Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Disputda niyə Azərbaycan dilində açılan mövzular maraqsızdır


Eli111

Recommended Posts

Salam hiss edirəm ki burada Azərbaycan dilində açılan mövzulara maraq aşağıdır nədən bu baş verir?

Bu qəsdən edilir Azərbaycan dilli forum elanlar bölümü kimi gragda goyularaq?

Hamı cox gözəl bilir bu media resurs Rusiya səfirliyi tərəfindən dəstəklənən bir resursdı bu sayt vastəsiylə daxildə baş verən prosesləri öyrənmək ücün bu bir fərziyədir.

Amma onuda etiraf etmək lazımdır ki biz elita evdə ailədə rus dilinə üstünlük verir.Sanki Rusiyada vaxtında Fransa dili kimi.Bu bir elita etiket dilidir diyə.

Hətda Lev Tolstoyun əsərində Müharibə və Sülh fransızca coxlu cümlə və sözlər var 

 

  • Like 1
Link to comment
Share on other sites

В 10.09.2021 в 16:41, Идэр сказал:

Hami rus dilini sebeb kimi gosterir sanki az dillilerin onunu kesiblermish kimi. Umumiyyetle bu forumda hec userler yoxdu men gormurem.az az gelirler. Rus dilinde yazsinlar hecne olmaz baasa salariq ki sen Allah oz dilinde yaz:glare:

Bəs ən cox Azərbaycan dili istifadəçilər haraya daxil olur hansı foruma?

  • Like 1
Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 2 weeks later...

Ötürdiyim video carxda yutubdan.Bu Qazaxstan vətəndaşı tək canına mübarizə aparır.Deyir ki öz yaşadıqı məkanda dükanın üstündə rus dilində olan süd və cörək yazısını Qazaxca istəyirdi ki yiyəsi dublyasiya etsin.Və bununla əlaqədər məhkəməyə kimi catmışdır.

Bu barədə məlumat deyir Rusiya prezidenti Putin xəbər tutub buna Rusiyaya qadagan goyublar daxil olmaqa Dumada

  • Like 2
Link to comment
Share on other sites

  • 2 months later...
  • 1 year later...

Salam Aleykum hər kəsə. Mövzu diqqətimi çəkdi. Mövzular maraqsız deyil, yazanlar maraqsız insanlardır fikrimcə. Bu forumda olan istənilən mövzunu, Rus və ya ingilsis dilində açın və nəticəni görün. Səbəb yazanlardadır, mövzularda deyil. İstənilən ölü mövzunu diriltmək olar.

  • Like 2
Link to comment
Share on other sites

  • 3 months later...
В 11.09.2021 в 02:59, Eli111 сказал:

Bəs ən cox Azərbaycan dili istifadəçilər haraya daxil olur hansı foruma?

Evveller forum.big.az var idi.... Tessuf eclafin biri legv etdi forumu. Orda hami az.dilinde yazirdi ve oxuyurdu cox intellektual seviyyeli insanlar yigincagi idi

  • Like 2
Link to comment
Share on other sites

В 06.01.2022 в 17:16, donalexinder24 сказал:

Merhaba

Daha az dilli 10 tanesini kesmiş gibi, açıklama olarak Rus dilini alıntılıyor. Genel olarak, bu forumda hec kullanıcı yok ve erkekler gormurem.az'da daha az kullanıcı var. Rusça yazmalarına izin verin.

Ele siz ozunuzde zehmet çəkib azərbaycanca yazın. Rus dilinə qarşı olanlar eyni dərəcədə digər dillərədə qarşı olmalıdırlar. İndiki gənclər rus dilli deyillər, heç elementar sözləridə anlamırlar rus dilində , amma türk dilində oxuyub danışıelar bu lap əttökən olur. 

Edited by monashka12
  • Like 1
  • Haha 2
  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 weeks later...
В 08.09.2021 в 00:58, Eli111 сказал:

 

O vaxta qədər ki biz rus dilində problemləri burada yazacayıq bunları bizim zəyif nögtələrimizi biləcək.Təklif edirəm bu forumu tam Azərbaycan dilinə kecirdək.

Qoyun oturmuşuq də,istəyirsiniz olan-qalan istifadəçilər də dağılışsın?5-ci kalondan deyilsiniz?))

Link to comment
Share on other sites

Mövzular maraqlı oldu-olmadı, aktiv və stabil yuzerlər həmişə forumu yaşadır.O da ki,bu bölmənin aktiv istifadəçiləri heç əzəldən,belə görünür,çox olmayıb.İndi də ki,bəzi istifadəçilər də forumun başın buraxandan sonra,təbii olaraq, xatirə lövhəsinə çevrilir səhifələr.

  • Like 2
Link to comment
Share on other sites

В 02.09.2023 в 01:16, Thinking about nickname сказал:

Mən də bunu demək istədim)

Mənim bütün mövzularımı pozub yalnız bunu saxlayıblar.Mövzunun acılış tarixi 2021.

Mən sizlərə nəqədər maraqlıyam ki, məni izləyirsən.

Fan klubuma yazacam səni.

  • Like 1
  • Haha 1
Link to comment
Share on other sites

  • 4 months later...
В 27.04.2023 в 23:31, Simruq сказал:

Salam Aleykum hər kəsə. Mövzu diqqətimi çəkdi. Mövzular maraqsız deyil, yazanlar maraqsız insanlardır fikrimcə. Bu forumda olan istənilən mövzunu, Rus və ya ingilsis dilində açın və nəticəni görün. Səbəb yazanlardadır, mövzularda deyil. İstənilən ölü mövzunu diriltmək olar.

Çox hörmətli Simruq maraqlı istifadəçilərdən biri siz.) Lakin doğma dilimizdə rahatlıqla fikir yürüdə bilənlərin də əcnəbi dildə yazıb pozmağı seçimindədir problem.

Digər tərəfə axın çoxdur,fikir mübadiləsi üçün də oranı seçirlər.Yoxsa ki,öz dilimizdə xeyli savadlı yazan çox adam var.

İllərdir bura belədir.Bunu ki,siz yaxşı bilirsiniz.

  • Like 1
  • Red Heart 1
  • Sad 1
Link to comment
Share on other sites

11 минуту назад, Igolka сказал:

Çox hörmətli Simruq maraqlı istifadəçilərdən biri siz.) Lakin doğma dilimizdə rahatlıqla fikir yürüdə bilənlərin də əcnəbi dildə yazıb pozmağı seçimindədir problem.

Digər tərəfə axın çoxdur,fikir mübadiləsi üçün də oranı seçirlər.Yoxsa ki,öz dilimizdə xeyli savadlı yazan çox adam var.

İllərdir bura belədir.Bunu ki,siz yaxşı bilirsiniz.

Salam Aleykum dəyərli İgolka xanım. Düşünürəm ki yoldaşlıq, dostluq etməyi bacarmadığımız üçün belə mənzərə yaranıb. Hər kəs hər şeyin ən yaxşısını göstərmək istəyir. Yenədə düşünürəm ki sadə münasibət qurmağı bacara bilsək sadə dialoqlar da qurmaq olar. 

  • Like 1
  • Red Heart 1
Link to comment
Share on other sites

Только что, Simruq сказал:

Salam Aleykum dəyərli İgolka xanım. Düşünürəm ki yoldaşlıq, dostluq etməyi bacarmadığımız üçün belə mənzərə yaranıb. Hər kəs hər şeyin ən yaxşısını göstərmək istəyir. Yenədə düşünürəm ki sadə münasibət qurmağı bacara bilsək sadə dialoqlar da qurmaq olar. 

Bugün bu forumun mənə qazandırdığı ən dəyərli dostla görüşmüşdüm.Onun sayəsində öyrəndim ki,forum bərpa olub.İnanın parolumu da bir neçə cəhddən sonra xatırladım.) 

Əlbəttə ki,bizlər yığışsaq müxtəlif mövzularda maraqlı müzakirələr apara bilərik.Sadəcə məqsəd fikir bildirmək,müzakirə,mübadilə olsa...

  • Like 1
Link to comment
Share on other sites

16 минут назад, Igolka сказал:

Bugün bu forumun mənə qazandırdığı ən dəyərli dostla görüşmüşdüm.Onun sayəsində öyrəndim ki,forum bərpa olub.İnanın parolumu da bir neçə cəhddən sonra xatırladım.) 

Əlbəttə ki,bizlər yığışsaq müxtəlif mövzularda maraqlı müzakirələr apara bilərik.Sadəcə məqsəd fikir bildirmək,müzakirə,mübadilə olsa...

Çox maraqlı. Mən də çox olub ki görüşmək istəmişəm və heç vaxt qismət olmayıb. Əlbəttə ki fikir mübadiləsi sadə ünsiyyət qurmaq, müzakirələr aparmaq hər zaman maraqlıdır. 

  • Like 1
Link to comment
Share on other sites

3 минуты назад, Simruq сказал:

Çox maraqlı. Mən də çox olub ki görüşmək istəmişəm və heç vaxt qismət olmayıb. Əlbəttə ki fikir mübadiləsi sadə ünsiyyət qurmaq, müzakirələr aparmaq hər zaman maraqlıdır. 

Nə olur xeyrə olur.Demək belə olmalı imiş.

Mən isə çox təkid etdim və istəyimə çatdım.Yaxşı ki,varımsan dediklərimdən.

Gəldim bir göz gəzdirim buralara.Məyus oldum ki,mövzullar illər əvvəldən açılanlardır.Sizi də görmək çox xoş oldu ) 

Hər halda aktivlik olarsa qoşularam mütləq.

  • Like 1
Link to comment
Share on other sites

9 минут назад, Ленчик сказал:

Məncə bütün mövzularda Azərbaycan dilində cavab vermək olar, və yavaş yavaş vərdişə çevriləcək...

Hörmətli Lençik,ana dilində yazmaq üçün vərdişə ehtiyac yoxdur.Lakin dilimizdə düşünməkdə əziyyət çəkən,fikirlərini tam çatdıra bilməyənlər üçün yalnış xatırlamıramsa müəyyən bir müddət verilmişdi ki,rus dilində yazsın.

İnanın ki,dilimizi bilənlər bu tərəfə yığışsa,mövzular ana dilində açılsa çox gözəl müzakirələr gedər və bu çox adama motivasiya olar.Amma heç kimi də nəyəsə məcbur etmək olmur və lazım da deyil.Burda illərdir sakitlik hökm sürür.

Edited by Igolka
  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

23 минуты назад, Igolka сказал:

Hörmətli Lençik,ana dilində yazmaq üçün vərdişə ehtiyac yoxdur.

Razı deyiləm, bir iki cümlə yazana deyirlər -bu nədi, səhv edirsən və s...daha diqqətli daha səbrli olmaq vacibdir...

  • Like 4
  • Sad 1
Link to comment
Share on other sites

12 минуты назад, Ленчик сказал:

Razı deyiləm, bir iki cümlə yazana deyirlər -bu nədi, səhv edirsən və s...daha diqqətli daha səbrli olmaq vacibdir...

İrad tutmağa,əsasən də bir başqasında biz ustayıq.)

  • Like 1
  • Haha 1
Link to comment
Share on other sites

15 hours ago, Ленчик said:

Razı deyiləm, bir iki cümlə yazana deyirlər -bu nədi, səhv edirsən və s...daha diqqətli daha səbrli olmaq vacibdir...

Kim deyir, deyerli Lenchik? Aciglama verin.

  • Like 1
Link to comment
Share on other sites

В 01.09.2021 в 01:08, Eli111 сказал:

Salam hiss edirəm ki burada Azərbaycan dilində açılan mövzulara maraq aşağıdır nədən bu baş verir?

Bu qəsdən edilir Azərbaycan dilli forum elanlar bölümü kimi gragda goyularaq?

Hamı cox gözəl bilir bu media resurs Rusiya səfirliyi tərəfindən dəstəklənən bir resursdı bu sayt vastəsiylə daxildə baş verən prosesləri öyrənmək ücün bu bir fərziyədir.

Amma onuda etiraf etmək lazımdır ki biz elita evdə ailədə rus dilinə üstünlük verir.Sanki Rusiyada vaxtında Fransa dili kimi.Bu bir elita etiket dilidir diyə.

Hətda Lev Tolstoyun əsərində Müharibə və Sülh fransızca coxlu cümlə və sözlər var 

 

Sizi sağ olasınız, mən də deyirəm yeni mövzu açılıb, sevindim, sən demə 2021-ci ilin söhbətidir. Maraqlıdır ki, indiyə kimi aktuallığını itirmir. Necə deyərlər, köhnə hama, köhnə tas ))

  • Like 1
  • Haha 2
Link to comment
Share on other sites

24 minutes ago, Eli111 said:

Hə indi başa düşdünüz ki,biz Rusiya Federasiyanın tərkibindəyik.

Nə edək bunada şükür əsas Farslardan uzaq olaq)))

Allah seni saxlasin. Rusun ne qunahi? 9 mln azerbaycan dilli maragli movzu aca bilmir.

  • Like 2
  • Haha 3
Link to comment
Share on other sites

18 часов назад, Ленчик сказал:

Razı deyiləm, bir iki cümlə yazana deyirlər -bu nədi, səhv edirsən və s...daha diqqətli daha səbrli olmaq vacibdir...

Bax, bu heç düzgün deyil, əksinə, insanları həvəsləndirmək lazımdır, səhvlərini tutmaq yox. Səhvləri düzəltmək üçün isə bir ayrı mövzü açmaq olar. Adlar çəkilmədən ən çox yayılmış səhvlər, sözlərin düzgün yazılışı təhlil olunan mövzu.

  • Like 3
Link to comment
Share on other sites

2 минуты назад, Portugaletc сказал:

Allah seni saxlasin. Rusun ne qunahi? 9 mln azerbaycan dilli maragli movzu aca bilmir.

Deyirəm Allah bu rusların canına sağlıq versin, onlar olmasa əyər-əksiklərimizi, səhvlərimizi kimin boynuna yıxardıq? ))

  • Like 2
Link to comment
Share on other sites

4 часа назад, Portugaletc сказал:

Kim deyir, deyerli Lenchik? Aciglama verin.

Dəfələrlə rast gəlmişəm, bir balaca söz söhbət olan kimi yazırlar ki, öz dilinizdə səhv edirsiz, insan təbii ki həvəsdən düşər, birdə cəhd etməz...

1 час назад, *Мира* сказал:

Bax, bu heç düzgün deyil, əksinə, insanları həvəsləndirmək lazımdır, səhvlərini tutmaq yox. Səhvləri düzəltmək üçün isə bir ayrı mövzü açmaq olar. Adlar çəkilmədən ən çox yayılmış səhvlər, sözlərin düzgün yazılışı təhlil olunan mövzu.

 

  • Like 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
      • 7 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Like
      • 31 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Facepalm
        • Haha
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Downvote
        • Upvote
        • Haha
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Facepalm
        • Haha
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...