Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Salam, Vətən!


Zaman.

Recommended Posts

Erməni təxribatı olacaq: Bakı hazır olmalıdır - Zülfüqarov

Axar.az keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Hit.az-a müsahibəsini təqdim edir:tofiq-zulfuqarov.jpg

- Tofiq müəllim, sülhməramlı qüvvələrin Azərbaycandakı fəaliyyətini necə qiymətləndirirsiniz? Azərbaycan cəmiyyətinin böyük hissəsində rus sülhməramlıların Qarabağdakı fəaliyyəti narazılıq doğurur. Bu missiya ermənilərə uğurlu gəldi, bəs bizə necə?

- Bu missiyanın uğurlu olub-olmaması bir qədər ritorik sualdır. BMT-nin nizamnaməsinə uyğun olan vasitəçiliyi və sülhməramlıları tələb edən ölkənin suverenliyi qüvvədə qalır. Minsk qrupunu vasitəçi olaraq dəvət etmişdik, onların vasitəçiliyi nəticəsiz oldu, biz onlara minnətdarlıq edib yola salırıq. Eyni qaydada da sülhməramlıları...

 

Onların fəaliyyəti də qəbul edən ölkənin suveren hüquqlarına heç bir məhdudiyyət qoymur. Sülhməramlılar tərəfindən yalnız o halda ölkənin suverenliyinə müdaxilə ola bilər ki, həmin ölkəni sülhə məcbur eləmək durumu yaransın. Bu da bizə aid deyil. Biz suverenliyimizi saxlayırıq və saxlayacağıq, onların fəaliyyətinə tam nəzarət edə bilərik. Gələn qüvvələr Azəraycana tabedir və onların fəaliyyəti bizim qanunlara uyğun olmalıdır. Amma beynəlxalq qanunlar tələb edir ki, sülhməramlılar razılaşma memorandumuna qol çəksin, bizdə bu, hələ yoxdur. Bu missiyanın BMT səviyyəsində baxılması və xüsusi qətnamə qəbul olunması lazımdır. Bu, yoxdur. Məhz bu qaydaların olmaması bizə daha çox manevr imkanları verir. Çünki çox şey bizdən asılıdır.

 

Reinteqrasiya çox mürəkkəb prossesdir. Bu insanlar böyük təbliğatln qurbanı olublar, Azərbaycan dövlətinə qarşı cinayət törədiblər. 30 il ərzində özünü qarabağlı sayan erməni nəsil yaranıb. Məğlub olsalar belə, bunu qəbul etmirlər.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

- Ermənilərin 30 il ərzində dəfələrlə bizə qarşı amansız rəftarının şahidi olmuşuq. Bu, müharibədən sonra da davam edir. Məğlub olsalar belə, minalanmış ərazilərin xəritələrini bizə vermirlər. Amma Azərbaycan humanist davranışlarına davam edir. İctimaiyyət arasında “Niyə biz də onlara qarşı eyni şəkildə rəftar etmirik” şəklində suallar da səslənir...

- Bəli, münaqişə başlayandan sonra ermənilər bizə qarşı etnik təmizləmə aprıblar. Azərbaycan cəmiyyəti haqlı olaraq narazılıq edir ki, biz niyə bunu etməyək?! Amma anlamalıyıq ki, beynəlxalq ictimaiyyət bizi bu şəkildə qəbul eləməz. Necə ki ermənilərin də siyasəti qəbul olunmadı və Qarabağı dövlət kimi tanımadı. Belə etsək, beynəlxalq güclər müharibənin nəticələrini də sual altına qoyarlar. Ona görə, Azərbaycan bu prossesə rəvac verməmək üçün ölçülmüş, düşünülmüş addım atır.

Xatırlayırsınızsa, müharibədən sonra Fransa parlamenti Qarabağın müstəqilliyini tanımaq üçün addım atdı. Azərbaycan bu bəhanələri verməmək üçün çalışır. Reinqteqrasiya prosseslərində xeyli problemlər süni şəkildə qabardılacaq. Buna hazır olmalıyıq. Təxribatlar olacaq.

 

- ATƏT-də həmsədrlər formatı dəyişdi, Türkiyənin fəallığı çoxaldı. Bəs bu, gələcəkdə ölkəmiz üçün hər hansı problem yarada bilər?

- Bu münaqişə dünyadakı bir çox oyunçuların regionu idarə etməsi üçün istifadə etdiyi vasitədir. Bölgədə bir çox güclərin maraqları toqquşur. Hər kəs öz geosiyasi oyunlarını qururdu, buna görə ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatında bir neçə dəfə dəyişiklik olub. İndi vəziyyət ona gətirib çıxarıb ki, Rusiya-Türkiyə tandemi digər oyunçuları kənara itələyib. İndiki tandemdə Türkiyə Minsk qrupunun üzvü yox, de-fakto həmsədri rolunda çıxış edir. Azərbaycanın da seçimi bundan ibarətdir. Azərbaycan Türkiyə və Rusiya üzərinə “stavka” qoyaraq problemi həll etməyə çalışdı və bacardı. Amma burda da problemlər çox ola bilər. Heç də fikirləşməyək ki, hər şey bitdi, geridə qaldı. Ermənipərəst dairələr mütləq maneələr yaradacaqlar, buna hazır olmalıyıq. Amma ayrı yolumuz yoxdur.

 

- Ermənistan indi Qərblə Rusiya arasında seçim etməkdə çətinlik çəkir. Necə deyərlər, “qızın iki adaxlısı var”. Rusiya yenidən Ermənistana sahiblənmək istəmir?

- Ermənistanda ruspəsətlərlə qərbəpərəstlər üz-üzə gəlir. Ermənilər Rusiyanın köməyi ilə ərazilərimizi işğal etmişdilər. 30 il sonra Rusiyanın neytral mövqeyi ilə onlar əraziləri itirdilər. Öz daxili imkanları başa çatıb, demoqrafik vəziyyətləri kəskindir, əhali sayı iki dəfə azalıb. Nə iqtisadi, nə hərbi, nə demoqrafik gücləri qalıb. Ona görə “Miatsum” planı məhv olub, yada düşmür.

Rusiya Ermənistana marağını itirib. Bayaqdan rus siyasətçilər Ermənistanı forpos, qucaq dövləti adlandırırdı, indi isə qulpsuz çemodan deyirlər. İndi erməni dövləti özünə yeni sahib, patron axtarır.

Rusiya əməkdaşlıq imkanlarını regional layihələrə, Azərbaycana, Türkiyəyə yönəldir. O, öz raketlərini öz ərazisindən də istənilən hədəfə yönəldə bilər. Ermənistan hamı üçün marağını itirib. Ona görə, bu böhran davam edəcək və sonda düşünürəm ki, Qərb düşərgəsinə keçəcək.

 

- Ermənistanın Qərbə yönəlməsinin Azərbaycana hansı təsiri olacaq?

- Qərbə yönələn dövlət daha demokratik islahatlar aparmalı, özünü o yöndə tanıtmalıdır. Qərb indi Ermənistana iflasa uğramış, iqtisadi baxımdan daima böhran da olan dövlət kimi baxır. Azərbaycan daha uğurlu bir gələcək modelinə malikdir. Bu baxımdan, Qərb üçün Azərbaycan daha böyük potensiala malik, daha lazımlı dövlətdir.

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Azərbaycanla 1975-ci ilin sərhədlərinə qayıtdıq - Avinyan

Azərbaycan və Ermənistan sərhədində sərhəd postları 1970-ci illərin sovet hərbi xəritələri əsasında müəyyən edilib.

tigran_avinyan.jpg

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

“Sərhəd postlarının yerləşdirilməsi 1975-1976-cı illərin hərbi xəritələrinin məntiqi çərçivəsində həyata keçirilir. Bu, sərhədlərin son delimitasiyası və demarkasiyası üçün müvəqqəti bir yerləşdirmədir. Bunun üçün isə ikitərəfli münasibətlər olmalıdır”, - Avinyan “Azadlıq” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzunmüddətli prosesdir.

“Biz bu prosesi Gürcüstanla indiyə qədər başa çatdırmamışıq. Ancaq bu proses gec-tez bütün qonşularımızla getməlidir”, - Avinyan qeyd edib.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

1881-ci il alman alimlərinin xəritəsi: Ermənilər hardadır?

“Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə alman coğrafiyaçılarının 1881-ci ildə tərtib etdiyi xəritəni paylaşıb.qafqaz-xerite.jpg

Bu barədə Axar.az-a açıqlamasında İ.Vəlizadə qeyd edib ki, sözügedən xəritə XIX əsrdə Qafqazın milli tərkibini əks etdirir.

Xəritədə azərbaycanlıların həmin dövrdə yaşadıqları sərhədlər aydın göstərilib.

 

“Xüsusilə Şuşa şəhəri azərbaycanlıların yaşadığı regionda göstərilib. Bundan başqa, Zəngəzurun xeyli hissəsi, Göyçə gölü ətrafındakı rayonlar, Ağrı dağ vadisinin bütün cənub hissəsi, o cümlədən İrəvanda azərbaycanlıların məskunlaşmasını görə bilərik”, - deyə Vəlizadə bildirib.

Maraqlıdır ki, müxtəlif etnos nümayəndələrinin yaşayış yerlərini göstərən köhnə xəritələrin əksəriyyəti xarici alimlər tərəfindən tərtib olunub ki, bu da onların qərəzsizliyini təsdiq edir.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Prezidentin Zəngəzur vurğusu: 1,1 trilyon dollarlıq...
zengezur.jpg

Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirdi. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Zəngəzur dəhlizi və Naxçıvanla kommunikasiyanın açılmasının türk dünyası üçün əhəmiyyəti haqda sözlərini şərh edərkən deyib.

 

Millət vəkilinin sözlərinə görə, söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir:

“Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

 

Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.

 

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək".

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Bu, Ərdoğanın “ordumla Əliyevin yanındayam” mesajıdır

Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri keçiriləcək. Təlimlər plan əsasında olsa da, vaxtı diqqət çəkir: 6-8 aprel.

erdogan_army.jpg

Bu tarixdə Nikol Paşinyan Moskvada Putinlə görüşəcək (7 apreldə - red.) və mümkündür ki, kommunikasiyanın bərpa edilməsi ilə bağlı razılaşma üzrə rəsmi sənədin imzalanmasına hazırlıq gedir.

Üçtərəfli qrupun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçukun Bakı və İrəvana səfəri, ardınca Əliyevlə Putinin telefon danışığı da prosesin bu yöndə olduğu ehtimalını gücləndirir.

 

Azərbaycanla Türkiyə masada danışıqlar getdiyi vaxt poliqonda birgə “əzələ nümayişi” göstərir.

Ən diqqətçəkən məqam təlimlərin Azərbaycan prezidentinin təsdiq etdiyi plan əsasında keçirilməsidir: Ərdoğan bununla “ordumla Əliyevin yanındayam”, Əliyev də “mümkün hərbi addımda türk əsgəri ilə birgə döyüşəcəm” mesajını verir.

  • Like 1
  • Thanks 1
  • Upvote 1
Link to comment
Share on other sites

Türkiyədə ermənilərin təzyiqi ilə üzləşən Nəcəf Qənbərov
Ermənilərin təzyiqlərinə baxmayaraq Kayseridə “Ana harayı” abidəsini ucaltdırmağı bacaran,  
Türkiyədə oxuduğu universitetdə mindən artıq tələbənin təqaüd almasına nail olan,
İctimai fəaliyyətinə görə Prezident mükafatına layiq görülən, Nəcəf Qənbərov

 

 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşir.

Layihələndirilən yolun uzunluğu 43 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

 

Artıq yol boyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "13 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət "Körpü-Bina-Tikinti" MMC birgə icra edir.
Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 26.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsinə təmin etmək məqsədi ilə 45 dairəvi boru və 25 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 7 yeni avtomobil körpüsünün inşası da planlaşdırılır. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.

 

Yeni Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobill yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar işçi qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
 
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Naxçıvandakı sərhədçilərin təlim toplantısı keçirilib
   
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında Sərhəd Nəzarət Məntəqələrinin hərbi qulluqçuları ilə təlim toplantısı keçirilib.

Ordu.az xəbər veri ki, toplantıda hərbi qulluqçuların sıra və fiziki hazırlıqları yoxlanılıb.

Toplantının ikinci günündə mənəvi-psixoloji hazırlıqdan “Hərbi qulluqçuların xidməti vəzifələrinin icrası zamanı vətəndaşlarla ünsiyyətin psixoloji əsasları” mövzusunda məşğələ keçirilib.

Naxçıvandakı sərhədçilərin təlim toplantısı keçirilib

Peşə hazırlığından keçirilən məşğələdə yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi ilə Azərbaycan və Türkiyə vətəndaşlarının hər iki ölkəyə vizasız gediş-gəlişinin sürətli keçid prosedurları öyrədilib.

Hərbi qulluqçulara dünya pasportlarının atlası, dövlət sərhədini keçməyə hüquq verən bütün növ sənədlərin nümunələri göstərilib, sənədlərin xüsusiyyətlərinin təhqiqatını operativ olaraq müəyyən edən cihazlarla işləmə qaydaları bir daha çatdırılıb.

Toplantının yekununda xidmətin keyfiyyətinin yaxşılaşdırılması və etibarlı sərhəd nəzarətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilib, toplantıların keçirilməsinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Bravo, Azərbaycan! Bu bir şedevr idi - Kuznetsov

Bravo, Azərbaycan! Heç bir "hərbi əsir" olmadan göyərtəsində yalnız general Muradovun (Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov – red.) olduğu bir təyyarə ilə bağlı fəndi kimin fikirləşdiyini bilmirəm, amma bu bir şedevr idi.kuznetsov.jpg

Axar.az xəbər verir ki, bunu rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov sosial şəbəkə hesabında qeyd edib.

“Moskva və İrəvanın burnuna toxunuşun səsi yüksək oldu. Bakı hər kəsə çox incə, eleqant şəkildə göstərdi ki, qarşısındakının avtoritetinə baxmadan həmişə milli maraqları rəhbər tutub və bundan sonra da rəhbər tutacaq.

Heç kim bu qədər zərif şəkildə Kremlin burnunu çoxdan palçığa batırmamışdı. Bax, budur yüksək diplomatiya!” - Kuznetsov bildirib.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Ermənistana İsgəndər-M-in verilməsi haqda - Fakt

Azərbaycan Prezidenti Şuşa şəhərinin "İsgəndər" raketləri ilə atəşə tutulması ilə bağlı Kremldən rəsmi izahat gözləyir. Rusiya onları Ermənistana göndərmədiyini bəyan etsə də, Azərbaycanda hesab edirlər ki, Şuşada tapılan raket mühərrikinin nömrəsi onun rusiyalı hərbçilər tərəfindən işə salındığını göstərir.iskender-raket.jpg

Axar.az Turan-a istinadən xəbər verir ki, "Kommersant" qəzetinin 08.09.2018-ci il tarixli nömrəsində dərc olunmuş məqalə ilə tanış olsaq, cavabın üzdə olduğunu görmək olar.

"Nikol Paşinyan Kremlin qarşısında dayanacaq" sərlövhəli məqalə Vladimir Putinlə yaxınlarda hakimiyyətə yiyələnmış Nikol Paşinyan arasındakı gərgin münasibətlərə həsr olunub.

Robert Köçəryanın həbsi, general Yuri Xaçaturovun məhkəmə təqibi və "Cənubi Qafqaz Dəmir Yolu" Səhmdar Cəımiyyətinin İrəvan ofisində axtarış səbəbindən münaqişəli münasibətlərin müzakirəsilə yanaşı Ermənistana silah tədarükündən də bəhs olunur.

 

2016-cı ildə Yerevan "Smerç" reaktiv yaylım atəşi sisteminin onlarla buraxılış qurğusunu, "İqla-C" daşınan komplekslərin, "Avtobaza-M" yerüstü radiotexnika kəşfiyyat kompleksini və 200 milyon dollarlıq digər texnika alıb.

Qəzetin hərbi mənbəyi bildirib ki, 2016-cı ildə Ermənistan 9M723 raketlərilə "İsgəndər-M" operativ-taktiki raket komplekslərin divizionunu alıb.

"De-yure bu, raket texnologiyalarının yayılması haqqında müqaviləni pozur, çünki bu raketlərin hədəfi məhvetmə məsafəsi 300 kilometrdən çoxdur”, - mənbə etiraf edib.

 

Moskvada belə bir addım atmağa məcbur olublar: daha çox hücum silahı arsenalına malik Azərbaycanla hərbi paritet üçün Ermənistana təcili operativ-taktiki raket kompleksləri lazım idi. Ermənistan üçün “İsgəndər-E” ixrac modifikasiyasının yaradılmasına vaxt tələb olunurdu ki, Bakı Dağlıq Qarabağa hücum etməyi qərara aldığı təqdirdə buna vaxt yox idi”, - məqalədə bildirilir.

Bu yazı "İsgəndər-M"in Ermənistanda necə olması və Azərbaycana qarşı necə tətbiq olunması məsələsinə aydınlıq gətirir.

"Lakin insident bitməyib, tərəflər arasında yaranmış yeni vəziyyət ətrafında "sıx müzakirələr" gedir", - ötən gün Putinin mətbuat katibi bildirib.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Brayza: Zəngəzur dəhlizini onlar istəmir

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza hesab edir ki, Zəngəzur nəqliyyat dəhlizi Şimal-Cənub layihəsinin bir hissəsi ola bilər.metyu-yeni.jpg

Onun sözlərinə əsasən, Zəngəzur dəhlizinin reallaşması mühüm iqtisadi və geostrateji tərkibə malikdir.

Metyu Brayza əmindir ki, Zəngəzur dəhlizi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyənin nəqliyyat infrastrukturlarını özündə birləşdirəcək, irimiqyaslı regional layihələrə sərmayə yatırmaq üçün yeni imkanlar açacaq.

“Dəhliz sənaye zonaları arasında əməkdaşlığın inkişafı baxımından fəal şəkildə istifadə oluna bilər. Zəngəzur dəhlizinin reallaşmasına İrəvanın Bakı və Ankara ilə iqtisadi əlaqələri və hərtərəfli əməkdaşlığını qurmaq istəməyən erməni “revanşistlər” etiraz edəcək”, - deyə o vurğulayıb.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Tarixçi: Arxivlər Zəngəzuru bu ölkəyə aid edir

Britaniya arxivlərindən əldə edilmiş dörd xəritənin ardıcıllığı həm Zəngəzur, həm də Qarabağın demokratik Qərb tərəfindən Azərbaycanın bir hissəsi kimi qəbul edildiyini açıq şəkildə göstərir.patrik-uolsh.jpg

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu irlandiyalı tarixçi Patrik Uolş deyib.

Tarixçi Cənubi Qafqazın İngiltərə arxivlərində mövcud olan ötən əsrin əvvəllərinə aid xəritələrinə diqqət çəkib:

“Britaniya arxivlərində Cənubi Qafqazın XX əsrinin əvvəllərinə aid dörd xəritəsi var. Birincisi, 1907-ci il 3 aprel, ikincisi, 1919 və ya 1920-ci illər, üçüncüsü, 1922-ci il 17 iyul, dördüncüsü isə 1923-cü il 25 may tarixlərinə aiddir. İngilislər və müttəfiq dövlətlər tərəfindən qəbul edilən bu xəritələr Cənubi Qafqazdakı milli dövlət sərhədlərini göstərir. Həm Qarabağ, həm də Zəngəzur bu xəritələrdə Azərbaycanın sərhədləri daxilindədir.

 

Qafqazın ilk xəritəsi bölgənin Çar Rusiyasının işğalı altında olduğu 1907-ci ilə aiddir. Qafqaz Hərbi Qərargahının Topoqrafik Bölməsi tərəfindən hazırlanıb. Bu xəritə həmin dövrdə Türkiyədə olan görkəmli kartoqraf, mayor F. R. Maunsell tərəfindən qeydə alınıb. Bu, eyni zamanda, sonrakı xəritələrin əsas götürüldüyü orijinal sənəddir. Bunun üzərinə Çar administrasiyasının Bakıdakı inzibati əraziləri, Zaqatala, Yelizavetpol, İrəvan və digərləri qeyd edilib.

 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

İkinci xəritə əvvəlcə “Məxfi”, daha sonra isə “Təsnifləndirilməmiş” olaraq möhürlənib. Tarixsizdir, amma 1919 və ya 1920-ci illərə aiddir. Gürcüstan, Ermənistan və Azərbaycan dövlət olaraq mövcuddur. Çünki 1918-ci il mayın 28-dən sonra hazırlanıb. Qarabağ, Zəngəzur və Naxçıvan bölgələri də bu xəritədə Azərbaycanın milli sərhədləri daxilindədir. Ermənilərin “Sevan” adlandırdığı gölə ingilislərin xəritəsində tarixi Azərbaycan adı olan “Göyçə gölü” deyilir”.

 

Patrik Uolş bildirib ki, ingilislər 1918-ci ilin sonundan 1919-cu ilin avqustuna qədər bütün səlahiyyətləri Azərbaycan Xalq Cümhuriyyətinə təhvil verməzdən əvvəl Azərbaycanı ələ keçirmişdilər:

“Bu müddət ərzində ərazilərin sərhədlərinin 1919-cu ildə Paris Sülh Konfransında nəhayət həll ediləcəyi bildirilsə də, Böyük Müharibənin qalibləri tərəfindən heç vaxt son qərar verilmədi. Nəticədə dövlət sərhədlərinin müəyyənləşdirilməsi 1920-1921-ci illərdə Cənubi Qafqazı ələ keçirən bolşeviklərə verildi.

Xəritələr göstərir ki, Paris Sülh Konfransı Azərbaycanın hər hansı bir ərazisini Ermənistana vermiş olsaydı, bu, Böyük Britaniyanın Ermənistanın bir hissəsi olduğuna inandığı üçün deyil, ermənilərin Birinci Dünya Müharibəsi dövründə “göstərdikləri xidmətlər” əsasında olmalıydı. Bunlar ayrı-ayrı kartoqrafların işi deyil, rəsmi müttəfiqlərin (İngiltərə, Fransa və İtaliya) nəzarətinin və Türkiyə ilə Rusiya arasındakı rəsmi beynəlxalq müqavilənin və s. nəticəsidir.

979158641_unnamed(2).thumb.jpg.7e7a24623996ffd8dff94591b88aabba.jpg

İngilislərin 1922-ci il tarixli Qafqaz xəritəsində bu qeydlər var: “Bu xəritədə göstərilən sərhədlər müttəfiqlərin qərargahı tərəfindən əllərində olan məlumatlarla yoxlanılıb, bu məlumatlara uyğun gəlir”.

1923-cü il xəritəsi Baş Qərargahın Coğrafi Bölməsi və Britaniya Hərb İdarəsi tərəfindən hazırlanıb. Muxtar Naxçıvanın sərhədləri ilə əlaqədar mənbə olaraq 1921-ci ilin martında imzalanmış Moskva, 1921-ci ilin oktyabrında imzalanmış Qars müqavilələri göstərilir. İngilis kartoqrafları bu məqsədlə Qars müqaviləsinə daxil olan rus xəritələrindən istifadə ediblər. Xatırladaq ki, qeyd olunan Sevr müqaviləsi tezliklə İngiltərə və Türkiyə arasında son danışıqlar prosesində olan Lozanna müqaviləsi ilə əvəz ediləcək.

 

7 nömrəli bir qeyd var: “Yuxarıda göstərilənlərdən başqa digər sərhədlər dəqiqliyi hələ şübhə altında olan hesabatlardan tərtib edilib”. Ehtimal olunur ki, bunun səbəbi Cənubi Qafqazdakı digər ərazilər və sərhədlərin o dövrdə Sovet İttifaqının tam nəzarətinə və qərar qəbuluna tabe olmalarıdır.

İrland tarixçi məlum xəritələrdə ermənilərin qondarma iddialarına dair heç bir dəlilin olmadığını söyləyib:

“Beləliklə, ingilislər Qarabağ, Zəngəzur və Zaqatalanın Azərbaycanın bir hissəsi olduğu dəlilləri, məlumatları və təcrübələrinə əsaslanaraq, Cənubi Qafqazın Sovet Rusiyasının işğalında qalacağı təqdirdə, bolşeviklərin nə edə biləcəyindən əmin ola bilmədilər.

 

Bu xəritələr qəti şəkildə ermənilərin “Stalin heç vaxt Qarabağı Azərbaycana vermədi” iddiasının üstündənxətt çəkir. Əslində, bu xəritələr Qarabağın Azərbaycanın bir hissəsi olduğunu göstərən Sovet sənədlərini də dəstəkləyir. Xəritələrində göstərdiyi budur ki, bolşeviklərin ingilislər və müttəfiqlərin Azərbaycanın ayrılmaz hissəsi kimi gördükləri Zəngəzuru əsasən geosiyasi səbəblərdən ermənilərə veriblər.

Britaniya arxivlərindən əldə edilmiş dörd xəritənin ardıcıllığı da həm Zəngəzur, həmdə Qarabağın demokratik Qərb tərəfindən Azərbaycanın bir hissəsi kimi qəbul edildiyini açıq şəkildə göstərir".

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Təxribat: Ermənilər sərhəddə əsgərlərimizi atəşə tutduaz-rus-serhed.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.

Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur.

 

Hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş etmişlər.

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmamışdır. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilmişdir.

 

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Bu, Türkiyəyə Qarabağa görə təzyiqdir

Azərbaycanın əldə etdiyi qələbəni bir sıra dövlətlər qəbul edə bilmir. Fransa 44 günlük müharibədə olduğu kimi, bundan sonra da xislətindən əl çəkməyəcək.vahid-hmdov.jpg

Axar.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

O əlavə edib ki, ABŞ Prezidenti Co Bayden seçki öncəsi ermənilərə verdiyi vədi yerinə yetirmək üçün “soyqrım” ifadəsini işlədib:

“Hesab edirəm ki, Bayden çox böyük səhv edib. Türkiyənin regionda söz sahibi olması bu dövlətləri qane etmir. Bu səbəbdən də çalışırlar ki, Türkiyəyə qarşı belə qondarma vasitələrlə təzyiqlər etsinlər”.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

prezident-cebrayil-10.jpg

Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdi.

Prezidentin sərəncamı bu tarixdə imzalaması təsadüfi deyil: 1992-ci ilin 8 mayında Şuşanın işğalından 44 günlük müharibəyə qədər hər il bu təqvimi bayram edən Ermənistan 29 il sonra 8 maya azad olunmuş Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğu reallığı ilə oyanacaq.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

DSX: Azad edilmiş ərazilərdə daha 6 yeni hərbi hissə yaradılacaq
  
İran İslam Respublikası ilə sərhəddə yerləşən zastavaların fəaliyyəti bərpa edilib, Ermənistanla dövlət sərhədində - Laçın rayonun bir hissəsinə, Zəngilan və Qubadlı rayonlarının mühafizəsinə başlanılıb.

Ordu.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat katibi Maya Şərifova deyib.

O bildirib ki, son iki ay ərzində artıq 10 hərbi hissə fəaliyyətə başlayıb və may ayının sonunadək daha 6 yeni hərbi hissə yaradılacaq.

 

M. Şərifovanın sözlərinə görə, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” hərbi əməliyyatında DSX-nın şəxsi heyəti çox yaxından iştirak edib: “Qəhrəman döyüşçülərimiz Xudafərin körpüsündə, Zəngilan şəhərində, rayonun Ağbənd qəsəbəsində, Şükratazvə Bartaz yüksəkliklərində dövlət bayrağımızı ucaldıblar. Bu döyüşlərdə iştirak etmiş sərhədçilərimizdən şəhid olan və yaralananlar da var”.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Ordumuz Qara gölü nəzarətə götürdü - Nikoldan reaksiya

Azərbaycan Ordusunun Zəngəzur istiqamətində dövlət sərhədini bərpa etməsi və Qara gölü nəzarətə götürməsinə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan reaksiya verib.

nikol-pashinyann.jpg

Axar.az xəbər verir ki, gecə saatlarından Təhlükəsizlik Şurasının iclasını toplayan Nikol Paşinyan Azərbaycanı ittiham etməkdən də çəkinməyib.

“Zəngəzur (Sünik) vilayətinin Qara göl rayonunda vəziyyət olduqca ciddi qalmaqda davam edir və heç nə dəyişməyib. Ərazidə Azərbaycan hərbçiləri və bizim hərbçilərimiz var. Amma demək istəyirəm ki, vəziyyət hərbi gərginlik səviyyəsinə çıxmayıb. Heç bir atışma və toqquşma baş verməyib”, - Paşinyan bildirib.

 

Ermənistanın illərdir Azərbaycan ərazilərini işğal etməsi və qanunsuz olaraq dövlət sərhədini dəyişməsi faktlarını unudan Nikol Paşinyan guya Azərbaycanın Qara gölə sahiblənməsi üçün saxta xəritələrdən istifadə etdiyini deməkdən də çəkinməyib.

Hətta Nikol daha da irəliyə gedərək, Azərbaycan hərbçilərinin ərazidən çıxarılması ilə bağlı işlərin aparıldığını da deyib.

 

Qeyd edək ki, Azərbaycan Ordusu ötən gün GPS və xəritələr əsasında dövlət sərhədimizi bərpa etmək üçün 2-3 km irəliləyərək, Qara gölü tam nəzarətə götürüb. Torpaqlarımız işğal altında olduğu vaxt sərhədləri həyasızcasına qabağa çəkərək, zəbt edən ermənilər isə hər dəfə sərhəd dəqiqləşməsində hay-küy salaraq, zəbt etdikləri ərazini geri vermək istəmirlər.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Zəngəzur olayı: ermənilər niyə hay-həşir salır?

zengezur.jpg
Ermənistan uzun illər torpaqlarımızı işğal altında saxladığına görə düşünürdü ki, bu, əbədi olacaq. Buna görə də Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini özünə birləşdirmişdi. Azərbaycan işğala son qoyub və sərhədlərimizi müəyyənləşdiririk. Bu belə də olmalıdır, sadəcə, ermənilər buna alışmayıblar. Ona görə də haray-həşir salırlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

 

O bildirib ki, bizə aid olan ərazilərin Azərbaycan sərhədçilərinin nəzarətinə götürülməsi Ermənistanda parlament seçkisi öncəsində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın mövqelərini zəiflədir:

“Ona görə də o və onun nazirləri gün ərzində Moskvaya zənglər edir, yalvarır və Azərbaycandan şikayət edirlər. İrəvan prosesə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da qoşmaq istəyir.

 

İrəvandan Moskvaya edilən çoxsaylı zənglərin və yalvarışların nəticəsidir ki, Azərbaycanı yenicə tərk edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. Nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Lavrova yəqin o da təsir edib ki, əgər Ermənistanla Azərbaycan arasında gərginlik yenə də artıbsa, demək, onun bölgəyə səfərinin nəticəsi olmayıb. Lavrov Azərbaycana səfər etdi deyə, biz öz haqlarımızdan imtina edəsi deyilik, əksinə Moskvaya anlatmalıyıq ki, bizə aid olanların hamısını geri qaytaracağıq.

 

Doğru bildiyimiz işi davam etdirməliyik. Torpaq məsələsində güzəşt ola bilməz. Ermənistan müharibədən zəif düşüb, bundan maksimum istifadə etmək lazımdır. Rusiya hərbçilərinin Qarabağda yerləşdirilməsi bizə sərhədlərimizi müəyyənləşdirməyə mane olmamalıdır”.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Şuşada bunları etmək qadağan edilir

shusha-yeni.jpg

Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük veriləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını müəyyən edəcək.

Axar.az xəbər verir ki, bu, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, Şuşa şəhərinin ərazisində onun inkişafına yönəlmiş infrastrukturun, investisiya qoyuluşu və investorların fəaliyyəti üçün şəraitin yaradılması təmin ediləcək.

Şuşa şəhərinin ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq qadağan ediləcək.

Eyni zamanda, Şuşa şəhərinin ərazisində nəqliyyat infrastrukturunun, o cümlədən şəhərin hissələrinə giriş-çıxışın təşkili müvafiq icra hakimiyyəti orqan (qurum) tərəfindən həyata keçiriləcək.

 

Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük veriləcək və onlardan istifadə təşviq ediləcək. Şuşa şəhərinin ərazisində mövcud olan yollarda və ya şəhərin mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edilə və ya bu cür istifadə qadağan edilə bilər.

Layihə mayın 24-də parlamentin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında müzakirə olunacaq.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Ordumuz Ermənistanla sərhəddə bu zirvəyə yerləşdi

ordumuz-bayraq.jpg
Azərbaycan hərbçiləri Ermənistanla təmas nöqtəsində Geqarkunik vilayətinin Qut kəndi istiqamətindəki yüksəklikdə qərarlaşıblar.

Axar.az xəbər verir ki, bu məlumatı “Razm.info” saytı yayıb.

İddia edilib ki, yüksəklik Qut kəndindən 6 kilometr məsafədə yerləşir.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

Qarabağdakı türk şirkətlərinə hücum Türkiyəyə hücumdur

Türkiyə ilə Azərbaycanın işğaldan azad edilən Qarabağın bərpasında birlikdə iştirak edəcəyi gözlənilirdi. İki ölkə arasında bu istiqamətdə bu günə qədər bir yox, bir neçə saziş imzalanıb. Prezident İlham Əliyevin Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqları ilə əlaqədar imzaladığı sərəncam isə ölkə büdcəsini əlavə yüklərdən azad edəcək.kelbecer-alolar.jpg

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib.

Natiq Cəfərli bildirib ki, Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının Türkiyənin “Eti Bakır A.Ş.” və “Artvin Maden A.Ş.” şirkətlərinə verilməsi doğru qərardır:

“Birincisi, işğaldan azad edilən ərazilərimizin bərpası üçün kifayət qədər çox vəsait lazımdır. Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarında görüləcək işlərin bütün xərclərini həmin şirkətlər qarşılayacaqsa, əlbəttə, bu bizə sərf edir.

 

İkincisi, həm “Eti Bakır A.Ş.”, həm də “Artvin Maden A.Ş.” kifayət qədər tanınan, beynəlxalq təcrübəsi olan şirkətlərdir. Bundan başqa, yeni texnologiyalara çıxış imkanları da yaxşıdır. Həmin şirkətlərin filiz yataqlarına investisiya qoyub, ən yeni texnologiyaları prosesə cəlb etməsi işin effektivliyini artıra bilər.

Üçüncüsü, Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının türk şirkətlərinin istismarına verilməsi əlavə iş imkanlarının yaranması deməkdir. Bu şirkətlərin həmin ərazilərdə fəaliyyətə başlaması və işə azərbaycanlıların cəlb edilməsi həmin ərazilərə qayıdışı da sürətləndirəcək. İş imkanı olan istənilən yerə insanlar rahatlıqla yerləşə bilərlər.

Dördüncüsü, türk şirkətlərin regionda fəaliyyət göstərməsi ermənilərin əl-qolunu da bağlayacaq. Yəni əvvəlki kimi təxribatlar törədib gərginliyi artırmağa risk edə bilməyəcəklər. Məsələ ondadır ki, türk şirkətlərinə ediləcək istənilən hücum Türkiyənin özünə edilmiş kimi bir şeydir. Rəsmi İrəvan isə belə bir riskə çətin ki, getsin”.

 

Ekspert onu da qeyd edib ki, Prezidentin imzaladığı sərancamda qeyd edilməsə də, gələcəkdə türk şirkətləri Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının istismarına da cəlb edilə bilərlər:

“Hazırda Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya işləri getdiyindən Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağından istifadə edə bilmirik. Lakin bu proses tənzimləndikdən sonra Söyüdlü (Zod) qızıl yatağı da türk şirkətlərinin istismarına verilə bilər”.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Baqdasaryan: Biz 30 il Qarabağı zəhərlədik və qarət etdik!

Məşhur erməni bloger öz millətinin heç vaxt eşitmək, qəbul etmək istəmədiyi dəhşətli faktları açıqlayıb.aqdasaryan-xerite.jpg

Erməni bloger Roman Baqdasaryan öz birbaşa efiri zamanı Qarabağla bağlı bütün həqiqətləri xəritələrlə izləyicilərinə çatdırıb, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması ilə bağlı maraqlı faktları açıqlayıb və 30 ildən artıq zaman ərzində yalnız saxtakarlıqla və aldanma ilə məşğul olanların adlarını çəkib.

Axar.az xəbər verir ki, bloger öz efirindəki çıxışında 1988-ci ilə qədər Qarabağ ərazisində yaşayan ermənilərin dəqiq sayını açıqlayaraq, maraqlı bir məqama diqqət yetirib.

“Həmin dövrdə orada 150 mindən çox erməni yaşayırdı. Qarabağdakı bu ermənilərin təhtəlşüur səviyyəsində beyinlərinə yeridildi ki, guya onların hüquqlarını Azərbaycan qorumur və Bakı guya Qarabağın inkişafına mane olur. Guya Bakı orada yaşayan ermənilərin sayını azaltmağa çalışıb. Əsas ideya isə Azərbaycanın tərkibindən çıxmaq idi. Bu baş verdi, amma...

 

Çoxları bilmir ki, o illərin rəsmi məlumatlarına görə, Köçəryan və Sərkisyanın hakimiyyəti dövründə (Qarabağa nəzarət Ermənistanda olduğu dönəm – red.) “artsaxlı-erməni”lərin sayı 150 mindən 80 minə qədər azalmışdır. Təsəvvür edin, oradakı insanlar, hansılar ki, bir ağızdan deyirdilər ki, guya Azərbaycan onlara inkişaf etməyə, normal yaşamağa imkan vermir, həmin ərazilərə nəzarət İrəvana keçəndən sonra Qarabağdan başlarını götürüb qaçdılar. Bu ermənilər Qarabağdan Rusiyaya qaçdılar. Bir sözlə, Köçəryan və Sərkisyan həmin illərdə öz xalqının “ağ soyqırım” aktını həyata keçirdi.

 

Qarabağ Ermənistanın nəzarətinə keçəndən sonra baş verən cinayətlərlərdən danışaq. Qarabağın bütün təbii ehtiyatları İrəvan tərəfindən oğurlanaraq xaricə satıldı. Biz Qarabağda hər şeyi məhv etməyə çalışırdıq. Həmin dövrdə Martakertdən (Ağdərə – red.) İrəvana, daha dəqiq desək, cəllad və oğruların ciblərinə böyük qızıl ehtiyatlarından gələn gəlirin axmasına dair onlarla sübutlar var. Bu pullardan bir qəpik də Ermənistanın büdcəsinə keçirilməyib. Eyni sözləri Qarabağın ağacları haqqında da demək olar. Bütün meşələr məhv edilirdi, pullar isə yenə Köçəryan və Sərkisyan ciblərinə gedirdi”, - deyə erməni bloger qeyd edib.

 

Bağdasaryan deyir ki, ermənilər hər yerdə belə deməyə öyrəşiblər: guya 1988-ci ilə qədər Qarabağ erməniləri üçün Azərbaycanın tərkibində yaşamaq çox çətin idi:

“Amma əslində Qarabağ məhz Ermənistanın nəzarətinə keçdikdən sonra boğulmağa başladı. Bundan başqa, Ermənistan tərəfi o dövrdə bütün Qarabağ üzrə su elektrik stansiyaları tikməyə başladı. Bu su elektrik stansiyalarından çıxan çirkab tullantıların hamısı oradakı çaylara axıdıldı. Biz sadəcə olaraq Qarabağı zəhərləməklə məşğul idik. Yeri gəlmişkən, bütün bu su elektrik stansiyaları Daşnaksütyun Partiyasının üzvlərinə məxsus idi.

Biz bunu bilməliyik və hər şeyi Paşinyanın üstünə yıxmaqdansa, bir az bu faktlar barəsində danışmalıyıq”.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Erməni telekanalı: Bu torpaqları geri qaytarmalıyıq

anklava-xerite.jpg
Ermənistanın İctimai telekanalı Azərbaycanın anklavları haqqında yeni reportaj yayıb. Erməni telekanalının budəfəki süjetində arxiv xəritələri göstərilib və ictimaiyyətə bu torpaqların Azərbaycanın anklavları olduğu əyani şəkildə sübut olunub.

Axar.az xəbər verir ki, bu barədə ermənistanın 168.am nəşri yazıb.

Efirdən sonra Ermənistanın İctimai Televiziyasına qarşı "düşmənə kömək” ittihamları irəli sürülüb.

 

“Azərbaycan kəndlərinin erməni işğalından geri qaytarılması çağırışları Ermənistanda getdikcə daha geniş yayılmağa başlayıb. Ermənistan İctimai Televiziyasının adı çəkilən təşviqat materialında bir neçə deputatın və ekspertin bəyanatlarından da istifadə olunub.

Süjetdə qeyd olunub ki, hazırda Ermənistana məxsus Tiqranaşen kəndi vaxtilə Azərbaycan kəndi olub və bu kəndin adı Kərkidir.

Materialda bildirilir ki, hesabatda adı çəkilən kəndlərin hamısı Azərbaycan torpaqlarıdır", - deyə erməni saytı yazır.

 

Artıq bununla bağlı İrəvandan olan hüquq müdafiəçisi Arman Tatoyan Ermənistanın İTV-sinə qarşı bəyanat hazırlayıb. Tanoyan iddia edib ki, reportajda jurnalistlər danılmaz sübutlar təqdim etsələr belə, onlar Azərbaycan tərəfinə dəstək verməməli idilər.

“Biz özümüz özümüzə sübut edirik ki, bu kəndlər Azərbaycanındır. Bakıya belə olduğu təqdirdə nə etmək qalır?" - deyə o fikrini tamamlayıb.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Ordumuz erməni əsgəri niyə geri tez-tələsik qaytardı?

İyunun 8-də Müdafiə Nazirliyi rəsmi açıqlama yaydı ki, erməni diversiya qrupu Laçına daxil olub, əsgərlərimizin sayıqlığı nəticəsində qrupun bir üzvü – Artur Kartanyan saxlanılıb, qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.ermeni-esgerr.jpg

MN ilkin araşdırmalarının nəticəsini də elan etdi: düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

 

Aradan bir neçə saat keçəndən sonra MN növbəti açıqlama yaydı və bəyan etdi ki, Artur Kartanyanın Azərbaycan sərhədlərinə daxil olması təxribat məqsədi ilə olmayıb, sadəcə, yolu azıb. Buna görə də saxlanılandan bir neçə saat sonra geri qaytarılıb.

Bu iki informasiya arasında müəyyən qarşılaşdırma aparan azərbaycanlı sosial şəbəkə istifadəçiləri müəyyən suallar verirlər:

1. MN ilk xəbərdə diversiya qrupunun digər üzvlərinin ərazini tərk etdiyini bildirmişdi. Bir nəfər azıb keçibsə, bəs, digər diversantlarla bağlı qənaət hardan yaranıb?

2. Düşmənin diversiya qrupunun məqsədinin mina basdırması olduğu haqda ilkin araşdırma haqda rəsmi məlumat yayılmışdı. İlkin araşdırma deyəndə, nə nəzərdə tutulub?

3. Niyə cəmi bir neçə saatdan sonra yolu azan əsgər geri verilib? Bir neçə saatlıq istintaq erməni əsgərin azıb keçməsini tam yəqinləşdirmək üçün olduqca qısa müddət deyilmi?

Erməni mediası və sosial şəbəkə istifadəçilərinin bu olaya reaksiyası və təəccübü isə belədir:

1. Bəs deyirdiniz, “diversantdır”?

2. Azərbaycan sərhədi azıb keçən “diversantı” niyə dərhal geri qaytardı?

3. Sərhədi azıb keçənlə bağlı Bakı ilə danışıqları Rüstəm Muradov aparıb, ona görə də Kartanyan indi Xankəndidədir və s.

Əslində isə Müdafiə Nazirliyi ilk informasiyada adekvat davranmışdı:

1. Düşmən əsgərinin sərhədlərimiz daxilinə keçməsi diversiya kimi qiymətləndirilməlidir və Ordumuzun münasibəti birmənalı olmalıdır. Son günlər erməni diversiya qrupları yalnız mina basdırmağa keçdiyindən, bu versiyanın səsləndirilməsi normaldır;

2. Erməni əsgərin tək olduğunu düşünmək sadəlövhlük olardı;

3. Ən qısa müddətdə kəşfiyyat məlumatları cəmləşdirildi və qərar verildi. Yəni məsələ Kartanyanın dindirilməsi deyil, Azərbaycanın özünün kəşfiyyat məlumatları əsasında qərar verməsidir.

 

Erməni mediası Kartanyanın dərhal geri qaytarılmasını anlamaqda “çətinlik çəkir” və mövzunu gündəmdən çıxarmağa çalışır. Çünki Azərbaycan bir neçə saat ərzində erməni əsgəri qaytarmaqla sübut etdi ki, 13 dekabr və 27 mayda saxlanılanları geri verməməsinin səbəbi onların təxribatçı-diversant olmasıdır!

Yəni azaraq Azərbaycan ərazisinə keçən heç bir erməni əsgərini saxlamaq fikrində deyilik və bunu bütün dünya bir daha gördü. Azərbaycan Ordusu yalnız təxribat məqsədilə ölkə ərazisinə girənlərlə adekvat davranır və bu, artıq müzakirə mövzusu ola bilməz!

Burda Rüstəm Muradovun mövqelərini gücləndirmək, Ermənistandakı seçki prosesinə müdaxilə imkanlarından imtina etmək istəkləri də göz qabağındadır.

 

Müdafiə Nazirliyi çox çevik bir manevrlə Kartanyan kartını Sərkisyanın, Köçəryanın və Paşinyanın əlindən aldı və paralel olaraq erməni ictimaiyyətinə ünvanlanmış “Bakıda saxlanan əsirlər” mövzusundakı spekulyasiyalara öldürücü zərbə vurdu.

İndi erməni ictimaiyyətində artıq müəyyən təsəvvürlər var: Azərbaycan onun təhlükəsizliyinə qəsd etməyən düşməni belə saxlamır, mühakimə etmir və zərərsizləşdirmir. Bakıda da “əsir” yoxdur, terrorçu var.

Gedin, seçkinizi ayrı mübahisə üstündə qurun...

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Bakı və Ankara bu sahədə də əməkdaşlığı genişləndirir

Azərbaycan və Türkiyə aqrar sığorta sahəsində əməkdaşlığı daha da genişləndiriməyə hazırlaşırlar.

fateh-fuad.jpg

Axar.az xəbər verir ki, iki ölkə arasında aqrar sığorta sisteminin inkişafı və genişləndirilməsi məsələləri Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Fateh Metinlə Azərbaycanın Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqovun görüşündə müzakirə edilib.

Görüşdə qeyd olunub ki, Azərbaycanda aqrar sığorta sisteminin qurulmasına qardaş ölkə böyük dəstək verib. Aqrar Sığorta Fondu və Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM təşkilatı arasında imzalanan razılaşmalara əsasən, Türkiyə tərəfi ölkəmizdə aqrar sığorta sisteminin qurulmasının bütün mərhələlərində aktiv iştirak edib.

Hazırda bu əməkdaşlıq və təcrübə mübadiləsi davam edir və onun daha da genişlənməsi nəzərdə tutulur.

 

Aqrar Sığorta Fondunda keçirilən görüşdə bildirilib ki, hazırda Azərbaycanda aqrar sığorta vasitəsilə 14 bitki növü, südlük mal-qara və balıqçılıq təsərrüfatları sığortalanır. Ölkə fermerləri aqrar sığortaya böyük maraq göstərirlər. 2021-ci ilin ilk 4 ayında toplanan sığorta haqlarının 1 milyon manatı keçməsi aqrar sığortaya tələbatın yüksək olduğunun göstəricisidir.

Qarşıdakı dövrdə sığortalanan bitki və heyvanların siyahısının daha da genişləndirilməsi, sığortanın əhatə etdiyi risklərin əhatəsinin isə böyüməsi nəzərdə tutulur.

Görüşdə, həmçinin vurğulanıb ki, bu yeniliklərin tətbiqi məqsədilə Türkiyə və Azərbaycan arasında aqrar sığorta sisteminə dəstək və təcrübə mübadiləsi davam etdiriləcək.

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

Sərhədi pozdular, əsgərlərimizə qumbara çəkdilər... – Komediya

44 günlük müharibədə aldıqları ağır mənəvi-psixoloji travma altında çabalayan erməni mediasının Azərbaycan Ordusunun sərhədlərimizin bərpası ilə bağlı addımlarına verdikləri isterik reaksiyaları davam edir.ermenistanla-serhed.jpg

Axar.az xəbər verir ki, Zəngəzur (Sünik) ərazisindəki sərhədimizdə yerləşən Tex kəndinin iki sakininin 12 iyunda traktorla “kənd təsərrüfatı ilə bağlı” iş görərkən Azərbaycan sərhədini pozması və rus sülhməramlılarının vasitəçiliyi ilə həmin gün də azad edilməsi barədə əfsanə uydurublar.

Hadisə haqda rəsmi açıqlama bundan ibarətdir ki, Azərbaycan sərhədlərinə daxil olan kəndliləri Azərbaycan əsgərləri saxlayıb, daha sonra isə erməni əsgərləri və rus sülhməramlıları hadisə yerinə gəlib, onların doğrudan da kəndli olduğu təsdiqlənib və geri qaytarılıblar.

 

Bu gün isə erməni mediası Tex kəndinin başçısının açıqlamasını alıb. Nerses Şadunts adlı şəxs deyib ki, kəndin iki sakini ot biçini ilə məşğul olarkən Azərbaycan sərhədləri daxilinə 200-300 metr giriblər. Bu zaman 10-a yaxın Azərbaycan əsgəri dərhal onların başı üstünü alıb.

“Onlar bizimkiləri mühasirəyə alıblar və bildiriblər ki, bizim ərazimizdəsiniz. Bizimkilər də deyib ki, yaxşı, əgər elədirsə, biz qayıdırıq. Onlar deyiblər ki, yox, hamımız bir yerdə hissəyə gedəcəyik və silah çəkiblər. Bu zaman bizimki qumbara çıxararaq, üzüyünü (fitil) çəkib və deyib ki, onda hamımız o dünyaya gedəcəyik”.

 

Nədənsə əhvalat və Tex kəndinin kənd təsərrüfatında çalışan traktorçusunun qəhrəmanlığı bu yerdə dərhal kəsilir və ardınca bildirilir ki, hadisə yerinə erməni əsgərləri və Rusiya sərhədçiləri (diqqət edin – red.), o cümlədən Sünikin qubernatoru gəlir. Kəndin başçısı deyir ki, bundan sonra danışıqlar aparılır və iki kəndli və traktor geri qaytarılır.

Bu əhvalatın uydurma olduğu ilk baxışda görünür: kənd təsərrüfatı ilə məşğul olan kəndlidə qumbara nə gəzir? O qumbaranı çəkibsə, sonu necə bitib? Azərbaycanlılar onları saxlamayıbsa, ruslar və qubernator kiminlə danışıqlar aparıblar? Saxlayıbsa, saatlarla əlində fitili çəkilmiş qumbara saxlayan kəndlidir, yoxsa diversant?

Üstəlik, rəsmi açıqlamada Rusiya sülhməramlılarının, kənd başçısının açıqlamasında isə Rusiya sərhədçilərinin vasitəçilik etdiyi bildirilir.

 

Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur və rus sərhədçilərin danışıqlar aparması normaldır. Sülhməramlılar isə Azərbaycanın Qarabağ ərazisində yerləşsə də, sərhədlə bağlı bağlı məsələlərdə hər iki tərəfin razılığı ilə iştirak edə bilirlər. Beləliklə, vasitəçiliyi kim edib: sərhədçilər, yoxsa sülhməramlılar?

Sözsüz ki, bu, erməni paronoyası, özlərindən qəhrəman düzəltmək cəhdi və erməni mediası gülünc vəziyyətidir.

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

trofimcuk2.jpg

 

Kimsə Türkiyənin açar olmasını, indi isə Qarabağ zonası və ümumilikdə Cənubi Qafqazda faktora çevrilməsini unudub.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı politoloq Qriqori Trofimçuk paylaşıb.

“Kiməsə elə görünürdü ki, NATO üzvü Türkiyə Rusiya sülhməramlılarından qorxub. Azərbaycanla Şuşada (başqa heç harada yox, məhz simvol kimi Şuşada) müttəfiqliyini rəsmiləşdirməklə o özü haqqında xatırlatdı. Belə ki, hər kəsə aydın olmalıdır ki, məhz burada Rusiya Federasiyasının maraqları ilə birbaşa əlaqəsi olan real siyasət gerçəkləşdilir. Bu reallığın çəkisi daha ağırdır. Cenevrədə yaxşı heç nə olmayacaq”, – deyə o bildirib.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Siz hardan biləsiniz Öztürk olmaq nədir?..

Fulyanı çox sevdim. İlk gördüyüm gündən. Mənimçün o, Qarabağ savaşının obrazlarından biridir - çox sevimli, bəyənilən, simpatik... Efirə hədsiz yaraşır. Tanrı heç nəyi əsirgəməyib. Gözəl qaməti, gözəl duruşu, gözəl üzü, gözəl gözləri...fulya-ozturk.jpg

Simasındakı təbiilik, doğmalıq, emosionallıq, yanğı və sevgi onu hamıdan fərqləndirir. Seçilir Fulya...

Fulya həm də ona görə seçilir ki, gənc xanımdır. Onu ön cəbhədə, odun, alovun içərisində təsəvvür etmək çətindir. Amma biz onu məhz müharibənin ən qaynar nöqtələrində haqq səsimizi dünyaya duydurmağa çalışırkən gördük. Həm heyrətləndik, həm də sevindik. Bir türk qızı belə olmalı - gözü qara-qorxu, yorğunluq nədir, bilməyən, Azərbaycanı da Türkiyə qədər sevən, Vətən bilən.

 

Belə qızı, belə türk qızını necə ekranlaşdırmayasan, necə çəkməyəsən, necə filmləşdirməyəsən?! İkinci biri varmı? Müharibənin bizə tanıtdığı Fulya kimi ikinci bir qadın jurnalistin adını çəkə bilərsinizmi?! Müqayisə edə biləcəyimiz daha bir isim varmı?!

Yoxdur. Ona görə yoxdur ki, Türkiyədə savaş müxbirliyinin dərsini, kursunu, elmini keçirlər, əlifbasını, düsturunu öyrədirlər. Tam yetişdirdikdən, nəzəriyyəsini öyrətdikdən sonra təcrübəsini də keçirlər. Və bu çox bahalı bir təhsildir, təcrübədir. Bizdən fərqli olaraq, Türkiyə şou-biznesdən başlayaraq sosial mövzulara qədər hər sahədə “özünü sınamış” “hərşeyşünaslar” göndərməz müharibənin od-alovunun içərisinə...

Yəni Fulya peşəkardır. Amma... O, 44 günlük müharibədə işini sadəcə, bir peşəkar və bir xəbərçi kimi görməkləmi kifayətlənirdi? Onun gözəl, qəlbləri riqqətə gətirən, inlədən səsindəki yanğını, fəryadı görürdünüzmü, hiss edə bilirdinizmi? Gəncə qətliamındakı səsi-ünü yadınızdadırmı? Bir avropalı, hansısa əcnəbi müxbir edə bilərdimi bunu? Göz yaşlarını xatırlayırsınızmı?

 

Gəncədəki xain erməni dəhşəti və vəhşəti onun baxışlarından və səsindən yayıldı dünyaya. Onun etdiyindən daha təsirlisini hansımız edə bildik, etdikmi?!

Sosial şəbəkələrdə oxuduqca, izlədikcə ürəyim sızlayır, parça-parça oluram: başımız savaşda əldə etdiyimiz uğurlara, bir-birinin ardınca gələn qələbə xəbərlərinə qarışanda Fulyaydı Gəncə, Bərdə, Tərtər, Goranboy faciələrini yayan, ardarda reportajlar yayımlayan, canlı yayımlara çıxan. Bəlkə də o vaxt bütövlükdə cəbhəyə gözümüzü dikdiyimizdən, Gəncəni, Bərdəni, Tərtəri yaxşı görə bilmirdik, ancaq o dəhşətləri gözləriylə görən, canı dişində, qəlbi ovcunda Fulya üçün onda da faciəydi, indi də... Raketlərin yerlə-yeksan etdiyi binaların xarabalığında tikə-parça olmuş insan qalıqlarını heç təsəvvürümüzə gətirmədik o vaxt. Amma xərəklərə meyit yox, insan tikələri toplanırmış. Bəzi uşaqların heç tikəsi də tapılmayıb. Bu acıları, bu fəlakəti gözləriylə görən, bu ağrılara qəlbi tab gətirən – mən yəqin ki, havalanardım o səhnələri görsəm, - peşəkar həmkarımıza ağız büzməyə kimin haqqı var?.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

İzlədikcə, gördükcə utanıram, xəcalət çəkirəm. Fulya da görür, oxuyur, nələr hiss edir, heç düşünürsünüzmü? Bu qədər rəzil və ayıb müzakirələri kim başlatdı, davam etdirənlər kimlərdir? Jurnalistikamızın üz qaraları, dosta, qardaşa, qonağa bu münasibətsizliyi göstərməyi kimdən öyrəndiniz? Bu görgüsüzlüyü necə öyrəndiniz?..

Dünyanın hər yerində ən sadəsindən tutmuş, ən ünlüsünə qədər istənilən şəxs barədə film də çəkmək olar, roman da yazmaq olar. Önəmli olan o filmin kim haqqında çəkilməsi yox, dünyaya ünvanladığı mesajlardır. Mən əminəm ki, Fulya Öztürk haqqında film çəkmək ideyası da bu məqsədlədir. Biz Fulyanın gözəl simasıyla ağrılarımızı çatdıracağıq dünyaya. Onu ona görə qəhrəmanlaşdırırıq ki, ehtiyacımız var buna. Bəlkə bir soyuqqanlı avropalıya göstərə bilərik ağrının nə demək olduğunu. Savaş meydanından uzaqdakı evində, yuvasında, isti yatağında yuxuya getmiş insanların tikələrini toplamağın nə demək olduğunu bəlkə Fulyanın ağlar gözlərilə, hüznüylə, kədəriylə çatdırarıq qəlbsiz insanabənzərlərə. Bir erməniylə bir azərbaycanlının fərqi nədir, xarabazara çevrilmiş şəhərlərimizin, kəndlərimizin səssiz ağısıyla izah edə bilərik bəlkə dünyaya...

 

Nədir xoşunuza gəlməyən? Dünyaca məşhur Jan Klod Van Damm haqda film çəksək, xoşunuza gələrmi? Hazır, quda da olmuşuq. Fulya Öztürkü niyə layiq görə bilmirsiniz? Sizin ola bilmədiyiniz yerdə Fulyanın olmasımı sizi üzür?! Onun sevilməyini, seçilməyini, qəhrəmanlaşdırılmağınımı sinəyə çəkə bilmirsiniz?! Hələ də anlamırsınız ki, bu, xalqın seçimidir, xalqın sevgisidir, xalqın qiymətidir. Xalqın seçdiyini, sevdiyini, yüksəltdiyini heç kimsə yıxa, aşağılaya, kiçildə bilməz.

 

90-cı illərdən üzü bəri - Birinci Qarabağ müharibəsindən bu günə qədər minlərlə qəhrəman əsgər və zabitimiz şəhid olub. Elələri var ki, adları belə topluma bəlli deyil, naməlumdurlar, məzarları belə yoxdur. Elələri var, qolu yoxdur, qıçı yoxdur, gözü yoxdur, əlil arabasında yaşlayanlar var, təmənnasız, umacaqsız yaşayırlar yurdlarında. Savaşda çox böyük qəhrəmanlıqlar göstərmiş əsgərlərimiz, zabitlərimiz... əminliklə deyirəm ki, var. Çoxdurlar. Amma çoxunun şəhidliklərindən də, qaziliklərindən də, qəhrəmanlıqlarından da xəbərsizik. Taleləri belə gətiribmi, özlərimi həddən artıq təvazökardırlar, ya önə çıxmayıblar, ya çıxmaq istəməyiblər, ya da çıxaran olmayıb.

 

Amma kimlərsə də seçilib, sevilib, məsələn, şəhid generalımız Polad Həşimov kimi, şəhid əsgərimiz Mübariz İbrahimov kimi. Kim deyə bilər ki, Azərbaycan Ordusunda Polad Həşimovdan başqa fədakar zabitimiz olmayıb və ya yoxdur?! Kim iddia edə bilər ki, Mübariz kimi fədakar oğullarımız azdır? Sizi inandırıram ki, yüzlərlə belə zabitimiz, əsgərimiz olub və bu gün də var. Amma o qəhrəmanlar məhz Polad Həşimovun simasında ümumiləşdi, xalqın ürəyində özünə əbədi yer qazandı...

 

Fulya Öztürkü də belə bilək. Qardaş ölkənin – Türkiyənin media fədakarlığının siması kimi seçildi. Öztürk xaricə çıxan səsimiz, sözümüz, gözümüz kimi ümumiləşdi. Onun haqqında film çəkən rejissor da, ssenarist də, operator da, montajçı da, işıqçı da çox gözəl bir işlə məşğuldurlar: ləyaqətli bir türk qızına, Azərbaycanı çox sevən, insan acılarına, müharibə dəhşətlərinə laqeyd qala bilməyən, işinə qəlbinin odunu, ruhunun işığını, ürəyinin sevgisini də qatan bir həmkarımıza – cəsarətli savaş müxbirinə minnətdarlıq və şükranlıq duyğularımızı bir sənədli filmlə çatdırırlar. Çünki azərbaycanlı olmaq bu demək. Bizə tərəf bir addım gələnin qarşısına on addım gedərik, başımızın tacı edərik, qəlbimizdə ona taxt qurarıq...

 

Və nə qəribə ki, Fulya da azərbaycanlı kökənli. Babaları vaxtilə Güney Azərbaycandan Türkiyəyə - Adanaya köçüblər. Fulya Adanada doğulub. Reportyorluğu çox sevir. Suriyada, Afrikada, Myanmada – dünyanın ən qaynar, qanlı-qadalı nöqtələrində CNN Türk üçün reportajlar hazırlayıb...

Fulya belə Fulyadır. Jurnalistikanın “j”dən xəbəri olmayanlar necə anlasınlar ki, bunu. Sizi Biləcəridən o tərəfdə tanımırlar, Siz hardan biləsiniz ki, Fulya Öztürk olmaq nədir...

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Prezident 44 günlük savaşın məşhur generallarını təltif etdi

hikmet-mirzeyev.jpg

Prezident  imzaladığı sərəncamla bir qrup hərbçi “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Axar.az xəbər verir ki, təltif edilənlər arasında 4 general da var:

Hikmət İzzət oğlu Mirzəyev – general-leytenant

Zaur Sabir oğlu Cavanşir – general-mayor

Vasif Ramiz oğlu Kazımov – general-mayor

İlqar Zakir oğlu Lətifov – general-mayor.

 

Prezidentin imzaladığı digər sərəncamlarla isə general-leytenant Əfqan Vəli oğlu Nağıyev, general-leytenant Heydər Kamal oğlu Piriyev, general-leytenant Ramiz Firudin oğlu Tahirov, general-mayor Rasim Məmmədəli oğlu Əliyev və general-mayor Vasif Ramiz oğlu Kazımov "Füzulinin azad olunmasına görə", general-leytenant Araz Məmməd oğlu Məmmədov və general-mayor Azər Oqtay oğlu İbrahimov “Zəngilanın azad olunmasına görə”, general-mayor Zaur Sabir oğlu Cavanşir, general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev, general-mayor Rasim Məmmədəli oğlu Əliyev və general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov “Qubadlının azad olunmasına görə”, general-leytenant Ramiz Firudin oğlu Tahirov və general-mayor Azər Oqtay oğlu İbrahimov “Cəbrayılın azad olunmasına görə”, general-mayor Vüqar Əfqan oğlu Əliverdiyev “Ağdamın azad olunmasına görə”, general-leytenant Nizam Ramazan oğlu Osmanov, general-mayor Zaur Sabir oğlu Cavanşir, general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev və general-mayor Azər Əli oğlu Əliyev “Kəlbəcərin azad olunmasına görə”, general-leytenant Nizam Ramazan oğlu Osmanov, general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyev və general-mayor İlqar Zakir oğlu Lətifov “Laçının azad olunmasına görə”, general-mayor Rasim Məmmədəli oğlu Əliyev “Suqovuşanın azad olunmasına görə”, general-leytenant Zahid İbrahim oğlu Hüseynov və general-mayor Hüseyn Pənah oğlu Mahmudov “Vətən uğrunda”, general-mayor Bəkir Şirin oğlu Orucov, general-mayor Namiq Qasım oğlu Poladov və general-mayor Füzuli Zəbiş oğlu Salahov “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.

 

Həmçinin general-mayor Zaur Sabir oğlu Cavanşir və general-mayor Kənan Əlihüseyn oğlu Seyidov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüblər.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

“Azərbaycan” adının Stalinlə əlaqəsi… – Həsən Həsənov

Azərbaycanın dövlət xadimi, sabiq baş nazir, tarix elmləri doktoru Həsən Həsənovun “Makedoniyalı İsgəndər və Atropat” adlı kitabında “Azərbaycan” adlı dövlətin yaranması ilə olduqca mühüm tarixi faktların təqdim edilməsi bu gün də müzakirə predmetidir.stalin.jpg

Axar.az mövzunun son günlər aktuallaşdığını nəzərə alaraq, Həsən Həsənovun Azərtac-a müsahibəsini təqdim edir:

(Əvvəli BURADA)

- “Atropatena/Adorbayqan” ölkə adı necə yarandı?

- Ölkənin adı ilə bağlı Suriya Karki de bet Selox salnaməsində qeyd olunur ki, “Arbak, yəni midiyalıların çarlığında Adurbad qala divarı tikdi və həmin divar onun adı ilə “Adorbayqan torpağı” adlandırıldı”. “Arbakın, yəni Adurbadın qala divarı tikməsi” məlumatından onun yeni ölkə qurması qənaətinə gəlmək mümkündür. Arbakın, yəni Adurbadın, yeni ölkəni “midiyalıların çarlığında” yaratması məlumatı Arbakın, eyni zamanda, iki ölkəni - Midiya və yeni Atropatenanı/Adorbayqanı - idarə etməsi deməkdir. Bu müsahibədə Atropatena və Adorbayqan fonetik versiyalarından istifadə etməyimiz bu səbəbdən irəli gəlir ki, Ammian Marsellin və Suriya salnaməsi olan Karki de Bet Selox ölkənin yaranma şəraiti haqqında məlumat verərkən ölkəni belə adlandırmışlar. Bunlarla yanaşı, Azərbaycan adından da ona görə istifadə edirik ki, məhz bu müasir reallıqları əks etdirir.

- “Adorbayqan” və “Atropatena” adları onun yaradıcısının adını necə ehtiva edir?

- Ölkənin adında, əslində, ölkə qurucusunun adı deyil, titulu əks olunur - mənbələrdə Arbak/Arbakt/Adurbad və s. müxtəlif fonetik versiyalarda istifadə olunur. Ölkənin türk tayfaları tərəfindən yaradıldığını nəzərə alsaq, ölkənin adını türk sözləri əsasında, türk etimologiyası ilə əlaqələndirməyə bütün əsaslar var. Adorbayqan adında “Adorbay” başlığı vardır və “qan” şəkilçisi toponim yaradan suffiksdir. Sözdəki “ad/at” prefiksi qədim türk dilində “əcdad” deməkdir. Bu halda ölkənin adı “Orbay əcdadın torpağı” deməkdir. Orbay soyadı türk xalqları arasında hələ də geniş yayılmışdır. “Atropatena” versiyasına gəldikdə, onu qeyd etməliyəm ki, bu versiya e.ə. I əsrə aid qədim yunan xəritəsində “Atropatena” olaraq yazılmışdır. Atropatena/Atrapatena versiyası “r” və “a/o” hərflərinin yerlərinin dəyişməsi zamanı baş verən metatez nəticəsində yaranan dəyişilmiş formadır. Metatez haqqında qanuna əsasən ilkin versiyanı bərpa etsək, ölkənin adı Atorpatena və ya Atarpatena olar. Bu versiyada sözün əsasını Orpat və ya Arpat titulu təşkil edir, “ena” isə toponim yaradan şəkilçidir. Bəhs olunan versiyada ölkənin adı “‘əcdad Arpatın/Orpatın ölkəsi” mənasını daşıyır. Ölkə adının qədim dövrlərdə qeydə alınan bütün yaranma variantlarının heç birinin fars və ya yunan dilləri ilə əlaqəsi yoxdur və hər biri qədim türk ənənələrini əks etdirir.

- “Atropatena/Atarpatena” və “Adorbayqan” adları hansı səbəbdən Azərbaycan sözünə çevrildi?

- “Azərbaycan” variantının yaranması ərəb hakimiyyəti dövründə orijinal “t” hərfinin “h” hərfinə keçməsinin nəticəsidir. Ancaq ölkənin adının quruluşu dəyişməz olaraq qalır. “Azərbay” sözü “Atorpat/Atarpat” və ya “Adorbay” ilə eynidir və “qan” şəkilçisi “can” formasına dəyişmişdir.

- Atropatena/Adorbaygan/Azərbaycan adlı dövlət e.ə. 612-ci ildə yaranıbsa demək, antik dövrün böyük imperiyalarının çağdaşı olub?

- Elədir ki var! Əsrlər boyu Azərbaycan Assuriya, Midiya, Əhəmənilər, Selevkilər, Parfiya, Roma, Şərqi Roma (Bizans), Sasanilər imperiyalarının çağdaşı, bəzən hərbi-siyasi tərəfdaşı, bəzən isə rəqibi olmuşdur. Bu dövlətlərin nəhəngliyi hələ də ağlasığmazdır. Buna baxmayaraq, bu imperiyaların adları dünyanın siyasi xəritəsindən silindi. Ölkəmizin adı Atropatena/Adorbaigan/Atrapatena/Azərbaycan olaraq müxtəlif fonetik variantlarda 27 əsrdir ki, tarixi sənədlərdə davamlı olaraq xatırlanır. Qədim mənbələrdə yüzlərlə xalqın adı çəkilir, lakin bu siyahıdan günümüzədək atropatiyalılar, atropatenlər, atropatenalılar, azərbaycanlılar formalarında xalqımızın adı daxil olmaqla, yalnız bir neçəsi qorunub saxlanılmışdır. Azərbaycan - dövlətimizin, Vətənimizin, xalqımızın, dilimizin adıdır. Əslində, Azərbaycan sözü milli dəyərlərimizin siyahısına daxil edilmişdir.

- İlkin mərhələdə cəmi 27 il müstəqil olan bir ölkənin adı dövrümüzə hansı möcüzə ilə gəlib çatdı?

- Ölkənin adının qorunması bir möcüzə deyil, ölkəni yaradan ulu əcdadın sonrakı nəsillərinin əzmkarlıq və heyrətamiz qətiyyətinin, yüksək diplomatik bacarığının nəticəsidir. Ölkənin yaradıcısının davamçıları Atropatidlər sülaləsi adı ilə tarixə düşdülər. Onların şəcərəsini “Makedoniyalı İsgəndər və Atropat” kitabında izləməyə müvəffəq olduq. Maraqlı faktdır ki, onlar ölkələrini yalnız müstəqillik dövründə deyil, həm də ölkənin hər hansı bir imperiyanın tərkibində olduğu şəraitdə idarə edirdilər. Bu sülalə haqqında qədim Yunan və Roma mənbələri məlumat verir. Onlar Ermənistanın idarəsini onlara həvalə edən Roma imperatoru Oktavian Avqust ilə fəal əməkdaşlıq edirdilər. Bu sülalənin nümayəndələrindən biri bu imperator tərəfindən övladlığa qəbul edilmiş və Roma qəbiristanlığında dəfn edilmişdir. Bu sülalənin nümayəndələri Parfiya İmperiyasına da hökmdarlıq edirdilər. Mənbələr Atropatid sülaləsinin son nümayəndəsinin 309-cu ildə Sasani şahı II Şapur tərəfindən öldürüldüyünü qeyd edir. Belə qənaətə gəlmək olar ki, Atropatid sülaləsinin hakimiyyəti 921 il davam etmişdir. Dünya tarixində öz ölkəsində belə bir hökumət təcrübəsi olan bir neçə sülalə mövcud olmuşdur.

- Ölkənin türkəsilli skiflər tərəfindən yaradıldığı aydın olur. Bəs Atropatenanın xalqı necə adlanırdı?

- Antik dövrün müəllifləri (Polibi, Strabon, Plutarx, Ruf Fest Avien) e.ə. III əsrdən eramızın IV əsrinədək, 700 il ərzində ölkə əhalisini “atropatiyalar, atropatenalılar, atropatenlər”, yəni müasir fonetik variantda - “azərbaycanlılar” adlandırırlar. “Azərbaycan xalqı” və “azərbaycanlılar” anlayışlarını orta əsrlər ərəb müəllifləri Təbəri, Bəlazuri, İbn-Rüst, İstəxri və s. istifadə edirlər. Azərbaycan xalqının dili ilə bağlı qədim mənbələrdə məlumat yoxdur. Tarixin islam dövründə ilk dəfə olaraq dilimiz bəzi müəlliflər tərəfindən (Bəlazuri, İbn-Həvqəl) “Azərbaycan dili” adlandırılır. Böyük Biruni (X-XI əsr) xalqımızın nümayəndələrini “azərbaycanlılar”, dilimizi isə “Azərbaycan dili” adlandırır (Xalqımızın və dilimizin guya yalnız XX əsrdə sovet dövründə belə adlandırıldığını iddia edənlərin nəzərinə).

- Qədim dövrdə bizim “atropatenalılar”, yəni “azərbaycanlılar” adlandırılmağımızı nümunə gətirirsiniz. Axı, sovet hakimiyyətinin ilk dövründə bizi türk adlandırırdılar.

- Düz deyirsiniz, bizi türk adlandırdılar, həmçinin VII əsrdə ölkəmizə ilk ərəblər daxil olduqda belə. İslam dinini qəbul edəndən sonra əsrlər boyu xalqımız özünü əsasən müsəlman adlandırmışdır. Buna baxmayaraq, biz nəinki ölkənin adı Azərbaycan və azərbaycanlı etnoniminə hörmətlə yanaşmalı, onları qorumalıyıq. Artıq XIX əsrdə “Kəşkül” qəzeti xalqımızın azərbaycanlı adlandırılması təşəbbüsü ilə çıxış etmişdir. Lakin bu təşəbbüs susduruldu. Niyə? Çünki Rusiya İmperiyası şəraitində “Azərbaycan” və “azərbaycanlı” sözləri qadağan edilmişdir. Bu haqda Əlimərdan bəy Topçubaşov belə yazırdı: “Şərqi Zaqafqaziya müsəlmanları... doğma vətənlərini öz adı Azərbaycan adı ilə çağırmağa və özlərini azəri türkü, azərbaycanlı adlandırmağa cəsarət etmirdilər; türk mənşəli xalq olduqlarını deməyə cürət etmirdilər...” (Bax. A-M b. Topçubaşov, Seçilmiş əsərləri, IV cild, Bakı, 2015)”. Sovet hakimiyyətinin ilk illərində bizi həqiqətən əvvəlcə türk, daha sonra Azərbaycan türkləri və nəhayət, azərbaycanlı adlandırırdılar. Bəziləri guya Stalinin “azərbaycanlı” etnonimini bizə “sırıdığını” iddia edirlər. Stalini, xalqımıza qarşı edilənlər daxil olmaqla, bir çox məsələlərdə günahlandırmaq olar, lakin xalqımızın adını icad etməkdə əsla. Etnonimimizin bu cür mərhələli transformasiyası heç bir ideoloji və ya inzibati təsirin deyil, dirçəlmiş sovet dövlətçiliyi (tamamilə suveren olmasa da) şəraitində etnik identifikasiyanın təbii inkişafının nəticəsidir.

- Yəni, biz türkük, yoxsa azərbaycanlıyıq?

- Onu deyə bilərəm ki, “biz türkük” və “biz azərbaycanlıyıq” anlayışları ətrafında müxtəlif yanaşmalar var. Bu məsələ 1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu zamanı hərtərəfli müzakirə olunmuşdur. Mən də, həmçinin bu müzakirələrdə iştirak etmişəm və Konstitusiya Komissiyasının üzvü olmuşam. Müzakirələrin nəticələri ümumxalq referendumuna təqdim edildi və Konstitusiyamızda təsdiq edildi. Mən bu gün də əvvəl təqdim etdiyim fikirdə qalıram. Bu iki anlayış arasında nəinki ziddiyyət yoxdur, geneoloji bağlılıq mövcuddur. Bu bağlılığın mahiyyəti ondan ibarətdir ki, “Azərbaycan” adlı dövləti türkəsilli skiflər, yəni quzlar/oğuzlar yaratmışdılar. “Azərbaycan” adının danılması və yaxud onun yad tutulması dövlətimizi yaradan ulu türkəsilli babalarımızın xatirəsinə xəyanətdir. Axı, biz məhz “Azərbaycan” adlı dövlətin hüdudları daxilində bir millət olaraq formalaşmışıq. Milliyyətcə biz türk mənşəli azərbaycanlıyıq, necə ki, qazaxlar, özbəklər və onlarla digər milliyyətlər türk mənşəli, italyanlar, fransızlar, ispanlar və portuqallar roman mənşəli, ruslar, ukraynalılar, belaruslar və polyaklar slavyan mənşəli xalqlardır. Xalqımızın türk mənşəli olduğunu inkar etmək böyük bir səhvdir. Azərbaycanlı kimliyimizə məhəl qoyulmaması da, həmçinin, böyük səhvdir. Hər iki anlayış bizim üçün eyni dərəcədə doğmadır, yaxındır və minillik tariximizlə sıx bağlıdır. Hər bir insanın həm ata adı, həm öz adı olduğu kimi, xalqlar da eyni cür adlara malikdir. Türk etnonimi xalqımızın atalarının və əcdadlarının adıdır. Azərbaycanlı etnonimi isə bizim, öz dilini, mədəniyyətini və ideologiyasını 27 əsrlik tarixə malik Azərbaycan dövlətçiliyi çərçivəsində formalaşdıran türk xalqının adıdır.

- Atropatena/Adorbayqan adlı ölkənin aqibəti necə oldu?

- Ölkənin yaradıcısı “Arbak çar Madayın” ölümündən sonra yeni hökmdarlar ölkənin müstəqilliyini qoruyub saxlamağı bacarmadılar. Skiflər 594-cü ilin əvvəlində, midiyalıların sui-qəsdi nəticəsində hegemon statuslarını itirdilər, sonra isə keçmiş müttəfiqləri olan Babil və midiyalılar ilə qarşıdurmaları meydana gəldi. Bu qarşıdurmalar nəticəsində, mövcudluğunun 27-ci ilində, yəni 585-ci ildə Atropatena/Adorbayqan müstəqilliyini itirərək Midiya dövlətinin tərkibinə daxil edildi. E.ə. 550-ci ildə Midiya Atropatena ilə birlikdə yeni qurulmuş Fars/Əhəmənilər İmperiyasına daxil edildi.

- İkinci mərhələ, yəni əvvəllər danışdığınız müstəqilliyin dirçəldilməsi nə vaxt və hansı şəraitdə baş verdi?

- E.ə. 331-ci ildə Fars/Əhəmənilər İmperiyası, Midiya və Atropatena ilə birlikdə məğlub edilərək Makedoniyalı İsgəndərin İmperiyasına daxil edildi. Mənbələrdəki məlumatlara əsasən, həmin dövrdə Midiyanın hökmdarı ölkə qurucusunun əcdadın varisi idi ki, o da, həmçinin Atropat/Atorpat/Atarpat titullarını daşıyırdı. Atropat İsgəndərin yanında yüksək etimad qazana bildi, bunun nəticəsində Makedoniya ordusu Midiya ərazisindən geri çəkildi. E.ə. 323-cü ildə Makedoniyalı İsgəndərin ölümü nəticəsində Atropatın kürəkəni Perdikka onun varisi olduqdan sonra o, Atropatenanı Midiya satrapiyasından/bölgəsindən çıxarmağı və Makedoniya İmperiyası daxilində mənbələrdə “Kiçik Midiya” adı ilə tanınan müstəqil bölgə yaratmağı bacardı. E.ə. 331-ci ildə Perdikkanın ölümündən sonra Atropat Kiçik Midiyanı Makedoniya İmperiyasından çıxardı və orijinal “Atropatena” adı ilə ölkəsinin müstəqilliyini bərpa etdi (bax: Strabon).

- Ölkəmizi yaradan ulu əcdadın adı niyə Suriya mənbəyində var, bizim mənbələrdə yoxdur?

- Məsələ burasındadır ki, “Azərbaycan” adlı ölkənin əcdadının adı Azərbaycan mənbələrində saxlanmışdır. Günah mənbələrimizdə deyil, problem tariximizə dair bilgilərin yetərli qədər qiymətləndirilməməsindədir. Bu əcdadın adı Oğuz xandır. “Azərbaycan” adlı ölkənin məhz Oğuz xan tərəfindən yaradılması barədə XIII əsrin böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddin məlumat vermişdir. Yuxarıda adı çəkilən skif çarı Madiyin elə Oğuz Xan olması böyük Didro və Dalamber tərəfindən nəşr olunmuş fransız ensiklopediyasında (1783-cü il) qeyd olunur.

  • Like 3
Link to comment
Share on other sites

Cahid Bağçı Şuşada Hikmət Hacıyevlə çörək kəsdi cahid-hikmet.jpg

Bu gün Qarabağın qəlbi və incisi olan Şuşada ilk cümə namazını qıldıq. Bir türk adəti ilə Hikmət Hacıyevlə çörək kəsdik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı öz rəsmi Tvitter səhifəsində yazıb.

“Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Qarabağ, işğaldan azad edilmiş Azərbaycan ərazisi barədə diplomatlara məlumat verildi”.

  • Like 3
Link to comment
Share on other sites

Ordumuz Ermənistana 30 km daxil olmalıdır - Xəritə

Axar.az Azərbaycan tərəfinin İrəvanın təxribatına qarşı mümkün cavab tədbirləri ilə bağlı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazovun Haqqin.az-a müsahibəsini təqdim edir:xerite-tehlukesizlik.jpg

- Son günlər sərhəddə erməni təxribatları haqda həyəcanlı xəbərlər gəlir. Tovuz və Ağdam istiqamətlərində mövqelərimiz atəşə tutulub. Nə baş verir, yeni bir hərbi qarşıdurmanın astanasındayıqmı?

- Təxribatlar, sərhəddə atışmalar onun nəticəsidir ki, Ermənistan hələ də Azərbaycanla sülhün lehinə qəti seçim etməyib. Təbii ki, növbədənkənar parlament seçkilərinin nəticələri bu xüsusda müəyyən müsbət mesajların olduğunu göstərir. Ancaq illüziyalara qapılmağa da dəyməz. Söhbət Ermənistandakı seçicilərin yalnız 25 faizinin iradəsindən gedir. Özü də bir çox seçici səsi köhnə hakimiyyətin və Qarabağ klanının nümayəndəsi Robert Köçəryanın əleyhinə verilib, nəinki Nikol Paşinyana lehinə. Köçəryan ictimai rəydəki böyük anti-reytinqi ilə Paşinyan üçün ən əlverişli rəqib idi.

Odur ki, unutmayaq, Ermənistanın mövcud hakimiyyəti tərəfindən Azərbaycana qarşı ərazi iddialarından rəsmi şəkildə imtina barədə heç bir açıqlama olmayıb. Erməni tərəfi nə sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı komissiyanın yaradılmasına, nə də Böyük Sülh Müqaviləsi ilə bağlı danışıqlara razı olub. Həmçinin ölkəmizə qarşı ərazi iddialarını əks etdirən qanunvericilik aktları və qərarları ləğv edilməyib.

 

Yenə faktlar sadalamaq olar, lakin qeyd olunanlar da vəziyyəti birmənalı qiymətləndirmək üçün yetərlidir: Azərbaycan hər zaman Ermənistanın hərbi təxribatına cavab verməyə hazır olmalıdır. Əslində Azərbaycan Prezidenti bu barədə erməni tərəfinə dəfələrlə xəbərdarlıq edib. Özü də təkcə sözdə yox: müharibədən sonra ölkəmizin müdafiəsinə ayrılan büdcənin həcmi daha da artıb, silahlı qüvvələrin tərkibi də artıb, İkinci Qarabağ müharibəsinin nəticələri nəzərə alınaraq, ordumuzun yenidən quruluması prosesi davam edir, azad edilmiş ərazilərdə və sərhəd boyu geniş miqyasda kommunikasiyaların, yeni hərbi bazaların və sərhəd zastavalarının inşası aparılır. Bu, belə söyləməyə əsas verir ki, ölkə rəhbərliyi baş verən prosesləri olduqca real qiymətləndirir və adekvat addımlar atır.

 

  • Like 3
Link to comment
Share on other sites

- Bəzi ekspertlər 3-cü Qarabağ müharibəsini istisna etmirlər...

- Əvvəla, yaxın gələcəkdə Ermənistanın nə hərbi-texniki, nə iqtisadi, nə də demoqrafik planda Azərbaycanı təzədən hərbi təhdid etməyə imkan verəcək potensial formalaşdırmaq imkanı olmayacaq. Ancaq əvvəlki illərin təcrübəsindən bilirik ki, ermənilərə uşaqlıqdan - ailədə, məktəbdə aşılanan türkofobiya, Azərbaycan torpaqlarına ərazi iddiaları ideyaları və guya dünya geosiyasətində ermənilərin xüsusi “önəmi” barədə açıq-aşkar şişirdilmiş, qeyri-real fikirlər onları daim səfeh avantüralara sövq edir - bəzən həm də üçüncü tərəfin təhrik ilə. Ona görə biz qonşu ölkədə gedən prosesləri çox diqqətlə izləməli və vaxtında adekvat, önləyici addımlar atmalıyıq ki, atışmaların təzədən başladığı sərhədyanı bölgələrdə yaşayan dinc sakinlərimizi, dövlət sərhədlərimizi qorumağa hazır olaq.

- Hansı önləyici tədbirləri nəzərdə tutursunuz?

- Bildiyiniz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olduğu bütün illərində erməni tərəfi informasiya-diplomatik məkanda Qarabağın dağlıq hissəsi ətrafında işğal edilmiş 7 rayonu nəzərdə tutaraq, “təhlükəsizlik zolağı” anlayışından məqsədyönlü şəkildə istifadə edib. Əlbəttə ki, bu anlayışın mütəmadi xatırladılması riyakar xarakter daşıyırdı və ictimaiyyətin diqqətini yayındırmaq və Azərbaycan ərazilərinin işğalı faktına haqq qazandırmaq niyyəti güdürdü. Axı Azərbaycan Ermənistana ərazi iddiaları irəli sürmürdü, onun torpaqlarını ələ keçirməyə çalışmırdı. O Ermənistan idi ki, ərazilərimizi ələ keçirmiş, sonra da onun bir hissəsini “təhlükəsizlik zolağı” elan etmişdi. Bax, biz də bu gün Ermənistanla sərhəd boyu “təhlükəsizlik zolağı” yaratmaq barədə ciddi şəkildə düşünməliyik.

 

Bu məsələni görməzlikdən gəlməmək üçün olduqca çox səbəb və arqumentlər yığılıb. Birincisi, beynəlxalq səviyyədə qəbul edilmiş gerçək budur ki, Ermənistan uzun müddət yad torpaqları işğalda saxlayıb və BMT Təhlükəsizlik Şurasının tələblərinə baxmayaraq onları azad etməkdən imtina edib. İkincisi, Azərbaycana qarşı ərazi iddiaları Ermənistanın konstitusiyasında, qanunvericilik aktlarında, hökumət qərarlarında əksini tapıb və heç kim onları belə görünür ki, ləğv etməyə hazırlaşmır. Üçüncüsü, Ermənistan bu günədək Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanımaqdan imtina edir. Nəhayət, dördüncüsü, Ermənistan sərhəd bölgələrimizi atəşə tutmağa davam edir və yuxarıda qeyd etdiyim kimi, bu ölkədə revanşizm ideyaları hələ də kifayət qədər güclüdür və ölkəni yeni avantüralara sövq edə bilər.

 

Odur ki, fikrimcə, əgər Ermənistanda proseslər qorxulu ssenari üzrə inkişaf edərsə və sərhədlərimiz üçün, sərhədyanı bölgələrimizin sakinləri üçün real təhlükə yaranarsa, Azərbaycan “təhlükəsizlik zolağı” tətbiq etməyə hazır olmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycana hərbi hücumlar təkcə Qarabağda deyil, həm də bütün sərhədimiz boyu baş verib və verir. Nümunə kimi 2020-ci ilin iyulunda Tovuza edilən hücumları göstərmək olar. Həmçinin Qazaxın 7 kəndinin, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin hələ də işğal altında olmasını nəzərə alsaq, “təhlükəsizlik zolağı” sadəcə, qaçılmazdır. Və bu “zolaq” Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğunu və Ermənistan dərinliyində təxminən 30 kilometr ərazini əhatə etməlidir.

 

Yalnız bu yolla biz sərhədlərimizi və sərhədyanı bölgələrimizin sakinlərini Ermənistanın taktiki artilleriya sistemləri tərəfindən atəşə tutulmasından qoruya bilərik. Mənim təxminlərimə görə, “təhlükəsizlik zolağı”nın hüdudları Qazax hissəsindəki Alaverdi yaşayış məntəqələri xətti boyunca, Karvansaraydan (İcevan), Dilican bölgəsi, ardınca Göyçə (Sevan) gölünün orta xətti boyunca, daha sonra Qırxbulaq (Akunk), Böyük Vedidən (Naxçıvan hissəsində) keçməklə və dar zolaq olması səbəbi ilə bütünlüklə Qərbi Zəngəzuru əhatə etməlidir. Sxemi Mərkəzimizin hazırladığı xəritədə izləmək olar.

  • Like 3
Link to comment
Share on other sites

General: Tovuz döyüşündə ən böyük uğurumuz...

yashar_aydemirov21.jpg

Tovuz döyüşləri yeni tariximizin parlaq səhifələrindən biri və 44 günlük müharibənin başlanmasının əsas səbəblərindəndir. Lakin Tovuz döyüşləri olmasa idi belə, 44 günlük müharibə gec-tez başlayacaqdı. 27 illik işğalın 27 il daha davam etməsi qəbul edilə bilməzdi.

 

Bunu Axar.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov Tovuz döyüşlərinin 1 ilinin tamamlanması ilə bağlı danışarkən deyib.

Yaşar Aydəmirov bildirib ki, Tovuz döyüşləri 44 günlük müharibənin özəyini təşkil edir:

“Ermənistan silahlı qüvvələri ilk dəfə idi ki, genişmiqyaslı şəkildə fərqli istiqamətdən, yəni Tovuz ərazisindən dövlət sərhədlərimizi pozmağa cəhd edirdi. Onu da deyim ki, bu, ermənilərin 2016-cı il Aprel döyüşlərindən sonra keçirdiyi ən böyük hərbi təxribat idi. Lakin nəticədə ermənilərin bütün xəyalları kimi, bu xəyalı da darmadağın oldu. Tovuz döyüşləri Azərbaycan ordusunun əzmini, peşəkarlığını, Vətəni yüksək səviyyədə müdafiə etmək bacarığını bir daha sübut etdi. Düşmən Ordumuzun Tovuz istiqamətində zəif olduğunu düşünürdü. Buna görə də məhz buradan ediləcək hücumu “müvəffəqiyyətlə” başa vuracağını düşünürdü. Lakin yekunda biabırçı məğlubiyyət nəsibləri oldu. Tovuz döyüşlərini, onun qurbanlarını, şəhidlərimizi heç zaman unutmaq olmaz. Polad Həşimov kimi bir generalımız şəhid oldu”.

 

General-leytenant Tovuz döyüşlərində Ordumuzun ən böyük uğuru haqda danışıb:

“Tovuz döyüşləri zamanı ən böyük uğurumuz müdafiə xəttindən bir qarış belə geri çəkilmədən düşmən təxribatına layiqli cavab verməyimiz və bütün baş verənlərə baxmayaraq, Ordumuzun düşmənin təxribatına uymaması idi. Ermənilərin Tovuza hücumunda əsas məqsədi əslində tam fərqli idi. Belə ki, onlar Tovuza hücum edərək Ordumuzu Ermənistan ərazisinə çəkmək, beləcə KTMT-ni münaqişəyə cəlb etmək istəyirdilər. Çünki Ermənistan ordusu təkbaşına Azərbaycan Ordusu ilə bacara bilməyəcəyini yaxşı bilirdi. Ermənilər yaxşı anlayırdı ki, gec-tez İkinci Qarabağ müharibəsi baş verəcək. Çünki heç bir ölkə torpaqlarının işğalı ilə əbədi barışa bilməz. Buna görə də ermənilər təhlükəli bir qumar oynadı və nəticədə uduzan tərəf oldu. Azərbaycan Tovuz hadisələrində ermənilərin təxribatına uymadı və beləcə ermənilər KTMT-nı münaqişəyə cəlb edə bilmədi. Lakin əvəzində 44 günlük müharibə gedişində Ordumuz yüksək peşəkarlıqla düşməni ən qısa zamanda Qarabağda məğlub etdi”.

 

General bildirib ki, ermənilər Tovuz döyüşləri ilə bağlı heç bir hədəfinə nail ola bilmədi:

“Mən açıqca deyirəm: ermənilər Tovuz döyüşlərinə yaxşı hazırlansa da, qarşıya qoyulan heç bir hədəfə nail ola bilməzdi. Misal üçün tez-tez səslənən bir versiyadır ki, ermənilərin əsas hədəfi Tovuz və ora yaxın ərazidən keçən beynəlxalq neft-qaz boru kəmərlərini istifadəyə yararsız hala gətirmək, beləcə ölkə iqtisadiyyatına ziyan vurmaq idi. Doğrudur, belə bir versiya var. Ermənilərin hədəfi bu ola bilər. Lakin bunun baş verməsi mümkün deyildi. Çünki ermənilərin hədəf aldığı məntəqələr çox öncədən Ordumuz tərəfindən yüksək peşəkarlıq və dövrün ən modern müdafiə sistemləri ilə qorunurdu. Ermənilər Mingəçevir SES və bir sıra başqa hədəfləri 44 günlük müharibə zamanı hədəfə aldı. Lakin o məntəqələr də eyni ilə qorunurdu”.

 

  • Like 3
Link to comment
Share on other sites

Əsgərlərimiz erməniləri ələ saldı, başlarına "dram" açdılar... azerbaycan-esgeri.jpg

Şuşanın düşməndən azad edilməsindən sonra baş verən qəribə, həm də olduqca komik hadisə ilə bağlı erməni mediası məlumat tirajlayıb.

Bu məlumatın nə qədər həqiqətə uyğun olduğu bəlli deyil, ancaq əsgərlərimiz bunu edibsə, sözün əsl mənasında erməni işğalçılarını ələ salmış olublar.

Komediya belə baş verib: Ordumuzun əsgərləri Şuşada “bank” adı ilə fəaliyyət göstərən qondarma ofisdən xeyli erməni dramı tapıblar. Onları yandırmaq və atmaq əvəzinə isə bundan istifadəyə qərar veriblər.

 

İlk olaraq həmin dramların ikiqat qiymətə Rusiyadakı ermənilərə satışı həyata keçirilib. Yəni 100 min dram 100 dollara satılıb. İrəvan bundan xəbər tutduqdan sonra sözügedən pulları dövriyyədən çıxarmağa çalışıb. Ermənistan Mərkəzi Bankı əsginazların nömrələrini müəyyənləşdirib, o vəsaitləri dövriyyədən çıxarana qədər isə Azərbaycan əsgərləri dramların qalanını götürərək, rus sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə “bazarlığa” gediblər və dramlara xeyli ərzaq alaraq qayıdıblar.

Erməni mediasının iddiasına görə, Şuşa azad olunmamışdan öncə “bank”dakı vəsaitin əhəmiyyətli hissəsi çıxarılıb və Şuşada külli miqdarda vəsait qalmayıb. Buna baxmayaraq, Azərbaycan hərbçilərinin bu komik oyunu erməni mediasını şoka salıb.

  • Like 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 29 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Haha
        • Like
      • 144 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Like
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       

      Media.az
        • Facepalm
        • Downvote
        • Sad
        • Like
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...