə evinə dönür... Belə hallar birinci Qarabağ müharibəsi dövründə kifayət qədər olmuşdu. İndi də düşmənin əsir və girovlara münasibəti dəyişməyib, elə deyilmi?

- Haqlısınız. Onlarda insani münasibət nə vaxt olub? İşləri düşəndə isə onlar baş da əyirlər, hər şeyindən keçirlər, namusundan da, qeyrətindən də. Ancaq elə ki, bizimkilərdən kimsə tək, köməksiz vəziyyətdə əllərinə keçir, qeyri-insani münasibət göstərirlər. Əsir və girovların damarına dizel yanacağı yeridilməsini heç alman faşistləri də etmirdi.

- Azərbaycan dövləti bütün təzyiqlərə baxmayaraq, saxlanılan 62 erməni hərbçinin terrorçu olduğunu bəyan edib və onların istintaqı davam etdirilir. Onları “Hamının-hamıya” prinsipi ilə dəyişməyə çağıran erməni tərəfinə nə sözünüz var?

- Onlara sözüm budur ki, yavaş olun! Birincisi, o 62 nəfər diversiya qrupu idi, zəfər qazanılandan, döyüşlər dayanandan sonra Azərbaycan ərazisinə keçmişdilər. Sual olunur, onlar hansı yolla Qarabağa keçmişdilər? Niyə sülhməramlılar onları görmədi? Onları kim, hansı tapşırıqla göndərmişdi? Xüsusi təyinatlılar elə-beləmi gəlmişdilər? Hansı tapşırıqla gəlmişdilər, nəyə nail olmaq istəyirdilər? Bunlar cinayətkardır, hərbi əsir deyil, diversiya qrupudur və layiqli cəzalarını almalıdırlar.

- Son olaraq qaytarılan hərbi əsirlər həmin 62 nəfərlik siyahıya aid ola bilərmi?

- Yox, inanmıram. Ola bilər ki, kimsə çoban kimi həmin dəstə üzvlərinin dalınca gəlib, ya yol göstərib. Kiminsə cinayət məsuliyyəti az ola bilər. Amma mən inanmıram ki, həmin 62 nəfərdən kimsə buraxılsın. Çünki bu barədə ölkə Prezidenti də çıxışlarında bir neçə dəfə deyib. Onlar terrorçudur. Müstəqil dövlətin ərazisinə qanunsuz daxil olublar, terror aktları törədiblər.

- Cənab general, Ermənistan bundan sonra Qarabağa əsgər göndərməyəcəyini də bəyan edib...

- Kül onların başına. Onlar əvvəldən bunu etməməliydilər. İndi Qarabağdakıları, oradakı qalıqları da çıxarıb aparsınlar. Ermənilər bilirlər ki, onların hərbçilərinin burada qalması ilə ölmək ehtimalı birə yüzdür. Unutmasınlar ki, ikinci zərbə birinci zərbədən dəhşətli olacaq. Əgər onlar yenidən hər hansı təxribat fikrinə düşərlərsə... Onlarda şübhə də yoxdur ki, bizimkilər ikinci zərbəni endirə bilərlər. Addım-addım bütün meşələr, dağlar, dərələr hamısı təmizlənəcək.

- Ermənilər neçə aydır döyüş meydanında meyitlərini axtarırlar. Düzdür, Azərbaycan və Rusiya hərbçiləri də axtarış qruplarını müşayiət edir. Ancaq mümkündürmü ki, ermənilər meyit axtarmaq adı altında getdikləri əraziləri minalasınlar, bizə qarşı yeni qəsdlər təşkil etsinlər?

- Əgər bizimkilər icazə verirsə, onların hər addımı, hər bir fəaliyyəti nəzarət altındadır. Əgər onlar Xankəndindən hansısa istiqamətə gedirlərsə və deyirlərsə ki, meyitləri axtarırıq, deməli, bizimkilər də onların yanında olur, monitorinq qrupunun hər iki dövlətinin nümayəndələri də. Onlar heç bir artıq hərəkət edə bilməz, meşəyə girəndə də, meyitləri çıxarıb aparanda da yoxlanılır ki, meyit onlarındırmı, ya yox.

- Ermənilərin basdırdıqları minalar səbəbindən hərbi və qeyri-hərbi itkilərimiz də artır. Bu fəlakəti necə durdurmaq, minimuma endirmək olar?

- Müharibənin qurtardığı ilk gündən mən demişəm ki, ən təhlükəli, görünməz düşmən minalardır. Mina nə polkovniki, nə sıravini, nə bizimkini, nə düşməni tanımır. Kim tapdayırsa, partlayır. Bizdə də maraq var, gedim, baxım, görüm kəndimizdə nə var. Amma mina doludur. Ağdam, Füzuli istiqamətində, Kəlbəcərin dağlarında minalar dolu deyilmi? Füzuli, Cəbrayılın girəcəyi ön xəttən çox arxada idi, amma möhkəmləndirilmiş rayonlarda nə qədər minalar var idi. Yaxud Kəlbəcərdən, Laçından çıxan hansı erməni əsgər və zabiti özündəki, ya anbardakı minaları özləri ilə Ermənistana aparıb? Onların hamısını gözlənilməz yerlərdə basdırıblar. Son santimetrinədək oralar yoxlanılmasa, heç kimi sərbəst şəkildə ərazilərə buraxmaq olmaz. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən qəti şəkildə bildirilib.

- Necə bilirsiniz, minaların xəritəsi onlarda varmı və onları tələb edib, ala bilərikmi? Ümumiyyətlə, onlarda xəritə varmı, sizcə?

- Ən “bardak”, zəif ordunun durduğu müdafiə xəttində minalanmış sahələrin xəritələri olur. O məxfidir, hərbi hissələrdə saxlanılır. Mən yüz faiz bilirəm ki, onlar o xəritələri verməyiblər. Düzdür, orada özbaşınalıq da kifayət qədərdir, kim harada istəyib, orada mina basdırıb. Yaxud harada ağac kəsiblərsə, orada mina basdırıblar ki, bizimkilər gedib orada bərpa işi aparanda, ya nə isə tikəndə minaya düşsün. Amma biz onlardan minalanmış ərazilərin xəritələrinin hamısını tələb etməliyik. Onların nümayəndələri gəlməlidir, monitorinq qrupunun müşayiətilə deyilməlidir ki, xəritələr budur, yaxud minaları bir-bir göstərməlidirlər. Ancaq onlar həyasız şeylərdir. Onlar bu addımı atan alçaqdırlarmı?

- Politoloq Tevan Poqosyan həyasız bəyanat yayaraq iddia edib ki, Azərbaycanı güzəştlərə vadar etmək üçün 400-500 əsgəri əsir götürməliyik. Erməni tərəf belə bir təxribata cəsarət edə bilərmi?

- Heç ağlınıza da gətirməyin. Qələt edərlər belə addım atarlar. Heç bir dənə də bizdən əsir götürə bilməzlər. Əgər onlar bir hərbçimizi əsir götürməyə cəhd göstərərsə, bizimkilər onları elə mələdəcək ki, indiyə qədər baş verənlər toya getməli olacaq.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkarlandı

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.silah-sursat-1.jpg

DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Rəzdərə kəndi ərazisində xidmətdə olarkən oradan düşmənə məxsus 1 ədəd PKM pulemyotu, 1 ədəd RPQ-7 qumbaraatanı və 9 ədəd mərmi, 2 ədəd 120 mm-lik və 8 ədəd 82 mm-lik minaatan mərmiləri, 800 ədəd güllə və 400 kiloqram partlayıcı maddə aşkar edərək götürüblər.

 

Bundan əlavə polis əməkdaşları rayon ərazisindən 2 ədəd PKM pulemyotu, 4 ədəd avtomat, həmçinin bu silahlara məxsus 2400 ədəd müxtəlif çaplı güllə, 1 ədəd RPQ-7 qumbaraatanı, 2 ədəd mərmi, və 4 ədəd F-1 əl qumbarası aşkar edərək aidiyyatı üzrə təhvil veriblər.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları da rayonun işğaldan azad edilmiş Güllücə kəndi ərazisində xidmətdə olarkən orada içərisində Ermənistan ordusuna məxsus 447 ədəd avtomat patronu və rabitə vasitələri aşkar edərək götürüblər.

silah-sursat-3.jpg

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Xocalı aeroportu niyə də açılmasın?.. - Zülfüqarov

Xocalı aeroportunun yenidən açılması mümkündür, lakin o şərtlə ki, nəzarət Azəbaycanda olsun. Çünki Xocalı Azərbaycan ərazisidir və istər sülhməramlılar olsun, istərsə də başqası, rəsmi Bakının razılığı olmadan oradan heç bir uçuş gerçəkləşdirilə bilməz.tofiq_zulfuqarov212.jpg

Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya sülhməramlılarının Xocalı aeroportunu açmaq istəməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Xocalı aeroportunun açılması düşünülənin əksinə elə də problemli bir şey deyil:

“Problem yarada biləcək tək məsələ aeroporta nəzarətin kim tərəfindən ediləcəyidir. Yəni bu gün istənilən yol, aeroport, dəmir yolu və s. nəqliyat vasitələri istismara verilə bilər. Bir halda ki, bunlara rəsmi Bakı nəzarət edəcək, niyə narahat olaq? İndiki halda Rusiya sülhməramlıları Xocalı aeroportunun yenidən açılmasını istəyirlərsə, burada pis bir şey yoxdur. Bu tələbi edən tərəf yəqin anlayır ki, nəzarət və idarə də rəsmi Bakının tabeliyində olmalıdır.

 

Bu gün regionda yeni modern Füzuli aeroportu tikilir. Bununla paralel Xocalı aeroportunun da istifadəyə verilməsi ölkəmizə fayda verə bilər. Onsuz da gec-tez ölkədə kiçik təyyarə istehsalı və istifadəsi olmalıdır.

Bir daha qeyd edirəm Xocalı aeroportunun nəzarəti Azərbaycanda olduğu müddətdə onun yenidən istifadəyə verilməsi problemli bir şey deyil”.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Nazirlik bu kilsənin görüntülərini yayımladıaleksandr_nevski-kilse.jpg

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində təqdim edir: "Aleksandr Nevski" pravoslav kilsəsinin videogörüntülərini yayımlayıb.

Nazirlikdən Kult.az-a verilən məlumata görə, məbəd 1887-ci ildə Gəncə şəhərində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılıb. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda tikilmişdir. Kilsə 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb.

1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilmişdir. Daha sonra muzey başqa bir binaya (məscidə) köçürüldü və kafedral anbar kimi istifadə edildi.

1946-cı ildə məbəd Rus Pravoslav kilsəsinə qaytarılmışdır. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biri hesab edilən bu kilsənin əski interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxmışdır. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonları xüsusilə qeyd etmək lazımdır.

2017-ci ildə kilsə tikilməsinin 130 illiyi münasibətilə təmir olunub.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

W1siZiIsIjIwMjEvMDIvMTYvMTcvMjUvMDIvNmM0

Gürcüstan və Türkiyə XİN başçıları Bakıya gəlir: Üçtərəfli görüş keçiriləcək

Fevralın 18-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, fevralın 19-da isə Gürcüstanın baş nazirinin müavini - Xarici İşlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Fevralın 19-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, Gürcüstanın baş nazirinin müavini - Xarici İşlər naziri David Zalkaliani və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

17:10

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani fevralın 18-də Azərbaycana səfər edəcək.

“Report” xəbər verir ki, o, Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının üçtərəfli formatda doqquzuncu görüşündə iştirak edəcək.

D.Zalkaliani səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək görüşlər də keçirəcək.

Qeyd edək ki, bu formatda xarici işlər nazirlərinin son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib. XİN başçıları növbəti görüşün Bakıda keçirilməsinə dair razılıq əldə ediblər.

16:06

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir.

“Report”un məlumatına görə, səfər fevralın 18-19 tarixlərində həyata keçiriləcək.

M.Çavuşoğlunun bir sıra rəsmi şəxslərlə görüşləri olacaq.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Türkiyə-Azərbaycan hərbi təlimlərinin mesajı: “Revanşist düşüncələrə qapılmayın”


Hələ fevralın 1-də Qarsda başlamış “Qış-2021” Türkiyə-Azərbaycan hərbi təlimləri fevralın 12-də başa çatıb. Müxtəlif mənbələrə görə, hərbi təlimlərdə 1268 hərbçi iştirak edirdi, 190 ədəd hərbi texnika, eləcə də müxtəlif növ və çaplı 218 hərbi vasitə (tanklar, artilleriya, helikopterlər və s.) cəlb olunmuşdu.

Vurğulamaq lazımdır ki, hərbi təlimlər hücum xarakterinə malik idi, hücumlar və hava hücumu əməliyyatları təşkil edilib. Türkiyə Müdafiə Nazirliyinin bəyanatına əsasən, hərbi təlim zamanı yeni silahlar da sınaqdan keçirilib.

image.jpeg.83569711101a96a1d86f006ad2f4469f.jpeg

Türkiyə-Azərbaycan hərbi təlimləri bunların elan olunma anından etibarən Ermənistanın ictimai və ekspert dairələrinin diqqət mərkəzində idi. Bu halı nəzərə alaraq bir neçə qeydi etmək arzuolunandır. “Qış-2021” hərbi təlimləri bəzi hərbi xüsusiyyətlərə sahib olsa da misilsiz idi. Bənzər hərbi təlimlərin təşkili son illərdə mütəmadi xarakter almışdı. Son bənzər hərbi təlimlər 2020-ci ilin iyul-avqust ayında Azərbaycan ərazisində baş tutmuşdu.

 

Qeyd edək ki, Türkiyə-Azərbaycan hərbi təlimlərinin ikinci Qarabağ müharibəsindən cəmi 3 ay sonra keçirilməsi diqqətəlatiqdir və bunların keçirilmə yerininin, zamanının seçilməsini çətin ki, təsadüf hesab etmək olar. Güman etmək olar ki, Bakı və Ankara Qarsdakı hərbi təlimləri təşkil etməklə Ermənistana və havadarlarına (10 noyabr bəyanatının müddəalarının həyata keçirilməsi və regional proseslər kontekstində) revanşist düşüncələrə qapılmamağı nümayiş etdirmək məqsədinə malik idi.

Tamamilə təsadüfi deyildi ki, Qars hərbi təlimlərinin başlamasına paralel olaraq Gümrüdəki rus hərbi bazası da qoşunları və texnikanı yerləşmə yerlərindən çıxararaq aktivləşdi.

Ümumiləşdirərək bildirək ki, Türkiyə-Azərbaycan hərbi təlimləri, Vətən müharibəsinin nəticələri, Cənubi Qafqazda Azərbaycanın güclənməsi və Türkiyənin aktivləşməsi ilə bağlı düşmən narahatlıqlarını daha da dərinləşdirib.

image.jpeg.d23e55a24c1edbde372721e7d01b5565.jpeg

Vətən müharibəsində Türkiyənin mənəvi dəstəyi, Azərbaycan Silahlı Qüvvələri tərəfindən rus istehsalı hərbi texnikalarının türk PUA-ları ilə məhv edilməsi və başqa məsələlərdə İrəvan və Moskvanın reaksiyasının nə qədər adekvat olduğu barədə ekspert dairələrində davam edən müzakirələr bütün bunları sübut edir.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək
lachin-yeni.jpg

Fevralın 9-da Ermənistanın Baş prokuroru Artur Davtyanın Qarabağın dağlıq hiissəsinə səfər etdiyinə dair məlumat yayılıb. Ermənistanın kütləvi informasiya vasitələri məlumat verib ki, o, Xankəndiyə gələrək separatçıların başçısı Araik Arutyunyanla görüşüb.

Ancaq rəsmi olaraq belə bir görüşün olduğu barədə hər hansı açıqlama verilmədi. Bəzi erməni media orqanları bunu Bakının xəbərdarlığı ilə bağladı...

Qeyd edək ki, hələ yanvarın əvvəlində Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Qarabağa səfərindən sonra Prezident İlham Əliyev bu ölkəyə xəbərdarlıq etmişdi. Dövlət başçısı bu cür səfərlərə son qoyulmasa, Azərbaycanın cavabının sərt olacağını bəyan etmişdi.

 

Azərbaycan Xarici İşlər Nazirliyi də onlarla razılaşdırılmayan bu səfərin 10 noyabr bəyanatına zidd olduğunu bildirib. Qurum vurğulayıb ki, öhdəlikləri rəsmi İrəvanın pozması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.

Axar.az xəbər verir ki, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "Turan" agentliyinə açıqlamasında hər şeyin öz vaxtı olduğunu bildirib:

"Yuxuda görmədiyimizi həyatda gördük. 44 gün ərzində Azərbaycan minlərlə kvadratkilometrlik ərazini təmizlədi, Şuşada bayrağını sancdı. Birdən-birə hər şeyi həll etmək mümkündürmü?"

Deputatın fikrincə, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək:

"10 noyabrda imzalanmış bəyanatda Ermənistanla Qarabağın arasında dəhlizin yaradılması əksini tapıb. Həmin dəhliz yəqin ki, bir müddətdən sonra Azərbaycanın nəzarəti altında olacaq. Biz Laçında gömrüyümüzü quracağıq, orada sərhədimiz olacaq və bu, tezliklə baş verəcək. Bu barədə hətta Rusiya mətbuatı yazır. Gürcüstandan, Rusiyadan Azərbaycana insanlar necə gəlirlərsə, onlar da belə gəlib-gedə bilər".

 

A.Abbas qeyd edib ki, bir müddət əvvəl Rusiya sülhməramlıları Ermənistandan Qarabağa gələn Fransadan olan jurnalistləri buraxmayıb: "Çünki Azərbaycan hökuməti bildirib ki, Azərbaycanın icazəsi olmadan heç kəs gələ bilməz".

Deputat əlavə edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını, qanunlarını qəbul edərlərsə, qalıb maneəsiz yaşaya bilərlər: "Bu qədər gözləmişik, indi istəyirik iki ayın içində bütün məsələlər həll olunsun. Biz artıq sərhədi qura-qura gedirik və hətta Ermənistanın yoluna nəzarət edirik. Sadəcə, tələsmək lazım deyil".

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Əsassız və dəqiqləşdirilməmiş xəbərlər yayılır - DTX

Azərbaycana aid olan bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya, “Ermənistan MTX-nin rəhbəri A.Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R.Muradov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A.Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və sairə bu kimi başlıqlarla həqiqətəuyğun olmayan məlumatlar yayılıb.eli-naqiyev-abazyan.jpg

Axar.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytında yer alan açıqlamada bildirilib.

"Dövlət Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəbər və paylaşımları qəti şəkildə təkzib edir və diqqətə çatdırır ki, indiyədək Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə ardıcıl məlumatlar verilmişdir. Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətdə həssaslıqla qarşılandığı nəzərə alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar veriləcək.

 

Bir daha ölkəmizin kütləvi informasiya vasitələrini və sosial medianı ümumdövlət mənafelərinə ziyan vuran, həmçinin düşmən dairələri tərəfindən bilərəkdən sosial şəbəkələrə ötürüldüyü istisna olunmayan, Azərbaycanda ictimai rəyi çaşdırmaq məqsədi güdən əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, belə halların yolverilməzliyini qeyd etməklə yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik", - açıqlamada qeyd olunub.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Türkiyədən SOM ixracatı: Azərbaycan Ermənistanı bütün dərinliklə 300 kilometrə qədər vurmaq iqtidarındadır

 

TÜBİTAK Müdafiə Sənayesi Tədqiqat və İnkişaf İnstitutu (SAGE) tərəfindən hazırlanan və “Roketsan” tərəfindən istehsal edilən SOM qanadlı raketləri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan döyüş təyyarələrinə inteqrasiya ediləcək. Nəticədə, Azərbaycanın raket arsenalında 250+ kilometr məsafəyə və yüksək dəqiqliklə zərbə qabiliyyətinə malik sursata sahib olacaq.

 

Layihə çərçivəsində SOM-A və SOM-B1 raketlərinin inkişaf fəaliyyətləri tamamlanaraq Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verilib. SOM-B2, SOM-C1, SOM-C2 və SOM-J raketlərinin inkişaf işləri hazırda davam etdirilir.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

NAZİRLİK NƏCMƏDDİN SADIQOVLA BAĞLI İTTİHAMLARA CAVAB VERDİ


Bəzi elektron media resurslarında özünü “döyüşçü prokuror” adlandıran Fərman Rzayev tərəfindən Vətən müharibəsi dövründə ordumuzun itkiləri və müdafiə nazirinin fəaliyyəti ilə bağlı əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndirilib.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Mixaylov: Bakının qarantı Ankaradır, İrəvanınkı isəmixaylov-yeni.jpg

İrəvandakı iğtişaşlar və mitinqlər Ermənistanda hakimiyyətə antirus qüvvələrin gələ biləcəyini, Qarabağdakı dinc vəziyyəti ciddi şəkildə pozacağı barədə düşüncələrə yol açır. Bəs hadisələrin inkişafı bu ssenari üzrə gedərsə, Rusiya nə etmək niyyətindədir? Rəsmi Moskvanın İrəvana hansı təzyiq üsulları var?

 

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq, hərbi ekspert Yevgeni Mixaylov bildirib.

Ekspert qeyd edib ki, Ermənistanda hakimiyyət əleyhinə iğtişaşların güclənməsi fonunda bu ölkənin Müdafiə Nazirliyi Gümrüdə Rusiyanın hərbi bazasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində genişləndirmək istədiyini bəyan edib və bu, təsadüfi deyil:

“Ölkənin çöküşünün illərdir İrəvanın təhlükəsizliyinin qarantı olan Rusiyanın maraqlarına uyğun olmadığı tamamilə aydındır. Üstəlik, Ermənistana nəzarət edə biləcək üçüncü ölkələrin gəlişi də maraqlara uyğun deyil.

 

Fikrimcə, vəziyyət həyəcanverici olsa da, Rusiyanın tamamilə nəzarəti altındadır. Bu məsələ ilə bağlı narahat olmağa lüzum yoxdur. Heç kim İrəvana kapitulyasiya imzalandıqdan sonra əldə edilmiş sülhü pozmağa imkan verməyəcək.

Gəlin, dürüst danışaq. Keçmişdəki Ermənistan indi artıq mövcud deyil. Yalnız xaosa sürükləyən iqtisadiyyat, kütləvi miqrasiya və xaosun başlanmasına imkan verməyən Rusiyanın xoş iradəsi mövcuddur.

 

Bu amil əsasdır. Yenə də qeyd edirəm, rəsmi Moskva və Ankara həqiqətən yeni bir güc mərkəzi yaradır və bir çox məsələlərdə ortaqdırlar. Azərbaycanın təhlükəsizliyinin qarantı olan Ankara kimi, Rusiyanın İrəvanın və sülhün qarantı kimi tərəfdaşlığını və öhdəliklərini heç kim ləğv etməyib”.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjAvNDYvYjI1

Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar - FOTOREPORTAJ

Cəbrayıl qəbiristanlığı ermənilərin Qarabağda dağıtdıqları onlarla məzarlıqdan yalnız biridir. Burada hətta bəzi məzarlar qazılıb – burada dəfn olunmuş insanların sümüklərini asanlıqla görmək mümkündür.

WorldMedia.Az-ın yaydığı məlumatda bildirilir ki, Azərbaycanın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonları işğal edilərkən talan olunub, orada hər şey məhv edilib və bu şəhərlər faktiki olaraq, “ruhlar şəhəri”nə çevrilib. Üstəlik, bölgədəki qəbiristanlıqlar da yerlə-yeksan olunub.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərdəki bütün qəbiristanlıqların məhv edildiyini bildirib.

“Bu, vandalizmin ən iyrənc formasıdır”, - deyə o qeyd edib: “Ermənilərin azərbaycanlılara məxsus məzarlarla belə, savaşmasına, qəbirləri talan etməsinə ad tapmaq çətindir. Onlar sanki ölülərdən də intiqam almaq istəyiblər”.

 

W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMTkvOTAx
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMTkvZmRm
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMTkvOWNk
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMTkvNWNj
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMjAvYWRh
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMjAvNDZh
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMjAvOWNk
  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

elxan-polkovnik.jpg

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis əvəzi, polkovnik Elxan İbrahimov tutduğu vəzifədən azad edilib.

Axar.az Hit.Az-a istinadən xəbər verir ki, Elxan İbrahimovun işdən çıxarılmasının səbəbləri açıqlanmır.

Qeyd edək ki, Elxan İbrahimov general-mayor Natiq Əliyevi əvəz edirdi. Natiq Əliyev ötən ilin iyununda ehtiyata buraxılıb.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Reportaj

Bosniya və Herseqovinanın "O Kanal" telekanalının çəkiliş heyəti erməni işğalından azad edilmiş Ağdam şəhərində olub.

0-kanal.jpg

Axar.az xəbər verir ki, telekanalın əməkdaşı "Qafqazın Hirosiması" kimi adlandırıdğı Ağdam barədə reportaj hazırlayıb.

Reportajda vurğulanıb ki, ətraf düzənliklər minalanıb: "Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi. Şəhərin böyük hissəsi dağıdılmışdı. Yalnız "Cümə məscidi" istisna təşkil edirdi. Təxminən 30 illik işğaldan sonra Azərbaycan Ağdamı və 1990-cı illərdə işğal olunmuş digər əraziləri azad etdi. Ağdam 1990-cı illərdə ən böyük cinayətlərdən birinin törədildiyi Xocalıda sakinlərin qaça bilməsi üçün yol idi. 1992-ci ildə Xocalı soyqırımı kimi məşhurlaşımış qırğın zamanı 613 nəfər həlak olub. Fevralın 26-da bu hadisənin 29 ili tamam olub".

 

Qeyd olunur ki, Ağdama qaçış Xocalı sakinlərinin əksəriyyəti üçün ölümcül oldu: "Vətən müharibəsinin zabitlərindən biri Zahid bəy həmin gecəni, dinc sakinlərin dağlarla və minalanmış ərazilərlə qaçmasını xatırlayır. Hər şey fevralın 25-dən 26-a keçən gecə baş verdi. Biz sakinləri mühasirəyə alınmış şəhərdən çıxarmağa çalışırdıq. Bizə dedilər ki, keçmiş SSRİ-nin 366-cı alayı ermənilərlə birgə şəhəri mühasirəyə alıb. Yaralıları çıxarandan sonra biz bir qədər irəli getdik və dağın başında yerdə uzanmış yüzlərlə insan, qadın, uşaq, kişi gördük. Mən uzun müddət şokda idim".

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Bussua: Azərbaycan "Qafqazın əjdahası"na çevrilib

   

flametowers6.jpg

“General de Europe” jurnalında siyasət elmləri doktoru və Yaxın Şərq araşdırmaçısı Sebastyan Bussuanın “Dağlıq Qarabağın yenidən qurulması və qonşu ölkələr arasındakı münasibətlərin inkişafı coğrafi bir çağırışdır” başlıqlı məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, yazıda bildirilir ki, Cənubi Qafqazdakı müharibə artıq bitib və Azərbaycanın üzərində böyük öhdəliklər var. Ölkə həm Ermənistanla münasibətlərini normallaşdırmalı, həm də Qarabağın yenidən qurulmasını və yüz minlərlə qaçqının öz yurdlarına qayıtmasını təmin etməlidir. Lakin vəziyyət olduqca mürəkkəbdir, çünki ermənilər 27 il ərzində işğal altında saxladıqları əraziləri nəinki inkişaf etdirib, əksinə bütün mövcud infrastrukturu dağıdıblar. İndi Azərbaycan əraziləri minalardan təmizləməkdən başlayaraq, çox iş görməlidir. Bu, həm də ölkə üçün çoxmədəniyyətli bölgəni təbii turizm zonasına çevirmək üçün misilsiz fürsətdir.

 

image.jpeg.2dc2b11f30d4700c5916919d0e501ca6.jpeg

Məqalədə qeyd olunur ki, bölgədə sülh Rusiyanın himayəsi altında imzalanan üçtərəfli müqavilə ilə qorunur. Lakin bu razılaşmanın kağız üzərində qalmaması üçün hələ çox işlər görülməlidir.

Azərbaycan iki xalq arasında münasibətləri normallaşdırmağa çağırır. Bu, Azərbaycanın mədəni və etnik müxtəlifliyinindən doğur.

Müəllif Qarabağ və Naxçıvanın əlaqələndirilməsinin vacibliyindən də bəhs edir. O bildirir ki, ölkənin cənub-qərbindəki Zəngilan şəhərindən başlayacaq və on illər ərzində ilk dəfə İrana keçmədən Azərbaycanı və onun Naxçıvan vilayətini birləşdirəcək dəhlizin məqsədi regional inkişafı təmin etmək olmalıdır. Bu dəhliz həm də Çin İpək Yolunun bir şaxəsi kimi ona daha çox ehtiyacı olan Ermənistan üçün iqtisadi baxımdan böyük fürsətdir. Çünki bu regional iqtisadi əməkdaşlıq avropalıların da bölgəyə marağını artıracaq və onlar yoxsulluq içində batan Ermənistana kömək edəcəklər. Hər halda, iki ölkə arasındakı davamlı bir sülh daha çox iqtisadiyyatdan asılıdır. Buna görə də iqtisadi maraqların bir araya gəlməsi olduqca vacibdir.

Sonda S.Bussua Azərbaycanın “Qafqazın əjdahasına” çevrildiyini, Ermənistanın isə kasıb bir ölkə olduğunu xatırladır. O qeyd edir ki, bu gün Azərbaycan bütün regionu canlandırmaq və bölgəni misilsiz turizm, iqtisadi və mədəni cazibə qütbünə çevirmək gücünə malikdir. Bu isə əslində bütün tərəflərin marağına uyğundur.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Neftçalada 3 milyonluq müəssisə yaradıldı

   

neftcala.jpg

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Xıllı Balıq" MMC-ni dövlət qeydiyyatına alıb.

Axar.az xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Neftçala rayonu, Xıllı qəsəbəsi, nizamnamə kapitalı 3 102 007 manat, qanuni təmsilçisi isə Elşad Kənan oğlu Əhmədovdur.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

W1siZiIsIjIwMjEvMDMvMDIvMjEvMTkvMTQvYTQy

BMT-nin sifarişi ilə aparılan araşdırma: Ermənilər Qarabağa qayıtmaq istəmirlər

Ötən ilin payızında İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını fəal şəkildə qovan Qarabağ erməniləri indi özləri qaçqın vəziyyətinə düşüblər.

BMT-nin (UNHCR) sifarişi ilə aparılmış 22 yanvar 2021-ci il tarixli araşdırmaya görə, “qaçqına bənzər vəziyyətdə” (refugee like situation) olan erməni ailələrinin 85%-dən çoxu indiki yaşayış yerlərini tərk etmək istəmirlər. Qalan 15%-ə gəldikdə isə onlar ya Dağlıq Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

 

Araşdırmanın nəticələrinə görə, erməni qaçqınlarının 60%-i üçün əsas qida mənbəyi ərzaq məhsullarının birbaşa paylanmasıdır. Qaçqın erməni uşaqlarının təqribən 43%-i, həmçinin onları qəbul edən ailələrin 40%-i müharibədən sonra təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də ev sahiblərinin 49%-i münaqişənin qidalanma imkanlarını azaltdığını söyləyib. Qaçqın ailələrin təxminən 14%-i və ev sahibi ailələrin 11%-i həftədə ən azı bir dəfə ərzaq ala bilmir. Nəticədə onlar qida rasionlarını azaltmağa, pəhriz saxlamağa məcbur qalırlar.

Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan üçtərəfli razılaşmadan sonra 50 mindən çox erməni bölgəyə qayıdıb. Mütəxəssislər bu rəqəmin real vəziyyəti əks etdirmədiyini bildirirlər.

 

Belə ki, bir çox ermənilər yalnız vacib əşyalarını götürmək və yenidən Ermənistana qayıtmaq üçün geri dönürlər. Bunu 20 yanvar 2021-ci ildə BMT-nin sifarişi ilə həyata keçirilmiş digər bir araşdırma da təsdiqləyir. Orada qeyd olunur ki, Ermənistan Miqrasiya Xidmətinin rəsmi məlumatlarına görə, Dağlıq Qarabağdan ölkəyə təxminən 91 min qaçqın gəlib. Müxtəlif hesablamalara görə, onlardan yalnız 20 mini Dağlıq Qarabağa qayıdıb. Sorğuda iştirak edənlərin təxminən 70%-i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini qeyd ediblər.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Qarabağdakı işlər “bərpa” deyil... - Arkov

Azad edilmiş ərazilərin infrastrukturunun bərpası bu gün Azərbaycan rəhbərliyi üçün əsas prioritetlərdən biridir. Bunu heç bərpa da adlandırmaq düz deyil, çünki orada hər şey yenidən qurulacaq. Bu ərazilər üç onillik ərzində, İrəvanın de-fakto nəzarəti altında olan dövrdə praktiki olaraq dağıdılıb.

arkov-teze.jpg

 

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Vitali Arkov bildirib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycanın Qarabağ bölgəsində nəqliyyat və enerji infrastrukturunu yaratması regionda irimiqyaslı tikinti işlərinə başlamağa imkan verəcək:

“Bura təkcə azərbaycanlı qaçqınların doğma yerlərinə qayıtmağa imkan verən yaşayış evləri və sosial obyektlər deyil, məktəblər, xəstəxanalar, ticarət müəssisələri və s. aiddir. Regionda iqtisadi artım nöqtələrinin formalaşdırılması, xeyli sayda iş yerinin yaradılması vacibdir. İlk növbədə, əlbəttə ki, aqrar sektor - əkinçilik və heyvandarlıq, emal zavodları açılmalıdır.

 

Regionun əhəmiyyətli turizm potensialını da unutmaq olmaz - əraziləri minalardan təmizlədikdən və lazimi şərait yaradıldıqdan sonra Azərbaycan xarici turistlərə “Qafqazın İsveçrəsi”ni təqdim edəcək.

Region, həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qollarından biri kimi də maraqlıdır”.

Arkov vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatı postsovet məkanında ən dinamik inkişaf edən iqtisadiyyatlardan biridir. Lakin regionun bərpası külli miqdarda maliyyə tələb edir:

“Burada da Bakı qardaş Türkiyənin investisiyalarına, Rusiyada kifayət qədər nüfuzlu və varlı olan Azərbaycan icmasının dəstəyinə, həmçinin Qətərdən olan biznesmenlərin layihələrinə bel bağlaya bilər. Buna maraq artıq bu gün müşahidə olunur”.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Könüllülərə aprelə qədər ölkədən getməmək tapşırılıb?

Sosial şəbəkələrdə müharibə iştirakçılarına və ehtiyatda olan hərbi vəzifəli şəxslərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng edilərək, aprelə qədər ölkəni tərk etməmək barədə tapşırıq verilməsi ilə bağlı məlumatlar yayılıb.muharibe-foto5.jpg

 

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, bununla bağlı rəsmi qərar yoxdur:

“Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Prezidentin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamı ilə hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabr ayının 25-dən 2021-ci il aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər.

 

Məlumat üçün bildiririk ki, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil”.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Ordumuz 10 minlik şəxsi heyətlə meydana çıxır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.ordumuz-telim.jpg

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat veriulib.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

 

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

 

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Azərbaycanda 4 yüksək vəzifəli şəxs istefa verdi

Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda istefa ərizəsi yazıb.

Axar.az Report-a istinadən xəbər verir ki, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites


Müharibənin ilk günlərindən mən demişdim ki, düşmən bizə tarix versin, düşmənin rəhbəri tarix versin, nə vaxt bizim torpağımızdan rədd olur və biz müharibəni dayandırmağa hazırıq. Yenə də sözümdə durdum, bizə tarix verilən kimi, kapitulyasiya aktı imzalanan kimi müharibə dayandı və biz bir güllə atmadan, bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarına da qayıtmışıq. Beləliklə, ərazi bütövlüyümüzü bərpa etdik. Yenə də deyirəm, biz hazırlaşmalı idik, Şuşa bizi gözləyirdi. Amma biz elə gəlməli idik ki, bu məsələni birdəfəlik həll edək.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti Cıdır düzündə xalqa müraciət edərkən deyib.

ilham-leyla-mehriban.jpg

"Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz", - Prezident bildirib.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Şəhid ailələri və ağır yaralanan qazilərə Novruz sovqatları paylanılır

0a263c85-a7c5-40f6-857e-04a2a2442433-350

“YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılmasına başlanılıb.

Fonddan verilən məlumata görə, sosial təşəbbüs “Gilan Tekstil Park” MMC, “Bakcell”, “Nar”, “Sinteks” MMC, “World Telecom”, “Slavyanka”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Rabitəbank”, “Bank of Baku”, “Turanbank”, “Fairmont Bakı” Oteli, “OVEN” və “Özsüt” şirkətlərinin dəstəyi ilə reallaşdırılır.

 

Layihə çərçivəsində tərəfdaş təşkilatların dəstəyi ilə hazırlanmış və bayram sovqatlarından ibarət qutuların şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə çatdırılması nəzərdə tutulur.

Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.

“YAŞAT” Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini diqqət mərkəzində saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

GPS göstərdi ki, bura Azərbaycan ərazisidir - Mer

Hazırda sərhədin delimitasiyası qismən başa çatıb, prosesin 100 faiz yekunlaşdığını söyləyə bilmərik.

arush-arushanyan.jpg

Axar.az xəbər verir ki, bu açıqlama ilə Gorus şəhərinin meri Aruş Aruşanyan çıxış edib.

Ortaya çıxan problemlərlə bağlı Azərbaycanla danışıqlar aparıldığını deyən Aruşanyan qarşı tərəfin Xınzirək kəndi tərəfə bir neçə metr irəliləməsi iddiası ilə bağlı etdiyi müraciəti də xatırladıb.

"Bəli, belə fakt var. GPS sistemi yenə göstərdi ki, bura onların ərazisidir və onlar irəli gəliblər".

Edited by Zaman.
  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Azərbaycan Ordusu hazır vəziyyətdə gözləyir - Türk general

Ermənistanın yarası təzədir, müharibədə məğlub olduğunu hələ başa düşə bilməyib. Diaspor və erməni mətbuatını izləyəndə bu müharibənin nəticələrini hələ də başa düşmədiklərini anlayırsan.ordumuz-yeni.jpg

Axar.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib.

General bildirib ki, Azərbaycan hərbçiləri bölgədə sülhün və sabitliyin davamlılığını təmin etməyə çalışacaq:

"ATƏT-in Minsk Qrupunu yenidən hərəkətə gətirmək və Qarabağ torpaqlarını Azərbaycandan almaq istəyənlər var. Bunların baş verməsi artıq vacib deyil, bu cür çıxışlar susdurulacaq.

Ermənistan dövləti hələ daxili sabitliyini tapmayıb. Ölkədə hakimiyyət uğrunda gedən siyasi çəkişmələr, Prezident-Baş nazir və Baş nazir-ordu çəkişmələri qeyri-sabit vəziyyət yaradır. Belə bir vəziyyətdə macəra axtaranlar ola bilər. Bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələri hazır vəziyyətdə Ermənistan sülh müqaviləsinə imza atana qədər baş verə biləcək hər hansı bir terror hadisəsinin qarşısını almaq məqsədilə prosesləri diqqətlə müşahidə edir.

 

Bu səbəbdən keçirilən irimiqyaslı təlimlər və şəxsi heyətin hazır vəziyyətə gətirilməsi çox düzgün qərardır. Azərbaycan hərbçiləri Ermənistandan qaynaqlanan təhdid və təxribatların qarşısını alaraq sülhün və sabitliyin davamlılığını təmin etməyə çalışacaqlar. Bu addımın da çox uğurlu olacağına inanırıq".

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Separatçı həyasızlığı: Qarabağda rus dili “rəsmi dil” elan edildi

Qarabağda hələ də rus sülhməramlılarının məsuliyyət zonasında guya fəaliyyət göstərdikləri haqda rəy yaradan separatçılar keçmiş, qondarma, de-fakto və de-yure mövcud olmayan “dqr”də rus dilini “rəsmi dil” elan ediblər.xankendi-yenii.jpg

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Separatçıların qondarma “deputatları” guya bu barədə qərar verib.

Qeyd edək ki, Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində erməni separatçıların destruktiv fəaliyyəti ciddi qıcıq doğurmaqdadır. Ermənistanda belə ruscanı qadağan edən, rus kanallarının ölkədə yayımını dayandıran, bircə ədəd də rusdilli məktəbin fəaliyyətinə imkan verməyən Ermənistan hakimiyyəti Azərbaycanın hazırda rus sülhməramlılarının nəzarəti altında olan hissəsində Rusiyaya “jest” etmək yolunu seçərək, mümkün bütün vasitələrlə Kremlin dəstəyini almağa və separatçı fəaliyyətini davam etdirməyə çalışır.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Haha
        • Like
      • 33 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 33 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...