Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

🇦🇿 Военная Тема


Recommended Posts

Əliyev Fərmin Fərman oğlu 1996-cı il martın 20-də Naxçıvan MR, Babək rayonunu Şıxmahmud kəndində anadan olub.
 2013-2017-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Fərmin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış uğrunda gedən döyüşlərdə savaşıb. Fərmin Əliyev sentyabrın 27-də Talış döyüşləri zamanı qəhrəmancasına Şəhid olub. Naxçıvan MR, Babək rayonunda dəfn edilib.

Возможно, это изображение (1 человек и стоит)
Şəhidimiz ailəli idi. Bir övladı Vətənə əmanətdir.
Leytenant Fərmin Əliyev Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Azərbaycan Bayrağı” ordeni” və “Vətən uğrunda” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • Sad 1
  • Milli 7
Link to comment
Share on other sites

İrəvanın Ermənistana müqavilə ilə verilməsindən 103 il keçir...
29 may 1918-ci ildə Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri olan İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir. Milli Şuranın 29 may 1918-ci il iclasının protokoluna görə, siyahıda olanlardan 20-si bu qərarın lehinə səs verir, 1 nəfər əleyhinə olur, 3 nəfər isə bitərəf qalır. İrəvan şəhəri bu şərtlə ermənilərə güzəşt edilir ki, onlar Qarabağa olan iddialarından vaz keçsinlər. 
Siyahıya alınma sənədlərinə görə 1879-cu ildə İrəvan şəhərində 29 min əhali yaşayıb. Bunun 43,15 faizini (12516 nəfər) azərbaycanlılar, 43,19 faizini (12529 nəfər) ermənilər təşkil edirdi.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Əliyev Elnur Ərəstun oğlu 10.02.2000-ci ildə Göyçay rayonunda anadan olub. 
  Muddətli hərbi xidmətin FHN də N sayli hərbi hissədə basa vurduqdan sonra həmin ildə yenidən ordu siralarina muddetden artiq herbi qulluqçu- Maxe kicik çavuş manqa komandiri kimi qayidir
Bununla yetinməyib xususi təyinatli quvvələrin kursuna qatilib solaxay olmasina baxmayaraq 500nəfərin içinən seçilmişdir.N sayli herbi hissede xususi teyinatli MAHHXHQ  kicik çavuş kimi fəaliyyətə davam edib.

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

Vətən muharibəsinin ilk dəqiqələrinən döyüşə qatilmiş, Murov dag silsiləsi,Kəlbəcər,Fizuli və Cəbrayilin isgaldan azad olunmasi ugrunda gedən doyüşlərdə şərəflə döyüşmüşdür.Cəbrayila bayraq sancdiqdan sonra Cəbrayilin "Vışka"adlanan ərazisində oktyabrin 6-sı  şəhidlik zirvəsinə ucalmiş,13 gün neytralda qaldiqdan sonra 19 oktyabrda Göyçay Şəhidlər xiyabaninda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasina gorə", medallari və"Azərbaycan bayragi " ordeni ilə təltif olunmuşdur.

  • Sad 1
  • Upvote 1
  • Milli 6
Link to comment
Share on other sites

 Vətən müharibəsi Şəhidi Timur Nurəddin oğlu Əliyev
Çavuş Əliyev Timur Nurəddin oğlu 29.05.1984-cü ildə Özbəkistanın Çirçig şəhərində anadan olub. 1998-ci ildən ailəsi ilə birgə Azərbaycana köçüb. 
Timur Əliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət göstərib.

Возможно, это изображение (1 человек и стоит)
Timur Vətən müharibəsində böyük şücaətlər göstərərək 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına Şəhid olub. Qazax rayonu, Xanlıqlar kəndinə dəfn edilib.
Şəhidimiz ailəli idi. Bir qızı Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • Sad 1
  • Upvote 1
  • Milli 6
Link to comment
Share on other sites

Azərbaycan Ordusunun baş leytenantı olan Babək Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Allahverdiyev noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər Xiyabanınnda dəfn olunub.

Возможно, это изображение (1 человек и военная форма)
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Babək Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruhun şad olsun, Şəhidim!

  • Sad 1
  • Milli 7
Link to comment
Share on other sites

Elgün Xıdırov 1989-cu il dekabrın 23-də Goranboy rayonunun Xoylu kəndində anadan olub.2007-2011-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Davud adında oğlu yadigar qaldı.

Возможно, это изображение (1 человек и военная форма)Возможно, это изображение (1 человек, ребенок, стоит и в помещении)
  Azərbaycan Ordusunun baş leytenantı olan Elgün Xıdırov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Xıdırov noyabrın 1-də Füzuli döyüşləri zamanı Şəhid olub. Goranboy rayonunun Xoylu kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Xıdırov ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə"medalları ilə təltif edildi.

  • Sad 1
  • Milli 7
Link to comment
Share on other sites

Şəhid İbrahimov Atiq Ariz oğlu 2008-ci ildə Mingəçevir Türk liseyinden məzun olub. Türkiyənin Antalya, Akdeniz və Ukraynanın Xarkov şəhərində, Kazan Universitetində təhsil alıb. Rus, türk, ingilis, ukrayna dillərini tam bilirdi.
Cəbrayıl, Suqovuşan, Taliş, Ağdərə uğrunda döyüşlərdə iştirak edib. Döyüşlərə könüllü qatılıb.16.10.2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhramancasına Şəhid olub.
Ruhun şad olsun, Şəhidim!

Возможно, это изображение (1 человек, стоит и текст)

  • Sad 1
  • Milli 7
Link to comment
Share on other sites

14 минуты назад, Zaman. сказал:

Vətən müharibəsinin tək qadın Şəhidi Arəstə Baxşıova və qızı

Возможно, это изображение (1 человек, ребенок, стоит и на открытом воздухе)

Bir neçə gün əvvəl aztv də marafon gedirdi. Orada şəhid cavan gəlin tibb bacısının anası və oğlu gəlmişdi. Oğlan anasının hərbi papağını taxır bütün gün. Xanımın adı yadımda deyil... Çox ağır efir idi.... ((((

Allah bütün şəhid olmuş qəhrəmanlarımıza rəhmət eləsin... 

🇦🇿🙏

  • Milli 4
Link to comment
Share on other sites

3 минуты назад, SophieL сказал:

Bir neçə gün əvvəl aztv də marafon gedirdi. Orada şəhid cavan gəlin tibb bacısının anası və oğlu gəlmişdi. Oğlan anasının hərbi papağını taxır bütün gün. Xanımın adı yadımda deyil... Çox ağır efir idi.... ((((

Allah bütün şəhid olmuş qəhrəmanlarımıza rəhmət eləsin... 

1f1e6-1f1ff.png1f64f.png

!

  • Milli 3
Link to comment
Share on other sites

30 may Vətən müharibəsi şəhidi Adil Namiq oğlu Hüseynovun doğum günüdür. Yaşasaydı, onun 26 yaşı olacaqdı..
Əsgər Hüseynov Vətən müharibəsi zamanı 17 oktyabr 2020-ci ildə Tərtər-Suqovuşan istiqamətində gedən döyüşlərdə  qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, военная форма и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Vətən müharibəsində 3 qardaş döyüşdülər – ŞƏHİD, QAZİ, QALİB
Naxçıvan MR, Culfa şəhərindən olan Nəcəfovlar ailəsi 44 günlük Vətən müharibəsinə 3 qəhrəman övlad göndərib. Üçü də ixtisaslı hərbçi, üçü də ön cəbhədə düşmənlə üz-üzə. Tarixi zəfərimizə imza atan qardaşlardan biri – Yaqub Nəcəfov müharibədən şəhid, digər ikisi – İbrahim və İsmayıl Nəcəfovlar isə döyüşçü kimi geri dönüblər. Övlad itirmək nə qədər ağır olsa da, zəfər sevinci ailəni ovundurub.

Bu üç qəhrəmanın atası Məhəmməd Nəcəfovun özü və qardaşları da Birinci Qarabağ müharibəsi veteranlarıdır.
“Böyük oğullarım İbrahim və İsmayıl əkizdir, Yaqub isə qardaşların kiçiyidir. Onların hamısı öz istəkləriylə bu sənəti seçiblər, sevinə-sevinə bu sənətə gediblər. Hər biri yüksək balla Naxçıvanda Heydər Əliyev adına Hərbi Litseyə qəbul olunub, sonra isə Bakıda Ali Hərbi Akademiyada təhsil alıblar. Şəhid övladım Yaqubun 20 yaşı var idi, müharibə başlayan ərəfədə 4-cü kursda oxuyurdu. Bir müddət təlim keçəndən sonra leytenant rütbəsi aldı və cəbhəyə yola salındı. Digər oğullarım isə baş leytenantdır. Mən müharibəni görmüşəm, qəlpə yaraları almışam. Bilirəm ki, döyüşdə hər şey olar: şəhid də olar, qazi də olar, qalib də. Bunların hər üçü bizdə var”.

Yaqub, Füzuli, Cəbrayıl, Qubadlı döyüşlərdində igidliklə vuruşaraq Şuşaya qalxıb. Şuşa azad olunduqadan sonra qardaşı ilə əlaqə saxlayıb, deyib ki, “biz Şuşanı azad eləmişik, Şuşada gəzirik”.
Ailəsi Yaqubun şəhadətə qovuşması xəbərini Şuşanın azad olunmasından bir gün sonra – noyabrın 9-da alıb. Həmin gün Yaqubun silahdaşı atasına zəng edərək oğlunun şəhidlik xəbərini verib:
“Oğlumun silahdaşı mənə dedi ki, “başınız sağ olsun, Yaqub şəhid oldu”. Onun dəqiq hansı ərazidə olduğunu deyə bilmədi, çünki bir müddətdən sonra o yoldaş özü də şəhid oldu. Sonradan öyrəndik ki, onlar Şuşada xüsusi təyinatlılarla birgə sıldırım qayalara dırmaşıblar. Düşmənin gözlədiyi yoldan yox, əks istiqamətdən qalxıb düşmənə ağır zərbə endiriblər. Oğlum o şəraitdə də şəhid olub. Təlimlərdə olanda mən onun yoldaşlarının telefon nömrələrini götürmüşdüm, öz nömrəmi də onlara vermişdim ki, nəsə olsa əlaqə saxlayaq. Elə bil ürəyimə dammışdı ki, nəsə ola bilər...”

Ailənin Vətən müharibəsində iştirak edən digər övladı İsmayıl Nəcəfov sağ-salamatdır və hazırda xidmətini davam etdirir. Onun əkiz qardaşı İbrahim Nəcəfov isə oktyabrın 5-də Ağdam istiqamətində döyüşlərdə ağır yaralanıb. Yaralı vəziyyətdə də döyüşüb, əsgərlərini tək buraxmayıb. Əvvəlcə Sarıcalıda, sonra Yevlaxda və Bakıda - ümumilikdə 7 dəfə əməliyyat olunub. Hələ əlavə əməliyyatları da olacaq. Həm gözünün ətrafında, həm də ayağında qəlpələr qalır.

Возможно, это изображение (3 человека)Возможно, это изображение (3 человека и люди стоят)

Şəhidimiz kiçik leytenant Yaqub Nəcəfov doğulduğu Culfa şəhərinin qəbirstanlığında dəfn olunub...

Şəhidimiz dəfn olunan zaman qardaşı İsmayıl dəfndə iştirak edib. Digər qardaşı İbrahim isə Bakıda hospitalda müalicə aldığından iştirak edə bilməyib.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • Milli 7
Link to comment
Share on other sites

2 часа назад, Zaman. сказал:

Nizamikəndin şəhid oğlu – Bəhram

Pənahov Bəhrəm Xıdır oğlu 02.07.1987-ci ildə Sabirabad rayonu, Nizami kəndində anadan olub. Bəhrəm Vətən müharibəsində igidlik və mərdlik göstərərək 09.11.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

image.jpeg

Aman allah, necə qürurlu baxışı var...... Padşah kimi..... Bizim torpaq və xalqımız çox zəngindir.... 

Allah rəhmət eləsin...

  • Milli 7
Link to comment
Share on other sites

Baş leytenant Əsgərli Tural Ələmdar oğlu 1993-cü il aprelin 20-si Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunda anadan olub. Naxçıvanda hərbi liseyi bitirdikdən sonra Bakıda Ali Hərbi Məktəbə daxil olub. Leytenant rütbəsi ilə 2014-cü ildə Akademiyanı bitirib. 2015-ci ildə Qazaxda “N” saylı hərbi hissədə xidmətə başlayıb. Burada işləyərkən baş leytenant rütbəsi alıb. Aprel döyüşlərində iştirak edib. Daha sonra Daşkəsənde “N” saylı hərbi hissədə xidmətini davam etdirib. 27 sentyabrda başlayan vətən müharibəsində fəal iştirak edib. Oktyabrın 1-də Daşkəsən istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Bakıda 2-ci fexri xiyabanda dəfn olunub. 

193328861_973004173446258_3734570142900984512_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=XEk3z2-rMaEAX_e_CeY&_nc_ht=scontent.fgyd12-1.fna&oh=5eeb694e38b31c9ae13442480a33947c&oe=60DAB581193361938_973004176779591_2574321144039600104_n.jpg?_nc_cat=108&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=EcebP1-bpvwAX8grz4X&_nc_ht=scontent.fgyd12-1.fna&oh=3685eea4bdcde5c5199f49f0791f837e&oe=60DABF78
Şəhidimiz ailəli idi. Sevgi və Sunay adlı qızları Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • Sad 2
  • Milli 7
Link to comment
Share on other sites

Amin Mayis oğlu Gülməmmədov 31 iyul 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Saltaq kəndində anadan olub. 2001-ci ildə Saltaq kənd tam orta məktəbinə qəbul olur, 2010-cu ildə hərb sənətinin ilkin mərhələsinə yiyələnmək üçün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirir. 2013-cü ildə bu təhsil ocağından məzun olan Amin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2017- ildə AAHM-i bitirərək leytenant rütbəsinə yiyələnir və təyinat üzrə Füzuli rayonuna göndərilir. 

27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ savaşına baş leytenant kimi qoşulan Amin Gülməmmədov Füzuli, Xocavənd, Cəbrayıl və Hadrutun düşmən işğalından azad olunması üçün qəhrəmalıqla döyüşür. 2 noyabr 2020-ci il tarixdə Daşaltı istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. 28 dekabr 2020-ci ildə Saltaq kənd qəbirstanlığında torpağa tapşırılır.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и на открытом воздухе)

  • Milli 7
Link to comment
Share on other sites

2 часа назад, Zaman. сказал:

Ailənin tək oğul övladı olan Rzayev Elxan Ariz oğlu 15.04.1994-cü ildə Sabirabad rayonu, Qəzli kəndində anadan olub.  2012-ci ildə həqiqi hərbi xidmətə çağırılanda təhsilini yarımçıq qoyaraq orduya gedir. Hərbi xidmətini Quru Qoşunlarının Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində rabitəçi kimi yerinə yetirir, daim nizam-intizamı, səriştəsi ilə seçilən əsgər, 2014-cü ildə ordudan tərxis olunur

29 sentyabr 2020-ci ildə müharibəyə yollanan Elxan Rzayev, Ağcabədi rayonunda hərbi təlimlər keçərək döyüşlərə qatılır. İlk dəfə Cəbrayıl uğrunda gedən şiddətli döyüşlər zamanı yaralanan Elxan, tibbi yardım göstərildikdən sonra döyüşə yenidən davam edir. 13 oktyabr günü, növbəti ağır döyüşə girməmişdən öncə valideynləri ilə görüşərək onlara Ordumuzun gücündən, hərbi qulluqçuların yüksək döyüş bacarıqlarından, döyüşlərdə göstərdikləri igidliklərdən həvəslə söz açır və müharibənin çox tez bir zamanda Azərbaycan ordusunun qələbəsi ilə bitəcəyini, özünün isə geriyə qalib kimi dönəcəyini inamla bildirir...
Oktyabr ayının 14-də Qudadlı istiqamətində gedən ağır və çətin döyüşlərə girən Elxan, düşmənin canlı qüvəsinin və hərbi texnikasının məhv edilməsində iştirak etmişdi. Qubadlının Çardaxlı kəndində gedən ağır döyüşlər isə təəssüf ki, onun üçün sonuncu olmuş, bu döyüşdə Elxan ağır yaralanaraq qəhrəmancasına Şəhid olub. 
Şəhidimiz nişanlı idi.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (один или несколько человек)

Necə gözəl barmaqları var.... Offff.... Hərəsi bir evin yaraşığı.......... 

  • Like 1
  • Milli 1
Link to comment
Share on other sites

Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Döyüşlərdə iştirak etdiyini isə ailəsindən gizlədib. Söhbət İmişlidən olan şəhidimiz Tural Vəliyevdən gedir. O, vətən müharibəsinin ilk günündə şəhidlik zirvəsinə yüksəlib.Tərxis olunmasına 3 ay qalmış şəhidlik zirvəsinə ucalıb.
  İmişlinin Xəlfəli kənd sakini olan Tural Vəliyev uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Onun bu ruhda yetişməsində atasının və əmisinin Birinci Qarabağ müharibəsində qazi olması da böyük rol oynayıb. Tural məktəb illərində də daim Milli Qəhrəmanların və Azərbaycan tarixində şücaətləri ilə iz buraxmış şəxslərin həyatı ilə maraqlanıb.

 Tural Vəliyev 2019-cu ildə hərbi xidmətə yollanıb. Daşkəsəndəki hərbi hissədə qulluq edən zaman qüsursuz xidmətlərinə görə komandirlərinin rəğbətini qazanıb. Sentyabrın 27-də isə döyüşlərə qatılıb. O, ailəsi ilə sonuncu dəfə sentyabrın 20-də əlaqə saxlayıb. Döyüşlərə qatıldığını da yaxınlarından gizlədən Tural Vətən Müharibəsinin ilk günündə şəhidlik zirvəsinə yüksəlib.
  Tural Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

192512979_973081596771849_4818696268530561640_n.jpg?_nc_cat=103&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=weC6krIvKS4AX8ZH1AP&_nc_ht=scontent.fgyd12-1.fna&oh=5c3cdf4c7308ace55412b9ad0d61cd85&oe=60DB8E7A193589830_973081603438515_3375656749002786672_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=4KFnKicYSSsAX-DP1_u&_nc_ht=scontent.fgyd12-1.fna&oh=dcd7185b779c1fa84491a91dc77ab149&oe=60DC9CA4

  • Sad 1
  • Milli 7
Link to comment
Share on other sites

Azad Zeynalov 1987-ci il martın 4-də Şərur şəhərində anadan olub. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. Bir övladı yadigar qaldı.
Azad Zeynalov 2004-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun kapitanı olan Azad Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azad Zeynalov oktyabrın 26-da Füzuli döyüşləri zamanı Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

 

  • Like 1
  • Milli 7
Link to comment
Share on other sites

7 минут назад, Zaman. сказал:

Baş leytenant Əsgərli Tural Ələmdar oğlu 1993-cü il aprelin 20-si Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunda anadan olub. Naxçıvanda hərbi liseyi bitirdikdən sonra Bakıda Ali Hərbi Məktəbə daxil olub. Leytenant rütbəsi ilə 2014-cü ildə Akademiyanı bitirib. 2015-ci ildə Qazaxda “N” saylı hərbi hissədə xidmətə başlayıb. Burada işləyərkən baş leytenant rütbəsi alıb. Aprel döyüşlərində iştirak edib. Daha sonra Daşkəsənde “N” saylı hərbi hissədə xidmətini davam etdirib. 27 sentyabrda başlayan vətən müharibəsində fəal iştirak edib. Oktyabrın 1-də Daşkəsən istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Bakıda 2-ci fexri xiyabanda dəfn olunub. 

193328861_973004173446258_3734570142900984512_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=XEk3z2-rMaEAX_e_CeY&_nc_ht=scontent.fgyd12-1.fna&oh=5eeb694e38b31c9ae13442480a33947c&oe=60DAB581193361938_973004176779591_2574321144039600104_n.jpg?_nc_cat=108&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=EcebP1-bpvwAX8grz4X&_nc_ht=scontent.fgyd12-1.fna&oh=3685eea4bdcde5c5199f49f0791f837e&oe=60DABF78
Şəhidimiz ailəli idi. Sevgi və Sunay adlı qızları Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!

Bizim millət kimi millət yer üzündə YOXDUR!!!!! 

Bu balalarımızın bir adı var - ZƏFƏR ÖVLADLARI!!!! Tanrı onları qorusun🙏🇦🇿💯❤️

  • Milli 4
Link to comment
Share on other sites

Ailənin yeganə oğul övladı olan Ağayev Aqşin Şirvan oğlu 01.06.1993-cü ildə Sabirabad rayonu, Ulacalı kəndində anadan olub. Vətən müharibəsi başlanan zaman döyüşlərə könüllü olaraq qatılan Aqşin igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. Zümrüd adlı qızı Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и текст)

  • Milli 8
Link to comment
Share on other sites

2 hours ago, Zaman. said:

Добавим сюда такую "мелочь" как упрямство с отказом снести истукан фашисту в Мартуни, что добавляет каплю дегтя в ведро помоев в отношениях между Россией и Арменией.


 

@Telepat. :)
 

aесли серьёзнее то по моему у пашки почвились крылья после иранксого визита

Link to comment
Share on other sites

Yaralı döyüş yoldaşının silahını götürüb, təkbaşına düşmənlə döyüşüb – Şəhid Bəhruz Əhmədov...

“Arzularım sonsuzdur, əgər müharibədən sağ gəlsəm...”

Yaralı döyüş yoldaşının silahını götürərək təkbaşına düşmənlə döyüşə girən, ermənilərin xeyli qüvvəsini məhv edən,həm döyüş, həm də idman meydanında qalib olan qaydasız döyüş üzrə çempion

 

 

  • Milli 7
Link to comment
Share on other sites

Ailənin tək oğul övladı olan Əliyev Vahıb Ramiz oğlu 24.03.1997-ci ildə Sabirabad rayonu, Bulduq  kəndində anadan olub. Vahıb Vətən müharibəsində igidlik və mərdlik göstərərək 27.10.2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Leytenant Zeynalov Nurlan Rəfail oğlu 25..11.1989-cu ildə Sabirabad şəhərində anadan olub. Leytenant Nurlan Zeynalov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 06.11.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. Nuray adlı qızı Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliy görə” “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Vətən müharibəsinin şəhidi Nurlan Süleyman oğlu Qurbanlının yeganə sağ qalan ailə üzvü-şəhidin qardaşı Nuran həm qardaşını,həm atasını itirəndə 17 yaşındaydı.Anası bir neçə il əvvəl xərçəng xəstəliyindən vəfat etmiş,atası isə qardaşı Şəhid olduqdan sonra cəmi 6 gün yaşaya bildi. Bu yaşda həyatda bütün əzizlərini bir anda itirmək 17 yaşlı Nuran üçün ağır faciə idi.

Nuranın qardaşı Xüsusi Təyinatlı Qüvvələrin əsgəri olmuş Nurlan Qurbanlı Vətən müharibəsində şərəfli döyüş yolu keçib və ötən il oktyabrın 5-də Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Nurlanın ailəsinin məişət durumu və ailə vəziyyəti nəzərə alınaraq Nazirlik tərəfindən sosial tərəfdaşın dəstəyi ilə mənzillə təmin edilib.

192810299_973415753405100_6028093025118486766_n.jpg?_nc_cat=100&ccb=1-3&_nc_sid=8bfeb9&_nc_ohc=nr3kCwvPBPQAX9AdEpC&_nc_ht=scontent.fgyd12-1.fna&oh=c61cf9b7c27c705fa020d3c4b2693d6e&oe=60DA7B17Возможно, это изображение (1 человек и стоит)

  • Milli 7
Link to comment
Share on other sites

9 минут назад, VisitAzerbaijan сказал:

по моему у пашки почвились крылья после иранксого визита

это всё предвыборное брыканье, и это ненадолго.....

И Москва и Баку с пониманием относятся к попыткам Воваевича набрать политдивиденды, хоть и журят его иногда понарошку и только для проформы.

------------

Июль- сентябрь обещают быть жаркими на полит.поле, и даже местами горячими. ИМХО

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Ailənin tək oğul olan Kərimli Ramin Əli oğlu 12.12.1999-cu ildə İmişli rayonunda anadan olub. MAXE Ramin Kərimli Vətən müharibəsində igidlik və mərdlik göstərərək 27.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и текст)

  • Milli 7
Link to comment
Share on other sites

MAXE Teymurov Şaiq Vidadi oğlu 06.11.1992-ci ildə İmişli rayonu, Aranlı kəndində anadan olub. Şaiq Vətən müharibəsində igidlik və mərdlik göstərərək 28.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и текст)

  • Milli 7
Link to comment
Share on other sites

MAXE Musayev Alik Rafiq oğlu 07.08.1987-ci ildə İmişli rayonu, Sarıxanlı kəndində anadan olub. Alik Vətən müharibəsində igidlik və mərdlik göstərərək 01.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Kapitan Həsənov Əsəd Fərhad oğlu 16.04.1988-ci ildə İmişli rayonu, Şahverdili kəndində anadan olub. Kapitan Əsəd Həsənov Vətən müharibəsində igidlik və mərdlik göstərərək 01.10.2020-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. Hüseyn və Mələk adlı övladları Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и текст)

  • Milli 7
Link to comment
Share on other sites

MAXE Cəfərli Elşən Rəfail oğlu 02.09.2000-ci ildə İmişli rayonu, Qulubəyli kəndində anadan olub. Elşən Vətən müharibəsində igidlik və mərdlik göstərərək 28.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и военная форма)

  • Milli 7
Link to comment
Share on other sites

Mayor Məmmədov Anar Elşad oğlu 02.05.1986-cı ildə Sabirabad şəhərində anadan olub.  Mayor Anar Məmmədov Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı yaralansa da, bir gün hospitalda müalicə aldıqdan sonra döyüş meydanına geri dönüb. Anar Məmmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı 26 əsgərini mühasirədən çıxarıb, sona qədər döyüşüb, sonda bir gülləsi qalanda isə onu özünə vuraraq qəhrəmancasına Şəhid olub. Sabirabad rayonunun Cavad kəndində dəfn olunub.
Şəhidimiz Ailəli idi. İmamə və Zeynəb adlı qızları Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма, на открытом воздухе и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Gülalıyev Əlnur Seymur oğlu 25.12.1997-ci ildə İmişli rayonu, Xəlfəli kəndində anadan olub. Əlnur Vətən müharibəsində igidlik və mərdlik göstərərək 03.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

  • Milli 7
Link to comment
Share on other sites

Kamranlı Xalid Kazım oğlu 23.09.1999-cu ildə İmişli rayonu, Bəhrəmtəpə anadan olub. Xalid Vətən müharibəsində igidlik və mərdlik göstərərək 13.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

  • Milli 7
Link to comment
Share on other sites

Ailənin tək oğul övladı olan Cavadzadə Anar Tahir oğlu 29.04.1990-cı ildə İmişli rayonunda anadan olub.  Orta məktəbi bitirdikdən sonra topçu vəzifəsi ilə hərbi xidmətə yollanıb. Hərbi xidmət müddəti bitdikdən sonra Bakıya qayıdaraq burada bir çox sahələrdə çalışıb. 2018-ci ildə çəkilən şəhid İlham Cəfərovun 50 illik yubileyinə həsr olunan sənədli filmdə rollardan birini səsləndirib. Bu səsləndirmə xidmətinə və həmçinin, xüsusi səs tembrinə görə "İlin səsi" fəxri adına layiq görülülüb. 
Vətən müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılanAnar 18.10.2020-ci ildə ildə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и военная форма)

  • Milli 7
Link to comment
Share on other sites

Bu gün aprel döyüşlərində Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə  qəhrəmancasına Şəhid olan XTQ baş leytenantı ELNUR İSGƏNDƏROV`un doğum günüdür...

Возможно, это изображение (1 человек и текст)
Elnur İsgəndər oğlu İsgəndərov 1989-cu ilin 1 iyun günündə Şəki şəhərində anadan olub. 2006-cı ildə Elnur İsgəndərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2010-cu ildə isə həmin ali məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra Elnur İsgəndərov Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə xüsusi təyinatlılar bölməsində xidmətə başlayıb.
Baş leytenant Elnur İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.

Aprelin 11-i isə Elnur İsgəndərov doğulduğu Şəki şəhərində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant İsgəndərov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Elnur İsgəndərov ailəli idi. Elman (2015) adlı oğlu Vətənə əmanətdir.
Elnur İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə"Vətən uğrunda" medalı ilə təltif edilib.

RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

  • Milli 7
Link to comment
Share on other sites

Ailənin tək oğul övladı olan Xəmmədov Əmral Zaur oğlu 02.10.2001-ci ildə İmişli rayonu, Çaxırlı kəndində anadan olub. Orta təhsilini İmişli rayon Çaxırlı kənd tam orta məktəbində aldıqdan sonra həqiqi hərbi xidmətə yollanıb. Xüsusi Təyinatlı Dəstələrin əsgəri olaraq xidmət edib. Əmral Vətən müharibəsində igidlik və mərdlik göstərərək 15.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

194909652_973909253355750_6751129943683541721_n.jpg?_nc_cat=108&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=AhD7z0gRHCcAX8vbXhY&_nc_ht=scontent.fgyd12-1.fna&tp=7&oh=ed2e9f134ecdfeda60a5cd78322ff3b0&oe=60DA28F2194444419_973909236689085_2788266049538968766_n.jpg?_nc_cat=110&ccb=1-3&_nc_sid=730e14&_nc_ohc=_4nbBy7tk-sAX-S0nld&_nc_ht=scontent.fgyd12-1.fna&oh=0206de1383b893957b6aec07077e2e06&oe=60DA7696

  • Milli 7
Link to comment
Share on other sites

Həsənov Nemət Emin oğlu 11.11.1992-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olub. Nemət Vətən müharibəsində igidlik və mərdlik göstərərək 02.11.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, на открытом воздухе и текст «SOHID Nemat oğlu Emin Hasanov @imishli pg FA»)

  • Milli 7
Link to comment
Share on other sites

Ailənin tək oğul övladı olan Hüseynov Eldəniz Tahir oğlu 22.09.1998-ci ildə İmişli şəhərində anadan olub. Eldəniz Vətən müharibəsində igidlik və mərdlik göstərərək 09.10.2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, бицепс и на открытом воздухе)

  • Milli 7
Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Facepalm
        • Haha
      • 53 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Like
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Like
      • 110 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Downvote
        • Upvote
        • Confused
      • 713 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...