Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Tarixi Şəxsiyyətlərin Müzakirəsi.


Kenul2012

Recommended Posts

  • Replies 163
  • Created
  • Last Reply

Top Posters In This Topic

ALFRED NOBEL.

Bu həftə müzakirəmiz Alfred Nobelə həsr olunur.Onun həyati,fəaliyyəti və s haqqinda məlumatlarimizi bölüşürük və qaranliq qalan məqamlari müzakirə edirik.Bu şəxs haqqinda məlumatim az olduğundan ,bu həftə ancaq oxucu kimi iştirak edəcəyəm.smile.png

Hamiya uğurlar. 

Link to comment
Share on other sites

Alfred Nobel - dinamitin ixtiraçısı və Nobel mükafatının təsisatçısı kimi əsasən tanınır .  Nobel mükafatının da bir xeyli hissəsi Bakı neftinin hesabınadır.   Bunlar haqqında yəqin ki, daha ətraflı Könül xanım yazar )) 

 

Maraqlı faktlardan bəzilərini bir saytda oxudum .   Ona 355 patent / ixtira aid edilir . 4 dildə təmiz danışırdı - fransız , ingilis , alman və rus dillərində.  Çoxlu mütaliə edirdi . 19 -cu əsrin fransız ədəbiyyatını çox sevirdi , xüsusilə də Viktor Hüqonu .  Tənha insan olub , Heç vaxt ailə qurmayıb.  Onun labarotoriyasında eyni assistent 18 il işləyib.  Konselyarıya işlərinə heç kimi yaxın buraxmırmış ))Hər şeyi özü edərmiş.  Ölümündən qabaq yazıb ki ,  ( beyinə qan sızmasından vəfat edib )  "taleyin ironiyasına baxın ki, mənim müalicəm üçün həkimlər mənə nitroqliserin məsləhət görüblər "  ( nitroqliserin onun əsas ixtirası olan dinamitin tərkib hissəsidir )

Edited by Sunyata
Link to comment
Share on other sites

Alfred Nobel - dinamitin ixtiraçısı və Nobel mükafatının təsisatçısı kimi əsasən tanınır . Nobel mükafatının da bir xeyli hissəsi Bakı neftinin hesabınadır. Bunlar haqqında yəqin ki, daha ətraflı Könül xanım yazar ))

Maraqlı faktlardan bəzilərini bir saytda oxudum . Ona 355 patent / ixtira aid edilir . 4 dildə təmiz danışırdı - fransız , ingilis , alman və rus dillərində. Çoxlu mütaliə edirdi . 19 -cu əsrin fransız ədəbiyyatını çox sevirdi , xüsusilə də Viktor Hüqonu . Tənha insan olub , Heç vaxt ailə qurmayıb. Onun labarotoriyasında eyni assistent 18 il işləyib. Konselyarıya işlərinə heç kimi yaxın buraxmırmış ))Hər şeyi özü edərmiş. Ölümündən qabaq yazıb ki , ( beyinə qan sızmasından vəfat edib ) "taleyin ironiyasına baxın ki, mənim müalicəm üçün həkimlər mənə nitroqliserin məsləhət görüblər " ( nitroqliserin onun əsas ixtirası olan dinamitin tərkib hissəsidir )

Evimde remont olduqundan bir muddet internet sistemim olmayacaq.Nece gun davam edeceyini de bilmirem.Isden ve mobil telefondan yazmaq mene rahat olmadiqindan bu hefte meni uzurlu sayin.Muzakireni mensiz davam edin.Men ancaq oxucu kimi istirak edeceyem.Hormetle.

Sent from my GT-I9100 using Disput.Az mobile app

Link to comment
Share on other sites

Alfred Nobelin səhvən qəzetlərdə ölüm xəbəri yayilir.Özü haqqinda "milyoner qan içində","partlayici taciri ölüm ayağinda,"dinamit krali" yazilmiş yazilari oxuyanda pis olur.Tarixdə dinamiti kəşf etməklə qəddar şəxs kimi qalmaq istəmədiyindən 1889 -cu ildə Dünyavi sülh konqressinə qoşulur.

1896-ci ildə İtaliyada San-Remodaki villasinda vəfat edir.

Link to comment
Share on other sites

Alfred Nobelin səhvən qəzetlərdə ölüm xəbəri yayilir.Özü haqqinda "milyoner qan içində","partlayici taciri ölüm ayağinda,"dinamit krali" yazilmiş yazilari oxuyanda pis olur.Tarixdə dinamiti kəşf etməklə qəddar şəxs kimi qalmaq istəmədiyindən 1889 -cu ildə Dünyavi sülh konqressinə qoşulur.

1896-ci ildə İtaliyada San-Remodaki villasinda vəfat edir.

düzü dinamiti Nobelin kəşf etdiyini bilmirdim..məlumat üçün təşəkkür..

Link to comment
Share on other sites

Alfred Nobelin səhvən qəzetlərdə ölüm xəbəri yayilir.Özü haqqinda "milyoner qan içində","partlayici taciri ölüm ayağinda,"dinamit krali" yazilmiş yazilari oxuyanda pis olur.Tarixdə dinamiti kəşf etməklə qəddar şəxs kimi qalmaq istəmədiyindən 1889 -cu ildə Dünyavi sülh konqressinə qoşulur.

1896-ci ildə İtaliyada San-Remodaki villasinda vəfat edir.

 

Könül xanım, bu həftəki şəxs kim olacaq? Düzü, Nobel haqqında da çox yazan olmadı. Deyəsən, o qədər maraqlı insan olmayıb :)

Link to comment
Share on other sites

Könül xanım, bu həftəki şəxs kim olacaq? Düzü, Nobel haqqında da çox yazan olmadı. Deyəsən, o qədər maraqlı insan olmayıb smile.png

Çox təəssüf edirəm ki,Alfred Nobeli bəyənmədilər.Amma onun Azərbaycandaki fəaliyyəti haqqinda,kəşfləri haqqinda ətrafli danişa bilərdik.Nə isə.

Link to comment
Share on other sites

Azərbaycan şairi.Azərbaycan,fars və ərəb dillərində yazmişdir.

Məhəmməd Süleyman oğlu 1494-cü ildə Kərbəla şəhərində anadan olub.Feodal çəkişmələri zamani ailəsi İraqa köçmüş azəraycanli ailəsində anadan olub.Kökü Bayat tayfasindandir.İlk təhsilini Kərbəlada almiş,təhsilini Bağdadda davam etdirmişdir.Bir müddət İraqin Nəcəf və Hüllə şəhərlərində də yaşamişdir.Şəxsi mütaliəsi sayəsində məntiq,tibb,nücum(astronomiya),riyazi-humanitar elmləri,xüsusəndədini -fəlsəfi cərəyanlari,ərəb tərcüməsi əsasinda yunan fəlsəfəsi ilə taniş olmuş.Klassik ərəb,fars,özbək,türk və farsdilli hind ədəbiyyatini öyrənmişdir.

Füzuli yeniyetmə yaşlarindan ,mədrəsədə oxuyarkən yazdiqi aşiqanə qəzəlləri ilə  lirik şair kimi məşhurlaşmişdir.

"Bəngü Badə" (Tiryək və Şərab ) əsərini Şah İsmayil Xətaiyə ithaf edib.

Birinci Təhmasibə və onun sərkərdələrinə,valilərinə,xanlara qəsidə yazmaqina baxmayaraq,saraya meyl etməmişdir.Şeirlərində özünün saraydan uzaq olduğunu iftixar hissi ilə qeyd edir,hakimiyyət uğrunda gedən mübarizə və müharibələrin şahidi olduğundan saraya qarşi nifrətini gizlətmir.

Sultan Süleyman Qanuniyə bir neçə qəsidəsini hədiyyə etmişdir.Sultan Süleymanin xahişi ilə1537-ci ildə "Leyli və Məcnun" əsərini yazir.

Sultan Süleyman Bağdadda olduğu müddətdə Füzuli təqaüd almaq üçün ona müraciət etmişdir.Sultanin əmri ilə şairə ayda 9 axça məvacib təyin edilmişdir.Lakin şair bu kiçik məvacibi ala bilmədiyi üçün Nişançi Paşa Cəlal Çələbiyə məşhur "Şikayətnamə"sini yazmişdir.

Bəzi Füzulinin əsərlərindən məlum olur ki.o müəllimlikdə etmişdir.

1556-ci ildə Kərbəla şəhərində vəfat etmiş və dəfn olunmuşdur.

Link to comment
Share on other sites

Füzulinin "Şikayətnamə"sində maraqlı olan bir şey var: Salam verdim, rüşvət deyildir dey almadılar. Bu cümlə necə də aktualdır. İndiki rüşvətxorluğun kökü o vaxtlara gedib çıxırmış.

 

Ona "Leyli və Məcnun" əsərini yazmaq təklifi (daha doğrusu sifariş) gələndə bu işin çətinliyindən şikayətlənsə də, öhdəsindən gələ bilir. Nizaminin "Leyli və Məcnun"u ilə müqayisə edərkən deyilirdi ki, Nizami müəyyən dərəcədə əfsanəvi olan hadisələri daha real formaya çevirmişdisə, Füzuli əksinə ən adi hadisələri də qeyri-adi şəkildə təsvir etmişdi. Bunlar orta məktəbdə yadımda qalanlardır.

Link to comment
Share on other sites

Füzulinin adı gələndə bu qəzəli xatırlayıram:

 

Məni candan usandırdı

Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?

Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan.
Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı?

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən
Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı?

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım
Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?

Güli-rüsxarinə qarşı gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?

Degildim mən sənə mail, sən etdin əqlimi zail,
Mənə tən eyləyən qafil səni görcək utanmazmı?

Füzuli rind ü şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?

 

Könül xanım məktəb illərinə qaytardız məni )) bu qəzəli Füzulinin xatirə gecəsində söyləmişdim.

Edited by Pari***
Link to comment
Share on other sites

 

Könül xanım məktəb illərinə qaytardız məni )) bu qəzəli Füzulinin xatirə gecəsində söyləmişdim.

Məndə bu qəzəli sevirəm.

 Degildim mən sənə mail,sən etdin əqlimi zail,

 Məni tən eyləyənən qafil səni görcək utanmazmi?

       Ən çoxda bu beytini sevirəm.Tez-tez dilimdə dolaşir))))

Link to comment
Share on other sites

Məhəmməd Füzulinin 6- cilddə nəzərdə tutulmuş əsərlərinin 1-ci cildini burada yerləşdirirəm .

 

 

Həmin kitabın əvvəlində akademik Həmid Araslının - "FÜZULİ “DİVAN”ININ ƏLYAZMALARI VƏ NƏŞRİ HAQQINDA " məqaləsi var. Məqalədən bir hissə  - 

 

Şairin şöhrəti, əsərlərinin əsrlər boyu sevilə-sevilə oxunması xüsusilə, qəzəllər məcmuəsi olan “Divan”ının saysız-hesabsız adamlar tərəfindən köçürülmüş nüsxələrlə yayılmasına səbəb olmuşdur. Odur ki, Şərq əlyazmalarının saxlandığı dünya muzey və kitabxanalarının hamısında Füzuli əsərlərinin müxtəlif əlyazmaları vardır. Lakin Füzulinin öz xətti ilə yazılmış əsərinə hələlik təsadüf edilməmişdir.

Füzulinin öz xətti ilə yazılmış külliyyatı XVII əsrin əvvəllərində Səfəvilərin saray kitabxanasında varmış. Bunu Şah Abbasın (1587-1629) kitabdarı Sadıq bəy Əfşarın (Sadiqinin) “Məcmə’ül-xəvas” əsərində verdiyi məlumata əsasən təxmin etmək olur.

Sadiqi Füzulidən bəhs edərkən: “Təxminən otuz bin beyt əş’arı bar kim, bu həqir öz xətti bilə mütaliə qıldım”1 deyir ki, bu da Füzuli əsərlərinin saray kitabxanasında olduğunu təxmin etməyə imkan verir.

 

Dünya muzeylərində olan Füzuli “Divan”ları içərisində qədim tarixi olan bitkin nüsxələr çox azdır. Füzuli əlyazmaları haqqında məlumat verən prof. Y.E.Bertels məşhur muzeylərdə olan əlyazmalarını belə təsvir edir:

“Füzuli əsərlərinin əlyazmaları olduqca çoxdur. Demək olar hər bir böyük kitabxanada onun əsərlərindən bir neçə nüsxə vardır. Məsələ yalnız bu əlyazmalarının keyfiyyətindədir. Mən, demək olar ki, bütün Avropa kitabxanalarının kataloqlarını gözdən keçirmiş və aşağıdakıları müşahidə etmişəm. Avropada şairimizin yeddi əsərinin 41 əlyazması vardır: zahirən bu say çoxdur, lakin bunlardan 13-ü nöqsanlı və yalnız 9-u tarixlidir; belə ki, həmin  əlyazmalarından üçü XVII əsrə, biri XVIII əsrə və ikisi XIX əsrə aiddir”. Sonra Bertels Sankt-Peterburq Şərqşünaslıq Institutunda olan yeni Füzuli külliyyatının təsvirini verir və hicri 997-ci (miladi 1589-90) ildə yazıldığı təsdiq olunan bu külliyyatın dünya muzeylərində olan Füzuli əlyazmalarının ən qədimi və ən mükəmməli olduğunu söyləyir. Bu məlumatdan aydın olur ki, məşhur muzeylərdə saxlanılan Füzuli əlyazmaları içərisində ən qədimi Sankt-Peterburq nüsxəsidir. Bu nüsxəni təsvir edən Bertels eyni zamanda katibin ərəb və Azərbaycan mətnlərini farscaya nisbətən yanlış köçürdüyünü  də qeyd edir. Buna görə də elm aləminə məlum olan Füzuli “Divan”larının ən etibarlısı hesab ediləcək bu nüsxəni də tənqidi mətn hazırlamaq üçün əsas götürmək mümkün deyildir. Lakin Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları İnstitutunda saxlanılan bir Füzuli “Divan”ı elm aləminə məlum Füzuli əlyazmaları içərisində ən qədim nüsxədir. Həmin nüsxə fonda mərhum Salman Mümtaz tərəfindən bağşlanmışdır. 2062 №-li bu əlyazması 65 vərəqdən ibarətdir; həcmi 26,2 x 15, 2 sm-dir. Hər səhifədə 20 misra vardır. Qalın, sarımtıl kağızda yazılmışdır. Mətn zər haşiyə içərisinə alınmışdır. Nəstəliq xəttilədir. Dibaçə və qəzəllər birbirindən ayrılır. Hər ikisi kiçik, zərif naxışlı bəzəklə başlanır. Çox mükəmməl olan bu nüsxə yaxşı saxlanmışdır. Lakin bir sıra səhifələrdə bəzi  yerlər çətin oxunur. Iki yerdə tarix vardır. Birinci tarix dibaçənin, ikinci tarix isə “Divan”ın sonundadır. Dibaçənin sonundakı tarix belədir: “Təmam şod dibaçeyi-divani-Füzuli fi yovmis-salisi şəhri məhərrəmülhəram min şühuri sənəyi səb’i tisini tis’əmiə (tərcüməsi: Füzuli “Divan”nın dibaçəsi doqquz yüz yetmiş yeddinci ilin məhərrəmül-həram ayının üçüncü günü tamam oldu).  Bu, katibin “Divan”ı 1569-cu il iyun ayında başladığını aydınlaşdırır. Son tarixdə katibin adı da məlum olur:  (tərcüməsi: ) "Bu kitab Allahın mərhəmətindən rəcəbül-mürəccəb ayının axırında, doqquz yüz səkkizinci idə Səidi ləqəbilə məşhur Mahmud ibn-Davud Ülunyəvi əli ilə qurtardı. Allah onu və onun valideynini bağşlasın və onlara əcr versin". Bu sətirlər həm də əlyazmasının 1572-ci ilin noyabrında bitdiyini göstərir.  

Deməli, həmin nüsxə elm aləminə məlum olan Füzuli “Divan”larının ən qədimi olub, şairin vəfatından 16 il sonra yazılmışdır. Lakin bu nüsxə təkcə qədimliyi ilə deyil, öz mükəmməlliyi və düzgünlüyü ilə də dünyada ən nadir nüsxədir. Bu nüsxənin əhəmiyyətini daha aydın təsəvvür etmək üçün onu Füzulinin çap olunmuş “Divan”ları və foto surəti əlimizdə olan Sankt-Peterburq nüsxəsi ilə müqayisə edək. Füzuli əsərləri İstanbul , Təbriz, Daşkənd və Misirdə dəfələrlə çap olunmuşdu Bu kitabların çoxu “Külliyyati-divani-Füzuli”, bəziləri “Divani-Füzuli”, “Divani-Füzuli mə’ə Leyli və Məcnun” adları, bəzən də təkcə “Leyli və Məcnun” adı ilə nəşr edilmişdir. Lakin biz bunların hamısını deyil, ən son və tanınmış bir nüsxəni nəzərdən keçirəcəyik. Bu nüsxə 1924-cü ildə M.F.Köprülüzadənin müqəddiməsi ilə çap olunmuş “Müsəhhəhi-külliyyati-divani-Füzuli”dir. Müqayisədən əvvəl belə bir cəhəti də qeyd etmək lazımdır ki, 1328-ci (1910-cu) ildə Çələbizadə Məhəmməd Münir Dağıstaninin nəşr etdiyi külliyyatın mətni əsla dəyişdirilmədən bu çapda təkrar olunmuşdur. Ona görə də çap üçün göstərəcəyimiz nöqsanlar eynilə Çələbizadə nəşrinə də aiddir. Başqa nüsxələri isə yeri gəldikcə xatırlatmaq lazım gələcəkdir. Bizim nüsxədə olan qəzəllərdən 30-u Sankt-Peterburq nüsxəsində, 11-I İstanbul çapında, 5-i Təbriz və 32- si Daşkənd çapında yoxdur.

Göstərdiyimiz təkcə bu xüsusiyyətlər əlimizdəki nüsxənin elm aləminə məlum Füzuli “Divan”ları içərisində mükəmməlı nüsxə olduğunu təsdiq edir

Edited by Sunyata
Link to comment
Share on other sites

 

Xəlqə ağızın sirrini hər dəm qılır izhar söz,

Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

 

Artıran söz qədrini sidqilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

 

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

 

Bir nigari-ənbərinxətdir könüllər almağa,

Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz.

 

Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər

Rişteyi-izharə min-min gövhəri-əsrar söz.

 

Olmayan qəvvasi-bəhri-mə’rifət arif degil

Kim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz.

 

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

Link to comment
Share on other sites

 

Xəlqə ağızın sirrini hər dəm qılır izhar söz,

Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

 

Artıran söz qədrini sidqilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

 

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

 

Bir nigari-ənbərinxətdir könüllər almağa,

Göstərər hər dəm niqabi-qeybdən rüxsar söz.

 

Xazini-gəncineyi-əsrardır, hər dəm çəkər

Rişteyi-izharə min-min gövhəri-əsrar söz.

 

Olmayan qəvvasi-bəhri-mə’rifət arif degil

Kim, sədəf tərkibi-təndir, lö’löi-şəhvar-söz.

 

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü

Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.

Mekteb illerim yadima dushdu. Bu sheri men Fuzuli gecesinde demeliydim. Bizim mektebi men temsil edirdim,edebiyyat uzre sheher olimpiadasinin qalibi olduguma gore. Ezberleyib gelmisdim. Amma menden qabaq sher deyenlerin nece intonasiya,jestikulyasiya ile sher dediklerini gorub aradan cixdim) Men sheri hemishe robotot kimi intonasiyasiz demishem,artistizm menlik deyildi...

P.S. Muellimlerimizin de,shairin de yaninda bashiashagiyam...)

Link to comment
Share on other sites

http://az.wikipedia.org/wiki/%C5%9Eeyx_%C5%9Eamil

Haqqinda uzun-uzadi yazmamaq üçün Şeyx Şamil haqqinda məlumati yerləşdirdim.

 

Könül xanım , linkləri oxudum ( həm də rus dilində ) + bir  video materiala da baxdım . Əlbəttə ki, Şeyx şamilin kim olduğundan xəbərim var idi . Yenə  də , təkrar biliyin anasıdır - deyirlər . 

 

Şeyx Şamil böyük şəxsiyyətdir . Qafqazı  o dövrdə bacardığı kimi birləşdiirib , Rusiya imperiyası ilə mübarizəyə səfərbər edib . Əlbəttə ki, özündən əvvəlki iki imamdan sonra  , o 3- cü imam kimi qazavatı  geniş vüsətlə davam etdirib  . 

 

Şeyx Şamillə  bağlı  bir məsələ məni çox heyrətləndiri ( əgər həqiqətən də yazılan kimi olubsa )  .   19- cu əsrin vəhşilikləri ilə yanaşı , düşmən tərəfə (əsirlikdə olanada )  Rus imperatorunun bu cür hörmətlə yanaşması ( hətta saqqalını öpməsi )) )  , hətta ömrünün sonunda ona  ziyarətə getməsinə icazə verməsi çox maraqlı faktdır. 

 

Başqa bir maraqlı fakt onun arvadlarından birinin erməni mənşəli olmasıdır ))

 

Bir də  Şeyx Şamilin də Babək haqqında söhbətdə dediyim kimi  , dini ideologiyasını və təriqətini öyrənmək çox maraqlıdır.  Bunlar ayrılmaz  iki cəhətdir :  Milli azdlıq hərəkatı lideri və təriqət imamı . Müridizm  bir tərəfdən Sufi təriqəti olmaqla yanaşı ( sufilər daha çox ruhi  praktika ilə Allaha qovuşmaqla məşğuldurlar )  , digər tərəfdən isə belə cəngavərlik və hərbi istedad , hünər , qəhrəmanlıq  nümayiş etdirmişlər.  Müridizm maraqlı mövzudur . Öyrənməyə dəyər .

Edited by Sunyata
Link to comment
Share on other sites

 

Bir də  Şüyx Şamilin də Babəkdə olduğu kimi , dini ideologiyasını və təriqətini öyrənmək çox maraqlıdır.  Müridizm  bir tərəfdən Sufi təriqəti olmaqla yanaşı ( sufilər daha çox ruhi  praktika ilə Allaha qovuşmaqla məşğuldurlar )  , digər tərəfdən isə belə cəngavərlik və hərbi istedad , hünər , qəhrəmanlıq  nümayiş etdirmişlər.  Müridizm maraqlı mövzudur . Öyrənməyə dəyər.

Müridizmi bilirdim.Amma onun əsasən islam ideologiyasini yaydiqini düşünürdüm.Mənə Şeyx Şamilin həyatinda maraqli olan bilirsiz nədir?Balaca bir auldan çixmiş sadə bir kəndli öz ətrafina topladiqi az qüvvə ilə  Rusiyanin qoşunlarina dəfələrlə qalib gəlib.Heyran edici onun azadliq uğrunda əzimkarliqi və cəsarətidir.

Link to comment
Share on other sites

Müridizmi bilirdim.Amma onun əsasən islam ideologiyasini yaydiqini düşünürdüm.Mənə Şeyx Şamilin həyatinda maraqli olan bilirsiz nədir?Balaca bir auldan çixmiş sadə bir kəndli öz ətrafina topladiqi az qüvvə ilə  Rusiyanin qoşunlarina dəfələrlə qalib gəlib.Heyran edici onun azadliq uğrunda əzimkarliqi və cəsarətidir.

 

Həmin o balaca kənd Qafqazda müridizmin mərkəzi olub . İlk iki imamlar da Qazi - Molla / Qazi Məhəmməd  və Qazı Həmzət də həmin kənddən olub .( səhv etmirəmsə )  Qazı Məhəmməd isə Şeyx Şamilin yaxın dostu və müəllimi olub . Baxmayaraq ki, aralarında yaş fərqi cəmi iki il olub .  

Edited by Sunyata
Link to comment
Share on other sites

Yurdunun vurğunu olan Şamilə dağlar qartalida deyirlərmiş.Bu daqlar qartalina boyunduruq altina girmək ölüm kimi bir şey idi.Daqistanin aullarini birləşdirərək öz kiçik dəstəsiylə çar Rusyasina qarşi illərlə mübarizə aparmişdi.Saysiz-hesabsiz  rus ordusu qarşisinda Daqistanlilar qirilib,saylari azaldiqca qəbilə başçilari silahi yerə qoyub ,təslim olmaq istəyirdilər.Onlar Şamili razi salmaq üçün anasi ilə danişib,anasini yanina yollamişdilar.Barişiq haqqinda anasinin təklifini dinləyən Şamil heç bir cavab verməmişdir.Namazini qilib qurtardiqdan sonra ,anasini təklifinə görə ona yüz çubuq vurulmasini əmr etmişdir.Beşinci çubuqdan sonra bayilan anasini ağlayaraq qaldirmiş,qalan çubuqlari ona vurulmasini əmr etmişdir.

Link to comment
Share on other sites

Yurdunun vurğunu olan Şamilə dağlar qartalida deyirlərmiş.Bu daqlar qartalina boyunduruq altina girmək ölüm kimi bir şey idi.Daqistanin aullarini birləşdirərək öz kiçik dəstəsiylə çar Rusyasina qarşi illərlə mübarizə aparmişdi.Saysiz-hesabsiz  rus ordusu qarşisinda Daqistanlilar qirilib,saylari azaldiqca qəbilə başçilari silahi yerə qoyub ,təslim olmaq istəyirdilər.Onlar Şamili razi salmaq üçün anasi ilə danişib,anasini yanina yollamişdilar.Barişiq haqqinda anasinin təklifini dinləyən Şamil heç bir cavab verməmişdir.Namazini qilib qurtardiqdan sonra ,anasini təklifinə görə ona yüz çubuq vurulmasini əmr etmişdir.Beşinci çubuqdan sonra bayilan anasini ağlayaraq qaldirmiş,qalan çubuqlari ona vurulmasini əmr etmişdir.

 

Təəssüf ki ,  dövrümüzdə olan Rus- Çeçen  müharibəsi də bir daha sübut etdi ki, şimalı qafqaz xalqları şəriətsiz müharibə apara bilmir  ...     Bu da onalrın böyük  çatışmazlıqlarıdır .  Amma ,  hər xalq öz müharibəsini müəyyən ideologiya altında aparır . Onların da seçimi şəriətdir .  Milli azadlığa gətirəcək  ideya şəritədirsə  müvəqqəti olaraq onu da qəbul etmək olar )) Milli  Azadlıq baş tutandan  sonra  isə  daxili  azadlıq hərkatı ( şəriətsiz )) )  da başlamaq olar  buba.gif

Link to comment
Share on other sites

Şamilin apardiği azadliq mübarizəsi ən möhtəşəmlərindəndir.Kiçik bir qəbilə başçisi bir ovuc mücahitdlə 125 milyonluq dövləti 25 il çaşbaş salmasina ikinci bu cür nümunə mümkün deyil.

   1859-cu ildə əsir düşən Şamili çar Nikolay süfrəsinin başinda oturtmuş və-"Sizi süfrəmin qonaği etməklə böyük bir şərəf duyuram"-demişdir.Şamildə cavabinda-"Mən də sizi süfrəmin başinda qonaq etsəydim böyük şərəf duyardim"- demişdir.

Çar ona müraciətində böyük adam,böyük insan deyərək,ona olan heyranliğini gizlətməmişdir.

Bir müddət Kaluqada əsir kimi yaşamiş.Sonra xahişi ilə Mədinəyə getmək üçün icazə almiş.Mədinəyə gedərkən İstanbuldan keçmiş və İstanbul əhalisindən böyük məhəbbət görmüş.Həmçinin dövlət məmurlari ona olan hörmətlərini gizlətməmişlər.

 İstanbulda az qaldiqdan sonra Mədinəyə getmiş  və 1871 -ci ildə orda vəfat etmiş.Oğlanlari və nəvələri  Türkiyədə yerləşmişdilər.Bunlarin arasindan dəyərli insanlar yetişmişdir.

Link to comment
Share on other sites

Təəssüf ki ,  dövrümüzdə olan Rus- Çeçen  müharibəsi də bir daha sübut etdi ki, şimalı qafqaz xalqları şəriətsiz müharibə apara bilmir  ...     Bu da onalrın böyük  çatışmazlıqlarıdır . 

 

Şamilin apardiği azadliq mübarizəsi ən möhtəşəmlərindəndir.Kiçik bir qəbilə başçisi bir ovuc mücahitdlə 125 milyonluq dövləti 25 il çaşbaş salmasina ikinci bu cür nümunə mümkün deyil.

   1859-cu ildə əsir düşən Şamili çar Nikolay süfrəsinin başinda oturtmuş və-"Sizi süfrəmin qonaği etməklə böyük bir şərəf duyuram"-demişdir.Şamildə cavabinda-"Mən də sizi süfrəmin başinda qonaq etsəydim böyük şərəf duyardim"- demişdir.

Çar ona müraciətində böyük adam,böyük insan deyərək,ona olan heyranliğini gizlətməmişdir.

 

Hegigeten boyuk ve gibteolunmali shexsiyyetdir,allah rehmet elesin.Onun en boyuk keyfiyyeti hem de edaletli olmasidir.carla seyxin munasibeti de en teeccub doguran bir faktdir.dushmen olanda da oz boyukluyunu ve alicenabligini elden vermemelisen..hetta dushmen olsa bele..indi hani o kishiler?? efsuslar olsun..

Edited by Ayrton Senna
Link to comment
Share on other sites

Shamil imperatorun esirliyinde olanda onun sherefine verilen ziyafetde rus generallarindan biri imamin yemek yemesine baxib istehzayla ''Shamilin ishtahasi chox gucludu,gorxuram bu ishtahayla bizi de yeyer"deyir,buna Shamil cavab verir"gorxmayin,men donuz eti yemirem"

Link to comment
Share on other sites

Bu cümlədə nə demək istədiyinizi anlamadim.Bir az açiqlayardiz?

 

Demək istəyirəm ki,  hansısa xalq üçün milli azadlıq hərəkatında şəriət zərruri şərtdirsə , onu da müvəqqəti qəbul edib yadelli işğalçılardan azad olana qədər tətbiq etmək olar.  Amma , yadelli işğalşılar  qovulandan sonra ölkədaxili azadlıqlar uğrunda ayrıca mübarizə etmək olar . O cümlədən  şəriət qanunlarına qarşı .  Ümidvaram ki,  fikrimi açıqlaya bildim ))

Link to comment
Share on other sites

Surxay  qülləsinin böyük epopeyasi 

Ətrafda olan mürüdlər qirildiqdan sonra,sağ qalanlar böyük itki ilə geri çəkilir.Müdafiə divarlarinin sonunda tikilmiş Surxay qülləsi müdafiəsiz qalir..Qüllənin ətrafinda ruslarin üç məşhur sərkərdəsinin komandanliq etdiyi 20 minlik qoşunlari yerləşmişdi.Ruslar əmin idi ki,Qazi Məhəmməd qeyri-şərtsiz təslim olacaq.Qazi Məhəmmədə nə qədər təslim olmaqi təklif etsələrdə ,o imtina edir.

 Bu Klugenavin təəccübünə səbəb olur.Koysu dərəsinin yuxari Daqistanla aşaqi Daqistani birləşdirən,sildirim qayalarla əhatə olunmuş keçidinin yaxinlliğinda yerləşmiş Gimri kəndi gələcəkdə Surxay qülləsi ilə strateji əhəmiyyətə malik ola bilər.Odur ki,onu top atəşinə tutub dağitmaq yox,hücumla almaq qərarina gəlir.

  Gecəyarisi başlanan  hücum üç gün davam edir.Ruslar təlafat verir.Hər mürid azi iyirmi rus əsgərinə qarşi vuruşurdu.Belə getsə təlafatin artacaqini görən Klugenav dördüncü günü kəndi top atəşinə tutmaği qərara gəlir.Ara vermədən davam edən top atəşindən sonra Gimridə böyük daqinti olur.Müridlərin başçisi Qazi Məhəmməd,Şamil və 15 mürid qülləyə çəkilir.Hərənin bədənində 15-20 yara vardi.

Qazi Məhəmməd öz yerinə Şamilə vəsiyyət edir.Onun yaşamaqini istəyir və hər nə olursa olsun qaçib qurtulub onun yolunu Şamildən davam etdirməsini istəyir.

.Şamil onunla birgə şəhid olmaq istədiyini bildirir.Amma Qazi Məhəmməd ondan bunu tələb edir.

Hamisi dəstəmaz alib, namaza başlayir.Şamil azan çəkir.Ruslar azan səsinə ayilib,dərhal hücuma keçirlər.Qüllənin içinə yanan əskilər atib,müridləri tüstü ilə boğulmaqlari istəyirlər.

General dəfələrlə qülləyə xəbər göndərmiş,oradakilarin hər birinə rütbələr,hər müridə xanliq,çoxlu ənam vəd etmişdi.Onlari sağ tutmaq arzusuna nail ola bilmədiyindən General Klugenav bu qələbəni uğursuzluq hesab edirdi.

Qüllə də nəfəs almaq çətinləşmişdi.Qazi Məhəmməd və müridlər tüfənglərini çuxalarini tikə-tikə etdilər.Bu o demək idi ki,düşmən əlinə heç nə keçməsin.Və Birinci Qazi Məhəmməd "Allah məhkəməsində görüşərik" və Ya Allah  deyib ,ardincada 15 mürid qüllədən bir-bir çixib rus ordusuna hücum edirlər.Çixdiqlar an onlari dəhşətli ölüm gözləyir.Sona Şamil qalir.

 Şamil hündür binadan tullanan kimi özünü irəli atir.Qiraqda dayanib qülləyə baxan Klugenav Şamili görən kimi "vot Şamil" deyib qişqirir.Şamil yerə düşən kimi üstünə gələn əsgərləri yarib irəli atilirŞ.amil solaxay döyüşdüyündən rus əsgərləri onun qilincindan qurtula bilmirdi.Ağac dalinda gizlənən əsgər  süngünü Şamilin sağ sinəsinə elə sancir ki,süngü kürəyindən çixir.Şamil sağ əli ilə süngünü dartib çixarmaqi ilə,sol əli ilə üstünı gələn əsgərin başini kəsməyi bir göz qirpimda baş verir.Bir neçə əsgər də dəf edəndən sonra ona daş atilir,bu daşlar onun çiyin və qabirqa sümüklərini əzir.Şamil ağriya dözüb irəliyə atilir.Onu gülləyə bassalarda,iri siçrayişlar onu xilas edir.Şamil özünü Gimri dərəsinə salir və meşəyə çəkilir.Qan izi ilə onu təqib etməsinlər deyə Şamil arxaliqini kəsib yaralarina basir.Meşədən çixib,Koysu dərəsinə enən uçurumlu daqin kənarinda mağarani tapib ora girir və huşunu itirir.

   Sonralar Şamilin sağ qalmasini onun mağaradan xilas olmasini möcüzə kimi xatirlayirlar.

Link to comment
Share on other sites

Ölümün gözünə dik baxan,şəhidliyi şərəflə qarşilayan insanlara əsarət təklif etmək boş və gülünc bir şeydir.

 

 Ey vətən dağlarinin bənzərsiz zinəti olan onun şərəfli qoruyuculari!Azadliği yalvarişla almaq qeyri-mümkündür.Onu zorla almaliyiq.....

 

Bizdən nəvələrimizə qalacaq ən böyük miras istiqlal və hürriyyət uğrunda vuruşmaq,yeri gələndə də bu yolda şəhid olmaqdir.Məhv olsun səfil əsarət ,yaşasin şanli və şərəfli ölüm.

 

                                                                                     Şeyx Şamil.

Link to comment
Share on other sites

Makedoniyali Isgender barede bildiyim maraqli faktlar:

 

Bezi meshurlar kimi o da epileptik olub.

 

Boynunda probem oldugundan insanlara bucaq altinda baxirmish.

 

Gozleri ferqli rengde olub( heteroxromiya)

 

Doyushlerde adeten onde getdiyi ucun bedeninde 30-dan cox yara olub.

 

Isgenderin meshur ati - Butsefal ( okuzbasli) Isgenderden cemi 1 yash kicik olub.

Link to comment
Share on other sites

33 yaşında dünyanın yarısını işğal edib .  22 yaşından Persiya üzərinə hücumla başlayan İsgəndər  33 yaşında , yəni 11 ilə dünyanın yarısını işğal edib .  Yunanıstan , Misir , Persiya , Orta Asiya , Babilistan , ( İrak ) , Əfqanıstan, Liviya , Suriya və s .  kimi dövlətləri cəmi 11 ilə ...

 

İsgəndər həm bacarıqlı sərkərdə , həm çox hiyləgər siyasətçi , həm də qəddar insan olub .

 

16 yaşı olanda atası Filipp 2 müharibədə olanda Makedoniyada qiyam baş verdi . 16 yaşlı yeniyetmə İsgəndər bütün qiyamçıları qırdırdı , hətta  öz yaxın dostu və onu ölümdən xilas etmiş  Kliti də edam etdirir. 

 

O işğal etdiyi ərazilrdə yerli dinlərə , kahinlərə və aristokratiyaya  münasibətdə çox məharətli siyasətçi kimi özünü aparırdı . Əvvəla , dinləri qadağan etmirdi , əksinə , kahinlərə maddi yardım edirdi . Yerli aristokratiyanın qız -qadınları ilə həm özü , həm də yaxınları evlənirdilər .  Beləcə , işğal etdiyi ərazilərdə həm də qohumluq əlaqəsi yaradırdı. 

 

Paytaxtı Babil şəhəri olub . Deyilənə görə malyariyadan  və yaxud da zəhərlənmədən ölüb .

 

Bəziləri isə deyirlər ki,  onu öz müəllimi filosof Aristotel zəhərləyib . Bunula , öz yaxın qohumunun intiqamını İsgəndərdən alıb ...

Edited by Sunyata
Link to comment
Share on other sites

 

Paytaxtı Babil şəhəri olub . Deyilənə görə malyariyadan  və yaxud da zəhərlənmədən ölüb .

 

Bəziləri isə deyirlər ki,  onu öz müəllimi filosof Aristotel zəhərləyib . Bunula , öz yaxın qohumunun intiqamını İsgəndərdən alıb ...

İsgəndər haqqinda bir hekayə var.Bilmirəm eşitmisiz?

İsgəndər qaranliq dünyaya gedir və dirilik suyunu tapir.Orada olan qoca ona deyir ki,bu sudan içmə.Mən içmişəm və 300 ildir yaşayiram.Ölə bilmirəm.İsgəndər sudan yiğib götürür,ölüm ayağinda olanda suyu içmək istəyir.Yadina qocanin sözləri düşür.Suyu gedə-gedə qarağat ağaclarinin üstünə çiləyir.Deyilənə görə qarağat ağaclari 300 il yaşayir.

Amma bunu hekayə kimi qəbul edirəm.

 

Sizcə belə qəddar bir hökmdar dirilik suyunu tapsaydi,ölüm ayağinda bu suyu yerə tökərdimi?

Sualima məcazi mənada yanaşin.Dirilik suyunun olub-olmadiğinin sübutunu istəmirəm.Sadəcə Makedoniyali İsgəndər bunu edərdimi?

Link to comment
Share on other sites

İsgəndər haqqinda bir hekayə var.Bilmirəm eşitmisiz?

İsgəndər qaranliq dünyaya gedir və dirilik suyunu tapir.Orada olan qoca ona deyir ki,bu sudan içmə.Mən içmişəm və 300 ildir yaşayiram.Ölə bilmirəm.İsgəndər sudan yiğib götürür,ölüm ayağinda olanda suyu içmək istəyir.Yadina qocanin sözləri düşür.Suyu gedə-gedə qarağat ağaclarinin üstünə çiləyir.Deyilənə görə qarağat ağaclari 300 il yaşayir.

Amma bunu hekayə kimi qəbul edirəm.

 

Sizcə belə qəddar bir hökmdar dirilik suyunu tapsaydi,ölüm ayağinda bu suyu yerə tökərdimi?

Sualima məcazi mənada yanaşin.Dirilik suyunun olub-olmadiğinin sübutunu istəmirəm.Sadəcə Makedoniyali İsgəndər bunu edərdimi?

 

Dahi adamların ümumi bir cəhəti də odur ki, adi məntiqə sığmayan əməllər edirlər )) Onları heç cür proqnozlaşdırmaq mümkün deyil . 

 

Əgər bu hekayəyə bənzər bir şey olubsa , İsgəndər uşaqlıqdan öz bildiyini edən olub , yəqin ki, bu dəfə də öz bildiyini edib )) 

 

İsgəndərin  bəzi  ifadələri  : 

 

- Persiya ilə müharibədə farslar İsgəndərə yaxşı sülh şərtləri təklif edirlər .  Parmenion adlı  sərkərdə deyir ki, şərtlər yaxşıdır . Mən İsgəndər olsaydım buna razılaşardım.  Cavabında İsgəndər deyir  : 

Əgər  Parmenion olsaydım , mən də razılaşardırm .

 

- Filippə  (atasına ) minnətdaram ki , yaşayıram . Aristotelə minnətdaram ki,  ləyaqətlə yaşayıram !

 

- Yaxınları İsgəndərə məsləhət gördülər ki, müəyyən bir əraziyə gecə vaxtı hücüm etsin.  İsgəndər cavabında dedi :   Mən qələbəni oğurlamıram !

 

- İsgəndər olmasaydım Diogen olardım !  ( filosof Diogenə çox rəğbəti varmış )

Edited by Sunyata
Link to comment
Share on other sites

Bilmirəm.thinking.gif Mən fikirləşirəm ki,daim işğalçi siyasət yürüdən biri bunu etməzdi!Suyu içərdi ki,çox yaşasin.Daha çox torpaq zəbt etsin.

Bu sadəcə mənim fikrimdir.Makedoniyali İsgəndər olmadiğim üçün onun kimi fikirləşə bilməyəcəyəm ,əfsus!

Link to comment
Share on other sites

İsgəndər  uşaq vaxtı  yaşıdları ilə oynayarkən hər dəfə atasının yeni bir ölkə fəth etdiyini eşidəndə pərt olub deyirmiş: “Atam dünyanı aldı, mənə heç nə qalmadı.”

 

Bir dəfə də,saray filosofu Anaxarchus ona kainatda sonsuz dünya olduğunu söylədiyində ağlamağa başlayır:”O qədər çox dünya var ki və mən hələ bir dənəsini belə feth etmedim.”

 

Hindistandakı savaş zamanı İsgəndərin üzərindən heç enmədiyi sevimli ati yaralanır ve ölür.Atın öldüyü yerdə məzar,onun ətrafında isə şəhər saldırır ve bu şəhərə də atının adını verir:Bukefalia (Pakistandaki hal-hazirda Jelalpur ş.)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
      • 7 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
      • 44 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
      • 21 replies
    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
      • 11 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Like
      • 32 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...