Jump to content
Модераторы форума - Assembler & Bercana
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

🇦🇿 Военная Тема


Recommended Posts

Kəşfiyyatçı kapitan Kazımov Elvin Ədalət oğlu 3 dekabr 1987-ci il tarixində Bakı şəhərində anadan olub. O, hələ yeniyetməlik dövründə hərbçi olmaq arzusu ilə yaşayıb, bu məqsədlə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra isə sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib. 2010-cu ildə tam Ali təhsil aldıqdan sonra bir il Təlim-Tədris Mərkəzində ixtisasartırma kursunda oxuyub. Kapitan Elvin Kazımov leytenant rütbəsi aldıqdan sonra müxtəlif hərbi hissələrdə vətənə sədaqətlə xidmət edib. 
Elvin Kazımovun iki qardaşı da var. O, böyük qardaşı mayor Elçin Kazımovla birlikdə eyni istiqamətdə gedən döyüşlərdə bir-birilərindən xəbərsiz döyüşüb.

Elvin Kazımov 2014-cu ildə, avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ağcabədi rayonunun Yusifcanlı kəndi istiqamətində kəşfiyyat döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin xain pusqusuna düşərək yaralanıb.
2016-ci ildə Aprel döyüşlərində iştirak edən kəşfiyyatçı 2018-ci ildə qüsursuz xidmətlərinə görə medal ilə təltif olunub.
Kapitan Elvin Kazımov 06.10.2020-ci ildə Vətən müharibəsində igidlik bə mərdlik göstərərək Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Kapitan Elvin Kazımov döyüş yoldaşlarıni xilas etmək üçün öz canını fəda edib. Onun son sözləri isə "Əsgərlərimi çıxarın, mən hələ dözərəm" olub.

Kapitan döyüşdən qabaq əsgərlərinə müraciət edərək bu sözləri deyib:
"Ayə, heç kişi də ermənidən qorxarmı?! Biz bura ölməyə deyil, öldürməyə gəlmişik! Ölmək yoxdur, yalnız öldürmək var! Əgər şəhid olacağıqsa, düşməni məhv etdikdən sonra şəhadətə qovuşacağıq".
Şəhidimizi ailəli idi. Rəvan adlı oğlu Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

235774956_1016484765764865_497003367745112391_n.jpg?_nc_cat=100&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=1cHJ-PaPOz8AX9UuA4S&_nc_ht=scontent.fgyd6-1.fna&oh=2b723ba6a516b161bcc51bc09ec96545&oe=615D2587

235540708_1016484739098201_3242694658578389307_n.jpg?_nc_cat=104&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=c8oorvBV82AAX_WsXD5&_nc_ht=scontent.fgyd6-1.fna&oh=11d3b66c307ad58100d8a1934b7663ef&oe=615C2153

  • Milli 7
Link to comment
Share on other sites

Əliyev Malik Təvəkkül oğlu 26 dekabr 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. 1993-2001-ci illərdə Naxçıvan şəhəri 11 nömrəli tam orta məktəbdə təhsil alıb. 2001-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə daxil olur, 2004-cü ildə həmin liseydən məzun olur. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının Sərhəd qoşunları fakültəsinin “İnzibati idarəetmə, taktiki-komando” ixtisası üzrə təhsil alır. 
2008-ci ildə leytenant rütbəsi ilə Malik Əliyev şimal sərhədlərimizin mühafizəsinin etibarlı təmin olunması ilə xidmətə başlayır.  Xudat sərhəd dəstəsində iş fəaliyyətinə başlayan gənc sərhədçi  zabit 2015-ci ildən etibarən Horadiz sərhəd dəstəsində öz xidmətini uğurla davam etdirir. 2017-ci ildən Cevik Hərəkət Qüvvələrində (ÇHQ) müxtəlif vəzifələrdə xidmətə başlayan Malik Əliyev bir sıra kurs və təlimlərdə bilik və bacarıqlarını təkmilləşdirir. 

Mayor Malik Əliyev Vətən müharibəsində igidlik və mərdlik göstərərək 13.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. Duyğu adlı qızı Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Vətənə xidmətə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и стоит)

  • Milli 6
Link to comment
Share on other sites

Babayev Vüqar İlham oğlu 04.07.2001-ci ildə Bakı şəhəri, Xətai rayonunda anadan olub. Vüqar Vətən müharibəsində igidlik və mərdlik göstərərək 02.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, на открытом воздухе и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Şahmarlı Vüsal Mərdan oğlu 11 oktyabr 1996-cı ildə İmişli rayonu, Sarıxanlı kəndində anadan olub. İlk təhsilini Rusiyanın Tümen şəhərində alan Vüsal 5-ci sinifdə oxuyarkən ailəsi ilə birlikdə Azərbaycana qayıdıb və Bakı şəhəri 138 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Orta təhsilini 2014-cü ildə başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Gədəbəydə hərbi xidmətinə başlayıb. Hərbi xidmət müddətində 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə iştirak edib. Hərbi xidmət müddəti bitdikdən sonra Vüsal xüsusilə, biznes sahəsində çalışıb.
2020-ci ilin iyul-sentyabr aylarında Vüsal Şahmarlı da səfərbər olunmuş, 21 sentyabr tarixində hərbi təlim toplantılarına çağrılıb.

Vüsal Şahmarlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində 5 oktyabr tarixindən iştirak edib. Topatıcı əsgər olaraq hərbi əməliyyatlarda, xüsusilə də, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 18 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi nəticəsində qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

  • Milli 7
Link to comment
Share on other sites

Rüstəmov Rövşən Orxan 1999-cu il aprelin 11-də Bakı şəhərində anadan olub. 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasında xidməti olan Tərlan Əliyarbəyovun nəticəsidir. 2005-2016-cı illərdə Xətai rayonunda 165 nömrəli tam orta məktəbdə təhsil alıb. 
Rövşən 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.
Rövşən Rüstəmov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Rövşən Rüstəmov oktyabrın 6-da qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Məmmədov Rövlan Qurban oğlu 24.05.2001-ci ildə anadan olub. Rövlan Vətən müharibəsində igidlik və mərdlik göstərərək 15.10.2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и на открытом воздухе)

  • Milli 7
Link to comment
Share on other sites

Fərid Poladxan oğlu Nağıyev 1999-cu il avqustun 8-də Sabirabad rayonunun Zəngənə kəndində anadan olub.
Vətən müharibəsində savaşıb və sentyabrın 27-si Talış istiqamətində şəhid olub. Sabirabad rayonunda dəfn olunub.
 Prezident İlham Əliyevin  Sərəncamına əsasən Fərid Nağıyev ölümündən sonra "Vətən uğrunda”medalı ilə təltif edilmişdir. 
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

  • Milli 7
Link to comment
Share on other sites

Vətən müharibəsinin qəhrəman Şəhidi polkovnik-leytenant Babək Ramaldanov
Ramaldanov Babək Meyvəddin oğlu 1982-ci il avqustun 9-da Bakı şəhərində anadan olub. Əslən Qusar rayonundan idi. Milliyyətcə ləzgi idi. 1989-1997-ci illərdə Xətai rayonunda 59 nömrəli tam orta məktəbdə, 1997-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM), 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. Ailəli idi. Ramaldan və Süleyman adında 2 oğlu yadigar qaldı. Onun dayısı — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Qarabağ müharibəsinin qazisi Şair Ramaldanovdur.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Babək Ramaldanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Ramaldanov oktyabrın 16-da Füzuli döyüşləri zamanı qəhrəmancasına Şəhid olub.
Şəhidimiz II Şəhidlər Xiyabanında dəfn olunub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (2 человека, люди стоят, военная форма и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Tağıyev Eşqin Asif oğlu 18 mart 1998-ci ildə Göygöl rayonu Üçtəpə kəndində anadan olmuşdur. Kəlbəcər rayon 115 saylı tam orta məktəbi bitirən qəhrəmanımız, Azərbaycan ordusunda XTQ giziri olub.
Azərbaycan Ordusunun əsgəri olan Eşqin Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib.
30.10.2020-ci ildə Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

  • Milli 7
Link to comment
Share on other sites

Ülfət Qabil oğlu Babazadə 2000-ci il fevralın 28-də Lənkəran rayonunun Daştatük kəndində anadan olub.
Ülfət orta məktəbi bitirib müstəqil həyata qədəm qoyanda əsas amili millət, dövlət yolunda vicdanla çalışmaq, el-odada yaxşı işlər görmək, ömrünü halallıqla keçirtmək olur. Qaldı ki, murdar erməni dığaları onun saf, ülvi duyğulardan pöhrə tutan arzularını yarımçıq qoyurlar. Ürəyi sevdalı yeniyetmə Cəlilabaddakı Xüsusi Təyinatlı Qüvvələrdə həqiqi xidmətə göndərilir. Burada əsgər Ülfətin vətənpərvərliyi, təlimlər zamanı qeyri-adi döyüş bacarıq və qabiliyyətləri, Vətənə, torpağa sədaqəti aydın şəkildə özünü göstərir. Düşmənə nifrəti, qəzəbi isə onu daha da qətiyyətli edir. Elə ilanın başını əzməkdən ötrü çox şey öyrənir. Və dığalara qələbə çalacağı günü səbirsizliklə gözləyir.

Ülfət Babazadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Ülfət Babazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
Qarabağ uğrunda Vətən müharibəsi başlayan kimi Ülfət Babazadə cəbhə xəttinə yollanır. Erməni dığaları ilə ölüm-dirim savaşına atılır. Neçə-neçə odun-alovun içindən zəfərlə çıxır. Cəbrayılın, Zəngilanın, Suqovuşanın hər qarış torpağı naminə qəhrəmanlıqla vuruşur. Düşmənin texnika və çoxlu sayda canlı qüvvəsini məhv edir. İgid əsgər Şuşa şəhərinin işğalçı dığalardan azad etməkdə xüsusi hünər göstərir. Ülfət Babazadə noyabrın 9-da Şuşa döyüşləri zamanı qəhrəmancasına Şəhid olub.

Şəhidimiz Lənkəran rayonunda dəfn olunub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и на открытом воздухе)

  • Milli 7
Link to comment
Share on other sites

Xəzri Elnur oğlu Sarıyev 2000-ci il oktyabrın 15-də Saatlı rayonunun Orta Muğan kəndində anadan olub.
O, 2000-ci il oktybarın 15-də Saatlı rayon Orta Muğan kəndində dünyaya gəlib. 2018-ci ildə vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yollanır. Xidmətini başa vurduqdan sonra fəaliyyətini MAXE kimi davam etdirməyə qərar verib. Xəzri XTQ-in tərkibində təlimlərə qatılaraq bir sıra uğurlar əldə edir.
Valideynləri onun uşaq vaxtlarından hərbi vətənpərvərlik ruhda böyüdüyünü, daim milli qəhrəman Mübariz İbrahimovdan örnək götürdüyünü deyirlər.

Xüsusi təyinatlı Qüvvələrin hərbçisi olan Xəzri Sarıyev ötən il sentyabrın 27-də vətən müharibəsinə qatılıb. Murovdağ istiqamətində düşmənə ilk zərbələr endirən qəhrəmanlarımızdan biri olub. Döyüşlər zamanı düşmənin xeyli sayda canlı qüvvəsinin məhv edilməsində iştirak edib.Qəhrəmanımız sentyabrın 27-də Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Qəhrəman şəhidimiz böyüyüb boya-başa çatdığı Orta Muğan kənd qəbristanlığında dəfn olunub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек)

  • Milli 7
Link to comment
Share on other sites

Aprel döyüşlərinin qəhrəman Şəhidi XTQ giziri MƏHƏBBƏT MİRZƏYEV
Rahat uyu Şəhidim uğruna canından keçdiyin Vətənimiz artıq işğaldan azaddır.
Məhəbbət Mirzəyev 1994-cü ilin 16 dekabr günündə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.
Məhəbbət Mirzəyev 2016-cı ilin aprel ayının 4-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərində(həmin ərazilər artıq işğaldan azad edilib) baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına şəhid olub.
Aprelin 12-si isə Məhəbbət Mirzəyev doğulduğu Beyləqan rayonunun Dünyamalılar kəndində son mənzilə yola salınıb.
Məhəbbət Mirzəyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек)

  • Milli 7
Link to comment
Share on other sites

Baş leytenant Kərimov Sənan Rəhman oğlu 29.03.1991-ci ildə Ağdam rayonunda anadan olub. Sənan Vətən müharibəsində igidlik və mərdlik göstərərək 07.10.2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları və “Rəşadət” ordeni ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Aprel döyüşlərində qəhrəmancasına  şəhadətə ucalan Şəhidimiz kapitan NƏCMƏDDİN SAVALANOV
Nəcməddin Akif oğlu Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamldıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb. 
Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində(həmin ərazilər artıq işğaldan azad edilib) baş verən "Aprel döyüşləri" zamanı ayağından və çiynindən ağır qəlpə yarası alıb. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında Şəhid olub.

Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və kapitan Savalanov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Nəcməddin Savalanov Şəhid olduqdan sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib. 
Nəcməddin Savalanov ailəli idi, Leyla, Nuray və Adəm adlarında övladları bizlərə yadigar qalıb.
Şəhidimiz haqqında 2017-ci ildə “Şəhidliyə aparan yol” adlı film çəkilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Səmədov Məhəmməd Niman oğlu 13.06.2001-ci ildə Bakı şəhəri, Pirşağı qəsəbəsində anadan olub. Məhəmməd Vətən müharibasi igidlik və mərdlik göstərərək  07.10.2020-ci il tatixdə Füzuli istiqamətinə gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма и текст)

  • Milli 7
Link to comment
Share on other sites

 Aprel döyüşlərində qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz baş leytenant Mirzə Novruzov
Qəhrəman Şəhidimizin Nihad və Nuray adlı övladları Vətənə əmanətdir.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

234209733_1014343522645656_5093161800702683918_n.jpg?_nc_cat=105&ccb=1-5&_nc_sid=730e14&_nc_ohc=C8Dajy4w_7YAX_9La0p&_nc_ht=scontent.fgyd6-1.fna&oh=1e76136f3dd522f0eb242772bec136ff&oe=615BAF99

Возможно, это изображение (2 человека, люди стоят и в помещении)

Возможно, это изображение (6 человек, люди стоят и на открытом воздухе)

  • Milli 7
Link to comment
Share on other sites

Hüseynov Xaliq Kamil oğlu 20.09.2001-ci ildə Bakı şəhərində anadan olub. Xaliq Vətən müharibəsində igidlik və mərdlik göstərərək 16.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

  • Milli 7
Link to comment
Share on other sites

Həsənov Tacir Elşən oğlu 21.04.2001 -ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda anadan olub. Tacir Vətən müharibəsində igidlik və mərdlik göstərərək 14.10.2020-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек)

  • Milli 7
Link to comment
Share on other sites

Piriyev Raul Zabid oğlu 04.06.1997-ci ildə Şəmkir rayonu, Kür qəsəbəsi anadan olub. Raul Vətən müharibəsində igidlik və mərdlik göstərərək 13.10.2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и стоит)

  • Milli 7
Link to comment
Share on other sites

Rzayev Aslan Süleyman oğlu 21.01.1995-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olub. Aslan Vətən müharibəsində igidlik və mərdlik göstərərək 13.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, военная форма и на открытом воздухе)

  • Milli 7
Link to comment
Share on other sites

Qasımov Orxan Rizvan oğlu 21 yanvar 1996-cı ildə Füzuli rayonunda anadan olub. 2013-cü ildə 296 saylı tam orta məktəbi bitirdikdən sonra 531 balla Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Qaz-neft-mədən fakültəsinin Neft-qaz mühəndisliyi ixtisasının əyani şöbəsinə daxil olub. 2017-ci ildə ADNSU-nun Neft-qaz mühəndisliyi ixtisasını bitirib. 
Orxan 27 sentyabr 2020-ci ildə Füzuli rayonunda baş verən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек)

  • Milli 7
Link to comment
Share on other sites

Sübhan Səbuhi oğlu Məmmədli 1994-cü il avqustun 12-də Kəngərli rayonunun Xıncab kəndində anadan olmuşdur.

2009–2012-ci illərdə Heydər Əliyev Adına Hərbi Liseydə təhsil alıb. 2012–2016-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 
Sübhan Məmmədli 2016-cı ildə Leytenant rütbəsi alaraq Ordu sıralarına daxil olmuşdur. Xidmətə Bərdə şəhər N saylı hərbi hissədə başlamışdır. 2017-ci il may və sentyabr aylarında Tərtər rayonu istiqamətində ön xəttə xidmət etmişdir. 2017-ci ildə Goranboy rayon Ballı Qaya N saylı hərbi hissəsinə Bölük Komandiri vəzifəsinə göndərilib. 2018-ci ildən xidmətini Bakı şəhər N saylı hərbi hissəsində Bölük Komandiri vəzifəsində davam etdirmişdir. 2019-cu il 26 iyunda Baş Leytenant rütbəsinə yüksəlmişdir. 2020-ci il 27 sentyabrda başlanan Vətən müharibəsində, cəbhənin ön xəttinə yollanaraq orada  qəhrəmanlıq göstərmişdir. Düşmənin keçilməz hesab edilən bir neçə postunu elə keçirmişdir. 
20 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olmuşdur.
Şəhidimiz ailəli idi. Ömür və Sübhanə adlı övladları Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Heydərov Əli Vaqif oğlu 9 fevral 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olub. Daha sonra ailəsi ilə birgə Bakı şəhərinə köçüb. O, 2008-ci ildə Binəqədi rayonu 135 nömrəli məktəbdə təhsil almağa başlayıb.
Əli 7 may 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb və  Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb
Əli Vətən müharibəsində igidlik və mərdlik göstərərək Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, на открытом воздухе и текст)

  • Milli 7
Link to comment
Share on other sites

Adışov Qüdrət Rahim oğlu 26.07.1998-ci ildə Yardımlı rayonu, Ostayır kəndində anadan olub. Sonra ailəsi ilə birgə Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmışdır. Orta məktəbi də yaşadığı qəsəbədə alan Qüdrət 2016-cı ildə Bakı Biznes Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. O, həmçinin, ASAN xidmət könüllüsü olaraq çalışırdı.
Universiteti başa vurduqdan sonra 7 iyul 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb.
Adışov Qüdrrət Vətən müharibəsində Tərtər istiqamətində gedən döyüşlərdə vuruşub. 28 sentyabr 2020-ci ildə Goranboy istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 
2 oktyabr 2020-ci ildə Zabrat qəsəbəsində yerləşən Zabrat-1 qəbiristanlığında dəfn edilib

O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и стоит)

  • Milli 6
Link to comment
Share on other sites

600 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olan qəhrəman Şəhidimiz Şalıyev Ceyhun Nüsrət oğlu 20.05.1994-cü ildə Gəncə şəhərində anadan olub. 90-cı illərin sonunda ailəsi ilə birlikdə Rusiya Federasiyasının Voronej şəhərinə köçən C.Şalıyev orta təhsilini 1-ci sinifdən 7-ci sinifədək orada alıb. 2008-ci ildə yenidən Azərbaycana qayıdaraq təhsilini Bakı şəhərində yerləşən 94 nömrəli tam orta məktəbdə davam edib.

2011-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (hazırda Dövlət İmtahan Mərkəzi) tərəfindən ali təhsil müəssisələrinə qəbulla əlaqədar keçirilən imtahanda 600 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Ali təhsil aldığı dövrdə müxtəlif yerlərdə işləyib. Uşaqlıq illərindən etibarən mütəmadi olaraq idmanın müxtəlif sahələri ilə məşğul olub. Təhsil aldığı dövrdə universitetin ictimai-siyasi həyatında fəal iştirak edib.
2015-ci ildə ali təhsilini uğurla başa vurduqdan sonra hərbi xidmətə çağrılan C.Şalıyev 2016-cı ilin aprel ayında düşmənin təxribatçı əməliyyatları nəticəsində baş tutmuş 4 günlük müharibənin iştirakçısı olub. Hərbi xidmətdən qayıtdıqdan sonra “Azərcell Telekom” MMC-də çalışmağa başlayıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlanan Vətən müharibəsi zamanı könüllü qaydada ordu sıralarına yazılan C.Şalıyev döyüşlərdə iştirak edərək Füzuli uğrunda gedən döyüşlərdə savaşıb.
01.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma kecərkən qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это крупный план (1 человек и текст)

  • Milli 5
Link to comment
Share on other sites

Аprel döyüşlərində, Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalan, bir ayağı Lələtəpədə dəfn edilən Şəhidimizi əsgər CABBARXAN HACIAĞAYEV
Cabbarxan İlham oğlu Hacıağayev 1996-cı il 4 avqustda Bakı şəhərində anadan olub.
Əsgər Cabbarxan Hacıağayev, 2016-cı ilin aprel ayında Azerbaycanın ermənistan tərəfindən işğal olunmuş ərazilərində(həmin ərazilər artıq işğaldan azad edilib) baş verən "Aprel döyüşləri" zamanı qəhrəmancasına Şəhid olub.

Aprelin 5-də Cabbarxan Hacıağayev, doğulduğu Bakı şəhərində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və əsgər Cabbarxan Hacıağayev uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Cabbarxan Hacıağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə  "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Şəhidimizin atası: "Cabbarxanın tabutunu gətirəndə bədənində bir ayağı yox idi. Sonradan onun bir ayağını da Lələtəpədə tapdılar. O tək ayağını Lələtəpədə sancılan bayrağın aşağısında dəfn ediblər."
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит, обувь и военная форма)

  • Milli 6
Link to comment
Share on other sites

Məmmədov Sənan Tehran oğlu 27.07.2000-ci ildə Göyçay rayonu, Çaxırlı kəndində anadan olub. Sənan Vətən müharibəsində igidlik və mərdlik göstərərək 21.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и водоем)

  • Milli 6
Link to comment
Share on other sites

Ailənin tək oğul övladı olan Kazımlı Mürsəl Kamil oğlu 23.07.1992-ci ildə anadan olub. Mürsəl Vətən müharibəsində igidlik və mərdlik göstərərək 24.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и стоит)

  • Milli 6
Link to comment
Share on other sites

Bayramov Ramin Hüseynağa oğlu 8 oktyabr 1979-cu ildə Cəlilabadın Alar kəndində doğulub.
1986-1996-cı illərdə Alar kənd 2 saylı orta məktəbdə təhsil alıb. 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub, 2000-ci ildə oranı əla qiymətlərlə bitirdikdən son 3 ay hərbi təlim-məşq keçərək leytenant rütbəsi alıb
2005-ci ildə hərbi xidmətə yollanıb, 2006-cı ildə baş leytenant rütbəsi ilə Milli ordudan ehtiyata buraxılıb.
Vətən müharibəsi başlanandan sonra Ali Baş Komandanın hərbi səfərbərlik əmrinə əsasən, 2020-ci il sentyabrın 28-də səfərbərliyə çağırılıb və həmin gün də müharibəyə yollanıb. Bölük komandiri vəzifəsini icra edən baş leytenant Ramin Bayramov Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının düşməndən azad edilməsində böyük şücaət göstərib. Müharibənin son günlərində Qubadlıda şəhadətə yüksəlib və noyabrın 11-də Alar kəndində dəfn edilib. 

Ailəli olan Şəhidimizin Nərmin, Yusif və Yunis adlı övladları Vətənə əmanətdir.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

  • Milli 6
Link to comment
Share on other sites

Gülmalıyev Ağamirzə Ağabəy oğlu 02.04.2002-ci ildə Bakı şəhəri, Qaradağ rayonunda anadan olub. Ağamirzə Vətən müharibəsində igidlik və mərdlik göstərərək 01.10.2020-ci ildə Goranboy istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

  • Milli 6
Link to comment
Share on other sites

Mirzəliyev Kamal Əjdər oğlu 30.08.1996-cı ildə Bakı şəhəri, Qaradağ rayonunda anadan olub. Kamal Vətən müharibəsində igidlik və mərdlik göstərərək 17.10.2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек и текст)

  • Milli 5
Link to comment
Share on other sites

Elsevər Vaqif oğlu Paşayev 1988-ci ildə iyul 1-də Cəbrayıl rayonu  Qovşudlu kəndində müəllim ailəsində dünyaya gəlmişdir. 1993-cü ildə Cəbrayıl rayonunda məcburi köçkün düşən ailə Beyləqan rayonunda Milabad qəsəbəsində yerləşən mədəniyyət klubunda məskunlaşır. İlk orta təhsilini Cəbrayıl rayonu  Qovşudlu natamam kənd məktəbində alır. 

2003-cü ildə C. Naxçıvanski adına hərbi liseyə qəbul olur və buranı əla qiymətlərlə bitirərək H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. Ali Hərbi Məktəbi bitirdikdən sonra leytenant rütbəsində  Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə ilk iş fəaliyyətinə başlayır və 3 il burada işləyir.

Sonra Bakıda yerləşən müxtəlif Sülhməramlı Qüvvələrinin hərbi hissələrində çalışır. Respublikanın müxtəlif rayonlarında yerləşən “N” saylı hərbi hissələrdə zabit kimi hərbi xidmətini davam etdirib. Elsevər, aktiv şəkildə idmanla məşğul olub, ümumən həmişə öz fiziki, mənəvi-psixoloji hazırlığı ilə seçilib.                         
2013-ci ildə baş leytenant rütbəsini, 2017-ci ildə isə kapitan rütbəsini alır. 2020-ci ilin oktyabr ayında “Vətən Müharibəsində” göstərdiyi şücaətə görə vaxtından əvvəl mayor rütbəsi alır. Elsevər Paşayev olduqca savadlı kadr idi, ingilis və rus dillərini mükəmməl bildiyi üçün tez-tez   xarıcı ölkələrdə Cexiyada, Almanyada, Türkiyədə, İngiltərədə, Macarıstanda, Bolqarıstanda, Əfqanıstanda hərbiçilərə təlimlər keçir. 2016-cı ildə Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin alınmasında onun müstəsna rolu olur. Ən çox sevdiyi idman növü futbol olur və vaxt tapdıqca komanda yığaraq futbol da oynayırdı. Hansı ölkəyə gedirdisə mütləq cantasında “Qarabağ” futbol klubunun formasını götürüdü ki, xarici ölkədə hədiyyə verərək Qarabağı tanıtsın. 

2020-i il sentyabrın 27-də Azərbaycan Böyük Vətən Müharibəsi başlayınca Elsevər Paşayevdə da ilk günlərdən döyüşlərə atılır. Sentyabrın 26-da gecə saat 03:00 radələrində hazırlaşıb evdən çıxarkən dizi üstündə yeriyərək qızları Nərmin və Banunu öpüb evdən çıxır, bu onun son gedişi olur...                                         
Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın  bir sıra kəndlərini düşməndən təmizlənməsində xüsusi xidmətlər göstərib. Mayor Paşayev Xudafərin körpüsünə ilk bayraq sancanlardan biri olub.  Döyüşdə qərargah rəisi vəzifəsinə seçilir. 

2020-ci il 21 oktyabr...Qubadlının Sarıyataq kəndində minaya düşür və mina ayağını aparır. Ağcabədi rayonunda hərbi hospitala gətirilir, boyun, boğaz və qarın nahiyyələrində qəlpələr olur. 4 gün komada qalan mayor Paşayev 24 oktyabr qəhrəmancasına  32 yaşında şəhidlik zirvəsinə ucalır. Azərbaycan Ordusunun şəhid olan mayoru Elsevər Paşayev ikinci Fəxri Xiyabanda dəfn olunub.                                                        
 6 yaşında Nəzrin, 3 yaşında Banu adlı qızları Vətənə yadigar qaldı. 
Xidmət zamanı bir sıra  beynəlxalq və qiymətləndirmə diplomlarına, sertifikatlara,  fəxri fərmanlara, təşəkkürnamələrə, medallara layiq görülən Elsevər öz davranışı ilə həmişə seçilib, əsgərlərinin sevimlisi olub. Elsevər Paşayev şəhid olduğu günədək Ali Baş Komandanın müvafiq fərmanları ilə bir çox təltiflərə layiq görülüb

2008-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi” (1918-2008) yubley medalı.
2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” (1918-2020) yubley medalı.
2017- ci ildə “Qüsursuz Xidmətlərə görə” 3-cü dərəcəli medalı.
2013-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi” yubley medalı.
Əfqanıstan İslam Respublikasında  6 aylıq kurs medalı
 Snayper kurslarını əla bitirdiyinə görə  “Snayper üzrə mütəxəsis” medalı.  
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, военная форма и на открытом воздухе)

  • Like 1
  • Milli 7
Link to comment
Share on other sites

Aslanov Elşən Alxas oğlu 29.09.1999-cu ildə Bakı şəhəri, Qaradağ rayonunda anadan olub. Elşən Vətən müharibəsində igidlik və mərdlik göstərərək Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и текст)

  • Milli 6
Link to comment
Share on other sites

Rəsulov Teymur Yavus oğlu 23.03.1988-ci ildə Bakı şəhəri, Qaradağ rayonunda anadan olub. Teymur Vətən müharibəsində igidlik və mərdlik göstərərək 21.10.2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz subay idi.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!

Возможно, это изображение (1 человек, стоит и военная форма)

  • Milli 6
Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Like
      • 7 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 31 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...