Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Ruhi Xəstə Olmuş Dahilər.


Recommended Posts

Ruhi xəstə olmuş 10 dahi
Bu məqaləni qiymətləndir 1 2 3 4 5 (0 səs)
  Bu şəxslər dünyada öz sözünü demiş, dünya ədəbiyyatının, fəlsəfəsinin xəzinəsini dəyərli ideyaları, əsərləri ilə zənginləşdiriblər.

1. Edgar Allan Poe - Amerika yazıçısı (1809-1849)

Onun hekayə və əsərləri qorxunc hadisələr üzərində qurulmuşdur. 20 yaşından sonra Poe tez-tez depressiyaya düşürdü. İçki düşkünü olması da onun psixikasını pozurdu. Ruhi tarazlığı tamam pozulmuş yazıçının mütəmadi tutmaları tutur, idarəolunmaz məxluqa çevrilirdi. Şəxsi həyatındakı uğursuzluq da bir yandan onu üzürdü. Həyat yoldaşı Virginia gənc yaşlarında vərəmə tutulmuşdu. 5 il Poe-nun gözləri qarşısında əriyən Virginia nəhayət canını tapşırır. Bu yazıçıya ağır zərbə olur. Bundan sonra o iki dəfə evlənməyə cəhd etsə də, heç biri alınmır. Birincisində yazıçının əcaib davranışlarından qorxuya düşən qız ona "yox" cavabı verir. İkincisində isə toy ərəfəsində Poe-nun qəfil yoxa çıxması işləri pozur.

Poe o qədər içir ki, gecələr evə də gəlmir. Bir dəfə isə onu axtarıb 5 gün sonra Baltimorun ucuz qəlyanaltıxanalarının birində tapırlar. Yazıçını ruhi xəstəxanaya yerləşdirirlər. Dəhşətli hallüsinasiyalardan qurtula bilməyən yazıçı 5 gün sonra vəfat edir. 1849-cu ilin 7 oktyabrında gecə saat 3 radələrində keçinəndə Poe-nun yanında yaxınlarından kimsə yox idi. Ölümqabağı o, sayıqlayıb Ceremi Reynoldsu (şimal qütbünü öyrənən səyyah) çağırırmış.

 

2. Ernest Heminquey - Amerika yazıçısı (1899-1961)

1960-cı ildə Heminquey Kubadan ABŞ-a qayıdır. O, tez-tez depressiyaya düşür, özünə inamı azalır, qorxuları artırdı. Demək olar ki, yaza bilmirdi. Bütün bunlara görə ruhi xəstəxanada müalicə almağa razılaşır, 20 dəfə elektroşok keçirir.

Klinikadan çıxan Heminquey görür ki, yenə də yaza bilmir. İlk intihara cəhdi də bu zaman edir. Amma yaxınları onu xilas edirlər. Arvadının xahişi ilə o, təkrar mülicə alır. Amma intihar niyyətindən əl çəkmir. Xəstəxanadan çıxan kimi özünü qoşalüləsi ilə güllələyir. "Kişinin yataqda ölməyə haqqı yoxdur" - o deyirdi, "kişi ya döyüşdə ölər, ya da gülləni alnına çaxar".

3. Jonathan Swift - İrland yazıçısı (1667-1745)

Deyilənə görə yazıçı Alzheymer xəstəliyindən əziyyət çəkirdi. Ətrafındakı insanları tanıya bilmir, onların nitqini anlaya bilmirdi.

1742-ci ildə xəstəlik kəskinləşir, Swift iflic olur. Özünü idarə edə, özünə baxa bilməyən yazıçını yaxın qohumunun himayəsinə verirlər. 1745-ci ildə Swift vəfat edir. Sağlığında hədsiz dərəcədə populyar olan, əsərlərindən, o cümlədən "Qulliverin səyahəti"ndən çoxlu pul qazanan yazıçı var-datının ruhi xəstəxana tikilməsinə xərclənməsini vəsiyyət edir.

4. Franz Kafka - Avstriya-çex yazıçısı (1883-1924)

Kafkanın psixi vəziyyəti bəzən aylarla qeyri-stabil olurdu. Psixi problemlərinin kökü uşaq vaxtı atası ilə baş verən konfliktlərə gedib çıxır. Bir də gənc yaşlarında intim sahədəki psixosomatik problemlərinə.

Yazıçı 41 yaşında vərəmdən ölür, ömrünün son 3 ayında onun təkcə cismi məhvə doğru getmir, həm də psixikası pozulurdu. Ölümündən qabaq o, dostu Maks Broddan əsərlərini məhv etməyi də xahiş edir, amma Brod bu vəsiyyətə əməl etmir.

5. Sergey Yesenin - Rus şairi (1895-1925)

Sergey Yesenin dedikdə, ağıla "Anqleter" mehmanxanasındakı otağının istilik borusundan özünü asmağı gəlir. O. dəfələrlə Rusiyanın, Fransanın ruhi xəstəxanalarında müalicə almışdı. Diaqnoz: Manyakal-depressiv psixoz.

Simptomlar: İzlənilmə maniyası, qəfil qəzəblənib özündən çıxma, qeyri-adekvat davranış (o, mebeli, qab-qacağı, güzgünü sındrır, insanları təhqir edirdi).

6. Jean-Jacques Rousseau - Fransız yazıçısı, filosofu (1712-1778)

Russo daim ona qarşı sui-qəsddən şübhələnirdi, düşünürdü ki, ətrafındakı adamlar onu aradan götürmək, şərləmək istəyirlər. 1760-cı illərdə yazdığı "Emil, yaxud Tərbiyə haqqında" məşhur kitabından sonra yazıçının kilsə və hökumət ilə konflikti yaranır.

Bundan sonra o, daim məkanını dəyişməyə başlayır.İzlənilməkdən ehtiyatlanır. Bir dəfə isə qaldığı qəsrdə qalmaqal yaradır. Ona elə gəlir ki, qəsrin sakinləri onu ölmüş xidmətçinin qatili sayır və yazıçı tələb etməyə başlayır ki, meyit yarılsın.

7. Fridrix Nitsşe - Alman filosofu (1844-1900)

Nietzsche-nin xəstəlik tarixçəsində deyilir ki, o, bağırıb əzaib səslər çıxarar, öz çəkməsindən sidiyini içər, xəstəxananın gözətçisini Bismark zənn edər. koykada yox, yerdə yatar, keçi kimi atılıb-düşərmiş. Görkəmli filosof ömrünün son 20 ilində psixi pozuntulardan əziyyət çəkib. O özünün ən çox diqqət çəkən əsərlərini də həmin dövrdə yazıb.

 

8. Gi de Mopassan - Fransız yazıçısı (1850-1893)

1884-cü ildən başlayaraq onun xəstəliyi ağırlaşır. Ömrünün sonunda iki dəfə özünə qəsd edir: bir dəfə revolverlə, bir dəfə isə bıçaqla.

Diaqnoz: Beynin proqressiv iflici. Simptomlar: ippoxondriya (insanın öz sağlamlığından aşırı narahatlığı), intihara meyl, sayıqlama, hallüsinasiya.

 

9. Virciniya Vulf - İngilis yazıçısı (1882-1941)

Virciniya 13 yaşında olarkən yaxın bir qohumu onu zorlamağa cəhd edir. Bu onun psixikasına təsirsiz ötüşmür, onda kişilərə nifrət yaranır. Daha sonra anası və atası dünyasını dəyişir. Gənc qız hətta intihara da cəhd edir. Bundan sonra depressiyalar, yuxusuzluq və dəhşətli yuxular onun həyatında adi hala çevrilir.

Yaxınlarına əziyyət vermək istəməyən yazıçı 1941-ci il martın 28-də paltosunu geyir, ciblərini daşla doldurur və özünü Ous çayında boğur.

 

10.  Nikolay Qoqol - Rus yazıçısı (1809-1852)

Şizofreniya böyük yazıçını ömrü boyu rahat buraxmayb. Ömrünün sonunda isə kəskinləşib. Diaqnoz: Şizofreniya, periodik psixoz. Simptomlar: Görmə və eşitmə hallüsinasiyaları, apatiya dövrləri, süstlük, qəfil həyəcan tutmaları, klaustofobiya (kiçik məkanlardan qorxu).

1852-ci il fevralın 21-də Qoqol vəfat edir. Onun ölümünün səbəbləri hələ də tam bəlli deyil, amma güman edilir ki, yazıçı öz şübhələri və qorxuları ilə özünü fiziki və ruhi cəhətdən tükəndirmişdi.

AZENS.AZ

 

http://azens.az/menu-shekhsiyyet/item/866-ruhi-khaestae-olmush-10-dahi

  • Upvote 1
Link to comment
Share on other sites

Bu məqalədə bəzi maraqlı məqamlar diqqətimi çəkdi.Sizinlə bölüşmək istədim.

 

Qoqolun bəzi əsərlərini oxuyanda ,mən də elə hiss yaranırdı ki,sanki bunu normal psixikaya sahib olan insan yazmayıb.

Amma Nitşenin ruhi xəstə olduğunu oxumaq mənim üçün yenilik oldu)

Link to comment
Share on other sites

Bu məqalədə bəzi maraqlı məqamlar diqqətimi çəkdi.Sizinlə bölüşmək istədim.

 

Qoqolun bəzi əsərlərini oxuyanda ,mən də elə hiss yaranırdı ki,sanki bunu normal psixikaya sahib olan insan yazmayıb.

Amma Nitşenin ruhi xəstə olduğunu oxumaq mənim üçün yenilik oldu)

Qoqol bildiyimə görə magiya ilə maraqlanan adam olub, cinlər dünyasına baş qoşub.

Link to comment
Share on other sites

Heminquey haqqinda bir dəfə oxumuşdum ki ona həmişə elə gəlirdi ki onu izləirlər, paranoik olduğunu düşünüb müalicəyə gedib. Amma ölümündən sonra məlum oluki onu həqqətən dövlət izləyirmiş..

Esenin haqda da eyni weyi demek olar.Ona ele gelirmiw ki onu izleyirler,oldurmek isteyirler.Bu gune qeder de onun oldurulmesi ,izlenmesi fikinin doqru olmasi ehtimali var

Link to comment
Share on other sites

  • 11 months later...
  • 6 months later...

     "Üç kəs var ki, şərab içərsə, qınanmazlar - şahlar, müdriklər, avaralar. Şərab içən kəs bunlardan birinə özünü aid etməlidir"

     Müdriklərdən biri deyib, kimliyini unutmuşam..

Link to comment
Share on other sites

  • 2 months later...
Bu məqalədə bəzi maraqlı məqamlar diqqətimi çəkdi.Sizinlə bölüşmək istədim.

 

Qoqolun bəzi əsərlərini oxuyanda ,mən də elə hiss yaranırdı ki,sanki bunu normal psixikaya sahib olan insan yazmayıb.

Amma Nitşenin ruhi xəstə olduğunu oxumaq mənim üçün yenilik oldu)

Nitşeni ruhi xeste eden, bir qadin olub. Cox maraqlidir

Link to comment
Share on other sites

John Forbes Nash

Amerikalı məhşur riyaziyyatçı.nobel mükafatçısı..

halusinasiyalar görməsi ilə ailə və iş həyatında ciddi problemləri olub.həyatı haqqında çəkilmiş kinoya da baxmağa dəyər. böyük alimi filmdə Russell Crowe canlandırır..

Link to comment
Share on other sites

  • 3 weeks later...

Heminquey 41-43-cü illər arası öz yaxtası ilə Karib dənizində alman sualtı qayıqlarını ovlayırdı. Kubada əkskəşfiyyat xidmətini yaratmışdı. 44-cü ildə Almaniyanın təyyarələrlə bombalanmasında iştirak etmişdi. Həmin ildə də mütəffiqlərin Normandiyada desantlaşması zamanı partizan dəstəsinin rəhbəri olmuşdu, Parij, Belqiya, Elzasın azad olunması əməlliyatlarında iştirak edirdi.

O, ona görə depressiyaya düşürdü ki, ruhi çətinliklər çəkirdi ki, ölkəsinə bu qədər xidmət etməsinə, insanları bu qədər sevməsinə baxmayaraq izlənirdi. O, dövlətin, ölkənin onu istəmədiyini düşünüb üzülürdü. 88-ci ilə Federal Tədqiqatlar Bürosunun arxivi sındırıldıqda onun 1959 - 1961(öldüyü il) illər arası həqiqətən izləndiyi məlum oldu, onun barəsində informasiya toplusu üzə çıxmışdı. 2011 - ci ildə Nyu York Tayms qəzetinə müsahibədə onun bioqrafı və dostu Aaron Hoçner izlənmənin həqiqət olduğunu təsdiqləmişdi.

Edited by asadli
  • Upvote 1
Link to comment
Share on other sites

  • 1 year later...
  • 5 months later...
On 13 בנובמבר 2014 at 12:14 AM, Roxilan said:

Esenin haqda da eyni weyi demek olar.Ona ele gelirmiw ki onu izleyirler,oldurmek isteyirler.Bu gune qeder de onun oldurulmesi ,izlenmesi fikinin doqru olmasi ehtimali var

Onun ruhi xeste olmağı gün kimi aydındır...

Link to comment
Share on other sites

On 7 בנובמבר 2014 at 3:37 PM, Kenul2012 said:

Bu məqalədə bəzi maraqlı məqamlar diqqətimi çəkdi.Sizinlə bölüşmək istədim.

 

Qoqolun bəzi əsərlərini oxuyanda ,mən də elə hiss yaranırdı ki,sanki bunu normal psixikaya sahib olan insan yazmayıb.

Amma Nitşenin ruhi xəstə olduğunu oxumaq mənim üçün yenilik oldu)

Bununlada razıyam. Nikolay Vasilyeviç heç de normal bir adam olmayıb...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 5 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 217 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 306 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Sad
        • Confused
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...