Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Mədəniyyət Və Incəsənət Dünyasından Xəbərlər


Recommended Posts

Bu mövzuda əsl mədəniyyət və incəsənət xəbərlərini paylaşmağı təklif edirəm. Yeni albomlar, qarşıdan gələn konsert və festivallar, yeni çıxacaq filmlər, sərgilər və s. haqqında xəbərlər. Bir dənə də xahişim var ki, şou-biznesin şəxsi həyatı ilə bağlı heç bir paylaşım olmasın mümkünsə. Başda "əsl" sözünü yazmağımda da məqsəd budur. Yəni sırf incəsənət və mədəniyyət yenilikləri olsun.

 

Buyurun.

Link to comment
Share on other sites

"Harry Potter"ın   yaradıcısı    Coan Roulinq   saçlarına dən düşmüş  Harry haqqında yeni  hekayə yazıb ))   Harry  Potterin  7 -ci  kitablndan sonra  7 illik susqunlaqdan sonra   yenidən   milyonların bu sevimli  qəhrəmanı  haqqında yazmağa qərar verib. 

 

6686842_3698823.jpg

 

Новый отрывок немного проясняет детали взрослой жизни Гарри, Рона и Гермионы. Так, как уже ясно из вышеприведенного отрывка, Гарри начинает седеть, однако Роулинг решила не лишать его главной отличительной черты (помимо шрама) — круглых очков. Кроме этого, к старой травме Гарри добавляется новая (шрам на скуле), полученная им уже во времена службы мракоборцем — членом элитного отряда, занимающегося выслеживанием и поимкой темных волшебников.

 

buradan    - http://www.mk.ru/culture/2014/07/08/garri-potter-sedeet-a-ron-uizli-lyseet-i-vedet-sebya-podozritelno.html

Link to comment
Share on other sites

Pink Floyd illərdən sonra yeni bir albom çıxarmağa hazırlaşır. The Endless River adlanacaq bu albom qrupun köhnə bəstələrindən (The Division Bell albomunun çıxdığı vaxtlar) ibarət olacaq. Bu xəbər heç də birmənalı qarşılanmadı. Çoxları bu xəbərə sevindiyi halda bir sıra insanlar gözləntinin çox da yüksək olmadığını bildirib. Belə ki, qrupun əsas üzvlərindən yalnız David Gilmour və Nick Mason bu albomda iştirak edir. Roger Waters Pink Floyd tarazlığını saxlayan digər üzv kimi burada olmayacaq. Ona görə də albomun David Gilmour solo albomu kimi təəssurat yaratması ehtimalı böyükdür. Eyni təəssuratı vaxtilə The Division Bell albomu da yaratmışdı. Ümumiyyətlə, The Wall albomunu qrupun son albomu kimi dəyərləndirənlər kifayət qədər çoxdur.

 

http://www.teamrock.com/news/2014-07-07/pink-floyd-set-to-release-first-new-record-in-21-years

Link to comment
Share on other sites

  • 1 month later...

Qafqaz əsiri-2 çəkilib. 

Rusiyada avqustun 21-dən prokata çıxmış yeni “Qafqaz əsiri” filmi (rej: Maxim Voronkov) köhnənin birəbir təkrarıdır. Şəxsən mənə heç maraqlı gəlmədi, eyni şeyi olduğu kimi təzədən təqdim etmək nəyə gərəkdir ki?  bilmirəm gözüm oyrəşdiyindəndir, yoxsa səhv edirəm, aktyorlar sələflərinin ayyaqabılarını geyiniblər amma yerişlərini heç oxşada da bilməyiblər

 Bu da treyleri

https://www.youtube.com/watch?v=bFV5diPQUj0

Link to comment
Share on other sites

  • 3 weeks later...

Dostlar qaçırmayın,

 

Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı
18 – 28 sentyabr 2014-cü il

 

18 sentyabr 

 saat 14.00
Azərbaycan Milli Kitabxanası
“Üzeyir Hacıbəyli irsi” sərgisinin açılışı
“Üzeyir Hacıbəyli: Biblioqrafiya” kitabının yeni elektron versiyanın təqdimatı


18 sentyabr
saat 15.00
Ü.Hacıbəylinin ev muzeyi
Üzeyir Hacıbəyliyə həsr olunmuş tədbir


18 sentyabr
saat 19.00
Azərbaycan Dövlət Filarmoniyası
Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalının açılışı
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Bədii rəhbər və baş dirijor: Rauf Abdullayev
Solistlər: İlya Qrubert (violin, Hollandiya)
Ceyhun Allahverdiyev (piano)
Proqram:
Ü.Hacıbəyli “Koroğlu” operasına uvertüra
J.Brahms Violin və orkestr üçün Konsert
A.Məlikov Fortepiano və orkestr üçün Konsert (ilk ifa)


19 sentyabr
saat 16.00
Bakı Musiqi Akademiyası
Kamera musiqisi konserti
Jalə Rəsulova (piano)
Fərid Feyzullayev (violin)
Lalə Mürşüdli (cello)
Proqram:
L.V.Beethoven Piano triosu
J.Brahms Violin və piano üçün Sonata
R.Schumann Fantastik pyeslər


19 sentyabr
saat 19.00
Azərbaycan Dövlət Filarmoniyası
Belarus Respublikasının Dövlət Kamera Orkestri
Bədii rəhbər və baş dirijor: Yevgeni Buşkov
Solistlər: Mark Buşkov (violin, Belçika)
Andrey Qlazenkov (bandoneon, Belarus)
Proqram:
A.Piazzolla-L.Desyatnikov “İlin fəsilləri Buenos Airesdə”
V.Kurian Tanqo
A.Borodin-R.Barşay Simli orkestr üçün kamera Simfoniyası


20 sentyabr
saat 18.00
Kamera və Orqan Musiqisi Zalı
“Arirang” nəfəs alətləri kvinteti (Almaniya)
Proqram:
A.Zemlinski Yumoreska
W.A.Mozart Serenada
F.Qarayev İlk performans ( ilk ifa)
J.İber Üç qısa pyes
A.Piazzolla Tanqonun tarixçəsi


20 sentyabr
saat 19.00
Azərbaycan Dövlət Filarmoniyası
Belarus Respublikasının Dövlət Kamera Orkestri
Bədii rəhbər və baş dirijor: Yevgeni Buşkov
Solistlər: Mariya Nadolnaya (violin)
Andrey Qlazenkov (bandoneon)
Proqram:
“Kamera orkestri ilə dünya səyahəti”
Ü.Hacıbəyli “Arşın mal alan” operettası mövzularına fantaziya
P.İ.Çaykovski Simli serenadadan “Vals”
M.Oginski Polonez
A.Dvorjak Vals a-moll
B.Bartok Pyes
Y.Straus Polka “Əyləncə qatarı”
Y.Straus “Şperl” polka
C.Rossini 3 saylı sonatadan final
P.Sarasate “İntroduksiya və tarantella”
D.Brubek “Blue Rondo Alla Turca”
S.Tsintsadze Hind rəqsi
T.Takemitsu “Vals”
A.Piazzolla Tanqo
A.Romero Fuga
L.Anderson Rəqs
E.Grieg Kəndli rəqs
D.Şostakoviç Qalop


20 sentyabr
saat 19.00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Teatr mövsümünün açılışı
Q.Qarayev “Yeddi gözəl” baleti
Dirijor: Cavanşir Cəfərov
Solistlər: Kamilla Hüseynova, Gülağası Mirzəyev


21 sentyabr
saat 18.00
Beynəlxalq Muğam Mərkəzi
Fortepiano musiqisi axşamı
Kseniya Knorre (piano, Moskva)
Riad Məmmədov (piano)
Proqram:
F.Chopin Yeddi etüd və yeddi mazurka
A.Skryabin Sonata-fantaziya №2
S.Prokofyev Sonata N7


21 sentyabr
saat 19.00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Ü.Hacıbəyli “Leyli və Məcnun” operası
Dirijor: Sevil Hacıyeva
Solistlər: Nəzakət Teymurova (xanəndə)
Mənsum İbrahimov (xanəndə)


21 sentyabr
saat 19.00
Kamera və Orqan Musiqisi Zalı
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
Dirijor: Andris Vecumniyeks (Latviya)
Solistlər: Fəridə Məmmədova (soprano), İlham Nəzərov (kontrtenor), Ucal Məmmədxan (zərb),Natəvan Quliyeva (orqan)
Proqram:
C.Pergolezi “Stabat mater”
F.Əmirov “Nizami” simfoniyası
F.Pulenk Orqan, simli orkestr və zərb alətləri üçün Konsert


22 sentyabr
saat 19.00
Azərbaycan Dövlət Filarmoniyası
Süleyman Ələsgərov - 90
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
Bədii rəhbər və baş dirijor: Rauf Abdullayev
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Bədii rəhbər və baş dirijor: Ağaverdi Paşayev
Proqram:
“Bayatı-şiraz” simfonik muğamı
Fortepiano və violonçel üçün ikili konsert
“Üzeyir Hacıbəyliyə ithaf”
Kanon üçün poema
Saz üçün “Aşıqvari”
Tar üçün 1 saylı konsert


23 sentyabr
saat 12.00
Azərbaycan Bəstəkarlar İttifaqı
“Türk xalqlarının musiqisi ortaq dəyərlər müstəvisində” adlı elmi-praktik konfrans


23 sentyabr
saat 19.00
Kamera və Orqan Musiqisi Zalı
Orqan və vokal musiqisi gecəsi
Aleksandr Novosyolov (orqan, Rusiya)
Lüdmila Trifonova (mezzo-soprano, Rusiya)
Proqram:
J.S.Bach Fantaziya
Q.Byom Xoral prelüdü
C.Schtamm Rondo
Q.Qarayev “Pavana” və “Səyahət”
C.Schtamm Tokkata
Ş.Vidor 6 saylı Simfoniyadan Allegro
A.Çesti Qədim ariya
L.Lyutssi “Ave Mariya”
J.S.Bach 29 saylı kantatadan Simfoniya
J.S.Bach “Matfeyin istirabları”ndan ariya
G.Handel “Rinaldo” operasından ariya
P.Fletcher “Festival tokkatası”
O.Yançenko Milad mahnısı


24 sentyabr
saat 17.00
Azərbaycan Bəstəkarlar İttifaqı
“Trio-klassik” ansamblı
Proqram:
M.Qlinka “Patetik trio”
F.Mendelssohn İki klarnet və piano üçün Konsert
F.Əlizadə Crossing I


24 sentyabr
saat 19.00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
Ü.Hacıbəyli “Koroğlu” operası
Dirijor: Cavanşir Cəfərov
Solist: Ramil Qasımov (tenor)


25 sentyabr
saat 14.00
Musiqi Mədəniyyəti Dövlət Muzeyi
“Üzeyir Hacıbəyliyə ithaf”
Kamera musiqisi konserti
Dilarə Əliyeva (soprano)
Aytac Şixəlizadə (mezzo-soprano)
Ziba Rəcəbli (viola)
İlahə Sadıxzadə (piano)
Proqram:
G.Verdi “Siciliya axşamları” operasından Yelenanın Bolerosu
G.Verdi “Don Karlos” operasından Ebolinin ariyası
G.Verdi “Bal-maskarad” operasından Oskarın mahnısı
G.Puççini “Bohema” operasından Müzettanın valsı
G.Bizet “Karmen” operasından qaraçı mahnısı
F.Cilea “Adriana Lekuvrer” operasından Adriananın ariyası
C.Puccini “Turandot” operasından Liunun ariyası
C.Saint-Saens “Samson və Dalila” operasından Dalilanın ariyası
J.Massne “Manon” operasından Manonun ariyası
J.Massne “Düşüncə”
J.Offenbach Barkarola
R.Şedrin “Albenisə təqlid etmək”
A.Lara Qranada
K.Saint-Saens “Bolero”


25 sentyabr
saat 14.00
Muzey Mərkəzi
Muğam Ensiklopediyasının təqdimat mərasimi
(rus dilində nəşri)


25 sentyabr
saat 15.00
Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzi
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri
Bədii rəhbər və baş dirijor: Ağaverdi Paşayev


26 sentyabr
saat 16.00
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
“Avstraliyanın gənc virtuozları” ansamblı
Bədii rəhbər: Emin Tağıyev
Proqram:
W.A.Mozart Divertisment D-dur
A.Dvorak Serenada E-dur
J.S.Bach 3 saylı Süitadan ariya
N.Paganini Kampanella
İ.Brahms 7 saylı Macar rəqsi
P.Sarasate Caprice Basgue
P.Sarasate Navarra


26 sentyabr
saat 19.00
Azərbaycan Dövlət Filarmoniyası
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri
Dirijor: Yalçın Adıgözəlov
Solist: Kasparas Uinskas (piano, Litva)
Proqram:
F.Chopin Fortepiano və orkestr üçün 2 saylı Konsert, op. 21 (kamera orkestri üçün işləmə)
B.Britten “Frenk Bric mövzusuna Variasiyalar” (Bakıda ilk ifa)


27 sentyabr
saat 19.00
Kamera və Orqan Musiqisi Zalı
“Avstraliyanın gənc virtuozları” ansamblı
Bədii rəhbər Emin Tağıyev
Proqram:
W.A.Mozart Divertisment D-dur
A.Dvorak Serenada E-dur
J.S.Bach 3 saylı Süitadan ariya
N.Paqanini Kampanella
J.Brahms 7 saylı Macar rəqsi
P.Sarasate Caprice Basgue
P.Sarasate Navarra


28 sentyabr
saat 19.00
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı
W.A.Mozart “Fiqaronun toyu” operası (premyera)
Dirijor: Əyyub Quliyev
Solistlər: İnarə Babayeva (soprano)
Fəridə Məmmədova (soprano)
Vladimir Qromov (bariton, Belarus)
 

Link to comment
Share on other sites

  • 4 weeks later...

Andrey Makarevichin və “Kreol Tanqosunun Orkestri”nin Bakıdakı konserti təxirə salınıb. 

«Маразм крепчает. Город Баку отменил концерт «Оркестра Креольского Танго» под предлогом, что он может вызвать «проукраинские выступления». Пока наши концерты не вызывали никаких «проукраинских выступлений» ни в России, ни в Беларуссии, ни в Латвии, ни в Молдове, ни в Америке. Ну что ж, господа бакинцы - сами извиняйтесь перед вашими зрителями, купившими билеты и постарайтесь при этом не врать. Я ваших извинений не принимаю».

Link to comment
Share on other sites

  • 2 weeks later...

Tokioda Azərbaycan musiqisi səslənəcək

 

Oktyabrın 24-də və 31-də Yaponiyanın paytaxtı Tokioda Azərbaycan musiqisi səslənəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin beynəlxalq müsabiqələr laureatı, hazırda Yaponiyada yaşayan azərbaycanlı Gülnarə Azuma-Səfərovanın məlumatına görə, məqsəd yapon musiqisevərlərini Azərbaycan xalq mahnıları və tanınmış bəstəkarların əsərləri ilə tanış etmək, qədim və zəngin Azərbaycan mədəniyyətini bu gündoğan ölkədə daha yaxından tanıtmaqdır.

G. Azuma-Səfərovanın təşkilatçısı olduğu konsertlərdə İran və yapon musiqiçilər də iştirak edəcəklər.

İranlı Məsud Qurbani tar, yaponlar Kiyoşi Ohira saz, Şin Vatanabe qaval, Yasuhiro Kasamatsu zurna və balaban və Daisuke Azuma fleyta çalacaqlar.

Programda Azərbaycan bəstəkarlarından Q. Qarayev, N. Əliverdibəyov, A.Rzayev, X.Mirzəzadənin klassik əsərləri və xalq mahnıları səslənəcək.

 

http://www.azadliq.org/content/article/26651992.html

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 1 month later...

Mahnılarında ən çox söz istifadə etmiş rok qrupları

 

Rok janrı üzrə aparılan bir araşdırmada tarxidə ən çox söz istifadə etmiş qruplar müəyyənləşdirilib. Nəticə etibarilə, Pink Floyd qrupu 2600-dən çox fərqli söz istifadə etməklə ilk yerə çıxıb. İkinci yeri isə 2200-dən çox söz istifadə etmiş Metallica qrupu tutub.

 

Başqa bir statistikaya görə isə Bon Jovi hər mahnıda ortalama 280-dən çox fərqli söz işlədərək birinci olub.

 

http://turkgitar.net/index.php/haberler/item/1929-sarkilarinda-en-cok-kelime-kullanan-rock-gruplari

Link to comment
Share on other sites

  • 1 year later...

2016-cı il rok dünyası üçün olduqca ağır itkilərlə yadda qalacaq kimi görünür. Lemmy Kilmester, David Bowie kimi əfsanələrin ardından ELP qrupunun E-si və pianisti Keith Emerson da dünən gecə dünyasını dəyişib. Ölümü intihar olaraq güman edilir. Əllərində sinir problemləri səbəbindən pianoda ifa edə bilmirdi və bu onda depressiyaya səbəb olub. Buna görə də intihar etmiş olduğu düşünülür. 

 

 

 

Link to comment
Share on other sites

  • 3 years later...

W1siZiIsIjIwMTkvMTEvMDcvMTMvMTUvMzMvNjcw

 

“Disney”in 4DX uğuru

Tamaşaçılar, dünyanın öndə gələn kinematoqrafiya şirkətləri 4DX texnologiyasından məmnundur və bu da izləyiciyə unudulmaz anlar yaşadır.

“Walt Disney” studiyalarının istehsalı “Kral şir”, “Ələddin” və “Malefisenta: Qaranlıq şahzadəsi” filmlərinin 4DX yayımları dünyada böyük uğur qazanaraq, rekorda imza atıb.

 

“Walt Disney” maraqla gözlənilən “Soyuq ürəklər 2” və “Ulduz savaşları: Səma gəzintisi. Zühur” adlı ekran işlərini də 4DX formatında təqdim etməyə hazırlaşır.

“Soyuq ürəklər 2” filmi üçün 4DX-də qışı hiss etməyiniz üçün qar effekti yaradacaq. 4DX yeni torpaqlara olan səyahətinizi real göstərmək üçün yağış, duman, külək və qoxular əlavə olunacaq.

“Ulduz savaşları: Səma gəzintisi. Zühur”da isə hərəkətli kreslolar kosmik gəminin partlayışını təqlid edəcək. 4DX-in fləş işıqları və vibrasiyası şüa qılıncları ilə müharibəni əks etdirəcək.

Link to comment
Share on other sites

Azərpaşa Nemətov haqqında arxiv sənədi: Qohumlarının təyyarə ilə gediş haqqını teatrın hesabına ödəyibmiş

W1siZiIsIjIwMTkvMTEvMDYvMTQvMjQvMzMvNDA3ZGJmMDYtYmNjYi00OTI3LWFmNzktMmE2MDVhOWRjZGRhLzE1NzMwMzQ2MjNfYXplcnBhc2FuZW1ldG92LmpwZWciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ?sha=0fa882824e69f5a8

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətovla bağlı arxiv sənədlər əldə edib.

Ölkə.az-a istinadən xəbər verir ki, sənəddə Nemətovun qanunsuz olaraq öz qohumlarının təyyarə ilə gediş haqqını Teatr cəmiyyətinin hesabına ödədiyi qeyd edilir.

Səbail rayon Prokurorluğunun 28 yanvar 1994-cü il tarixində Teatr Xadimləri İttifaqının prezidenti Həsənağa Turabova göndərdiyi təqdimatı olduğu kimi təqdim edirik. Səbail rayonu üzrə Dövlət vergi müfəttişliyi Teatr Xadimləri İttifaqında və tabeçiliyində olan “Teafond” istehsalat birliyində qiymət intizamını və vergi qanunvericiliyinə əməl olunmasını yoxlamışdır. Yoxlama nəticəsində teatr cəmiyyəti 247.600 rubl, rəhbər işçiləri 120.000 rubl, “Teafond” isə 119.700 rubl cərimə edilmişlər.

 

Qeyd olunan aktlarla tanış olduqda müəyyən edildi ki, aşkar edilmiş çatışmazlıqlar və qanun pozuntuları bilavasitə Teatr cəmiyyətinin rəhbər işçisi M.Xəlilovun öz vəzifəsinə məsuliyyətsiz münasibətinin nəticəsidir, ki, bunun nəticəsində cəmiyyət uzun müddət rayon vergi müfəttişliyində qeydiyyatdan keçməmiş və buna görə də dövlətin büdcəsinə cəmiyyətdən vergi tutulmamışdır. Buna görə də cəmiyyət cəriməyə məruz qalmışdır. Bundan başqa, cəmiyyətin müdiri Nemətov qanunsuz olaraq teatr cəmiyyəti ittifaqında işləməyən bir sıra qohumlarını - Arif, Sevil, Nərminə Nemətovaların təyyarə ilə gediş haqqını cəmiyyətin hesabına ödəmişdir.

Qeyd edilən qanun pozuntularının cəmiyyətin müdiriyyətinin məsuliyyətsizliyi, vəzifələrindən istifadə halı kimi qiymətləndirilməli və gələcəkdə bu kimi hallara yol verilməməsi üçün prokurorluq haqqında qanunun 26-cı maddəsini rəhbər tutub xahiş edirəm.

 

1. Təqdimatın kollektivin iclasında müzakirə edib qanun pozuntularının aradan qaldırılması üçün tədbirlər görəsiniz.

2. Pozuntulara yol verən şəxslər barədə tədbirlər görəsiniz.

3. Təqdimatın müzakirə nəticəsi və görülmüş tədbirlər barədə rayon prokurorluğuna bir ay müddətində məlumat verəsiniz. Səbail rayonu prouroru, III dərəcəli dövlət ədliyyə müşaviri H.M.Hüseynov.

 

W1siZiIsIjIwMTkvMTEvMDYvMTQvMjQvNDAvMWRm
 
Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTEvMDUvMTMvMTIvMzgvZTZh

Gövhər Həsənzadədən “Altın Kelebek”ə etiraz: Bizim məşhurları seçənlər qeyri-peşəkardır

“Altın Kelebek” müsabiqəsinin Azərbaycandakı seçimlərini kimlərin etdiyi naməlumdur.

Bunu Oxu.Az-a açıqlamasında bəstəkar, Əməkdar artist Gövhər Həsənzadə növbəti dəfə müsabiqə ilə bağlı yaranan narazılıqlara münasibət bildirərkən deyib.

“Ümumiyyətlə, onların rəhbərləri kimdir? Seçənlər kimdir?  Namizədlər harada və necə seçilir? Sənətkarları hansı meyarlara görə seçirlər? Naməlum seçim turudur.

 

Bilirəm ki, seçənlər qeyri-peşəkar, Azərbaycan sənətinə heç bir aidiyyəti olmayan insanlardır. Şəxsən bir dəfə həmin gənclərlə tanış olub danışmaq imkanım oldu. Onlar sənətimiz haqqında heç nə bilmədiklərini, reytinqlərə baxıb kimlərə daha çox qulaq asıldığını əsas götürəcəklərini dedilər.

Mən bir neçə sənətkarın adını çəkib, bir neçə sual verdim. Amma maraqlı cavab aldım:

“Bizim Azərbaycan sənətindən xəbərimiz yoxdur, Azərbaycan sənətkarlarını tanımırıq. Son 10-15 ildə Azərbaycan sənətində nə baş verdiyindən xəbərimiz yoxdur”.

 

Xaricdə təhsil aldıqlarını, sadəcə, insanların dəstəklədikləri sənətçiləri seçdiklərini əsas gətirdilər. Hətta məni - Gövhər Həsənzadəni belə tanımadılar. O zaman onların, həqiqətən də, sənətimizdən xəbərsiz olduqlarını gördüm. O vaxtdan bu müsabiqənin azərbaycanlı nümayəndəliyi haqqında tam mənfi fikir formalaşıb. Ona görə də müsabiqəni izləmirəm.

Ümumiyyətlə, Azərbaycan sənətini böyük səhnələrdə təmsil və təqdim etmək üçün hər kəsə səlahiyyət verilibmi? Nəyə əsasən bizim sənətkarları Azərbaycan sənətinə aidiyyəti və haqqı olmayan adamlar seçib xarici ölkələrdə təqdim edir? Bizim sənətimizə müdaxilə eləməyə nə ixtiyarı var? 

Hazırda bu müsabiqə Türkiyədə keçirilir. Amma nə vaxtsa bizə yaxın olmayan ölkənin layihəsi olduğu zaman onların da nümayəndəsi nə istəsə, onu edəcək?

 

Həmin gənclərin bizim sənətçiləri seçməsi nə dərəcədə düzgündür? Çünki bu insanlar sənətimizi tanımadıqlarını deyir”, - deyə bəstəkar bildirib.  

Gövhər Həsənzadə hər il sənətçilərin bu cür qarşı-qarşıya qoyulmasının, onlara qarşı bu cür münasibətin yolverilməz olduğunu vurğulayıb:

“Keçən ildə bu müsabiqə ilə bağlı problem yaşadıq. Xoşuma gəlməyən söhbətlər oldu. Azərbaycan xalqının dəyər verdiyi insanlar qarşı-qarşıya gəldi. Bu gün çağdaş Azərbaycan estrada musiqisinə, sənətkarlarına hörmət qoyulmur. Baş verənlər də qeyri-peşəkar insanlara görə oldu. Xaricdə təhsil aldığını deyən insan bizim sənətkarlara nə hörmət edəcək? Niyə onlar bizə ləkə vurmalıdır?

 

Biz xaricə tələbə göndərmirik ki, ölkəmizdən qopub, Azərbaycan sənətini və sənətkarlarını tanımadıqlarını desinlər. Onların vətənlərinə dönüb ölkəmiz üçün çalışmaları lazımdır”.

Bəstəkar seçilən azərbaycanlı namizədlərə etirazının olmadığını deyib:

“Seçilənlərin hamısı Azərbaycan sənətçiləridir. Hər kəsin tanınmasını istəyirəm”.

Qeyd edək ki, Türkiyənin sayca 46-cı “Altın Kelebek” müsabiqəsindəki siyahıda Xalq artist Röya Ayxan, müğənnilər Sevda Yəhyayeva, Nura Suri, Gülay Zeynalova, Murad Arif, Xəyyam Nisanov, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova var.

W1siZiIsIjIwMTkvMTEvMDUvMTMvMTIvNTEvNGQx

Bu il ulduzlar yalnız bir kateqoriya - “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə mübarizə aparacaqlar. 

Mükafatlandırma mərasiminə iki həftədən az vaxt qalır.

Sevinc Yasinqızı  

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTEvMDQvMTkvMjcvMzMvN2Yy

Aktyor səhnədə öldü

Rusiyada aktyor tamaşa zamanı ölüb.

Tamaşada mələk rolunu oynayan aktyor Andrey Semyonov qəfildən ölüb.

Teatrda “Çox sadə bir hekayə” adlı bir tamaşa oynanılan zaman sənətçi qan laxtalanması səbəbindən dünyasını dəyişib.

Xatırladaq ki, Semenov debüt olaraq 1992-ci ildə Nikolay Qoqolun “Evlənmə” pyesində səhnəyə çıxıb. Ümumilikdə, sənətçi müxtəlif əsərlərdə 30-dan çox rolda oynayıb.

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTEvMDMvMTIvMTcvNTQvMjhh

Dmitri Medvedev bakılı yazıçının 95 illik yubileyini təbrik etdi

Rusiyanın Baş naziri Dmitri Medvedev yazıçı Leonid Zorini təbrik edib. 

“RİA Novosti” xəbər verir ki, Medvedev bununla bağlı Zorinə teleqram göndərib və ona 95 yaşı münasibətilə təbriklərini çatdırıb. 

 

Qeyd edək ki, Zorin 1924-cü ildə Bakıda anadan olub. 1946-cı ildə Azərbaycan Dövlət Universitetini (İndiki BDU – red.) bitirən yazıçı növbəti il Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. 

Dram və romanları ilə məşhur olan Zorin bir çox kitabların müəllifidir.

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTEvMDIvMDkvNDIvMTgvYjU1

Ramiz Rövşən: Qadınların yeri cəhənnəmdirsə, kişilər baş əyəcəklər o cəhənnəmə 

Hələlik düşüncəmiz yerindədir, amma bir az ayağımda problemlər var.

Bu sözləri Xalq şairi Ramiz Rövşən Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

“Həkim nəzarətindəyəm. Zaman-zaman gedib müayinələrdən keçirəm. Bir ay kurs keçəcəyəm, düzələcək hər şey. Bizim xəstəliyimiz maraqlı deyil insanlara”.

W1siZiIsIjIwMTkvMTEvMDIvMDkvNDIvNTcvN2Y5

Nəsimi ilə çərçivəsində dahi şairin qəzəlinə bir çox müğənnilər mahnı ifa ediblər. Ancaq bu mahnılar cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. 

“Sənətçilərin ifalarını necə dəyərləndirirsiniz?” sualını Ramiz Rövşən belə şərh edib:

“Xumar Qədimovanın dahi şairimiz İmadəddin Nəsiminin “Neylərəm” adlı şeirinə yazılmış mahnısını çox bəyəndim, ifasından isə zövq aldım. Bu il Nəsiminin 650 illiyi qeyd olunur. Nəsimi ilinin çox uğurlu işlərindən biridir.

Xumar xanımın ruh doğmalığı var. Ruh doğmalığı hətta oxuduğu mahnıda da özünü büruzə verir. Xumarın mahnılarının dinləyicisiyəm. Onun mahnılarında səmimiyyət var. Özünü bu mahnılarda gözəl ifadə edir. Cəlb edir insanı. Şeir də, mahnı da elədir. Bir var adam yazır, bir adam yaşayır. Əgər o yaşayırsa, onu oxuyan, dinləyən də yaşayır.

 

Sami Yusufla Sevda Ələkbərzadənin ifasını dinləmişəm. Çox bəyəndim. Sevda Ələkbərzadənin ifalarını çox sevirəm. Sevda o gün Çingiz Ələkbərzadənin “Zindan” adlı kitabının təqdimat mərasiminə qatılmışdı. Orada da ifaları ilə qəlbləri oxşadı. Çox fərqli müğənnilərdir. Həm Sevda, həm də Xumar. Hər ikisində “Mən” başlanğıcı var. Onların hər ikisi özünü gözəl ifadə edə bilirlər. Onları fərqləndirən də odur.

W1siZiIsIjIwMTkvMTEvMDIvMDkvNDIvNTcvOWQ2

Afətin Nəsiminin “Sığmazam” qəzəlinə mahnı qoşub oxuması belə faciə deyil. Şəxsən mənim üçün Nəsiminin qəzəlinə mahnı qoşub oynamaq qəribədir. Amma inandırım sizi, Nəsimidən heç nə getmir. Baxın, Avropanın özündə böyük sənət əsərlərini qeyri ciddi mahnılarla sintez edirlər. Bu da Afətin improvizəsi idi. Mən orada faciəyə rast gəlmədim. Normaldır. Amma Nəsiminin ruhu başqadır.”

 

Müğənni Akif İslamzadənin “Qadınların yeri cəhənnəmdir” kəlməsi cəmiyyətdə qəzəblə qarşılanıb. Bu sözlərinə görə bir çox həmkarları, eləcə də, sosial media əhli onu linç edib.

Xalq şairi Ramiz Rövşən redaksiyamızın əməkdaşı ilə söhbətində Akif İslamzadənin bu çıxışına etirazı bildirib:

W1siZiIsIjIwMTkvMTEvMDIvMDkvNDIvNTYvN2I2

“Qadınların yerinin cəhənnəm olmasını deyə bilmərəm. Siz cəhənnəmlə cənnəti görmüsünüz? Bilirsiniz, hansı maraqlıdır ? Bilmirsiniz axı. Qadınlar kişinin başının tacıdır. Əgər qadınlar yeri cəhənnəmdirsə, o zaman kişilər baş əyəcəklər cəhənnəmə. Bir dəfə bir söz dedim, onu heç kəs başa düşmədi.

Dedim ki, “Qadını biz alçaltmışıq, aşağı salmışıq. Kişi ilə qadın bərabər səviyyədə deyil. Qadın kişinin başının tacıdır. Bu, mənim ən dəqiq düşüncəmdir. Siz fikirləşin ki, bir ailədə bir kişi haqqında onu aşağılıyan söz deyilsin (dələduzdur, avaradır). Ondan qadına bir toz qədər ləkə qonmaz. Amma qadın haqqında xoşagəlməz bir söz deyilsə, kişiyə ləkə qonar.

Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadınını elə qorumalıdır ki, ona heç vaxt toz qonmasın”.

W1siZiIsIjIwMTkvMTEvMDIvMDkvNDIvNTcvYmFm

W1siZiIsIjIwMTkvMTEvMDIvMDkvNDIvNTcvYWVi

W1siZiIsIjIwMTkvMTEvMDIvMDkvNDIvNTcvNTAy

Rəşad Əliyev

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTEvMDEvMTYvMTUvMjQvY2Q5

Azərbaycanlı rəssamlardan unikal layihə

Sənət aləminin tanınmış simaları fərqli və olduqca maraqlı layihəyə imza atıblar.

Kinorejissor və rəssam Samir Kərimoğlu, Azərbaycan Rəssamlıq Akademiyasının müəllimləri - rəssam, quruluşçu kino rəssamı Səbuhi Atababayev və Rüstəm Quliyev sənət tarixində özünəməxsus yer tutan rəsm əsərlərinə müasir dünya kinosunun qəhrəmanlarını sintez edib.

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjQvOWY3

 

Samir Kərəmoğlu Oxu.Az-ın əməkdaşı ilə söhbətində həmkarları ilə ərsəyə gətirdikləri “Movie in Art” adlı layihədən bəhs edib.

“Dünyaca məşhur rəssamların əl işlərini görmək üçün dəfələrlə xarici ölkələrin muzeylərinə və sərgilərinə baş vurmuşuq. Elə yaratdığımız layihə və ideya səfərlərin birində ağlımıza gəlib.

İzlədiyimiz bir çox filmlərdə hər hansısa bir rəsm əsərinin ab-havası təzahürü yaranıb. Bunları sintez edib birləşdirmək isə olduqca maraqlı gəldi. Əfsuslar olsun ki, bu ideyanı vaxt məhdudiyyətindən reallaşdıra bilmirdik. Nəhayət ki, bu fikri həyata keçirməyə zaman ayıra bildik.

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjQvNzRk

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjUvYTY2

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjUvODg5

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjUvNzQ5

Layihənin məqsədinə gəldikdə, deyə bilərəm ki, bu, özünəməxsus maarifləndirmə yoludur. İnsanların bir hissəsi məşhur əsərlərini, bir hissəsi ilə fotolarda əks olunan kino qəhrəmanlarını tanımaya bilər. Bu yolla biz tamaşaçıya məşhur fimlərin və dünya rəssamlarının əsərlərini tanıtmış oluruq.

Bu işi davam etdirəcəyik. Daha maraqlı film personajlarını seçib, Azərbaycan rəssamlarının əsərləri ilə sintez etmək fikrimiz var. Bu işlər kino və rəssamlığa marağı olan sənətsevərlər üçün bir yenilik olacaq”.

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjYvZDUy

Əsər: “Avtoportret” - Van Qoq (1889)

Film: “Joker” - Rejissor: Todd Fillips (2019)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjQvM2Jj

Əsər: “Mulen de la Galetde bal” - August Renuar (1876)

Film: “Xaç atası” - Rejissor: Frensis Ford Koppola (1972)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjQvNWVl

Əsər: “Canlıların və ölülərin qələbəsi” - Geliy Korjev (2001)

Film: “Xəyalət yarışçı” - Rejissor: Mark Stiven Jonson (2007)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjQvOTdi

Əsər: “Arlekina” - Picasso (1901)

Film: “Joker” - Rejissor: Todd Fillips (2019)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjUvYTQx

Əsər: “Sadko” - İlya Repin (1876)

Film: “Aquaman” - Rejissor : Ceyms Van (2019)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjUvYWNl

Əsər: “Sis dənizi üzərində gəzən səyyah” - Kaspar David Fridrix (1818)

Film: “Transformerlər” - Rejissor: Maykl Bey (2007)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjUvNzM2

Əsər: “Gözləmirdik” - İlya Repin (1884-1888)

Film: “İtkin düşmüş” - Rejissor: Robert Zemekis (2000)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjUvYmZm

Əsər: “Doqquzuncu dalğa” - İvan Ayvazovski (1850)

Film: “Karib dənizinin quldurları” - Rejissor: Qor Verbinski (2003)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjYvZGRk

Əsər: “Şahzadə Qu quşu” - Mixail Vrubel (1900)

Film: “Qara Qu quşu” - Rejissor: Darren Aranovski (2010)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjYvNzFk

Əsər: “Nikolay Mirlikiyskinin ölümə məhkum olmuş üç nəfəri xilas etməsi” - İlya Repin (1888)

Film: “Şindlerin siyahısı” - Rejissor: Stiven Spilberq (1993)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvMjYvZmVi

Əsər: “Şam ağacı meşəsində səhər” - İ.İ.Şişkin və K.A.Saviçki (1889)

Film: “Sağ qalan” - Rejissor: Alexandro Q.Inyarritu (2015)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTUvNTEvNDMvMzNj

Əsər: “Döyüşdən sonra” - Viktor Vasnecov (1880)

Film: “Taxt Oyunları: Biclərin Döyüşü” - Rejissor: Migel Şapoçnik (2016)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTYvMTAvMTkvYTIz

Əsər: “Müharibənin ilahiləşdrilməsi” - Vasili Veraşagin (1871)

Film: “Konq: Kəllə adası” - Rejissor: Cordan Vot – Roberts (2017)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTYvMTAvMTkvYmM1

Əsər: “Pompeyin son günü” - Karl Bryullov (1833)

Film: “Müstəqillik Günü” - Rejissor: Rolland Emmerix (1996)

W1siZiIsIjIwMTkvMTEvMDEvMTYvMTAvMTkvZTI2

Əsər: “Ulduzlu gecə” - Van Qoq (1889)

Film: “Godzilla : Bədheybətlər kralı” - Rejissor: Maykl Dogerti (2019)

W1siZiIsIjIwMTkvMTEvMDIvMTAvMjUvMTAvNDg0

əsər :

“İvan Qrozniy oğlunu öldürür” - İlya Repin (1883-1885)

film :
“O” rejissor : Endi Musketti (2017)

Rəşad Əliyev

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTEvMDEvMTcvNDgvNTMvNmRh

4DX formatındakı “Malifisenta” və “Zombilənd” dünyada böyük maraqla qarşılanıb 

“Malefisenta: Qaranlıq şahzadəsi” və “Zombilənd: Nəzarət atəşi” filmlərini gözləyənlər onu 4DX formatında izləmək fürsətinə yiyələniblər.

Bu zaman kinoteatrın oturacaqları yüksəldilib və aşağısında altlıqlar yerləşdirilib. İzləyicilər isə oturarkən bunun rahat bir kreslo olmayacağının fərqinə varıb. “Malefisenta: Qaranlıq şahzadəsi” filmi boyunca kreslo ritmə uyğun olaraq hərəkət edib. Bu isə insanlara yaşamadıqları bir çox duyğunu yaşama həyəcanı verib.

Kreslolar hərəkət edib və titrəməyə başlayıb. Hətta film zamanı yağış da yağıb. Mütəmadi külək əsib. Film boyunca “şimşək çaxıb”, hətta buna görə kreslosundan qalxanlar da olub. Seans zamanı zallardan aroma qoxusu da gəlib. Bütün bunlar 4DX formatını özündə əks etdirib. Bu, tamamilə çox maraqlı və yeni bir nüansdır.

 

Tamaşaçılar “Zombilənd”in ilk filmini bəyənibsə, ikinci hissədən də xoşhal olacaq. İlk hissəni görməyənlərin isə yumor hissi yerindədirsə, ekran işinin onların ürəyincə olma ehtimalı yüksəkdir. 

“Zombilənd: Nəzarət atəşi” – bu həminki ən hörmətsiz fırıldaqlardır ki, onu sələfindən bir neçə parlaq personaj və qorxudan zombiləri ilə fərqləndirir.

4DX formatında film izləmək əyləncəlidir. Kresloların tərpənməsi, titrəməsi və arabir su damcılarının üstünüzə düşməsi zombilərlə savaşmaq üçün idealdır. Bu izləyicinin düşüncələrini çöldə qoyub, yaxşı zaman keçirəcəyi bir filmdir. Həqiqətən çox əyləncəli və gözlənilməzdir!

Hər 4DX zalı 21 fərqli effektlə video ilə sinxron halda hərəkət edən kreslolardan ibarətdir.

Həmçinin, bu format film izlərkən yaşadığınız həyəcanı ən pik həddə çıxarır, bundan başqa, səs və video özəlliklərindən daha ümdədir. 4DX formatında 650-dən çox Hollivud filmləri nümayiş etdirilib. Bu gün 64 ölkədə, 649 zalda 75 mindən çox 4DX kreslolar mövcuddur.

 

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTAvMzEvMTcvMjMvMzAvNzY3

Bakının “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi regionlarımızı da yaradıcı mərkəzə çevirəcək

Bakı səhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması ölkəmiz üçün tarixi hadisədir.

Oxu.Az-ın məlumatına görə, bunu Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinə həsr olunan brifinqdə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr və innovativ əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

Vasif Eyvazzadə bildirib ki, Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi paytaxtla yanaşı, regionlarımızın da yaradıcı mərkəzə çevirməyə imkan verəcək:

 

“Ümumilikdə, bu şəhərlər şəbəkəsinə 246 şəhər daxildir. Bu şəhərlər müxtəlif 7 kateqoriya ilə seçilib. Şəhərlər bu siyahıya incəsənət və sənətkarlıq, dizayn, ədəbiyyat, media və musiqi kateqoriyaları üzrə salınır. Bunların içində Berlin, İstanbul kimi şəhərlər də yer alır. Bakı da dizayn kateqoriyası üzrə siyahıya salınıb.  Bu digər regionlarımızı da yaradıcı mərkəzə çevirməyə imkan verəcək. Yəni regionlarımızın yaradıcı sənayesinin inkişaf etdirilməsinə, eləcə də innovativ layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Həmçinin, ölkəmizdə dizayn sahəsində inkişafa zəmin yaradacaq.

“Yaradıcı şəhərlər şəbəkəsi" 2004-cü ildə UNESCO tərəfindən yaradılıb. Əsas məqsəd şəhərlər arası və beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

 

Bu siyahıya salınan şəhərlərin qarşısına müəyyən öhdəliklər qoyulur. Həmin tələblər nəzərə alınaraq yol xəritəsi hazırlanmalı və onun əsasında müəyyən işlər görülməlidir. Şəhərsalmada əsas məqsəd inkluziv inkişaf faktorudur.

Son vaxtlar  Bakıda keçirilən çoxsaylı tədbirlər, paytaxtda qədim memarlıqla müasir memarlığın vəhdət halı, xüsusilə də  ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlər bu hadisənin reallaşmasına müsbət töhfəsini verib”.

Sevinc Yasinqızı

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTAvMzEvMjMvMjkvMzIvMDE0

Mədəniyyət Nazirliyi: Bakının brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq

Bakı şəhərinin UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə qoşulması  münasibətilə Bakınn brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq.

Oxu.Az-ın məlumatına görə, bunu Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsinə həsr olunan brifinqdə Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr və innovativ əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

Onun sözlərinə görə, bu brendləşmə ölkəmizə gələcək turist sayına təsir edəcək:

“Həmçinin ölkəmizdə yaradıcı mühiti təşviq edəcək. Burada əsas faktor insan zəkasıdır”.

 

Vasif Eyvazzadə əlavə edib ki, hazırda Bakının Baş Planı hazırlanır:

“Növbəti illərdə Bakıda kreativ mərkəzin formalaşdırılması üçün bütün tədbirləri həyata keçirəcəyik. Hesab edirik ki, bu layihələr Bakının yaradıcı şəhər kimi statusunun möhkəmlənməsinə təsir göstərəcək.

Cənubi Qafqaz regionunda yalnız Bakı və Şəki şəhərləri bu siyahıya salınıb. Gələcəkdə də başqa şəhərlərimizi də ədəbiyyat, musiqi şəhəri kimi UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə cəlb etmək üçün bütün işlər görəcəyik. Amma hələlik bu şəhərlərin adlarını açıqlamaq istəmirik”.

Sevinc Yasinqızı

Link to comment
Share on other sites

 

Tanınmış teatr rejissoru, Gəncə Dövlət Kukla teatrının yaradıcısı və keçmiş baş rejissoru Hilal Həsənov vəfat edib.

 

Oxu.Az xəbər verir ki, ürək çatışmazlığından əziyyət çəkən 73 yaşlı rejissor Türkiyədə həyata gözlərini yumub.

Qeyd edək ki, Hilal Həsənov 1943-cü ilin sentyabrın 10-da Gəncədə dünyaya gəlib. 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olub.

 

1979-cu ildən 1986-cı ilə kimi Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib, 1986-cı ildə Gəncə Dövlət Kukla Teatrını yaradaraq bu teatrın direktoru və baş rejissoru təyin olunub.

O, 1993-cü ildən Türkiyə Cümhuriyyətində rejissor olaraq fəaliyyət göstərirdi.

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTAvMjQvMDkvMjUvNTgvYTk2

Fərqanə Qasımova: Qazancım özümə ev almağa imkan vermir - MÜSAHİBƏ

Əməkdar artist Fərqanə Qasımovanın Oxu.Az-a müsahibəsi:

- Fərqanə xanım, yeni layihələr gözlənilir?

- Yeni mahnılarım olacaq. Bu ilin sonuna kimi işlərimin hamısını yekunlaşdırmağa çalışacam. Artıq Nəsiminin “Sığmazam” qəzəlinə yazılan mahnı hazırdır. Müəllif Nəsiminin eyniadlı qəzəlinə çox fərqli yanaşıb. 

 

Mahnını dinlədim, xoşum gəldi. Hələ heç yerdə ifa etməmişəm. Klip çəkilişlərinə görə mahnının təqdim olunması gecikir. Bu ilin sonuna kimi kliplə birlikdə tamaşaçılara təqdim etmək istəyirəm.

- Nəsimi ili bağlı olaraq bir çox layihələr həyata keçirildi. Ən uğurlu olanlardan biri də Sami Yusufun layihəsi idi. Layihədə bir çox sənətçilərimiz iştirak etdi. Hər kəs Alim Qasımov və sizin layihədə iştirak edəcəyini düşünsə də, yanıldılar. Ümumiyyətlə, bu layihə ilə bağlı təklif gəlmişdi?

- Ola bilər ki, təklif bizə gəlmədən öncə yolda istiqamətini dəyişib. Amma bizə o təklif gəlib çatmadı. Sonradan bu məsələ qalmaqal formasında işıqlandırıldı. Layihədə iştirak edən hər kəsi alqışlayıram. Hər kəsi bəyəndim. Sonradan bizə verilən suallar qıcıqlandırıcı idi. Mən bu cür qalmaqalları sevmirəm. Çünki hər ifaçının özünəməxsus səsi və yeri var.

Qeyd edim ki, mənim mahnım may ayından hazır idi. Amma yay fəslinə görə sentyabrda kliplə birgə təqdim etmək istədim. Bu səbəbdən gecikdi.

Hesab edirəm ki, Nəsiminin “Sığmazam” qəzəli dünyada böyük bir simvoldur. Ona görə də hər kəsin öz dili ilə bu mahnını oxumağa haqqı var. Düşünürəm ki, mənim “Sığmazam” mahnım da seviləcək.

W1siZiIsIjIwMTkvMTAvMjQvMDkvMjYvMjIvNGM2

- Hansı musiqi janrlarını dinləyirsiniz?

- Ara mahnılarından başqa bütün janrları dinləyirəm. Yəni bu gün doğulub sabah ölən mahnılardan başqa bütün diri musiqilərə qulaq asıram.  Məsələn, caz, folk, etnik və rok mahnılarını belə dinləyirəm. Bildiyim nə qədər janr varsa, hamısının özəlini və gözəlini  dinləməyə hər zaman hazıram.

- Azərbaycanlı pop və estrada müğənnilərindən dinlədiyiniz kimlər var?

- Hansısa sevdiyim müğənni üçün darıxıb onun mahnısını dinləmirəm. Vaxtım olmadığı üçün evdə televizor və radio işlətmirəm. Bütün işlərim qaçaqaç olduğu üçün yolda, oturduğum yerlərdə musiqiyə qulaq asmaq imkanın olur.

İstedadlı ifaçılarımız var. Amma ad çəkmək istəmirəm. Çünki kiminsə xoşuna gələ və ya gəlməyə bilər. Amma Samira Allahverdiyeva, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Lalə Məmmədova və Manana çalışan, əziyyət çəkərək bu sənətə gələn xanımlardır. Mən radioda onların mahnısını eşidən kimi musiqinin səsini artırıram.

- Övladlarınızın səsləri var?

- Bu sənət çox əziyyətlidir. İstəyirəm ki, ailəlikcə mahnı oxuyaq. Bizə uyğun mahnı ilə ailəmizi tərənnüm edək. Övladlarım ailə qurmadan bunu reallaşdırmaq istəyirəm. Əlbəttə, bu əziyyətli və maddi dəstək tələb edən işdir. Mahnıya Qasımov ailəsi və nəvələrinin simvolu olaraq klip də çəkmək olar. O zaman ailəlikcə  oxuduğumuzu sübut edəcəm.

W1siZiIsIjIwMTkvMTAvMjQvMDkvMjYvMjIvZTBm

- Hazırda müğənnilər və xanəndələrimizin hər biri dəbdəbəli həyat yaşayır. Düzdür, çoxu bunu inkar etsə də, hər dəfə yalanları ortaya çıxıb. Amma öz sözünü deyən sənətkar olsanız da, sadə həyat yaşayırsız. Başqası sizin yerinizə olsaydı, Alim Qasımovun qızı olaraq dəbdəbəli həyatı seçərdi…  

- Allah insanı ucaltdıqca gərək insan könlündən alçalsın. Çünki insan könlündən alçalanda allah onun daha da ucaldır.

İnsan özünü bəzən bir heç saymalıdır. Bizlər, həqiqətən, quru nəfəsdən ibarətik. Göz qırpımında var olub-yox olan insanlarıq. Bu səbəbdən nəyə güvənib, nəyə öyünürük? Yalnız bizi yaradan rəbbimizin olduğuna güvənməliyik. Onun qarşısında da qul olmağımızı düşünəndə sadələşirik.

- Ustad sənətçilərimiz gənc müğənnilərin geyimlərinin abırsız olduğunu deyirlər. Hicablı olduğunuza görə hansısa müğənninin geyiminə görə efirə çıxmaqdan imtina etmisiniz?

- Hər kəs qonaq çağıranda bunu məndən öncə düşünür. Mənim seçim qarşısında qalmağıma şərait yaratmırlar. Efirə dəvət edənlərin özləri mənim xasiyyətimə və geyimimə uyğun qonaq seçdiklərini deyirlər. Proqramda narahat olmağımı istəmirlər. Bu səbəbdən indiyə belə bir hadisə olmayıb.

W1siZiIsIjIwMTkvMTAvMjQvMDkvMjYvMjIvZmRh

- Çox vaxt sizi istəməyənlər “Hara baxırsan, ata-bala bunlar ordadır”, “Yenə də bunlar gəldi” kimi ifadələr işlədirlər. Sizin qulağınıza belə sözlər gəlib çatır?

- Bəli. Amma mən onları qınamıram. Çünki hamı əziyyət çəkir. Öndə olmaq istəyirlər. Birinci olmaq xislətimizdə var. Çox vaxt qısqanclıqlar olur. Amma yaxşı qısqanclıq insanlara işləmək üçün həvəs verir. Paxıllıq isə kiməsə badalaq vurmaqdır. Onunla qabağa getmək mümkün deyil.

- Heç verilişlərdə sizə qarşı ikiüzlü şəkildə davranan müğənnilərlə birgə olmusunuz?

- Məndə elə bir xüsusiyyət var ki, çox şeyi görməzlikdən gəlirəm. Hətta məndən xoşu gəlməyən xanımları qucaqlayıb öpürəm. Onu bir növ əziyyətdən qurtarıram. Çünki qadınlar bir-birinin paxıllığını daha çox çəkir.

Heç vaxt kişilər qadınların paxıllığını çəkmir. Qadınlar daha çox bir-birinin ayağını qazan və arxası ilə danışan olur. Həmçinin, qadın hər yerdə bir anda istədiyi insanı məhv edə də bilər, ucalda da. Ən çox qadınlardan qorxmaq lazımdır.

- Yetərincə tanınan sənətçi olaraq tədbirlərə və toylara gedirsiniz. Amma hələ də öz qazancınızla aldığınız şəxsi eviniz yoxdur…

- Çünki maddi qazancım özümə ev almağa imkan vermir. Məcbur atamın hədiyyə verdiyi evdə yaşayıram. Əlbəttə, öz qazancımla ev almaq istərdim. Qazancım yalnız övladlarımın təhsilinə, özümün gündəlik yaşam ehtiyaclarıma çatır.

W1siZiIsIjIwMTkvMTAvMjQvMDkvMjYvMjEvODhhW1siZiIsIjIwMTkvMTAvMjQvMDkvMjYvMjEvMTE0W1siZiIsIjIwMTkvMTAvMjQvMDkvMjYvMjEvZDg0W1siZiIsIjIwMTkvMTAvMjQvMDkvMjYvMjIvODdjW1siZiIsIjIwMTkvMTAvMjQvMDkvMjYvMjEvZDM0W1siZiIsIjIwMTkvMTAvMjQvMDkvMjYvMjIvYWUz

Sevinc Yasinqızı

Link to comment
Share on other sites

W1siZiIsIjIwMTkvMTAvMzAvMTUvMDUvNTgvM2Vm

Aşıq Samirədən ittiham: “Saz havalarını plagiat edirlər” 

Əməkdar mədəniyyət işçisi Aşıq Samirə Əliyeva yeni mahnısını təqdim edib.

Oxu.Az-a danışan aşıq Samirə “Evimizə gəlin gəlir” adlı yeni mahnısını  özünün yazdığını bildirib:

“Bu aşıq havasında ustadlarımız müxtəlif mövzularda olan şeirlər ifa ediblər. Hər ustad öz dövrünə aid olan mövzuya toxunub, mən də bu günün, bu zəmanəmizin nəbzini tutmaq niyyəti ilə gəlin mövzusuna toxundum. Sual ola bilər ki, niyə məhz gəlin mövzusu? Dədə-babadan görmüşük ki, gəlinləri aşıqlar tərifləyər. İstədim ki, keçmişə qayıbıb, tamaşaçılarıma nostalji anlar yaşadım.

 

Mən də bir el aşığı olaraq gəlinlərimizə bunu ithaf etdim. Ümumiyyətlə, şeir yazmaq, söz yazmaq başqa bir dəryadır. Amma buna baxmayaraq, bir aşıq olaraq söz qoşmaq, şeir yazmaq bacarığım var. Düşünürəm ki, bəyənəcəklər. Bütün gəlinlərimizə xoşbəxt olmalarını arzu edirəm”.

Aşıq Samirə əlavə edib ki, birbaşa saz havasını plagiat şəklində ifa edib, özlərini bəstəkar kimi təqdim edənlər var:

“Həmişə gördüyüm işlərdə saz havalarını özüməməxsus tərzdə ifa etməyə çalışıram. Təbii ki, klassik üslubu qoruyub saxlamaq şərtilə həmin aşıq havalarını yenidən gündəmə gətirim. Bu hələ mənim görəcəyim işlərin ən kiçik hissəsidir.

Bəzən aşıq havalarını ifa etsələr də, aşıq havasından bəhrələndiklərini demirlər. Birbaşa saz havasını plagiat şəklində ifa edirlər və özlərini bəstəkar kimi təqdim edirlər. Ona görə də bu saz havalarını ifa edərək gündəmə gətirməyə çalışıram.

Gənclərimiz hansı mahnıları saz havalarından oğurluq olduğunu bilsinlər. Gələcəkdə bunun başqa yollarla da qarşısını alacam. Çünki aşıq havalarının onun-bunun adına çıxmasını istəmirəm. Çünki bu, xalqın mirasıdır”.

W1siZiIsIjIwMTkvMTAvMzAvMTUvMDYvMjEvNjJlW1siZiIsIjIwMTkvMTAvMzAvMTUvMDYvMjEvNGYx
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
      • 17 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
      • 113 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...