Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Təsadüflər Varmıdır?


Igolka
 Share

Recommended Posts

Bele bir tecrubeye baxaq.

Maili dayanmis bir lovhe var. Lovhenin yuxarisindan bir top buraxilir. Topun buraxildigi noqtenin duz beraberinde lovhenin ashagi hissesinde kicik bir manee var. Top digarlanir ve gelib bu maneeye catir. Bundan sonra bir neche ehtimal var. Top hemin maneeye deyib onun ya sagindan, ya da solundan gedecek. Ya da cox kicik bir ehtimalla maneenin ustunde tarazliq veziyyetinde dayanacaq. Topun herekete nece davam edeceyi o anki shertlerden asilidir. Yeni hemin anda olan shertler neyi teleb etse, o olacaq. Buna tesir eden amiller o qeder cox ve hessas xaraktere malikdir ki, biz onu tam olaraq mueyyen ede bilmirik. Ona gore de ehtimallardan hansinin bash vereceyinden asili olmayaraq biz onu tesaduf kimi qiymetlendireceyik. Amma bash verecek istenilen ehtimal o anki shertlerin teleb etdiyidir ve basqa cur ola bilmez.

Bunu evvelceden yazilmis bir tale kimi de qiymerlendirmek duzgun olmaz mence.

Talenin əvvəlcədən yazılması məsələsi səhv başa düşülür. Bu o , demək deyil ki, BÖYÜK ALLAH ədalətsizlik edib bizi kukla kimi bu həyatda necə oynadacağını kitaba yazıb. Tale bizi yaradanın bizim harda hansı hərəkəti edəcəyimizi əvvəlcədən hesablaya bilməsidir, onu idarə etmək yox. İnsana sağlam düşüncə və iradə verilib, ALLAHın izni ilə də istədiyi yönü özü seçir.

 

Sual belə olmalıdır:

Təsadüf nədir? Elə sizin dediyiniz kimi, bu topun əvvəlcədən hansı hərəkəti edəcəyini bilmirik. Bu səbəbdən biz insanlar buna təsadüf adını veririk.Axı onu hesablamağa imkanlarımız əlverişli deyil.

Təsadüf bizim anlaya bilmədiyimiz əvvəlcədən hesablanmış bir qanun ilə bir birinə təsir göstərən hissəciklərdir.Yəni bizim hesablaya bilmədiyimiz hər hansı bir hadisə təsadüf sayılır bizə görə.

 

Bütün dünya təsadüf nəticəsində yaranıb deyənləri başa düşməyə çalışıram.Bu qədər kainat təsadüfən yaranıbsa, bizim bədənimizdəki trilyonlarla kodları təsadüf özü hesablayıb?

Edited by Kenan049
Link to comment
Share on other sites

Bu qədər kainat təsadüfən yaranıbsa, bizim bədənimizdəki trilyonlarla kodları təsadüf özü hesablayıb?

 

 

Qesheng sualdir , hetta "tesaduf nedir" sualindan da maraqli.Dogurdan da insan bedeni murekkeb qrulusha malikdir,hele de gozler ,  insan gozu suni lupalarin gorunushuyle muqayise edile bilmeyecek qeder mukemmel yaradilmish bir orqandi , meselen insan gozu ile eyni boyda lupalar ve yaxud da shekilcekenler hec biri insanin gorduyu qeder detalli netice vermir ve Yer uzundeki butun gozellikleri problemsiz ve shushe sheklinde gorduyumuz insan gozu ne qederse piksel oldugunu da yeqinki eshidirik. En marqlisi da odur ki daha cox melumat yigmaq ucun gozumuzu gorduyumuz seyin etrafinda herekete apaririq ve o da siqnallarla beyine oturulur. buna da tesaduf adi verirler ve onlarin bu fikirleri  aglabatacaq deyil. 

  • Upvote 1
Link to comment
Share on other sites

Bele bir tecrubeye baxaq.

Maili dayanmis bir lovhe var. Lovhenin yuxarisindan bir top buraxilir. Topun buraxildigi noqtenin duz beraberinde lovhenin ashagi hissesinde kicik bir manee var. Top digarlanir ve gelib bu maneeye catir. Bundan sonra bir neche ehtimal var. Top hemin maneeye deyib onun ya sagindan, ya da solundan gedecek. Ya da cox kicik bir ehtimalla maneenin ustunde tarazliq veziyyetinde dayanacaq. Topun herekete nece davam edeceyi o anki shertlerden asilidir. Yeni hemin anda olan shertler neyi teleb etse, o olacaq. Buna tesir eden amiller o qeder cox ve hessas xaraktere malikdir ki, biz onu tam olaraq mueyyen ede bilmirik. Ona gore de ehtimallardan hansinin bash vereceyinden asili olmayaraq biz onu tesaduf kimi qiymetlendireceyik. Amma bash verecek istenilen ehtimal o anki shertlerin teleb etdiyidir ve basqa cur ola bilmez.

Bunu evvelceden yazilmis bir tale kimi de qiymerlendirmek duzgun olmaz mence.

Dünyada yeddi milyard insan var( altidi yoxsa yeddi dəqiq bilmirəm ?..)) Bu yeddi milyardın hər biri  o maili müstəvidən topu buraxsa  diqqətlə izlənildikdə bir-birini təkrarlamayan  7 milyard nəticə alınacaq...Bu niyə belədir? Çünki dünya hərəkətdə olduğu üçün hər an dəyişir...1saniyədən sonra dünya əvvəlki dünya deyil...Biz müşahidə aparmayanda elə bilirik ki, dünya elə necə var elədi...Amma düqqətlə izlədikdə görürük ki, adi bir su damcısıda  an ba an  dəyişir...

Sözümün canı nədir? Müşahidə eliyəndə görürük ki, dünya hər an dəyişsədə  həyatı saxlamaq qorumaq və inkişaf etdirmək yolu ilə dəyişir...Yəni dünya sanki, əvvəlcədən proqramlaşdırılmış bir yolla hərəkətdədir...Bu yolda bizim azadlığımızında hərəkəti verilib...Yəni bizim ömrümüzdə hərəkətdədir...Və bu ömürdə hər an milyon cür yol getmək olar...Amma mənim  yalnız bir yolla getmək imkanım var...Bu yolu seçib gedirəm  olur mənim  yolum...hər seçdiyim yolunda  gələcəkdə nəticələri qarşıma çıxır...Əgər hərəkətdə və inkişafda olan dünya sisteminin proqramına ziddirsə  mən inkişaf eləmirəm...

Link to comment
Share on other sites

Yene qeyd edirem tesadüf mövzusu çox derin felsefi mövzudur...

Ceylin xanım sizin mene bu sualı vermeyiniz tesadüf idi yoxsa zeruret? Deseniz ki, zeruret idi,çünki postunzu oxudum maraqlı geldi ona göre sual verdim...Onda yene sual olunsa ki,bes postumu oxumaq nece tesadüf idi yoxsa zeruret?Deyeceksiniz ki,buda zeruretden doğan tesadüf idi...Çünki men bu forumda iştirakçı olduğum üçün sizin postunuzla rastlaşdım...Yene sual olunsa ki,bes sizin bu foruma gelmeyiniz nece tesadüf idi yoxsa zeruret? Bax belece bu sebebler motivini keçmişe qeder uzatsaq , yeni siz anadan doğulan güne qeder....İindi özünüz düşünün sizce bu güne qeder olan sizin heyatınız sırf tesadüf idi ki, siz bu gün foruma girib postumu oxuyub mene sual veresiniz?Yoxsa evvelceden yazılmış ssenari idi...?

 

Derin felsefi bir movzudursa,felsefi dushuncelerimin derin olmadigi uchun bu movzu meni ashsa da fikrimi bildirim.

 

Menim bu suali vermeyime sebeb tesadufdur,elbette ki movzu olaraq))

 

Eslinde goturdukde menim disputa gelmeyimi danishiqda tesaduf ve ya raslanti adlandira bilerem.(Chunki ishde disputdan bashqa butun saytlara mehdudiyet qoyulmushdu :) )Amma deyil.Kainatda hech bir shey sebebsiz var olmaz,insanin da bashina ne gelirse,onun tekamulu uchundur.Konkret olaraq size unvanlanmish oldugum bu sualim ise sebeb-netice zencirinin bir halqasini teshkil edir,anlayacaginiz zeruretin yaratdigi tesadufdur.Yeni olmasi mumkun olan hadiselerden birinin reallashmasi halidir,bunu ola bilecek olanin bash vermesi kimi de basha dushmek olar.Tesaduf demek,bash vermesi mumkun olan neticelerden,lazimi olchu ve mushahide aparilmamasi uchun,hansi shertlerin telebi sebebiyle meydana gelmesi bilinmeyen neticelerdir.Chunki onlarin reallashma mexanizmini derk ede bilmirik deye,onlar bizim uchun muemmadir.Hemishe elaqe ve sebeb vardir.Her shey kechmish,indi ve gelecekle baglantilidir.Evvelceden yazilmish,planli shekilde olub-olmamasini deqiq bile bilmerem,amma dushunurem ki, her hadisenin uzun zaman ichinde her hansi bir noqtede anlashilacaq derin bir menasi mutleq ki vardir..

 

Teshekkurler.

  • Upvote 2
Link to comment
Share on other sites

Nüsret Kesemenlinin tesadüf şeiri yadıma düşdü..

Ötəri tanışlıq bir adət deyil,

Elə hər sevgi də səadət deyil,

Bilirəm hər görüş məbəbbət deyil,

Bəlkə bu təsadüf məhəbbət oldu...

Link to comment
Share on other sites

Təsadüf boş şey deyil, müəyyən qüvvələrin təsiri ilə, müəyyən hadisələrin birgə baş verməsidir. Bu bir göstəriş də ola bilər, işarə də ola bilər.

 

Lakin təəssüf ki, bəzən insanlar bunlara barmaqarası baxır. Min cür təsadüf baş versə də, min cür işarə gəlsə də, özünü korluğa vurur və öz tərsliyindən əl çəkmir. Nəticədə, böyük bir şeyi qazanmamış itirmiş olur......

  • Upvote 1
Link to comment
Share on other sites

Təsadüflərə alqoritmik yanaşma reallığa cox yaxındır. Çünki, təbiət təsadüf olmasa hərəkətsiz, planlı, ritmsiz və cansız olar. 

Təbiətin sonsuzluğa qədər davam edən dinamik eyni zamanda inkişafa və ya  geriləməyə aparan hərəkət mexanizmi təsadüf alqoritmindən cox asılıdır. 

Bu özlüyündə bir qanundur bütün varlıqların mövcudluğuna məhtudiyyət qoymayan bağlılıqdır. Bütün maddələr bir-birinə bağlı olduqları kimi həm də sərbəstdirlər, onların sonsuz seçimləri hərəkət və fəqliliyə səbəb olur. 

Link to comment
Share on other sites

  • 1 year later...
  • 4 weeks later...
3 часа назад, Kenul2012 сказал:

Müəyyən əlamət ya kiçik hadisə ikinci dəfə təkrar olunarsa bu zərurətdir ,ya təsadüf ?

Sen ne ad versen odur.

İnsan neye inanmaq isteyirse ele heyatı da odur.

 

Link to comment
Share on other sites

30 минут назад, Igolka сказал:

Sen ne ad versen odur.

İnsan neye inanmaq isteyirse ele heyatı da odur.

 

 

Deyək ki,sənə məxsus qapalı  ərazidə iki dəfə sənə aid olmayan yad əşya tapmısan. Bu yerə sən girə bilərsən,ya balkondan qonşu  ,ya da ? Bu zaman buna nə ad verərdin təsadüfmü? Zərurətmi? 

Link to comment
Share on other sites

6 часов назад, Kenul2012 сказал:

 

Deyək ki,sənə məxsus qapalı  ərazidə iki dəfə sənə aid olmayan yad əşya tapmısan. Bu yerə sən girə bilərsən,ya balkondan qonşu  ,ya da ? Bu zaman buna nə ad verərdin təsadüfmü? Zərurətmi? 

Menim erazime mene aid olmayan eşya tesadüfen gele bilmez bir neçe defe.

 

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...
Ismisizi "tesaduf" koysak goren awk bizide severmi?))))))Bu  cumleye bu gun rast geldim,bilmirem bu movzuyla elaqesi var,ya yox)))))

Bu bir türk filminə istinadən deyilmiş cümlədir."Eşq təsadüfləri sevər"

Sevgidə təsadüfə inanmıram.

Link to comment
Share on other sites

yolla keçərkən başınıza bir balkondan saxsı düşür.sizin oradan keçməyinizdə hər hansı bir səbəb var.işə gedirsiz ya sevgilinizlə görüşə ya da marketə çörək almağa.bəs saxsının düşməsində səbəb nədir? deyək ki balkon sahibi balkondakı dipçəkləri sulayarkən ehtiyatsızca davranır və ya qəfil qapı döyülür və refleks olaraq dönür və əli balkonun kənarındakı saxsıya dəyir o da düşür.   görünən odur ki balkonun oradan düşməsində düşünülmüş bir addım yoxdur.bəlkə də sizin də sırf oradan keçməyinizdə səbəb yoxdur.sadəcə gəzinti sırasında qarşınıza çıxan alternativ döngələrdən qeyri ixtiyari olaraq seçmisiniz bu küçəni....  bütün bu hadisələr birləşəndə isə saxsı başınıza düşür...  siz artıq düşünə bilərsiniz ki görəsən nə pislik etmişdim ki bu oldu və ya bu anda batil inanclardan nəticə çıxarırsız.məsələn: o gün qarşınızdna qara pişik keçmiş olabilər... 

 

nəticə olaraq bütün bu səbəbsiz hadisələr düşünən bir canlıya təsir edəndə düşünən canlı burada həm düşünür həm də təbiətinə uyğun olaraq məsələni ilahiləşdirir.adi bir hadisədə hətta tanrının ona mesaj göndərdiyini də düşünür.. ehtiyac yoxdur bütün bunlara.hadisə baş verib və bitib.bütün bunların adı TƏSADÜFDÜR. baş verəbiləcək hadisələrin təzahür etməsidir.

Link to comment
Share on other sites

3 minutes ago, China Soul said:

her bir hadisenin megsedi var, insanlar o megsedi bilmeyende tesaduf adlandirir.

Səbəb yazmaq istəmisiz yəqin. Səbəb olacaq amma təsadüflər də qaçılmazdır. Elə hadısələr olur ki, hansı tərəfə çevirsən də təsadüf adlanır.

 

Link to comment
Share on other sites

Только что, gapgara сказал:

Səbəb yazmaq istəmisiz yəqin. Səbəb olacaq amma təsadüflər də qaçılmazdır. Elə hadısələr olur ki, hansı tərəfə çevirsən də təsadüf adlanır.

 

Eger her hansi bir tesdufe sebeb tapsaz onu tesaduf adlandirardiz?

Yox, sohbet de ondadir ki her tesadufun sebeblerini biz bilmirik , bu o demek deyil ki uoxdur.

  • Upvote 1
Link to comment
Share on other sites

8 minutes ago, China Soul said:

Eger her hansi bir tesdufe sebeb tapsaz onu tesaduf adlandirardiz?

Yox, sohbet de ondadir ki her tesadufun sebeblerini biz bilmirik , bu o demek deyil ki uoxdur.

Səbəbi bilməsək təsadüf adlandıracağıq ) 

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 years later...
  • 2 years later...

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

 Share

  • Our picks

    • Что Мы Читаем. 6
        • Like
      • 96 replies
    • Всем привИТ! 
       
      Пора начинать новый сезон.
       Вопрос:
       
      С недавних пор некотрые VIP клиенты одного автосалона   стали  получать  небольшой подарок с надписью на коробочке Станешь ли ты меня водить? Или Будешь ли ты меня водить?
      Назовите точно то, что лежит в коробке.
      • 228 replies
    • Доброго вечера уважаемые  форумчане.

      Голосование в конкурсе "3 Овоща и Ко" открыто! За последние конкурсы еще не было столько (30!) конкурсных работ. Это значит, выбирать будет ох, как трудно ) Удачи всем участникам! У каждого из вас достойные победы работы. 
      Голосование продлится до 17 сентября включительно. 18 сентября объявляются победители. 
       
        На этой теме можно выбирать и обсуждать )
       
       Конкурсные работы можно посмотреть тут :
       
       
        • Upvote
        • Thanks
        • Like
      • 936 replies
    • Конкурсные работы "3 Овоща и Ко".
      Здравствуйте. Тут я буду выкладывать только конкурсные работы. Всем участникам желаю удачи! 
       
       
      Обсуждения по ссылке. 
       
        • Milli
        • Upvote
        • Thanks
        • Like
      • 30 replies
    • Конкурс "3 Овоща И Ко"
      Добрый день, уважаемые форумчане!
       Давно у нас не было конкурсов. Прощаясь с летом, хотелось бы напоследок провести очередной вкусный конкурс, на этот раз под названием "3 Овоща и ко".) Вы готовы?)) 
      Обязательным условием конкурса будет присутствие в блюде 3-х основных овощей: баклажана, помидора и перца
       
      Почему "и Ко"?) Потому что также участникам можно будет использовать еще 2 овоща по желанию. Например, картофель и лук. Но не более 😏
      Зелень по вкусу.
      Принимать участие могут все желающие . По постам нет никаких ограничений.
       
      Условия конкурса :
       
      1. Фотографии участники выкладывают сами самостоятельно(ссылка на тему будет приложена) .
      2.Обязательная надпись от руки "Disput.az"
      3.Можно просить голосовать за свою работу
      4.Рецепт с указанием всех овощей(в посте вместе с фотографиями блюда) .
      5. Принимается не больше 4 фотографий(за одну работу) . 
      6. Один участник может выставить неограниченное количество работ. 
       
      Начала конкурса с 27 по 6 сентября (включительно) . Голосование будет открыто с 7 по 17 сентября(включительно) . Победителей объявим  18 сентября.
       

       
      Призы:
      1 место- 300 AZN наличными
      2 место -200 AZN наличными
      3 место- купон на 100 azn от клиники Парамед
      Спец приз от администрации - купон на 100 azn  от клиники Парамед
      Спонсор конкурса клиника Paramed https://www.paramed.az/
       
        • Upvote
        • Like
      • 519 replies
    • Частенько приходилось видеть девушек с большими мясными родинками, бородавками или папилломами на лице.
      Интересно, что многие у кого они есть, спокойно живут с ними, хотя известно, что папилломки приводят к ослаблению иммунитета и в дальнейшем могут привести к онкологии.
       
      Вопрос: Почему да? Неужели кому то приятно ходить с такой шишкой на лбу, на веке, на губе или другом месте? Хотя современная медицина быстро и безболезненно может их удалить...
       

       

       

       
      Я уже не говорю, как неприятно целоваться с такой мадам, непонятно то ли губы целуешь, то ли папиллому ))
        • Upvote
        • Haha
        • Like
      • 120 replies
    • Анализ показателей абитуриентов на вступительных экзаменах в вузы обещает снижение проходных баллов по некоторым специальностям.
      БАКУ, 18 авг — Sputnik. Второй год подряд прогнозируется сохранение низких вступительных баллов при приеме в высшие учебные заведения Азербайджана. Анализ результатов вступительных экзаменов 2020 года показывает, что эта планка будет находиться в районе 300-350 баллов. Однако при наборе студентов на престижные факультеты планка не опустится ниже 550 баллов по всем группам специальностей.
      godu.html
        • Milli
        • Upvote
        • Haha
        • Like
      • 189 replies
    • Post in Deputat Aqil Abbas: “Toyları kim edirsə, Allah onlara insaf versin.
      İnsanlar düşünür ki, yenidən karantin qaydaları sərtləşdiriləcək, toy etmək, yeyib- içmək məhdudlaşdırılacaq. Məhərrəmlik ayı olsa da, insanlar toylar keçirir, yeni ailələr qururlar.
       
      İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay deyib ki, Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq.
      https://www.facebook.com/243326602360009/posts/6794035510622386/
        • Milli
        • Facepalm
        • Haha
  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.



×
×
  • Create New...