Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Hekayələr...


Recommended Posts

Bir gün varlı bir adam bütüm dostlarının tanışlarının iştirak etdiyi bir parti hazırlayır. Hamı əylənir bütün sevdikləri onun yanında olur. Anidən bir səs eşidilir; Əcələ gedəcəksən. Və birdən özünü bütün dostlarını qızğın günəşin altında qumsalliqda tapır. Bu gənc adam bütün dostları və ailəsiylə dənizə getməyə başlayır. Bir az getdikdən sonra arxaya baxır və dostlarından heç kəsi görmur onunla qalan yalnız ailəsi olur. Qum daha da qızır və o arxaya baxanda cəmi üç insanın ayaq izini görür. O ayaq izlərindən biri özünün, biri anasının, biri isə atasının idi. Əcəlinə doğru getməyə davam edərkən qum daha çox qızmaya başlayır. Yerə baxır və orada cəmi iki insavıv ayaq izini görür. Biri özünün, biri isə anasının. İrəlilədikcə qum bir az da batmağa başlayır. Yerə baxır və orada bir insanın ayaq izini görür. O an ağlayaraq; Ey ALLAHIM bütün dostlarım, atam,  anam belə məni tərk etdi-deyir. O an qışqıraraq; Ana hardasan niyə məni buraxıb getdin? deyir. Bu zaman aşağıdan bir səs eşidilir; Qum çox qizdi dözə bilmədin. Aşağıya baxaraq anasının çiyinlərində olduğunu görür.

Link to comment
Share on other sites

Bir professor konfrans vermək üzrə salona girir. Amma baxir ki salonda, qabaq sırada oturan at baxıcısıdan başqa adam yoxdur. Danışıb danışmama mövzusunda tərəddüdə düşən professor at baxıcısınadan  soruşmuş:
-Buradakı tək adam sənsən. Sənə görə danışmalıyam, yoxsa danışmamalıyam?  At baxıcısı cavab vermiş: -Müəllim mən sadə bir insanam, bu mövzulardan anlayishim yoxdur. Lakin axıra gəlsəydim və bütün atların qaçıb bir dənəsinin tək qaldığını görsəydim, yenə də onu bəsləyərdim.
Bu sözlərə haqq verən professor konfransa başlamış. İki saat danışmış dayanmış, konfransdan sonra da özünü xoşbəxt hiss etmiş, dinləyicisinin də konfransın çox yaxşı olduğunu təsdiqlənməsini istəyərək soruşmuş: -Danışdiqlarim necə idi? At baxıcısı cavab vermiş:
-Müəllim sənə daha əvvəl sadə bir adam olduğumu və bu mövzulardan çox anlamadığımı söyləmişdim. Yenə də əgər axıra gəlir, biri xaricində bütün atların qaçdığını görsəydim, onu bəsləyərdim; amma əlimdəki bütün yemi ona verib də heyvanı çatlatmazdım.   «Nə qədər bilsən bil, söylədiklərin qarşıdakının anladığı qədərdir.» 

Link to comment
Share on other sites

Mozes Mendelson çox yaraşıqlı bir adam deyildi.Üstəlik,həm qozbel,həm də qısaboy idi.Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi.Bu ticarətçinin,Fromet adlı çox gözəl bir qızı var idi.Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu. Ancaq bu gözəl qız üçün nəinki onun sevgisinə cavab vermir,hətta üzünə belə baxmaq istəmirdi.

Ayrılmaq vaxtı gələndə Mozes gözəl qızın qarşısına çıxdı və bütün cəsarətini toplayaraq sevgisini elan etdi.Ancaq qızın hələ də başını qaldırıb onun üzünə baxmaması Mozesi çox məyus etdi.Nəhayət,çirkin aşiq gözəl qızdan: “Evliyin bir tale işi olduğuna inanırsınızmı?”-deyə soruşdu. “Əlbəttə!..”-gözəl qız cavab verdi. “Bəs siz?”Bəs siz necə inanırsınızmı?..”Bu dəfə bu sualı verən gözəl qız idi.O,hələ də başını qaldırmamışdı.Mozes bir saniyə belə gözləmədən cavab verdi.: “Əlbəttə!Mən də inanıram!”Və sözlərinə belə davam etdi: “Bilirsinizmi,anam bir oğlan uşağı dünyaya gətirəcəyini hiss edəndə belə dua etmişdi: “Allahım,heç şübhəsiz mənim oğlum üçün taleyinə qız yazdın.Əgər oğlumun evlənəcəyi qızda bir şikəstlik olacaqsa,bu şikəstlik oğlumda qalsın,evlənəcəyi qız gözəl olsun.Çünki şikəst və çirkin qadın,şikəst və çirkin bir kişidən daha dəhşətlidir”.Mozesin bu sözlərindən sonra Fromet gözlərini yerdən qaldırdı,diqqətlə üzünə baxdı və sonra əlini uzadıb onun əlindən tutdu.Və daha sonra Mozesin sevimli həyat yoldaşı oldu...

P.S. Bu,heç də adi nağıl deyil.Bu,məşhur alman bəstəkarı Feliks Mendelsonun babası ilə nənəsinin “eşq hekayəsi”dir...

Link to comment
Share on other sites

İki il əvvəl evlənmişdilər. Oğlan ədəbiyyatı və şeri çox sevirdi. Yazılarını və şerlərini internet səhifələrinə, qəzetlərə göndərirdi. Lakin, hələki yazıları oxucular tərəfindən yetərincə sevilmirdi. Bundan əlavə oğlan çox gözəl fotografdı...r. Öz toy gününün şəkillərinin əksəriyyətini də özü çəkmişdir. Ədəbiyyata və şerə olan sevgisindən fotograf sənətini 1 yana atmışdır. Yoldaşını çox sevirdi və bu sevgi qarşılıqlı idi. Amma qız bir az səbirsiz və küsəyən idi. Kiçik şeylər üstündə dava salar yoldaşı ilə günlərlə danışmazdı. Oğlan daha səbirli və həmişə barışdırıcı olmağa çalışardı. Bu gün qız yenə yoldaşının sevmediyi bir işi görməsini istəyirdi.

Qız: «3 gün sonra rəfiqəmin toyudur. Məndən şəkilləri sənin çəkməyin üçün xahiş ediblər. Üstəlik artıqlaması ilə pul ödəyəcəklər.»

Oğlan: «Bu günlərdə vaxtım yoxdur.»

Qız: «Off… yenə vaxtın yoxdur. Bu roman yazmaq işini bir yana qoy. Onsuzda onun üçün çox vaxtın olacaq. Istəyirəm ki, rəfiqəmin toy şəkillərini sən çəkəsən.»

Oğlan: «Xeyr!»

Qız: «Nə olar ki sadəcə 1 gün.»

Oğlan:«Dedim ki yox!»

Qız: «3 gün içində ya mənim təklifimi qəbul edəcəksən ya da hər şeyə son qoymalıyıq deyib otaqdan çıxdı.»

Son iki gün qız yoldaşı ilə danışmır, onun suallarını cavabsız qoyur, hətta onunla 1 otaqda belə oturmurdu.

Və 3 cü qecə...

Oğlan: «Danışmalıyıq.»

Qız: "Əgər toy haqqında danışacaqsansa qulaq asaram."

Oglan: «Xeyr amma çox mühüm bir söhbətdir.»

Qız yenə cavab vermir.

Oğlan: «Bir qızla tanış olmuşam. Məni çox sevir. Çox xoş xasiyyəti var. İstəmədiyim şeylri mənə məcbur etdirmir. Həmdə mənim yazılarımı dəstəkləyir və bir gün məşhur 1 yazıçı olmağıma inanır.»

Qız yoldaşının sözlərindən çaş- baş qalmışdır. Göz yaşlarını gizlətməyə çalışsada iki damla yaş yanağına düşdü.

Oğlan əlini pijamasının döş cibinə ataraq davam etdi:"Şəkilini çəkmişəm. Baxmaq istəyirsən?"

Qız yaşla dolmuş tərs baxıslarını oğlana yağdıraraq

"İstəmirəm! Lazım deyil!"! dedi.

Oğlan işığı söndürüb yatagına girdi. Qız isə yata bilmirdi. Yuxusu qaçmışdı. Bir zamanlar özü yoldaşına həmin qız kimi davranarmış. Onu daima sevəcəyini və nə olursa olsun həmişə dəstəkləyəcəyini vəd edərmiş. Verdiyi vədləri nə tez unutmuşdur, nə tez dəyişmisdir. O günlərə qayıtmaq, sevgisini yenidən geri qazanmaq istəyərdi. Yenə ağlamağa başladı. Sonra gözü yoldaşının döş cibində olan şəkilə sataşdı. Maraqdan və qısqanclıqdan şəkilə baxmaq istəyirdi. Yavaşca əyilib şəkili pijamanın döş cibindən çıxartdı.

Baxdı...

Doyunca ağlamaq istədi...

Doyunca gülmək istədi...

Çox gözəl çəkilmiş 1 şəkil idi. Qız da çox gözəl idi.

Öz şəkili idi. Özünün xəbəri olmadan çəkilmiş 1 şəkil.

Qız sevincək halda əyilib sakitcə yoldaşının yanağından öpdü.

Link to comment
Share on other sites

Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən acıq səmaya baxır, kuləyin səsini dinləyir, o ağacdan bu ağaca ucan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi boyuk idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını cırparaq uzaqlara ucmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccublə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa duşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında ozunə yuva qurub balalarını boyutmək, yazda çiçəklərin ətrini alıb, payızda golməcələrdə cimmək istəyirdi. Gunlərin bir gunu quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, kuləyin səsini dinləyir. Qəfəsin açıq qapısından ucuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları gorur, cicəklərə baxır.Ucsun ya yox? Seçimini etmək istəyir. Elə butun gunu bu secim qarşısında duşunur. Gunun sonunda quşun sahibi gəlib qəfəsin acıq olduğunu gorub yavaşca qapını bağlayır….

Link to comment
Share on other sites

Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən acıq səmaya baxır, kuləyin səsini dinləyir, o ağacdan bu ağaca ucan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi boyuk idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını cırparaq uzaqlara ucmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccublə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa duşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında ozunə yuva qurub balalarını boyutmək, yazda çiçəklərin ətrini alıb, payızda golməcələrdə cimmək istəyirdi. Gunlərin bir gunu quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, kuləyin səsini dinləyir. Qəfəsin açıq qapısından ucuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları gorur, cicəklərə baxır.Ucsun ya yox? Seçimini etmək istəyir. Elə butun gunu bu secim qarşısında duşunur. Gunun sonunda quşun sahibi gəlib qəfəsin acıq olduğunu gorub yavaşca qapını bağlayır….

 

Düşündürücüdür..

Link to comment
Share on other sites

Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən acıq səmaya baxır, kuləyin səsini dinləyir, o ağacdan bu ağaca ucan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi boyuk idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını cırparaq uzaqlara ucmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccublə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa duşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında ozunə yuva qurub balalarını boyutmək, yazda çiçəklərin ətrini alıb, payızda golməcələrdə cimmək istəyirdi. Gunlərin bir gunu quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, kuləyin səsini dinləyir. Qəfəsin açıq qapısından ucuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları gorur, cicəklərə baxır.Ucsun ya yox? Seçimini etmək istəyir. Elə butun gunu bu secim qarşısında duşunur. Gunun sonunda quşun sahibi gəlib qəfəsin acıq olduğunu gorub yavaşca qapını bağlayır….

maraqli idi..yene yaz..

Link to comment
Share on other sites

Adam yorğun-arğın evə qayıdır.Görür ki,beş yaşındakı uşağı qapının qarşısında onu gözləyir.Uşaq atasından:"Ata bir saatda nə qədər pul qazanırsan"-deyə soruşur...Onsuz da evə yorğun gələn adam hirslə:"Sənlik deyil"-deyir.Uşaq:"Atacan,noolar,bilmək istəyirəm"-deyə təkid edir.Atası:"Bu sənin üçün vacibdirsə deyim,saatda 20 manat qazanıram"-deyə cavab verir. Bunu eşidən uşaq atasından:"Yaxşı,mənə 10 manat borc verərsənmi"-deyə soruşur.Adam əməllicə əsəbləşir:"Mənim sənin axmaq oyuncaqlarına verəsi pulum yoxdur.Get yat"-deyir.Uşaq səssizcə otağına çıxıb qapını bağlayır.

Aradan bir saat keçir,sakitləşən ata niyə borc istəməyinin səbəbini uşağından soruşmadığını fikirləşir,"Bəlkə də həqiqətən lazım idi" deyir öz-özünə.

Uşağın otağına qalxır,qapını açıb görür ki,uşaq hələ yatmayıb."Al sənə 10 manat verim.Bayaqkı əsəbiliyimə görə məni bağışla.Ancaq bu gün çox yorulmuşdum və əsəbiləşmişdim".

Uşaq sevincindən yerə-göyə sığmır,atasını öpür və ona təşəkkür edir.Tez əyilib yastığının altında saxladığı digər əzik pulları çıxarır.Yavaşca pulları sayır.Atası tez əsəbləşir:"Sənin pulun var imiş ki,məndən niyə istədin ki,"-deyə soruşur.Uşaq:"Pulum var amma çatmırdı"-deyir

Xəcalətlə atasının sifətinə baxır,əlindəki pulları atasına uzadaraq soruşur:"Bax,burada 20 manat pul var.İndi bir saat vaxtını ala bilərəmmi?"

Link to comment
Share on other sites

Adam yorğun-arğın evə qayıdır.Görür ki,beş yaşındakı uşağı qapının qarşısında onu gözləyir.Uşaq atasından:"Ata bir saatda nə qədər pul qazanırsan"-deyə soruşur...Onsuz da evə yorğun gələn adam hirslə:"Sənlik deyil"-deyir.Uşaq:"Atacan,noolar,bilmək istəyirəm"-deyə təkid edir.Atası:"Bu sənin üçün vacibdirsə deyim,saatda 20 manat qazanıram"-deyə cavab verir. Bunu eşidən uşaq atasından:"Yaxşı,mənə 10 manat borc verərsənmi"-deyə soruşur.Adam əməllicə əsəbləşir:"Mənim sənin axmaq oyuncaqlarına verəsi pulum yoxdur.Get yat"-deyir.Uşaq səssizcə otağına çıxıb qapını bağlayır.

Aradan bir saat keçir,sakitləşən ata niyə borc istəməyinin səbəbini uşağından soruşmadığını fikirləşir,"Bəlkə də həqiqətən lazım idi" deyir öz-özünə.

Uşağın otağına qalxır,qapını açıb görür ki,uşaq hələ yatmayıb."Al sənə 10 manat verim.Bayaqkı əsəbiliyimə görə məni bağışla.Ancaq bu gün çox yorulmuşdum və əsəbiləşmişdim".

Uşaq sevincindən yerə-göyə sığmır,atasını öpür və ona təşəkkür edir.Tez əyilib yastığının altında saxladığı digər əzik pulları çıxarır.Yavaşca pulları sayır.Atası tez əsəbləşir:"Sənin pulun var imiş ki,məndən niyə istədin ki,"-deyə soruşur.Uşaq:"Pulum var amma çatmırdı"-deyir

Xəcalətlə atasının sifətinə baxır,əlindəki pulları atasına uzadaraq soruşur:"Bax,burada 20 manat pul var.İndi bir saat vaxtını ala bilərəmmi?"

Cox aci realliqdir ki bezen gunlerle isimizde ilizib qaliriq obvladimizla oynamaq, onunla vaxt kecirmeye vaxtimiz ve gucumuz qalmir..Indi bir cox ailelerde ata da ana da isleyir, ovlada ise daye baxir..Biz valideynler dusunurk ki guya ovladimiz ucun yaxsi gun guzaran duzeldirik.eslinde ovladimizi esl ata-ana sevgisinden ayri qoyuruq.

Heyat o qeder sunilesib ki insanlar da robotlasib..

Hekaye ucun cox saghol Iynecik..cox tesirlendim..

Link to comment
Share on other sites

Məşhur bir futbolçu arvadını öldürməklə günahlandırılırdı. Amma arvadının cəsədi ortada yox idi. Futbolçu şübhəli kürsüsündə oturmuşdu. Qucaq dolusu pulla tutduğu vəkili münsifi razı salmağa çalışdı: «Hörmətli münsif üzvləri, müvəkkilimin günahsız olduğuna ürəkdən inanıram. Buna az sonra sizlər də inanacaqsınız. Nə üçünmü? Baxın, indi ona qədər sayacağam və müvəkkilimin öldürdüyü iddia edilən arvadı bu qapıdan içəri girəcək…

1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10″

Bütün münsif qapıya döndü. Kimsə girmədi içəri.

Vəkil bir müdafiə etmə dahisi idi, öldürücü hücumunu etdi:

»Baxın, siz də qadının öldüyünə inanmırsınız. Çünki hamınız içəri girəcək deyə qapıya baxdınız. Budur qərarı buna görə vermənizi tələb edirəm.”

Ancaq münsif məşhur futbolçunu günahkar hesab etdiyi fikrini bildirdi və iddia bu şəkildə sona çatdı. Məhkəmə çıxışında vəkil, münsif başçısına yaxınlaşdı:

«10′ a qədər saydığımda siz də digər üzvlər kimi qapıya baxdığınız halda niyə belə bir qərara imza atdınız?»

«Doğru» dedi münsif başçısı; «Mən də qapıya baxdım, amma müvəkkiliniz qapıya baxmırdı.» Ən yaxşı analist hər kəs bir nöqtəyə baxarkən, o nöqtəyə yönələn baxışları izləyən adamdır.

Link to comment
Share on other sites

Bir adam, bir yeməkxanaya girdi, bu sırada yemekxanaya bir başqa yolçu daha girdi və ikisi birdən aşpazdan yeməyə bir şey istədilər. Lakin aşpazdan yemək olaraq yalnız bir balıq olduğunu söylədi və bunu paylaşmalarını təklif etdi. Bunun üzərinə yaşlı adam, aşpaza, «Mən balığın yalnız başını yeyəcəyəm» dedi. aşpaz bunun səbəbini soruşdu, yaşlı adam da, «Balıq başı zəkanı artırar, balıq başı yeyən insan ağıllı olar» dedi. Bunun üzərinə o biri yolçu dərhal atıldı və yaşlı adama:

«Balıq başını niyə sən yeməlisən, mən yemək istəyirəm» dedi. Yaşlı adam da etiraz etmədi və balığın böyük gövdəsini yedi və bir gözəl qarınını doyurdu. O biri yolçu isə yalnız balığın başını yeddi və sonra yaşlı adama seslendi:«sən böyük gövdəni yeddin qarınını doyurdun mən yalnız başı yedim aç qaldım» dedi.

Yaşlı adam da bu sözlərə belə cavab verdi :

«Bax necə ağıllandın.»

Link to comment
Share on other sites

Balaca bir qızın atası İspaniyanın “ən təhlükəli siyasi məhbuslarının” saxlanıldığı həbsxanada məhbus idi. Balaca qız atasını görmək üçün bütün imkanlardan istifadə edir, hər fürsətdə atasının yanına gedirdi.

Bir dəfə atasının yanına gedəndə onun üçün çəkdiyi şəkli də apardı. Ancaq həbsxana qaydalarına görə “ağıllara azadlıqla bağlı nəsə gətirə biləcək” şəkillərin məhbuslara verilməsi qadağan idi.

Buna görə də balaca qızın çəkdiyi quş şəklini qəbul etmədilər və elə oradaca cırıb atdılar.

Balaca qız çox üzülmüşdü… Atasına da dedi. Atası da qızına dedi ki, “çox üzülmə, gələn dəfə şəkil çəkərkən daha diqqətli ol.”

Üstündən bir müddət keçdi. Balaca qız yenə atasının yanına getdi. Bu dəfə də şəkil çəkmişdi. Bir ağac şəkli… və üstündə balaca nöqtələr…

Atası maraqla şəklə baxdıqdan sonra qızına dedi: “Nə qədər gözəl çəkmisən bu ağacı”…

Sonra balaca nöqtələri göstərib soruşdu ki, bəs bunlar nədir, kiçik meyvələrdir?

Balacaq qız ağzını atasının qulağına yaxınlaşdırıb yavaşca dedi: “Atacan, onlar meyvə deyil. Budaqların arasında gizlətdiyim quşların gözləridir”….

Link to comment
Share on other sites

  • 3 weeks later...

Ata evlənməyə hazırlaşan oğluna ailə həyatının əsas qaydalarını öyrətmək qərarına gəlir. Oğlunu çağırıb deyir: “İstəyirəm sənə evlilik həyatının astanasında bir dərs verim. Amma bu dərsi mətbəxdə keçməyimizi istəyirəm”.

 
Oğlu təəccüb içində qalır. Düşünür ki, yəqin atası ona bəzi sadə xörəklərin bişirilmə qaydasını öyrətmək istəyir ki, evlənəndən sonra əgər hər hansı səbəb üzündən həyat yoldaşı evdə xörək bişirməsə, o, ac qalmasın. Hər halda, heç bir söz demədən atası ilə birlikdə mətbəxə keçir.
 
Ata sobanı yandırıb, alovun üzərinə su ilə dolu üç qazança qoyur. Sonra üzünü oğluna tutub deyir: “İndi mən dediklərimi et. Mənə iki yerkökü, iki yumurta, iki dənə də quru qəhvə dənəsi ver”. Oğlu deyiləni yerinə yetirir, atasının istədiklərini ona verir. Ata yerköküləri qazançaların birinə, yumurtaları o birinə qoyur. Üçüncü qazançanın içinə də qəhvə dənələrini atır. Hər üçündə alovun hərarətini eyni səviyyədə tənzimləyir. Ata-oğul bir neçə dəqiqə qazançaların qaynamasını seyr edirlər. Oğul ağzını açıb nəsə demək istəyəndə dünya görmüş ata əli ilə ehmalca “sus” işarəsi verir.
 
Bir neçə dəqiqə ötüb-keçir. Ata hər üç qazançanı alovun üstündən götürüb, içərilərindəki suyu süzür və qazançaları yanaşı düzür. Sonra yerköküləri, yumurtaları və qəhvə dənələrini oğluna göstərib soruşur: “Bunların qaynayandan əvvəlki və sonrakı vəziyyətləri arasında nə fərq görürsən?”
 
Oğul cavab verir: “Yerkökülər qaynamazdan əvvəl çox bərk idilər, onları dişləyib yemək mümkün deyildi. Amma qaynayandan sonra tam yumşaldılar, hətta əl vursan parçalanarlar. Yumurtaların qaynamazdan əvvəl də qabıqları bərk idi, sonra da belə qaldılar. Amma əvvəl onların içərisi yumşaq və duru idi, qaynayandan sonra içəriləri bərkidi. Qəhvə dənələri isə əvvəl necə idilərsə, indi də eynilə o cürdürlər”.
 
Ata oğlunun müşahidəsinin düzgün olduğunu təsdiq edir, sonra deyir: “Oğlum, indi bu üç ərzaq növünü ailə quran insanlara, qaynama müddətini də evlilik həyatına bənzət. Ailənin uğurlu olması üçün əsas şərt qarşılıqlı sevgi və şəfqətdir. Əgər ailə quranlar bir-birini həqiqi məhəbbətlə sevməsələr, yalnız bir-birinə yazıqları gəlsə, bu yerkökü kimi bir müddətdən sonra dəyişib, əvvəlki vəziyyətlərini itirəcəklər. Evlənməzdən əvvəl malik olduqları gözəllik, həyat eşqi onları tərk edəcək. Axırda bu iki yerkökü kimi əzik, parçalanmış və kövrək olacaqlar. Çünki evlilik boyunca bir-birini içəridən yeyib-dağıtmışlar.
 
Əgər aralarında yalnız sevgi olsa, şəfqət və mərhəmət olmasa, bu iki yumurta kimi kənardan baxdıqda dəyişiklik gözə dəyməyəcək. Başqalarının yanında özlərini xoşbəxt göstərəcəklər, içəriləri isə dəyişəcək, qatılaşacaq. Şəfqətsiz bir həyat onların qəlbini daşlaşdıracaq.
 
Amma əgər həm sevgi, həm də şəfqətə malik olsalar, bu iki qəhvə dənəsi kimi dəyişməz qalacaqlar. Qəhvə dənələrini nə qədər qaynatsan da, hallarına təsir etməz, yenə qaynadılmağa yararlıdırlar. Sevgi və şəfqətli bir ailənin üzvləri də bir-biri ilə yaşamaqdan üzülməzlər, dəyişməzlər, bundan zövq duyarlar”.
 
Oğul bu sadə dərs üçün atasına təşəkkür edir. Ata isə: “Hələ sözüm bitmədi” deyə, qəhvə dənələrini qaynatdığı qazançanın içindəki suyu fincana süzərək, fincanı oğluna uzadır. Oğul fincandakı qəhvəni içərkən ata dərsin son fəslini ona öyrədir: “Nə yerkökünün, nə də yumurtanın suyu istifadəyə yararlı olmadı. Amma qəhvə dənələri qaynayandan sonra nəinki dəyişmədilər, hətta birlikdə olduqları mühiti də dadlı və gözəl etdilər. Bu fincandakı qəhvə hər kəs üçün xoşagələn və dadlıdır. Sevgi və şəfqətlə dolu iki nəfərin ailə ocağı da belədir. Kim onların ailə həyatına nəzər salsa, faydalı və ibrətli nümunələr götürər, bu nümunələrə əməl edərək özü də həyatdan zövq alar”.
Link to comment
Share on other sites

Dostunun gündən-günə pisləşdiyini görən biri onu həkimə göstərməyi qərara alır. Həkim xəstəni müayinə etdikdən sonra onun ağacda yarpaqlar saralıb tökülənədək ömrü qaldığını bildirir. Bunu eşidən xəstə dost hər səhər ayılıb pənəcərə qarşısındakı ağaca baxardı.
Payız yaxınlaşmışdı və ağacdakı yarpaqlar yavaş-yavaş saralıb tökülürdü. Beləcə yarpaqlar hamısı tökülməyə başladı və sonda ağacda yalnız üç yarpaq qaldı, dostu bu üç yarpağında töküləcəyini gözləyirdi, amma yarpaqlar tökülüb getmirdi. Bunun ümidiylə xəstə dost yavaş-yavaş sagalmağa başladı. Günlər keçdi və bir gün o ağaca yaxınlaşanda gördü ki, ağacdakı yarpaqlar kağızdandır və bu zaman dostu ona dedi: "Ağacdakı yarpaqları çoxdan külək aparmışdı və mən səndən xəbərsiz ağaca kağızdan xəyali yarpaq düzəltdim, sənin ümidin itməsin deyə.".

Link to comment
Share on other sites

Dostunun gündən-günə pisləşdiyini görən biri onu həkimə göstərməyi qərara alır. Həkim xəstəni müayinə etdikdən sonra onun ağacda yarpaqlar saralıb tökülənədək ömrü qaldığını bildirir. Bunu eşidən xəstə dost hər səhər ayılıb pənəcərə qarşısındakı ağaca baxardı.

Payız yaxınlaşmışdı və ağacdakı yarpaqlar yavaş-yavaş saralıb tökülürdü. Beləcə yarpaqlar hamısı tökülməyə başladı və sonda ağacda yalnız üç yarpaq qaldı, dostu bu üç yarpağında töküləcəyini gözləyirdi, amma yarpaqlar tökülüb getmirdi. Bunun ümidiylə xəstə dost yavaş-yavaş sagalmağa başladı. Günlər keçdi və bir gün o ağaca yaxınlaşanda gördü ki, ağacdakı yarpaqlar kağızdandır və bu zaman dostu ona dedi: "Ağacdakı yarpaqları çoxdan külək aparmışdı və mən səndən xəbərsiz ağaca kağızdan xəyali yarpaq düzəltdim, sənin ümidin itməsin deyə.".

Hulya Kocyigitin bir kinosunda deyesen bele bir shey gormusdum...

Link to comment
Share on other sites

Yoruluruq...Yaşamın bizə verdiyi yükü daşımağa gücümüz çatmır...
Bəlkə zamandan,bəlkə insanlardan,bəlkə gündəlik yaşam tərzimizdən...Amma ən bərbad yorğunluq insanın özündən bezməyidir..
Özünə aid olanlardan bezmək,aid olduqlarından bezmək ...Ağır gəlir insana...
Bunun əsas səbəblərini araşdırmadan sadəcə uzaqlaşmaq istəyirsən...Bu yəqinki ,hamımızda olub.Heç kəsin olmadığı bir yerə qaçmaq istəyirsən.Sanki bu kömək olacaqmış kimi,sanki bu nəyisə həll edəcəkmiş kimi ...Uzağa ...
Amma düşünmürük gedəcəyimiz yerdə də yenə "sən”olacaqsan...Orda da yenə o düşüncələr olacaq.O bezgin,o yorğun insan olacaq...Yenə o ürək olacaq döyünən..Hər döyüntüsündə ağrı verəcək..Amma indi bir döyüntü daha artacaq...Ağrı da artacaq...Daha tez-tez döyünəcək...Çünki o təklik daha böyük yük verəcək sənə...Çünki artıq soruşan olmayacaq
-"Nə olub sənə?”...
-"Heç sadəcə biraz yorğunam...”
İndisə fərz etki təksən... o sualın cavabını tam səmimi,vicdanlı və qərəzsiz verməlisən... yalansız...Çünki sən özün özünə cavab verəcəksən...Özün-özünə həm məhkum,həm şahid olacaqsan...
İnsan özündən qaça bilmir ...İnsan öz "mən”indən qaça bilmir...İnsan öz beyninin diqtəsindən qaça bilmir...İnsan hər döyüntü ilə bütün vücudunda dövr edən qanın yenidən qəlbindən keçib hələ üstəlik ətrafdan aldığı oksigenin yükü ilə də ağırlaşıb ikinci dəfə dövrünə dözə bilmir...
Bax onda bezirsən,yorulursan...Onda daha yaxşı anlayırsan ki, sən tək gəlmisən,tək gedəcəksən...
Tək doğulduğun kimi,tək də köçəcəksən...Amma boğulmamalısan!Mən insanam deməlisən!Yaşamalıyam!Tək gəlsəm də, mən dünyaya gəlmişəm!İnsanların olduğu dünyaya!Sənin kimi olan bir varlıqların var olduğu bir dünyaya! Mən tək deyiləm!!!Mən tək deyiləm!Mən tək qalmamalıyam !!!Çünki lazımam mənə aid olanlara və aid olduqlarıma!Mən qiyamət günü cavab verəcəm onlara yaşatdıqlarıma görə!!!Güclü olmalıyam!!!Güclüyəm....
Allahım heç kimə çəkə biləcəyindən artıq yük vermir...

Link to comment
Share on other sites

Dogum gunu:

ATA: Nece gozeldi. İndi bu bapbalaca melek menim qizimdir? Ne qeder gozel gulumseyir. Xoshgeldin dunyaya, kicik shehzadem.

KİCİK SHEHZADE: Bu gozlerini menden ayirmayan adam yeqin atam olar.

5 YASHİNDA:

ATA: Shehzadem, ay kicik shehzadem! De gorum atan sene ne alsin?

KİCİK SHEHZADE: En cox atami isteyirem. Atam niye ancaq anamla yatir? Hemise menimle yatsin, ancaq meni sevsin.

10 YASHİNDA:

ATA: Getdikce shiltaqlasir. Kime oxsayir goresen? Onunla vaxt kecirmekden hezz aliram.

KİCİK SHEHZADE: Atama asiqem. Boyudukde onun kimi bir oglanla evlenecem. Onuna vaxt kecirmek cox maraqlidir.

15 YASHINDA:

ATA: Ne qedr de tez boyudu. Eve de gec gelmeye basladi, bu gedisle basina pis ish gele biler. Deyesen daha sert danismaliyam.

KİCİK SHEHZADE: Atamin uzunden dostlarimla istediyim qeder vaxt kecire bilmirem. Meni sixishdirmasina nifret edirem. ne vaxt azad olacagam?

20 YASHINDA:

ATA: Artiq sozumu esitmir. Menden getdikce uzaqlasir. Pul qazanmaga da basladi, tebii ki mene ehtiyaci qalmadi. Coxdandi aramizda semimi sohbet de olmayib. Eve de tez-tez oglanlar zeng edir. Deyesen kicik shehzadem elimden cixir.

KİCİK SHEHZADE: Her dediyime qarsi cixir, meni hec cur basa dusmur. Hele o gun geyindiyim mini-yubkaya da soz dedi. Evden ayrilib oz shexsi heyatimi qurmaliyam. Usaq kimi munasibet gormekden bezdim!

25 YASHINDA:

ATA: Bir gun bunun olacagini bilirdim. Budur, evlenir artiq. Onsuz da munasibetimiz evvelki kimi deyildi. Indi eri de var. Shehzadem meni terk edir.

KİCİK SHEHZADE: Bele bir gunde kederli olmagin ne menasi var? Bilirem, evlendiyim oglani hec cur qebul ede bilmir. Oz xeyalindaki kureken deyil axi! Ele bil o yasayacaq erimle...

30 YASHINDA:

ATA: Cox az gorusuruk. Daha tez-tez gorussek ne yaxsi olardi. Nevelerim ucun de darixmisam. Oz dostlarinin etrafindan cixmirlar ki...

KİCİK SHEHZADE: Atamgile az diqqet yetirirem deyesen. Telefonda cox meyus bir sesi var idi. En yaxshisi bazar gunu ona bir surpriz edim.

40YASHINDA:

ATA: Kicik shehzadem menim intellektual seviyyemin kifayet etmediyini deyir. Halbuki, kicik yaslarindan derslerine hemise men komek edirdim. Basa dusmediyi problemleri hemise menden sorusurdu. Indi meni beyenmir. Bundan sonra onunla siyasi muzakire ve mubahise aparmayacagam.

KİCİK SHEHZADE: Atam getdikce usaq kimi hereket etmeye baslayir. Tez-tez nelerdense sikayet edir. Amma son zamanlar saglamligi da qaydasinda deyil. Birden ona bir sey olsa? Onsuz da hec vaxt onun istediyi kimi olmadim.

45 YASHINDA:

ATA: Kicik shehzademin xosbext ailesi olmagi ne qeder gozeldir. Gozum arxada qalmayacaq. Her seye ozu nail oldu. Onunla fexr edirem.

KİCİK SHEHZADE: Atam ucun cox narahat oluram. Onu itirmeye hazr deyilem. Dermanlarini da qebul etmir. Allahim, onu menden alma!

50 YASHINDA:

ATA: hec bir zaman seni cox sevdiyimi unutma, kicik shehzadem! Ne qeder uzaga getsem de, her zaman seni izleyecek ve qoruyacagam. Elvida, kicik shehzadem.

KİCİK SHEHZADE: Meni sensiz buraxma, ata. Men kimin ciyinlerinde aglayacagam, kim butun qelbi ile menim komeyime catacaq? Ne olar,getdiyin yerde xosbext ol ve hemise yanimda oldugunu hiss etdir.

Sensiz ne edeceyimi bilmirem, ata...

55 YASHINDA:

KRALI ARTIQ COX UZAQLARDA OLAN KİCİK SHEHZADE: Sen gedenden seni daha cox basa dusurem, ata. "Kash seni hec zaman kederlndirmezdim" deye bilmirem, cunki "kash"larin hec bir seyi deyisdirmeyeceyini bilirem. Yene de meni esidirsense, seni cox sevdiyimi unutma, ata...

Sensiz cox darixiram ata, cox darixiram...

Edited by Igolka
Link to comment
Share on other sites

  • 4 weeks later...

Kevinin 22 yaşı təzəcə tamam olmuşdu, özündən əmin, çox ağıllı və bir cavan oğlan idi. 10 gündən sonra Koreyadakı müharibə zonasına yollanmaq üçün İngiltərədən ayrılacaqdı, heç bir şeydən qorxmurdu amma, ölkəsindən ayrılmaq çətin gəlirdi ona.

Ağır addımlarla böyük bir kitabxanın qapısından içəriyə girdi, bir kitab götürüb oturdu və səhifələməyə başladı. Həqiqətən də çox gözəl mövzuları özündə əks etdirən bir kitab idi, amma daha da maraqlı olanı isə kitabı daha əvvəl başqasının da oxumuş olması və bəzi yerlərə qeydlər götürmüş olması idi. Oxuyanın qeydlər götürdüyü hissələr Kevinə maraqlı gəldi, qeydləri oxuduqca sarsılırdı. Kim ola bilərdi bu? Dərhal kitabxanaçıya yaxınlaşdı və əvvəl kitabı oxuyan adamın kim olduğunu soruşdu

“Holly adında bir qadındır” deyə cavab verdi kitabxanaçı

Qadının ünvanın kitabxanaçıdan aldı və evə çatar çatmaz bir məktub yazdı:

«Böyük Kitabxanada bir kitab oxudum. Əlavə etdiyiniz qeydlər qarşısında heyranlıq duyduğumu gizlədə bilmədim. 10 gün sonra Koreyaya gedirəm, sizi tanımaq və sizinlə məktublaşmaq istəyirəm. Cavabınızı səbrsizliklə gözləyirəm.

Hollydan müsbət cavab gəldi və məktublar ardı arxasına yazılmağa başlandı. Hər yeni məktubda bir-birlərindən bir az daha təsirlənir, ürəklərini bir-birlərinə bir az daha açırdılar.

2 il bu şəkildə keçib getdi. Kevin və Holly bir-birlərinə bəlkə minlərlə məktub yazmış, hər məktubdan da biri birilərinə daha da bərk bağlanmışdılar.

Kevinın ölkəsinə geri dönmə vaxtı gəlib çatdı, son məktubunda Hollyni görmək istədiyini yazdı. „Ancaq səni tanıya bilmək üçün mənə bir şəkilini göndər xahiş edirəm“ deyə əlavə etdi.

Holly görüşməyi qəbul etdi lakin şəklini göndərmədi. „Şəkilin nə əhəmiyyəti var ki? Bizi bir birimizə bağlayan ürəklərimiz deyilmi? Yaxama qırmızı bir çiçək taxacağam.“ dedi.

Günlər bir-birini qovdu və Kevin ölkəsinə qayıtdı. Qatardan endiyi ilk anda gözləri Hollyni axtardı. Bir müddət baxdı baxdı, sonra insanların arasından indiyə qədər gördüyü ən gözəl bir qadını gördü. Uzun boylu, çox gözəl, uzun sarı saçlı, gömgöy iri gözləri və mavi paltarıyla möhtəşəm bir qadın idi. Qadına doğru bir addım atdı, amma yaxasında heç bir şey yox idi. Qadın onun gözlərinə baxdı və „Salam dənizçi, mənimlə gəlmək istərsənmi?“ deyə soruşdu. Elə həmin an gözəl qadının arxasında, yaxasında qırmızı çiçək olan qadını gördü. Qısa boylu, kök, boz qısa saçlı, tozlu uzun paltosu və qalın biləkləriylə sakitcə dayanırdı. Kevin çaşmış idi, az əvvəl həyatında gördüyü ən gözəl qadından bir təklif almişdı amma qarşısında da ürəyinə aşiq olduğu qadın dayanırdı. Özünü yığışdırdı və yanından keçən dünyalar gözəli qadına vecinə almadan irəlilədi. Əlində Holly ilə bir-birlərini tanımalarına kömək edən kitab vardı. Əlini uzatdı,

-»Salam Holly” dedi gözlərinin içində gülümsəyərək.

-«Bağışlayın» dedi qadın.

-«Mən Holly deyiləm.

Bir az bundan qabaq buradan keçən sarı saçlı mavi paltarlı qadın yaxama bu çiçəyi taxdı və bunun həyatının imtahan olduğunu söylədi. Sizi stansiyanın çıxışındakı cafedə gözləyəcəkdi…

Link to comment
Share on other sites

  • 4 weeks later...

Xəyanətin adı köçəri bir quşa verilmiş,

Sədaqətin adı isə; bir sərçəyə

Köçəri quş bütün bahar və yay boyunca

Kiçik kəndin üstündə uçmuş sərçəylə birlikdə

Kiçik ağcaqanadları, qurdları yemişlər,

Qış yağışlarıyla şaha qalxmış, dərələrdən su içmişlər.

Gömgöy səmada rəqs etmişlər,

Çiçək açan ağaclara qonub, çobanyastığı tarlalarında gəzmişlər...

Bir-birlərinə söz vermiş quşlar;

Ayrılmayacağıq deyə.

Amma qış gəlmiş,

Köçəri quş adına yaraşanı etməyə qərarlıymış,

Sərçə isə hər zamanki kimi sadiq

Amma sevgi də çölə atılmaz bir gerçək.

Ayrılıq acı, xəyanət pismiş sərçə üçün

Yaşamaqsa əhəmiyyətli imiş köçəri üçün.

O, baharların şirin əyləncəsiymiş yalnız

Gəl demiş sərçəyə mənlə birlikdə...

Başqa bir bahara uçaq.

Sərçə isə burada gözləyək demiş yeni baharı

Amma qış mərhəmətsizdir. demiş köçəri,

Yaşaya bilmərik burada, aç qalar üşüyərik

Sərçə xeyr demiş qorunarıq pisliklərindən qışın,birlikdə

Köçəri inanmamış sərçəyə xeyr demiş gedək.

Sərçə üçün getmək necə bir xəyanətsə yaşadığı yerə

Qalmaqda eyni şəkildə xəyanətmiş sevgiliyə

Və qərar vermiş sevgini seçmiş

Uçacaqmış yeni bir bahara...

Köçəri və sərçə çıxmışlar yola,

Amma sərçə zəifmiş,

onun qanadları uzun uçuşlar üçün deyil.

Dözə bilməyəcəkmiş bu yola

Halbuki köçərinin qanadları güclüymüş

Çünki ohəmişə qaçarmış qışlardan

Həmişə gedərmiş çətinliklərindən qışın yeni baharlara

Bir fırtına yaxınlaşırmış.

Köçəri sürətli gedirmiş fırtınadan, tutulmayacaqmış

Amma sərçə yaxşıca zəif qalmış, yavaşlamağa başlamış

Köçəriyə dayanaq demiş artıq.

Bir az istirahət edək

Köçəri etiraz etmiş, fırtına demiş, ölərik.

Sərçə çox fırtına görmüş, xilas olarıq demiş.

Amma köçəri get demiş sərçəyə

bir azdan okeanlara çatacağıq

Sərçə sevgisi ilə hərəkət etmiş və

arxasından son bir səylə getmiş köçərinin

Bir azdan varmışlar okeana

Qurtuluşuymuş bu böyük dəniz

Köçəri üçün çox yaxşı bilərmiş buraları

Amma sərçə ilk dəfə görürmüş və sanki

Səmadan daha böyükmüş bu yeni mavi

Sərçə artıq dözə bilmirmiş,

Son bir sevgi səsiylə səslənmiş köçəriyə

Artıq gedə bilmirəm.... Köçəri sərçəyə baxmış,

Baxmış və davam etmiş........

Okean çox böyükmüş, sərçə isə çox kiçik

Sərçənin sevgisi də çox böyükmüş amma köçərininki çox kiçik...

Mavi sularında okeanın bir kiçik SEDAQET..

Yeni bir baharın qoynunda böyük bir XEYANET...

Link to comment
Share on other sites

  • 2 weeks later...
ACI TALE (hekayə)

 

Nisgilli bir yay axşamı idi. Günəş sanki iş vaxtı bitmiş kimi, dünyanı tərk edirdi. Quşlar yuvalarına, insanlar evlərinə yığışırdı. Hava qaralırdı. Səmadan sanki qəm yağırdı. Hər yer iztirab, hər tərəf qorxunc bir intizar çəkirdi. Səmayə -7 yaşlı qızı Əsmət, 5 yaşlı oğlu Əli ilə köhnə evlərinin həyətində yenə də əri Kərimin yolunu gözləyirdi. Ağır intizar idi bu, sonunda vüsal deyil, əzab olan intizar. Amma nə etməli, onlar bu əzabı yaşamağa bir növ adətkərdə olmuşdular. 

İçirdi Kərim, çox içirdi, hər gün içirdi. İçməyi bir yana qalsın, elə ki, içdi, vəssəlam, "kino" başlayır, "məhkəmə" qurulurudu, ailəsinə göz verir, işıq vermirdi. Elə cəmi neçə gün öncə qonum-qonşu yazıq Səmayəni güclə almışdılar onun əlindən. Öldürəcəm səni deyirdi, – məni kişi saymırsan sən, dədəni məndən üstün tutursan, onlara əyilmisən. Hətta mətbəxdən götürdüyü bıçaqla həyətin ortasında az qala Səmayənin başını kəsəcəkdi. Yaxşı ki, qonşu Habil özünü yetirmiş, məcbur qalıb, Kərimi möhkəm vurmuşdu. Həmən gün Əsmət atasının huşsuz başı üstündə nə qədər ağlamışdısa, gözü hələ də şiş idi. O gündən Habilə salam da vermirdi qızcığaz...

 

Əli isə susqun uşaq idi - içinə qapalı; kişi xarakterli yəni. Heçnə etmir, dinmir, belə hallarda ancaq bacısına sarılıb için-için ağlayırdı. Bəlkə də o hələ olub-bitənləri anlamırdı, sadəcə qorxurdu, o çox qorxurdu. Keçən dəfə atası onu anasının üzünə tüpürməyə məcbur etdikdə uşaq sarsıntıdan ümumiyyətlə özündən getmişdi...

 

Səmayə!... Kərimə sevib gəlmişdi. Hətta qaçmışdı Kərimlə. Ona görə, üzükölgəli idi, çox da gileylənə bilmirdi, bu xətası onu himayəsiz qoymuşdu. Və anlamışdı ki, o bütün bu iztirablara özü dözməlidi – tək başına, yalqızcasına. İlk və son dəfə gizlicə Kərimdən atası gilə şikayət etdikdə, atası Qəzənfər kişi –“necə özbaşına iş tutmuşdunsa, indi də özün başına bir çarə qıl, mən saqqalımı söydürən deyiləm, bala!” –deyə qışqır-bağır salıb, qızı ağzını açdığına peşman etmişdi...

 

Görənlər xəbər vermişdi ki, bu gün də Kərim içib, kəndin çayxanasında camaata “konsert” verir. Ona görə, bu gecə də hansısa "fəlakətin" olacağı gözlənilən idi. Hər dəfə həyətin qapısı açıldıqda balaca Əsmətin ayaqları əsirdi. Gələnin başqası olduğunu görən kimi - “ata deyil, anacan, ata deyil gələn” –deyə sevinə-sevinə həyəcandan balaca sinəsində həbs etdiyi nəfəsi boşaldırdı...amma haçanacan? Axı Kərim onsuz da gələcəkdi...Bəlkə də möcüzə baş verəcək və atası evə ayıq gələcəkdi, görəsən belə bir ehtimal yox idimi?! - Bu, Əsmət üçün ən böyük surpriz olardı.

 

İndi bu boyda dünyaya sığmayan sənə

o kiçik eviniz belə dar gəlmir nə qədər ki, uşaqsan

Və bir axşam çox mutlu ola bilirsən

sadəcə buna görə ki:

atan evə ayıqbaşına dönüb...

 

Nəhayət həyətin darvazası açıldı. İki cavan uşaq qoluna girib Kərimi evə gətirmişdilər. Kərim qışqıra-qışqıra içəri girdi: 

 

- Hardadı arrrvadım, məni niyə qarşılamır? Niyə xoş gəldin demirrrr?...Ay Səmayə, ay Səmayə! 

 

Bu dəfə lap çox içmişdi. Ayaq üstə dura bilmirdi. Gözləri qan qoymuşdu. Eləbil küçədə yüngülvari kimləsə dalaşmışdı da, dodağı partlamışdı.

 

Əsmət qaçıb evə girmişdi. Balaca əllərini qulaqlarına tutub, guya dərs oxuyurmuş kimi gözlərini birinci sinif kitabına zilləmişdi. Əli isə ümumiyyətlə görünmürdü.

Səmayə tez qaçıb Kərimi qarşıladı. Qoluna girib evə saldı. Kərimə xoş gəlsin, dava-dalaşa başlamasın deyə yalandan gülümsəməyə başladı:

 

- Kərim, başına dönüm, qoy bir ayran düzəldim iç, halın biraz düzəlsin.

 

Kərimə sanki bir təkan lazım imiş kimi, əllərini ölçə-ölçə bağırmağa başladı:

 

- Bura gəl, köpəyinqızı, yaxın gəl, bax, dodağımı görürsən, partlayıb. Sənin üstündə bir əclafı öldürəcəkdim. Mənə deyir ki, o arvadın Səmayəyə yazığın gəlsin, içə bilmirsən içmə...o səni hardan tanıyır, Səmayə?! De görüm, xalxın kişisi sənin halına niyə belə acıyır, nə var aranızda... gizlətmə, de, doğrayacam səni! 

 

Səmayə verdiyi cavabın faydasız olacağını bildiyi üçün başını aşağı salıb susdu. Amma eşitdikləri iftiradolu sözlərdən ürəyi bulanırdı, artıq bütün pərdələr yırtılmışdı, İlahi, bu nə həyat idi?!

 

Kərim yumruğunu qarşısındakı köhnə masanın üzərinə çırparaq yenidən bağırdı:

- Səmayə, sən kimin arvadısan?

- Kərim, bu necə sualdı, əlbəttə sənin arvadınam.

- Bəs o alçaq kimdi, Səmayə?!

-...

- Sənnənəm, ay küçəqadını! Onsuz da mən bunu öyrənəcəyəm, amma özün etiraf eləsən, cəzan yüngül olacaq. 

Səmayə ağlama başladı:

 

- Ay Kərim, sən Əsinin canı, qutaraq bu söhbəti, ürəyim bulanır...

 

"Şeytan öz işlərini bekar əllərə gördürər".

 

Əslində Kərimi bu hala salan nə eşq, nə qısqanclıq və s. deyil idi, sadəcə onun çox ağır sosial problemləri var idi. Ailəsinin maddi təminatını ödəyə bilmirdi, bir kişi üçün bundan ağır dərd nə ola bilər ki? İş yox idi, güc yox idi, tam bir avara həyatı sürürdü Kərim. Neyləsə idi? Dərdini bu yolla unudurdu, əsl səbəbkarlara gücü yetmirdi deyə öcünü onu heç vaxt tərk etməyəcəyindən əmin olduğu zərif məxluqdan, arvadından alırdı. Yoxsa bu həmən Kərim idi ki, iki il öncə Səmayə "zobdan" əməliyyat olunduqda imkanı olmadığı üçün cərrahın qarşısında diz çöküb uşaq kimi ağlamışdı, mənim arvadımı xilas et, deyə. Zaman çox dəyişdi onu, problmelər adamlıqdan çıxardı. Kimə deyəydi dərdini, kimdən çıxaraydı acısını, bilmirdi. Başqasına bir söz demək olar? Vurub öldürərlər adamı, ən əmin-aman ünvan elə yazıq Səmayə idi. 

Bax, bu əminlik hər zaman işləri korlayır. Addımbaşı üzülmək istəmirsənsə, heç kəsdə özünə qarşı belə əminlik yaratmayacaqsan. Biz anamızı sevmədiyimizdən incitmirik, biz onu canımızdan da çox sevirik, sadəcə əminik, əminik ki, hər nə ediriksə edək, anamız bizi tərk etməyəcək, fədakarcasına bütün kaprizlərimizə dözəcək...

 

Kərim dişlərini qıcayaraq Əsməti yanına çağırdı:

 

– Bura gəl, anasının qızı, bura gəl! Get mətbəxdə nə çəngəl, bıçaq, nə varsa hamısını gətir bura. Anan bu gecə hər şeyə etiraf etməlidir, tez ol! 

 

O, Əsməti belindən itələdi. Qız əvvəl yıxılıb, sonra ayağa qalxdı, dizi sıyrılmışdı, amma hiss belə etmədi. Mətbəxə girdi, şkafları ələk-vələk elədi. Bir dənə də nə çəngəl, nə də bıçaq yox idi. Bir anlıq gözləri parladı, sevincdən sanki ürəyi şişdi. Otağa qayıdıb həvəslə – “atacan, çəngəl, bıçağımız qurtarıb, yoxduye” –dedi. 

 

Kərim hıçqıra-hıçqıra bağırdı: 

 

- Məni ələ salmısan, ay itin qızı, necə yəni çəngəl-bıçağımız qurtarıb? Rədd ol gözümün qarşısından, anasıfat!...Oğlum gəlsin. Əli gəlsin yanıma!

 

Əli yox idi. Həyəcandan Səmayə belə bunu fərq etməmişdi. Birdən yerindən atıldı: Uşaq hardadı, ay Allah?! Otaqlara baxdı, yox idi. “Əli, Əli, qorxma oğlum, ana qurban, hardasan?” -deyə ağlamağa başladı.

 

Əli əməlli başlı yoxa çıxmışdı. Kərim də aşa-aşa bir təhər ayağa qalxdı: 

 

- Neyləmisən bu uşağı, hara göndərmisən? – o yenə Səmayəni günahlandırdı.

 

Başını itirmiş kimi, oyana-bu yana qaçan Səmayə güclə cavab verdi:

 

– Vallah bayaq burda idi, sən gələn kimi yəqin qorxusundan harasa gizlənib.

 

Evi, həyət-bacanı, hər yeri ələk-vələk elədilər. Əli yox idi. Sanki uşaq qorxudan əriyib buxarlanmışdı. Səmayə elə bərkdən ağlayırdı ki, artıq səsi eşidən qonum-qonşular da yığılmışdılar. Hamı təəccüb içində Əlini axtarırdı. Kərim də həyəcandan demək olar ki, ayılmışdı. Əli isə yox idi ki, yox idi.

 

Əsmət qardaşı gizləndiyi yerdən çıxsın deyə həmişə üstündə dava etdikləri kuklanı ona verəcəyini vəd edirdi: – “bundan sonra hər şey sənin olacaq, Əli, dəftərlərimi də sənə verəcəm, yetər ki, sən çıx çölə!” –deyə-deyə həvəslə Əlinin gizlənə biləcəyi yerləri yoxlayırdı...

 

Bir xeyli vaxt keçdi. Hər yerdən ümid üzülmüşdü. Artıq nənəsi, babası da, polis əmisi də, naxırçı dayısı da Əligildə idi. Hamı mat-mat oturmuşdu. Hər yerə acı sükut çökmüşdü. Necə yəni, axı bu uşaq, gecənin bu vaxtı hara gedə bilər? Bəlkə bilmədiyimiz nəsə var, bəlkə nəyisə gizlədirsiniz? - sualdolu baxışlar Səmayə ilə Kərimə zillənmişdi.

 

Əlinin polis əmisi Nahidin sualları təbii olaraq daha çox və daha dəqiq idi:

 

- Gəlinbacı, belə hadisə ilk dəfə baş verir?

 

- Hə, Nahid, Əsi canı, belə uşaq deyil idiye Əli, o mənsiz heç yana getməzdi. 

- Kərim uşağı vurub eləmədi ki, düzünü de, - Nahid bu sualı Kərimin duymayacağı tərzdə soruşdu.

- Yox, Nahid, yox, vallah, yox! Onun dərdi mənlədi, Əlini vurmaz heç zaman.

- Bəs sənlə dərdi nədir, nə daş tökmüsən ki, başına Kərimin? - deyə Səmayənin çoban qardaşı Gülbala dilləndi.

- Yaxşı, indi bunun yeri deyil, - Nahid Gülbalaya sərt təpki verdi.

Sakitləşdilər...

 

Birdən cehiz otağından bir cingilti səsi gəldi. Sanki hardasa döşəməyə çəngəl-qaşıq töküldü. Səmayə “can, oğlum!” -deyib göz qırpımında səs gələn otağa qaçdı. Gəlinlik sandığının yanında bir çəngəl düşmüşdü. Təəccübləndi: burda çəngəl nə gəzir? Özündən asılı olmayaraq sandığa cumdu. Heç özü də səbəbini bilmədən sandığın ağzını açdı. Dəhşətdən gözləri bərəldi. “Əliiiiim!” –deyə nalə çəkib, çəkib, huşdan getdi. Üzüüstə sandığın içinə düşdü. Hamı yerindən dik atıldı, qaçaraq Səmayənin sorağına gəldilər: bu nədi belə, Səmayə sandığın içinə yıxılmışdı. Neçə nəfər köməkləşib, onu sandıqdan kənara çəkmək istədilər. Budur, Əli. Sandığın içində, rəngi ağ-appaq ağarmışdı. Hamını heyrət bürüdü, Kərim ağlaya-ağlaya irəli keçib Əlini qucağına götürdü. 

 

Sən demə Əli atasının qışqırıqlarını eşidəndən kimi mətbəxdəki bütün çəngəl-bıçaqları yığıb, qucaqlayıb sandıqda gizlənibmiş. Sandığa girdikdən sonra sandığın qıfılı düşüb ilişib deyə yazıq uşağın nəfəsi daraldıqda qapısını açıb sandıqdan çıxa bilməyib. 

Əli balaca canını sandıqdaca tapşırmışdı. Çəngəl-bıçaqları isə son nəfəsinə kimi gizlədirmiş kimi qucaqlayıb, yalnız canı çıxandan sonra onları əlindən buraxmışdı. Və o otaqdan gələn səs bu tökülən çəngəl-bıçaqların səsi idi...

 

Hamı sözün əsl mənasında şokda idi...

Balaca Əli ölmüşdü, amma ölümü ilə o, bəlkə də anasını ölümdən qurtarmışdı...

“Ey iman gətirənlər, Şərab (içki) ...Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (Maidə, 90.)

 

İlqar Kamil.
Link to comment
Share on other sites

 

Vaxtından çox əvvəl bərkiyər onların ovucları, daş bərkidər ovuclarını, daş! Baxarsan, sanki kişi ovuclarıdı ovucları. Kişi deyillər amma, uşaqdılar, uşaq! Onlar, - o növcavan uşaqları deyirəm e, - onlar kirli ovuclarındakı daşları ilə öyünərlər: mənim daşım daha böyükdü, mənim daşım daha ələyatımlıdı, mənim daşım daha möhkəmdi, deyə. Daha bilməzlər ki... daha bilməzlər ki, daş elə daşdı, onun yumşaqı olmaz! Bəlkə olar? Nə bilim, onlar, - o növcavan Fələstinli uşaqları deyirəm e, - onlar daha dəqiq bilər daşların növlərini. Sən hardan biləsən dəmir dalanla daş dalanın fərqini, heç dalana rastlamadın axı! Mən hardan bilim bu daşla o daşın fərqini, heç əlimə daş almadım axı!!!

 

Hə, onu deyirdim, daş onlar üçün hər şeydən əzizdi, hər şeydən etibarlıdı; qardaşdı, dostdu, arxadı, dayaqdı, vardı, yoxdu...müqəddəsdi lap elə. Hə, müqəddəs!!! 

 

Baxarsan ovuclarında tutub, namuslarını gizlərcəsinə arxalarında elə gizlədərlər ki, o daşı, düşmənin iyrənc gözləri onu görməsin deyə. Şeytan gözü görməyib o daşı, o qədər pakdı onların daşı yəni, kəbə daşı kimi Pak!!! 

Namaz vaxtı gələndə ona görə bəlkə də, yerə qoyarlar ovuclarındakı o müqəddəs, pak daşı, elə o pak daşa qoyarlar başlarını, səcdə edərlər edə bildikləri qədər...Görməmişəm ki, nə bilim, bəlkə çiyinlərini o daşa söykəyib ağladıqları da olar için-için...

 

Daşlaşar insanlığın qəlbi daşladığı kimi, fəqət, əskik olmaz onların vaxtından əvvəl bərkimiş ovuclarından daş! 

 

Ilqar Kamil

 

a5fe122c710d.jpg
Link to comment
Share on other sites

  • 3 weeks later...

biri var idi, biri yox idi )

 

günlərin birində nəhəng okeanın dibində bir dalğa doğuldu. o suyun üzünə qalxıb üzməyə başladı. qayğısız üzürdü ki... böyük bir dalğa gördü. kiçik dalğa böyük dalğadan soruşdu : "hara gedisən ? " Böyük dalğa cavab verdi : "sahilə gedirəm, sahilə çatıb okeana qarışacam" . böyük dalğa bunu deyib qaçdı. o andan, kiçik dalğanı kədər bürüdü, onu daha heç nə sevindirmirdi. dəfədən dəfəyə sahilin yaxınlaşdığını görəndə kədəri bir az da artırdı. bu zaman, o ikinçi bir dalğa gördü. dalğa sahilə qaçırdı, sevincdən sanki uçurdu. kiçik dalğa təəccüblə və təəssüflə ona : "axı sən necə sevinə bilərsən ? başa düşmürsənmi, bir azdan sahilə çatıb okeana qayıdacaqsan" - dedi. İkinci dalğa cavab verdi : "əslində, sən başa düşmürsən. başa düşmürsən ki, sən dalğa deyilsən. sən okenın bir parçasısan "

 

P.S. sən kimsən ? dalğa, yoxsa okean

Link to comment
Share on other sites

  • 1 month later...

Yolla gözəl gedən adam.

 

Bir məmləkətdə xeyirxah və ədalətli hökmdar var idi. Bu hökmdar vətənini çox sevirdi. Daim xalqı üçün faydalı işlər görər, hər zaman insanların rahatlığı üçün çalışardı. O vətənpərvərliyi  və fədakarlığı ilə hamının hörmətini qazanmışdı.

Bir gün hökmdar öz sarayından şəhərin ən ucqar nöqtəsinə qədər geniş bir yol saldırmaq tapşırığı verdi. Tezliklə yol çəkilib qurtardı. Hamıya xəbər verildi ki, sabah yol istifadəyə veriləcək. Hökmdar yolu insanların istifadəsinə verməzdən əvvəl bir yarış keçirəcəyini elan etdi. Belə ki, yolu əvvəldən axıra kimi ən gözəl keçən insan mükafatlandırılacaqdı. Hökmdar bildirdi ki, hər kəs bu yarışda iştirak edə bilər.

Ertəsi gün insanlar hökmdar sarayının qarşısına yığışdılar. Bir çoxları gözəl faytonda gəlmiş, ən bahalı paltarlarını geymişdilər. Qiymətli daş- qaşlarla bəzənmiş qadınlar, kəhər atların bəzəkli yəhərləri üzərində oturmuş gənclər yarışın başlanmasını intizarla gözləyirdilər.

Nəhayət, yola çıxmaq işarəsi verildi. Hamı qalib olmaq ümidi ilə yola çıxdı. Yolun sonunda- şəhərin çıxacağındakı yüksəklikdə hökmdar öz yaxın əyanları ilə kəcavədə əyləşib durbinlə yarış iştirakçılarını izləyirdi. O gəlib çatanları salamlayır və hər kəsdən soruşurdu:

-Yol necədir?

Yolçuların bir çoxu eyni sözləri deyirdi:

— Hökmdar sağ olsun, yol geniş və hamardır, lakin bəzi yerlərdə yığılmış daş və çınqıl qalıqları hərəkət etməyimizə mane olurdu.

Nəhayət, hamı gəlib keçdi. Qalibi müəyyən etmək vaxtı idi. Əyanlar maraqla hökmdara baxırdılar. Lakin ondan səs çıxmırdı. Birdən yolda bir atlı da göründü. Hökmdar dilləndi:

-Gəlin onu da gözləyək.

Axır ki sonuncu yolçu gəlib çıxdı. O, yorğun görünürdü, üst- başıtoz- torpaq içində idi. Əlində balaca bir kisə atdan düşüb hökmdarın qarşısında hörmətlə baş əydi.

-Niyə belə gecikmisən?-deyə hökmdar soruşdu.

-Bağışlayın, gec gəlməyimin səbəbi var. Yolla irəlilədikcə qarşıma çıxan daş və çınqıl parçalarını kənara atır, yolu təmizləməyə çalışırdım. Bu qızıl kisəsini həmin daş qalaqlarından birinin altından tapdım. Bu qızıllar, yəqin ki. sizə çatmalıdır.

Bunu deyib yolçu əlindəki qızıl dolu kisəni hökmdara uzatdı. Hökmdar gülümsəyərək cavab verdi:

-O qızılların sahibi sənsən.

Yolçu təəccübləndi:

-Ey hökmdar, mənim heç vaxt bu qədər sərvətim olmayıb.

-İndi isə var. Əlindəki qızıllar yoldan ən gözəl keçən insan üçün elan etdiyim mükafatdır. Bu qızılları mənim göstərişimlə daş qalaqlarının altına qoymuşdular. Mənim fikrimcə, yoldan ən gözəl keçn insan arxasınca gələnlər üçün yoldakı maneələri aradan qaldıran insandır. Sən bunu etdin. Deməli, yarışın qalibi sənsən. Mükafat da sənə çatır.

Edited by Гулливер
Link to comment
Share on other sites

Bir xəsis öz səyahətləri zamanı sufi bir şəxsə rast gəlir və onlar yollarına birgə davam edirlər.

Getdikləri yolda zamanın tez keçməsi üçün xəsis danışmağa başlayır. O sufiyə ticarətdən necə pul qazandığını, hər qəpiyini necə qoruduğunu, öz həyatı boyu hansı sərvətləri topladığını və hazırda qohumlarının ona necə paxıllıq etdiyini danışır.

Xəsis elə hey həyəcanla deyirdi:

-Bir düşün: onlar ki, əsl tənbəllərdir! Ac dilənçilər! Onlar məni qənaətcil olduğum üçün simic adlandırırlar!

Sufi ciddi şəkildə dedi:

Onlar haqlı deyil, mən ömrümdə sənin kimi səxavətli insana rast gəlməmişəm!

Doğurdan? – deyə xəsis təəccüblə və inamsız şəkildə soruşdu.

Sufi cavab verdi:

— Doğurdan. Sən əslində özünün qənaətcil olduğunu güman edirsən. Əslində sənin əli açıqlığın sərhədsizdir. Elə bir gün gələcək ki, sən istəsən istəməsən də bütün sərvətini öz varislərinə ötürəcəksən: hətta sevdiyin və nifrət etdiklərinə belə sənin sərvətindən pay düşəcək.

Link to comment
Share on other sites

  • 1 month later...

Uimbildonun-un ilk əfsanəvi zənci çempionu Artur Aşe ölümcül bir xəstəliyə tutulmuşdu. Bir gün onu sevənlərdən biri soruşdu:

-«ALLAH belə bir xəstəlik üçün niyə məhz sizi seçdi?»

Artur Aşe cavab verdi:

-«Bütün dünyada 50 milyon uşaq tennis oynamağı öyrənir. 500 mini peşakar tennisçi olur. 50 mini yarışlarda iştirak edir. 5 mini böyük turnirlərə vəsiqə alır, 50-si Uimbldona qədər gedib çatır, 4-ü yarımfinala, 2-si finala qədər yüksəlir…

Əlimdə çempionluq kubokunu tutanda (yaxşı günümdə) Allahdan “niyə məhz mən?” deyə soruşmadım, bu gün ağrılar içində qıvrıldığım bir vaxtda (pis günümdə) necə soruşa bilərəm?»

Link to comment
Share on other sites

  • 5 months later...

 В долине троллей ;)

 

"Cırtdanların dərəsində "

 

Bir sakit dərədə üç cırtdan yaşayırdı. Əsirlər boyunca bu məkanın sakitliyi pozulmazdı. Günlərin birində gözlənilməz bir şey baş verdi : xışıltı səsi gəldi... əks-səda ətrafa yayıldı... sonra səs itdi, yenidən sükut çökdü. Bir cırtdan yavaşca soruşdu : "o nə idi elə ? "

Yüz ildən sonra, ikinci cırtdan dilləndi : "yəqin siçan imiş...". Daha yüz keçdi. Üçüncü  çırtdan qalxıb yığışmağa başladı. "Sizin kimi çərənçilərdən lap acığım gəldi"- deyib onlardan ayrıldı.

Edited by NOIR
Link to comment
Share on other sites

  • 1 month later...

Əfsanəyə görə Zevs ilk qadın yaradır - Pandoranı. o qadına bağlı bir sandıq əmanət edir və onu açmağı qadağan edir. Marağı üstün gələn Pandora qıfılı qırır və sandığı açır. həmin an Bədbəxtlik, Xəstəlik və Pisliklər sürətlə uçub çıxırlar. Ümid azad olmaq istədikdə, Pandora sandığı bağlamağa imkan tapır.

 

O zamandan, Ümid - bəşəriyyətin xilası üçün yeganə silah oldu.

Link to comment
Share on other sites

Bir cavan oğlan daşürekli bir qızı

sevmiş ve onunla evlenmek

istemişdi. Ancaq qız, qorxunc bir

şert ireli sürerek:

Senin sevgini ölçmek isteyirem,

dedi. Bunun üçün de itime

yedirmek üzre mene ananın

üreyini getireceksen.

Cavan, tükler ürperden bu teklif

qarşısında ne edeceyini çaşmış

ve uzun bir tereddüdden sonra

hisslerine meğlub olub anasını

öldürmeye qerar vermişdi.

Anası, belke de veziyyeti ferq

etdiyi üçün oğuluna çox

müqavimet göstermedi. Ve

uşaq, anasını öldürerek üreyini

bir desmala qoydu. Cavan, qızın

isteyini yerine yetirmiş olmanın

heyecanıyla yolda qaçarken,

ayağı bir daşa ilişdi. Özü bir

terefe, desmal içindeki ürek bir

terefe atıldı. Canının ağrısından,

ağızından ister istemez" Ah

anacığım! «sözleri

töküldüyünde anasının tozlara

bulanan ve hele soyumamış olan

üreyinden bir ses yükseldi:

-Canım balam, bir yerin

ağrıdımı?

Link to comment
Share on other sites

təşəkkür edirəm, Nuray xanım, gözəl hekayədi  )) bu hekayənin məzmunu bir şeiri xatırladır, daha doğrusu eynisidir. xoşlayıram bu şeiri. Dmitriy Kedrin. ilini də tapdım 1935 -ci il imiş. ümid edirəm, bu mövzuda yerləşdirsəm, Könül xanım qaydalara zidd bilməz. şeir rus dilindədir. lazım bilirsinizsə, postu silə ya offtopa keçirə bilərsiz , Könül xanım.

 

Девчину пытает казак у плетня

- Когда ж ты, Оксана полюбишь меня ?

Я саблей добуду для крали своей

И светлых цехинов, и звонких рублей.

Девчина в ответ заплетая косу, сказала :

Про то ли ворожка гадала в лесу

Пророчит она , мне полюбится тот

Кто матери сердце мне в дар принесет.

Не надо цехинов , не надо рублей.

Дай сердце мне матери старой твоeй.

Я пепел его настою на хмелю

Настоя напьюсь и тебя полюблю.

 

Казак с того дня замолчал, захмурел

Борща не хлебал, саламаты не ел.

Клинком разрубил он матери грудь

И с ношей заветной отправился в путь.

В пути у него помутилось в глазах

Всходя на крыльцо, споткнулся казак

И матери сердце упав на порог

Спросила его : "Не ушибся, сынок ? "

 

Məktəbli idim , xatırlayıram ki, həmin şeir dərin təsir bağışladı.  o zaman düşündüm ki, görəsən anasına qarşı qəddar olan birisi digər bir qadını  necə sevə bilər ?

Edited by NOIR
Link to comment
Share on other sites

Cerrahın telefonu zeng

çaldı:

-Beli, eşidirem.

-Cenab hekim, ağır xeste

var, özünüzü

çatdırın.

-Gelirem –deyib hekim

telesik yola düşdü.

Hekimi xestexanada ağır

xestenin atası

qınaqla qarşıladı:

-Menim oğlum ölüm

ayağındadır, ne üçün

gecikirsiniz?! Öz

oğlunuz olsaydı bele

ederdinizmi?!

Cerrah gülümsedi:

-Mene xeber çatan kimi

telesik gelmişem. Bir

de unutmayın

ki, heyat ve ölüm Allahın

elindedir.

Cerrah emeliyyat otağına

daxil oldu. Emeliyyat

iki saat çekdi.

Cerrah otaqdan çıxıb

dehlizdeki atanın

yanından sakitce

ötüb-keçdi. Ardınca

kömekçi hekim çıxdı.

Ataya "oğlunuz

yaşayacaq” – dedi. Ata bir

an sevindi. Sonra

yene

qezeblenib dedi:

-Cerrah pis adamdır. Ne

olardı çıxanda mene

xoş xeber

vereydi?!

Kömekçi hekim cavab

verdi:

-Cerrahın oğlu avtomobil

qezasında dünyasını

deyişib. Biz

onu defn merasiminden

çağırdıq. O gözel

insandır. Oğlunun

defn merasimi başa

çatmamış sizin oğlunuzu

xilas etmek

üçün xestexanaya geldi.((((

Link to comment
Share on other sites

  • 5 weeks later...

                                             "Oğluma və qızıma... "

 

Yemək yeyərkən üstümə dağıtsam, mənə hirslənmə ! Yaşlı ayaqlarım getməyə çətinlik çəkəndə mənə əlini ver ! Sən ilk addımlarını atdığın zaman sənə əlimi verdiyim kimi ... Bəzi zamanlarda unutqan olsam, yaxud söhbətlərimizdə ipucu anlamasam, xahiş edirəm başa düşməyim üçün zaman ver. çünki əslində ən önəmlisi sənin yanında ola bilməyim və məni dinləyə bilməyindir. Sənə bir şey öyrətmək üçün necə səy göstərdiyim o günləri xatırla... Sən balaca ikən , yatana qədər eyni hekayəni neçə dəfə təkrar- təkrar oxuduğum o gecələri xatırla... Yeni texnologiyalar qarşısında savadsızlığımı görsən, məni başa düş, üzündə istehza ilə gülüb seyr etmə.

 

... gün gələcək məni başa düşəcəksən.

 

Mənim üçün etdiklərinin əvəzini təbəssümlə və dualarımla geri ödəyə bilərəm. Sənə etdiklərimi həmişə qarşılıqsız etdim. Səni həmişə sevəcəyəm.

 

İndi məni anladınmı, mənim gözəl balam ?

Link to comment
Share on other sites

  • 4 weeks later...
Qazana baxırdı. Pıqqapıq qaynayırdı. Əynində yalnız ağ kətan köynək vardı. Nə altda, nə də üstdə başqa heç nə. Saçları çiynində dağılmışdı. Ayaqları yalın, əlləri əlsiz. Gözləri bəşəriyyətin ən qatı şorbasının içində yol çəkirdi. Burada zaman çox ləng, hadisələr sürətlə gəlib keçirdi göz önündən...
 
Əsmər Allaha çox inanırdı. Bütün başına gələn müsibətlərə rəğmən naşükürlük eləmirdi.
 
“Buna da şükür” deyib davam edirdi həyatına...
 
O internatda böyümüşdü. Gecə-gündüz yatmayıb oxuyaraq ali məktəbə qəbul olunmuşdu. Təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdu. Universitetin son kursunda tərbiyəsinə və bacarığına bələd olduğu bir oğlanla ailə qurmuşdu. İki uşağı olmuşdu.
 
Evliliyindən beş il sonra əri ölmüşdü. Yol qəzasında. Yetərincə istəyəni olsa da ikinci dəfə ərə getməyib həyatını uşaqlarına həsr eləmişdi. Onları böyüdüb yaxşı tərbiyə, təhsil vermişdi. Qızı gənc yaşında bir narkomanın şirin dillinə aldanıb onunla ailə quraraq bədbəxt olmuşdu. Sonra intihar eləmişdi. Oğlu vəhhabilərin təsirinə düşüb Suriyaya getmişdi. Ərindən sonra iki övladını da belə itirmişdi Əsmər...
 
Harada işə düzəlirdisə bir ay sonra namusunu qorumaq üçün oradan getməli olurdu. Ayda bir iş dəyişdiyinə görə qonşular, tanış-biliş onu əxlaqsız hesab edirdilər. 
 
Yenə də hər şeyə dözüb inamını itirmirdi. Bir gün səhər adamlar qapısını döyüb evinin qeyri-qanuni tikili olduğunu dedilər. Hara getdi, kimə yalvardısa xeyri olmadı. Şikayətə getdiyi ünvanlarından birində ağlamaqdan huşunu itirdi. Ayılanda namusuna toxunmuşdular. Geri qayıdanda evini sökmüşdülər...
 
Alın yazısının surətini çıxardıb təsdiq üçün Tanrıya göndərdi:
 
- Bax, gör, bu sən yazdığındı, ya sonradan kimsə dəyişib?
 
Səhəri gün Tanrı alın yazısının surətini təsdiqləyib geri qaytardı. O gündən Əsmər daha inanmadı...  
 
Öləndə cəmi 45 yaşı var idi Əsmərin. Amma xeyli qocalmışdı. İnanmadığına görə cəhənnəmə düşdü. Sorğu-sualdan imtina elədi. “Mənə qır qazanının yolunu göstərin” dedi. Göstərdilər.
 
Getdi, qazanı tüstüsündən tapdı. Heç bir kömək olmadan nərdivanı çıxıb qazanın kənarında dayandı.
 
Əynində ağ kətan köynək. Saçları çiynində. Ayaqları yalın, əlləri boş...
 
İndi pıqqapıq qaynayan qazana baxıb ümid edirdi ki, qırın yanğısı taleyinin acısından daha çox yandıracaq onu. Unutmaq istəyirdi əvvəlki acılarını. Canı çox yanmışdı Əsmərin.
 
Gözlərini yumub özünü qazana atdı. Qır çox sərin idi. Dalğalar aparıb onu qızıl qumlu bir sahilə çıxartdı. Uzaqdan üç nəfər gülə-gülə ona tərəf qaçırdı. Ərinə və övladlarına oxşayırdı gələnlər. Əsmər yenə inanmağa başladı...  
 
İlqar Rəsul

 

Link to comment
Share on other sites

Gənc oğlan kafedə qıza yaxınlaşıb, sakit səslə “Bağışlayın, sizinlə tanış olmaq olar?” soruşanda, qız ona qəflətən ucadan “Mən heç vaxt səninlə yatmayacağam!” cavabını verdi. Kafedəkilər bunu eşitdilər, hamı gülüşdü, oğlan qızardı-bozardı və öz masasına qayıtdı. Bu vaxt həmən qız, oğlanın çox pərt olduğunu görüb, ona yaxınlaşaraq “Bağışlayın, mən psixoloqam və qeyri-adi situasiyalarda insanların davranışı haqda dissertasiya yazıram” deyəndə, oğlan bütün kafeyə eşitdirmək üçün bərkdən dedi: “Nə?! İki yüz manat?!”))) 

 

R.M.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bir gün bir alimdən soruşurlar:

- Kimdən nümunə götürək? Alimlərdən yoxsa tacirlərdən?

- Heç birindən! Deyə alim cavab veriri və sözünə davam edir:

- Ən gözəl nümunə uşaqlardır…

- Axı uşaqlar heç bir şeyi bilmirlər?

- Yanılırsınız. Uşaqlar hamımıza nümunə olan üç keyfiyyətə malikdirlər. Birincisi, həmişə xoşbəxtdirlər, ikincisi həmişə məşğuldurlar, üçüncüsü həmişə isdədiklərini necə əldə edəcəklərini bilirlər…

  • Like 1
Link to comment
Share on other sites

  • 2 years later...

Eşitmişəm, Mütəvəkkilin Fəth adlı çox gözəl camallı, xoşbəxt və savadlı, tərbiyəli bir qulu var imiş.
Mütəvəkkil onu oğulluğa götürmüş və doğma uşaqlarından daha çox sevərmiş. Bu Fəth üzməyi öyrənmək arzusuna düşür. Üzgüçülər çağrılır, Dəclədə ona üzməyi öyrətməyə başlayırlar. Fəth uşaq olduğundan üzməyi hələ yaxşı öyrənə bilməmişdi. Lakin bütün uşaqlar kimi, özünü elə göstərirdi ki, guya üzməyi öyrənmişdir. Bir gün müəllimindən gizlin Dəcləyə atıldı, su bərk axdıdığından Fəthi gicəllətməyə başladı. Fəth suya üstün gələ bilməyəcəyini anladıqda özünü suyun ixtiyarına verdi, suyun axarı üzrə camaatın gözündən itdi. Su bir müddət onu belə apardı. Dəclənin kənarında ovuqlar var idi, Fəth bu cür ovuqlardan birinin yanından keçərkən əl atıb, çox əlləşdikdən sonra özünü onun içinə sala bildi. Orada oturub öz-özünə dedi:
“Görək Allah dalısın neyləyəcək, hələ ki özümü bu qaniçici suyun əlindən qurtarmışam”. Yeddi gün o, bu ovuqda
qaldı. Elə birinci gün Mütəvəkkilə xəbər verəndə ki, Fəth suya atılıb boğulmuşdur, o, taxtdan düşüb yerə oturmuş və üzgüçüləri çağıraraq demişdi: “Kim Fəthi ölü ya diri gətirsə, ona min dinar verəcəyəm”. Sonra and içdi ki, nə qədər ki onu necə varsa, elə tapıb gətirməyiblər, yeməyə əl vurmayacaqdır.

Üzgüçülər Dəcləyə gedib suya baş vurdular, ümid gələn hər yeri axtardılar. Nəhayət yeddinci gün, üzgüçülərdən biri hamin ovuğa rast gəldi, Fəthi görüb çox sevindi və dedi: “Burada ol, gedim qayıq gətirim”. Oradan qayıdıb Mütəvəkkilin yanına gəldi və dedi: “Ya Əmirəlmö’minin, Fəthi diri gətirsəm, mənə nə verərsən? Dedi: “Beş min dinar nəqd verərəm”. Üzgüçü dedi: “Fəthi diri tapmışam”. Qayıq gətirib Fəthi apardılar. Mütəvəkkil əmr etdi üzgüçüyə verdiyi və’də dərhal əməl etsinlər. Sonra vəziri çağırıb dedi: “Get xəzinəmə, orada nə varsa, yarısını payla yoxsullara”. Sonra dedi: “Yemək gətiriniz, axı o, yeddi gündür acdır”. Fəth dedi: “Ya Əmirəlmö’minin, mən toxam”.
Mütəvəkkil dedi: “Dəclənin suyundanmı toxsan?”.

Fəth dedi: “Yox, mən bu yeddi günü heç ac olmamışam, çünki hər gün üzərində iyirmi çörək olan bir tabaq su üzərində aşağı axırdı, mən əlləşib ondan iki-üç dənəsini ələ gətirir, onlarla dolanırdım. Hər çörəyin üstünə yazılmışdı: “Məhəmməd ibn əl-Hüseyn əl-Əskaf”.

Mütəvəkkil əmr etdi şəhərdə car çəksinlər və desinlər ki, Dəcləyə çörək atan kimdirsə, qorxmasın gəlsin, Əmirəlmö’minin ona yaxşılıq edəcəkdir. Belə də car çəkdilər. Sabahısı gün bir kişi gəlib dedi. “Mənəm o adam”. Mutəvəkkil dedi:”Sübut!”. Kişi dedi: “Sübutum odur ki, hər çörəyin üzərində mənim adım yazılmışdır: “Məhəmməd ibn əl-Hüseyn əl-Əskaf”. Mütəvəkkil dedi: “Doğrudur. indi de görüm, nə vaxtdan sən Dəcləyə çörək atırsan?” Məhəmməd ibn əl-Hüseyn dedi: “Bir ildir”. Mütəvəkkil soruşdu: “Nə üçün belə edirsən?”. Kişi dedi: “Eşitmişdim deyirlər: yaxşılıq elə, at suya, bir gün gələr, xeyrini görərsən. Mənim əlimdən başqa yaxşılıq gəlmirdi, elə bunu
bacarırdım ki, onu da etdim və öz-özümə dedim: “görək xeyri nə olacaq”.

Mütəvəkkil dedi: “Eşitdiyini etdin, gördüyün işdə xeyir götürdün”. Sonra Mütəvəkkil kişiyə Bağdadda bir malikanə və beş parça kənd bağışladı. Kişi hamin malikanəyə köçüb, varlısanlı oldu. Onun övladından hələ indi də Bağdadda yaşayanı var.

 

Qabusnamə- dən

Link to comment
Share on other sites

 Ey oğul, bil ki, mən əmir Bus-Suvar dövründə, həccdən qayıtdığım il Gəncəyə cihad32 davasına
getmişdim. Mən Hindistan cihadında çox iştirak etmişdim, indi də Rum cihadında iştirak etmək istəyirdim. Əmir Bus-Suvar böyuk şah idi, dediyini eyləyən, müdrik, ləyaqətli, ədalətli, olan bütün müsbət xüsusiyyətlər onda var idi, çox ciddi adam idi, zarafatı xoşlamazdı. 
Məni görəndə çox hörmət etdi, mənimlə söhbətə başlayıb cürbəcür şeylər danışdı, mən də ona qulaq asırdım, lazım olan cavablar verirdim, Cavablarım onun çox xoşuna gəldi, mənə çoxlu kəramətlər göstərdi və geri qayıtmağa qoymadı. Mənə o qədər lütfkarlıq etdi ki, axırda mən də ürəkdən meylimi ona saldım, bir neçə il Gəncədə qaldım. Mən həmişə onun qonaqlıqlarında olurdum, şərab məclisində iştirak edirdim. O məndən müxtəlif şeylər soruşur, keçmiş şahların tarixi ilə maraqlanır, dünyanın vəziyyəti haqqında suallar verirdi. Bir gün bizim vilayət haqqında söz düşdü, hər yerin əcayib-qərayib adətlərindən soruşmağa başladı. Mən dedim: “Gürganın yaxınlığında, dağın ətəyində bir kənd, bu kənddən uzaqda isə bir bulaq vardır. Kəndin arvadları su gətirmək üçün bir yerə toplanır, sonra həmin bulağa gedərək sərniclərini su ilə doldurur, başlarına qoyub qayıdırlar. Qadınlardan biri qabaqda sərnicsiz gəlir, yola diqqətlə baxır. O yerlərdə təsadüf edilən yaşıl bir qurd (cücü) var, ona rast gələndə götürüb kənara atır ki, suaparan qadınlar onu tapdalamasınlar. Kim hamin qurdu tapdalayıb öldürsə, başında olan sərnic suyu dərhal iylənir, ona
görə suyu yerə boşaldıb geri dönmək, sərnici pak eyləyib yenidən su ilə doldurmaq lazım gəlir”.
Mən bu sözü dedikdə əmir Bus-Suvar üz-gözünü turşutdu, başını yırğaladı, bir neçə gün mənimlə əvvəlki kimi mehriban olmadı. Bir dəfə Piruzan Deyləm mənə dedi: “Əmir səndən gileylənib deyir ki, filankəs ciddi adama oxşayır, ancaq bilmirəm nə üçün mənə uşaq-uşaq sözlər danışır, onun kimi bir adam mənim kimi birisinə nə üçün yalan deyir?”.
Mən o saat Gəncədən Gürgana bir qasid göndərdim və əmr etdim ki, belə bir kəndin hamin yerdə olduğu və hamin cücü əhvalatının düzlüyü haqqında qazi rəis, xətib, üləma və bütün e’timadlı adamlar tərəfindən imza edilmiş bir arayış gətirsin. Dörd ay zəhmətdən sonra mən həmin arayışı alıb əmir BusSuvarın qarşısına qoydum. Oxuyub güldü və dedi: “Mən özüm bilirəm ki, sənin kimi adamdan yalan çıxmaz, xüsusilə mənim yanımda, lakin elə də doğru danışmaq lazım deyil ki inandırmaq üçün dörd ay zəhmət çəkib iki yüz mö’təbər adamın imzası ilə sənəd hazırlayasan!”

 

Qabusnamə-dən

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Зверство в прямом эфире: Чем чревато жестокое обращение с детьми в соцсетях - ВИДЕО
      Сегодня цифровизация прочно вошла в нашу жизнь. Практически у каждого человека есть личный аккаунт в той или иной социальной сети. Вначале эти онлайн-платформы предназначались для общения между людьми, разделенными большими расстояниями. Однако со временем соцсети начали
      • 1 reply
    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Thanks
        • Like
      • 60 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Haha
      • 39 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Haha
      • 148 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 11 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Upvote
        • Red Heart
        • Like
      • 102 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...