Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Batinle Suallara Cavab!!

Recommended Posts

“Quran”dakı İsrail oğulları - Azəri bəgləridir!

Müqəddəs kitabımız Qurani-Kərimi dərindən araşdırdıqca ortaya çoxlu sayda cavabsız suallar çıxır. Müasir məntiqlə izahı qeyri-mümkün olan bu suallar onu göstərir ki, biz bu kitabda yazılanların həqiqi mənasını hələ də dərk etməmişik. Quranda nədən və kimlərdən danışıldığı oxucu üçün bu gün də qaranlıqdır. Biz bu qaranlığa işıq salmaq, çoxsaylı sualların bəzilərinə cavab tapmaq məqsədi ilə araşdırma aparmaq qərarına gəldik və nəticəni Sizə təqdim edirik.
Quran Ərəb dilində yazıldığı üçün bu gün qəbul olunmuşdur ki, bu kitab ərəblərlə bağlıdır. Lakin Quranda yazılanlara görə bu kitab İsrail oğullarına, yəni yəhudilərə göndərilmişdir. Quranda adı ən çox çəkilən peyğəmbərlərin demək olar ki hamısı yəhudilərdir. Əgər bu kitabda Musa peyğəmbərin adı təxminən 128 dəfə, İbrahimin adı - 55, İsanın adı - 23 dəfə çəkilirsə, Hz. Məhəmmədin adı burada cəmi 4 dəfə çəkilir.
Quran yazır: «Həqiqətən, Bu Quran İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir... And olsun ki, biz İsrail oğullarını gözəl bir yurdda yerləşdirdik və onlara təmiz nemətlərdən ruzi verdik... Allah, İsrail oğullarından söz almışdı və içlərindən on iki başçı göndərmişdi. Allah demişdi: Mən sizinlə bərabərəm, əgər namaz qılar, zəkat versəniz; elçilərimə inansanız, onlara yardım etsəniz ve Allaha gözəl borc versəniz, əlbəttə sizin günahlarınızı örtərəm ve sizi altından bulaqlar axan cənnətə göndərərəm. Sizdən kim həqiqəti inkar etsə, düz yoldan azmış olar... Və onları ümmət olaraq on iki tayfaya ayırdıq. Qövmü ondan su istədiyi zaman, Musaya əsasını daşa vurmasını vəhy etdik. O zaman ondan on iki bulaq çıxdı. Hər qrup insan, içəcəyi yeri bildi. Onların üzərinə buludla kölgə saldıq və onlara, qüdrət halvasıyla bildirçin endirdik. Sizə ruzi verdiyimiz halal şeylərdən yeyin! Və onlar bizə yox, ancaq öz nəfslərinə zülm etdilər... Biz onları elmlərinə görə aləmlərdən üstün tutduq… Biz İsrail oğullarına kitab, müdriklik, peyğəmbərlik verdik və onlara pak nemətlərdən ruzi verdik. Onları aləmlərdən üstün etdik!... Verdiyi nemətlərlə sınamaq üçün O, yerdə sizi varislər etdi və dərəcələrə görə birinizi digərindən üstün tutdu. Həqiqətən, sənin Allahın cəzanı tez verəndir, bağışlayan və rəhmlidir» (Quran, 27:76,77, 10:93, 5:12, 7:160, 44:32, 45:16, 2:47,122,40, 6:165).
Quranın bu ayələrindən belə çıxır ki, Allah İsrail oğullarını Özünə bərabər tutmuş və onları on iki tayfaya ayırmışdır. Onlara gözəl torpaqlarda yer vermiş, Allahın qoyduğu qanunlara əməl etdikləri halda onlara cənnəti vəd etmişdir. Bunlardan əlavə, Allah İsrail oğullarına adi insanların bilmədiyi elm vermiş və bu elmə görə də onları digər insanlardan üstün etmişdir. Bu o deməkdir ki, Allah İsrail oğullarını fərqli yaratmışdır və onlar Allaha bərabər tutulan müqəddəslər nəslidir.
Allahın, İsrail oğullarını aləmlərdən üstün və adi insanlardan fərqli yaratması, yadımıza Aleksandriyalı Filonu salır. Filona görə, Allah iki növ insan yaratmışdır: Allahın obrazı ilə əvvəl yaranmış insan (Библ.Быт.1:27) və formalaşdırılmış insan (Библ. Быт.2:7). Filon, Allahın obrazı ilə əvvəl yaranmış insanı “Göy insanı” adlandırır və bildirir ki, Allah onları ilkin materiyadan yaratmışdır və onlar ölümsüzdürlər. Adi insan olan “Yer insanı” isə “usta” vasitəsi ilə əllə düzəldilmişdir (А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh.110). Əflatunun “Timey” əsərinə görə də ilk insanları (Tanrıları) Allah özü yaratmışdır və ona görə də onlar ölümsüzdürlər. Adi insanların yaradılmasını isə, Allah öz yaratdıqlarına həvalə etmişdir. Quranda da bu haqda məlumat vardır: «O, sudan bir insan düzəldib, ona qohum kişi və qadın yaratdı. Allah həqiqətən qüdrətlidir» (Quran, 25:54). Bu o deməkdir ki, ilk insan sudan, yəni ilkin materiyadan yaradılmışdır və bundan sonra kişi və qadın, yəni adi insanlar yaradılmışlar.
Belə çıxır ki, İsrail oğulları adi insanlardan fərqli yaradılmış göy insanının nəslidir. Göy insanı dedikdə, qədim mənbələrdə Mesopotamiyanın məhşur şahlar nəsli olan kutilər sülaləsi başa düşülür ki, Kuti şahlarının hakimiyyəti mifik dövrlərdə göydən yerə enmişdir (А. Оппенхейм, Древняя Месопотамия. М., 1980, səh.146). Ərəb mənbələrinə görə isə göydən yerə enmişlər, Salman ibn Rəbiənin başçılığı ilə gəlmiş İran əhalisidir («Azərbaycan tarixi üzrə qaynaqlar», B.,1989, səh.59). Bu o deməkdir ki, İsrail oğulları İranın Ərdəbil ərasizində yaşamış Kuti şahlarının nəslidir.
Sufizmdə və qədim dilçilikdə, Kuti [KT] sözü Xuda [XD] sözü ilə eyni mənalıdır. Allah mənasını verən Xuda sözündən isə “yaxuda”, yəni “yəhudi” sözü yaranmışdır. Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır (И. Дьяконов, «История Мидии», М-Л, 1956, səh.31). Psevdo-Lukiana (“Əbədiyaşarlar” kitabı) görə midiyalıların arasında maq adlandırılan peyğəmbərlər qrupu var ki, onlar özlərini Allaha həsr etmişlər. Bu isə onu göstərir ki, İsrail oğulları dedikdə, qədimdə İran, indi isə Azərbaycan adlandırılan ərazidə yaşamış və peyğəmbərlər sayılan Midiya maqları nəzərdə tutulmalıdır. Digər mənbələrə görə maqlar, Mesopotamiya və Xaldeya (kəldani) sehirbazlarıdır. Əbu Reyhan Biruni xaldeyləri İran şahları olan Kəyani və Əhəmənilərin nəsli kimi təqdim edir (Бируни, «Избранные произведения», т.1, www.pereplet.ru/gorm/chrons/biruni2.htm). Belə çıxır ki, İsrail oğulları həqiqətən də göylərdən enmiş şahlar və peyğəmbərlər nəslidir.
Əhdi-Ətiqə görə, Midiya ölkəsinə yəhudiləri assuriyalılar köçürmüşlər (Библ.2Чар.17:6). Əl-Müqəddəsi də bildirir ki, Midiyada yəhudilər xristianlardan çoxdur (А. Мец, «Мусульманский Ренессанс», M.,1973, səh.42,43). Məşhur ingilis alimi Artur Kestler 1976-cı ildə Amerikada çap olunan «On üçüncü boy» kitabında bütün dünyaya sübut etdi ki, yəhudilər indiki İordan ərazisindən yox, arilərin vətəni olan Qafqazdan çıxmışlar. Əsl yəhudilər isə Xəzər türklərinin xaqanı və türk bəgləridir (bəy) (А. Кестлер, «Тринадцатое колено»). “Kitabi - Dədə Qorqud”da türk bəgləri – “ərənlər əvrəni”, “Adəmilər əvrəni” adlandırılır ki, bu da “ərənlər yəhudisi”, “Adəmilər yəhudisi” mənasındadır. Bu kitaba görə, öyünərək “Dünya mənim” deyən bəg-ərənlər dünyanın sahibləridir («Kitabi - Dədə Qorqud», B.,1988, səh.49,80,122). Bu isə onu göstərir ki, Midiya ərazisində yaşayan İsrail oğulları, dünyanın sahibləri olan türk xaqanı və türk bəglərinin nəslidir.
Quranda, elmlərinə görə üstün yaradılan İsrail oğulları əvəzinə, digər yerdə bəsirət gözü açıq olan xüsusi tayfadan danışılır ki, onlar Allahın sirlərini dəqiqliklə bilirlər (Quran, 45:20, 10:6, 7:181). Quranın “Mağara” surəsinə görə, Allahın gizli sirlərini bilənlər Şərqdə yaşamışlar və Allah onlarla Özü arasında pərdə yaratmamışdır (Quran, 18:90). Nikolay Rerix qədim sirləri bilənləri - “Böyük sirləri bilən Böyük Azərilər” adlandırır və qeyd edir ki, bu sirlər insanlara açıldıqdan sonra həyat tam dəyişəcəkdir (Н. К. Рерих, «Шамбала сияющая»). Bu isə o deməkdir ki, İsrail oğulları dedikdə, Allahın gizli sirlərini bilən və xüsusi ezoterik elmləri olan Midiyanın batini türkləri nəzərdə tutulur. İslam ezoterizminin məşhur tədqiqatçısı Anri Korben bu nəticəyə gəlmişdir ki, çoxlu İran mənşəli texniki terminlərin mövcudluğu onu sübut edir ki, şiə ezoterizmi İranda, müsəlmanlıqdan da əvvəl olmuşdur.
İslamda Quranın gizli mənası batin (daxili) adlanır və onun zahiri mənasının əksi kimi qəbul edilir. Batini anlamla bağlı Hz. Məhəmmədin bu hədisi, bütün əhəmiyyətli qaynaqlarda qeyd olunur: "Quranın bir zahiri (adi) mənası, bir də batini (gizli) mənası vardır. Bu batinin ardından da başqa bir batini (iç) məna gəlir. Bir-biri içində göy kürələri formasında olan bu batinin də başqa batini dərinliyi vardır. Beləcə, yeddinci batini dərinliyə qədər açılır". Deməli, Midiya əhalisi olan ismaili-batinilər, Quranın ən dərin qatlarının mənasını bilən türk bəgləridir.
Batini sirlə bağlı hədislərin birində qeyd olunur ki, Hz. Məhəmmədin silahdaşlarından olan Abdulla ibn Abbas bir dəfə insanlar arasında dedi: “Əgər mən Quranın bu ayəsinin (65:12) peyğəmbərdən eşitdiyim izahını söyləsəm, siz məni daş-qalaq edərsiniz”. Bu o deməkdir ki, Quranın batini mənasını yalnız hazırlıqlı adamlara söyləmək olar. Ən qədim mənbələrdə batin elminin adi insanlara çatdırılması qadağan edilmişdi. Assur-Babil ədəbiyyatında bununla bağlı mətndə tez-tez bu ifadə təkrarlanırdı: «Yalnız arifi sən bununla tanış edə bilərsən, arif olmayanlar bunları bilməməlidir!». Xristian müdriklərindən olan İppolit də batini sirrin gizli saxlanılması ilə bağlı onun xüsusi tələblərini çatdırırdı: «Göz görməyən, qulaq eşitməyən, ürəyə dammayan və hamıdan uca olan böyük səadəti bilmək istəyirsənsə, bu təlimin gizli saxlanmasına and iç». Belə çıxır ki, qədim Midiya ərazisində yaşayan və Allahın gizli sirlərini bilən İsrail oğulları, mənbələrdə “batinilər” adlandırılan ismaili şiələridir.
Əhdi-Ətiqdə izmailli, yəni ismaililər deyəndə, İbrahim peyğəmbərin Həcərdən olan oğlu İsmailin törəmələri nəzərdə tutulur və bu tayfanın şahzadələri 12 nəfər olmuşlar (Библ.Быт.17:20). İsrail oğullarının bu on iki başçısı, ismaili şiələrində On iki imam və ya On iki Pir kimi qalmışdır və bunlar “İsna Aşəriyə” adlanırlar. Özlərinin gizli fəlsəfəsi olan ismaili imamlarının əsas vəzifəsi, peyğəmbərimizin yolunu davam etmək, insanların dünyəvi və axirət həyatlarını gizli fəlsəfəyə uyğun idarə etməkdir. İmam Əlidən (yəhud. El Allahı) başlayan bu On iki Pir, imam Mehdi Sahib əz-Zamanla qurtarır və bunlara mütləq itaət şiəliyin əsas şərtlərindəndir.
Tövrata görə izmaililər Madiamın Qalaad elinin əhalisidir (Быт.37:25,28, Суд.8:24). Mənbələrdə Madiam dedikdə Midiya, Qalaad dedikdə isə ifrat şiələrin Qulat eli nəzərdə tutulur. Deməli, Qalaad izmailliləri, imam Əlini Allah kimi qəbul edən və batiniliyə həyat vermiş Gel (Qaliyə - Qulati Şiə) tayfasıdır.
Əhdi-Ətiqdə Qalaad - Allah üçün xüsusi yer sayılır və Allah Qalaadı – “Mənim Qalaadım” adlandırır (Библ.Пс.59:9). Bu isə onu göstərir ki, Allahın batini sirlərini bilən ismaili türkləri həqiqətən də Allahla bağlı olan nəsildir və Allah onların elini Öz eli hesab edir. Məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə görə isə batini sirləri bilən türk müdriklərini Allah özü himayə edir.
Mənbələrdə “ledun elmi” də adlandırılan ismaililərin batin elmi, yer kürəsini əhatə edən ilkin materiyanın qanunları əsasında yaradılmışdır. Bu qanunlara görə bütün bəşəriyyətə həyatı, sufilərin “Hu” adlandırdıqları ilkin materiya vermişdir və bütün varlıqlar da bu cövhərin materiallaşmasından yaranmışlar. Batin elmində yalnız samitlər xüsusi məna ifadə edir və sağa, sola oxunmasından asılı olmayaraq eyni məna verir. İlkin materiya asanlıqla dörd ünsürə çevrildiyi üçün, onun rəmzləri olan oxşar samitlər də eyni fikri bildirir. O eyni zamanda gözə görünməz substansiyadır və onu yalnız ekstaz vəziyyətində görmək mümkündür. Buna görə də “H” samiti, eyni mənalı “K”, “Q”, “G”, Ğ” samitləri kimi mənbələrdə bəzən yazılır və bəzən də yazılmır.
Bildirmək istərdim ki, bütün qədim yazılar batini məntiqlə yazılmışdır və onları başa düşmək üçün sözləri bu məntiqlə araşdırıb, gizli mənasını üzə çıxarmaq lazımdır. Bu elm ən qədim zamanlarda sofi (müdriklik) adlanırdı, dövrümüzə isə sufi elmi kimi gəlib çatmışdır. Sufiliyin Hürufi cərəyanı da məhz samitlər qanununu əsas tutan cərəyandır.
Sufiliyin Bəqa, yəni bəglik (bəy) səviyyəsindən endirilən bu dil isə Rəbblərin [RBB], yəni Allah və peyğəmbərin dili olduğu üçün Ərəb [RB] dili adlanır. Quranda açıq yazılır ki, bu kitab Aləmlərin Rəbbinin endirməsidir və aydın Ərəb dilində Rûh-ül-Əmîn tərəfindən endirilmişdir (Quran,26:192-196). Burada Rûh-ül-Əmîn dedikdə, qədim Misirin fironu “Amonun ruhu” nəzərdə tutulmalıdır ki, O göydə Ra günəş diski yaratmışdır. Özü fiziki öləndən sonra onun ruhu göyə qalxaraq Ra diski ilə birləşmiş və Ra-Amon, yəni Rəhman Allaha çevrilmişdir. Dilimizdəki “Vahiy” [VH-Y] rəmzi də Bəqa/Bəg (rus. Boq) [bQ/BG] rəmzindən yaranmışdır. Oğuz atalar sözü olan «bəglik verilir, qəhrəmanlıq isə döyüşdə qazanılır» deyimindən də aydın olur ki, bəglik, vəhy kimi Allah tərəfindən verilir.
Abu Usman əl-Cəhizin «Türklərin ləyaqətləri və xəlif ordusundakı digərlər haqqında» əsərinə görə də, Ərəb deyəndə söhbət kiminsə milliyətindən yox, bir formada olmuş insanın, dəyişərək digər forma almasından, yəni ölümündən sonra 124 min peyğəmbər kimi, bədən formasını dəyişib göylərdə yeni forma almasından gedir. Deməli, Ərəb dili - cənnətdə danışılan dil, yəni ilkin materiyanın vahid dili mənasındadır ki, burada ərəblər deyəndə cənnət əhli olan Rəbblər (peyğəmbərlər) başa düşülməlidir və s. (Ф.М.Асадов, «Арабские источники о тюрках в ранее средневекове», Б.,1993, səh.71,72).
Bildiyimiz kimi, Məhəmməd peyğəmbər, Əli və ailəsi islamda əl-Beyt [L-BT] adlanır. Batinilikdə əl-Beyt dedikdə, ailə qohumluğu yox, “gizli elm, bilik və hikmət evinin ailəsi” (“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) nəzərdə tutulur ki, bu da Quranın batini mənasını bilənlər mənasındadır. Sufizmdə əl-Beyt [L-BT] rəmzi yəhudi seçilmişlərinin levit [LVT] rəmzi ilə eyni mənalıdır. Tövratda Allah levitləri “Mənim levitlərim” adlandırır ki, bu da onların Allahın seçilmişlərinin nəsli olması anlamındadır (Библ.Чис.3:12). Levit [LVT] rəmzi batin elmində təvil [TVL] rəmzi ilə eyni məna verir ki, bu da Quranın batini mənasına verilən izahı bildirir. Bu o deməkdir ki, yəhudilərin levit adlandırdıqları Allahın seçilmişləri, islamın əl-Beyt adlandırdığı imam Əlinin ismaili bəgləridir və məhz onlar Allahın gizli elmini bildiklərinə görə əhli əl-Beyt, yəni Allah Evinin əhli hesab olunurlar.
İsmaili batiniləri mənbələrdə nizarilər, deyləmlər, seyidlər və s. adlarla da adlandırırlar. Mənbələrə görə, deyləm-nizarilərin dövləti İranın Ələmut qalasında yaranmışdır. Müxtəlif mənbələrdə bu ismaililər - məlahi, əl-mülhid, əl-məlahid və s. kimi qeyd olunurlar. Ələmut [LMT] rəmzi sufizmdə El-Muta [L-MT], yəni “Midiya eli” mənasını verir. Məlahi, əl-mülhid, əl-məlahid [MLH/MLHD] və s. rəmzləri isə mələk və mələküt, yəni mələklər [MLK/MLKT] dünyası (yəhud. Malxut) fikrini ifadə edir. Bu isə onu bildirir ki, mələklər nəsli hesab olunan ismaili türkləri, üstündə Mələküt dünyası, yəni ruhlar aləmi yaradılmış Midiya elinin sakinləridir. Quranda mələk kəlməsi təxminən 88 dəfə çəkilir ki, bu da Quranın ismaililərlə bağlı olması deməkdir. Deməli, Midiya qalası dedikdə, ifrat şiələrin Gel elinin üstündə yaradılmış mələklər (Mələküt) dünyası başa düşülməlidir.
Tarixçi M. Xorenatsiyə bildirir ki, Gel adı, Yerusəlim şəhərinin tikilib qurtarandan sonra ona verilən addır. Mən “Batini-Quran” kitabında və məqalələrimdə əsl Yerisəlim şəhərinin məhz qədim Midiya ərazisində yerləşməsini soxlu sayda faktlarla sübut etmişəm.
Türk alimi Cihangir Gener “İsmaililik ve Templiyerler” məqaləsində, Süleyman məbədi varisləri sayılan xaçlıların ismaili şıələrlə əlaqəsindən yazır və bildirir ki, xristianların batıni doktrin məbədi olan Yerusəlimi qorumaq istəyən xaçlılarla ismaili-assasinlər eyni ideyaya qulluq edirdilər. İsmaililərin Gel və Qulat rəmzi xaçlılarda Gildeya və Kollegia rəmzinə, digər rəmzlər isə masonluğun əsas rəmzlərinə çevrilmişdir. Təsadüfi deyildir ki, əsası hələ XVII əsrdə qoyulmuş və XIX əsrdə yenidən dirçəldilmiş “Qızılgül və Xaç Qardaşlığı” (Rozenkreyser Ordeni) mistik təşkilatının banilərindən hesab edilən və Kral Mason Ensiklopediyasının müəllifi olan mason Kennet Makkenzi, ismaili müqəddəsi Həsən ibn Sabbahın mistik ordenini - mason ordeni adlandırır. Əsl Yerusəlimin Midiya ərazisində tikilməsini və buranın da həmişə türk bəglərinin əlində olmasını nəzərə alsaq razılaşarıq ki, masonluq öz kökünü məhz ismaili-batinilərin gizli elmindən götürmüşler.
Gel elinin mələklərlə bağlılığı, mənbələrdə Heraklla əlaqələndirilir. Rəvayətə görə, Herakl Gel şəhərinə (Gileya) gələrək burada yarıqadın-yarıilan Yexidna ilə cütləşir. Bu izdivacdan skif/sak şahlar və mələklər nəsli yaranır ki, mənbələrdə onlar “ilandan (əjdahadan) doğulmuş midiyalılar” adlandırılır.
Xristianların angel, arxangel, Yevangel və s. rəmzləri də məhz Gel eli ilə bağlıdır. Strabona görə, qədim dövrdən fəlsəfə və astronomiya ilə məşğul olan kahinlər bilavasitə Geliopolda, yəni Gel şəhərində yaşayırdılar (М.А.Коростовцев, «Религия древнего Египта», М.,1976,səh.58). Ən qədim ovsunlar da Geliopol kahinləri tərəfindən tərtib olunurdu. Qədim misirlilərin “Ölülər kitabı”na görə isə Gel şəhərindən çıxan Ptah (türk. Yafət) Allahı indi də yaşayır və məhz burada Osiris, yəni Oziri Allahının bədəni uyuyur. Mətnlərə görə Allah, göydəki ruhlar dünyasını, Geliopol şəhərindəki Ra Günəşinin məbədinin ərazisindəki ilkin təpədən yaratmağa başlamışdır. Bu isə o deməkdir ki, Ələmut, yəni Midiya qalası kimi qeyd olunan Mələküt dünyası, qədim Misirin Ra-Amon (İslamda Rəhman) Allahının göydə yaratdığı “Qeb”, yəni Qeyb aləmidir.
Qeb [QB] rəmzi Tövratda Yaqub [Y-QB] adı kimi də qeyd olunur. Bu kitaba görə Yaqub peyğəmbər Allahla güləşir və Allah onun adını dəyişib İsrail qoyur (Библ. Быт.32:30). Əhdi-Ətiq lüğətində «izrailli» sözü, Zaradan törədiyi üçün «Zaranın törəməsi» mənasını verir. Mənbələrdə bu ad, yuxarı Misiri idarə edən və hər iki torpağın başçısı olan Oziriyə, yəni Osiris Allahına şamil edilir. Deməli, Zara/Oziri adı Osiris Allahının adıdır və İzrail/İsrail dedikdə də Oziri-Eli/Usiri-Eli nəzərdə tutulur. Yaqub adının İsrailə çevrilməsi də, göydə yaradılmış Qeb aləminin sonradan “Osiri müqəddəslərinin eli” adlandırılması deməkdir.
Oziri haqqındakı rəvayətdə deyilir ki, Oziri Allahı dünyanın yaradılması zamanı Qeb və Nut Allahlarından doğulur. O doğulduğu zaman məbəddən qüdrətli səs gəlir ki, dünyaya Böyük hökmdar, Allah gəlmişdir. Bu isə o deməkdir ki, “İsrail oğulları” dedikdə, Oziri Allahının göydəki Mələküt elindən gəlmiş şahlar nəsli nəzərdə tutulmalıdır.
Tarixçi B. A. Turayev Aziru, yəni Oziri şahlığını amoreylər ölkəsi olan Kadeş kimi qeyd edir ki, bu da ismaili batinilərin Kadus elidir. Ziqmund Freyd, «Bu insan Musadır» kitabında Musa peyğəmbəri Kadeş kahinlərinin əcdadı adlandırır. Tövratda Kadus/Kades eli cənnət ərazisi kimi qeyd olunur və yəhudilərin əsas şəhərlərindən biri sayılır. Kades/Kadeş rəmzindən isə müsəlman və yəhudilərin müqəddəs (kuddus/kodeş) sözü yaranmışdır.
İsmaili batinilərini mənbələrdə nizarilər də adlandırırlar ki, xristianlıq dönəmində bu rəmz nazarey kimi yazılırdı və həyatını Allaha həsr etmiş insanlara aid edilirdi. İsa peyğəmbərin eli mənasında olan Nazaret rəmzi də bilavasitə Nizar rəmzindən yaranmışdır. Mən “Batini-Quran” kitabında və məqalələrimdə sübut etmişəm ki, nizari, ənsari, nasara və s. rəmzləri, qədim Misir mənbələrində Nu-Usiri, Nu-Oziri kimi qeyd olunan Osiris Allahının Gel elinə aiddir. Bu gün pir, bəg, seyid, şıx adlandırılan Azəri müqəddəsləri də, ən qədim mənbələrdə nazorey, nasara, ənsar və s. kimi qeyd olunan yəhudi seçilmişləridir.
Quran yazır: «Məryəm oğlu İsa dedi: «Ey İsrail oğulları! Mən – məndən əvvəl Tövratda qeyd olunanların həqiqiliyinin təsdiqi kimi, Allahın sizə elçisi kimi gəldim. Məndən sonra gələn və adı Əhməd olan elçinin xəbərçisi kimi gəldim. Sonra o açıq nişanələrlə gələndə onlar dedilər: «Bu – açıq cadugərlikdir» (Quran, 61:6).
Tədqiqatlar göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul edirlər. Sufi dahilərindən olan Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir. Ərəbi, varis rəmzi altında, Allahın “Kün” (“Ol!”) əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Kün” əmri ilə yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı - imam Əli obrazında qəbul edir.
Məhəmməd peyğəmbər Özü mənbələrdə “iki dünyanın şahı” adlandırılır ki, bu da onun Aşağı (yer) və Yuxarı (göy) Misirin şahı olan Amon Allahının obrazında olması deməkdir. Sufi dahilərindən olan Qəzaliyə görə, Məhəmməd peyğəmbər Göy insanıdır və Kosmik qüvvə hesab olunur. Kainatın qayda-qanununun təmin edilməsi ondan asılıdır. Peyğəmbərin müqəddəslər nəsli isə bu Kamil İnsanın obrazı ilə yaradılmışdır. Göy insanı dedikdə, qədim Misirdə yaradılmış kosmik ölçülü Atum Allahı nəzərdə tutulur ki, sonrakı mənbələrdə Atum adı Adəm kimi qalmışdır. Deməli, pir, bəg, seyid, şıx və s. adlandırılan türk müqəddəsləri həqiqətən də adi insanlarda fərqli olaraq, Allahın obrazı ilə yaradılmışlar və ona görə də əvvəllər onların əmrləri həyata keçirdi.
Tövrata və s. yazılara görə də, ilk insan yarananda dünyanın bir başından o biri başına qədər olmuşdu və yalnız günah işlətdikdən sonra Allah əlini qoyub onu kiçiltmişdir (Библ.Втор.4:32). Qədim Şumer mətnlərində Luqal kimi qeyd olunan bu kosmik ölçülü böyük insan eyni zamanda Allah rolunda göstərilir. Sufizmdə Luqal [L-QL] rəmzi “İlah-Eli” [LH-L] kimi də açıqlanır ki, bu da Allah (El-İlahi) [L-LH] rəmzi ilə eyni mənalıdır. Qədim yazılarda «Nam – Luqala» rəmzi altında, zaman başlanğıcında Göydən emanasiya kimi endirilən, əsrlər boyu bir şahdan digərinə fasiləsiz ötürülən və «Şah siyahısı» təliminin əsasını təşkil edən ilahi, vahid və əbədi «şahlıq» təlimi məlum idi. Bu isə o deməkdir ki, Kuti türklərinin nəsli elə Şumer Allahları olan Luqal nəslidir.
Mühiddin ibn Ərəbi də “Böyük İnsan” rəmzi altında kosmik Adəmi, yəni bədəni bütün varlıqları əhatə edən qədim Misirin Atum Allahını nəzərdə tutur və bu insanı Allah adlandırır. Belə çıxır ki, Məhəmməd peyğəmbər Luqal, yəni, qədim mənbələrdə Allah mənasında olan kosmik insandır.
Son dövrün tədqiqatçıları bildirirlər ki, Məhəmməd peyğəmbərin həyatı ilə İsa, Musa peyğəmbərlərin həyatında çoxlu oxşar cəhətlər var (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель», М.,2009,səh.46,37). On doqquzuncu əsrdə Polşa monastırında tapılmış “Yanıçarın yazıları”nda isə Məhəmməd peyğəmbər axirət günündə diriləcək insan kimi qeyd olunur. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər də İsa peyğəmbər kimi, qədim mənbələrdə “ölüb-dirilən” Osiris, Attis, Adonis, Tammuz, Kibela Allahlarının obrazıdır.
Qeyd etmək istərdim ki, Mühəmməd [MH-MD] rəmzi sufizmdə “Maq-Mada” [MQ-MD], yəni “Midiya maqı” kimi də açıqlanır. Midiya şahlığının paytaxtı Ekbatan isə yəhudi dilində “Əhmət” kimi səslənir. Sufizmdə Əhməd [HM-D] rəmzi, Mehdi [MH-D] rəmzi kimi - Mada/Midiya [MD] rəmzləri ilə eynidir. Bu rəmz isə Adəm [DM] kimi də oxunur və bədənində ruhlar dünyası olan qədim Misirin Atum Allahı mənasını verir. Bildirmək istərdim ki, qədim hind, yunan, erməni və s. mənbələrində kosmik göy insanının bədəni ruhlar dünyası kimi qeyd olunur (“Batini-Quran”, B., səh.314). Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbər, bədənində ruhlar dünyası olan qədim Misirin Atum Allahının obrazıdır.
Sufizmdə “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” şəhadəti daha dərin mənalara malikdir. Batinilikdə Rəsul [RS-L] rəmzi İsrail [sR-L] rəmzi ilə eyni mənalıdır və yazdığımız kimi Osiris/Usiri Allahının eli mənasındadır. Quranda (25:38, 50:12-14) Rəsul rəmzi Ress əshabi və Ressli kimi də qeyd olunur və bizə bu rəmz Rus kimi də tanışdır. Rus rəmzinin indiki rus millətinə aidiyyəti yoxdur. Qədim mənbələrdə Rus rəmzi altında, Qafqaz dağlarındakı Günəş Allahın məbədgahı və Allahın taxtının yerləşdiyi ərazi başa düşülürdü («Книга Велеса»). Ruslar isə “ölümsüz və əbədi həyatı olanlar” adlandırılır. Rusların “Hümayun nəğmələri” abidəsində deyilir ki, bütün Rus torpağı qana bulaşmışdır və buranın hər daşında qan damlası var. Qan şırnağından başı göylərə çatan ağac yaradılmışdır. Onun gövdəsinin yanında isə göy Allahı Svaroq dayanır. Deməli, göylərədək yüksələn Rus torpağı dünya ağacı mənasındadır və o qandan yaranmışdır. Qədim Misirin “Ölülər kitabın”da deyilir ki, Allah qurbankəsmə mərasimi keçirərək, öz qurbanlarını Beytdə yerləşdirir və Allahın taxtı üçün sular yaradır. Bu isə o deməkdir ki, Quranda Rəsul kimi qeyd olunan Rus-Eli rəmzi - göydəki ruhlar dünyası mənasındadır və o qurban ruhlarından yaranmışdır. Sufizmdə Yerusəlim [RS-LM] rəmzi də İerus-Aləm [RS/LM], yəni “Rus aləmi” kimi də oxunur. İsrail də mənbələrdə Eres-İsrail, yəni Rus-İsrail adlandırılır.
Deməli, “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” ifadəsi batinilərin “dili”ndə bu mənanı verir: “İlkin materiyadan başqa həyat verən enerji yoxdur, Məhəmməd - ondan yaranmış göydəki Osiris-Elidir (ruhlar dünyasıdır)”. Məhəmməd [MH-MD] rəmzinin Midiya [MD] və Adəm [DM] rəmzləri ilə eyniliyini də nəzərə alsaq, bu ifadəni - “Adəm (Midiya) ondan yaranmış Osiris Elidir” kimi də oxuya bilərik.
Tarixçi İ. Dyakonov yazır ki, Midiyada, babillilərin qalası olmuşdur və “başı göylərə çatan” bu qala mənbələrdə “Göy və yerin təməl evi” adlanırdı (И. Дьяконов, «История Мидии»,М-Л.,1956,səh.276-278,372). Babil rəmzinin “Allahın qapısı” mənasında olmasını nəzərə alsaq, başa düşərik ki, göy insanı olan Məhəmməd peyğəmbər məhz Midiya torpağında “ayağa” qalxmışdır. Quranda İsa peyğəmbərin: “məndən sonra Əhməd adlı elçi gələcək” deməsi, nizari nəslindən gələn və batini sirləri bilən sufinin, öləndən sonra göydə Adəmə çevrilməsi mənasındadır. Bu da Hz. Məhəmmədin və qədim yazılardakı İsa, Osiris, Attis, Kibela, Adonis və s. Allahların dirilməsi deməkdir. Kiçik Asiyada Attis, Kibela, Adonis və s. Allahların ölüb-dirilməsi bayramı Gilar bayramı adlanırdı (Ем. Ярославский, «Как родятся, живут и умирают Боги»,М.,1941,стр.83,86).
Tarixçi M. Xorenatsi “Ermənistan tarixi” kitabında batinilərin Gel elini GelarKüni adlandırır ki, bu da Adəmin məhz burada Allahın “Kün” əmri ilə yaradılması deməkdir (I Kitab,böl.12). Onun və digər tarixçilərin yazdığına görə, mənbələrdə Alu, Aqu, Qavaon, Aquank və s. kimi qeyd olunan Albaniya ölkəsi vərəsəliklə Gelarküni nəslindən kiməsə əbədi olaraq verilmişdir. Albaniya rəmzi, qədim Misir mənbələrində Ba (islamda Bəsmələ), Benu ruhları üçün göydə yaradılmış El mənasındadır. Bu isə o deməkdir ki, Geliopol göylərində yaradılmış Mələküt aləmi əbədi olaraq Gel türklərinə verilmişdir. İsrail oğulları dedikdə də Gel göylərindəki Oziri/Osiris Elindən gələn və bu gün Azər Elində yaşayan türklər nəzərdə tutlmalıdır. Quran kitabı da məhz bu bəg-ərənləri üçün göndərilmişdir.
Bu yazılanlar Quranın batini mənasıdır (təvil) və ən qədimlərdə bunları yalnız seçilmişlər bilirdi. Bu gün isə hamı üçün açıqdır. Quran yazır: «Onlar haqqındakı hekayələrdə ağıl sahibləri üçün ibrətlər var: bu (Quran) uydurma bir şey deyildir, ancaq ondan əvvəl göndərilənlərin həqiqət olduğunu təsdiq etmək, hər şeyə izah vermək üçündür, iman gətirən tayfa üçün hidayət və mərhəmətdir!... Onlar, elmini qavraya bilmədiklərini və yozumu onlara heç gəlməmiş bir şeyi yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların axırı necə oldu!. Həqiqətən, bu Quran İsrail oğullarına, onların fikir ayrılığına səbəb olan bir çox şeyləri rəvayət edir. Və həqiqətən o, əldə rəhbər və möminlər üçün rəhmətdir (mərhəmət)... İçərilərində elələri var ki, Quran oxuyarkən səni dinlər. Lakin Biz onların ürəklərinə örtük, qulaqlarına karlıq endirdik ki, onlar onu başa düşməsinlər. Hərçənd ki, onlar bütün əlamətləri görərlər, lakin ona inanmazlar…, «Bu ilk insanların nağıllarıdır» deyərlər və s. (Quran, 12:111, 10:39, 27:76,77, 6:25).

Link to comment
Share on other sites

Hz. İsa – Azəri türk bəgi olmuşdur

Batin elminə görə, bütün dinlər və ümumiyyətlə bütün inkişaf bir yerdən, qədim Misir abidələrində Geliopol, yəni Gel adlanan şəhərdən başlamışdır. Məhz burada qədim Misirin ilk piri Amon (firon Əman), sufizmin tərikə yolu ilə ilkin materiyanın qanunlarını dərk etmiş və bu substansiyadan göydə Ra günəş diski yaratmışdır. Özü fiziki öldükdən sonra onun ruhu göyə qalxaraq Ra günəşi ilə birləşmiş və İslamın Rəhman adlandırdığı Ra-Amon Allahına çevrilmişdir. Qədim Misirin bütün tilsim və sehrləri Geliopol kahinlari tərəfindən tərtib olunmuşdur. Məhz bu Gel eli qədim mənbələrdə yəhudi, xristian, müsəlman və s. peyğəmbərlərinin də vətəni sayılır. Bütün bunlar haqqında mən, kitab və məqalələrimdə geniş izahlar verdiyim üçün mənbələrin əksəriyyətini burada qeyd etmirəm (www.gilarbeg.com).
Ra-Amon Allahının köməkçiləri olan və o zamanlar teurq adlanan türk maqları, Onun başçılığı ilə - teurqiya, yəni Allahyaratma mərasimi keçirmiş və göydə, bütün varlıqları əhatə edən Atum Allahını yaratmışlar. Məşhur sufi Mühiddin İbn Ərəbi Atum Allahını - Kamil İnsan və Adəm adlandırır. Digər sufi Əl Qəzali isə bu Kamil İnsanı Məhəmməd peyğəmbər kimi təsvir edir və Kosmik qüvvə sayır. Fəzlullah Astarabadinin “Cavidannamə”sinə görə, Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs - Adəmin bədənindədir. Məhəmməd peyğəmbər isə, Tövratda altı günə yaradılan”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Məhəmməd peyğəmbərin axirətdə yenidən dirilməsini xristian mənbələri də təsdiq edir və s.
Qədim Misir fironu (pir) Amon, Ra günəşi ilə eyni zamanda Ay rəmzli obraz da yaratmışdır ki, bu da axirətdə Ra-Amon (Rəhman) Allahının yerinə keçəcək Mehdinin (Rəhim) obrazıdır. Rəvayətlərdə bu hadisə, dünyaya şah kimi gəlmiş Osiris (Asar/Usiri/Azər) Allahının axirətə yaxın qardaşı Set tərəfindən öldürülməsi, axirətdə isə Osiris oğlu Qor (Horos) tərəfindən yenidən dirilməsi kimi qeyd olunur. Deməli, Mehdi obrazı öz mənbəyini qədim Misirin Qor haqqındakı rəvayətindən götürür ki, biz də Mehdi ilə bağlı bütün yazıları, Misir yazıları izah etməliyik.
Qədim misirlilərin “Ölüm şahlığı Duatda olanlar” (“Amduat kitabı”) kitabında, axirətdə baş verəcək bu hadisə, 12 saat ərzində qoca Günəşin yerinə, kitabda «gecə Günəşi» (Ay mənasında) adlandırılan və “Gizlində olan” cavan Günəşin keçməsi kimi göstərilir. Burada “Gizlində olan” cavan Günəş eyni zamanda “möhür gözləyən evin gözətçisi” - Nu-Oziri (Nu-Osiris) adlandırılır və bu da Nu şəhərində olan Asar, yəni Osiris Allahı deməkdir. Nu (İunu) şəhəri Qədim Misir mənbələrində Gel şəhərinin digər adı sayılır və mənbələrdən məlumdur ki, Osiris Allahının bədəni burada uyuyur. Deməli, Osiris Allahının dirilməsi, yəni Mehdinin gəlişi də Gel elində olmalıdır.
Mehdinin çıxışı prosesi “Amduat kitabı”nda çox mürəkkəb bir ritual kimi təsvir edilir ki, buradakı Allah - “Torpağı möhürləyərək” Mehdinin gəlişinə qədər ona nəzarət edir. Axirətdə gəlməli olan Mehdi özü burada “Möhür” rolunu oynayır və Allah, ölüm şahlığına düşən Mehdiyə Qeyb dünyasının torpaqlarını əbədi bağışlayır.
Məşhur sufi Mühiddin İbn Ərəbi möhürlənmiş bu xəzinəni Varis adlandırır. Digər yerdə isə İbn Ərəbi, Məhəmməd peyğəmbəri - “peyğəmbərlərin möhürü” kimi qeyd edir ki, bu da axirətdə Ra-Amon Allahın yerinə məhz onun keçəcəyi deməkdir. Məhəmməd peyğəmbərə aid olan Əhməd [(H)MD] rəmzi də, hər bir samitin bir rəmz olduğu sufizmdə Mehdi [M(H)D] rəmzi ilə eyni mənalıdır. Sufizmdə Allah, yəni ilkin materiya mənasında olan “Hu” rəmzi, yalnız ekstaz (şamanlıqda qamlıq vəziyyəti) vəziyyətində göründüyü üçün, bu rəmz mənbələrdə bəzən yazılmır. Bu isə o deməkdir ki, axirətdə gələcək və “Gizlində olan” obraz - elə Məhəmməd peyğəmbərdir. Əhməd və Mehdi rəmzlərinin kökü olan “MD” rəmzi sufizmdə Adəm kimi də oxunur və bu da axirətdə diriləcək Atum Allahı mənasındadır. Təbii ki, bu - təvil, yəni yeddi qat dərinliyə malik Batin (Ledun) elminin bir qatının mənasıdır. “Batini-Quran” kitabımda mən bütün bunlara geniş elmi izah vermişəm.
Qədim Misir mənbələrində Mehdi obrazında qeyd olunan Nu-Oziri (Nu-Usiri) [N-ZR/N-SR] rəmzi, sufizmdə Nizar/Nazor/Nazar/Nasır [NZR/NSR] və s. rəmzlərlə eynidir. Yəhudi mənbələrində Oziri Allahının törəmələri olan teurq-türklər nazoreylər adlandırılır və Əhdi-Ətiqə görə onlar öz həyatlarını Allaha həsr etmiş müqəddəslər nəslidir. Xristian mənbələrində isə nazorey rəmzi nazaret/nasara kimi qeyd olunur və İsa peyğəmbərə şamil edilir. İslamda isə bu nazorey-nazaretlilər - nizarilər kimi tanınır. Deməli, qədim Misirin Mehdi obrazı - yəhudi, xristian və islamda eyni adla - “NZR” (NSR) adı ilə çıxış edirlər.
İsmaili şiələri olan nizarilərdə - Nizar irqin fəxri sayılır və deyilənə görə o sağdır, lakin onu heç kim görə bilməz. O əbədi yaşayır və şahlıq edir. Bu isə o deməkdir ki, ismaili müqəddəsi olan Nizar - əbədiyaşar Xızır peyğəmbərin obrazıdır. Xızır rəmzi isə, mənbələrdə Azər rəmzi ilə əvəz olunan Xəzər rəmzi ilə eyni mənalıdır. Belə çıxır ki, Nizar rəmzi altında qədim Misirin Nu şəhərində yaşayan Oziri, yəni Osiris/Asar/Azər Allahı gizlənir.
Xristianlıqda nazaretli (nasara) Hz. İsa yəhudi peyğəmbəri sayılır və bu gün artıq məlumdur ki, qədim mənbələrdə yəhudi, yəni seçilmiş dedikdə Xəzər türk bəyləri nəzərdə tutulur. Mən “Qurandakı İsrail oğulları – Azəri türk bəyləridir” adlı məqaləmdə Qurandakı İsrail oğullarının Azəri türkləri olduğunu göstərmişəm. Buradakı İsrail/İzrail rəmzi də Oziri/Asar-Eli (Azər-Eli), yəni Osiris Allahının göydəki Eli mənasındadır. Qeyd etmək istərdim ki, Məhəmməd peyğəmbərə aid edilən Rəsul [RS-L] rəmzi də, batin elmində Asar-Eli [sR-L] kimi də oxunur ki, bu da Məhəmməd peyğəmbərin göydə yaradılmış Atum Allahı obrazında olması deməkdir. Deməli, İsa peyğəmbər Oziri teurqlarından, yəni Azəri türklərindən olmalıdır.
İsa adı yəhudi mənbələrində Yeşua kimi yazılır ki, bu da qədim Misir mənbələrində Şu Allahı kimi qeyd olunur və “Allah Ruhu” mənasında həm ilkin materiyanın “ruhu”nu və həm də pir Amonun ruhunu bildirir. İslamda isə Şu və Yeşua rəmzləri Şiə kimi qalmışdır. Deməli, Şiə nizariləri, Yeşua nazoreyləri və İsanın nazaretliləri, qədim Misirin Gel elinin teurq-türkləridir. Türk-teurqların göydə Allah yaratması haqqında mən – “Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər” adlı məqalədə məlumat vermişəm.
Hz. İsaya şamil edilən Qaliley [QLL] rəmzi isə, sufilərin Xulul [XLL] adlandırdıqları və “Allahın təcəssümü”, “Allaha qovuşma”, “Allahla vəhdət” mənasında olan sufi rəmzidir. Bu rəmz sufizmin tərikə yolunun bəqa fazası ilə, yəni bəglik məqamı ilə eyni mənalıdır. Deməli, İsa peyğəmbəri ona görə Qalileyli (Cəlil) adlandırırlar ki, o Allahla, yəni həyatverici enerji mənasında olan ilkin materiya (“Hu”) ilə vəhdət təşkil (“Vəhdət əl Vücud” rəmzi) edir. Bu isə Ruh mənasında olan İsa peyğəmbərin, ilkin materiyadan Ra günəş diskini yaradaraq, onunla birləşmiş “Ra-Amon Allahının Ruhu” obrazında olması deməkdir.
Bütün bunlar isə onu göstərir ki, Mehdi obrazı çox çətin dərk edilən obrazdır və onun gəlişi ölüm şahlığı ilə, yəni axirətdə gələcək bir insanın, öləndən sonra ruhunun bu şahlıqda Günəşə çevrilməsi ilə bağlıdır. Deməli, Mehdinin gəlişi - “Ruh” mənasında olan İsadan sonra olmalıdır. İncilə görə də, İsanın Allah qismində göydən gəlişi, onun ölümündən sonra olur. İsa, bütün dinlərin gizli mənalarını, yəni batini mənalarını açdıqdan sonra “çarmıxa” çəkilir və yalnız ölümündən 3 gün sonra gözəgörünməz Ruh kimi dirilir.
Digər tərəfdən, Qaliley [QLL] rəmzi sufizmdə Gel-Eli [GL-L] mənasını verir ki, bu da Misirin Geliopol şəhəri mənasındadır. İslamda Gel rəmzi Aqil (Akil) kimi məlumdur və Buxarinin hədisinə görə, Məhəmməd peyğəmbərin Məkkədəki evi elə vərəsəliklə Əlinin qardaşı Aqilə [QL], yəni Gelə [GL] çatmış evdir. Belə çıxır ki, Məhəmməd peyğəmbər də Gel rəmzi ilə, yəni qədim Geliopol şəhəri ilə bağlıdır.
Şiəlikdə Gel eli, batiniliyə həyat vermiş Gelat (Qulat) nizarilərinin müqəddəs ocağı hesab olunur. Buradan isə belə nəticə çıxara bilərik ki, Gel (Gelat/Qulat) elinin batini türkləri, elə qədim Misir kahinləri olan və göydə Allah yaradan teurqlardır.
Tövratda da Gelat/Qulat [GLT/QLT] ismaililəri - Qalaad [QL-D] elinin əhli hesab olunur. Əhdi-Ətiqdə Qalaad - Allah üçün xüsusi yer sayılır və Allah, Qalaadı – “Mənim Qalaadım” adlandırır. Burada yaşayanlar isə - Allahın özünə qulluq üçün seçdiyi yəhudilərin Levit (İslamda Əl-Beyt) nəslidir və Tövratda Allah Levitləri - “Mənim Levitlərim” (Levit [LVT] - Əl-Beyt [LBT]) adlandırır. Bu isə o deməkdir ki, türk bəyləri həqiqətən də, Allahın Özünə qulluq üçün seçdiyi nazoreylər, yəni nizarilərdir.
Batin elmində seçilmiş dedikdə “biliyinə görə seçilmişlər“ nəzərdə tutulur ki, bu da Qurana görə İsrail oğullarıdır. İslamda biliyinə görə seçilmişlər - “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasındadır ki, bu Ev də Əl-Beytdir. Əgər nəzərə alsaq ki, biliyinə görə seçilmişlər dedikdə, Quranın gizli mənalarını bilən batinilər nəzərdə tutulur, razılaşarıq ki, Əl-Beyt elə qədim Misir kahinlərinin və nizarilərin Gel (Gelat/Qulat) elidir.
Çoxsaylı şiə müəllifləri, o cümlədən Xaydar Amoli və Kamal Kaşani, İoannın İncilinə əsaslanaraq axirətdə gələcək Mehdinin gəlişini Parakletin gözlənilən gəlişi kimi qəbul edirlər. Paraklet [PR-KLT] rəmzi - Pir-Kelat [PR-KLT] mənasındadır ki, bu da Gel eli olan Gelatın - fironların müqəddəs ocağı olması deməkdir. Rus mənbələrində nizarilərin Qulat [QLT] rəmzi - Kolyada [KLD] kimi yazılır və bildirilir ki, İsa Məsih məhz Kolyadadan çıxacaqdır. Kolyada [KLD] və Gelat [GLT] rəmzi ilə eyni mənalı olan Kleytodan [KLT] isə, Əflatuna görə, dəniz Allahı olan Poseydonun şahlar nəsli başlanır və bu nəsil atlantidalıların nəslidir. Əgər nəzərə alsaq ki, Heraklın şahlar nəsli olan sak-skiflər də Gel elindən başlanır, razılaşarıq ki, “biliyinə görə seçilmişlər” nəsli eyni zamanda qədim dünyanın bütün şahlarının nəslidir.
Mənbələrdə Hz. İsanın gizli elmi bilməsi və elmi ilə “qaranlığa nur saçması” onu göstərir ki, o bilavasitə batini türklərdən olmalıdır. Qurana görə də İsa müdrikliklə gəlmişdir ki, insanların mübahisələrinə səbəb olanları izah etsin. Qədim Misir yazılarında da, İsa peyğəmbərə aid edilən Xoris (Xristos rəmzi) rəmzi “Bakxoris” kimi yazılır ki, bu da Bəg-Xris, yəni sufizmin “Bəqa səviyyəsinə yüksəlmiş Xristos” mənasındadır. Bakxorisin müdrikliyi haqqında qədim mənbələrdə rəvayətlər danışılır və bu da İsa obrazının batin elminə sahib olması deməkdir.
Tədqiqatlar göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi təriqətində də Əlini Allah kimi qəbul edirlər. Quranda imam Əlinin adı çəkilmir, əvəzində isə Məryəm oğlu İsanın adına 23 dəfə rast gəlinir. Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə Hz. İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir. İbn Ərəbi, varis rəmzi altında, Allahın “Ol!” əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Qurana görə, Allah Adəmdən sonra yalnız İsa peyğəmbəri “Ol!” əmri ilə yaratmışdır. Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı - imam Əli kimi qəbul edir. Bu isə o deməkdir ki, axirətdə, imam Əli ilə eyni obrazda çıxış edən İsa, yəni İisus Xristos gəlməlidir.
Şiəlikdə qədim sirləri bilən Allah obrazı imam Əlinin obrazıdır. Şiə imamı Allahın yerdəki nümayəndəsi, Onun qapısı, ilahi sirlərin varisidir və yalnız onun vasitəsi ilə Allaha yaxınlaşmaq mümkündür. Dördüncü imamın sözlərinə görə - “Allahın dərki – İmamın dərkidir”, “Öz İmamını tanımadan ölən, cahil olaraq ölmüşdür”. Mənbələrə görə ilahi sirləri bilən Məhəmməd peyğəmbər, onları yalnız Əliyə açmışdır. Peyğəmbər demişdir: “Mən elm şəhəri, Əli isə onun qapısıdır. Hər kim bu elmə sahib olmaq istəyirsə, bu qapıdan keçməlidir”. Bu isə o deməkdir ki, imam Əli obrazı da, İsa peyğəmbər kimi axirətdə gələn Mehdinin obrazlarıdır.
Mühiddin ibn Ərəbiyə görə, İslam dini Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. Ərəbi bildirir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada Din rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da Dinin göydəki El mənasında olmasını bildirir. Deməli, Ərəbiyə görə Din rəmzi göydəki El anlamındadır və bu Eli Allah, İsrailin yəhudi peyğəmbərləri olan İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Qurana görə şiəlik də Nuh və İbrahim peyğəmbərdən başlanır. El [L] rəmzinin Əli [L] rəmzi ilə eyni məna verməsi o deməkdir ki, axirətdə göydə yaradılacaq El vilayəti - elə Əlinin, yəni Mehdinin zühuru mənasındadır.
Yazdığımız kimi İbn Ərəbiyə görə, Allah İslam dinini İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Tövrata görə isə Allah, İbrahim, Yaqub və onların törəmələrinə and içərək Xanaan (Knun) və Alban (Lbnun) torpaqlarını verir. Alban [LBN] rəmzinin sufizmdə Nəbi-Eli [NBL] kimi də oxunuşunu nəzərə alsaq razılaşarıq ki, Albaniya rəmzi altında peyğəmbərlərin göydəki Eli başa düşülməlidir.
Lakin tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi vərəsəliklə Gel-GelarKüninin Sisaka nəslindən “kiməsə” əbədi olaraq verilmişdir. Belə çıxır ki, mənbələrdə İbrahim və Yaqub oğulları dedikdə, Gelar türk bəyləri nəzərdə tutulmalıdır və İslam dini də İbn Ərəbiyə görə məhz bu batini türklərinə verilmişdir.
Burada qeyd olunan “kiməsə” sözü, axirətdə Gelar türklərindən çıxacaq və batini sirləri bilən insan mənasındadır ki, o sirləri bildiyi üçün “Beyt əl-elm vəl-marifət vəl-hikmət”, yəni “elm, bilik və hikmət Evi”nin üzvü mənasında “Əhli-Beyt” üzvü sayılacaq. Əhli-Beytin üzvü olan şiə imamı Əli adının, Albaniyanın digər adı olan Alu rəmzi ilə eyniliyi onu göstərir ki, Mehdini göydəki zühuru burada, yəni Gel elində baş verməlidir.
Qeyd etmək lazımdır ki, Albaniya dedikdə - Geliopol göylərində teurqiya vasitəsi ilə yaradılmış Yuxarı Misir ölkəsi nəzərdə tutulmalıdır. Biz bilirik ki, Geliopol şəhəri Aşağı və Yuxarı hissələrə bölünürdü ki, mənbələrdə Atum Allahı «Geliopolun iki torpağının sahibi» adlanırdı. Deməli, Albaniya - Yuxarı Misir ölkəsi, Knun, yəni Xanaan isə Aşağa Misir ölkəsi mənasındadır. Bu iki ölkənin tacının sahibi isə mənbələrdə “İki dünyanın sahibi” adlandırılırdı. Əgər nəzərə alsaq ki, Məhəmməd peyğəmbər də mənbələrdə “İki dünyanın sahibi” adlandırılırdı, qəbul edərik ki, peyğəmbərimiz həqiqətən də Gel elində yaradılmış və axirətdə yenidən yaranacaq Atum Allahının, yəni Adəmin obrazıdır.
Bu gün Azərbaycan adlanan ərazisində yaşayan batini-nizarilər – mənbələrdə “məlahi” və “mülhid”lər adlandırılır ki, bu da “mələk” və “mələklər ölkəsi” olan “Mələküt dünyası” deməkdir. Batinilərin mənbələrdə mələk adlandırılması, onların ölümsüzlər nəsli olması deməkdir. Qədim Misir mənbələrində Qor Allahının nəsli – “Qor yoluyla gedənlər” adlandırılır və mətnlərə görə bu insanlar ölmür, sadəcə qanad geyərək cənnətə uçurlar. Rəvayətə görə, Hz. Məhəmməd, yəhudi, xristian və müsəlmanların yetmişdən çox olan təriqətlərinin yalnız birinin Cənnətə, qalanlarının isə Cəhənnəmə düşəcəklərini bildirmişdi. Bu bir təriqət isə - yəhudi, xristian və müsəlmanların nazorey, nazaret və nizari adlandırdığı, mənbələrdə Gel, Gelat (Qulat/Xalda/Kolyada/Kleyto/Kelt və s.) kimi də qeyd olunan Gelar bəylərinin batini təriqətidir.
Bütün bunlar o deməkdir ki, gözlənilən Hz. İsa, heç də adi insan yox, qədim peyğəmbərlər və şahlar nəslinin nümayəndəsi olacaqdır. Bu nəsil isə mənbələrdə Gel, Gelat, Gilan və s. indi isə Gelar adlanan məkanda yaşayan türk bəylərinin nəslidir. Qədim mənbələrdə Gilar adı - “Ölüb-dirilən Allah”ın (Osiris, Attis, Adonis, Tammuz, Kibela və s.) bayramına aid edilirdi. Hz. İsanın da “Ölüb-dirilən Allah” obrazında olmasını nəzərə alsaq, razılaşarıq ki, batini sirləri bilən və axirətdə gələn bu türk bəyi öləndən sonra, ruhu göyə qalxaraq, göydəki Dünya ağacının sahibinə cevriləcəkdir.
İnama görə, Əhdi-Ətiqdə - Misir, Assur ölkəsi, Avropa mifologiyasında isə İqdrasil adlanan “Dünya ağacı”nın başında Allahının (Odin-Azər/Asar) evi olmuşdur. Bu ağacın altındakı mağarada isə Qlar (Gilar) adlı əjdaha yatır. Rəvayətlərə görə, İsa peyğəmbər də ağacın altında olan mağarada doğulmuşdur ki, bu da İqdrasil ağacının altındakı Qlar mağarası mənasındadır. Digər tərəfdən, mənbələrə görə, İqdrasil Dünya ağacının üç kökü vardır ki, bunlar da Asqard, Midqard və Nifliem adlanır. Burada Nifliem yeraltı dünya, Midqard – insanların yaşadığı orta dünya, Asqard isə Allahların Göydəki evi hesab edilir. Lakin bu üç köklü ağac mənbələrdə üç ayaqlı uzunqulağ kimi də göstərilir və Əhdi-Ətiqə görə Hz. İsa axirətdə məhz uzunqulağ üstə gələcəkdir (Библия, Захар. 9:9-10).
IX əsrə aid “Bundaxişn” kosmoqonik pəhləvi yazısında bu uzunqulağ, Frahvkard dənizinin ortasında dayanmış üçayaqlı kosmik varlıq kimi təsvir olunur. Onun altı gözü, doqquz ağzı, iki qulağı, bir buynuzu, göy başı, ağ bədəni, ruhani qidası var və o mömindir... O Özü Xunbənd dağı boydadır və hər üç ayağı elədir ki, o yerdə duranda, min qoyun bir yerə yığışanda onun altından keçə bilir. Dırnaqları arasında öz ilxısı ilə min insan yerləşə bilər. Qulaqları ilə isə bütün Mazandaranı örtə bilər və s. (Бундахишн, XIX böl., “О трехногом осле”, sayt: http://blagoverie.org/tradition/pehlevi/bundahishn/bund18-19.phtml#p19). İran mifologiyasında, Avestada bu uzunqulağ Xər/Xərə adlanır ki, o okeanın ortasında durmuş mifik obrazdır (В. Ю. Крюкова, “Приводные” существа и трехногий осел xara - в зороастрийской мифологии”, sayt: http://www.kunstkamera.ru/files/lib/978-5-88431-211-1/978-5-88431-211-1_05.pdf). Mətnlərdə, eyni zamanda yer kürəsinin üçdə biri boyda olan kosmik insandan və onun dirilməsi ilə bağlı yaradılışdan danışılır ki, bu da Xər rəmzinin bilavasitə Kamil İnsanın, dünyanı idarə etməsi üçün yaratdığı kosmik varlıq mənasında olması deməkdir. Bu isə Xər uzunqulağının - “Kainat atı”nın digər variantı olması deməkdir. Əgər Rəhman Allah “Kainat atı”nı, dünyanın yaradılışı zamanı, dünyanı axirətədək idarə etmək üçün yaratmışdısa, Xər uzunqulağı - axirətdən sonrakı dövrlərdə dünyanı idarə etmək üçün yaranacaq kosmik varlıqdır. Deyimlərdə Xər uzunqulağının türklərə aid edilərək – “Türki-Xər” adlandırılması da axirətdə gələcək İsa (Xər-Xoris/Xristos) peyğəmbərin məhz türk olmasına işarədir.
Tövratda uzunqulaq obrazı İbrahim peyğəmbərin Həcərdən olan oğlu İsmailə də şamil edilir: “Və Allahın mələyi ona (Həcərə) dedi: “Sən hamilə qalacaqsan və oğul doğacaqsan və onu İzmail adlandıracaqsan, çünki Allah sənin kədərini eşitdi. Və o “Pere Adam” kimi – onun əli hamıda, hamının əli onda olacaq və o öz qardaşları ilə üz-üzə yaşayacaq” (Библия, Быт.16:11-12). Buradakı “Pere Adam” rəmzi sufizmdə “Pir-Adəm”, yəni “firon Atum Allahı” mənasını verirsə də, yəhudi dilində bu “vəhşi uzunqulaq” mənasındadır. Bu isə o deməkdir ki, axirətdə gəlməli olan İsa peyğəmbərin obrazı məhz İbrahim peyğəmbərin oğlu İsmailin obrazıdır. Tövrata və digər mənbələrə görə, İsmail Faran səhrasında yaşayırdı və məhz buradan Mehdi mənasında olan Allahın nuru yayıldı (Библия, Быт.21:20-21, Втор.33:2). Avvakum peyğəmbər də bu haqda yazır: “Femandan Allah və Faran dağından müqəddəs gələcək. Onun böyüklüyü Göyləri və onun şöhrəti isə yerlərlə dolacaq” (Библия, Авак. 3:3). Belə çıxır ki, axirətdə gələcək Mehdi məhz Faran dağından zühur edəcəkdir. Faran rəmzi isə efir mənasındadır ki, bu İlahi od da Cəbərut aləmində qorunur və s.

Link to comment
Share on other sites

Allah İsrail şahlığını kimə vəsiyyət etmişdir?

Yəhudilərin Tövrat kitabı dünyanın yaradılmasından başlanır. Bu kitaba görə, dünyanı 6 günə yaradan Allah, yeddinci gün dincəlir. Kitabda daha sonra cənnət bağının, Həvvanın və s. yaradılmasından danışılır. İstənilən diqqətli oxucu çox tez nəticəyə gələr ki, burada söhbət bizim yaşadığımız fiziki dünyadan yox, hansısa başqa dünyanın yaradılmasından gedir. Bu kitabda söhbətin nədən getdiyini anlamaq üçün, bu kitabı yazmış müdriklərin öz məntiqlərinə müraciət etmək lazımdır. Mənbələrə görə, seçilmişlər adlandırılan bu müdriklər gizli elmə sahib idilər və onların xüsusi dilləri var idi. Samitlər əsasında yaradılmış bu dili sufilər “quş dili” adlandırırdı və bu dil çox dərin mənalara malik idi. Süleyman peyğəmbərə verilmiş bu dil gizli elm hesab edilirdi və çox az insana məlum idi ki, onlar da uzaqlarda yaşayır və bu elmi gizli saxlayırdılar. Deməli, yəhudilərin Tövrat kitabını yalnız quş dilini bilməklə anlamaq olar ki, bu dildə hər bir samit eyni zamanda bir rəmz kimi çıxış edir. Firdovsi öz “Şahnamə” əsərində yazır: “Mənim sözlərimdə tapılmaz yalan. Nə ovsun, nə əfsanə yazdım inan. Diqqətlə oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər” (1). Bu isə o deməkdir ki, qədim mətnləri dərk etmək üçün rəmzlərin açmasını bilmək lazımdır. Kitab və məqalələrimdə mən çox saylı rəmzlərin gizli mənalarının açmasını vermişəm (2).
Tövratda deyilir ki, Yaqub peyğəmbərin Allahla mübarizəsindən sonra Allah onu İsrail (İzrail) adlandırdı. “Книга Гора или расшифровка Торы” adlı kitabımda mən göstərmişəm ki, Əhdi-Ətiq rəvayətləri qədim Misirlə sıx bağlıdır. Ümumiyyətlə isə, Əflatuna görə bütün mənbələrdə yalnız bir sirli hadisədən danışılır ki, bu hadisə də zamanla bağlı yaddaşlardan silinmişdir. Bu hadisələrin mənbəyində nə olduğu haqda isə heç kim danışmır (3). Belə çıxır ki, bütün qədim ədəbiyyat bir sirli hadisəyə həsr olunmuşdur.
Yaqub rəmzi [QB] qədim Misir mənbələrində Qeb [QB] kimi yazılır və göydəki dünyaya aid edilir. Geliopol kosmoqoniyasına görə, dünyanın yaranışı bir-birini əvəzləyən hadisələrlə baş vermişdir. Mətnlərdə bildirilir ki, firon (pir) Amon, özünü Ptah (Pta) adlandıraraq, ilkin Nun suları adından çıxış edir və Atum Allahını yaradır. Atum öz-özündən Şu və Tefnut cütlüyünü, yəni Hava və Nəmliyi yaradır. Onlardan isə ikinci cütlik - Qeb və Nut, yəni Yer və Göy yaranır. Şu özü qalxaraq Qebi Nutdan, yəni Yeri Göydən ayırır. Qeb və Nut isə öz növbəsində Osiris, İsida, Set və Neftidanı yaradırlar. Bu mətndə Atum (Atam) dedikdə - Əhdi-Ətiq kitabındakı Adəm, Şu dedikdə isə firon Amonun ruhu nəzərdə tutulur.
Ölüm şahlığının sahibi olan Osiris (Asar/Oziri/Azər) [sR/ZR] Allahının adı sufizmdə Zara/Sara/İsra [ZR/SR] və s. rəmzlərlə eyni mənalıdır. Əhdi-Ətiq lüğətində “israilli” ləqəbi - “Zaradan (Zerah) olan” mənasını verir. Bu isə o deməkdir ki, İsrail [ZRL] sözü Zara-El, yəni Oziri-El [ZR-L] – “Oziri/Asar/Osiris Allahının Eli” mənasındadır. El rəmzi qədim mənbələrdə İl, Alu, Yalu və s. kimi də yazılaraq ərazini, torpağı, dünyanı və orada yaşayanları bildirirdi. Türk mətnlərində də El rəmzi ərazi, ölkə mənasındadır və “Moyun Çor” və s. abidələrdə türk xanı iddia edir ki, o Tanrıda, yəni göydə olmuş və orada El yaratmışdır (4). Belə çıxır ki, Yaqub obrazı – göyləri təşkil edən və həyat enerjisi mənasında olan ilkin materiya (lkin Nun suları) ilə mübarizə aparan firon Amonun obrazıdır. Məhz O, bu ilahi nurdan (ilkin materiyadan) göydə Osiris (Asar/Azər) Allahının Elini yaratmışdır. İsrail adı da sufilərin quş dilində - “Osiris Allahının göydəki dünyası (Eli)” mənasındadır.
Artıq məlumdur ki, qədim mənbələrdə yəhudi dedikdə Xəzər xaqanı və Xəzər türk bəgləri nəzərdə tutulurdu. Türk mənbələrində isə El rəmzi Oğuz elinə aid edilir. Kitabi-Dədə Qorqud abidəsinin Vatikan variantında qeyd olunur ki, “Oğuzun içində Təmam vilayəti zahir olmuşdu”. Bu cümlə - “bir elin içində ikinci el yaranmışdı” mənasındadır. Əgər nəzərə alsaq ki, Oğuz eli – Tış Elə və İç Elə bölünür, razılaşarıq ki, İç Oğuz Tış Oğuzun içində yaradılmışdır.
Kitabi-Dədə Qorqudda Oğuz eli qanlı adlandırılır və qanlı çayın o biri sahilində yerləşir. Burada qədim Azərbaycan şəhəri olan Dərbənd - “qanlı Qara Dərbənd”, Oğuz ölkəsi – qanlı Oğuz eli, Oğuz bəgləri - «Qanlı Oğuz bəgləri», sular – «qanlı-qanlı axan sular», Oğuz elinin ordusu isə «Qan alaca ordu» adlandırılır (5). Bu isə o deməkdir ki, İç El, yəni İç Oğuz qanla yaradılmışdır. Qanla yaradılmış Elin nə demək olduğunu yaxşı anlamaq üçün, qanla bağlı olan digər ölkəyə nəzər salaq. Bu ölkə mənbələrdə Rus ölkəsi adlandırılır.
Rusların “Humayun nəğmələri” adlandırdığı nəğmələrdə deyilir ki, Rus ölkəsi qana bulanmışdır və hər daşda qan vardır. Balaca şırnağdan qan gedərək, Ripey dağındakı daşın altına axdı və bu daşın altından cücərti, başı göylərə çatan böyük ağaca çevrildi. Bu ağacın kökündə ilan hərəkətdədir, budaqlarında isə Svaroq Allahı yaşayır. “Velesin kitabı”nda da bu mənada deyilir ki, Rus ölkəsi qanla yaradılmışdır, ona qan hopmuşdur və bu qan müqəddəsdir (6). Rus - qan üzərində dayanır və onlar bu qanı tökmüşlər (7).
Tövratda qan – ruh mənasında göstərilir və burada deyilir ki, “qan – ruhdur” və “bədənin ruhu qandadır” (8). Həvariyun Pavel qeyd edir ki, “Təkcə qandan O (Allah), bütün yer üzündə mövcud olmaq üçün insan nəslini yaratdı və müddətini, mövcudluq ərazisini təyin etdi...” (9). Bu mətndə, kosmik insan mənasında olan Adəmdən danışılır ki, onun bədənində, firon Amonun yaratdığı insan ruhları ömürlərini davam etdirirlər. Belə çıxır ki, qanla yaradılmış Oğuz, Rus torpağı - qədim Misirin Atum Allahının, yəni kosmik insan olan Adəmin (Edem) bədənindədir.
Sufi müdriklərinin quş dilində, sağa və sola oxunan rəmzlər eyni məna verirlər. Bu isə o deməkdir ki, Rus [RS] və Asar [sR], yəni Osiris rəmzləri eyni mənalıdır. Deməli, Oğuz və Rus ölkəsi – qədim Misirin Asar/Osiris Allahının göy şahlığıdır. “Humayun nəğmələri”ndəki qan şırnağından cücərən və başı göylərə çatan böyük ağac da göydə yaranmış dünya ağacı mənasındadır.
İezekiil peyğəmbərin kitabında Misir və Assur ölkələri - Livan dağında əkilmiş dünya ağacı adlandırılır. Onun kökü böyük dərya sularındadır və sonsuzluq onu ucaldır. Buradakı hündür sidr ağacı - Edem və Allah bağının ağacları ilə müqayisə edilir (10). Livan dağı isə mənbələrdə “ölümsüzün dağı” adlandırılır (11). Belə çıxır ki, “Velesin Kitabı”na görə ölümsüz və əbədi olan ruslar - Livan dağında, yəni “ölümsüzlər dağında” yaşayırmışlar. Mən - “Россия страна азербайджанских беков или о чём повествует Книга Велеса” adlı kitabımda faktlarla sübut etmişəm ki, qədim mənbələrdə “Rus” dedikdə indiki Azərbaycan dağlarındakı ərazi nəzərdə tutulurdu.
Livan [LVN] rəmzi sufizmdə El-İvan [L-VN] kimi oxunur ki, bu da “İvanın eli və xalqı” mənasındadır. Deməli, Misir və Assur ölkələri - mənbələrdə eyni zamanda İban kimi də qeyd olunan İvanın göydəki ölkəsidir (12). İban [bN] rəmzi Kitabi-Dədə Qorqudda Ban [bN] kimi yazılır və buradakı “Ağ Ban” rəmzi - Ağ banlı (dam) çadıra aid edilir (13). Çadır rəmzi altında Tövratda – “İlahinin sakin olduğu çadır”, yəni Skiniya nəzərdə tutulur. Tövrata görə, Musa peyğəmbər qurban vasitəsi ilə göydən İlahi od gətirmiş və ondan İlahinin sakin olduğu çadırı, yəni Skiniyanı yaratmışdır. Skiniyanın yaradıldığı gün, bulud - İlahinin sakin olduğu bu çadırı bürümüş və axşam üstü, Skiniyanın üstündə səhərə qədər Od görünmüşdü.
Müqəddəs yazılarda Od – İlahinin görünməsini bildirir (14). O Skiniyanın zühuru zamanı göydən gəlmişdir və heç vaxt sönməməlidir. Qurbangaha qurban gətirildiyi üçün, ora həmişə təzə qan tökülür və qurbanın buxarı da durmadan göyə qalxırdı. Qurbangahda yanan Müqəddəs Od da həmişə qorunurdu (15). Burada qeyd etmək lazımdır ki, qurbangahdan göyə qalxan buxar elə o buxardır (par) ki, Tövrata görə yerdən qalxırdı və yeri suvarırdı. Məhz bundan sonra Allah Şərqdəki Edemdə cənnət yaratdı və Adəmi də orada yerləşdirdi (16).
Bütün bunlar o deməkdir ki, göydə qanla yaradılmış Oğuz, Rus torpaqları elə İlahinin sakin olduğu Göy çadırı mənasındadır və bu çadır qurban ruhlarından yaradılmışdır.
Qədim Misir mənbələrində Ban rəmzi, ölmüş fironun Ba ruhunu bildirirdi ki, bu ruh göyə qalxaraq orada Benu (“özündən yaranmış” deməkdir) quşuna çevrilirdi. Misir ieroqlifi haqda traktat yazmış IV əsrin Misir yazıçısı Qorapollon, Ba ruhunu kopt dilinə “ruh” kimi tərcümə etmişdir (17). Piramida mətnlərinə görə, qədim şahlıqda Ba ruhları, Allahların və fironların güc və qüdrətlərinin təcəssümü sayılırdı. Ba ruhu, firon öləndən sonra da yaşayırdı və başı, əlləri insandakı kimi, lakin quş cildində təsvir olunurdu. Beny (Feniks) adlanan bu quşa əsasən Geliopolda, yəni Gel şəhərində sitayiş olunurdu. Ölmüş fironların Ba ruhlarının yaşadığı El isə mənbələrdə Ba-El, yəni Bel/Baal/Vil rəmzi ilə qeyd olunurdu. Benu/Ban/Van rəmzlərindən isə Alban [LBN], yəni “Ban-Eli (Livan-Van Eli) rəmzi yaranmışdır. Qədim Alban dövləti Qafqazda, indiki Azərbaycan ərazisində mövcud olmuşdur. Deməli, qanla yaradılmış Misir, Assur dünya ağacı da, yəni Rus və Oğuz dünyası da Qafqaz Albaniyasından “ucalmışdır”. Bu isə o deməkdir ki, həqiqi İsrail də, yəni Asar/Osiris Eli də Qafqazda mövcud olmuşdur. Əhdi-Ətiqdə - Adəm, qədim Misirdə isə Atum adlanan Allahın yaradıldığı yer də bilavasitə Azərbaycandır.
Talmud kitabına görə, Adəm - Nuhun gəmidən düşüb qurbangah düzəltdiyi yerin torpağından yaranmışdır. O yaradıldıqdan sonra burada qurban kəsmiş, elə burada da Qabil və Habil öz qurbanlarını gətirmişlər (18). Bildiyimiz kimi Nuhun gəmisi Ararat dağında lövbər salmışdır. Deməli, Adəm də buranın torpağından yaradılmışdır.
Qabil [QBL] rəmzi sufizmdə Qaba-El [QB-L], yəni qədim Misirin Qeb-Eli [QB-L] mənasını verir ki, digər qədim mənbələrdə bu rəmzin əvəzinə Kain rəmzi qeyd olunur. Kain rəmzi [KN] quş dilində Knun [KNN] rəmzi ilə eyni mənalıdır və mənbələrdə Kinun/Kün/Kənan/Xanaan və s. kimi də yazılır. Kinun [K-NN] rəmzi - ən qədim mənbələrdə Nun-Ki [NN-K] kimi də qeyd edilir və Etemenanki (Atum-NunKi) zikkuratına aid edilir. Şumerlilərin Nun-Ki (“Nun-un [mövcud olduğu] yer”) adlandırdığı şəhər mənbələrdə Babil və Eridu adlanırdı (19).
Mifologiyaya görə, Marduk Allahı Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırdı. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikdi ki, onun başı Göylərə çatdı. Deməli, Babil qülləsi – göylərdə yaradılmış Allahlar ölkəsi ilə bağlıdır. Məşhur alim B. Turayev qeyd edir ki, klassik yazıçılar Babil qülləsini “Belin məzarı”, yəni Mardukun məzarı adlandırırlar. O bildirir ki, Vil (Bel, Baal) - gildən ilk insanı yaratmış Demiurqdur, yəni Allahdır (20).
Bel rəmzi, Babil rəmzi kimi, sufizmdə, özünün ilk doğumlu heyvanlarını qurban gətirən Avel, yəni Habil rəmzi ilə eyni mənalıdır. Deməli, Bel/Avel/Habil rəmzi də qurban mərasimi ilə, yəni qurban ruhları ilə bağlıdır. Əgər nəzərə alsaq ki, Babil rəmzi “Allahın qapısı” mənasındadır, razılaşarıq ki, Babil – göydəki ruhlar dünyasının, yəni Albaniyanın giriş qapısıdır.
Beross yazır ki, Nabupalasar Babildə dağa bənzər hündürlük düzəldərək, orada cürbəcür ağaclar əkdi və asma bağ saldı (21). Babil şahı Nabupalasarın oğlu Navuxodonosor isə nəhəng saray düzəldib, Belin və Boreyadakı Merodaxın (Marduk) məbədgahını yenidən tikdi. Arvadı midiyalı Nikotrisanın, Babil qumluğunda öz vətəninin dağ və meşələri üçün darıxdığına görə, Semiramidanın asma bağını saldı. Deməli, Semiramidanın asma bağları elə göydə yaradılmış cənnətin, yəni ruhlar dünyasının obrazıdır. Əgər nəzərə alsaq ki, M. Xorenatsiyə görə, Ermənistana qədər orada baş vermiş hadisələri Semiramidaya aid edilirdi, razılaşarıq ki, Semiramidanın asma bağları, yəni Etemenankinin göy sarayı məhz Qafqazda yaradılmışdır.
Tanınmış alim Devid Rol, Mesopotamiyanın Marduk Allahını qədim Misirin Asar, yəni Osiris Allahı ilə eyniləşdirir (22). Asar adı “qüdrətli” mənasını verirdi və şah taxtı, hər şeyi görən göz ieroqlifi ilə qeyd olunurdu. Misir sözünün özü, D. Rola görə, “Asardan (törəməsi) doğulmuş” mənasındadır. D. Rol xüsusi qeyd edir ki, Xuş (Kuş) və Misraim (Masri) tayfaları Nil vadisini koloniyalaşdırmaq üçün məhz Mesopotamiyanın Eridu şəhərindən yola çıxmışdılar (23). Bu isə o deməkdir ki, Misir Allahlarının vətəni məhz Qafqazdır.
“İtirilmiş Əhd” («Утраченный Завет») kitabında Devid Rol yazır ki, Eridu şəhərindən olan şumerlilər, Zaqros dağlarından gəlmiş Enmer-Karanı, İlahilik statusu olan Enkinin oğlu Asara (Əsər/Osiris) qədər ucaltdılar (24). Enmer rəmzi [NMR] quş dilində Ra-Amon [R-MN] kimi, Kara isə - günəş Allahı Qor kimi izah olunur. Assurlar (Asar adı ilə eynidir) isə Enmer-Asara, özlərinin Aşşur dövlətlərinin hamisi kimi sitayiş edirdilər. Belə çıxır ki, Enmer-Kara [NMR-KR], yəni göydə ölümsüzlük qazanmış Ra-Amon-Qor Allahı sonradan adını Asar, yəni Osiris Allahına dəyişmişdir. Bu isə o deməkdir ki, Mesopotamiya və qədim Misir Allahları məhz Qafqaz Albaniyasında doğulmuşlar. Məhz burada, bütün Allahların atası və ağası Ra-Amon Allahı - Asar adını götürmüşdür. Bu ərazidə Asar rəmzi - Azər kimi, göy cənnətinin yarandığı ölkə isə Azərbaycan kimi məlumdur. Belə çıxır ki, həqiqi İsrail, yəni “Asar Allahının Eli” – Azər Elidir (ZR-L – İzrail), yəni Azərbaycandır.
Əbu İshaq əl-İstəhri qeyd edir ki, «Biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirib, ona bir ölkə (İqlim) kimi baxırıq» (25). Arran dedikdə, Yaqub peyğəmbərin yuxuda, göyə qədər uzanan nərdivan gördüyü qədim Xarran nəzərdə tutulmalıdır (Sufizmdə Arran və Xarran rəmzləri eyni mənalıdır). Yuxudan ayıldıqdan sonra – “... Həqiqətən burada Allah vardır, mən isə bilmirdim” demişdi və qorxaraq: bu yer necə də qorxuludur! Bura Allah evindən başqa bir şey deyildir, bura Göyün qapılarıdır” deyə bildirmişdi. Səhər durduqda isə, başının altındakı daşı abidə kimi qoymuş və oranı Betel adlandırmışdı” (26). Bu isə o deməkdir ki, Allah - Arranda mövcuddur və Allah Evi, yəni göydəki ruhlar dünyası və onun qapısı da indiki Azərbaycanda yerləşməlidir. Lakin Xarran eyni zamanda Azər oğlu İbrahim peyğəmbərin və amoreylərin Sin (İl-Amurru) Allahının da vətənidir. Deməli, Azərbaycan - eyni zamanda bütün yəhudi peyğəmbərlərinin də vətənidir.
Tövratda, Allah israillilərə göstəriş verərək deyir: «... amoreylərin dağlarına və onların bütün qonşularına, düzənliyinə, dağına, alçaq yerlərə və cənub bölgəsinə və dəniz sahilinə, Knun (Kənan) və Lbnun (Alban) torpaqlarına, böyük çay olan Fərat çayına yola düşün. Budur, bu torpaqları mən sizə verirəm, gedin, Allahın atalarınıza, İbrahimə, İsağa, Yaquba və onların törəmələrinə andla söz verdiyi torpaqları miras kimi götürün» (27). Lbnunun, yəni Albaniyanın vərəsəliklə verilməsinə digər mənbələrdə də rast gəlinir. M. Kalankatuasi [1,4], M. Xorenatsi [11,8] və digər müəlliflər də qeyd edirlər ki, “Sisaka nəslindən, Yafət-Ərən törəmələrindən kiməsə Alban dağları və sahələri miras kimi qalmışdır”. Movses Xorenatsi Sisaka (Sak) nəslini - məşhur və adlı-sanlı nəsil olan Gelarküni (Gel) nəsli adlandırır. GelarKüni [GLR-KN] rəmzinin açması göstərir ki, buradakı Kün rəmzi - Kənan (Kinun/Nunki) mənasındadır. Belə çıxır ki, “Göy və Yerin təməl Evi” olan Etemenanki zikkuratı məhz burada – Gelarkünidə yaradılmışdır. Bütün bunlar haqda da dəqiq təsəvvür yaratmaq üçün sufi müdriklərinə müraciət etmək vacibdir.
Məşhur sufi Əbu Həmid əl-Qəzaliyə görə, Dünya üç hissəyə bölünür. Birinci – görünən və hiss olunan «aləm əl-Mülk və-Şəhad», ikinci – mənəvi olan «aləm əl-Cəbərut», üçüncü isə – gözəgörünməz o biri dünyadır ki, «aləm əl qeyb vəl-Mələküt» adlanır (28). İstəhri bu hissələri Azərbaycan, Arran və Ermənistan adlandırır. Burada gözəgörünən “aləm əl-Mülk” – Azərbaycan, mənəvi aləm olan «aləm əl-Cəbərut» isə Arran mənasındadır ki, bu rəmz altında - tikilib qurtardıqdan sonra yerin altında gizlədilmiş Etemenanki zikkuratı nəzərdə tutulur. Üçüncü, gözəgörünməz o biri dünya olan «aləm əl qeyb vəl-Mələküt» isə, ölümsüz mələklər (Allahlar) dünyası, yəni cənnət mənasında olan Ermənistandır.
Mifologiyaya görə, günəş nəsli olan Aragil (Raxil, Raquil, Erakl və s. rəmzlərlə eyni mənalıdır), yəni Gilar (Gelarküni) nəsli, Ermənistana uçmazdan əvvəl (ölüm zamanı) qanad geyirmişlər. II əsrə aid Roma sikkələrində, Erməni dövlətinin alleqorik olaraq Roma imperatorunun ayaqları altında oturmuş qadın simasında göstərilməsi onu deməyə əsas verir ki, Ermənistan ölkəsi dedikdə – qadın rəmzli ruhlar dünyası nəzərdə tutulmalıdır (29). Bu isə o deməkdir ki, Ermənistan – Albaniya və İsrailin digər adlarından biridir və Gelarküni göylərində yaradılmış bu cənnət, Allah tərəfindən Gelarküni nəslindən kiməsə verilmişdir.
Beləliklə biz dəqiqləşdirdik ki, Tövratda, Dünyanın yaradılması dedikdə, göydə zühur etmiş ruhlar dünyasının yaradılması başa düşülməlidir və bu dünyada Ra-Amon Allahının nəsli ölümsüzlük qazanır. Ra-Amon [RMN] rəmzi mənbələrdə Ərmən [RMN] (Ermənistan) kimi də yazılır və Asar (Osiris/Azər) Allahının göydəki dünyası mənasını verir. İran mənbələrində Ra-Amon və ya Ərmən rəmzi - Raman [RMN] kimi də qeyd edilir.
Araşdırıcı E. A. Qrantovski «qala divarları»ndan tapılmış İran sənədlərini tədqiq edərkən, «dünya» mənasını verən «raman», «ramakara» – «dünya yaratmış» və s. rəmzlərlə rastlaşır. «Raman» [RMN], «rama» [RM] rəmzləri bu mətnlərdə «dünya», «yaradılmış dünya» mənasındadır ki, burada söhbət təbii ki yaşadığımız fiziki dünyadan getmir. E. A. Qrantovski yazır: «Artıq VIII – VII əsr. e. ə. Qərbi İranda «Raman» anlayışının böyük mənada olmasını, bir neçə hökmranın adları göstərir (Qərbi Midiya və onun ətrafı da): Ramatav(i)yah – (Ramateya və s.) və, Ramatava(h) – (müqayis. Ramatau) «dünya ilə qüdrətli», «dünyanın qüdrətlisi (dünyanı təmin etmək üçün qüdrətli)» (müqayis. VII əsrin ikinci yarısında yaşayanın oxşar adı Ariyaramna – «dünyada ariləri olan» və ya «ariyalar üçün dünya yaradan»). Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə, xoşbəxtliyin səbəbləri - məhz qüdrətli və ədalətli hökmdar dünyasının olması xarakterikdir. Qatalarda «dünya», bilavasitə «hakimiyyət», «güc» (hökmdarın) və s. ilə əlaqələndirilir və xoşbəxt həyatın, inkişafın əsas şərtlərindən sayılırdı» (30). Bu o deməkdir ki, qədim hökmdarlar, Asar (Osiris/Azər) Allahının göydəki şahlığı ilə, yəni İlahinin mövcud olduğu çadırla bağlı olan Ra-Amon nəslinə mənsub idilər. Məhz bu çadırın İlahi Odu - müqəddəs şahlar nəslinə xoşbəxt və firavan həyat verirdi.
İlahi odla bağlı Ammian Marsellin bildirir ki, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirirdi. R. Fray yazır: «Erməni müəllifi Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı». Bişapurda olan sütunun yazısında, Şapur odu - «odlar şahı» adlandırılır və tədqiqatçılar güman edir ki, o - əsgərlərin «Quşnasp odu» ilə eyniləşdirilir; sonuncu isə sonralar «odların müzəffər şahı» adını alır (31). M. Boys İlahi odu Farbağın odu sayır ki, Farbaq rəmzi «Farnanın yiyəsi» və ya «Farnanın hesabına uğur qazanan» kimi mənalandırılır və bu da farnanın efir [FR] mənasında olması deməkdir. İran mifologiyasında Farn – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir (32). Baq [bQ] rəmzi isə, qədim Misir yazılarında eyni zamanda Qeb [QB] kimi qeyd olunan göy dünyası ilə eyni mənalıdır. Sufizmdə Baq/Bəqa/Bəg rəmzi – ekstatik durumda, ilahi od, dirilik suyu və s. adlanan ilkin materiyaya (efir) daxil olma və onunla birləşməni, vəhdəti bildirir. Bu isə o deməkdir ki, Farbağ rəmzi – “efirdən (ilkin materiya), yəni ilahi oddan yaranmış göy dünyası ilə vəhdət təşkil edən firon (pir)” deməkdir. Əgər nəzərə alsaq ki, qədim insanların təsəvvürlərinə görə, fironları və ya digər müqəddəsləri hansısa “substansiya”, “nur” əhatə edir, razılaşarıq ki, farna adlandırdığımız efir elə o “ilahi mahiyyət”dir ki, şahlar nəslinin törəmələrinə ötürülürdü və əbədi mövcud hesab olunurdu (33). Belə çıxır ki, Gilar bəgləri o hökmranların nəslidir ki, onlar insanlara ilahi bərəkət və uğur verirdi. Yəhudi mənbələrində bu ilahi substansiya – “dünyanı yaradan silah” adlandırılır: “İsrail oğulları sevimlidir, çünki onlara, dünyanı yaradan silah verilmişdir: daha böyük məhəbbətin göstəricisi odur ki, onlar dərk edirlər ki, onlara, dünyanı yaradan silah verilmişdir” (34). Mən – “Qurandakı İsrail oğulları – Azəri türk bəgləridir” adlı məqalədə göstərmişəm ki, pir, bəg, seyid və s. adlandırdığımız Azəri seçilmişləri - “ilkin materiya ilə vəhdət”in hesabına möçüzələr göstərmək qabiliyyətinə malık olmuşdular.
Sebeos müqəddəs od olan Qrat odunu Atrpatakan (Azərbaycan) ölkəsində yerləşirdirir ki, şahlar, “Atəş” adlandırılan bu odu, həmişə özü ilə gəzdirərdilər. İsidor Xarakskiy xəbər verir ki, əbədi od, «Arsakın ilk dəfə şah elan olunduğu» Asaak şəhərində saxlanılırdı (35). Əl Kufi isə yazır ki, Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminən 45 km. yol məsafəsindədir (36). Burada Gelarküni torpaqlarında bu gün də Azəri bəgləri yaşayır. «Древние масоны – прямые потомки Богов» adlı məqaləmdə mən göstərmişəm ki, XIX əsrə qədər Avropanın və bütün dünyanın şahları və hökmranları məhz bu nəsilin törəmələri olmuşlar (37). Qədim mənbələrdə məhz onlar mələklər nəsli, yəni ölümündən sonra ruhlarının Qor Allahına çevrilib, Qeb (Ermənistan) aləmində ölümsüzlük qazanan müqəddəslər nəsli adlandırılırlar. Qədim Misir mənbələrində onlar - “Qor ardıcılları” (Qor yolu ilə gedənlər) kimi qeyd olunurlar. Devid Rol xüsusi qeyd edir ki, Misirin əfsanəvi “Qor ardıcılları” öz əslini Mesopotamiyanın məşhur qəhrəmanlarından götürür və bu nəslin hər sonrakı hökmranı öz adının qarşısında, Roma imperatorları - Roma imperiyasını yaratmış adamın adının şərəfinə olaraq “Sezar” (Azər rəmzi ilə eynidir) adını daşıdığı kimi, “Qor” ləqəbi daşıyırdılar (38).
Kitab və məqalələrimdə mən göstərmişəm ki, Aleksandriyalı Filona görə, Allah iki növ - formalaşdırılmış (Библ. Быт.2:7) və Allahın obrazı ilə əvvəl yaranmış (Библ.Быт.1:27) insan yaratmışdır. Birincisi – “Göy” (Библ.Быт.1:27) insanı, ikincisi isə “Yer” (Библ.Быт.2:7) insanıdır. Göy insanı, Allahın obrazından yarandığı üçün məhv olmur və yerə aidiyyəti yoxdur, yer insanı isə qanunsuz materiyadan yaranmışdır ki, Musa peyğəmbər onu «kül» adlandırmışdı. Buna görə də Filon deyir ki, Göy insanı əllə düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer insanı isə usta vasitəsi ilə düzəldilmişdir» (39). Bu o deməkdir ki, “Qor ardıcılları” - Göy insanının nəslidir və onların ruhları, ölümdən sonra da sağ qalaraq, Alban (İsrail) ölkəsində ikinci ömürlərini yaşayırlar.
Mənbələrdə Qor (Xor) rəmzi - Xoris/Xris kimi də yazılır və qədim Misirin Qor Allahının ruhu mənasında “Qor/Xor ruhu” fikrini ifadə edir. Belə çıxır ki, “Qor ardıcılları” elə Xristin, yəni İisus Xristosun – İsa peyğəmbərin ardıcıllarıdır. İslamda onlar Məhəmməd peyğəmbərin və onun əshabələrinin ardıcılları adlandırılır. Məhəmməd peyğəmbər hədislərdə bildirir ki, yəhudilərin, xristianların və müsəlmanların yetmişdən artıq olan təriqətlərinin yalnız biri cənnətə gedəcək. Bu yeganə təriqət isə, Ərdəbil ətrafında yaşayan yəhudi nazoreylərinə, yəni Azəri türklərinin nizari bəglərinə aiddir.
Nazorey rəmzi [NZR] qədim Misir mətnlərində Ni-Asar (Nu-Osiris/Nu-Oziri) [N-SR/N-ZR] kimi yazılır və “Nu şəhərində (Gel/Geliopol) yaşayan Asar (Osiris) Allahı” mənasını verir. Xristianlıq dönəmində bu şəhərdə yaşayanlar nasarlar və ya nazaretlilər, İslam dövründə isə ənsarilər və ya nizarilər kimi tanındı. Nizarilərin mənşəyi, onların rəhbəri Həsən ibn Sabbahın Ələmut qalasında cənnət yaratması və assasinlər haqqında mən kitab və məqalələrimdə məlumat vermişəm. Burada isə əlavə etmək istərdim ki, bütün dinlər onları müqəddəs nəsil hesab edirdilər. Yəhudilər ismaili nizarilərinin Qalaad şəhərini müqəddəs şəhər hesab edirdilər. Xristianlar bu Gel elini Qaliley (Kolyada və s.) adlandırdılar. Müsəlmanlar isə Qulatı (Gel) – ifrat şiə batinilərinin müqəddəs oсağı kimi qəbul etdilər. Məlumdur ki, bu ismaili-nizariləri, Quranın batini, yəni gizli mənasını bilən müdriklərin nəslidir. Onların şiə ezoterizmi, bütün din və elmlərin açarı hesab olunurdu.
Şiə rəmzi, qədim Misirdə “Allah ruhu” mənasını verən Şu Allahının adının digər yazılış formasıdır. Yəhudilər Şu Allahını – Yeşua, xristianlar isə İsa (İisus) adlandırdılar. Yazdığımız kimi, Dünyanın yaradılışı zamanı məhz Şu Allahı qalxaraq, Nut göyünü Qeb torpağından ayırmışdı. Əgər nəzərə alsaq ki, axirətdə İsa peyğəmbər yenidən gələrək, insanlarla yeni Əhd bağlayacaq, razılaşarıq ki, bu zaman yeni İsrail, yəni göydə Asar/Osiris Allahının yeni dünyası yaranacaqdır. İsanın mənbələrdə Moşiax adlandırılması isə o deməkdir ki, o da Musa (Moşe) peyğəmbər kimi göydən yerə yenidən İlahi odu gətirəcək və İlahinin mövcud olduğu yeni çadır (Skiniya) yaradacaq.
Xoris Allahının, yəni İisus Xristosun adı qədim Misir yazılarının birində «Bakxoris» kimi qeyd edilir ki, onun müdrikliyi haqqında rəvayətlərə Pompey yazılarında da rast gəlinir (40). Bakxoris rəmzi sufizmdə Bəg-Xristos kimi izah olunur. Bu isə o deməkdir ki, İsa peyğəmbər sufilərin Bəqa səviyyəsinə yüksəlmiş müdrikin obrazıdır. Mənbələrdə Xor Allahı eyni zamanda Bəglər (Bek/Baki) ölkəsi ilə də əlaqələndirilir və mənbələrdə - “Xor, Bakının sahibi”, “Xor, Bakının ağası”, “Xor, Bakı ölkəsinin hökmranı” və s. kimi yazılır (41).
Qeyd etmək lazımdır ki, müdriklik, İsrail oğullarını digər insanlardan fərqləndirən əsas cəhətlərdən hesab olunur. Qurana görə, Allah bu kitabı bilavasitə İsrail oğulları üçün göndərmiş, onlara hökmranlıq, peyğəmbərlik və pak nemətlərdən ruzi vermiş, onları aləmlərdən üstün və varislər etmişdir. Onlara dinlə bağlı aydın dəlillər verən Allah, onları, elmlərinə görə aləmlərdən üstün tutmuşdur (42). Belə çıxır ki, İsrail oğulları Allahın sirlərini bilən batini-nizariləri, yəni nazaretlilərdir.
İslamda, ilahi sirləri bilən Məhəmməd peyğəmbər, imam Əli və ailəsi - əl-Beyt [L-BT] adlanır. Batinilikdə əl-Beyt dedikdə, ailə qohumluğu yox, “gizli elmə, biliyə və hikmətə malik ailə” (“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) nəzərdə tutulur ki, bu da Quranın batini mənasını bilənlər mənasındadır. Sufizmdə əl-Beyt [L-BT] rəmzi yəhudi seçilmişlərinin levit [LVT] rəmzi ilə eyni mənalıdır. Tövratda, Allah levitləri - “Mənim levitlərim” adlandırır ki, bu da onların Allahın seçilmişlərinin nəsli olması anlamındadır.
Sufizmdə “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti daha dərin mənalara malikdir. Batinilikdə Rəsul [RS-L] rəmzi Rus-Eli [RS-L] kimi də oxunur ki, bu da İsrail [sR-L] rəmzi ilə eyni mənalıdır və “Osiris/Usiri Allahının eli” fikrini ifadə edir. Quranda Rus, Rəsul rəmzləri - Ress əshabi və Ressli kimi də qeyd olunur (43). Belə çıxır ki, “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” şəhadəti - “İlkin materiyadan başqa həyat verən enerji yoxdur, Məhəmməd - ondan yaranmış göydəki Osiris-Elidir (ruhlar dünyasıdır)” mənasını verir. Mühiddin ibn Ərəbi, əl-Qəzali, Fəzlullah Nəimi və s. kimi məşhur sufilər də Məhəmməd peyğəmbəri – bədənində ruhlar dünyası yaradılmış kosmik insan kimi təqdim edirlər. Mühiddin ibn Ərəbi “Füsus-ül Hikəm” adlı əsərində “Din” sözünün yerinə “Əl” sözünü işlədir ki, bu da İslam dininin göydəki El mənasında olması deməkdir. İbn Ərəbi bu Elin Azər oğlu İbrahim nəslinə verilməsini də xüsusi qeyd edir (44).
Ümumiyyətlə, ibn Ərəbinin və Quranın (22:78) yazdıqlarından belə çıxır ki, müsəlmanlıq Məhəmməd peyğəmbərdən yox, Azər oğlu İbrahim peyğəmbərdən başlanır. Bu isə o deməkdir ki, musəvilik, xristianlıq və islam – çox qədim vahid bir dinin hissələridir. Latınca “Religio” kimi yazılan “Din” sözünü Laktansiya - “Allahla vəhdət”, “Allahla birləşmə” kimi də mənalandırır. Sufizmdə “Allahla birləşmə”, “Allahla vəhdət” – Bəqa və Xulul rəmzləri ilə qeyd olunur ki, buradakı Bəqa rəmzi - tərikə yolunu gedən türkün (türük) bəglik məqamını bildirir. Xulul rəmzi isə islamda «ittihad» – «birləşmə», «axma» mənasını verən terminlə eyni mənalı hesab olunur. İttihad, yəni «ittihad əl-ləhut bi-n-nasut» rəmzi, insanın, İlahi mahiyyət olan ilkin materiya ilə birləşməsi deməkdir. Sufizmdə Xulul [XLL] rəmzi Allah [LLH] kəlməsi ilə də eyni mənalıdır. Bu isə o deməkdir ki, Allah, Din deyəndə, ilkin materiya ilə vəhdət təşkil edən qədim Misirin Ra-Amon Allahı və onun göydə yaratdığı Qeb cənnəti başa düşülməlidir. Sufizmdə “Religio” [RLG] rəmzinin “Gilar” [GLR] rəmzi ilə eyni məna verməsi isə onu deməyə əsas verir ki, Allahla vəhdət məhz Gilarda baş vermişdir və bütün dinlər də bu Ellə bağlıdır.
Yazdıqlarımızdan belə nəticə çıxarmaq olar ki, qədim mənbələrdə İsrail (İzrail) dedikdə - Asar/Osiris/Oziri/Azər Allahının göydəki ruhlar dünyası nəzərdə tutulmalıdır. Asar adı – İslamda Rəhman, qədim Misirdə isə Ra-Amon adlandırılan Allahın ləqəblərindən biridir. Ra-Amon Allahı, qədim mənbələrdə “Yuxarı Misir” adlandırılan göy dünyasının hesabına, iki dünyada fövqəladə qüdrətə sahib olmuş və ölümsüzlük qazanmışdır.
Rus mənbələrində də rus çarlarının özlərini - “Ata qanının haqqı ilə” şah, imperator adlandırması, onların Ra-Amon Allahının törəmələri olması deməkdir: “Mən, Ata qanımın haqqı ilə - həm şah və rusların hökmdarıyam: Öz hakimiyyətimin təntənəli adını, heç bir xahiş və qiymət ilə, heç kimdən satın almamışam; Başqa hökmdara da heç bir qanun ilə mən tabe deyiləm. Lakin, İsaya inanaraq, başqasından xahişlə alınan şərəfə nifrət edirəm”. Yaxud: “Mən təkcə Knyaz, Hökmdar və ya Çar deyiləm, Mən həm də ölçülməz ərazilərimin Böyük İmperatoruyam. Bu ad mənə Allah tərəfindən verilib və digər şahların adları kimi təkcə boş söz deyil: Nə Assuriya, nə Midiya, nə də ki Roma Sezarlarının həqiqətdə belə adlanmağa haqları yox idi... Məgər bütün Avropa monarxları məni İmperator adlandırmır?” (45). Belə iddialar qədim Misir mətnlərində də rast gəlinir: “Mən Harakhty-yə möhkəm qanunlar verəcəm... Mən – öz doğumumda Şaham, heç kimin təyin etmədiyi şahzadəyəm... Mən Fateh olmaq üçün böyüdülmüşəm, Mənim torpağım və mən onun Şahıyam” (46).
Harakhty, yəni Xaraxti [XRXT] rəmzi sufizmdə Xorxut [XRXT] kimi də oxunur ki, bu da Xor, yəni Qor Allahı deməkdir. Xorxut rəmzi bizlərə Oğuz elinin müdriki olan Qorqud [QRQD] kimi də tanışdır. Kitabi-Dədə Qorqudda əsasən gələcəkdə baş verəcək hadisələrdən, dünyanın sonundan danışılır. Bu isə o deməkdir ki, Xaraxti/Qorqud obrazı, axirətdə zühur edəcək və ölmüş Asar/Osiris Allahını dirildəcək qədim Misirin Qor Allahının obrazıdır. Xoraxtinin – “Mən Fateh olmaq üçün böyüdülmüşəm, Mənim torpağım və mən onun Şahıyam” deməsi, onun Mehdi obrazında olması və Asar/Osiris Allahının göydəki ruhlar dünyasının (Albaniya/İsrail) ona verilməsi deməkdir. Buna görə də O, dünyanın yaradılışı zamanı Ra-Amon Allahı tərəfindən müəyyən edildiyi kimi, doğumunda Şahdır. Xaraxtiyə yeni qanunlar verilməsi isə, göydə yaranacaq yeni Dünya və insanlarla bağlanacaq yeni əhd mənasındadır. Əgər nəzərə alsaq ki, Qor/Xor Allahı elə Xoris/Xris, yəni İisus Xristos Allahıdır, aydın olar ki, axirət məhkəməsindən sonra Dünyanın, yəni Aşağı və Yuxarı Misirin Şahı İsa peyğəmbər olacaqdır.
Biz qeyd etdik ki, Albaniya ölkəsi Allah tərəfindən Gelarküni nəslindən kiməsə vəd edilmişdir. Deməli, Qor, yəni Xris/Xristos obrazı Gelarküni nəslindən olmalı və İlahi sirləri bilməlidir. Bilim – Allahla vəhdətdə olan nəsli, adi insanlardan ayıran əsas cəhətdir. İlkin materiyanın qanunlarına görə yalnız bilən Allaha çevrilib, ilkin materiya ilə vəhdətə nail ola bilər. Qədim Misir mətnlərində, Amon Allahının axirətdə gələn və İlahi sirlərdən xəbərdar olan oğlu haqqında yazılır: “Sənin oğlundan... (Şahdan)... başqa özünü dərk edən yoxdur. Sən öz oğluna əzəldən yazdığın taleni və öz qüdrətini verirsən” (47). Bənzər fikir Əyyub peyğəmbərlə bağlı yazılarda da Allah tərəfindən ifadə edilir: “Əlbəttə sən onun sərhədlərinə çatmısan və onun Evinin yolunu bilirsən. Sən ona görə bunları bilirsən ki, sən artıq o vaxt doğulmuşdun və sənin günlərinin sayı çox böyükdür” (48). Bu isə o deməkdir ki, axirətdə gələcək oğul, Dünyanın yaradıldığı zaman yaradılmışdır.
Tövrata görə, Yer və Göyün yaradılışının dördüncü günü, Allah - iki Nursaçan: Böyük Nursaçan - gündüz, Kiçik Nursaçan isə gecə idarə etmək üçün yaradır. Burada Böyük Nursaçan dedikdə, qədim Misirin Amon Allahı ilə birləşərək Ra-Amona çevrilən və axirətədək dünyanı idarə edən Ra günəş Allahı başa düşülməlidir. Kiçik Nursaçan isə Ayın, yəni, axirətdə Günəş Allahı Ra-Amonun yerinə keçən Mehdinin obrazıdır. Yaranışdan sonra Kiçik Nursaçan, yəni Ay Allahının obrazı axirətədək göy aləmində qalaraq öz zamanını gözləyir. Misir mətnlərin birində Allahın oğlu - Ay adlandırılır: “Sən yenilənməni təkrarlayırsan və sən, Ay kimi yenidən çiçəklənirsən – uşaq, sən, Nunun əzəl dövrlərindəki kimi öz-özünü il-ildən cavanlaşdırırsan. (Sənin) doğumun – Xeb-Sedin təkrarlarındadır, bütün həyat sənə daxil olur (birbaşa məna:”Sənin burnuna gəlir”), və sən – bütün torpaqların əbədi şahısan” (49). Ağ məbədin mətnlərində, Allahların başçısı Amon bəyan edir: “Oğul (Mənim) Senurset, Sənin atan Ra-nın istəyi ilə hər iki Torpağın şahlığı sənə məxsusdur”. Digər bir yazıda isə Ra-Amon, öz “cismindən olan oğlu” Xeperkaraya deyir: “Atan Ra, sənin uca - Aşağı və Yuxarı Misirin şahı adını, səni özü ilə vahid cisimdə yaradanda yaratdı” və ya “Yaşasın yaranışı təkrarlayan Qor, Ra-nın oğlu Amenemxet” (50). Bütün bunlar o deməkdir ki, Ra-Amonun yeganə oğlunun doğumu əvvəlcədən, Dünyanın yaradıldığı zaman müəyyənləşdirilmişdir.
Mənbələrdə Ay (İslamın rəmzi) Allahının obrazı Xarrandan (Arran) başlanır və Sin adlanır. Devid Rol qeyd edir ki, mənbələrdə İl-Amurru kimi yazılan Əhdi-Ətiqdəki El Allahı, patriarxal dövründə təbii olaraq Xarrandan olan Sin Allahı ilə eyniləşdirilirdi. El [L] rəmzi isə, ifrat nizari şiələrinin Allahla eyniləşdirdiyi imam Əli [L] obrazı (Əli-İlahi) ilə eynidir. Sufizmdə imam Əli və İsa peyğəmbər eyni obraz kimi çıxış edir. Qurana görə, Allah, Adəmdən sonra yalnız İsa peyğəmbəri özünün “Kün!”, yəni “Ol!” əmri ilə yaratmışdır. Deməli, İsa obrazı da “Kün!” rəmzi ilə, yəni Gelarküni ilə bağlıdır. Lakin El [L] və Əli [L] rəmzləri eyni zamanda Albaniyanın digər adı olan Alu [L] rəmzi ilə də eynidir və bu Alu, yazdığımız kimi Gelarküni nəslindən kiməsə əbədi verilmişdir.
Quranda deyilir ki, İsa peyğəmbər açıq nişanələrlə, yəni insanları fikir ayrılığına salan kamil elmlə, müdrikliklə gələcək (51). Bu isə o deməkdir ki, İsa peyğəmbər qədim sirləri açaraq bütün suallara izah verəcək və bütün dinlərin bir olduğunu sübut edəcəkdir. Xristianların “Siluanın nəsihətləri” adlı yazıda deyilir: “Xristos (İsa) – həyatın həqiqi işığı və günəşidir. Günəş, bədənin gözlərinə işıq vermək üçün çıxdığı kimi, Xristos da bütün ağıl və ürəkləri nurlandırır”. Sebeos, İsa peyğəmbər haqqında danışanda, xüsusi qeyd edir ki, o yarı insan yarı Allah idi. Belə çıxır ki, İsa obrazı həqiqətən də qədim Misirin Qor Allahının obrazıdır. Mənbələrə görə, hələ Dünyanın yaranışı zamanı, onun üçün Yuxarı Misirin, yəni Asar-Elinin - İsrailin taxtı hazırlanmışdır və o öləndən sonra, onun ruhu göyə qalxaraq Ra günəş diski ilə birləşəcək və Ra-Amon Allahının doğumu təkrarlanacaq. Bundan sonrakı zamanın şahı isə İsa peyğəmbər olacaqdır. O yerdə ədalət məhkəməsi quracaq və Asar/Osiris Allahını dirildəcək. Mənbələrdə “Osirisin (İsanın) ölümü və dirilməsi” dedikdə, göy cənnətinin məhz bu yenilənməsi nəzərdə tutulur.
Asar (Osiris) Allahının ölümü və dirilməsi digər mənbələrdə Attis, Adonis, Tammuz, Kibela və s. Allahların ölüb dirilməsi kimi qeyd olunur və bu bayram “Gilar bayramı” adlanırdı (52). Bu isə ona işarədir ki, Həzrəti İsa Gilar elindən olacaqdır və axirətdən sonrakı dövrdə Ra-Amon Allahı - İsrail şahlığını, yəni göydəki Azər Elini məhz ona verəcəkdir.
Axirət yaxınlaşdıqca, İsrail şahlığının kimə veriləcəyi məsələsi də ortaya çıxmışdır. Tövrata görə, Allah əhd etmişdir ki, bu şahlığı – Gelarkünidən və İsrail yəhudilərindən, yəni Azər elinin Gilar türk bəglərindən olan və İlahi sirləri bilən bir nəfərə əbədi verəcəkdir. Kimin bu taxta sahib olacağını isə təbii ki, zaman göstərəcəkdir.

Ədəbiyyat

Firdovsi, “Şahnamə”, B., 1987, səh. 20
Firudin Gilar Bəg, http://www.gilarbeg.com
Платон, «Политик», 269 С
Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134
«Kitabi-Dədə Qorqud», B., 1988, səh.106,110,111,74,58,38,74
Род I, 6:15; III, 3:5 ; Лют. II, 1:1 və s.
«Книга Велеса», С-П., 2000, səh.93,95,157, 191
Библия, Лев.17:11
Библия, Деян.17:26
Библия, Иезек.31:3-9
«История Древнего Востока», I cild, М., 1983, səh.169
Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, səh.135,143,144
«Kitabi-Dədə Qorqud», B., 1988, səh.42,55,63,68,94,91,126
Библия, Быт.19:24, 22:6, Исх.3:2
Библия, Лев.6:12,13
Библия, Быт. 2:6-8
Мифологический словарь, М., 1990
«Талмуд», Санк-Пет., 1903, V cild, səh.3
Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.248
Б. А. Тураев, «История Древнего Востока», Л., 1935, I cild, səh. 135,126
Б. А. Тураев, «История Древнего Востока», Л., 1935, II cild, səh.92
Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.459,408
Дэвид Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read
Дэвид Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read
Azərbaycan tarixi üzrə qaynaqlar”, B.,1989, səh.111
Библия, Быт.28:16-19
Библия, Второзак., 1: 6-8
Ал Газали, “Воскрешение наук о вере” М., 1980, səh.29
Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991, səh.215
“История Иранского государства и культуры”, М., 1971, səh.305
Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.286
М. Бойс, «Зороастрийцы», М., 1987, səh.150
«История Древнего Востока», I cild, М., 1983, səh.281
Э. Э. Урбах, “Мудрецы Талмуда”, Исраэл, 1989, səh.60
М. Бойс, Зороастрийцы, М., 1987, səh.107
Аль Куфи, «Китаб аль Фитух»
Фирудин Гилар Бек, http://gilarbek.blogspot.com/search?updated-min=2012-01-01T00:00:00-08:00&updated-max=2013-01-01T00:00:00-08:00&max-results=50
Дэвид Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read
А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh.110
Б. А. Тураев, “Древний Египет”, изд. "Огни", Петроград., 1922, səh.123
Э. Е. Кормышева, «Религия Куша», М., 1984, səh.71,74,76,112,146
Quran, 27:76,77, 45:16, 2:47,122,40,44:32, 45:16, 6:165
Quran, 25:38, 50:12-14
Ибн Араби, «Геммы мудрости», sayt: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
Г. В. Носовский, А. Т. Фоменко, «Новая хронология Руси, Англии и Рима», М., 2001, səh.567
Г. В. Носовский, А. Т. Фоменко, “Империя”, М., 2000, səh.593
Г. Франкфорт, Г. А. Франкфорт, Дж. Уилсон, Т. Якобсен, “В преддверии философии”, М., 1984, səh.84
Библия, Иов 38:20-21
О. И. Павлова, “Амон Фиванский”, М., 1984, səh.58
О. И. Павлова, “Амон Фиванский”, М., 1984, səh.61,50
Quran, 43:63
Е. Ярославский, «Как родятся, живут и умерают Боги», М., 1941, səh.83,86

Link to comment
Share on other sites

Bu günkü İslam – cəhalət, bütpərəstlik, Batini İslam isə kamillik və ölümsüzlük deməkdir.

Təəsüfləndirici haldır ki, dünyaya xaqanlar və müqəddəslər nəslinin törəmələri kimi gəlmiş türklər - cəhalət və ölümü, kamil insan kimi ölümsüzlük qazanmaqdan üstün tuturlar.

İslamın müqəddəs kitabı Quranın zahiri mənasından başqa, yalnız sufilərə aydın olan batini mənasının olması artıq hamıya məlumdur. Zahiri məna özündə daxili mənanın istiqamətini daşıyır və bu iki mənanı birləşdirəndə, Allahın bu dünyada gördüyü işlər və onun fikirləri açılır.
Batini mənanın açılmamasının nəticəsidir ki, insanlar bu gün ən sadə şeyləri, məsələn insanın yaranışı haqqında həqiqətləri bilmir, özlərindən müxtəlif fərziyyələr irəli sürürlər. Batini mənanı bilənlər üçün isə sirr deyilən şey yoxdur. Onlar bu dünyada kamil insan kimi sakit yaşayir, öləndən sonra isə Allahın göydə yaratdığı Qeyb aləminə köcərək, orada ömürlərini davam etdirirlər.
Qədim dövrdə insanlar - millət və xalqlara yox, avam adlandırılan adi insanlara və pir, bəg, seyid və s. adlandırılan seçilmişlər nəslinə ayrılırdı. Seçilmiş müqəddəslər nəsli xüsusi üsulla, yəni Allahın obrazı ilə yaradıldığı üçün, onlar kamil insan nəsli hesab olunurdular və ölən kimi də cənnətə düşürdülər. Avam insanların ruhlarının cənnətə düşməsi üçün isə Allah onlarla müqavilə bağladı və bu müqaviləni İslam adlandırdı. İslam rəmzi ən qədim mənbələrdə Səlim, Ur-Səlim, İsmail və s. formalarda yazılaraq göydəki aləmi və bu aləmin sahibinin ruhunu bildirirdi. Mən, “Bütün dinlər birdir” adlı məqalədə bu rəmzin açmasını vermişəm.
İslam, bu gün qəbul edildiyi kimi Ərəbistan çöllərində yox, qədim Misir yazılarında Yalu sahələri, yunanların isə Ereb adlandırdığı göy sahələrində yaranmışdır. Ereb dünyası, yəni Ərəbistan da göyləri təşkil edən ilkin materiyada yaradılmışdır. Erməni mənbələrində bu yaradılış, Midiyanın Sünik ərazisində, yəni indiki Azərbaycan torpaqlarında “səhra tikilməsi” kimi qeyd olunur. Bu səhranı tikənlər isə kitablarda “müqəddəs Atalar” adlandırılır. Mənbələrdə açıq yazılır ki, insanlar burada ikinci həyat qazanırlar və ömürlərini bu mələklər diyarında davam edirirlər.
Aydındır ki, səhra – çöllük, düzənlik deməkdir və bu düzənliyi tikmək də absurd söhbətdir. Midiyanın dağlıq ərazisində “səhra tikilməsi” də təbii ki, rəmzi mənadadır və batin (sufizm/ledun/təvil) elmində bu, qurban vasitəsi ilə göy sahələrində - qədim Misir yazılarında Qeb adlandırılan ruhlar dünyasının yaradılması deməkdir.
İslamda Qeyb aləmi kimi qeyd olunan Qeb dünyası, e. ə. VIII əsrə aid Assuriya yazılarında, Midiya ərazisində «Şərqin ərəbləri» (dəqiq: «Günəşin çıxdığı yerin ərəbləri») ölkəsi kimi qeyd olunur (И. Дьяконов, «История Мидии», M.,1956, səh.219-221). Şərq dedikdə, qədim Misir mətnlərində və məşhur sufi Sühravərdinin İşraq fəlsəfəsində - Allahların doğulduğu göy aləmi nəzərdə tutulur. Deməli, Ərəbistan ölkəsi, göylərdə yaradılmış ruhlar dünyası mənasındadır və burada Misir Allahları yaşayırlar. «Kitabi - Dədə Qorqud»da, göydə yaradılmış bu dünya - Əmman (Ümman) dənizində tikilmiş kafər şəhəri kimi qeyd olunur və orada asilər (ruhlar) su altında «mənəm Allah» deyə qışqırışırlar («Kitabi - Dədə Qorqud», B., 1988, səh.118).
Midiya əhalisi mənbələrdə «dağ və səhralarda dolaşan qüdrətli midiyalılar» adlandırılır ki, bu da Midiya dağları və ilkin materiya səhralarında ekstatik vəziyyətdə («suluq») dolaşan, yəni tərikə yolunu gedən türüklər (türklər) mənasındadır. İnsan ruhunun göy aləmində səyahəti sufizmdə «suluq» (yəhudilərdə «salxa», ərəbcə «seyr və suluq»), bu yolun yolçusu isə «saleh» adlanır. Təsəvvüf elmində suluq rəmzi xüsusi dolaşma, yəni “Allaha səyahət” və “Allahda səyahət” mənasındadır. Deməli, dini kamilləşmə (tərikə) yolu ilə gedən türük, elə “ekstaz” vəziyyətində cənnətdə səyahət edən salehdir. Mənbələrə görə, bu “səyahət”lə ilkin materiyanın sirlərini öyrənən zahidlər, Midiya ərazisində şəhər tikdilər və “köçüb” orada yaşamağa başladılar.
Mən, insan ruhunun “quş” formasında Qeyb aləmində yaşamasını, kitab və məqalələrimdə faktlarla göstərmişəm. Əlavə olaraq bildirmək istəyirəm ki, “peyğəmbər” dedikdə də adi insan yox, göy dünyasında ölümsüzlük qazanmış müqəddəsin ruhu başa düşülməlidir. Bu isə o deməkdir ki, İslam dininin banisi sayılan Məhəmməd peyğəmbər, Qeyb aləmində bu gün də ömrünü davam etdirən müqəddəsin ruhudur. Məhəmməd peyğəmbərin hədislərdə “iki dünyanın ağası” adlandırılması isə onu göstərir ki, O - qədim Misirin Ra-Amon Allahının obrazıdır. İslamda Rəhman kimi qeyd olunan bu Allahın, göy dünyasını və digər şeylər yaratması Quranda da açıq qeyd olunur. Ra-Amon Allahının yaratdıqlarını yaxşı başa düşmək üçün, Quranda Rəhman kimi qeyd olunan kəlməni Ra-Əman kimi qəbul edib, Quranı bu məntiqlə diqqətlə oxumaq kifayətdir. Bu isə ona gətirib çıxaracaq ki, insan - hər şeyin mücərrəd bir mərhəmətli və rəhmli varlıq tərəfindən yaradıldığını yox, konkret bir insanın ruhu tərəfindən yaradıldığını dərk etsin. Bu ruh, ilkin materiya ilə, yəni bəşəriyyətə həyat vermiş “dirilik suyu”ilə vəhdət təşkil etdiyi üçün, Allah dedikdə - əvvəli və sonu olmayan ilkin materiya və onu idarə edən firon Amonun ruhu təsəvvür olunmalıdır. Bütün bunlar İslamın batini mənasıdır və yalnız sufilərə məlum olmuşdur.
Sufi dedikdə - tərikə yolunu gedən türük, yəni bu gün türk adlandırılan mürid nəzərdə tutulmalıdır. Türk rəmzi erməni mifologiyasında Tork-Angelea, yəni Türk-Gel nəsli kimi Allahlara aid edilir. Burada mələk mənasında olan “Angel” rəmzi - imam Əlinin ifrat Gel şiələrinə aid olan rəmzdir və bu nəsil İslam mənbələrində “məlahi”, “mülhid” kimi yazılaraq mələklər (mələküt) nəsli mənasındadır. İsmaililərin bu Gel nəsli Heraklın “ilandan doğulmuşlar” nəslidir və mənbələrə görə bu mələklər - padşahlar və peyğəmbərlər nəslidir.
Təbrizli Arakel «ilandan doğulmuş» («əjdahadan doğulmuş») Midiya maqlarını – «Osman şahlarının nəsli» adlandırır (А. Даврижеци «Книга историй», М., 1973, böl. 51). Diodor Siciliyalı isə Misir fironu II Ramsesi - Osimon-Dias, yəni Osman-Allah kimi qeyd edir. Osman [sMN] rəmzi Ledun elmində - «İssi Əman» [sS-MN], yəni «Əman ruhu» (Amon ruhu) kimi yozulur. Belə çıxır ki, mənbələrdə Osman türkləri dedikdə “Amon Allahının ruhu olan türklər”, yəni ilkin materiya ilə vəhdət təşkil etmiş müqəddəslər nəsli başa düşülməlidir. Orxon-Yenisey mətnlərində türk xanının Allah kimi göydə Allah yaratması açıq yazılır. Bu isə o deməkdir ki, Allah dedikdə - göydə Ra-Amon Allahını yaratmış türk xanının ruhu başa düşülməlidir.
Mahmud Kaşğarinin 1074-cü ildə yazdığı hədislərin birində Allah deyir: “Mənim Şərqdə türk adlanan ordum var: Mənim hansı xalqa qəzəbim tutursa, bu ordunu onların üzərinə göndərirəm”. Yazdığımız kimi, Şərq rəmzi sufizmdə göyləri bildirir ki, qədim Misirin 120 minlik Allahlar ordusu da, buradakı Qeb (Qeyb) aləmində ömürlərini davam etdirən ölməz müqəddəslər nəslidir. Biz bu varlıqları - insanların canların alan Əzraillər kimi tanıyırıq. İslam mənbələrində isə bu varlıqlar Həsən ibn Sabbahın “assasin”ləri kimi qeyd olunur və onlar “qala adamları”, yəni yerlə-göyü birləşdirən Ələmut qalasının (Süleymanın Allah Evi) məlahi-mülhidlərdir. “İslamın 124 min peyğəmbəri kimlərdir?” adlı məqalədə mən göstərmişəm ki, bu 120 minlik ordu İslamın 124 min peyğəmbərlərinin əsasını təşkil edir (bax. http://gilarbeg.blogspot.com/2012/02/islamn-124-min-peygmbri-kimlrdir.html ). Bu isə o deməkdir ki, türklər – sufi silsiləsinin kamillik yolunu keçib qədim Misir Allahlarına çevrilmiş peyğəmbərlər nəslidir. Osman türkləri dedikdə də firon Amonun, Allahın obrazı ilə xüsusi yaratdığı “Qor ardıcılları” nəzərdə tutulmalıdır və bu haqda mən kitab və məqalələrimdə geniş məlumatlar vermişəm.
Qor ardıcılları öz yaradılış xüsusiyyətlərinə görə öləndə cənnətə və ya cəhənnəmə yollanırlar. Adi insanlar isə bu yolu getmək üçün Allahla müqaviləyə qoşulmalıdırlar, yəni İslamı qəbul edib, onun qanunlarına ciddi surətdə əməl etməlidirlər. Quranda “Amenu olmaq”, yəni “iman gətirmək” - Amon Allahının cənnətə düşməsi üçün getdiyi yolun təqlidi deməkdir. Ölən insanın ruhu bədəni tərk etdikdə, ruh - balıq sudan çıxanda boğulduğu kimi, o da “boğulmağa” başlayır və əgər o “hara getdiyini” bilirsə birbaşa Qeyb aləmindəki “məhkəmə salonu”na yollanır. Əks halda adi insanın ruhu işıqda parçalanır və ruh məhv olur. Müqəddəslər nəsli olan türklər isə xüsusi üstünlüklə yaradılmışlar ki, onlar İslam qanunlarına riayət etməsələr belə öləndə, ruhları “məhkəmə salonu”na birbaşa gedir və yerdəki əməllərinə görə cənnətə və ya cəhənnəmə düşürlər. Bundan əlavə, Allah bu seçilmişlər nəslinə “dünyanı yaradan silah” vermişdi ki, sonralar harama əl uzatdıqları üçün bu silah öz gücünü itirdi. Bu, bizim bu gün “seyidin cəddi” adlandırdığımız möcüzələr göstərmək qabiliyyətidir. Bunun əsas səbəbi isə müsəlmanların, İslamın zahiri mənasına üstünlük verməsidir ki, bu da cəhalət və bütpərəstlikdir.
Hədislərdə deyildiyi kimi, zaman keçdikcə yer üzərində bilicilər və xəbərdarlardan bir nəfər də qalmadı və insanlar özlərinə cahil insanları başçı seçməyə başladılar. Bu elmsiz şeyxlər və ayətullalar isə bilmədikləri şeylər haqqında qərarlar verdilər. Batini sirləri bilməyən din xadimlərinin “təfsirləri” nəticədə insanlar “haradan gəlib hara getdiyini” yaddan çıxardılar və bunula da İslam adlı müqavilənin mühüm hissəsi öz mənasını itirdi. Nəticədə, peyğəmbərimizin dediyi kimi, 73 təriqətin 72-si, İslam qanunlarına riayət etdiyi halda cənnətə düşə bilmədilər. Türklərin bəzilərinin avam insanlarla nigahı, müqəddəslər nəslinin də “Qor ardıcılları” sırasından çıxıb adiləşməsinə səbəb oldu. İslamın batini yox, zahiri anlamının önə çəkilməsi və digər faktorların nəticəsində, bu gün cənnətə yalnız adi insanlarla qarışığı olmayan pir, seyid, bəg, şıx və s. müqəddəslər nəslinin nümayəndələri düşürlər.
Dünyada ağalıq üçün yaradılmış xaqanlar və peyğəmbərlər nəsli olan türklər, bu gün cəhalət və bütpərəstliyin rəmzi olan zahiri İslamı tədris edir, İslam dinini - ərəb adlandırılan avam insanların hakimiyyət mübarizəsi kimi qələmə verirlər. Bu günə qədər yazılmış küllü miqdarda mənbələri dərk etməyən, sufi elmini mənasız bir elm kimi qəbul edən bu insanları – elm və texnikanın, cəmiyyətin inkişafı da cəhalət yuxusundan ayıltmadı.
Qədim mənbələrdə axirətqabağı dövr bütpərəstlik dövrü kimi qeyd olunur ki, hər bir qrup insan - İudaizm, Buddizm, Xristianlıq, İslam adlı dinləri bütə çevirərək ona sitayiş edir. Bu insanlar hələ də anlamamışlar ki, bu dünyada yanlız bir din və bir elm vardır. Məhz bu Batin elmi sayəsində firon Amon göydə ruhlar dünyası, kamil və adi insanları yaratmışdır. Məhz bu sufi elmi nəticəsində qədimdə pir babalarımız Misir ehramları tikmiş, Atlantida, Şumer və s. mədəniyyətləri yaratmışlar.
Adi insanların qədim sirləri dərk etməməsi anlaşılandır və bu onun mahiyyətinə uyğundur. Lakin ilkin materiya ilə vəhdət təşkil etmiş müqəddəslərin törəmələrinin, əllərində küllü miqdarda sufi ədəbiyyatı olan türklərin bu səviyyəyə enməsi çox acınacaqlıdır. Ən anlaşılmaz isə odur ki, onlara bu sirlər açıldıqda belə, onlar - cəhalətdə, qaranlıqda yaşamalarını və bütün canlı varlıqlar kimi birdəfəlik ölmələrini, “Allah nuru” ilə nəfəs alaraq ölməzlik qazanmalarından üstün tuturlar.
İslam dini, insanın bu dünyada Ra-Amon Allahın himayəsi ilə xoşbəxt yaşaması və öləndən sonra da onun ruhunun, bu Tək Allahın göydə yaratdığı ruhlar dünyasında ömrünü davam etdirməsi üçün yaradılmış vasitədir. Əgər insan hansısa bir təhrif üzündən göy cənnətinə düşməyəcəksə, onun İslam qanunlarına əməl etməsi və özünü müsəlman hesab etməsinin məna yoxdur. Müsəlman kəlməsi batin elmində “Əman Allahın səmadakı eli”, “müslüm” rəmzi isə “Səma aləmi” fikrini ifadə edir ki, bu da İslam qanunlarına əməl edənin, Əman Allahın göydəki Qeyb aləminə düşüb, orada yeni həyat qazanması mənasındadır. Ramazan bayramı – göydə, ilkin materiyadan Allah yaratma ritualının təqlidi, Aşura mərasimi bu Allahın axirətdə ölüb, yenidən dirilməsi mərasiminin təqlidi, qurban bayramı isə Qeyb aləminin yaradılması üçün keçirilən qurban mərasiminin təqlididir. Digər bütün qədim mərasim və bayramlar da bilavasitə Amon Allahının göydə və yerdə yaratdıqlarının təqlididir. Bunların da əsas mahiyyəti, insanın, yerdə və göydəki bütün yaradılışları təşkil etmiş Amon Allahı olmasını (“Amenu olmaq”) ilkin materiyaya sübut etməyə çalışmasıdır. Çünki yalnız bu halda adi insan, göyləri təşkil edən ilkin materiyanı “aldadıb”, özünü Amon Allahı kimi qələmə verərək, Qeyb aləminə qalxıb, Amon kimi ölümsüz ola bilər. Bu adi şeyləri bilməyən insan heç vaxt cənnətə düşə bilməz. İlkin materiyanın qanunlarına görə yalnız bilən Allah kimi ölümsüzlük qazanır. Cəhalət, bütpərəstlik isə ölümə aparır.
Mənim bu sirləri açmaqda əsas məqsədim, insanları cəhalət yuxusundan ayıltmaq, onlara həqiqəti başa salmaqdır. Mənbələrdə, özlərinə cənnəti təmin etmiş insanlar – “zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış” Deyləm türkləri hesab olunurlar. Bu gün də insanların yenidən cənnət qazanmalarına şərait yaranmışdır. Lakin hər bir insan özü gələcək taleyinin hakimidir. İstər cəhaləti seçib bütün varlıqlar kimi məhv olar, istərsə də Amon Allah kimi ölümsüzlük qazanıb Ədn, yəni Din cənnətində müqəddəslərlə xoşbəxtlik qazana bilər. Seçim insanlarındır.

Link to comment
Share on other sites

Xaç, xaçkarla bağlı həqiqətlər.

Xaç sözünün, indi özünü "erməni" adlandıran insanlara qətiyyən aidiyyəti yoxdur. Həmişə xüsusi qeyd etdiyim fikri yenə bildirirəm: Misir yazılarına görə iki növ insan yaradılıb. Kamil insan nəsli olan pir, bəg, seyid, şıx və s. qədim Osiris/Asar (Azər) nəsli və adi insanlar nəsli. Erməni tarixçisi M. Xorenatsi qeyd edir ki, müqəddəs yazıların adi insanlara aidiyyəti yoxdur və eyni fikir yəhudi, ərəb, hind və s. mənbələrdə də xüsusi vurğulanır.
Erməni tarixinin bilavasitə yəhudilərə, yəni Xəzər (Azər) türk bəglərinə aid olmasını sübut etməyə ehtiyac yoxdur. Bu artıq məlumdur. Bu mənbələrdə Haylar dedikdə də, ilahi nurla vəhdət təşkil edən müqəddəslər nəsli, yəni Asar/Osiris nəsli nəzərdə tutulur. Birdəfəlik bir məntiqi başa düşmək lazımdır. Sufilərə görə, adi insanın həyatı heyvanın həyatından fərqlənmədiyi üçün, onlar mənbələrdə “heyvani insan” adlandırılırlar. Bunları mən demirəm. Dünyanın ən müdrik sufiləri, alimləri deyir. Mən onların fikirlərini oxucuların nəzərinə çatdırıram. Əgər Əhdi-Ətiqdə adi insan it və donuzla əlaqələndirilirsə, Hind mənbələrində adi insan yeddi ev heyvanlarından biri sayılır.
Qədim Asar nəsli isə adi insandan onunla fərqlənir ki, o ilkin materiya (dirilik suyu, ilahi od, ilahi nur və s.) ilə vəhdət təşkil edir. Misal: Seyid - öz sözü və istəyi ilə təbiətə aktiv təsir edə bilir və bu, onun ilahi enerji olan ilkin materiya ilə vəhdəti hesabına baş verir (sufizmdə “Vəhdət əl Vücud” rəmzi). Bu İlahi nuru sufilər eyni zamanda "Hu", yəni Allah kimi də qəbul edirlər. İlahi nur eyni zamanda həyat verir və buna görə də “həyat” sözünün kökü olan "Həyya" rəmzi də süfizmdə dirilik suyu, ilahi od anlamında qəbul edilir. Kitabi Dədə Qorquddakı “Hey-Hey” alqışı da "həyat olsun", “yaşasın” anlamındadır.
“Həyya”, “Hu” rəmzinin kökü “H” samitidir ki, mənbələrdə bu rəmz Oq, Ok, Oğ, Ka və s. kimi də yazılır və ilahi nuru bildirir. Erməni mənbələrində bu rəmz Aqu kimi yazılır və Albaniyaya aid edilir. Kitabi Dədə Qorqudda bu rəmz Oq kimi yazılır və Oğuz fikrini ifadə edir. Deməli, Albaniya elə Oğuz eli deməkdir. Kitabi Dədə Qorquda görə Oğuz eli və bu eldəki hər şey qanlıdır, yəni qanla yaradılmışdır. Bu kitaba görə, Oğuzun içində Tamam vilayəti zahir olmuşdu ki, bu da yerdəki Oğuz elinin göylərində qurban ruhlarından zühur etmiş İç Oğuz deməkdir. Bu o deməkdir ki, İç Oq, yəni İç Oğuz dedikdə göydə yaradılmış ruhlar dünyası – cənnət başa düşülməlidir. İç Oq rəmzi digər mənbələrdə Çoqa, Koç, Xaç və s. kimi də yazılır ki, sufizmdə bunlar İç Oğuz rəmzi ilə eyni məna verirlər.
Xaç işarəsi ən qədim Misir, Şumer və s. rəsmlərində də həyat enerjisi mənasını verirdi. Göydə yaradılmış cənnət mənasında olan Xaç, mənbələrdə “Həyat ağaçı”, “Dünya ağaçı” da adlandırılır. Rəsmlərdə, bu ağacın budaqlarında ölmüş insanın ruhları ölümsüzlük qazanmış ruhlar (quş obrazı) göstərilir. İsa peyğəmbər mənbələrdə Dünya ağacına “vurulur”, “mismarlanır” ki, bu da xaçın elə cənnət rəmzi olması deməkdir. Ağac rəmzi də Xaç sözü ilə eyni kökdəndir və məna etibarilə də eynidir.
Göydə yaradılmış cənnət Şumer mənbələrində Tilos, Tilmun cənnəti adlandırılır. Tilos türk budununa aid rəmzdir və Talış dağlarında yaradılmışdır. Bu dağ türk mənbələrində “Allah dağı” da adlandırılır. Digər mənbələrdə bu dağ Atlas kimi də qeyd olunur ki, bu rəmz Tilos rəmzi ilə eynidir. Atlas dağında isə Atlantlar yaşamışlar və Atlantida dedikdə də göydə yaradılmış cənnət, İç Oğuz eli təsəvvür olunmalıdır.
Deməli, Xaç rəmzi Albaniyanın, yəni İç Oğuzun rəmzidir və bu rəmz yalnız Asar müqəddəslərnə, yəni Talış dağlarında yaşamış kadus/kudduslar nəslinə aiddir. Misir mənbələrində bu müqəddəslər nəsli Qor pirlərinin, yəni Qor fironlarının nəsli adlandırılırdı. Qor rəmzi Misir və digər məmnbələrdə Horos (Xorus) kimi də yazılırdı ki, bu rəmzdən də Xris, yəni Xristos rəmzi yaranmışdır. Ən qədim mənbələrdə Qor nəsli – “Qor yolu ilə gedənlər” adlandırılır və bu da onların İç Oğuzda ölümsüzlük qazanmışlarının nəsli olması deməkdir. Sonrakı mənbələrdə “Qor yolu ilə gedənlər” - “Xristin ardıcılları”, yəni “İisus Xristosun yolu ilə gedənlər” adlandırıldı. İslamda bu insanlar “peyğəmbərin və səhabələrinin yolu ilə gedənlər” adlandırılır ki, bunlar da peyğəmbərə görə 73 təriqətdən cənnətə gedən yeganə insanlardır. Deməli, Xristianlığın Ermənistanda dövlət dini kimi qəbul edilməsi də Ermən rəmzinin, yəni Ra-Amon Allahının göydə yaratdığı cənnətin Qor fironları ilə bağlılığı deməkdir.
Xaçkar rəmzi Batin elmində “İç Oğuz-Qor (Kor)” kimi izah olunur ki, bu da daşların bilavasitə İç Oğuzların Qor nəslinə aid olması deməkdir. Mənbələrdə Qor nəsli Qarqar kimi yazılır və bu da onların iki eldə yaşamaları mənasındadır. Yəni onlar ölənə kimi Tış Oğuzda, öləndən sonra isə İç oğuzda Qor nəsli kimi yaşayırlar. Albanların və Oğuzların xristian olmaları da onların Qor fironları nəslinə aid olmaları mənasındadır və s.
İlk xristian müqəddəslərinin mənbələrdə “Aqii” adlandırılması, onların müqəddəs Ağalar, yəni pir, seyid, bəg, və s. Azəri nəsli olması deməkdir. Ağa (Axa) rəmzi qədim Misir yazılarında Allahın adlarından biri qeyd olunur. Müqəddəs rəmzinin kökündə duran kadus (kuddus) rəmzi xristian mənbələrində tərcümədə Aqioz, Aqiazo, Osios və s. kimi tərcümə olunur ki, bu da xristianlığın oğuzlardan başlaması deməkdir. Osios isə İisus (İsa) rəmzi kimi “ruh” mənasını verir. Kitabi Dədə Qorqudda bu rəmzi “asi” kimi yazılır və asilər “su altında Mənəm Allah” deyə qışqırışırlar. Bu isə o deməkdir ki, Asar (Azəri) müqəddəsləri öləndən sonra göydəki cənnətdə Allah obrazında ömürlərini davam etdirirlər.
İstəhri yazır ki, «biz xəritədə bu üç ölkəni birləşdirib onlara bir iqlim kimi baxırıq». Üç ölkə dedikdə Azərbaycan, Ermənistan və Arran nəzərdə tutulur. Erməni mifologiyasında Ermənistan cənnət kimi göstərilir. Mifoligiyaya görə, Ermənistana köçmək üçün, insan Araqildə (Gel elində) “qanad geyib”, bu aləmə uçur. Ermənistan ölkəsinin mənbələrdə qadın obrazında göstərilməsi də bu ölkənin ilkin materiyadan göydə yaradılmış “dünya”, yəni cənnət mənasında olması deməkdir və s.
Bütün bunlar və yaza bilmədiyim sonsuz sayda faktlar onu göstərir ki, xristianlıq bilavasitə Azəri müqəddəslərindən başlanır. Mən “Batini-Quran” kitabında və məqalələrimdə yazmışam ki, Mühiddin İbn Ərəbiyə görə xristianlıqla şiəlik eyni kökdəndir. Araşdırmalarım da ilk xristianlığın və şiəliyin bir tayfadan başlandığını sübut edir. Əgər nəzərə alsaq ki, xristianlıq - yəhudi sayılan İsa peyğəmbərdən başlanır və yəhudilər də Xəzər (Azəri) türk bəgləri olmuşlar, razılaşarıq ki, nazaret yəhudiləri elə ifrat şiələr olan nizari bəgləridir. Nizarilərin əcdadı olan Həsən ibn Sabbahın Ələmut qalasında cənnət yaratması da onu göstərir ki, göydəki İç Oğuz, yəni Albaniya ölkəsi məhz Azərbaycan ərazisində yaradılmışdır. Xaç, xaçkar abidələri də məhz Azəri müqəddəslərinə aid abidələrdir.
Yazdıqlarım, mənbələrin batini mənalarından çıxan nəticələrdir. Nəsimi - Batin Elmini Süleyman peyğəmbərin “Quş dili” adlandırır ki, buradakı quş rəmzi də, ölən insanın ruhunun cənnətdə quş obrazında yaşaması mənasındadır.

Link to comment
Share on other sites

Allah İsrail şahlığını kimə vəsiyyət etmişdir?

Yəhudilərin Tövrat kitabı dünyanın yaradılmasından başlanır. Bu kitaba görə, dünyanı 6 günə yaradan Allah, yeddinci gün dincəlir. Kitabda daha sonra cənnət bağının, Həvvanın və s. yaradılmasından danışılır. İstənilən diqqətli oxucu çox tez nəticəyə gələr ki, burada söhbət bizim yaşadığımız fiziki dünyadan yox, hansısa başqa dünyanın yaradılmasından gedir. Bu kitabda söhbətin nədən getdiyini anlamaq üçün, bu kitabı yazmış müdriklərin öz məntiqlərinə müraciət etmək lazımdır. Mənbələrə görə, seçilmişlər adlandırılan bu müdriklər gizli elmə sahib idilər və onların xüsusi dilləri var idi. Samitlər əsasında yaradılmış bu dili sufilər “quş dili” adlandırırdı və bu dil çox dərin mənalara malik idi. Süleyman peyğəmbərə verilmiş bu dil gizli elm hesab edilirdi və çox az insana məlum idi ki, onlar da uzaqlarda yaşayır və bu elmi gizli saxlayırdılar. Deməli, yəhudilərin Tövrat kitabını yalnız quş dilini bilməklə anlamaq olar ki, bu dildə hər bir samit eyni zamanda bir rəmz kimi çıxış edir. Firdovsi öz “Şahnamə” əsərində yazır: “Mənim sözlərimdə tapılmaz yalan. Nə ovsun, nə əfsanə yazdım inan. Diqqətlə oxu, rəmz tapsan əgər, düşün, rəmz mənaya yol göstərər” (1). Bu isə o deməkdir ki, qədim mətnləri dərk etmək üçün rəmzlərin açmasını bilmək lazımdır. Kitab və məqalələrimdə mən çox saylı rəmzlərin gizli mənalarının açmasını vermişəm (2).
Tövratda deyilir ki, Yaqub peyğəmbərin Allahla mübarizəsindən sonra Allah onu İsrail (İzrail) adlandırdı. “Книга Гора или расшифровка Торы” adlı kitabımda mən göstərmişəm ki, Əhdi-Ətiq rəvayətləri qədim Misirlə sıx bağlıdır. Ümumiyyətlə isə, Əflatuna görə bütün mənbələrdə yalnız bir sirli hadisədən danışılır ki, bu hadisə də zamanla bağlı yaddaşlardan silinmişdir. Bu hadisələrin mənbəyində nə olduğu haqda isə heç kim danışmır (3). Belə çıxır ki, bütün qədim ədəbiyyat bir sirli hadisəyə həsr olunmuşdur.
Yaqub rəmzi [QB] qədim Misir mənbələrində Qeb [QB] kimi yazılır və göydəki dünyaya aid edilir. Geliopol kosmoqoniyasına görə, dünyanın yaranışı bir-birini əvəzləyən hadisələrlə baş vermişdir. Mətnlərdə bildirilir ki, firon (pir) Amon, özünü Ptah (Pta) adlandıraraq, ilkin Nun suları adından çıxış edir və Atum Allahını yaradır. Atum öz-özündən Şu və Tefnut cütlüyünü, yəni Hava və Nəmliyi yaradır. Onlardan isə ikinci cütlik - Qeb və Nut, yəni Yer və Göy yaranır. Şu özü qalxaraq Qebi Nutdan, yəni Yeri Göydən ayırır. Qeb və Nut isə öz növbəsində Osiris, İsida, Set və Neftidanı yaradırlar. Bu mətndə Atum (Atam) dedikdə - Əhdi-Ətiq kitabındakı Adəm, Şu dedikdə isə firon Amonun ruhu nəzərdə tutulur.
Ölüm şahlığının sahibi olan Osiris (Asar/Oziri/Azər) [sR/ZR] Allahının adı sufizmdə Zara/Sara/İsra [ZR/SR] və s. rəmzlərlə eyni mənalıdır. Əhdi-Ətiq lüğətində “israilli” ləqəbi - “Zaradan (Zerah) olan” mənasını verir. Bu isə o deməkdir ki, İsrail [ZRL] sözü Zara-El, yəni Oziri-El [ZR-L] – “Oziri/Asar/Osiris Allahının Eli” mənasındadır. El rəmzi qədim mənbələrdə İl, Alu, Yalu və s. kimi də yazılaraq ərazini, torpağı, dünyanı və orada yaşayanları bildirirdi. Türk mətnlərində də El rəmzi ərazi, ölkə mənasındadır və “Moyun Çor” və s. abidələrdə türk xanı iddia edir ki, o Tanrıda, yəni göydə olmuş və orada El yaratmışdır (4). Belə çıxır ki, Yaqub obrazı – göyləri təşkil edən və həyat enerjisi mənasında olan ilkin materiya (lkin Nun suları) ilə mübarizə aparan firon Amonun obrazıdır. Məhz O, bu ilahi nurdan (ilkin materiyadan) göydə Osiris (Asar/Azər) Allahının Elini yaratmışdır. İsrail adı da sufilərin quş dilində - “Osiris Allahının göydəki dünyası (Eli)” mənasındadır.
Artıq məlumdur ki, qədim mənbələrdə yəhudi dedikdə Xəzər xaqanı və Xəzər türk bəgləri nəzərdə tutulurdu. Türk mənbələrində isə El rəmzi Oğuz elinə aid edilir. Kitabi-Dədə Qorqud abidəsinin Vatikan variantında qeyd olunur ki, “Oğuzun içində Təmam vilayəti zahir olmuşdu”. Bu cümlə - “bir elin içində ikinci el yaranmışdı” mənasındadır. Əgər nəzərə alsaq ki, Oğuz eli – Tış Elə və İç Elə bölünür, razılaşarıq ki, İç Oğuz Tış Oğuzun içində yaradılmışdır.
Kitabi-Dədə Qorqudda Oğuz eli qanlı adlandırılır və qanlı çayın o biri sahilində yerləşir. Burada qədim Azərbaycan şəhəri olan Dərbənd - “qanlı Qara Dərbənd”, Oğuz ölkəsi – qanlı Oğuz eli, Oğuz bəgləri - «Qanlı Oğuz bəgləri», sular – «qanlı-qanlı axan sular», Oğuz elinin ordusu isə «Qan alaca ordu» adlandırılır (5). Bu isə o deməkdir ki, İç El, yəni İç Oğuz qanla yaradılmışdır. Qanla yaradılmış Elin nə demək olduğunu yaxşı anlamaq üçün, qanla bağlı olan digər ölkəyə nəzər salaq. Bu ölkə mənbələrdə Rus ölkəsi adlandırılır.
Rusların “Humayun nəğmələri” adlandırdığı nəğmələrdə deyilir ki, Rus ölkəsi qana bulanmışdır və hər daşda qan vardır. Balaca şırnağdan qan gedərək, Ripey dağındakı daşın altına axdı və bu daşın altından cücərti, başı göylərə çatan böyük ağaca çevrildi. Bu ağacın kökündə ilan hərəkətdədir, budaqlarında isə Svaroq Allahı yaşayır. “Velesin kitabı”nda da bu mənada deyilir ki, Rus ölkəsi qanla yaradılmışdır, ona qan hopmuşdur və bu qan müqəddəsdir (6). Rus - qan üzərində dayanır və onlar bu qanı tökmüşlər (7).
Tövratda qan – ruh mənasında göstərilir və burada deyilir ki, “qan – ruhdur” və “bədənin ruhu qandadır” (8). Həvariyun Pavel qeyd edir ki, “Təkcə qandan O (Allah), bütün yer üzündə mövcud olmaq üçün insan nəslini yaratdı və müddətini, mövcudluq ərazisini təyin etdi...” (9). Bu mətndə, kosmik insan mənasında olan Adəmdən danışılır ki, onun bədənində, firon Amonun yaratdığı insan ruhları ömürlərini davam etdirirlər. Belə çıxır ki, qanla yaradılmış Oğuz, Rus torpağı - qədim Misirin Atum Allahının, yəni kosmik insan olan Adəmin (Edem) bədənindədir.
Sufi müdriklərinin quş dilində, sağa və sola oxunan rəmzlər eyni məna verirlər. Bu isə o deməkdir ki, Rus [RS] və Asar [sR], yəni Osiris rəmzləri eyni mənalıdır. Deməli, Oğuz və Rus ölkəsi – qədim Misirin Asar/Osiris Allahının göy şahlığıdır. “Humayun nəğmələri”ndəki qan şırnağından cücərən və başı göylərə çatan böyük ağac da göydə yaranmış dünya ağacı mənasındadır.
İezekiil peyğəmbərin kitabında Misir və Assur ölkələri - Livan dağında əkilmiş dünya ağacı adlandırılır. Onun kökü böyük dərya sularındadır və sonsuzluq onu ucaldır. Buradakı hündür sidr ağacı - Edem və Allah bağının ağacları ilə müqayisə edilir (10). Livan dağı isə mənbələrdə “ölümsüzün dağı” adlandırılır (11). Belə çıxır ki, “Velesin Kitabı”na görə ölümsüz və əbədi olan ruslar - Livan dağında, yəni “ölümsüzlər dağında” yaşayırmışlar. Mən - “Россия страна азербайджанских беков или о чём повествует Книга Велеса” adlı kitabımda faktlarla sübut etmişəm ki, qədim mənbələrdə “Rus” dedikdə indiki Azərbaycan dağlarındakı ərazi nəzərdə tutulurdu.
Livan [LVN] rəmzi sufizmdə El-İvan [L-VN] kimi oxunur ki, bu da “İvanın eli və xalqı” mənasındadır. Deməli, Misir və Assur ölkələri - mənbələrdə eyni zamanda İban kimi də qeyd olunan İvanın göydəki ölkəsidir (12). İban [bN] rəmzi Kitabi-Dədə Qorqudda Ban [bN] kimi yazılır və buradakı “Ağ Ban” rəmzi - Ağ banlı (dam) çadıra aid edilir (13). Çadır rəmzi altında Tövratda – “İlahinin sakin olduğu çadır”, yəni Skiniya nəzərdə tutulur. Tövrata görə, Musa peyğəmbər qurban vasitəsi ilə göydən İlahi od gətirmiş və ondan İlahinin sakin olduğu çadırı, yəni Skiniyanı yaratmışdır. Skiniyanın yaradıldığı gün, bulud - İlahinin sakin olduğu bu çadırı bürümüş və axşam üstü, Skiniyanın üstündə səhərə qədər Od görünmüşdü.
Müqəddəs yazılarda Od – İlahinin görünməsini bildirir (14). O Skiniyanın zühuru zamanı göydən gəlmişdir və heç vaxt sönməməlidir. Qurbangaha qurban gətirildiyi üçün, ora həmişə təzə qan tökülür və qurbanın buxarı da durmadan göyə qalxırdı. Qurbangahda yanan Müqəddəs Od da həmişə qorunurdu (15). Burada qeyd etmək lazımdır ki, qurbangahdan göyə qalxan buxar elə o buxardır (par) ki, Tövrata görə yerdən qalxırdı və yeri suvarırdı. Məhz bundan sonra Allah Şərqdəki Edemdə cənnət yaratdı və Adəmi də orada yerləşdirdi (16).
Bütün bunlar o deməkdir ki, göydə qanla yaradılmış Oğuz, Rus torpaqları elə İlahinin sakin olduğu Göy çadırı mənasındadır və bu çadır qurban ruhlarından yaradılmışdır.
Qədim Misir mənbələrində Ban rəmzi, ölmüş fironun Ba ruhunu bildirirdi ki, bu ruh göyə qalxaraq orada Benu (“özündən yaranmış” deməkdir) quşuna çevrilirdi. Misir ieroqlifi haqda traktat yazmış IV əsrin Misir yazıçısı Qorapollon, Ba ruhunu kopt dilinə “ruh” kimi tərcümə etmişdir (17). Piramida mətnlərinə görə, qədim şahlıqda Ba ruhları, Allahların və fironların güc və qüdrətlərinin təcəssümü sayılırdı. Ba ruhu, firon öləndən sonra da yaşayırdı və başı, əlləri insandakı kimi, lakin quş cildində təsvir olunurdu. Beny (Feniks) adlanan bu quşa əsasən Geliopolda, yəni Gel şəhərində sitayiş olunurdu. Ölmüş fironların Ba ruhlarının yaşadığı El isə mənbələrdə Ba-El, yəni Bel/Baal/Vil rəmzi ilə qeyd olunurdu. Benu/Ban/Van rəmzlərindən isə Alban [LBN], yəni “Ban-Eli (Livan-Van Eli) rəmzi yaranmışdır. Qədim Alban dövləti Qafqazda, indiki Azərbaycan ərazisində mövcud olmuşdur. Deməli, qanla yaradılmış Misir, Assur dünya ağacı da, yəni Rus və Oğuz dünyası da Qafqaz Albaniyasından “ucalmışdır”. Bu isə o deməkdir ki, həqiqi İsrail də, yəni Asar/Osiris Eli də Qafqazda mövcud olmuşdur. Əhdi-Ətiqdə - Adəm, qədim Misirdə isə Atum adlanan Allahın yaradıldığı yer də bilavasitə Azərbaycandır.
Talmud kitabına görə, Adəm - Nuhun gəmidən düşüb qurbangah düzəltdiyi yerin torpağından yaranmışdır. O yaradıldıqdan sonra burada qurban kəsmiş, elə burada da Qabil və Habil öz qurbanlarını gətirmişlər (18). Bildiyimiz kimi Nuhun gəmisi Ararat dağında lövbər salmışdır. Deməli, Adəm də buranın torpağından yaradılmışdır.
Qabil [QBL] rəmzi sufizmdə Qaba-El [QB-L], yəni qədim Misirin Qeb-Eli [QB-L] mənasını verir ki, digər qədim mənbələrdə bu rəmzin əvəzinə Kain rəmzi qeyd olunur. Kain rəmzi [KN] quş dilində Knun [KNN] rəmzi ilə eyni mənalıdır və mənbələrdə Kinun/Kün/Kənan/Xanaan və s. kimi də yazılır. Kinun [K-NN] rəmzi - ən qədim mənbələrdə Nun-Ki [NN-K] kimi də qeyd edilir və Etemenanki (Atum-NunKi) zikkuratına aid edilir. Şumerlilərin Nun-Ki (“Nun-un [mövcud olduğu] yer”) adlandırdığı şəhər mənbələrdə Babil və Eridu adlanırdı (19).
Mifologiyaya görə, Marduk Allahı Tiamata, yəni Göy okeanı mənasında olan ilkin materiyaya qalib gələndən sonra, onun bir hissəsini Allahlar vilayətindən ayırdı. Bu okean, ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Dərya sularında Marduk, Etemenanki adlı “Göy və Yerin təməl Evi”ni cəhənnəmin sinəsində elə tikdi ki, onun başı Göylərə çatdı. Deməli, Babil qülləsi – göylərdə yaradılmış Allahlar ölkəsi ilə bağlıdır. Məşhur alim B. Turayev qeyd edir ki, klassik yazıçılar Babil qülləsini “Belin məzarı”, yəni Mardukun məzarı adlandırırlar. O bildirir ki, Vil (Bel, Baal) - gildən ilk insanı yaratmış Demiurqdur, yəni Allahdır (20).
Bel rəmzi, Babil rəmzi kimi, sufizmdə, özünün ilk doğumlu heyvanlarını qurban gətirən Avel, yəni Habil rəmzi ilə eyni mənalıdır. Deməli, Bel/Avel/Habil rəmzi də qurban mərasimi ilə, yəni qurban ruhları ilə bağlıdır. Əgər nəzərə alsaq ki, Babil rəmzi “Allahın qapısı” mənasındadır, razılaşarıq ki, Babil – göydəki ruhlar dünyasının, yəni Albaniyanın giriş qapısıdır.
Beross yazır ki, Nabupalasar Babildə dağa bənzər hündürlük düzəldərək, orada cürbəcür ağaclar əkdi və asma bağ saldı (21). Babil şahı Nabupalasarın oğlu Navuxodonosor isə nəhəng saray düzəldib, Belin və Boreyadakı Merodaxın (Marduk) məbədgahını yenidən tikdi. Arvadı midiyalı Nikotrisanın, Babil qumluğunda öz vətəninin dağ və meşələri üçün darıxdığına görə, Semiramidanın asma bağını saldı. Deməli, Semiramidanın asma bağları elə göydə yaradılmış cənnətin, yəni ruhlar dünyasının obrazıdır. Əgər nəzərə alsaq ki, M. Xorenatsiyə görə, Ermənistana qədər orada baş vermiş hadisələri Semiramidaya aid edilirdi, razılaşarıq ki, Semiramidanın asma bağları, yəni Etemenankinin göy sarayı məhz Qafqazda yaradılmışdır.
Tanınmış alim Devid Rol, Mesopotamiyanın Marduk Allahını qədim Misirin Asar, yəni Osiris Allahı ilə eyniləşdirir (22). Asar adı “qüdrətli” mənasını verirdi və şah taxtı, hər şeyi görən göz ieroqlifi ilə qeyd olunurdu. Misir sözünün özü, D. Rola görə, “Asardan (törəməsi) doğulmuş” mənasındadır. D. Rol xüsusi qeyd edir ki, Xuş (Kuş) və Misraim (Masri) tayfaları Nil vadisini koloniyalaşdırmaq üçün məhz Mesopotamiyanın Eridu şəhərindən yola çıxmışdılar (23). Bu isə o deməkdir ki, Misir Allahlarının vətəni məhz Qafqazdır.
“İtirilmiş Əhd” («Утраченный Завет») kitabında Devid Rol yazır ki, Eridu şəhərindən olan şumerlilər, Zaqros dağlarından gəlmiş Enmer-Karanı, İlahilik statusu olan Enkinin oğlu Asara (Əsər/Osiris) qədər ucaltdılar (24). Enmer rəmzi [NMR] quş dilində Ra-Amon [R-MN] kimi, Kara isə - günəş Allahı Qor kimi izah olunur. Assurlar (Asar adı ilə eynidir) isə Enmer-Asara, özlərinin Aşşur dövlətlərinin hamisi kimi sitayiş edirdilər. Belə çıxır ki, Enmer-Kara [NMR-KR], yəni göydə ölümsüzlük qazanmış Ra-Amon-Qor Allahı sonradan adını Asar, yəni Osiris Allahına dəyişmişdir. Bu isə o deməkdir ki, Mesopotamiya və qədim Misir Allahları məhz Qafqaz Albaniyasında doğulmuşlar. Məhz burada, bütün Allahların atası və ağası Ra-Amon Allahı - Asar adını götürmüşdür. Bu ərazidə Asar rəmzi - Azər kimi, göy cənnətinin yarandığı ölkə isə Azərbaycan kimi məlumdur. Belə çıxır ki, həqiqi İsrail, yəni “Asar Allahının Eli” – Azər Elidir (ZR-L – İzrail), yəni Azərbaycandır.
Əbu İshaq əl-İstəhri qeyd edir ki, «Biz Ermənistan, Arran və Azərbaycanı xəritədə birləşdirib, ona bir ölkə (İqlim) kimi baxırıq» (25). Arran dedikdə, Yaqub peyğəmbərin yuxuda, göyə qədər uzanan nərdivan gördüyü qədim Xarran nəzərdə tutulmalıdır (Sufizmdə Arran və Xarran rəmzləri eyni mənalıdır). Yuxudan ayıldıqdan sonra – “... Həqiqətən burada Allah vardır, mən isə bilmirdim” demişdi və qorxaraq: bu yer necə də qorxuludur! Bura Allah evindən başqa bir şey deyildir, bura Göyün qapılarıdır” deyə bildirmişdi. Səhər durduqda isə, başının altındakı daşı abidə kimi qoymuş və oranı Betel adlandırmışdı” (26). Bu isə o deməkdir ki, Allah - Arranda mövcuddur və Allah Evi, yəni göydəki ruhlar dünyası və onun qapısı da indiki Azərbaycanda yerləşməlidir. Lakin Xarran eyni zamanda Azər oğlu İbrahim peyğəmbərin və amoreylərin Sin (İl-Amurru) Allahının da vətənidir. Deməli, Azərbaycan - eyni zamanda bütün yəhudi peyğəmbərlərinin də vətənidir.
Tövratda, Allah israillilərə göstəriş verərək deyir: «... amoreylərin dağlarına və onların bütün qonşularına, düzənliyinə, dağına, alçaq yerlərə və cənub bölgəsinə və dəniz sahilinə, Knun (Kənan) və Lbnun (Alban) torpaqlarına, böyük çay olan Fərat çayına yola düşün. Budur, bu torpaqları mən sizə verirəm, gedin, Allahın atalarınıza, İbrahimə, İsağa, Yaquba və onların törəmələrinə andla söz verdiyi torpaqları miras kimi götürün» (27). Lbnunun, yəni Albaniyanın vərəsəliklə verilməsinə digər mənbələrdə də rast gəlinir. M. Kalankatuasi [1,4], M. Xorenatsi [11,8] və digər müəlliflər də qeyd edirlər ki, “Sisaka nəslindən, Yafət-Ərən törəmələrindən kiməsə Alban dağları və sahələri miras kimi qalmışdır”. Movses Xorenatsi Sisaka (Sak) nəslini - məşhur və adlı-sanlı nəsil olan Gelarküni (Gel) nəsli adlandırır. GelarKüni [GLR-KN] rəmzinin açması göstərir ki, buradakı Kün rəmzi - Kənan (Kinun/Nunki) mənasındadır. Belə çıxır ki, “Göy və Yerin təməl Evi” olan Etemenanki zikkuratı məhz burada – Gelarkünidə yaradılmışdır. Bütün bunlar haqda da dəqiq təsəvvür yaratmaq üçün sufi müdriklərinə müraciət etmək vacibdir.
Məşhur sufi Əbu Həmid əl-Qəzaliyə görə, Dünya üç hissəyə bölünür. Birinci – görünən və hiss olunan «aləm əl-Mülk və-Şəhad», ikinci – mənəvi olan «aləm əl-Cəbərut», üçüncü isə – gözəgörünməz o biri dünyadır ki, «aləm əl qeyb vəl-Mələküt» adlanır (28). İstəhri bu hissələri Azərbaycan, Arran və Ermənistan adlandırır. Burada gözəgörünən “aləm əl-Mülk” – Azərbaycan, mənəvi aləm olan «aləm əl-Cəbərut» isə Arran mənasındadır ki, bu rəmz altında - tikilib qurtardıqdan sonra yerin altında gizlədilmiş Etemenanki zikkuratı nəzərdə tutulur. Üçüncü, gözəgörünməz o biri dünya olan «aləm əl qeyb vəl-Mələküt» isə, ölümsüz mələklər (Allahlar) dünyası, yəni cənnət mənasında olan Ermənistandır.
Mifologiyaya görə, günəş nəsli olan Aragil (Raxil, Raquil, Erakl və s. rəmzlərlə eyni mənalıdır), yəni Gilar (Gelarküni) nəsli, Ermənistana uçmazdan əvvəl (ölüm zamanı) qanad geyirmişlər. II əsrə aid Roma sikkələrində, Erməni dövlətinin alleqorik olaraq Roma imperatorunun ayaqları altında oturmuş qadın simasında göstərilməsi onu deməyə əsas verir ki, Ermənistan ölkəsi dedikdə – qadın rəmzli ruhlar dünyası nəzərdə tutulmalıdır (29). Bu isə o deməkdir ki, Ermənistan – Albaniya və İsrailin digər adlarından biridir və Gelarküni göylərində yaradılmış bu cənnət, Allah tərəfindən Gelarküni nəslindən kiməsə verilmişdir.
Beləliklə biz dəqiqləşdirdik ki, Tövratda, Dünyanın yaradılması dedikdə, göydə zühur etmiş ruhlar dünyasının yaradılması başa düşülməlidir və bu dünyada Ra-Amon Allahının nəsli ölümsüzlük qazanır. Ra-Amon [RMN] rəmzi mənbələrdə Ərmən [RMN] (Ermənistan) kimi də yazılır və Asar (Osiris/Azər) Allahının göydəki dünyası mənasını verir. İran mənbələrində Ra-Amon və ya Ərmən rəmzi - Raman [RMN] kimi də qeyd edilir.
Araşdırıcı E. A. Qrantovski «qala divarları»ndan tapılmış İran sənədlərini tədqiq edərkən, «dünya» mənasını verən «raman», «ramakara» – «dünya yaratmış» və s. rəmzlərlə rastlaşır. «Raman» [RMN], «rama» [RM] rəmzləri bu mətnlərdə «dünya», «yaradılmış dünya» mənasındadır ki, burada söhbət təbii ki yaşadığımız fiziki dünyadan getmir. E. A. Qrantovski yazır: «Artıq VIII – VII əsr. e. ə. Qərbi İranda «Raman» anlayışının böyük mənada olmasını, bir neçə hökmranın adları göstərir (Qərbi Midiya və onun ətrafı da): Ramatav(i)yah – (Ramateya və s.) və, Ramatava(h) – (müqayis. Ramatau) «dünya ilə qüdrətli», «dünyanın qüdrətlisi (dünyanı təmin etmək üçün qüdrətli)» (müqayis. VII əsrin ikinci yarısında yaşayanın oxşar adı Ariyaramna – «dünyada ariləri olan» və ya «ariyalar üçün dünya yaradan»). Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə, xoşbəxtliyin səbəbləri - məhz qüdrətli və ədalətli hökmdar dünyasının olması xarakterikdir. Qatalarda «dünya», bilavasitə «hakimiyyət», «güc» (hökmdarın) və s. ilə əlaqələndirilir və xoşbəxt həyatın, inkişafın əsas şərtlərindən sayılırdı» (30). Bu o deməkdir ki, qədim hökmdarlar, Asar (Osiris/Azər) Allahının göydəki şahlığı ilə, yəni İlahinin mövcud olduğu çadırla bağlı olan Ra-Amon nəslinə mənsub idilər. Məhz bu çadırın İlahi Odu - müqəddəs şahlar nəslinə xoşbəxt və firavan həyat verirdi.
İlahi odla bağlı Ammian Marsellin bildirir ki, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirirdi. R. Fray yazır: «Erməni müəllifi Sebeos, Ammian Marsellin və başqa mənbələrin verdiyi məlumata görə, hər şahın öz odu var idi ki, onun şahlığının əvvəlində yandırılırdı və daşınan mehrabda saxlanılırdı». Bişapurda olan sütunun yazısında, Şapur odu - «odlar şahı» adlandırılır və tədqiqatçılar güman edir ki, o - əsgərlərin «Quşnasp odu» ilə eyniləşdirilir; sonuncu isə sonralar «odların müzəffər şahı» adını alır (31). M. Boys İlahi odu Farbağın odu sayır ki, Farbaq rəmzi «Farnanın yiyəsi» və ya «Farnanın hesabına uğur qazanan» kimi mənalandırılır və bu da farnanın efir [FR] mənasında olması deməkdir. İran mifologiyasında Farn – var-dövlət, hakimiyyət və qüdrət gətirən İlahi mahiyyətdir (32). Baq [bQ] rəmzi isə, qədim Misir yazılarında eyni zamanda Qeb [QB] kimi qeyd olunan göy dünyası ilə eyni mənalıdır. Sufizmdə Baq/Bəqa/Bəg rəmzi – ekstatik durumda, ilahi od, dirilik suyu və s. adlanan ilkin materiyaya (efir) daxil olma və onunla birləşməni, vəhdəti bildirir. Bu isə o deməkdir ki, Farbağ rəmzi – “efirdən (ilkin materiya), yəni ilahi oddan yaranmış göy dünyası ilə vəhdət təşkil edən firon (pir)” deməkdir. Əgər nəzərə alsaq ki, qədim insanların təsəvvürlərinə görə, fironları və ya digər müqəddəsləri hansısa “substansiya”, “nur” əhatə edir, razılaşarıq ki, farna adlandırdığımız efir elə o “ilahi mahiyyət”dir ki, şahlar nəslinin törəmələrinə ötürülürdü və əbədi mövcud hesab olunurdu (33). Belə çıxır ki, Gilar bəgləri o hökmranların nəslidir ki, onlar insanlara ilahi bərəkət və uğur verirdi. Yəhudi mənbələrində bu ilahi substansiya – “dünyanı yaradan silah” adlandırılır: “İsrail oğulları sevimlidir, çünki onlara, dünyanı yaradan silah verilmişdir: daha böyük məhəbbətin göstəricisi odur ki, onlar dərk edirlər ki, onlara, dünyanı yaradan silah verilmişdir” (34). Mən – “Qurandakı İsrail oğulları – Azəri türk bəgləridir” adlı məqalədə göstərmişəm ki, pir, bəg, seyid və s. adlandırdığımız Azəri seçilmişləri - “ilkin materiya ilə vəhdət”in hesabına möçüzələr göstərmək qabiliyyətinə malık olmuşdular.
Sebeos müqəddəs od olan Qrat odunu Atrpatakan (Azərbaycan) ölkəsində yerləşirdirir ki, şahlar, “Atəş” adlandırılan bu odu, həmişə özü ilə gəzdirərdilər. İsidor Xarakskiy xəbər verir ki, əbədi od, «Arsakın ilk dəfə şah elan olunduğu» Asaak şəhərində saxlanılırdı (35). Əl Kufi isə yazır ki, Arşak (Arsak) yeri Ərdəbil şəhərindən təxminən 45 km. yol məsafəsindədir (36). Burada Gelarküni torpaqlarında bu gün də Azəri bəgləri yaşayır. «Древние масоны – прямые потомки Богов» adlı məqaləmdə mən göstərmişəm ki, XIX əsrə qədər Avropanın və bütün dünyanın şahları və hökmranları məhz bu nəsilin törəmələri olmuşlar (37). Qədim mənbələrdə məhz onlar mələklər nəsli, yəni ölümündən sonra ruhlarının Qor Allahına çevrilib, Qeb (Ermənistan) aləmində ölümsüzlük qazanan müqəddəslər nəsli adlandırılırlar. Qədim Misir mənbələrində onlar - “Qor ardıcılları” (Qor yolu ilə gedənlər) kimi qeyd olunurlar. Devid Rol xüsusi qeyd edir ki, Misirin əfsanəvi “Qor ardıcılları” öz əslini Mesopotamiyanın məşhur qəhrəmanlarından götürür və bu nəslin hər sonrakı hökmranı öz adının qarşısında, Roma imperatorları - Roma imperiyasını yaratmış adamın adının şərəfinə olaraq “Sezar” (Azər rəmzi ilə eynidir) adını daşıdığı kimi, “Qor” ləqəbi daşıyırdılar (38).
Kitab və məqalələrimdə mən göstərmişəm ki, Aleksandriyalı Filona görə, Allah iki növ - formalaşdırılmış (Библ. Быт.2:7) və Allahın obrazı ilə əvvəl yaranmış (Библ.Быт.1:27) insan yaratmışdır. Birincisi – “Göy” (Библ.Быт.1:27) insanı, ikincisi isə “Yer” (Библ.Быт.2:7) insanıdır. Göy insanı, Allahın obrazından yarandığı üçün məhv olmur və yerə aidiyyəti yoxdur, yer insanı isə qanunsuz materiyadan yaranmışdır ki, Musa peyğəmbər onu «kül» adlandırmışdı. Buna görə də Filon deyir ki, Göy insanı əllə düzəldilməmiş, Allahın obrazı ilə nüsxələnmişdir (möhürlənmişdir). Yer insanı isə usta vasitəsi ilə düzəldilmişdir» (39). Bu o deməkdir ki, “Qor ardıcılları” - Göy insanının nəslidir və onların ruhları, ölümdən sonra da sağ qalaraq, Alban (İsrail) ölkəsində ikinci ömürlərini yaşayırlar.
Mənbələrdə Qor (Xor) rəmzi - Xoris/Xris kimi də yazılır və qədim Misirin Qor Allahının ruhu mənasında “Qor/Xor ruhu” fikrini ifadə edir. Belə çıxır ki, “Qor ardıcılları” elə Xristin, yəni İisus Xristosun – İsa peyğəmbərin ardıcıllarıdır. İslamda onlar Məhəmməd peyğəmbərin və onun əshabələrinin ardıcılları adlandırılır. Məhəmməd peyğəmbər hədislərdə bildirir ki, yəhudilərin, xristianların və müsəlmanların yetmişdən artıq olan təriqətlərinin yalnız biri cənnətə gedəcək. Bu yeganə təriqət isə, Ərdəbil ətrafında yaşayan yəhudi nazoreylərinə, yəni Azəri türklərinin nizari bəglərinə aiddir.
Nazorey rəmzi [NZR] qədim Misir mətnlərində Ni-Asar (Nu-Osiris/Nu-Oziri) [N-SR/N-ZR] kimi yazılır və “Nu şəhərində (Gel/Geliopol) yaşayan Asar (Osiris) Allahı” mənasını verir. Xristianlıq dönəmində bu şəhərdə yaşayanlar nasarlar və ya nazaretlilər, İslam dövründə isə ənsarilər və ya nizarilər kimi tanındı. Nizarilərin mənşəyi, onların rəhbəri Həsən ibn Sabbahın Ələmut qalasında cənnət yaratması və assasinlər haqqında mən kitab və məqalələrimdə məlumat vermişəm. Burada isə əlavə etmək istərdim ki, bütün dinlər onları müqəddəs nəsil hesab edirdilər. Yəhudilər ismaili nizarilərinin Qalaad şəhərini müqəddəs şəhər hesab edirdilər. Xristianlar bu Gel elini Qaliley (Kolyada və s.) adlandırdılar. Müsəlmanlar isə Qulatı (Gel) – ifrat şiə batinilərinin müqəddəs oсağı kimi qəbul etdilər. Məlumdur ki, bu ismaili-nizariləri, Quranın batini, yəni gizli mənasını bilən müdriklərin nəslidir. Onların şiə ezoterizmi, bütün din və elmlərin açarı hesab olunurdu.
Şiə rəmzi, qədim Misirdə “Allah ruhu” mənasını verən Şu Allahının adının digər yazılış formasıdır. Yəhudilər Şu Allahını – Yeşua, xristianlar isə İsa (İisus) adlandırdılar. Yazdığımız kimi, Dünyanın yaradılışı zamanı məhz Şu Allahı qalxaraq, Nut göyünü Qeb torpağından ayırmışdı. Əgər nəzərə alsaq ki, axirətdə İsa peyğəmbər yenidən gələrək, insanlarla yeni Əhd bağlayacaq, razılaşarıq ki, bu zaman yeni İsrail, yəni göydə Asar/Osiris Allahının yeni dünyası yaranacaqdır. İsanın mənbələrdə Moşiax adlandırılması isə o deməkdir ki, o da Musa (Moşe) peyğəmbər kimi göydən yerə yenidən İlahi odu gətirəcək və İlahinin mövcud olduğu yeni çadır (Skiniya) yaradacaq.
Xoris Allahının, yəni İisus Xristosun adı qədim Misir yazılarının birində «Bakxoris» kimi qeyd edilir ki, onun müdrikliyi haqqında rəvayətlərə Pompey yazılarında da rast gəlinir (40). Bakxoris rəmzi sufizmdə Bəg-Xristos kimi izah olunur. Bu isə o deməkdir ki, İsa peyğəmbər sufilərin Bəqa səviyyəsinə yüksəlmiş müdrikin obrazıdır. Mənbələrdə Xor Allahı eyni zamanda Bəglər (Bek/Baki) ölkəsi ilə də əlaqələndirilir və mənbələrdə - “Xor, Bakının sahibi”, “Xor, Bakının ağası”, “Xor, Bakı ölkəsinin hökmranı” və s. kimi yazılır (41).
Qeyd etmək lazımdır ki, müdriklik, İsrail oğullarını digər insanlardan fərqləndirən əsas cəhətlərdən hesab olunur. Qurana görə, Allah bu kitabı bilavasitə İsrail oğulları üçün göndərmiş, onlara hökmranlıq, peyğəmbərlik və pak nemətlərdən ruzi vermiş, onları aləmlərdən üstün və varislər etmişdir. Onlara dinlə bağlı aydın dəlillər verən Allah, onları, elmlərinə görə aləmlərdən üstün tutmuşdur (42). Belə çıxır ki, İsrail oğulları Allahın sirlərini bilən batini-nizariləri, yəni nazaretlilərdir.
İslamda, ilahi sirləri bilən Məhəmməd peyğəmbər, imam Əli və ailəsi - əl-Beyt [L-BT] adlanır. Batinilikdə əl-Beyt dedikdə, ailə qohumluğu yox, “gizli elmə, biliyə və hikmətə malik ailə” (“Beyt əl-elm vəl-marifət vəl-hikmət”) nəzərdə tutulur ki, bu da Quranın batini mənasını bilənlər mənasındadır. Sufizmdə əl-Beyt [L-BT] rəmzi yəhudi seçilmişlərinin levit [LVT] rəmzi ilə eyni mənalıdır. Tövratda, Allah levitləri - “Mənim levitlərim” adlandırır ki, bu da onların Allahın seçilmişlərinin nəsli olması anlamındadır.
Sufizmdə “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti daha dərin mənalara malikdir. Batinilikdə Rəsul [RS-L] rəmzi Rus-Eli [RS-L] kimi də oxunur ki, bu da İsrail [sR-L] rəmzi ilə eyni mənalıdır və “Osiris/Usiri Allahının eli” fikrini ifadə edir. Quranda Rus, Rəsul rəmzləri - Ress əshabi və Ressli kimi də qeyd olunur (43). Belə çıxır ki, “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun rəsuludur” şəhadəti - “İlkin materiyadan başqa həyat verən enerji yoxdur, Məhəmməd - ondan yaranmış göydəki Osiris-Elidir (ruhlar dünyasıdır)” mənasını verir. Mühiddin ibn Ərəbi, əl-Qəzali, Fəzlullah Nəimi və s. kimi məşhur sufilər də Məhəmməd peyğəmbəri – bədənində ruhlar dünyası yaradılmış kosmik insan kimi təqdim edirlər. Mühiddin ibn Ərəbi “Füsus-ül Hikəm” adlı əsərində “Din” sözünün yerinə “Əl” sözünü işlədir ki, bu da İslam dininin göydəki El mənasında olması deməkdir. İbn Ərəbi bu Elin Azər oğlu İbrahim nəslinə verilməsini də xüsusi qeyd edir (44).
Ümumiyyətlə, ibn Ərəbinin və Quranın (22:78) yazdıqlarından belə çıxır ki, müsəlmanlıq Məhəmməd peyğəmbərdən yox, Azər oğlu İbrahim peyğəmbərdən başlanır. Bu isə o deməkdir ki, musəvilik, xristianlıq və islam – çox qədim vahid bir dinin hissələridir. Latınca “Religio” kimi yazılan “Din” sözünü Laktansiya - “Allahla vəhdət”, “Allahla birləşmə” kimi də mənalandırır. Sufizmdə “Allahla birləşmə”, “Allahla vəhdət” – Bəqa və Xulul rəmzləri ilə qeyd olunur ki, buradakı Bəqa rəmzi - tərikə yolunu gedən türkün (türük) bəglik məqamını bildirir. Xulul rəmzi isə islamda «ittihad» – «birləşmə», «axma» mənasını verən terminlə eyni mənalı hesab olunur. İttihad, yəni «ittihad əl-ləhut bi-n-nasut» rəmzi, insanın, İlahi mahiyyət olan ilkin materiya ilə birləşməsi deməkdir. Sufizmdə Xulul [XLL] rəmzi Allah [LLH] kəlməsi ilə də eyni mənalıdır. Bu isə o deməkdir ki, Allah, Din deyəndə, ilkin materiya ilə vəhdət təşkil edən qədim Misirin Ra-Amon Allahı və onun göydə yaratdığı Qeb cənnəti başa düşülməlidir. Sufizmdə “Religio” [RLG] rəmzinin “Gilar” [GLR] rəmzi ilə eyni məna verməsi isə onu deməyə əsas verir ki, Allahla vəhdət məhz Gilarda baş vermişdir və bütün dinlər də bu Ellə bağlıdır.
Yazdıqlarımızdan belə nəticə çıxarmaq olar ki, qədim mənbələrdə İsrail (İzrail) dedikdə - Asar/Osiris/Oziri/Azər Allahının göydəki ruhlar dünyası nəzərdə tutulmalıdır. Asar adı – İslamda Rəhman, qədim Misirdə isə Ra-Amon adlandırılan Allahın ləqəblərindən biridir. Ra-Amon Allahı, qədim mənbələrdə “Yuxarı Misir” adlandırılan göy dünyasının hesabına, iki dünyada fövqəladə qüdrətə sahib olmuş və ölümsüzlük qazanmışdır.
Rus mənbələrində də rus çarlarının özlərini - “Ata qanının haqqı ilə” şah, imperator adlandırması, onların Ra-Amon Allahının törəmələri olması deməkdir: “Mən, Ata qanımın haqqı ilə - həm şah və rusların hökmdarıyam: Öz hakimiyyətimin təntənəli adını, heç bir xahiş və qiymət ilə, heç kimdən satın almamışam; Başqa hökmdara da heç bir qanun ilə mən tabe deyiləm. Lakin, İsaya inanaraq, başqasından xahişlə alınan şərəfə nifrət edirəm”. Yaxud: “Mən təkcə Knyaz, Hökmdar və ya Çar deyiləm, Mən həm də ölçülməz ərazilərimin Böyük İmperatoruyam. Bu ad mənə Allah tərəfindən verilib və digər şahların adları kimi təkcə boş söz deyil: Nə Assuriya, nə Midiya, nə də ki Roma Sezarlarının həqiqətdə belə adlanmağa haqları yox idi... Məgər bütün Avropa monarxları məni İmperator adlandırmır?” (45). Belə iddialar qədim Misir mətnlərində də rast gəlinir: “Mən Harakhty-yə möhkəm qanunlar verəcəm... Mən – öz doğumumda Şaham, heç kimin təyin etmədiyi şahzadəyəm... Mən Fateh olmaq üçün böyüdülmüşəm, Mənim torpağım və mən onun Şahıyam” (46).
Harakhty, yəni Xaraxti [XRXT] rəmzi sufizmdə Xorxut [XRXT] kimi də oxunur ki, bu da Xor, yəni Qor Allahı deməkdir. Xorxut rəmzi bizlərə Oğuz elinin müdriki olan Qorqud [QRQD] kimi də tanışdır. Kitabi-Dədə Qorqudda əsasən gələcəkdə baş verəcək hadisələrdən, dünyanın sonundan danışılır. Bu isə o deməkdir ki, Xaraxti/Qorqud obrazı, axirətdə zühur edəcək və ölmüş Asar/Osiris Allahını dirildəcək qədim Misirin Qor Allahının obrazıdır. Xoraxtinin – “Mən Fateh olmaq üçün böyüdülmüşəm, Mənim torpağım və mən onun Şahıyam” deməsi, onun Mehdi obrazında olması və Asar/Osiris Allahının göydəki ruhlar dünyasının (Albaniya/İsrail) ona verilməsi deməkdir. Buna görə də O, dünyanın yaradılışı zamanı Ra-Amon Allahı tərəfindən müəyyən edildiyi kimi, doğumunda Şahdır. Xaraxtiyə yeni qanunlar verilməsi isə, göydə yaranacaq yeni Dünya və insanlarla bağlanacaq yeni əhd mənasındadır. Əgər nəzərə alsaq ki, Qor/Xor Allahı elə Xoris/Xris, yəni İisus Xristos Allahıdır, aydın olar ki, axirət məhkəməsindən sonra Dünyanın, yəni Aşağı və Yuxarı Misirin Şahı İsa peyğəmbər olacaqdır.
Biz qeyd etdik ki, Albaniya ölkəsi Allah tərəfindən Gelarküni nəslindən kiməsə vəd edilmişdir. Deməli, Qor, yəni Xris/Xristos obrazı Gelarküni nəslindən olmalı və İlahi sirləri bilməlidir. Bilim – Allahla vəhdətdə olan nəsli, adi insanlardan ayıran əsas cəhətdir. İlkin materiyanın qanunlarına görə yalnız bilən Allaha çevrilib, ilkin materiya ilə vəhdətə nail ola bilər. Qədim Misir mətnlərində, Amon Allahının axirətdə gələn və İlahi sirlərdən xəbərdar olan oğlu haqqında yazılır: “Sənin oğlundan... (Şahdan)... başqa özünü dərk edən yoxdur. Sən öz oğluna əzəldən yazdığın taleni və öz qüdrətini verirsən” (47). Bənzər fikir Əyyub peyğəmbərlə bağlı yazılarda da Allah tərəfindən ifadə edilir: “Əlbəttə sən onun sərhədlərinə çatmısan və onun Evinin yolunu bilirsən. Sən ona görə bunları bilirsən ki, sən artıq o vaxt doğulmuşdun və sənin günlərinin sayı çox böyükdür” (48). Bu isə o deməkdir ki, axirətdə gələcək oğul, Dünyanın yaradıldığı zaman yaradılmışdır.
Tövrata görə, Yer və Göyün yaradılışının dördüncü günü, Allah - iki Nursaçan: Böyük Nursaçan - gündüz, Kiçik Nursaçan isə gecə idarə etmək üçün yaradır. Burada Böyük Nursaçan dedikdə, qədim Misirin Amon Allahı ilə birləşərək Ra-Amona çevrilən və axirətədək dünyanı idarə edən Ra günəş Allahı başa düşülməlidir. Kiçik Nursaçan isə Ayın, yəni, axirətdə Günəş Allahı Ra-Amonun yerinə keçən Mehdinin obrazıdır. Yaranışdan sonra Kiçik Nursaçan, yəni Ay Allahının obrazı axirətədək göy aləmində qalaraq öz zamanını gözləyir. Misir mətnlərin birində Allahın oğlu - Ay adlandırılır: “Sən yenilənməni təkrarlayırsan və sən, Ay kimi yenidən çiçəklənirsən – uşaq, sən, Nunun əzəl dövrlərindəki kimi öz-özünü il-ildən cavanlaşdırırsan. (Sənin) doğumun – Xeb-Sedin təkrarlarındadır, bütün həyat sənə daxil olur (birbaşa məna:”Sənin burnuna gəlir”), və sən – bütün torpaqların əbədi şahısan” (49). Ağ məbədin mətnlərində, Allahların başçısı Amon bəyan edir: “Oğul (Mənim) Senurset, Sənin atan Ra-nın istəyi ilə hər iki Torpağın şahlığı sənə məxsusdur”. Digər bir yazıda isə Ra-Amon, öz “cismindən olan oğlu” Xeperkaraya deyir: “Atan Ra, sənin uca - Aşağı və Yuxarı Misirin şahı adını, səni özü ilə vahid cisimdə yaradanda yaratdı” və ya “Yaşasın yaranışı təkrarlayan Qor, Ra-nın oğlu Amenemxet” (50). Bütün bunlar o deməkdir ki, Ra-Amonun yeganə oğlunun doğumu əvvəlcədən, Dünyanın yaradıldığı zaman müəyyənləşdirilmişdir.
Mənbələrdə Ay (İslamın rəmzi) Allahının obrazı Xarrandan (Arran) başlanır və Sin adlanır. Devid Rol qeyd edir ki, mənbələrdə İl-Amurru kimi yazılan Əhdi-Ətiqdəki El Allahı, patriarxal dövründə təbii olaraq Xarrandan olan Sin Allahı ilə eyniləşdirilirdi. El [L] rəmzi isə, ifrat nizari şiələrinin Allahla eyniləşdirdiyi imam Əli [L] obrazı (Əli-İlahi) ilə eynidir. Sufizmdə imam Əli və İsa peyğəmbər eyni obraz kimi çıxış edir. Qurana görə, Allah, Adəmdən sonra yalnız İsa peyğəmbəri özünün “Kün!”, yəni “Ol!” əmri ilə yaratmışdır. Deməli, İsa obrazı da “Kün!” rəmzi ilə, yəni Gelarküni ilə bağlıdır. Lakin El [L] və Əli [L] rəmzləri eyni zamanda Albaniyanın digər adı olan Alu [L] rəmzi ilə də eynidir və bu Alu, yazdığımız kimi Gelarküni nəslindən kiməsə əbədi verilmişdir.
Quranda deyilir ki, İsa peyğəmbər açıq nişanələrlə, yəni insanları fikir ayrılığına salan kamil elmlə, müdrikliklə gələcək (51). Bu isə o deməkdir ki, İsa peyğəmbər qədim sirləri açaraq bütün suallara izah verəcək və bütün dinlərin bir olduğunu sübut edəcəkdir. Xristianların “Siluanın nəsihətləri” adlı yazıda deyilir: “Xristos (İsa) – həyatın həqiqi işığı və günəşidir. Günəş, bədənin gözlərinə işıq vermək üçün çıxdığı kimi, Xristos da bütün ağıl və ürəkləri nurlandırır”. Sebeos, İsa peyğəmbər haqqında danışanda, xüsusi qeyd edir ki, o yarı insan yarı Allah idi. Belə çıxır ki, İsa obrazı həqiqətən də qədim Misirin Qor Allahının obrazıdır. Mənbələrə görə, hələ Dünyanın yaranışı zamanı, onun üçün Yuxarı Misirin, yəni Asar-Elinin - İsrailin taxtı hazırlanmışdır və o öləndən sonra, onun ruhu göyə qalxaraq Ra günəş diski ilə birləşəcək və Ra-Amon Allahının doğumu təkrarlanacaq. Bundan sonrakı zamanın şahı isə İsa peyğəmbər olacaqdır. O yerdə ədalət məhkəməsi quracaq və Asar/Osiris Allahını dirildəcək. Mənbələrdə “Osirisin (İsanın) ölümü və dirilməsi” dedikdə, göy cənnətinin məhz bu yenilənməsi nəzərdə tutulur.
Asar (Osiris) Allahının ölümü və dirilməsi digər mənbələrdə Attis, Adonis, Tammuz, Kibela və s. Allahların ölüb dirilməsi kimi qeyd olunur və bu bayram “Gilar bayramı” adlanırdı (52). Bu isə ona işarədir ki, Həzrəti İsa Gilar elindən olacaqdır və axirətdən sonrakı dövrdə Ra-Amon Allahı - İsrail şahlığını, yəni göydəki Azər Elini məhz ona verəcəkdir.
Axirət yaxınlaşdıqca, İsrail şahlığının kimə veriləcəyi məsələsi də ortaya çıxmışdır. Tövrata görə, Allah əhd etmişdir ki, bu şahlığı – Gelarkünidən və İsrail yəhudilərindən, yəni Azər elinin Gilar türk bəglərindən olan və İlahi sirləri bilən bir nəfərə əbədi verəcəkdir. Kimin bu taxta sahib olacağını isə təbii ki, zaman göstərəcəkdir.

Ədəbiyyat

Firdovsi, “Şahnamə”, B., 1987, səh. 20
Firudin Gilar Bəg, http://www.gilarbeg.com
Платон, «Политик», 269 С
Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134
«Kitabi-Dədə Qorqud», B., 1988, səh.106,110,111,74,58,38,74
Род I, 6:15; III, 3:5 ; Лют. II, 1:1 və s.
«Книга Велеса», С-П., 2000, səh.93,95,157, 191
Библия, Лев.17:11
Библия, Деян.17:26
Библия, Иезек.31:3-9
«История Древнего Востока», I cild, М., 1983, səh.169
Г. В. Носовский, А. Т. Фоменко, «Империя», М., 2000, səh.135,143,144
«Kitabi-Dədə Qorqud», B., 1988, səh.42,55,63,68,94,91,126
Библия, Быт.19:24, 22:6, Исх.3:2
Библия, Лев.6:12,13
Библия, Быт. 2:6-8
Мифологический словарь, М., 1990
«Талмуд», Санк-Пет., 1903, V cild, səh.3
Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.248
Б. А. Тураев, «История Древнего Востока», Л., 1935, I cild, səh. 135,126
Б. А. Тураев, «История Древнего Востока», Л., 1935, II cild, səh.92
Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Эксмо, М., 2002, səh.459,408
Дэвид Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read
Дэвид Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read
Azərbaycan tarixi üzrə qaynaqlar”, B.,1989, səh.111
Библия, Быт.28:16-19
Библия, Второзак., 1: 6-8
Ал Газали, “Воскрешение наук о вере” М., 1980, səh.29
Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991, səh.215
“История Иранского государства и культуры”, М., 1971, səh.305
Р. Фрай, «Наследие Ирана», М., 1972, səh.286
М. Бойс, «Зороастрийцы», М., 1987, səh.150
«История Древнего Востока», I cild, М., 1983, səh.281
Э. Э. Урбах, “Мудрецы Талмуда”, Исраэл, 1989, səh.60
М. Бойс, Зороастрийцы, М., 1987, səh.107
Аль Куфи, «Китаб аль Фитух»
Фирудин Гилар Бек, http://gilarbek.blogspot.com/search?updated-min=2012-01-01T00:00:00-08:00&updated-max=2013-01-01T00:00:00-08:00&max-results=50
Дэвид Рол, «Утраченный Завет», sayt: http://lib.rus.ec/b/328508/read
А. Л. Хосроев, «Александрийское христианство», М., 1991, səh.110
Б. А. Тураев, “Древний Египет”, изд. "Огни", Петроград., 1922, səh.123
Э. Е. Кормышева, «Религия Куша», М., 1984, səh.71,74,76,112,146
Quran, 27:76,77, 45:16, 2:47,122,40,44:32, 45:16, 6:165
Quran, 25:38, 50:12-14
Ибн Араби, «Геммы мудрости», sayt: http://www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm
Г. В. Носовский, А. Т. Фоменко, «Новая хронология Руси, Англии и Рима», М., 2001, səh.567
Г. В. Носовский, А. Т. Фоменко, “Империя”, М., 2000, səh.593
Г. Франкфорт, Г. А. Франкфорт, Дж. Уилсон, Т. Якобсен, “В преддверии философии”, М., 1984, səh.84
Библия, Иов 38:20-21
О. И. Павлова, “Амон Фиванский”, М., 1984, səh.58
О. И. Павлова, “Амон Фиванский”, М., 1984, səh.61,50
Quran, 43:63
Е. Ярославский, «Как родятся, живут и умерают Боги», М., 1941, səh.83,86

Link to comment
Share on other sites

Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi

Cənnət nədir, harada və necə yaranmışdır? Biz bu cənnətə düşə biləcəyikmi? Bu haqda məlumatları hardan öyrənmək olar və s. suallar, insan yaşlaşdıqca, onu düşündürməyə başlayan ən əsas suallardır. Bu suallara cavab tapmaq üçün isə, qədim mənbələri diqqətlə araşdırmaq lazımdır. Lakin bu mənbələr xüsusi məntiqlə yazılmışdır və onları anlamaq üçün, qədim sirləri bilmək vacibdir. Bu haqda mən, “Batini-Quran” kitabında, məqalələrimdə geniş məlumat vermişəm və bildirmişəm ki, bütün qədim yazıların batini, yəni gizli mənaları vardır. Rəmzlərlə yazılan bu gizli mənalarda, Allahın bu dünyada gördüyü işlər təsvir olunur.
Əflatuna görə, bütün qədim yazılar və digər şeylər, sirli bir hadisəyə həsr olunmuşdur (1). Bu hadisə isə, Allahın, insanların tam xoşbəxtliyə çatması üçün göydə yaratdığı Cənnətlə bağlıdır.
Cənnət haqqında məlumatlara, demək olar ki, bütün xalqların rəvayət və mifologiyalarında rast gəlinir. Şumer, Misirdən tutmuş Çin, Hind, Kelt, Ərəb, Rus, Yapon və s. xalqların mənbələrində Cənnət haqqında məlumatlar verilir və bu məlumatlar heç də fantaziya kimi qeyd olunmur. Bu isə o deməkdir ki, bu məlumatlarda həqiqət vardır, yəni Cənnət həqiqətən mövcud olmuşdur.
Əflatun “Fedon” əsərində, insanın öləndən sonra o dünyaya düşüb, orada əbədi yaşamasını reallıq kimi göstərir və qeyd edir ki, “orada da insanlar yerdə yaşadıqları kimi yaşayırlar. Onların da orada öz məbədləri, müqəddəs yerləri var və onlar o dünyada, yəni Cənnətdə dərdsiz-qəmsiz ömür sürürlər. O dünyadakılar yerdəki insanlarla yuxugörmə və s. telepatik yollarla əlaqə saxlayırlar... Bizim üçün su, dəniz nədirsə, onlar üçün o havadır. Bizim üçün hava nədirsə, onlar üçün o efirdir. Onlar heç vaxt xəstələnmirlər. Ağılda, görmə və eşitmədə onlar bizdən hava sudan və efir havadan nə qədər təmizdirsə, bir o qədər fərqlənirlər” (2). Deməli, qədim dövrün ən görkəmli filosofu olan Əflatuna görə, Cənnət həqiqətən mövcuddur.
Cənnət haqqında ilk məlumat, hələ 5 min il bundan əvvəlki Şumer yazılarında verilir. Burada, Allahların əbədi yaşamaları üçün yaratdıqları Dilmun xoşbəxtlik adasından danışılır. Ümumiyyətlə xoşbəxtlik rəmzi bütün qədim mənbələrdə, insanın ölümündən sonrakı vəziyyətinə, yəni insan ruhunun düşdüyü məkandakı vəziyyətinə aid edilir. Qədim yazıların məşhur araşdırıcısı Devid Rolun yazdığına görə, Dilmun - ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Rolun gətirdiyi sitatlara görə, Dilmun, Zaqros dağ təpələrinin arxasında, İran ərazisində yerləşir. Günəşin doğduğu yerdə, yəni Şərqdə yaradılmış Cənnət, mənbələrdə “Ölməzlər ölkəsi” adlandırılır ki, oranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər. Bura xoşbəxtlik, hüzur yeridir və ən əsası təhlükəsiz yerdir (3).
Məşhur arxeoloq və alim Piter Kornuellə görə, Dilmun/Tilmun adasının digər adı Tilosdur ki, bizə bu rəmz Tolis kimi məlumdur (4). Mənbələrdə Tolis (Toliş) rəmzi Göytürk xaqanlığına aid edilir və Türk Budunu adlandırılır. “Moyun Çor” abidəsində türk xanı Tolis iddia edir ki, o Tanrıda olmuş və orada El yaratmışdır. Orxon Yenisey abidələrindəki Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində isə türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (5). Türklərin göydə Tanrı, yəni Allah yaratması mənbələrlə də təsdiqlənir. Bu mənbələrdə “türk” sözü “teurq” kimi yazılır ki, Batin elmində bunlar eyni mənalı sözlərdir. Xalkidli Yamvlix, özünün əsas kitabı olan “Misir sirləri haqqında” kitabında teurqları Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir (6). O, teurqun Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” sözü - Allahla vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə edirlər. Deməli, türk sözü ən qədim mənbələrdə - “göydə Allah yaradan müdrik” mənasında olmuşdur. Teurqların göydə Allah yaratma prosesinin texnologiyası hind mənbələri olan Upanişadalarda qeyd olunur. Burada brahman və kahinlər - himn, qurbanlıq formulu və magik hərəkətlərlə, qurbanlıq heyvanların ruhlarının göydə toplanmasına və onların iradələrini həyata keçirən kosmik varlığa, yəni Elə çevrilməsinə nail olurlar. Bu o deməkdir ki, Göytürk xaqanlığı - Göydə, qurbanlıq heyvanların ruhlarından, magiya vasitəsi ilə yaradılmış El mənasındadır və bu Eli – Tolis (Toliş) Türk Budunu yaratmışdır. Devid Rolun Dilmun adlandırdığı, ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı ölkə də - elə türklərin Göydə yaratdığı Göytürk xaqanlığıdır.
Hindlərin məşhur “Bxaqavad-Gita” (Bhaqavad-Gita) kitabına görə ruhlar dünyası - Dxarmakşetradakı Kuru sahəsində yaradılmışdır ki, burada Allahlar qurban mərasimi keçirirlər. Məhz buradakı “döyüş”dən sonra – ruhlar dünyası, yəni günahlardan, bədbəxtlikdən kənar brahman dünyası yaranır ki, bu da əbədi xoşbəxtlik dünyası mənasındadır (7).
Dilmun rəmzi Sebeosun əsərində Delum kimi yazılır və onun Midiya dağları ilə bağlı olduğu göstərilir (8). İran ərazisində bu rəmz Deyləm kimi məlumdur və bura İsmaili dövlətinə daxil olmuşdur. Əbu əl-Ala İbn Xassul, “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində, İbrahim əs-Sabinin “Ət-Taci” kitabına əsasən, Deyləmilərin geneologiyasını, onların dövlətlərini, ləyaqətlərini xüsusi qeyd edir və onların tam xoşbəxtliyə çatmalarının sirlərini və onların zamanı qabaqlamalarını xüsusi vurğulayır (9). Deməli, zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış Deyləmlər - Dilmun adasında ölümsüzlük və xoşbəxtlik qazanmış Tolis türkləridir. Buradakı ada rəmzi, Dilmun Cənnətinin göy okeanında ada kimi təsəvvür edilməsi mənasındadır.
Deyləm ərazisi mənbələrdə Gilan adlanır ki, Herodot bu ərazini Gelon kimi qeyd edir və əhalisini də skif/sak tayfası olan Budinlər adlandırır. Budinlər isə elə Tolis (Toliş) Türk Budunu mənasındadır. Mənbələrdə saklar deyəndə, adlı-sanlı tayfa olan Sisaka nəsli nəzərdə tutulur və Gel eli olan Gelarküniyə aid edilir. Deyləm (Delum) rəmzi də Gelarkünidə yaradılmış Telami tikilisidir (10). Deməli, Gilan, Gelon, Deyləm, Delum və s. dedikdə, Gel Eli olan Gelarküni başa düşülməlidir. Gel şəhəri, yəni Geliopol - qədim Misir yazılarında, Allahın “Dünya”nı yaratmağa başladığı yer sayılır və mənbələrə görə, Asar/Osiris Allahının bədəni burada uyuyur. Qədim Misir mənbələrində Asar/Osiris/Azər şahlığı - ölüm şahlığı, yəni Cənnət adlanırdı ki, ölənlərin ruhu burada həyatlarını davam etdirirdilər.
Qədim Misirlilərin “Ölülər kitabı”nda, ölüm şahlığı Sexet-xotepet, və ya “Dinclik (hüzur) sahələri” (Yelisey sahələri) adlandırılır. Bu kitabdakı bir bölümün mətni belədir: “Buradan Sexet-Xotepet və işığa çıxma haqqında bölüm başlanır: Ölüm şahlığına giriş və çıxış haqqında bölüm: Sexet-Aaru-da görünmə: Küləklər hökmdarı, Qüdrətli şəhər Sexet-Xotepetdə qalma: Orada güc qazanma: Orada Hu-ya çevrilmə: O torpaqlarda əkin əkmə: Orada məhsul yığma: Orada qidalanma: Orada susuzluğu dəf etmə: Orada cismani məhəbbətlə məşğul olma: Və yerdə edilənləri hamısının orada edilməsi” (11). Bu isə o deməkdir ki, Dilmun cənnəti, bizim yaşadığımız fiziki məkan kimi yaradılmışdır və insanların ruhları, orada da bu dünyadakı kimi yaşayırlar.
Məşhur alim Devid Rol, Dilmun xoşbəxtlik adasını eyni zamanda nəhəng ilan obrazında göstərir və onu eyni zamanda Atum-Xarakti obrazında böyük Günəş Allahı və Ra-Atum Allahı adlandırır (12). Buradakı Atum rəmzi, Şumer yazılarında Etemenanki, yəni Atum-Nunki formasında yazılır ki, bu da Babildə tikilmiş “yerlə göyün təməl evi” mənasındadır. Tövrata görə, məhz Babil qülləsinin tikilməsindən sonra Allah insanların dillərini dəyişib, dünyaya səpələdi ki, bu tikinti haqqında məlumatlar insanlar üçün gizli qalsın. Deməli, başı göylərə çatan Babil qülləsi elə Dilmun Cənnətinin rəmzidir.
Devid Rol, Cənnətin yaradıldığı yeri Edin adlandırır ki, Quranda da Cənnətin adlarından biri Ədn kimi qeyd olunur. Quran yazır: “Allah mömin kişi və qadınlara əbədi qalmaq üçün altından çaylar axan bağlar və Ədn cənnətində gözəl yaşayış yeri vəd etmişdir. Allahın bu xoş niyyəti daha böyükdür: bu – böyük xoşbəxtlikdir… Onların Allah yanındakı mükafatı – altında çaylar axan Ədn cənnətidir ki, onlar orada əbədi qalacaqdır…” (13).
Batin elmində Ədn/Edin rəmzi eyni zamanda Din rəmzidir və bu da insanın etiqadını, inancını bildirir. Məşhur İslam alimi Mühiddin ibn Ərəbinin yazdığına görə, İslam dini də Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu, o dünyada ömrünü davam etdirəcəkdir. İbn Ərəbi bildirir ki, Allah İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada “Din” rəmzi - “El” (“Əl”) rəmzi ilə qeyd edilir (14). Bu isə o deməkdir ki, İslam Dini elə Deyləm türklərinin göydə yaratdığı Göytürk xaqanlığıdır və bu Cənnət də Allah tərəfindən Azər oğlu İbrahim peyğəmbərin nəslinə vəd edilmişdir.
Mühiddin ibn Ərəbi, insan öləndən sonra ruhunun düşdüyü məkanı od, atəş kimi qeyd edir. Bu od İbrahim peyğəmbərin atıldığı İlahi oddur. İbn Ərəbi insan ruhunun bu odda yaşamasını reallıq kimi göstərir və bildirir ki, Allah, öləndən sonra insanın ruhunun bura düşməsinin vahid qanununu yaratmışdır (15). Mən, “Azərbaycan – Azər odunun yaradıldığı yerdir” adlı məqaləmdə, İlahi odun bilavasitə Azərbaycan və Azərilərlə bağlı olmasını faktlarla göstərmişəm.
İlahi od haqqında Ammian Marsellin yazır: «Danışırlar ki, əgər buna inanmaq mümkünsə, maqlar özlərində heç vaxt sönməyən və Göydən düşmüş od qoruyurlar. Asiya şahlarına təqdim edilmiş bu odun kiçik hissəsi xoşbəxtlik gətirir (16). Bu o deməkdir ki, Asiya şahlarının nəsli elə Azər oğlu İbrahim peyğəmbərin nəslidir və Cənnət də məhz onların nəslinə vəd edilmişdir.
Tövratda, Allahın İbrahimə, İsaqa, Yaquba və onların törəmələrinə miras kimi vəd edilən Cənnət - Knun və Lbnun, yəni Kənan və Albaniya kimi qeyd edilir (17). Burada Knun rəmzi – yer altında tikilmiş Etemenanki məbədi, Lbnun rəmzi isə, bu məbədin göylərində yaradılmış və Cənnət mənasında olan Albaniya ölkəsidir. Tarixçi M. Xorenatsinin “Ermənistan tarixi” kitabına görə, Albaniya ölkəsi - vərəsəliklə Gelarküni nəslindən kiməsə əbədi verilmişdir (18). M. Xorenatsi Gelarkünini Gel adlandırır ki, bu da onun, qədim Misirin Geliopol şəhəri mənasında olması deməkdir.
Göy türklərin Gel şəhərinin göylərində yaratdığı El, yəni “Gel-Eli” rəmzi mənbələrdə Qalil/Xəlil və s. kimi yazılaraq, İsa və İbrahim peyğəmbərlərə aid edilir. Lakin Qalil/Xəlil rəmzi digər mənbələrdə Qolelu/Xalul kimi də yazılaraq Karluklara aid edilir. Mənbələrə görə, Şərqi karluklar gellərdir və alimlərin çoxu gelləri və qelolu tayfasını karluk hesab edirdilər (19). Batin elmində karluk rəmzi “Qor-İlahi” (Qor Allahı), müqəddəs Gelar və s. mənalar daşıyır.
Xalul/qolelu, yəni xəlil rəmzi təsəvvüf elmində Allahla vəhdət təşkil etmək, Allaha qovuşmaq (xulul) mənasındadır. Batin elmində bu rəmzlər “Allah” sözü ilə də eyni mənalıdır və Xəlilullah dedikdə də bu rəmzin bilavasitə Allaha aid olması nəzərə çatdırılır. Allahla vəhdətə nail olanlar sufizmdə eyni zamanda Bəg adlanır ki, bu da onun tərikə yolunun “bəqa” səviyyəsini yüksəlməsini və bu səviyyədə Allahla (ilkin materiya) vəhdətini bildirir. Karluk şahlarının titullarının da Yabqu, yəni Ya-Bəg olması, Karlukların Allahla vəhdətinə işarədir. Bu isə o deməkdir ki, Xalul/Qolelu adlandırılan Karluk Yabquları – M. Xorenatsinin Gel adlandırdığı Gelarküni bəgləridir.
Qeyd etmək lazımdır ki, islamdakı “behişt” rəmzi – “bəg- şiyat” kimi açıqlanır ki, “şiyat” rəmzi qədim mənbələrdə şənlik, xoşbəxtlik, səadət, inkişaf, bolluq və s. mənasında olmuşdur. Deməli behişt – “bəglik səviyyəsində yaradılmış xoşbəxt həyat” deməkdir. Mənbələrdəki “baqi İrəm” rəmzi də sufizmdə -“bəglik səviyyəsində yaradılmış İrəm” fikrini ifadə edir və İrəm bağının Cənnət mənasında olmasını bildirir. Batin elminin qanunlarına görə, dilimizdəki Vəhy (“Vahiy”) sözü də - Bəqa/Bəg rəmzindən yaranmışdır. Vəhy – bəqa səviyyəsində ilkin materiyadan və onunla vəhdət təşkil edən Rəhman Allahdan qəbul edilən informasiya deməkdir.
Bütün bunlar onu göstərir ki, Cənnət - ölmüş insanlarının ruhlarının məhv olmaması üçün göydə yaradılmış dünyadır və bu dünyanı da Talış dağlarının sakinləri olan Gelar türk bəgləri yaratmışlar. İslam dini də Mühiddin ibn Ərəbiyə görə bilavasitə onlara verilmişdir.
Qədim Misir yazılarında Cənnət mənasında olan ölüm şahlığı - Asar/Osiris/Azər Allahının şahlığı adlandırılır ki, bu şahlıq da məhz Gel elində, yəni Gelarkünidə yaradılmışdır. Mətnlərə görə, axirətə yaxın Asar/Osiris/Azər Allahı ölür və yalnız sonradan arvadı İsida və oğlu Qor onu dirildirlər. Asar/Osiris/Azər Allahının ölümü, göydəki Cənnətin axirətdə məhv olması və sonradan onun əvəzində yeni ruhlar dünyasının yaranması mənasındadır. Bütün Misir yazılarının əsas mövzularından biri də axirətdə yeni Asar/Osiris/Azər Allahının doğulması mövzusudur. Bu doğumun rəmzlərlə təsviri, Ölüm şahlığı olan Sokaris (Arsak) mağarasında göstərilir. İnsan kimi doğulmuş Asar/Osiris/Azər ölən kimi, onun ruhu Ra-Amon Allahın hüzuruna qalxır və burada Yuxarı Misirin, yəni Cənnətin tacını Ra-Amon Allahından qəbul edir. Bundan sonrakı dövrün sahibi isə artıq Günəş Allahı olan Ra-Amon yox, onun ruhunu daşıyan Ay Allahı Tot olur. Müdrikliyi ilə seçilən Tot, digər yerdə müdrik Bekxoris adlandırılır ki, bu da onun Qor fironlarının Bəg nəslindən olması deməkdir.
Qor rəmzi mənbələrdə Xoris/Horus və s. kimi yazılır və xristianların Xrist/Xristos, yəni Hz. İsa da Qor Allahı deməkdir. Belə çıxır ki, axirətdə gələn Qalileyli (Gel-Eli) İsa peyğəmbər elə qədim Misirin Qor Allahıdır. İsa rəmzi - qədim Misir yazılaırnda “Allah ruhu” mənasını verən Şu Allahı kimi, yəhudilərdə Yeşua, müsəlmanlarda isə Şiə kimi qalmışdır. Mühiddin ibn Ərəbi, İsa peyğəmbəri - “mütləq vilayətin möhürü” adlandırır ki, bu da onun imam Əli ilə eyni obrazda olması, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşməsi deməkdir (20). Bu isə o nəticəyə gətirib çıxarır ki, axirətdə Cənnət – imam Əli nəslindən olan müdrik bir nəfərə veriləcəkdir. İmam Əli fədailəri isə mənbələrdə Gel/Gelat ifrat batini şiələridir və bu haqda mən “Batini-Quran” kitabında və məqalələrimdə geniş məlumat vermişəm. Gelat rəmzinin Xüld kimi yazılışı və Quranda Cənnətə aid edilməsi, Xüld Cənnətinin bilavasitə Gel türk bəglərinə vəd edilməsi deməkdir (21).
Quranda Cənnətin axirətdə yenisi ilə əvəz olunması açıq yazılır. Burada qeyd olunur ki, vəd edilən Cənnət axirətdə yenidən yaranacaq və öz vəzifəsini yerinə yetirən varisə qismət olacaq. Heç kim onun qarşısını ala bilməyəcək. Axirət məhkəməsində bu Cənnətə yalnız günahsız insanlar düşəcəklər. Ədalətsiz insanlar isə təbii ki, əbədi xoşbəxtlik sayılan Cənnəti görməyəcəklər (22). Qurana görə varis də öldürüb-diriltmək qabiliyyətinə malik olacaq: “Sənin Allahın mələklərə: Mən yer üzündə bir “xəlifə” (canişin) təyin edəcəyəm” dedi… Məhz Biz – Biz öldürür və dirildirik və Biz varislərik… Musa öz xalqına dedi: “Allahdan kömək istəyin və dözün! Axı Yer Allahındır: O onu, öz qullarından istədiyinə vərəsəliklə verir, Allahdan qorxanların axırı yaxşıdır!... Bu bağı biz qullarımız arasında Allahdan qorxana vərəsəliklə verəcəyik!.... Biz Zəburda da yazmışdıq ki, torpaq vərəsəliklə mənim mömin qullarıma çatacaq!... (Ya Allah) Məni Nəim cənnətinin varisi et!” (23).
Yazdıqlarımdan çıxan nəticə odur ki, Cənnət - əcdadlarımız tərəfindən göydə yaradılmış ruhlar dünyasıdır. Bu ruhlar dünya Azərbaycan göylərində, qurban və magik rituallar vasitəsi ilə yaradılmışdır. Axirətdə bu dünya yenisi ilə əvəz olunacaq və vərəsəliklə varisə, yəni Azəri türk bəylərindən bir nəfərə çatacaqdır.
Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

Ədəbiyyat
1. Platon, «Politik», 269s
2. Platon, «Fedon» 110, 111
3. Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Ексмо, М., 2002, səh. 267, 271
4. Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Ексмо, М., 2002, səh. 275
5. Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 104,134
6. А. Ф. Лосев “История античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm
7. Упанишады, М., 2000, səh. 252
8. Себеос. История императора Иракла. 37, отд. III, böl. 37
9. Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 104-107
10. М. Хоренаци, kit., II, böl.. 8
11. Уоллес Бадж Э. А. – “Египетская книга мертвых”, М-СПб, Ексмо, 2005, səh. 523, 524
12. Д. Рол, «Генезис цивилизации. Откуда мы произошли…», Ексмо, М., 2002, səh. 438, 439
13. Quran, 9:72, 98:8
14. Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”,böl. 8
15. Mühiddin ibn Ərəbi, “Füsus ül Hikəm”,böl. 18
16. «История Иранского государства и культуры, М., 1971, səh. 216
17. Библия, Втор.1:6-8
18. М. Хоренаци «История Армении», I kitab, böl.12
19. L. Qumilyov, «Qədim türklər», B., 1993, səh. 473
20. Анри Корбэн, История Исламской философии, səh.40, sayt: http://ruh.kz/blog/anri-korben-istoriya-islamskoi-filosofii
21. Quran, 25:15
22. Quran, 14:48, 55:46,62, 6:134,135, 7:8,9
23. Quran, 2:30, 15:23, 7:128, 19:63, 21:105, 26:85

Link to comment
Share on other sites

Həqiqi İslam Şumerdən başlanır

İnsan həyatında mühüm rol oynayan meyarlardan biri dindir. Dinlərin nə məna kəsb etməsinin elmi izahı bu günə qədər verilməsə də, insanlar onu bütə çevirdiyi üçün o hələ də öz gücünü itirməmişdir. Lakin artıq hamıya aydındır ki, bir müddət sonra bütün dinlər tamamilə yox olmalıdır. Çünki, elmi izahı, məntiqi və insan həyatına təsiri olmayan bir şeyin uzun müddət yaşaması mümkün deyildir.
İslam dinin əsas ideyası, “Allah birdir və Məhəmməd də onun Rəsuludur” şəhadətidir ki, bunu qəbul etmək, həyat uğrunda mübarizədə insana heç nə vermir. Bu gün istənilən bir kasıb adam bir tikə çörək müqabilində dinindən də, Allahından da peşimançılıq çəkmədən dönər və belə faktlar get-gedə artmaqdadır. Ortaya belə bir sual çıxır. Bəs nəyə görə müdrik babalarımız, mənası, məntiqi olmayan bir inancı bizlərə vəsiyyət etmişlər və hətta bu yolda ölümə belə getməyə hazır olmuşlar? Bu suala cavab vermək üçün, dinlərin əsl mahiyyətini, mənasını diqqətlə araşdırmaq lazımdır.
Hamıya məlumdur ki, müqəddəs Quran kitabının adi, zahiri mənasından başqa, gizli, yəni batini mənası da var ki, bunu yalnız seçilmişlər, sufilər bilmişlər. Məşhur sufi Şihabəddin Yəhya Sühravərdiyə görə bütün dinlərin batini mənaları birdir və Əflatun fəlsəfəsinə aparıb çıxarır. Əflatun fəlsəfəsi isə bütün fəlsəfələrin mahiyyətini özündə birləşdirən və rəmzlərlə, Allahın göydə və yerdə yaratdıqlarına elmi izah verən fəlsəfədir. Mən “Batini-Quran” kitabında və məqalələrimdə, bütün dinlərin, fəlsəfələrin bir olduğunu elmi cəhətdən izah etmişəm. Bu məqalədə isə “din” sözünün mənaları haqqında bəzi məlumatları verəcəm.
Batin (sufizm) elmində hər bir samit - bir rəmz kimi qəbul edilərək, xüsusi məna ifadə edir. Bu elmdə “din” [DN] rəmzi Qurandakı Ədn (Eden) [DN] cənnətinin rəmzi ilə eyni məna daşıyır ki, bu da dinin “cənnət” fikrini ifadə etməsi deməkdir. Cənnət haqqında ilk məlumat Şumer yazılarında verilir. Bu yazılara görə, “dirilər ölkəsi”, yəni ölümsüz Allahların bağı olan Dilmun cənnəti - İran ərazisində, Zaqros dağ təpələrinin arxasında yerləşir. Məşhur şumerşünas Kramer, Dilmunu «təmiz», «nurlu» və «şəfəq saçan» torpaq kimi təsvir edir və bildirir ki, buranın sakinləri xəstəliyin, ölümün nə olduğunu bilmirlər. Bura, ölmüşlərin ruhlarının xoşbəxtliyi daddığı yerdir və bura köçmək, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Deməli, din dedikdə, Allahın qoyduğu qanunlara riayət edən insanın, öləndən sonra da, ruhunun yaşadığı yer başa düşülməlidir. Məşhur sufi Mühiddin ibn Ərəbinin yazdığına görə də, İslam dini - Göydə yaradılmış dünya mənasındadır və onu qəbul edən insanın ruhu o dünyada ömrünü davam etdirəcəkdir. İbn Ərəbi bildirir ki, Allah - insan ruhunun, ölüm zamanı göydə yaradılmış bu dünyaya düşməsinin qanununu yaratmışdır və bu qanuna tabe olanın, yəni müsəlmanların ruhları məhz ora qayıdır. İbn Ərəbi xüsusi qeyd edir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada “din” rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da dinin göydəki El mənasında olması anlamındadır (İbn Ərəbi, “Füsus ül Hikəm”,8). Bu isə o deməkdir ki, “din” sözü “Dünya” mənasındadır və bu İslam dünyasını da Allah, İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir.
Bildiyimiz kimi Xarrandan (Arran) olan Azər oğlu İbrahim peyğəmbər yəhudi peyğəmbəridir və məlumdur ki, mənbələrdə yəhudi dedikdə Xəzər (Azər) türk bəgləri nəzərdə tutulur. “Kitabi-Dədə Qorqud”da da əvrən, yəni yəhudi sözü türk ərənlərinə aid edilir. Xəzər türklərinin X əsrə aid dualar kitabında Allah - “Adonay” [DNY] adlandırılır ki, bu da Batin elmində “Dünya” [DNY] sözü ilə eyni mənalıdır. Deməli, Xəzər türkləri Adonay deyəndə İran dağlarının üstündəki Dilmun Dünyasını, Dilmun Elini nəzərdə tuturlar. Orxon Yenisey türk abidələrindəki türk xanı Tolis (Toliş) isə iddia edir ki, məhz O, Tanrıtək Göydə El yaratmışdır. El rəmzinin yəhudi dilində Allah mənasını verməsi də bu Elin, sufilərin Hu adlandırdığı İlahu nurdan, yəni ilkin materiyadan yaradılması anlamındadır.
Tolis rəmzi sufizmdə Tilos kimi də oxunur ki, araşdırıcı Piter Kornuelə görə, Tilos - Dilmun cənnətinin digər adıdır. Tolis/Toliş rəmzi isə Ərdəbil şəhəri ilə Xəzər dənizi arasındakı dağların adıdır və bura Azəri türklərinin torpağıdır. Deməli, İslam dini mənasında olan göydəki Tilos Eli elə Adonay Allahıdır.
Fəzlullah Astarabadinin “Cavidannamə” əsərinə görə, Məhəmməd peyğəmbər - Tövratda altı günə yaradılan”Dünya” mənasındadır və o axirətdə yenidən yaranacaqdır. Kəbə, Darüs-Səlam və Beytül-Muqəddəs isə Adəmin bədənindədir. Məşhur sufi əl-Qəzaliyə görə, Məhəmməd peyğəmbər Göy insanıdır və Kosmik qüvvə hesab olunur. Mühiddin ibn Ərəbi “Kamil İnsan”ı Adəm kimi təqdim edir və onu Allah adlandırır. Bu isə o deməkdir ki, Məhəmməd peyğəmbərlə Adonay Allahı eyni məna kəsb edirlər.
Sufizmdə “Allahdan başqa ilahi yoxdur və Məhəmməd onun Rəsuludur” şəhadəti -“İlkin materiyadan başqa həyat verən enerji yoxdur, Məhəmməd - göydə ondan yaranmış ruhlar Elidir (Osiris/Asar/Azər dünyasıdır)” fikrini ifadə edir ki, bu da Adonay Allahın elə Məhəmməd peyğəmbər olması deməkdir. Göründüyü kimi, İslamın batini mənası çox dərin mənaları olan elmdir və bu elm – göydə yaradılmış İslam Aləminin elmidir.
Din rəmzi Batin elmində El-Din (Din-Eli) mənasını verir və bu rəmzdən Ledun, Aldan rəmzləri yaranmışdır. Ledun elmi Batin elminin digər adıdır. Aldan rəmzi isə mənbələrdə Albaniyaya aid edilir və xristian mənbələrində bu rəmz Alu kimi də yazılır. Alu rəmzi isə Batinilikdə El/Əli mənasında göydə yaradılmış Vilayəti, Eli bildirir. Sufizmdə Alban rəmzi – El-Benu mənasında, qədim Misirdə, göydəki ruhlar aləmində quş obrazında ölümsüzlük qazanmış Allahların ruhlarını bildirir. “Kitabi - Dədə Qorqud” abidəsində də türk ərənləri haqqında danışarkən onlar quş kimi təsvir edilirlər və onların bir yerə yığışması «qondu» sözü ilə ifadə olunur. Alban/El-Benu rəmzi sufizmdə eyni zamanda Nəbi-Eli kimi də oxunur ki, bu da peyğəmbərlər məmləkəti deməkdir. Deməli, “din” rəmzi həqiqətən də göydə yaradılmış Elin rəmzidir və bu Din dünyası Azər oğlu İbrahim peyğəmbərin nəslinə verilmişdir.
Akkadların Alu/İlu kimi qeyd etdiyi El rəmzi, şumerlilərdə Dinqir kimi tərcümə olunur və Allah mənasını verir. Bu rəmz Din və Qor sözlərindən yaranmışdır. Qor rəmzi qədim Misirdə pirin (firon) ruhunun göydə qızılquş obrazında yaşamasını bildirir. Lakin bu quş (pirin ruhu) eyni zamanda göy cənnətinin ruhu (ağlı/beyni) olduğu üçün mənbələrdə Qor (Kor/Kur və s.) dedikdə, eyni zamanda göy aləmi də başa düşülür.
Din sözü qədim Misir mətnlərində doqquz yaranışdan ibarət yaradılmış Atum (Adəm) Allahının adlarından biridir və mətnlərdə Nut kimi qeyd olunur. Doqquz yaranışdan ibarət olan Allah (“Enneadanın Doqquz Allahı”) bizlərə “Doqquz Oğuz” kimi məlumdur ki, Oğuz [ĞZ] rəmzi batinilikdə Xaos [XS] rəmzi kimi ilkin materiyanı bildirir. Rəvayətlərdə Oğuzun göylərlə əlaqəsi də bu yaranışla bağlıdır. Bu doqquz yaranış hər biri ayrılıqda da Allah mənasını verir. Çünki, sufilər İlah (Allah) dedikdə məhz Oğuz mənasında olan ilkin materiyanı, yəni İlahi nuru nəzərdə tuturlar.
Bütün bunlar o deməkdir ki, Dinqir, Tenqri, Tanrı və s. dedikdə Nut göyündə yaradılmış Qor Allahının dünyası başa düşülməlidir. Qor Allahı isə - firon Amonun (pir Əman) ruhu ilə Ra günəş diskinin vəhdətindən yaranmışdır. Şumer mənbələrində Amon-Ra-Qor rəmzi - Enmerkar kimi yazılır və bildirilir ki, bu Allah özünə yüksək status olan Asar adını götürdü. Deməli, Asar/Azər Allahı dedikdə, ərşə yüksələrək göylərə hakim olmuş Ra-Amon, yəni Rəhman Allah nəzərdə tutulmalıdır.
Şimal salnamələrinə görə, Azər tayfasının başçısı Ziqqe öz tayfasını Xəzər ətrafından Avropaya gətirir və Rusiyadan başlayaraq Avropa ölkələrinin hər birində öz oğullarından birini başçı qoyur. Özü isə Odin adını götürür və qanunlar toplusu, gizli ayinlər keçirən, Ezir (Azər) adlanan 12 kahindən ibarət müqəddəs cəmiyyət yaradır. Odin adını götürdükdən sonra qanunlar toplusu yaradılması o deməkdir ki, Azər Allahı, 12 imamla Din və onun qanunlarını yaratmışdır. Odin Allahının skandinav və german mifologiyasında eyni zamanda Votan (Vodan) adlandırılması, əsl dinin Batin elmi olması deməkdir. Çünki batinilikdə “B” və “V” rəmzləri eyni mənalı rəmzlərdir. Bunu Odin sözünün mənası da sübut edir. Yazılanlara görə, Odin sözü şamanın ekstazını, qamlamanı, magiyanı, müdrikliyi bildirir. Batin elmi də sufinin ekstatik vəziyyətində, silsilənin ən ali məqamında üzə çıxan elmdir ki, bu da İlahdan, yəni ilkin materiyadan alınmış informasiyadır. Sufizmə görə, Bəqa (Bəglik) səviyyəsində qəbul olunan bu elm vasitəsi ilə insan bir saata bütün elmlərə tam və kamil şəkildə sahib olur. O hətta Allah yaratma qüdrətini də qazanır ki, türk (teurq) xanı da məhz bu vəziyyətdə (teurqiya) göydə El Allahını yaratmışdır.
Odin rəmzi Finikiya mifologiyasında Adon, Adonis kimi yazılır və ölüb dirilən Allah kimi məlumdur. Təbiətin ölüb dirilməsi ilə əlaqələndirilən bu Allah qədim Misirdə Asar/Osiris/Oziri, yəni Azər adı ilə tanınırdı. Mən, “Aşura haqqında əsl həqiqətlər”adlı məqaləmdə bu haqda geniş məlumat vermişəm.
Adon/Adonis Allahının ləqəblərindən biri də Liey - “azad olmaq”dır ki, bu da sufinin ruhunun ekstatik durumda bədəndən azad olaraq İlahi nura, yəni ilkin materiyaya qovuşması və ondan istədiyi informasiyanı alması mənasındadır. Liey rəmzi isə “L” samitindən yaranmışdır ki, bu da göydə yaradılmış Eli bildirir. Deməli, Adon/Adonis Allahı, yəni Din rəmzi - göydə yaradılmış Elin rəmzidir və bu El, ilkin materiyadan ibarətdir. Məhəmməd peyğəmbər də hədislərdə “Həqiqət mənim daxili vəziyyətimdir” deyir ki, bu da peyğəmbərimizin bədəninin ilkin materiyadan ibarət olması mənasındadır. Belə çıxır ki, Məhəmməd peyğəmbər elə Odin (Din) və ya Azər Allahıdır.
Bütün bunlar o deməkdir ki, əsl İslam dini – Batin elmidir və bu elm yeddinci əsrdə yox, Adəmin yarandığı dövrdə, yəni 5500 il bundan əvvəl Azərbaycanda yaranmışdır. Yeddinci əsrdən başlayaraq insanlar qədim yazıların əsl, yəni batini mənalarını yaddan çıxararaq, zahiri mənalarını əsas tutdular və müqəddəs elmi bəsitləşdirdilər. Məhz bu dövr mənbələrdə Adəmin cənnətdən qovulması dövrü sayılmalıdır.
Tövrata görə Adəm, Allahın əmrini pozaraq, “yaxşı və pisi dərk etmə ağacı”nın barını yediyi üçün cənnətdən qovulmuşdur. Batin elmində bu rəmz – Allahın ilahi elminin, insan məntiqi ilə dərk edilməsi və həqiqəti təhrif etməsi mənasındadır. Bu, bizim bu gün Qurana verdiyimiz zahiri məna anlamındadır ki, bu da insanların həqiqi Batin elmindən uzaq düşməsi deməkdir. Deməli, Adəmin cənnətdən qovulması, onun Allah həqiqətlərini təhrif etməsi və zahiri məntiqi əsas tutması deməkdir ki, bunun nəticəsində insan haradan gəlib hara getdiyini bilmir. Nəticədə, peyğəmbərimizin dediyi kimi, İslamın 73 təriqətindən yalnız biri - cənnətə, qalanları isə cəhənnəmə düşürlər. Bu isə o deməkdir ki, yeddinci əsrdən bu yana yalnız bir təriqət üzvləri cənnətə gedir ki, bu da mənim - “Cəhalət mömin müsəlmanları da cəhənnəmə aparır” adlı məqaləmdə yazdığım kimi, pir, bəg, seyid, və s. ismaili-nizarilərinin batini təriqətidir.
Yazdıqlarımdan çıxan nəticə odur ki, bu dünyada bir həqiqi din var ki, bu din də Rəhman Allahın göydə yaratdığı cənnətlə bağlı elmdir. Bütün dinlərin batini mənaları da bu vahid dinin tarixi ilə bağlıdır. Həqiqi İslam olan bu vahid din, Azərbaycanda - pir, bəg, seyid, şıx adlandırdığımız Azəri müqəddəslərinin əcdadları tərəfindən yaradılmışdır.
Qədim Misir rəvayətinə görə, Allahın ilkini olan Azər (Asar/Osiris) dünyaya hakim kimi gəlir və insanları heyvan səviyyəsindən çıxarıb, onlara buğda əkməyi, şərab çəkməyi və s. mədəniyyət öyrədir. Lakin kiçik qardaşı Set ona həsəd apararaq, öz 72 yoldaşı ilə onu xaincəsinə öldürür. Axirətdə Azərin arvadı İsida və oğlu Qor, Azəri yenidən dirildir və o əvvəlki kimi dünyaya hakimlik etməyə başlayır.
Azər Allahının ölümü məhz yeddinci əsrdən - insanların qədim yazıların gizli, batini mənalarını yox, birbaşa - zahiri mənalarına üstünlük verdiyi dövrdən başlanır. Məhz bu dövrdən başlayaraq adi insanlar öldükdə, onların ruhları cənnətə yolu itirirlər və milyonlarla İslam qanununa əməl edən möminin ruhu, arzuladığı cənnətə daxil ola bilmir. Lakin yazılanlara görə, axirətdə bütün sirlər açılacaq və insanlar həqiqəti dərk edərək yenidən Din, yəni Ədn cənnətini qazanacaqlar.

  • Thanks 1
Link to comment
Share on other sites

  • 5 years later...
В 19.01.2014 в 14:55, Islami Nur_313 сказал:

sualinizin sebebini bile bilerem?

В 19.01.2014 в 09:57, Islami Nur_313 сказал:

Yazılarımı paylaşdığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm Islami Nur_313

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Like
      • 31 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Facepalm
      • 33 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Haha
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
        • Haha
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Facepalm
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...