Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

Əsassız və dəqiqləşdirilməmiş xəbərlər yayılır - DTX

Azərbaycana aid olan bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya, “Ermənistan MTX-nin rəhbəri A.Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R.Muradov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A.Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və sairə bu kimi başlıqlarla həqiqətəuyğun olmayan məlumatlar yayılıb.eli-naqiyev-abazyan.jpg

Axar.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytında yer alan açıqlamada bildirilib.

"Dövlət Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəbər və paylaşımları qəti şəkildə təkzib edir və diqqətə çatdırır ki, indiyədək Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə ardıcıl məlumatlar verilmişdir. Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətdə həssaslıqla qarşılandığı nəzərə alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar veriləcək.

 

Bir daha ölkəmizin kütləvi informasiya vasitələrini və sosial medianı ümumdövlət mənafelərinə ziyan vuran, həmçinin düşmən dairələri tərəfindən bilərəkdən sosial şəbəkələrə ötürüldüyü istisna olunmayan, Azərbaycanda ictimai rəyi çaşdırmaq məqsədi güdən əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, belə halların yolverilməzliyini qeyd etməklə yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik", - açıqlamada qeyd olunub.

Link to post
Share on other sites

Türkiyədən SOM ixracatı: Azərbaycan Ermənistanı bütün dərinliklə 300 kilometrə qədər vurmaq iqtidarındadır

 

TÜBİTAK Müdafiə Sənayesi Tədqiqat və İnkişaf İnstitutu (SAGE) tərəfindən hazırlanan və “Roketsan” tərəfindən istehsal edilən SOM qanadlı raketləri Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalında olan döyüş təyyarələrinə inteqrasiya ediləcək. Nəticədə, Azərbaycanın raket arsenalında 250+ kilometr məsafəyə və yüksək dəqiqliklə zərbə qabiliyyətinə malik sursata sahib olacaq.

 

Layihə çərçivəsində SOM-A və SOM-B1 raketlərinin inkişaf fəaliyyətləri tamamlanaraq Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına təhvil verilib. SOM-B2, SOM-C1, SOM-C2 və SOM-J raketlərinin inkişaf işləri hazırda davam etdirilir.

Link to post
Share on other sites

NAZİRLİK NƏCMƏDDİN SADIQOVLA BAĞLI İTTİHAMLARA CAVAB VERDİ


Bəzi elektron media resurslarında özünü “döyüşçü prokuror” adlandıran Fərman Rzayev tərəfindən Vətən müharibəsi dövründə ordumuzun itkiləri və müdafiə nazirinin fəaliyyəti ilə bağlı əsassız və həqiqətə uyğun olmayan fikirlər səsləndirilib.

Link to post
Share on other sites

Mixaylov: Bakının qarantı Ankaradır, İrəvanınkı isəmixaylov-yeni.jpg

İrəvandakı iğtişaşlar və mitinqlər Ermənistanda hakimiyyətə antirus qüvvələrin gələ biləcəyini, Qarabağdakı dinc vəziyyəti ciddi şəkildə pozacağı barədə düşüncələrə yol açır. Bəs hadisələrin inkişafı bu ssenari üzrə gedərsə, Rusiya nə etmək niyyətindədir? Rəsmi Moskvanın İrəvana hansı təzyiq üsulları var?

 

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq, hərbi ekspert Yevgeni Mixaylov bildirib.

Ekspert qeyd edib ki, Ermənistanda hakimiyyət əleyhinə iğtişaşların güclənməsi fonunda bu ölkənin Müdafiə Nazirliyi Gümrüdə Rusiyanın hərbi bazasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində genişləndirmək istədiyini bəyan edib və bu, təsadüfi deyil:

“Ölkənin çöküşünün illərdir İrəvanın təhlükəsizliyinin qarantı olan Rusiyanın maraqlarına uyğun olmadığı tamamilə aydındır. Üstəlik, Ermənistana nəzarət edə biləcək üçüncü ölkələrin gəlişi də maraqlara uyğun deyil.

 

Fikrimcə, vəziyyət həyəcanverici olsa da, Rusiyanın tamamilə nəzarəti altındadır. Bu məsələ ilə bağlı narahat olmağa lüzum yoxdur. Heç kim İrəvana kapitulyasiya imzalandıqdan sonra əldə edilmiş sülhü pozmağa imkan verməyəcək.

Gəlin, dürüst danışaq. Keçmişdəki Ermənistan indi artıq mövcud deyil. Yalnız xaosa sürükləyən iqtisadiyyat, kütləvi miqrasiya və xaosun başlanmasına imkan verməyən Rusiyanın xoş iradəsi mövcuddur.

 

Bu amil əsasdır. Yenə də qeyd edirəm, rəsmi Moskva və Ankara həqiqətən yeni bir güc mərkəzi yaradır və bir çox məsələlərdə ortaqdırlar. Azərbaycanın təhlükəsizliyinin qarantı olan Ankara kimi, Rusiyanın İrəvanın və sülhün qarantı kimi tərəfdaşlığını və öhdəliklərini heç kim ləğv etməyib”.

Link to post
Share on other sites
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjAvNDYvYjI1

Qarabağda ermənilər tərəfindən dağıdılmış qəbiristanlıqlar - FOTOREPORTAJ

Cəbrayıl qəbiristanlığı ermənilərin Qarabağda dağıtdıqları onlarla məzarlıqdan yalnız biridir. Burada hətta bəzi məzarlar qazılıb – burada dəfn olunmuş insanların sümüklərini asanlıqla görmək mümkündür.

WorldMedia.Az-ın yaydığı məlumatda bildirilir ki, Azərbaycanın Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam rayonları işğal edilərkən talan olunub, orada hər şey məhv edilib və bu şəhərlər faktiki olaraq, “ruhlar şəhəri”nə çevrilib. Üstəlik, bölgədəki qəbiristanlıqlar da yerlə-yeksan olunub.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərdəki bütün qəbiristanlıqların məhv edildiyini bildirib.

“Bu, vandalizmin ən iyrənc formasıdır”, - deyə o qeyd edib: “Ermənilərin azərbaycanlılara məxsus məzarlarla belə, savaşmasına, qəbirləri talan etməsinə ad tapmaq çətindir. Onlar sanki ölülərdən də intiqam almaq istəyiblər”.

 

W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMTkvOTAx
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMTkvZmRm
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMTkvOWNk
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMTkvNWNj
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMjAvYWRh
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMjAvNDZh
 
W1siZiIsIjIwMjEvMDIvMjUvMTUvMjcvMjAvOWNk
Link to post
Share on other sites

elxan-polkovnik.jpg

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis əvəzi, polkovnik Elxan İbrahimov tutduğu vəzifədən azad edilib.

Axar.az Hit.Az-a istinadən xəbər verir ki, Elxan İbrahimovun işdən çıxarılmasının səbəbləri açıqlanmır.

Qeyd edək ki, Elxan İbrahimov general-mayor Natiq Əliyevi əvəz edirdi. Natiq Əliyev ötən ilin iyununda ehtiyata buraxılıb.

Link to post
Share on other sites

Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi - Reportaj

Bosniya və Herseqovinanın "O Kanal" telekanalının çəkiliş heyəti erməni işğalından azad edilmiş Ağdam şəhərində olub.

0-kanal.jpg

Axar.az xəbər verir ki, telekanalın əməkdaşı "Qafqazın Hirosiması" kimi adlandırıdğı Ağdam barədə reportaj hazırlayıb.

Reportajda vurğulanıb ki, ətraf düzənliklər minalanıb: "Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi. Şəhərin böyük hissəsi dağıdılmışdı. Yalnız "Cümə məscidi" istisna təşkil edirdi. Təxminən 30 illik işğaldan sonra Azərbaycan Ağdamı və 1990-cı illərdə işğal olunmuş digər əraziləri azad etdi. Ağdam 1990-cı illərdə ən böyük cinayətlərdən birinin törədildiyi Xocalıda sakinlərin qaça bilməsi üçün yol idi. 1992-ci ildə Xocalı soyqırımı kimi məşhurlaşımış qırğın zamanı 613 nəfər həlak olub. Fevralın 26-da bu hadisənin 29 ili tamam olub".

 

Qeyd olunur ki, Ağdama qaçış Xocalı sakinlərinin əksəriyyəti üçün ölümcül oldu: "Vətən müharibəsinin zabitlərindən biri Zahid bəy həmin gecəni, dinc sakinlərin dağlarla və minalanmış ərazilərlə qaçmasını xatırlayır. Hər şey fevralın 25-dən 26-a keçən gecə baş verdi. Biz sakinləri mühasirəyə alınmış şəhərdən çıxarmağa çalışırdıq. Bizə dedilər ki, keçmiş SSRİ-nin 366-cı alayı ermənilərlə birgə şəhəri mühasirəyə alıb. Yaralıları çıxarandan sonra biz bir qədər irəli getdik və dağın başında yerdə uzanmış yüzlərlə insan, qadın, uşaq, kişi gördük. Mən uzun müddət şokda idim".

Link to post
Share on other sites

Bussua: Azərbaycan "Qafqazın əjdahası"na çevrilib

   

flametowers6.jpg

“General de Europe” jurnalında siyasət elmləri doktoru və Yaxın Şərq araşdırmaçısı Sebastyan Bussuanın “Dağlıq Qarabağın yenidən qurulması və qonşu ölkələr arasındakı münasibətlərin inkişafı coğrafi bir çağırışdır” başlıqlı məqaləsi dərc olunub.

Axar.az xəbər verir ki, yazıda bildirilir ki, Cənubi Qafqazdakı müharibə artıq bitib və Azərbaycanın üzərində böyük öhdəliklər var. Ölkə həm Ermənistanla münasibətlərini normallaşdırmalı, həm də Qarabağın yenidən qurulmasını və yüz minlərlə qaçqının öz yurdlarına qayıtmasını təmin etməlidir. Lakin vəziyyət olduqca mürəkkəbdir, çünki ermənilər 27 il ərzində işğal altında saxladıqları əraziləri nəinki inkişaf etdirib, əksinə bütün mövcud infrastrukturu dağıdıblar. İndi Azərbaycan əraziləri minalardan təmizləməkdən başlayaraq, çox iş görməlidir. Bu, həm də ölkə üçün çoxmədəniyyətli bölgəni təbii turizm zonasına çevirmək üçün misilsiz fürsətdir.

 

image.jpeg.2dc2b11f30d4700c5916919d0e501ca6.jpeg

Məqalədə qeyd olunur ki, bölgədə sülh Rusiyanın himayəsi altında imzalanan üçtərəfli müqavilə ilə qorunur. Lakin bu razılaşmanın kağız üzərində qalmaması üçün hələ çox işlər görülməlidir.

Azərbaycan iki xalq arasında münasibətləri normallaşdırmağa çağırır. Bu, Azərbaycanın mədəni və etnik müxtəlifliyinindən doğur.

Müəllif Qarabağ və Naxçıvanın əlaqələndirilməsinin vacibliyindən də bəhs edir. O bildirir ki, ölkənin cənub-qərbindəki Zəngilan şəhərindən başlayacaq və on illər ərzində ilk dəfə İrana keçmədən Azərbaycanı və onun Naxçıvan vilayətini birləşdirəcək dəhlizin məqsədi regional inkişafı təmin etmək olmalıdır. Bu dəhliz həm də Çin İpək Yolunun bir şaxəsi kimi ona daha çox ehtiyacı olan Ermənistan üçün iqtisadi baxımdan böyük fürsətdir. Çünki bu regional iqtisadi əməkdaşlıq avropalıların da bölgəyə marağını artıracaq və onlar yoxsulluq içində batan Ermənistana kömək edəcəklər. Hər halda, iki ölkə arasındakı davamlı bir sülh daha çox iqtisadiyyatdan asılıdır. Buna görə də iqtisadi maraqların bir araya gəlməsi olduqca vacibdir.

Sonda S.Bussua Azərbaycanın “Qafqazın əjdahasına” çevrildiyini, Ermənistanın isə kasıb bir ölkə olduğunu xatırladır. O qeyd edir ki, bu gün Azərbaycan bütün regionu canlandırmaq və bölgəni misilsiz turizm, iqtisadi və mədəni cazibə qütbünə çevirmək gücünə malikdir. Bu isə əslində bütün tərəflərin marağına uyğundur.

Link to post
Share on other sites

Neftçalada 3 milyonluq müəssisə yaradıldı

   

neftcala.jpg

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Xıllı Balıq" MMC-ni dövlət qeydiyyatına alıb.

Axar.az xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Neftçala rayonu, Xıllı qəsəbəsi, nizamnamə kapitalı 3 102 007 manat, qanuni təmsilçisi isə Elşad Kənan oğlu Əhmədovdur.

Link to post
Share on other sites

Şuşanın azad olunmasından bir neçə dəqiqə sonra....

YxFTUJ_jXaD5tKsWe_rn9DbvdyicSZU5FDFHEiqCUT4-ImT0_BECxXIofhKf8wKRV5RA90yVa4k74A=s720-nd

Link to post
Share on other sites

W1siZiIsIjIwMjEvMDMvMDIvMjEvMTkvMTQvYTQy

BMT-nin sifarişi ilə aparılan araşdırma: Ermənilər Qarabağa qayıtmaq istəmirlər

Ötən ilin payızında İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını fəal şəkildə qovan Qarabağ erməniləri indi özləri qaçqın vəziyyətinə düşüblər.

BMT-nin (UNHCR) sifarişi ilə aparılmış 22 yanvar 2021-ci il tarixli araşdırmaya görə, “qaçqına bənzər vəziyyətdə” (refugee like situation) olan erməni ailələrinin 85%-dən çoxu indiki yaşayış yerlərini tərk etmək istəmirlər. Qalan 15%-ə gəldikdə isə onlar ya Dağlıq Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

 

Araşdırmanın nəticələrinə görə, erməni qaçqınlarının 60%-i üçün əsas qida mənbəyi ərzaq məhsullarının birbaşa paylanmasıdır. Qaçqın erməni uşaqlarının təqribən 43%-i, həmçinin onları qəbul edən ailələrin 40%-i müharibədən sonra təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də ev sahiblərinin 49%-i münaqişənin qidalanma imkanlarını azaltdığını söyləyib. Qaçqın ailələrin təxminən 14%-i və ev sahibi ailələrin 11%-i həftədə ən azı bir dəfə ərzaq ala bilmir. Nəticədə onlar qida rasionlarını azaltmağa, pəhriz saxlamağa məcbur qalırlar.

Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan üçtərəfli razılaşmadan sonra 50 mindən çox erməni bölgəyə qayıdıb. Mütəxəssislər bu rəqəmin real vəziyyəti əks etdirmədiyini bildirirlər.

 

Belə ki, bir çox ermənilər yalnız vacib əşyalarını götürmək və yenidən Ermənistana qayıtmaq üçün geri dönürlər. Bunu 20 yanvar 2021-ci ildə BMT-nin sifarişi ilə həyata keçirilmiş digər bir araşdırma da təsdiqləyir. Orada qeyd olunur ki, Ermənistan Miqrasiya Xidmətinin rəsmi məlumatlarına görə, Dağlıq Qarabağdan ölkəyə təxminən 91 min qaçqın gəlib. Müxtəlif hesablamalara görə, onlardan yalnız 20 mini Dağlıq Qarabağa qayıdıb. Sorğuda iştirak edənlərin təxminən 70%-i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini qeyd ediblər.

Link to post
Share on other sites

Qarabağdakı işlər “bərpa” deyil... - Arkov

Azad edilmiş ərazilərin infrastrukturunun bərpası bu gün Azərbaycan rəhbərliyi üçün əsas prioritetlərdən biridir. Bunu heç bərpa da adlandırmaq düz deyil, çünki orada hər şey yenidən qurulacaq. Bu ərazilər üç onillik ərzində, İrəvanın de-fakto nəzarəti altında olan dövrdə praktiki olaraq dağıdılıb.

arkov-teze.jpg

 

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Vitali Arkov bildirib.

Onun sözlərinə görə, ilk növbədə Azərbaycanın Qarabağ bölgəsində nəqliyyat və enerji infrastrukturunu yaratması regionda irimiqyaslı tikinti işlərinə başlamağa imkan verəcək:

“Bura təkcə azərbaycanlı qaçqınların doğma yerlərinə qayıtmağa imkan verən yaşayış evləri və sosial obyektlər deyil, məktəblər, xəstəxanalar, ticarət müəssisələri və s. aiddir. Regionda iqtisadi artım nöqtələrinin formalaşdırılması, xeyli sayda iş yerinin yaradılması vacibdir. İlk növbədə, əlbəttə ki, aqrar sektor - əkinçilik və heyvandarlıq, emal zavodları açılmalıdır.

 

Regionun əhəmiyyətli turizm potensialını da unutmaq olmaz - əraziləri minalardan təmizlədikdən və lazimi şərait yaradıldıqdan sonra Azərbaycan xarici turistlərə “Qafqazın İsveçrəsi”ni təqdim edəcək.

Region, həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qollarından biri kimi də maraqlıdır”.

Arkov vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatı postsovet məkanında ən dinamik inkişaf edən iqtisadiyyatlardan biridir. Lakin regionun bərpası külli miqdarda maliyyə tələb edir:

“Burada da Bakı qardaş Türkiyənin investisiyalarına, Rusiyada kifayət qədər nüfuzlu və varlı olan Azərbaycan icmasının dəstəyinə, həmçinin Qətərdən olan biznesmenlərin layihələrinə bel bağlaya bilər. Buna maraq artıq bu gün müşahidə olunur”.

Link to post
Share on other sites

Könüllülərə aprelə qədər ölkədən getməmək tapşırılıb?

Sosial şəbəkələrdə müharibə iştirakçılarına və ehtiyatda olan hərbi vəzifəli şəxslərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən zəng edilərək, aprelə qədər ölkəni tərk etməmək barədə tapşırıq verilməsi ilə bağlı məlumatlar yayılıb.muharibe-foto5.jpg

 

Məsələ ilə bağlı Axar.az-ın sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, bununla bağlı rəsmi qərar yoxdur:

“Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Prezidentin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamı ilə hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabr ayının 25-dən 2021-ci il aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilirlər.

 

Məlumat üçün bildiririk ki, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil”.

Link to post
Share on other sites

Ordumuz 10 minlik şəxsi heyətlə meydana çıxır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri keçiriləcək.ordumuz-telim.jpg

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat veriulib.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 10 000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

 

Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

 

Martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Link to post
Share on other sites

Azərbaycanda 4 yüksək vəzifəli şəxs istefa verdi

Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda istefa ərizəsi yazıb.

Axar.az Report-a istinadən xəbər verir ki, həmin şəxslər Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır.

Link to post
Share on other sites


Müharibənin ilk günlərindən mən demişdim ki, düşmən bizə tarix versin, düşmənin rəhbəri tarix versin, nə vaxt bizim torpağımızdan rədd olur və biz müharibəni dayandırmağa hazırıq. Yenə də sözümdə durdum, bizə tarix verilən kimi, kapitulyasiya aktı imzalanan kimi müharibə dayandı və biz bir güllə atmadan, bir itki vermədən Ağdam, Kəlbəcər və Laçın rayonlarına da qayıtmışıq. Beləliklə, ərazi bütövlüyümüzü bərpa etdik. Yenə də deyirəm, biz hazırlaşmalı idik, Şuşa bizi gözləyirdi. Amma biz elə gəlməli idik ki, bu məsələni birdəfəlik həll edək.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti Cıdır düzündə xalqa müraciət edərkən deyib.

ilham-leyla-mehriban.jpg

"Son illər ərzində mən həm çıxışlarda, həm müsahibələrdə dəfələrlə demişəm ki, bizə məsələnin yarımçıq həlli lazım deyil. Bu, nə deməkdir, Azərbaycan xalqı yəqin ki, gözəl başa düşür. Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox. Deyirdim ki, hər birimiz hər gün qələbəni yaxınlaşdırmalıyıq. Mənim çıxışlarım var, onlar tarixdə qalır. Hər gün hər birimiz qələbəni yaxınlaşdırmalıyıq. Yaxınlaşdırdıq, hazırlaşdıq, gəldik düşməni məğlub etdik, məhv etdik. Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz", - Prezident bildirib.

Link to post
Share on other sites

Şəhid ailələri və ağır yaralanan qazilərə Novruz sovqatları paylanılır

0a263c85-a7c5-40f6-857e-04a2a2442433-350

“YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılmasına başlanılıb.

Fonddan verilən məlumata görə, sosial təşəbbüs “Gilan Tekstil Park” MMC, “Bakcell”, “Nar”, “Sinteks” MMC, “World Telecom”, “Slavyanka”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Rabitəbank”, “Bank of Baku”, “Turanbank”, “Fairmont Bakı” Oteli, “OVEN” və “Özsüt” şirkətlərinin dəstəyi ilə reallaşdırılır.

 

Layihə çərçivəsində tərəfdaş təşkilatların dəstəyi ilə hazırlanmış və bayram sovqatlarından ibarət qutuların şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə çatdırılması nəzərdə tutulur.

Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.

“YAŞAT” Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini diqqət mərkəzində saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.

Link to post
Share on other sites
Posted (edited)

GPS göstərdi ki, bura Azərbaycan ərazisidir - Mer

Hazırda sərhədin delimitasiyası qismən başa çatıb, prosesin 100 faiz yekunlaşdığını söyləyə bilmərik.

arush-arushanyan.jpg

Axar.az xəbər verir ki, bu açıqlama ilə Gorus şəhərinin meri Aruş Aruşanyan çıxış edib.

Ortaya çıxan problemlərlə bağlı Azərbaycanla danışıqlar aparıldığını deyən Aruşanyan qarşı tərəfin Xınzirək kəndi tərəfə bir neçə metr irəliləməsi iddiası ilə bağlı etdiyi müraciəti də xatırladıb.

"Bəli, belə fakt var. GPS sistemi yenə göstərdi ki, bura onların ərazisidir və onlar irəli gəliblər".

Edited by Zaman.
Link to post
Share on other sites

Azərbaycan Ordusu hazır vəziyyətdə gözləyir - Türk general

Ermənistanın yarası təzədir, müharibədə məğlub olduğunu hələ başa düşə bilməyib. Diaspor və erməni mətbuatını izləyəndə bu müharibənin nəticələrini hələ də başa düşmədiklərini anlayırsan.ordumuz-yeni.jpg

Axar.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında Türkiyənin general-mayoru Osman Qazi Kandemir deyib.

General bildirib ki, Azərbaycan hərbçiləri bölgədə sülhün və sabitliyin davamlılığını təmin etməyə çalışacaq:

"ATƏT-in Minsk Qrupunu yenidən hərəkətə gətirmək və Qarabağ torpaqlarını Azərbaycandan almaq istəyənlər var. Bunların baş verməsi artıq vacib deyil, bu cür çıxışlar susdurulacaq.

Ermənistan dövləti hələ daxili sabitliyini tapmayıb. Ölkədə hakimiyyət uğrunda gedən siyasi çəkişmələr, Prezident-Baş nazir və Baş nazir-ordu çəkişmələri qeyri-sabit vəziyyət yaradır. Belə bir vəziyyətdə macəra axtaranlar ola bilər. Bu səbəbdən də Azərbaycan Silahlı Qüvvələri hazır vəziyyətdə Ermənistan sülh müqaviləsinə imza atana qədər baş verə biləcək hər hansı bir terror hadisəsinin qarşısını almaq məqsədilə prosesləri diqqətlə müşahidə edir.

 

Bu səbəbdən keçirilən irimiqyaslı təlimlər və şəxsi heyətin hazır vəziyyətə gətirilməsi çox düzgün qərardır. Azərbaycan hərbçiləri Ermənistandan qaynaqlanan təhdid və təxribatların qarşısını alaraq sülhün və sabitliyin davamlılığını təmin etməyə çalışacaqlar. Bu addımın da çox uğurlu olacağına inanırıq".

Link to post
Share on other sites

Separatçı həyasızlığı: Qarabağda rus dili “rəsmi dil” elan edildi

Qarabağda hələ də rus sülhməramlılarının məsuliyyət zonasında guya fəaliyyət göstərdikləri haqda rəy yaradan separatçılar keçmiş, qondarma, de-fakto və de-yure mövcud olmayan “dqr”də rus dilini “rəsmi dil” elan ediblər.xankendi-yenii.jpg

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Separatçıların qondarma “deputatları” guya bu barədə qərar verib.

Qeyd edək ki, Qarabağın rus sülhməramlılarının nəzarəti altında olan hissəsində erməni separatçıların destruktiv fəaliyyəti ciddi qıcıq doğurmaqdadır. Ermənistanda belə ruscanı qadağan edən, rus kanallarının ölkədə yayımını dayandıran, bircə ədəd də rusdilli məktəbin fəaliyyətinə imkan verməyən Ermənistan hakimiyyəti Azərbaycanın hazırda rus sülhməramlılarının nəzarəti altında olan hissəsində Rusiyaya “jest” etmək yolunu seçərək, mümkün bütün vasitələrlə Kremlin dəstəyini almağa və separatçı fəaliyyətini davam etdirməyə çalışır.

Link to post
Share on other sites

Erməni təxribatı olacaq: Bakı hazır olmalıdır - Zülfüqarov

Axar.az keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovun Hit.az-a müsahibəsini təqdim edir:tofiq-zulfuqarov.jpg

- Tofiq müəllim, sülhməramlı qüvvələrin Azərbaycandakı fəaliyyətini necə qiymətləndirirsiniz? Azərbaycan cəmiyyətinin böyük hissəsində rus sülhməramlıların Qarabağdakı fəaliyyəti narazılıq doğurur. Bu missiya ermənilərə uğurlu gəldi, bəs bizə necə?

- Bu missiyanın uğurlu olub-olmaması bir qədər ritorik sualdır. BMT-nin nizamnaməsinə uyğun olan vasitəçiliyi və sülhməramlıları tələb edən ölkənin suverenliyi qüvvədə qalır. Minsk qrupunu vasitəçi olaraq dəvət etmişdik, onların vasitəçiliyi nəticəsiz oldu, biz onlara minnətdarlıq edib yola salırıq. Eyni qaydada da sülhməramlıları...

 

Onların fəaliyyəti də qəbul edən ölkənin suveren hüquqlarına heç bir məhdudiyyət qoymur. Sülhməramlılar tərəfindən yalnız o halda ölkənin suverenliyinə müdaxilə ola bilər ki, həmin ölkəni sülhə məcbur eləmək durumu yaransın. Bu da bizə aid deyil. Biz suverenliyimizi saxlayırıq və saxlayacağıq, onların fəaliyyətinə tam nəzarət edə bilərik. Gələn qüvvələr Azəraycana tabedir və onların fəaliyyəti bizim qanunlara uyğun olmalıdır. Amma beynəlxalq qanunlar tələb edir ki, sülhməramlılar razılaşma memorandumuna qol çəksin, bizdə bu, hələ yoxdur. Bu missiyanın BMT səviyyəsində baxılması və xüsusi qətnamə qəbul olunması lazımdır. Bu, yoxdur. Məhz bu qaydaların olmaması bizə daha çox manevr imkanları verir. Çünki çox şey bizdən asılıdır.

 

Reinteqrasiya çox mürəkkəb prossesdir. Bu insanlar böyük təbliğatln qurbanı olublar, Azərbaycan dövlətinə qarşı cinayət törədiblər. 30 il ərzində özünü qarabağlı sayan erməni nəsil yaranıb. Məğlub olsalar belə, bunu qəbul etmirlər.

Link to post
Share on other sites

- Ermənilərin 30 il ərzində dəfələrlə bizə qarşı amansız rəftarının şahidi olmuşuq. Bu, müharibədən sonra da davam edir. Məğlub olsalar belə, minalanmış ərazilərin xəritələrini bizə vermirlər. Amma Azərbaycan humanist davranışlarına davam edir. İctimaiyyət arasında “Niyə biz də onlara qarşı eyni şəkildə rəftar etmirik” şəklində suallar da səslənir...

- Bəli, münaqişə başlayandan sonra ermənilər bizə qarşı etnik təmizləmə aprıblar. Azərbaycan cəmiyyəti haqlı olaraq narazılıq edir ki, biz niyə bunu etməyək?! Amma anlamalıyıq ki, beynəlxalq ictimaiyyət bizi bu şəkildə qəbul eləməz. Necə ki ermənilərin də siyasəti qəbul olunmadı və Qarabağı dövlət kimi tanımadı. Belə etsək, beynəlxalq güclər müharibənin nəticələrini də sual altına qoyarlar. Ona görə, Azərbaycan bu prossesə rəvac verməmək üçün ölçülmüş, düşünülmüş addım atır.

Xatırlayırsınızsa, müharibədən sonra Fransa parlamenti Qarabağın müstəqilliyini tanımaq üçün addım atdı. Azərbaycan bu bəhanələri verməmək üçün çalışır. Reinqteqrasiya prosseslərində xeyli problemlər süni şəkildə qabardılacaq. Buna hazır olmalıyıq. Təxribatlar olacaq.

 

- ATƏT-də həmsədrlər formatı dəyişdi, Türkiyənin fəallığı çoxaldı. Bəs bu, gələcəkdə ölkəmiz üçün hər hansı problem yarada bilər?

- Bu münaqişə dünyadakı bir çox oyunçuların regionu idarə etməsi üçün istifadə etdiyi vasitədir. Bölgədə bir çox güclərin maraqları toqquşur. Hər kəs öz geosiyasi oyunlarını qururdu, buna görə ATƏT-in Minsk qrupunun həmsədrlərinin formatında bir neçə dəfə dəyişiklik olub. İndi vəziyyət ona gətirib çıxarıb ki, Rusiya-Türkiyə tandemi digər oyunçuları kənara itələyib. İndiki tandemdə Türkiyə Minsk qrupunun üzvü yox, de-fakto həmsədri rolunda çıxış edir. Azərbaycanın da seçimi bundan ibarətdir. Azərbaycan Türkiyə və Rusiya üzərinə “stavka” qoyaraq problemi həll etməyə çalışdı və bacardı. Amma burda da problemlər çox ola bilər. Heç də fikirləşməyək ki, hər şey bitdi, geridə qaldı. Ermənipərəst dairələr mütləq maneələr yaradacaqlar, buna hazır olmalıyıq. Amma ayrı yolumuz yoxdur.

 

- Ermənistan indi Qərblə Rusiya arasında seçim etməkdə çətinlik çəkir. Necə deyərlər, “qızın iki adaxlısı var”. Rusiya yenidən Ermənistana sahiblənmək istəmir?

- Ermənistanda ruspəsətlərlə qərbəpərəstlər üz-üzə gəlir. Ermənilər Rusiyanın köməyi ilə ərazilərimizi işğal etmişdilər. 30 il sonra Rusiyanın neytral mövqeyi ilə onlar əraziləri itirdilər. Öz daxili imkanları başa çatıb, demoqrafik vəziyyətləri kəskindir, əhali sayı iki dəfə azalıb. Nə iqtisadi, nə hərbi, nə demoqrafik gücləri qalıb. Ona görə “Miatsum” planı məhv olub, yada düşmür.

Rusiya Ermənistana marağını itirib. Bayaqdan rus siyasətçilər Ermənistanı forpos, qucaq dövləti adlandırırdı, indi isə qulpsuz çemodan deyirlər. İndi erməni dövləti özünə yeni sahib, patron axtarır.

Rusiya əməkdaşlıq imkanlarını regional layihələrə, Azərbaycana, Türkiyəyə yönəldir. O, öz raketlərini öz ərazisindən də istənilən hədəfə yönəldə bilər. Ermənistan hamı üçün marağını itirib. Ona görə, bu böhran davam edəcək və sonda düşünürəm ki, Qərb düşərgəsinə keçəcək.

 

- Ermənistanın Qərbə yönəlməsinin Azərbaycana hansı təsiri olacaq?

- Qərbə yönələn dövlət daha demokratik islahatlar aparmalı, özünü o yöndə tanıtmalıdır. Qərb indi Ermənistana iflasa uğramış, iqtisadi baxımdan daima böhran da olan dövlət kimi baxır. Azərbaycan daha uğurlu bir gələcək modelinə malikdir. Bu baxımdan, Qərb üçün Azərbaycan daha böyük potensiala malik, daha lazımlı dövlətdir.

Link to post
Share on other sites

Azərbaycanla 1975-ci ilin sərhədlərinə qayıtdıq - Avinyan

Azərbaycan və Ermənistan sərhədində sərhəd postları 1970-ci illərin sovet hərbi xəritələri əsasında müəyyən edilib.

tigran_avinyan.jpg

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.

“Sərhəd postlarının yerləşdirilməsi 1975-1976-cı illərin hərbi xəritələrinin məntiqi çərçivəsində həyata keçirilir. Bu, sərhədlərin son delimitasiyası və demarkasiyası üçün müvəqqəti bir yerləşdirmədir. Bunun üçün isə ikitərəfli münasibətlər olmalıdır”, - Avinyan “Azadlıq” radiostansiyasının erməni xidmətinə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi uzunmüddətli prosesdir.

“Biz bu prosesi Gürcüstanla indiyə qədər başa çatdırmamışıq. Ancaq bu proses gec-tez bütün qonşularımızla getməlidir”, - Avinyan qeyd edib.

Link to post
Share on other sites

1881-ci il alman alimlərinin xəritəsi: Ermənilər hardadır?

“Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə alman coğrafiyaçılarının 1881-ci ildə tərtib etdiyi xəritəni paylaşıb.qafqaz-xerite.jpg

Bu barədə Axar.az-a açıqlamasında İ.Vəlizadə qeyd edib ki, sözügedən xəritə XIX əsrdə Qafqazın milli tərkibini əks etdirir.

Xəritədə azərbaycanlıların həmin dövrdə yaşadıqları sərhədlər aydın göstərilib.

 

“Xüsusilə Şuşa şəhəri azərbaycanlıların yaşadığı regionda göstərilib. Bundan başqa, Zəngəzurun xeyli hissəsi, Göyçə gölü ətrafındakı rayonlar, Ağrı dağ vadisinin bütün cənub hissəsi, o cümlədən İrəvanda azərbaycanlıların məskunlaşmasını görə bilərik”, - deyə Vəlizadə bildirib.

Maraqlıdır ki, müxtəlif etnos nümayəndələrinin yaşayış yerlərini göstərən köhnə xəritələrin əksəriyyəti xarici alimlər tərəfindən tərtib olunub ki, bu da onların qərəzsizliyini təsdiq edir.

Link to post
Share on other sites

Prezidentin Zəngəzur vurğusu: 1,1 trilyon dollarlıq...
zengezur.jpg

Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirdi. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan Prezidenti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Zəngəzur dəhlizi və Naxçıvanla kommunikasiyanın açılmasının türk dünyası üçün əhəmiyyəti haqda sözlərini şərh edərkən deyib.

 

Millət vəkilinin sözlərinə görə, söhbət 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir:

“Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar, Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğızıstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

 

Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq.

 

Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək".

Link to post
Share on other sites

Bu, Ərdoğanın “ordumla Əliyevin yanındayam” mesajıdır

Azərbaycan və Türkiyə ordusunun birgə təlimləri keçiriləcək. Təlimlər plan əsasında olsa da, vaxtı diqqət çəkir: 6-8 aprel.

erdogan_army.jpg

Bu tarixdə Nikol Paşinyan Moskvada Putinlə görüşəcək (7 apreldə - red.) və mümkündür ki, kommunikasiyanın bərpa edilməsi ilə bağlı razılaşma üzrə rəsmi sənədin imzalanmasına hazırlıq gedir.

Üçtərəfli qrupun Rusiyadan olan həmsədri, baş nazirin müavini Aleksey Overçukun Bakı və İrəvana səfəri, ardınca Əliyevlə Putinin telefon danışığı da prosesin bu yöndə olduğu ehtimalını gücləndirir.

 

Azərbaycanla Türkiyə masada danışıqlar getdiyi vaxt poliqonda birgə “əzələ nümayişi” göstərir.

Ən diqqətçəkən məqam təlimlərin Azərbaycan prezidentinin təsdiq etdiyi plan əsasında keçirilməsidir: Ərdoğan bununla “ordumla Əliyevin yanındayam”, Əliyev də “mümkün hərbi addımda türk əsgəri ilə birgə döyüşəcəm” mesajını verir.

Link to post
Share on other sites

Türkiyədə ermənilərin təzyiqi ilə üzləşən Nəcəf Qənbərov
Ermənilərin təzyiqlərinə baxmayaraq Kayseridə “Ana harayı” abidəsini ucaltdırmağı bacaran,  
Türkiyədə oxuduğu universitetdə mindən artıq tələbənin təqaüd almasına nail olan,
İctimai fəaliyyətinə görə Prezident mükafatına layiq görülən, Nəcəf Qənbərov

 

 

Link to post
Share on other sites

Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu başlanğıcını Xocavənd rayonunun Hadrut qəsəbəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yoluna birləşir.

Layihələndirilən yolun uzunluğu 43 kilometrdir. Dövlət başçısının tapşırığına əsasən, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir.

 

Artıq yol boyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "13 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC ilə subpodratçı şirkət olaraq yol tikintisi sahəsində ixtisaslaşmış yerli şirkət "Körpü-Bina-Tikinti" MMC birgə icra edir.
Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 26.5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsinə təmin etmək məqsədi ilə 45 dairəvi boru və 25 düzbucaqlı su keçidi, həmçinin zəruri olan yerlərdə 7 yeni avtomobil körpüsünün inşası da planlaşdırılır. Körpülərdən biri Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolu ilə kəsişmədə layihələndirilib. Bununla da sözügedən avtomobil yolundan magistral yola rahat giriş-çıxış təmin olunacaq.

 

Yeni Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobill yolu işğaldan azad edilmiş Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindən keçir. Avtomobil yolu Hadrut qəsəbəsi və Cəbrayıl şəhəri də daxil olmaqla sözügedən rayonların 20-ə yaxın yaşayış məntəqəsini əhatə edəcək.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar işçi qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
 
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
  • Hadrut-Cəbrayıl-Şükürbəyli yeni avtomobil yolunun tikintisi layihəsi icra olunur
Link to post
Share on other sites

Naxçıvandakı sərhədçilərin təlim toplantısı keçirilib
   
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında Sərhəd Nəzarət Məntəqələrinin hərbi qulluqçuları ilə təlim toplantısı keçirilib.

Ordu.az xəbər veri ki, toplantıda hərbi qulluqçuların sıra və fiziki hazırlıqları yoxlanılıb.

Toplantının ikinci günündə mənəvi-psixoloji hazırlıqdan “Hərbi qulluqçuların xidməti vəzifələrinin icrası zamanı vətəndaşlarla ünsiyyətin psixoloji əsasları” mövzusunda məşğələ keçirilib.

Naxçıvandakı sərhədçilərin təlim toplantısı keçirilib

Peşə hazırlığından keçirilən məşğələdə yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi ilə Azərbaycan və Türkiyə vətəndaşlarının hər iki ölkəyə vizasız gediş-gəlişinin sürətli keçid prosedurları öyrədilib.

Hərbi qulluqçulara dünya pasportlarının atlası, dövlət sərhədini keçməyə hüquq verən bütün növ sənədlərin nümunələri göstərilib, sənədlərin xüsusiyyətlərinin təhqiqatını operativ olaraq müəyyən edən cihazlarla işləmə qaydaları bir daha çatdırılıb.

Toplantının yekununda xidmətin keyfiyyətinin yaxşılaşdırılması və etibarlı sərhəd nəzarətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilib, toplantıların keçirilməsinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Link to post
Share on other sites

Bravo, Azərbaycan! Bu bir şedevr idi - Kuznetsov

Bravo, Azərbaycan! Heç bir "hərbi əsir" olmadan göyərtəsində yalnız general Muradovun (Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov – red.) olduğu bir təyyarə ilə bağlı fəndi kimin fikirləşdiyini bilmirəm, amma bu bir şedevr idi.kuznetsov.jpg

Axar.az xəbər verir ki, bunu rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov sosial şəbəkə hesabında qeyd edib.

“Moskva və İrəvanın burnuna toxunuşun səsi yüksək oldu. Bakı hər kəsə çox incə, eleqant şəkildə göstərdi ki, qarşısındakının avtoritetinə baxmadan həmişə milli maraqları rəhbər tutub və bundan sonra da rəhbər tutacaq.

Heç kim bu qədər zərif şəkildə Kremlin burnunu çoxdan palçığa batırmamışdı. Bax, budur yüksək diplomatiya!” - Kuznetsov bildirib.

Link to post
Share on other sites

Ermənistana İsgəndər-M-in verilməsi haqda - Fakt

Azərbaycan Prezidenti Şuşa şəhərinin "İsgəndər" raketləri ilə atəşə tutulması ilə bağlı Kremldən rəsmi izahat gözləyir. Rusiya onları Ermənistana göndərmədiyini bəyan etsə də, Azərbaycanda hesab edirlər ki, Şuşada tapılan raket mühərrikinin nömrəsi onun rusiyalı hərbçilər tərəfindən işə salındığını göstərir.iskender-raket.jpg

Axar.az Turan-a istinadən xəbər verir ki, "Kommersant" qəzetinin 08.09.2018-ci il tarixli nömrəsində dərc olunmuş məqalə ilə tanış olsaq, cavabın üzdə olduğunu görmək olar.

"Nikol Paşinyan Kremlin qarşısında dayanacaq" sərlövhəli məqalə Vladimir Putinlə yaxınlarda hakimiyyətə yiyələnmış Nikol Paşinyan arasındakı gərgin münasibətlərə həsr olunub.

Robert Köçəryanın həbsi, general Yuri Xaçaturovun məhkəmə təqibi və "Cənubi Qafqaz Dəmir Yolu" Səhmdar Cəımiyyətinin İrəvan ofisində axtarış səbəbindən münaqişəli münasibətlərin müzakirəsilə yanaşı Ermənistana silah tədarükündən də bəhs olunur.

 

2016-cı ildə Yerevan "Smerç" reaktiv yaylım atəşi sisteminin onlarla buraxılış qurğusunu, "İqla-C" daşınan komplekslərin, "Avtobaza-M" yerüstü radiotexnika kəşfiyyat kompleksini və 200 milyon dollarlıq digər texnika alıb.

Qəzetin hərbi mənbəyi bildirib ki, 2016-cı ildə Ermənistan 9M723 raketlərilə "İsgəndər-M" operativ-taktiki raket komplekslərin divizionunu alıb.

"De-yure bu, raket texnologiyalarının yayılması haqqında müqaviləni pozur, çünki bu raketlərin hədəfi məhvetmə məsafəsi 300 kilometrdən çoxdur”, - mənbə etiraf edib.

 

Moskvada belə bir addım atmağa məcbur olublar: daha çox hücum silahı arsenalına malik Azərbaycanla hərbi paritet üçün Ermənistana təcili operativ-taktiki raket kompleksləri lazım idi. Ermənistan üçün “İsgəndər-E” ixrac modifikasiyasının yaradılmasına vaxt tələb olunurdu ki, Bakı Dağlıq Qarabağa hücum etməyi qərara aldığı təqdirdə buna vaxt yox idi”, - məqalədə bildirilir.

Bu yazı "İsgəndər-M"in Ermənistanda necə olması və Azərbaycana qarşı necə tətbiq olunması məsələsinə aydınlıq gətirir.

"Lakin insident bitməyib, tərəflər arasında yaranmış yeni vəziyyət ətrafında "sıx müzakirələr" gedir", - ötən gün Putinin mətbuat katibi bildirib.

Link to post
Share on other sites

Brayza: Zəngəzur dəhlizini onlar istəmir

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza hesab edir ki, Zəngəzur nəqliyyat dəhlizi Şimal-Cənub layihəsinin bir hissəsi ola bilər.metyu-yeni.jpg

Onun sözlərinə əsasən, Zəngəzur dəhlizinin reallaşması mühüm iqtisadi və geostrateji tərkibə malikdir.

Metyu Brayza əmindir ki, Zəngəzur dəhlizi Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyənin nəqliyyat infrastrukturlarını özündə birləşdirəcək, irimiqyaslı regional layihələrə sərmayə yatırmaq üçün yeni imkanlar açacaq.

“Dəhliz sənaye zonaları arasında əməkdaşlığın inkişafı baxımından fəal şəkildə istifadə oluna bilər. Zəngəzur dəhlizinin reallaşmasına İrəvanın Bakı və Ankara ilə iqtisadi əlaqələri və hərtərəfli əməkdaşlığını qurmaq istəməyən erməni “revanşistlər” etiraz edəcək”, - deyə o vurğulayıb.

Link to post
Share on other sites

Tarixçi: Arxivlər Zəngəzuru bu ölkəyə aid edir

Britaniya arxivlərindən əldə edilmiş dörd xəritənin ardıcıllığı həm Zəngəzur, həm də Qarabağın demokratik Qərb tərəfindən Azərbaycanın bir hissəsi kimi qəbul edildiyini açıq şəkildə göstərir.patrik-uolsh.jpg

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu irlandiyalı tarixçi Patrik Uolş deyib.

Tarixçi Cənubi Qafqazın İngiltərə arxivlərində mövcud olan ötən əsrin əvvəllərinə aid xəritələrinə diqqət çəkib:

“Britaniya arxivlərində Cənubi Qafqazın XX əsrinin əvvəllərinə aid dörd xəritəsi var. Birincisi, 1907-ci il 3 aprel, ikincisi, 1919 və ya 1920-ci illər, üçüncüsü, 1922-ci il 17 iyul, dördüncüsü isə 1923-cü il 25 may tarixlərinə aiddir. İngilislər və müttəfiq dövlətlər tərəfindən qəbul edilən bu xəritələr Cənubi Qafqazdakı milli dövlət sərhədlərini göstərir. Həm Qarabağ, həm də Zəngəzur bu xəritələrdə Azərbaycanın sərhədləri daxilindədir.

 

Qafqazın ilk xəritəsi bölgənin Çar Rusiyasının işğalı altında olduğu 1907-ci ilə aiddir. Qafqaz Hərbi Qərargahının Topoqrafik Bölməsi tərəfindən hazırlanıb. Bu xəritə həmin dövrdə Türkiyədə olan görkəmli kartoqraf, mayor F. R. Maunsell tərəfindən qeydə alınıb. Bu, eyni zamanda, sonrakı xəritələrin əsas götürüldüyü orijinal sənəddir. Bunun üzərinə Çar administrasiyasının Bakıdakı inzibati əraziləri, Zaqatala, Yelizavetpol, İrəvan və digərləri qeyd edilib.

 

Link to post
Share on other sites

İkinci xəritə əvvəlcə “Məxfi”, daha sonra isə “Təsnifləndirilməmiş” olaraq möhürlənib. Tarixsizdir, amma 1919 və ya 1920-ci illərə aiddir. Gürcüstan, Ermənistan və Azərbaycan dövlət olaraq mövcuddur. Çünki 1918-ci il mayın 28-dən sonra hazırlanıb. Qarabağ, Zəngəzur və Naxçıvan bölgələri də bu xəritədə Azərbaycanın milli sərhədləri daxilindədir. Ermənilərin “Sevan” adlandırdığı gölə ingilislərin xəritəsində tarixi Azərbaycan adı olan “Göyçə gölü” deyilir”.

 

Patrik Uolş bildirib ki, ingilislər 1918-ci ilin sonundan 1919-cu ilin avqustuna qədər bütün səlahiyyətləri Azərbaycan Xalq Cümhuriyyətinə təhvil verməzdən əvvəl Azərbaycanı ələ keçirmişdilər:

“Bu müddət ərzində ərazilərin sərhədlərinin 1919-cu ildə Paris Sülh Konfransında nəhayət həll ediləcəyi bildirilsə də, Böyük Müharibənin qalibləri tərəfindən heç vaxt son qərar verilmədi. Nəticədə dövlət sərhədlərinin müəyyənləşdirilməsi 1920-1921-ci illərdə Cənubi Qafqazı ələ keçirən bolşeviklərə verildi.

Xəritələr göstərir ki, Paris Sülh Konfransı Azərbaycanın hər hansı bir ərazisini Ermənistana vermiş olsaydı, bu, Böyük Britaniyanın Ermənistanın bir hissəsi olduğuna inandığı üçün deyil, ermənilərin Birinci Dünya Müharibəsi dövründə “göstərdikləri xidmətlər” əsasında olmalıydı. Bunlar ayrı-ayrı kartoqrafların işi deyil, rəsmi müttəfiqlərin (İngiltərə, Fransa və İtaliya) nəzarətinin və Türkiyə ilə Rusiya arasındakı rəsmi beynəlxalq müqavilənin və s. nəticəsidir.

979158641_unnamed(2).thumb.jpg.7e7a24623996ffd8dff94591b88aabba.jpg

İngilislərin 1922-ci il tarixli Qafqaz xəritəsində bu qeydlər var: “Bu xəritədə göstərilən sərhədlər müttəfiqlərin qərargahı tərəfindən əllərində olan məlumatlarla yoxlanılıb, bu məlumatlara uyğun gəlir”.

1923-cü il xəritəsi Baş Qərargahın Coğrafi Bölməsi və Britaniya Hərb İdarəsi tərəfindən hazırlanıb. Muxtar Naxçıvanın sərhədləri ilə əlaqədar mənbə olaraq 1921-ci ilin martında imzalanmış Moskva, 1921-ci ilin oktyabrında imzalanmış Qars müqavilələri göstərilir. İngilis kartoqrafları bu məqsədlə Qars müqaviləsinə daxil olan rus xəritələrindən istifadə ediblər. Xatırladaq ki, qeyd olunan Sevr müqaviləsi tezliklə İngiltərə və Türkiyə arasında son danışıqlar prosesində olan Lozanna müqaviləsi ilə əvəz ediləcək.

 

7 nömrəli bir qeyd var: “Yuxarıda göstərilənlərdən başqa digər sərhədlər dəqiqliyi hələ şübhə altında olan hesabatlardan tərtib edilib”. Ehtimal olunur ki, bunun səbəbi Cənubi Qafqazdakı digər ərazilər və sərhədlərin o dövrdə Sovet İttifaqının tam nəzarətinə və qərar qəbuluna tabe olmalarıdır.

İrland tarixçi məlum xəritələrdə ermənilərin qondarma iddialarına dair heç bir dəlilin olmadığını söyləyib:

“Beləliklə, ingilislər Qarabağ, Zəngəzur və Zaqatalanın Azərbaycanın bir hissəsi olduğu dəlilləri, məlumatları və təcrübələrinə əsaslanaraq, Cənubi Qafqazın Sovet Rusiyasının işğalında qalacağı təqdirdə, bolşeviklərin nə edə biləcəyindən əmin ola bilmədilər.

 

Bu xəritələr qəti şəkildə ermənilərin “Stalin heç vaxt Qarabağı Azərbaycana vermədi” iddiasının üstündənxətt çəkir. Əslində, bu xəritələr Qarabağın Azərbaycanın bir hissəsi olduğunu göstərən Sovet sənədlərini də dəstəkləyir. Xəritələrində göstərdiyi budur ki, bolşeviklərin ingilislər və müttəfiqlərin Azərbaycanın ayrılmaz hissəsi kimi gördükləri Zəngəzuru əsasən geosiyasi səbəblərdən ermənilərə veriblər.

Britaniya arxivlərindən əldə edilmiş dörd xəritənin ardıcıllığı da həm Zəngəzur, həmdə Qarabağın demokratik Qərb tərəfindən Azərbaycanın bir hissəsi kimi qəbul edildiyini açıq şəkildə göstərir".

Link to post
Share on other sites

Təxribat: Ermənilər sərhəddə əsgərlərimizi atəşə tutduaz-rus-serhed.jpg

Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.

Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib.

Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulmuşdur.

 

Hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirmiş və hadisəyə reaksiya verilməməsini xahiş etmişlər.

Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilmiş və cavab atəşi açılmamışdır. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilmişdir.

 

Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.

Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir.

Link to post
Share on other sites

Bu, Türkiyəyə Qarabağa görə təzyiqdir

Azərbaycanın əldə etdiyi qələbəni bir sıra dövlətlər qəbul edə bilmir. Fransa 44 günlük müharibədə olduğu kimi, bundan sonra da xislətindən əl çəkməyəcək.vahid-hmdov.jpg

Axar.az xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı deputat Vahid Əhmədov deyib.

O əlavə edib ki, ABŞ Prezidenti Co Bayden seçki öncəsi ermənilərə verdiyi vədi yerinə yetirmək üçün “soyqrım” ifadəsini işlədib:

“Hesab edirəm ki, Bayden çox böyük səhv edib. Türkiyənin regionda söz sahibi olması bu dövlətləri qane etmir. Bu səbəbdən də çalışırlar ki, Türkiyəyə qarşı belə qondarma vasitələrlə təzyiqlər etsinlər”.

Link to post
Share on other sites
  • 2 weeks later...

prezident-cebrayil-10.jpg

Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması rəsmiləşdi.

Prezidentin sərəncamı bu tarixdə imzalaması təsadüfi deyil: 1992-ci ilin 8 mayında Şuşanın işğalından 44 günlük müharibəyə qədər hər il bu təqvimi bayram edən Ermənistan 29 il sonra 8 maya azad olunmuş Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğu reallığı ilə oyanacaq.

Link to post
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • Согласно соответствующему решению Коллегии Министерства образования, с 17 мая будет частично восстановлена очная форма обучения в общих и внешкольных образовательных учреждениях, расположенных на территории Абшеронского района и городов Баку, Сумгайыт, Гянджа, Шеки.
      В ведомстве отметили, что с указанной даты дети, занимающиеся в рамках дошкольной подготовки и ученики V-IX классов будут посещать школу два раза, а учащиеся I-IV классов - три раза в неделю.
        В школах Гянджи и Шеки, где возможно соблюдение дистанции в 1,5 метра между учащимися, очное обучение будет осуществляться четыре раза, для учеников I-IX классов - пять раз в неделю.
      В учебных заведениях, где невозможно соблюдать вышеуказанную дистанцию, уроки будут проходить два и три раза в неделю соответственно.
      Согласно решению коллегии, в спецшколах и школах-интернатах в Баку, Сумгайыте, Шеки, Гяндже и Абшероне уроки в очной форме будут проводиться пять раз в неделю.
      https://ru.oxu.az/society/492182
        • Upvote
        • Confused
        • Haha
      • 133 replies
    • В одной беседе недавно,я услышала спор о важности кябина. Я удивилась,что современная,образованная девушка доказывала,что загс не на столько важен как кябин (бумага,которая утверждает,что по религиозным правилам пара муж с женой). Девушку,которая вступила в брак без кябина (но по законам госуд-ва),чуть ли не обвинили,что её муж - ей и не совсем муж )) Это были не близкие мне люди,и времени не было спорить.Но меня этот разговор удивил,т к дискутировали с виду очень современные девушки. У всех ли тут заключен кябин между супругами? И готовы ли вы создать семью без кябина? Важно ли это,вообще сегодня?
        • Facepalm
        • Upvote
        • Haha
        • Like
      • 252 replies
    • На балансе мэрии Баку находится 108 зданий, непригодных для эксплуатации. В настоящее время в них ведется процесс переселения жильцов.
      Об этом сказал заведующий отделом Исполнительной власти столицы Ровшан Агаев, сообщает Trend.
      По его словам, в настоящее время на балансе ИВ города Баку находится 11 тыс. многоквартирных домов:
      «108 из этих зданий совершенно непригодны для проживания. Мы уже получили заключение об их непригодности и переселении людей. В данной связи мы обратились в Кабинет Министров страны. В настоящее время идет процесс переселения жильцов».
      Отметим, что несколько дней назад в поселке Бадамдар на голову 14-летнего подростка упала каменная плита, которая сорвалась со здания. Жизнь ребенка спасти не удалось, сегодня он скончался.
      Media.az
      • 72 replies
    • Джони  - первое место, Юсиф Эйвазов - второе. 
       
      Круто. 
      Победитель проекта «Маска» на российском канале НТВ стал певец Jony (Джахид Гусейнли).
       
      Jony скрывался под маской крокодила – певец заявил, что очень хотел оказаться в этом проекте и проявить себя по новому и рад, что у него это получилось.
       
      В свою очередь председатель жюри шоу Филипп Киркоров заявил, что передает ему эстафету на эстраде и очень рад победе Jony.
       
      Отметим, что второе место в проекте занял народный артист Азербайджана Юсиф Эйвазов.
        • Milli
        • Upvote
        • Like
      • 183 replies
    • Apple iphone 11 pro 4/256 gb, ideal veziyyetdedi, problemsiz telefondur, temirde olmayib, eziyi-ciziqi yoxdur, xanim isledib. Alinan gunden kaburadadi. Qutusu, adapter, usb kabel ustundedir.   1600 manat - 070 906-04-20
      • 2 replies
    • 1.6 мотор
      Дизель
      Механика
      В Баку неделю как.
      Пробег 159.000км
      14.200 азн... Реальному сделаю скидку
      Номер для связи
      0557188808(what's app)
       
      • 1 reply
    • Сдается в поселке Мардакян (в районе Dalga Beach)..дача на 50 сотках..двухэтажный дом 250 м2. На первом этаже находится кухня и большая гостиная   ..2 кондиционера. На втором этаже 3 спальни..большой холл..кухня и 2 санузла...2  кондиционера. Во дворе бассейн..фруктовые деревья..имеется место для отдыха на воздухе на первом этаже дома. 
      Цена 3000 манат в месяц.
      Номер для связи и whatsapp: 055-611-16-79 Лейла ханум.
       
        • Confused
      • 1 reply
    • В Лос-Анджелесе завершилась 93-я церемония вручения премии «Оскар». В этом году она прошла быстро и без особых сюрпризов. Меланхоличный роуд-муви «Земля кочевников» стал главным триумфатором церемонии и получил три статуэтки — за лучший фильм, режиссуру (Хлоя Чжао) и лучшую женскую роль (Фрэнсис МакДорманд).
       
      Китаянка Хлоя Чжао стала лишь второй женщиной в истории, получившей режиссерский «Оскар» (первой была создательница «Повелителя бури» Кэтрин Бигелоу). МакДорманд при этом получила награду не только как актриса, но и как продюсер (у нее уже есть премии Киноакадемии за роли в  «Трех билбордах на границе Эббинга, Миссури» и «Фарго»). Лучшим актером признали Энтони Хопкинса, сыгравшего пожилого мужчину с деменцией в «Отце».
       
       
      «Отец», «Иуда и черный мессия», «Манк», «Душа», «Звук металла», «Ма Рейни: Мать блюза» получили по два «Оскара» каждый. «Суд над чикагской семеркой», «Борат 2» и «Новости со всех концов света» остались без наград. Зрительские хиты «Довод» и «Еще по одной» победили в номинациях «Лучшие визуальные эффекты» и «Лучший иностранный фильм» соответственно.
      Из 36 номинаций Netflix победой обернулись лишь семь: «Манк» (работы оператора и художника-постановщика) , «Ма Рейни: Мать блюза» (грим и прически, костюмы), «Если что-то случится, я люблю вас» (лучшая анимационная короткометражка), «Два далеких незнакомца» (лучшая игровая короткометражка) и «Мой учитель-осьминог» (лучший документальный фильм).
       
      В этом году церемония проходила не только в театре «Долби», но и в здании железнодорожного вокзала Union Station. Для зарубежных гостей организовали локации в их странах. Подробнее об изменениях этого года мы рассказывали тут.
       
      Подробно о церемонии можно узнать из прямой текстовой трансляции КиноПоиска. Там мы собирали мемы, лучшие платья, речи героев и реакции соцсетей.
        • Like
      • 25 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×
×
  • Create New...