Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qəzəllərin Tərcüməsi . Ərəb / Fars Tərkibli Sözlərinin Izahı .

Sunyata

Recommended Posts

Əhli Forum , aranızda filoloq  və ya qəzəllərdən yaxşı başı çıxan varsa gəlin  bu  mövzuda onların izahı ilə məşğul olaq.

Mənə çox maraqlı olduğundan , düşündüm ki, bəlkə qəzəl sevərlərimiz ərəb / fars tərkibli və arxaik  sözlərimizi  izah etməklə  bizə  həm gözəl qəzəl nümunələri . həm də onların müasir azərbaycan dilinə izahını  verərdilər. 

"...Ədəbiyyat ,İncəsənət"    alt bölməsində  qəzəllər yazan Nüsrət nikli userimiz var.  Ondan da xahiş edərdim imkanı olsa , yazdığı qəzəlləri "tərcümə"  etsə  çox minnətdar olardıq.  

Təklifim ağlabatan olsa və maraq doğursa , sonradan mövzunu   müvafiq alt bölməyə keçirərəm .

Link to comment
Share on other sites

Ümumiyyətlə , qəzəl barədə  , əruz vəzni  barədə  sadə dildə bir məlumat verən olsaydı  ,  nümunələr və  araşdırmalar  və s.  maraqlı olardı məncə  ...  Qəzəl   klassik Azərbaycan ədəbiyyatında mənə ən  maraqlı və ən gözəl  görünən bir sahədir  .  Uşaqlıqdaan qəzəlləri sevirəm . Tam başa düşməsəm də  )) 

Link to comment
Share on other sites

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza’ eyləyəlim, ol nə sənindir, nə mənim.

Daş dələr ahim oxu şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim.

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zə’fi-tənim.

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.

Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən,
Dəhənü qəddü rüxün qönçəvü sərvü səmənim.

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

Elə Füzulinin bu məşhur qəzəlindən başlayaq .  Kim bu qəzəli  tam izah edə bilər ? 

Link to comment
Share on other sites

Gözəl mövzudur.)

Hansisa qəzəli tərcümə etməkdənsə,kim hansi qəzəli və ya beyti tərcüməsini bilmək istəyir sual formasinda yazsin.Bilən insanlarda cavablandirsin.

Azda olsa ərəb -fars dilindən məlumatim var.Bacardiqim qədər sizə kömək olaram.Özümədə çox maraqlidir.)

Sunyata yeni mövzunuza uğurlar və can sağliği arzulayiram.)

Könül xanım , hiss etmişdim ki,  siz bu işdə kömək edə bilərsiniz ))  Çox sağ olun .

Ərəb-fars mənşəli sözlərin xüsusi lüğəti var, googleda axtarın

Sent from my GT-I9500 using Disput.Az mobile app

O lüğət məndə artıq çoxdandır ki var .  Amma , hər şeyə də vaxt tapmaq olmur )) Hərdən lazım olanda baxıram.  2 cildlidir , səhv etmirəmsə ...  

Amma , qəzəli tərcümə etmək -   yəni , hərfi tərcümə kimi yox , məna və məzmun tərcüməsi başqa şeydir ...

Link to comment
Share on other sites

Amma , qəzəli tərcümə etmək -   yəni , hərfi tərcümə kimi yox , məna və məzmun tərcüməsi başqa şeydir ...

Bir çox sözlərin bir neçə mənasi var.Bəzən şair bir sözün hərfi mənasini yox,məcazi mənasini nəzərdə tutur.Qəzəl janrinda arxaik sözlər,ərəb və fars mənşəli sözlər işləndiyindən onun dilini çətinləşdirir.Bu sözlərin tərcüməsini bilməyən insan qəzəli oxuduqda bir məna başa düşə bilmir.Yada başa düşmək çox çətin olur.Buna görə də qəzəl bir çox insanlara çətin şeir formasi kimi gəlir.

Link to comment
Share on other sites

Məktəbdən yadımdadır ki, əruz vəznində xüsusi qəlib formaları var , sözlər də bu qəliblərə uyğun formada seçilib yazılır. Hər qəlib bir bəhrə uyğun gəlir. Bu qəlibləri hazırlayan şəxs Xəlil ibn Əhməd olub. Başqa da bir şey yadımda deyil. Biraz bəhrlərin adını yadıma sala bilərəm, bəlkə :)

Link to comment
Share on other sites

Bir çox sözlərin bir neçə mənasi var.Bəzən şair bir sözün hərfi mənasini yox,məcazi mənasini nəzərdə tutur.Qəzəl janrinda arxaik sözlər,ərəb və fars mənşəli sözlər işləndiyindən onun dilini çətinləşdirir.Bu sözlərin tərcüməsini bilməyən insan qəzəli oxuduqda bir məna başa düşə bilmir.Yada başa düşmək çox çətin olur.Buna görə də qəzəl bir çox insanlara çətin şeir formasi kimi gəlir.

Məndə belə problem var  .  Təxmini  başa düşürəm .  100 % dəqiqlik yoxdur . Amma , nisbtən sadə qəzəllər də olur ki, onları tam başa düşürəm . İstənilən halda qəzəlin xüsusi  müsiqili tərzi  (  səhv etmirəmsə  əruz vəzni ) , ecazkarlığı insanın birbaşa ürəyinə yol tapır... Sanki , ağıldan yan keçib ürəyə daxil olur ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Tam yox, birinci misrani izah ede bilerem. Lap coxdan Hekim Qeni bu qezeli izah etmisdi, ondan yadimda qalib. Demeli, o vaxtlar serseri, deli adamlari sagaltmaq ucun onlarin bedenini qizmish demirle daglayib ustune duzlu suya batirilmish parca qoyarmishlar. Ele bilirdiler ki, bu insan yuxudadi, onu ayiltmaqcun bu usuldan istifade edirdiler. Pənbeyi-al qirmizi rengdi, daği- daglanmish deridi, cünun-parcadi, yani daglanmish yaradan qan axan bedeni parca ile sariyiblar. Diri olduqca paltarim budu, olsem de kefenim budu.

Fikus ,  təşəkkür edirəm !   Mən də inetdə  Sədaqət Əhmədova  "Pənbeyi dağl cünun içrə nihandır bədənim..."  adlı bir məqalə tapdım . Onun interpretasiyasında bu qəzəlin izahına baxaq .

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm kəfənim.

“Çıldağ” bizə tanış anlayışdır -- bədənin müəyyən həssas nöqtələrinə ucu közərən nazik çubuq, sıxılıb dolanmış parça, yaxud pambıqla dağ basırlar. Dövrümüzdə el arasında tətbiq olunan bu müalicə üsulundan xəstəxanaların, peşəkar həkimlərin olmadığı zamanlarda daha geniş şəkildə istifadə olunmuşdur. Bu üsul yüngül formalı ruhi xəstələrə də tətbiq edilirdi. Amma... Eşq dəlisi başqa dəlilərə bənzəməz! Dağı qəlbinin içində olan xəstə çöldən basılan dağla sağalarmı? Yazıq türkəçarəçi hardan bilsin? Xəstənin sağalmadığını görüb pambıqla dönə-dönə dağ basırmış, dağ yerləri yaraya çevrilirmiş, onun da üstünə pambıq qoyurmuş. Beləcə, “xəstə”nin bədəni pambıqla örtülürmüş... Müalicə faydasız olsa da, xəstə öz halından məmnun görünür.

Yəni: Eşq xəstəsi ölənə qədər eşqindən dönən deyil.

***

Canı canan diləmiş, verməmək olmaz, ey dil,

Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Sevən insanın canı sevdiyinə aiddir, əmanət sahibi öz əmanətini istəyirsə, mübahisə etmək olarmı?

Yəni: Sevən kəsin ağlı da, ürəyi də sevdiyində olar.

***

Daş dələr ahım oxu şəhdi-ləbin şövqündən,

Nola zənbur evinə bənzəsə beytül-həzənim.

Arı neştəri ilə öz evini -- şan hörür, sonra yuvasından uçub gülə qonur, həmin neştərlə güldən şirə çəkib geri qayıdır və evinin oyuqlarını, yəni şanı şirə ilə doldurur. Aşiqin ah oxunun qəm evinin daş divarlarında açdığı oyuqlar bu evi də arı şanına bənzədir, amma ah oxu daşı dələcək qədər güclü olsa da, evin oyuqlarını bal ilə doldurmaqda acizdir.

Yəni: Hər aşiq çəkdiyi əzabların müqabilində mükafatlanacağına ümid bəsləyir.

***

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,

Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Dəlilik zəncirinin halqası (dairəsi) eşq xəstəsi üçün dövlət sərhədidir, vətəni tərk edib qürbətə getmək xəstəyə xeyir gətirməz.

Yəni: Aşiqə eşqin əsiri olmaq xoşdur.

***

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,

Bir hübabam ki, havadan doludur pirəhənim.

Canını eşq yolunda fəda etdiyindən, aşiqin köynəyi də su üzərindəki qabarcıqlar kimi hava ilə dolu (yəni boş) və yüngüldür. Göz yaşlarının güclü seli aşiqin içində bədən olmayan köynəyini su qabarcığı kimi qoynuna alıb aparır.

Yəni: Eşq avarasının günü göz yaşı içində əzab çəkməklə keçər.

***

Bülbüli-qəmzədəyəm, bağü baharım sənsən,

Dəhanü qəddü rüxün qönçəvü sərvü səmənim.

Dərdə düşmüş bülbülün dərmanı nə ola bilər -- bahar bağçası, gül qönçəsi, uca sərv ağacı, ətirli yasəmən çiçəyi...Dərdli bülbülə bənzəyən aşiqin arzuları da bülbülün arzularına bənzəyir: yarın qönçə ağzı, sərv qəddi, gül üzü...

Yəni: Aşiqin arzusu yarın vüsalıdır.

***

Edəməm tərk, Füzuli, səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.

4 sayı bitkinlik, bütövlənmək, tamamlanmaq fikrini ifadə edir: 4 həftə -- ay, 4 fəsil -- il (zaman tamlığı); 4 divar -- ev, 4 cəhət -- dünya (məkan tamlığı) və s. Bəzi fəlsəfi təlimlərdə ( məs. hürufilikdə) yaradılışı ifadə edən dörd ünsür (su, hava, od, torpaq) anlayışında da birləşib tamı yaratmaq fikri gizlənir. Bu beyti, yaradandan qopan zərrənin (insanın) yaradana bağlılığı və ona qovuşmaq istəyi kimi qəbul edərək, qəzəli sufi fəlsəfəsinə aid etmək olardı. Lakin üç, beş və altıncı beytlərdə tərənnüm olunan hisslər o qədər bəşəri, insanaxasdır ki, onları irfani eşqə bağlamaq günah olardı... Son beytin -- məqtənin açarı birinci beytdə -- mətlədədir: ”Diri olduqca libasım budur, ölsəm kəfənim.”

Yəni: Geniş dünyada (məkan tamlığı) həqiqi aşiqin yeganə vətəni, əbədi olaraq (zaman tamlığı), sevdiyinin ayaq basdığı yerdir, onun kandarı, astanasıdır. Bu, qəti, son, tamamlanmış fikirdir -- müzakirə edilməz və üstündən söz söylənilməz.

Edited by Sunyata
Link to comment
Share on other sites

Hörmətli Sunyata,məni üzürlü sayın.Bu sahədə elə də məlumatlı deyiləm.Burada paylaşdığım şerlər isə mənim deyil. Fb-dən,Məzahir Haciyev ünvanlı profildəndir.

Problem deyil  ))  Buyurun  ,  Davam edin  , yaxşı seirlərdir.

Link to comment
Share on other sites

Nola zahid bilsə küfri-zülfün iman olduğun,

Şimdi görmüşlərmidir kafir müsəlman olduğun.

Mən əgər aşiq olub, din verməsəydim qarətə,

Kim bilirdi eşq mülkün kafiristan olduğun.

Qıl səvab, ey göz, töküb qan, vaqif et qafilləri,

Meyl edənlər eşqə bilsinlər cigər qan olduğun.

Daşə bənzər qanlı hər pərkalə kim, gözdən çıxar,

Ondan etdim fəhm, könlüm şəhri viran olduğun.

Və’deyi-vəslinə ol gündən ki, verdim könlümü,

Mən onun bilməzmidim axir pəşiman olduğun.

Eşqini asan görüb oldum əsiri tifl ikən,

Bilmədim gəldikcə bir aşubi-dövran olduğun.

Ey Füzuli, xublar vəslinə eylərsən həvəs,

Guiya, bilməzsən ol vəsl içrə hicran olduğun.

Həvəskarlar , buyurun "tərcümə"  və izah edin ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Sunyata, cox gozel movzudu, heyf, forumda bunlari izah ede bilenler yoxdu. Bilirsinizse, bildiklerinizi paylasin, bilmeyenler oyrensin, ici men qarisiq. Bir daha tesekkur

Fikus ,  problem ondadır ki , axı mən də ekspert deyiləm bu sahədə ))   Mənim tərcüməm /  izahım  dəqiq və  doğru  olmaya da bilər.  Ona görə təklif edirəm belə bir şey edək .  (mövzuya mənim də heyifimgəlir )) )  

Məsələn , mən ( hər birimiz )  bir qəzəl yerləşdirirk burada .  Elə həmin postda da , yaxud sonrakı postda bu qəzəldə olan ərəb / fars tərkibli sözlərin tərcüməsini  ( hərfi )  veririk . Sonra da təklif edirik userlər bu qəzəli və tərcümə olunmuş sözləri oxuyub qəzəlin öz başa düşdükləri formada izahını versinlər   Bu həm faydalı olar bizə , həm də bir növ oyun effekti  verməklə  marağı artırar )) 

Çalışıb  , yuxarıdakı qəzəldəki olan sözlərin tərcüməsini yazacağam .  Sizlər də qəzəli  izah edin )) Başa düşdüyünüz kimi .

Men razi
Link to comment
Share on other sites

Qəzəli yenidən yazdım , sözlərin tərcüməsi ilə birlikdə , buyurun  izah edin .  Görək kimin tərcüməsi daha maraqlı olar ))

Nola zahid bilsə küfri-zülfün iman olduğun,

Şimdi görmüşlərmidir kafir müsəlman olduğun.

zahid : [ər.] Dünyanın zövq və nemətlərindənəl çəkib vaxtını ibadətlə keçirən dindar adam

zülf : [fars.] Saç (xüsusilə üzün iki tərəfində sallanan tellər).

Mən əgər aşiq olub, din verməsəydim qarətə,

Kim bilirdi eşq mülkün kafiristan olduğun.

mülk : [ər.] Birinə məxsus torpaq sahəsi, malikanə, nəql olunmaz, daşınmazəmlak , Ölkə, məmləkət

Qıl səvab, ey göz, töküb qan, vaqif et qafilləri,

Meyl edənlər eşqə bilsinlər cigər qan olduğun.

vaqif : [ər.] Bir işdə məlumatı, biliyi olan; xəbərdar, məlumatlı

qafil : [ər.]Nə edəcəyini və başına nə gələcəyini irəlicədən düşünməyib, işini boş tutan; qəflətdə olan; ehtiyatsız, diqqətsiz, xəbərsiz

Daşə bənzər qanlı hər pərkalə kim, gözdən çıxar,

Ondan etdim fəhm, könlüm şəhri viran olduğun.

pərkalə - ər. - Parça, hissə , yamaqlıq

fəhm : [ər.] Anlama, anlaq, dərrakə

Və’deyi-vəslinə ol gündən ki, verdim könlümü,

Mən onun bilməzmidim axir pəşiman olduğun.

vədə : [ər.] Bir iş üçün qabaqcadan təyin olunan vaxt, müddət

vəsl : [ər.] Sevgilisi ilə qovuşma; vüsal

Eşqini asan görüb oldum əsiri tifl ikən,

Bilmədim gəldikcə bir aşubi-dövran olduğun.

tifl - (ə) - uşaq , cocuq

aşub (fars) - qarışıqlıq , fitnə-fəsad

Ey Füzuli, xublar vəslinə eylərsən həvəs,

Guiya, bilməzsən ol vəsl içrə hicran olduğun

xublar (fars) -dilbərlər , gözəllər

Edited by Sunyata
Link to comment
Share on other sites

Beləliklə , dediyim kimi ekspert deyiləm . Tərcümə / izahı öz variantımı təqdim edirəm . Qəzəli sufi / irfan mənasında yox , eşq əsiri olan bir şairin çəkdiyi ruhi əziyyətindən şikayəti kimi anlamında izah edirəm . Bilicilərdən də korrektləşdirmə gözləyirəm ))

Zahid bilsəydi ki, saçın kafirliyi imandandır , indi kafirin müsəlman olmasını görərdikmi ?

Əgər dini buraxıb aşıq olmasydım , eşq aləminin kafirlər ölkəsi olduğunu bilməzdim.

Ey gözüm , səvab iş tut , qan ağla ki , xəbərsizlər də agah olsunlar - eşqə meyl edənlərin cigəri qanla doludur. Gözümdən çıxan hər damcı qanlı daş parçası olduğundan başa düşdüm ki, könlüm eşqdən viranə qalıb. O gün ki, könlümü sənin vüsalına qovuşmağa həsr etdim , məgər peşiman olacağımı bilməzdimmi ?

Hələ uşaq ikən eşqini asan bilib əsiri oldum , amma bunun qarmaqarışıqlıq , fitnə fəsad olacağını bilmirdim .

Füzuli , başqa dilbərlərə qovuşmağa meyl etdin , sanki hər bu vüsalın içində bir hicran olduğunu bilmirdin

...

Edited by Sunyata
Link to comment
Share on other sites

Belke cadradan, bas ortuyunden cixan saca ishare edir? Axi islamda qadinin saci gorunmemelidi.

Bəlkə də haqlısınız ...   Əgər bu variantı qəbul etsək , onda "zahid" də bir balaca mənasını dəyişir. Onda zahid daha ümumi olan mömin mənasını alır .  Zahidin bu cür tərcüməsi də var .

Link to comment
Share on other sites

Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,
Saldı aləm mülkünə şuru şəru qovğayi-eşq!

Çıxdı sirrim aləmə, əsrarımı faş eylədi,
Halıma həmdəm olandan dünhyaya sevdiyi-eşq.

Nitq imiş aləmdə mövcud, eşq imiş qaim məqam,
Bizə bildirdi əzəldən rəhbəri-mövlayi eşq.

Sən humayi-laməkansan, kəndözündən bixəbər,
Gəlmədin ta kim, görəsən mənzili-əlayi-eşq.

Çıx qəfəsdən, gəygil, ey bulbul,gülüstan seyrin et,
Bas qədəm meydani-eşqə görəsən məvayi eşq.

Eşq ilə hər dəm, Nəsimi, seyr edərsən Kuhi-qaf,
Sənsən ol ali məqamda şəhpəri-ənqayi-eşq.

İmadəddin Nəsimi

Link to comment
Share on other sites

  • 1 month later...

Əla mövzudur, mən birbaşa bu məsələləri araşdırıram. Özüm də ədəbiyyatçıyam. Ona görə suallara cavab verməyə hazıram. Təbii ki, sual verərkən təcrübəmi və yaşımı da nəzərə alın. Bildiklərimi məmnuniyyətlə sizlərlə paylaşaram.

Link to comment
Share on other sites

"saçın kafirliyini"  dəqiq başa düşmədim nədir ...  Çox təxmini  olaraq ...  Bilən varsa  "küfri zülf"  nədir başa salsınlar .

Saçın kafirliyi klassik ədəbiyyatda ən çox işlənən simvoldur. Təsəvvüf ədəbiyyatında saç bir neçə anlamı simvolizə edir: 1) vəhdətin qarşılığında kəsrəti (yəni çoxluğu), 2) işığın qarşılığında zülməti, 3) imanın qarşılığında küfrü.

İndi söhbət bu beytdən gedir:

Nola zahid bilsə küfri-zülfün iman olduğun,

Şimdi görmüşlərmidir kafir müsəlman olduğun.

Küfr sözünün hərfi tərcüməsi "örtən, bağlayan" deməkdir. İslam irfanında (yəni İslam ezoterikası) küfr və iman eynidir. Bunun izahı isə artıq tamam başqa və geniş bir mövzudur. Bu baxımdan "küfri-zülf" vəhdət işığı əslində küfr zülmətinin içindədir. "Zahid" sözü isə təsəvvüf ədəbiyyatında ortodoksal dindarlara aid olunur.

Beytin mənası belədir:

Dinin zahirini oxuyan, ömrü boyu ehkamlara yapışıb qalan bir şəxs küfr və imanın İlahi həqiqətdə bir olduğunu bilsəydi, yaxşı olardı? Amma heyif ki, bu mümkün deyil. Çünki müsəlman heç vaxt kafir ola bilməz. Bu isə bir aksiom kimi götürülür, bu misrada ikibaşlı söz deyilir. Birincisi, şair deyir ki, quru ehkamçılıq dinin həqiqətlərini üzə çıxarmağa imkan vermir. İkincisi aksiom kimi verərək bildirir ki, necə ki, müsəlman kafir ola bilməz, eləcə də zahid bu həqiqətləri heç vaxt dərk edə bilməz.

Link to comment
Share on other sites

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!

Elə Füzulinin bu məşhur qəzəlindən başlayaq .  Kim bu qəzəli  tam izah edə bilər ?

Fikus, həm sizin şərhinizdə, həm Sunayatanın verdiyi S. Əhmədovanın şərhində bəzi yarımçıq məqamlar var.

İndi bu iki şərhdən də bəzi məqamları təkrarlamaqla nisbətən ətraflı şərh yazmaq istəyirəm. Pənbe - pambıqdır. Keçmişdə pambığın içərisinə isti piy töküb ruhi xəstənin başına fırladardılar ki, sağalsın. Bir başqa üsul isə xəstənin üzərinə və ətrafına pambıq yığıb ona qəfil od vurmaq idi. Nihan - gizli deməkdir. Yəni mən həddən artıq dəliyəm ki, bədənim həmin dəlilik pambıqlarının içərisində itib-batıb. Bundan əlavə, başdan-ayağa damğalanmaq insanda fiziki zəifliyə gətirib çıxarır. Bu da təsəvvüf əhlinin cismən zəifliyinə işarə edir. Dəlilik isə iki mənadadır. Birincisi, İlahi, ülvi eşqin təsiri ilə dəli olmaqdır. İkinci məna odur ki, sufilər arasında məlamətilər deyilən bir cərəyan var idi. Onlar müəyyən hərəkətlərlə qəsdən insanlar arasında özlərini gözdən salır, bu yolla ictimai həyatdan uzaqlaşıb fərdi həyata başlayırdılar. Füzulinin özünü dəli adlandırmasının bir səbəbi də budur. Şair dedi ki, bədənim dəlilik pambığının içərisində itib-batıb. Bədəni örtən iki şey olur: sağ ikən paltar, öləndə isə kəfən. Şair deyir ki, mən o dərəcədə aşiqəm ki, mənim eşqim hətta öləndən sonra da vücudumdan ayrılmayacaq.

maraqlidi, tesekkurler

qezel tercumelerinden bashiniz cixdigi ucun, zehmet olmasa bu movzunu dirceldin, bildiyiniz mehsur qezellerin tercumelerini bolushun

Edited by fikus elastica
Link to comment
Share on other sites

maraqlidi, tesekkurler

qezel tercumelerinden bashiniz cixdigi ucun, zehmet olmasa bu movzunu dirceldin, bildiyiniz mehsur qezellerin tercumelerini bolushun

İmkan olduqca müəyyən məsələləri paylaşaram. Başqalarının sualları və təklifləri daha maraqlıdır. Çünki mənə maraqlı olan şey başqası üçün maraqsız ola bilər.

Link to comment
Share on other sites

İmkan olduqca müəyyən məsələləri paylaşaram. Başqalarının sualları və təklifləri daha maraqlıdır. Çünki mənə maraqlı olan şey başqası üçün maraqsız ola bilər.

HRTO , çox sağ olun !  Təşəkkür edirəm bütün şərhləriniz üçün !  Biz sizi göydə axtarırdıq  , yerdə əlimizə  düşdünüz ))   Buyurun həm özünüzü maraqlandıran qəzəllər ,  rübai , qəsidə  və s.  haqqında şərhlə yazın .  Biz də maariflənək.   Həm də  hərdən suallar da verərik ))     Özü də sizə  gizlicə xəbər verim ki, forumda  sufizmlə maraqlanan bir neçə nəfər var . Sizin təsəvvüf  və irfan mənasındakı şərhləriniz də çox maraqlı olar hamıya . 

Çox sevindim, bir neçə gün buralarda olmayacağam. Qayıdandan sonra fəaliyyətə başlayarıq.

Link to comment
Share on other sites

Könlümün şəhrini çün kim, eylədi yəğmayi-eşq,

Saldı aləm mülkünə şuru şəru qovğayi-eşq!

İmadəddin Nəsimi

Sunyatanın qoyduğu qəzəlin birinci beytinə nəzər salaq.

Könül şəhri - yəni könül şəhəri. Könül qəlb sözünün Azərbaycan dilində qarşılığıdır. Həmişə ədəbiyyatda "qəlb mülkü" ifadəsi işlənmişdir. İslam irfanına görə, insan qəlbi Allahın mülküdür. Hədislərdən birində deyilir ki, "Yer və Göy Məni özünə sığdıra bilmədi, amma bəndəmin qəlbi Məni özünə sığdırdı". İnsanın qəlbi Allahın təcəlligahıdır. Təcəlligah bir şeyin başqa bir şeydə əks olunmasıdır. Bu məsələ digər fəlsəfi sistemlərdəki hülul anlamına gəlməməlidir. "Hülul" sxolastikada bir şeyin başqa şeylə birləşməsi deməkdir. Bu da absolyut varlığın çərçivəyə salınmasıdır. Buna görə də İslam alimləri həmişə belə misallar çəkəndə ardınca oxucuları xəbərdar etmişlər ki, bunu bundan üstün nümunə tapa bilmədiyimizə görə misal kimi çəkirik. Yəni oxucu Allahın insan qəlbinə sığdığı fikrini oxuyub absolyut varlığın məhdud olması fikrinə gəlməsin.

İslam irfanına görə, bütün varlıqlar eşqdən yaranmışdır. Eşq özü isə mütləq (absolyut) gözəllikdən yaranmışdır. "Könlümün şəhrini eşq yağmaladı" o deməkdir ki, qəlb mülkümə bütünlüklə Allahın eşqi daxil oldu və qəlbimdə olan bütün şeyləri silib atdı. Çünki Quranda deyilir: "Haq gəldi, batil yox oldu". Haq və batil özü hər biri mütləq və nisbi olmaqla iki yerə bölünür. Bunu da başqa bir postda izah edərik.

Birinci misranın izahının davamı və ikinci misranın izahı növbəti postda.

Link to comment
Share on other sites

Şair deyir: "Elə ki, eşq könlümün şəhərini yağmaladı, yəni tutub talan etdi, bütün aləmlərə qovğa saldı, səs-küy, qarışıqlıq saldı". Bu fikir İslam fəlsəfəsində bütün aləmlərin insana görə yaradılması fikrindən qaynaqlanır. Şair öz adından danışmaqla əslində bütün insanlıqdan danışır. Bütün insanlıq dedikdə bütün bəşər nəzərdə tutulmur. Burada məqsəd insanlığın həqiqətidir. Həmin həqiqət irfanda Məhəmməd həqiqəti kimi ifadə olunur. İlk yaradılan varlıq Məhəmmədin həqiqəti olub. Həmin həqiqət yaranışın başlanğıcıdır, yəni bütün insanların ruhlarının cəmi və bütövüdür. Həmin bütövün içində özünü itirə bilməyən heç vaxt özünün kim olduğunu dərk edə bilməz. Çünki qətrənin fəlsəfəsi onun dəryanın bütövü içərisindəki anlamıdır. Qətrə dəryadan ayrı deyil. İnsan da özünü bütöv insanlıq həqiqətində tapmalıdır. Buna görə deyilir ki, "Özünü tanıyan Rəbbini tanıyar".

İndi Nəsiminin öz adından danışması əslində Məhəmməd həqiqətinin adından, yəni insanlığın həqiqəti adından danışması deməkdir. Deyir ki, "eşq mənim könlümü alan kimi", yəni mən yaranan kimi bütün aləmlərə qarışıqlıq düşdü. Həmin qarışıqlıq fəzadakı sükut içində qopan böyük partlayış nəzəriyyəsinin eynidir.

Mənə, yəni insan həqiqətinə bəslənən eşq bütün aləmlərin yaranmasına səbəb oldu. Hədisdə deyilir ki, "Sən olmasaydın, fələkləri yaratmazdım".

Bu qısa və konkret şərhdir. Bu şərhin özündə elə məsələlər var ki, açıqlamaya ehtiyac duyur. Forum əhlinin suallarını gözləyirəm.

Edited by HRTO

HRTO , geniş izahata və  tərcüməyə görə  çox təşəkkür !    

Tərcümə və izahdan başqa əlavələriniz  də çox maraq doğurur . Belə də davam etsəniz çox minnətdar olarıq .   

Çox maraqlıdır ki,  misraları dünyəvi  mənada da izah etmək olar.  Hər halda birinci  beyt barədə  bunu dəqiq demək mümkündür.  Sizin şərhlərinizdən  vəhədül  vücud  fəlsəfəsini  hiss etmək mümkündür . Başqa sözlə  panteizm ideyalarını .   

Suallar :  Yazdınız ki , insanlıq deyəndə bütün bəşər nəzərdə tutulmur . İlk varlıq  Məhəmmədin həqiqəti  nəzərdə tutulur . Burasını başa düşmədim.  Mümkündə izah edin .    

Digər tərəfdən də  Məhəmmədin həqiqəti həm də ruhların cəmidir.   Bütün ruhlarındırsa , onda deməli ,  bütün bəşəriyyəti  ehtiva etməlidir.  Yuxarıda isə yazdınız ki,  bütün bəşəri əhatə etmir.  

Bəlkə  Məhəmmədin həqiqəti  -  məsələn , Platonun insan ideyası kimidir .   Bəlkə Aristoteldəki  ümumi insan ruhudur ?   

"Özünü tanıyan Rəbbini tanıyar"  -  bu , bizim digər bölmədəki mübahisəmizin mənim xeyrimə həlli deyilmi ? ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Suallar :  Yazdınız ki , insanlıq deyəndə bütün bəşər nəzərdə tutulmur . İlk varlıq  Məhəmmədin həqiqəti  nəzərdə tutulur . Burasını başa düşmədim.  Mümkündə izah edin .    

Digər tərəfdən də  Məhəmmədin həqiqəti həm də ruhların cəmidir.   Bütün ruhlarındırsa , onda deməli ,  bütün bəşəriyyəti  ehtiva etməlidir.  Yuxarıda isə yazdınız ki,  bütün bəşəri əhatə etmir.  

Bəlkə  Məhəmmədin həqiqəti  -  məsələn , Platonun insan ideyası kimidir .   Bəlkə Aristoteldəki  ümumi insan ruhudur ?   

Bəşər ona görə dedim ki, burada sırf maddi şəkildə olan insan yox, insanlıq həqiqəti nəzərdə tutulur. Məhəmmədi həqiqəti deməklə İslamı önə çəkmək məqsədi güdülmür. İrfani bilgilərə görə Məhəmməd təkcə müsəlmanlara aid deyil, əksinə bütün insanlığa aiddir. Çox vaxt xristianlar elə başa düşürlər ki, müsəlmanlar Məhəmmədi İsadan üstün tutur. Quranda deyilir ki, "biz peyğəmbərlərin bəzilərini bəzilərindən üstün etdik". İnsan ağlı peyğəmbərlərin məqam söhbətini dərk etməyə qadir deyil. Nə isə çox uzatmayım.

Məhəmmədi həqiqəti dedikdə, sırf insan kimi dünyada yaşamış Məhəmmədin bədəni nəzərdə tutulumur. Çox doğru vurğuladız ki, bu həqiqət ümumi insan ruhudur. Adi bir şey deyək. Məsələn, insan maşın istehsal edərkən əvvəlcə onun ideal obrazını hazırlayır. həmin obraz əsasında maşın buraxır, istehsal zamanı əyri, brak və s. çıxa bilər. mükəmməl maşınlar da çıxır, amma hamısı birmənalı şəkildə nə vaxtsa xarab olmağa məhkumdur. İlkin ideal obraz isə maşını yaradan insanın zehnində daşlaşır və heç vaxt itmir. Deməli bütün maşınların istehsalına təkan verən həmin ideya olur.

Məhəmmədi həqiqəti ilkin ideyadır, o həqiqətin əsasında varlıqlar yaranmağa başlamışdır. Deməli daşlarda da, otlarda da, dənizlərdə də, göydə də, yerdə də olan həmin həqiqətdir. Həmin həqiqətin ən mükəmməl surəti insandır. Məhz buna görə Tanrı ən sonda insanı yaratmışdır. Bu, insan adlı varlığın digər varlıq mərtəbələri ilə müqayisəsi idi. İnsanlar çoxdur, deməli onların öz arasında da hansısa nümunə, etalon olmalıdır. Həmin etalon Məhəmməddir. Və Məhəmməd həmin ilkin ideyanın ən mükəmməl təzahürüdür. Buna görə də Məhəmməd son peyğəmbər oldu.

Ən mükəmməl olan şey nümayiş daim ən soa saxlanılır. Bu adi məsələdir. Məhz bu cəhətdən ən mükəmməl varlıq olaraq insan bütün varlıqlardan sonra yaradıldı. Və həmin cəhətə görə də Məhəmməd bütün peyğəmbərlərdən sonra göndərildi.

"Özünü tanıyan Rəbbini tanıyar"  -  bu , bizim digər bölmədəki mübahisəmizin mənim xeyrimə həlli deyilmi ? ))

Deyə bilərsiz, o mübahisə hansı temada idi? "Özünü tanıyan Rəbbini tanıyar" hədisinin şərhi və sübutu var. Amma konkret hansı mübahisənin həlli olduğunu başa düşmədim.

Link to comment
Share on other sites

Deyə bilərsiz, o mübahisə hansı temada idi? "Özünü tanıyan Rəbbini tanıyar" hədisinin şərhi və sübutu var. Amma konkret hansı mübahisənin həlli olduğunu başa düşmədim.

"Din, Fəlsəfə ..."   bölməsində  kiçik  söhbətimiz  olmuşdu.   Tanrını sonsuzluğundan  -    bütün mövcudiyyəti  özündə ehtiva etməsindən danışdıq -  siz ənənəvi islam baxış bucağından bununla razılaşmadınız )) 

Amma , yuxarıdakı postunuzda   ----

Həmin həqiqət yaranışın başlanğıcıdır, yəni bütün insanların ruhlarının cəmi və bütövüdür. Həmin bütövün içində özünü itirə bilməyən heç vaxt özünün kim olduğunu dərk edə bilməz. Çünki qətrənin fəlsəfəsi onun dəryanın bütövü içərisindəki anlamıdır. Qətrə dəryadan ayrı deyil. İnsan da özünü bütöv insanlıq həqiqətində tapmalıdır. Buna görə deyilir ki, "Özünü tanıyan Rəbbini tanıyar".

qətrə və dərya məsələsi elə  mən dediyimdir də ...  Hərçənd ki, siz bunu   İslam İrfanına əsaslanıb yazmışdınız.  Yəni , bir məlumat üçün də verdiyinizi düşünmək olardı .  Hər halda İrfan və ortodoksal   İslam arasında fərq var .  Ola bilər ki, sizin irfandan gətirdiyiniz məlumatı  sizin şəxsi fikriniz qəbul etmişəm .  

Qəzəlimizi  izah edin ,   hamı da faydalansın ))   Mövzunu  inkişaf etdirin ,  sizin şərhlər əsl ekspert şərhləridir və çox maraqlıdır.  Davam edin , plz ))

Link to comment
Share on other sites

"Din, Fəlsəfə ..."   bölməsində  kiçik  söhbətimiz  olmuşdu.   Tanrını sonsuzluğundan  -    bütün mövcudiyyəti  özündə ehtiva etməsindən danışdıq -  siz ənənəvi islam baxış bucağından bununla razılaşmadınız )) 

Amma , yuxarıdakı postunuzda   ----

Axtardım, tapdım. Siz yazmışdız ki,

Sitat: "Məsələn , bir tərəfdən sonsuz və  və hər yerdə mövcuddur.   Digər tərəfdən də   kainatı özündən kənarda yaradıb.  Bəs sonsuzluq nədir onda ?  Sonsuzluq  bütün mövcudiyyəti ehtiva etmək  mənasında istifadə oluna bilər.   Sonsuzluqdan kənarda heç nə yoxdur"

Mən də cavabında yazdım:

"Tanrı kainatı özündən kənarda yaratmayıb. Çünki kənar sözünü işlətsək onda Tanrını materiya kimi təsəvvür edirik. .......... Sizin dediyiniz sonsuzluq elə Tanrının özüdür. ...........".

Bu iki fikirdə ziddiyyət görmürəm. Yalnız Tanrının kainatı özündən kənarda yaratması fikri ilə razılaşmamışdım.

Hər halda İrfan və ortodoksal   İslam arasında fərq var .

Əslində həqiqi İslam irfanın dediyi İslamdır. Sadəcə ortodoksal din həmişə siyasət üçün lazım olur. Buna görə də həqiqi din ört-basdır edilir. Sonra da zaman keçdikcə irfan dindən kənar sistem kimi qələmə verilib küfr elan olunur. Bu proses bütün dinlərdə belə gedib. Hətta bu zəmanədə mənim ətrafımda olan dindarlar öz aralarında məni kafir elan ediblər və deyiblər ki, harda görsək, tutub döyəcəyik.nett.gif

Link to comment
Share on other sites

Çıxdı sirrim aləmə, əsrarımı faş eylədi,

Halıma həmdəm olandan dünyada sevdayi-eşq.

Qalmadı namusü namım eşq içində zərrəcə

Qoymuşam namusü namı, olmuşam şeydayi-eşq.

İmadəddin Nəsimi

Birinci beytin tərcüməsi budur ki, "Eşq sevdası dünyada halıma həmdəm olandan sirlərimi açdı hamıya bildirdi." İlahi eşqdə birinci şərt bu eşqin sirlərinin gizlədilməsidir. İrfanda "Allahın qeyrəti" ifadəsi var. Allahın qeyrəti odur ki, Allah öz sirrini açdığı şəxsin həmin siri başqalarına deməsini bəyənmir. Bu adi bir məsələdir və iki insan arasında da münasibət bu cür qurulur. "Sevda" sözünün tərcüməsi: 1) həvəs, arzu, istək, 2) alış-veriş. Ariflər daim eşqi Allahla bəndə arasında bir alış-veriş olaraq izah etmişlər. Belə ki, bəndə hər bir şeyindən keçir, ən sonda quru canı qalır. Onu da Canana (Allaha) verib əvəzində Cananın özünü əldə edir. Bu beytdə isə "sevda" sözü daha çox "həvəs, istək" mənasına uyğun gəlir. Nəsiminin dediyi "eşq həvəsinin insanın sirrini bütün dünyaya açması" fikri Füzulinin

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır,

Sorun kim, bu nə sevdadır, bu sevdadan usanmazmı?

beyti ilə üst-üstə düşür. Söhbət aşiqin dünyada rüsvay olmasından gedir. Həllac Mənsur deyir ki, Allah bir kəsə aşiq olduqda onu başqalarından uzaqlaşdırır. İnsanın kütlədən təcrid olunmasının müxtəlif yolları var. Ariflərin əksəriyyətinin təcrübəsindən görünür ki, onlar əsasən xalq içində gözdən düşməklə təcrid olunmuşlar.

Bir haşiyə çıxaq: bəzi insanlar var idi ki, onlar bunu əllərində bayraq edib özləri qəsdən özlərini xalq içində gözdən salırdılar ki, təcrid olub Allaha yaxınlaşsınlar. Onlara məlamətilər deyilirdi. Bu da ona bənzəyir ki, biri gedib atasının gözlərini çıxarır ki, ona da Koroğlu desinlər. smile.png

İkinci beytin tərcüməsi: "Eşqə daxil olandan ad-sanımı və namusumu itirdim. Beləliklə də eşq dəlisi oldum." Namus bizim başa düşdüyümüz mənada deyil təbii ki. İrfanda namus dünyəvi təəssübkeşliyi nəzərdə tutur. Aşiq qəlbini Allaha verdikdən sonra bütün dünyəvi bağlılıqlardan ən son damlasına qədər azad olmalıdır. Hətta İlahi eşqdə ailə təəssübkeşliyi də bəyənilmir. Amma bir şeyə diqqət etmək lazımdır ki, bu məqamda yenə şəriət ön plana çəkilir və deyilir ki, arvad və uşaqların haqqı kişinin boynundadır. Kişi onları da unutmamalı, ailəsinə laqeyd qalmamalıdır. Sadəcə ailə kişinin Allaha bağlılığında maneəyə çevrilməməlidir. Müsəlmanlar üçün nümunə ailə İmam Əlinin ailəsidir. Uzun bir əhvalat var, qısaca deyim: bir dəfə Peyğəmbər Əliyə deyir ki, Allahı sevirsən? Deyir: Bəli. Deyir: peyğəmbəri sevirsən? Deyir: Bəli. Deyir: arvadını sevirsən? Deyir: Bəli. Soruşur ki, bəs bu qədər sevgi qəlbinə necə sığışıb. Halbuki Allahı Əlidən çox sevən olmayıb.

Mahmud Şəbüstəri deyib ki:

Riya, şöhrət və namusdan kənar ol, 
Atıb sən xirqəni zünnarə yar ol. 
 
Odur ki, Nəsiminin namusu və ad-sanını itirməsi bir tərəfdən eşq içində rüsvay olması, digər tərəfdən bütün dünya bağlılıqlarını qoparmasıdır.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 6 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 224 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 306 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
        • Sad
        • Confused
      • 281 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...