Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

"Ad Günün Mübarək ! "


Recommended Posts

[u][b]Şəhidlər ölmür: Mübariz İbrahimovun 23 yaşı tamam oldu[/b][/u]
07 Fevral 2011 [21:09]

[img]http://www.milli.az/pictures/pic36079.jpg[/img]

Milli Qəhrəmanın doğum günü Biləsuvarda coşğuyla qeyd olundu.

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Qəhrəman gizirin doğum günü, böyüyüb boya-başa çatdığı Biləsuvarda müxtəlif tədbirlərlə geniş şəkildə qeyd olunub.
Biləsuvarda keçirilən, millət vəkili Qənirə Paşayeva və İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın, eləcə də rayon rəhbərliyinin, yerli ziyalıların, Mübariz İbrahimovun ailə üzvlərinin və gənclərin qatıldığı tədbirlərdə, qəhrəmanın ömür yoluna bir daha nəzər salınıb, ruhu coşğuyla yad edilib.

Millət vəkili Qənirə Paşayeva Mübariz İbrahimovun adını daşıyan litseydə, eləcə də şəhidin ataevində düzənlənən tədbirlərdə Qəhrəmanlıq, Qəhrəmanlığın heç bir qorxu, sərhəd tanımaması və bütün digər nəcib özəllikləri barədə, bütün bu keyfiyyətlərin Mübariz İbrahimovun timsalında necə təzahür etməsi barədə danışıb.

Öz çıxışında may ayında Biləsuvarda qəhrəman gizirin abidəsinin ucaldılacağı və ev muzeyinin açılacağı barədə məsələyə də toxunan millət vəkili, istər bu faktı, istərsə də Mübariz İbrahimovun yüksək ada layiq görülməsini, onun adının əbədiləşdirilməsi üçün görülmüş tədbirləri, nəşinin düşməndən alınaraq dövlət törəni ilə paytaxtdakı 2-ci Fəxri Xiyabanda dəfn olunmasını dövlət başçısının şəhidlərə, qəhrəmanlara münasibətinin bariz örnəyi kimi dəyərləndirib.

Millət vəkili Qənirə Paşayeva və Ombudsman Elmira Sıüleymanova eləcə də digər çıxışçılar Mübariz İbrahimovun gənclərimiz üçün parlaq örnək olduğunu bildirmiş, gənclərin onun adınalayiq ömür yolunu öyrənməyi tövsiyyə ediblər.

Milli.Az
URL: http://www.milli.az/news/society/36079.html

Link to comment
Share on other sites

Allah rexmet elesin.
Chox az hallarda neyese meyus oluram. Onun qehremanliqini ve shehid olmasini eshidende, sevindim ve meyus oldum. Sevindim ki, Azerbaycanin bele qehreman oqullari hele de var, meyus oldum ki, artiq yashamir. Gerek yashayaydi.
Bele qehremanlarin varliqi bir daha subut edir ki, Azerbaycan chox meselelerde, ishlerde bir chox olkelerden geri qalsa bele, QEHREMANLIQDA geri qalmir ve qalmayacaq da...
Yeri behisht olsun
:rroza::rroza:

Link to comment
Share on other sites

Ad günün mübarək şəhid qardaşım!!Sənin sayəndə məktəblərdə övladlarımıza müasir dövrün Koroğlusunda,Babəkindən,Cavanşirindən danışacaqlar..Sən Azərbaycan qanında çox kiçik də olsa hələ də vətən həsrəti ilə,vətən eşqi ilə yanan qəhrəmanlığın,mərdliyin olduğunu sübut etdin..
Allah rehmet etsin..Şəhidlər ölmürlər... :rroza::rroza:

Link to comment
Share on other sites

Allah rəhmət eləsin. Düzdür, indi onun bizim oxuduğumuz rəhmət ehtiyacı yoxdur, şəhidlərin yeri cənnətlikdir. amma əlimdən ancaq bu gəlir. Rəhmət oxumaq da o qədər az gəlir ki mənə! Oğuldu o, kişidi o, igiddi o!

Link to comment
Share on other sites

  • 11 months later...

Veten sag olsun! Her ogul bu sozu deyib ozunu oda atmir. Ne qadar cesaret, ne qadar boyuk urak lazimdir, ne qadar gozu tox olmalisan ki, olumun gozune dik baxasan. Ata anasi bashlarini dik tutsunlar ki, ogulu shehid olub. Shehidliyin Mubarek Veten Oglu!

Link to comment
Share on other sites

[b]Allah rəhmət etsin! İnşallah gün gəlsin ki, bütün şəhidlərimizin ruhu şad olsun![img]http://img.dispute.az//public/style_emoticons/default/rroza.gif[/img][/b] [img]http://img.dispute.az//public/style_emoticons/default/rroza.gif[/img]

Link to comment
Share on other sites

[i][b]Ruhu qarşısında baş əyilməli insandı. Allah rəhmət eləsin. [/b][/i]
[i][b]Bir dəfə veriliş hazırlanmışdı onun haqqında. Aparıcının sözləri xoşuma gəldi:[/b][/i]
[i][b]-Hamı deyir ki, lazım olsa Vətən uğrunda canımı verməyə hazıram. Amma Mübariz sübut etdi ki, lazım olsa yox, elə həmişə Vətən uğrunda canımızı verməyə hazır olmalıyıq[/b][/i]. [img]http://img.dispute.az//public/style_emoticons/default/rroza.gif[/img] [img]http://img.dispute.az//public/style_emoticons/default/rroza.gif[/img] [img]http://img.dispute.az//public/style_emoticons/default/rroza.gif[/img]

Link to comment
Share on other sites

[b] Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür[/b]

"Canım atam və anam, məndən sarı darıxmayın, İnşallah, cənnətdə görüşəcəyik”[size=2]


[url="http://www.anspress.com/index.php?a=3&lng=az&pid=137568"][img]http://www.anspress.com/images/prt.gif[/img][/url] [url="http://www.anspress.com/index.php?a=2&lng=az&nid=137568#"][img]http://www.anspress.com/images/stf.gif[/img][/url] [url="http://www.anspress.com/index.php?a=2&lng=az&nid=137568#"][img]http://www.anspress.com/images/er.gif[/img][/url] [url="http://www.anspress.com/index.php?a=2&lng=az&nid=137568#"][img]http://www.anspress.com/images/cnt.gif[/img][/url]
[email="[email protected]"][b]Şirəli Məmmədov[/b][/email]
07.02.2012 05:09
Kateqoriya: [url="http://www.anspress.com/index.php?a=1&lng=az&cid=17"]Hərb[/url]
ANS PRESS
Baxılıb: 229[/size]

[img]http://www.anspress.com/images/photos/20159.jpg[/img]

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Təsdiq edilməmiş versiyalara görə 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək məqsədilə aşağıdakılar qərara alınmışdır:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

2. Biləsuvar Rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin.

"Azərbaycanın Milli Qəhrəmanı M.A.İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyul tarixli 1040 nömrəli Sərəncamının 1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alınmışdır:

Biləsuvar Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun adı verilsin.

"Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov tankerlərindən birinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını verib. Mübariz İbrahimovun adını daşıyan gəmi 2010-cu ilin oktyabr ayının 15-də Türkiyədə "Beşiktaş" gəmiqayırma zavodundan suya endirilib. Türkiyədə suya endirilmiş bu gəmi hazırda Milli Qəhrəman Mübariz İbrahimovun adını dünya sularında tanıdır.

Bundan başqa Milli Qəhrəman çingiz Mustafayev Fondu və "ANS" Şirkətlər Qrupu Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi şəxsi fədakarlığa, Döyüş tapşırığını yerinə yetirərkən nümayiş etdirdiyi yüksək peşəkarlığa, Azərbaycan xalqınının döyüş ruhunun sarsılmazlığını sübut etdiyinə, Qəhrəmancasına şəhid olub şəxsi nümunəsi ilə cəmiyyətdə vətənpərvərlik ruhunu daha da möhkəmləndirdiyinə, Azərbaycan döyüşçüsünün Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bəyan edən dövlətimizin iradəsini nəyin bahasına olursa-olsun yerinə yetirməyə hazır olduğunu sübut etdiyinə görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovu “2010-cu ilin adamı” elan edib.

[b]Şəhid Mübariz İbrahimovun ailəsinə son məktubu[/b]

[i]"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".[/i]

http://www.anspress.com/index.php?a=2&lng=az&nid=137568

Link to comment
Share on other sites

Təbrik edirəm səni Azərbaycanımızın fəxr ediləsi,mübariz oğlu!.
Ad günün mübarək olsun Mübariz!!Vaxt var idi sən ad gününü ancaq doğmalarının,dostlarının əhatəsində keçirirdin,indi artıq bütün Azərbaycan sənin ad gününü qeyd edir..
24 yaşın mübarək vətən oğlu !!!!!Ruhun şad olsun!!!

Link to comment
Share on other sites

[quote]

KAHRAMANLIĞIN KİTABINI YAZAN AZERBAYCANLI TÜRK !!!

O, bir kilometre mayınlı araziden geçti... Ermenilerin sınırdaki karakolunu bastı... Ermenilerin silahlarını ele geçirip, beş saat boyunca çarpıştı... Kırkbeş ermeni itini geberttikten sonra tan ağarırken şehit dÜştÜ...

çin kaynaklarında; TÜrk'Ün hasta yatağında ölmeyi utanç, savaşarak ölmeyi onur saydığı yazılıdır...

TÜrk'Ün genetik yapısında ve doğasında var olan en bÜyÜk özelliği kahramanca savaşarak yiğitçe ercesine ölmektir... Atası KÜrşad gibi kanının son damlasına kadar savaşan MÜbâriz İbrahimov'u asrın KÜrşad'ı olarak yâd etmek hiç te yanlış olmaz...

MÜbariz ibrahimov, atası KÜrşad gibi işgal altındaki vatan toprağına dayanamamış, 1 km çapraz mayın hattını aşarak 21. ermeni sınır taburuna saldırmış, 5 saat boyunca ermeni cephaneliğini ele geçirerek bir tabura karşı savaşmış 7 subay olmak Üzere 40 ÜstÜ ermeni askerini öldÜrmÜş şanlı TÜrk şehididir.

MÜbariz ibrahimov'un babası Ağakerim İbrahimov'un anlattıklarından: "Olay gÜnÜ sabah erken saatlerde beni telefonla aradılar. Oğlumun eve gelip gelmediğini sordular. Hatta çok miktarda silah götÜrdÜğÜnÜ ve araziden uzaklaştığını bildirdiler. "Ben oğlumu tanırım, sınıra doğru gidin" dedim. Daha sonra mektubunu bulmuşlar:

" canım, atam ve anam. menden sarı darıxmayın. inşallah, cennetde görÜşeceyik. menim ÜçÜn bol-bol dua edin. vetenin dar gÜnÜnde artıq Üreyim dözmÜr. allaha xatir bunu etmeliyem. en azından Üreyim serinlik tapar. şehid olana dek bu şerefsizlerin Üzerine gedeceyem. şehid olsam ağlamayın. eksine, sevinin ki, o mertebeye yÜkseldim. allaha ibadetlerinizi deqiq yerine yetirin. çoxlu sedeqe verin. seyid nevesi olaraq bunu etmeliyem. allah böyÜkdÜr. veten sağ olsun. oğlunuz mÜbariz. haqqınızı halal edin." "



Doğum gÜnÜn kutlu olsun MÜbâriz!

MÜbariz-nâme

-Turan coğrâfyası'nın mukaddes çocuğu MÜbariz ibrahimov'a…

Ala gök yâkutlara, haktan dÜşer mi mariz;
Serilsem koyaklara, kay vurur mu oluğu?
Ey civan gövdesiyle tuğ kaldıran MÜbariz,
’Ben er doğurdum’ diyen analar hiç ağlar mı?
Şânınla alazlarken, onbin yıllık soluğu
YÜrek, volkan olur da dağlar kara bağlar mı?

Ay vurur, divân bulur, ışıklar ığıl ığıl;
Cân cânına danışır, tan vâkti melâlini.
Ağzı köpÜren atlar hÜrriyetinde çağıl,
Yılkılar sağrısında rÜzgâr savan dem miyim?
Cem miyim omuzlamış obalar celâlini,
Yoksa sabır şâhında, diş yoğuran gem miyim?

çiy emziren çiğnimde, nevrim cengime yıkık;
Haziran kucağında, koçağım özyurdumda.
Avurtları gölgeli, elmacıkları çıkık
Kocaların doğrulur, kır yoluğu dizleri.
Karabağ’ın bağında, bağ başağa durdum da
Ucaltır salkım başak, bıraktığım izleri.

Yanı başımda kalır, yarım yamalak hesâp;
Dilimin susuzluğu, yolağımın azığı.
Nice ân ki devrâna, ol bileğimde âsap,
Ol şakağımda öfke, atababamdan miras.
Değişmez değil elbet, kor alnımın yazığı;
Ey kÜr boşan yayından, sıyrıl kınından aras!

Bel çimen sızmalarda dağlanır dağca yaram;
Koyup gitmem barkımı ad tutmaz her kişiye.
GÜnÜn akça börkÜnÜ çektiğinde gÜr nâram,
Yeni yetme balalar el tetik bakışır mı?
Yaka paça çığrışıp, kız kızan er kişiye,
Er kişinin ardından dövÜnmek yakışır mı?

Kim demiş kaldıramaz çifte el, çifte kanat,
Geceden sabaha dek, devrin ağır yÜkÜnÜ?
Yer utanır, yerince; cÜmle cihâna inat
Dirâyet dizler gölgem, han oğuz’un köşkÜnden.
Ne gam, alca kanımla sulamışsam kökÜnÜ;
Yele çayır toy dÜğÜn, harıbÜlbÜl meşkinden!

Yolum, göğÜn göğÜne allı yeşilli ağaç;
Sırtımda tek atımlık, bembeyaz bir yakarı.
Parmaklarım yıldırım, her bir yumruğum boğaç;
Av, avcı tÜneğinde, pusatlar yorulur mu?
Adağa durmuş tâkvim; aşağıdan yukarı
Gece âyin kuşanmış, sabahım sorulur mu?

Uşakkapan pençesi başımı çeviren cağ;
Yurt vermez mi kaçgına, anasıza, yetime?
Davran bağrı kan-revân, bakışı mahmur cerâğ,
Kar suları mayalar, sağrağımda donuk his;
Tutağın ile saf tut kemiğime, etime,
Saf tut, cÜmle avâzım, çağlasın nergis nergis!

Ağım göçgÜn ÜstÜne yaz yaylak, ala bakır;
Nâm yığarım nârımın dÜşmanına, dostuna.
Uçlağı bıçak sırtı, uğrağı yalım çakır
Doğan pençelerinde saklarım ben közÜmÜ.
Teleklerim kök atmış, göğÜn yedi postuna;
Hangi baskın budaklar, miraçlaşan özÜmÜ?

Ateş ilimde özgÜr, göğsÜmde yÜzbin göğÜs;
Cesaret, damarımda bozkır yÜzlÜ bir atlı.
çağ bilir ki yığınlar altun koşumlarda sÜs;
Hep seyrinde mi döner, kara yayvan sepekler?
Şâhit ol ey şehâdet, yalın ruhu kanatlı
Gövdemden bile korkar, şol ermeni köpekler!

[b] [size=3]26 nisan 2011 – GaziAntep[/size][/b]

[b] [size=3]HAKAN İLHAN KURT[/size][/b]

[/quote]

Link to comment
Share on other sites

[b] [font=verdana,geneva,sans-serif][size=3]Kimsə, bu gedişə ağ olmalıydı,
Namərd, yuvasında boğulmalıydı.
Azadlıq eşqini yaşatmaq üçün,
Ağatlı Mübariz doğulmalıydı...

Sən millətin aşıb-daşan səbrindən,
Haqsızlığa nifrətindən yarandın.
Qarabağın oğul!- deyən səsindən,
Şəhidlərin cürətindən yarandın.

Dağlarımın durmayan göz yaşından,
Qan püskürən torpağımdan, daşımdan,
Ulusun min illik qan yaddaşından,
Bütövlüyə həsrətindən yarandın.

Ərlərin yağıdan öc təşnəsindən,
Qəzəbli Babəkin od nəfəsindən,
Savalan dağının titrəməsindən,
İldırımın qüdrətindən yarandın.

Torpaga çəkilən sinə dağından,
üç rəngli, yenilməz yurd bayrağından,
İslam saflığından, türk əxlaqından,
Əxlaqının qeyrətindən yarandın.

Yurd eşqinin əritdiyi qırovdan,
Meydanlarda qırdığımız buxovdan,
Ataların ruhundakı alovdan,
Anaların ismətindən yarandın.[/size][/font]
[/b]

[b] [font=verdana,geneva,sans-serif][size=3]18 noyabr 2010-cu il .[/size][/font][/b]

[b] [font=verdana,geneva,sans-serif][size=3]Namiq Hacıheydərli [/size][/font][/b]

Link to comment
Share on other sites

Mübarizi və igidliyini bütün dünyanin tanimasi vacibdir...Onun ruhu bu vətənimizə dayaqdir və adi amali tarixlərə həkk olunsun..İnşallah onun kimi qəhrəmanlarimizin ardi kəsilməz..Allah rəhmət eləsin.
[img]http://img.dispute.az//public/style_emoticons/default/rroza.gif[/img] Ruhu şad olsun..

Link to comment
Share on other sites

Duz 1 il kechib kecen ilki tebrik postlarimizdan,amma hechne deyishmeyib efsuslar olsunki.Bugunde sadece Mubarizi tebrik edirik,ruhu shad olsun deyirik.amma ruhunu shad edecek bir xeberimiz yox. ADIN XALGIMIZIN TARIX KITABINDAN,YADDASHINDAN SILINMESIN.AD GUNUN MUBAREK(((.[img]http://img.dispute.az//public/style_emoticons/default/rroza.gif[/img]

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 7 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 58 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Upvote
        • Red Heart
        • Like
      • 521 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...