Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Bəzi Şeylərdən Bir Az.

Recommended Posts

В 26.05.2018 в 00:30, Museyib Elekber сказал:
В 25.05.2018 в 20:21, NOIR сказал:

Oyunda ortaq məxrəcə gəlmiş ola bilərik, amm mən hələ də eyni fikirdəyəm :) 

davam edək )

В 24.05.2018 в 22:43, Museyib Elekber сказал:

Həndəsə öyrənərkən. Nöqtə, düz xətt, müstəvi, müstəvi fiqurları, 3 ölçülü fəza və fəza fiqurları. Yenə də, adam fikirləşir ki,.....

Fizika və astronomiyada vəziyyət daha mürəkkəbdir. Nyuton mexanikası (klassik mexanika), nisbilik nəzəriyyəsi (relyativistik mexanika), kvant mexanikası, bunların da üstündə ola biləcək Vahid sahə nəzəriyyəsi (hərçənd ki, bu hələ tam hazır deyil).

Bütün bunlar konkret haldan ümumiyə gedən yollardır. Mənim bunlardan aldığım nəticə nə olur?

məktəbdə müşahidə etdiyimiz və iştirakçısı olduğumuz bu hal tədris prosesinin xüsusiyyəti ilə əlaqədardır. və düşünürəm, bu doğru istiqamətdir, yəni bəsitdən mürəkkəbə. qavrayışı və qabiliyyəti fərqli olan şagirdlərə müəyyən vaxt ərzində tədris materialını başqa cür təqdim etmək olmur axı. bu ən qısa və səmərəli yoldur. həm də ki, hər umumiləşmiş nəhəng materialı əyani təsvir etmək mümkün deyil. istisnalar olursa da, bu vahimələndirir )) məsələn, Mendeleyevin dövri cədvəli ilk gördüyümdə məni çaşdırmışdı. düşünürdüm ki, bunu heç vaxt əzbərləyə bilməyəcəm )

Link to comment
Share on other sites

məktəb proqramı nəzəriyyəni təqdim edir. siz düz deyirsiz, hər nəzəriyyənin xüsusi halı mövcuddur ki, həmin "xırdalığı" hissə - hissə öyrədir. xüsusiləşmə də məhz özü üçün nəzərdə tutulmuş halda tətbiqini tapır - bu nəzəriyyənin praktik təminatıdır. nəzəriyyənin həyati prosesdə reallaşması ümumi təsəvvür formalaşdıra bilərdı. amma məktəb həmişə bunu etmir. və yaxşı ki etmir ) çünki bu halda çoxlu lazımsız suallar yaranacaq : məsələn, müxtəlif növ tarixlər ( ümumi tarix, yeni tarix, azərbaycan tarixi, qarabağ tarixi, orta əsrlər tarixi, qədim dünya tarixi) nə üçündür ? praktik faydası nədən ibarətdir ? hansı universal və xüsusi halda faydalana bilərik ? bu hallar nə qədər tez tez baş verir ?

xəyali olaraq nəsə bir universal faydalılıq kəşf edək bəlkə ? ))

Link to comment
Share on other sites

indi son postunuza gələk

əlbəttə , "bir rəsmi bütövlükdə görmək insana rahatlıq gətirə bilər" . siz bunu obrazlı deyibsiz. ümimiyyətlə, situasiyanı sanki yüksəkdən müşahidə etmək bacarığı nadir bacarıqdı. bu tam fərqli keyfiyyət və səviyyədir. əvvəla, geniş dünyagörüş olmazsa, şərti rəsmdə olan detalları, simvolları əlaqələndirib, ümumiləşdirimək mümkün olmayacaq. burada həm də psixolji məqam var. məlumatlı olmaq rahatlıq gətirirsə, müəmmada qalmaq da narahatlıq gətirir demək ki ) insan öncədən görmək istərdi ki, planlaşıdra bilsin. yaxud daha çox məlumatlı olmaq istərdi ki, özünü sığortalaya bilsin, situasiya üzərində üstünlüyü olsun. lakin insanların imkan və qabiliyyəti müxtəlif və fərqlidir. biz çox şeyi fraqmentlərdə görürük, tanıyırıq, dərk edirik, ifadə edirik. ümumi görə bilib dərk etmək üçün hər cür təmas qurmağı bacarmalıyıq. bacarırıq ? ) yaxud başqa cür deyək... dərk etmək istədiyimiz məzmunu fərqli nöqteyi-nəzərdən izləməyi bacarmalıyıq. hələ ki, ancaq izləməyi, müdaxiləni demirəm... həm daxildən, həm kənardan, həm yaxından həm uzaqdan. bəlkə həmin məzmunun özü olmalıyıq  )) bacarırıqmı ? ) 

Link to comment
Share on other sites

39 minutes ago, NOIR said:

davam edək )

məktəbdə müşahidə etdiyimiz və iştirakçısı olduğumuz bu hal tədris prosesinin xüsusiyyəti ilə əlaqədardır. və düşünürəm, bu doğru istiqamətdir, yəni bəsitdən mürəkkəbə. qavrayışı və qabiliyyəti fərqli olan şagirdlərə müəyyən vaxt ərzində tədris materialını başqa cür təqdim etmək olmur axı. bu ən qısa və səmərəli yoldur. həm də ki, hər umumiləşmiş nəhəng materialı əyani təsvir etmək mümkün deyil. istisnalar olursa da, bu vahimələndirir )) məsələn, Mendeleyevin dövri cədvəli ilk gördüyümdə məni çaşdırmışdı. düşünürdüm ki, bunu heç vaxt əzbərləyə bilməyəcəm )

Bəlkə də pedaqoq olmadığım üçün belə fikirləşirəm. Kiməsə bu qəbildən bir şeyi izah edərkən ən azı ümumi halın da adını çəkirəm ki, sonradan hardasa qarşılaşsa, ona aydın olsun. Belə eləməsəm, sanki bir növ yalan danışmış kimi hiss edirəm. Çünki mən də bir vaxtlar bu mərhələni keçmişəm və həmişə də daxildə bir qınaq hissi keçirirəm ki, niyə o vaxt bu bizə deyilməyib ))

Məndən müəllim olmaz ))

Link to comment
Share on other sites

41 minutes ago, NOIR said:

məktəb proqramı nəzəriyyəni təqdim edir. siz düz deyirsiz, hər nəzəriyyənin xüsusi halı mövcuddur ki, həmin "xırdalığı" hissə - hissə öyrədir. xüsusiləşmə də məhz özü üçün nəzərdə tutulmuş halda tətbiqini tapır - bu nəzəriyyənin praktik təminatıdır. nəzəriyyənin həyati prosesdə reallaşması ümumi təsəvvür formalaşdıra bilərdı. amma məktəb həmişə bunu etmir. və yaxşı ki etmir ) çünki bu halda çoxlu lazımsız suallar yaranacaq : məsələn, müxtəlif növ tarixlər ( ümumi tarix, yeni tarix, azərbaycan tarixi, qarabağ tarixi, orta əsrlər tarixi, qədim dünya tarixi) nə üçündür ? praktik faydası nədən ibarətdir ? hansı universal və xüsusi halda faydalana bilərik ? bu hallar nə qədər tez tez baş verir ?

xəyali olaraq nəsə bir universal faydalılıq kəşf edək bəlkə ? ))

Qısaca deyə bilərəm ki, universal formanın xüsusi hala tətbiqi çox lazımsız parametrlərin iştirakı deməkdir və bu da prosesi mürəkkəbləşdirir. Sizin gətirdiyiniz tarix misalında da belədir. Ayrı-ayrı dövlətlərə bölməklə tarixi hadisələri araşdırmaq işi sadələşdirir. Amma bununla yanaşı digər dövlətlərlə birlikdə ümumi mənzərə də formalaşdırılmalıdır təbii ki.

Mən də fizikadan bir misal gətirim. Bizim gündəlik yaşantımızdakı mexanika prosesləri Nyuton mexanikası ilə də hesablana bilər, Eynşteynin nisbilik nəzəriyyəsi düsturları ilə də. Təbii ki, nisbilik nəzəriyyəsi düsturları daha düzgün nəticə verəcək, amma Nyuton üsulu ilə alınacaq nəticədən çox cüzi fərqlənəcək, hansı ki, bu fərqi nəzərə almamaq olar. Digər tərəfdən nisbilik nəzəriyyəsində hesablama daha çoxdur. Bu halda Nyuton mexanikasının istifadəsi daha sərfəli olur.

Universallıq elə universal səviyyə üçündür ))

Link to comment
Share on other sites

Simruq :  Forum bəs eləmir mənim düşüncələrimə)), arada görüşlər lazımdı. Ürəyim doludu. Səndə ki, 2 gun yazirsan reski yoxa cixirsan. kecən ay gəlib 2 post yazmisan, yenə yoxsan. Burda bizim birliyimiz vardi. Hec vaxt istəmərəm ki, bu birlik itsin. Mən həmişə dostlugun, əməkdaslığın, paylaşmağın tərəfdarı olmuşam. Əlimdən gələni əsirgəmərəm. Ama burda hecnə edə bilmirəm.

Museyib : Siyasətlə maraqlanırsan? əla. Mən 2013 dən. Dövlətimiz məcbur edir ki biz (özündə və ətrafında dəyişiklik istəyənlər) siyasətlə marqlanaq.

  • Like 1
Link to comment
Share on other sites

  • 1 month later...

İnsan bilsəydi ki Yaradan var!

Ac müsəlman, xristian ölkələri olmazdı. Həcc ziyarəti, Roma papası, hər il miltardlarnan dollar pul qazanırlar, o dinlərdə olan digər ölkələrdə aclıq və səfalət.  Hansı dinnən imannan danışırlar??? Allah deyir hamı bərabərdi, bəs niyə ərəb şeyxləri özlərini adi insanlarnan bərabər tutmurlar?

Yaradan var?!

Ac dindar ölkələr var!

Homaseksuallıqı qanunlaşdıran ölkələr var!

Yetginniy yaşına çatmıyanları evləndirən var!

Allah evində porno çəkənlər var!

Hələ nələr nələr var. Bu sizin Allahdı?:biggrin: Və sizin hörmət?

1 il ərzində dünyadakı bütün nəzirlər yığılsa, ac, evsiz, xəstə, işsiz adam tapmaq çətin olar. Bu pullar, sizin müqəddəs saydığıvız insanların qarnına gedir. Əslində mənə xoşdu belə olması. Anarxiya yaranması yaxşı şeydi. İnsan nəsli bəlkə 95% kəsilə. Çünki insan bu planet üçün, potensial təhlükədi!!! Yerin təbii sərvətlərini çapıb talayırlar, planet yararsız hala çevrilir. Tullantılar, zibillər hər il trilyonlarnan tondu və bu zibili məhv edə bilmirlər. Dünyada ən böyük problemlərdən biri zibil problemidi. İnsan özü öz zibilini təmizləməy ixtidarında deyil. Bu problemin həlli yolu da yoxdu. Zavod tikdilər, zibili yandırıb məhv etsinlər, zavod zibili yandırannan sonra, çoxlu zibil külü qaldı o külü hara atsınlar bilmirlər)))

Biz bilmir Yaradan var ya yoxdu. Bir az ümüd eləyirik, günün 24 saatının 1-2 dəqiqəsini.

Bir neçə dəqiqə fikir verin, görün nə eqoist dinlər var... Ancaq insana insana kömək etməydən, insanın xilasınnan söhbət gedir. Bəs digər varlıqlar və ətraf mühüt? Bu Yaradanın yadınnan çıxıb?:facepalm:

Çünki ey homo sapienslər bu dinləri Yaradan göndərməyib. O belə ошибка eləməz) 

Normal ağıl səviyyəsi olan insan bilməlidi ki, bu dünyada çox şey через ж.....!

  • Upvote 1
Link to comment
Share on other sites

В 29.05.2018 в 11:14, roberto5 сказал:

Salam dahi insan. Mən avara adamam, vaktım olanda girirəm foruma yazıram) Söz verirəm üzü qışa gəlirəm, görüşəriy. hava limanına gül çiçəy, duz çörəynən gələrsən:biggrin: Qara məllimə də söz verdim, yalançı çıxdım)

Link to comment
Share on other sites

В 03.04.2018 в 19:11, Museyib Elekber сказал:

Simruqu başa düşürəm. Ümumiyyətlə, söhbət tək forumdan getmir,  bütün sosial şəbəkələrdə vəziyyət eynidir. Qalmaqallı məişət hadisələri insanları daha çox maraqlandırır, nəinki siyasi məsələlər. Mən indi özümdən dəm vurmayacam ki, belə vətənpərvərəm, belə müxalifəm filan. Mənim durumum tam fərqlidir (nədənsə hamı özünü fərqli görür :) ). İnsanlar dəxli olmayan məsələlərdə elə qəşəng burnunu soxub öz etirazını bildirir ki. Elə ki söhbət siyasi məsələyə gələndə deyir, mən siyasətə qarışmıram. Ya da hökumətlə hökumətlik eləmək olmaz.

Disputdan isə artıq danışmağa dəyməz. İnsanı zorla forumda yazmağa məcbur eləmək olmaz ki. Mən bu barədə şikayət etməyi çoxdan buraxmışam.

Məni elə bir sən başa düşürsən:biggrin:

Link to comment
Share on other sites

В 23.05.2018 в 19:47, NOIR сказал:

bu mövzuya indi diqqət yetirdim, oxudum. nəsə nəzərimdən qaçmışdı..

bir çox şeylər müqayisədə dərk olunur.

sosial şəbəkələr cəmiyyətin simasıdır və bu üz çox bəsitdir, rəngsizdir, primitivdir, bəzən bərbaddır. biz müqayisə edirik və təəssüf edirik. biz ümid edirik və yenə də təəssüf edirik ) xüsusiləşmiş mövzularda diskussiya etmək üçün xüsusi biliklər tələb olunur axı... ya da ki, ümumi dünyagörüş, məntiqi təfəkkür, mühakimə qabiliyyəti və s.

gündəlik məişət mövzularında yazmaq üçün ibtidai məktəb savadı yetərlidir. bu səbəbdən, bu tip məzmun məkanı doldurub. bu normal deyil, amma təbiidir. insanlar qabiliyyəti çatacaq qədər, şəbəkə vasitəsilə təmas qururlar.

sinirləri qıcıqlandıran, həyacanlandıran məzmun aktualdır, cəlb eliyir, çəkir, reytinq yığır. bundan əlavə,  insanlar istədiyi fikri, istədiyi formada və ən əsası, məsafədən  çatdırmaq imkanı əldə ediblər. minlərlə insan üçün bu bir yenilikdir və bir dəbdir. zövqsüzlük dəbidir, bəlkə də bu səbəbdən süni görünür... amma bu da keçib gedəcək ) 

bizim bölməyə gəldikdə.... 

primitivləşmirik biz, Simruq bəy ) amma dəyişirik, onu düz deyirsiz. hər kəsin öz motivi var. məişət qayğıları var, vaxt qıtlığı var... sonra, zamanla olur ki, insana fərqli əhval gəlir, fərqli dəyərlər gəlir, başqa maraqlar yaranır, əsaslı dəyişir insan. olur ki, məsələn mən özüm ) gərginlikdən yayınıram. bu səbəbə, tanımağım istifadəçilərlə, naməlum istiqamətdə, ümumi bölmə və mövzularda diskussiyaya girişmirəm. mən yüz adama yüz söz çatdıra bilmərəm ) niyə kiminsə çirkli sözünə bulaşmalıyam yaxud pis əhvalına tuş gəlməliyəm mən. 

bu səbəbə, qınamıyın bizləri 

din-fəlsəfə bölməsində sözümü demiş userəm, illər boyunca yüzlərcə post yazmışam, bəsimdi )

ümumilikdə, bölməmiz passivdir, aktual deyil, dəbdə deyil. bir gülnən bahar olmaz. amma bu vəziyyət mənim hissiyatıma toxunmur, məni incitmir. çünki bu cəmiyyətimin siması deyil, idarəçilik rejiminin məhsuludur sadəcə. mən bunu olduğu kimi qəbul edirəm. 

bir vəziyyət ki, mənim iradəmlə, müdaxiləmlə həll olunacaq, səy göstərəcəyəm əlbəttə. bölmə ümumi fəaliyyət məhsuludur, yalnız mənim iradəmlə dəyişəcək deyil, bu səbəbə özümü burada narahat hiss etmirəm, əhvalımı pozmuram. siz də, kefinizi pozmayın, hiddətlənmiyin ) yazın arabir, heç olmasa həftədə bir dəfə 

Sizə cavab verməy üçün gərəy dünya ensklopediyasını və 3000 il keçmişi vərəqləyim) Cavab verəcəm. Təbrik edirəm Drujinnik olmaq münasibəti ilə. Buddaya etdiyim dualarım qəbul oldu:biggrin:

Link to comment
Share on other sites

В 03.04.2018 в 18:35, Igolka сказал:

Heç mübahise etmeyecem.Ele menim dediyime geldiniz,burda evveller maraqlı müzakireler gedirdi.İndi getmir.Demek istediyim,getmir getmir de.Müzakire etmeye user sayı yoxdu,ne edek? 

Yoxuş var eniş var..

P.S. Nikim İgolkadı.İyne.

Düyme yox.Zarafat etmeye çalışmısız,amma....

Mən elə həmişə siz deyənə gəlirəm:evilgrin1: VƏ çalışmıram, mən həmişə zarafat edirəm. Bu yenilik deyil. Sadəcə öz dilimizdə deyirəm, İynə:biggrin:

  • Upvote 1
Link to comment
Share on other sites

В 07.07.2018 в 22:10, Simruq сказал:

Mən elə həmişə siz deyənə gəlirəm:evilgrin1: VƏ çalışmıram, mən həmişə zarafat edirəm. Bu yenilik deyil. Sadəcə öz dilimizdə deyirəm, İynə:biggrin:

Hemişe,hemişe demeyin.:evilgrin1:

Offtop etmeyim.

Bezi şeylerden bir az- çox yazın ara sıra oxuyuram.

Link to comment
Share on other sites

В 07.07.2018 в 22:05, Simruq сказал:

Sizə cavab verməy üçün gərəy dünya ensklopediyasını və 3000 il keçmişi vərəqləyim) Cavab verəcəm. Təbrik edirəm Drujinnik olmaq münasibəti ilə. Buddaya etdiyim dualarım qəbul oldu:biggrin:

)) Minnətdaram. Amma ki, belə bir xırda məsələyə görə o boyda kişini narahat eləməyə dəyməzdi 

Link to comment
Share on other sites

On 7/7/2018 at 10:00 PM, Simruq said:

Salam dahi insan. Mən avara adamam, vaktım olanda girirəm foruma yazıram) Söz verirəm üzü qışa gəlirəm, görüşəriy. hava limanına gül çiçəy, duz çörəynən gələrsən:biggrin: Qara məllimə də söz verdim, yalançı çıxdım)

Əleykəs salam. Mən özüm gələrəm sən əziyyət vermiyim hec. Birce biletlərimi al)). 1 həftə də mən avara olum da)).

Link to comment
Share on other sites

Yaddaş çox gözəl bir şeydi. Bu cümləyə qayıdacam. Çalışmaq lazımdı hər günü, xoş yaşayaq. Heç kimin sözünün, təsirinin altına düşməyə yol verməyəy. Həyat çox gözəldi. Bizim məqsədimiz, yaxşı iş və normal ailədi. Bu məqsəd olmalı deyil bu onsuz da olacaq bir şeydi, məqsəd oldu ya olmadı. İnsanın məqsədi bu planetə xidmət eləməydən ibarət olmalıdı. İnsan sülh məramlı olmalıdı. Saf, təmiz hisslərnən yaşamalıdı. Birinci sinifə gedən uşaq kimi) Beyində, qəlbdə mundar fikirlər olmalı deyil. Bu hisslər insanı korlayır. Yayda, sərinlik, kölgəliy, külək istəyirik. Evdən işə gedənə kimi, qarşımıza, 10-larnan ağac çıxır. Evdən çıxanda 1-litr, işdən çıxanda 1-litr su hər kəs ağaclara töksə, quraqlıqın qarşısı hər il azalar, gül çiçəy olar hər yer. Evdəki yemək qırıntılarını, Allah yaratdığı qurda, quşa versəy, xəstəliylərimizin sayı azalar. Həşarat, böcəy olan yerdə xastəliklər az olar. Dilənçiyə 1-2 manat nəzir veməyə ehtiyac yoxdu, onsuz da, insanların nəsili kəsilən deyil))) Amma təbiət məhv olmaqdadı, qırmızı ktab artıq dolub( Qayıdaq, birinci cümləmə. Yaddaş çox gözəl bir şeydi. Biz uşaq vaxtı olan o pak, saff hissləri, təzədən bərpa etməliyik. yada salmalıyıq biz kimik. İndiki əxlaqsız cəmiyyət, cinsi bilinməyən seksual həyata nə bizim nə də uşaqların ehtiyacı var. Əxlaqsızlıq sizi uydurmasın))) Yada sal sən kimsən!!!

Link to comment
Share on other sites

В 09.07.2018 в 20:54, Igolka сказал:

Hemişe,hemişe demeyin.:evilgrin1:

Offtop etmeyim.

Bezi şeylerden bir az- çox yazın ara sıra oxuyuram.

İnterneti sevmirəm, vaxtımı çox aldıqı üçün. Çox olanda asılılıq yaradır.Bu səbəbdən, instagram, whotsap və faceni, ayda bir dəfə yükləyirəm və pozuram ki asılılıq yaranmasın. Bu səbəbdən az oluram.

Link to comment
Share on other sites

В 12.07.2018 в 23:12, NOIR сказал:

)) Minnətdaram. Amma ki, belə bir xırda məsələyə görə o boyda kişini narahat eləməyə dəyməzdi 

Sizə kim dedi ki mən kişi buddaya dua edirəm? Qadın buddalar da var. Sizin kimi dünya görüşü çox olan:biggrin:

Link to comment
Share on other sites

В 23.05.2018 в 19:47, NOIR сказал:

bu mövzuya indi diqqət yetirdim, oxudum. nəsə nəzərimdən qaçmışdı..

bir çox şeylər müqayisədə dərk olunur.

sosial şəbəkələr cəmiyyətin simasıdır və bu üz çox bəsitdir, rəngsizdir, primitivdir, bəzən bərbaddır. biz müqayisə edirik və təəssüf edirik. biz ümid edirik və yenə də təəssüf edirik ) xüsusiləşmiş mövzularda diskussiya etmək üçün xüsusi biliklər tələb olunur axı... ya da ki, ümumi dünyagörüş, məntiqi təfəkkür, mühakimə qabiliyyəti və s.

gündəlik məişət mövzularında yazmaq üçün ibtidai məktəb savadı yetərlidir. bu səbəbdən, bu tip məzmun məkanı doldurub. bu normal deyil, amma təbiidir. insanlar qabiliyyəti çatacaq qədər, şəbəkə vasitəsilə təmas qururlar.

sinirləri qıcıqlandıran, həyacanlandıran məzmun aktualdır, cəlb eliyir, çəkir, reytinq yığır. bundan əlavə,  insanlar istədiyi fikri, istədiyi formada və ən əsası, məsafədən  çatdırmaq imkanı əldə ediblər. minlərlə insan üçün bu bir yenilikdir və bir dəbdir. zövqsüzlük dəbidir, bəlkə də bu səbəbdən süni görünür... amma bu da keçib gedəcək ) 

bizim bölməyə gəldikdə.... 

primitivləşmirik biz, Simruq bəy ) amma dəyişirik, onu düz deyirsiz. hər kəsin öz motivi var. məişət qayğıları var, vaxt qıtlığı var... sonra, zamanla olur ki, insana fərqli əhval gəlir, fərqli dəyərlər gəlir, başqa maraqlar yaranır, əsaslı dəyişir insan. olur ki, məsələn mən özüm ) gərginlikdən yayınıram. bu səbəbə, tanımağım istifadəçilərlə, naməlum istiqamətdə, ümumi bölmə və mövzularda diskussiyaya girişmirəm. mən yüz adama yüz söz çatdıra bilmərəm ) niyə kiminsə çirkli sözünə bulaşmalıyam yaxud pis əhvalına tuş gəlməliyəm mən. 

bu səbəbə, qınamıyın bizləri 

din-fəlsəfə bölməsində sözümü demiş userəm, illər boyunca yüzlərcə post yazmışam, bəsimdi )

ümumilikdə, bölməmiz passivdir, aktual deyil, dəbdə deyil. bir gülnən bahar olmaz. amma bu vəziyyət mənim hissiyatıma toxunmur, məni incitmir. çünki bu cəmiyyətimin siması deyil, idarəçilik rejiminin məhsuludur sadəcə. mən bunu olduğu kimi qəbul edirəm. 

bir vəziyyət ki, mənim iradəmlə, müdaxiləmlə həll olunacaq, səy göstərəcəyəm əlbəttə. bölmə ümumi fəaliyyət məhsuludur, yalnız mənim iradəmlə dəyişəcək deyil, bu səbəbə özümü burada narahat hiss etmirəm, əhvalımı pozmuram. siz də, kefinizi pozmayın, hiddətlənmiyin ) yazın arabir, heç olmasa həftədə bir dəfə 

Mən heç kimə heç nə sübut eləməy, təsirr eləmək istəmirəm. Mən bu foruma bir oyun kimi baxıram və özümü test drayv eləyirəm. Nə ciddi nə də qeyri ciddi yanaşıram. Mənim üçün fərqi yoxdu 1 nəfər adam var ya 100 nəfər adam var forumda. Bilirsiz necədi, biz az forum özümüz özümüzlə münasibət qura bilmirik, rus bölməsi bura gəlib neynəsin? Hamı deyir vaxtım yoxdu. Mən kefimi pozmuram və nəyə görə pozum ki. Mən özüm özümə maraq sahəsi tapa bilirəm. Bir az mülayim, təmiz fikirli olsaq hər şey yaxşı olar. Fikirimi tam çatdıra bilmədim, yuxum gəlir:closedeyes:

Link to comment
Share on other sites

Salam) Sənə axırıncı yazmaq istəyirdim, yuxu tutdu yatdım. Sən bu tərəflərə gəlməsən yaxşıdı, korlanarsan, din iman əhlisən:biggrin:

Səninlə bura getməy olar. En 31.7690400°  Uzunluq dairəsi 35.2163300°

  • Like 1
Link to comment
Share on other sites

В 15.07.2018 в 02:25, Simruq сказал:

Mən heç kimə heç nə sübut eləməy, təsirr eləmək istəmirəm. Mən bu foruma bir oyun kimi baxıram və özümü test drayv eləyirəm. Nə ciddi nə də qeyri ciddi yanaşıram. Mənim üçün fərqi yoxdu 1 nəfər adam var ya 100 nəfər adam var forumda. Bilirsiz necədi, biz az forum özümüz özümüzlə münasibət qura bilmirik, rus bölməsi bura gəlib neynəsin? Hamı deyir vaxtım yoxdu. Mən kefimi pozmuram və nəyə görə pozum ki. Mən özüm özümə maraq sahəsi tapa bilirəm. Bir az mülayim, təmiz fikirli olsaq hər şey yaxşı olar. Fikirimi tam çatdıra bilmədim, yuxum gəlir:closedeyes:

vaxt qıtlığı məsələsində heç kəs saxtakarlıq etmir, məncə. çünki yay mövsümündə, həqiqətən də vaxta sığışmaq olmur ) "mülayimlik və təmizlikdə" isə həmişəki kimi, üstünük )) 

Link to comment
Share on other sites

В 15.07.2018 в 01:59, Simruq сказал:

İnterneti sevmirəm, vaxtımı çox aldıqı üçün. Çox olanda asılılıq yaradır.Bu səbəbdən, instagram, whotsap və faceni, ayda bir dəfə yükləyirəm və pozuram ki asılılıq yaranmasın. Bu səbəbdən az oluram.

Öz iradeniz zeyifdir ki,onları her defe silib yükleyirsiz ki,asılılıq yaratmasın? 

Telefonda varken,ister istemez daxil olursuz? 

Link to comment
Share on other sites

  • 5 months later...

Bu gün bir balaca, özümüzdən danışmaq istəyirəm. Milli şüur və düşüncə. Bəzi ölkələri çıxmaq şərti ilə, dünyanın hər yerində eyni siyyasət aparılır. Həmən o bəzi ölkələr də, bizim kimi ölkələrin siyyasəti idarə edərək, rahat yaşayır. Ölkələr qul şəklində, başq ölkələrin xeyrinə işləyir. Bunu çoxu bilir!   Bəs nəyi bilmirik? Ölkələrin çoxunu, dövlət yox, oliqarxlar idarə edir. Öz ölkələrinə biznes kimi baxırlar. Dünyanı çökdürən, oliqarxlardı, milyarderlərdi. Dövlətin onlara gücü çatmır. Onlar dövlətin bütün strukturlarında var. Siyasət, biznesə çevrilib, biznesimen Prezident olur. Tramp, Poroşenko. Hal hazırda Prezidentlərin onlara gücü çatmır. Bəzilərinə çatır, hansılar ki xırda balıqdı, tuturlar, iri balıqlar üzür.

Son zamanlar internetdə, dövlətə qarşı çağrışlar, söyüşlər, baş alıb gedir. İzah edim biləsinlər, söyüş söyüb, ağıllı danışanlar. Bir gündə bütün rüşvətxor məmurları tutub içəri basmaq olmaz. Gərəy 3 yeni türmə tikilsin və ölkədə çox yerlər işləməsin. Nəzərə almaq lazımdı ki dövlət başçısının da çəkindiyi oliqarx siyasətçilər var. Kompramat və şantajlar var. Bu təhlükəli oyun, vaxt tələb eləyir. Oturub Fransada, Amerikada, Azərbaycanı müqayisə etmək, gülüncdü.  Fransa tarixiynən Amerikaya dərs keçər. Bizi Fransaynan müqayisə etmək çoxxx tezdi. Mən ümumiyyətlə bizim siyasətçilərin düşüncəsinə mat məttəl qalmışam. Təbrizin itgisi Qarabağdan daha böyük olduğu halda, biz bu barədə danışmırıq. İndi bildiz, İran Ermənilərə niyə kömək edir? BMT də 10 larnan, Qarabağ problemi kimi, problemlər var və onların heç biri həll olunmayıb) Dünyanın ən borc içində batan ölkəsi Amerikadı, tək  Çinə 2 trilyon borcu var. Bu ölkə öz problemini həll edə bilmir. Heç bir din də bu problemi həll edə bilmir. Dinlər də işləmir))) Amerika Rassiyanın başının üstünnən atdanıb bu problemi həll eləməyəcəy, Ruslar da eləməyəcəy. Çünki Russiyada hakimiyət, millət hamısı dəyər bir birinə. Nəyə görə? Russiyadakı siyasətçilərin çoxu Ermənipərəst ya Ermənidi. Qorxullar!!!

Mən bir günümü sərf elədim, axır 2000 illiy tarixnən maraqlandım. Bu 2000 il ərzində, Azərbaycan, Ermənistan əraziləri, Ərəblərdə, Farslarda, və daha kimlərdəolmayıb. Yerəvan bizdə də olub, Qarabağ Ermənilərin işğalında da olub. Mən qadimi atlaslar, xəritələrə baxdım. Açın baxın. Fikirləşəcəysiz ki Azərbaycan, ermənistan xəritələri. Yox Bütün dünya atlası. Qarabağ ərazisinə, 2000 min il ərzində, əldən ələ keçib. 

Bizim vəziyyətdə olan ölkələr, çoxdu. Nə qədər ki oliqar sistemi, siyasəti idarə edir, dəyişiklik olmayacaq. Hamısı bir birinnən asılı olan işlərdi. Dünya siyasəti bərbad gündədi. Çalışacam bu həftə əlavələr eləyim.

Edited by Simruq
Link to comment
Share on other sites

В 18.07.2018 в 21:36, Igolka сказал:

Öz iradeniz zeyifdir ki,onları her defe silib yükleyirsiz ki,asılılıq yaratmasın? 

Telefonda varken,ister istemez daxil olursuz? 

İradm zəif olsa, pozmaram. Onu fikirləşməmisiz?

Link to comment
Share on other sites

В 17.07.2018 в 21:51, NOIR сказал:

vaxt qıtlığı məsələsində heç kəs saxtakarlıq etmir, məncə. çünki yay mövsümündə, həqiqətən də vaxta sığışmaq olmur ) "mülayimlik və təmizlikdə" isə həmişəki kimi, üstünük )) 

Qışda da eyni vəziyyətdi)))

Link to comment
Share on other sites

7 минут назад, Igolka сказал:

Onu da siz düşünün.

Silib,yüklemeye heves var,silmeden girmemeye irade yoxdu.

Hər gün bir neçə saat sos setə itirməydənsə. Ayda bir neçə dəqiqə, yükləməyə vaxt itirməy, daha yaxşıdı. Yeri gəlmişgən salam)

Link to comment
Share on other sites

9 часов назад, Simruq сказал:

Hər gün bir neçə saat sos setə itirməydənsə. Ayda bir neçə dəqiqə, yükləməyə vaxt itirməy, daha yaxşıdı. Yeri gəlmişgən salam)

Yaxşı yaxşı ) 

Salam.

Link to comment
Share on other sites

Uşaq vaxtı, 2-3 sinifdə oxuyanda, belə bir şey fikirləşmişdim. Evin tavanı var, bəs göyün tavanı var?))) Bu fikir məni indiyənə kimi düşündürür. Uşaq vaxtı fikirləşirdim, göyün axırı hara gedib çıxır. Bu barədə onda, internet yox idi, kitab az idi, heç bir məlumat toplamaq olmurdu. İndi baxıram, elə indi də bu barədə çox az məlumat var, o da təzəliycə yaranıb. Alimlər əsasən Qara Materiyaynan maraqlanırlar və kayinatın ucu bucağı ölüçləri ilə. Dəqiq bir məlumat tapmaq olmur. Mənim versiyalarım çox zəngindi, bəlkədə Интерстеллар kinosunu serial etməyə yetər) Çox təvazökaram bilirəm))) Mənim düşüncəmlə, kainatın sıxlıq, boşluq olan yerləri var, bu yerlərdə "bizim" kosmik raketlərnən hərəkət etmək mümkün deyil. Aydındı ki hər planetin öz zaman vahidi var. Yerdə bir gün 24 saat, bu hər planetdə fərqli ola bilər. Bizim bildiyimiz elmlər, bizim zaman vahidi üçündür. başqa zaman vahidlərində, başqa elmlər yaranır.Biz bilmiriksə, görmürüksə, bu zaman vahidi ilə əlaqədardı. Zamannan asılı olaraq, bir şey eyni zamanda çox yerdədi. Bizim zamanın formatı bir şeyi bir yerdə, bir formada görməyə imkan verir. Başqa zaman vahidində bu format dəyişir və müxtəlif baxış bucaqları yaranır. Biz digər məkan və zaman vahidində, ağacı müxtəlif bucaqlardan müxtəlif formatlarda görə bilərik. Yerdən başqa həyat yoxdu deyənlər..... Marsda küləy var, Yupiter çox soyuqdu, Ay çox küləylidi, Günəş də oddu. Bu o deməydi ki kainatda öz formatina uyğun həyat var! Nəyə görə Qara Materiya, onu qara edən nədi? Planetləri kosmosda saxlayan nədi? Kosmosun ölçü vahidi nədi? Bizim planetdən aşağı və yuxarı nədi? Məni uşaqlıqda yuxarı maraqlandırırdı))) Bunu oxuya və fikirləşən ki, mən uşaq vaxtınnan gic olmuşam))) Şükürlər olsun xoşbəxt adamam hər şeyimdə var. Öz istədiyim həyatımı qurmuşam. Bu sadəcə hobbimdi. Ləzzət edir, kayf verir. Kimi narkotikdən, kimi içkidən, kimi seksdən, mən də ağıla sığmaz şeyləri dərk etməyə çalışıram. Bu mənə xoşdu. 

  • Haha 1
Link to comment
Share on other sites

12 hours ago, Simruq said:

Qara materiya (və ya Qaranlıq maddə) və buna paralel Qaranlıq enerji anlayışı sadəcə bir bənzətmə olaraq yaranıb. Onun haqqında əldə tutula biləcək heç bir informasiya olmadığı üçün Qaranlıq adlandırılıb. Bəlkə də heç elə bir şey yoxdur. Tamamilə yanlış hesablama da ola bilər. Ya da nəzərdə tutulmayan başqa bir şey.

Link to comment
Share on other sites

В 31.12.2018 в 13:25, Museyib Elekber сказал:

Qara materiya (və ya Qaranlıq maddə) və buna paralel Qaranlıq enerji anlayışı sadəcə bir bənzətmə olaraq yaranıb. Onun haqqında əldə tutula biləcək heç bir informasiya olmadığı üçün Qaranlıq adlandırılıb. Bəlkə də heç elə bir şey yoxdur. Tamamilə yanlış hesablama da ola bilər. Ya da nəzərdə tutulmayan başqa bir şey.

Fikirləşəy ki fərqi yoxdu. Qara ya ağdı. Bizim qalaktikadan danışaq. Bizim qalakdikada olan planetlər, ulduzlar, günəş, bunlar hamısı, kosmosda, asılı vəziyyətdə dayanıblar. Enerji olmasa, heç nə olduğu kimi olmaz və hər şey boşluqa, sonsuzluqa gedər. Kainatda isə hər planetin öz yeri öz enerjisi var. Biz əgər kosmosun, qara materiyanın enerjisini ölçə bilmiriysə, bu onun olmamasının göstəricisi deyil! Bzizm Qalakdika kimi milyardlarnan qalakdika var, enerji olmasa, hamısı bir birinə dəyər)))

Link to comment
Share on other sites

Sadəcə təsəvvür edirsən. Bizim qalaktikanı, VƏ bu qalaktikadan dəfələrlər böyük, milyardlarnan qalakdika. Və başa düşürsən ki sən ничтожное существо san. Bu sözləri yaza yaza, Nil Degras Taysonun sözləri yadıma düşdü. 

Link to comment
Share on other sites

  • 2 weeks later...

Insan sosial varlıqdır.Ilk yarandığı vaxtdan toplu halında yaşayıb. Kainatda tek olmağı onu qorxudub.Ildırım çaxdı,yer titredi,deniz coşdu...Belelikle daha ali ve daha güclü varlığın olduğunu duydu,sandı,bildi,uydurdu...
Her etdiyi sehvi kiminse boynuna yıxdı..Allah,şeytan,qismet,yazı..Heç vaxt òzünde günah görmedi. Yanlış seçimini qebul etmedi...Daima insanın özünden başqa etrafda adi ve ali ne varlıq varsa günahkardır..
Din ,siyaset,maddiyet, ne varsa insanın yaratdığı bağın mehsullarıdır....

Link to comment
Share on other sites

  • 1 month later...
On 12/8/2013 at 1:39 PM, Simruq said:

Biliydən asılı olan insanların mühakiməsi.

Bu nə dərəcədə ədalətlidi?

Onlar əbədi cəhənnəmdə qalacaqlar.

Birinci ziddiyyət əbədiyyətnən başlayır. Cəhənnəmin əbədiyyəti, Yaradannan eyni səviyyədədi. Amma kitab deyir onunla bir səviyyədə heç kim və heç nə ola bilməz.

İstisnalar yoxdu?

Görünür ki yoxdu. Deyilir ki əbədi olaraq orda qalacaqlar.

Bu mühakimə nə üzərində qurulub?

İnsan müəyyən ömür yaşayır, onun hamsını tam yaşamır, yəni yatır, ömürünün yarısını. Elə bil 70 yaşıyıb, 35 il. 35 ilin hamısı biliyə sərf olunmur, müəyyən xırdaçılıqlara getmək istəmirəm. Biliydən asılı olan insan, təbii ki hər şeyi tam bilmir. Hara fırlatsan nəsə bilmir. Heç özü hakqında da hər şeyi bilmir. Yaddaşın zamannan asılı olmasaı və unutqanlıq, beyinin zamannan asılı olaraq yorulması, hisslərin insanı çaşdırması, cisimin intuitiv reaksiyaları və.s. İndi Yaradan bu insanı hansı konkret necə mühakimə edə bilər. Ona qalsa mənim əməlimdə, Adəmində əməli var. Bəlkə ora kimi mühakimə edəy. Yox Şeytanın da əməli var bəlkə Şeytana kimi, Bəlkə Şeytana təsir eləyəm amillərdən və meyyarlardan danışaq. Bəlkə, bəlkə, bəlkə Yaradanın özünə kimi gedib çıxmaq olar.

İndi et görüm necə mühakimə edirsən?

Tutuapp 9apps Showbox

eşqi olan insanların mühakiməsi necə olur? tap gorum, tapa bildin haa. bircə anın belə mühakiməsini verə bilməzsən.

Link to comment
Share on other sites

  • 1 year later...
В 07.07.2018 в 20:55, Simruq сказал:

İnsan bilsəydi ki Yaradan var!

Ac müsəlman, xristian ölkələri olmazdı. Həcc ziyarəti, Roma papası, hər il miltardlarnan dollar pul qazanırlar, o dinlərdə olan digər ölkələrdə aclıq və səfalət.  Hansı dinnən imannan danışırlar??? Allah deyir hamı bərabərdi, bəs niyə ərəb şeyxləri özlərini adi insanlarnan bərabər tutmurlar?

Yaradan var?!

Ac dindar ölkələr var!

Homaseksuallıqı qanunlaşdıran ölkələr var!

Yetginniy yaşına çatmıyanları evləndirən var!

Allah evində porno çəkənlər var!

Hələ nələr nələr var. Bu sizin Allahdı?:biggrin: Və sizin hörmət?

1 il ərzində dünyadakı bütün nəzirlər yığılsa, ac, evsiz, xəstə, işsiz adam tapmaq çətin olar. Bu pullar, sizin müqəddəs saydığıvız insanların qarnına gedir. Əslində mənə xoşdu belə olması. Anarxiya yaranması yaxşı şeydi. İnsan nəsli bəlkə 95% kəsilə. Çünki insan bu planet üçün, potensial təhlükədi!!! Yerin təbii sərvətlərini çapıb talayırlar, planet yararsız hala çevrilir. Tullantılar, zibillər hər il trilyonlarnan tondu və bu zibili məhv edə bilmirlər. Dünyada ən böyük problemlərdən biri zibil problemidi. İnsan özü öz zibilini təmizləməy ixtidarında deyil. Bu problemin həlli yolu da yoxdu. Zavod tikdilər, zibili yandırıb məhv etsinlər, zavod zibili yandırannan sonra, çoxlu zibil külü qaldı o külü hara atsınlar bilmirlər)))

Biz bilmir Yaradan var ya yoxdu. Bir az ümüd eləyirik, günün 24 saatının 1-2 dəqiqəsini.

Bir neçə dəqiqə fikir verin, görün nə eqoist dinlər var... Ancaq insana insana kömək etməydən, insanın xilasınnan söhbət gedir. Bəs digər varlıqlar və ətraf mühüt? Bu Yaradanın yadınnan çıxıb?:facepalm:

Çünki ey homo sapienslər bu dinləri Yaradan göndərməyib. O belə ошибка eləməz) 

Normal ağıl səviyyəsi olan insan bilməlidi ki, bu dünyada çox şey через ж.....!

Normal ağıl səviyyəsi olan insan bilməlidi!

Xəstəliklər sudan qidadan keçir. Havada xəstəlik olsa onun qarşısını almaq mümkünsüzdür. Karantin vaxtı, mümkün qədər evdə hazırlanan yeməklərə qidalanmaq lazım. Maqazinlərdən bazarlıq minimum olmalı. Vegeterian həyat tərzi immuniteti möhkəmləndirər. Çalışın imun sisteminizi gücləndirim. Hər gün idman etmək, çimmək. Çalışın oruc tutun. Təbii otlarnan çay dəmləyin. Üzərliy yandırın havada olan mikroblar məhv olsun. Çətin günlərə hazır olun. Başlanğıc həmişə çətin olur.

Link to comment
Share on other sites

Bu xəstəlik var, inkar etmirik. Tarixə baxsaq bu xəstəlikdən pis xəstəliklər olub, çarəsi tapılıb. Belə başa düşmək olar ki bu artıq новый мировой порядок deməkdir. İlk və ən uğurlu eksperiment, Kitayda, Uğurların başına gəldi.

İndi bu təcrübə bütün dünyanın üzərində aparılır. Xəstəlik bu eksperimentə görə var!!! Bu bir pilot layihədi. Gələcəkdə daha da sərtləşəcəy və insanlar uyğunlaşacaq.

Kasıb insan evdə otursa acından, çölə çıxsa "virusdan" öləcəy. Hər iki halda ki öləcəy, evdə niyə otursun. Niyə ac susuz qalsın?! 

Panika pandemiyası

Edited by Simruq
Link to comment
Share on other sites

  • 1 year later...

Melum meseledir ki,layihedir.Coxdan dushunulen bu gunlerimizde tetbiq olunan.

Yada saliram kecen ili cox sixilib,cox daralar,cox usyan ederdik.Evde oturmaq,kiminse icazesiyle havaya cixmaq,idare olunmaq qebul edile bilmirdi.

Zaman kecdikce insan her seye alishir.Ishlerini movcud veziyyete gore qurur,planlayir.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Like
      • 20 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 32 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
        • Haha
        • Like
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 99 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...