Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Disputda niyə Azərbaycan dilində açılan mövzular maraqsızdır

Eli111

Recommended Posts

1 час назад, Portugaletc сказал:

Allah seni saxlasin. Rusun ne qunahi? 9 mln azerbaycan dilli maragli movzu aca bilmir.

Maraqlı söhbət açmaq üçün insanların marağı eyni olmalıdır, onları eyni mövzu cəlb etməlidir. Əgər mən səninlə danışmaq istəyirəmsə, nə fərqi var hansı dildə danışırıq, yox əgər mən sənə maraqsızam yenə də dil söhbəti deyil məncə...

  • Like 2
Link to comment
Share on other sites

On 9/1/2021 at 1:08 AM, Eli111 said:

Salam hiss edirəm ki burada Azərbaycan dilində açılan mövzulara maraq aşağıdır nədən bu baş verir?

Bu qəsdən edilir Azərbaycan dilli forum elanlar bölümü kimi gragda goyularaq?

Hamı cox gözəl bilir bu media resurs Rusiya səfirliyi tərəfindən dəstəklənən bir resursdı bu sayt vastəsiylə daxildə baş verən prosesləri öyrənmək ücün bu bir fərziyədir.

Amma onuda etiraf etmək lazımdır ki biz elita evdə ailədə rus dilinə üstünlük verir.Sanki Rusiyada vaxtında Fransa dili kimi.Bu bir elita etiket dilidir diyə.

Hətda Lev Tolstoyun əsərində Müharibə və Sülh fransızca coxlu cümlə və sözlər var 

Вы Эльмар мяллим?))

  • Haha 1
Link to comment
Share on other sites

35 il ərzində 3 4 dəfə əlifba dəyişib. Ə ö ü ç ş ı yazmaq üçün menyu dəyişmək lazımdı, həm də ki onsuzda bütün xüsusi və müasir terminlər başqa dillərdən manimsələnmiş sözlərdi.

Ən sadəsi də - gözlərə ləzzət eləmir

  • Like 1
Link to comment
Share on other sites

8 минут назад, Сhumudan сказал:

9 mln hamı burda oturub , rus dilində yazır?)))

Yox, 9 mln oturub yazmır, burda yazan saytı məlumat almaq üçün istifadə edir, arada bir zarafatlaşır..heç kəsin xoşuna gəlməz ki, onu "nə dildə" danışmasını öyrətsinlər... uşaq deyil ki..

  • Like 2
Link to comment
Share on other sites

Az dilli yuzerlər oturur tiktokda və az da olsa instaqramda. Yazdıqlarının 99 faizi isə qısa və replika xarakterli postlar, komentlər.

Daha dərin və mütaliəli fikir mübadiləsi aparılan veb platforma demək olar ki yoxdur.

  • Like 3
  • Thanks 1
Link to comment
Share on other sites

6 minutes ago, Baku2018 said:

Az dilli yuzerlər oturur tiktokda və az da olsa instaqramda. Yazdıqlarının 99 faizi isə qısa və replika xarakterli postlar, komentlər.

Daha dərin və mütaliəli fikir mübadiləsi aparılan veb platforma demək olar ki yoxdur.

Fb 

  • Like 1
  • Haha 2
Link to comment
Share on other sites

3 часа назад, Ленчик сказал:

Maraqlı söhbət açmaq üçün insanların marağı eyni olmalıdır, onları eyni mövzu cəlb etməlidir. Əgər mən səninlə danışmaq istəyirəmsə, nə fərqi var hansı dildə danışırıq, yox əgər mən sənə maraqsızam yenə də dil söhbəti deyil məncə...

Tamamilə doğrudur

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

2 часа назад, Baku2018 сказал:

Az dilli yuzerlər oturur tiktokda və az da olsa instaqramda. Yazdıqlarının 99 faizi isə qısa və replika xarakterli postlar, komentlər.

Daha dərin və mütaliəli fikir mübadiləsi aparılan veb platforma demək olar ki yoxdur.

Olanlardan da istifadə etmirlər axı. Hər forumda Azərbaycan  dilində bölümlər var, amma orada, demək olar ki, heç kim yazmır. Halbuki bu cür yazmaq dilin inkişafına olduqca çox kömək edir. Lap bəzi şözləri və ya ifadələri bilməsən də tədricən öyrənirsən, dil təcrübəsi əldə edirsən.

  • Like 3
Link to comment
Share on other sites

Söhbət nədən gedir? Bütün forumlarda ( disput, 365 , bakılılar) vur tut 300 aktiv uzer olar olmaz.  Onların da 99 faizi rus sektorunda oxuyublar və əlbəttə ki , rus dilində yazacaqlar. Ölkə miqyasında bu demək olar ki heç nədir.

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

В 31.01.2024 в 15:24, Portugaletc сказал:

Salam, deyerli Igolka xanim. Hansi neticelere gelmek olar?

Sizi də xoş gördük dəyərli Portu.

Bilirsiniz,ətrafı müşahidə etsək həqiqətən də şahidi olarıq ki,bir birini hər hansı məsələdə dəstəkləməyə,stimul verməyə ərinən insanlarla əhatəlidi.Sanki kiminsə xırda səhvini,nöqsanını görməyə həvəsli və bunu onun üzünə vurmağa tələsirik.

Sanki mədəni cəhətdən o pilləyə,səviyyəyə hələ də gəlib çatmamışıq.

Hər hansı əcnəbi dildə bilmək və danışmaq çox gözəl.Bu insanın şəxsi inkişafı üçün lazımdır.

Lakin ana dilində səlis danışıb,fikir bildirə bilmək mənim üçün çox xoşdur.Belə insanlar aramızda az rast gəlinir və mən onlara yaxşı mənada həsəd aparıram.

  • Like 2
Link to comment
Share on other sites

Ana dilində yetərincə savadlı yazanlar,düşünənlər,mütaliə edənlər var.Elə vaxtı ilə burda aktiv istifadəçilər var idi.Onları oxumaq da zövq verirdi.

Əlbəttə ki,hər gün müxtəlif fikirlər oxusan,özün də qarşılıq versən həm yazı şəklin həm düşünmə şəklin dəyişər,inkişaf edər.

  • Like 1
Link to comment
Share on other sites

17 hours ago, Igolka said:

Tewekkurler, deyerli Igolka. Indi her wey aydin oldu.

  • Like 1
Link to comment
Share on other sites

Hamıya salamlar!

Təəssüflə deyirəm ki,bizim dil problemimiz ikinci,bəlkə də üçüncü, dördüncü problemdir. Əgər dövlət iqtisadi,siyasi,elmi cəhətdən müasir dünyanın inkişaf səviyyəsindən geri qalırsa,o dövlət mütləq öncül dövlətlərdən və onların dilindən asılı olacaq.Bunu intuitiv olaraq hər kəs başa düşür. Bədbin olmağıma görə məni qınamayın,amma görünən odur ki,bizim qatarımız artıq gedib.Bu reallıqdır! 

Bizim millətin(tək deyilik,çoxları)dilinin yaxın gələcəkdə artıq muzey eksponatı səviyyəsində qorunacağına əminəm.

Yuxarıda Əli Əliyevin videoda dediyi sözlər ancaq bu cəhətdən əhəmiyyətlidir. Sadəcə dilimizi tam itib-batmaqdan qorumaq! Ədəbiyyat,kino,teatr və bu kimi sahələrdə qalmaq məcburiyyətindəyik. 

Tələbələrimiz xaricdə təhsil almağa çalışır,alimlərimiz işləməyə,elmi əsərlər yazmağa xaricə getmək məcburiyyətindədir. 

Qərəz,ölkənin iqtisadi qüdrəti olmasa dildən,onun inkişafından danışmaq hədərdir.

Gəlin dilimizi heç olmasa muzey eksponatı kimi qorumağa çalışaq!

p.s.  Türk dövlətləri ittifaqı yaranarsa, bəlkə yenə də gələcəyə ümid etmək olar!

Edited by Remzi2
Oшибка
  • Like 1
Link to comment
Share on other sites

21 hours ago, Igolka said:

Ana dilində yetərincə savadlı yazanlar,düşünənlər,mütaliə edənlər var.Elə vaxtı ilə burda aktiv istifadəçilər var idi.Onları oxumaq da zövq verirdi.

Əlbəttə ki,hər gün müxtəlif fikirlər oxusan,özün də qarşılıq versən həm yazı şəklin həm düşünmə şəklin dəyişər,inkişaf edər.

Pis yazmirsiz, amma çox quru. Elə bil YAP-ın qurultayında məruzə edirsiz. Emosiya azdır, emodiya, hörmətli İgolka xanım....

  • Haha 1
Link to comment
Share on other sites

4 минуты назад, Portugaletc сказал:

Pis yazmirsiz, amma çox quru. Elə bil YAP-ın qurultayında məruzə edirsiz. Emosiya azdır, emodiya, hörmətli İgolka xanım....

Adə bir az diri oynayın də!😀

  • Like 1
  • Haha 1
Link to comment
Share on other sites

10 минут назад, Portugaletc сказал:

Pis yazmirsiz, amma çox quru. Elə bil YAP-ın qurultayında məruzə edirsiz. Emosiya azdır, emodiya, hörmətli İgolka xanım....

Yazar deyiləm Portu,fikirlərimi bu şəkildə qələmə ala bilirəm.Quru,maraqsız gələ bilər oxucuya.

Emosiyalar baxışlarda,hərəkətlərdə,canlı..

  • Like 1
  • Thanks 1
Link to comment
Share on other sites

В 02.02.2024 в 20:44, Remzi2 сказал:

Hamıya salamlar!

Təəssüflə deyirəm ki,bizim dil problemimiz ikinci,bəlkə də üçüncü, dördüncü problemdir. Əgər dövlət iqtisadi,siyasi,elmi cəhətdən müasir dünyanın inkişaf səviyyəsindən geri qalırsa,o dövlət mütləq öncül dövlətlərdən və onların dilindən asılı olacaq.Bunu intuitiv olaraq hər kəs başa düşür. Bədbin olmağıma görə məni qınamayın,amma görünən odur ki,bizim qatarımız artıq gedib.Bu reallıqdır! 

Bizim millətin(tək deyilik,çoxları)dilinin yaxın gələcəkdə artıq muzey eksponatı səviyyəsində qorunacağına əminəm.

Yuxarıda Əli Əliyevin videoda dediyi sözlər ancaq bu cəhətdən əhəmiyyətlidir. Sadəcə dilimizi tam itib-batmaqdan qorumaq! Ədəbiyyat,kino,teatr və bu kimi sahələrdə qalmaq məcburiyyətindəyik. 

Tələbələrimiz xaricdə təhsil almağa çalışır,alimlərimiz işləməyə,elmi əsərlər yazmağa xaricə getmək məcburiyyətindədir. 

Qərəz,ölkənin iqtisadi qüdrəti olmasa dildən,onun inkişafından danışmaq hədərdir.

Gəlin dilimizi heç olmasa muzey eksponatı kimi qorumağa çalışaq!

p.s.  Türk dövlətləri ittifaqı yaranarsa, bəlkə yenə də gələcəyə ümid etmək olar!

O qədər də bədbin olmayın. Dilimiz yaşayır və inkişaf edir. Rayolnarda camaat yalnız Azərbaycan dilində danışır. Amma o da düzdür ki, bir az artıq diqqət yetirmək lazımdır. Dövlət tərəfindən, nəzərdə tuturam. Yaxşı kitablar, verilişlər, filmlər lazımdır. İstəyənlər üçün pulsuz və ya heç omasa açağı qiymətlə dil kursları olmalıdır. Bir də ki rus bölmələrində Azərbaycan dili həftədə 2-3 dəfə deyil, hər gün tədris olunmalıdır. 

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

2 часа назад, *Мира* сказал:

Mira xanım,elm və iqtisadiyyat inkişaf etməsə dil inkişaf edə bilməz. Dünyada yeni elmi kəşflər olunduqca dilimizə həmən kəşf olunan dillərdən bizim dilə yeni sözlər,terminlər keçir,biz bunu istəsək də, istəməsək də belədir. Təsəvvür edin ki,son texnologiyalar vasitəsi ilə dilimizə nə qədər yeni sözlər daxil olub. Kompüter,smartfon,internet,sayt,feysbuk,tik-tok,domen,imeyl və s...

Qədimdə dilimizi zor ilə dəyişiblər(biz zəif olmuşuq,ərəb-fars sözləri doludur dilimiz),indi isə elmin gücü ilə. 

Təəssüf ki,hakimiyyətlərimiz də artıq bunu düzəltməyi bacarmayacaqlar.😞

Ancaq ədəbi-bədii sahədə qalacaq dilimiz,100-150 ildən sonra bu dildə ancaq bədii ədəbiyyat qalacaq.😞

  • Like 2
Link to comment
Share on other sites

В 05.02.2024 в 02:29, Remzi2 сказал:

Qədimdə dilimizi zor ilə dəyişiblər(biz zəif olmuşuq,ərəb-fars sözləri doludur dilimiz),indi isə elmin gücü ilə. 

Bu tək bizdə deyil. İnsanlar ünsiyyətdə olduqca dillərə də təsir edir. Söz mübadiləsi gedir. Türk dilini götürsək, onlarda nə qədər alınma (yabancı) söz var, onlar ki zəif deyillər. Bu şox təbii bir haldır, və bütün dillər buna məruz qalır.

  • Upvote 1
Link to comment
Share on other sites

В 05.02.2024 в 02:29, Remzi2 сказал:

Mira xanım,elm və iqtisadiyyat inkişaf etməsə dil inkişaf edə bilməz. Dünyada yeni elmi kəşflər olunduqca dilimizə həmən kəşf olunan dillərdən bizim dilə yeni sözlər,terminlər keçir,biz bunu istəsək də, istəməsək də belədir. Təsəvvür edin ki,son texnologiyalar vasitəsi ilə dilimizə nə qədər yeni sözlər daxil olub. Kompüter,smartfon,internet,sayt,feysbuk,tik-tok,domen,imeyl və s...

Qədimdə dilimizi zor ilə dəyişiblər(biz zəif olmuşuq,ərəb-fars sözləri doludur dilimiz),indi isə elmin gücü ilə. 

Təəssüf ki,hakimiyyətlərimiz də artıq bunu düzəltməyi bacarmayacaqlar.😞

Ancaq ədəbi-bədii sahədə qalacaq dilimiz,100-150 ildən sonra bu dildə ancaq bədii ədəbiyyat qalacaq.😞

Yenə də sizinlə razı deyiləm. Dilimiz elə də asanlıqla təslim olmayacaq. Baxın, Azərbaycan dili dövlət dilimizdi, demək ki geniş sahələrdə işlənir. Yuxarıda dediyim kimi, millətin əksəriyyəti öz dilimizdə danışır. Az da olsa filmlər, verilişlər var, xanəndələrimiz, şairlərimiz var. Yəni düz deyirsiniz, hökümət tərəfdən bir balaca təkan lazımdır ki, bu dilimiz daha da inkişaf etsin. Amma vəziyyət düşündüyünüz kii qorxulu deyil.

Edited by *Мира*
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 49 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
        • Sad
        • Confused
      • 4 replies
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Facepalm
        • Haha
      • 15 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 7 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Facepalm
      • 21 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Facepalm
      • 125 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 39 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       
      • 6 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...