Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Salam, Vətən!


Zaman.

Recommended Posts

xaribulbul-festival.jpg

10:25

Bu gündən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb.

Kult.az xəbər verir ki, səhər saatlarında festival proqramı üzrə tamaşaların, iştirakçı ölkələrin sənətkarlıq nümunələrinin və milli mətbəxinin təqdimatı olub.

Qeyd edək ki, festival günlərində şəhərin müxtəlif məkanlarında “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstərilir.

Eləcə də Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, sərgilər və film nümayişləri olacaq.

 

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edir.

Üç gün davam edəcək festivalda Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.

Link to comment
Share on other sites

ordumuz-yeni-2021.jpg

Ermənistanın, sərhədin Zod istiqamətində (Göyçə mahalı) törətdiyi təxribatdan sonra başlanan toqquşma səngisə də, tam başa çatmayıb. Yeni təxribatların olacağı gözləntisi böyükdür, xüsusilə İrəvanın bu hücumda nail olmaq istədiyi hərbi və siyasi hədəflər fonunda bu ehtimal daha da artır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, baş verən döyüşlərin detellarına diqqət çəkib.

İlk atəşi kim açıb?

Döyüşlər zamanı Azərbaycan Ordusu bir şəhid verdi, bir hərbçimiz yaralandı. Hərbçimizin başından ağır yaralanması diqqəti snayper atəşinin açılmasına yönəldir. Məlumatlara görə, təxribat hücumu gecə saatlarında baş verib və ordumuzun adekvat addımlarından sonra genişlənib.

Burada iki məqam xüsusilə diqqət çəkir:

Birincisi, son bir həftədə Ermənistan rəsmiləri və mediası Azərbaycanı Zod qızıl yatağının işinə mane törətməkdə ittiham edirdi: bu, əslində təxribat hücumuna və hücumdan sonra Bakını ittiham etməyə zəmin yaratmaq məqsədi daşıyıb;

İkincisi, qısa müddət ərzində həmin istiqamətdə ağır texnika, artilleriya qurğuları və çoxsaylı canlı qüvvə toplaya bildi: görünür, bu qüvvələr əvvəldən o bölgəyə yığılıb və hazır vəziyyətdə saxlanılıb;

İtkilər nə qədərdir?

Rəsmi məlumata görə, Azərbaycanın bir şəhidi, bir yaralısı var. Ermənistan tərəfi isə 4 yaralılarının olduğunu, onlardan ikisinin vəziyyətinin ağır olduğunu açıqlayıb. Lakin real itkilər fərqlidir:

- Erməni mənbələr 8 ölü, 12 yaralının olduğuna dair məlumatlar yaydı;

- Ordumuzun erməni mövqelərini məhv etdiyi görüntülər endirilən zərbələrdən sağ çıxmağın çətin olduğunu deməyə əsas verir;

Bu iki məqam Ermənistan tərəfinin itkilərinin rəsmi məlumatlardan çox olduğunu deməyə əsas verir.

 

Ermənistanın hədəfi nədir?

İrəvanın hədəfini iki kontekstdə qiymətləndirmək olar: siyasi və hərbi;

Siyasi hədəf: Vaşinqtonda sülhlə razılaşmayan İrəvanı qarşıda Brüssel və Moskvada çətin görüş gözləyir, hər iki format danışıqlarda konkret razılaşmaların olması ilə seçilir və növbəti görüşdə Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrası aktuallaşa bilər; sərhəddə təxribat hücumu ilə hərbi eskalasiya yaratmağa çalışan Ermənistan bu görüşlərin gündəliyini pozmaq, ümumilikdə prosesi arxa plana keçirmək niyyətindədir;

Hərbi hədəf: 44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan sərhədində əsas problemli istiqamət Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə - təxribatın olduğu Zod istiqaməti – qədərki xətt boyunca olub, cənubda – Zəngilandan Laçına qədər olan sərhəd xətti isə böyük ölçüdə müəyyənləşib; Ötən ay Laçın istiqamətində sərhədin müəyyən edilməsi prosesi başa çatdı, bununla İrəvan sərhəd məsələsində nail olmaq istədiyi hədəfdən bir qədər də uzaqlaşmış oldu, bu baxımdan, Zod istiqaməti Ermənistan üçün son şanslardan biridir; bu istiqamətdə irəliləmək istəyən İrəvan həm də danışıqlar masasında əlini gücləndirməyi planlaşdırır;

Təxribatların davamı ola bilərmi?

Ermənistanın siyasi və hərbi hədəfləri fonunda bu gözlənti aktualdır. Bununla yanaşı, ermənilərin bu istiqamətdə ağır texnika və canlı qüvvə toplaması da təxribat hücumlarının davamlı olacağı ehtimalını artırır. İstisna deyil ki, 14 mayda Brüsseldə, 19 mayda isə Moskvada keçiriləcək görüşlər zamanı ermənilər təxribat hücumlarını intensivləşdirsin. O da istisna deyil ki, təxribatlar təkcə bu istiqamətdə yox, diqqət yayındırmaq və masadakı gündəliyi pozmaq məqsədilə sərhədin digər istiqamətlərində də olsun.

Göyçə döyüşü: Əliyev hansı mesajı vermişdi?

Döyüşlərin baş verdiyi ərazi tarix baxımından da diqqət çəkir: Kəlbəcərin Söyüdlü kəndi ilə həmsərhəd olan Zod kəndini ermənilər Sotk adlandırır, bu ad 1995-ci ildə verilib. Kənd, ümumiyyətlə bu bölgə Azərbaycanın tarixi ərazisidir və həmin ərazilər 1921-ci ildə Ermənistana verilənə qədər Göyçə mahalı adlandırılıb.

Ötən ilin sentyabr ayında sərhəddə yenə Ermənistanın təxribatından sonra baş verən döyüşlərdə ordumuzun uğurla keçirdiyi Buğdadağ əməliyyatı nəticəsində Bala Göyçəyə nəzarət bərpa olundu. Prezident İlham Əliyev bu əməliyyatla bağlı açıqlamasında bildirib ki, 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib: “Ermənistan gözəl anlamalıdır bu, nə deməkdir. Bu gün həmin strateji yüksəkliklərdən Qarakilsə, Qafan, Gorus, İstisu şəhərlərini biz gözlərimizlə görürük. Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə gölü də gözümüzün önündədir”.

Ali Baş Komandan bununla Böyük Göyçə gölünə, ümumilikdə Göyçə mahalına nəzarətin bərpa oluna biləcəyinin də mesajını verdi. Zod istiqamətində baş verən döyüşlər Azərbaycan Ordusunun bu hədəfini gerçəkləşdirmək perspektivini də aktuallaşdırır, çünki sülhdən yayınan Ermənistan təxribatlardan əl çəkmir və belə görünür ki, problemin fundamental həlli tarixi torpaqlarımıza çıxmqdan keçir.

Link to comment
Share on other sites

basarkecer-zerbe.jpg

Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonu istiqamətində Ordumuzun bölmələrinə qarşı 10 mayda başlayan və hələ də davam edən təxribatları ilə bağlı “Caliber.az” sensasiya sayıla biləcək məlumat və video paylaşıb.

 

Axar.az xəbər verir ki, yayılan videoda erməni silahlı qüvvələrinin hücum və kəşfiyyat PUA-larını idarə etmək üçün mərkəz kimi mülki avtomobildən istifadə etdiyi görünür (44 günlük müharibə zamanı istifadə edilən köhnə erməni taktikasıdır. Halbuki mülki avtomobildən hərbi məqsədlər üçün istifadə terrorçulara xasdır və beynəlxalq humanitar normaların kobud şəkildə pozulmasıdır). Eynilə müharibə zamanı erməni tərəfi uşaq bağçasının ərazisindən əməliyyat görüşləri, təcili yardım maşınından isə hərbi məqsədlər üçün istifadə edirdi.

Sözügedən avtomobil erməni təxribatına Ordumuzun cavab zərbəsi nəticəsində 12 mayda məhv edilib.

 

Bu maşının dağılma anına diqqət yetirin: onun yanında mülki geyimli, qara gödəkçəli, vurulan avtomobildən sürünərək uzaqlaşan bir adam var. Partlayış yerindən çaxnaşma içində qaçan iki uniformalı erməni əsgərindən fərqli olaraq, qara gödəkçəli şəxs peşəkar təmkin və bacarıq nümayiş etdirir - NATO standartlarına uyğun yüksək hazırlıq hiss etmək olar.

“Caliber” öz mənbələrinə istinadla bildirib ki, söhbət erməni hərbçilərinə PUA-lara kəşfiyyat və hücuma nəzarət etməyi öyrədən fransız hərbi təlimatçıdan gedir. Üstəlik, NATO hazırlığı olan bu cür “mülki” mütəxəssislərin görünən bu fəaliyyəti yeganə hal deyil, oxşar siqnallar şərti sərhədin digər hissələrindən də alınıb.

 

Qeyd edək ki, bu avtomobildən idarə olunan PUA-nın zərbəsi nəticəsində hərbçimiz Orxan Novruzəlizadə həlak olub.

Xatırladaq ki, bundan əvvəl Fransa Ermənistana yeni hərbi attaşe təyin etməsi haqda məlumat yayılmışdı.

Fransız hərbi attaşesi Fransanın Ermənistana öldürücü silahların tədarükünə nəzarət edəcək. Belə ki, Fransa Prezidenti Emmanuel Makron şəxsən Parisin Ermənistana öldürücü silahların verilməsi ilə bağlı hərbi-siyasi qərarını dəstəkləyib.

Link to comment
Share on other sites

eliyev-pashinyan.jpg

Əliyev və Paşinyanın Brüssel görüşünə iki istiqamət üzrə baxmaq olar:

1. Siyasi mərkəzlərin vasitəçilik uğrunda mübarizəsi;

2. Tərəflərin gedişləri və gözlənilən nəticələr.

Bakı-İrəvan münasibətləri üzərindən vasitəçilik mübarizəsində Qərb Rusiya ilə rəqabətdə olsa da, öz daxilində də toqquşur. Vaşinqton, Brüssel, Paris: bu üç platforma arasında Brüssel əsas masadır, Vaşinqton bu formatı dəstəkləyir, lakin prosesə geosiyasi və regional maraqları kontekstində yanaşan Paris əvvəlcə bu formatı mənimsəyə çalışsa da, nəticə əldə edə bilmədiyi üçün özünün təşəbbüskarı olduğu format yaratmaq niyyətindədir, Kişinyovda planlaşdırılan görüş də bundan qaynaqlanır.

Vaşinqtondan sonra, Moskva və Kişinyovdan öncə keçirilən Brüssel görüşü Rusiya ilə yanaşı, Fransanın da önə çıxmaq cəhdlərinə qarşı gediş hesab oluna bilər. Burada Aİ rəhbərliyinin marağı təşəbbüskarı olduqları formatın davamlılığını saxlamaqdırsa, ABŞ-ın istəyi Vaşinqtonda başlanan prosesin Brüsseldə gücləndirilməsidir.

Və həm Moskva, həm də Kişinyova əli güclü getmək istəyən Bakı da görüşdə maraqlı tərəfdir, Brüssel formatında razılaşdırılan məsələlərin yenidən aktuallaşması, xüsusilə Qarabağın daxili işimiz olduğuna dair beynəlxalq mövqeyin möhkəmlənməsi baxımından.

Kim hansı gedişi edəcək?

Görüşdə konkret nəticənin əldə olunacağından daha çox, tərəflərin hansı gedişi edəcəyi gözləntisi var.

Əliyevin gündəliyi bəllidir: ərazi bütövlüyünün tanınması; Ermənistanla sülh müqaviləsi və Qarabağdakı ermənilərlə təmaslar məsələsinin bir-birindən ayrılması.

Bu, Brüssel formatında bundan əvvəl müzakirə edilən və razılaşdırılan məsələlərdir. Və bəllidir ki, bugünkü görüşdə sonuncu dəfə sülh sazişinin hazırlanması üzrə razılaşdırılan məsələlər yenidən gündəmə gələcək.

Lakin əvvəlki görüşlərdən fərqli olaraq Bakı iki məsələ üzərindən xüsusilə dayana bilər:

 

Birincisi, Qarabağdakı erməni əhalisi ilə təmasların qurulmasında separatçılar faktorudur: Əliyev erməni əhalisinin reinteqrasiyası ilə bağlı təkliflərin qəbul edilməməsi və separatçıların prosesin qarşısını alması faktını gündəmə gətirə, İrəvanın “Bakı-Xankəndi formatı”nın yaradılması və separatçıları “tərəfə” çevirmək oyununa qarşı gediş edə, həmçinin suverenliyimizə qarşı təhdid yaradan separatçıların legitim hədəf olduğu mövqeyini gücləndirə bilər bilər;

İkincisi, sərhədin delimitasiyası prosesində işğal altındakı 8 kəndin qaytarılmasını irəli sürə bilər: Ermənistandakı Aİ missiyasının Bakının istəyi ilə anklavlara baş çəkməsi, xüsusi nümayəndə Tovio Klaarın bir neçə gün öncə “Azərbaycanın tələb etdiyi kəndlərlə bağlı məsələ Ermənistanla delimitasiya çərçivəsində həll olunmalıdır” sözləri arxa planda bu prosesin getdiyi ehtimalını önə çıxarır.

Bu iki məsələdə Ermənistanın mövqeyinin zəifləməsi Moskva və Kişinyov görüşü öncəsi Azərbaycan üçün əhəmiyyətlidir.

Paşinyan gündəliyi dəyişməyə çalışacaq:

- mümkündür ki, erməni baş nazir sərhədin delimitasiyası üçün öncə “təhlükəsizliyin təmin edilməsi” məsələsini masada aktuallaşdıracaq;

- “güzgü prinsipi”nin – orduların sərhəd xəttindən geri çəkilməsinin əhəmiyyətini irəli sürəcək;

- və bu gedişini Aİ-nin müşahidə missiyasının “səmərəli fəaliyyəti”nin təmin edilməsinin vacibliyi üzərindən etməklə Brüsselin dəstəyini qazanmağa çalışacaq.

Nikol Qarabağ və 8 kənd məsələsindən maksimum yayınmaq, bunu Kişinyov görüşünə saxlamaq və Fransanın dəstəyi ilə mövqeyini gücləndirmək cəhdi edə bilər. Ermənistan xüsusilə Türkiyədə hakimiyyətin dəyişə biləcəyi, Azərbaycanın əlinin zəifləməsi perspektivindən yararlanmaq imkanının yaranacağını düşünür.

Lakin rəsmi Bakı Kişinyov görüşünə tam razılıq verməyib və bu görüşün olub-olmaması Brüsseldən çıxacaq nəticədən, nə əldə edib-etməməyimizdən asılı olacaq.

Link to comment
Share on other sites

xankendi-11.webp

“Qarabağdakı separatçılar Samvel Babayanın “dövlət naziri” təyin olunacağından, hazırkı “dövlət naziri” Qurgen Nersisyanın isə “baş prokuror” vəzifəsinə qayıdacağından qorxurlar”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni mediası çıxış edib.

Media sülhməramlıların nəzarətindəki ərazilərin Azərbaycanın yurisdiksiyasına daxil olması haqda ssenari qurub.

“Dünən Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa razılıq verən Nikol Paşinyan Babayanın təyinatı ilə sonuncu aktı həyata keçirməyə çalışacaq.

 

Onlar artıq müxtəlif ssenariləri müzakirə edirlər. Birincisi, guya “dövlət naziri” Samvel Babayanın tələbi ilə” azərbaycanlılar keçid məntəqəsini açacaqlar, bu da onun reputasiyasını artıracaq. Lakin nəticədə xeyli insan Qarabağı tərk edəcək. Sonra Babayan Rusiya sülhməramlılarının çıxarılmasını tələb edəcək, çünki “onların təhlükəsizliyini təmin etmirlər”. Növbəti mərhələdə Qarabağdakı mədənlərin istismarında Azərbaycan şirkətləri yer alacaq və pulun “artsax”ın “büdcəsinə” daxil olacağını iddia edəcəklər. Yekunda isə Qarabağ Azərbaycana birləşdiriləcək”, – erməni mediası yazıb.

Xankəndidəki hansısa “məlumatlı mənbə” iddia edib ki, baş separatçı-terrorçu Araik Arutyunyanın qondarma lider “kürsüsündə” olduğu dövrdə Samvel Babayanın “dövlət naziri” təyin olunması istisnadır.

Tamerlan Yayaqan
Globalinfo.az

Link to comment
Share on other sites

xankendi-silah1.jpg

Baş verənlər Qarabağ ərazisində rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasındadır. Aprelin 23-də Laçında sərhəd-buraxılış məntəqəsi qurulduqdan sonra DSX prosesə nəzarət edir. Əvvəllər hər maşın üçün Ermənistan və separatçılardan pul alan rus sülhməramlılar indi gəlir yerləri bağlandığı üçün “daşıma”ları daxildə yerinə yetirirlər.

 

Bu sözləri Axar.az-a Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində separatçıların qanunsuz daşımalarını himayə etməsi və bilavasitə iştirakı haqqında danışan hərbi ekspert Üzeyir Cəfərov deyib.

Hərbi ekspert rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında separatçıların öz “post”ları arasında yerdəyişmələri məqsədli apardığını, təhlükənin real olduğunu vurğulayıb:

 

“Baxın, Rusiya MN az qala hər gün atəşkəs rejiminin pozulması ilə bağlı məlumat yayır. Ancaq biz bir dəfə də olsun, Ermənistan və separatçıların törətdiyi təxribatlar haqqında Rusiya MN-nin məlumat yaydığını görmədik. Özləri isə separatçıların "post"ları arasında silah və hərbi texnikanın daşınmasına göz yumur və onları “təhlükə”lərdən qoruyurlar. Çünki münaqişənin bitməsini istəmirlər. Aparılan yerdəyişmələr əlbəttə ki, bilərəkdən və məqsədli şəkildə edilir.

 

Yəni separatçılar hücuma keçmək, yaxud baş verə biləcək hücumların qarşısını almaq üçün onlar üçün önəmli olan mövqeləri möhkəmləndirirlər. Təhlükə realdır. Nə qədər ki, ərazimizdə Ermənistan ordusunun qalıqları və separatçı terror dəstələri var, bu təhlükə davam edəcək. Doğrudur, müzakirələr davam edir, ancaq qətiyyən arxayınlaşmaq olmaz. Qarabağda on minə yaxın başıpozuq silahlı dəstə, əllərində isə artilleriya qurğuları, minaatanlar, pulemyot və s. var. Hansısa separatçı postları arasında topların, eyni zamanda digər texnikanın yerdəyişməsinin əsas məqsədlərindən biri Ordumuzun mövqelərini daim atəş nəzarətində saxlamaq və onlar üçün təhlükə yaratmaqdır. Bəs əgər Rusiya sülh istəyirsə, bunlara niyə yol verir? Əslində 10 noyabr bəyanatının dördüncü maddəsinin hələ də yerinə yetirilməməsi rus sülhməramlılar üçün utanc olmalıdır. Çünki dövlətlərin imzaladığı sazişlərə, razılaşma və bəyanatlara əməl etməsi onların ciddiliyinin və nüfuzunun əsas göstəricilərindəndir”.

Link to comment
Share on other sites

xankendi-yeni1.jpg

Ermənistan Baş naziri Nikol Paşinyanın dünən Azərbaycanın 86,6 min kvadrat kilometr ərazisini tanıdıqlarını, bura Qarabağın da daxil olduğu haqda dediklərindən sonra Xankəndidə separatçılar arasında çaxnaşma başlayıb.

 

Axar.az Publika.az-a istinadən xəbər verir ki, gecə saatlarında separatçıların qondarma “parlamenti” təcili toplanıb.

Erməni mənbələr yazır ki, separatçılar arasında ciddi narahatlıq yaranıb.

“Təcili iclasın məqsədi Paşinyana etiraz etmək, “öz müqəddəratını təyinetmə” məsələsini gündəmə gətirmək idi, həmçinin, Araik Arutyunyandan erməni baş nazirə etiraz etməsi tələb olunub. Paşinyanın sözlərinə cavab olaraq “bəyanat” qəbul olunub”, - məlumatda qeyd olunub.

Separatçıların qondarma bəyanatı gecə saatlarında yayılıb. Bəyanatda Brüssel razılaşması, o cümlədən, Ermənistan tərəfindən imzalanan sənədləri qəbul etmədiklərini bildirir, Paşinyan ittiham olunur.

 

Separatçıların keçmiş “başçıları” Arkadi Qukasyan və Bako Saakyan da Paşinyana etiraz edib. Onların etirazı qondarma deputatların “siz də danışın, əks halda Paşinyanla razı olduğunuzu düşünəcəyik” xəbərdarlığından sonra edilməsi buna məcbur qaldıqlarından xəbər verir.

Erməni mənbələr gecə saatlarında keçirilən təcili toplantının digər məqsədinin Bakıya “mübarizə aparacağıq” mesajının verilməsi olduğunu qeyd edir. Separatçılar Ermənistanın Azərbaycan ərazisini tanımasından sonra Bakının onların zərərsizləşdirilməsi istiqamətində addımlar atacağından qorxurlar.

 

Digər məlumatlara görə, Paşinyanın bəyanatı Qarabağdakı erməni əhalisi arasında da çaxnaşma yaradıb. Bildirilib ki, açıq mətnlə səslənən bu fikirlər ermənilərin “ya ərazini tərk etmək, ya da Azərbaycan vətəndaşlığını qəbul etmək” seçimini qətiləşdirir və üçüncü seçimin olmadığı gerçəyini ön plana çıxarır.

Link to comment
Share on other sites

ermeni-esgerler11.jpg

Bir qrup erməni diversantı Zəngilan istiqamətində Azərbnaycanın dövlət sərhədini yarıb keçməyə cəhd göstərib.

Axar.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən düşmən diversiya-kəşfiyyat qrupu zərərsizləşdirilib. İki diversant saxlanılıb.

Link to comment
Share on other sites

eskipara.jpg

Azərbaycanın tarixi Əskipara kəndi Bakının yurisdiksiyasına qayıdır.

Axar.az xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasından olan erməni deputat Tsovinar Vardanyan deyib.

"Azərbaycan və Ermənistan liderlərinin dünən Moskvada Rusiyanın vasitəçiliyi ilə konkret olaraq nə barədə razılığa gəldiklərini bilmirəm, lakin Əskiparada yaşayan ermənilərə bu ərazinin Azərbaycan Respublikasının yurisdiksiyasına keçəcəyi bildirilib", - deputat bildirib.

Link to comment
Share on other sites

esgerimiz-esas.jpg

İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Saat 10:00 radələrində isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atəşə tutulub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

 

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Link to comment
Share on other sites

arutyunyan-rezil.jpg

Qarabağda separatçıların başçısı Araik Arutyuntan Xocalıda Azərbaycan polisinə təhvil veriləcək.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni şərhçi Edik Andreasyan “Hraparak” nəşrində qələmə aldığı “Araiki təslim edin, rahat yaşayın” adlı məqaləsində yazır.

Erməni şərhçi qeyd edir ki, Paşinyanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması və Əliyevin “təslim olun, amnistiya imkanından yararlanın” çağırışı etməsi hadisələrin inkişafını təsəvvür etməyə imkan verir.

“Əliyevin bütün açıqlamalarına ciddi yanaşmaq lazımdır, çünki adətən dedikləri gerçəkləşir. Arutyunyan bir-iki cür isti corab, paltar hazırlasa, yaxşı olar. Yəqin ki, onun təhvil-təslim prosesi Əsgəranda (Xocalıda) keçiriləcək və bu prosesdə rus sülhməramlılar da iştirak edəcək. Araik Azərbaycan Daxili İşlər Nazirliyinin mikroavtobusuna əyləşəndə Əliyevlə Paşinyan sülh sazişi imzalayacaq. Əliyev böyük amnistiya elan edəcək və Qarabağdakı erməni əhalisi öz gündəlik həyatlarını yaşayacaqlar. Arutyunyanı bağışlamaq, yaxud bağışlamamaq qərarını Bakıda verəcəklər, bəlkə də bağışlayacaqlar”, - erməni şərhçi belə bir planın olduğunu və hadisələrin bu cür inkişaf edəcəyini hesab edir.

 

Lakin onun fkrincə, Araikin təhvil-təslim prosesi danışıqların növbəti raundunda olmayacaq: “Əvvəlcə bu haqda danışılacaq, təbliğat aparılacaq, daha sonra edəcəklər”.

Qeyd edək ki, Prezident İlham Əliyevin separatçılara təslim olmaq qarşılığında amnistiya təklifi ABŞ tərəfindən alqışlanıb.

Link to comment
Share on other sites

Zəngəzur dəhlizi açılır: ən böyük maneə aradan qalxdı

zengezur-dehlizi.jpg

Bir neçə istiqamətdə davam edən Azərbaycan-Ermənistan danışıqlarında bəzi pozitiv ilkin razılaşmalar var, əsas da Zəngəzurdan keçəcək kommunikasiya xətlərinin açılması ilə bağlı məsələ həllini tapmaq üzrədir.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, bu yolun açılmasında əsas maneə Rusiya ilə Ermənistan arasında olan problemlərdir:

“Kreml israr edirdi ki, Laçın yoluna da, Zəngəzur yoluna da ancaq və ancaq Moskva nəzarət etməlidir. Azərbaycanın bütün müqavimətlərə baxmayaraq, Laçın yoluna sərhəd-keçid məntəqəsi inşa edib nəticəyə nail olması bu məsələnin çözülməsində mühüm rol oynadı.

 

Ermənistanın publik hay-küyünə baxmayın, Laçında Bakının dediyini etməsi, öz sərhədimizin özümüz tərəfindən qorunub nəzarətə götürülməsi Ermənistan üçün çox sərfəli oldu, bizim məhz bu addımımızdan sonra Ermənistan Rusiyadan Zəngəzur yoluna nəzarəti qopara bildi - son Moskva görüşündə Kreml Zəngəzur yolunun giriş və çıxışında Ermənistan rəsmi orqanlarının yerləşməsi israrı ilə razılaşmalı, barışmalı oldu.

 

Rəsmi Bakının Laçın yolunda qəti addım atması Zəngəzur yolu düyününün açılmasında birbaşa və həlledici rol oynadı. Əslində bizə də Zəngəzur yoluna Ermənistanın nəzarət etməsi daha sərfəlidir – Kremlin təkbaşına nəzarəti Azərbaycana növbəti təzyiq vasitəsinə çevrilə bilərdi. Nəzarətin Ermənistanda olması isə işi asanlaşdırır, qarşılıqlı asılılıq yaradır – yəni, İrəvan Naxçıvana gedən yüklərə, vətəndaşlara, qatar və avtomobillərə problem çıxarsa, özləri də Laçın yolunda eyni problemlərlə və ya Azərbaycan üzərindən Ermənistana gedəcək yük və sərnişinlər eyni yanaşma ilə üzləşəcək. Qarşılıqlı asılılıq belə məsələlərdə sabitlik göstəricisinə çevrilir”.

Link to comment
Share on other sites

lacin-post.jpg

Ermənistandan Xankəndiyə gəlmək istəyən mülki geyimli hərbçi “Laçın” sərhəd-buraxılış məntəqəsindən buraxılmayıb.

Axar.az xəbər verir ki, bu barədə iddia erməni mediasında yayılıb.

Bildirilib ki, bu fakt Xankəndidəki separatçılar arasında ciddi narahatlığa səbəb olub. Belə ki, mülki geyimli şəxsin məhz hərbçi olduğu haqda Azərbaycan sərhəd-keçid məntəqəsində məlumat olması onları heyrətə gətirib.

“Belə görünür ki, Azərbaycan xüsusi xidmət orqanlarında dəqiq məlumat bazası var. Bütün bunlar, əlbəttə ki, acı bir reallıqdır”, - deyə məlumatda bildirilir.

Link to comment
Share on other sites

ordumuz-yeni-2021.jpg

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Link to comment
Share on other sites

  • 2 weeks later...

ermeni-esger4343.jpg

Ermənistan ordusunun sərhədə cəmləşməsi və 1 nömrəli hazırlıq səviyyəsi elan edilməsi haqda informasiya doğrudur.

Axar.az xəbər verir ki, faktı “Sisakan” dəstəsinin döyüşçüsü Aşor Avaqyan erməni mediasına təsdiqləyib.

O bildirib ki, sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə ötən gün günortadan sonra gətirilib:

 

“Gərginlik əsasən Laçın, Kəlbəcər və Naxçıvan istiqamətindədir. Xəritəyə baxsanız görərsiniz ki, Naxçıvan sərhədində “ciblər” doludur və Laçından Bazarçaya, Cermuka qədər düşmənin də həmin ərazilərdə cəmləşməsi müşahidə edilir”.

Link to comment
Share on other sites

tiqranashen-kerki.jpg

Ermənistan Arazdəyəndə inşa edilən metallurgiya zavoduna ABŞ bayrağı asmaq istəyir: hesab edirlər ki, zavodda ABŞ bayrağı asılarsa, “Azərbaycan atəş açmaqdan çəkinəcək”.

Axar.az xəbər verir ki, bu barədə siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, İrəvan bununla bağlı ABŞ-ın Ermənistandakı səfirliyi ilə müzakirələr aparıb, razılıq əldə olunub:

 

“Ermənistan ABŞ-dan olan investisiya ilə metallurgiya zavodunu Arazdəyəndə inşa etməklə Kərki kəndinin hərbi yolla azad edilməsi perspektivi önündə “qalxan” qazanmağı planlaşdırır. ABŞ bayrağını zavoda gətirmək istəkləri bu niyyətlərinin ispatı hesab edilə bilər”.

Link to comment
Share on other sites

ceyhun-bayramov1.jpg

13:02

Ermənistanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə xüsusi təminat verilməsi ilə bağlı tələbi Azərbaycanın daxili işlərinə qarışmağa bərabərdir.

Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov “Röyters”ə müsahibəsində deyib.

O qeyd edib ki, hansısa ilkin şərt rəsmi Bakı üçün qəbuledilməzdir:

 

“Bu, Azərbaycanın daxili işidir. Azərbaycan Konstitusiyası və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalar bu əhalinin hüquqlarının təmin edilməsi üçün bütün lazımi şəraiti təmin edir”.

Nazir bildirib ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunduqdan sonra etnik ermənilər də digər etnik və dini azlıqlar kimi öz ana dilində danışa və təhsil ala, mədəniyyətlərini qoruyub saxlaya bilərlər

Link to comment
Share on other sites

  • 2 weeks later...

susa-xankendi.jpg

Vaşinqton görüşündə əsas müzakirə mövzusu və fikir ayrılıqlarından biri erməni qoşunların Qarabağdan çıxarılması olub. Bu məsələnin Vaşinqton masasına daşınması əhəmiyyətli məqamdır.

Axar.az xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.

“Erməni qoşunların çıxarılması Rusiyanın vasitəçilik etdiyi və əsas kimi irəli sürdüyü 10 noyabr razılaşmasının 4-cü bəndində əksini tapıb, lakin Moskva indiyə qədər bu bəndin icrasını tələb etmir. Qoşunların çıxarılması müzakirəsinə Vaşinqtonun vasitəçilik etməsi üçtərəfli bəyanatın legitimliyini sual altına salır və bu, rusları razılaşmanı icra etməyə sövq edə biləcək amildir. Əks təqdirdə Azərbaycan 4-cü bəndi özü icra edəcək və belə görünür ki, hərəkətə keçməmişdən öncə beynəlxalq legitimliyi gücləndirir”, - o vurğulayıb.

Link to comment
Share on other sites

  • 2 weeks later...

xankendi-yenii.jpg

Rəsmi Bakı Qarabağdakı erməni əhalisinin ərzaq təminatını həyata keçirə biləcəyi təklifini yenidən irəli sürüb: xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcu olduğunu xatırladıb.

Rəsmi Bakı BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsinə yenidən şərait yaradacaq, lakin yük maşınları ilə bağlı qərar qüvvədədir. Erməni sakinlərin tədarük ehtiyaclarını Azərbaycan öz üzərinə götürmək niyyətindədir və bu məsələdə israrlı olduğu görünür.

Bu, Bakı tərəfindən artıq ikinci dəfə təklif olunur, lakin BQXK heç bir cavab verməyib. Bunun reallaşması erməni əhalisinin reinteqrasiyası istiqamətində həlledici addım olacaq, buna görə separatçılar razılaşmır, Ermənistan və Rusiya da qarşı çıxır. Hərçənd, zaman Xankəndiyə ərzağın Bakıdan göndərilməsi zərurətini yaradacaq:

- ermənilərin “humanitar fəlakət” taktikası işləmədi, çünki Azərbaycanın öz ərazisindəki əhalinin təminatını üzərinə götürmək istəyi bu iddiaları çürüdən amildir;

- separatçılar sona qədər erməni əhalisi üzərində nəzarəti saxlaya bilməyəcək;

 

- zəruri ehtiyacların ödənməsi təlabatı Bakının təklifinin qəbul edilməsi şərtlərini yetişdirir;

Görünən budur ki, rəsmi Bakı səbrlə proseslərin inkişafını izləyir.

Link to comment
Share on other sites

  • 2 weeks later...

İrandan Zəngəzur dəhlizinə qarşı inanılmaz dirəniş zengezur-dehlizi.jpg

İranla Ermənistan əlaqələri Əhəmənilər və Parfiya dövründən başlayır.

Axar.az xəbər verir ki, bu sözləri Əli Xameneinin ali müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi ilə bağlı yazdığı məqalədə bildirib.

Ermənistanın İran üçün xüsusi və stratejik əhəmiyyətə malik olduğunu yazan ali müşavir Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın ikiyə bölünməsi, İranla Ermənistan arasında olan sərhədin bağlanmasının planlaşdırıldığını iddia edib:

“Dəhliz açıldıqdan sonra biz on beş ölkə ilə deyil, on dörd ölkə ilə qonşu olacağıq və İranın Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə azad rabitəsi zərər görəcək. Bölgədə istənilən növ sərhəd dəyişikliyi uzunmüddətli gərginliyə səbəb olacaq və sərhədlərdə xarici ölkələrin olması ciddi narahatlıq doğuracaq”.

 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Sad
      • 65 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 51 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
        • Sad
        • Confused
      • 4 replies
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Facepalm
        • Haha
      • 15 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 9 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Facepalm
      • 22 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Facepalm
      • 131 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 39 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...