Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Baba Pünhan


_Aries_

Recommended Posts

Sabah noyabrin 5-i chox hormet etdiyim shairlerimizden olan Baba Punhanin ad gunudur. Yeqin ki,onun haqqinda uzagi ANS verilish verecek,diger kanallarimizdan ise gozlemirem.

Duzu heyati barede uzun-uzadi yazmaq istemirem. Maraqlanan olsa burdan http://az.wikipedia.org/wiki/Baba_P%C3%BCnhan oxuya biler.

Sadece en sevdiyim sherini paylashmaq isterdim.

İt günündə

Dövrə ümid eylədik, dövran da it günündə,
Alim də it günündə, nadan da it günündə

Ağ əllərdə ağ əlcək, o gündən daha əl çək,
Əyində köhnə pencək, canan da it günündə,

Adam girir min dona, macal yoxdu şeytana,
Əsir düşüb insana, şeytan da it günündə.

Əsgərimiz bittənib, nazirimiz əttənib,
Qızlarımız lüttənib, oğlan da it günündə.

Fikir çapır hər yana, güc verirəm qəlyana,
Qıçım girir yorğana, yorğan da it günündə.

Atdılar vətəndaşı, satdılar Vətən daşı,
Qoy Vətənə başdaşı, ehsan da it günündə.

«Qrad» kimi od saçır, guya xalqa yol açır,
Gec tutulur, tez qaçır zindan da it günündə.

Çatdı xəbər hər yana, tez yığışın meydana,
Baltalandı «topxana» meydan da it günündə.

Ay Xocalı, Xocalı, uşaqlı həm qocalı,
Qaçmaqa yox macalı, fərman da it günündə.

Cahan gedir süquta, Quran yetir sübuta,
Kəfən baha, su xılta, insan da it günündə.

İtim, gəl dur önümdə, gəl başına dönüm də,
Sən Pünhanın günündə, Pünhan da it günündə

 

Allah rehmet elesin!

 

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,

Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,

Qeyri dindardı ya dindar, o bilər - mən bilərəm.

Məni cadulər ilən salma gözündən o gülün,

Çalma kandarıma mismar, o bilər - mən bilərəm.

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,

Dedi ki, eyləmə israr o bilər - mən bilərəm.

Dəstəmazım gözümün yaşı namazımdı muğam,

Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,

Gahi ordan yerə çırpar, o bilər - mən bilərəm.

Can alanım ikidir, göydə fələk, yerdə mələk,

Desələr hansıdı qəddar, o bilər - mən bilərəm.

Pünhanın eyblərin yarə gedib kim saydı,

Kimə nə, eybi əgər var, o bilər - mən bilərəm

Bu da gözel şeiridi.

Allah rehmet etsin.Amin.

Link to comment
Share on other sites

http://www.youtube.com/watch?v=8K5GjYSIGcY

 

Yorğundur, yatmayır haçandan Bakı,
Doyub yad ellidən, qaçqından Bakı.
Üzülüb, öləcək acından Bakı,
Məğrur görünsə də o can üstədir,
Bakının dərdi var Bakı xəstədir.

Yaltaqlar dəstəsi baş alıb gedir,
Qeyrət yavaş-yavaş boşalıb gedir,
Məktəbli qızlar da qaş alıb gedir,
Ərli də, ərsiz də bir həvəsdədir.
Bakının dərdi var, Bakı xəstədir.

Əsrlər itirdik illər içində,
Qanqallar bitirdik güllər içində,
Çaqqallar dolaşır ellər içində,
Aslanlar, pələnglər daş qəfəsdədir,
Bakının dərdi var, Bakı xəstədir.

O, Cıdır düzüyçün çadır ağlayır,
Çadır övladıyçün Cıdır ağlayır,
Namus itkin düşüb abır ağlayır,
Köməksiz qız-gəlin dəstə-dəstədir.
Bakının dərdi var, Bakı xəstədir.

Sən ey “Qız qalası” qalasan hələ,
Səni həmişə qız qalasan hələ,
Dərdini Pünhana qala sən hələ,
Ta ki, göz yollarda qulaq səsdədir,
Bakının dərdi var Bakı xəstədir.

 

Allah rəhmət etsin.

Edited by Better half of me
Link to comment
Share on other sites

Kişi var ki, kişidir, amma kişiynən işi yox,

Kişi var, nakişidir, amma deyir ki, kişi yox.

 

Kişi var, ağzı cırıqdır, sözü dişdən tökülür,

Kişi var, ağzı bütövdür, amma bir cüt dişi yox… 

 

Kişi var, pullu işi, yaxşı dişi, közdə şişi,

Kişi var, qəlbi kabab, manqalı qüssə, şişi yox.

 

Kişi var, arvadının xeyli vişindən buraxıb,

Kişi var, arvadının dövri-qədimdən vişi yox.

 

Kişi var, Azərbaycanda beşindən biridir,

Kişi var ki, evində biri vardır, beşi yox.

 

O qədim Ankarada Pünhana erkək dedilər,

Kişi bizlərdə imiş, sən demə türkdə kişi yox.

 

Baba Pünhan

ALLAH Rəhmət Etsin!

Link to comment
Share on other sites

Səni ey mülki-vətən, istəyirəm yadə satım,
Neçə milyardı olan bir gözəl arvadə satım.

 

Ataatdır, satasatdır, batabatdır, batırıq,
Batırınca satırıq, yet bizə imdada satım.

 

Kazinodan çıxarım mamlı-matan Leylimizi,
Başına tac qoyum, xaricə şahzadə satım.

 

Ey Koroğlu, o bığından mənə bir çəngə yetir,
Onu bıqsız kişiyə, bir tükün həştadə satım.

 

Şirini istəsə Fərhad, ona dəllallıq edim,
Onu Xosrovdan alım, pul ilə Fərhadə satım.

 

Adam öldürməyə könlün var isə, almanaqan
Gəl ucuzvari sənə, zəhr ilə badə satım.

 

«Ay alan məmləkəti – Rey satıram» sözlərini
Mən yüz ildən sora, qoy bir də salım yadə, satım.

 

Deyirəm yaxşı ki, bu cism ilə can ayrı imiş,
Canı Allaha verim, cismi bu dünyadə satım.

 

Mənim ustadımı kim tapsa, yan alsın yanıma,
Bəlkə bir yaxşı pula, Pünhanı ustadə satım.

Link to comment
Share on other sites

Ey çərxi-fələk, bir belə dövranıva bir qoz,
Şeytan oturan çərxi dəyirmanıva bir qoz.

Bir qoz ala bilmirsə əgər bir qıza oğlan,
Evlənməyə hazırlaşan oğlanıva bir qoz.

Gah eylədi naz-qoz bizə, gah oynadı qoz-qoz,

Qozdandı kasıb üstünə, vicdanıva bir qoz.

Vardı birisi, qaçdı, qozundan tozu qaldı,
Vartansifət imiş o da, Vartanıva bir qoz.

İmkanın əgər var kasıba, qaçqına əl tut,
Tutmursan əgər bir belə imkanıva bir qoz.

Yollarda kəsib qurbanı əl altdan əritdi,
Bir böylə, qoyun bəndənin ehsanına, bir qoz.

Ey erməni, bir damcı əgər qeyrətə gəlsək,
Mütləq qoyarıq, şəhri-İrəvanıva bir qoz.

Torpağı satandan sonra qeyrətlənirik biz,
Torpaq da qurtarmır ki, qoyaq canıva bir qoz.

Narkozdan uyan xəlqi əgər bir gün oyatsam,
Bir qoz qoyaram vallah, Kaçaryanıva bir qoz.

Pünhan, qəzəli qoz-qoza döndərmə ki, bir gün,
Ellər deməsin, böylə qəzəlxanıva bir qoz.


Müəllif:
BABA PÜNHAN

Edited by İntiqam İsmayılov
Link to comment
Share on other sites

Hamı Baba Pünhanın yaradıcılığından yazır, mən də istərdim onun həyatı barədə də qısa da olsa məlumat yerləşdirim. Müəllif ssilka qoyub düzdür, açıq şəkildə oxumaq daha asan olar:

 

Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində (Kürdəxanı qəsəbəsi) dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.

Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Sonralar "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetlərində çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş "Füzuli məclisi"nə dəvət olunub. 1996-cı ildə "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülüb. 1997-ci il fevral ayındaMəşhəd şəhərinə ziyarətə gedib. 1998-ci il noyabr ayının 5-də "Vahid evi"ndə onun 50 illik yubileyi keçirilib. Həmin il "ANS" kanalının "Qulp" verlişinə dəvət alıb. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

1998-ci ildə "21-ci gənclik dərgisi"ndə, 1999-cu ildə "Azərbaycan" jurnalında, 2004-cü ildə "İRS-наследие" jurnalında bir neçə şeiri işıq üzü görüb. 2004-ci ildə İranda çap olunan kitabda onun qəzəlləri də yer alıb.

2000-ci ildə Həcc ziyarətinə gedib. Gələndən sonra Mərkəzi Klinik Xəstəxanasında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).

3 noyabr 2000-ci ildə B.Pünhanın "Acı həqiqət" kitabı işıq üzü görüb.

2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.

2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki..." kitabı oxuculara təqdim olunub.

2004-cü ildə "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də "Mərkəzi Kliniki xəstəxana"sında ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o "koma" vəziyyətinə düşüb. 9  komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.

 

Allah rəhmət etsin.

 

Mövzu müəllifinə təşəkkürlər.

Edited by Pari***
Link to comment
Share on other sites

Az.Tv

 

Bu riya dunyasina en yaxshi meydan Az.Tv
Ev qurub antennasinda sanki sheytan Az.Tv

Bir muxalif bendenin yox ixtiyari, soz desin
Haqq sozun char etmeye, hec vermez imkan Az.Tv

Kim raket yigmaqda, kim konsert oyun gostermede
Kefde olduqca muselman, guldu Vartan Az.Tv

Kimse yaymaz Islamin ali, gozel qanunlari
Yan olur neycun muselmandan bu ekran Az.Tv

Bilse Qurani gelin, qiz, bir qeder abrin guder
Derdli xalqin qizlari, gorsenmez uryan Az.Tv

Yaricilpaq qizlarin meydanidir ekranimiz
Dehrde unvanimiz, amma muselman Az.Tv

Az.Tv gostermeyir hec vaxt, achiq bir mehkeme
Xalq bilsin dostu kimdir, kimdi dushman Az.Tv

Yetmish il "shalban"i gosterdi imeglik gunleri
Indi de mohkem durub ustunde shalban Az.Tv

Gun geler min-min heqiqetler gorer ekranda xalq
Bir zaman ekranina, yol achsa Punhan Az.Tv

Link to comment
Share on other sites

Borc içində

Kasıb da borc içində, kalan da borc içində,
Ölən də borc içində, qalan da borc içində.

Xəzinələr həmişə ilanlar altda olmuş,
Fəqət, bu səltənətdə, ilan da borc içində.

Atan bibindən istər, anan xalandan istər,
Bibin də borc içində, xalan da borc içində.

Nişan da borcnan oldu, toyun da borcnan oldu,
Yəqin olar gələn il, balan da borc içində.

Filan klana borclu, klan filana borclu,
Filan oğlu, filan da, klan da borc içində.

Acından ölməməküçün, gedin yalana doğru,
Bu məmləkətdə doğru, yalan da borc içində.

Vətən acdı, vəkil tox, yemək azdı zibil çox,
Zibil pulun verən yox, dalan da borc içində.

Bü torpağa imamın ayağı dəydiyiçün,
Bu torpağı satan da, alan da borc içində.

Əgər bu canı, Pünhan, Xuda veribsə borca,
Günahı olmayan da, olan da borc içində

Edited by Поль Погба
Link to comment
Share on other sites

Ölkə papaqnan doludur

 

Bu Vətən mülkünü çıx seyrinə, maraqnan doludur,
Qırağın «yan»lar alıb, orta qıraqnan doludur.

Kişilərnən dolu olsaydı, əgər ölkə nə qəm,
Kişilər qeybə çıxıb, ölkə papaqnan doludur.

Elə ki, xatirə düşdü səni dustaq eləmək,
Maşının bir də görərsən ki, yaraqnan doludur.

İki-üç dəfə gedib Məkkəyə, super hacıdır,
Yekə «İnter şop»u var, polka araqnan doludur.

«Qarabağ» restoranı, parkı, kafesi, küçəsi,
Nə gözəl ki, Bakı hər cür Qarabaqnan doludur.

Ginekoloqlara pul çatmadığındandı yəqin,
Bu doğum evlərimiz xəstə uşaqnan doludur.

Boyağın gördüm üzündə divarım düşdü yada,
Dedim əxlaqı da yəqin ki, boyaqnan doludur.

Bir buruq ustasının yatmağa yoxsa yatağı,
Nə yazırlar ki, bütün ölkə yataqnan doludur?

Bakının «bardaq»ına çox hacıleylək yığışıb,
Hacıleyləklər üçün bardağı yağnan doludur.

Kiçilən Azərbaycana böyük don tikilir,
Üzü güllü, içi də milli yamaqnan doludur.

Vətən əldən gedəni Pünhana dağlar çəkilib,
Dedilər, bəxtəvərin dövrəsi dağnan doludur.

Edited by Поль Погба
Link to comment
Share on other sites

Canım otpuskadadır

Yetmişəm vəslə, könül, hicranım otpuskadadır,

Özüm otpuskadayam, həm xanım otpuskadadır.

Dedi otpuska pulu qaldı ilin axırına,

Tək özüm yox, demə həm «şirvanım»  otpuskadadır.

Yalvarıb ruzim üçün göylərə tutdum üzümü,

Susdu göylər də, yəqin Sübhanım otpuskadadır.

Fələyin doqquzu birdən-birə döndərdi üzün,

Sırıdı dərdi mənə, dərmanım otpuskadadır.

Uzun illər bu ürək sirrimi pünhan elədim,

İndi aşkar deyirəm, pünhanım otpuskadadır.

Gözləməzdim ki, inan düşmənimin eylədiyin,

Eləyər dost mənə, ta düşmanım otpuskadadır.

Pünhanam, həqq dilimdən süzülüb çıxdı canım,

Şükr ola, indi ömürlük canım otpuskadadır.

Link to comment
Share on other sites

Eşşək yerinə

Neçə ildir başıma turp əkilir, lək yerinə,

Dəyişib indi zamar, turpu çıxart ək yerinə,

Alınan borcları qaytarmağa ümmid azalıb,

Bu səbəbdən, soracaqlar, bizi əmcək yerinə.

Satılan əcnəbiyə, bir də qayıtmaz geriyə,

Satılıb, çünki gözəl tavusu ördək yerinə.

Pulabax, puldara bax, hökmü rəvan quldara bax,

İki «şirvan»ə məni işlədir eşşək yerinə.

Paqonun ulduzu bu çiynimə «göy»dən tökülür,

Basıram zindana, vallahi, cütü tək yerinə.

Gecə, barlarda o ürkək maralın «qanı» axır,

Nə edərsən, de, qızın olsa o ürkək yerinə?

Qırılan bir ağaca, milli vəkil qeyzlənir,

Söz güzarana gələndə, düşür əsnək yerinə.

Qoca gördüm ki, kəfən aldı təqaüd puluna,

Can çıxınca, səriməkçün onu köynək yerinə.

Toxun, acdan xəbəri onda olar ki, bunu bil,

Taxıla, gərçi bəsirət gözü eynək yerinə.

Ötürüb, arvadı İstanbula, dolları güdür,

Keçirib darbalaqın başına, örpək yerinə.

Kimisi, öz itinə kolbasa, kotlet yedirir,

Kimi cizlində jımıx çeynəyir, əppək yerinə.

Hanı, ey milli vəkil, dil-dil ötən tuti dilin.

Özünü qoymaginən bir belə pəltək yerinə.

Kiminin bardağı dopdolu, kimin nimçəsi boş,

Tülkü bardağa düşübdür, hacıleylək yerinə.

Güzdəyin daşı çatınca Bakıya, mülkə dönür,

Daşınan daş, oturub ağladı Güzdək yerinə.

Bu elin müəllimi kimdir, bizə məlum eləmir,

Yeridir xalqa krasvordları məslək yerinə.

Ya İmam Məhdini göndər ki, zülüm həddin aşır,

Ya tamam milləti qır, məhv elə, milçək yerinə.

Sözünü ciddi deyən, «ciddi rejim»nən yaşayar,

Zarafatcıl Babasan, get yaşa təlxək yerinə.

Link to comment
Share on other sites

Rəhmətlik Baba xalqa ANS-in  "Qulp" proqramından tanındı , amma sonradan bu proqramın onurğa sütununa çevrildi .

O rəhmətə getdikdən sonra "Qulp" yavaş-yavaş çökdü və reytinqini itirdi . Sonda isə ( bu il) tamam bağlandı .

O vaxtlar  demək olarki Babanın ANS də iştirak etdiyi bütün verlişləri köçürürdüm .Bəzilərini imkan edib "rəqəmsal" formata çevirdim , YouTubeyə yerləşdirdim .

Vaxtı ilə ən məhşur olanı " Bəşər gələn əsrə raketnən gedir , bizimkilər motaskletnən gedir" : 

 

http://youtu.be/m8cthwUFk8Y

Edited by SAPAND
Link to comment
Share on other sites

  • 5 weeks later...

Tərpəndi, ya tərpənmədi?

Titrəyib yer tərpənəndə bilmirəm insanların,

Şübhəli iymanları tərpəndi, ya tərpənmədi?

Hündür eyvandan baxıb dövran mənimdir söyləyən,

Məmurun eyvanları tərpəndi, ya tərpənmədi?

Allahın torpaqların ac kəndliyə pulnan satan,

Quldarın ormanları tərpəndi, ya tərpənmədi?

Həm evi, həm qəlbi sınmış binəvalarçün görən,

Dövlətin imkanları tərpəndi, ya tərpənmədi?

Şah Hüseyn ilə Yəzidi bir tutan cahillərin,

Şah damarda qanları tərpəndi, ya tərpənmədi?

Özgənin ünvanına öz nəslini yerləşdirən,

Acgözün ünvanları tərpəndi, ya tərpənmədi?

Dövri-Sabirdən bu yanə bir əsr yatmışların,

Lərzədən yorğanları tərpəndi, ya tərpənmədi?

Can güdən oğlanların dəhşətdə ikən özləri,

Özgələrçün canları tərpəndi, ya tərpənmədi?

Pünhanın söznən vurub tərpətdiyi insanların,

Sizbilən, vicdanları tərpəndi, ya tərpənmədi?

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 3 months later...

 

Sabah noyabrin 5-i chox hormet etdiyim shairlerimizden olan Baba Punhanin ad gunudur. Yeqin ki,onun haqqinda uzagi ANS verilish verecek,diger kanallarimizdan ise gozlemirem.

Duzu heyati barede uzun-uzadi yazmaq istemirem. Maraqlanan olsa burdan http://az.wikipedia.org/wiki/Baba_P%C3%BCnhan oxuya biler.

Sadece en sevdiyim sherini paylashmaq isterdim.

İt günündə

Dövrə ümid eylədik, dövran da it günündə,

Alim də it günündə, nadan da it günündə

Ağ əllərdə ağ əlcək, o gündən daha əl çək,

Əyində köhnə pencək, canan da it günündə,

Adam girir min dona, macal yoxdu şeytana,

Əsir düşüb insana, şeytan da it günündə.

Əsgərimiz bittənib, nazirimiz əttənib,

Qızlarımız lüttənib, oğlan da it günündə.

Fikir çapır hər yana, güc verirəm qəlyana,

Qıçım girir yorğana, yorğan da it günündə.

Atdılar vətəndaşı, satdılar Vətən daşı,

Qoy Vətənə başdaşı, ehsan da it günündə.

«Qrad» kimi od saçır, guya xalqa yol açır,

Gec tutulur, tez qaçır zindan da it günündə.

Çatdı xəbər hər yana, tez yığışın meydana,

Baltalandı «topxana» meydan da it günündə.

Ay Xocalı, Xocalı, uşaqlı həm qocalı,

Qaçmaqa yox macalı, fərman da it günündə.

Cahan gedir süquta, Quran yetir sübuta,

Kəfən baha, su xılta, insan da it günündə.

İtim, gəl dur önümdə, gəl başına dönüm də,

Sən Pünhanın günündə, Pünhan da it günündə

 

Allah rehmet elesin!

 

 

Bu insan yaşasaydı onun üçün indiki vəziyyət çox ağır olacaqdı! Görəsən onun tələbəsi olmayıb??

Link to comment
Share on other sites

Rəhmətlik Baba xalqa ANS-in  "Qulp" proqramından tanındı , amma sonradan bu proqramın onurğa sütununa çevrildi .

O rəhmətə getdikdən sonra "Qulp" yavaş-yavaş çökdü və reytinqini itirdi . Sonda isə ( bu il) tamam bağlandı .

O vaxtlar  demək olarki Babanın ANS də iştirak etdiyi bütün verlişləri köçürürdüm .Bəzilərini imkan edib "rəqəmsal" formata çevirdim , YouTubeyə yerləşdirdim .

Vaxtı ilə ən məhşur olanı " Bəşər gələn əsrə raketnən gedir , bizimkilər motaskletnən gedir" : 

 

http://youtu.be/m8cthwUFk8Y

 

Zəhmət olmasa linkləri verə bilərsiniz??

Link to comment
Share on other sites

  • 3 weeks later...

Bu gün Baba Pünhanın vəfatından 10 il ötdü. 

 

9 gün komada süni nəfəsvermə ilə saxlanılan şairin ürəyi aprel ayının 17-si süni nəfəsdən imtina edib

 

Bu gün Azərbaycanın satirik şairi və qəzəlxanı Baba Pünhanın (Mədətzadə Atababa Seyidəli oğlu) vəfatından 10 il ötür. Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində (Kürdəxanı qəsəbəsi) dünyaya göz açıb. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik işləməyə başlayıb. 1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb-yaratmışdır.

2000-ci ildə həcc ziyarətinə gedib. Gələndən sonra Mərkəzi Kliniki Xəstəxanada ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub).

3 noyabr 2000-ci ildə B.Pünhanın "Acı həqiqət" kitabı işıq üzü görüb.

2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə-çeynəyə" adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.

2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki..." kitabı oxuculara təqdim olunub.

2004-cü ildə "Kim nə götürdü" adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək, demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də Mərkəzi Kliniki Xəstəxanada ürəyində yenidən əməliyyat aparılıb. 2 gün sonra evə dönən şairin aprelin 8-də səhər tezdən halı pisləşib və o koma vəziyyətinə düşüb. 9 gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si ürəyi süni nəfəsdən imtina edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.

 

 

Allah rəhmət etsin.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Zəhmət olmasa linkləri verə bilərsiniz??

 

Linkləri dedikdə hansı linkləri nəzərdə tutursuz ? 

Belədə aşağıdakı mənim kanalımdır . Vaxt-imkan  tapdıqca artırıram videoları . Rəqəmsal farmata çevirmək və montaj çox vaxt aparır .Buna görədə hamısını birden yerləşdirmək imkanım yoxdur ... 

 

https://www.youtube.com/channel/UCwsxmVIIVJdgJXp0JXKD5xg/videos

Link to comment
Share on other sites

  • 3 months later...
  • 2 months later...
  • 2 weeks later...
  • 1 year later...

             "Oyna, gülüm oyna!"

 

Oyna, bu elin dərdinə, oyna, gülüm oyna,
Sən oyna, mənim millətə qalxmır əlim oyna.

Susduqca bu millət dili ağzında tutuldu,
Dilləndi dilim dillərə dillən dilim oyna.

Yüngül havalar məsləki yüngüllər üçündür,
Oyna, bu ağır gündə mənim yüngülüm oyna.

Londonda, Parijdə kürümü erməni tıxsın,
Öz neftçisinə kilkə yedirdən gölüm oyna.

Susmuş Qarabağ bülbülü, qalmış qara bağlar,
Getmir ürəyimdən kədərim, nisgilim oyna.

“Ruhani”ni dərddən dəli olmuş ana oynar,
“Divani”ni sən oyna elimlə zülm oyna.

Atəşkəsə getdik ki, yatanlar yata bilsin,
Məclisdə gözü bağlı qalan mürgülüm oyna.

Aldın bağımı, bağçamı, axır ki, əlimdən,
Röyalara döndü üzümüm, əncilim oyna.

Bir gün Xəzərim coşsa, sular altda qalarsan,
Hər yerdə sənindir hələlik sahilim oyna.

Onlarla oyunbaz oyunun oynadı getdi,
Oyna, çıx oyundan ki, oyundan silim oyna.

Hər bir əməlin dəftərə mütləq olunur qeyd,
Son nöqtə çatınca gedəcək, vergülüm oyna.

Az qaldı qiyamət gününə , oyna “Hop-Stop”
Məşhər günü sorğu-sualı müşgülüm oyna.

Sahib Zaman ilə bitəcəkdir bu oyunlar,
Az qaldı tamam olmağa, onki ilim oyna.

Pünhan, Vətənin yadlar əlində gəlin oldu,
Bir “Vağzalı” çal, mən də onunçün ölüm,oyna.

  • Upvote 1
Link to comment
Share on other sites

            'Qoçu iqtidarımızdır'

 

Dilimiz şəkərdü, qənddü, acı ruzigarımızdır,
İşimiz kədərdü, dərddü, maaşı azarımızdır.

Bizi əz, əzimli xalqığ, bizi büz, büzümlü xalqıq,
Dözürük, dözümlü xalqığ, bu bizim şüarımızdır.

Yeginən ölüncə, doyma, kişisən fəqiri soyma,
Havaya rüsumu qoyma, bu hava naharımızdır.

Neçə cür filan əlindən, quduran klan əlindən,
Nəbilər qaçaq düşübdü, qoçu iqtidarımızdır.

Qızımız əsir olanda, özümüz yeyib-içirkən,
Böyüyən qubarımızdır, kiçilən vüqarımızdır.

Bu çətin zəmanə vallah, bizi öylə bərk sıxıb ki,
Bilinir açıq-açığna, nə ki, altda varımızdır.

Dedilər bir ağzıgöyçək, qəzetə o gün yazıb ki,
Qarabağ azarımızsa, Bakı da bazarımızdır.

Özü bir savadlı müəllim, neçə bisavaddan amma,
Süzülən əyin-başından, utanan nigarımızdır.

Quyunu qazan əmirxan, pulunu yığan amerkan,
Nə bilir o yazıq insan, qazılan məzarımızdır.

Hər əlin həvası ilə, oxuyandan Alim olmaz,
O bizi "Səmayi-şəmsə" aparan qatarımızdır.

Nə ümidi hərbə bağla, nə ümidi sülhə bağla,
O Qarabağın açarı, Əli Zülfüqarımızdır.

Gedənə vida edəndə, gələnə salam de, Pünhan,
Gedən iztirabımızdır, bitən intizarımızdır.

Link to comment
Share on other sites

           *** Baba Pünhan ***

 

Yetmişəm vəslə, könül, hicranım otpuskadadır,
Özüm otpuskadayam, həm xanım otpuskadadır.

Dedi otpuska pulu qaldı ilin axırına,
Tək özüm yox, demə həm «şirvanım» otpuskadadır.

Yalvarıb ruzim üçün göylərə tutdum üzümü,
Susdu göylər də, yəqin Sübhanım otpuskadadır.

Fələyin doqquzu birdən-birə döndərdi üzün,
Sırıdı dərdi mənə, dərmanım otpuskadadır.

Uzun illər bu ürək sirrimi pünhan elədim,
İndi aşkar deyirəm, pünhanım otpuskadadır.

Gözləməzdim ki, inan düşmənimin eylədiyin,
Eləyər dost mənə, ta düşmanım otpuskadadır.

Pünhanam, həqq dilimdən süzülüb çıxdı canım,
Şükr ola, indi ömürlük canım otpuskadadır.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 months later...

Öz kitabxanamda yazılı olmadığından rəhmətlik dostum Baba Pünhanın 1993-cü ilin əvvəlində yazdığı bir bəhri-təvilini  yaddaşımda qaldığı kimi sizə təqdim edirəm

 

Düşmüşük dövrü-şərə, ahu-fəğan eyləyirik, fikri hər an eyləyirik, canə ziyan eyləyirik, dərdi bəyan eyləyirik  ki, bizə imdad edələr, yadə salıb yad edələr, ölkəni abad edələr, milləti azad edələr...

Sübhü tezdən durub ac qarına sallan o maşından, bu maşından, aman allah yıxılarsan, tut hələlbət qaqaşından, o başından, bu başından minir avtobusa millət, çəkir allah necə zillət, çatacaqmı sona axır bu məşəqqət ...

Rüşvət, qatı rüşvət bürüyüb aləmi, rüşvət, hanı mürvət, hanı qeyrət, bu qədər artmada qiymət... ac sifətlərdə bir hiddət, dözərək aclığa xilqət, ümid eylər ki gəlib yaxşı hökumət, yürüdür güclü siyasət, olacaq ət, olacaq qənd, olacaq min cürə nemət, çıxacaq ağ günə millət. Bu yalandır, hələliksə bazara getmək üçün, xeyli gərək iş yapasan, at çapasan, ət tapasan, tapsan əgər pul basasan ki, sənə bir yaxşı yerindən verələr...

Elə  ki, axşam olur, şülküt olub gəldin evə, ağzuva bir loxma basıb çök televizor qabağında, yenə də məclisi milli, biri fağır, biri dilli, biri yersiz, biri yerli, iki əlli tutaraq mikrofonu, İsa danışır Musaya verir, Musa danışır İsaya verir, uzun sözün qısaya verir, qısa özünü masaya verir, ara qarışır, məzhəb itir, yenə də əsl mətləb itir, vaxt qurtarır iş də bitir, həə... həm-həmədi, hüm-hümədi, kim-kimədi,  gecə də qara,  cücə də qara, biri çuvala, biri bazara , ölü bazara, diri bazara, ələ nə keçir, sürü bazara, özü İrana, əri bazara.

Qəndi alır, kəndi satır, kəndi alır, bəndi satır, alveri kənd-kənd eləyir, kəndləri bənd-bənd eləyir, qarət edir, ev dağıdır, pul qazanır, qan axıdır, harınlayır - Bakıya köçür, xımırlanır  xımır-xımır, çumur-çumur boz qurd cumur...

Gələcəkmi elə bir şəxs ki, öz yurdunu abad eləsin, mafiyadan milləti azad eləsin, dəhrdə bir ad eləsin ki, keçər aylar, kecər illər, və gələr yer üzünə tazə nəsillər, bizik onlar - elə yad, özgə deyillər, hələ bir gör nə deyirlər gələcəkdən bizə onlar: “Sizə rəhmət ki, qurubsuz belə dövlət, elə dövlət ki olub dünyada bir sahibi qüdrət, belə dövlət  olur hər dövlətə  ibrət, dəyişib cümlə bu millət, hamıda milli qürur var, hamıda namusu qeyrət. Sizə rəhmət, yenə rəhmət , yenə rəhmət...”

Baba Pünhan

  • Upvote 3
Link to comment
Share on other sites

  • 1 month later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Like
      • 45 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Facepalm
      • 38 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Haha
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Facepalm
      • 11 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...