Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

90-Larda Uşaq Olmaq

Гулливер

Recommended Posts

Həm Azərbaycan, həm də dünyanın qloballaşma dövründə, ya da keçid dövründə uşaq olmaqdır.

90-larda uşaq olmaq savaşanda qışqıraraq “iaaaaa van daaaaaaaaam” deyib yumruq vurmaqdır, internetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının nə olduğunu bilməkdir, məhəllə davalarının nə olduğunu bilməkdir, “pokemon” kartlarını yığıb oyun oynamaqdır.

Hər axşam “11 tuş oynamaqdır”, Britney Spears heyranı olmaqdır, məhlələr arası davalara getməkdir, səndə olmadığı üçün qonşu uşağının velosipedinə ağlaya-ağlaya baxmaqdır, “Yeşilçam” izləməkdir, qonaq gedəndə qonaq ailənin uşağının “Tetrisi” ya da “Sega”sı ilə bir az daha çox oynamaq üçün evə gec getmək istəməkdir, son olaraq 90-larda uşaq olmaq “PES 99-da” Braziliyanı götürüb üç pasla qol vurmaqdır.

— Müharibə görməkdir, top tüfəng səsinə diksinməkdir, gecələr ailəlikcə evin pəncərə olmayan küncündə yer açıb yatmaqdır. 90-larda uşaq olmaq ananın əlindən tutub zirzəmiyə qaçmaqdır. Zirzəmilərdə ağlayan xalaları eşitməmək üçün anaya qısılıb yatmağa çalışdığın gecələrdir.

Balaca uşaq qədər ata üçün darıxmaq, böyük adam qədər nigaran qalmaqdır. İşlənmiş boş patronların oyuncaq olmasıdır. Pəncərədən baxanda tank görməkdir. 90-larda uşaq olmaq çadırda yaşamaqdır. “Yox” sözünün mənasını bilməkdir. İtirməyin əslində nə olduğunu anlamaqdır. Əslində 90-larda uşaq olmalı olanların olmayan uşaqlığıdı 90-lar.

— Uşaqlığını uşaq kimi yaşayan son nəsil olmaqdır, küçədə böyüməkdir, “starikə” gedib çörək almaq üçün əl-ələ tutmaqdır, dəftərin qırağını qırmızı qələm xətkeşlə xətləməkdir, əlin tabaşir qoxmasıdır.

1387814976_0c61dd.jpg

Məhəllədə futbol oynayarkən yıxılıb dizləri qan olan, amma oynamağa davam edən, səhər tezdən isti çörək almaq üçün, 2 məhəllə aşağıya göndərilən, telefonun, internetin nə olduğunu bilməyən, qıza sevgisini onun partasının üstünə yazmaqla bildirən, bol-bol TRT-1 izləyən uşaqdır.

— Qarışqaya işgəncə edib oynayan nəsildən uşaq olmaqdır. İndiki uşaqların qarışqa ilə işi yoxdur.

— Kirayəyə kaset götürməkdir. Radiodan kasetə mahnı yazmaqdır. Axşamın olmasını “Spokoyniy nochi malishi” ilə hesablamaqdır. “Salka” oynamaq üçün evə yığışmamaqdı.
— “Ruhsar” serialına baxmaqdır. Rus dilində AZTV-də “Qvadalupe” serialını izləməkdir. Yeni ildə AzTV-də mahnılara qulaq asıb, gülməli səhnələri gözləməkdir.

— Uşaqlığı Facebookda yox, “gizlənqaç”, “11 tuş”, “yeddişüşə”, “parol-parol”, “rezinka” oynamaqla keçirməkdi. “Məhlə-məhlə” futbolda məhəllə uşaqlarının adını plakata yazıb qışqırmaqdır. Bir futbolçu seçib bütün oyunlarda onun adı ilə çağırılmaqdır. Xatirə dəftərlərinin modda olduğu ən pik nöqtədir. Atanın çəkdiyi “Astra”nın iyin hələ də xatırlamaqdır. Uzun, plastmas qabı olan, rəngli, 250 manatlıq soklarla, 250 manatlıq dondurmayla böyümək, 1 “şirvanla” bir ay kef etməkdi. “Pokemon”lar yığmaq, “Sega” oynamaq, “Tetris”i ən gözəl hədiyyə kimi qəbul etməkdir. “Kukruz”dan çıxan üzüyü xoşun gələn qıza hədiyyə verməkdir.

1387815021_5a37ca.jpg

Özündən böyük qardaş və ya qohumlarının paltarları ilə böyüməyə məcbur olan bədbəxt nəsil.

— «Love is» saqqızları ilə böyümək, «polboks» saç stilinin suyunu çıxarmaqdır.

Link to comment
Share on other sites

90- ci ildə təbii ki yox idim , amma uşaqliğimin  yay ərəfəsi kənddə kəsəkdə keçib , o qədər dəcəl uşaq idim kənddəki çaydan , qonşularin bağindaki ağaclardan əl çəkmirdim , elə yaxşi dostlarim var idiki. ((  10 - 15 nəfər yiğişib keçirdik bağlara oğurluğa , qoz , findiq , zoğal oğurluğuna.Qoz ağacinda isə hərəmizin bir budaği var idi , hərə öz budağinda öz adini yazardi , indi öz adimi oxumaq üçün o ağaclara çixmaq istəyərdim amma aşağidan yuxariya baxanda gözüm alacalanir , başim firlanir . daha əvvəlki kimi o ağaclara çixa bilmərəm.unsure.png

  • Upvote 1
Link to comment
Share on other sites

20 il əvvəl desək daha düz olar..Çörək növbələri hələ də yadımdan çıxmır..

Xeyr, mən özüm qəsdən 10 il yazdım. Çünki hələ də "10 il əvvəl" deyəndə mənim ağlıma 90-lar gəlir, amma halbuki bu, 2000-lərin əvvəlinə təsadüf edir smile.png

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

Beli men mehz 90 -larda uşaq olmuşam.Biz internet,telefon nedi bilmirdik.Bütün günü evimizin önünde refiqelerimizle ferqli oyunlar oynayan,heyete " Maroooojni" deye qışqıran biri girdikde hemen eve qaçaraq pul isteyen,her gün bir neçe defe yıxılan buna baxmayaraq eve gedmeyen,susadığımızda eve deyil 1-ci mertebe yaxın olduğundan qapını döyüb qonşudan su isteyen,paylaşmağı bilen xoşbext uşaqlar olmuşuq.

Daha çox şeyler yazmaq olar..Darıxdım o illerçün.:(

Link to comment
Share on other sites

90- ci ildə təbii ki yox idim , amma uşaqliğimin  yay ərəfəsi kənddə kəsəkdə keçib , o qədər dəcəl uşaq idim kənddəki çaydan , qonşularin bağindaki ağaclardan əl çəkmirdim , elə yaxşi dostlarim var idiki. ((  10 - 15 nəfər yiğişib keçirdik bağlara oğurluğa , qoz , findiq , zoğal oğurluğuna.Qoz ağacinda isə hərəmizin bir budaği var idi , hərə öz budağinda öz adini yazardi , indi öz adimi oxumaq üçün o ağaclara çixmaq istəyərdim amma aşağidan yuxariya baxanda gözüm alacalanir , başim firlanir . daha əvvəlki kimi o ağaclara çixa bilmərəm.unsure.png

Mən də uşaqlıq illərimdə hər yay ya İsmayıllıya ya da Qubaya gedərdim..ismayıllıda Lahıc kəndində çox olurduq..Əmimgilin bağında alma ağaclarında, tut ağacında qaçdı tutdu oynayardıq..Bir birimizə yaşıl almalardan atardıq..eeh..getdi uşaqlıq..istəmirəm düşünüm ki artıq böyümüşəm..çünki bunu dərindən anlasam gərək hönkür--hönkür ağlayam..

Link to comment
Share on other sites

O illərdə ümumiyyətlə ilin necə başlayıb necə bitdiyini insan hiss edirdi. Hiss edirdin ki, hə mən 1 ildə yaşadım. Hardasa 2000-ci ildən sonra vaxt uçur, sözün əsl mənasında ((( illər necə gəlib keçir bilmirsən.

Link to comment
Share on other sites

1993-cü il, noyabrın 7-si saat 07.10 mən məktəbli formamı əyri-üyrü geyinib anamı gözləyirdim ki mənə isti çörək gətirsin. O məktəbli formasını geyinmək mənə necə çətin idi. Ağ bantlarım, portfelim, botiklərim, dama-dama paltom... Birdə böyük ağ bir qutum var idi, içi dolu Minti  saqqızının  şəkilləri..

Edited by Bilqo
Link to comment
Share on other sites

O illərdə ümumiyyətlə ilin necə başlayıb necə bitdiyini insan hiss edirdi. Hiss edirdin ki, hə mən 1 ildə yaşadım. Hardasa 2000-ci ildən sonra vaxt uçur, sözün əsl mənasında ((( illər necə gəlib keçir bilmirsən.

Pəri xanım insan uşaq olanda tez böyümək istəyir deyə illərini sayır..Ancaq böyüyəndən sonra müxtəlif problemlər filan artıq insana imkan vermir ki özüvə də vaxt sərf edəsən..həyat sizin dediyiniz kimi axar su kimi axıb gedir..

Məktəbli olanda ən yadımda qalan tezliklə böyüyüb 8-ci sinifə getmək istəyim idi..Bilmirəm niyə imenni 8-ci sinifi artıq özümə böyük bilirdim..

Məktəb illərim mənim bir başqa aləm idi..

Link to comment
Share on other sites

Movzunu oxudum, butun heyatim gozumun onune geldi. Lap kovreltdiniz meni. Bizim ushaqliq problemli 90lara tesaduf edib. Cox agir gunler idi, amma agir oldugu qeder de maraqli ve menali. Semimi, duzgun, vicdanli insanlar o qeder cox idi ki, insan hemin anlari hetta boyuk problemleriyle birge olsa bele geri qaytarmaq isteyir.

Link to comment
Share on other sites

Eh 90-lar, 90-lar. Novruz bayramına qeder başqa mehlelerden taxta oğurlamaq, mehle mehleye futbol oynamaq, futbola gelmediklerinde bütün mehleyle porajeniya qışqırmaq, qızlarla qızıl qapı, benövşe oynamaq, evden gizlin innab bağlarına innab yığmağa getmek, denize gizlince getmek, turbalardan samuray qılıncı düzeltmek, kustar üsulla tapanca düzeldim novruzda ateş açmaq ve bu kimi nostalji xatireler yadıma düşdü, heqiqeten de maraqlı günler idi.

Link to comment
Share on other sites

Eh menim 90 larim. Her oyunun oz vaxti var idi. Bir de gorurdun butun mehelle eyni oyunu oynayir, butun mehelle samakat duzeldib sururdu. Kazaki razboyniki, chijik, jarenniy kotlet, ne bilim daha hansi oyunlar...

Sent from my HTC Desire 600 dual sim using Disput.Az mobile app

Link to comment
Share on other sites

O xoşbəxt uşaqlardanam ki,uşaqlığımı doyunca yaşaya bilmişəm. Ağaca da çıxmışam,ağacda qərar tutmayıb, yıxılıb torpaqla qucaqlaşmışam da. "ZAMASKA" adlanan oyun üçün yeni qırlanmış binaların damına çıxıb,qır da qopartmışam,bundan ötrü qəşəng çırpılmışam da )) "samokat" da sürmüşəm,palçıqdan "tort da bişirmişəm",butulka qapaqlarını çırtma ilə asfaltda açılmış xüsusi oyuğa da atmışam,ənzəli də oynamışam,futbolda qapıçı da olmuşam,hücumçu da )) oğurluğa da getmişəm,qonşu məhəllə ilə "məhəllə davasına" da ))) it qısqırdıb qaçmışam da,Novruzda papaq itirmişəm də, tonqaldan atlanmaq istəyəndə yanmışam da )) bu ları uzun yazmaqda məqsədim öz uşaqlığımın bəlkə də 10-20%-ni əhatə edən dövrünü təsvir etmək yox,dövrləri müqayisə etməkdir. İndi kim uşağını yarım tikili binalarda "evcik-evcik" oynamağa buraxar? Kim cemiyyete etibar edib qonşu məhəllənin tonqalına baxmaq üçün həyətdən uzaqlaşmağa icazə verər? Məktəbdən gələndə ağır çanta daşıyan yaşlılara kömək edərdik,evlərinə qədər daşıyardıq çantanı. İndi məgər hansısa uşaq gözü bağlı başqasının qapısına yaxınlaşarmı? İndiki uşaqların bədbəxtliyi internetə həvəs göstərməyinə bəraət verən və "əşşi,oturub da evdə" deyən valideynlərin düşüncəsindən başlayır. 90-cı illərdə xoşbəxt idim və çox təəssüflənirəm ki,ətrafımdakı uşaqların heç biri uşaqlıq nədir,əslində bilmir.

Link to comment
Share on other sites

Burda yazılanları oxuyuram mənə elə gəlir ki, sanki burdakı userlerlə bir məhəllədə böyümüşəm..Hə xatirə, hər uşaqlıq dəcəlliyi o qədər oxşardır ki..

Novruz bayramında qonşu bağlardan taxta oğurlamaq, salka oynamaq, samokat düzəltmək, yeddi şüşə, ortada qaldı, məhlə-məhləyə dava..Bizim məhlə ən lotu məhlə idi..Çünki avara, dalaşqan uşaqlarımız çox idi..Kimin hünəri çatardı futbolda bizə bir kəlmə əks gedəydi..Vəssəlam o adamın qanı getdi..

Məhəlləmizdə xüsusi samokat düzəldən uşaqlar var idi..Taleh və Elxan super duzəldirdilər..Ordan burdan köhnə podşibnik, taxta tapıb samokat düzəldirdik..Növbə ilə bir birimizi kömək edib sürürdük..Ayaqüstü samokatlar da sonradan dəb oldu..Artıq özüm də düzəldə bilirdim..

Sonra məktəbimizin divarlarından kiçik kafellər qoparıb yerdə oyuq açıb onun içinə çırtma ilə vururduq..Bir də görürdün bir qırğın düşdü ki.Kİmsə düz vurmadın ay elə vurdun ay belə vurdun deyə cığallıq edirdi.Hamısı gözümün önündədir..Ruslar da çox idi məhləmizdə..Slavik, Kolya, Petya, Alyoşa,Roma..Bizimilə oynamağa risk etmirdilər..Çünki çox vaxt cığallıq edib, oyunun məcrasını istədiyimiz kimi dəyişirdik..Eehh...o qədər danışılası əhvalatlar var ki..

Edited by Гулливер
Link to comment
Share on other sites

O xoşbəxt uşaqlardanam ki,uşaqlığımı doyunca yaşaya bilmişəm. Ağaca da çıxmışam,ağacda qərar tutmayıb, yıxılıb torpaqla qucaqlaşmışam da. "ZAMASKA" adlanan oyun üçün yeni qırlanmış binaların damına çıxıb,qır da qopartmışam,bundan ötrü qəşəng çırpılmışam da )) "samokat" da sürmüşəm,palçıqdan "tort da bişirmişəm",butulka qapaqlarını çırtma ilə asfaltda açılmış xüsusi oyuğa da atmışam,ənzəli də oynamışam,futbolda qapıçı da olmuşam,hücumçu da )) oğurluğa da getmişəm,qonşu məhəllə ilə "məhəllə davasına" da ))) it qısqırdıb qaçmışam da,Novruzda papaq itirmişəm də, tonqaldan atlanmaq istəyəndə yanmışam da )) bu ları uzun yazmaqda məqsədim öz uşaqlığımın bəlkə də 10-20%-ni əhatə edən dövrünü təsvir etmək yox,dövrləri müqayisə etməkdir. İndi kim uşağını yarım tikili binalarda "evcik-evcik" oynamağa buraxar? Kim cemiyyete etibar edib qonşu məhəllənin tonqalına baxmaq üçün həyətdən uzaqlaşmağa icazə verər? Məktəbdən gələndə ağır çanta daşıyan yaşlılara kömək edərdik,evlərinə qədər daşıyardıq çantanı. İndi məgər hansısa uşaq gözü bağlı başqasının qapısına yaxınlaşarmı? İndiki uşaqların bədbəxtliyi internetə həvəs göstərməyinə bəraət verən və "əşşi,oturub da evdə" deyən valideynlərin düşüncəsindən başlayır. 90-cı illərdə xoşbəxt idim və çox təəssüflənirəm ki,ətrafımdakı uşaqların heç biri uşaqlıq nədir,əslində bilmir.

Haqlisan Dark , əsasən də ətrafımda tez-tez eşitdiyim bir deyim " İndiki uşaqlar nə qədər hörmətsiz ! " .. Hamısı deyil təbii ki , amma indiki uşaqların ayrı dünyaları var. uşaqlar artıq öz otaqlarında və həmişə tək .. Yemək yeyərkən öz otağında tək başına ...Həyatları otaqlarında keçir.Demək olar ki internet , telefon davamli olaraq əllərinin altinda. Amma bizim balacaliğimizda bunlar var idimi.? Bu saydiqlarimin hamisinin əksi idi , amma nə xoşbəxt hiss edərdik özümüzü , kollektivdə , çoxlu dostlar . məhlə uşaqlari , hərdən bir - birimizlə də dalaşardiq , amma kimsə , heç bir valideyn müdaxilə etməzdi , özümüz də barişardiq..)) 

Onu deyim ki mən də köhnə nəsildən qalma deyiləm , amma " indiki " dediyimiz uşaqlar bizə nisbətən daha tez böyüyür , ola bilsin biz gec böyümüşük bilməm..

Link to comment
Share on other sites

O zamanlar mehle oğlanları futbolda güclü idiler bütün mehelleleri düele çağırırdılar,biz de qızlar qıraqdan durub böyük zövq ve heyecanla öz uşaqlarımıza azarkeşlik edirdi,hetta valideynler de pencerelere çıxırdı baxmağa..)) O zaman biraz su problemi de olurdu heç vaxt erinmeden vedreleri götürüb gerekirdise qonşu mehleye su dalıyca gedirdik..Atamla bazara her zaman men gederdim,atam da her zaman bazarda mene deyirdi ki"Hansı meyveden isteyirsen götür ye" Men de atama teeccüble baxırdım,deyirdi qorxma men burdayam istediyivi ele ))) Valşdeynimize ve ya her hansı bir böyüyümüze cavab qaytarmaq ağlımızdan bele keçmezdi,amma indi neler görürem..(

Qonaq gelerken evimize bütün uşaqlar yoxa çıxardıq ortalıqda dolaşmazdıq,masa arxasına da keçmezdik.Qonaq gederken utandığımızdan heçne istemezdik.İndi uşaqlar özlerini apara bilmir masa arxasında.Hele meni o vaxtın deceli sayardı anam,indi deyirem bax gör neveler neler edir..Başını yellemekle şikayetini bildirir )))

Link to comment
Share on other sites

Son yazılan postlara uyğun men de deyim..O vaxtlar biz ictimai marşrutlarda gedib gələrkən, istər metro istər avtobus istərsə də elektricka olsun, atamiz anamiz hemise bize deyerdiler ozunden boyuk gordun tez qalx ayağa, ona görə heç cox vaxt oturmazdıq avtobuslarda..Elektrickalari severdik..Yer bol olardi ))

İndi analar 5-6-7 ci sinif uşaqlarını belə yanlarında otuzdururlar..Uşaqlar da boyudukce bunun ele bele de olmasini duşunürlər və böyük yaşda olanda da yenə durub yer vermək istəmirlər..

Arada metroya düşdüyüm olur..Baxıram şikəstlər, yaşlılar və əli uşaqlılar üçün şəkli vurulmuş oturacaqlarda cavan, sapsağlam qızlar və oghlanlar oturur..Bir defe axir ki sual verecem, ay qardaş şikəstsən, əliuşaqlısan ya qocasan?Dur ayağa yaşlılar otursun da ))

Link to comment
Share on other sites

O zamanlar mehle oğlanları futbolda güclü idiler bütün mehelleleri düele çağırırdılar,biz de qızlar qıraqdan durub böyük zövq ve heyecanla öz uşaqlarımıza azarkeşlik edirdi,hetta valideynler de pencerelere çıxırdı baxmağa..)) O zaman biraz su problemi de olurdu heç vaxt erinmeden vedreleri götürüb gerekirdise qonşu mehleye su dalıyca gedirdik..Atamla bazara her zaman men gederdim,atam da her zaman bazarda mene deyirdi ki"Hansı meyveden isteyirsen götür ye" Men de atama teeccüble baxırdım,deyirdi qorxma men burdayam istediyivi ele ))) Valşdeynimize ve ya her hansı bir böyüyümüze cavab qaytarmaq ağlımızdan bele keçmezdi,amma indi neler görürem..(

Qonaq gelerken evimize bütün uşaqlar yoxa çıxardıq ortalıqda dolaşmazdıq,masa arxasına da keçmezdik.Qonaq gederken utandığımızdan heçne istemezdik.İndi uşaqlar özlerini apara bilmir masa arxasında.Hele meni o vaxtın deceli sayardı anam,indi deyirem bax gör neveler neler edir..Başını yellemekle şikayetini bildirir )))

Bizim üçün ya ayrı otaqda, ya da yerdə süfrə açardılar )) uşaqlar birlikdə yemək yeyəcəyimizi eşidəndə sevindiyimidən uçurduq )) özümüzü böyük kimi hiss edirdik, guya masa arxasında gündəmi məşğul edən siyasi məsələlərin müzakirəsinə başlayacaqdıq ))

Link to comment
Share on other sites

Bizim üçün ya ayrı otaqda, ya da yerdə süfrə açardılar )) uşaqlar birlikdə yemək yeyəcəyimizi eşidəndə sevindiyimidən uçurduq )) özümüzü böyük kimi hiss edirdik, guya masa arxasında gündəmi məşğul edən siyasi məsələlərin müzakirəsinə başlayacaqdıq ))

Beli biz uşaqlar ayrı yeyerdik yemeyimizi,her zamanki kimi men bütün uşaqlara nezaret edirdim,biraz da sebrsiz ve esebi idim,qışqırırdım yazıq uşaqlara,ne pis qız olmuşam e )) Sen deme hamımız eyni uşaqlığı yaşamışıq ne gözel.:)

Link to comment
Share on other sites

90-ci illərlərə uşaqlimdan çox məktəb illərim təsadüf edir.Öz uşaqliğimdan nə yazim.Ailənin ən dəcəli idim.Heç vaxt qiz oyunlari və gəlinciklə oynamamişam.Səkkiz yaşim olanda üç günlük avçarka balasini götürüb,pensilin şüşəsi ilə bəsləyə-bəsləyə böyütdüm.Bir gözəl itim var idi .Quyruğu şəvə kimi.Bütün günü küçədə,məhəllədə itlə gəzirdim.Heç kim mənə yaxin dura bilmirdi.Kimsə üstümə qişqirsaydi belə itim Cek dişləri qicayib mirildanirdi.Qonşumuzda qatiq satan kişinin ati vardi.Ata evdə olan kimi,olurdu mənim))).Nəhayət at qocalib öldü.Atin yiyəsindən çox,mən yas saxlayib,ağlayib gəzdim.Sonra başimi başqa qonşumuzun qoca dayisinin uzunqulaqi ilə qatirdim.Bir müddət keçəndən sonra qoca dayida rəhmətə getdi.Və mən beləliklə minik heyvansiz qaldim.sad.png

Atama dənizə tilovla baliq tutmaqa gedirdik.Sahildə keçən günlərimiz çox gözəl idi.Somavar,qarpiz.Qonşular yiğilib xalçalari dənizdə yuyurdular.Bütün məhəllə arvadli -uşaqli dəniz qiraqinda olurdu.))Hami bir-birinə kömək edirdi. 7-c sinifdə atamin volqasi ilə qardaşim mənə maşin sürmək öyrədirdi.Saatlarla dəniz qiraqinda məşq etmişik.Nə qədər maşini torpağa  batirmişam.Qayiqla dənizə baliğa getməyimizin ayri ləzzəti vardi.Dənizin ortasinda.Sahil görsənmir.Atam komposla istiqaməti tapib,sahilə dönürdük.Tutduğumuz kütüm,marmayilari evə gətirirdik.İndi heç marmayida yoxdur(((İndi o yerlərə gedəndə öz dənizimizə,öz Xəzərimizə biz pul verib keçməliyik.Saat hesabi pul ödəməliyik.heç bəzən hasarlardan keçmək olmur.Kiminsə Villasidir.

Link to comment
Share on other sites

En cox yadimda qalan mektebde novruz senliyini qeyd edenden sonra eve gelerken hele de quagimdan getmeyen gulle sesleridi. Rovshen Cavadovla bagli hadiseleri nezerde tuturam, hemin gun novruz ehval ruhiyyesi hec yox idi, beynimde ermeni obrazi var idi, ele bilirdim ermenilerdi atan.

Link to comment
Share on other sites

İndiki uşaqlar bədbəxtdirlər, çox heyf. Çünki onlar bizim gördüyümüz uşaqlığı görməyiblər. Bizim vaxtımızda internet, nə bilim telefon, votsap, ayfon, notpad yox idi. Bütün günü küçələrdə sülənərdik. Evə ancaq yeməyə və yatmağa gələrdik. Futbol, gizlənpaç, yeddişüşə, kazaki, samokat və nələr, nələr.....

Bir dəfə samokatlarda qonkaya çıxdıq, bütün məhlə. Özü də ayaqüstü yox, oturacaqlı samokat. Onun da üstünə bir dizini qoyurdun, o biri ayaqla da itələyirdin. Ona görə də o biri ayaq daim arxanca quyruq kimi uzanırdı. Qonşu oğlan düşdü dalımca, birdən mənim pacevnikim tutuldu, sürətim düşdü, qonşu oğlanda saxlaya bilməyib çıxdı samokatla ayağımın üstünə və bəlkə bir 5-6 m sürüdü ayağımı asfaltda. İki yerdən ayağım əməlli başlı rəndələndi...))))) Şramlar hələ də durur.

Kimin yadındadı şarikatan tapançalar təzə çıxanda? Off....onlardan nə qədər bədənim ağrayıb, hamıda var idi və hamıda bir-birini vururdu.....şarikdə açıq yerdən tutdu yaman göynədirdi...))))

Biz də həmin gün ora getmişdik ki, novruz axşamına güllə zad yığaq partlatmağa, bir iki dumannı şaşki de tapıb getirmişdik. Amma onda bilmirdik ki, ora getmək çox təhlükəli imiş.
Link to comment
Share on other sites

İndiki uşaqlar bədbəxtdirlər, çox heyf. Çünki onlar bizim gördüyümüz uşaqlığı görməyiblər. Bizim vaxtımızda internet, nə bilim telefon, votsap, ayfon, notpad yox idi. Bütün günü küçələrdə sülənərdik. Evə ancaq yeməyə və yatmağa gələrdik. Futbol, gizlənpaç, yeddişüşə, kazaki, samokat və nələr, nələr.....

Bir dəfə samokatlarda qonkaya çıxdıq, bütün məhlə. Özü də ayaqüstü yox, oturacaqlı samokat. Onun da üstünə bir dizini qoyurdun, o biri ayaqla da itələyirdin. Ona görə də o biri ayaq daim arxanca quyruq kimi uzanırdı. Qonşu oğlan düşdü dalımca, birdən mənim pacevnikim tutuldu, sürətim düşdü, qonşu oğlanda saxlaya bilməyib çıxdı samokatla ayağımın üstünə və bəlkə bir 5-6 m sürüdü ayağımı asfaltda. İki yerdən ayağım əməlli başlı rəndələndi...))))) Şramlar hələ də durur.

Kimin yadındadı şarikatan tapançalar təzə çıxanda? Off....onlardan nə qədər bədənim ağrayıb, hamıda var idi və hamıda bir-birini vururdu.....şarikdə açıq yerdən tutdu yaman göynədirdi...))))

Biz də oynayardıq şarik atan tapançalar ilə, məktəbdə sinif sinifə qarşı, bədəndə balaca yumru izlər qalırdı, şariklərdən. Birdə görürdün ki, məktəb direktoru və müavini sinifə girirdi şmona, bütün "silah-sursatımızı" konfiksovat edib gedirdilər. Ona görə həmişə balaca ölçülü alırdım tapançaları ki, onları palto və kurtkanın qollarında gizlətmək daha rahat olurdu )))

Yox, day o qədər qələt eləməmişik, məktəbə aparmamışıq. Məktəbdəki silahımız başqa idi, görüm kimin yadına düşəcək, deməli ruçkanı hər iki tərəfdən qırırdıq, olurdu trubka, sonra kağızdan bir parça qoparıb çeyniyirdik və o trubka ilə vuruduq kiməsə. Yada sala bildiz?

Yadimdadi, tesadufen bu gullelere tush gelmishem, hedefi duzgun secmeyen atici terefinden, cox iyrenmishdim, kagiz yash idi boynuma deymishdi

Link to comment
Share on other sites

Yadimdadi, tesadufen bu gullelere tush gelmishem, hedefi duzgun secmeyen atici terefinden, cox iyrenmishdim, kagiz yash idi boynuma deymishdi

))))))))) Təsadüfən 170 saylı məktəbdə oxumamısız? Yoxsa bu başqa yerlərdə də modda idi? Sizin boynunuzdan dəyib iyrənmisiz, bəs üzünə dəyənlər nə etsin?

Link to comment
Share on other sites

Yox, day o qədər qələt eləməmişik, məktəbə aparmamışıq. Məktəbdəki silahımız başqa idi, görüm kimin yadına düşəcək, deməli ruçkanı hər iki tərəfdən qırırdıq, olurdu trubka, sonra kağızdan bir parça qoparıb çeyniyirdik və o trubka ilə vuruduq kiməsə. Yada sala bildiz?

Bizdə də var idi o silahdan, amma onu yaxın məsafəli döyüşlər üçün istifadə edirdik )) əsasən də partalar arası döyüşlərdə.
Link to comment
Share on other sites

Bizdə də var idi o silahdan, amma onu yaxın məsafəli döyüşlər üçün istifadə edirdik )) əsasən də partalar arası döyüşlərdə.

Həəə.....bax belə uşaqlar idik biz.....indi isə uşaqlar məktəbdə telefonda iqra oynamaqla qəhrəmanlıq edirlər.....yazıqlar.....

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
      • 4 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Like
      • 38 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
      • 8 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       
      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Haha
        • Like
      • 181 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Like
      • 62 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
      • 17 replies
    • ISOFORKLIFTREPAIR
      Ремонт вилочных электропогрузчиков включает в себя: 994706904766
      Выезд на место эксплуатации электропогрузчика для проведения технического обслуживания, диагностики неисправности, ремонта Диагностика и оценка целесообразности (рентабельности) проведения ремонта Подбор запасных частей необходимых для ремонта электропогрузчиков  Согласование стоимости и сроков проведение ремонта с заказчиком Непосредственно ремонт после утверждения стоимости и сроков ремонта Гарантия на выполненные работы 
      • 13 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...