Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Tarixi Şəxsiyyətlərin Müzakirəsi.

Kenul2012

Recommended Posts

Bu mövzuda tarixi şəxsiyyətlərin həyat və yaradiciliği haqqinda müzakirələr apara bilərik.Hər həftənin birinci günü bura bir tarixi şəxsiyyət olmuş insanin adini yazacaqam.Kimin həmin şəxs haqqinda nə məlumati varsa yaza bilər.Şəkilləni yerləşdirə,Wikipediyada olan informatsiyadan istifadə edə bilər.Musiqiçidirsə əsərlərindən,şair və yaziçidirsa şer və əsərlərindən parçalar yerləşdirib,qaranliq qalan məqamlari müzakirə edə bilər.Həmin şəxslərdən sitat və məsəllər çəkə bilərlər.

Ancaq bir şərtlə bunu bütün yuzerlərdən xahiş edirəm.Mövzunu hər dəfə dinə tərəf istiqamətləndirməsinlər.Burda başqa din və milliyyətli insanlarida müzakirə edəcəyik.

Link to comment
Share on other sites

  • Replies 163
  • Created
  • Last Reply

Top Posters In This Topic

İlk mövzumuz Babək Xürrəmdin olsun.Həftənin birinci gününə qədər mövzu Babək olacaq.Babək haqqinda müzakirənin əvvəli başqa temada olduğundan,ardini burada davam edin.Və təkcə dini baximdan yox onun döyüşlərdə göstərdiyi fədakarliğindanda yazin.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Shexsen menim uchun Babek Azerbaycan tarixinin en boyuk qehremanlarindan biridir. Boyuk dovletler,hokmdarlar ereb xilafeti qarshisinda diz chokduyu halda,ozunun dediyi kimi "dulusda zeytun yagi satan bir kishinin oglunun" 20 ilden cox ereblere qarshi mubarize aparmagi,defelerle onlarin ordusunu darmadagin etmesi chox boyuk qehremanliqdir. Kim bilir belke de gece evine gelen qonagin Terxanin( Babek ordusunun esas serkerdesi) bashini kesib qachmasi, Sehl Ibn Sumbatin xeyaneti olmasaydi,sonraki hadiseler nece cereyan edecekdi...

Onun muselman dovleti olan ereb xilafetine qarshi vurushmasinin ise menim uchun ele bir ehemiyyeti yoxdur. O oz veteni ugrunda qesbkarlara qarshi vurushub...

Link to comment
Share on other sites

Bu mövzuda tarixi şəxsiyyətlərin həyat və yaradiciliği haqqinda müzakirələr apara bilərik.Hər həftənin birinci günü bura bir tarixi şəxsiyyət olmuş insanin adini yazacaqam.Kimin həmin şəxs haqqinda nə məlumati varsa yaza bilər.Şəkilləni yerləşdirə,Wikipediyada olan informatsiyadan istifadə edə bilər.Musiqiçidirsə əsərlərindən,şair və yaziçidirsa şer və əsərlərindən parçalar yerləşdirib,qaranliq qalan məqamlari müzakirə edə bilər.Həmin şəxslərdən sitat və məsəllər çəkə bilərlər.

Ancaq bir şərtlə bunu bütün yuzerlərdən xahiş edirəm.Mövzunu hər dəfə dinə tərəf istiqamətləndirməsinlər.Burda başqa din və milliyyətli insanlarida müzakirə edəcəyik.

Əla mövzudur. Qaralıdığım hissə ilə əlaqəli aşağıda yeganə bir fikir yazmaq istəyirəm izninizlə :)

Onun muselman dovleti olan ereb xilafetine qarshi vurushmasinin ise menim uchun ele bir ehemiyyeti yoxdur. O oz veteni ugrunda qesbkarlara qarshi vurushub...

Sözünüzə qüvvət, hər bir hadisə və şəxsiyyət mövcud şəraitə görə qiymətləndirilməlidir. Babək öz dövrü üçün doğru olan hərəkəti edib. İndi çıxıb dinə qarşı hərəkət edən mənfi bir şəxs kimi qələmə vermək heç cür düzgün deyil. Mənim nəzərimdə hələ də düzgün hərəkət etmiş bir şəxsdir, amma bu başqa mövzudur :)

Link to comment
Share on other sites

Babəkin uşaqliği və Cavidanla tanişliği.

Babək 798-ci ildə Ərdəbil yaxinliğindaki Bilalabad kəndində doğulmuşdu.Mədainli kiçik yağ alverçisi Abdulla Ərdəbil yaxinliğindaki Bilalabad kəndinə gəlmişdi.O,burada yerli hakim ibn ər-Rəvvadin qulluqçusu,təkgözlü Bəruməndlə evləndi.Bu qadindan Babək doğuldu.Abdulla Savalan dağlarina səfər zamani öldürüldü.Bu zaman Babəkin bir yaşi vardi.Bundan sonra Bərumənd Babəklə Səraba köçdü.

    Bərumənd özgə qapilarinda qulluqçuluq edir və südü olmayan analarin körpələrinə südünü satmaqla,əldə etdiyi kiçik məbləğlə ailəsini saxlayirdi.Babəki çox çətinliklə böyütdü.Oğlu bir az böyüyəndən sonra bir neçə il çobanliq etdi.Təbrizdə iki il sənətkar yaninda şagird oldu.Sonra yenidən anasinin yanina qayidir.Cavidan səfərləri zamani bir gecə Bəruməndin evində gecələməli olur.Burada o Babəki görür .Babəkin zəka və idarə etmə qabiliyyətini görüb ,onu özü ilə xürrəmilərin paytaxti Bəzzə gətirir.

Link to comment
Share on other sites

İlk mövzumuz Babək Xürrəmdin olsun.Həftənin birinci gününə qədər mövzu Babək olacaq.Babək haqqinda müzakirənin əvvəli başqa temada olduğundan,ardini burada davam edin.Və təkcə dini baximdan yox onun döyüşlərdə göstərdiyi fədakarliğindanda yazin.

Babəkin məhz ərəb / müsəlman  xəlifətinə / işğalçılara qarşı mübarizə aparması faktı  heç vaxt dini baxışdan kənarda qala bilməz.  Əgər , biz azərbaycanlılar indi təsadüfən xristian və ya buddist olsaydıq , onda bu olardı başqa məslə ... Hamı bir ağızdan deyərdi ki, o milli qəhrəmandır , milli azadlıq hərəkatına başçılıq edib və s.  İndi azərbaycanlıların islam dinindən olması faktı bü məslədə mübahisələrə gətirib çıxarır.  Şəxsən mənim fikrimcə işğalçının ağına da lənət , qarasına da ...  Lap əcəb də edib işğalçəılarla mübarizə aparıb . Yalnız belə milli qəhrəmanlar milləti -  millət edir . Hər gələn işğalçılara baş əyməyimiz isə  xəcalət gətirir və milli natamamlıq , tam dəyərə malik olmamaq psixologiyası aşılayır ((

Forumun rus dilli dindarları arasında Babək haqqında mübahisədə bəziləri onu şiə , bəzilərinin hürrəmidin ( yəni , kafir )) )  olmasını ,  bəziləri də səhv etmirəmsə , onun müsəlman olub , lakin xilafətin  islamdan kənar çıxmasına  olan  mübarizəsi kimi qələmə veriri.

Əlbəttə , bu söhbət "yerli"   islam məzhəblərindən olanların razborkası da olsa , maraqlı faktlar da var . ))  Məsləhət görürəm ))

http://www.disput.az/index.php?showtopic=515497&p=18413118

Edited by Sunyata
Link to comment
Share on other sites

Onu da əlavə edim ki, Azərbaycanda  ərəb istilası ilə mübarizə Babəkdən və ya Hürrəmilərdən başlamamışdı . Artıq xilafətin ilk dövründən  Albaniya şahı  Cavanşır ərəblərə qarşı müqavimət göstərmişdir ,lakin iki cəbhədə -  xəzərlər və ərəblərə qarşı müharibəyə tab gətirməyib sonda ərəblərin vassalığını qəbul etmişdi.  Beyləqanda başlayan  748 -ci ildə üsyan  Ərdəbil və Bərdəni də əhatə etmişdi.

Hürrəmilər özləri 60 il mübarizə aparıblar ərəblərlə , Babək də daxil olmaqla. 

Rus dilində olan bir  orta əsrlər tarixi kitabında maraqlı xəritə gördüm. Bu xəritədə ərəb xilafətinə qarşı mübarizə aparan ölkə və regionların təxmini yerləri verilir. Azərbaycan ( müasir cənubi və şimalı ) ərazisi məhz bu yerlərdən biri kimi qeyd olunub. 

Sonra , dinlərə hörmətdən söhbət düşümüşdü qonşu mövzuda ...  Hörmət hörmətdisə ,  onda hürrəmilik özü də din ( Məzdəkizm ) olub. 

Niyə müsəlmanlar onlara hörmətsizlik edərək müxtəlif cür "yarlık"layır ?   Məzdəkizm /  hürrəmilikdə çox maraqlı məqamlar var.  Xüsusilə də , bu dini ideyanın zamanla dəyişib bir neçə forma almasını nəzərə alsaq ...  Məncə , Babəklə bağlı  əsas iki məsələdən danışmaq olar : 

1, Milli azadlıq hərəkatı lideri , qəhrəman kimi.

2. Babəkin mənsub olduğu Məzdəkizm / hürrəmilik haqqında. 

Bu iki tərəfi ayırmaq olmaz,  onda  hər ayrı punkt bir az ümumi konteksdən kənarda qalır ...

Link to comment
Share on other sites

Babəkin hakimiyyətə keçməyi.

Cavidan Babəkin anasi ilə danişiq edir.Bu danişiq əsasinda Bəruməndə hər ay pul göndərir.Babəki özü ilə aparib Bəzzdə malikanəsini ona tapşirir.Beləliklə Babək Bəzzə gəlir və Cavidanin təsərrüfat və malikanəsini idarə edir.

Cavidan daimi rəqibi əbu İmranla döyüşür.Əbu İmrani öldürür.Özüdə aldiği yaradan üç sonra vəfat edir.Bu zaman Babəkin 18 yaşi olur.Cavidanin Babəkə gözü düşən arvadi,ərinin ölümündən sonra tez Babəklə danişir ki,Cavidanin tərəfdarlarina rəhbərliyi öz üzərinə götürsün.Arvad onlari ölən rəhbərin yanina toplayib deyir ki,onlarin ağasi Cavidan ölüm qabağinda ona vəsiyyət edib ki,"Mən bu gecə öləcəyəm.Mənim ruhum bədənimdən çixib Babəkin bədəninə keçəcək və onun ruhu ilə birləşəcəkdir.Mən onu öz yerimdəə öz ardicillarima rəhbər təyin edirəm."Əslində bu vəsiyyət saxta olur,onu qadin Baəki sevdiyindən özü uydurur.

Və öz adətlərinə görə bir sira ayinlər keçirib Babəkin əlini öpməklə onu başçi kimi qəbul edirlər.Sonra məclis qurulur.Ziyafətdə dul qadin Babəki yaninda oturdub və ona bir budaq reyhan verdi.Bu isə kəbin mərasiminin  simvolu idi.Mənbələrin məlumatina görə bu əhvalat 816- ci ildə olmuşdur.

Məlumata görə xürrəmilərin ərəblərə qarşi mübarizəsi 61 il davam etmişdir.Onun  üçdə iki hissəsini Babəkə qədərki dövr təşkil edir ki,onunda da xeyli hissəsinə Cavidan rəhbərlik etmişdir.Babəkin rəhbərliyi və Babəkdən sonraki dövr.

Link to comment
Share on other sites

Xürremilik bir felsefi-ideoloji cereyan olmuşdur ve xürrem sözünden yaranmışdır.Mesudi,Yaqut ve s. ereb müellifleri bu sözü Güney Azerbaycanın Erdebil şeheri yaxınlığındakı yer adı ile bağlayırlar.Diger ereb müellifleri ise Xürremilere olan nifretleri üzünden bu sözü farscada ehlikef,şad,exlaqsız ve s. çalarlarda işlederek Xürremilerin içki düşkünü exlaqsızlar olduğunu göstermeye çalışmışlar.Halbuki bir icki düşkünü yüz minlerle insanı üsyana teşviq edib onları idare ede bilmezdi!

Azerbaycan alimlerinin fikrince "xürrem"-"xur","horena",yani od,ateş,güneş bildiren anlama gelir.

Link to comment
Share on other sites

Babəkin başçiliği ilə xürrəmilərin üsyani.

Azadliq uğrunda mübarizələr genişlənirdi.Azərbaycani Xilafət ordusundan təmizlədikcə ,müharibənin getdiyi ərazilər genişlənirdi.Cibal,Ərməniyə,Xorasan,Rey,Həmədan,İsfahan,Masazban,Deyləm,Astrabad və s. şəhərlərin və əyalətlərin əhalisi də xürrəmilərə qoşulub Xilafəti sarsidirdi.

Xürrəmilərin xilafətlə əsasli döyüşə başlamazdan əvvəl Azərbaycanin şəhər və kəndlərində istilaçilardan minlərlə adami öldürüb və qovdular.819-cu ildə Xəlifə üsyançilara qarşi Azərbaycandaki hərbi hissələrindən istifadə etdi.Və məğlub oldular.

Xəlifə Məmun 819-cu ildə sərkərdə Yəhya ibn Müazin başçiliği ilə Babəkə qarşi ilk nizami ordu yolladi.Xürrəmilər bu ordunu əzdilər.Bu qələbədən sonra 10 il müddətində xürrəmilər Xilafətin bir neçə nizami ordusunu məhv etdilər və sərkərdələrini əsir aldilar.Əhalisi xristianlardan ibarət olan Sünik, Şəki,Beyləqan və s. vilayətlər daha əzmlə vuruşurdular.821-822 -ci illərdə xürrəmilər ərəbləri məğlub edərək Süniki,Arsaxi,Utini,Beyləqani,Qarabaği və Arrani bir sira əyalət və şəhərləri azad etdilər.Üsyanin genişləndiyi bir vaxtda bir çox yerli məliklər Babəkin tərəfinə keçdi.

827 -ci ildə məşhur sərkərdə Məhəmməd ibn Hümeydin başçiliği ilə xürrəmilərə qarşi Azərbaycana böyük ordu göndərildi.İkiillikböyük hazirliqdan sonra 829-cu ildə iyunu 3-də Həşdadsər dağinda xürrəmilərlə həledici döyüş oldu.Ərəblərin böyük ümüd bəslədiyi bu döyüşdə məqsəd Bəzz qalasinin ələ keçirmək idi.Babəkin sərkərdəlik məharəti sayəsində 150 minlik ərəb ordusundan 30 min nəfəri öldürüldü.Döyüşdə sərkərdə Məhəmməd ibn Hümeyd öldürüldü.Bu xəbər Xəlifəyə mənəvi cəhətdən ağir təsir göstərdi.

830- cu ildə xürrəmilər Həmədani tuturlar.Bu xürrəmilərin beşinci qələbəsi idi.Həmədanin tutulmasi Xilafətə ağir zərbə vurdu.Çünkü Xilafətin paytaxti Bağdadi imperiyanin şərq torpaqlari ilə gedən yeganə yol Həmədandan keçirdi.

Bununlada Xəlifə və xilafət ordusu Babəkin gücü qarşisinda qorxuya düşür.

Link to comment
Share on other sites

18 yaşlı Babek Cavidana deyir-Xalqı ayıltmaq lazımdır ki, öz miskin heyatlarına baxıb dehşete gelsinler....

And ıçerken ıse deyir-Bizim üsyanımız azadlığımız üçün, azadlığımız ise beraberliyimiz üçündür...

Kinodan götürmüşem...

Maraqlidi. Bu "azadliq" kəlməsinə bir az aydınlıq gətirmək istərdim. Sohbət hansı azadlıqdan gedir? 

gəlin birlikdə araşdıraq: Babəkin Axsitanla görüşü. Bu anda hansı söhbətlər gedir? 

Link to comment
Share on other sites

Xürrəmilərin getdikcə zəifləməsinin  səbəbləri.

Bizansla müharibə,Suriya və Misirdə üsyanlar xürrəmilərin azadliq müharibəsi ilə bir vaxta düşdüyündən Xilafəti çaşdirmişdi.Xəlifə xürrəmilərin zərbələrini dəf edə bilmirdi.Xürrəmilər Azərbaycani ərəblərdən demək olar ki,azad etmişdilər.Ancaq bir neçə qalada ərəblərin hərbi dəstələri qalirdi.Üsyan İranin bir sira əyalətlərini bürüyürdü.Xəlifə Məmun üsyanin genişləndiyi bir zamanda avqustun 7-də 833-cü ildə öldü.O,ölən zaman vəliəhdi Mötəsimə xürrəmilərə qarşi amansiz olmaği vəsiyyət etdi.Bu haqda Təbəri yazir:"Xürrəmilərə qarşi müharibəyə qətiyyətli və amansiz adam göndər.Ona səbrlə pul,silah,atli və piyada qoşunla kömək et."

Yeni xəlifə Mötəsim xürrəmilərə qarşi sərkərdə İshaq ibn İbrahimin başçiliği ilə böyük ordu yolladi.833-cü ildə dekabrin 25-də Həmədan yaxinliğinda şiddətli döyüş başlandi.Bu döyüşdə xürrəmilər ilk dəfə olaraq ağir məğlubiyyətə uğradilar və böyük itki verdilər.Mənbələrin birində xürrəmilər 60 min,digərində 100 min nəfər itki verdikləri göstərilir.Döyüşdən sonra xürrəmilərin bir hissəsi Bizansa gedərək,orada xristianliği qəbul etmişdi.

Həmədan döyüşündəki qələbə ilə xəlifə Mötəsim,atasinin xürrəmilərə qarşi tətbiq etdiyi hərbi taktikasinda qüsurlarini başa düşdü.Bizansla müharibəni dayandirib,bütün ordunu ,maddi və hərbi sursati Xürrəmilərə qarşi mübarizəyə sərf etdi.Dövlətin fəaliyyəti bütünlüklə bu sahəyə yönəldi.Ordu gücləndirildi.Yollar sahmana salindi,təhlükəsizliyi qorumaq üçün gözətçi məntəqələri yaradildi.Orduya göndərilən ərzağin ,silahin mənzil başina çatmasi üçün tədbirlər görüldü.Orduda intizam möhkəmləndirildi.Xilafətin tədbirləri içərisində ən əhəmiyyətlisi məşhur sərkərdə Afşin Heydər ibn Kavusun 835-ci ildə xürrəmilərə qarşi vuruşan ərəb ordusuna baş komandan təyin edilməsi oldu.Afşin döyüşlərə başlamazdan bir sira taktiki və təşkilati işlər gördü.Onun gəlişi orduda qələbəyə inami artirdi.Afşinin ən mühüm tədbirlərindən biri də əks-kəşfiyyati gücləndirib casusluq məlumati toplamaq və xürrəmilər arasinda münaqişə yaratmaq,onlarin ən yaxşi sərkərdələrini aradan götürmək idi.

Link to comment
Share on other sites

Üsyanin məğlubiyyətinin yaxinlaşmasi

Xürrəmilər bu yerlərə yaxşi bələd olduqlarindan hücuma keçib ərəb ordusuna gələn ərzaq,pul və silahi ələ keçirir,adamlarini öldürür və əsir alirdilar .Bu yolla düşmənə ağir zərbə vururdular.Lakin müharibə uzandiqca yeni qüvvələrin sayəsində ərəb ordusu güclənir,xürrəmilərin sayi isə azalirdi.Afşinintədbirlərindən qorxuya düşən yerli feodallar,Babəkin tərəfdarlari Səhl ibn Sumbat(pukeface.gif ),ibn Bəis Musa və onlarca başqalari tədricən xürrəmilərdən uzaqlaşaraq Babəkə xəyanət etdilər.

Babək və onun başçiliq etdiyi xürrəmilər ərəblərə qarşi Məhəmməd ibn Bəisin göstərdiyi maddi və hərbi yardimdan istifadə edirdilər.Məhəmməd ibn Bəis Xürrəmilərə ərzaq,pul,silahla köməkliklə bərabər,Təbriz vəŞahi qalalarini onlarin ixtiyarina vermişdi.İbn Bəis Babəkin cəsur sərkərdəsi İsma əl-Kurdinin kürəkəni idi.İsma əl-Kurdi tez-tez Bəis mülkünə gedərdi.Belə görüşlərin birində Bəis kürəkəni İsma əl-Kurdi sərxoş etdikdən sonra ,onlari tutub,xəlifnin sarayina yolladi.Onunla gələn əsgərləri öldürtdürdü.Ağir işgəncələr verilən İsma əl-Kurdi Babəkin bütün hərbi sirrlərini və planlarini  danişdi. Bu xürrəmilərə vurulan ən ağir zərbələrdən biri idi.

Afşin casus əməliyyatini genişləndirməyə xüsusi əhəmiyyət verirdi.Həlledici döyüşə başlamazdan əvvəl Babəkin bütün məşhur sərkərdələrini aradan götürməyi qət etdi.

836-ci ilin qişinda xürrəmilərə yeni və ağir itki üz verdi.Xürrəmilər ərəb ordusunu qorxuya salan sərkərdələri Tərxani itirdilər.Afşinin göndərdiyi casus Tərxanin evində qonaq oldu,hörmətlə qarşilandi.Gecə yuxuda ikən Tərxanin başini kəsib qaçdi.Bu hadisə xürrəmilərin sonraki taleyinə ağir təsir göstərdi.

Müharibə uzandiqca güc ərəblərin xeyrinə dəyişirdi.Müharibənin ilk illərində köməklik edən feodallar,müharibə uzandiqca torpaq və səlahiyyətlərini itirməkdən qorxaraq,mübarizədən uzaqlaşmaqla başladilar.Bu xalqa edilən xəyanət idi.

Təcrübəli sərkərdə olan Babək taktiki manevrlər edərək düşməni çixilmaz vəziyyətə salirdi.

Link to comment
Share on other sites

sizce bele bir paralel aparmag olar-Xurremiler-Hurremiler(burda Hurr-azad menasini verir),melumati olan var bu hagda?

Bu söz - xürrəmilər və hürrəmilər formasında müxtəlif mənbələrdə  göstərilir . Mənasını da  fərqli olaraq göstərirlər . Yuxarıda İgolka xanımın verdiyi məlumata baxın -  post # 15. 

  Akademik Ziya Bünyadov bu sözü pəhləvi dilində olan "xür"  - od "xvar" - günəş anlamında mənalandırmışdır .  Məzdəkilərin və Hürrəmilərin həm də Atəşpərəst olması məlumdur .

Zənnimcə , hürr və ya xürr  - çox güman ki , eyni sözün müxtəlif tələffüzlərindən yaranıb.

Edited by Sunyata
Link to comment
Share on other sites

Hamiya uğurlu iş həftəsi arzulayiram.Birinci günlər mövzunu yeniləyəcəyimi vəd etmişdim.Amma Babək haqqinda olan müzakirəni tam bitmiş hesab etmədiyimdən ,bu həftə də Babəkdir mövzumuz.İnaniram buna görə məndən inciməzsiz.rroza.gif

Olar."Babek" filmi de 2 seriyadan ibaretdir)

Link to comment
Share on other sites

Babəkin son döyüşü olan Bəzz döyüşü orta əsrlərdə ən çox insan qırğınına səbəb olan döyüşlərdən olub.  180 min insan məhv olub.  100 min ərəblərdən , 80 min üsyançılardan ...

838 -ci ildə ərəb sərkərdəsi Afşin  Babəki və onun qardaşı Abdullanı  xəlifə Mötəsimin hökmü ilə  Səmərra və Bağdad şəhərlərində edam etdilər.  Hər ikisi edam vaxtı böyük mənəvi dözüm göstərdilər. 

Ət Tənuhiyyə yazır ki, Babək Əl Xürrəmini Mötəsimin yanına gətirəndə , xəlifənin qardaşı Əl Məzyər Babəkə deyir ki,  "Ey Babək ,sən heç kimin görə bilmədiyi bir işi görmüsən. İndi də heç kimin dözə bilmədiyi işgəncəyə dözməlisən! "  . Babək deyir ki, "sən mənim dözümümü görərsən..."   Xəlifə əmr edir ki , əvvəlcə onun əlləri və ayaqları kəsilsin.  Bir əli kəsilən Babək o biri əlilə qanını üzünə çəkir.  Soruşurlar ki, niyə belə etdin ?  Babək deyir ki, mənim qanım axmaqla üzümün rəngi qaçmasın deyə onu qana boyadım . Bunu ona görə etdim ki,  bənizimi solmuş görüb fikirləşməyəsiniz ki  , ölümdən qorxdum... 

Babəkin ayaqları , əlləri kəsildikdən sonra , başı kəsildi . Xəlifə Babəkin başını Xorasana göndərdi , bədənini isə Samirədə hündür bir ağacdan asdırdı ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Menim uchun de Babek ishgalcilara qarshi qehremanliqla mubarize aparmish bir qehremandir. Mene daha cox maraqli gelen Babekin milli mensubiyyetidir. Onun turk oldugunu subut eden faktlar varmi?

Dəqiq sübut faktları bilmirəm . Amma, onun anadan olduğu ,hərəkət  trayektoriyasını , nüfuzunun (hakimiyyətinin)  yayıldığı əraziləri nəzərə alaraq məhz azərbaycanlı olduğunu demək olr.  Bilirsiniz ki, millət anlayışı özü 19 -əsrin ixtirasıdır ))  Babəkin dövründə bu söz hələ aktual deyildi.  Bundan əlavə , o dövrdəki "azərbaycanlıların"   "türk" olması faktı özü mübahisəlidir . Məncə , o dövrdəki "azərbaycanlılar"   məhz ölüb getmiş "azəri" dilində danışırmışlar . Bu dil  də iran/türk dillərinin qarışığından ibarət olması ehtimalı var . Ən azı tədricən biri digərini əvəz etməsi ehtimalı ... Yəni , biz müasir azərbaycanlılar öz kökümüzdən İran ,Midiya , Atropotena elementlərini tam olaraq türk elementilə əvəz etməməliyik.  Azərbaycanlıların etnogenezisində müxtəlif ünsürlər var , o cümlədən türk mənşəli .  Bu mənada , Babəki azərbaycanlı saymaqda böyük məntiq var.

Link to comment
Share on other sites

836- ci ildə Həşdatsər yaxinliğindaki məğlubiyyətindən sonra Afşinin Xürrəmilərə qarşi daha qəddar oldu.837-ci ilkdə xəlifə Afşinə 30 milyon dirhəm pul və iki ordu yolladi.Avqust ayinda ərəb qoşunu Bəzz qalasina yaxinlaşdi və onu mühasirəyə aldi.Afşin Babəkə sülh bağlamaği təklif etdi.Xəlifədən onun bağişlanmasi üçün fərman alacağini vəd etdi.Afşinin fikrinə görə Babəklə sülh bağlanilsa,xəlifə Babək kimi bacariqli sərkərdədən Bizansla müharibədə istifadə edə bilərdi.Afşinin cəhdlərinə baxmayaraq,Babək sülhdən imtina edib,öz əqidəsindən dönmədi.Xəlifənin təklif etdiyi böyük vəzifəni,imkanlari və hədiyyələri xalqina xəyanət kimi qiymətləndirdi.

837-ci ilin avqustun 26-da həll edici döyüş başlandi.

Ərəb qoşunu şəhərə çətinliklə girə bildi.Afşinin əmri ilə şəhəri üç gün yandirdilar.Bəzzin süqutundan sonra Babək qardaşi Abdulla ilə birlikdə Arazdan keçib,Arrana gəlir.Məqsədi Bizans imperatorunun yanina gedib,yeni qüvvə toplayib,ərəblərə qarşi müharibəni davam etdirmək idi.Afşin Babəkin bağişlanmasi üçün xəlifədən məktub almişdi.Babək təslim olmadi.Onu tutub gətirən adama  xəlifə böyük mükafat veriləcəyi vəd etdi.

Link to comment
Share on other sites

Xürrəmiliyin  dini / fəlsəfi təlim kimi inkişafına nəzər yetirsək ,  görərik ki, bu inkişaf təxminən belə ardıcıllıqla baş verib :  Manixeylik  , Zərdüşdilik -> Məzdəkilik -> Xürrəmilik .   Başqa xristian eretik təlimlərini saymasaq .  

Xürrəmilik özü iki hissəyə bölünür . Əbu Müzəfər İsfəhani yazır ki, "Xürrəmilər iki təriqətə bölünür -  İslamdan əvvəlki - Məzdəkilik və İslamdan sonra Babəkilik və Məzyərilik təriqəti"    . Bu iki təriqəti   "müxəmmirə"  və "babəkiyyə" adlandırırdılar .

Ərəblər xürrəmiləri "müxəmmirə" - yəni, qırmızı geyimli , farslar isə "sürxaləm" - yəni,qırmızı bayraqlılar adlandırırdılar.   ( bəlkə də , buradan da Babəkin fars olmaması faktını demək olar -  Sürxaləm  sözü o qədər də tarixçilər arasında məlum deyil )

Məzdəkilərlə Xürrəmilərin ortaq ideyaları haqqında .  Hər iki təlimdə xeyir və şər qüvvələrin mübarizəsi və bu mübarizədə xeyirin qalib gələcəyi deyilir.   Hər iki təlimdə sosial bərabərlik ideyası var. Hər iki ideyada azad kəbin kəsmə  ( müxtəlif təbəqələrdən olan insanlar arasında -  Könül xanımın istədiyi kimi smile.png  ) ideyası var . Hər iki təlimdə ölməz ruh ideyası var .  Babəkin özünün cavidanın öləndən sonra onun ruhunun Babəkə keçməsi  səbəbi ilə hakimiyyətə gəlməsi  də buna sübutdur . 

Xürrəmilər və Məzdəkilədə bəzi xristian eretik ( küfr ) təlimlərinin də elementləri var . Bundan əlavə Zərdüştilikdən  , atəşpərəstlikdən də elementlər var .

Edited by Sunyata
Link to comment
Share on other sites

Tarixçilərdən yalnız Təbəri qeyd etmişdir ki, guya Babək bir vaxt İslam dinini qəbul edibmiş .  Peyğəmbərin nəvəsi Həsənin şərəfinə adını dəyişib Həsən qoyubmuş. 

Əgər atasi və qardaşinin adi Abdulladirsa ,niyədə öz adi Həsən olmasin.Səid Nəfisini əsərində də Həsən adi nəzərdən keçirilir.

Link to comment
Share on other sites

Əgər atasi və qardaşinin adi Abdulladirsa ,niyədə öz adi Həsən olmasin.Səid Nəfisini əsərində də Həsən adi nəzərdən keçirilir.

Axı fars dilində Papak , azəri dilində isə Babək adı ilə tanınıb .  Həsən də ola bilərdi . Çünki , İran (Azərbaycan ) artıq  Babəkə qədər təxminən 100 ildən çox işğal olunmuşdu .  Təbii ki, yerli əhali artıq uşaqlarına ərəb mənşəli adlar verməyə başlamışdılar .  Babək hərəkatı  işğal olunmuş ərazilərdə üsyaan hərəkatı idi .  Fakt odur ki, eyni zamanda həm müsəlman , həm də xürrəmidin olmaq  mümkün deyil . İki stulda eyni vaxtda oturmaq  kimi akrobatik tryukun mənəviyyata  az aidiyyəti var ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Dəqiq sübut faktları bilmirəm . Amma, onun anadan olduğu ,hərəkət  trayektoriyasını , nüfuzunun (hakimiyyətinin)  yayıldığı əraziləri nəzərə alaraq məhz azərbaycanlı olduğunu demək olr.  Bilirsiniz ki, millət anlayışı özü 19 -əsrin ixtirasıdır ))  Babəkin dövründə bu söz hələ aktual deyildi.  Bundan əlavə , o dövrdəki "azərbaycanlıların"   "türk" olması faktı özü mübahisəlidir . Məncə , o dövrdəki "azərbaycanlılar"   məhz ölüb getmiş "azəri" dilində danışırmışlar . Bu dil  də iran/türk dillərinin qarışığından ibarət olması ehtimalı var . Ən azı tədricən biri digərini əvəz etməsi ehtimalı ... Yəni , biz müasir azərbaycanlılar öz kökümüzdən İran ,Midiya , Atropotena elementlərini tam olaraq türk elementilə əvəz etməməliyik.  Azərbaycanlıların etnogenezisində müxtəlif ünsürlər var , o cümlədən türk mənşəli .  Bu mənada , Babəki azərbaycanlı saymaqda böyük məntiq var.

Bunlar mene de melumdur, ona gore de Babekin etnik mensubiyyeti barede deqiq melumat olub-olmadigini oyrenmek istedim. Mene ele gelir ki, Babekin irandilli xalqlardan olma ehtimali daha yuksekdir. Cunki 8-9cu esrlerde bildiyime gore Babekin doguldugu boyuduyu erazilerde turk mensheli xalqlar hele genish yayilmamishdi. 

Bir az baxış bucağını dəyişsək ( yalnız təklif edirəm , dəyişməsəniz də qəbuldur  smile.png )  görərik ki bu sualın o qədər də mənası yoxdur .

Siz , mən və b.  adətən etnos , milli mənsubiyyət haqqında danışanda avtomatik olaraq bu günün gözü ilə keçmişdəki insan cəmiyyətlərinə   baxıb  müəyyənlik axtarırırq .  Əslində isə məsələ bir az mürəkkəbdir .  Siz həmin dövrdəki azərbaycanlılara türk və ya iranlı kimi deyil , elə protoazərbaycanlı kimi baxın .  Yəni , bizim etnogenezisimizdə kimin iştirak etməsindən asılı olmayaraq  bu ərazilərdə "insan materialı"  var idi .  Məsələn , söz gedən dövrdə  məgər ruslar dəqiq bilirlər ki , kim idilər ?  Vikinqlərdən , skandinaviyalılardan tutmuş , fin - uqor , slavyan tayfalarının adı çəkilir . 10 -əsrdə xəzərlərə qələbə çalmış ruslar dəqiq bilmirlər ki, bu şimaldan gələn tayfaların yoxsa özlərinin , yaxud bu iki tərkibli formalaşan etnosun qələbəsi idi . 

Fransızlar , Almanlar da hələ millət kimi formalaşmamaışdılar .  Bu o demək deyil ki, fransız və almanların ulu babaları yox idi ...  Başqa bir misal , qədim Romalılar üç tayfa birləşməsindən yaranıb :  Latınlar , İtaliklər və Etrusklar  . Etruskları indiyə qədər bilmirlər dəqiq  nə olub . Yalnız Kiçik Asiyadan gəlmə olduqları ehtimal edilir.  İndi durub , müasir italyandan soruşsan ki, qədim romalilar italyandır ? Deyəcək ki, əlbəttə ))  Amma, biz protoazırbaycanlıların  müasir azərbaycanlıların əcdadı olmasına da şübhə edirik. 

O dövrki azərbaycanlılar ola bilər ki, ikidilli və ya çoxdilli ola bilərdilər.  Unutmayın ki,  türk tayfaları  Babək dövründən 500 il əvvəl artıq Avropaya da gəlib çıxmışdılar . Çox güman ki, qədim İran imperiyasının ərazisində ( Atropotenada ) daxilində və qədim Albaniyada  qafqaz tayfaları , irandilli tayfalarla yanaşı həm də türkdillil tayfalar da mövcud olub . Bunların qaynayıb qarışmasından Azərbaycan xalqı təşəkkül tapıb. 

İndi , yenə sizin sualınıza qayıdsaq  ,  mən şəxsən onun nə dilində danışmasından asılı olmayaraq -  protoazərbaycanlı hesab edirəm .  Əlbəttə , razıyam ki,  o dövrdə (Babəkin dövründə )  azı 1300 il yaşı olan fars dövləti ( imperiyası ) ərazisində olan tayfalar əslən fars olmaslar da qismən farslaşma prosesi  onlardan kənarda qalmamışdı ... Yəni , fars dili ( pəhləvi )  dominant olmuşdur.  Amma, Albaniyada  qafqaz və  türk tayfaları ola bilər ki, daha üstünlük təşkil etmişdir.  Amma , mübarizyə isə həm Albaniya həm də İranın Azərbaycan hissəsi birlikdə qalxmışdı .

Tarixdə belə faktlar olub və indi də var . Eyni millət iki müxtəlif ( hərdən 3 ) dillərdə danışır. Amma , bu tarixən / təbii şəkildə baş vermişdir.  Yəni, bunu bu günkü rusdilli azərbaycanlılara  aid etmirəm . Onlara heç bir  haqq qazandırmıram sad.png

Yazdiqlarinizla tamamile raziyam. Bu meselelerde men de sizin kimi dushunurem. Babekin milli mensubiyyetini arashdirmaqda meqsedim onun azerbaycanliligini shubhe altina almaq deyil. O fars mensheli  olsa bele bizlere bagliligini itirmir. Sadece olaraq maraqlidir bu insan turk menshelidir ya yox. Eger bu barede deqiq melumat yoxdursa Azerbaycan tarixcileri niye onu turk serkerdesi kimi qeleme verirler? Turkluyunu subut ede bilmirlerse, azerbaycanli sozu ile kifayetlene bilmezler ki? Azerbaycanda yashayan diger etnoslardan olan dahileri mutleqmidir turk edib sonra azerbaycanlashdiraq?

Tam razıyam , Azərbaycanda olan yerli etnosları ( mənə görə biz hamımız birlikdə Azərbaycan millətinə aidik- müasir mənada millət kimi )  heç ayırmaq lazım deyil . Biz qaynayıb - qarışıb eyni millət əmələ gətirmişik ( dillərimizdəki fərqlərə baxmayaraq ).  Ona görə də , zorla , lazım olmayan yerdə türklük faktorunu şişirtməyin mən də əleyhinəyəm .  Azərbaycançılıq ideyası daha geniş və daha məntiqli , perspektivli ideyadır .  Ona görə də , Babəkin "milli" mənsubiyyəti dəqiq deyilsə , onu protoazərbaycanlı hesab edərək , öz milli qəhrəmanımız kimi  yalnız göylərə qaldırmalıyıq ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Bir şey də əlavə edim , müasir mənada millət -  ümumi  ortaq etnik kök deyil , cəmiyyətdə olan insanların ümumi  özünüidentifikasiyasıdır . Əgər , cəmiyyət  özünü  müxtəlif etnik kökdən olmasına baxmayaraq eyni millət hiss edirsə , bu , daha vacibdir .  Bu hiss millətin  inkişafında da əsas amillərdəndəndir ...   Mövzudan bir  az kənara çıxdım ,   mövzu sahibindən növbəti dəfə üzrlər secret.gif  

Link to comment
Share on other sites

Bu mövzuda tarixi şəxsiyyətlərin həyat və yaradiciliği haqqinda müzakirələr apara bilərik.Hər həftənin birinci günü bura bir tarixi şəxsiyyət olmuş insanin adini yazacaqam.Kimin həmin şəxs haqqinda nə məlumati varsa yaza bilər.Şəkilləni yerləşdirə,Wikipediyada olan informatsiyadan istifadə edə bilər.Musiqiçidirsə əsərlərindən,şair və yaziçidirsa şer və əsərlərindən parçalar yerləşdirib,qaranliq qalan məqamlari müzakirə edə bilər.Həmin şəxslərdən sitat və məsəllər çəkə bilərlər.

Ancaq bir şərtlə bunu bütün yuzerlərdən xahiş edirəm.Mövzunu hər dəfə dinə tərəf istiqamətləndirməsinlər.Burda başqa din və milliyyətli insanlarida müzakirə edəcəyik.

Könül xanım , növbəti qəhrəman   (  tarixi şəxsiyyət   )  kim olacaq ?  Gözləyirik  ))  Buranın sahibi sizsiniz , buyurun ))

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
      • 20 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 33 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
        • Haha
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
        • Like
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...