Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Bakı barları


MR.

Recommended Posts

Bakı barları – əyləncə, yoxsa əxlaqsızlıq məkanı?

Saunaları, taksiləri, qızları və barları birləşdirən «dəyərlər»

Bakıda çoxlu sayda bar fəaliyyət göstərir. Şəhərin mərkəzi hissəsində daha çoxdur, hər addımda müxtəlif əcaib adlarla reklam olunan bu «istirahət məkanlarına» rast gəlmək olur. («Maksimum», «Eniqma», «Coral» və s.) Bu ifadəni dırnaqda yazmağımızın səbəbi isə barların Azərbaycanda istirahət məkanı kimi yox, başqa xidmətlər təklif edən mərkəzlər kimi tanınması ilə bağlıdır.

İndiyəcən Hollivud və Avropa filmlərində gördüyümüz bar mühiti Bakı barlarına yaddır. Sadəcə, bu obyektlər «bar» adı altında fəaliyyət göstərir. Profilləri isə tamamilə başqadır. Onları bir-bir gəzib mühiti, xidmətləri, müştəriləri, işçiləri ilə tanış olduqdan sonra dəqiq qiymət vermək olur – Bakı barları əsl fahişəxanadır.

Tiflisdə insanlar barda çox rahat şəkildə istirahət edirlər

Azərbaycandan fərqli olaraq, Avropa ölkələrində, Amerikada barlar insanların istirahət etdiyi məkandır. Bar restoranın və kafenin daha əyləncəli variantıdır. Daha dəqiq, bar rəsmi, işgüzar olmayan görüşlərin gerçəkləşdiyi məkandır. Burada insanlar rəqs edir, içki içir, əylənir və tanış olur. Bu tanışlıqlar heç də pis məqsəd üçün həyata keçirilmir. Barların Avropa və Amerika cəmiyyətində insanların həyatında mühüm rolu var. Xarici barlarda bunları görənlər də az deyil. Misalçün, «həftə səkkiz, mən doqquz» Gürcüstana səyahət edən yazar-jurnalist Seymur Baycan Tiflis barlarının tez-tez qonağı olur. Seymur Baycanın dediyinə görə, Gürcüstanda bar insanların istirahət etdiyi əyləncəli məkanlardan biridir: «İnsanlar bura gəlib çox rahat şəkildə istirahət edirlər. Tiflisdə barlara tək və partnyorları ilə gələnlər də var. Onlar barda pivə, çaxır içir, söhbət edir, tanış olur və rəqs edirlər. Hətta çox intellektual söhbətlərin getdiyini də eşitmək olar. Bu, sakit tərzədə baş verir. Yoxsa bizdəki kimi, onların barları fahişəxana deyil. Bakıda barların funksiyası tamamilə bar anlayışından uzaqdır. «Bar» adı altında sığortalanaraq pritonluqla məşğul olurlar».

«Maksimum»da minimum qiymət 70 manatdır

Reportaj zamanı Seymur Baycanın Bakı barları barəsində söylədiklərinin şahidi olduq. «Azadlıq» prospektində yerləşən «Maksimum» barından «qız çıxarmaq istəyən» müştərinin cibində ən azı 70 manat pul olmalıdır. Çünki burada fahişəliklə məşğul olan qızların ən ucuzunun qiyməti 30 manatdır. Bir maraqlı cəhət də var. Əgər oğlan yanına qız dəvət edirsə, mütləq həmin qızın sifariş etdiyi viskini və siqareti almalıdır. Bu zaman isə minimum 16 manatından keçəcək. İş bununla bitmir. Əylənmək üçün yalnız qızın təklif etdiyi saunaya, özü də onun çağırdığı taksiylə gedə bilərsən. Saunanın qiyməti bir nəfər üçün minimum 10 manatdır. Taksi müvəqqəti cütlükləri saunaya aparır, gözləyir və geri qaytarır. Bu xərc isə saunanın bardan hansı məsafədə yerləşməsindən asılıdır. Misalçün, «Maksimum» barından «Ş. İ. Xətai» metrostansiyasında yerləşən saunaya taksi xidmətinin 1,5 saatı 10 manatdır. Butün bu xərcləri üst-üstə toplayanda yuxarıda vurğuladığımız ümumi qiymət alınır. «Maksimum» barının bir özəlliyi də ondan ibarətdir ki, burada nəsə sifariş vermədən masada əyləşə bilməzsən. Belə halda dərhal el arasında «şkaf bədənli» adlanan «vışı-bala» başının üstünü kəsir və adam dilində müştəriyə bildirir: «Qaqaş, burada boş oturmaq olmaz, nəsə sifariş verməlisən». «Maksimum» və «Eniqma» barlarından fərqli olaraq «Coral» barına giriş pulludur.

Bar, sauna və taksilərin işbirliyinə səbəb nədir?

Bakının düz mərkəzindəki «Nizami» kinoteatrının yanında, zirzəmidə yerləşən «Coral» barının adı gecə həyatına aludə olanların əksəriyyətinə tanışdır. Başqa barlarda olduğu kimi, bura da yüngül həyat tərzi keçirən qızların xidmətlərindən istifadə üçün axışırlar. Zirzəmidə yerləşən bara düşən pilləkənin önündə polis keşik çəkir. O, barın qonaqlarına yol göstərir. Barın girişində oturan xanım girişhaqqı toplayır. Girişhaqqı adama 2 manatdır. Bu pulu ödəyib siqaret tüstüsü bürümüş salona daxil olursan. Musiqidən ağız deyəni qulaq eşitmir. Rəqs etmək üçün xüsusi meydanda qızlar və oğlanlar oynayırlar. “Coral”da qızlar özləri gəlib müştərilərlə tanış olurlar. Ardınca dərhal içki və siqaret sifariş verirlər. Bu, ən aşağısı 40 manata başa gəlir. Özü də bir nəfər üçün. Buradakı qızlardan birinin dediyinə görə, 80 manat olsa, bir saat ərzində müştəriyə xidmət edə bilər.

“Maksimum”dakı kimi, “Coral”ın da qızlarının bir sıra şərtləri var. Bu qızlarla yalnız «Neftçilər» xəstəxanası ilə üzbəüz olan saunaya getməlisən. Taksini də özləri sifariş edir. Taksinin qiyməti 20, saunanın qiyməti isə iki nəfər üçün 30 manatdır. Göründüyü kimi, bu, qızların yox, «Coral»ın şərtləridir. Qeyd edək ki, «Coral»da olduğumuz müddətdə bura gələn müştərilərin arasında xarici vətəndaşlar da var idi.

“Coral” barının iş sistemi də bir daha onu göstərdi ki, barlar saunalar və taksilər birgə işləyir. Bu obyektlər bir mərkəzdən idarə olunur və şərtlər göstərir ki, sözügedən bazara bir çevrədə olan insanlar rəhbərlik edir.

Bakı barlarında təhlükəsizlik xidməti müxtəlifdir

Barlarımızda təhlükəsizliyə nəzarət edən qruplar müxtəlifdir. Misalçün, «Maksimum»nda iu işə adi geyimdə olan idmançı oğlanlar, «Coral»da polis əməkdaşları, bəzilərində isə xüsusi təhlükəsizlik xidmətlərinin işçiləri nəzarət edir. Onlar müştərilərlə elə də sərt davranmır. Amma barlarda dava-dalaş salanlara qarşı qəddar olurlar. «Maksimum»da bir qrup rayondan gəlmiş uşaqlar «Yanıq Kərəm»ə çox oynadığına görə təhlükəsizliyi qoruyanlar işə qarışmalı oldular. Biz rast gəlməsək də, qızlardan öyrəndik ki, barlarda tez-tez dava düşür.

Bar qızlarının qucağında böyüyən nəsil…

«Eniqma»da tanıdığım məktəbli uşaqlara rast gəldim. Onlarla söhbətimdə məlum oldu ki, barda məhəllə dostları işləyir və buradakı qızların əksəriyyətini tanıyırlar. Siqaret çəkib qızlarla rəqs edirlər. Bu yeniyetmələr «Eniqma»da tanıdığı qızların telefon nömrəsini və saunaya getmə qiymətini də bilirlər. Yeniyetmələr ayda ən azı bir dəfə buna pul xərcləyirlər.

Beləcə, yeniyetmədən tutmuş, orta yaşlılara qədər Bakıya gələn qonaqlar da buranın barlarının «dadına» baxmamış getmirlər. Bakı barlarının pritonlara çevrilməsi səbəbsiz deyil. Paytaxtın düz mərkəzi küçələrində yerləşən barlar yuxarılardan himayə edilməsə, açıq fəaliyyət göstərə bilməzlər. Azərbaycanda həm fahişəliyi, həm də insan alverini stimullaşdıran bir sıra səbəblər var. Bu səbəblərdən biri ona himayədarlıqdırsa, başqa bir səbəb isə işsizlikdir. Cəmiyyətimizdə digər sahələrdə olduğu kimi, insanların intim həyatında azadlığının olmaması da səbəb kimi göstərilə bilər. O da məlumdur ki, bütün bu qanunsuzluqlar aidiyyatı olan təşkilatların gözü qarşısında baş verir. Bəs niyə bütün bunlara göz yumulur? Bu sualın cavabı aydın olsa da, mübhəmlər də yox deyil.

P.S:hansi barlara gədirsiz? :devil:

Link to comment
Share on other sites

Axırıncı dəfə 2000-ci ildə olmuşam barda..O vaxtlar Mona Liza, Bakı gecələri, Sky Life adlı barlar vardı, bilmirəm indi də var ya yox.. Ondan sonra bara getməmişəm. Ümumiyyətlə bar və ordakı gözəlçələr heç vaxt mənə cəlbedici görünməyib. Universitetdə oxuyan vaxtlar olub ki uşaqlarla gedib elə bilə oturmuşam, deyib gülüb oynamışıq, amma heç vaxt ordan kimisə "çıxartmamışam". Həm səs küylü yeri xoşlamıram, həm də bar qadınından sadəcə iyrənirəm...

Link to comment
Share on other sites

  • 1 month later...

Baki barlarinda olmamisham yagin ki bundan sonrada olmaram, cemi bir defe barda olmuwam oda ki qerbde. Oranin bari bizim en seviyyeli ve medeniyyetli yere deyer:)))) ve mene teklif edende ilk novbede 4awib qaldim hele bildim ki Bakida ki ewitdiyim muhitle rastalawacam :))

Link to comment
Share on other sites

Совсем обнаглел Корал, все эти лишние расходы выйдут лишь раз, потом уже будете звонить прям девушкам, которые будут вас ждать в другом месте, может ей и дадите на 10-20 больше, зато ни в баре и на такси денег не выйдет.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Совсем обнаглел Корал, все эти лишние расходы выйдут лишь раз, потом уже будете звонить прям девушкам, которые будут вас ждать в другом месте, может ей и дадите на 10-20 больше, зато ни в баре и на такси денег не выйдет.

Где они находят таких молодых девушек? Баку город маленький, все друг-друга знают!

Link to comment
Share on other sites

Где они находят таких молодых девушек? Баку город маленький, все друг-друга знают!

demey olar ki 100%den 80% rayon kend qizlaridi gelib burda rus ingilisdilini biraz danismaqi oyrenirler ve ise basdiyirlar men dediyim bar qizdarin dan da baha cixanlardi 200-evro yani 200-250 manata cixanlar

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 10 months later...
  • 4 weeks later...

Salam ... cox heyif ki bar anlayışı bizdə formalaşmayıb. Bara hamı qız çıxarmağa gedir bizdə.. Amma uzağa getməyək Batumidə hər şeyin öz nazna4eniyası var. Bar içki içilən yerdi , diskoteka ancaq diskotekadı, striptiz bar ancaq striptiz bardı və fahişəxana fəhişəxanadı....Amma bizdə vse v odnom

Link to comment
Share on other sites

bara geden gizlar ona gore maragsizdirlarki onlarin acig sacig geyimini gorursen ve giymetini deyerini de bilirsen....gadin ne geder sirli galsa o gederde gozel olar...hansindanda sorussanki bu ne heyatti secmisen?deyirlerki erim islemirdi usaglarim acinnan olur ve s kimi sozler

Link to comment
Share on other sites

  • 1 month later...

bizim barlara gedenin agli yoxdur..ukrainada olanda icki icmek ucun bir balaca mekana bar deyilir..umumilikde klub adlanir.. striptizin yeri bashqa faishelerin yeri bashqa..dayi bizimkiler kimi yox!!!! pewmansan bir qizi yanina cagirsan srazu acirlar agizlarini filan qeder..kul qoyum hemin adamin bashina ki bunlara pul xercleyir..axrinci defe guclu davamiz dushub bunun ustunde 28 de ki barda..bir viski butulkasini oxudular 3 nefere 220 manat.....ox....yet eledik..halbu ki hemen viski qiraqda 60 manatdir..hemin butulkani ele hemin administratorun nazik yerlerine soxduq mudirleri qarishiq..

Link to comment
Share on other sites

[quote name='comandante' timestamp='1346223621' post='13559570']
ecemi metrosu yaninda coxsayli cay evleri toplachib.Orda minide coxlu oficiant giz gerdum.Onlar cixillar?
[/quote]

Comandante, çıxırdılarsa da, uje çıxmıllar[img]http://img.dispute.az//public/style_emoticons/default/looll.gif[/img] Bütün obyektləri vurdun uje[img]http://img.dispute.az//public/style_emoticons/default/posecretu.gif[/img]

Link to comment
Share on other sites

[quote name='Achilles_' timestamp='1346666542' post='13614935']
Comandante, çıxırdılarsa da, uje çıxmıllar[img]http://img.dispute.az//public/style_emoticons/default/looll.gif[/img] Bütün obyektləri vurdun uje[img]http://img.dispute.az//public/style_emoticons/default/posecretu.gif[/img]
[/quote]

be niye mene kecende goz vururdular? Danich ne var orda?

Link to comment
Share on other sites

[quote name='comandante' timestamp='1346773442' post='13629142']
be niye mene kecende goz vururdular? Danich ne var orda?
[/quote]

Mən də görmüşəm siz deyənləri, hətta şübhələnmişdim..Ama yoxlamamışam heç vaxt. Bir az xatalıdır məncə..

Link to comment
Share on other sites

[quote name='comandante' timestamp='1346773442' post='13629142']
be niye mene kecende goz vururdular? Danich ne var orda?
[/quote]

goz vururlarsa get gozlerini cixart [img]http://img.dispute.az//public/style_emoticons/default/buba.gif[/img]
sonra burda yazarsan[img]http://img.dispute.az//public/style_emoticons/default/63.gif[/img]

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
      • 3 replies
    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
        • Upvote
        • Like
      • 52 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Upvote
        • Like
      • 88 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Haha
      • 9 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       

      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Haha
      • 283 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Upvote
        • Haha
        • Like
      • 66 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Facepalm
        • Downvote
        • Upvote
        • Like
      • 20 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...