Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

C. Məmmədquluzadənin Xatirəsinə.

Recommended Posts

Əlinizi ürəyinizin üstünə qoyub mərdi-mərdanə deyin : O gündən bu günə nə dəyişib?

“Axund ilə keşişin vəzi”

Irəvan quberniyasında bir kənd var idi: adı Samanlıqdır.

Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.

Bir gün at ilə həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim.

Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm.

Həyətin birində bir erməni arvadı toyuq-cücəyə dən səpirdi, bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu.

Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu.

Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfindən bu tərəfinə qaçırdı və pişik mızıldaya-mızıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi.

Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər.

Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı.

İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım.

Keşiş uca səs ilə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” erməni dilində “vətən” deməkdir).

Çünki mən erməninin dilini başa düşürəm, bir qədər dayandım keşişin sözlərinə qulaq asam.

Bu hində küçənin bir tərəfindən müsəlman danışığı eşitdim.

Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində dörd müsəlman oturub.

Bunların biri Axund Molla Qurbanqulu Molla Qurbanquliyev idi.

Bu axundu mən çoxdan tanıyırdım: özü də İran əhlidir.

Molla Qurbanqulunun əlində bir kitab var idi.

Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar.

Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi:

- Erməni millətinin dünyada üç sevgili balası var: “vətən”, “millət” və “dil”.

Və nə qədər ki biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının hamidiyyə əsgəri və kürdləri, nə Rusiyanın Qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.

Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi.

Molla kitabdan bu sözləri oxuyurdu: “Babi-həftüm (Yeddinci fəsil). Əgər bir şəxs yata, yuxusunda həcəmət* görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”.

Keşişin belə səsi gəlirdi:

“Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub.

Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar: bunilə belə erməni ölüm halında can verə-verə yenə deyib: “vətən, vətən, millət, hayreniq!”

Ey mənim qardaşlarım, nə qədər ki millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz yenə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik.

Yaşasın vətən yolunda fəda olan erməni milləti!

Yaşasın millət uğrunda şəhid olan qardaşlar! Getse (Yaşasın), getse hayreniq!”

Molla Qurbanqulu kəndlilərə deyirdi:

- Ağacın altında, suyun qırağına bövl etmək* yaxşı deyil, çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər.

Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır.

İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmayıb gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım…

“Bu gün Kərbəla Azərbaycandır” məqaləsi

Necə qan ağlamasın daş bu gün,
Qırxılır gör neçə min baş bu gün!

Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq.

Və lakin bunlar hamısı köhnə sözlərdir. Amma burada bir mətləb var ki, bəlkə oxucularımız onu eşitməmiş ola. Bu barədə lazım bilirik bir az danışaq.

Yer üzündə qəribə bir əhvalat baş verəndə Avropanın fənni cəmiyyətləri çox xərclər çəkib adamlar göndərirlər ki, təzə vüquatı elm və fənn tərəfindən öyrənsin və sonra cəmiyyətə ərz eləsin.

Beləliklə, Avropada elm və fənn tərəqqi eləyib. Məsələn, Amerikanın filan şəhərində gün tamamən tutulacaq. Qabaqca həmin şəhərə hər məmləkətin coğrafiya cəmiyyətlərindən dəstə-dəstə alimlər göndərirlər ki, günün tutulmaq sirlərini dəxi də yaxşı öyrənsinlər. Məsələn, İtaliyada misli olmayan zəlzələ üz verib. Həmçinin yenə alimlər oraya doluşurlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər.

Aşura işlərimiz Avropanın nəzərində elə bir qəribə və əhəmiyyətli əhvalatdır ki, bu barədə onlar indiyədək neçə cild kitablar yazıblar. İranın və Qafqazın böyük müsəlman şəhərlərində məhərrəmlikdə Avropa cəmiyyətlərinin üzvləri həmişə piş-əzvqət hazır olarlar və aşura günü qələmi və kağızı ciblərinə qoyub çıxarlar uca divarın üstünə və tamaşa eləyib, eşitdiklərini təfsilən yazarlar; gördüklərinin fotoqrafiya əkslərini götürüb apararlar.

Bu qism səyyahların biri də dünən gəlmişdi idarəmizə. Bu cənab, Lissabon şəhərində bir cəmiyyətin üzvüdür. Onun bu il Qafqaza gəlməyindən qəsdi üç mətləb öyrənməkdir.

Əvvələn, əgər baş yarmaq şərən lazımdır, nə səbəbə başlarını yaranların içində indiyədək bircə əmmaməli molla görsənməyib?

İkinci, həmişə vaxtlarını qumar və çaxır məclislərində keçirən müsəlman “intelligentləri” nə qəsd ilə aşura günü dəstə qabağına düşüb baş yaranların qanlarını dəsmalları ilə silirlər?

Və üçüncüsü, səbəb nədir ki, baş yaranların hamısı ibarətdir məhz gədə-güdələrdən, baqqallardan və çaqqallardan, bunların içində bir nəfər də maarif əhli görsənmir?

Biz bu suallara cavab verə bilmədik və qonağımız çıxıb getdi. Bu heyndə qulağımıza hatifdən bir səs gəldi:

- Bu günlərdə İranda istibdad ilə ədalət bərk çarpışır. Yekə bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir. Köməksizlik ucbatından ola bilər ədalət tərəfi basılsın. O vaxt milyonlarca məzlumun dadü-fəryadı bugünkündən artıq göylərə qalxacaqdır. Bir udum suya həsrət qalıb can verən balaların, qarınları yırtılan ana-bacıların halı Kərbəla vaqiəsindən aşağı qalmayacaqdır.

Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur.

Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir ki, həm Allah, həm də həzrət Hüseyn razı qalsın. Yoxsa, Tiflisin, Bakının küçələrində qışqıra-qışqıra gəzib, yalançıqdan başımızı cızıb bir az qan axıtmaq Hüseyn evladına Rüstəm nəslinə yaraşan igidlik deyil.

Bu gün Kərbəla meydanı Azərbaycan meydanıdır

“Biz nəyik?”

Bəzi vaxt mən özüm-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”.

Amma qəribə burasıdır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa.

Bəlkə elə belə də lazımdır ki, bizi bir şey hesab edib bizdən ehtiyat eləsinlər?!

Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir: amma biz özümüz öz əlimizlə öz işimizi xərab eləyir

ik.

O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar – başlayırıq astarımızı göstərməyə ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı, üç qəpikdir.

***

“Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur.

Keçən nömrələrin birində həmin qəzet yazmışdı ki, “Baxçasaray şəhəri İstambul ilə münasibətdədir, İstambuldan göndərilmiş siyasi agentlər yuvasıdır.

Qəhvəxanalarda, məktəblərdə sultanın şəkli divarlara asılır, dəri qalpaq əvəzinə osmanlı fəsləri geyirlər, xülasə xəyanət tədarükü görülür”.

Bu rəhmətliyin oğlu İsmayıl bəyin də işi-gücü qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana çıxarmağa.

Və lakin Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi … başlı firqədaşları indi indiyə kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər, amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub gördülər ki, bu millətin içi boşdur.

Məsələn, bir camaatın ki, ticarət sinfinin rəisi ola S.M.Toppuzov, – o camaatın içi boşdur.

Bir millətin ki, üləmasının başçısı ola Xəlil, Əbdürrəhman, Hacı Əmir, Həbibulla, Mustafa, Seyid İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, – o millətin içi boşdur.

Gələk bələdiyyə rəislərinə. Süleyman Mirzə Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri görmək istəməz.

Qafqazın hər nə qədər xanzadə və dövlətli mülkədarı var, – hamısının cavan uşaqları dərslərini yarımçıq qoyub, hökumətə ixlas ilə qulluq eləməkdədirlər ki, on üç ildən sonra bir nişana sahib olsunlar.

Bəylərimiz və xanlarımız mülklərindən hər il on min manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik eləyirlər ki, bir kokardalı böyük görəndə baş yendirsinlər.

***

Budur bizim işlərimiz, biz buyuq. Amma özgələr bizi bir şey hesab edir.

Mən ölüm üstünü açma.

P.S. ALLAH sənə rəhmət etsin, Cəlil baba...

http://celilmemmedquluzade.wordpress.com

Link to comment
Share on other sites

Əlinizi ürəyinizin üstünə qoyub mərdi-mərdanə deyin : O gündən bu günə nə dəyişib?

Əlimi ürəyimin üstünə qoyub mərdi -mərdanə deyirəm :  O gündən bu günə   o dəyişib ki ,  internet  və wi-fi kəşf olunub.  ))  Yerdə qalan şeylər vacib deyil ))

Link to comment
Share on other sites

  • 1 month later...

Əlimi ürəyimin üstünə qoyub mərdi -mərdanə deyirəm :  O gündən bu günə   o dəyişib ki ,  internet  və wi-fi kəşf olunub.  ))  Yerdə qalan şeylər vacib deyil ))

Səhv nəticə çıxarırsınız məncə. internet  və wi-fi vacib deyil, vacib olan bax elə o yerdə qalan şeylərdir.

Link to comment
Share on other sites

Bağışla((( Millətin bədbəxtliyi ilə zarafat edə bilmirəm. Edəndə də başa düşmürəm. Haqlısan bəlkə də.

Sadəcə , bu tragizm  ruhuna bir balaca C.Məmmədquluzadənin stilində yumor və satiradan  da əlavə edib  , pozitiv yaratmaq istədim )) 

Tarix öz keçmişi ilə gülə -gülə ayrılır ))    Məncə , vəziyyət siz dediyiniz qədər də tragik deyil . 

Link to comment
Share on other sites

Pozitivə görə təşəkkür))

Məncə , vəziyyət siz dediyiniz qədər də tragik deyil . 

Mən Cəlil bəyin sözlərini xatırladım, baxın nə dəyişib:

Dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan millətim mənim.

"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb, bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: "Sözünü o kəslərə de ki, sənə qulaq vermirlər".

"Bir para adamlar qələmi əllərinə alan kimi yalandan başlayırlar: Ay mənim yaxşı millətim! Qadan alım, ay mənim millətim! Nə qədər canım sağdır, hazıram sənə canımı fəda edəm, ay mənim gözəl millətim! Ay millətlərin padşahı millətim! Vallah Molla Nəsrəddin yalan danışa bilməz. Biz deyirik ki, belə milləti biz canü-dildən istəyə bilmərik. Bəlkə, içində bir-iki yaxşısı tapıla".

Və s. 

Sözümü Sizə hörmətlə və ehtiramla, söhbətinizə görə təşəkkürlə bitirim icazənizlə:

Ağıllı adamla dost ol, söhbət aç,

Namərddən uzaq ol gündə min ağac

Ağıllı zəhər də versə sənə iç!

Namərdin balından, şərbətindən qaç!

Ömər Xəyyam.

Link to comment
Share on other sites

Pozitivə görə təşəkkür))

Mən Cəlil bəyin sözlərini xatırladım, baxın nə dəyişib:

Dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan millətim mənim.

Bu barədə  sizinlə tam razıyam ,   daha doğrusu  Mirzə Cəlillə  ))  

Burada bir nüans  var .   Mirzə Cəlil bunları yazanda milli  oyanış hər halda artıq mövcud idi . Yadınıza salın o dövrdəki milli və milliyyətçi  , maarifçi  ziyalılarımızı ... Bu masştabda milli  ziyalılar həm say həm də keyfiyyət etibarilə  indi yoxdur .  Elə həmin ziyalıların sayəsində də həmçinin  Azərbaycan cümhuriyyəti  quruldu  . 

Yəni , deməyim odur ki , təkcə ağlaşma ilə deyil , o dövrki milli ziyalılar həm də real işlər görürdülər .  Bu məsələ nə ağlaşma ilə nə də qəhqəhə çəkib öz -özümüzə gülməklə düzələn deyil  . Burada bir kreativliyə ehtiyac var .  

P.S.  Sizin fikirlərinizə də hörmətlə yanaşıram.  Çox sağ olun ki, sizin kimi insanlar  hələ də var !

Edited by Sunyata

Razıyam. Hər bir dövr öz vasitə və üsullarını meydana çıxarır və yenilik tələb edir. Amma türkün sözü maalesef kreativ insanlarımız yeni-yeni atıb-aldatmaq, yaltaqlanmaq üsullarını fikirləşib tapmaq yolundadırlar (hamisina aid deyil, Cəlil bəy demişkən "Bəlkə, içində bir-iki yaxşısı tapıla").

P.S. Təşəkkür edirəm.

Link to comment
Share on other sites

“Orucu batil eləyən şeylər”

Posted on December 4, 2012

Mәrvdә cәnab mövlana hacı Mәhәmmәd Bağır ağa hәr gün mәsciddә minbәri yumruqlaya-yumruqlaya yüz iyirmi dörd min

peyğәmbәrә and içә-içә camaatı inandırır ki, qәzet oxumaq orucu batil elәr. Mәn bilәsi bu mәsәlәyә diqqәt elәmәk lazımdır.

Tutaq ki, Lәnkәranda sәrçeşmeyi-ülumi-rәbbani fәxrülülәma hacı Cabbar ağa Nәsirbәyovun müridlәri bu günah әmәldәn

uzaqdırlar; amma yenә oruc tutanlardan gah bir qәzet oxuyan mәnim gözümә sataşır. Mәgәr bunlar yazıq deyillәr?!

Bәs bu mәsәlәni açmaq lazımdır ki, hәr kәs öz tәklifini bilsin; yoxsa belә olmasa, yәqin ki, çox keçmәz, Mәrv mәscidinin

minbәrinin kәrpiclәri “ağa”nın şapalaqlarının zәrbindәn uçub tökülәr camaatın başına.

Bu barәdә mәn, Molla Nәsrәddin, bir söz danışmayacağam. Mәn onu bilirәm ki, mәnim sözüm camaat içindә bir pula getmir!

Mәn bilirәm ki, camaat mәni kәmetiqad hesab edir; söz yox, o qәdәr tas quran, fal açan vә ilan oynadanlara lağ elәdik ki, axırı

bu günә düşdük.

Bәs mәn, Molla Nәsrәddin, oruc tutanların qәzet oxumağı barәsindә bir söz danışmayacağam; amma, görәk, özgәlәr nә deyirlәr?

Rusiyada çıxan müsәlman qәzetlәri vә habelә qonşumuz “İrşad” bu barәdә çox sözlәr danışıblar. Amma mәnim bunlarnan da

işim yoxdur.

Keçәk Tәbrizә vә görәk islam alәminin mәrkәzi vә ülәmanın mәdәni hesab olunan şәhәrdә çıxan “Әdalәt” ruznamәsi bu barәdә

nә deyir? Hәmin ruznamә 18-ci nömrәsindә üzünü tutub müsәlmanlara vә bir neçә şey onlardan soruşur. Ruznamә soruşur: “Ay müsәlmanlar, mәn ölüm, lotu-lotuyana deyin görüm, hansıdır orucu batil elәyәn şeylәr?

1.Әvvәla, deyin görüm ruznamә oxumaqmı orucu batil elәr, ya adam öldürmәk, qumar oynamaq, mәrdümazarlıq, rüba yemәk,

şeytançılıq, oğurluq, cibgirlik, dәstәbazlıq?

Әgәr bu saydığımız әmәllәr orucu batil elәyirsә, bәs dәxi nә sәbәbә islam alәminin yüz hissәsinin doxsan doqquz hissәsi nahaq

yerә zәhmәt çәkib, oruc tuturlar? Әgәr elәmirsә, ta ruznamә oxumaq nә sәbәb batil elәsin vә halonki biçarә ruznamә yazanlar millәt

vә insaniyyәt yolunda gözlәrinin nurunu töküb, axırda “lәnәt”dәn savayı bir şeyә sahib olmurlar.

2. Saniyәn, deyin görüm, qәzet oxumaqmı orucu batil elәr, yainki minbәrin üstә çıxıb, min gunә yalanlar vә büzurgüvar

peyğәmbәrimizin vә әimmeyi-әtharın barәsindә yüz min cür iftiralar demәk?

Әgәr hәmin yalanlar vә iftiralar orucu batil elәyirsә, bәs dәxi nә sәbәbә islam alәminin ülәmasının yüz hissәsinin doxsan doqquz

hissәsi nahaq yerә zәhmәt çәkib, oruc tutur vә әgәr elәmirsә, ta ruznamә oxumaq nә sәbәbә batil elәsin vә halonki ruznamәlәr

yüz illәrlә yatmış millәtin vә mәmlәkәtin qulağına dirilik şeypuru çalıb, hәmişә xalqı mövhumat vә mühәmmәlatdan xәbәrdar vә

hal-hazırın ehtiyacatına vә zәmanәnin tәqazasına vaqif etdirmәkdәdir.

3. Salisәn, deyin görüm, qәzet oxumaq orucu batil elәr, yainki yetim vә acizlәrin malını әlindәn alıb, qanlarını sormaq?

Әgәr bu işlәr orucu batil elәyirlәrsә, bәs nә sәbәbә İranın hakimlәri, ülәması, Qafqazın ağaları vә hacıları nahaq yerә zәhmәt

çәkib oruc tuturlar? Әgәr elәmirlәrsә, dәxi bәs ruznamәlәrin günahı nәdir ki, hәmişә politika meydanında qәlәm vurub, millәtin vә

mәmlәkәtin hüququnu gözlәmәkdә canfәşanlıq edib, әcnәbi millәtlәr içindә öz millәtinin üzünü ağ vә başını uca elәmәkdәdir.

4. Rabiәn, deyin görüm, ruznamә oxumaqmı orucu batil elәr, yainki şәriәti oğurlamaq?

Әgәr şәriәti oğurlamaq orucu batil edirsә, bәs niyә müsәlman alәmindә zahid vә fazil libasına girәn zalimlәr, cabirlәr, xainlәr,

rәislәr vә alimnümalar minbәrә qalxıb, lәğv vә batil mәsail, saxta әhadis vә әxbar düzәldib, hәmin mәsail vә әhadisin nisbәtini,

nәuzübillah, peyğәmbәr vә imamlara verib, bu vasitә ilә avamı cәhalәtdә saxlayırlar?

Vә әgәr şәriәti oğurlamaq orucu batil elәmirsә, dәxi ruznamә nә sәbәbә batil elәsin vә halonki camaatın bәsirәt gözünü açıb,

dostla düşmәnini tanıtmaqdan savayı ruznamәnin heç bir tәqsiri yoxdur”.

Molla Nәsrәddin öz tәrәfindәn:

Mәn qabaqca әrz elәdim ki, bu barәdә mәn bir söz danışmayacağam. Amma hәmin mәsәlә ariz olandan indiyәdәk bәndәyә bir

neçә kağız göndәrib soruşurlar ki, nә sәbәbә biz mollalar qoymuruq camaat qәzet oxusun?

Mәnim cavabım:

Bunun tәk bircә sәbәbi var: vallah, billah, taalah, and olsun yerә, göyә, ulduzlara, bunun sәbәbi mәhz budur ki, camaat ruznamә

oxumağa başlasa, dәxi biz mollaların bazarı kasad olacaq. Vәssәlam.

Qәrәz … bunlar keçәndәn sonra … bunların heç birindәn mәnim ağlım bir şey kәsmir. Qorxuram axırda heç bir şey çıxmaya.

Qorxuram axırda ruznamә oxumaq da orucu batil edә, oruc tutmaq da ruznamә oxumağı batil edә.

Bizim Qafqazda sazanda mәclisindә hәrdәn bir cür muğamat çalırlar. Birisi düşür oynamağa, oturanlar çıtmıq çalırlar, xanәndә dә

başlayır bu sözlәri oxumağı:

Dәrәdә yatmış idim, oyatdılar, oyanmadım,

Burnuma tikanları uzatdılar, oyanmadım.

Bomba, parthapartnan top atdılar, oyanmadım.

Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.

Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.

Şәhrimizdәn cәm olub cavanlar, naz ilәn gәlib,

Qumarbaz, uşaqbazlar matışkabaz ilәn gәlib,

Mar, meymun oynadan söhbәtü saz ilәn gәlib,

Mütrübü xoşlәhcәlәr pәk xoş avaz ilәn gәlib,

Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.

Qarışdı aralıqlar, qopdu mәhşәr qiyamәti,

Müsәlmanlar bir-birin qırdı unudub qeyrәti,

Hәr “gәlәn” alim olub, çapdı-taladı millәti,

Mәn yuxuda ol zaman çәkirdim rahәt lәzzәti,

Burnuma tikanları uzatdılar, oyanmadım.

Gördülәr yuxlamışam, hәr kәs sınadı gücünü,

Atlı atın üstümә, qurbağa saldı qıçını,

Hoppanıb Araz bu tay, yığıb dәrәnin bicini,

Hiylәbazlar tutdular bütün Qafqazın içini,

Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım.

Biz fәqirә axırı rәhm elәyib biganәlәr,

Açdılar mәdrәsәlәr, klub, qiraәtxanәlәr,

Yazdılar kitab, qәzet, xәrc etdilәr xәzanәlәr,

Molla Nәsrәddin dedi hәr hәftә bir әfsanәlәr,

Müxtәsәr, hәr bir әmәl çıxartdılar, oyanmadım.

http://celilmemmedquluzade.wordpress.com/page/2/

Link to comment
Share on other sites

  • 5 years later...
On 20 בספטמבר 2013 at 1:04 AM, xaganiska2 said:

Əlinizi ürəyinizin üstünə qoyub mərdi-mərdanə deyin : O gündən bu günə nə dəyişib?

“Axund ilə keşişin vəzi”

Irəvan quberniyasında bir kənd var idi: adı Samanlıqdır.

Kəndin camaatı yarıya qədər erməni və yarısı müsəlmandır.

Bir gün at ilə həmin kəndin mülkədarı Rəhimbəyə qonaq gedirdim.

Yay fəsli idi. Uca atın üstündə oturub kəndin alçaq divarlarından həyətlərin hamısını görürdüm.

Həyətin birində bir erməni arvadı toyuq-cücəyə dən səpirdi, bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu.

Həyətin birində bir erməni uşağı ağacın kölgəsində oturub kitab oxuyurdu.

Bir həyətdə on iki-on üç yaşında bir müsəlman uşağı pişiyin quyruğuna ip bağlayıb həyətin o tərəfindən bu tərəfinə qaçırdı və pişik mızıldaya-mızıldaya uşağın dalicə dalı-dalı hərəkət edirdi.

Həyətin birində böyük tut ağacının kölgəsində bir neçə erməni oturub çörək yeyirdilər.

Keşiş ayaq üstə durub sağ əlini yuxarı qovzayıb danışırdı.

İstəyirdim keçib gedəm, həmin keşişdən bir söz eşidib atı saxladım.

Keşiş uca səs ilə üç dəfə dedi: hayreniq, hayreniq, hayreniq (“hayreniq” erməni dilində “vətən” deməkdir).

Çünki mən erməninin dilini başa düşürəm, bir qədər dayandım keşişin sözlərinə qulaq asam.

Bu hində küçənin bir tərəfindən müsəlman danışığı eşitdim.

Atı qabağa sürüb gördüm ki, küçə ayrımında divarın kölgəsində dörd müsəlman oturub.

Bunların biri Axund Molla Qurbanqulu Molla Qurbanquliyev idi.

Bu axundu mən çoxdan tanıyırdım: özü də İran əhlidir.

Molla Qurbanqulunun əlində bir kitab var idi.

Molla kitabı oxuyurdu və kəndlilər diqqəti-tam ilə qulaq asırdılar.

Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi:

- Erməni millətinin dünyada üç sevgili balası var: “vətən”, “millət” və “dil”.

Və nə qədər ki biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının hamidiyyə əsgəri və kürdləri, nə Rusiyanın Qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər.

Keşişin bu sözlərindən sonra Qurbanqulunun səsi gəldi.

Molla kitabdan bu sözləri oxuyurdu: “Babi-həftüm (Yeddinci fəsil). Əgər bir şəxs yata, yuxusunda həcəmət* görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”.

Keşişin belə səsi gəlirdi:

“Ey mənim erməni qardaşlarım, dünya xəlq olunandan indiyə kimi erməni tayfası müxtəlif millətlərin cövr və zülmünə düçar olub.

Qarışqalar at nalının altında əzilən kimi qüvvətli və bimürüvvət tayfaların yumruğunun altında pamal olublar: bunilə belə erməni ölüm halında can verə-verə yenə deyib: “vətən, vətən, millət, hayreniq!”

Ey mənim qardaşlarım, nə qədər ki millət, dil və vətən yolunda fəda olmağa biz qadirik, cəmi dünyanın tayfaları müttəfiq olub bizim üstümüzə hücum gətirələr, biz yenə onların qabağında dayanıb dilimizi və vətənimizi mühafizət edə biləcəyik.

Yaşasın vətən yolunda fəda olan erməni milləti!

Yaşasın millət uğrunda şəhid olan qardaşlar! Getse (Yaşasın), getse hayreniq!”

Molla Qurbanqulu kəndlilərə deyirdi:

- Ağacın altında, suyun qırağına bövl etmək* yaxşı deyil, çünki həmzad, əcinnə, şəyatin insana zərər yetirər.

Çaharşənbə, şənbə və tək günü qəbristana və hamama getmək olmaz, çünki bu günlərdə əcinnə və divlər qəbristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır.

İnsanı görsələr, zərər yetirərlər. Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmayıb gəlsin mənim yanıma, vaxt ikən ona “həft həsar” duası yazım…

“Bu gün Kərbəla Azərbaycandır” məqaləsi

Necə qan ağlamasın daş bu gün,
Qırxılır gör neçə min baş bu gün!

Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. Aşura günü iki yüz yetmiş milyon baş yarılacaq.

Və lakin bunlar hamısı köhnə sözlərdir. Amma burada bir mətləb var ki, bəlkə oxucularımız onu eşitməmiş ola. Bu barədə lazım bilirik bir az danışaq.

Yer üzündə qəribə bir əhvalat baş verəndə Avropanın fənni cəmiyyətləri çox xərclər çəkib adamlar göndərirlər ki, təzə vüquatı elm və fənn tərəfindən öyrənsin və sonra cəmiyyətə ərz eləsin.

Beləliklə, Avropada elm və fənn tərəqqi eləyib. Məsələn, Amerikanın filan şəhərində gün tamamən tutulacaq. Qabaqca həmin şəhərə hər məmləkətin coğrafiya cəmiyyətlərindən dəstə-dəstə alimlər göndərirlər ki, günün tutulmaq sirlərini dəxi də yaxşı öyrənsinlər. Məsələn, İtaliyada misli olmayan zəlzələ üz verib. Həmçinin yenə alimlər oraya doluşurlar ki, zəlzələnin hikmətlərini mümkün qədər öyrənsinlər.

Aşura işlərimiz Avropanın nəzərində elə bir qəribə və əhəmiyyətli əhvalatdır ki, bu barədə onlar indiyədək neçə cild kitablar yazıblar. İranın və Qafqazın böyük müsəlman şəhərlərində məhərrəmlikdə Avropa cəmiyyətlərinin üzvləri həmişə piş-əzvqət hazır olarlar və aşura günü qələmi və kağızı ciblərinə qoyub çıxarlar uca divarın üstünə və tamaşa eləyib, eşitdiklərini təfsilən yazarlar; gördüklərinin fotoqrafiya əkslərini götürüb apararlar.

Bu qism səyyahların biri də dünən gəlmişdi idarəmizə. Bu cənab, Lissabon şəhərində bir cəmiyyətin üzvüdür. Onun bu il Qafqaza gəlməyindən qəsdi üç mətləb öyrənməkdir.

Əvvələn, əgər baş yarmaq şərən lazımdır, nə səbəbə başlarını yaranların içində indiyədək bircə əmmaməli molla görsənməyib?

İkinci, həmişə vaxtlarını qumar və çaxır məclislərində keçirən müsəlman “intelligentləri” nə qəsd ilə aşura günü dəstə qabağına düşüb baş yaranların qanlarını dəsmalları ilə silirlər?

Və üçüncüsü, səbəb nədir ki, baş yaranların hamısı ibarətdir məhz gədə-güdələrdən, baqqallardan və çaqqallardan, bunların içində bir nəfər də maarif əhli görsənmir?

Biz bu suallara cavab verə bilmədik və qonağımız çıxıb getdi. Bu heyndə qulağımıza hatifdən bir səs gəldi:

- Bu günlərdə İranda istibdad ilə ədalət bərk çarpışır. Yekə bir millətin dini, namusu, hüququ, vətəni təhlükədədir. Köməksizlik ucbatından ola bilər ədalət tərəfi basılsın. O vaxt milyonlarca məzlumun dadü-fəryadı bugünkündən artıq göylərə qalxacaqdır. Bir udum suya həsrət qalıb can verən balaların, qarınları yırtılan ana-bacıların halı Kərbəla vaqiəsindən aşağı qalmayacaqdır.

Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı qanlarımız, ehsan etməli pullarımız varsa, – gözümüzün qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur.

Bu gün ən böyük ibadət, ən birinci din və vətənpərvərlik oraya kömək etməkdir ki, həm Allah, həm də həzrət Hüseyn razı qalsın. Yoxsa, Tiflisin, Bakının küçələrində qışqıra-qışqıra gəzib, yalançıqdan başımızı cızıb bir az qan axıtmaq Hüseyn evladına Rüstəm nəslinə yaraşan igidlik deyil.

Bu gün Kərbəla meydanı Azərbaycan meydanıdır

“Biz nəyik?”

Bəzi vaxt mən özüm-özümdən soruşanda ki, biz nəyik? Öz-özümə cavab verirəm ki, “biz heç bir şeyik”.

Amma qəribə burasıdır ki, özgələr bizi bir şey hesab edirlər və hesab edib başlayırlar qorxmağa.

Bəlkə elə belə də lazımdır ki, bizi bir şey hesab edib bizdən ehtiyat eləsinlər?!

Söz yox ki, belə lazımdır və bizim məsləhətimizdir: amma biz özümüz öz əlimizlə öz işimizi xərab eləyir

ik.

O yerdə ki, biz görürük bizi bir şey hesab eləyib bizdən qorxurlar – başlayırıq astarımızı göstərməyə ki, baxın, görün, bizim qiymətimiz on dörd şahı, üç qəpikdir.

***

“Russkoye znamya” qəzeti Krım tatarlarından belə qorxur ki, elə bil yapondan qorxur.

Keçən nömrələrin birində həmin qəzet yazmışdı ki, “Baxçasaray şəhəri İstambul ilə münasibətdədir, İstambuldan göndərilmiş siyasi agentlər yuvasıdır.

Qəhvəxanalarda, məktəblərdə sultanın şəkli divarlara asılır, dəri qalpaq əvəzinə osmanlı fəsləri geyirlər, xülasə xəyanət tədarükü görülür”.

Bu rəhmətliyin oğlu İsmayıl bəyin də işi-gücü qurtarıb, “Tərcüman”ın 14-cü nömrəsində başlayıb “Russkoye znamya”nın yazdıqlarını yalana çıxarmağa.

Və lakin Qasprinski cənabları bunu bilməli olsun ki, “Russkoye znamya” və onun cəmi … başlı firqədaşları indi indiyə kimi Baxçasaray tatarlarını bir şey hesab eləyirdilər, amma “Tərcüman”ın 14-cü nömrəsini oxuyub gördülər ki, bu millətin içi boşdur.

Məsələn, bir camaatın ki, ticarət sinfinin rəisi ola S.M.Toppuzov, – o camaatın içi boşdur.

Bir millətin ki, üləmasının başçısı ola Xəlil, Əbdürrəhman, Hacı Əmir, Həbibulla, Mustafa, Seyid İbrahim, Ağa Mir Kərim, Axund Məhəmməd Bağır, – o millətin içi boşdur.

Gələk bələdiyyə rəislərinə. Süleyman Mirzə Krımtayev oxumaq və yazmaq bilməz və qəzetləri görmək istəməz.

Qafqazın hər nə qədər xanzadə və dövlətli mülkədarı var, – hamısının cavan uşaqları dərslərini yarımçıq qoyub, hökumətə ixlas ilə qulluq eləməkdədirlər ki, on üç ildən sonra bir nişana sahib olsunlar.

Bəylərimiz və xanlarımız mülklərindən hər il on min manat mədaxil ola-ola, naçalnik divanxanasında mirzəlik eləyirlər ki, bir kokardalı böyük görəndə baş yendirsinlər.

***

Budur bizim işlərimiz, biz buyuq. Amma özgələr bizi bir şey hesab edir.

Mən ölüm üstünü açma.

P.S. ALLAH sənə rəhmət etsin, Cəlil baba...

http://celilmemmedquluzade.wordpress.com

Zemanesinin çox zeki yazarı olub! Qebri nurla dolsun.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Upvote
        • Like
      • 31 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 33 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Sad
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
        • Haha
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Like
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
        • Like
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...