Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azərbaycanın milli mətbəxi


Recommended Posts

[quote name='МуМу' timestamp='1288612356' post='7617489']
Biz tərəflərdə (mən uşaqlıqdan belə görmüşəm) soyuqlamış adama əvəlik şorbası hazırlayırlar. Cana dərman ))
[/quote]

əvəlikli umac - adamı dirildir!))

Link to comment
Share on other sites

  • Replies 607
  • Created
  • Last Reply

[quote name='gagulya' timestamp='1288596354' post='7615653']
 Gözəl mövzudur, bizim zonanın (Qarabağın) bir yeməyi var, boyanalı aş, bakılılar ona şüyüdlü aş deyirlər, amma əslində biz tərəflərdə onu boyana göyərtisi ilə bişirirlər.. Boyana əslində şüyüddən az fərqlidir, fərqi ondadır ki, yabanı bitkidir, yəni öz-özünə bitir, və şüyüdün "dikiy" formasıdır, amma daha ətirlidir....
[/quote]

Boyana şüyüddən çox ətirlidi, bizim bazarlarda yaz aylarında hərdən tapmaq olur. Sizlərdə boyana ilə aş dəmləyəndə yumurta vururlar??? :rolleyes:

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288371677' post='7603718']
Mən əsasən soğan suyu kimi eşidmişəm. Nənəm çox dadlı bişirirdi, indi anamda əla bişirir. Bilmirəm hansısa istifadəçi yazmışdı ki, soğan suyu kasıb yeməyi deyil. Bu doğurdan da belədir çünki hazırlanmasında bir çox ərzaqlardan istifadə olunur ətdən başqa. Misal üçün içinə çoxlu miqdarda[b] kərə yağı qatılır, bundan başqa şabalıd, heyva, turşu, lobya, kartof və yumurtada əlavə olunur.[/b] Təbii ki, adından da bəlli olaraq çox soğan tökülür ki, bu da yeməyi dadlı və şirin edir.
[/quote]
bizdə də eynilə nənəm bu formada bişirirdi...bütün saydığıniz məhsullar əlavə olunurdu..Atam,babam çox sevirdi bu yeməyi..Yadımdadı,yumurta xörəyin üzündə qalırdı,ona görə yeye bilmiridim..))

Link to comment
Share on other sites

[quote name='ToppushkA' timestamp='1288614951' post='7617863']
Boyana şüyüddən çox ətirlidi, bizim bazarlarda yaz aylarında hərdən tapmaq olur. Sizlərdə boyana ilə aş dəmləyəndə yumurta vururlar??? :rolleyes:
[/quote]

Məndə məhəttələm...?? bəs qazmaq hanı?...birdə gəncəli xanım düz deyir paxlalı aş çüyüdlə müsübət ləzzətli yeməkdir.... Bu mövzunu oxuqca adam birtəhər olur...
Onu deyim ki yemək bişirmək özlüyündə incəsənətdir...
Mən çox istərdim ki bizim milli yeməkləri bizim xanımlar evdə bişirməyi bacarsınlar...çox sağ olun...:rolleyes:

Link to comment
Share on other sites

[quote name='HERBERT' timestamp='1288616272' post='7618041']
Məndə məhəttələm...?? bəs qazmaq hanı?...birdə gəncəli xanım düz deyir paxlalı aş çüyüdlə müsübət ləzzətli yeməkdir.... Bu mövzunu oxuqca adam birtəhər olur...
Onu deyim ki yemək bişirmək özlüyündə incəsənətdir...
Mən çox istərdim ki bizim milli yeməkləri bizim xanımlar evdə bişirməyi bacarsınlar...çox sağ olun...:rolleyes:
[/quote]

söhbət qazmaqdan getmir...
həmin bu aşı dəmə qoyanda, düyünün arasında bir neçə "deşik" açırlar, onlara çiy yumurta vururlar (sarısı dağılmamalıdı!) üstünüdə düyü ilə bağlayırlar. Aş dəm alana qədər yumurtalar bişir, boşqaba qoyanda hər adama bir dənəsi düşür)

Link to comment
Share on other sites

[quote name='nikowka' timestamp='1288351376' post='7601739']
men corat qutabindan dadmişdim)) herçend ki bu coxdan olub...amma dadi əla idi!
[/quote]
Mən o qutabdan ilk dəfə Əmircan Qəsəbəsində yemişəm,orda ona Xilə qutabı deyirlər.Xilə Əmircanın keçmiş adıdır.Məncə restoranın da adı Xilə kafesi adlanır..
Şəkərbura boyda olur,içinə yalan-doğru dəvə əti qoyurlar..Amma adam gərək 10-15-in yesin ki doysun..Qutabların yanında qatıq,sumağ və acika verirlər.Hərənin zövqünə görə..

İkinci dəfə Novxanıda dəniz qırağında yemişəm,o da dadli idi..Amma Əmircandakını xüsusi bişirirlər..

Link to comment
Share on other sites

[quote name='svetlaya72' timestamp='1288610425' post='7617257']
Bakılıların bir yeməyi də var, ona xəmiraşı deyirlər. Çox vaxt ona xırda lobya da əlavə edirlər.
[/quote]
Hə xəmiraşı sulu olur xəmiri nazik uzun-uzun kəsirlər elə bişirirlər.

Link to comment
Share on other sites

[quote name='hemishecavan' timestamp='1288617803' post='7618252']
Quba mətbəxinin bir yeməyi var adı "həlimaşı". Buğdadan bişirilir, içinə ət qırıntıları qatılır. İçinə əridilmiş kərə yağı qatıb yeyilir, əsasən qışda bişirilən yeməkdir.
[/quote]
Düzdü anamın arada bişirdiyi yeməkdir..Biz xoşlamırıq deyə özüyçün bişirir..

Anamım plovu xüsusi olur...
Bilənlər bilir ki istər şirniyyatlarda,istər milli yeməklərimizdə qubalılar çox bacarıqlıdırlar..

Link to comment
Share on other sites

[quote name='Migel Gonsales' timestamp='1288619094' post='7618406']
yəqin sirrdir,onu ancaq rəhmətlik nənəm əla bişirirdi..))
Onu da deyim ki çox enerjili yeməkdir.İçində olmayan şey yoxdur..
[/quote]

Mən deməzdim ki enerjili yeməkdir. Orada ət yoxdur.

Link to comment
Share on other sites

[quote name='Migel Gonsales' timestamp='1288618848' post='7618369']
Düzdü anamın arada bişirdiyi yeməkdir..Biz xoşlamırıq deyə özüyçün bişirir..

Anamım plovu xüsusi olur...
Bilənlər bilir ki istər şirniyyatlarda,istər milli yeməklərimizdə qubalılar çox bacarıqlıdırlar..
[/quote]

Hə başladıq bəsəbəsliyə... :) mən Azərbaycan xanımlarını seçmirəm...mənə bütün bölgələrin yeməkləri xoşdur, bacarıqlı isə hər yerdə var belə demə... smoke:

Link to comment
Share on other sites

hec bir sirr filan yoxdur.))
demek..ilk once xirda dogranmiw sogan yazgda qovrulur...rengi qizaranda ya pomidor ya da tomat pastasi vurulur..
kenarda ise xirda (el arasinda maw lobya deyilir)lobya suda qaynadilir..lobya biwen muddetde qazana (bolgelerde ola biler inqredientler ferqli olsun) albuxara, erik qurusu, alcha qurusu,heyva elave olunur...sogan da qovrulduqdan sonra hemin suya elave olunur... duzu zovqe gore vurulur...xorek nece nefere nzerde tutulubsa, hemin sayda da yumurta vurulur,,yumurtani qazana salandan sonra caliwmaq lazimdir ki, orda dagilmasin..ve herenin bowqabina diri wekilde qoyulsun..

Kohne Gencelilerin bir coxu bu xoreyi ozunemexsus qaydada hezmi-rabeden keciririr))) yeni nece..
kasa ve ya derin bowqaba bir qeder boyat corek xirda-xirda dogranilir...ilk once hemin bu xoreyin suyunda corek isladilir ..xoreyin diger ingredientleri ise hemin bu coreyin ya uzerine awqarasikimi qoyulur..ya da adi worba kimi bowqaba cekilib nuw edilir...

bu menim bildiyim, oyrendiyim usuldur..

ola biler ki, diger bolgelerin xanimlari ferqli wekilde hazirlayir..amma men wexsen oz bildiyimiz kimi yazdim...
:rroza:

Link to comment
Share on other sites

Mən bildiyim soğan supuna yumurta vurulur, lakin o yumurta adamların sayına görə yox yeməyin miqdarına görə vurulur yəni maksimum 2-3 ədəd. Yumurta ayrı qabda yaxşı çalxalanır və vurulur. Əgər çox yumurta vursaq onda qayqanaq olar :)

Link to comment
Share on other sites

[quote name='HERBERT' timestamp='1288623237' post='7618841']
Hə başladıq bəsəbəsliyə... :) mən Azərbaycan xanımlarını seçmirəm...mənə bütün bölgələrin yeməkləri xoşdur, bacarıqlı isə hər yerdə var belə demə... smoke:
[/quote]
Ok daha demirem ))..amma ne var idi o vaxtki nənələrdə,analarda var idi,indiki qizlarimizın yarisindan coxu hec yumurta bishire bilmir..Ya ellerin yandirirlar,ya da yumurtani tavaya vurandan sonra yadlarina dushur ki yagh tokmek lazim imiş..:morqqqq: ...İsh yoldashlarimdan bilirem )))

Link to comment
Share on other sites

[quote name='HERBERT' timestamp='1288623237' post='7618841']
Hə başladıq bəsəbəsliyə... :) mən Azərbaycan xanımlarını seçmirəm...mənə bütün bölgələrin yeməkləri xoşdur, bacarıqlı isə hər yerdə var belə demə... smoke:
[/quote]

Axır ki, kimsə bunu yazdı ))) Yoxsa bakılılar etalon olub mətbəxdə. Deyəcəm, yenə adım pis olacaq, amma yenə də deyəcəm ))) Bakılı bir qohumum var, vallah o yemək yox, elə bil xəşil bişirir :) Ona görə də onlara gedəndə nəinki yemək yemək, heç çay içmək istəmirəm. Qaçıram :(
Qabiliyyət regional mənsubiyyətə bağlı deyil. Bacaran bacaracaq, hansı zonadan olmasından asılı olmayaraq.

[b]Migel[/b]
Ətrafınızda olan 4-5 qadına istinad edib nəticə çıxarmaq düzgün deyil. Mən çox gənc qızlar tanıyıram, maşallah, elə qonaq qarşılayıb yola salırlar ki, "bərəkəllah" deməkdən savayı bir şey qalmır :D Hər şey anadan asılıdır, əgər ailədə ana evdardısa, biş-düşdə qabiliyyətldiirsə, onda qızı 90% onun kimi olacaq.
Sizin misalınız bilirsiniz nəyə bənzəyir, məsələn mən durum deyim ki, indiki oğlanlar divara 1 mıx vura bilmirlər. Nə var nə var 2-3 belə adam tanıyıram. Sizcə bu cür fikir yürütmək nə qədər düzgün olur? =)
Nənələrə gəlincə, yaramı tərpətdiniz. Ana nənəm 1991-ci ildə rəhmətə gedib. Deyə bilərəm ki, elə ağzımın dadını da özü ilə aparıb. Anam, xalalarım çox dadlı bişirilər, bu da bizim nəsildə irsəndi, çünki həmin o nənəmin atası baş aşpaz olub :P Amma yenə də nənəmin xörəkləri üçün, elə özü üçün də burnumun ucu göynəyir..

Link to comment
Share on other sites

[quote name='J.ALIYEV' timestamp='1288680853' post='7621977']
İştahıniz çəkirsə, sizi Naxçivanın çəkmə-aşına qonaq edı bilərəm. Özüdə qovurma ilə....
[/quote]

Çəkmə aş bilmirəm, amma sizin zonanın o ballı qayğanağının dadına baxmaq istəyərdim :rolleyes:

Link to comment
Share on other sites

[quote name='nikowka' timestamp='1288634895' post='7619874']
hec bir sirr filan yoxdur.))
demek..ilk once xirda dogranmiw sogan yazgda qovrulur...rengi qizaranda ya pomidor ya da tomat pastasi vurulur..
kenarda ise xirda (el arasinda maw lobya deyilir)lobya suda qaynadilir..lobya biwen muddetde qazana (bolgelerde ola biler inqredientler ferqli olsun) albuxara, erik qurusu, alcha qurusu,heyva elave olunur...sogan da qovrulduqdan sonra hemin suya elave olunur... duzu zovqe gore vurulur...xorek nece nefere nzerde tutulubsa, hemin sayda da yumurta vurulur,,yumurtani qazana salandan sonra caliwmaq lazimdir ki, orda dagilmasin..ve herenin bowqabina diri wekilde qoyulsun..

Kohne Gencelilerin bir coxu bu xoreyi ozunemexsus qaydada hezmi-rabeden keciririr))) yeni nece..
kasa ve ya derin bowqaba bir qeder boyat corek xirda-xirda dogranilir...ilk once hemin bu xoreyin suyunda corek isladilir ..xoreyin diger ingredientleri ise hemin bu coreyin ya uzerine awqarasikimi qoyulur..ya da adi worba kimi bowqaba cekilib nuw edilir...

bu menim bildiyim, oyrendiyim usuldur..

ola biler ki, diger bolgelerin xanimlari ferqli wekilde hazirlayir..amma men wexsen oz bildiyimiz kimi yazdim...
:rroza:
[/quote]

məndə Gəncəliyəm, ancaq nəsə bu xorəyi bizimkilər bişirmirdi :unsure:

Link to comment
Share on other sites

[quote name='МуМу' timestamp='1288679882' post='7621878']
Axır ki, kimsə bunu yazdı ))) [b]Yoxsa bakılılar etalon olub mətbəxdə[/b]. Deyəcəm, yenə adım pis olacaq, amma yenə də deyəcəm ))) Bakılı bir qohumum var, vallah o yemək yox, elə bil xəşil bişirir :) [b]Ona görə də onlara gedəndə nəinki yemək yemək, heç çay içmək istəmirəm[/b]. Qaçıram :(
[b]Qabiliyyət regional mənsubiyyətə bağlı deyil.[/b] Bacaran bacaracaq, hansı zonadan olmasından asılı olmayaraq.

[b]Migel[/b]
Ətrafınızda olan 4-5 qadına istinad edib nəticə çıxarmaq düzgün deyil. Mən çox gənc qızlar tanıyıram, maşallah, elə qonaq qarşılayıb yola salırlar ki, "bərəkəllah" deməkdən savayı bir şey qalmır :D Hər şey anadan asılıdır, əgər ailədə ana evdardısa, biş-düşdə qabiliyyətldiirsə, onda qızı 90% onun kimi olacaq.
Sizin misalınız bilirsiniz nəyə bənzəyir, məsələn mən durum deyim ki, [b]indiki oğlanlar divara 1 mıx vura bilmirlər. [/b]Nə var nə var 2-3 belə adam tanıyıram. Sizcə bu cür fikir yürütmək nə qədər düzgün olur? =)
Nənələrə gəlincə, yaramı tərpətdiniz. Ana nənəm 1991-ci ildə rəhmətə gedib. Deyə bilərəm ki, elə ağzımın dadını da özü ilə aparıb. Anam, xalalarım çox dadlı bişirilər, bu da bizim nəsildə irsəndi, çünki həmin o nənəmin atası baş aşpaz olub :P Amma yenə də nənəmin xörəkləri üçün, elə özü üçün də burnumun ucu göynəyir..
[/quote]
Sizin misalınızde elə mıx vurmaq məsələsinə oxşadı))indi siz 1 nəfər elə bakılı tanıyırsız deyə bakılılar mətbəxdə etalon deyil??)o demək deyilki digər zonalar heç nə bacarmır söhbət %nisbətindən gedir.Şəxsən xəmir xörəklərini bakılılar kimi bişirən yoxdur.İstəyir kim nə deyir desin.Ola bilər hansısa yeməyi də digər zona yaxşı bişirir.Amma % etibarilə onu tək mən demirəm başqa zonanın insanları da deyirki bakılılar daha dadlı bişirir))

Link to comment
Share on other sites

[quote name='Pari***' timestamp='1288687890' post='7622812']
Sizin misalınızde elə mıx vurmaq məsələsinə oxşadı))indi siz 1 nəfər elə bakılı tanıyırsız deyə bakılılar mətbəxdə etalon deyil??)o demək deyilki digər zonalar heç nə bacarmır söhbət %nisbətindən gedir.Şəxsən xəmir xörəklərini bakılılar kimi bişirən yoxdur.İstəyir kim nə deyir desin.Ola bilər hansısa yeməyi də digər zona yaxşı bişirir.Amma % etibarilə onu tək mən demirəm başqa zonanın insanları da deyirki bakılılar daha dadlı bişirir))
[/quote]

Xörəkləri "xəşilə" döndərən çox bakılı qadın tanıyıram, sadəcə birini misal çəkdim. Ona qalsa, Naxçıvan, Gəncə, Şəki, Quba mətbəxləri hamısı etalondu, xəmir, sulu xörəklərdə, hətta desertlərdə də şübhəniz olmasın::morqqqq:
Siz də çox şey yaza bilərsiniz. Mən öz fikrimdə qaləram.
Belə şeyləri % göstəricisi ilə qiymətləndirməniz ən azı qeyri-obyektivdi, çünki bunun üçün sosial sorğu keçirməlisiniz. Mən demirəm bakılılar dadsız bişirir, çünki hərənin öz ağız dadı var.

Link to comment
Share on other sites

[quote name='МуМу' timestamp='1288689809' post='7623018']
[b]Xörəkləri "xəşilə" döndərən çox bakılı qadın tanıyıram, [/b]sadəcə birini misal çəkdim. Ona qalsa, Naxçıvan, Gəncə, Şəki, Quba mətbəxləri hamısı etalondu, xəmir, sulu xörəklərdə, hətta desertlərdə də şübhəniz olmasın::morqqqq:
Siz də çox şey yaza bilərsiniz. [b]Mən öz fikrimdə qaləram.[/b]
Belə şeyləri % göstəricisi ilə qiymətləndirməniz ən azı qeyri-obyektivdi, çünki bunun üçün sosial sorğu keçirməlisiniz. Mən demirəm bakılılar dadsız bişirir, çünki hərənin öz ağız dadı var.
[/quote]
Eyni misalı mən də çəkə bilərəm.Siz mənim postumu diqqətlə oxuyun..mən orda qeyd etmişəm ki, ola bilər başqa yeməkləri də digər zonalar yaxşı bişirir.Şübhəm yoxdur narahat olmayın. O ki qaldı sosial sorğu keçirməyə ondan da qlobal məsələlər var sorğu keçirmək üçün.Mənim sizin fikrinizi dəyişməyə heç fikrim də yoxdur.Siz öz fikrinizdə mən də öz fikrimdə.. sadəcə burda hərə öz fikrini yürüdür.Kimisi mənimlə razılaşır razılaşmayanın da canı sağ olsun.Naxçıvan, Gəncə, Şəki, Quba mətbəxlərindən nuş etsin))))

Link to comment
Share on other sites

[quote name='ToppushkA' timestamp='1288686318' post='7622640']
məndə Gəncəliyəm, ancaq nəsə bu xorəyi bizimkilər bişirmirdi :unsure:
[/quote]


Bu biraz başqa qaydaynandı, biz başqa cürə bişiririk. Düzdü bu xorəyə ət qatılmır amma dadı ətli xorəklərdən
gözəldi, çoxlu kərə yağı qatıldığına görə yəgin. Biz ona pamidor qatmırıq amma çoxlu şabalıd qoyuruq və kartof qatırıq. Daha yaxşı olar ki, şabalıd da, kartof da şirin olsun, o zaman dadı bam başqa olur. Lobyada vurulur, əsasən qara lobya vururrq biz.

Dünən nənəmdən soruşacaqdım qaydasını, yadımdan çıxdı. Bu gün mütləq soruşub bizim bişirdiyimiz qaydanı yazaram.
Adına layiq xorək deyil heç :D

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288691201' post='7623177']
Bu biraz başqa qaydaynandı, biz başqa cürə bişiririk. Düzdü bu xorəyə ət qatılmır amma dadı ətli xorəklərdən
gözəldi, çoxlu kərə yağı qatıldığına görə yəgin. Biz ona pamidor qatmırıq amma çoxlu şabalıd qoyuruq və kartof qatırıq. Daha yaxşı olar ki, şabalıd da, kartof da şirin olsun, o zaman dadı bam başqa olur. Lobyada vurulur, əsasən qara lobya vururrq biz.

Dünən nənəmdən soruşacaqdım qaydasını, yadımdan çıxdı. Bu gün mütləq soruşub bizim bişirdiyimiz qaydanı yazaram.
Adına layiq xorək deyil heç :D
[/quote]

Sizin soğan suyunuz hansı zonaya aiddir??? Gözləyəjəm aaaa...yadınnan çıxartma :)

Link to comment
Share on other sites

İki yemək daha yadıma düşdü, yenədə əsasən Abşeronda bişirilən )))

Bunlar deməli SÜDlü Pilov və Şirin Kələmdir. Südlü pilov südlə bişirildiyinə görə düşünürəm üstünə şirin
qovurma qoyulur və yeyəndə hisə verilmiş balıqla yeyilir. Əsasən yumru düşüdən bişirirlər və düzünü desəm uzun düyüylə heç sevmirəm.
Qovurması qara xurma, kişmiş hazırlanır və bunlar kərə yağda qızardılır. Qeyd edim ki, xurma kərə yağında qızarıldığı zaman çox dadlı olur. Ola bilər evdə bütün zaman bişirildiyi üçün mənə çox dadlı gəlir amma məncə doğurdan da dadlıdır. Bəzi insanlar amma bu yemək barəsində eşidəndə təəcüblənirlər və yemədiklərini söyləyirlər və bir çoxları bu yeməyə bir təhər baxır südlə
bişirildiyindən. Anam evə hansı qonaq çağırırsa südlü pilov bişirməyi sevir ))

İkinci yemək də əsasən Abşeron zonasına məxsus yeməkdir, Şirin Kələm Dolması. Çox doydurucu yeməkdir, 1 dənədən artıq yeyiləndə adamın ürəyini vurur. Farş ətin içinə şabalıd və türşu qoyulur, birdə şirin olması üçün şəkər tozu qatılır. Rəngi tünd qəhvəyi olur çox vaxt, amma yadıma düşmür nə qatıldığına görə ) Hə birdə heyva qoyulur yanına. Bu da çox dadlı yeməkdir amma südlü pilov kimi bir çox insanlar tərəfindən gəribə qarşılanlr )))

Birdə Abşerona məxsus İsfahan və yaxud Suan halvası yadıma düşdü. Yadıma düşdü nə düşdü, kaşkı düşməyəydi çünki canım çox çəkdi ))) Çooox çətin və biraz əzablı üsulla bişirilir amma ona deyər. Bu əzabın qarşılığında o qədər də çox olmayan və
çox insana paylamağa məcbur olduğuna görə(çünki Allah eləməsin kiməsə deyəsən ki bişirirsən, başlamamış süzdədilər :D) delikates də adlandırmaq olar ))) Əsas ingriyedentləri birinci növbədə səməni suyu, daha doğrusu yeni cücərmiş səmənini ət maşınından keçirib suyunu sıxma üsulu ilə alınır. Bundan başqa (əvvəllər Bakının bağlarından yığılmış o möhtəşəm şanı üzümünün doşabından hazırlayardılar) doşab və ədviyyatlar əlavə olunur. Və əsas qara unla bişirilir, ağ unla bişirmək çətindir və o qədər də dadlı alınmır. Bu halvada çox güclü və energetik bir şirniyyatdır amma əzaba dəyər.

Link to comment
Share on other sites

[quote name='ToppushkA' timestamp='1288692051' post='7623257']
Sizin soğan suyunuz hansı zonaya aiddir??? Gözləyəjəm aaaa...yadınnan çıxartma :)
[/quote]

Bizim soğan suyu Abşeron zonasına aiddir ))
Ümumiyyərlə fikir verdim nəsə indi, Abşeronda şirin yeməklər məhşurdu deyəsən. Çünki bir çox yeməkləri şirin nəsə əlavə olunur.
Hətta bu soğan suyunu mən nədənsə şirin xorək kimi assosiasiya elədim.

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1288693156' post='7623379']
ən populyar və daim aktiv olan mövzu olacaq bu mətbəx-mədə mövzusu.

Ay Allah, bu millət bə vaxt düzələcək?
[/quote]

politikadan danışmalıyıq???

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288692392' post='7623308']
İki yemək daha yadıma düşdü, yenədə əsasən Abşeronda bişirilən )))

Bunlar deməli [b][b]SÜDlü Pilov [/b][/b]və [b]Şirin Kələmdir[/b]. Südlü pilov südlə bişirildiyinə görə düşünürəm üstünə şirin
qovurma qoyulur və yeyəndə hisə verilmiş balıqla yeyilir. Əsasən yumru düşüdən bişirirlər və düzünü desəm uzun düyüylə heç sevmirəm.
Qovurması qara xurma, kişmiş hazırlanır və bunlar kərə yağda qızardılır. Qeyd edim ki, xurma kərə yağında qızarıldığı zaman çox dadlı olur. Ola bilər evdə bütün zaman bişirildiyi üçün mənə çox dadlı gəlir amma məncə doğurdan da dadlıdır. Bəzi insanlar amma bu yemək barəsində eşidəndə təəcüblənirlər və yemədiklərini söyləyirlər və bir çoxları bu yeməyə bir təhər baxır südlə
bişirildiyindən. Anam evə hansı qonaq çağırırsa südlü pilov bişirməyi sevir ))

İkinci yemək də əsasən Abşeron zonasına məxsus yeməkdir, [b]Şirin Kələm Dolması[/b]. Çox doydurucu yeməkdir, 1 dənədən artıq yeyiləndə adamın ürəyini vurur. Farş ətin içinə şabalıd və türşu qoyulur, birdə şirin olması üçün şəkər tozu qatılır. Rəngi tünd qəhvəyi olur çox vaxt, amma yadıma düşmür nə qatıldığına görə ) Hə birdə heyva qoyulur yanına. Bu da çox dadlı yeməkdir amma südlü pilov kimi bir çox insanlar tərəfindən gəribə qarşılanlr )))

Birdə Abşerona məxsus İsfahan və yaxud Suan halvası yadıma düşdü. Yadıma düşdü nə düşdü, kaşkı düşməyəydi çünki canım çox çəkdi ))) Çooox çətin və biraz əzablı üsulla bişirilir amma ona deyər. Bu əzabın qarşılığında o qədər də çox olmayan və
çox insana paylamağa məcbur olduğuna görə(çünki Allah eləməsin kiməsə deyəsən ki bişirirsən, başlamamış süzdədilər :D) delikates də adlandırmaq olar ))) Əsas ingriyedentləri birinci növbədə səməni suyu, daha doğrusu yeni cücərmiş səmənini ət maşınından keçirib suyunu sıxma üsulu ilə alınır. Bundan başqa (əvvəllər Bakının bağlarından yığılmış o möhtəşəm şanı üzümünün doşabından hazırlayardılar) doşab və ədviyyatlar əlavə olunur. Və əsas qara unla bişirilir, ağ unla bişirmək çətindir və o qədər də dadlı alınmır. Bu halvada çox güclü və energetik bir şirniyyatdır amma əzaba dəyər.
[/quote]
Südlü aşı biz südün içində bişiririk yəni adi aş kimi süzmürük.Bişir və bütün süd keçir düyünün tərkibinə.Tamamilə düz buyurursunuz yumru düyü ilə bişirirlər.Amma necə bişirirlərsə düyü əzilmir.Amma üzərinə şirin qovurma qoymuruq quru balıqla yeyirik.
Şirin kələm dolması da mamam bişirir))hmmmmm çox dadlı olur adi kələm dolmasından böyük olur.İçərisinə şabalıd qoyulur amma şəkər tozu yox hansısa mürəbbənin suyu əlavə olunur.Məs.zoğalın suyunu əlavə edəndə biraz turşməzə olur.Heyvanı suyunun içinə qoyurlar rəngi və dadı çıxır.
Subhan halvasındaki day demirəm)))

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1288697472' post='7623876']
:D Düzdü yadima düshdü, mürebbe tökülür içine. Südlü pilovda dem alirda amma, yegin ki, südde bishirildiyinden süzülmür.
[/quote]

Südlü aş süzülmür, amma dəmə qoyulur. Onu hisə verilmiş balıqla, şit yağında qızardılmış kişmiş, xurma və qaysı qurusu ilə yeyirlər. Çox dadlı olur. :rolleyes: Şirin kələm dolmasına isə şabalıd, turşu qatırlar, suyuna isə doşab da əlavə edirlər.

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 45 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 13 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 102 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 708 replies
×
×
  • Create New...