Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Etnos.


Sunyata

Recommended Posts

Etnos haqqında alimlər arasında dəqiq  razlıq bu gün də yoxdur.    Bir neçə  qəbul olunmuş   modellər mövcuddur -  https://ru.wikipedia.org/wiki/%D0%AD%D1%82%D0%BD%D0%BE%D1%81

 

Bu məsələ həm də  "xalq"  , "millət"  , "tayfa"   və s . paralel və  oxşar termin və anlayışların da  istifadəı olunmasından bir qədər də çətinləşir . 

Edited by Sunyata
Link to comment
Share on other sites

  • 4 years later...
On 6 בספטמבר 2014 at 1:58 PM, Sunyata said:

Etnos haqqında alimlər arasında dəqiq  razlıq bu gün də yoxdur.    Bir neçə  qəbul olunmuş   modellər mövcuddur -  https://ru.wikipedia.org/wiki/%D0%AD%D1%82%D0%BD%D0%BE%D1%81

 

Bu məsələ həm də  "xalq"  , "millət"  , "tayfa"   və s . paralel və  oxşar termin və anlayışların da  istifadəı olunmasından bir qədər də çətinləşir . 

Müeyen meqamlarda nöqsanlar var.

Link to comment
Share on other sites

  • 10 months later...

Azərbaycanda yaşayan etnik qruplar

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycan əhalisinin tərkibi də yekcins deyil. Burada da əsas xalqla yanaşı etnik və etnoqrafik qruplar yaşayırlar. Etnoqrafik qruplar öz təsərrüfat mədəni tiplərinə görə əsas əhalidən fərqlənirlər. Etnik qruplar isə öz mənşəyi, dili və bir sıra əlamətlərinə görə əsas xalqdan fərqlənirlər. Etnoqrafik qruplara misal olaraq ayrımları, padarları, şahsevənləri misal göstərmək olar ki, bu hər üç xalqın mənşəyi və dili türkdilli azərbaycanlılarla eyniyyət təşkil edir. Ayrımları bəzi tədqiqatçılar erməniləşdirməyə çalışırdılar. Lakin Azərbaycan tədqiqatçıları onların türkdilli xalq olduqlarını sübuta yetirmişdilər. Bu sahədə etnoqraf Q.Qaraqaşlının tədqiqatları təqdirə layiqdir.

Картинки по запросу Azərbaycanda yaşayan etnik qruplar

Sadəcə olaraq onlar əsas xalqdan ayrılaraq, kənarda, dağlıq zonalarda məskunlaşdıqlarına görə onları ayrımlar, yəni ayrılıqda yaşayanlar adlandırmışdılar. Onlar əsas əhali kütləsindən ayrılıqda yaşadıqlarına görə onların məişət və mədəniyyətlərində bəzi fərqli xüsusiyyətlər var. Ayrımlar başlıca olaraq, Gədəbəy, Kəlbəcər, Göy-göl  (keçmiş-Xanlar rayonu) rayonlarında yaşayırlar. İkinci Azərbaycanda yaşayan böyük etnoqrafik qrup – padarlardır. 

Edited by Sarxanli
Link to comment
Share on other sites

Onlar Azərbaycanın Şirvan zonasında məskunlaşmışlar. Həm ayrımların, həm də padarların mənşəyi bilavasitə oğuz tayfaları ilə əlaqədardır.
Muğanda Araz çayı boyunda məskunlaşmış 3-cü böyük etnoqrafik qrupp olan Şahsevənlərin ilkin vətəni Cənubi Azərbaycan olmuşdur. Onlar şah Abbas dövrünün Qızılbaşları ilə əlaqədar olan bir sıra Azərbaycan qəbilələrinin ümumiləşdirilmiş etnik birliyidir. Onların şimali Azərbaycana ilkin axını XYIII əsrin axırı XIX əsrin əvvəllərinə təsadüf edir. Bu etnoqrafik qrupların hər üçü həyat tərzi və məişətlərinə görə azərbaycanlılardan fərqlənirlər. Onlar başlıca olraq yarımköçəri-tərəkəmə təsərrüfatı ilə məşğul olurlar. Şahsevənlərin və padarların başlıca məşğuliyyəti qoyunçuluqdur. Onlar az miqdarda iri buynuzlu heyvan saxlayırlar. Əkinçilik yardımçı təsərrüfat hesab olunur.


Azərbaycanın Şimal hissəsində Qafqaz-iber dillərində danışan bir sıra xalqlar yaşayırlar. Bunlara ləzgiləri, avarları, saxurları, udinləri və Şahdağ qruppu xalqlarından: buduq, qırız və xınalıqları misal göstərmək olar. Gürcüstanla sərhəd rayonlarda yengiloy adlanan başqa bir etnik qrupp da yaşayır. Bundan başqa Azərbaycanda Hind-Avropa dil ailəsinin İran qrupuna daxil olan bir sıra xalqlar da yaşayırlar. Məsələn: tatlar, talışlar və kürdlər bunlara misaldır.

Link to comment
Share on other sites

 Tatlar Quba, Dəvəçi, Şamaxı, İsmayıllı habelə abşeronun bəzi kəndlərində yaşayırlar. Talışlar İranla sərhəd rayonlarda, kürdlər İə Azərbaycanın qərb zonalarında məskunlaşmışdılar. Tatlar Sasanilər dövründə İrandan Azərbaycana köçürülmüşlərdir (387-ci il İranla Bizans arasında bağlanan müqavilədən, yəni Albaniya Sasanilərin hakimiyyətinə keçdikdən sonra). Tat etnonimi türk mənşəli olub, oturaq qeyri-türk xalqlarına verilmiş addır.
Dini əlamətlərinə görə tatlar müsəlmanlara, (erməni) qriqoryanlaravə yəhudilərə bölünürlər. Müsəlman tatlar Abşeron yarımadasında, Quba və Dəvəçidə, yəhudi tatlar Quba rayonunun Qırmızı qəsəbə, Oğuz rayonunun Vartaşen kəndində, habelə Bakı və Dağıstanda yaşayırlar. Qriqoryan tatlar isə Şamaxının mədrəsə kəndində dəvəçmnmn Gilvənkə kəndində yaşayırlar. Tatlar Azərbaycan türkləri arasında yaşadıqlarından maddi və mənəvi mədəniyyətlərinə görə azərbaycanlılardan çox az fərqlənirlər.

Link to comment
Share on other sites

 Talışlar- Azərbaycan Respublikasının cənub-şərq (Astara, Lerik, lənkəran, qismən Masallı) və Cənubi Azərbaycan ərazisində yaşayırlar. İranda talışların sayı 100 min, Azərbaycana isə 20 min nəfərdir. Keçmiş sovet alimləri talışları yerili əhali hesab edirdilər. Belə Ki, olar talışları Azərbaycanın Ən qədim yerli tayfalarından olan kadusilərin qalıqları hesab edirdilər. Lakin Qərb alimləri buna şübhə ilə yanaşırdılar. Onların fikrincə talışların Azərbaycana gəlişi (XIII əsrdə) Çingiz xanın sərkərdəsi olan Talışın Adı ilə bağlıdır. Talışların bir qismi şiə, bir qismi sünnüdür. Onların da maddi və mənəvi mədəniyyətləri azərbaycanlılardan bir o qədər də fərqlənmir.

Link to comment
Share on other sites

Kürdlərin Cənubi Qafqaza gəlmələrinin dəqiq tarixi yoxdur. (Əsasən Cənub-Şərqi Asiyada yaşayırlar). Azərbaycanda 10 min nəfərdirlər. Əsasən Azərbaycanın qərb rayonlarında, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilanda məskunlaşmışdılar. Keçən əsrin 80-cı illərin sonunda müsəlman kürdü zorla erməni quldur dəstələri tərəfindən Ermənistandan, həmçinin Azərbaycana məxsus torpaqlardan qovuldular. Kürdlər sünnü, şiə və yezidi kürdlərə ayrılırlar. Sünnü və yezidi kürdlər əsasən Ermənistanda (57 min), Gürcüstanda (34 min) ərazilərində yaşayırlar. 1979-cu il məlumatına görə bütün SSRİ-də 116 min kürd yaşayırdı.

Link to comment
Share on other sites

logo_az.png

Etnik rəngarənglik

Hazırda Azərbaycan ərazisində məskunlaşmış xalqların dilləri, əsasən, dörd böyük dil ailəsinə - türk, Şimali Qafqaz, Hind-Avropa və kartvel dil ailələrinə mənsub olsalar da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası əhalisinin tam əksəriyyəti məhz bu dildə danışır. Müasir Azərbaycan dili 1-ci minilliyin əvvəllərindən indiki Azərbaycan ərazisində məskunlaşmağa başlamış türk mənşəli tayfaların dilləri əsasında, uzun tarixi inkişaf prosesinin gedişində formalaşmışdır.

Şimali Qafqaz dilləri Azərbaycan ərazisində ləzgi, avar, saxur, udi, xınalıq, buduq və qrız dilləri ilə təmsil olunmuşdur. Bu dillər başlıca olaraq ölkənin şimal-şərq rayonlarında yayılmışdır. Azərbaycan ərazisində daşıyıcılarının sayına görə Şimali Qafqaz dilləri içərisində ən geniş yayılanı ləzgi dilidir. Ləzgi dili Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun ləzgi yarımqrupuna daxildir.

 

Şimali Qafqaz dil ailəsinin ləzgi yarımqrupuna udi dili də aid edilir (bu dilin ləzgi yarımqrupuna mənsubluğu elmdə mübahisəlidir). Hazırda udilər Qəbələ rayonunun Nic kəndində və Oğuz rayon mərkəzində məskunlaşmışlar.

Azərbaycan ərazisində Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna saxur dili də daxildir. Saxurlar 3 rayonun - Qax (Qum və Sarıbaş kəndləri), Zaqatala (Yeni Suvagil, Gezbarah, Kaç və Muxax kəndləri) və Balakən ərazilərində məskunlaşmışlar.

Link to comment
Share on other sites

Azərbaycanın şimal-şərqində yayılmış “Şahdağ qrupu” - xınalıq, buduq və qrız dillərini də Dağıstan dilləri qrupunun ləzgi yarımqrupuna aid edirlər. Xınalıq dilində Quba rayonunun eyniadlı kəndinin sakinləri danışırlar. Buduqlar Quba rayonunun Buduq, Güney Buduq və Dəli Qaya kəndlərində, qrızlar isə həmin rayonun Əlik, Cek və Haput kəndlərində yaşayırlar.

Əsasən, Zaqatala və Balakən rayonlarının ərazisində yayılmış avar dili isə Şimali Qafqaz dil ailəsinin Dağıstan qrupunun avar-ando-didoy yarımqrupuna daxildir.

Hind-Avropa dil ailəsinin İran qrupu dilləri Azərbaycan ərazisində tat, talış və kürd dilləri ilə təmsil olunmuşdur.

 

Tat dili İran dillərinin cənub-qərb yarımqrupuna daxildir. Bu dil, əsasən, Abşeron yarımadasının bir neçə kəndində, eləcə də Xızı, Siyəzən, Dəvəçi və Quba rayonlarının ərazisində yayılmışdır. Tatlar dini mənsubiyyətinə görə üç qrupa bölünür: müsəlman tatlar, xristian tatlar (monofizitlər), iudaist tatlar və ya dağ yəhudiləri.

Talış dili İran dillərinin şimal-qərb yarımqrupuna daxildir. Bu dil Azərbaycanın cənub-şərqində - Lənkəran, Astara, Lerik və Masallı rayonlarının ərazisində yayılmışdır.

Kürd dili İran dillərinin qərb yarımqrupuna aiddir. Kürd dili Laçın, Qubadlı, Kəlbəcər və Azərbaycanın bəzi başqa cənub-qərb rayonlarının ərazisində yayılmışdır.

Link to comment
Share on other sites

Hind-Avropa dil ailəsi Azərbaycan ərazisində, həmçinin, rus və erməni dilləri ilə təmsil olunmuşdur.

Rus dili hind-Avropa dil ailəsinin slavyan qrupunun şimal-slavyan yarımqrupuna daxildir. Rus dilinin daşıyıcıları, əsasən, Azərbaycan şəhərlərində və ilk növbədə Bakıda məskunlaşmışlar.

Erməni dili isə hind-Avropa dillərinin ayrıca qrupunu təmsil edir. Erməni dili Qarabağın dağlıq hissəsinin bir neçə rayonunda yayılmışdır.

Kartvel dil ailəsi Azərbaycanda gürcü dili ilə təmsil olunmuşdur. Bu dilin daşıyıcıları xristian və müsəlman ingiloylardır. Onlar, əsasən, Qax, Zaqatala və Balakən rayonlarında məskunlaşmışlar.

 

Azərbaycan Respublikasının əhalisi mürəkkəb etnik tərkibə malikdir. Burada 100-dən artıq etnosun nümayəndəsi yaşayır.

Ölkənin əsas əhalisini (90%-dən çoxunu) azərbaycanlılar təşkil edir. Onların sayı 9 milyon 705 min nəfərdən (2016-cı ilin əvvəlinə görə) artıqdır. Təxmini hesablamalara görə bu gün dünyada 50 milyondan artıq azərbaycanlı yaşayır. İran, Gürcüstan və Dağıstanda yığcam halda yaşayan milyonlarla azərbaycanlı bu yerlərin qədim sakinləridir. Təkcə İranda 30 milyon azərbaycanlı yaşayır. 20-ci əsrdə indiki Ermənistan ərazisindən dəfələrlə deportasiya olunmuş yüz minlərlə azərbaycanlı da oranın köklü əhalisi idi. MDB məkanında - Rusiya, Orta Asiya respublikaları, Qazaxıstan, Ukrayna və s., həmçinin Avropa və Amerika qitələrində müxtəlif dövrlərdə Azərbaycandan köçmüş xeyli azərbaycanlı yaşayır.

Link to comment
Share on other sites

Azərbaycanlıların dili türk dillərinin cənub-qərb və yaxud oğuz qoluna aiddir. Bu dil türk, türkmən, qaqauz və Krım tatarlarının dilinə çox yaxındır. Azərbaycan dili tarixən nəinki ölkə daxilində, hətta bütün Qafqazda və Ön Asiyada yaşayan xalqlar arasında ünsiyyət saxlamaq üçün vasitəçi dil rolunu oynamışdır. 19-cu əsr Avropa və Rusiyanın görkəmli yazıçı və səyyahları (E. Reklü, A. Bestujev-Marlinski, F. Bodenştedt, M. Lermontov və b.) Azərbaycan dilinin regionda oynadığı rolu barədə yüksək fikirlər söyləmişlər. Rus yazıçısı A. Bestujev-Marlinski yazırdı ki, Cənubi Qafqaz diyarının Azərbaycan dili türk dilindən az fərqlənir və Avropanı fransız dili ilə gəzmək mümkün olduğu kimi, bu dillə də bütün Asiyanı başdan-başa gəzmək olar.

Azərbaycanlıların ölkədə yaşayan xalqlar arasında birləşdirici rol oynaması xüsusilə vurğulanmalıdır. Şübhəsiz ki, bu fenomen azərbaycanlıların milli mentalitetindən, xalqların mədəniyyət­lərinə tolerant münasibətindən irəli gəlir.

 

Azərbaycanlılardan başqa respublikada bir sıra azsaylı xalqlar və milli azlıqlar məskunlaşmışdır. Bunlar hind-Avropa dilləri ailəsinin İran dilləri qru­puna daxil olan tatlar, talışlar, kürdlər, dağ yəhudiləri, Qafqaz dilləri ailəsinin Şərqi Qafqaz (Dağıstan) qrupunun avar-and-sez yarımqrupuna daxil olan ləzgilər, avarlar, udilər, saxurlar, “Şahdağ qrupu” xalqları (xınalıqlılar, buduqlar, qrızlar), Qafqaz dillərinin kartvel qrupuna daxil olan və gürcü dilinin ingiloy ləhcəsində danışan ingiloylardır. Bundan başqa Azərbaycanda 19 əsrin 30-cu illərində gəlmiş və şərqi slavyan dilləri qrupuna daxil olan ruslar, həmçinin keçən əsrin 50-60-cı illərindən Axıska türkləri məskunlaşmışlar.

Link to comment
Share on other sites

Ərazi birliyi, oxşar ictimai-iqtisadi, coğrafi və tarixi şərait azərbaycanlıların və azsaylı xalqların məişət və mədəniyyətlərində, adət-ənənələrində ümumi cəhətlərin formalaşmasına səbəb olmuşdur.

Şübhəsiz ki, burada xalqlar arasında gedən intensiv ticarət-iqtisadi və etno-mədəni əlaqələr də az rol oynamamışdır.

 

 

Tarix boyu Azərbaycanda yaşayan xalqlar arasında milli münasibətlər ahəngdar, öz dinc axarı ilə getmiş, etnik münaqişələr və gərginlik üçün zəmin olmamışdır.

Burada xalqların ənənəvi məişət və mədəniyyətlərindəki ümumi və spesifik cəhətlər sıx vəhdətdə olub bir-birini tamamlayır. Bununla yanaşı hər bir xalq sayından asılı olmayaraq spesifik, lokal mədəniyyətə malikdir. Respublikada fəaliyyət göstərən mədəniyyət mərkəzləri bu xalqların milli adət-ənənələrinin dirçəlişi, qorunub saxlanması sahəsində böyük rol oynayır. Bu xalqlar respublikanın siyasi-icti­mai həyatında fəal iştirak edirlər.

 

 

 
img208.jpg

2009-cu il aprel ayının 13-dən 22-dək keçirilən siyahıyaalmanın nəticələrinə əsasən talışlar respublika ərazisində 112 min nəfər təşkil etmişdir və onlar, yığcam halda respublikanın cənub bölgəsində - Astara, Lənkəran, Masallı və Lerik rayonlarında yaşayırlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Onların etnogenezində Atropatenada yaşamış kadusi tayfaları mühüm rol oynamışlar. Bu barədə Strabonun “Coğrafıya”sında da bəhs olunur. Ənənəvi məşğuliyyətləri əkinçilik və maldarlıqdır. Keçmişdə əsas təsərrüfat sahələrindən biri də çəltikçilik olmuşdur.

Edited by Sarxanli
Link to comment
Share on other sites

img242.jpg

Tatlar (25,2 min nəfər, 2009). Əsasən, Dəvəçi, Quba, İsmayıllı və Şamaxı rayonlarında məskunlaşmışlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. A. Bakıxanovun və b. tədqiqatçıların fikrinə görə tatların əcdadları Azərbaycana 4-6 əsrlərdə Sasani şahları tərəfindən köçürülmüşdü. Tatların ənənəvi məşğuliyyəti əkinçilik və bağçılıqdır. Xalçaçılıq sənəti geniş yayılmışdır. Ailə-məişət münasibətləri təxminən azərbaycanlılarda olduğu kimidir.

 

Kürdlər (6,3 min nəfər, 2009) erməni işğalınadək, əsasən, Laçın və Kəlbəcər rayonlarında yaşamışlar. Hazırda onlar Azərbaycanın bir çox rayon və şəhərlərində məskunlaşmışlar. Kürdlər Azərbaycana, əsasən, 16-cı əsrdə Osmanlı-İran müharibələri dövründə gəlmişlər. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri nəticəsində də kürdlərin Azərbaycana miqrasiyası artmışdır.

 
img80.jpg

Ənənəvi məşğuliyyətləri maldarlıq (xüsusilə qoyunçuluq) olmuşdur. 19-cu əsrin sonlarından oturaq həyat tərzinə keçməklə əlaqədar olaraq kürdlərdə əkinçilik də inkişaf edir. Toxuculuq, xüsusilə xalçaçılıq, habelə başqa sənət sahələri də geniş yayılmışdır.

 

Yəhudilər (9,1 min nəfər, 2009). Azərbaycanda yaşayan dağ yəhudiləri Quba rayonundakı Qırmızı Qəsəbədə, Oğuz rayon mərkəzində və Bakıda məskunlaşmışlar. Qırmızı Qəsəbə onların yığcam halda yaşadığı ən böyük yaşayış məntəqəsidir. 1999-cu ildə Azərbaycanda aparılmış əhali siyahıyaalınmasında onlar Avropa yəhudilərinin (aşkenazi) tərkibində verilmişdir.

Link to comment
Share on other sites

img388.jpg

Vaxtilə öz tarixi vətənlərini tərk edib İrana gələn dağ yəhudiləri burada tat dilini mənimsəmiş, iudaizm dininin əsas mahiyyətini isə saxlamışlar. Şimali Azərbaycana Sasanilər dövründə köçürülmüşlər.

 

19-cu əsrin əvvəllərindən Azərbaycanda məskunlaşmış Avropa yəhudilərindən fərqli olaraq dağ yəhudilərinin dini baxışlarına bütpərəstliyin, sonralar isə islamın təsiri olmuşdur. Onlar azərbaycanlıların bir çox adət-ənənələrini mənimsəmişlər. Dağ yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olmuşdur.

Avropa yəhudilərinin Azərbaycana miqrasiyası Rusiya, Ukrayna, Belarus və Polşadan 19-cu əsrin əvvəllərindən başlanmışdır. 19-cu əsrin 70-ci illərindən neft sənayesinin inkişafı ilə əlaqədar onların Bakıya miqrasiyası artır. Avropa yəhudilərinin əksəriyyəti şəhərlərdə (xüsusilə Bakıda) məskunlaşmışlar.

img10.jpg

Ləzgilərin (180,3 min nəfər, 2009) əksəriyyəti respublikanın Qusar rayonunda yaşayır. Quba, Xaçmaz, İsmayıllı və Qəbələ rayonlarında da ləzgi kəndləri var. Mütəxəssislərin fikrincə, ləzgilərin əcdadlarından biri qədim alban tayfası olmuş leqlərdir. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Ənənəvi məşğuliyyətləri əkinçilik, maldarlıq və sənətkarlıqdır (toxuculuq, xüsusilə xalçaçılıq, qalayçılıq, keçəçilik və s.).

 
img181.jpg

Saxurlar (12,3 min nəfər, 2009) respublikanın Zaqatala, Qax və Balakən rayonlarında məskunlaşmışlar. Saxurlar Qafqaz Albaniyasının qədim sakinlərindən biridir. 15-ci əsrdə saxurlar Cənubi Dağıstanı tərk edərək Azərbaycanın əkinçilik üçün yararlı olan torpaqlarında məskunlaşmışlar. 19-cu əsrin ortalarınadək İlisu sultanlığının tərkibində olmuşlar. Həmin dövrdən başlayaraq onların azərbaycanlılarla etnik-mədəni və ticarət əlaqələri güclənmişdir. Saxurlar etnik baxımdan azərbaycanlılara çox yaxındırlar.

Link to comment
Share on other sites

Ənənəvi məşğuliyyətləri maldarlıq və əkinçilikdir.

img63.jpg

Avarlar (49,8 min nəfər, 2009) respublikanın Balakən və Zaqatala rayonlarında yaşayırlar. Bir sıra müəlliflərin fikrinə görə Plininin yazdığı didoylar müasir avarların əcdadlarıdırlar. Azərbaycana 15-17 əsrlərdə Dağıstandan gəlmişlər. Avar dilinin ansux şivəsində danışırlar. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Ənənəvi məşğuliyyətləri maldarlıq, əkinçilik və sənətkarlıqdır.

img257.jpg

Udinlər (3,8 min nəfər, 2009) Qəbələ rayonunun Nic kəndində və Oğuz rayonunun eyniadlı mərkəzində yaşayırlar. Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Azərbaycanın qədim yerli xalqlarından biridir. Udilər haqqında hələ Herodot, Plini və Strabonun əsərlərində məlumat verilmişdir. Qafqaz Albaniyasında yaşamış utilərin varisləridirlər.

 

Əsrlər boyu aparılan siyasət nəticəsində udilərin bir hissəsi (Nic kəndi) ermənilər tərəfindən qriqorianlaşdırılmış, digər hissəsi isə (Oğuz) gürcü pravoslav kilsəsinin təsirinə məruz qalaraq gürcüləşdirilmişdir. Ənənəvi məşğuliyyətləri əkinçilikdir. Keçmişdə ipəkçilik, sənətkarlıq (ağacişləmə, toxuculuq və s.) geniş yayılmışdı.

Tarixi-etnoqrafık ədəbiyyatda “Şahdağ qrupu xalqları” adı altında məlum olan xınalıqlılar, qrızlar və buduqlar Quba rayonunda Şahdağın ətəklərində yerləşən kəndlərdə məskunlaşmışlar. Xınalıqlılar yalnız Xınalıq kəndində yaşayırlar. Buduqlar əsas etibarilə Buduq, qrızlar isə Qrız kəndində yaşayırlar.

Link to comment
Share on other sites

 

 

img372.jpg

Qrızlar və buduqlar bir neçə ətraf kəndlərdə də məskunlaşmışlar. Təxmini hesablamalara görə, xınalıqlıların sayı 2,2 min, buduqların sayı 15 min, qrızların sayı isə 4,4 min nəfərdir. Hələ 19-cu əsrin 40-cı illərində buduqların və qrızların bir hissəsi Azərbaycanın düzən rayonlarına köçərək oba tipli yaşayış məskənləri salmışlar. Bu xalqların əsas məşğuliyyəti qoyunçuluqdur.

 

Axıska türklərinin (38 min nəfər, 2009) Azərbaycana ilk böyük qrupu 1958-ci ildə gəlmişdir. Bunlar 1944-cü ildə tarixi vətənləri olan Axıska, Adıgün,

Axıska türklərinin (38 min nəfər, 2009) Azərbaycana ilk böyük qrupu 1958-ci ildə gəlmişdir. Bunlar 1944-cü ildə tarixi vətənləri olan Axıska, Adıgün, Axılkələk (Gürcüstan) və b. qonşu rayonlardan Orta Asiya və Qazaxıstana sürgün edilmiş Axıska türkləri idi.

 
img18.jpg

1989-cu il Fərqanə hadisələrindən sonra Azərbaycana Axıska türklərinin ikinci miqrasiyası başlandı. Azərbaycanlılarla mənşəcə bir kökdən olmaları, ümumi dil, adət və ənənələrdə yaxınlıq onların Azərbaycanda adaptasiyasına əlverişli zəmin yaratmışdır. Ənənəvi məşğuliyyətləri bağçılıq və əkinçilikdir. Saatlı, Sabirabad və Beyləqan rayonlarında onlar əsas etibarilə pambıqçılıqla məşğul olurlar.

Link to comment
Share on other sites

 

 

 

 
img05.jpg

İngiloylar (9,9 min nəfər, 2009) dini mənsubiyyətlərinə görə xristian (gürcü pravoslav kilsəsi) və müsəlman ingiloylara ayrılırlar. Müsəlmanlar Zaqatala rayonunun Əliabad, Mosul və Balakən rayonunun İtitala kəndlərində, xristian ingiloylar isə Qax rayonunun 9 kəndində yaşayırlar. Qədimdə onların yaşadıqları ərazi Kambisena (Ereti) adlanırdı və əsas əhalisi ingiloyların əcdadları hesab olunan er və qel tayfalarından ibarət idi. Burada Alban kilsəsi fəaliyyət göstərirdi. İngiloyların bir hissəsi sonradan zorla gürcüləşdirilmiş alban tayfalarının qalıqlarıdır. İngiloyların ənənəvi məşğuliyyətləri əkinçilik, bağçılıq və qismən də maldarlıqdır. Keçmişdə baramaçılıq və çəltikçilik geniş yayılmışdı.

 

Rusların (119,3 min nəfər, 2009) Azərbaycana gəlməsi, əsasən, 19-cu əsrin 30-40-cı illərinə - Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonrakı dövrə təsadüf edir. Azərbaycanda müstəmləkəçilik siyasətini müvəffəqiyyətlə həyata keçirmək üçün Rusiyanın mərkəzi quberniyalarından Qafqaza, o cümlədən Azərbaycana minlərlə rus köçürüldü.

Link to comment
Share on other sites

img132.jpg

Onlar əsas etibarilə rəsmi rus pravoslav kilsəsi tərəfindən təqib edilən təriqətçilərdən (duxoborlar, molokanlar, subbotniklər və b.) ibarət idi. İlk rus kəndləri 19-cu əsrin 30-40-cı illərində Lənkəran (Prişib, Nikolayevka, Astraxanovka), Şamaxı (Xilmilli, Mərəzə) və Quba (Altıağac və s.) qəzalarında salındı. Rusların Azərbaycana və xüsusilə Muğana gəlməsinin ikinci mərhələsi 20-ci əsrin 20-ci illərinə təsadüf edir. Hazırda rusların əksəriyyəti şəhərlərdə yaşayır.

 

Ermənilər (120,7 min, 1999), əsasən, Qarabağın dağlıq hissəsində yaşayırlar. Onların bu bölgəyə İran və Türkiyə ərazilərindən kütləvi surətdə köçürülməsinə 19-cu əsrin 20-30-cu illərindən başlanmışdır. Erməni dili hind-Avropa dilləri ailəsinə aiddir. Dini mənsubiyyətlərinə görə əsasən xristian-monofizitdirlər. Ermənistanın Azərbaycana qarşı ərazi iddıası nəticəsində işğal olunmuş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində 2009-cu ildə siyahıyaalma keçirmə mümkün olmamışdır.

2009-cu il siyahiyaalmanın nəticələrinə görə, Azərbaycanda 25,2 min nəfər tatarların, 21,5 min nəfər ukraynların yaşadıqları məlumdur.

Bu sadalananlardan əlavə, ölkə ərazisində 10 min nəfərdən artıq digər millətlərin nümayəndələri də yaşayırlar

Azərbaycanda mövcud olan bütün millətlərin nümayəndələri, azsaylı xalqlar, milli azlıqlar və etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar.

Link to comment
Share on other sites

Mədəni müxtəliflik

Mədəniyyətin ən mühüm amillərindən biri mədəni müxtəliflik və plüralizmdir. Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən, ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal coğrafi, geosiyasi və mədəni məkandır.

 

Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.

Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni - normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib.

Link to comment
Share on other sites

Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.

 

Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Azlıqların milli təşkilatlarının müxtəlifliyi ənənələrlə bağlıdır. Xüsusi etnik birliklər daha çox dini zəmində yaranır.

img345.jpg

Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 sayda millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır

 

Müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir. Bu, regionun inkişaf edən ölkəsi kimi Azərbaycan üçün ən təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Sovetlər Birliyi dağılandan sonra Azərbaycanda bır sıra mədəniyyət mərkəzləri yaradıldı. Milli azlıqlar tarixi, mədəni adət-ənənələrini qoruyub saxlamaq naminə öz mədəniyyət mərkəzlərini yaratdılar. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in "mədəni müxtəlifliyə" dair proqramlarında fəal iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi "Azərbaycan mədəni müxtəlifliyi" layihəsini həyata keçirir.

Link to comment
Share on other sites

Hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmişdir. Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü ilk dəfə 2003-cü il mayın 21-də keçirilmişdir. UNESCO-ya üzv olan dövlətlər bu qurumun Bəyannaməsini təsdiqləməklə mədəni müxtəlifliklə əlaqədar dəyərlərin tanınmasını, qorunmasını və yerli, milli və beynəlxalq səviyyədə fəal təbliğ olunmasını öhdələrinə götürmüşlər.

Müxtəlifliyin vəhdəti etnik, milli və ya konfessional fərqlərin aradan qaldırılması demək deyil. Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi yaşayır: rus, ukrayn, tat, kürd, belorus, talış, yəhudi, türk, alman, ləzgi, tatar, avar, gürcü, saxur, udin və s.

 
img342.jpg

Onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti, Məhsəti Türklərinin Vətən Cəmiyyətini göstərmək olar.

Link to comment
Share on other sites

 

Milli azlıqların bu və ya digər strukturları dəfələrlə hökumətdən maliyyə yardımı alıblar. Eyni zamanda, yerləşdikləri binalara görə icarə haqqı vermirlər. Dövlət onların müdafiəsini müxtəlif formalarda həyata keçirir.

Dövlət səviyyəsində milli-mədəni cəmiyyətlərlə görüşlər keçirilir və burada milli azlıqlarla bağlı konkret problemlər operativ həll olunur. Eyni zamanda, mütəmadi olaraq elmi-praktiki konfranslar keçirilir.

Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur.

 
img347.jpg

Misal olaraq Şəki rayonunun Kiş və Qəbələ rayonunun Nic kəndindəki kilsələri göstərmək olar Qax rayonu ərazisində xristian kilsəsi, Masallı rayonunun Ərkivan kəndində XIX əsr məscidi bərpa olunmuşdur. Dövlət tərəfindən Qax rayonu ərazisində yerləşən Allahverdi kilsəsində "Milli azlıqların mədəniyyəti və etnoqrafiyası" adlı muzeyin yaradılması ideyası əsasında layihə hazırlanmış və həmin layihə Avropa Şurası tərəfindən müsbət qiymətləndirilmişdir.

 

Link to comment
Share on other sites

Hazırda, milli azlıqları təmsil edən mədəni mərkəzlər və birliklərlə bağlı mühüm işlər görülür. Məsələn, dövlət büdcəsindən maliyyələşən Qusar rayonundakı Ləzgi Dövlət Dram Teatrının və Qax rayonunda yaradılmış Dövlət Kukla Teatrının maddi-texniki bazaları möhkəmləndirilmişdir. Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində 1981-ci ildə yaradılmış və 1985-ci ildə "xalq teatrı" adını almış gürcü dram dərnəyinə dövlət statusu verilmişdir. S. Vurğun adına Rus Dram Teatrı ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Komediya, Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Kukla Teatrlarındakı rus bölmələri müvəffəqiyyətlə fəaliyyət göstərirlər.

img166.jpg

2006-cı il oktyabr ayının 16-dan 23-ə qədər 

 
img14.jpg

UNESKO-nun Paris şəhərindəki mənzil-qərargahında "Azərbaycan həftəsi" adlı mədəni tədbirlər çərçivəsində Azərbaycanda yaşayan milli azlıqlara aid foto-sərgi nümayiş etdirilmişdir. Azsaylı xalqların həyat tərzinə, mədəniyyətinə, məişətinə dair daha bir foto-sərgi 2009-cu ildə UNESCO-nun mənzil-qərargahında keçirilmişdir.

 

Dövlət bu qurumları imkan dairəsində ölkə büdcəsindən və Prezident ehtiyat fondu hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir

Link to comment
Share on other sites

Milli azlıqların yığcam yaşadıqları Lənkəran şəhəri, Astara, Balakən, Dəvəçi, Gədəbəy, Xaçmaz, İsmayıllı, Qax, Qəbələ, Qusar, Lerik, Zaqatala, Masallı rayonlarında fəaliyyət göstərən 41 uşaq musiqi və incəsənət məktəbində 12 mindən çox yeniyetmə müxtəlif ixtisaslar üzrə təhsil alır.

 

 
img195.jpg

Azsaylı xalqların folklorunun, mədəniyyətinin geniş təbliği üçün bədii özfəaliyyət kollektivlərinin repertuarının milli zəmində inkişafı üçün tədbirlər həyata keçirilir. qəbildən olan bir çox xalq kollektivləri, nəinki respublikamızda, eyni zamanda, bir çox xarici ölkələrdə də məşhurdurlar. Saatlının "Adıgün" – Axıska türkləri, Cəlilabadın "Ruçeyok" - rus, Qaxın "Şividkatsa" - gürcü, Zaqatalanın "Ceyranım" - saxur, Qubanın tat, yəhudi, Qusarın "Trillo", "Şahnabat", "Mel", "Qayıbulaq", "Şahdağ", "Dustaval" və "Melodiya" - ləzgi, Laçının kürd, Balakənin "Xoylo" - avar, Lənkəranın "Şənlik", “Bacılar" folklor mahnı və rəqs, Masallı rayonu "Halay", 

 
img59.jpg

Lerik rayonunun “Laqutto”, Astaranın "Sevinc" - talış, İsmayıllı rayonu İvanovka kənd mədəniyyət evinin - malakan, Bakı şəhərindəki “Gözəlim” tatar bədii özfəaliyyət kollektivləri bu qəbilədəndir.

Link to comment
Share on other sites

Mədəniyyət müəssisələrində fəaliyyət göstərən bir çox azsaylı xalqlar qonşu rayonlarla yanaşı, xarici ölkələrdə də qastrol səfərlərində olurlar. Qax rayon xalq teatrının Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Gürcüstan

 
img165.jpg

Respublikasının Laqodexi, Marneuli, Dmanisi, Batumi, Qori şəhərlərinə, Zaqatala rayonunu "Avar", "Saxur" xalq teatrı kollektivlərinin qonşu rayonlara, Lənkəran rayonunun "Şənlik", Astaranın Sevinc , "Əfsur" talış mahnı və rəqs ansambllarının İran, Türkiyə və İraqa səfərləri olmuşdur.

 

Astara rayon Mədəniyyət evinin "Sevinc" mahnı və rəqs ansambllarının talış milli azlığının adət-ənənələrinin, milli rəqs və mahnılarının təbliği sahəsində böyük rolu vardır. Kollektivin Tacikistan, Qazaxıstan, Bolqarıstan, Gürcüstan, Rusiya və Türkiyədə çıxışları buna əyani sübutdur. Astarada "Məhsul", "Əkinçi", "Şum" bayramları keçirilir.

 

Milli azlıqları bədii kollektivlərinə diqqət və qayğı Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyətində xüsusi yer tutur. Bir çox kollektivlər nazirlik tərəfindən geyim, musiqi alətləri və texniki vasitələrlə təchiz olunmuşlar.

Link to comment
Share on other sites

img348.jpg

2002-ci il 27-28 iyun tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və ATƏT-in Azərbaycandakı ofisi ilə birgə "Azərbaycanın mədəni çeşidliyi" adlı elmi-praktiki konfrans keçirilib.

 

Ruslar Azərbaycanda iqtisadiyyata, dövlətçiliyə, elmə, mədəniyyətə və təhsilə sanballı payını vermişlər. Hələ keçən əsrin 70-ci illərindən respublikada rus dilinin hərtərəfli inkişafı üçün həyata keçirilən siyasət öz bəhrəsini verməkdədir. 1970-ci ildən Azərbaycandakı orta məktəblərdə birinci sinifdən rus dili tədris edilməyə başlandı. Bu gün 400 məktəbdə dərslər rus dilində, 21 ali məktəbdən 20-də isə dərslər Azərbaycan və rus dillərində keçirilir.

 
img347.jpg

Azərbaycanda rus dilinə belə yüksək münasibət keçmiş SSRİ ərazisində yaşayan xalqlarla sıx əlaqələr saxlamağa imkan verir.

 

Azərbaycanın siyasi rəhbərliyi ölkəmizdə yaşayan bütün millətlərin və xalqların inkişafı üçün mühüm işlər görür. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə rəhbərliyi dövründə milli azlıqların mədəniyyətinə diqqət və qayğı xüsusi yer tutmuşdur. Bu fəaliyyət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Link to comment
Share on other sites

Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb.

UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixdə imzaladığı Qanunla ölkəmiz sözügedən Konvensiyaya qoşulub.

 

 

 
img343.jpg

Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə, xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə "Azərbaycan - doğma diyar" devizi altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti festivalı keçirilir. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən - Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Şabrandan azsaylı xalqların bədii kollektivləri Bakıya dəvət edilirlər. İctimai Televiziya 500-ə yaxın iştirakçısı olan festivalı ətraflı işıqlandıraraq Azərbaycanın bu palitrasını bütün dünyaya nümayiş etdirir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir.

Link to comment
Share on other sites

Bu tədbirlər bir daha göstərir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin inkişafına dəstəyi onlara stimul verir. Qeyd etmək lazımdır ki, azsaylı xalqlarla bağlı mədəni layihələr ilk dəfə həyata keçirilməyə başlayanda yerlərdəki incəsənət kollektivləri elə də peşəkar səviyyədə deyildi. Lakin göstərilən diqqət və qayğının, aparılan əməli işin nəticəsində artıq peşəkar şəkildə formalaşan ansambllar meydana gəlib. Artıq bu kollektivlər o qədər yüksək səviyyəyə çatıblar ki, onları dünyanın bir çox ölkələrinə müxtəlif beynəlxalq tədbirlərə göndərə bilirik. Bu da milli azlıqların mədəniyyətinin inkişafına əlavə stimul verir.

 

 
img350.jpg

Təbii ki, qloballaşma təbii prosesdir və bu, insanları birləşdirir. Amma bu prosesin müsbət tərəfləri ilə yanaşı, bir mənfi cəhəti də özünü göstərir, bu da insanların mədəni irsini, bəzən adət-ənənələrini unutmalarıdır.

Azərbaycan dövləti çalışır ki, ölkəmizdə yaşayan milli azlıqlar öz ənənələrini yaşatsınlar və Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan bu xalqların mədəniyyətləri qorunaraq nəsildən-nəsilə ötürülsün.
Link to comment
Share on other sites

Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Təhsil Nazirliyi, digər qurumlar da müvafiq işlər görürlər.

 

2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda Azsaylı xalqların folkloru bölməsi yaradılıb. Bu da Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələrinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində mühüm əhəmiyyət kəsb edir. Elə folklor ənənələri var ki, birgə yaşayış prinsipindən irəli gələrək ümumi formaya düşməyə başlayıb.

 
img355.jpg

Bunların arasında başlıca olaraq toy ənənəsini göstərmək olar. Toy hər bir xalqın mədəniyyətinin, folklorunun ayrılmaz hissəsidir. Dünyanın hər yerində xalqların toy ənənələri əsrlərlə formalaşır, xalqın təmsilçisinə çevrilir. Milli azlıqların, hər mahalın, hətta, hər kəndin, elin vaxtı ilə özünə xas maraqlı adətləri indi vahid formada özünü göstərməyə başlayıb. Əmək, mərasim və mövsüm nəğmələri, layla və ağılar, lirik mahnılar və instrumental rəqs havaları hər bir mədəniyyət daxilində xüsusi təzahür formalarına malikdir. Müxtəlif xalqların folklorunda eyni janrların yeri və əhəmiyyəti də müxtəlifdir.

 

Azsaylı xalqların zəngin musiqi folkloru Azərbaycanın mənəvi mədəniyyətinin ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycanın ənənəvi “Musiqi Atlası” layihəsi Azərbaycan musiqi folklorunun rəngarəng dialektlərini də əhatə edir.

Link to comment
Share on other sites

Məsələn, ləzgilər, avarlar, saxurlar, rutullular arasında nağara-zurna dəstəsi tərəfindən icra olunan instrumental rəqs havaları aparıcı yer tutsa da, bu folklor mədəniyyətlərində mahnı janrının müxtəlif növ və şəkillərinə də rast gəlirik (laylay, ağı, mərasim nəğmələri, lirik mahnılar). Bu xalqları ümumi musiqi üslubu və çalğı alətləri (nağara, zurna, balaban, tütək, sipsi, tənbur) və eləcə də, tipik melodiya formulları birləşdirir. Eyni zamanda, bəzən onlardan hər birinə məxsus fərqli çalarlar da sezilir.

Ən qədim etnoslardan biri olan talışların musiqi folkloru zəngin janr və ifa xüsusiyyətləri ilə seçilir. Qadınlar tərəfindən ifa olunan nisbətən yaxşı qorunub saxlanılmış əmək, toy, mövsüm mərasim nəğmələri, "halay" mahnı-rəqsləri məlumdur. Bir çox mahnı nümunələri həm talış, həm də Azərbaycan dilində oxunur və bu mədəniyyətlərin sıx qarşılıqlı əlaqələrini əks etdirir.

Balakən rayonunun özünəməxsus milli musiqi aləti var ki, bu da yalnız Balakən və Zaqatalada istifadə olunur. Qədim zamanlardan bu vaxta qədər balakənlilər öz əlləri ilə düzəltdikləri iki simli tamburdan el şənliklərində musiqi aləti kimi istifadə edirlər. Tamburdan həm kişilər, həm də qadınlar çalaraq laylalar söyləyir, Balakənə məxsus yerli rəqsləri ifa edirlər.

 

 
img351.jpg

2015-ci il aprelin 4-də Qusar Dövlət Ləzgi Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərini ilk dəfə Qusar şəhər Mədəniyyət Evinin səhnəsində ləzgi dilində səhnələşdirməsi multikulturalizm ənənlələrinin davam etməsinin əyani göstəricisi idi.

Link to comment
Share on other sites

img161.jpg

Təbii ki, müxtəlif səpkili tədbirlərin keçirilməsi, heç şübhəsiz, milli azlıqların adət-ənənələrinin, bir sözlə, mədəni irsinin qorunub saxlanılmasına birbaşa xidmət göstərsə də, burada başlıca məqsəd xalqlar arasında qardaşlığa, səmimi ünsiyyətə, mehriban birgəyaşayışa maneə olmadığını, əksinə, buna stimul verdiyini göstərməkdir.

 

Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir. Bu gün Azərbaycan dünyada azlıq və ya çoxluğun fərqinin hiss edilmədiyi ölkələr sırasında ilk yerlərdən birində qərarlaşmışdır. Bir sözlə, Azərbaycan dövlətinin apardığı milli siyasət göstərir ki, xalqlar bir-biriləri ilə mehriban yaşaya bilərlər və bu baxımdan ölkəmiz dünyaya nümunədir.

Link to comment
Share on other sites

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir.

Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərsə də, islam dini üstün mövqe tutur. 7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsində, o cümlədən də Azərbaycanda yayılmışdır. Azərbaycan əhalisinin 95 faizindən çoxu islam dininə etiqad edir.

Link to comment
Share on other sites

Azərbaycanda xristianlığın tarixi, demək olar ki, Alban kilsəsindən başlayır və bütövlükdə bu dinin tarixində həmin kilsənin xüsusi yeri var. Qafqaz Albaniyasının ərazisi ilk xristian icmalarının meydana gəldiyi məkanlardan hesab edilir. Alban-udi xristian dini icmasının qeydə alınması xarakter, məzmun, dini və siyasi əhəmiyyət baxımından çox əlamətdar bir hadisədir. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Pravoslavlıq Azərbaycanda 19-cu əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" nəticəsində yayılmağa başlamışdır. Bakıda ilk Roma-katolik prixodu 19-cu əsrin 50-ci illərində çar Rusiyası tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaranmışdır. Azərbaycanda ilk yayılan protestant təriqəti lüteranlıqdır. Ölkəmizdə lüteranlığın yaranması XIX əsrin I yarısında almanların və polyakların Cənubi Qafqaza köçürülməsi ilə bağlıdır.

 

Azərbaycan ilk insan məskənlərindən biri olmaqla yanaşı, həm də dözümlülük mədəniyyətinin formalaşdığı ərazi və tolerantlığın beşiyidir.
Link to comment
Share on other sites

Bu fakt onu deməyə əsas verir ki, Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanmış və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilmişdir.

 

Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahə də dövlət siyasətinin prioritet istiqamətinə çevrilmişdir. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan bu gün də eyni funksiyanı uğurla yerinə yetirir. Hazırda Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngindir. Amma xoşbəxtlikdən müxtəlif dinlərin və dini fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, irqi və dini zəmində heç bir ayrıseçkilik faktı qeydə alınmamışdır. Müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmış, qohumluq əlaqələri qurmuşlar. Fərqli dini konfessiyaların nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olmuş, vahid Vətənimizin azadlığı və firavanlığı uğrunda mübarizə aparmışlar.

Link to comment
Share on other sites

img448.jpg

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə and yerimiz yox, həm də qardaşlığımızın və tolerantlığımızın simvoludur. Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün İslamın və Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. 

 

Xalqımızın xarakterik keyfiyyəti olan tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmışdır. Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında” Qanunda təsbit olunmuşdur. Konstitusiyamızın 48-ci maddəsinə görə, hər bir vətəndaş vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək, dini əqidəsini sərbəst ifadə etmək və yaymaq, dini mərasimlərini sərbəst yerinə yetirmək hüququna malikdir. Bunlardan əlavə, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır.

 

 

Link to comment
Share on other sites

2001-ci ildə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalanmışdır.

 

Azərbaycanda və bütün regionda 16 noyabr Beynəlxalq tolerantlıq günü kimi qeyd edilir.

 

 
img149.jpg

Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir.

 

Tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğu, az qala, bütün dünyanın qəbul etdiyi və məmnunluq duyduğu həqiqətdir.

img399.jpg

 

 

 

Link to comment
Share on other sites

img303.jpg

Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Belə ki, xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq aydın görmək mümkündür.

 

Hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 96 faizini müsəlmanlar, 4 faizini xristianlar, yəhudilər, bəhailər, krişnalar və digər dinlərin mənsubları təşkil edirlər. Ölkə müsəlmanlarının təxminən 60- 65 faizi şiə, 35-40 faizi sünni məzhəb müsəlmanlardan ibarətdir. Xristianlığın, demək olar ki, bütün cərəyanları ölkəmizdə təmsil olunmuşdur. Belə ki, Azərbaycanda pravoslav, katolik, lüteran və protestant təriqətlərin, eləcə də tarixi Alban kilsəsinin mənsubları olan xristianlar yaşayır. Ölkənin xristian əhalisi əsasən Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, eləcə də Qax (gürcü pravoslavlar), İsmayıllı, Gədəbəy, Qobustan (molokanlar), Qəbələ və Oğuz (Nic qəsəbəsində və Oğuz şəhərində alban-udilər) rayonlarının əhalisidir. Katoliklər və lüteranlar daha çox Bakı şəhərində yaşayırlar.

Link to comment
Share on other sites

img138.jpg

Vaxtı ilə Şəmkir və Göygöl rayonlarında kompakt halda yaşamış alman-lüteranlar II Dünya müharibəsi zamanı Sovet hakimiyyəti tərəfindən deportasiya edilmişlər. Digər protestant təriqətlərə mənsub şəxslərin sayı bir neçə min nəfərdir. Bunlar əsasən adventistlər, baptistlər, əllincilər, Yehovanın şahidləri və digərləridir. Onlar əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərindədir.

 

 

Hazırda Azərbaycanda 2 mindən çox məscid, 13 kilsə və 7 sinaqoq var.
 
img383.jpg

Kilsələrdən 5-i pravoslav (Bakıda 3, Gəncə və Xaçmazda 1), 4-ü gürcü pravoslav (Qax rayonu), 1-i lüteran, 1-i katolik və 2-si Alban-udi dini icmasına mənsubdur. Yəhudi sinaqoqlarından 2-si Bakıda, 2-si Oğuzda, 3-ü Quba rayonunun Qırmızı qəsəbəsində yerləşir. İbadət evləri ilə yanaşı, respublikada xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, protestant icmalarının Bibliya kursları, yəhudilərin ivrit dilini, yəhudi dini və mədəniyyətini öyrətmə kursları və s. fəaliyyət göstərir.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 7 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 7 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Haha
      • 229 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Like
      • 306 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Upvote
        • Sad
        • Haha
        • Like
      • 281 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...