Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Avropa Şurasında Qalmaqal Foto / Video


Recommended Posts

Avropalı deputatlar sərt suallarla ölkə başçısını çətin vəziyyətə saldı Onun çıxışı zamanı isə azərbaycanlı fəallar və "Sərhədsiz Reportyorlar" etiraz nümayişi keçirdilər Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi ilə əlaqədar ölkə başçısı İlham Əliyev iyunun 24-də AŞ Parlament Assambleyasında çıxış edib. Onun çıxışı zamanı zalda Azərbaycanda insan haqlarının pozulduğu, siyasi məhbusların mövcudluğu, söz və mətbuat azadlığının boğludunu ifadə edən etiraz nümayişi keçirilib. Avropada yaşayan bir qrup azərbaycanlı İlham Əliyev çıxiş etməyə başladıqdan dərhal sonra "Siyasi məhbuslara azadlıq" şüarı yazılmış uzun plakat qaldirıblar. Aksiyaçılar üzərində siyasi məhbuslarin şəkilləri olan köynəklər geyinib, ağızlarını qara lentlə bağlayıblar. Məlumatı hazırda Strasburqda olan vətəndaş cəmiyyətinin fəalları facebook profillərində yayıblar. İlham Əliyevin çıxışı zamanı zaldakı aksiya ilə yanaşı, AŞPA-nın qarşısında da etiraz nümayişi olub. Həmin nümayişi isə “Sərhədsiz Reportyorlar” təşkil edib. “Sərhədsiz Reportyorlar” bununla Azərbaycanda insan haqları, o cümlədən söz və mətbuat azadlığı sahəsindəki ağır vəziyyətə diqqət çəkib. İlham Əliyevin çıxışına gəlincə, o, Azərbaycanda iqtisadi və siyasi sahədə islahatların aparıldığını, insan haqları və əsas azadlıqların təmin olunduğunu deyib, təhsilin inkişafından, Qarabağ münaqişəsindən danışıb, dünya birliyini ikili standartlara yol verməkdə ittiham edib. AŞPA prezidenti Ann Brasser İlham Əliyevə söz verərkən onun 2004-cü ildə Assambleyadakı çıxışını xatırladıb və deyib: “Cənab prezident, axı siz demişdiniz ki, ölkədə güclü iqtisadiyyatın olması kifayət deyil, demokratik dəyərlər, siyasi azadlıqlar və siyasi islahatlar da olmalıdır. Bu gün sizin ölkənizdə güclü iqtisadiyyat var, ancaq demokratiya sahəsində problemlər mövcuddur”. İlham Əliyev də çıxışa Brasserə müraciətlə başlayıb: “Mən sizə minnətdaram ki, 10 il əvvəl burada, bu zalda dediyim sözləri xatırlatdınız. Mən öz sözlərimin üstündə dururam. Azərbaycan həm siyasi, həm iqtisadi islahatlar sahəsində böyük inkişaf yolu keçib. Və biz qısa müddət ərzində böyük uğurlara nail olmuşuq”. İ.Əliyev deyib ki, Azərbaycanda demokratik Konstitusiya var, siyasi azadlıqlar, toplaşmaq azadlıqları, söz və mətbuat azadlıqları təmin olunub. Ölkədə çoxlu demokratik institutlar, QHT-lər, partiyalar, azad KİV fəaliyyət göstərir, internet azaddır. Bildirib ki, bu institutlar lazımdır və onlar hökumətə kömək edirlər. Əliyev Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin böyük hissəsinə əməl etdiyini deyib. İ.Əliyevin sözlərinə görə, Azərbaycanın dünyada yaxşı reputasiyası var və BMT TŞ sədri postundakı missiyasını da uğurla yerinə yetirib. “Bizə inanır, bizi dəstəkləyir və bizə etimad göstərirlər. Bunun sübutu olaraq BMT TŞ-dəki iki illik fəaliyyətimizi göztərə bilərəm”, - deyə o, qeyd edib. Ölkə başçısı bildirib ki, Azərbaycan əksər ölkələrlə bərabərhüquqlu münasibətlər qurub və regional təhlükəsizlik sisteminin formalaşmasında həlledici rol oynamağa hazırlaşır. Əliyev çıxışını yekunlaşdırandan sonra yarım saat ərzində əksəriyyəti onun üçün xoşagəlməz olan sualları cavablandırıb. Avropa deputatları ondan siyasi məhbuslar, fəalların həbsi və sərbəst toplaşmaq azadlığının pozulması, onlarla jurnalistin həbsi və söz azadlığının pozulması haqqında soruşublar. Buna cavabda Əliyev bildirib ki, Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş jurnalist yoxdur. “Bizdə 2003-cü ildən etibarən diffamasiyaya görə həbs edilmiş jurnalist yoxdur, sizdə olan məlumatlar yanlışdır”, deyə Əliyev iddia edib. Sonuncu prezident seçkiləri zamanı saxtalaşdırmalar haqqında sual ümumiyyətlə Əliyevi qəzəbləndirib. Bu sualı verən Britaniyalı deputatı barmaqla hədələyən Əliyev onu yalanda ittiham edib. “Siz sualınızda iki yalan söylədiniz. Birincisi, bütün müşahidəçilər təsdiq ediblər ki, seçkilər azad və ədalətli olub. Ən əsası, seçkilər xalqın iradəsini əks etdirib, pozuntu və saxtakarlıqlar isə sizin ölkənizdə var”, deyə Əliyev hiddətlə bildirib. Məşhur hüquq müdafiəçisi Leyla Yunusun təqibinin səbəbi haqqında suala cavabda Əliyev qeyd edib ki, o, ondan müvafiq məlumat istəndikdə qaçmaq istəyib, bundan sonra onun barəsində müvafiq tədbirlər görülüb. Vətəndaş cəmiyyətinə və siyasi rəqiblərə qarşı təzyiqlərin səbəbləri haqqında suala cavabda Əliyev deyib ki, bu sualları verənlər tarixi bilmirlər. Azərbaycanda 1992-93-cü illərdə belə vəziyyət var idi. Bundan sonra stabillik dövrü yaranıb və indiyədək davam edir.

Link to post
Share on other sites

yunun 24-də Avropada yaşayan bir qrup azərbaycanlı Azərbaycan prezidentinin Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı aksiya keçirib. Ağzına qara lent bağlayan və əynində siyasi məhbusların şəkilləri olan köynəklər geyən etirazçılar Azərbaycanda siyasi məhbus sayılan şəxslərin azad olunmasını tələb ediblər.  Təşkilatçılardan biri, Almaniyada yaşayan bloqqerHəbib Müntəzir aksiyadan sonra AzadlıqRadiosuna müsahibə verib.

– Fikrimcə, sessiyadakı deputatların, diplomat və  media təmsilçilərinin diqqətini çəkə bildik. Sağ olsun İlham Əliyev. O da diqqəti bizə yönəltdi. Çıxışında bizi göstərərək dedi ki, onlar –  eyvanda oturanlar 1992-93-cü illəri görməyən uşaqlardır və görsəydilər, indi burda olmazdılar. Bizsə demək istədiyimizi söylədik. İlk tələbimiz Azərbaycandakı 140 siyasi məhbusun azad olunması idi. Onların arasında NİDA-çılar, müsavatçılar, cəbhəçilər və digər müxalif siyasi partiyaların nümayəndələri, İlqar Məmmədov, Tofiq Yaqublu, Yadigar Sadıqlı və başqa adını çəkmədiyim adamlar, fəallar, dindarlar var.  Azərbaycan AŞPA-ya sədrlik edir və bu baxımdan ilk növbədə Avropa dəyərlərinə hörmətlə yanaşmalı, siyasi məhbusların olmadığı Avropa ölkəsinə çevrilməlidir.

– Amma prezident Əliyev çıxışında  əminliklə bəyan etdi ki, Azərbaycanda bir nəfər də olsun siyasi məhbus yoxdur...

E18E03F3-E7F0-4E30-99C9-C4488A6A8A13_w26İlham Əliyev AŞPA-nin sessiyasında

– İlham Əliyev elə deyə bilər, amma aksiyada nümayiş etdirdiyimiz fotolar bizim qohumlarımızın, şou-biznes əhlinin, ya da deputatların şəkilləri deyildi – siyasi fəaliyyətinə görə hazırda həbsxanada olanların şəkilləri idi. Beynəlxalq təşkilatların da yaydığı bəyanatlarda bu məsələlər öz əksini tapıb.  Hər hansı siyasi məhbus ailəsinin təkidi ilə və ya hansısa məcburiyyətdən əfv ərizəsi yazırsa və orda «siyasi fəaliyyətdən əl çəkirəm» ifadəsini işlədirsə, bu, Azərbaycanda insanların siyasi fəaliyyətinə görə həbs olunmasını göstərir.  Həmin əfv ərizələri elə hakimiyyətin bunu etiraf etməsi deməkdir.

– Bəs Azərbaycan prezidenti ilə görüşməyə cəhd etdiniz?

– Şəxsən mən belə bir cəhd elədim. O, deputatlarla görüşəndə, çox etik və mədəni şəkildə yaxınlaşdım... Dedim, İlham müəllim, bizimlə də görüşün, bizə də söhbət üçün vaxt ayırın. O, heç əhəmiyyət belə vermədi və yanımızdan keçib getdi. Bundan sonra mühafizə xidməti də bizə imkan vermədi ki, yenidən yaxınlaşaq.  Azərbaycan dilində müraciət etdiyimizdən, mühafizəçi elə bildi ki, Azərbaycan prezidentinə hansısa pis söz deyirik. Mən mühafizəçiyə fikrimi anlatdım, amma o, yenə də dedi ki, daxili qaydalara görə buna imkan verilmir. Daha sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova da üz tutduq. Gülə-gülə olsa da, o da ötüb getdi.

– Görüşmək istəyinizi çıxışından sonra  İlham Əliyevə  bildirdiniz, yoxsa öncə?

– Çıxışdan sonra müraciət etdik. Həmin vaxt o, deputat və media nümayəndələri ilə görüşüb söhbət edirdi. Təəssüf ki, necə Azərbaycanda jurnalistlərlə görüşmür, o cür də bizimlə görüşmədi. Halbuki çıxışında bir deputatın sualına cavab olaraq dedi ki, istənilən yerdə görüşə bilərik. Amma öz vətəndaşları ilə – «1992-93-cü il hadisələrini görməyiblər» dediyi gənclərlə görüşməkdən imtina etdi. Bu bizə çox pis təsir etdi. İstəməzdim ki, Azərbaycan siyasi məhbusların çox olduğu, əsgərlərin öldüyü bir ölkə kimi tanınsın. İstəməzdim ki, Azərbaycan siyasi basqıların, mülkləri dağıdılan vətəndaşların yurdu olsun. İstərdim ki, bütün tələblərimizi Avropada deyil, Azərbaycanda da səsləndirək. İlham Əliyev Avropa diplomatlarına «Azərbaycanda siyasi məhbus yoxdur» desə də, yaxşı bilir ki, var. Bu məsələlərin bir günahını da Avropada görürəm. Avropada yaşasam da, deməliyəm ki, Avropa da öz dəyərlərinə xəyanət edib. Onlar İlham Əliyevi dəstəkləyirlər. Ukraynada baş verənlər və müəyyən iqtisadi böhran avropalıları öz dəyərlərindən bir qədər geri çəkilməyə vadar edib. Avropa İlham Əliyevlə yola getsin, amma biz istəyirik ki, bu, müəyyən şərtlər daxilində olsun. Azərbaycanda ədalətli cəmiyyət qurulmalıdır. 12 ildir Avropada mühacirətdəyəm, hələ də öz ölkəmə gedib-gələ bilmirəm. Səbəb də repressiyalardır. İstəməzdim ölkəmiz belə olsun. Azərbaycanın Avropa dəyərləri olan cəmiyyət qurmağa gücü də var, iqtisadi imkanları da. Sadəcə, xalqa həmin şəraiti yaratmaq lazımdır...

http://www.azadliq.org/content/article/25433674.html

Link to post
Share on other sites

Dövlət başçısı Ilham Əliyevin Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı Azərbaycandakı repressiyalara görə ona qarşı təşkil olunmuş etiraz aksiyası haqda məlumatlar xarici mediada da yayılıb. Dünyanın ən nüfuzlu informasiya agentliklərindən olan “Reuters” Strasburqdakı aksiya barədə ətraflı material hazırlayıb. Həmin material “Reuters”ə istinadən bir sıra xarici qəzet və saytlarda yayımlanıb. “Reauters” informasiyanı “Sərhədsiz Reportyorlar” da Avropa Şurasında Azərbaycanla bağlı etiraza qoşuldu" başlığıyla təqdim edib:

“Azərbaycanın dövlət başçısı Ilham Əliyev Strasburqda Avropa Şurası binasına gələrkən bu ölkədə söz azadlığının pozulmasına etiraz məqsədilə keçirilən aksiyada ”Sərhədsiz reportyorlar" təşkilatı, həmçinin Strasburq Mətbuat Klubunun əməkdaşları da iştirak edib.

Azərbaycan “Sərhədsiz reportyorlar”ın 2014-cü il üçün tərtib etdiyi söz azadlığı indeksində 180 ölkə arasında 160-cı yeri tutur. Avropa Şurasına üzv dövlətlər arasında insan haqlarının vəziyyəti baxımından ən repressiv ölkə olmasına baxmayaraq, keçən aydan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.
Azərbaycanda söz azadlığının böhranlı vəziyyətinə diqqət çəkmək məqsədilə təşkil olunan aksiya Avropa Şurasının binası qarşısında keçirilib. Çünki həmin vaxt Ilham Əliyev o binaya gələrək, Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edəcəkdi. 

Strasburq Mətbuat Klubunun prezidenti Fransuaza Şöller, “Sərhədsiz reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Yohan Bihr, Piter Omtzigt aksiya iştirakçılarına müraciət edib.

Jurnalistlərin, bloggerlərin hüquqlarının müdafiəsilə məşğul olan Media Hüququ Institutunun rəhbəri Rəşid Hacılı, ağır maliyyə vəziyyətilə üzləşmiş müxalif “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid Azərbaycan hökumətinin repressiv addımları barədə danışıblar. Nümayişçilər Əliyevi “repressiyalar çempionu” kimi təqdim edən plakat qaldırıblar.

Çıxışçılar bildiriblər ki, Azərbaycan hakimiyyəti mediada plüralizmin tamamilə kökünü kəsmək istiqamətində fəaliyyətində uğur qazanmaq üzrədir. Son olaraq, “Zerkalo” qəzetinin maliyyə çatışmazlığı üzündən fəaliyyətini dayandırması, jurnalist Rauf Mirqədirovun həbsi, digər jurnalist Pərviş Həşimlinin 8 il azadlıqdan məhrum edilməsi də bunun sübutu sayıla bilər.

Rəşid Hacılının sözlərinə görə, təzyiqlərə məruz qalan jurnalist və bloggerləri müdafiə edənlərin özləri də repressiya hədəfinə çevrilir.
Qənimət Zahid isə bildirib ki, bütün bu baş verənlərdən sonra Avropa Şurası bitib.

“Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi təkcə Bakı üçün yox, həm də təşkilat üçün çox ciddi məqamdır” deyən Bihrin sözlərinə görə, Azərbaycan hökuməti nəhayət, ölkədə Avropa Şurası standartlarının təmin olunması üçün islahatlar keçirməyə, ifadə azadlığı, mediada plüralizmi təmin etməyə borcludur: “Peşə fəaliyyətilə əlaqədar həbs olunan blogger və jurnalistlər dərhal azad edilməlidir. Əgər bu istiqamətdə addım atılmasa, Avropa Şurası tərəfindən sərt reaksiya verilməli və sanksiyalar işlənib hazırlanmalıdır”.

Avropa Şurası Parlament Assambleyasının iclas zalına ağzını parça ilə bağlamış, əynində isə üzərində siyasi məhbusların köynəyi olan etirazçılar daxil olarkən Əliyev çıxışını qısa müddət dayandırmalı olub. Əliyev ölkəsində siyasi məhbusların mövcudluğu barədə deyilənləri təkzib edib.
Hazırda Azərbaycanda ən azı səkkiz jurnalist, bir o qədər də blogger həbsdədir".

Link to post
Share on other sites
  • 4 years later...
  • 2 years later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Our picks

    • Продается / Сдаётся Дача-Бутик на Новый Год, Новруз и начиная с Апреля по Октябрь. Tel / What’s up:0517774810. Цена 350 AZN за день - сдается минимум на неделю. Цена продажи 280000м. Цена сдачи на лето 7000м за месяц.
      https://bina.az/items/1503108

      Сдается/продаётся великолепная и уютная дача для прекрасного времяпровождения семьи круглый год. Участок 6 сот, дом 150м2, единая Купчая на дом и участок. При строительстве использовались дорогие материалы с учетом того, что дача строилась для себя, а не для продажи. Дача находиться среди правительственных дач с интеллигентными соседями на территории Маяка - Шувеланы.

      20ти летние пальмы, 4 комнаты, высокие потолки, отличный проект, просторные комнаты, витражные окна, качественный ремонт

      При строительстве использовались дорогие материалы с учетом того, что дача строилась для себя, а не для продажи. Дача находиться среди правительственных дач с интеллигентными соседями на территории Маяка - Шувеланы. 20ти летние пальмы, 4 комнаты, высокие потолки, отличный проект, просторные комнаты, витражные окна, качественный ремонт, обои "Замбаити", немецкий ламинат, итальянский кафель и метлаг "Керамо М.", цветной домофон, дорогие белые внутренние двери из дуба со шпоном, большая кухня, 1 с/у во дворе, ворота с дистанц. управлением.

        • Confused
      • 29 replies
    • Merdekanda, Makaron fabrikin arxasinda, esas yola yaxin bag evi satiram. 3 sot, 120 kv.m, 4 otaq, hündür tavan. 1 genish zal, 3 yataq otagi, 1 s/q. Ishiq, su, qaz fasilesiz. Yaxinligda market, aptek ve s. var. Evin ve torpagin kupçasi var.
      055 616 62 62
      • 4 replies
    • Продается дача, квадратура 197м2 - 2 этажа; на первом этаже - холл, комната, кухня, санузел; на втором этаже - 3 спальни + санузел. Дворик 7 сот; гаража нет, бассейн BestWay -10 тонн. Всю мебель/технику оставляю. Вода постоянная, телефон есть. Купчая есть.
       
      Деревья: хан чинар, эвкалипт, мушмула, магнолии, фейхоа, абрикос, инжир, вишня, черешня, яблоня, груша, гойчай нар, виноград, ива, розы, камелия, магнолии, елки
       
       

       
       

       

       



       

       

       
        • Upvote
        • Like
      • 5 replies
    • На территорию Бакинского олимпийского стадиона нельзя будет попасть с большими сумками, а добраться можно будет посредством скоростных маршрутов.
        • Downvote
        • Upvote
      • 36 replies
    • Украина показала форму на Евро: с контуром границы и нашивкой «Слава Украине». Кажется, нарушили правила УЕФА
        • Downvote
        • Upvote
      • 267 replies
    • Интересный пост прошел в ленте. Взято с Фейсбука сразу пишу, не моё😉

        • Facepalm
        • Upvote
        • Haha
        • Thanks
        • Like
      • 70 replies
    • Прошу извинения у Админа, может не в ту тему написал.
      Но здесь многие Бакинские дачники, а Хартут растёт на Апшероне.
      Всем бакинским дачникам привет.
      Хороших урожаев.
      Куплю хартут, большое количество. Желательно в зоне Бильгя, Ляиш, Нардаран, Албалылыг, Маштага.
      Самовывоз.
      Телефон 012 455 64 10 и 050 644 15 60.и ватсапп.
      Цена договорная.
        • Like
      • 6 replies
    • 7 человек набрали,нужно еще три игрока, играем в футбол в 22 00 ,кто хочет милости просим,белый город новый бульвар,за детской площадкой...
      • 0 replies
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.



×
×
  • Create New...