Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Təsadüflər Varmıdır?

Igolka

Recommended Posts

Çoxdan mövzu açılmır.Hamı şikayetçidir.Bilmirem ne derecede bu mövzuya maraq olacaq.Menden mövzunu açmaq,gerisine baxarıq.

Belelikle.

Sizce heyatımızda tesadüfler varmıdır? Yoxsa olan bütün şeyler,hadiseler tevafüqdür?

Yeni biz yolda bugün biri ile qarşılaşdıq.Bu tesadüfmüdür yoxsa önceden vaxtı gelmiş ve ya vaxtının gelmesini gözleyen hadisedir?

Buyurun her birinizin fikirlerini oxumaq maraqlı olar.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Dünyada hər bir şeyin idarə olunduğunu qəbul edən, demək təsadüfün də idarəolunan olduğunu qəbul etməlidir. Həmişə işlətdiyim bir ifadə - həyat bir alqoritmdirsə, təsadüf də onun bir hissəsidir. Əvvəlcədən planlaşdırılmış, yazılmış, göndərilmiş bir addım. Söhbət iki insandan gedirsə, təyin olunan bir vaxtda, təyin olunan bir yerdə, eyni şəraitdə iki insanın qarşılaşması onların hər birinin həyat alqoritmində yazılmış bir oxşar addımdır. Bu qarşılaşmadan sonra onların həyatı birgə davam edir və bunun uzunmüddətli və ya qısamüddətli olacağını artıq birgə seçirlər. Seçim özü də bir addımdır, çünki ondan sonra onlar ya birgə qalacaq və alqoritmlərini birgə davam edəcəklər, yaxud yollar ayrılacaq, lakin xatirələr qalacaq və bəlkə də nə vaxtsa, xatirələr seçimin səhv olduğunu onlara dəfələrlə xatırlayacaq. Yəni istənilən təsadüf heç olub getmir, özündən sonra bir iz qoyur. Digər təsadüflər də var, müəyyən bir hadisə, hər hansı bir insanın başına gələn bir hadisə, onun həyatında müəyyən bir dəyişikliyə səbəb olur, gələcəyini dəyişir, fikirlərini dəyişir, ona həyat təcrübəsi qazandırır. Hər hansı bir əşya, insana təsadüfən qismət olan bir şey, onda cüzi də olsa, müəyyən dəyişiklik edir, yenə də izsiz ötüşmür. Bütün bunlardan sonra hər hansı bir hadisəyə təsadüf demək olarmı? Bəlkə, sadəcə, əvvəlcədən yazılmış mürəkkəb alqoritmdə, hər hansı bir sadə addım?

Təsadüflərə barmaqarası baxmayın, onlara inanın, qiymətləndirin, sonra peşman olanda artıq gec olur.

  • Upvote 1
Link to comment
Share on other sites

Bir vaxtlar bu barədə bir fikir bildirmişdim :)

Yaşadığımız kainatda sonsuz sayda hadisələr baş verir. Bəzilərimiz bunların təsadüfən baş verdiyini, bəzilərimiz isə baş verməli olduğu üçün baş verdiyini deyirik, yəni nəyin baş verəcəyi əvvəlcədən müəyyənlləşdirilib.

Bu haqda öz fikrimi deyim. Şəraiti analiz edib sonrakı hadisələrin nə olacağanı ehtimal daxilində müəyyən etmək olur. Amma əslində bizim nə nəticə çıxardığımızdan asılı olmayaraq baş verəcək hadisə hər zaman bir dənədir. Yəni hansısa hadisə baş verirsə, bu, həmin anda şərait belə tələb etdiyi üçün baş verir. Lakin bu o demək deyil ki, baş verəcək hadisə şüurlu surətdə təyin edilib. Hər bir an özündən sonrakı anı hazırlayır və burada baş verəcək hadisəyə təsir edə bilən yeganə faktor insandır. Çünki yalnız insan düşünərək hadisələrin gedişinə müdaxilə edir və dəyişməyə çalışır. Hətta insan öyrənmək məqsədilə sistemi müşahidə etdikdə belə sistemə müəyyən təsirlər edir. Yəni müşihdə prosesi o sistemdəki hadisələrin gedişinə müdaxilə edir. Nəticədə, baş verəcək hadisə də dəyişir.

  • Upvote 1
Link to comment
Share on other sites

Dünyada hər bir şeyin idarə olunduğunu qəbul edən, demək təsadüfün də idarəolunan olduğunu qəbul etməlidir. Həmişə işlətdiyim bir ifadə - həyat bir alqoritmdirsə, təsadüf də onun bir hissəsidir. Əvvəlcədən planlaşdırılmış, yazılmış, göndərilmiş bir addım. Söhbət iki insandan gedirsə, təyin olunan bir vaxtda, təyin olunan bir yerdə, eyni şəraitdə iki insanın qarşılaşması onların hər birinin həyat alqoritmində yazılmış bir oxşar addımdır. Bu qarşılaşmadan sonra onların həyatı birgə davam edir və bunun uzunmüddətli və ya qısamüddətli olacağını artıq birgə seçirlər. Seçim özü də bir addımdır, çünki ondan sonra onlar ya birgə qalacaq və alqoritmlərini birgə davam edəcəklər, yaxud yollar ayrılacaq, lakin xatirələr qalacaq və bəlkə də nə vaxtsa, xatirələr seçimin səhv olduğunu onlara dəfələrlə xatırlayacaq. Yəni istənilən təsadüf heç olub getmir, özündən sonra bir iz qoyur. Digər təsadüflər də var, müəyyən bir hadisə, hər hansı bir insanın başına gələn bir hadisə, onun həyatında müəyyən bir dəyişikliyə səbəb olur, gələcəyini dəyişir, fikirlərini dəyişir, ona həyat təcrübəsi qazandırır. Hər hansı bir əşya, insana təsadüfən qismət olan bir şey, onda cüzi də olsa, müəyyən dəyişiklik edir, yenə də izsiz ötüşmür. Bütün bunlardan sonra hər hansı bir hadisəyə təsadüf demək olarmı? Bəlkə, sadəcə, əvvəlcədən yazılmış mürəkkəb alqoritmdə, hər hansı bir sadə addım?

Təsadüflərə barmaqarası baxmayın, onlara inanın, qiymətləndirin, sonra peşman olanda artıq gec olur.

Yeni heç bir tesadüf göründüyü kimi tesadüf deyil.Bu önceden qismetimize yazılan bir şeydir.Biz onu tesadüf kimi qebul edirik.Her hansı bir tesadüfün,önceden bize belli olmayan bir hadisenin bizim heyatımıza ondan sonra nece tesir edeceyine qerarı ise biz veririk? Bizim qerarlarımız nece,bizdenmi asılıdır? Yoxsa beynimizi de idare eden var?
Link to comment
Share on other sites

Bir vaxtlar bu barədə bir fikir bildirmişdim :)

Men indi evden çıxdım ve beş addım kenarda seninle qarşılaşdım.Bu tesadüf deyil deyirsen buna insan özü tesir edir? Yazından hardasa bele başa düşdüm ki,her bir hadiseye insan özü tesir ede bilir.
Link to comment
Share on other sites

Yeni heç bir tesadüf göründüyü kimi tesadüf deyil.Bu önceden qismetimize yazılan bir şeydir.Biz onu tesadüf kimi qebul edirik.Her hansı bir tesadüfün,önceden bize belli olmayan bir hadisenin bizim heyatımıza ondan sonra nece tesir edeceyine qerarı ise biz veririk? Bizim qerarlarımız nece,bizdenmi asılıdır? Yoxsa beynimizi de idare eden var?

Bəli, məncə təsadüf yoxdur, hadisə heç nədən baş verə bilməz. Bu əvvəlcədən planlaşdırılmış qanunauyğunluqdur, kim tərəfindən, məlum deyil. Davamı isə insanın özündən asılıdır məncə, yəni seçim imkanı insanın əlindədir. Təsadüf sadəcə seçimi etmək üçün bir köməkdir, təsadüf baş verir və sən ondan istifadə edərək, seçimini edirsən. Qaldı ki, seçimin özünə, bu bir az qəliz məsələdir, bu haqda başqa bir mövzuda fikir bildirmişəm. Müəyyən alimlər seçimin insanın əlində olduğunu, digərləri isə əksini deyir. Mən seçimin öz əlimizdə olduğuna inanıram və bunun həqiqət olmasını istərdim, əks halda biz marionetdən başqa bir şey deyilik...

Link to comment
Share on other sites

Men indi evden çıxdım ve beş addım kenarda seninle qarşılaşdım.Bu tesadüf deyil deyirsen buna insan özü tesir edir? Yazından hardasa bele başa düşdüm ki,her bir hadiseye insan özü tesir ede bilir.

Burada söhbət şüurlu olaraq təsirdən getmir. Hər an mövcud olan şərtlər bir sonrakını müəyyən edir. Amma bu o qədər qatmaqarışıq bir şeydir ki, normal insan beyni, ya da hazırkı texnologiya hər bir amili nəzər alıb növbəti hadisənin nə olacağını qabaqcadan bizə göstərə bilməz. Bir də ki, orada sonrakı postumda qeyd etdiyim kimi, əgər sən müşahidəyə başlayıb  hesablama aparsan daha fərqli şeylər ola bilər. Biri var müşahidə eləmirsən, özün üçün yaşayırsan, nəsə olur. Bir də var, fəal şəkildə müşahidələr aparırsan, hesablayırsan, bu halda başqa şeylər olur. Bu problem kvant fizikasında daha geniş izah olunur.

Link to comment
Share on other sites

Bəli, məncə təsadüf yoxdur, hadisə heç nədən baş verə bilməz. Bu əvvəlcədən planlaşdırılmış qanunauyğunluqdur, kim tərəfindən, məlum deyil. Davamı isə insanın özündən asılıdır məncə, yəni seçim imkanı insanın əlindədir. Təsadüf sadəcə seçimi etmək üçün bir köməkdir, təsadüf baş verir və sən ondan istifadə edərək, seçimini edirsən. Qaldı ki, seçimin özünə, bu bir az qəliz məsələdir, bu haqda başqa bir mövzuda fikir bildirmişəm. Müəyyən alimlər seçimin insanın əlində olduğunu, digərləri isə əksini deyir. Mən seçimin öz əlimizdə olduğuna inanıram və bunun həqiqət olmasını istərdim, əks halda biz marionetdən başqa bir şey deyilik...

O zaman tevafüq baş verir ve ondan sonrası bizim elimizdedir dediyinize göre.Niye göre? Bezi şeyler bizim elimizdedir,her şey yox.

Ya da her şey bu tevafüqü yaradanın elinde deyil,evveli kimi sonu da.

Link to comment
Share on other sites

Burada söhbət şüurlu olaraq təsirdən getmir. Hər an mövcud olan şərtlər bir sonrakını müəyyən edir. Amma bu o qədər qatmaqarışıq bir şeydir ki, normal insan beyni, ya da hazırkı texnologiya hər bir amili nəzər alıb növbəti hadisənin nə olacağını qabaqcadan bizə göstərə bilməz. Bir də ki, orada sonrakı postumda qeyd etdiyim kimi, əgər sən müşahidəyə başlayıb  hesablama aparsan daha fərqli şeylər ola bilər. Biri var müşahidə eləmirsən, özün üçün yaşayırsan, nəsə olur. Bir də var, fəal şəkildə müşahidələr aparırsan, hesablayırsan, bu halda başqa şeylər olur. Bu problem kvant fizikasında daha geniş izah olunur.

Senin de fikrin maraqlıdır.Müşahide etsek her şeyi heyat da maraqlı olmaz.Ele hadiselerin bilmeden gelmeyi maraqlıdır.

Link to comment
Share on other sites

O zaman tevafüq baş verir ve ondan sonrası bizim elimizdedir dediyinize göre.Niye göre? Bezi şeyler bizim elimizdedir,her şey yox.

Ya da her şey bu tevafüqü yaradanın elinde deyil,evveli kimi sonu da.

Hər şey yaradanın əlindədir, buna şübhəm yoxdur. Qaldı ki, seçimə, məncə bu seçimin insanın əlində olmağı, ona verilən bir ənamdır, bununla da yaradan insanın öz taleyindəki rolunu səciyyələndirir. Yoxsa, insanın mövcudluğunda heç bir məna olmaz.

Link to comment
Share on other sites

Hər şey yaradanın əlindədir, buna şübhəm yoxdur. Qaldı ki, seçimə, məncə bu seçimin insanın əlində olmağı, ona verilən bir ənamdır, bununla da yaradan insanın öz taleyindəki rolunu səciyyələndirir. Yoxsa, insanın mövcudluğunda heç bir məna olmaz.

Razıyam.

Link to comment
Share on other sites

Heyatda tesadufler yoxdu,bize ele gelir ki heyat tesaduflerle doludu,amma sonra oturub neyise analiz edende gorursenki,filan filan hadiseler tesaduf deyilmiw.Goylerde her weyi bizim yerimize hell edibler,addim ba addim.bizde addim ba addim o yazilan ssenariyle addimlayiriq:)

Axşamınız xeyir. Mən sizinlə tamamilə razıyam.Ən vacib olanı isə Allahın bizim üçün yazdığı yazıda , sizin dildə desək "ssenari"ilə doğru-düzgün addımlamaqdır.

Link to comment
Share on other sites

Ay camaat  başınızı belə düşüncələrlə ağrıtmayın--- təsadüf,zərurət,tale,aqibət və s...Sadəcə yaşayın və həzz alın...

Bilmirəm hansı filosofdur adı yadımdan çıxıb...Deyir kimki  təbiəti seyr etməkdən doymur o əsl dahidir...Səbəbini isə belə izah edir...Biz hər hansısa bir ağacı seyr edəndə həzz alırıq...(o vaxta qədər ki, heçnə düşünməmişik) O ki, düşünməyə başladıq--bu ağacdır,yarpaqları yaşıldır,budaqları səliqəli düzülüşdədi ,kökü dərindədir və s... Bir sözlə düşünməyə başlayan kimi  yorulmağa başlayırıq  və nəticədə ağacı seyr etmək  bizə  həzz vermir...Bu ona görə belədir ki, düşünəndə biz elə bilirik ki, ağac haqqında hər şeyi bilirik...Və bu biliyimizlə ağac haqqında düşüncəmizi məhdudlaşdırırıq...Nəticədə isə biz tez doyuruq...Amma dahi insan heç vaxt doymur...O yaşadığı ömürdə həmişə həzz alır təbiəti seyr etməkdən...Çünki  bilir ki, sonsuza qədər yaşasada bu ağac haqqında öyrəniləsi bilik qurtarmayacaq...Yəni gördüyü ağacı başındakı biliklə məhdudlaşdırmır...Təbiət həmişə həzz vermə mənbəyini sonsuza qədər saxlayır...

Çox uzatdım deyəsən...Biraz filsofluqda elədim...)

Sözümün canı odur ki,həyatımızı ,gələcəyimizi  təsadüf,zərurət və s..bu cür alqoritmlərlə məhdudlaşdırmayaq...Yaşadığımız bir saniyəni hissələrə bölsək  sonsuza qədər qurtarmayacaq...

Salam, sizə bir sualım var. Təxminən 3-4 il bundan əvvəl magistral yolda qarşıdan bir maşın keçirdi.Anidən tormozlama səsi gəldi, arxaya döndüm və maşının qəza etdiyini və şüşələrinin parçalanmasını gördüm.O an 1 saniyəni uzuuun səniyələrmiş kimi yaşadım.O, an heç bitməyəcək sandım.Bir saniyə içərisində o avtomobilin ətrafa saçılan şüşələrini belə istəsəydim saymağa birbir vaxtım var idi.Mən bilmək istəyirəm bu anı mən təsadüfənmi yaşadım yoxsa istədiyim zaman yaşaya bilərəmmi?Əgər istədiyim zaman belə anı yaşaya bilərəmsə ONDA NECƏ?Ümid edirəm cavablandırarsınız.

Edited by Kenan049

Düzü sualınızı tam anlamadım...

Mənim elə demək istədiyim odur ki,biz hərdən düşünürük ki, bu həyatda hər şeyi bilirik və biliyimizlə öz qiymətli həyatımızı  natamam düşüncələrlə məhdudlaşdırırıq...(misal üçün falçı yanına qaçan,hər şey taleyimə yazılıb düşünərək fəaliyyətsizlikdən süstləşən və s)

O ki,qaldı misalınıza belə bir misalla izah edərdim...

Heç bir straxovka olmadan skolalaz kimi hündür bir qayaya dırmaşmaga başlayın...Təhlükəli hündürlüyə çatanda  qanınızda adrenalin elə səviyyəyə çatacaq ki, duyğu orqanlarınızın imkanları  maxsimumdan da yuxarı səviyyəyə qalxacaq...Beyniniz sürətli və iti işləməyə başlayacaq...Nəticədə  eşitmədiyiniz səsləri ,qoxulamadığınız iyi,görmədiyiniz nöqtəni və s... görəcəksiniz....Orqanizminizin gizli resursları işə düşərək  sizi qorumaq üçün 1 saniyə ərzində bütün mikrosikundlardan  faydalı istifadə etmək üçün  hazır olacaq...

Yaxşı bəs bunu niyə adrenalinə bağlayırıq? Bu funksiyanı aktivləşdirmənin adrenalindən başqa yolu yoxdur? Mən bir çox cəld insan görmüşəm bu insanların normal insanlardan görünən fərqi ondadır ki, onlar bir saniyəni 1 dəqiqədəndə çox bir zaman olaraq yaşayıb nəyin qarşısında necə refleks verəcəklərini əvvəlcədən seçə bilirlər. Şər qüvvələrə heç vaxt inanmırdım. Hər zaman bunların təsadüflər nəticəsində üst üstə düşdüyünü düşünürdüm. 1-2 il bundan əvvəl Aztvdə bir avtomobil qəzasını düz 7-8 dəfə təkrar göstərdilər. ağ vaz 2107 maşını svetaforun qırmızı işığından keçirdi, tam bu zamanda qarşısından qara bir kölgə keçdi. əslində maşın düz getməli ikən kölgə eləbil qarşısından yolu keçirmiş kimi hərəkət etdi və vaz 2107 , yolun 4cü hərəkət hissəsindən 1ci hərəkət hissəsinə dönərək çırpıldı. gəl indi şər qüvvənin olmadığına inandır məni

Dostum mən yenə qeyd edirəm ki, nə demək istədiyinizi anlaya bilmədim hələki...

Mən sadəcə mövzuya uyğun olaraq fikrimi bildirdim ki, təsadüf,zəruət,aqibət və s. bu cür düşüncələrin ifratına varıb həyatımızı  zəhərləməyək...

Sizin qeyd etdiyiniz şər qüvvə və ya xeyir qüvvə---Bunlarda maraqlı müzakirə mövzularıdır...

Mən razıyam , təsadüf deyilən heç nə yoxdur. Mövzuya uyğun qalaq. Demək istədiyim mən yatıb başıma gələcək bir şeyi yuxumda görürəm.

Və oyandığım zaman yuxudan bunun fərqli yuxu olduğunu anlayıram həmən. Elə olub ki, 3 il sonra başıma gələcək hadisəni belə görmüşəm.

Mən inanıram ki, gələcəyi görən insan ola bilər dindar və ya mundar olsun.Belə insanlar var.Əgər sən səmanı seyr etməyi xoşlayırsansa , təbiəti seyr etməyi xoşlayırsansa

əminəm ki,  səndə o, insanlardan birisən və nə demək istədiyimi də çox gözəl anlayaraq bilmirəm cavabı ilə söhbətdən çıxırsan.

Dostum sualınız konkret nədir?

Bilmək istəyirsinizki,mən təsadüfə inanıram yoxsa yox? Məndə onu deyirəm ki, inanıb inanmamagımızdan asılı olmayaraq ifrata varmayaq çünki bu həyatdan həzz almağımızı korlaya bilər...(mənim fikrimcə)

Link to comment
Share on other sites

“Heyatda tesaduflere tesaduf olunmur,her tesaduf bir zeruretdir” fikrine inananlardanam,tesaduflerin bele bir sebebi var.Kainatda hech bir shey sebebsiz movcud deyildir,bir sebebi ve her sebebin de neticesi mutleq ki vardir.

Hörmətli cənab filosof :) sualım bir ola bilmir.

Əgər təsadüflərə inanmayacıqsa , hər şey ALLAHın əlindədir deyəciksə , onda belə çıxır ki, ALLAH bizim talemizi birimizi cənnətə birimizi cəhənnəmə yazıb?

Bəs onda ədalət?(Bunu sorğulamaq ifrata varmaqdır?) Yox əgər təsadüf varsa bəs onda bu gördüyümüz yuxular, qurduğumuz xəyallar niyə gələcəkdə qarşımıza çıxır?

Məsələn: Bəzilər açar deyir, bəziləri kilid nöqtə , bir çox adı olan insanlığın bütün duyğularını istifadə edə bilməsi üçün lazım olan açarlar?(bəziləri buna 6cı hissləri idarə etmənin açarı da deyir)

Bəlkə bu mövzuda bildiyiniz nə isə var?

Bütün bunların təsadüf deyilən qurma , insanları korlaşdırma kütləşdirmə inanclarını əllərindən alaraq onların üstündə bir hökm sürdürmək istəyən əllərində açarları olan şər insanların şər əməlləridirmi?

xanım təsadüf olsaydı, gələcəkdə nə yaşayacağımızı əvvəlcədən görə bilməyimiz necə mümkün olardı?

Link to comment
Share on other sites

Hörmətli cənab filosof :) sualım bir ola bilmir.

Əgər təsadüflərə inanmayacıqsa , hər şey ALLAHın əlindədir deyəciksə , onda belə çıxır ki, ALLAH bizim talemizi birimizi cənnətə birimizi cəhənnəmə yazıb?

Bəs onda ədalət?(Bunu sorğulamaq ifrata varmaqdır?) Yox əgər təsadüf varsa bəs onda bu gördüyümüz yuxular, qurduğumuz xəyallar niyə gələcəkdə qarşımıza çıxır?

Məsələn: Bəzilər açar deyir, bəziləri kilid nöqtə , bir çox adı olan insanlığın bütün duyğularını istifadə edə bilməsi üçün lazım olan açarlar?(bəziləri buna 6cı hissləri idarə etmənin açarı da deyir)

Bəlkə bu mövzuda bildiyiniz nə isə var?

Bütün bunların təsadüf deyilən qurma , insanları korlaşdırma kütləşdirmə inanclarını əllərindən alaraq onların üstündə bir hökm sürdürmək istəyən əllərində açarları olan şər insanların şər əməlləridirmi?

And olsun  Allaha heçnə bilmirəm...))) Elə bilirsən nəsə bilirəm səndən gizlədirəm...?...)))

Məndə sənə onu demək istəyirəm ki, verdiyin suallar çox dərin fəlsəfi suallardır...Bu suallara cavab tapmaq hələki, bəşər övladına müəssər olmayıb...Bir balaca məndə bu fəlsəfi sualların dərinliyinə getdim gördüm ki,yox mənim başım üçün deyil...))) Məndən filosof olmaz...)))

Din metodla bu sualların cavabı var...İman gətirərək inanıb  müqəddəs kitablarda yazılan iddiaları(məntiqə ziddiyətli görünən)  aksioma hesab etməlisən...Beynində heç bir kontr sual yaratmayaraq ,şübhələri kənara atmalısan...

Link to comment
Share on other sites

Heç vaxt təsadüflərə inanmamışam,yoxlamamışam.Bəzən istifadə edirəm ,təsadüfən,təsadüfü və s. Amma başıma gələn bir hadisə məni iki ildir az da olsa təsadüfə inandırıb.

Bir gün qonaq getməyə hazırlaşırdım.Geyimimi geyinmişdim və zinət əşlarımı taxırdım.Taxandan sonra mücrünü dolabda yataq dəstlərinin arasına qoydum.Dolabı bağladım.Bir an içimdən bir hiss keçdi ki,mən mücrümü yaxşı qoymadım.Dolabı açdım və yenidən mücrümü qoyduğum yerə baxdım.İstədim yerini dəyişəm.Öz-özümə dedim " onsuzda sabahdan məhərrəmlikdir.Heç bir toya filan getməyəcəyəm.Gündəlik istifadə etdiklərimi saxlaram,digərlərini əl çatmaz yerə qoyaram."Bu an arxamca maşın gəldi və mənim yer dəyişmə etməyə vaxtım qalmadı.Dolabı yenidən bağladım. Sanki bir iynə kimi beynimdən "oğru " deyə nə isə keçdi.Sonra ayaqqabılarımı geyinə-geyinə dedim"mücrümü aparsa bəsidir" ) Və öz -özümə təsəlli verdim ki,elə şey olmaz.)) Etibarlı yerdə yaşayıram.Özü də günortadır.Bir- iki saata qayıdıram.

Günorta 5-də evimə qayıtdıqda küçə qapısını açanda açılmadı.Sürücüm hasardan aşıb, küçə qapısının cəftəsini açdı.Evə pilləkənlərlə qalxanda evin və yataq otağımın qapısını sınmış gördüm.Bütün ev alt-üst olunmuşdu.Evdən təkcə  mücrüm itmişdi.

İndi bilmirəm,bu təsadüfdür,ya mənim daxili hisslərim güclüdür.Amma mən o gün öz hisslərimə inansaydım ,bəlkə belə olmazdı.Mən o gün üç dəfə dayandım.Heç vaxt belə şeylərə inanmadığımdan boş verdim.Amma daxilimdə o gün "oğru" deyə nə isə mənə xatırlatdı.Və mən özüm-özümə dedim "mücrünü götürsə bəsidir" O günkü səsim hələ də qulaqlarımdadır.

İndi də düşünürəm,niyə məhz o gün mən oğrunu düşündüm və elə dedim.Hər gün işə gedirəm,.başqa harasa gedəndə heç belə fikir ağlıma gəlməmişdi.O gün 2-3 saatlıq gedəcəyimi bildiyim halda niyə elə dedim?.Bəzən belə nəticəyə gəlirəm ki,telepatiya ilə oğrunu evə mən dəvət etmişəm)

Səncə o , vaxtların davinci si , aristoteli çox dahi olublar? Keçmişdə insanlar özlərini tam olaraq insan kimi istifadə etməyi bacarıblar.İndi isə bizi qul , kölə vəziyyətində evlərimizdə saxlayırlar.Sənin yazılarından düşündüm ki, nəsə var səndə. Bizim yaşayacağımız 50-60 illik ömrümüzü əlimizdən alıb oğurlayırlar. Saat insanın evini yıxan ən axmaq avadanlıqdır.Hər şey o saatda başlayır.

Heç vaxt təsadüflərə inanmamışam,yoxlamamışam.Bəzən istifadə edirəm ,təsadüfən,təsadüfü və s. Amma başıma gələn bir hadisə məni iki ildir az da olsa təsadüfə inandırıb.

Bir gün qonaq getməyə hazırlaşırdım.Geyimimi geyinmişdim və zinət əşlarımı taxırdım.Taxandan sonra mücrünü dolabda yataq dəstlərinin arasına qoydum.Dolabı bağladım.Bir an içimdən bir hiss keçdi ki,mən mücrümü yaxşı qoymadım.Dolabı açdım və yenidən mücrümü qoyduğum yerə baxdım.İstədim yerini dəyişəm.Öz-özümə dedim " onsuzda sabahdan məhərrəmlikdir.Heç bir toya filan getməyəcəyəm.Gündəlik istifadə etdiklərimi saxlaram,digərlərini əl çatmaz yerə qoyaram."Bu an arxamca maşın gəldi və mənim yer dəyişmə etməyə vaxtım qalmadı.Dolabı yenidən bağladım. Sanki bir iynə kimi beynimdən "oğru " deyə nə isə keçdi.Sonra ayaqqabılarımı geyinə-geyinə dedim"mücrümü aparsa bəsidir" ) Və öz -özümə təsəlli verdim ki,elə şey olmaz.)) Etibarlı yerdə yaşayıram.Özü də günortadır.Bir- iki saata qayıdıram.

Günorta 5-də evimə qayıtdıqda küçə qapısını açanda açılmadı.Sürücüm hasardan aşıb, küçə qapısının cəftəsini açdı.Evə pilləkənlərlə qalxanda evin və yataq otağımın qapısını sınmış gördüm.Bütün ev alt-üst olunmuşdu.Evdən təkcə  mücrüm itmişdi.

İndi bilmirəm,bu təsadüfdür,ya mənim daxili hisslərim güclüdür.Amma mən o gün öz hisslərimə inansaydım ,bəlkə belə olmazdı.Mən o gün üç dəfə dayandım.Heç vaxt belə şeylərə inanmadığımdan boş verdim.Amma daxilimdə o gün "oğru" deyə nə isə mənə xatırlatdı.Və mən özüm-özümə dedim "mücrünü götürsə bəsidir" O günkü səsim hələ də qulaqlarımdadır.

İndi də düşünürəm,niyə məhz o gün mən oğrunu düşündüm və elə dedim.Hər gün işə gedirəm,.başqa harasa gedəndə heç belə fikir ağlıma gəlməmişdi.O gün 2-3 saatlıq gedəcəyimi bildiyim halda niyə elə dedim?.Bəzən belə nəticəyə gəlirəm ki,telepatiya ilə oğrunu evə mən dəvət etmişəm)

Könül xanım mən belə düşünürəm ki, siz bunu əvvəlcədən hiss etmisiniz.İnsanın içindən insana səslənən bir şey həqiqətən var: Dini terminlərlə bəziləri buna şeytan fısıldaması deyir, Bəziləri ALLAHın sənin səsinlə səninlə danışması deyir, Bəziləri insanın Ruhu ilə danışması.Hamısını bir ortaq nöqtəyə toplayan bir şey var, bir çin atalar sözü:

Ən güclü müalicə insanın özü özü ilə danışmasıdır. Daxildən xəyal quraraq danışmayın, özünüz özünüzü danışdırmağa çalışmayın buraxın daxilinizdə olan sizinlə danışsın o, hər nədirsə sizin bədəninizdə yaşayan bir varlıqdır.Sakit getdiyiniz zaman o, sizə başınıza gələ biləcək hər hansı bir hadisədən xəbərdar edəcək sizi. Siz ona etibar etsəniz bunu şəkillərlə belə görə bilərsiniz.Və diqqət etsəniz sizin içinizdən danışmanızla onun tamam fərqli olduğunu anlaya biləcəksiniz.

Və bunlar heç biri təsadüf deyil.

Link to comment
Share on other sites

Əslində elə həyat özü bir təsadüfdür. Ətrafa nəzər salsaq heç bir şeyin təkrarlanmadığını, hər bir şeyin təsadüf nəticəsində yarandığını görə bilərik.

Məsəl üçün dağların ağacların, canlıların belə hətta molekulyar səviyyədə də fərqli olduğunu müşahidə etmək olar.  

Təsadüf olmayan təkrarlananlardır. Hadisələrdə də təsadüflər yerib alıb, təsadüflərin olması gələcəyi görməyə və hiss etməyə imkan vermir. 

Hadisələrdə də təsadüflər yerib alıb, təsadüflərin olması gələcəyi görməyə və hiss etməyə imkan vermir.

Əgər mən 3 il sonra yaşayacağımı görə bilirəmsə , deməli bu məntiqə uyğunsuzluqdur.

Əlbətdə Aristotel  dahi olub...Dahilər hər zaman olub və olacaq....

Əgər o, dahidirsə onda məndə Kosmonavtam.(Ya mən çox irəli keçmişəm, yada hamı geridə qalmağı sevir.) Sizin o, dahi dediklərinizi bizim beynimizə dahi deyə yeridiblər:saman altdan su yeridənlər.

Xoş söhbətin üçün təşəkkürlər.

Edited by Kenan049
Link to comment
Share on other sites

Əslində elə həyat özü bir təsadüfdür. Ətrafa nəzər salsaq heç bir şeyin təkrarlanmadığını, hər bir şeyin təsadüf nəticəsində yarandığını görə bilərik.

Məsəl üçün dağların ağacların, canlıların belə hətta molekulyar səviyyədə də fərqli olduğunu müşahidə etmək olar.  

Təsadüf olmayan təkrarlananlardır. Hadisələrdə də təsadüflər yerib alıb, təsadüflərin olması gələcəyi görməyə və hiss etməyə imkan vermir. 

Bəla orasındadır ki, fəlsəfi metodla bu teoriyanıda sarsıtmaq olur.(obrazlı desək)

İddia budur ki, həyat özüdə təsadüfdür...

Təsadüflər nəticəsində şüur yaranır...Şüurun işləməsi isə planlı şəkildə gedir...2+2 niyə təsadüfən 5 eləmir 4 eliyir?

Bəlkə elə şüurumuz öz yaradılışının alqoritmini dərk eləmir ona görədə təsadüf sayır?

indi oldun təmiz filosof :aappll: :aappll: :aappll:

Link to comment
Share on other sites

Bəla orasındadır ki, fəlsəfi metodla bu teoriyanıda sarsıtmaq olur.(obrazlı desək)

İddia budur ki, həyat özüdə təsadüfdür...

Təsadüflər nəticəsində şüur yaranır...Şüurun işləməsi isə planlı şəkildə gedir...2+2 niyə təsadüfən 5 eləmir 4 eliyir?

Bəlkə elə şüurumuz öz yaradılışının alqoritmini dərk eləmir ona görədə təsadüf sayır?

Şüur planlı şəkildə işləmir, şüurun işləmə mexanizmi qəliz və təsadüfüdür. Onun dünyanı dərk etməsi aldığı məlumatlara keçmişinə və fiziki xassələrinə əsaslanır.

Təbiətdə qanunauyğunluq var, bu olmasa idi təbiətdə olmazdı, amma primitiv riyaziyyatla ölçə bilməzsiniz,  təbiətdə gedən prosesslərdə təsadüflər o qədər böyükdür ki, hesablama ancaq sonsuzluqla izzah oluna bilər. Məsəl üçün, vulkan puskürdükdə cıxacaq lavanın miqdarını onun milyon illər ərzində neçə dəfə baş verməsi harda quruyub hansı formada dağ yaradacağı riyaziyyar üçün belə əlçatmazdır.

İnsanın doğulması və dünyaya gəlməsi də bu qədər qəliz və təsadüfü prosessdir. Onun hansı genlərin təsirinə daha cox məruz qalacağı simasının quruluşu hər bir orqanı təbiət qanunauyğunluğu çərçivəsində təsadüf nəticəsində yaranır., məhz bu səbəbdən insanlar bir birini təkrarlamır.

Təsadüflə qanunauyğunluğu səhv salmaq lazım deyil. Qanunauyğunluq heç də təsadüfləri inkar etmir. 

Link to comment
Share on other sites

Offtop etməyin !!!

baş üstə etmərik

həyatda hər bir şeyin genetk quruluşu var və bunlar heç biri təsadüfi şəkildə bu qədər mükəmməl bir yerə toplana bilməz.

əgər trilyonlarla rəqəmin sonsuz mükəmməllik içərisində bir yerə toplana bilməsini və onun bizim kimi insan olan bir canlını ayaqda tutan komponentlər olduğunu bildiyimiz halda buna necə təsadüfən oldu deyə bilərik?

riyaziyyatçıların hesablamasına ehtiyac yoxdur onsuzda onlar düz hesablaya bilməyəcəklər.səbəbi isə odur ki, 1970-80ci illərdə riyaziyyatda böyük bir xəta tapıblar bunu mənə kollecdəki 80 yaşındaki müəllimim deyib,

onun dediklərinə görə bunu insanlardan gizlətdilər və bir daha açılmayacaq vəziyyətdə bağladılar söhbəti. dediyinə görə onu açıqlasa idilər 1ci sinifdən başlayan bütün riyaziyyat kitabları dəyişdirilməli idi. heç bilirsiniz riyaziyyatda olunan kəşflərə görə nobel mükafatı belə verilmir! bunun yeganə səbəbi riyaziyyatın bizim bildiyimiz deyil bizə öyrədilən yalançı bir elm olmasıdır.

bəziləri deyir Nobel qız istəyirmiş , qızı  Riyaziyyatçı alıb və ona görə də Riyaziyyatçılara mükafat verməyib.Nəzərə alın ki, Nobelin Riyaziyyatçılara mükafat verməməsi də təsadüfi deyil.

Link to comment
Share on other sites

  dindar və ya mundar olsun. 

qeribe qiymetlendirmedir.)))))

Men dushunurem ki qarshilashilan hadiselere tesaduf deyerek yaxinlashmaq melumatsizliqdir.Hadiselerin neticesini evvelceden bilebilmek,gore bilmek uchun evvelce sebebleri haqqinda melumat sahibi olmagimiz lazimdir , ondan sonra hadise bizim uchun evvelden bilinecek ve tesaduf olmaqdan cixacaq. Gundelik yashadigimiz , bu tesadufe caladigimiz hadiseler arasinda onlari bir-birine baglayan sebeb-netice halqalari var , amma melumatimiz bu baglari gorecek seviyyede deyilse,baglarin bir qismi gozumuzden qacir.Bu sebeble de hadiselerin tesdufen ortaya cixdigini iddia etmek kimi agilsiz bir dushunceye sahibik. Qisaca olaraq , sebebsiz hec ne olmur, tesaduf yoxdur , zehnli bir teshkilat var.

amma melumatimiz bu baglari gorecek seviyyede deyilse- bu məsələ bizim məlumatlarımızdan bir addım irəlidə olan məsələdir ki, bizim bildiklərimizi tərs yöndən oxudurlar bizə.

hansısa budist ölmədən ölümü dadıb birneçə il sonra oyana bilirsə deməli bizim qarşımıza səddlər çəkirlər. biz bu təsadüf deyilən fırıldağın içində xülyalara düçar edirlik qəsidli olaraq.

Edited by Kenan049
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
      • 7 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       
      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Haha
      • 137 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Upvote
        • Haha
      • 55 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
      • 17 replies
    • ISOFORKLIFTREPAIR
      Ремонт вилочных электропогрузчиков включает в себя: 994706904766
      Выезд на место эксплуатации электропогрузчика для проведения технического обслуживания, диагностики неисправности, ремонта Диагностика и оценка целесообразности (рентабельности) проведения ремонта Подбор запасных частей необходимых для ремонта электропогрузчиков  Согласование стоимости и сроков проведение ремонта с заказчиком Непосредственно ремонт после утверждения стоимости и сроков ремонта Гарантия на выполненные работы 
      • 13 replies
    • В Азербайджане создается новый национальный парк, сравнимый с Каппадокией - ФОТО
      В Азербайджане ведется работа по созданию национального парка Ахар-Бахар. В рамках Года солидарности во имя зеленого мира в нашей стране планируется организация нескольких национальных парков.
      Как передает Bizim.Media, один из таких нацпарков будет располагаться на территории Гахского района.
      Заместитель министра экологии и природных ресурсов Вугар Керимов заявил, что в настоящее время ведется работа по созданию национального парка Ахар-Бахар на базе природного заповедника Илису.
      Эксперты-экологи утверждают, что данные территории простираются вдоль долины реки Ганых и обладают большим туристическим потенциалом. Окруженная горами и скалами территория Ахар-Бахар имеет богатую флору и фауну, является ареалом для различных видов животных и птиц.
      Специалисты также сравнивают это место с одним из туристических регионов Турции - Каппадокией (полупустынный регион в центральной части Турции, прославившийся благодаря своим уникальным достопримечательностям, созданным как силами природы, так и руками человека, а также полетам на воздушных шарах - ред.) - и считают его наиболее благоприятной местностью для осуществления полетов на воздушных шарах в будущем.
       
      https://media.az/society/1067957401/v-azerbaydzhane-sozdaetsya-novyy-nacionalnyy-park-sravnimyy-s-kappadokiey-foto/
        • Like
      • 36 replies
    • Первый в Азербайджане кубок по парапланеризму
      Все желающие могут посмотреть на сие действо с завтрашнего дня на Беш Бармаге. В действительности это очень важное событие для всех, кто занимается этим видом спорта у нас в стране, потому что мы единственная страна, которая получило правило проведения ивента не имея федерации.  Ожидается участие более 40ка пилотов с разных стран. Если есть какие либо вопросы, с удовольствием отвечу.
       
        • Like
      • 53 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...