Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Salam, Vətən!


Zaman.

Recommended Posts

Vətən Müharibəsi Qəhrəmanı adı alan igidlər - Tam siyahı

Vətən müharibəsində iştirak edən 83 hərbçimiz Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Onlardan 34 nəfərinə bu ad ölümündən sonra verilib.hikmet-mirzeyev.jpg

Axar.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 2-si general-leytenant, 3-ü general-mayor, 10-u polkovnik, 1-i 1-ci dərəcəli kapitan, 13-ü polkovnik-leytenant, 18-i mayor, 13-ü kapitan, 6-sı baş leytenant, 6-sı baş gizir, 2-si gizir, 5-i kiçik gizir, 1-i kiçik miçman, 3-ü isə əsgərdir.

Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən 36 nəfəri Xüsusi Təyinatlı Qüvvələrin, 21 nəfəri Quru Qoşunlarının, 12 nəfəri Sərhəd Qoşunlarının, 7 nəfəri Hərbi Hava Qüvvələrinin, 4 nəfəri Daxili Qoşunların, 2 nəfəri isə Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçusudur. Digər 1 hərbi qulluqçunun xidmətdə olduğu silahlı dəstə isə gizli saxlanılır.

Vətən Müharibəsi Qəhrəmanı adı alan igidlərimizin tram siyahısını təqdim edirik:

1. Sərhəd Qoşunları, general-leytenant İlham Mehdiyev – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq nümunəsi göstərib.

2. Xüsusi Təyinatlı Qüvvələr, general-leytenant Hikmət Mirzəyev – Murov zirvəsinin, Cəbrayıl, Füzuli, Qubadlı və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq nümunəsi göstərib.

3. Hərbi Hava Qüvvələri, general-mayor Namiq İslamzadə – Hadrut qəsəbəsi və Füzuli şəhəri istiqamətlərində gedən döyüşlər zamanı "Su-25" hücum təyyarəsində qəhrəmanlıq nümunəsi göstərib.

4. Xüsusi Təyinatlı Qüvvələr, general-mayor Zaur Məmmədov – Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

5. Xüsusi Təyinatlı Qüvvələr, general-mayor Ələkbər Cahangirov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

6. Sərhəd Qoşunları, polkovnik Babək Ələkbərov – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və azad olunma xəbərini Azərbaycan Prezidenti İlham Əliyevə məruzə edib.

7. Quru Qoşunlar, polkovniki Telman Hüseynov – Cəbrayıl, Füzuli və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

8. Quru Qoşunları, polkovnik Raqif İsrayılov – Cəbrayıl, Füzuli, Zəngilan və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

9. Sərhəd Qoşunları, polkovnik Babək Qurbanov – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

10. Quru Qoşunları, polkovnik Nizami Mövlanov – Cəbrayıl, Füzuli, Şuşa şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

11. Hərbi Hava Qüvvələri, polkovnik Zaur Nudirəliyev – Füzuli və Cəbrayıl şəhəri istiqamətlərində gedən döyüşlər zamanı Su-25 hücum təyyarəsində qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

12. Sərhəd Qoşunları, polkovnik Vüsal Sultanov – Xudafərin körpüsünün azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

13. Daxili Qoşunlar, polkovnik Zəfər Yusibov – Murov zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

14. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik Zaur Zeynalov – Murov zirvəsinin, Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

15. Hərbi Dəniz Qüvvələri, 1-ci dərəcəli kapitan Zaur Quliyev – Cəbrayıl, Füzuli, Qubadlı şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman zamanı qəhrəmanlıq nümunəsi göstərib.

16. Quru Qoşunları, polkovnik-leytenant Əfqan Abdurahmanov –Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

17. Quru Qoşunları, polkovnik-leytenantı Səxavət Baxışov – Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

18. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik-leytenant Ceyhun Camalov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

19. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik-leytenant Ramiz Cəfərov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

20. Quru Qoşunları, polkovnik-leytenant Orxan Əkbərov – Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

21. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik-leytenant Anar Əliyev – Xocavənd rayonun Tuğ qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

22. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik-leytenant Xaliq İbrahimov – Cəbrayıl, Füzuli, Qubadlı şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman zamanı qəhrəmanlıq nümunəsi göstərib.

23. Daxili Qoşunlar, polkovnik-leytenant Füzuli İmrəliyev – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşləri idarə edən zaman qəhrəmanlıq nümunəsi göstərib.

24. Quru Qoşunları, polkovnik-leytenant Faiq Qasımov – Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

25. Hərbi Hava Qüvvələri, polkovnik-leytenant Ramiz Qasımov – Suqovuşan (Madagiz) qəsəbəsi istiqamətlərində gedən döyüşlər zamanı Mi-17 hücum vertolyotu ilə qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

26. Hərbi Hava Qüvvələri, polkovnik-leytenant Elnur Qebedov – Dinc əhalinin yaşadığı şəhər və rayonlarda, xüsusilə Mingəçevir SES istiqamətində erməni təxribatlarının qarşısını alan zaman qəhrəmanlıq nümunəsi göstərib.

27. Xüsusi Təyinatlı Qüvvələr, polkovnik-leytenant Anar Mirzəyev – Xocavənd və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

28. Hərbi Hava Qüvvələri, polkovnik-leytenant Rəşad Nadirov – Füzuli və Cəbrayıl şəhəri istiqamətlərində gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

29. Quru Qoşunları, mayor Vüqar Ağayev - Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

30. Quru Qoşunları, mayor Mirdamət Bağıyev – Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

31. Quru Qoşunları, mayor Elbrus Bayramov – Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

32. Quru Qoşunları, mayor Amid Heydərov – Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

33. Xüsusi Təyinatlı Qüvvələr, mayor Saleh Həsənov – Murov zirvəsinin, həmçinin Cəbrayıl, Füzuli, Şuşa şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

34. Sərhəd Qoşunları, mayor Şahin Hüseynquliyev – Füzuli və Şuşa şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

35. Mayor Zaur Hüseynov – Cəbrayıl və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

36. Daxili Qoşunlar, mayor Şıxamir Qaflanov – Cəbrayıl və Füzuli şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

37. Quru Qoşunlar, mayor Anar Qasımov – Murov zirvəsinin, həmçinin Cəbrayıl, Füzuli və Şuşa şəhərinin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

38. Sərhəd Qoşunları, mayor Röyal Quliyev – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

39. Hərbi Hava Qüvvələri, mayor Səfər Qurbanov – Füzuli və Cəbrayıl şəhəri istiqamətlərində gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

40. Quru Qoşunları, mayor Elçin Mansurov – Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

41. Sərhəd Qoşunları, mayor Anar Məmmədov – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

42. Xüsusi Təyinatlı Qüvvələr, mayor İlqar Orucov – Cəbrayıl və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

43. Xüsusi Təyinatlı Qüvvələr, mayor Gündüz Səfərli – Cəbrayıl və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

44. Sərhəd Qoşunları, mayor Elvin Səfərov – Füzuli şəhərinin, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

45. Xüsusi Təyinatlı Qüvvələr, mayor Elnur Şirinov – Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

46. Xüsusi Təyinatlı Qüvvələr, mayor Anar Şükürov – Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

47. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Rəşad Abdullayev – Murovdağ zirvəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

48. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Nihad Babayev – Füzuli şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

49. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Qəzənfər Bağırlı – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

50. Daxili Qoşunlar, kapitan Nicat Bədəlov – Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

51. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Fərid Əliyev  Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

52. Quru Qoşunları, kapitan Ceyhun Həsənov – Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

53. Quru Qoşunları, kapitan Ramazan Hudulov – Füzuli və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

54. Hərbi Hava Qüvvələri, kapitan Rəşad Qasımlı – Suqovuşan (Madagiz) qəsəbəsinin, Füzuli və Cəbrayıl şəhərləri istiqamətlərində gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

55. Quru Qoşunları, kapitan Cavid Mahmudov – Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

56. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Veysəl Musibov – Murov zirvəsinin, Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

57. Quru Qoşunları, kapitan Surxay Noçuyev – Cəbrayıl, Füzuli, Qubadlı və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

58. Xüsusi Təyinatlı Qüvvələr, kapitan İsmayıl Səmədov – Cəbrayıl və Füzuli şəhərlərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

59. Xüsusi Təyinatlı Qüvvələr, kapitan Renat Şıxnəbiyev – Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

60. Xüsusi Təyinatlı Qüvvələr, baş leytenant Qəzənfər Ağayev – Suqovuşan (Madagiz) qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

61. Xüsusi Təyinatlı Qüvvələr, baş leytenant İzzət Balacayev – Cəbrayıl və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

62. Xüsusi Təyinatlı Qüvvələr, baş leytenantı Cavid Behbudov – Cəbrayıl və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

63. Xüsusi Təyinatlı Qüvvələr, baş leytenant Valeh Bədəlov – Murov zirvəsinin, həmçinin Cəbrayıl və Füzuli şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

64. Quru Qoşunları, baş leytenant Azad Hümbətov – Füzuli şəhərinin, Hadrut qəsəbəsinin, Qubadlı şəhərinin və Laçın dəhlizinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

65. Xüsusi Təyinatlı Qüvvələr, baş leytenant Adil İbrahimli – Murov zirvəsinin, Cəbrayıl, Füzuli və Şuşa şəhərinin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

66. Sərhəd Qoşunları, baş gizir Şahin Allahyarov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

67. Xüsusi Təyinatlı Qüvvələr, baş giziri Sübhan Cəbrayılov – Cəbrayıl və Qubadlı şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

68. Xüsusi Təyinatlı Qüvvələr, baş giziri Yaşar Hüseynov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

69. Xüsusi Təyinatlı Qüvvələr, baş giziri Camal İsmayılov – Cəbrayıl və Füzuli şəhərinin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

70. Xüsusi Təyinatlı Qüvvələr, baş gizir Mehrab Niftəliyev – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

71. Sərhəd Qoşunları, baş giziri Azər Yusifli – Xudafərin körpüsünün və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

72. Xüsusi Təyinatlı Qüvvələr, gizir İntiqam Əsgərli – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

73. Xüsusi Təyinatlı Qüvvələr, gizir Elyar Vəliyev – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

74. Xüsusi Təyinatlı Qüvvələr, kiçik gizir Orxan Cabbarov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

75. Xüsusi Təyinatlı Qüvvələr, kiçik gizir Yaşar Əhmədov – Cəbrayıl və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

76. Xüsusi Təyinatlı Qüvvələr, kiçik gizir Əli Hüseynov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

77. Sərhəd Qoşunları, kiçik gizir Nail İbrahimli – Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

78. Sərhəd Qoşunları, kiçik gizir Amin Novruzov – Füzuli və Zəngilan şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

79. Hərbi Dəniz Qüvvələri, kiçik miçman Fəqan Zalov – Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd şəhərinin, Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib və şəhid olub.

80. Quru Qoşunları, əsgər Azər Abdullazadə – Cəbrayıl şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

81Quru Qoşunlar, əsgər Murad Əflətov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

82. Quru Qoşunları, əsgər Vüsal Yaqubov – Cəbrayıl, Füzuli və Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq nümunəsi göstərib.

  • Like 2
Link to comment
Share on other sites

Zəngəzurla bağlı Leninə göndərilmiş tarixi teleqram

Ermənistanın ən çox qorxduğu məsələ nə vaxtsa, dünyada arxivlərin açıla biləcəyi və erməni yalanlarının bir-birinin ardınca ifşa olunacağı ilə bağlıdır.zengezur.jpg

Ancaq ermənilər nə qədər qorxsalar da, qarşısını almağa çalışsalar da, onların yalanlarını boşa çıxara biləcək sənədlər ictimailəşməkdə davam edir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya arxivlərindən erməni yalanlarını ifşa edən növbəti tarixi sənəd - 1920-ci ilə aid teleqram tapılıb. Teleqramın məzmunundan onun məhz birbaşa SSRİ-nin qurucusu Vladimir İliç Leninə ünvanlandığı məlum olur.

 

Həmin tarixi teleqramın məzmunu Zəngəzurun Azərbaycana aid ərazi olduğunu növbəti dəfə, həm də birmənalı şəkildə təsdiqləyir.

Teleqramda deyilir ki, Azərbaycan Sovet Respublikası Ermənistan hökumətinə ultimatum göndərib. Həmin ultimatumda Ermənistan hökumətinə qarşı aşağıdakı tələblər irəli sürülür:

- Ermənistan hökuməti Qarabağdan və Zəngəzurdan öz silahlı dəstələrini dərhal çıxartmalıdır;

- Ermənistan öz silahlı dəstələrini öz sərhədləri içərisinə çəkməlidir;

- Azərbaycanlı əhaliyə qarşı etnik qırğın dərhal dayandırılmalıdır...

Eyni zamanda, teleqramda sadalanan tələblər yerinə yetirilməyəcəyi təqdirdə Azərbaycan Sovet Respublikasının özünü Ermənistan hökuməti ilə müharibə vəziyyətində hesab edəcəyi sərt şəkildə vurğulanır.

 

Bu tarixi teleqram bir daha təsdiqləyir ki, Ermənistan hələ SSRİ-nin qurulduğu ilk illərdən Azərbaycana qarşı işğalçılıq mövqeyi tutub. Azərbaycana aid əraziləri qeyri-qanuni şəkildə ələ keçirməyə cəhd göstərib. Eyni zamanda, o dövrdə Azərbaycan Sovet Respublikasının rəhbərliyinin məhdud imkanlar çərçivəsində də olsa, Qarabağı və Zəngəzuru Ermənistandan qorumağa çalışdığı aydın olur.

Mənbə: Rusiya Federasiyasının dövlət arxivi, (Ф. Р - 130, Оп.4, Д.600)

lenin_sened.jpg
  • Like 2
Link to comment
Share on other sites

  • 2 weeks later...

İrəvana 2,6 milyard, Bakıya 145 milyon? Səbəb nədir?

Avropa Birliyinin Şərq Tərəfdaşlığı ölkələrinə yaxın 5 il üçün ayırdığı 17 milyard avro yardım ciddi şəkildə müzakirə olunmaqdadır.baku-azerbaijan-skyline-590-590x393.jpg

Axar.az xəbər verir ki, 2 iyulda qəbul edilən qərarın detalları ictimaiyyətə tam açıqlanmayıb və bu da ciddi informasiya qırlığı və yanlış nəticələrə səbəb olub. Şərq Tərəfdaşlığı çərçivəsində Cənubi Qafqaz ölkələri içərisində ən çox vəsaitin Ermənistana ayrılması barədə iddiaların yaranmasına da səbəb budur.

Bu barədə saytımızın AB-nin Bakı nümayəndəliyinə göndərdiyi sorğuya da 3 gündür cavab verilməyib. Maraqlıdır ki, AB tənqidlərə baxmayaraq, situasiyanı aydınlaşdırmaq və səbəbləri izah etməkdə maraqlı görünmür. Bu isə ayrılan vəsaitdə doğrudan da ikili standartlar olduğu təəssüratını gücləndirir.

 

Əldə etdiyimiz məlumatda isə əslində ən çox vəsaitin Ukraynaya ayrıldığı qeyd olunur. Cənubi Qafqaz ölkələrində də ən böyük yardımı Gürcüstan alacaq – 3,9 milyard avro. Ermənistana əvvəlcə 1,6 milyard avro yardım ayrılsa da, sonradan daha 1 milyard faizsiz kredit verilməsi qərara alınıb.

Vəsaitlər hissə-hissə, 5 il müddətində köçürüləcək.

Bəs, niyə Cənubi Qafqaz ölkələri arasında Gürcüstana 3,9 milyard, Ermənistana 1,6+1 milyard, Azərbaycana isə 145 milyon avro yardım nəzərdə tutulur?

İqtisadçı ekspertlər (o cümlədən Natiq Cəfərli) hesab edir ki, buna səbəb Gürcüstan və Ermənistanın AB ilə assosiativ saziş imzalamasıdır. Gürcüstan daha üst, Ermənistan isə alt səviyyədə saziş imzaladığı üçün yardım da buna uyğun ayrılıb. Azərbaycan isə hələ AB ilə müqavilə imzalamadığı üçün yardım da simvolikdir.

 

İlk baxışda olduqca əsaslı arqumentdir. Ancaq bu suallar açıq qalır:

1. Belarus nəinki AB ilə saziş imzalayıb, hətta AB-nin Şərq Tərəfdaşlığı proqramından rəsmən çıxdığını elan edib. Bəs, necə olur ki, Şərq Tərəfdaşlığından imtina edən Belarusa 850 milyon civarında, Şərq Tərəfdaşlığında fəaliyyətini davam etdirən və AB ilə müqavilə şərtlərinin artıq 90 faizini razılaşdıran Azərbaycana 145 milyon avro yardım təklif edilir?

2. AB Şərq Tərəfdaşlığı ölkələrinə (Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan) vəsaiti hansı prinsiplə ayırdığını niyə elan etmir?

 

3. Bu layihənin tam mətni və ölkələr üzrə ayrılan vəsait niyə əlçatan deyil? Niyə indiyə qədər detallı məlumat yayılmır?

4. AB-nin yerli nümayəndəlikləri bu yöndən sorğuları niyə cavablandırmaq və ayırmalardan narazı olan ölkələrdəki anlaşılmazlıqlara aydınlıq gətirmək istəmir?

Bu suallara cavab tapılsa, mənzərə aydınlaşar...

  • Like 2
Link to comment
Share on other sites

  • 2 weeks later...

Türkiyə mediası bu azərbaycanlı jurnalistdən yazır

Türkiyənin onlarla saytı Axar.az portalının əməkdaşı, hazırda Türkiyədəki yanğın bölgələrində olan Turan Rzayev haqda reportaj paylaşıb.turan-rzayev.jpg

Axar.az xəbər verir ki, Turan Rzayevin yenicə ailə qurmasına diqqət çəkilib. Bildirilib ki, T.Rzayev bal ayını yarımçıq kəsərək, Türkiyədəki yanğın ərazilərinə gedib.

T.Rzayev mediaya açıqlamasında Türkiyəni uşaqlıqdan sevdiyini bildirib, Azərbaycan-Türkiyə qardaşlığından danışıb və bunu mənəvi borcu saydığını qeyd edib.

Qeyd edək ki, T.Rzayevlə bağlı xəbəri Haber-7, Haberturk, Yeni Akit, Haber2s, Beyazgazete, Haberbulteni, Ensonhaber, Aydin24haber, İHA, Marmmaris TV və s. sayt, qəzet və agentliklər yayımlayıb. Eyni zamanda, kanallar da T.Rzayevin fədakarlığını, yanğınlar haqda təkcə reportaj vermədiyini, daha təhlükəli yerlərə getdiyini, gördüyü yanğın ocaqlarını söndürməyə çalışdığını qeyd edib.

  • Like 1
Link to comment
Share on other sites

İrəvan Bakıya qarşı “yeni müharibə”yə başlayıb - Karauz

Ölkələrin həyatında fərqli dönəmlərdə dövlət, millət və cəmiyyətə təsir göstərən ağır travmalar yaşanır. Ermənistan dövləti İkinci Qarabağ müharibəsi nəticəsində ordusunun 60-65%-ni itirib, milli və mənəvi dəyərləri isə çöküb. Ermənistanın hazırda yaşadığı bu travma 1-ci Dünya müharibəsindən məğlub çıxan dövlətlərin, 2-ci Dünya müharibəsindən sonra Yaponiyanın yaşadığı travma kimidir.karauz.jpg

Bunu Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. Generala görə, Ermənistan ağır məğlubiyyət nəticəsində sosial-psixoloji baxımından böyük sarsıntılar keçirir:

“Ermənistan həm də iqtisadi, siyasi cəhətdən və psixo-sosial dəyərlər baxımından çox böyük məğlubiyyətə düçar olub. Ermənistan dövləti bu travmanı zamana yaymaq və bu nəticələri yüngülləşdirmək istəyir. Eyni zamanda Ermənistan 10 noyabr bəyannaməsindən sonra müxtəlif vaxtlarda, son günlərdə isə daha aktiv şəkildə əsgərlərimizə atəş açmaq yolu ilə Azərbaycanı təxribata çəkmək və təcavüzkar kimi göstərmək istəyir. Bu, xoş niyyətlə üst-üstə düşmür və yaşanmış hadisələrdən dərs götürmüş siyasi iradə belə davranmamalıdır”.

Karauz Ermənistanın hazırda Azərbaycanla psixoloji müharibə aparmağa çalışdığını bildirib:

“Ermənistan həm İran, həm Rusiya, həm də AB ilə fəaliyyətlərini artıraraq Azərbaycanı təkləmək istəyir. Biz bunu Paşinyanın sonuncu İran səfərində və Ermənistan-Azərbaycan sərhədlərinə rus əsgərlərinin yerləşdirilməsi təklifində gördük. Bunlar heç bir halda sülhə töhfə vermir.

Bu, eyni zamanda psixoloji müharibədir. Azərbaycan beynəlxalq hüquqa görə öz ərazisinə qarşı hər hansı bir təcavüzə adekvat şəkildə cavab vermək haqqını özündə saxlayır. Əlbəttə ki, hüquq çərçivəsində Ermənistanın bu terrorçu hərəkətlərinə artan şəkildə cavab verilməsi vacibdir. Dediyimiz kimi, 10 noyabr bəyanatı ilə çətin və incə bir yola çıxdıq. Sinirlərimizə hakim olaraq səbirli şəkildə fəaliyyətlərimizi həyata keçirməliyik. Həm siyasət meydanında, həm də ehtiyac yarandığında döyüş meydanında heç kimin tələsinə düşməməliyik. ”.

  • Like 1
Link to comment
Share on other sites

Ermənilərin Qarabağdan böyük köçü başladı - Şok rəqəmlər

Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra rəsmi Bakı “Qarabağ məsələsinin” birdəfəlik tarixdə qaldığını bildirdi və yeni geosiyasi reallıq yaratdı. Və hərçənd rəsmi İrəvan yekun sülh müqaviləsinin imzalanmasını hər cür əngəlləməyə və ləngitməyə çalışsa da, erməni siyasətçiləri Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə qalan yaşayış məntəqələrinin xüsusi statusu mövzusunu fırlatsa da, rəsmi Bakı vaxtilə Azərbaycan ərazilərində yaradılmış süni qurumun-keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi barədə qərara yenidən baxmayacaq.

Ermənilər Qarabağı yeganə yolla - Laçın dəhlizi ilə tərk edib gedir...

Bunu Prezident İlham Əliyev özünün son müsahibələrindən birində bir daha təsdiq etdi. “Məntiq haradadır ki, 25 min adam üçün status yaradılsın?”, - Prezident iyulun 22-də AzTV-yə müsahibəsində bildirdi.

 

Bu rəqəm isə havadan götürülməyib. Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Azərbaycan Laçın dəhlizinin gündəlik monitorinqini aparır və Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə avtomobillərin hərəkəti haqda tam informasiyaya malikdir.

“Orada yaşayanların real sayı 25 min nəfərdir. Başqa rəqəmlər də səsləndirilib, müharibədən sonra 50 mindən çox adamın geri qayıtdığı deyilib. Mümkündür, amma o demək deyil ki, geri qayıdanların hamısı orada qalıblar. Qayıdıblar, sonra gediblər. İkincisi, bizim müxtəlif vasitələrimiz var, peykimiz var. Oradakı maşınların sayını bilirik, insanların hərəkətini görürük. Bizdə nə baş verdiyi barədə müxtəlif mənbələrdən toplanmış kifayət qədər məlumatlar var. Biz müharibədən əvvəl də bilirdik ki, orada nə baş verir”, - Əliyev qeyd edib.

 

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, son bir ayda Laçın dəhlizi ilə Ermənistandan gələn 15 min avtomobil daxil olub, 21100 avtomobil çıxıb. Fərq isə böyükdür-6100 avtomobil. Statistika əhalinin hərəkəti məsələsinə də aydınlıq gətirir: göstərilən müddət ərzində Rusiya sülhməramlılarının nəzarətindəki zonaya 15 700 nəfər daxil olub, 22 360 nəfər çıxıb.

Yəni Qarabağdakı ermənilərin sayı sürətlə azalır və əhalinin bu hiss olunacaq axınının səbəbi sabaha inamsızlıq və qeyri-müəyyənlikdir.

Bunu “Komsomolskaya Pravda” qəzetinin müxbiri Darya Aslamovaya separatçıların nümayəndəsi, özünü oyuncaq qurumda “xarici işlər naziri” adlandıran David Babayan da etiraf edir. Darya Aslamova bu günlərdə dərc edilmiş səs-küylü reportajında ermənilərin Qarabağdan köçünə xüsusi diqqət ayırır.

 

Hər tərəfdə Azərbaycan qoşunlarıdır. Xankəndi sakinləri sabaha ümidlərini itiriblər...

“Bu doğrudur. Əhalinin köçü başlayıb. İnsanlar sadəcə olaraq yaşamaq istəyirlər. Hər kəs özünü missioner və ya apostol hesab etmir. Ermənilər çıxıb gedəcəklər, cəbhə boşalacaq. Bizim üçün başa düşmək vacibdir ki, ruslar bura həmişəlik gəliblər”,-Babayan etiraf edir.

Qarabağda qalan ermənilər ümidlərini Rusiya sülhməramlılarına bağlayıblar, amma bununla belə başa düşürlər ki, onlar regiona həmişəlik gəlməyiblər.

Belə ki, “Artsax TV” kanalının aparıcısı Tsovinar Barxudaryan “Eurasianet” portalına müsahibəsində deyir ki, Qarabağ ermənilərinin çoxu çamadan əhval-ruhiyyəsindədir.

“Gələcək aydın deyil. İnsanlar düşünürlər ki, qalsınlar, yoxsa getsinlər. Biz hətta bilmirik ki, bir həftə sonra nələr olacaq, nəinki dörd il sonra”, - o deyir.

  • Like 1
Link to comment
Share on other sites

Yerevan rəsmiləri gizlətmirdilər ki, müharibə zamanı Qarabağdan ermənilərin yarıdan çoxu Ermənistana qaçıblar. O vaxtdan bəri bir qismi qayıdıb: əmək və sosial məsələlər naziri Mmesrop Arakelyan yanvar ayında geri qayıdanların sayı barədə fantastik rəqəm açıqlamışdı, 95 min nəfərin geri qayıtdığını demişdi. Sakinlərin geri qaytarılması ilə məşğul olan Rusiya sülhməramlılarının məlumatlarına görə isə, geri qayıdanların sayı 52 min nəfər idi.

Lakin bir çox yerli sakinlərdə bu nisbi sevindirici xəbərlər şübhə yaradır. “Rəqəmlər şişirdilib”, - beynəlxalq hüquqdan dərs deyən və müharibəyə görə evlərini tərk edənlərə kömək edən təşkilatın əməkdaşı, 26 yaşlı Yana Avanesyan deyir.

Prezident İlham Əliyev də 50 min nəfərin qayıtdığı haqda rəqəmləri şərh edib: “Qayıdanlar o demək deyil ki, orada qalıblar”.

Ağdərədə yaşayan 60 yaşlı Liliya Matevosyan gizlətmir ki, yerli ermənilərin bütün ümidləri Rusiya sülhməramlıları ilə bağlıdır: “Əgər ruslar burada olmasaydı insanların çoxu artıq getmişdi”.

 

“Biz axşam yatırıq, bilmirik ki, sabah nə olacaq. Hara gedək? Getməyə yer yoxdur”, - Xankəndi bazarında quru meyvə və bal satan İrina Parsadanova adlı yaşlı qadın deyir.

Yana Avanesyanla birlikdə işləyən gənclərin çoxu bilmir ki, nə etsin-qalsın, yoxsa getsin.

“Və səndə xüsusi mənəvi haqq yoxdur ki, onlardan qalmağı xahiş edəsən. Situasiya indi xaotikdir, insanlar gündəlik qayğıları ilə məşğuldur və biz baş verənlərin tam miqyasını hələ dərk etmirik”, - könüllü bildirir.

 

Qız həmçinin Ermənistan hökumətinin insanların Qarabağa qayıtmasını stimullaşdıran səylərinə, o cümlədən kirayə haqqının və kommunal xidmətlərin subsidiyalaşdırılmasına, itirilmiş evlərə görə kompensasiyanın ödənilməsinə də tənqidi yanaşır. Deyir ki, bu insanları güzəştlərlə ələ almağa bərabərdir, hansı ki, bunun əvəzində müharibənin nəticələrinin aradan qaldırılması üçün uzunmüddətli strategiya işləyib hazırlanmalı idi.

Başqa sözlə, gözlərimiz önündə tarixi hadisə-ermənilərin Qarabağdan köçü baş verir. Onların hər biri qəlbində dərk edir ki, bura onların evi deyil. Bu torpaqların əsl sahibləri var və onlar həmişəlik qayıdıblar. Nə Ermənistan hökumətinin Qarabağ ermənilərini ələ almaq cəhdləri, nə Rusiya sülhməramlılarının mandatı situasiyanı dəyişmək gücündə deyil. Bu haqda Qarabağda qalan ermənilərin də özləri artıq açıq danışırlar...

  • Like 1
Link to comment
Share on other sites

Dərələyəzin işğalından 101 il ötdü: necə qaytaraq?

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Telman Nüsrətoğlunun Axar.az-a müsahibəsi:xerite-1918-20.jpg

- 10 avqust 1920-ci il tarixində Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarır. Sonrakı mərhələdə Qarabağ və Zəngəzur Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunur. Həmin ilin noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulduqdan Zəngəzurun Ermənistana verilməsi haqqında qərar qəbul edilir. Bütün bu hadisələri tarixçi kimi necə dəyərləndirirsiniz?

- Çar Rusiyası dönəmində bir etnosiyasi proyektin tərkib hissəsi kimi ermənilərin torpaqlarımıza yerləşdirilməsi başlandı, sonra onların muxtariyyət və dövlət məsələsi ortaya çıxdı. Nəticədə Azərbaycan torpaqlarında Ermənistan dövləti quruldu. Çar Rusiyası dönəmində başlayan siyasət SSRİ dövründə də davam etdi. SSRİ dövründə prosesin kuliminasiya nöqtəsi Zəngəzurun Ermənistana verilməsi oldu. SSRİ vahid bir dövlət hesab edildiyi üçün sözügedən illərdə ərazilərimiz əlimizdən zorla alındı və Ermənistan SSR-ə hədiyyə edildi. 1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində müstəqilliyimizi itirdikdən sonra bütün bu proseslərin həyata keçirilməsi davam etdirilib. Zəngəzur dəhlizinin əsas hissəsini təşkil edən Mehri rayonu mərhələli və planlı şəkildə genişləndirilərək Azərbaycandan alınaraq Ermənistana verilib. Daha sonrakı mərhələdə isə Naxçıvan və Zəngilana aid olan ərazilərimizin bir qismi də heç bir hüquqi zəmin olmadan ölkəmizdən alınıb Ermənistana verilib.

 

- Sizcə, Zəngəzurun və digər torpaqlarımızın Azərbaycandan qoparılaraq zorla Ermənistana verilməsində geosiyasi məqsəd nə idi?

- Qısa şəkildə sualınıza cavab olaraq deyə bilərəm ki, burda əsas məqsəd Azərbaycanla Türkiyə, Türkiyə ilə Qafqaz və Türküstan arasında quru yolla əlaqələrin kəsilməsi və Azərbaycan dövlətçiliyinin və türk varlığının məhv edilməsi siyasətinin gerçəkləşdirilməsi olub.

- Bəs bu gün Ermənistan dövləti və cəmiyyəti SSRİ xəritələri əsasında delimitasiya və demarkasiyanın aparılmasına niyə qarşı çıxır?

- Çünki yaxşı bilirlər ki, hətta bu xəritələrə görə onlar Azərbaycandan heç bir hüquqi əsası olmadan qoparılan torpaqlarımızı geri qaytarmalıdırlar. 1960-cı illərdə də torpaqlarımız bizdən alınaraq Ermənistana hədiyyə verilib. Yəni bu torpaqlar SSRİ xəritələrinə görə Azərbaycan SSR-in tərkib hissəsi olub və onları Ermənistan geri qaytarmalıdır. Digər tərəfdən hazırki hüquqi, siyasi reallıqlar əsasında sülh sazişinin əldə olunmasından söhbət gedirsə, ilk növbədə Ermənistan Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü beynəlxalq aləm tərəfindən tanınmış sərhədləri çərçivəsində tanımalıdır. Bundan sonra delimitasiya və demarkasiya prosesi başlamalıdır. Proses əgər SSRİ xəritələrinə görə həyata keçirilsə, mütləq şəkildə ölkəmizdən zorla alınıb Ermənistana verilən torpaqlar geri qaytarılmalıdır. Məsələn, Kərki, Nüvədi kəndi və Tovuz, Qazax rayonları istiqamətində bizdən alınan torpaqlar Azərbaycana verilməlidir. Belə olduğu halda ədalətli sülhdən danışmaq mümkündür.

 

- Azərbaycan hazırki geosiyasi şəraitdə Zəngəzura və digər torpaqlarımıza iddia edə bilərmi? Bunu real hesab edirsinizmi?

- Ümumən götürəndə bizdən qoparılmış və Ermənistana verilmiş tarixi torpaqlarımıza iddia edə bilərik. Artıq SSRİ yoxdur, müstəqil dövlətik. Hazırkı şəraitdə bütövlük prinsipi içərisində bizim razılığımız və heç bir hüquqi əsas olmadan əlimizdən zorla alınan, Ermənistana hədiyyə edilən ərazilərin Azərbaycana qaytarılmasını tələb edə bilərik. Yəni 1920-ci il Sovet işğalına qədərki sərhədlərimiz əsas götürülməli, Azərbaycan əsl sərhədlərinə qayıtmalıdır. Həmin dövrə qədərki sənədlərə əsasən Zəngəzur və digər Qərbi Azərbaycan torpaqları Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olub. Bunu əsas götürərək biz bütün aspektlər baxımından sözügedən ərazilərə iddia edə bilərik.

 

Ordakı tarixi və mədəni irs ümumtürk və Azərbaycan tarixinin önəmli bir parçasıdır. Tarixin fərqli dövrlərində o ərazilərdə bizim yüzlərlə kəndimiz yandırılıb, əhali isə zorla köçürülüb və ya yurd-yuvalarından silah gücünə qovulub. Əgər biz böyük sülh sazişindən danışırıqsa və Ermənistan Qarabağda ermənilərin yaşamasını necə istəyirsə, qarşılığında bizim soydaşlarımız da öz dədə-baba yurdlarında rahat bir şəkildə yaşamaq haqqına sahib olmalıdırlar. Əks təqdirdə ədalətli sülh sazişindən bəhs etmək mümkün deyil. Yəni bizim soydaşlarımız da ən azından Zəngəzura, Göyçə mahalına və digər yurd yerlərimizə qayıtmalıdırlar.

  • Like 1
Link to comment
Share on other sites

Tələb edirik ki, Mehridən avtomobil yolu çəkilsin - Prezident

Azərbaycan Prezidenti “CNN Türk” televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətinə də münasibət bildirib.zengezur-dehlizi.jpg

Axar.az xəbər verir ki, dövlətimizin başçısı bu dəhlizin açılmasının yeni fürsətlər ortaya çıxaracağını vurğulayaraq deyib:

“Bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bildiyiniz kimi, dörd il bundan əvvəl Bakıda Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır.

 

Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Sadəcə olaraq, bir neçə gün bundan əvvəl orada bir müsbət fikir ortaya çıxdı ki, onlar da etiraz etmirlər. Ancaq Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik".

Zəngəzur dəhlizinin Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə biləcəyini xüsusi vurğulayan Prezident qeyd edib ki, bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq:

“Türkiyə öz mallarını Orta Asiyaya bu daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər.

 

Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Mən artıq dedim, onlar Rusiya və İranla bu dəmir yolu ilə bağlantı yarada bilərlər. Çünki Ermənistan-İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən ən azı 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, - Naxçıvan ilə İran arasında artıq dəmir yolu xətti var, - istifadə edə bilərlər”.

  • Like 1
Link to comment
Share on other sites

Azərbaycan Respublikasının Prezidenti CNN Türk televiziyasına müsahibəsində kifayət qədər açıq mesajlar verdi, Bakının mövqeni və atacağı addımları göstərdi, bunlar xüsusilə Qarabağda baş verənlər – Ermənistanın yenidən əsgər göndərməsi, Rusiyanın təhlükəli mövqeyi – fonunda əhəmiyyətlidir.prezident-terter4.jpg

Xankəndi mesajı:

Əliyev Xankəndidəki ermənilərin Azərbaycan cəmiyyətinə mütləq inteqrasiyasını vurğuladı və qeyd etdi ki, “Biz Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri yolunu azmış Azərbaycan vətəndaşları sayırıq”.

Burada üç mühüm məqam var.

Birincisi: Xankəndi mütləq Azərbaycan idarəçiliyinə keçəcək, bu Bakının dəyişməyən mövqeyidir;

İkincisi: rus sülhməramlılarının nəzarətində yaşayan ermənilərə “Rusiyaya güvənməyin”, yaxud “güvənib yolunuzu azmayın” mesajı verilir;

Üçüncüsü: Bakı Qarabağdakı ermənilərə açıq şəkildə bildirir ki, “Azərbaycan qanunlarına tabe olmayanlar qanun qarşısında cavab verəcək”;

Laçın dəhlizi bağlana bilər?

- Əliyev Rusiyaya 10 noyabr razılaşmasını xatırlatdı və Ermənistandan rus sülhməramlılarının nəzarətindəki ərazilərə silah-hərbçi daşınmasını dayandırmağa çağırdı;

- Laçın dəhlizində və Xankəndidə baş verənləri dəqiq bildiyini açıqladı;

- Və qeyd etdi ki, buna son qoyulmayacaqsa, qabaqlayıcı tədbirlər görüləcək.

1. Azərbaycan humanitar məqsədli açılan Laçın dəhlizinin hərbi təyinatlı istifadə edildiyini əsas gətirərək bağlaya bilər;

2. Ermənistandan silah-hərbçi göndərilməsinin qarşısını almaq üçün müxtəlif istiqamətlərdə “təmizləmə əməliyyatları” keçirə bilər: bu, həm də erməni ailələrin övladlarının, yaxınlarının Qarabağa göndərilməsinə qarşı yenidən etiraz etməsini təmin etmək gedişi ola bilər;

Hər iki istiqamətdə addımlar mümkündür, lakin Azərbaycan hələki xəbərdarlıqlarını edir.

Rusiyaya verilən mesaj:

a) Azərbaycan 10 noyabr bəyanatının bütün müddəalarının icrasını gözləyir: Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin məlum bəyanatlarından sonra Prezidentin “bütün bəndlərin yerinə yetirilməsini gözləyirik” açıqlaması söhbətin məhz 4-cü bəndin – erməni qoşunların çıxarılması – icrasından getdiyini deməyə əsas verir; Bakı israr edir və son günlər rusların təhlükəli gedişləri də bu isrardan qaynaqlanır;

b) Bakı Rusiyanın Ermənistanı silahlandırmasından narahatdır: Əliyev Ermənistanda son seçkinin nəticələrinə toxunmaqla Moskvaya bildirir ki, “ermənilərin özləri belə müharibə istəmədiyi halda, siz niyə edirsiniz?”;

c) Və “görünür, ikinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq, ona görə ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq” deməklə həm də rusları nəzərdə tutur: Bakı yeni müharibəyə hazır olduğunun mesajını verir və Moskvaya “verdiyiniz silahlar yenə Hərbi Qənimətlər Parkına gətiriləcək” deyir.

İrana verilən mesaj:

Bakı gözləmə mövqeyindədir və İranın yeni rəhbərliyinin Azərbaycan-Ermənistan münasibətlərinə dair normal siyasətini görmək istəyir: bu, həm də Tehrana göstərəcəkləri münasibətə adekvat münasibət görəcəklərini çatdırmağa hesablanıb, müsbət addıma müsbət, mənfi addıma mənfi cavab veriləcək;

Ermənistana verilən mesaj:

Əliyev İrəvana yeganə yolun nə olduğunu göstərir: Azərbaycanın ərazi bütövlüyünü tanı; bu təklif masada əbədi qalmayacaq, Bakı konkret nəticə istəyir və Paşinyanın “vaxt uzatma oyunları”na dözməyəcək; sülh müqaviləsini imzalamaq istəməsələr, buna adekvat siyasət xətti yürüdüləcək;

Və Əliyev hansı plana işarə vurdu?

Müsahibədə cari dövrü proqnozlaşdırmağa imkan verən bir vacib məqam var idi. Prezident müharibədən sonra Qarabağa göndərilən erməni hərbçilərin saxlanılmasından (2020-ci ilin noyabr dekabr aylarında keçirilən anti-terror əməliyyatı), onlara göstərilən humanist münasibətdən, müharibənin qanunlarından bəhs edir: bu Ermənistanın terrorçu mahiyyətini göstərməkdir, lakin Əliyev fikrinin davamında “Ona görə indiki şəraitdə, əlbəttə ki, bizim başqa planlarımız var” deyə qeyd edir.

Bu, yeni antiterror əməliyyatlarının anonsu hesab oluna bilər: Bakı "indiyə qədər humanist münasibət göstərdik, amma bundan sonra olmayacaq" deyir. Təbii ki, yaxın günlərdə bu məsələyə aydınlıq gələcək, lakin bununla bağlı müəyyən planların olduğu ehtimalı güclüdür.

Və bu mesajların məhz Türkiyəni təmsil edən kanalda verilməsi təsadüfi deyildi...

  • Like 1
Link to comment
Share on other sites

Türkiyə amili olmasaydı, onlar burunlarını soxacaqdılar...
prezident-terter1.jpg
Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Əgər axtarmaq istəsəniz, tapa bilməzsiniz, yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Mən hər zaman deyirdim ki, ölkələr arasındakı münasibətlər əməldə olmalıdır. Çünki yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə bilər, yaxşı çıxışlar edə bilər. Amma ağır gündə sən gəl yanında dur. Necə ki, Türkiyə İkinci Qarabağ savaşında bizim yanımızda durdu. Mən tam əminəm ki, Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Çünki Türkiyə bizim üçün doğma ölkə, doğma vətəndir və sizin üçün də Azərbaycan doğma vətəndir. Əziz Qardaşımla imzaladığım Şuşa Bəyannaməsi bunun zirvəsidir. Yəni, bizim əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı.

  • Like 1
Link to comment
Share on other sites

Üçtərəfli görüş olacaq? Nə müzakirə ediləcək?

09:00tofiq-zulfuqarov.jpg

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüş keçirilə bilər. Lakin bu zaman belə bir sual ortaya çıxır: Tərəflər 10 noyabr və 11 yanvar bəyanatlarından sonra nəyi müzakirə edəcək? Əgər görüşdə müzakirə mövzusu məhz adı çəkilən bəyanatlar olacaqsa, bu, ilk növbədə Kremlin imicinə zərbədir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov son günlər rusiyalı politoloqların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli görüşün keçiriləcəyi haqda iddialar səsləndirməsini şərh edərkən deyib.

 

Politoloq qeyd edib ki, indiki halda tərəflərin atacağı istənilən siyasi addımın məntiqi olmalıdır:

“Azərbaycan tələb edir ki, 10 noyabr bəyanatında qeyd olunan müvafiq bəndlər qeyd-şərtsiz icra edilsin. Ermənistan isə rəsmi olaraq bundan boyun qaçırır. Belə olan təqdirdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək üçtərəfli görüşdə nə müzakirə olunacaq? Ümumiyyətlə, Ermənistanın indiki mərhələdə istəyi rəsmi Bakı üçün məqbul deyil.

 

Ermənistanın nə istədiyi bəllidir. Rəsmi İrəvan indiki halda mövcud reallıqları təhrif etməyə çalışır. Kreml isə prosesə birmənalı yanaşmır. Yəni rəsmi Moskva Azərbaycandan razıdır. Çünki Azərbaycan 10 noyabr bəyanatının bütün tələblərini yerinə yetirib. Ermənistan isə bu məsələdə də Rusiyaya problem yaradır. Əgər yenidən bu və ya başqa formada danışıqlar masasına oturulacaqsa, bu, Rusiyanın imicinə zərbə vuracaq. Çünki bundan öncə də elə Rusiyanın moderatorluğunda tərəflər arasında görüşlər keçirilib və yekun bəyanatlar imzalanıb. Belə çıxır ki, rəsmi İrəvan Kremlin siyasi iradəsini tanımır”.

  • Like 1
Link to comment
Share on other sites

image.thumb.png.030efa1b3e1d71a653901606c1b25930.png

 

Dərələyəz

Ermənilərin Vayoçdzor adlandırdığı vilayət 1930-1931-ci illərdə Ermənistan SSR-də yaradılan iki rayondan ibarət olub. 1995-ci ildə saxtalaşdırılaraq Vayoçdzor adlandırılıb. Bu mahalın adı 1930-cu ilədək Əzizbəy, Keşişkənd, daha əvvəl isə Dərələyəz olub.

  • Like 1
Link to comment
Share on other sites

image.thumb.png.a88f791f64e47b9487532196bcfceaf4.png

 

Sərdarabad

Ermənilərin Armavir adlandırdığı vilayət 1930 və 1983-cü illərdə Ermənistan SSR-də yaradılan 3 rayonun birləşdirilıməsi ilə 1995-ci ildə yaradılıb. SSRİ dövründə yaradılan, daha doğrusu təhrif olunan rayonların adları 1930-cu ilədək Eçmiədzin, Kürdüqulu, daha əvvəl isə Sərdarabad adlanıb.

  • Like 1
Link to comment
Share on other sites

image.thumb.png.a1a3316a7a1e6180602db497ee5945a9.png

Dağ Borçalı

Ermənilərin Lori adlandırdığı vilayət 1930 və 1937-ci illərdə Ermənistan SSR-də yaradılan 4 rayonun birləşdirilməsi ilə meydana gəlib. Ermənistanın yürütdüyü vandalizim siyasəti nəticəsində 1995-ci ildə Lori adlandırılıb. SSRİ dövründə yaradılan, daha doğrusu təhrif olunan rayonların adları 1930-cu ilədək Qarakilsə, Allahverdi, daha əvvəl isə Dağ Borçalı olub. 

 

  • Like 1
Link to comment
Share on other sites

Gorus-Qafan yolu açıldı: Ordumuz şərtini elan etdigorus-qafan-yolu.jpg

Görus-Qafan yolu açılıb.

Axar.az xəbər verir ki, bu barədə Zəngəzur qubernatorunun müavini Narek Babayan məlumat yayıb.

Buna baxmayaraq, erməni mediası Azərbaycan Ordusunun bir şərtlə yolu açdığını yazıb. Bildirilir ki, Ordumuz yolda ziqzaqvari bloklar qoymaq istəyini ifadə edib. Ordumuz bunun səbəbi kimi istənilən mümkün təhlükədən sığortalanmağı göstərib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti də yolun bütün növ nəqliyyat üçün açıldığını elan edib.

 

Qeyd edək ki, Ordumuz 25 avqustda yolun Şırnıx (Şurnux)-Dərbənd (Karmakar), 26-da isə Gorus-Urud (Vorotan) hissəsini bağlamışdı. Bunun səbəbi kimi iki erməni əsgərin gözlənilmədən Azərbaycan əsgərinə hücumu və onu yaralaması göstərilmişdi.

  • Like 1
Link to comment
Share on other sites

Ermənilər vahimədə: Azərbaycan Xankəndini geri qaytarır!

Azərbaycanın qarşısında dayanan əsas hədəflərdən biri Xankəndi, Xocalı və Ağdarənin geri qaytarılmasıdır. Müxalifət və bəzi blogerlər tez-tez deyirlər ki, hakimiyyət bu şəhərlərin adlarını çəkmirsə, demək, onları geri qaytarmaq planı yoxdur. Amma gedən proseslər və bəzi informasiyalar onu göstərir ki, Prezident  üçün Qarabağın işğaldakı digər ərazilərini qaytarmaq prioritet məsələdir. Dövlət bu hədəfdən vaz keçməyib. Onun rəqibləri iddia edirlər ki, o, Zəngəzur, Göyçə, İrəvan deməklə, milləti Xankəndi, Xocalı hədəflərindən yayındırır. Fəqət gerçək müharibə kimi soyuq müharibənin də özünün şərtləri, qaydaları var. Hazırda Prezident o şərtlərə tam olaraq əməl edir.xankendi-yeni1.jpg

Qarabağda yaşayan erməni əhali Azərbaycan Ordusunun onları üzük qaşı kimi dövriyyəyə aldığını deyir, narahatlıqlarını ifadə edirlər. “Azadlıq" radiosunun erməni redaksiyasının bununla bağlı onlarla reportajı var.

İkinci əsas məqam hazırda Azərbaycan dövlətinin Qarabağda, Şuşada apardığı quruculuq-bərpa işləridir. Bunu ermənilər daxil olmaqla bütün dünya izləyir.

 

Ermənilərin viran qoyduğu şəhərlər, kəndlər, rayonlar sürətlə bərpa edilir, infrastruktur yaradılır, yollar çəkilir, binalar, aeroportlar tikilir. Ermənilərin yaşadıqları, nəzarət etdikləri ərazilərdə isə rəzalət dizboyu... Əvvəl-axır Qarabağın Azərbaycan vətəndaşı olan, hətta olmayan erməni əhali bu fərqi görüb, seçimlərini edəcəklər. Paşinyan hökumətinin onları necə ağır şərtlərdə yaşatdığını, nəhayət, anlayacaqlar.

 

Paralel olaraq, Prezident revanşistləri, Azərbaycana torpaq iddiasından əl çəkməyən Ermənistan hakimiyyətini, hərbi mafiyanı “Dəmir yumruq”la yola gətirəcəyini, sındıracağını deyir. Dəfələrlə bildirib ki, Azərbaycanın haqlı, qanuni tələblərini icra etməsələr, başlarının üstündə dəmir yumruq görəcəklər.

Azərbaycan Ordusu müharibədən sonra ciddi təlimlər keçir. Bu təlimlər, əsasən, Türkiyə Ordusu ilə keçirilir.

 

Türkiyənin ayrı-ayrı bölgələrində, Azərbaycan ərazilərində son aylar onlarla analoji təlim icra edilib. Bu da Ermənistan hakimiyyəti və cəmiyyəti üçün siqnaldır, xəbərdarlıqdır. Şərtlərə əməl edilmədiyi halda, onları nələrin gözlədiyini bilməlidirlər. Prezident ölkəsinin sərhədlərini bərpa edir. Özü də bu prosesi tarixi ədalət prinsipləri və beynəlxalq qanunlar çərçivəsində aparır. Hədəflər o qədər böyük, miqyas o qədər nəhəngdir ki, bəziləri bunu anlamır. Hər adamın beyninin qavrayacağı, düşüncəsinin daşıya biləcəyi proses deyil axı.

***

  • Like 1
Link to comment
Share on other sites

Hazırda əsas müzakirə mövzularından biri də sentyabrın 2-də separatçıların Xankəndidə tədbir planlaşdırmalarıdır.

“Artsaxın müstəqilliyi”nin 30-cu ildönümü ilə bağlı separatçılar növbəti evcik oyunu oynamağa həvəslənirlər. Bununla “dqr”in guya var olduğunu dünyaya nümayiş etdirmək istəyirlər. Bunun faydası olacaqmı ermənilərə? Bu cür cəhdlər, özünüaldatmalar reallığı dəyişmək gücündədirmi? Lap o tədbiri keçirsinlər. Lap Xankəndidə parad da düzənləsinlər. Sonra? Divar qurtarır axı. Sonra nə edəcəklər? Kor quyuya yuvarlanacaqlar.

 

Azərbaycan ermənilərə ən optimal yol təklif edir. Deyirik ki, azacıq ağlınız olsun, bu mənasız israrı qoyun bir kənara, Azərbaycana qarşı ərazi iddialarından əl götürün. Əks halda məhv olacaqsınız. Bu haqda Türkiyə Prezidenti  də bu günlərdə açıqlama verib. O Ermənistana çağırış edib ki, Azərbaycanla sülhə getsin, indiyədək imzalanmış bəyannamələrə əməl etsin.

 

Türkiyə 1992-ci ildən Ermənistanla sərhədləri bağlayıb, siyasi-diplomatik əlaqələri kəsib. Kiçik, kasıb və özünü dünyadan təcrid etmiş Ermənistan üçün Türkiyə böyük nəfəslikdir.

O nəfəsliyi öz ağılsızlığı ucbatından qapadıb. Ermənistan hakimiyyəti, erməni xalqı 30 ildir mənasız bir iddianın, puç və gələcəyi olmayan ideyanın arxasına düşüb, özünü 300 il geri salıb. Azərbaycan 44 günlük savaşda onu şok terapiyası ilə müalicə etməyə çalışdı. Aldığı ağır zərbədən hələ də özünə gələ bilmir, amma deyir, “ölmədik, ayaqdayıq”. Yediyi hərbi və siyasi yumruğun ağrısı canından getməyib, üzüstə uzanıb, qalxa bilmir, di gəl, deyir, “ayaqdayam”. Hələ ayağa dur, görək necə durursan...

 

Ermənistan mediasının bildirdiyinə görə, separatçıların Xankəndidə keçirmək istədikləri “tədbirə” nə prezident Armen Sərkisyan, nə baş nazir Nikol Paşinyan, nə də hətta Ermənistan parlamentinin sədri Alen Simonyan qatılacaq. Yəni Xankəndiyə gəlməyəcəklər. Bunun özü də maraqlı gəlişmədir. Açığı o üçlüyün Xankəndiyə gəlməsi də umurumuzda olmamalıdır. Düzdür, buna siyasi və hüquqi qiymət verilməli, tələblərdə bulanmalıyıq. Fəqət indən sonra Ermənistanın hakimiyyətinin və separatçıların istənilən addımı reallığı dəyişmək, Azərbaycanın möhtəşəm qələbəsini kölgələmək gücündə deyil.

Şuşanın işğaldan azad edilməsinin bir səbəbi və məntiqi də Xankəndi ilə bağlıdır.

 

Bu, zəncirvari prosesdir. Yarıda qırılması, dayanması mümkün deyil. Sadəcə dünyadakı şərtlər, bəzi reallıqlar bizə yerdə qalan əraziləri, əsas da Xankəndini diplomatiya və qarşılıqlı razılaşma ilə geri qaytarmağı diktə edir. Ağdam, Kəlbəcər, Laçın təcrübəsində olduğu kimi. Xankəndi xüsusi həssas məsələdir, Azərbaycan bu işə zərgər dəqiqliyi ilə yanaşır.

Azərbaycan Ermənistanı rifah və güc mühasirəsində saxlayır. Onlara seçim imkanı verilib. Seçsinlər - ya rifah içində, təhlükəsiz şəkildə yaşayacaqlar, ya da növbəti dəfə dəmir yumruq zərbəsi alacaqlar.

İstənilən halda qələbə Azərbaycanındır. Qarabağ Azərbaycanın olduğu kimi...

  • Like 1
Link to comment
Share on other sites

Xankəndi erməniləri: Buradan gedənlər düz edirlər - Baku TV

Yaşamaq üçün heç bir şərait yoxdur. Bunu Xankəndidə susuz qalan ermənilər deyirlər. 

 

Belə ki, Xankəndi şəhəri başda olmaqla, rus sülhməramlıların nəzarətində olan ərazilərimizdə su çatışmazlığı ilə bağlı yaranan problem erməni və rus mətbuatında, eləcə də sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələn, “Kavkazskiy uzel” nəşri yazır ki, Xankəndini su ilə təmin edən çaylar quruyub. Nəticədə, ərazidə yaşayan əhalinin su ilə təminatında ciddi problem yaranıb. Separatçı rejim isə bunu havaların isti keçməsi və quraqlıqla əlaqələndirib. 

Erməni mətbuatının yazdığına görə, Rusiya sülhməramlıları şəhərə su verilməsi problemini tam həll edə bilmir.  “Vəziyyət getdikcə pisləşir. İndi şəhər əhalisinin 25-30 %-isudan məhrumdur", - deyə “qurum”un nümayəndələri bildirib. 

 

Səhərdən axşama qədər sakinlərə maşınlarla su paylansa da, kifayət etmir. Su qıtlığı ilə bağlı kəskin narazılıqlarını bildirən ermənilər rus sülhməramlılarını və separatçı qurumun başçılarını yarıtmazlıqda, vəziyyətlə maraqlanmamaqda günahlandırır, buradan köçən ermənilərin doğru seçim etdiklərini deyirlər. Məsələn, Xankəndidə yaşayan Svetlana Akopyan adlı şəxs sosial şəbəkədə qeyd edib ki, yaşamaq üçün heç bir şərait yoxdur. 

“Hələ gedənləri də ittiham edirlər. Düz edirlər ki, gedirlər. Daim ya su yoxdur, ya qaz, ya da işıq. Siz camaatı belə saxlamaq istəyirsiniz?”, - deyə o, etirazını bildrib.

 

  • Like 1
Link to comment
Share on other sites

Müzakirə niyə uzanır? - Bakının tələblərisulhmeramli-qarabag.jpg

Rəsmi Bakı Qarabağda Rusiya sülhməramlılarının mandatının müəyyənləşməsi ilə bağlı müzakirələrin hələ də davam etdiyini açıqladı.

Mandatın təsdiqlənməsi niyə lazımdır?

Rus sülhməramlıları 10 noyabr razılaşması ilə Qarabağa gəldikdən sonra daha çox funksiyasından kənar fəaliyyət göstərir. Azərbaycan ən yüksək səviyyədə bu məsələyə reaksiya verib. Mandatın təsdiq edilməsi sülhməramlıların səlahiyyət çərçivəsini də müəyyənləşdirəcək:

- Qarabağda separatçı-terrorçu rejimə dəstək verilməmilidir;

- Bütün məsələlərdə bir tərəflə – Azərbaycanla hesablaşmalıdır;

- Laçın dəhlizindən qeyri-humanitar yüklərin keçidinə icazə verilməməlidir;

- Əsas işi birgəyaşayışı təmin etmək olmalıdır.

Rusiya sülhməramlıları isə faktiki bütün bunların heç birinə əməl etmir. Mandatın müəyyənləşməsi bu məsələlərə konkret aydınlıq gətirəcək, həm də Bakının tələblərini gücləndirəcək.

Əslində Bakı və Moskva arasında mandatla bağlı müzakirələrin uzanmasının səbəbləri də güman ki, bunlardır: ruslar daha çox səlahiyyət istəyir.

Digər məqam Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı ola bilər:

- istisna deyil ki, Bakı Mərkəzin, yəni Türkiyənin də sülhməramlı mandatına daxil edilməsini istəyir;

- 10 noyabr üçtərəfli razılaşmasının 5-ci bəndində qeyd olunur ki, “münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”: bu, Bakıya sülhməramlı mandatının Mərkəzi də (Türkiyəni) əhatə etməsini irəli sürmək imkanı verir;

- rusların qəbul etmək istəmədiyi əsas məsələlərdən biri məhz bu ola bilər: Qarabağda açılan atəşlərlə bağlı Bakının Monitorinq Mərkəzini məlumatlandırması, Rusiya MN-nin açıqlamalarında isə mərkəzi “yox sayması” da bundan qaynaqlanır.

  • Like 1
Link to comment
Share on other sites

Azərbaycan SSR-in bütün əraziləri qayıdır - Baqdasaryan

Ermənistanın görməli, gəzməli yerlərindən bəhs edən yeni reklam kliplərini çəkmək üçün kanallara ölkənin dövlət büdcəsindən külli miqdarda vəsait xərcləyirlər. Ermənistan hökuməti telekanallara bunu etməyə ona görə məcbur etdi ki, köhnə analoji reklam kliplərində yer alan “arsax”la bağlı bütün kadrlar itsin.qazax-xerite1.jpg

Axar.az xəbər verir ki, bu fikirləri erməni politoloq Armen Baqdasaryan bölüşüb.

Onun sözlərinə görə, yeni kliplərin çəkilişlərinə artıq başlanılıb.

“Əgər əvvəllər kliplərdə Şuşadan, Ağvəngdən (Gəncəsər) kadrlar var idisə, müxtəlif “erməni abidələri” görüntülənirdisə, yeni videolarda bütün bunlar olmayacaq”, - deyə erməni politoloq vurğulayıb.

 

O, həmçinin qeyd edib ki, Azərbaycan və Türkiyə ittifaqı keçmiş Azərbaycan SSR-in qalan ərazilərinin hamısının rəsmi Bakının nəzarətinə qəti şəkildə qaytarılması üçün güclü mexanizmlər yaradır.

Edited by Zaman.
  • Like 1
Link to comment
Share on other sites

Oğuzda şəhid ailələrindən tələb: Yusifov işdən çıxarılsın!
eyvaz-qurbanov.jpg
Bu gün Oğuz rayonunda şəhid ailələri İcra Hakimiyyəti önündə aksiya keçirib.

 

Axar.az xəbər verir ki, aksiyaya səbəb şəhidlər xiyabanında şəhid məzarları üzərindən əklil və dövlət bayraqlarımızın götürülərək zibilliyə atılması olub.

İcra başçısı şəhid valideynləri ilə görüşsə də, bu qərarı verən şəxs - icra başçısının müavini Etibar Yusifov onların qarşısına çıxmayıb.

İcra başçısı Eyvaz Qurbanov şəhid ailələrinə məsələnin həllinə dair söz verib.

Şəhid valideynləri isə Etibar Yusifovun vəzifədən azad olunmayana qədər mübarizə aparacaqlarını bildiriblər.

 

Qeyd edək ki, Oğuz rayon icra başçısının müavini Etibar Yusifov şəhidlərimizə və dövlət bayrağımıza böyük hörmətsizlik edərək, şəhid məzarları üzərindən əklil və bayraqları götüzdürüb, yaxınlıqdakı zibillik əraziyə tullatdırıb.

Edited by Zaman.
  • Like 1
Link to comment
Share on other sites

Etibar Yusifov barəsində ölçü götürülməlidir - Fazil Mustafa

   

axar.az1429168639Mill%C9%99t%20v%C9%99ki

Sağlam düşüncəli azərbaycanlı şəhid məzarından bayrağı götürüb zibilliyə atmaz. Vətənin sevən insan belə addım atmamalıdır.

Bunu Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

 

Millət vəkili bildirib ki, bayrağa, şəhid ailəsinə qarşı bunu etmək mümkünsüz görünür:

“Yaxşı ki, cəmiyyət və müvafiq qurumlar bu məsələyə dərhal reaksiya verib. Çox güman ki, bu addımı atan şəxs barəsində müvafiq ölçü də götürüləcəkdir. Bu, digərləri üçün də dərs olmalıdır ki, belə məsələlərdə həssaslığı itirməsinlər və xüsusi diqqətlə yanaşsınlar. Bütün hallarda şəhid ailələrinə həssaslılqla yanaşılmalıdır. Bir çox hallarda insanların ümumi diqqətsizliyi müəyyən problemlərə gətirib çıxarır. Bu yanlış addımdır və ictimai qınaq öz təsirini göstərir və göstərəcək”.

 

Xatırladaq ki, Oğuz rayon icra başçısının müavini Etibar Yusifov şəhidimizə, eləcə də bayrağımıza qarşı hörmətsizlik edib. O, şəhid məzarları üzərindən təzə əklilləri və dövlət bayrağını götüzdürüb və zibillik əraziyə tullatdırıb. Hadisə şəhidin atası tərəfindən videoya çəkilərək, yayılıb.

  • Like 1
Link to comment
Share on other sites

Etibar Yusifov 2 il azadlıqdan məhrum edilə biləroguzz.jpg

Dövlət bayrağını və dövlət gerbini təhqir etmək cinayət xarakteri daşıyır. Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən, bayraq və gerbimizi hansısa bir formada təhqir etmək və yaxud təhqir olunmasına göstəriş vermək 1 ilədək azadlıqdan məhrum etmə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

Bu sözləri Axar.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov deyib.

 

O qeyd edib ki, Oğuz rayonunda baş verən hadisə mənəvi cinayətdir:

“Şəhid məzarından əklilin və dövlət bayrağının götürülməsi ilk növbədə mənəvi pozuntudur. Böyük təəssüf hissi doğurur”.

Xatırladaq ki, Oğuz rayon icra başçısının müavini Etibar Yusifov şəhidimizə, eləcə də bayrağımıza qarşı hörmətsizlik edib. O, şəhid məzarları üzərindən təzə əklilləri və dövlət bayrağını götüzdürüb və zibillik əraziyə tullatdırıb. Hadisə şəhidin atası tərəfindən videoya çəkilərək, yayılıb.

  • Like 1
Link to comment
Share on other sites

Azərbaycan polisi Qafan-Gorus yolunda post qurdu qafan-gorus-post.jpg

Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan polis postu qurulub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı araşdırmaçı-jurnalist Elçin Aloğlu paylaşıb.

Qeyd edək ki, bir neçə gün öncə də erməni sosial şəbəkə istifadəçiləri Qafan-Gorus yolunda Azərbaycan polisinin post qurduğunu və maşınları yoxladığını bildirmişdi. Azərbaycan ərazisindən keçən xüsusilə yük maşınlarının yoxlanıldığı, İrandan hərbi təyinatlı məhsulların daşınıb-daşınmamasının nəzarət altına alındığı da qeyd olunmuşdu.

  • Like 1
Link to comment
Share on other sites

3 qardaş ölkənin xüsusi təyinatlıları təlimə başlayırxususi-teyinatlilar.jpg

Sentyabrın 12-dən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

"Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

  • Like 1
Link to comment
Share on other sites

Kərki boşaldıldı, 500 erməni köçürüldü
tiqranashen-kerki.jpg
Ermənilərin işğalı altında olan Sədərəyin Kərki kəndi tam boşalıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı erməni mənbələrinə istinadla araşdırmaçı-jurnalist Elçin Alıoğlu qeyd edib.

 

O bildirib ki, kənddə qanunsuz məskunlaşan 500-ə yaxın erməni ərazini tərk edib:

“İşğalçıların nümayəndəsi müxbirin "Kənd Azərbaycana verilir?" sualına cavab vermir və onu çəkməməyi tələb edir. Ermənistanın hakimiyyət dairələri Baş nazir Nikol Paşinyanın göstərişinə uyğun olaraq Kərki kəndində daimi və ya müvəqqəti yaşayışı yasaqlayıblar.

Ümumiyyətlə isə son günlər Ermənistan mediasında fasiləsiz yayılan məlumatlara və xəbərlərə görə, Kərki kəndi Azərbaycana təhvil veriləcək”.

Qeyd edək ki, Kərki kəndinin ərazisi 19 kvadrat kilometrdir. 1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Ermənistan hökuməti kəndə “Tiqranaşen” adını verib. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.

  • Like 1
Link to comment
Share on other sites

Rusiya “Üç Qardaş” təlimini həyəcanla izləyir - Səbəbləriazerb-turk-pakistan.png

Bu gün başlayan və sentyabrın 20-dək davam edəcək Türkiyə-Azərbaycan-Pakistan xüsusi təyinatlılarının “Üç Qardaş - 2021” təlimlərinə ən çox diqqət kəsilən Rusiyadır.

Çünki Rusiya bu üçlünün getdikcə möhkəmlənən hərbi-siyasi əməkdaşlığına, bir tərəfdən, Şimali Qafqaz və Orta Asiya üzərindən onun daxilinə nüfuz edə biləcək çox güclü bir rəqibin – “Müsəlman Bloku”nun ilkin formalaşma prosesi kimi baxır, o biri tərəfdən də bu bloku cənub sərhədlərinin təhlükəsizliyinin təminində zorən müttəfiq olaraq görür.

 

Xüsusən də Pakistan kəşfiyyatının idarə etdiyi “Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlişindən və radikal islamın Tacikistan-Özbəkistan-Türkmənistan üzərindən Qırğızıstana və Qazaxıstana yayılma riskinin artmasından sonra Rusiyanın bu "Müsəlman Bloku"na - Türkiyə-Azərbaycan-Pakistan ittifaqına ehtiyacı daha çox artmış olur.

İndi “Rus NATO-su” sayılan KTMT-nin də gələcək taleyi məhz Türkiyə-Azərbaycan-Pakistan ittifaqının mövqeyindən asılı hala düşməkdədir.

Xatırlayırsınızsa, iyulun 1-də Düşənbədə keçirilən KTMT üzvü olan ölkələrin Parlament Assambleyası Şurasının iclasında bloka tərəfdaş ölkələr institutu təsis edilməsi qərara alınmışdı və həmin vaxt açıqlama verən Rusiya rəsmiləri iddia edirdilər ki, iki ölkə - Pakistan və Azərbaycan KTMT-yə qoşulmağa böyük maraq göstərir.

 

Əgər rusların dedikləri həqiqətdirsə, yəni, Azərbaycan və Pakistan KTMT-də müşahidəçi statusunda təmsilçiliyə razıdırlarsa, deməli, Rusiya ən qısa müddətdə Paşinyan Ermənistanını Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa məcbur etməli, Qarabağdakı hoqqabazlıqlarına da birdəfəlik son qoymalıdır.

Yox, Rusiya yenə də Qarabağdakı separatçıları himayə mövqeyi tutmaqla sülh prosesini uzatmağa çalışacaqsa, bu, Türkiyə-Azərbaycan-Pakistan ittifaqını artıq rəqib kimi görmək anlamına gələcək və bu üçlünün çox rahat şəkildə Qərbin başlatdığı antirus cəbhəsini Cənubi Qafqaz-Mərkəzi Asiya xətti boyu da genişləndirməsinə ciddi əsaslar yaratmış demək olacaq.

 

Əlbəttə, Azərbaycan hələ də Rusiya ilə münasibətlərində ehtiyatlı davranır, balansı gözləyir. Bu münasibətlərin qarşıdakı mərhələdə dost, yoxsa düşmən kimi inkişaf etdiriləcəyi isə artıq Rusiyadan, onun qarşıdakı aylarda tutacağı mövqedən asılı olacaq. Rusiya Azərbaycanla münasibətlərini yeni və daha sağlam mərhələyə keçirməklə “Altılıq” formatının regionda sabitləşdirici və işlək iqtisadi mexanizmə çevrilməsinə böyük töhfə verən əsas müttəfiq də ola bilər, öz imperialist arzularının dartıb saldığı bataqlıqda boğulan növbəti qurban da...

  • Like 1
Link to comment
Share on other sites

Bakının İrəvana qarşı məcburetmə əməliyyatı başladı

Ermənistanın xaricə çıxışı üçün iki əsas yol var. Lars yolu - Rusiya-Ermənistan tranziti və Gorus-Qafan yolu - İran-Ermənistan tranziti.ermenistanla-serhed.jpg

Qış fəslində Lars yolu keçilməz olur: TIR-lar günlərlə yolda qalır.

Ermənistanın Rusiya səfirliyindəki gömrük attaşesi Aram Tananyan bildirir ki, bu gündən başlayaraq, Lars yolunda növbələr yaranıb.

Qış fəsli yaxınlaşdıqca vəziyyət daha da mürəkkəbləşəcək: üzüm, mandarin kimi meyvə yüklərinin artacağı gözlənilir; bu məhsullar tez xarab olduğu üçün ünvana çatmaq uğrunda əsl mübarizə başlayacaq; beləliklə, Ermənistan-Rusiya arasındakı daşımalar tıxanacaq.

Lars yoluna alternativ marşrutun 2023-cü ildən tez başa çatması gözlənilmir.

 

Ermənistanın İrana çıxışı da faktiki Azərbaycanın nəzarətindədir. Gorus-Qafan yolunda baş verənlər, postun qurulması, aparılan yoxlamalar İrandan Ermənistana yük daşımasını ən yaxşı halda yubadır. Azərbaycan öz suveren ərazisindən keçən yolu istənilən vaxt bağlamaq haqqına sahibdir.

Əslində Azərbaycanın Gorus-Qafan yolunda strategiyasının daha uzaqmənzilli hədəfləri var: avqust ayında yol iki günlük bağlananda strateji hədəfin İrəvanı çətin vəziyyətə salmaq və Bakının tələbləri ilə razılaşmağa məcbur etmək olduğunu yazmışdıq.

 

Rusiya və İrana çıxışı risk altına düşən Ermənistan üçün xilas qərb istiqamətində - Türkiyəyə çıxışın təmin edilməsidir: Ankaradan İrəvana müsbət siqnalların gəlməsi, Paşinyanın “müsbət cavab verəcəyik” açıqlamaları baş verənlər fonunda təsadüfi deyil.

Beləliklə, Ermənistan üçün çətin qış gəlir. Belə qış həm də Xankəndidəki ermənilər üçün hazırlanır.

 

Ermənistan iqtisadiyyatının çətin vəziyyətə düşməsi Qarabağdakı ermənilər üçün də çətinlik yaradacaq: Rusiya və İrandan yük daşımalarında problemlərin yaranması çətinliyi həlledilməz vəziyyətə salır; Xankəndidə rabitə əlaqəsində, su təminatında, mənzil və iş məsələsində problemlər var; Şuşa stansiyasından verilən elektrik enerjisində problemlər yarana bilər və s.

Bütün bunlar Bakının İrəvana qarşı “məcburetmə əməliyyatının” tərkib hissəsidir.

  • Like 1
Link to comment
Share on other sites

Polis postunu görən ermənilərin dizləri titrəyir – Köçəryan

 
 

polis-emeliyyat.jpg

Gorus-Qafan yolununda Azərbaycan polis postunu görən ermənilərin psixiloji dəstəyə ehtiyacıları var.

Axar.az xəbər verir ki, bu sözləri Gorus merinin mavini Karen Köçəryan bildirib.

 

“Hazırda burada vəziyyət hər saat dəyişir. Azərbaycan polisi yola nəzarəti gücləndirir. Bütün İran nömrəli avtomobillər saxlanılaraq yoxlanılır, bütün lazimi işlər aparılır. Hələ ki, Ermənistan nömrəsi olan maşınlara dəyib-dolaşan yoxdur. Amma siz təsəvvür edin, 30 ildir ermənilərin nəzarətimizdə olan bir yolda Azərbaycan polisini görən erməni nəcə qorxmasın? Bu ermənilər oranı keçəndə dizləri titrəyir. Onlara psixiloji dəstək lazımdır”, - deyə o qeyd edib.

  • Like 1
Link to comment
Share on other sites

Bakı 103 il öncə işğaldan necə azad olundu?

Bu gün Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunmasından 103 il ötür.nuru-pasha.jpg

Axar.az xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

 

Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi.

 

Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc Azərbayacanın ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirib.

 

Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad etdi. Bu tarixi hadisədən sonra Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.

  • Like 1
Link to comment
Share on other sites

Bakıda hərbi yürüş... baki-yurus.jpg

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş başlayıb.

Axar.az xəbər verir ki, üç hissədən ibarət olan yürüşün 2-ci marşrutu Səməd Vurğun bağından başlayıb.

 

Yürüşdə hərbi orkestrin müşayiəti ilə  Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edir.

Yürüş 28 may küçəsi - Bülbül prospekti, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində davam edəcək.

Qeyd edək ki, Bakının azad olunmasının 103 illiyi münasibətilə keçirilən yürüşlə bağlı paytaxtın bir neçə istiqamətdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

 

Birinci marşrut Şəhidlər xiyabanı-Türk şəhid abidəsini önü, Mehdi Hüseyn küçəsi, Lermontov, Niyazi, Qoşa Qala Qapısı, Əziz Əliyev, Neftçilər prospekti, Bəhram Gur heykəli, 2-ci marşurut üzrə S,Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılıb.

***

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda keçirilən yürüşlərdən biri başa çatıb.

İkinci marşrut üzrə yürüş Səməd Vurğun bağından başlayıb, Azadlıq meydanında başa çatıb.

Yürüşdə hərbi orkestrin müşayiəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edib.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

 

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.

 

  • Like 1
Link to comment
Share on other sites

ÇIRAQOVLAR AVROPA MƏHKƏMƏSİNDƏ ERMƏNİSTANI NECƏ UDDU?

Ermənilər Laçını işğal edən zaman onlar öz yurd-yuvalarından didərgin düşür və hər şeylərini itirirlər.
"Bu qədər torpaq işğal olunub, amma bu prosesə qədər hələ Ermənistan bir dəfə də işğalçı dövlət kimi tanınmamışdı."
Hüquqları pozulmuş bu şəxslər Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edirlər.
Ermənistan müxtəlif bəhanələrlə bu məhkəmədən yayınmağa çalışsa da, laçınlılar bu məhkəmədə qalib gəlir. 
Ermənistanın etiraz etdiyi, Beynəlxalq hüquq tarixinə "Çıraqov və başqaları Ermənistana qarşı" adı ilə düşən məhkəmə işi...

 

 

  • Like 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

Bakı razı olmadı, yeni rus komandan təyin edildi
gennadi-anashkin.jpg

Rusiyanın Qarabağdakı sülhməramlılarına yeni komandan təyin olunacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Sputnik Ermənistan” yayıb. Məlumata görə, yeni komandan general-leytenant Gennadi Anaşkin olacaq. Onun təyinatı bu gün elan olunacaq.

 

Qeyd edək ki, Anaşkin 1968-ci ildə Kuybışev şəhərində anadan olub. O, keçmiş Yuqoslaviyada, Çeçenistan və Gürcüstan-Rusiya müharibəsində iştirak edib.

6 sentyabrda Rüstəm Muradovun yerinə sülhməramlılara rəhbər kimi general-mayor Mixail Kosobokov gətirilib. İddiaya görə, bu təyinatdan Bakı razı deyil.

***

Hazırda Ermənistan Müdafiə Nazirliyinin binasında Rusiya MN-in nümayəndə heyətilə görüş keçirilir.

Bu barədə erməni mediası məlumat yayıb.

 

Görüş əsnasında rus sülhməramlılarının yeni komandanı, general-leytenant Gennadi Anaşkin də təqdim edilib.

M.Kosobokovun isə daha yüksək vəzifəyə təyin olunacağı bildirilib.

 

  • Like 1
Link to comment
Share on other sites

Şuşada Mehmandarovların malikanəsi bərpa olunur

İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir.mehmandarov-susha.jpg

Axar.az xəbər verir ki, həyata keçirilən işlər çərçivəsində Mehmandarovların malikanə kompleksi də bərpa edilir. Hal-hazırda Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır.Şuşada yerləşən Mehmandarovların malikanə kompleksi Mehmandarovlar ailəsinə məxsusdur və Azərbaycanın tarix-memarlıq abidələrindən biridir.

 

Azərbaycan xanlıqlarının, o cümlədən, Qarabağ xanlığının idaretmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanə kompleksi ucaldılıb.

Şuşa şəhərində yerləşən Mehmandarovların malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilib.

Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-78-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb.

Mehmandarovların böyük yaşayış binası sovet dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib.

image.jpeg.7b1c73ba0c92ee43ecd75f7409583d74.jpeg

19 may 1987-ci il tarixindən vaxtilə Mehmandarovlar ailəsinə məxsus olan yaşayış kompleksində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb.

1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyyə olunaraq Bakıya gətirilib.

 

Bildirilib ki, müharibə dövründə Mehmandarovların malikanə kompleksinə də ciddi ziyan dəyib, dağıntılar törədilib. Mülkdə olan əksər tikililər yerləyeksan edilib. Mehmandarovların kiçik yaşayış binası isə ermənilər tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərirdi. Kompleks ərazisindəki məscid isə ermənilər tərəfindən mənimsənilmiş və Geologiya Muzeyinə çevrilmişdi.

  • Like 1
Link to comment
Share on other sites

Prezidentdən İrana xəbərdarlıq: Hansısa əyalət mollası...

   

prezident-cebrayil-9.jpg

Biz xoş niyyət göstəririk. Amma o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada – Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq.

Axar.az xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

 

Dövlət başçısı qeyd deyib ki, biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uyduranda biz buna fikir vermədik:

“Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

  • Like 1
Link to comment
Share on other sites

Zakir Həsənov Hulusi Akarla görüşdü

zakir-akar.jpg

Azərbaycanın Müdafiə Nazirliyi müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb.

Nazirlikdən Axar.az-a daxil olan məlumatda deyilir:

"Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərimizin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.

 

General-polkovnik Z.Həsənov Vətən müharibəsində qardaş Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

İkitərəfli görüşdə hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olunub.

 

Sonda Müdafiə naziri general-polkovnik Z.Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb"

  • Like 1
Link to comment
Share on other sites

Daxildəki iranpərəst qüvvələri təmizləməliyik - Deputat

Axar.az deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun Musavat.com-a müsahibəsini təqdim edir:vahid-ahmedov.jpg

- Vahid bəy, növbəti plenar iclasda “Müstəqillik Günü haqqında” qanun layihəsi ilk oxunuşda müzakirə olunacaq. Müstəqillik Aktı haqqında Konstitusiya Aktına səs verən istiqlalçı millət vəkili kimi təqdim olunan qanun layihəsini necə dəyərləndirirsiniz?

- Qanun layihəsində qeyd olunur ki, 28 May Müstəqillik Günü, 18 Oktyabr Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək. Əlbəttə, mən bu dəyişikliyə normal yanaşıram. Qanunauyğunluq var. Çünki 1918-ci ilin 28 mayında Azərbaycanın istiqlalı haqqında Bəyannamə qəbul olunub, Azərbaycanın müstəqilliyi elan edilib. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti formalaşıb, Nazirlər Kabineti formalaşdırılıb, diplomatik əlaqələr qurulub, bir sıra qərarlar verilib, dövlət atributları qəbul olunub və s. Amma çox təəssüf ki, Cümhuriyyətimizin ömrü cəmi 23 ay olub, amma bu, qısa müddətdə də kifayət qədər böyük işlər görülüb. Ona görə də 28 May faktiki olaraq Azərbaycanın Müstəqillik günüdür. 18 Oktyabr isə faktiki olaraq Müstəqilliyin bərpası günüdür. Hesab edirəm ki, qanunla bu, belə də olmalıdır. Çünki Azərbaycan Respublikası 1918-ci ildə yaradılmış dövlətimizin hüquqi varisidir. Burada bir məsələyə toxunmaq istəyirəm: həm 28 May, həm də 18 Oktyabrı qeyri-iş günü elan etmək lazımdır. Çünki hər ikisi müstəqilliyimizlə bağlı milli bayramlarımızdır və qeyri-iş günü olmalıdır.

- Qanun layihəsinə əsasən, 18 Oktyabr bayram kimi qeyd olunsa da, iş günüdür, eləmi?

- Bəli. Həmin günü də qeyri-iş günü elan etmək lazımdır. Mən bununla bağlı Milli Məclisdə çıxış edəcəyəm.

- Siz istiqlalçı deputat olaraq yubileylə bağlı başqa hansı təkliflərlə çıxış etmək istərdiniz, yaxud nə kimi gözləntiləriniz var?

- Hesab edirəm ki, 18 Oktyabrla əlaqədar böyük tədbirlər həyata keçirilməlidir. Bununla yanaşı, Azərbaycanın müstəqilliyinə səs verən istiqlalçı millət vəkillərinin də müəyyən tələbləri var, onları da həyata keçirmək lazımdır. İstiqlalçı millət vəkillərinin pensiya təminatı, təltiflər, imtiyazlarla bağlı addımlar atmaq çox yaxşı olardı. Çünki onların buna haqqı var. 1991-ci il Azərbaycan üçün çox ağır bir dövr idi. O zaman SSRİ-nin saxlanmasının əleyhinə səs verən 43 deputatdan biri də rəhmətlik Heydər Əliyev idi. O ağır dönəmdə ortaya qətiyyətli mövqe qoymuş insanlar öz haqlarını almalıdırlar.

- Bir çoxları sual edir ki, niyə bayram günləri ilə bağlı dəyişikliyə məhz indi gedilir? Sizin bu suala cavabınız necədir?

- Mən belə başa düşürəm ki, bu məsələlər Azərbaycan dövlətinin 44 günlük müharibədə qələbə qazanması, ərazi bütövlüyümüzün təmin edilməsi ilə birbaşa əlaqədardır. Bu, bir daha sübut edir ki, Azərbaycan müstəqillikdən sonra özünün ərazi bütövlüyünü təmin edib. Həm də bu il müstəqilliyimizlə bağlı yubiley ilidir. Özü də ərazi bütövlüyümüzün təmin olunmasından sonra keçirilən ilk yubileydir. Müharibə qurtarandan sonrakı müddətdə Qarabağda kifayət qədər quruculuq işləri həyata keçirilib. Bəlkə də başqa dövlətlər bu işləri 4-5 ilə reallaşdıra bilməzdi. Azərbaycan isə çox nəhəng layihələri reallaşdırır, ciddi işləri həyata keçirir.

- Müstəqilliyimizin bərpasının 30 illiyi ərəfəsində cənub qonşumuzun davranışları, təhdidləri Azərbaycanın qələbəsini və müstəqilliyini həzm edə bilməməsinin əlaməti deyilmi?

- Xüsusilə 44 günlük müharibədən sonra belə münasibətlər aşkar şəkildə ortaya qoyulub. Əvvəlki illərdə düşünməzdilər ki, Azərbaycan bu qədər qısa müddətdə işğalçıya qalib gələ bilər. Çünki əksər dövlətlər Ermənistana yardım edirdi, həmçinin bəzi qonşu dövlətlər, o cümlədən İran. İran faktiki olaraq 44 günlük müharibənin 43 günündə Ermənistana yardım elədi. Hələ mən müharibədən əvvəlki yardımları demirəm. Müharibə günlərində həm silah-sursat verdi, həm də digər məsələlərlə bağlı işğalçı Ermənistana yardım etdi. Amma 44-cü gün gördülər ki, vəziyyət tamamilə dəyişib, Azərbaycan qalib dövlətdir, ondan sonra Azərbaycan barədə bir-iki kəlmə dedilər. 44 günlük müharibədən sonrakı müddətdə də Ermənistana müəyyən qədər yardım etdilər. Sonra isə dövlət başçımızın göstərişinə uyğun olaraq sərhəddə Daxili İşlər Nazirliyi, Sərhəd Xidməti, Gömrük Komitəsi sərhəddə nəzarəti təmin etdi və yük maşınlarının yoxlanışı həyata keçirildi. Çünki həmin maşınlarla silah-sursat, digər qanunsuz yüklər daşınırdı. Bundan sonra İran Cəbrayıl istiqamətində, sərhəd boyunca hərbi təlimlər keçirdi.

  • Like 1
  • Milli 1
Link to comment
Share on other sites

Çox təəssüf olsun! Yadınızdadırsa, cənab prezident müharibədən sonra ilk səfərini elə Cəbrayıl bölgəsinə etmişdi və ordan bəyanat verdi ki, İran bizim qonşumuzdur, həmişə yaxşı münasibətimiz var və s. Cənab prezidentin həmişə qeyd etdiyi kimi, Azərbaycan dövlətinin öz qonşularına münasibəti - təbii ki, Ermənistan xaric - həmişə müsbət olub, açıq siyasət yürüdüb. Ancaq görünür dövlət başçımızın mövqeyini anlamadılar, başa düşmədilər və hərbi təlim keçirməyə, Azərbaycan əleyhinə artıq-əskik danışmağa başladılar. Əvvəlcə bir molla danışdı, ona əhəmiyyət verilməyəndə rəsmilər danışmağa başladılar. Hətta Xamenei “şapalaq” və sairdən danışdı. Mən deyərdim ki, vəzifəsinə yaraşmayan söhbətlər ortaya atdı. Cənab prezident də bu günlərdə Cəbrayılda olarkən onların cavabını verdi. Açıq şəkildə dedi ki, heç kim Azərbaycanla təhdid dilində danışa bilməz, Azərbaycan kifayət qədər güclü dövlətdir. Dəmir yumruq da öz yerindədir və istənilən vaxt işə düşə bilər. Mən hesab edirəm ki, artıq indi bu, dəmir yox, polad yumruqdur. Çünki Azərbaycan ötən 1 il müddətində öz ordusunu daha da möhkəmləndirib, sərhədlərinə nəzarəti təmin edib, bu işlər davam edir. Ancaq bu, faktdır ki, ayrı-ayrı qüvvələr Azərbaycanın Qarabağda gördüyü işləri həzm edə bilmir. Artıq Qarabağda aeroport açılıb, yollar çəkilir, digər işlər görülür.

- İran niyə təşvişə düşüb?

- Bəli, çox təşvişdədir. İran da Qarabağda həyata keçirilən böyük quruculuq işlərində iştirak etmək istəyirdi. Cənab prezident xarici mediaya müsahibələrinin birində qeyd etmişdi ki, 44 günlük müharibədə Azərbaycanın yanında olan dövlətlər Qarabağdakı quruculuq işlərində iştirak edəcək. Faktiki belə də oldu. Qarabağda işlər çox böyük sürətlə gedir və İran narahatdır. Özü də sərhədyanı ərazilərdə də böyük işlər görülür.

- Yəni rəsmi Tehran öz siyasəti ilə Qarabağdakı proseslərdə iştirak şansını itirib, eləmi?

- Mən diqqət edirəm, İran apardığı siyasətin nəticəsində dünyada təklənib. Bu gün bütün dünyada, o cümlədən Qafqazda düzən dəyişib. Hətta Rusiya XİN rəhbəri də İranın addımlarını bəyənmədiyini bildirdi. Digər tərəfdən, İran bilir ki, Azərbaycan, Türkiyə, Pakistan, Əfqanıstan, İsrail dost dövlətlərdir. Bunlar dost dövlətlərdir, 44 gündə yanımızda oldular, bizi müdafiə etdilər. Yəni müəyyən birlik formatı yaradılır, çoxtərəfli sazişlər imzalanır, bunlar narahatdır. Azərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur, öz ərazi bütövlüyünü təmin edir. Cənab prezident Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdı, bununla bir daha bəyan etmiş oldu ki, bu ərazilər Azərbaycanındır. Ermənistanın mövcud olduğu ərazilər də bizim dədə-baba torpaqlarımızdır, bəzi dairələr bu tarixi həqiqəti də nəzərə almalıdırlar. Özü də mən fikir verirəm, İran yalnız Azərbaycana deyil, elə Rusiyaya da meydan oxuyur. Rusiya-Ermənistan münasibətləri bəllidir. Moskva Ermənistanı həmişə qoltuğunun altında saxlayırdı, yardımlar edirdi. Amma indi bölgədə vəziyyət müəyyən qədər dəyişdiyi üçün İran Ermənistanı qanadının altına almağa, ona yardımlar etməyə çalışır. Çünki dünya düzəni dəyişib, Türkiyə Qafqazda söz sahibinə çevrilib, Azərbaycan-Türkiyə-Pakistan-Əfqanıstan əlaqələri yüksək səviyyədə inkişaf edir, müəyyən müqavilələr imzalanıb. Ona görə də faktiki olaraq bölgədə təklənən İran özünə qardaş axtarır. Necə olur ki, müsəlman dövləti olan İran Azərbaycana yox, Ermənistana “qardaş” deyir? Bu, anlaşılan məsələdir. Onu da deyim ki, tarix boyu Azərbaycan-İran münasibətlərində müəyyən gərginliklər olub. İran heç vaxt bizim inkişafımızı istəməyib. Baxmayaraq ki, cənab prezident bu, çətin illərdə onlara çox yardım etdi, Azərbaycanda dərman preparatları zavodu tikməyə, o cümlədən gediş-gəlişin asanlaşdırılması, əmlak almaları üçün bütün şəraiti yaratdı. Amma görünür ki, onlar başa düşmür. Azərbaycan artıq güclü, dünyada tanınmış, lider dövlətdir. Bu da reallıqdır ki, Azərbaycan prezidentinin müstəqil siyasət aparması bunların xoşuna gəlmir. Ancaq hər kəs anlamalıdır ki, dövlət başçımız öz xalqının istəyini nəzərə alaraq öz siyasətini qurub, o, xalqa, xalq da ona arxayındır, xalqla prezident bir yerdədir.

- Vahid bəy, necə hesab edirsiniz, bundan sonra rəsmi Bakının İran siyasəti əvvəlkindən fərqlənməlidirmi?

- Mənə elə gəlir ki, müəyyən sərtliklər olacaq. O ki qaldı İranın Azərbaycana müəyyən həmlələri, müharibə ehtimalı, bu, mümkün deyil. İran buna gedən deyil. Çox şişirtsələr də, İranın elə də böyük gücü yoxdur. Azərbaycanın müttəfiqləri kifayət qədər güclüdür. Amma müəyyən təhdidlər ola bilər. Biz daxildə çox ciddi işlər görməliyik, daxildə iranpərəst qüvvələr var, onları yavaş-yavaş təmizləməliyik. Vəzifədə olanlar da var. Fikir verdinizsə, İran Mədəniyyət Mərkəzinə məxsus mərkəzin yerləşdiyi məscidin fəaliyyəti dayandırıldı. Çox düzgün addımdır. Onun burada fəaliyyət göstərməsinə nə ehtiyac var idi? Digər məsələlər də var, yəqin ki, dövlət başçımız onları müsbət həll edəcək. Heç kim bizimlə təhdid dilində danışa bilməz! İran elə bilirdi ki, Xudafərin ətrafı hamısı bunundur və daim onun ixtiyarında olacaq. Amma unutmuşdu ki, beynəlxalq qanunlarla Azərbaycanın tanınmış sərhədləri var. Ümumilikdə İran çox böyük riskə gedir. Unudur ki, daxildə 40 milyon türk var. Elə bu yaxınlarda İrandakı azərbaycanlılar ayağa qalxıb, mitinqlər keçiriblər. Unutmasın ki, Azərbaycana qarşı nə iş olsa, İrandakı soydaşlarımız hamısı ayaq üstə olacaq. Onu da unutmasın ki, bütün dünyada təklənib və bu siyasət ona uğur vəd etmir.

- Bu arada İranın öz hava sərhədini Azərbaycanın üzünə bağlamasının ardınca Ermənistan xoşməramlı jest sərgilədi. Hava dəhlizinin açılmasının ardınca Zəngəzur dəhlizinin açılmasını gözləyirsinizmi?

- Bəli, artıq təyyarələrimiz Ermənistanın üzərindən uçur. Zəngəzur dəhlizinin açılması, sadəcə, zaman məsələsidir, istər İran, istər Ermənistan olsun, buna mane ola bilməz. Cənab prezident qəti şəkildə dedi ki, istəsələr də, istəməsələr də, Zəngəzur dəhlizini açacağıq! O dəhliz açılandan sonra, əlbəttə, bölgədə vəziyyət tamamilə dəyişəcək. Zəngəzur dəhlizinin açılması həm iqtisadi, həm də siyasi cəhətdən bölgədə tamamilə yeni situasiya yaradacaq. Əgər Ermənistan bir dövlət kimi mövcud olmaq istəyirsə, o, Azərbaycan və Türkiyə ilə münasibətlər qurmalıdır. Hər iki ölkənin ərazi bütövlüyünü tanımalı, “Dağlıq Qarabağ” iddialarından tamamilə imtina etməlidir, status məsələsini birdəfəlik yaddan çıxartmalıdır, bunlar artıq arxivdədir.

- Belə ümumiləşdirmək olarmı ki, son proseslərdə Rusiya daha normal davrandı, nəinki İran?

- Bu dəqiqə Rusiya-Türkiyə münasibətləri yüksək səviyyədədir. O cümlədən Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədə inkişaf edib. Belə bir vaxtda, Qafqazdakı proseslərin sülhə doğru getdiyi zamanda İranın atdığı addımlar heç bir dövlətə sərfəli deyil. Bu yaxınlarda məlumat yayıldı ki, İran prezidenti Moskvaya səfərə hazırlaşır. Amma Rusiya XİN rəhbəri artıq Kremlin bu məsələ ilə bağlı mövqeyini bəyan etdi.

  • Like 1
  • Milli 1
Link to comment
Share on other sites

Bakıdan İrana yüz minlərlə “vergi” göndərən biznesmenlər…baku2017-3.jpg

Son günlər xüms adlanan vergi adı altında Azərbaycandan külli miqdarda pulun İrana göndərilməsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər dolaşmaqdadır. Hətta ortaya tutarlı faktlar da qoyulur. Üstəlik, yığılan pulların İrana göndərilməsi də zaman-zaman insanların narazılığına səbəb olub. Dəfələrlə bu məsələ mətbuat, sosial şəbəkələr vasitəsilə qabardılıb.

 

Axar.az xəbər verir ki, ötən gün Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Hacı Şahinin mətbuata müsahibəsində dediyi “Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla əlaqəsi yoxdur” ifadəsi bu məsələni yenidən gündəmə gətirib.

Hətta bəzi sosial şəbəkə istifadəçiləri haqlı olaraq iddia edirlər ki, məhz azərbaycanlıların əhli-beytə bağlılığının İranla əlaqəsinin olması yığılan pulların adıçəkilən ölkəyə göndərilməsinə səbəb olur. Çünki bu pullar başqa bir müsəlman ölkəsinə deyil, məhz İrana gedir.

Xaqani Xudaverdiyev adlı sosial şəbəkə istifadəçisi də öz səhifəsində sözügedən məsələyə toxunub.

 

“Hacı Şahin müsahibə verib və deyib ki, Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla əlaqəsi yoxdur. "Əhli-beytə bağlılıq" deyəndə şiəliyi nəzərdə tutur, amma yalan danışır. Çünki şiəlikdə “xüms” deyilən vergi növü var. Sünnilərdə ancaq zəkat və fitrdir. Bu vergini hər şiənin ödəməsi vacibdir. Qısaca belə deyim ki, xüms illik gəlirin 20%-dir. Xüms kimlərə verilir? Ancaq və ancaq vəliyyi-əmrə! Vəliyyi-əmr kimdir? Əmr sahibi, yəni ayətullah. Azərbaycanda ayətullah olmadığına görə Azərbaycan şiələrinin xümsləri Quma, Məşhədə ziyarətə gedənlər vasitəsilə nəğd pul kimi İrana aparılır. Hər il yüz minlərlə dollar xüms göndərən biznesmenlər var. Hər il külli miqdarda yığılan pulların bir qismini İran Azərbaycanda qurduğu təşkilatlar vasitəsilə kasıblara paylayır Beləliklə həm “çörəkverən İran” imici yaradır, həm də o kasıbları öz ətrafında toplayır. Bir hissəsini Azərbaycanda öz missionerlərini yetişdirməyə xərcləyir, bir hissəsi ilə də Ermənistana və Qarabağ terrorçularına yardım edir”.

 

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda bu işlərlə İran Mədəniyyət Mərkəzi məşğul olurdu. Bu mərkəzin də rəhbəri İranın Ali dini lideri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əliəkbər Ocaqnejat idi. Mərkəzin İranın Qum və Məşhəd şəhərlərinə azərbaycanlı tələbələr göndərməsi, xəstələrin İranın müxtəlif şəhərlərindəki xəstəxanalarında müalicəsinə, əməliyyatına maddi yardım göstərməsi məlumdur. Lakin İranın azərbaycanlıların pulu ilə azərbaycanlılara yardım etməsi haqlı suallar yaradır. Əgər xeyriyyəçilikdirsə, bunu Azərbaycanda yaradılan və Azərbaycana məxsus bir fond, təşkilat vasitəsilə edilməsi daha doğru olardı. Onsuz da hər il Fitr, Qurban, Novruz bayramlarında yetimlərə, ailə başçısı olmayan şəxslərə, imkansız ailələrə yardımlar edilir.

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 0 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 9 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 66 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Like
      • 671 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...